AZƏrbaycanlilarin soyqirimi güNÜ 1918



Yüklə 128,37 Kb.
Pdf görüntüsü
tarix07.09.2017
ölçüsü128,37 Kb.
#29191

 

AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 1918 

 

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri 



öz  siyasi-hüquqi  qiymətini  almamış  soyqırımıda  tarixin  açılmamış 

səhifələrindən biridir. 

1813-cü  və  1828  -ci  illərdə  imzalanmış  Gülüstan  və  Türkmənçay 

müqavilələri 

Azərbaycan 

xalqının 

parçalanmasının, 

tarixi 


torpaqlarımızın  bölünməsinin  əsasını  qoymuşdur.  Azərbaycan  xalqının 

bu  milli  faciəsinin  davamı  kimi  onun  torpaqlarının  zəbti  başlandı.Qısa 

bir  müddətdə  bu  siyasət  gərçəkləşdirilərək  ermənilərin  kütləvi  surətdə 

Azərbaycan  torpaqlarına  köçürülməsi  həyata  keçirildi.Soyqırımı 

Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. 

İrəvan,  Naxçıvan  və  Qarabağ  xanlıqlarının  ərazilərində 

məskunlaşdırılan 

ermənilər 

orada 

yaşayan 


Azərbaycanlılarla 

müqayisədə  azlıq  təşkil  etmələrinə  baxmayaraq  öz  havadarlarının 

himayəsi  altında”Erməni  vilayəti”  adlandırılan  inzibati  bölgünün 

yaradılmasına  nail  oldular.  Belə  süni  ərazi  bölgüsü  ilə,  əslində, 

Azərbaycanlıların  öz  torpaqlarından  qovulması  və    məhv  edilməsi 

siyasətinin  bünövrəsi  qoyulmuş,  “Böyük  Ermənistan”  yaratmaq 

xülyasında  ruhlanan  erməni  qəsbkarları  1905-1907-ci  illərdə 

Azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata 

keçirmişdilər. Ermənilərin Bakıdan başlayan vəhşilikləri Azərbaycanı və 

indiki  Ermənistan  ərazisindəki  Azərbaycan  kəndlərini  əhatə 

etmişdir.Yüzləcə  yaşayış  məntəqəsi  dağıdılmış,  yerlə  yeksan  edilmiş, 

minlərlə Azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. 

Birinci dünya müharibəsi, eləcədə Rusiyada baş vermiş 1917-ci il 

fevral  və  oktyabr  çevrilişlərindən  məharətlə  istifadə  edən  ermənilər  öz 

iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuşdular.1918-

ci  ilin  mart  ayından  etibarən  əks-inqilabçı  ünsürlərlə  mübarizə  şüarı 

altında  Bakı  Kommunası  tərəfindən  ümumən  Bakı  quberniyasını 

Azərbaycanlılardan  təmizləmək  məqsədi  güdən  mənfur  planın  həyata 

keçirilməsinə  başlanılmışdır.  Həmin  günlərdə  ermənilərin  törətdikləri 

cinayətlər  Azərbaycan  xalqının  yaddaşına  əbədi  həkk  olunmuşdur. 

Minlərlə dinc Azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv 

edilmişdir.Ermənilər  evlərə  od  vurmuş,  insanları  diri-diri  yandırmışlar. 

Milli memamarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər 

abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa  çevirmişlər. 



Azərbaycanlıalrın  soyqırımı  Bakı,  Şamaxı,  Quba  qəzalarında, 

Qarabağda,  Zəngəzurda,  Naxçıvanda,  Ləmkaranda  və  Azərbaycanın 

başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir.Bu ərazilərdə 

dinc  əhali  kütləvi  surətdə  qətlə  yetirilmiş,  kəndlər  yandırılmış,  milli 

mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. 

Erməni  daşnaklarının  bolşeviklərlə  birgə  Azərbaycanlılara  qarşı  həyata 

keçirdiyi soyqırımından 95 il ötür.1918- ci il martın 30 gecə saatlarında 

Bakıda  başlanan  kütləvi  qırğınlar  20  minə  yaxın  günahsız  insanın,  o 

cümlədən  çoxlu  sayda  qoca,  qadın  və  uşaqların  öldürülməsi  ilə 

nəticələnmişdir. 

Martın  30-dan  aprelin  2  -dək  davam  edən  kütləvi  qırğınlarda 

Stepan  Şaumyanın  rəhbərlik  etdiyi  erməni  bolşevik  dəstələri  Bakıda 

minlərlə  insanı  qətlə  yetirmiş,  müsəlman  ziyarətgahlarını  yandırmış, 

Bakı  əhalisinin  400  milyon  manatlıq  əmlakını  müsadirə  etmişdir. 

Kütləvi  qırğınlar  zamanı  şəhərin  ən  möhtəşən  məscidi  sayılan  Təzəpir 

məscidi  aramsız  top  atəşinə  tutulmuş,  Bakının  ən  möhtəşəm  memarlıq 

incilərindən olan “İsmailiyyə” binası yandırılmışdır. 

Azərbaycanlılara  qarşı  həyata  keçirilən  soyqırımı  siyasəti  təkcə 

Bakı  şəhəri  ilə  məhdudlaşmamışdır.Martın  31-də  erməni  daşnakları 

Şamaxı  qəzasının  53  kəndində  8027  Azərbaycanlını  o  cümlədən  2560 

qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162 kəndində öldürülən 

günahsız  azərbaycanlıların  sayı  isə  16  mindən  artıq  olmuşdur.  Erməni 

daşnakları  Lənkəran,  Muğan  bölgəsi  və  Dağlıq  Qarabağda  minlərlə 

kəndi yandırmış, 10 minlərlə insanı vəhşicəsinə qətlə yetirmişdir.1918 –

ci il iyulun 15-də ADR-nin yaratdığı fövqalədə Təhqiqat Komissiyası bu 

qırğınlarla bağlı çox saylı sənədləri toplayaraq hökümətə təqdim etmiş, 

1919-cu ildə Azərbaycan Parlamenti 31 mart tarixinin-Azərbaycanlıların 

soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdi. 

Sovet hakimiyyəti illərində bu tarix  yaddaşlardan silinsədə, müstəqillik 

dövründə  tarixi  sənədlər  əsasında  31  mart  1948-ci  ildə  Azərbaycan 

xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çox saylı araşdırmalar 

aparılmış, kitablar dərc olunmuşdu. 1998 – ci il martın 26 –da Prezident 

Heydər  Əliyev  “Azərbaycanlıların  soyqırımı  haqqında”  fərman 

imzalanmışdı. Həmin gündən başlayaraq 31 mart tarixi azərbaycanlıların 



soyqırımı günü kimi qeyd olunur. 


Yüklə 128,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə