Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə


Əl  qumbaraları  və  atıcı  silahlar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə10/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

Əl  qumbaraları  və  atıcı  silahlar.  I  Dünya  müharibəsinə  qədər  nadir  istifadə  edilən  əl  qumbaraları 
müharibə  cəbhələrində  olduqca  səmərəli  silah  olmasını  sübut  etmişdi.  Canlı  qüvvəyə  qarşı  və  sadə  səhra 
maneələrinin  dağıdılması  üçün  istifadə  edilən  qumbaralar  haqlı  olaraq  "cib  artilleriyası"  adlandırılırdı. 
Maraqlıdır ki, dövrün əksər sənədlərində əl qumbaraları "bomba" və ya "əl bombası" kimi göstərilir. Bakı Soveti 
və 
Sentrokaspi  Diktaturasının  qoşunları  1912-ci  il  nümunəli  Rusiya,  1914-cü  il  nümunəli  Rusiya  və  İngiltərənin 
Lemon əl qumbarasından istifadə edirdilər. 1912 və 1914-cü il nümunəli Rusiya əl qumbaraları ənənəvi formaya 
malik olaraq hücum qumbarası kimi 20-60 addım məsafəyə atılırdı. 1914-cü il nümunəli Rusiya qumbarasının 
üstündə bərkidilən iplər düşmənin tikanlı məftillərdən ibarət maneəsində partlatmağa imkan verirdi. 
Lemon  əl  qumbarası  onu  icad  etmiş  ingilis  mühəndisinin  şərəfinə  ad  almışdı.  O,  Rusiya  ordusunda 
"limonka"  adı  ilə  tanınırdı.  Quruluşca  limon  sitrus  meyvəsinə  oxşaması  belə  adın  uzunömürlülüyünü  təmin 

61 
 
etmişdi.  Müdafiə  qumbarası  (səngərdən  və  ya  sipərin,  maneənin  arxasından  atılmalı  idi)  olan  Lemon  əl 
qumbarasının qəlpələri daha böyük ərazidə səpələnirdi, lakin bəzi texniki qüsurlarına görə təhlükəli idi. 
Bakı  Soveti  və  Sentrokaspi  diktaturasının  qoşunları  1905-ci  il  nümunəli  üçayaq  üstündə  "Maksim" 
dəzgahlı və 1910-cu il nümunəli Sokolov dəzgahı üstündə "Maksim" dəzgahlı pulemyotları, həmçinin yüngül əl 
pulemyotları  olan  "Lyuis"  və  "Kolt"  pulemyotlarından 
istifadə 
edirdilər. 
İnqilab  və  Rusiyada  vətəndaş 
müharibəsinin  rəmzinə  çevrilən  "Maksim"  dəzgahlı 
pulemyotuna daha çox üstünlük verilirdi. Təsadüfi deyil ki, 
Moskvaya  az  qala  hər  teleqramında  S.Şaumyan  bu 
pulemyotlardan  mümkün  qədər  çox  göndərilməsini  xahiş 
edirdi. 
Pu-lemyotlar 
əsasən 
piyada 
taborlarda 
bölüşdürülürdü  (təxminən  bir  taborda  4  dəzgahlı  pulemyot  olmaq  şərti  ilə).  Həmçinin  əlahiddə  "pulemyot 
komandaları"  da  yaradılmışdı.  40  nəfər  heyəti  olan  pulemyot  komandasıda  8-10  pulemyotdan  başqa 
pulemyotları, şəxsi heyəti, ehtiyat hissələrini və patron ehtiyatını daşımaq üçün nəqliyyat olur, komandaya ən 
sərrast  pulemyotçular  daxil  edilirdi.  Alay  və  briqadaların  ehtiyat  atəş  qüvvəsini  təşkil  edən  pulemyot 
komandaları döyüşün  ən ağır sahəsinə göndərilirdi. 1918-ci ilin mayında Qırmızı Ordunun 1-ci korpusunda 3 
pulemyot komandası mövcud idi. 
General  Denstervilin  qeydlərinə  görə,  ingilislər  "şəhərdə  pulemyot  atəşinə  öyrənmək  üçün  təlimatçı 
məktəb açdılar". Bu isə qoşunlarda kifayət qədər pulemyotların olmasından xəbər verir. 
I  Dünya  müharibəsi  dövründə  piyada  hissələrin  əsas  silahı  maqazinli  tüfənglər  idi.  Bakı  Soveti  və 
Sentrokaspi  Diktaturasının  qoşunları  keçmiş  çar  ordusunun  tüfənglərindən  istifadə  edirdilər.  Qeyd  etmək 
lazımdır ki, müharibə zamanı tüfənglərin çatışmazlığı məsələsi elə həddə çatmışdı ki, Rusiya hökuməti müxtəlif 
çaplı  və  növlü,  müxtəlif  ölkələrin  tüfənglərini  istifadə  üçün  ordu  hissələrinə  paylamışdı.  Patron  və  ehtiyat 
hissələrinin  çatışmazlığı  problemi  istər  müharibə  dövründə,  istərsə  də  Qafqazda  baş  verən  hadisələrdə  özünü 
büruzə 
verirdi. 
Rusiya  ordusunun  rəsmən  silahlanmaya  qəbul  etdiyi  1891-ci  il  nümunəli  piyada  üçxətli  (7,62  mm-lik) 
tüfəngi  (Mosin  sistemli)  5  patronluq  sandığa  malik  olmuşdur.  Ondan  başqa  silahlanmaya  piyada  tüfənginin 
növləri olan 1891-ci il nümunəli draqun üçxətli (7,62 mm-lik tüfəngi, 1891-ci il nümunəli kazak üçxətli (7,62 
mm-lik)  tüfəngi  və  1907-ci  il  nümunəli  üçxəttli  (7,62  mm-lik)  karabin  qəbul  edilmişdir.  Mosin  sistemli 
tüfəngdən başqa qoşunlar Fransa istehsalı olan 1907/1915-ci il nümunəli 8 mm-lik "Lebel" tüfəngi ilə, həmçinin 
Arisaka, Berdan 2, Vetterli, Manlixer sistemli tüfənglər də istifadə edilirdi.  
Tараnçа və revolverlər sırasında ən çox istifadə edilənlərdən biri Smit-Vesson III (1880-ci il nümunəli) 
revolveri  idi.  10,67  mm-lik,  6  patronluq  bu  revolver  ABŞ-da  icad  edilsə  də  Rusiya  zavodlarında  da  istehsal 
olunurdu. Populyar revolver 1895-ci il nümunəli 3 xətli revolver (Naqan sistemli) idi. 7,6 mm-lik çap, 7 patrona 
malik  olan  bu  silah  XX  əsrin  əvvəllərində  texniki  baxımdan  sadə  və  ən  etibarlı  revolver  kimi  tanınırdı.  Çar 
ordusunda  zabitlərə  tapança  və  revolveri  öz  hesablarına  almağa  icazə  verilirdi.  Rəsmən  silahlanmaya  qəbul 
edilmiş Smit-Vesson və Naqan revolverlərindən başqa 7,65 mm-lik Brauninq avtomatik tapançası və 1912-ci il 
nümunəli 7,63 mm-lik Mauzer tapança-karabini geniş isti-fadə edilirdi. 
Bakı  Soveti  və  Sentrokaspi  Diktaturasının  qoşunlarının  istifadə  etdikləri  soyuq  silahlar  çar  ordusunun 
silahları idi: tüfənglərin süngüləri; 1913-cü il süvari qılıncı, 1913-cü il zabit şaşkası (Qafqaz növü), 1913-cü il 

62 
 
zabit şaşkası (Asiya növü), 1907-ci il nümunəli pulemyot hissələrinin əsgər xəncəri, 1907-ci il nümunəli topçu 
hissələrinin əsgər xəncəri, 1909-cu il zabit palaşı, 1910-cu il kazak növlü zabit şaşkası. 
Yuxarıda  adları  çəkilən  silahların  sursat  və  ehtiyat  hissələri  tələb  olunandan  da  çox  idi.  Sentrokaspi 
Diktaturasına  məktubunda  general  Denstervil  qeyd  edirdi  ki,  Bakıdan  aldığı  məktublarda  "15.000  fəal  şəhər 
müdafiəçisi var. Onlar az təlim keçsələr də, yaxşı silahlanıblar" kimi məlumatlar var idi. 
Şaumyan və Petrov öz tərəfdaşları ilə Həştərxana qaçarkən 13 gəmilik silah-sursatı özləri ilə aparmağa 
cəhd göstərmişdilər. General Denstervil yazırdı ki, "əgər yeni hökumət bu gəmilərə getmək imkanı yaratsaydı, 
Bakının sonrakı müdafiəsi mənasız olardı, lakin xoştbəxtlikdən kiçik gəmilərin heyətləri Direktoriya tərəfində 
idi  və  o,  tərəddüdlə  də  olsa,  bolşeviklər  tərəfindən  tutulmuş  gəmilərin  qaytarılması  əmrini  verdi.  Kanoner 
gəmiləri artıq olan gəmilərin    arxasınca düşmüş və bütün  donanmanı limana geri qaytarmışlar..." 
Daha  sonra  general  göstərir  ki,  "tərksilah  prosesi  bir neçə  gün  çəkdi...  Biz  arsenalı  qəbul  edəndə  onun 
bütün  əmlakı  bir  yerə    tökülüb  qalmışdı...  Şaumyan  və  Petrovun  gəmiləri  boşaldılarkən  bütün  növ  sursat 
ayrılmadan anbarlarda olan əmlakın üstünə yığılırdı. Qoşunların hansısa tələbini yerinə yetirmək olmurdu, misal 
üçün,  lazım  olan  kalibrli  mərmiləri  tapmaq  üçün  bütün  qalaqlanmış  əmlakı  axtarmaq  lazım  gəlirdi.  Silah 
anbarlarında müxtəlif dərmanlar, qramofonlar, tikiş maşınları və başqa şeylər var idi. Cəbbəxananın heyətində 
bütün  növ  toplar  var  idi-  çatışmayan  hissələri,  sınıq  çaxmaqları  və  s.  ilə. Tezliklə  bütün  bunlar  sortlaşdırıldı, 
tələb  olunan  qaydaya  salındı  və  cəbhəyə  göndərildi;  tərəfimizdən  otuz  ədəd  dəqiq  atəş  açan  toplar  tam  döyüş 
vəziyyətinə gətirildi..."
172
 
 
 
 
 
Qeyd 
etmək  lazımdır 
ki, 
hələ  anbarlarda 
olan 
əmlak 
qaydaya salınmadan polkovnik Keyvort 15 avqust raportunda göstərirdi ki, onun "sərəncamında (ingilislərin öz 
silahlarından  başqa)  6000  ədəd tüfəng  var.  Materiallarda qıtlıq  hiss  olunur, lakin  şəhərdə  kifayət  qədər lazım 
olan  material  var;  onların  müsadirəsinə  başlamaq  lazımdır.  Əhalinin  böyük  hissəsi  -  həm  bizim  tərəfimizdə 
olanlar,  həm  də  bizi  görməyə  gözləri  olmayanlar  əla  silahlanıblar  və  hökumət  bizim  üçün  arzuolun-maz 
qruplaşmaları  tərksilah  etmək  üçün  özündə  kifayət  qədər  qüvvə  görmür...  Hərbi  materialar  üzərində  nəzarət 
yoxdur və çox material hədər yerə sərf edilir". 
General  Denstervil  də  materialların  israf  edilməsinə  diqqət  yetirmişdir.  O,  yazırdı:  "hərbi  sursatların 
qənaətlə istifadəsi barəsində ciddi əmrə baxmayaraq həm top, həm də tüfəng sursatı hədər yerə sərf olunurdu. 
Mən  mövqelərin  sağ  cinahına  rəhbərlik  edən  bir  polkovnikin  diqqətini  onun  mənasız  yerə  atəş  açan 
artilleriyasına cəlb etdim, Polkovnik cavab verdi: "bəli, onlar düşmənə atəş açmırlar, lakin səngərlərdə olanlar 
bizim toplardan atəş açmağımızı çox xoşlayırlar və əgər mən ara-sıra toplardan atəş açmasam onlar səngərlərdə 
qalmazlar". 
İngilis  qoşunlarının  tərkibində  olmuş  kapitan  Sesil  Cadd  özünün  "General  Denstervillə  İran  və 
Zaqafqaziyada" adlı kitabında qeyd edir ki, Bakı uğrunda sentyabrın 14-də baş vermiş döyüşdə "pulemyotların 
böyük hissəsi itirilmiş üstəlik topların çoxu sıradan çıxmışdı".
173
 
 
 
 
 
                                                           
172
Денстервиль, с.103. 
173
Captain Cecil G. Judge. With General Dunsterville In Percia And Transcaucasus // Kitabın mətni İNTERNET səhifədən götürülüb.
 

63 
 
4.  “Densterfors”
174
 
 
 
4.1. "Densterfors"un təĢkili 
 
1917-ci ilin payızında ingilislər artıq anlamışdılar ki, rus  ordusu, demək olar ki, yoxdur və Qafqaza yol 
tapmaq  üçün  fürsət  yaranır.
175
  Öz  məqsədlərini  "Hindistana  gedən  yolları  almanlardan  qorumaq"  şüarı  ilə 
gizlətməyə  çalışsalar  da,  aydın  idi  ki,  onları 
maraqlandıran Cənubi Qafqazın strateji mövqeyi və 
Bakının neftidir. Lakin baş verən hadisələrə dərhal 
reaksiya  vermək  elə  də  asan  olmadı:  general 
Denstervil  yazır  ki,  Bağdaddan  Bakıya  qədər  800 
mil  məsafə  var,  bu  məsafəyə  qoşun  göndərmək 
üçün isə güc yoxdur. Nəticədə ingilis komandanlığı 
tərəfindən  qərara  alır  ki,  hərbi  təlimatçıların 
başında general Denstervil Tiflisə göndərilsin, rus, 
gürcü  və  erməni  hərbi  hissələrini  yenidən  təşkil 
etsin  və  "türk-alman  təhlükəsinə  qarşı"  mübarizə 
aparsın. Generalın qeydləri göstərir ki, onlar "osmanlı ordusunun yorğunluğu və az ehtiyatlara malik olması", 
gürcü və ermənilərin isə "öz torpaqlarını qoruduqlarına görə böyük ruh yüksəkliyi ilə vuruşacağına" və bütün 
əməliyyatları  təmin  edəcək  "ingilis  qızılına"  ümid 
edirdilər.  "Türklər  almanlardan  da  bezikiblər  və 
onların  pulu  yoxdur.  Almanlar  isə  türklərlə  daim 
küsüşürlər". 
Lakin,  general  yazır  ki,  "təcrübə  başqa 
nəticəni göstərdi". General qeyd edir ki, ingilislərin 
planları  alt-üst  oldu:  "erməni  və  gürcülər  dini 
motivlərlə 
bağlı 
olmayan 
səbəblərə 
görə 
müsəlmanlarla 
küsüşdülər, 
kommunist 

xristianların  hərəkətləri  isə  ona  gətirdi  ki,  tatarlar 
türklərlə əlaqə yaratdılar". 
Cəbhə  xəttində  mövcud  olan  boşluğu 
doldurmaq üçün ingilis ko-mandanlığı general Baratovun rus korpusunu yenidən təşkil etməyə çalışsa da, buna 
nail ola bilmədi. Təkcə polkovnik L.Biçeraxovun dəstəsi ingilislərin təklifini qəbul etdi və onlara xidmət etməyə 
başladı, lakin sayca az olan bu dəstə əməliyatların gedişində dönüş yaratmaq iqdidarında deyildi. 12 zabit, 40 
əsgər,  1  zirehli  və  41  minik  avtomobili  ilə  Həmədan-Qəzvin-Ənzəli  marşrutu  ilə  hərəkət  edən  ingilis  dəstəsi 
rəsmən "Densterfors"
176
, yəni "Denstervilin qoşunları" adını aldı. 
Biçeraxovun  dəstəsi  general  Denstervilə  Ənzəliyə  qədər  yol  aça  bildi,  çünki  onun  rəqibləri  zəif 
silahlanmış,  hərbi  təhsili  və  təcrübəsi  olmayan  yerli  əhalidən  ibarət  idi.  Lakin  nizami  Osmanlı  qoşunlarını 
məğlub  edib  Qars  tərəfdən  Tiflisə  yol  açmaq  və  ya  Bakı  Sovetini  məğlub  edib  Bakıdan  Tiflisə  yol  açmaq 
Biçeraxovun imkanları xaricində idi. Nəticədə ingilis komandanlığı planlarını dəyişməyə məcbur oldu. General 
Denstervil regionda  olan  qüvvələrlə  əlaqə  yaradıb  ingilis  qoşunları  gələnə  qədər  onların  Osmanlı  qoşunlarına 
qarşı müqavimətini təşkil etməli, eyni zamanda ərazilərin ingilis nəzarəti altına keçməsi üçün şərait yaratmalı 
idi.  Generalın  yazdığına  görə  özü  ilə  kifayət  qədər,  "ingilis  qızılı  və  İran  gümüşü"  götürən  Denstervil  siyasi 
baxışlarından asılı olmayaraq ingilislərlə işləmək  istənilən qüvvəni öz tərəfinə çəkməli idi. 
Arxada təhlükəsizliyi təmin etmək üçün general Denstervil əkskəşfiyyat işinə böyük diqqət yetirirdi. Bu 
işi  o,  kapitan  Saundersə  tapşırmışdı.  Nəticədə  o,  alman  və  türk  agentlərini  zərərsizləşdirmiş,  inqilabi 
təbliğatçıları  aradan  götürə  bilmişdi.  Kəşfiyyat  işinin  yaxşı  təşkili  onun  dəstəsini  dəqiq  məlumatlarla  təmin 
edirdi. Eyni zamanda general öz qüvvələrinin sayını artırırdı. O, qeyd edir ki, "Bakı bolşeviklərindən qaçmış rus 
zabitlərinin bir tərəfə cəlb olunması həm də bütün hadisələrdən xəbərdar olmaq imkanı verirdi. Zabitlərdən ikisi 
gizli  missiya  ilə  Bakıya  göndərildi.  Bizim  tərəfimizdən  xidmətə  götürülmüş  zabitlər  çox  dürüst  insanlardı, 
müharibədə fərqlənmişdilər və özlərini göstərmək üçün istənilən tapşırığı yerinə yetirməyə hazır idilər, onlar öz 
reputasiyalarını  doğrultdular".  Tədricən  missiya  "beynəlxalq  çalarlar  almağa  başladı,  çünki  bizə  üç  fransız- 
                                                           
174
Bakıya  çıxarılmış ingilis qoşunlarının  komandanı  L.Denstervil  təyin edildiyinə görə rəsmi  sənədlərdə bu qoşunlar  «Densterfors»,  yəni «Denstervilin 
qoşunları» adlanırdı. 
175
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq xüsusunda cəhdləri // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu, 
s.488-491.
 
176
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.303. 

64 
 
zabiti  qoşuldu.  Polkovnik  Şardinyinin  rəhbərlik  etdiyi  bu  zabitlərdən  ikisi  sonralar  Fransaya  qayıtdı,  təkcə 
leytenant Puadebar, Bakının tərəfimizdən itirilməsinə qədər bizimlə qaldı".
177
 
Bakıda      baş      verənlər      barəsində  Denstervilə  Erməni  Milli  Şurasının  mütəmadi  olaraq  yolladığı 
nümayəndələr  və  Bakıdakı  ingilis    konsulu  Mak-Donnel  xəbər  verirdilər.  Мауın 
əvvəlində  Denstervilin  qoşunları  cəmi  bir  süvari  eskadron,  4  zirehli  avtomobil,  50 
nəfər  piyadadan  ibarət  olduğundan  Azərbaycanda  baş  verən  hadisələrə  hərbi  yolla 
müdaxilə edə bilmirdi.  O, yazırdı:    "indi  erməni  koloniyası      və  bolşeviklər  Qafqaz 
İslam  Ordusuna  qarşı  vuruşurlar.  Ermənilərə  əsl  nifrət  bəsləyən  gürcülər  onlara 
kömək etmirlər. Biz onlara nə ilə kömək edə bilərik?  Mənim  fikrimcə, bu mümkün 
deyil. Təkcə qoşunlar qayda-qanunu bərpa edə bilər, bizim isə qoşunlarımız yoxdur... 
Onlar tam əldən düşənədək bir-birlərini öldür-məkdə davam etməlidirlər, bəlkə onda 
biz orada qayda-qanun yarada bildik". 
May  ayında  Denstervil  öz  dəstəsinə    "əsasən  Bakı    aviaməktəbindən  olan 
təyyarəçilər,  iyirmiyə  yaxın  ciddi  seçilmiş  və  çox  bacarıqlı  rus  zabitləri"  əlavə  etdi. 
General yazır ki, onlar mənə Qafqazın gələcək işğalı üçün lazım olacaqlar. Hələlik isə 
onlar  Bakı  ilə  əlaqə  yaradıb  məlumat  toplamaqda  çox  xeyirlidirlər".  Həmin  dövrdə 
Denstervilin  dəstəsinə  Baş  Qərargah  zabiti,  polkovnik  Stoks  təhkim  edildi.  Mayın 
ortalarında  general  Qəzvində  eser  partiyasına  mənsub  olan  bir  neçə  rus  zabiti  ilə 
görüşdü  və  "gələcək  Bakı  əməliyyatlarında  onlardan  kömək"  alacağı  barəsində 
razılığa  gəldi.  Mayın  25-də  Denstervilin  dəstəsinə  50  zabit  və  150  əsgəri  olan 
polkovnik  Keyvort  birləşdi.  Onlarla  birgə  İngiltərədən  göndərilmiş  rus  qvardiya 
suvari hissələrinin zabitləri də gəlmişdi. Məhz bu dövrdə ilk dəfə olaraq general anladı ki, əskərlərinin sayı türk-
Azərbaycan  qoşunlarının  qarşını  almaq  üçün  kifayət  etməyəcək.  Bununla  belə,  Bakının  tutulması  elə  böyük 
üstünlüklər verə bilərdi ki, general  avantüraya  getməyə hazır  idi. Hələlik Biçeraxovu göndərən general  bütün 
vasitələrlə öz qüvvələrinin sayını artırmağa çalışırdı. 
Bu dövrdə Denstervil Bakı Soveti ilə gizli sövdələşmə imzalayır. O, özü qeyd edir ki, "texnikamız üçün 
lazım olan benzin bizim düşmənlərin - bolşeviklərin əlində idi; onlar bizə benzin verməsəydilər bizim İrandakı 
bütün  əməliyyatlarımız  dondurulardı...  Onlara  isə  maşınlar  lazım  idi...  Biz 
qərara  gəldik  ki,  300  funtluq  hər  benzin  partiyasına  görə  mən  dəyəri  100 
funt  olan  bir  avtomobil  verəcəyəm...  Mən  Bakı  Sovetindən  50.000  funt 
sterlinq  məbləğində  benzin  aldım  və  ona  görə  10  ford  göndərməli  idim, 
lakin  bu  hökumət  artıq  devrilmişdi  və  mən  avtomobilləri  göndərmədim. 
Zabitlər  və  aeroplanlar  göndərməklə  mən  Ənzəlidə  mövqelərimizi 
möhkəmlətdim, bu isə Xəzər dənizinə nəzarət etmək üçün ilk addım idi". 
Say  azlığını  general  Denstervil  texnika  hesabına  kompensasiya 
etməyə  çalışırdı.  Mayın  sonlarında  onun  dəstəsinə  "kommodor  Norrisin 
rəhbərlik  etdiyi  bir  neçə  dörddüymlük  toplarla  silahlanmış  kral  dəniz 
piyadaları  dəstəsi"  qoşuldu.  Bu  isə  Xəzər  ticarət  gəmilərini  silahlandırıb 
güclü  donanmaya  malik  olmaq  imkanı  verməli  idi.  Bımunla  belə,  general 
təəssüf hissi ilə qeyd edir: "Göndərdiyim çaparlar vasitəsi ilə demək olar ki, 
hər  gün  Bakı  ilə  əlaqə  saxlayırdıq,  dostlarımız        sosialist-inqilabçılar 
(eserlər)  tezliklə  çevriliş  etməklə  Bakıda  yeni  hakimiyyət  qurub  ingilisləri 
çağıra  bilərdilər.  Hər  gün  yarana  biləcək  fürsətdən  istifadə etməк  üçün isə 
mənim kifayət qədər qüvvəm yox idi".  
"Tezliklə  mən  xəbər  aldım  ki,  polkovnik  Favielin  komandanlığı  ilə 
39-cu  piyada  briqadası  yük  maşınlarında  tam  sürətlə  mənim  sərəncamıma 
göndərilib.  Bu  briqadanın  tərkibinə    aşağıdakı  hissələr  daxil  idi:  Qloçester 
və  Şimali  Staftord  alaylarının  7-ci  yığma  taboru  və  Uorçester  və  Varvik 
alaylarının 9-cu yığma ta-boru". 
Avqustun  4-də  ilk  ingilis  dəstəsi  -  polkovnik  Stoksun  rəhbərliyi  ilə 
Qent alayının 300 nəfərlik dəstəsi Bakıya gəldi.
178
 Denstervil yazır ki, "Bakı 
əməliyyatlarına  rəhbərlik  etmək  üçün  kral  səhra  artilleriyasının  zabiti, 
polkovnik Q.Keyvortu qərargahla birlikdə Bakıya göndərdim".  
                                                           
177
Денстервиль, с.141. 
 
178
Лавров СВ. Политика Англии на Кавказе и Средней Азии в 1917-1921 годах // Вопросы истории, 1979, № 5, с.83. 

65 
 
Erməni Milli Şurasının və Sentrokaspı Dıktaturasının nümayəndələri dəfələrlə Denstervillə görüşüb onun 
qoşunlarının sayca az olmasını bildirirdilər. Buna cavab olaraq Denstervil deyirdi ki, onun qoşunları təkbaşına 
vuruşmağa  gəlməyiblər,  çoxsaylı  və  yaxşı  silahlanmış  erməni  qoşunlarına  təlim  keçib  onlarla  bərabər 
vuruşacaqlar.  Bununla  bərabər  o,  yazırdı  ki,  "imkan  olan  kimi  Bakıya  bütün  mümkün  olan  qüvvələr 
göndəriləcək". 
Avqustun  17-də  general  Denstervil  və  onunla  bütün  dəstəsilə  Bakıya  gəldi.  Çoxsaylı  ingilis  qoşunları, 
tanklar  və  zirehli  avtomobillər,  möhtəşəm  toplar  və  digər  ağır  texnika  gözləyən  Erməni  Milli  Şurasının  və 
Sentrokaspi Diktaturasının nümayəndələri ingilislərin qüvvələrinin cüzi olduğunu görüb təlaşa düşdülər. 
 
 
 
4.2. Ġngilis qoĢunlarının komandanlığı 
 
Lionel  Çarlz  Denstervil  1865-ci  ildə  anadan  olmuş  və  “The  United  Services  College”  kollecini 
bitirmişdir.  Bu  kollec  Kral  ordusu  üçün  gənc  kadrları  hazırlamaqla  kadet  korpusu  rolunu  oynayırdı  (yeri 
gəlmişkən, L.Denstervil məşhur yazıçı Redyard Kiplinqlə bir sinifdə təhsil almışdır; tədqiqatçılar hesab edirlər 
ki, yazıçının "Stalki və K" əsərində Stalki obrazı L.Denstervilin xarakterinə əsasən yaradılmışdır). 1884-cü ildə 
kral piyada qoşunlarında xidmətə başlayan gənc zabit Hindistana göndərilir. Burada o, şimal-qərb sərhəddində 
Vəziristan vilayətində, sonra isə Çində xidmət edir.
179
 
I Dünya müharibəsi dövründə Hindistanın şimal-qərbində 1-ci piyada briqadasının komandiri vəzifəsində 
çalışan  polkovnik  Denstervil  1917-ci  il  dekabrın  24-də  yeni  məxfi  əmr  aldı.  Bu  əmr  ingilislərin  Qafqaza 
müdaxiləsinin  təşkili  ilə  bağlıydı.  Məhz  Denstervilin 
dəstə  rəhbəri  kimi  seçilməsi,  zənnimizcə,  onun  rus 
dilini  yaxşı  bilməsi,  Rusiyaya  simpatiya  ilə  yanaşması 
və  avantüra  xarakterli  tədbirlərə  meylli  olmasıyla 
əlaqədar  idi.  Ekspedisiya  toplananda  L.Denstervilə 
general-mayor rütbəsi verildi. L.Denstervil 1946-cı ildə 
İngiltərədə vəfat edib. 
General 
Denstervil 
komandanlığı 
həyata 
keçirərkən  Mesopotamiyada  olan  ingilis  qoşunlarının 
rəhbərliyi  ilə  əlaqə  saxlayır,  onlardan  təlimatlar  alırdı. 
Ancaq  yerlərdə  onun  fəaliyyətinə  birbaşa  nəzarət  yox 
idi, təkcə sentyabrın əvvəllərində Bakının qorunmasının 
qeyri mümkün olması xəbərini aldıqda Bağdaddan general Lyuin gəlmiş, lakin o, Bakıda cəmi bir gün qalmış və 
Denstervilin ingilis qoşunlarını təxliyyə etmək qərarı ilə razılaşmışdı. 
General  Denstervilin  qeydləri  onun  dəstəsində  fəaliyyət  göstərmiş  bir  çox  zabitlərin  vəzifələrini 
müəyyənləşdirməyə imkan verir. 
General      Denstervilin      missiyasının  xüsusi  xarakterini  nəzərə  alaraq 
onunla  işləyəcək  zabitlər  "müharibənin  müxtəlif    cəbhələrindən:  Fransadan, 
Salonikidən,  Misirdən  və  Mesopotamiyadan  seçilmışdi.  Onlar  əslən  Kanada, 
Avstraliya,  Yeni  Zelandiya  və  Cənubi  Afrika  respublikalarından  idi".
180
  Ehtimal 
ki,  bu  seçim  Qafqazın  iqlim  və  relyef  şəraitinin  xüsusiyyətləri  ilə,  yuxarıda 
göstərilən  bölgələrdə  anadan  olmuş  zabitlərin  belə  iqlim  və  relyefə  daha  tez 
uyğunlaşacağı məqsədilə aparılmışdı. Seçilmiş zabit və əsgərlərin zəngin həyat və 
döyüş təcrübəsi ekspedisiyanın say azlığını kompensasiya etməli idi. 
General Denstervil öz qeydlərində zabitlərinə yüksək qiymət verir. Belə ki, 
"qərargahda işləmək üçün təyin edilən zabitlər məharətlə seçilmiş və onlardan bir 
çoxu  rus  və  fransız  dillərini  də  bilirdilər.  İngilis  zabitlərinə  Londondan 
göndərilmiş,  о  cümlədən  inqilabi  Rusiyadan  qaçmış  rus  zabitləri  də  əlavə 
edilmişdi ki, onların xidmətləri olduqca qiymətli idi". 
Polkovniklər Kletterbek,  Dunkan və Xoskin general Denstervilin tapşırıqlar  üzrə müavi vəzifələrini icra 
edirdilər. 
                                                           
179
Menefee S.P. "Dunsterville, Lionel Charles," In H.C.G. Mathews and Brian Harrison (eds.), Oxford Dictionary of National Biography, vol. 17 (2004): p. 361-
363. 
 
180
Денстервиль, c.11. 
 

66 
 
Baş  Qərargah  zabiti  olan  polkovnik  Stoks  əməliyyatların  planlaşdırılmasında  əvəzsiz  idi.  O,  həmçinin 
əməliyat  vəziyyətinin  qiymətləndirilməsi  ilə  məşğul  idi.  Ehtimal  ki,  bunları  nəzərə  alan  Denstervil  Бакıуа 
gəlmiş  ilk  ingilis  dəstəsinin  komandiri    vəzifəsinə  polkovnik  Stoksu  təyin  etmişdi.  Generalın  özü-nün  Bakıya 
gəlişindən sonra  Stoks  ingilis  qoşunlarının  qərargah  rəisi  təyin  edilsə  də,  Sentrokaspi  Diktaturası  qoşunlarının 
komandanı  Dokuçayevin  qərargahına  göndərilmiş  və  burada  məsləhətçi,  əlaqə  üzrə  zabit  və  eyni  zamanda, 
Denstervilin "göz və qulaqları"  vəzifələrini icra edirdi. 
İngilis  qoşunlarının  komandanı  vəzifəsini  kral  səhra  artilleriyasının  zabiti,  polkovnik  Q.Keyvort  icra 
edirdi.  Mayın  25-də  Denstervilin  dəstəsinə    qoşulan      polkovnik    avqustun    11-dən  döyüşlərin  sonuna  qədər 
qoşunların komandanı vəzifəsini icra etmişdir. 
Bakıda olan ingilis qoşunlarının əsasını 39-cu piyada briqadasının alaylarından toplanmış yığma taborlar 
təşkil  etdiyindən  bu  hissələrə  39-cu  piyada  briqadasının  komandiri  polkovnik  Faviel  rəhbərlik  edirdi.  Bakı 
uğrunda son döyüşlərdə o, müdafiə xəttinin sağ cinahına rəhbərlik edirdi. 
Polkovnik  Uorden  piyada  qoşunların  müfəttişi  təyin  edilmişdi.  O,  əsasən 
erməni  qoşunlarının  təlimi  ilə  məşğul  olurdu.  General  Denstervil  yazır  ki,  "onun 
vəzifələrinə  cəbhə  xəttini  hər  gün  gəzmək  və  yerli  qoşunların  onlara  tapşırılmış 
mövqelərdə  olmasına  (bunu  о  bir  dəfə  də  olsun  görməmişdir),  onların  ərzaq  və 
sursatla  vaxtında  təmin  edilməsinə  nəzarət  etmək,  insanların  çoxsaylı  və  əsaslı 
şikayət və tələblərini yoxlamaq və yerinə yetirmək tapşırıqları aid idi". 
Qoşunların  təminat  məsələləri  ilə  polkovnik  Krauford  məşğul  idi.  General 
Denstervil  yazır  ki,  bu  zabit "zirehi  avtomobillər  dəstəsinə  rəhbərlik  edir, lakin iş 
bilən  adam  olduğundan  Bakı  intendantlığına  rəhbərlik  etmək  ona  tapşırılmışdır". 
Ərzaq məsələsinin həll olunmasında polkovnikə ingilislərin Bakıda keçmiş konsulu 
Klaren köməklik edirdi. 
Bakıya    təzə    gələndə      polkovnik  Raulinsona  arsenalda  qayda-qanun 
yaradılması  tapşırığı  verilir.  О,  bu  tapşırığı  bacarıqla  həll  etmişdi.  Daha  sonra 
general  Denstervil  оnа  Qafqaz  İslam  Ordusunun  arxasında  təxribat  əməliyyatı 
keçirməyi tapşırır. Plana əsasən Raulinson gəmi ilə Lənkərana gəlməli, daha sonra 
Muğan  qiyamçılarının  köməyi  ilə  avtomobillər  Muğan  düzünün  şimal  hissəsinə 
hərəkət  etməli  və  Kür  üzərində  salınmış  dəmiryol      körpüsünü      dağıtmalı      idi. 
Qeyd  etmək  lazımdır  ki,  bu  tip  əməliyyatlar  məşhur  polkovnik  Lourensin 
rəhbərliyi  ilə  ingilislər  tərəfindən  İngilis  qoşunlarının  zabiti,  mayor  Osmanlı 
ordusunun  arxasında  Ərəbistanda  da  keçirilmiş  və  çox  səmərəli  olmuşdu. 
Toplanmış  təcrübənin  Azərbaycanda  da  tətbiqi  türk-Azərbaycan  qoşunları  üçün 
təhlükəli  ola  bilərdi.  General  Denstervil  qeyd  edir  ki,  "Raulinson  əməliyyatı 
hərtərəfli  hazırlamışdı  və  sentyabrın  13-də  Lənkərana  yollanmalı  idi".  Sentyabrın 
12-də  Bakıya  həlledici  hücumun  hazırlanması  barəsində  xəbər  alan  Denstervil 
Raulinsonun  əməliyyatını  təxirə  salmağa  məcbur  oldu.  Sentyabrın  14-də  isə 
təxliyyə başlayanda Raulinsona başqa tapşırıq verildi. O, 200 ton yük qaldıra bilən 
"Armyanin"  gəmisinə  silah,  sursat  və  partlayıcı  maddələr  doldurub  Ənzəli 
limanına  yollanmalı  idi.  İngilislərin  getməsinə  maneçilik  törətməyə  çalışan  rus-
erməni heyətinin müqavimətinə baxmayaraq Raulinson tapşırığı  yerinə yetirdi. Raulinsona  bütün tədbirlərində 
ABŞ  vətəndaşı  Dana  köməklik  edir  (o,  əvvəllər  Bakıda  neft  mədənlərində  çalışmışdı),  həmçinin  tərcüməçi 
rolunu oynayırdı. 
Kral mühəndis qoşunlarının zabiti mayor Xaslam mövqelərin mühəndis təminatına cavabdeh idi. Ondan 
ilk  növbədə  müdafiə  xəttində  səngərlərin  qazılması  və  onların  qarşısında  tikanlı  məftillərin  çəkilməsi  tələb 
edilirdi.  Avqustun  26-da  türk-Azərbaycan  qoşunlarının  Palçıq  Vulkanı  təpəsinə  hücumu  zamanı  mayor 
müdafiəçilərlə birgə vuruşmuş və həlak olmuşdu. 
İngilis 
qoşunları 
Bakıya 
gələndə 
zirehli 
avtomobillər  dəstəsinə  (3  ədəd  avtomobil)  polkovnik 
Krouford  rəhbərlik  edirdi.  Lakin  ona  qoşunların  ərzaqla 
təminatı  tapşırılmışdı.  Zirehli  avtomobillər  dəstəsinə  3 
ədəd rus avtomobili də əlavə edilmiş və dəstəyə rəhbərlik 
markiz d Albissiyə tapşırılmışdı. 
Yük maşınlarına cavabdehlik isə kapitan Aldqama 
həvalə olunmuşdu. 
General  Denstervilin  dəstəsində  teleqraf  -  telefon 
rabitəsinin  qurulmasına  mayor  Pulverman  rəhbərlik 
edirdi.  Ona  kapitan  Foksli  köməklik  göstərirdi.  Bu  iki 

67 
 
zabit etibarlı rabitə sistemi yarada bildilər. 
Dəstənin maliyyə məsələləri ilə Kanada piyada hissəsinin zabiti mayor Nyukom məşğul olurdu. General 
Denstervil yazırdı ki, "maliyyə əməliyyatlarında onun böyük təcrübəsi var". 
Cənubi - Afrika qoşunlarının zabiti mayor Vanderberq mövqelərin pulemyotla müdafiəsinin rəhbəri təyin 
edilmişdi. 
Mayor  Raulandson  "Densterfors"  tərkibində  olsa  da  generalın  əmri  ilə  Biçeraxovun  dəstəsi  ilə  birgə 
Şimali  Qafqaza  göndərildi.  O,  burada  olan  ingilis  polkovniki  Paykla  bərabər  çalışmalı  idi.  Lakin  Payk  həlak 
olduğundan Raulandson çox çətinliklə də olsa qayıtdı. 
Kapitan  Noel  Qafqaz  İslam  Ordusunun  arxasında  diversiyalar  törədilməsi  üçün  hazırlanırdı,  lakin  türk-
Azərbaycan  hissələrinin  hücumları  ona  da  (polkovnik  Raulinson  kimi)  əməliyyatı  həyata  keçirməyə  imkan 
vermədi. 
Kapitan Saunders əkskəşfiyyat işi ilə məşğul idi. 
"Kommodor  Norris  rəhbərlik  etdiyi  bir  neçə  dörddüymlük  toplarla  silahlanmış  kral  dəniz  piyadaları 
dəstəsi"nin komandiri olmaqla bərabər Xəzərdə yaradılacaq dəniz qüvvələrinin rəhbəri təyin edilmişdi. 
Qoşunlarda fəaliyyət göstərən zabitlərə gəldikdə isə general aşağıdakı zabitlərin adlarını göstərir: mayor 
Ley  (Şimali  Stafford  alayının  komandiri),  mayor  Enqeldyu  (polkovnik  Qazarovun  yerli  erməni  taborlarında 
ingilis  nümayəndəsi;  sentyabrın  14-də  iki  ingilis  zabiti 
ilə  bərabər  qaçan  erməni  dəsətələrini  saxlamağa 
çalışmış,  bunun  əbəs  olduğunu  görərək  döyüşə  atılmış 
və  ağır  yaralanmışdı),  mayor  Deyrel  (yerli  erməni 
taborlarında  ingilis  nümayəndəsi), kapitan Kreq  (bölük 
komandiri),  mayor  B.Qavelok  (həlak  olub),  mayor 
Suttor,  kapitan  Brey  (general  Denstervilin  yavəri), 
kapitan 
Bollinqton 
(bölük  komandiri),  kapitan 
Turkinqton  (bölük  komandiri),  leytenant  Makbet, 
kapitan  Sparrou  (bölük  komandiri),  leytenant  Pitti 
(bölük  komandiri,  Binəqədi  yaxınlığındakı  döyüşdə 
həlak olub), leytenant Puadebar. 
Kapitan  Sesil  Cadd  döyüşənlərin  ön  cərgələrində  olmuş  və  öz  təəssüratlarını  müharibədən  sonra  çap 
etdirdiyi "General Denstervillə İran Zaqafqaziyada" adlı kitabında qələmə almışdır. 
İngilis  qoşunları  sentyabrın  ortalarında  Azərbaycanı  tərk  edəndən  sonra    "Norspersfors"  ("Şimali  İran 
qoşunları") adlandırıldı.
181
 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə