Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə19/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 
 
7.6. Ağsu-Kürdəmir döyüĢü (5-14 iyul 1918-ci il) 
 
Göyçay  ətrafında  gedən  döyüşlərin  qızğın  çağında  Bakının  aqibəti  barəsində  ondan  çox-çox  uzaqlarda 
müzakirələr və danışıqlar gedirdi. Hər vasitə ilə Bakı neftinə nəzarəti əldə saxlamaq üçün Sovet Rusiyası Bakı 
Sovetinə hərtərəfli kömək göstərməklə bərabər QİO-nun şərqə doğru hərəkətini dayandırmağın siyasi yollarını 
arayırdı.  İngiltərə  hadisələrə  fəal  müdaxilə  etmək  üçün  kifayət  qədər  hərbi  gücə 
malik  olmadığından  general  Denstervil  Ənzəlidə  əlavə  qüvvələr  toplayırdı.  Eyni 
zamanda  o,  Bakıda  əhəmiyyətli  mövqelər  tutan  erməni  liderləri  və  eserlərlə  gizli 
danışıqlar  aparırdı.  Şərait yaranan  kimi  hadisələrə  müdaxilə  etmək  üçün  polkovnik 
L.Biçeraxovun qoşunu nəzərdə tutulmuşdu. 
Bakı  neftinə  yiyələnməyə  çalışan  üçüncü  tərəf  Almaniya  idi.  Azərbaycan  - 
Gürcüstan  sərhəddində  baş  vermiş  toqquşmalar  sübut  etdi  ki,  türklər  almanları 
Azərbaycana  buraxmamaqda  israrlıdırlar.  Kimliyindən  asılı  olmadan  Azərbaycana 
soxulmaq  istəyən  qüvvəni  məhv  etmək  barədə  Vehib  paşanın  iyunun  24-də 
imzaladığı  əmr  türklərin  ciddi  olmalarını  təsdiqlədi.  Hərbi  müdaxilənin 
mümkünsüzlüyünü anlayaraq almanlar da QİO-nun hərəkətini dayandırmaq və Bakı 
neftinə  yiyələnmək  üçün  diplomatik  yollar  arayırdılar.  Osmanlı  dövlətinin  si-yasi  və  hərbi  rəhbərliyinə  təzyiq 
göstərən almanlar ikili siyasət yürüdürdülər: bir tərəfdən onların başladıqları  müharibədə Osmanlı dövlətinin 
müttəfiqliyini qiymətləndirdiklərini bildirir, digər tərəfdən isə Osmanlı qoşunları ilə müharibə aparan sovetlərlə 
danışıqlar  aparır,  Ənvər  paşadan  QİO-nun  hücumunu  dayandırmasını  tələb  edirdilər.  Son  nəticədə  Almaniya 
Sovet Rusiyası ilə separat danışıqlara girdi. 
Türkiyədən gizlin aparılan bu danışıqlar Bakı neftinin Rusiyada  qalmasını,  Almaniyanın müəyyən faizlə 
ona şərikliyini nəzərdə tutan müqavilənin   imzalanması ilə  başa      çatdı.
415
  Almaniyanın   Tiflisdəki   baş 
konsulu  qraf  F.  fon  Şulenburq  iyulun  4-də  yazırdı:  "türklərin  Bakını  götürməsi  ehtimalı  ümumiyyətlə  şübhə 
doğurur,  arzu olunardı ki, onlar əsaslı məğlubiyyətlə üzləşsinlər”.
416
  Avqustun 4-də  gözlənilməz  hadisə  baş 
verdi: Həştərxandan gəmi ilə Bakıya bir neçə alman zabiti gəlmiş və general Denstervilin yazdığına görə, türk 
komandanlığının  qərargahına  getmək  istəmişdilər.
417
  Alman  zabitləri  Sentrokaspi  qoşunları  tərəfindən  həbs 
olunmuşdu, lakin faktın mövcudluğu göstərir ki, almanlar avqust ayında birbaşa Bakı Soveti ilə əlaqə yaratmağa 
çalışmış,  onun  devrilməsini  biləndə  müttəfiqləri  olan  türkləri  yada  salmışdılar.  Belə  vəziyyətə  cavab  olaraq 
                                                           
411
Süleymanov M.S. Azərbaycan Ordusu, s.102. 
412
Yuceer N. Birinci Dünya savaşında, s.88.
 
413
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.108. 
414
Muğanda polkovnik İlyaşeviçin qüvvəllərinin fəal əməliyyatlardan imtina etməsinin səbəblərindən biri də 1918-ci il iyulun axırlarından 1919-cu ilin 
avqustunadək Kür çayı keçidləri, Suqovuşan, Cavad bölgəsi, Bankə qəsəbəsi və Kürün ağzına məhz N.Ramazanovun nəzarət etməsi olmuşdur.
 
415
Almaniya  ilə  Sovet  Rusiyasının  əlaqələri,  Türkiyədən  gizli  apardıqları  danışıqlar  bu  danışıqlarda  Azərbaycanın  və  Bakı  neftinin  yeri  barəsində  çox 
yazılıb. Kitab üzərində iş zamanı tərəfimizdən aşağıdakı əsərlərdən istifadə edilmişdir: Reha Yılmaz. I Dünya müharibəsi başlanğıcında, s.70-71; Пипия 
Г.В. Германский империализм в Закавказье в 1910-1918 годах. Москва, 1978, с. 126. 
416
Пипия Г.В. Германский империализм, с. 126. 
417
Денстервиль, с.98. 

123 
 
Ənvər  paşa  eyni  ikili  siyasəti  həyata  keçirməyə  başladı.  İyunun  26-da  Ənvər  paşa  Şərq  ordular  qrupu 
komandanlığına  məktubla  QİO-nun  hücumunu  dayandırmaq  əmrini  vermiş,  lakin  bu  məktubu  göndərəndə 
nəzərə almışdı ki, onun mətni ilə Şərq ordular qrupu qərargahında çalışan "müttəfiq" almanlar tanış olacaqlar. 
Eyni  vaxtda  Şərq  ordular  qrupu  komandanına  göndərdiyi  şəxsi  xarakterli  məktubunda  o,  bütün  hazırlıqların 
qrupun  qərargahında  olan  alman  zabitlərindən  məxfi  aparılmasını,  Nuru  paşaya  tələb  olunan  sayda  silah  və 
sursat,  imkan  olarsa,  canlı  qüvvə  göndərilməsini  əmr  etmiş,  Nuru  paşa  ilə  əlaqə  saxladıqda  isə  tezliklə  Bakı 
istiqamətində yürüş təşkil etməsini istəmişdi.
418
 İyunun 30-da 15-ci firqənin 38-ci türk piyada alayı Azərbaycana 
yola salındı, həmçinin 3-cü Ordunun 350 nəfərlik ehtiyat qrupu da Nuru paşanın sərəncamına göndərildi.
419
 
Almaniya  ilə  danışıqlar  aparan  zaman  Sovet  Rusiyasının  nümayəndəsi  QİO-nun  hücuma  hazırlaşdığını 
bildirərək bunun qarşısını almağı tələb etdi. Türk qərargahlarında çalışan alman zabitlərinin verdikləri məlumata 
əsaslanan  alman  rəhbərliyi  isə  heç  bir  hazırlığın  olmadığını,  Ənvər  paşanın  öz  qoşunlarına  əməliyyatları 
saxlamaq  əmrini  verdiyini  bildirdi.  Bu  məlumatı  alan  Sovet  Rusiyası  rəhbərliyi  Bakı  Soveti  ilə  əlaqədar 
təhlükənin sovuşduğunu zənn edərək arxayınlaşdı. 
Mövzu ilə birbaşa bağlı olmasa da biz bu kitabda QİO və Bakı nefti ətrafında gedən siyasi oyunların qısa 
xülasəsini verməyi lazım bildik. Problemlə bağlı mövcud tarixi ədəbiyyatın öyrənilməsi bizi belə qənatə gətirdi 
ki,  Ənvər  paşa  QİO-nun  əməliyyatlarını  dayandırmaqla,  Osmanlı  dövlətinin  planlarının  icrasını  yarımçıq 
qoymaq və müttəfiqi Azərbaycanla imzaladığı müqaviləyə naxələf çıxmaq fikrində deyildi! Hakimiyyətə gələn 
yeni  Osmanlı  sultanı  IV  Vahidəddin  iyulun  7-də  teleqram  göndərərək  Nuru  paşa  və  onun  tabeçiliyində  olan 
qoşunların səylərini dəstəkləməsini bildirdi.
420
 
Fəaliyyəti  siyasi  baxımdan  dəstəklənən  QİO-nun  komandanlığı  tam  əminliklə 
yeni əməliyyatların planlaşdırılması ilə məşğul ola bilərdi. 
Bakı  Soveti öz  qoşunlarının  say  tərkibini  artırmaq  üçün  bir sıra tədbirlər  həyata 
keçirdi.  İyunun  14-də  S.Şaumyan  V.İ.Leninə  teleqram  göndərərək  polkovnik 
L.Biçeraxovun  Qırmızı  Orduya  qoşulacağı  barəsində  xəbər  verdi.
421
  Çar  ordusunun 
polkovniki, kommunist ideyalarının qatı düşməni, ingilislərlə əlaqələrini gizlətməyən və 
qardaşı Şimali Qafqazda bolşeviklərə qarşı mübarizə aparan bir şəxsin Qırmızı Orduya 
cəlb edilməsinin səbəbləri var idi.
422
 Döyüşlər sübut etdi ki, Qırmızı Ordunun komandir 
heyəti  zəifdir;  Qırmızı  Orduda  bolşeviklər  və  onların  təəssübkeşləri,  həmçinin  daşnak, 
qismən  menşeviklərlə  vuruşurdu,  bu  qüvvələr  hesabına  ordunun  sayını  artırmaq 
mümkün deyildi. L.Biçeraxovun Qırmızı Orduya qatılması "vahid və bölünməz Rusiya" 
ideyası ilə yaşayan çar ordusunun zabitlərini, həmçinin bolşevik və daşnak olmasa da, 
anti-azərbaycanlı  mövqelərdə  dayanan  qüvvələri  də  Qırmızı  Orduya  cəlb  edə  bilərdi. 
Üstəlik  Biçeraxovun  intizamını  saxlamış,  döyüş  təcrübəsi  olan,  öz  komandirlərinə 
inanan,  ingilislərin  verdiyi  zirehli  avtomobillərlə  təchiz  edilən  1500  nəfər  Tersk  və  Kuban  kazakından  ibarət 
dəstəsi  ciddi  təhlükə  ola  bilərdi.  Ehtimal  edilirdi  ki,  L.Biçeraxova  qarşı  vuruşduqlarını  biləndə  Müsəlman 
Korpusunun  tərkibində  olan  qeyri  müsəlman  zabitlər  Qırmızı  Ordu  tərəfinə  keçəcəklər.  İyulun  1-də  Ənzəlidə 
gəmiyə minən, həmin gün Ələtdə sahilə çıxarılan Biçeraxov artıq iyulun 2-də cəbhə bölgəsində idi. Vəziyyətlə  
tanış olduqdan sonra o,  əlavə olaraq 2 min nəfərin göndərilməsini istədi, fövqəladə tədbirlərlə S.Şaumyan 3 min 
nəfəri cəbhəyə göndərə bildi.
423
 İyulun 6-da L.Biçeraxov döyüşən hissələrin komandanı elan edildi, lakin qoşun 
komandanı elan edilən Biçeraxov sovet qoşunlarının sol cinahına göndərildi, mərkəz və sağ cinah qoşunlarına 
əvvəlki  kimi  Q.Korqanov  rəhbərlik  edirdi.  Bolşevik  və  daşnaklar  nümayiş  etdirdilər  ki,  Biçeraxovdan  onlara 
yalnız  onun  adı  və  qoşunları lazımdır.  Qazanılacaq  qələbə  qoşunların  böyük  hissəsinə,  mərkəz  və  sağ  cinaha 
komandanlıq  edən  Q.Korqanov  və  Bakı  Sovetinin  ayağına  yazılacaq,  məğlubiyyət  olarsa,  döyüşən  hissələrin 
komandanı, çar zabiti və ingilis agenti Biçeraxov cavab verməli olacaqdı. 
İyulun  əvvəllərində  Qaraməryəm-Ağsu  və  Qaraməryəm-Müsüslü  xətləri  boyunca  mövqe  tutan  QİO 
qoşunları  Kürdəmiri  şimal  və  qərbdən  sarmağa  başladı.  Plana  əsasən  zərbə  Kürdəmir  istiqamətində,  o,  azad 
ediləndən sonra isə Şamaxı istiqamətində yönəlməli idi. Ləngəbiz təpəlikləri və bir neçə kiçik çayla bir-birindən 
aralanan Kürdəmir və Şamaxı ətrafı ərazilər relyef baxımından çox fərqlənir, bu isə qoşunlardan fərqli şəraitdə 
fəaliyyət  göstərilməsini  tələb  edirdi.  Qoşunların  üzləşdiyi  problemlərdən  biri  hərbi  hissələrin  tez-tez  yerlərini 
dəyişdiyindən  simli  rabitə  (telefon  xətləri)  çəkməyin  mümkünsüzlüyü  idi,  bu  isə  onların  idarə  edilməsinə 
maneçilik törədirdi.
424
 Su ilə təchizatındakı problemlər və isti hava şəraiti xəstəliklərə səbəb olurdu. Dizenteriya
                                                           
418
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.94. 
419
Süleymanov M.S. Azərbaycan Ordusu, s.101. 
420
Yuceer N. Birinci Dünya savaşında, s.90-91.
 
421
Большевики в борьбе за победу, с.508. 
422
Дарабади П.Г.Военные проблемы, с.118. 
423
Süleymanov M.S. Azərbaycan Ordusu, s.104. 
424
Yuceer N. Birinci Dünya savaşında, s.90.
 

124 
 
xolera,  malyariya  kimi  xəstəliklər  döyüşçüləri  uzun  müddətə  sıradan  çıxardır,  hətta  onların  ölümünə  səbəb 
olurdu.
425
 
Təkcə  yuxarıda  sadalanan  problemlər  deyil,  ərazidə  yerləşən  silahlı  dəstələrə  malik  erməni  kəndlərinin, 
QİO-nun arxasına zərbə vurmaq ehtimalı  da   hücum   əməliyyatına   əngəl  ola  bilərdi.   Əmirovun dəstəsinin 
iyunun  30-da  Göyçaya  hücumu  belə təhlükənin  əvvəlcədən  aradan  qaldırılmasını  tələb  edirdi.  Göyçay  döyüşü 
bitəndən sonra Nuru paşa Ərkani-Hərb rəisi Nazim bəyə Ağdaş, Xaldan və Nuxadakı milli qüvvələrə rəhbərlik 
edərək Söyüdlü və Qayabaşı ermənilərinin dəstələrini ləğv etməyi tapşırdı. Tapşırıq yerinə yetirildi, erməni dəs-
tələri  və  onların  sığınacaqları  dağıdıldı.  Şəki  milli  dəstəsinin  komandiri  Həqqibəy  Nic  və  Söyüdlü  kəndlərini 
nəzarət altına aldı. Gəncə mövqe komandiri Cəmil Cahid bəy və milli hissə komandirlərinə döyüşlərdən sonra 
meşələrə və dağlara səpələnmiş kiçik erməni dəstələrinin məhv edilməsi üçün tədbirlər həyata keçirmək əmri 
verildi.  İyulun  l-dən-4-dək  Pəzəvəngə  və  Qırdadu  kəndləri tutuldu,  İvanovka  kəndi  ətrafında  10-cu  alayın  bir 
taboru və 2 dağ topu bolşevik-erməni qüvvələrinin iri dəstəsini  məhv etdi (çoxlu sayda silah və 2 top qənimət 
kimi  götürüldü),    Çanaqbulaq  kəndi    nəzarət  altına  alındı.  Təmizləmə  əməliyyatları  döyüş  şəraitində 
keçdiyindən QİO qoşunları itkilər verirdi. İyulun 1-dən 4-dək 7 zabit və 39 əsgər həlak olmuş, 9 zabit və 93 
əsgər  yaralanmış,  1  zabit  və  74  əsgər  itkin  düşmüşdü.
426
  İtkin  düşənlərin  çox  olması  QİO  tərkibində  xüsusi 
axtarış-xilasetmə və çevik tibb hissələrinin olmaması ilə izah edilir. Meşəli dağ şəraitində yaralanan, yıxılaraq 
əzilən  əsgərlər  əsas  qruplardan  aralı  düşürdü.  Onların  axtarılması  üçün 
nə  kifayət  qədər  qüvvə,  nə  də  vaxt  var  idi.  Yerli  sakinlərin    xatirələri   
göstərir      ki,      itkin      düşənlərin      cüzi      hissəsi      ətraf  azərbaycanlı 
kəndlərinin  əhalisi  tərəfindən  xilas  edilən  yaralı  döyüşçülər  sağalandan 
sonra  öz  qoşunlarına  qayıtmışdı.  Əksər  yaralılar  çoxlu  qan  itirməsi  və 
tibbi yardımın göstərilməməsindən, bəzən də susuzluqdan həlak olurdu. 
Bir  çoxlarının  cəsədi  sakinlər  tərəfindən  həlak  olduqları  yerdə  dəfn 
edildiyindən indiyənədək həmin rayonlarda tək-tək türk və azərbaycanlı 
əsgərlərin qəbirlərinə rast gəlinir. 
İyulun  4-də  5-ci  Qafqaz  firqəsinin  qoşunları  aşağıdakı  mövqelərdə  dayanmışdılar:  Müsüslü  kəndindən 
şərqdə - Müsüslü dəstəsi; ondan şimalda, Qaraməryəmə çatmamış - Mürəttəb türk süvari alayı; Qaraməryəm və 
ondan  şimalda  -  13-cü  piyada  alayı;  qruplaşmanın  şimalında,  İsmayıllıyadək  -  10-cu  Qafqaz  piyada  alayı. 
Mərkəz Ağsu xəttinə düşürdü. Döyüşlərin ağırlığının da bu hissədə cəmləşdiyi ehtimal edildiyindən Nuru paşa 
Ağsuya  gəlmişdi.  Burada  hücum  planı  tərtib  edilərək  əmrlər  verildi.  Əməliyyat  iyunun  5-də  aşağıdakı  is-
tiqamətlərdə  aparılmalı  idi:  qayməqam  H.Səlimovun  rəhbərliyi  ilə  Müsüslü  dəstəsi  dəmir  yolu  xətti  boyunca 
irəliləyərək  Kürdəmirə  hücum  edir  və  onu  azad  edir;  Mürəttəb  türk  süvari  alayı  Xəlilli  -Qarasaqqal 
istiqamətində hərəkət edir, Kürdəmir - Ağsu xəttini kəsir ki, Kürdəmirə şimaldan kömək gəlməsin; 13-cü piyada 
alayı boyu məsafə qət edərək Ağsu - Şamaxı xəttini kəsməli; 10-cu piyada alayı  Ağsunun şimalındakı dağların 
yamacları ilə hərəkət edərək Gürcüvana çıxmalıydı. Arxada dayanan Göyçay dəstəsi düzülüş xəttindən sızmış 
erməni  dəstələrini  məhv  etməli,  İvanovka-Qoşakənd  xəttində  əsas  qüvvələrlə  birləşməliydi.
427
  Topçu  hissələri 
və milli süvari hissələr alaylar arasında bölüşdürülmüşdü. 
Döyüş əmrinin təhlili aşağıdakı nəticəyə gəlməyə imkan verir. Sovet qoşunlarının əsas qüvvələrinin Ağsu 
ətrafında  cəmləşməsi  nəzərə  alınaraq  əsas  zərbə  Kürdəmirə  deyil,  məhz  Ağsu  istiqamətində  vurulurdu.  Bu 
zaman Ağsuya hücum üzbəüz deyil, yanlardan yönəldilirdi. Belə ki, 13-cü alay cənubdan, 10-cu alay şimaldan 
irəliləyərək  Ağsunun  şərqində  düşmən  qüvvələrini  mühasirəyə  almalı  idi.  Mühasirə  təhlükəsi,  Ağsu-Kürdəmir 
yolunun  süvarilər  tərəfindən  kəsilməsi  Kürdəmirin  Müsüslü  dəstəsi  tərəfindən  tutulmasını  asanlaşdırardı. 
Müsüslü dəstəsinə əlavə qüvvələrin verilməməsi Kürdəmirə qərbdən yalnız bataqlıqlar arasındakı dar ərazidən 
irəliləməyin  mümkünlüyü  ilə  izah  olunur.  Göyçay  ətrafında  30  iyun  hadisəsi  təkrarlanmasın  deyə  döyüş 
düzülüşündən arxada Göyçay dəstəsi təşkil edilmişdi. Əsasən milli hissələrdən ibarət olan dəstə düşmənin qəfil 
hərəkətlərinin  qarşısını  almalı,  eyni  zamanda  firqənin  ehtiyat  qüvvəsi  rolunu  oynamalı  idi  (nəzərə  almaq 
lazımdır ki, 3-cü ordudan istənilmiş əlavə qüvvələr, о cümlədən 38-ci alay hələ gəlməmişdi). Göyçay dəstəsinin 
tədricən  şimala  doğru  yönəlib  Qoşakənd  istiqamətində  irəliləməsi  əmri  onunla  bağlıdır  ki,  komandanlıq 
hücumun sonunda məhz sol (şimal) cinahın vacib Şamaxı istiqamətinə çıxmasını nəzərə almışdı. 
İyulun  5-də  səhər  başlayan  döyüş  ağır  şəraitdə  keçdi.  Müsüslü  dəstəsi  güclü  müqavimətlə  üzləşərək 
Kürdəmirə çətinliklə yaxınlaşdı, günün axırınadək stansiya və kəndi tuta bilmədi, lakin düşmən xeyli itki verdi. 
Mürəttəb  türk  süvari  alayı  vəzifəsini  yerinə  yetirmişdi.  13-cü  piyada  alayı  onun  qarşısında  dayanan  düşməni 
əzsə  də  günün  axırınadək  Şamaxı-Ağsu  xəttini  kəsə  bilmədi.  10-cu  piyada  alayı  düşməni  darmadağın  etmiş, 
lakin  dağlıq  əraziylə  irəlilədiyindən  və  göstərilən  mövqeyə  vaxtından  gec  çatdığından  mühasirə  yarada 
                                                           
425
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92-93. 
 
426
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.312-313.  
427
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.222. 

125 
 
bilməmişdi. Göyçay dəstəsi verilən tapşırığı yerinə yetirmişdi. Düşmənin müdafiə xətti əsasən yarıldığından və 
boyük  itkiyə  məruz  qaldığından  komandanlıq  planı  dəyişmədi.  Qoşunlar  tutduqları  mövqelərdə  gecələyərək 
iyulun  6-da  hücumu  davam  etdirməli  idilər.  Mürəttəb  süvari  alayının  istiqaməti      dəyişdirilərək      Müsüslü   
dəstəsinin      gücləndirilməsinə  yönəldilmişdi.
428
  Kəşfiyyatın  məlumatına  görə,  düşmənin  qüvvələri  azı  7  min 
nəfər idi.
429
 Onların əməliyyatlarını 1 zirehli qatar, 20 top dəstəkləyir, eyni zamanda əlavə texnika gətirilirdi.
430
 
İyulun 6-da düşmən döyüşə təyyarə və zirehli avtomobillər dəstəsini yeritdi. 13-cü alay Ağsunu tutaraq 
şəhərdən  keçdi  və  Şamaxıya  gedən  yolu  kəsdi.  Ağsu  ermənilər  tərəfindən  dağıdılmış,  bir  çox  evlər  talanıb 
yandırılmışdı. 10-cu alay Ağsunu şimaldan çevrəyə alıb Ağsu-Şamaxı yolu ilə geri çəkilən düşmənə güclü zərbə 
vurdu.  Azərbaycanlı  süvari  dəstələri  düşməni  təqib  etməyə  başlamış  və  onun  tədricən  geri  çəkilmək  planını 
vahimə içərisində qaçışa çevirmişdilər. Ağır silahları və arabaları atan düşmən Ağsunun şimalında yeni müdafiə 
mövqeləri tuta bilmədi və Şamaxıya çəkildi. 1 səhra topu, 1 cəbhəxana arabası, 5 pulemyot, talan edilən əhalinin 
var-yoxu  ilə  doldurulmuş  15  nəqliyyat  arabası,  1  səhra  lazareti  çadırı, 
çoxlu  sayda  tibbi  ləvazimat,  silahlar  qənimət  kimi  götürüldü.
431
 
Düşmənin  parçalanmış  hissələrindən  biri  Kürdəmir  istiqamətində 
hərəkətə başladı, lakin onlardan cəmi 100 nəfərə yaxını Kürdəmirə çata 
bildi.  Qaraqoyunlu  kəndi  Həsən  bəyin  dəstəsi  (bir  türk  piyada  taboru, 
mürəttəb süvari alayı) tərəfindən tutulmuş və Ağsu ilə Kürdəmirin yolu 
QİO-nun  əlinə  keçmişdi.  Müsüslü  dəstəsi  Kürdəmir  ətrafında  Qırmızı 
ordunun  1-ci  briqadası,  Biçeraxovun  dəstəsi,  Təlimatçılar  məktəbi,  6 
zirehli  avtomobil,  2  zirehli  qatar,  çoxlu  sayda  artilleriya  ilə 
üzləşdiyindən  çətinliklə  irəliləyirdi.  Ələ  keçirilmiş  əsirlərin  dindirilməsi  göstərdi  ki,  düşmən  əsgərlərinin  sayı 
kəşfiyyatın verdiyi məlumatlardan artıqdır. Belə ki, bilavasitə Biçeraxovun dəstəsində 1500 deyil, 3000 döyüşçü 
var  idi.
432
  Ehtimal  ki,  bu  gözlənilməz  say  artımı  ətrafdakı  rus  və  erməni  kəndlərindən  Qırmızı  Orduya 
qoşulanların  hesabına  yaranmışdı.  Müəyyən  olundu  ki,  düşmən  Kürdəmir  ətrafında  cinahları  bataqlıqlara 
dirənən dairəvi müdafiə xətti təşkil etmişdir. Xəttin arxasına keçmək üçün Həsən bəyin dəstəsi Kürdəmirə deyil, 
ondan şimal-şərqdə yerləşən Qarasaqqal kəndinə hücum etdi. Burada dayanan bolşeviklərin 150 nəfərlik dəstəsi 
məhv edildi.  Lakin sovet komandanlığı anlayırdı ki, kəndin itirilməsi Kürdəmirdə olan qoşunların mühasirəyə 
düşməsi ilə nəticələnəcək. Buna görə dərhal vəziyyəti xilas etməyə çalışdı. Əvvəlcə 350 piyada, 3 pulemyot, 2 
topdan  ibarət  olan  dəstə,  sonra  isə  250  nəfər  piyada,  2  pulemyot,  5  topdan  ibarət  olan  dəstə  Kürdəmirdən 
Qarasaqqal kəndinə göndərildi. Döyüş nəticəsində Həsən bəy geri çəkilməyə məcbur oldu.
433
 
Gecə  qoşunları  yeni  döyüşlərə  hazırlayan  Səlimov  və  Biçeraxov  yerdəyişmələr  etdi.  Səhərisi  gün 
hadisələrin gedişi H.Səlimovun vəziyyəti daha düzgün qiymətləndirməsindən xəbər verdi. 
İyulun 7-də Müsüslü dəstəsinin süvariləri dəmir yolunun cənubu, iki taqımı isə dəmir yolunun şimalı ilə 
Kürdəmirə  tərəf  hərəkətə  başladı.  Dəstənin  digər  üç  bölüyü  isə  bataqlıq  ərazidən  keçərək  düşmənə 
gözlənilmədən  zərbə  endirdilər.  Qüvvələr  nisbəti  və  hərbi-texniki  üstünlük  Biçeraxovun  tərəfində  olsa  da,  12 
saatlıq döyüşdə o, Müsüslü  dəstəsinin   döyüşçülərini mövqelərindən  vurub   çıxara bilmədi. Rəhbərliyin dəqiq 
taktiki seçimi sayəsində Müsüslü dəstəsinin itkiləri də böyük deyildi: gün ərzində Azərbaycan hissələrindən 8 
əsgər həlak olmuş, 12 nəfər (onlardan 2 zabit) yaralanmışdı; türk taborundan 5 əsgər həlak olmuş, 50-dən çoxu 
isə  yaralanmışdı.  Ağdaş  və  Xaldan  ətrafında  olan  könüllülər  Nuru  paşanın  əmri  ilə  Müsüslü  dəstəsinin 
sərəncamına  göndərildi.  İyulun  7-də  sovet  komandanlığı  Əmirovun  iyunun  30-da  keçirdiyi  əməliyyatı 
təkrarlamağa  cəhd  göstərdi.  Erməni  kəndlərindən  çıxan  bolşevik-daşnak  bölməsi  Göyçayın  şimalında  5-ci 
firqənin  arxasına  zərbə  vurmağa  çalışdı,  lakin  ehtiyatda  dayanan  qüvvələr  onların  qarşısını  alaraq  düşmən 
qüvvələrini dağıtdı. 
Mərmi və cəbbəxana ehtiyatının azlığı Müsüslü dəstəsinin koman-danlığını fəal hücuma keçməyə imkan 
vermirdi.  Üstəlik  istər  Kürdəmirin  qərbində,  istərsə  də  şimalında  düşmən  öz  mövqelərini  yaşıllıqlar
 
arasında 
qurmuş, türk-Azərbaycan hissələri isə açıq ərazi ilə irəliləməli idi. Bu səbəbdən Nuru paşa planı dəyişdi. Yeni 
plana əsasən iyulun 7-dən 8-nə keçən gecə 13-cü alay Kürdəmir istiqamətinə gətirilməli, Həsən bəyin dəstəsi ilə 
birləşdirilməli idi. İyulun 8-də səhər Müsüslü dəstəsi fəal hücumu immitasiya etməli, Biçeraxovun qüvvələrinin 
diqqətini  özünə  cəlb  etməli,  13-cü  piyada  alayı  isə  şimaldan  Kürdəmirə  hücum  etməliydi.  Düşmən  Şamaxı 
istiqamətində  13-cü  alayın  yoxluğunu  hiss  etməsin  deyə,  10-cu  alay  geniş  cəbhədə  Şamaxıya  doğru  hücum 
etməli  idi.
434
  Vəziyyəti  düzgün  qiymətləndirən  Biçeraxov  hərbi  texnikada  üstünlüyü  hesabına  13-cü  alayın 
                                                           
428
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.223. 
429
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92. 
430
Süleymanov M.S. Azərbaycan Ordusu, s.105. 
431
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92. 
432
Yenə orada, s.94.
 
433
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi, s.315. 
434
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.225. 

126 
 
qarşısını  almaq  qərarına  gəldi.  8  top  və  8  pulemyotla  silahlanan  sovet  piyada  hissələri  Kürdəmirin  şimalında 
mövqe tutdular. 
İyulun  8-də  gedən  döyüşlərdə  13-cü  alay  azacıq  irəlilədi,  Müsüslü  dəstəsinin  hərəkətlərinə  qarşı 
bolşeviklərin  zirehli  qatarı  göndərildi.
435
  Üstəlik  Şamaxı  istiqamətində  hücuma  başlayan  bolşevik-erməni 
qüvvələri  10-cu  alayı  Gürcüvan  kəndindən  çıxarmağa  nail  oldular.  Uğurun  qazanılmasında  Şamaxı 
ermənilərinin 800 nəfərlik dəstəsinin (komandir Qazarov), Qarakənd və Mədrəsə kəndlərinin erməni əhalisinin 
böyük  rolu  olmuşdur.  Meysəri-Mədrəsə  və  Muğanlı  kəndləri  istiqamətində  ağır  döyüşlər  oldu,  10-cu  alay 
düşməni Ağsunun 10 kilo-metrliyində saxlaya bildi.
436
 
İyulun  9-da  tərəflər  əsasən  növbəti  döyüşlərə  hazırlaşır,  tükənmiş  döyüş  sursatını  (bəzi  yerlərdə  döyüş 
sursatının tükənməsi səbəbindən süngü döyüşləri baş vermişdi) bərpa edirdilər. İyulun 9-dan 10-a keçən gecə 
mürəttəb  süvari  alayı  düşmən  arxasına  göndərilərək  Kürdəmirlə  Karrar  stansiyası  arasında  dəmir  yolunu 
dağıdaraq  burada  mövqe  tutdu.
437
  Görünür,  Nuru  paşa  Kürdəmir  ətrafında  çoxsaylı  düşmən  qoşunlarının 
olmasını  bildiyindən  onları  geri  çəkilərək  yeni  mövqelər  tutmağa  vadar  etmək  deyil,  əksinə,  buradaca 
mühasirəyə  salıb  məhv  etmək  planından  əl  çəkməmişdi.  Qazaxdan  gətirilmiş  350  nəfər  könüllü  13-cü  alayın 
tərkibinə verildi. 
İyulun  10-da  günorta  başlayan  döyüşdə  13-cü  alay  xeyli  irəlilədi,  düşmən  Müsüslü  dəstəsi  ilə  üzbəüz 
dayanan  bəzi  hissələri  13-cü  alaya  qarşı  yönəltdi.  Burada  6  pulemyotla  1000  nəfər  sovet  döyüşçüsü  qaldı. 
Düşmən  mövqelərini  daim  nəzarətdə  saxlayan,  onun  atəşlərinin  azalmasını  görən  H.Səlimov  dərhal  Müsüslü 
dəstəsini  bütünlüklə  irəli  atdı  və  13:55-də  düşmənin  birinci  səngər  xəttini  tutdu,  hücumu  davam  etdirərək 
müdafiə mövqelərini yardı və Kürdəmirin girəcəyinə çatdı.
438 
Bu xəbər Kürdəmirin şimalında müdafio olunan 
düşməndə vahimə  yaratdı, irəli atılan 13-cü alay düşmən  mövqelərini yardı və  Kürdəmirin qərbində Müsüslü 
dəstəsi  ilə  birləşdi.  Kürdəmirə  ilk  olaraq  1-ci  Tatar  süvari  alayı,  bir  dağ  topçu  taqımı  və  46-cı  türk  taborunu 
döyüşçüləri daxil oldular.
439
  13-cü  alay  Müsüslü  dəstəsinin  1-ci  Tatar  alayının  süvarilərinə  atəş  açmasın  deyə 
13-cü  alayın  tərkibində  olan  azərbaycanlı  hissələrdən  yunker  Qasımov  irəliyə  keçərək  cənubdan  yaxınlaşan 
süvarilərin azərbaycanlı süvarilər olmasını xəbər verdi. Bir neçə saat davam edən döyüşdən sonra Kürdəmirdə 
müdafiə  olunan  düşmən  böyük  itkilər  verdi.  Qələbəyə  görə  Nuru  paşa  tərəfindən  dərhal  polkovnik  rütbəsinə 
layiq  görülən  H.Səlimov  düşmən  qüvvələrinin  təqibini  təşkil  etdi.
440
  Karrar  stansiyası  yaxınlığında  düşmən 
zirehli avtomobillərlə əkshücum təşkil etməyə çalışdı, lakin onlar mühasirəyə salındı və çox çətinliklə, bolşevik-
erməni  piyada  hissələrinin  köməyi  ilə  mühasirədən  çıxdı.
441
  İyulun  10-da  axşam  türk-azərbaycanlı  qoşunlar 
Kürdəmirdən şərqdə mövqe tutdular.
442
 
İyulun  10-12-də  böyük  qüvvələrlə  Ağsu  istiqamətində  irəliləməyə  çalışan  düşmən  Kürdəmirin 
itirilməsinin  əvəzini  burada  çıxarmağa  çalışdı,  lakin  hakim 
yüksəklikləri əlində saxlayan 10-cu alay hücumları dəf etdi.
443
 Döyüş 
sursatının  çatışmazlığını  aradan  qaldırmaq  üçün  qənimət  kimi 
götürülmüş silahlardan istifadə edildi. 
Təlaş  içində  olan  S.Şaumyan  Petroqrada  V.Leninə  və 
Həştərxanda  olan  İ.Stalinə  teleqramlar  vuraraq  təcili  əlavə  qüvvələr 
göndərilməsini tələb edirdi.
444
 
Ağsu  -  Kürdəmir  əməliyyatına  son  qoyaraq  bütün  səyləri 
Şamaxı is-tiqamətinə yönəltmək üçün Karrar stansiyasını azad etmək 
lazım  idi.  Nuru  paşa  stansiyanın  alınmasını  Müsüslü  dəstəsinə 
tapşırmış,  13-cü  alayı  şimala,  Ağsu-Şamaxı  yoluna  çəkməyi  planlaşdırmışdı.  Müsüslü  –Kürdəmir  dəmir 
yolunun  bir  qismi  düşmən  tərəfindən  dağıldığından  qoşun  və  sursatların  göndərilməsində  problemlər  yarandı. 
Onları aradan qaldırmaq üçün yolun təmirinə başlandı və qısa zaman ərzində işlər tamamlandı.
445
 İyulun 11-də 
axşam  tərtib  edilən  plana  əsasən  qoşunların  bir  hissəsi  Qarasaqqal  istiqamətində  irəliləməli,  H.Səlimovun-
Müsüslü  dəstəsi  isə  Karrara  hücum  etməli  idi.  Karrara  hücumda  bir  piyada  taboru,  mürəttəb  süvari  alayı, 
                                                           
435
Yuceer N. Birinci Dünya savaşında, s.90. 
 
436
Большевики в борьбе за победу, с.553; Токаржевский Е.А. Из истории иностранной интервенции, с.121. 
437
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.227.  
438
Süleymanov M.S. Azərbaycan Ordusu, s.107. 
439
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.93. 
440
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.228. 
441
Токаржевский Е.А. Из истории иностранной интервенции, с.121. 
442
Süleymanov M.S. Azərbaycan Ordusu, s.107. 
443
Большевики в борьбе за победу, с.559. 
444
Большевики в борьбе за победу, с.557. 
445
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.229. 

127 
 
azərbaycanlı  süvari  bölükləri,  piyada  hissələri  və  topları,  13-cü  alaydan  götürülmüş  rus  səhra  topları  taqımı 
iştirak etməli idi. Qarasaqqala hücumunu iki türk piyada bölüyü, bir pulemyot taqımı icra etməli idi.
446
 
İyulun  12-də  başlayan  döyüş  göstərdi  ki,  5-ci  firqənin  komandanlığı  planı  tərtib  edərkən  düşməni  zəif 
saymışdır,  halbuki  sovetlər  Karrar  və  Qarasaqqala  əlavə  qüvvələr  gətirmişdilər.  Karrar  stansiyası  uğrunda 
döyüşdə  sovetlər  tərəfindən  2  zirehli  qatar,  bir  neçə  zirehli  avtomobil,  8  top  piyadaların  hərəkətlərini 
dəstəkləyirdi.
447
 Nəticədə 13-cü piyada alayının şimala hərəkəti dayandırıldı. 
İyulun  13-də  baş  vermiş  döyüş  nəticəsində  Qarasaqqal  kəndi  azad  edildi,  Karrar  stansiyası  uğrunda 
döyüşdə isə düşmənin zirehli texnikası qoşunlara irəliləməyə imkan vermirdi (azərbaycan hissələri stansiyanın 
400  metrliyində,  13-cü  alay  800  metrliyində  mövqe  tutdular).  Döyüşdə  fərqlənmiş  Həsən  bəy  aldığı  ağır 
yaralardan həlak oldu. Nuru paşa hadisələrin gedişini öyrənən kimi dəmir yolunun dağıdılmasını, ya da toplar 
vasitəsi  ilə  düşmənin  zirehli  qatarlarının  zərərsizləşdirilməsini  əmr  etdi.  İyulun  14-də  döyüş  başlayan  kimi 
Müsüslü  dəstəsi  irəli  atıldı,  13-cü  alay  isə  düşmənin  arxasına  keçib  dəmir  yolunu  və  zirehli  qatarları  məhv 
etməyə çalışdı. Düşmən geri çəkilməyə məcbur olaraq Sığırlı stansiyasında möhkəmləndi.
448
 
Cəbhəyə  gələn  S.Şaumyanla  görüşündə  L.Biçeraxov  əlavə  qüvvələrin  göndərilməsini  tələb  etdi  və 
Şaumyan  buna  söz  verdi.  Bakıya  qayıdaraq  cəbhədə  vəziyyətin  ağır  olduğunu  və  əlavə  qüvvəyə  ehtiyacın 
yarandığını bildirsə də sözünə əməl edə bilmirdi, çünki ağır döyüşlərdən sonra sovetlər arasında hərc-mərclik və 
özbaşınalıq halları artmışdı.
449
 
Göyçay,  Qaraməryəm,  Kürdəmir  döyüşlərində  ümumən  QİO  tərəfindən  13  zabit,  235  sıravi  həlak 
olmuşdur.
450
 
İyulun 12-də Karrar uğrunda döyüşlər gedən zaman sovet komandanlığı gözlənilmədən Salyan bölgəsində 
hücum  əməliyyatı  keçirdi.  Bakıda  3-cü  və  5-ci  taborlardan  seçilən  döyüşçülər  (3-cü  tabor  erməni  taboru  idi) 
Ter-Avakimovun rəhbərliyi ilə 2 gəmi vasitəsi ilə Kürə daxi olmuşdular.
451
 Düşmənin 400 piyadası, 50 süvarisi, 
12 pulemyotu, 3 topu var idi.
452
 Hacıqabuldan qalxan iki düşmən təyyarəsi müsəlman kəndlərini bombalamağa 
başladı.
453
  Salyan  dəstəsi  Qaraqaşlı  kəndi  yaxınlığında  mövqe  tutdu.  2  top  və  2  pulemyotu  olan  Azərbaycan 
hissə-lərinə    minbaşı  Nazim  Ramazanov  və  zabit  Soltan  Hüseynzadə  rəhbərlik  edirdi.  Onların  köməyinə  100 
könüllü  ilə  Sərxan  Şirvanlı  adlı  şəxs  gəlmişdi.
454
  Dəstə  ayıqlıq  nümayiş  etdirmiş,  düşmənin  irəliləməsini 
əvvəlcədən öyrənərək Yeni Vasilyevka kəndi yaxınlığında ona layiqli müqavimət göstərmişdi. Düşmən iyulun 
15-dək müdafiə xəttlərinə 4 dəfə hücum etmiş, lakin geri atılmışdı. Topların atəşi ilə Salyanda böyük dağıntılar 
olmuşdu.
455
  Nəhayət,  köməyə  28-ci  və  26-cı  türk  taborlarının  Həmdi  əfəndi  və  Bəsri  əfəndinin  rəhbərliyi  ilə 
bölüklər gəldi. Baş vermiş döyüşdə itkilər verən bolşevik-erməni bölükləri yaralılar və sursatı ataraq gəmilərlə 
qaçmağa üz tutdular. Qaraqaşlı kəndi xəttində olanda top mərmilərindən biri bolşevik gəmisinə dəymişdi. Xilli, 
sonra isə Bankə qəsəbəsində möhkəmlənmək istədikdə bolşevik-ermənilərə hücum edilmiş və düşmən gəmilərlə 
Bakıya qaçmışdı.
456
 Döyüşdə düşməndən 31 nəfər əsir alınmış, 4 pulemyot, 63 tüfəng, döyüş sursatı, 7 qayıq, 
benzin,  ərzaq  ehtiyatı  qənimət  kimi  ələ  keçirilmişdi.  Döyüşdə  türk-azərbaycanlı  hissələrindən  11  əsgər  həlak 
olmuş, 13 əsgər və 1 zabit yaralanmışdı.
457
 
26-29  iyun  və  12  iyul  döyüşlərində  Salyan  bölgəsində  həlak  olan  türklər  Salyan  və  Bankə 
qəbiristanlıqlarında  dəfn  olunmuş,  onlardan  günümüzə  qədər  topçu  Ömər  bəyin məzarı  və  4  naməlum  əsgərin 
qəbri Salyan, 9 qəbir isə Bankə qəbristanlığında mövcuddur.
458
 
Xəzərdən Kür çayına düşmən gəmilərinin keçməsinin qarşısını almaq üçün Kürün ağzında köhnə gəmilər 
batırılmışdı. Dəniz xəttinə və Kür çayının sağ sahilinə nəzarət etmək üçün N.Ramazanovun bir bölük həcmində 
dəstəsi (2 pulemyot və 1 top) burada saxlanılmış, qalan qüvvələr QİO-nun əsas qüvvələrinə doğru getmişdilər. 
Beləliklə,  Yeni  Vasilyevka-Qaraqaşlı-Bankə  əməliyyatını  keçirməklə  düşmən  Muğana  çıxış  əldə  etməyi,  Kür 
çayı ilə irəliləyərək QİO-nun cinahına zərbə endirməyi, Muğanda polkovnik İlyaşeviçin   qüvvələrini dövüşlərə  
qatmağı,  QİO-nun  əsas  qüvvələrindən  Salyana  hərbi hissələrin    məhz    iyulun    12-də  (Karrar uğrunda 
döyüşlər gedəndə) ayrılacağını planlaşdırmış olsa da, onların heç birinə nail ola bilmədi. Əksinə, bölgə düşmən 
gəmiləri  üçün  bütünlüklə  bağlandı,  Muğanda  möhkəmlənmiş  polkovnik  İlyaşeviçin  qoşunları  neytrallığı 
                                                           
446
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.319.  
447
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.230. 
448
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.231. 
449
Кадишев А. Б. Интервенция и гражданская война в Закавказье, с. 119. 
450
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.103. 
451
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.322. 
452
Yuceer N. Birinci Dünya savaşında, s.88.
 
453
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.106. 
454
Токаржевский Е.А. Из истории иностранной интервенции, с. 452. 
455
Süleymanov M.S. Azərbaycan Ordusu, s. 110. 
456
Токаржевский Е.А. Из истории иностранной интервенции, с. 140. 
457
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.107. 
458
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.107-108. 

128 
 
saxlamağı  üstün      tutdular,  azərbaycanlı  döyüşçülərin      dəyanəti  nəticəsində  kömək  iyulun  15-də,  Karrar 
stansiyası QİO-nun əlində olanda və döyüşlər sona çatanda yetişdi. 
İyulun 14-də günün ikinci yarısından başlayaraq Kürdəmir-Ağsu -Şamaxı cəbhəsində nisbi sakitlik hökm 
sürməyə  başladı,  bundan  istifadə  edərək  tərəflər  öz  sıralarına  əlavə  qüvvələr  cəlb  edirdilər.  İyulun  14-də 
tərkibində 37 zabit, 2731 əsgər (2092 tüfəng, 16 pulemyot, 4 dağ topu) olan 38-ci türk piyada alayı Ağstafaya 
çatdı və dərhal Ucara yola salındı.
459
 Şamaxı istiqamətində istifadə edilmək üçün təzəcə Azərbaycana gəlmiş 38-
ci alayının top batareyası, azərbaycanlılardan ibarət Ləzgi süvari alayı, əlavə döyüş sursatı dəmir yolu vasitəsi 
ilə Kürdəmirə, oradan isə cəbhə xəttinə daşındı.
460
 
Beləliklə,  Ağsu-Kürdəmir  döyüşləri  Qafqaz  İslam  Ordusunun  gücünü,  zabit  və  əsgərlərinin  nəyə  qadir 
olduğunu  açıq-aydın  sübut  etdi.  Artıq  əməliyyatın  planlaşdırılma  mərhələsində  komandanlıq  Kürdəmirin 
möhkəmləndirilməsi  barədə  kəşfiyyat  məlumatlarına  əsaslanaraq  zərbənin  əsas  istiqamətini  şimala,  Ağsuya 
doğru yönəltdi. Ağsunun alınması aşağıdakı üstünlükləri qazandırırdı: 1. Şamaxı istiqamətində irəliləməyə şərait 
yaradılır  və  bununla  da  sovetlər  Şamaxı  istiqamətindən  qoşunları  çıxara  bilmirlər;  2.  Kürdəmirdə  müdafiə 
olunan  sovet  qoşunlarına  cinahdan  və  arxadan  zərbə  endirmək  imkanı  əldə  edilir.  Süvari  hissələr  əlahiddə 
şəkildə  ayrılaraq  Ağsu-Kürdəmir  və  Ağsu-Şamaxı  yollarının  kəsilməsində  istifadə  edilməli  idi.  Əməliyyata 
hazırlıq  ciddi  həyata  keçirilmişdi:  su,  ərzaq,  döyüş  sursatı  ehtiyatları  yaradılmış;  arxada  qalan  rus  və  erməni 
kəndlərində  tərksilah  əməliyyatları  aparılmış,  silahlı  dəstələr  məhv  edilmişdi;  QİO-nun  uğurlu  hücumu 
nəticəsində bolşevik-erməni birləşmələrinin ətraf kəndlərə qəfil hücum etmək ehtimalı nəzərə alınaraq Göyçay 
dəstəsi  təşkil  edilmiş  və  hadisələrin  gedişində  bu,  özünü  doğrultmuşdu.  Əməliyyata  rəhbərlik  etmək  üçün 
komandanlıq  cəbhə  xəttinə  mümkün  olan  qədər  yaxın  mövqe  tutmuşdu.  Döyüşlərdə  komandanlıq  qarşıya 
qoyulmuş  məqsədlərə  nail  olmaq  üçün  inadkarlıq,  əsas  məqsədlərdən  yayınmadan    dəyişən    şəraitə  uyğun  
olaraq  fəaliyyət  göstərmək bacarığını, qoşunlar isə rəşadət və dözümlülük nümayiş etdirmişdilər. Azərbaycanlı 
zabitlərin, ilk növbədə  H.Səlimovun komandanlıq istedadı müəyyən olunmuş, ayrı-ayrı istiqamətlərdə müstəqil 
şəkildə  əməliyyata  rəhbərlik  etməsi  təcrübəsi  sınaqdan  keçirilmiş  və  özünü  doğrultmuş,  azərbaycanlıların 
döyüşdə heç də türklərdən geri qalmaması aydın olmuşdu. Əməliyyat zamanı aşağıdakı qüsurlar özünü büruzə 
vermişdi: nəqliyyat vasitələrinin azlığı döyüşən qoşunların su, ərzaq və döyüş sursatı ilə təchizatında problemlər 
yaradırdı; qoşunların tibbi xidməti acınacaqlı vəziyyətdə idi, susuzluq və isti iqlim şəraitində başlamış bir sıra 
xəstəliklər  itkilərə  səbəb  olurdu;  axtarış-xilasetmə  hissələrinin  təşkil  olunmaması  nəticəsində  dağlıq  şəraitdə 
yaralanaraq  öz  qoşunlarından  aralı  düşən  döyüşçülər  itkin  hesab  olunur,  onların  bir  qismi  yerli  sakinlər 
tərəfindən xilas edilsə də, bir çoxu həlak olurdu; hissələr arasında daimi rabitənin olmaması məlumatların vaxtı-
vaxtında çatdırılmasında, qoşunların idarə edilməsində çətinliklər doğururdu; qoşunların azlığı şəraitində hərbi 
hissələrin  yer  dəyişməsi  onları  yorur  və  vaxt  itkisinə  səbəb  olurdu.  Bununla  belə,  Ağsu  istiqamətində 
bolşeviklərin  ən  etibarlı  hissələrinin  məğlubiyyətə  uğradılması,  azərbaycanlı  zabit  H.Səlimovun  əsasən 
azərbaycanlılardan ibarət olan qüvvələrlə sovetlərin və ingilislərin təriflədiyi Biçeraxovu məğlub etməsi Qafqaz 
İslam Ordusunda qələbə əhvali-ruhiyyəsi, düşmən tərəfdə isə ruh düşkünlüyü yaratmışdı. 
 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə