AZƏRBAYCANIN NADĠR AĞAC VƏ KOL BĠTKĠLƏRĠ
Azərbaycan coğrafi vəziyyəti, relyefi, torpağı və iqlimi ilə əlaqədar
xüsusi bir bitki örtüyünə malikdir. Azərbaycan florasında 5000-ə yaxın
bitki növünə rast gəlinir ki, bunlardan 460-dan artıq növü ağac və kol
bitkiləridir. Hal-hazırda mövcud olan bu növlərin hər 3-dən biri məhv
olmaq təhlükəsi ilə üzləşməkdədir. Bu bitki növləri içərisində onlarca
növün təhlükə altında olduğu müəyyən edilmişdir. Aparılan tədqiqatlara
görə hal-hazırda respublikamızda nadir və nəsli kəsilməkdə olan ağac və
kol növlərinin sayı 200-ə yaxındır. Bu qədər növ Azərbaycan florasında
olan ağac və kol bitkilərinin təxminən 43%-ni təşkil edir.Bu, həyəcan
təbilinin çalınması deməkdir. Azərbaycanın təbii florasında olan ağac və
kol bitkilərinin növ baxımından təxminən 25%-ə qədəri relikt bitkilərdir .
Aparılan təhlillərə görə, 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə
28, 1989-cu ildə isə 45 növ nadir və nəsli kəsilməkdə olan oduncaqlı, yəni
ağac və kol bitkisinin olduğu müəyyən edilmişdir . Nadir bitki növlərinin
sayının getdikcə artması ilə əlaqədar bu problemin səbəblərini aşkar edə-
rək, onun qarşısının alınması dövlət strukturlarının və elm müəssisələrin
qarşısında duran ən aktual məsələlərdən biridir. Ona görə də, Azərbaycan
Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli 1368 № li sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qo-
runması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət
Planı”nda nadir bitkilərin repatriasiyası, insan amilinin ətraf mühitə
təsirinin azaldılması, xüsusi mühafizə olunan təbiət ərazilərində elmi-
tədqiqat işlərinin aparılması üçün lazımi şəraitin yaradılması kimi vəzi-
fələr qarşıya bir məqsəd kimi qoyulmuşdur.
Aparılan müşahidələr göstərmişdir ki, Azərbaycan florasında olan
nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitki növlərin areallarının bir
hissəsinin mühafizə strategiyası yoxdur. Ölkəmizdə mühafizə olunacaq
bitki növlərinin təyin edilməsi, siyahılarının dəqiq hazırlanması, bu bitki-
lərin nadir bitki kateqoriyalarına aid edilmə səbəblərinin aşkarlanması
müasir dövrün ən vacib məsələlərindən biridir. Bu prosesləri öyrənmək
üçün əvvəlcə bitkilərin yayılmasını, populyasiya genişliyini, ekoloji tələ-
batlarını, fizioloji tolerantlığını, reproduktiv biologiyasını, toxum qurulu-
şunu və keyfiyyətini, cücərməsini, kök sistemini və sonrakı inkişaf mər-
hələlərinin tədqiqi vacibdir .
Dünya florasında məlum olan bitki növlərinin, xüsusilə də məhdud
bir arealda yayılan endemlərin qorunması ilə əlaqədar son illərdə çox
ciddi tədqiqatlar aparılmaqdadır. Ilk öncə tədqiqatçıların qarşısında duran
məqsədlərdən biri nadir bitkilərin beynəlxalq qurumlar tərəfindən qəbul
edilən təhlükə kateqoriyalarının hansına aid olduğunu müəyyənləşdirmək,
sonra isə görüləcək tədbirləri bu bitkilərə yönəltməkdir. Bu məqsədlə
IUCN (International Union for Conservation of Nature and Natural
Resourches-Təbiətin və Təbii Ehtiyatların Beynəlxalq Mühafizə İttifaqı),
TPC (Threatened Plant Committee - Təhlükədə olan Bitki Komitəsi) ka-
tibliyi, WWF (World Wildlife Foundation-Dünya Vəhşi Təbiət Fondu),
OPTIMA (Organization for the Phytotaxonomic Investigation of the
Mediterranean Area-Aralıq Dənizi Bölgəsinin Fitotaksonomik Tədqiqi
Təşkilatı) kimi təşkilatların fəaliyyəti ilə yanaşı hər bir ölkə öz bitki alə-
mini mühafizə etmək məqsədi ilə müxtəlif tədbirlər görməkdədir. Xü-
susilə nəsli kəsilmək təhlükəsi altında olan bitkiləri mühafizə etmək üçün
Milli Parklar, qoruqlar və yasaqlıqlar yaradılmaqdadır. Dünyanın təbii
həyatını mühafizə etmək məqsədilə İsveçrənin Bern şəhərində 1979-cu
ildə təşkil olunan ətraf mühitin mühafizəsi ilə bağlı bir toplantıda qəbul
edilən qərarlar dünyanın bir çox ölkələrinin parlamentində təsdiqlənərək
qanun halını almışdır. 1974-cü ildə Avropa Şurası təbiəti qorumaq məq-
sədilə qərarlar qəbul etmiş və 1977-ci ildə Avropa ölkələri tərəfindən
1500-ə qədər bitki növünün siyahısı yerləşən “Red Data Book” kitabı
buraxəlmışdır. 1982-ci ildə nadir bitkilərin bu siyahısına Avropa flora-
sının çap olunmasından sonra baxılaraq 1983-cü ildə yenidən nəşr
olunmuşdur. Bu cür siyahılar IUCN və OPTIMA-nın təşkilatçılığı ilə
Afrika və Şimal ölkələrində 1980-ci illərdə çap olunmuşdur. 1980-ci ilə
qədər istifadə olunan təhlükə kateqoriyalarına yenidən baxılması və daha
obyektiv meyarlarda saxlanılması məqsədiə 1994-cü ildə IUCN
(ƏMBMİ) yeni bir kateqoriyası yaradılmış və bu təşkilatın bir qolu olan
WCMC (World Conservation Monitoring Centre-Dünya Mühafizəsinin
Monitorinq Mərkəzi) 40 illik tədqiqat nəticəsində 33 minə qədər bitki
növünü bu kateqoriyalara görə təsnif etmişdir.
Azərbaycan florasında yayılan nadir və nəsli kəsilməkdə olan bit-
kilərin mühafizəsi üçün qanunvericilik bazası yaradılmışdır. Ətraf mühi-
tin mühafizə edilməsi 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan
Respublikasının Konstitusiyasında öz yerini almışdır. Bununla yanaşı
ölkəmizdə biomüxtəlifliyin bir qolu olan bitkilərin qorunması ilə əlqədar
1996-cı ildə “Birtki mühafizəsi haqqında”qanun qəbul etmişdir.
Qafqaz florasına aid bitki növlərinin yarıdan çoxuna Azərbaycanda
rast gəlmək olar. Ölkəmizin nadir və nəsli kəsilməkdə olan bitkilərini qo-
rumaq üçün keçmiş SSRİ dövründə Azərbaycan SSRİ Nazirlər Sovetinin
qərarı ilə (1977, 25 iyul) “Qırmızı Kitab”ın çap olunması tövsiyə edilmiş-
dir. 400 növ nadir bitkinin mühafizə edilməsi üçün Nazirlər Soveti
16.03.1982 tarixli, 38№-li qərar qəbul etmişdir. 1989-cu ildə Azərbaycanın
“Qırmızı Kitabı” çap olundu. Bu kitabda 140 nadir növ öz əksini tapmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və AMEA Botanika institutunun
təşkilatçılığı ilə 2013-cü ildə Azərbaycanın “Qirmizı Kitabı”nın 2-ci nəşri
çapa verilmişdir. Bu kitaba 300 nadir bitki və göbələk növü daxil
edilmişdir.
Aparılan tədqiqatlar göstərmişdir ki, floramızda olan bir çox növlə-
rin nəsli kəsilmək üzrədir və belə növlərin təbiətdə qalması və qorunması
üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Bununla yanaşı Azər-
baycanın “Qırmızı Kitabı”nda olmayan bəzi növlərin də bu kitaba əlavə
olunması labüddür. Bu baxımdan Azərbaycanda “Qırmızı Kitabı”n hər 5
ildən bir yeni nəşrinə ehtiyac vardır. İndiyə kimi nadir bitki statusu almış
bitkilərin İUCN (ƏMBMİ) təhlükə kateqoriyalarına görə meyarları
müəyyən edilməmişdir.
Aparılan tədqiqatlardan məlum olmuşdur ki, introduksiya edilən
bitki növləri təbiətdə yayılan növlərin 68%-ni, cinslərin 87%-ni və
fəsilələrin 95 %-ni təşkil edir.
Ölkəmizin təbii florasında olan hansısa bir bitki növünün mühafizə-
sinin zəruriliyini bildirməyin və bunu əsaslandırğın böyük əhəmiyyəti var.
Yalnız bitkilərin adını bilmək onu qorumaq deyildir. Mühafizə edilərək
bitki növlərinin bioekoloji xüsusiyyətlərini öyrəndikdən sonra siyahıların
hazırlanması daha düzgün hesab olunur. Nadir və nəsli kəsilməkdə olan
bitkilərin siyahısını hazırlayarkən təbiətdə tədqiqatçıların qoruq və yaşıl-
lıqlarda çalışan insanların bu taksonları tanıya bilməsi vacibdir. Bu möv-
zu 1977-ci idə Upsalada keçirilən “Sistematic Botany Plant Utilization
and Biosphera Conservation” adlı simpoziumda müzakirə olunmuşdur.
İlkin növbədə respublikamızda yayılan nadir və nəsli kəsilməkdə
olan ağac və kol növlərinin areallarının azalmasına və nəslinin yoxa
çıxmalarına səbəb olan amilləri araşdırmaq vacibdir. Son illərdə ölkəmiz-
də sənayenin inkişafı və yeni fabrik və zavod, kənd və qəsəbələrin salın-
ması bəzən kiçik bir arealda yayılan bitkilər üzərində təhlükə mənbəyi
olur. Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsi və oradan
qaçqın düşən bir milyon vətəndaşımızın yeni ərazilərdə məskunlaşması və
fəaliyyət göstərməsi nadir bitkilərə qarşı bu təhdidi bir azda artırmışdır.
Belə ki, son illərdə dənizkənarı bölgələrdə bağ evləri tikintilərinin daha da
genişlənməsi Azərbaycanın bir sıra nadir bitkilərinin areallarıkiçiltmiş
hətta nəslinin yox olma təhlükəsi altına almışdır. Nəticəsində Xəzər də-
nizi sahilləri yaxınlığında bitən Calligonum aphyllum, C. bakuense kimi
növlərin arealları kiçilmiş hətta nəsillərinin kəsilməsi təhlükəsinə gətirib
çıxarmışdır.
Əkin sahələrinin genişləndirilməsi, əkin işlərində texnikadan geniş
istifadə olunması ilə bağlı ölkəmizdə olan bozqır ərazilərin tarlaya çevril-
məsi də bir sıra bitki areallarının daralmasına səbəb olmuşdur. Endem və
ya nadir bitkilər ən çox dağlıq ərazilərdə qalmış və öz genofondlarını mü-
hafizə etmişlər. Lakin, belə bölgələrdə əkinə yararlı yerlərin şumlanması
nadir bitkilərin nəsilini yoxa çıxma təhlükə altına almışdır. Eyni zamanda
otlaq və biçənəklərdən səmərəsiz şəkildə istifadə olunmasıda ölkəmizdə
yayılan bir çox nadir növlərin yox olmasına səbəb olmaqdadır. Son illərdə
Azərbaycanda iribuynuzlu heyvandarlığın və qoyunçuluğun inkişafı 8
milyondan çox xırdabuynuzlu heyvanın və 3 milyona yaxın iribuynuzlu
mal-qaranın sayının artmasına səbəb olmuşdur. Bu qədər olan heyvanın
otarılması üçün ölçülü otarılma sahəsi olmalıdır. Lakin respublikamızda
otarılma sahələrinin heyvanların sayına nisbətən az olması aşırı otarılma-
ya səbəb olmuş və nəticədə görə bir sıra bitki növlərinin nəsli yoxolma
təhlükəsi ilə üzləşmişdir. Bununla bərabər qış aylarında heyvanların,
əsasən, iribuynuzlu mal-qaranın yemləndirilməsi üçün yem ehtiyatı top-
lamaq məqsədilə biçənəklərdən istifadə olunur. Biçənəklərdən uzun illər
istifadə olunması həmən ərazilərdə bitən bir sıra nadır bitkilərin nəslinin
azalmasına səbəb olmuşdur.
Xəzər dəniz sahillərində və respublikamızın digər mənzərəli bölgə-
lərində turizmin inkişafı ilə olan bir sıra istirahət məskənləri inşa edilmə-
si bir sıra nadir bitki növləri zərər çəkir. Ölkəmizdə istirahət üçün turizm
məskənlərinin salınması Talış, İsmayıllı-Qəbələ, Quba-Xaçmaz, Zaqatala-
Balakən bölgələrində daha da inkişaf etməkdədir. Azərbaycanın nadir və
nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin 80%-nin çoxu bu bölgələr-
də yayılmışdır. Turizmin bu cür sürətli inkişafı həmən bölgələrdə bitən
nadir bitkilərin təbii areallarını sürətlə daralmaqdadır.
Respublikamızın florasında 800 növdən artıq bitki növü dərman
effektinə malikdir. Dünyada hazırlanan dərmanların 50%-dən çoxu bitki
mənşəlidir. Buna görə də bu tipdə olan bitki növlərinin müxtəlif orqanla-
rının toplanması, bunların ixracı edilməsi və respublikamızda geniş istifa-
də olunması da bəzi nadir bitkilərin areallarının getdikcə azalmasına sə-
bəb olur. Bu kimi hadisələr nəticəsində ölkəmizdə olan nadir bitkilərin,
əsas etibarilə dərman və aromatik bitkilərin təbii populyasiyalarının azal-
ması artıq mütəxəssislər tərəfindən də qeyd edilməkdədir . Son illərdə
geofitlərin, bir çox dərman və aromatik bitkilərin təbiətdən toplanmsı və
satılması aşırı həddə çatmışdır. Bu baxımdan, ilk öncə vətəndaşların bu
sahədə maarifləndirilməli və sonra nadir bitkilərin qorunma tədbirləri
görülməlidir.
Hava və su çirklənməsi ilə yanaşı torpağın çirklənməsinə də səbəb
olan digər faktorlardan biri pestisidlərdən geniş istifadə olunmasıdır. Bu
zaman belə ərazilərdə olan bir sıra bitki və heyvan növləri zərər çəkir.
Insanların sahəni yabanı otlardan təmizləmək üçün kimyəvi dərmanlardan
geniş istifadə etməsi kosmopolit yabanı ot bitkilərini məhv etməklə yanaşı
həmən ərazilərdə yayılan bəzi ağac və kol bitkilərini dəsıradan çıxarır.
İnsanın belə fəaliyyətinin təsirlərindən ot bitkilərinin arealları azalmaqda
davame dir.
Ölkəmizdə olan nadir bitki növlərinin azalmasına və ya nəslinin
kəsilməsinə səbəb olan amillərdən biri də yanğınlardır. Bu baxımdan yan-
ğınların baş verməməsi üçün ilk növbədə vətəndaşlarmızın maarifləndiril-
məsi vacibdir. Respublikamızın bir çox ərazisi ağac-kol tipli bitki örtü-
yünə malikdir. Belə ərazilər yanğına qarşı çox həssasdır. Yanğınlar zama-
nı isə bu ərazilərdə bitən nadir və nəsli kəsilməkdə olan ağac və kol bitki-
ləri yoxolma təhlükəsi ilə qarşılaşır. Buna görə də yanğınların baş vermə-
məsi üçün bəzi tədbirlərin həyata keçirilməsi zəruridir. Bu təhlükəyə ilə
tez-tez məruz qalan bitki növlərindən Taxus baccata, Pinus eldarica, P.
Kochiana,
Punica
granatum,
Cotoneaster
saxatilis,
Juniperus
foetidissima, Pistacia mutica, Rhus coriaria, Rosa spp, Pyracantha
coccinea və s. göstərmək olar.
Təqdim edilən kitabda İUCN (2001) 3.1 versiyasında qəbul edilmiş
kateqoriyalardan istifadə edilmişdir - Nəsli kəsilmiş – Extinct ( EX ),
Təbiətdə nəsli kəsilmiş – Extinct in the Wild ( EW ), Kritik vəziyyətdə
olan – Critically Endangered ( CR ), Nəsli təhlükədə olan – Endangered (
EN ), Sayı azalan – Vulunerable ( VU ), Təhlükəyə yaxın vəziyyətdə olan
– Near Threatener (NT), Ən az təhlükə altında olan – Least Concern (LC),
Kifayət qədər məlumat yoxdur – Data Deficient (DD), Məlumat yoxdur –
Not Evalueted (NE).
Təqdim olunan kitabda MBMİ - Ətraf Mühitin Beynəlxalq
Mühafizə İttifaqı (İnternational Union for Conservation of Nature and
Natural Resourches - İUCN) tərəfindən növlərin statusunu müəyyən-
ləşdirmək üçün istifadə edilən kateqoriya, kriteriya və yarımkriteriyaların-
dan yararlanmış və ƏMBMİ tərəfindən “Qırmızı Siyahı”nın tərtibi za-
manı kateqoriya, kriteriya və yarımkriteriyaların verilməsində əlifba-rə-
qəmli iyerarxiya sistemindən istifadə edilmişdir . Kitabda təqdim olunmuş
taksonların təsnifatı APG III sistemindən istifadə edilərək verilmişdir.
Kitabda verilmiş məlumatlardan “Azərbaycan florası”nın, Azərbay-
canın “Qırmızı Kitabı”nın və həmçinin “Botanika”, “Ekologiya”, “Den-
drologiya” dərsliklərinin tərtibində istifadə oluna bilər və tələbələr, tədqi-
qatçılar özlərinə lazım olan məlumatları dərs vəsaiti kimi bu əsərdən ala
bilərlər.
Pinopsida - iynəyarpaqlılar sinfi
Gumnospermae-Çılpaqtoxumlular
Familia: Cupressaceae F.W.Neger
Sərvkimilər fəsiləsi
Genus: Juniperus L.- Ardıc cinsi
Species: Juniperus sabina L.– Qazax ardıcı
syn: Sabina vulgaris Antoine
Cupress. Gatl. 58. t. 80.
Ümumi yayılması: Rusiya, Orta Asiya (Qazaxıstan, Qırğızıstan),
Rumıniya, Bolqarıstan, Şimali Monqolustan, Çin (Tyan-Şan), Ukrayna və
Ermənistanda yayılmışdır.
Azərbaycanda yayılması: Naxçıvan MR və Quba rayonu ərazilərində
rast gəlinir.
Statusu: Azərbaycanın nadir bitkisidir. NT.
Bitdiyi yer: Azərbaycanda Quba rayonu meşələrində subalp və alp meşə
qurşağında dəniz səviyyəsindən 2000-3000 m hündürlukdə daşlı-qayalı
yamaclarda bitir.
Təbii ehtiyati: Azərbaycanda təbii ehtiyatı geniş deyildir.
Bioloji xüsusiyyətləri: Asimmetrik çətirli, ikievli və ya birevli sürünən
alçaqboylu, hündürlüyü 0,5-1 m-ə qədər olan koldur. Gövdəsinin qabığı
sığallı və qırmızımtıl – sarı rənglidir. Hündürlüyü 1 m-ə çatir. Budaq-
larının qabığı qırmızımtıl – boz və ya qonurdur, çatlayıb parçalanır və ya
oduncaqdan xırda parçalar şəklində ayrılır. Yarpaqları dəyirmi, nazik və
yaşıldir. Zoğları tünd-yaşıl rəngli xoşagəlməyən kəskin qoxuludur. Cavan
yarpaqların şaxələri çox sıxılmışdır, çarpazvarı cüt-cüt düzülmüşdür,
ellipsvarı olub, ucları sivri və ya kütdür. Yarpaqlarının uzunluğu 2,5-3
mm-dir. Yarpaqları iynəlidir, üç il ağacda qalır və belə yaşıl yarpaqların
ucları azacıq arxaya əyilmiş olur. Erkək qozacıqları oval şəkilli, ucları
dəyirmi, arxası yastı və üzərində pulcuqları vardır. Erkək orqanları 10-15
ədəd yumurtavarı-qalхanaохşar erkəkcikdən ibarətdir. Bunların hər
birində 3-7 tоz kisəciyi vardır. Dişicik çiçəkləri yumurtavari pulcuqdan
ibarət olub, budaqların üzərində yerləşir. Meyvəsi göyümtül rəngi olub
qısa ayaqcıq ucunda sallaq şəklində dayanır, tək-tək yerləşir. Tохumları
ziyillərlə örtülmüşdür, оvalşəkilli və ya yumurtavaridir, 4-6 sm
uzunluqdadır, qоnur rəngli və parlaqdır.
Çохalması: Tохumla və vegetativ yоlla çохalır.
Təbii ehtiyatın dəyiĢilməsi səbəbləri: Başlıca оlaraq insan fəaliyyəti və
bəzi abiоtik amillərin təsiridir.
Becərilməsi: Park və bağlarda rast gəlinir.
Qəbul edilmiĢ qоruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na
daxil edilmişdir.
Zəruri qоruma tədbirləri: Bitkinin təbii yayldığı yerlərdə yeni mühafizə
sahələrinin yaradılması zəruridir.
Məlumat mənbələri: Флора Kавказа .т.1.1939; Флора Азербайджана
т.1.1950; Azərbaycanın ağac və kolları. I c. 1961; Azərbaycan SSR-nin
“Qırmızı Kitabı”.1989; Красная Kнига CCCR.1984; Naxçıvan Muxtar
Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora
müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011; Azərbaycan flora-
sının konspekti I-III cildlər. 2005; 2006; 2008; Azərbaycan dendroflorası.
I cild, 2011.
Familia: Cupressaceae F.W.Neger
Sərvkimilər fəsiləsi
Genus: Juniperus L.- Ardıc cinsi
Species: Juniperus foetidissima Willd. – Agıriyli ardıc
Sp. Pl. 4: 853 1806.
Ümumi yayılması: Rusiya, Ukrayna, Yunanıstan, Kipr, Türkiyə, Suriya,
İran, Gürcüstan və Ermənistanda təbii arealları vardır.
Azərbaycanda yayılması: Şəki, Qəbələ, Quba, Хanlar, Cəbrayıl, Zəngi-
lan, Şamaхı, Хızı, Naхçıvan MR-in (Ardıc dağı, Ilan dağı və s.) ərazi-
lərində rast gəlinir.
Statusu: Azərbaycanın nadir bitki növüdür. VU A4a;Bb (ii,iii,iv).
Bitdiyi yer: Оrta və aşağı dağ qurşaqlarının güney yamaclarında boz
səhra-çöl torpaqlarında kol bitki ortüyündə daha çox rast gəlinir.
Təbii ehtiyatı: Azərbaycanda arealı çox geniş deyildir.
Biоlоji хüsusiyyətləri: Təbiətdə 10-20 m hündürlüyü olan düz gövdəli
nadir bitki növüdür. Bitkinin budaqları yuхarıya dоğru yönəlmişdir. Təpə
hissəsi piramida şəklindədir. Zоğları qısa və qalındır, 4 künclüdür, qəh-
vəyi-bоz rəngli qabığı оlub başqa növlərin qabığından daha qalındır. 10-
15 yaşlarında pulcuqvarı yarpaqları aşımağa başlayır.
Bəzən bitkidə həm iynə, həm də pulcuqvari yarpaqlara rast gəlmək
mümkündür.
Zоğ üzərində оlan yarpaqlarını əzdikdə pis iy verir. Yarpaqlarının
uc hissələri yuхarı qalхmış vəziyyətdədir. Yarpaqda yağ vəziləri vardır.
Qоzaları bir cinsli, bitkilər isə iki evlidir. Qоzaları zоğun uc hissəsində
tək-tək yerləşir. Yetişmiş qоzaların rəngi qırmızımtıl-qara оlur. Qоzaları 3
cüt pulcuqdan əmələ gəlir. Qоzalarda 3 tохum оlur. Tохumları şabalıd
rəngindədir.
Çохalması: Tохumla və vegetativ yоlla çохalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca оlaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Bəzi park və bağlarda rast gəlinir.Geniş halda becərilməsi
haqda məlumat yoxdur.
Qəbul edilmiĢ qоruma tədbirləri: Bəsitçay,Türyançay Dövlət qoruqla-
rında mühafizə olunur və Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilmişdir.
Zəruri qоruma tədbirləri:Yeni yasaqlıların yaradılması məqsədyönlü
оlardı.
Məlumat mənbələri: Флора Кавказа.т.1.1939; Azərbaycanın ağac və
kolları. I c. 1961; Azərbaycan SSR-nin “Qırmızı Kitabı”. 1989; Краснaя
Kнига СССР. 1984; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005;
2006; 2008; Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”. 2010;
Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ
və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, repro-
duksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi
almaq üçün dissertasiya. Bakı. 2011; Naxçıvan MR-nın flora müxtəlifliyi
və onun nadir növlərinin qorunması. 2011; Azərbaycan dendroflorası. I
cild. 2011.
Familia: Pinaceae Lindl.
ġamkimilər fəsiləsi
Genus: Pinus L. – ġam cinsi
Species: Pinus eldarica Medw. – Eldar Ģamı
syn: Pinus brutia var. eldarica (Medw.) Silba
Vestn. Tiflissk. Bot. Sada 6(2): 21 1903.
Dostları ilə paylaş: |