Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə26/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
1   ...   19   20   21   22   23   24   25   26   27

 
 
                                                           
717
Aşırlı A. Gümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu, s.525. 
 
 

162 
 
8.  MünaqiĢənin nəticələri 
 
8.1. Azərbaycan Cümhuriyyətinin paytaxtı - Bakı Ģəhəri 
 
Bakı  şəhərində  asayişin  təmin  edilməsi  ilə  həyat  öz  normal  axarına  qayıtdı.  Bu,  həm  də  iqtisadiyyatın 
canlanmasına  səbəb  oldu.  Kəndlilər  şəhərə  öz  məhsullarını  apara  bilmədiyindən  qiymətlər  ən  yuxarı  həddə 
qalxmışdı.  Belə  ki,  şəhər  azad  edilməmişdən  1  pud  (16  kq)  un  800  rubl,  1  kq  ət  20  rubl  dəyərində  idisə, 
sentyabrın ikinci yarısında qiymətlər düşdü və 1 pud un 100-150 rubl, 1 kq ət isə 6 rubl oldu.
718
 
Tədricən  Azərbaycan  hökumətinin  fəaliyyəti  genişlənməkdə  idi.  Nuru  paşa  hərbi  sahəyə  aid  olmayan 
işlərin  icrasına  müdaxilə  etmir,  Azərbaycanın  daxili  işlərinə  qarışmağa  son  dərəcə  ehtiyatla  yanaşırdı. 
Döyüşlərin  getdiyi  vaxt  Azərbaycanda  yerli  idarəetmə  orqanlarında  işləyən  türklər  tədricən  azərbaycanlı 
kadrlarla əvəz edilirdi. 
Azərbaycan hökuməti Bakıya köçən kimi Almaniyanın hərbi və ticarət nümayəndəsi baron fon der Qolts 
bura gəldi. Fon der Qolts Tiflisdə ola-ola Bakıda xristianların məhv edilməsi barəsində, onları xilas etmək üçün 
ya alman qoşunlarının Bakıya göndərilməsi, ya da şəhərin açıq şəhər elan edilməsinin vacibliyi barədə hay-küy 
qaldırmışdı. Xəlil paşa onunla əlaqə yaradaraq öz gözləri ilə vəziyyəti öyrənmək üçün Bakıya gəlməsinə icazə 
verdi. Fon der Qoltsa onun hökuməti dərhal Almaniyanın hərbi və ticarət nümayəndəsi statusunu verdi. O, bir 
taborun  müşayiəti  ilə  Bakıya  gəlməyə  hazır  olduğunu  bildirdi. 
Lakin  Xəlil  paşa  yalnız  onu  və  onu  müşayiət  edəcək  zabitləri 
Azərbaycan  hüdudlarına  buraxacağını  bildirmişdi.  Qolts  Gəncəyə 
çatdıqda müəyyən olundu kı, bir tabor olmasa da hər halda о çoxlu 
sayda alman piyadası yerləşdirilən qatarda hərəkət edir. Gəncənin 
çıxacağında  relslər  söküldü,  qatarın  qarşısı  alındı,  Qolts  bir  neçə 
zabitlə Bakıya tərəf göndərildi, onun əsgərləri olan qatar isə Tiflisə 
qaytarıldı.
719
  Qolts  bununla  kifayətlənməli  olmuş,  Fon  der  Qolts 
Bakıya gəlmiş və heç bir erməni qətliamının olmadığını öz gözləri 
ilə  görmüşdü.  Üstəlik  türk  qoşunları  Bakıda  azad  etdikləri  Avstriya  əsirlərini  vətənə  qayıtmaq  üçün  onlar  öz 
rəsmi nümayəndəsi ilə Batuma yola saldı, bu əsirlər qətllərin olmamasını bildirdilər.
720
 Bakıya gəlmiş Avstriya 
nümayəndəsi polkovnik - leytenant Paul elə almanlar kimi iddialı idi, lakin Azərbaycan hökuməti və Osmanlı 
hərbi  rəhbərliyinin  şəhərə  üçüncü  qüvvə  buraxmamaqda  israrlı  olmasını  görərək  buradakı  Avstriya  əsirlərini 
götürdü və Batuma, oradan isə vətənə qayıtdı.
721
 Lakin Almaniya Bakıya bir tabor piyada göndərmək fikrində 
idi. Bu zaman onlar nə Azərbaycan hökumətinin, nə də Qafqaz İslam Ordusunun mövqeyini nəzərə almamağı 
qət etmişdi. Müharibədə məğlub olan dövlət son anda Bakı nefti hesabına vəziyyəti dəyişməyə çalışırdı. Lakin 
Xəlil paşa Azərbaycan-Gürcüstan sərhəddindəki dəmir yol körpüsünü minalamağı tapşırdı. Əgər alman taboru 
hərəkətə  keçərsə,  onu  partlatmaq  fikrini  sentyabrın  21-də  Ənvər  paşaya  bildirdi.  Sentyabrın  22-də  cavab 
teleqramı göndərən Ənvər paşa Azərbaycan hökumətinin razılığı olmadan heç bir qüvvənin Bakıya daxil edilə 
bilməməsi barəsində fon der Qoltsa xəbər verməyi tapşırdı, əgər o, alman taborunun gətirilməsində israrlı olsa, 
körpünü partlatmağa icazə verdi. Almanlar öz taborlarını qatara mindirib Tiflisdən Bakıya yola salanda körpü 
partladıldı  və  alman  taboru  sərhəddə  bir  az  dayandıqdan  sonra  Tiflisə  qayıtmalı  oldu.
722
  Beləliklə,  başlaya 
biləcək hərbi toqquşmaların qarşısı alındı.
723
 Almaniya nümayəndəsi Qolts Azərbaycan hökuməti və türk hərbi 
komandanlığı  ilə  danışıqlara  başlayaraq  bir  neçə  təklif  irəli  sürdü.  Bəzi  hallarda  tələb  xarakteri  daşıyan  bu 
təkliflər  Nuru  paşanın  raportunda  öz  əksini  tapıb.
724
  Almaniyanın  təklifləri  (tələbləri)  və  onlara  Azərbaycan 
hökumətinin verdiyi cavabları aşağıdakı cədvəldə göstərməyi lazım bildik: 
                                                           
718
Yuceer N. Birinci Dünya savaşında, s.127.
 
719
Budak M. Nuru paşanın raportu, s.454.
 
720
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.187. 
721
Budak M. Nuru paşanın raportu, s.459.
 
722
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.366-367. 
723
Gürcüstanda yerləşən alman qoşunlarının komandanı general Kress fon Kressenşteyn təkəbbürü ilə seçilirdi. Lakin Almaniya müharibədə uduzduqda 
alman qoşunları Gürcüstandan çıxarıldı, Tiflisdə olan alman zabitləri və onların komandanı hadisələrə təsir göstərmək üçün burada saxlanılsalar da, çox 
keçmədi ki, heç nəyə təsir edə bilməyəcəklərini anladılar. Yerli hökumət və əhali hesabına firavancasına dolanan bu zabitlər müharibə bitdikdə təminatsız 
qaldılar  və  hər  şeylərini,  hətta  şəxsi  silahlarını  belə  ərzağa  dəyişməyə  məcbur  oldular.  Əhali  onların  yaşadıqları  evləri  daş-qalaq  etdiyindən  onlar 
qorxularından  küçəyə  çıxa  bilmirdilər.  Gürcüstan  hökuməti  general  və  onun  zabitlərini  Tiflisdən  Batuma  kimi  aparmaq  üçün  mal-qara  daşınan  vaqon 
ayırdı. Belə olduqda generalın yavəri Batumda olan türk hərbi heyətinə müraciət etməli oldu. General Kressenşteynin türk ordusuna qarşı iftira və yalanlar 
söyləməsinə baxmayaraq türk hərbi rəhbərliyi öz böyüklüyünü göstərdi: bir bölük türk əsgəri general və onun zabitlərini Tiflis stansiyasına gətirdi, orada 
türk  komandanlığının  ayırdığı  xüsusi  sərnişin  vaqonuyla  alman  hərbiçiləri  Batuma  aparılaraq  gəmilərlə  Almaniyaya  yola  salındı.  (Yuceer  N.  Birinci 
Dünya  savaşında, s.126.) Görəsən onda,  alman generalı türklərə qarşı haqsız hərəkətləri, uydurduğu  böhtanlara  görə vicdan  əzabı çəkdimi? О və onun 
zabitləri  peşmançılıq  hiss  etsələr  belə  onların  uydurduğu  yalan  dünyanı  dolaşmaqda  idi:  Türkiyəni  məhv  etməyə  can  atan  və  türklərə  nifrətlə  yanaşan 
qüvvələr bu yalana öz uydurmalarını əlavə edərək onu yaymaqda davam edirdilər.  
724
Budak M. Nuru paşanın raportu, s.464-465. 

163 
 
 
 
                                                                                                                                                                                                      
 

164 
 
Təkliflər və onlara verilən cavablardan aydın olur ki, əvvəlcə tələblərlə çıxış edən alman tərəfi Osmanlı 
sərkərdələrinin  dəstəyini  hiss  edən  Azərbaycan  hökumətinin  qətiyyətli  cavabları  ilə  üzləşdikdə  mövqeyini 
dəyişmiş, təkliflər verməyə başlamış, xahişlərə keçmiş və hətta bir qram neft almadan belə Azərbaycana silah 
göndərmişdir. 
Ümumiyyətlə,  istər  Almaniya,  istərsə  də  Gürcüstanın  mövqelərinin  yumşalması  təkcə  hərbi  (güclü 
düşməni məhv edən QİO-nun regionda ən qüdrətli ordu olması) və siyasi (Azərbaycan Cümhuriyyətinin özünün 
müstəqillik  və  ərazi  bütövlüyünün  təmin  edilməsində  israrlı  olması)  deyil,  həm  də  iqtisadi  səbəblərlə  izah 
edilirdi. Belə ki, Bakının azad edilməsindən sonra neft anbarları və çənlərində aparılan hesablamalar göstərdi ki, 
burada 10 adda (neft, mazut, liqroin və s.) neft məhsullarının həcmi 95 mln. 254 min puda bərabərdir, bu 
isə olduqca böyük rəqəm idi.
725
 
15-ci  firqə  Şimali  Qafqaza,  Dərbənd  və  Maxaçqala  şəhərlərinə  doğru  hərəkət  etmək  əmrini  aldı.
726
 
Sentyabrın  22-dən  firqənin  hissələri  Biləcəri-Xırdalan  dəmir  yolu  stansiyaları  ətrafına  toplaşmağa  başladılar. 
Firqə  iki  zirehli  qatarın  müşayiəti  ilə  şimala  doğru  gedən  yolları  bərpa  edə-edə  Abşerondan  uzaqlaşdı  və  çox 
keçmədi ki, onun qələbə sorağı azad edilmiş Dərbənd və Maxaçqaladan gəldi. 
5-ci Qafqaz firqəsinin Abşeronda müdafiə mövqelərini gücləndirməsi əbəs yerə deyildi. Dənizdə firqənin 
toplarının  atəş  sahəsindən  kənarda  5  hərbi  gəmi  dayanmışdı.  Onların  ingilislərə  və  ya  bolşeviklərə  məxsus 
olmasının heç bir əhəmiyyəti yox idi: hər iki halda bu düşmən gəmiləri idi. Onlara qarşı mübarizə aparmaq üçün 
Nuru  paşa  Qarsdan  4  ədəd  uzaqvuran  top  gətirilməsini  istədi  və 
sentyabrın  30-da  toplar  Biləcəri  stansiyasında  qatarlardan 
boşaldılaraq mövqelərə daşındı.
727
 
Qarabağda 
vəziyyətin  kəskinləşməsi,  erməni  quldur 
dəstələrinin  müsəlman  kəndlərinə  təcavüzü  bura  hərbi  hissələrin 
göndərilməsi  zərurətini  yaratdı.  Qarabağda  asayişin  bərpa 
edilməsini  Azərbaycanın  daxili  işi  hesab  edən  Nuru  paşa 
əməliyyatın  1-ci  Azərbaycan  firqəsi  tərəfindən  keçirilməsini 
məsləhət  bildi.  Tərkibində  1-ci,  2-ci,  3-cü  Azərbaycan  süvari 
alayları, 2-ci Azərbaycan piyada alayı, milli könüllü bölmələr, bir 
Şnayder dağ taboru və zirehli avtomobillər olan firqədə piyada hissələrin azlığını Nuru paşa 5-ci Qafqaz piyada 
firqəsinin  ən  təcrübəli  alayı  -  9-cu  alayı  Azərbaycan  firqəsinin  tərkibinə  verməklə  həll  etdi.  1-ci  Azərbaycan 
firqəsinin  komandiri  Cəmil  Cahid  bəy  təyin  edildi  və  firqə  Qarabağ  istiqamətində  hərəkətə  başladı.
728
  Cəmil 
Cahid  bəy,  sonra  isə  İbrahim  ağa  Usubovun  komandanlığı  ilə  firqə  qarşısına  qoyulan  tapşırıqları  layiqincə 
yerinə yetirdi. Oktyabrın 8-də əksər erməni dəstələri məğlub edildi, 1-ci Azərbaycan firqəsi Şuşaya daxil oldu. 
Həmin  gün  15-ci  firqə  Biçeraxovun  rəhbərliyi  ilə  rus  qoşunlarını  məğlub  etdi,  Dərbənd  şəhəri  türk  hissələri 
tərəfindən azad edildi. 
5-ci  Qafqaz  piyada  firqəsi  ilə  Bakıda  qalan  Nuru  paşa  Abşeron  yarımadasının  dənizdən  müdafiəsinin 
təşkili və Azərbaycan Ordusunun formalaşması istiqamətində fəaliyyət göstərirdi. Dünyada baş verən proseslər, 
Antanta ölkələrinin müharibədə qələbə qazanması, Almaniya və onun müttəfiqlərinin, о cümlədən Türkiyənin 
məğlub olması artıq reallıq idi.Ənvər paşa 1918-ci il oktyabrın 1-də Xəlil paşa və Nuru paşaya yazırdı: "Bəlkə 
zahirən  Azərbaycandan  və Şimali  Qafqazdan çəkiləcəyiz.  Belə  bir  halda  Azərbaycanın  və  Şimali  Qafqazın  öz 
qüvvələrinə istinad etmələri lazım gələcəkdir. Rus silahı və cəbbəxanasından olmaq üzrə Azərbaycana mümkün 
olduğu  qədər  çox  silah  və  cəbhəxana  göndərilsin".
729
  4-cü,  5-ci,  6-cı  Azərbaycan  piyada  alayları  və  köməkçi 
hissələrdən  ibarət  olan  2-ci  Azərbaycan  firqəsinin  təşkili  sürətləndirildi.  Prosesi  daha  da  sürətləndirmək,  milli 
                                                           
725
Budak M. Nuru paşanın raportu, s.466.
 
726
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.367. 
727
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.186. 
728
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.380. 
729
Süleymanov M. Qafqaz İslam Ordusunun digər fəaliyyətləri və missiyasının sona çatması, s.381. 

165 
 
zabit kadrlarının çatışmazlığı şəraitində mümkün qədər çox azərbaycanlı əsgərə hərbi təlim keçmək üçün 10-cu 
türk piyada alayı 2-ci Azərbaycan firqəsinin tərkibinə verildi.
730
 
Mudros müqaviləsinin 11-ci maddəsinin şərtlərinə əsasən QİO-nun ləğv edilməsi zamanı Azərbaycanın 
kiçik də olsa öz ordusu var idi: 1-ci və 2-ci Azərbaycan firqələri, həmçinin 3-cü süvari alayı, 1-ci ağır topçu 
taboru, 1-ci qaubitsa taboru, teleqraf taboru, dəmiryol taboru, zirehli avtomobillər dəstəsi, təyyarə dəstəsindən 
ibarət Azərbaycan qolordusu. 1-ci Azərbaycan firqəsinə daxil idilər: 3 piyada alayı, 1 topçu, 1 süvari alayları, 1 
istehkam  taboru,  1  cəbhəxana  taboru,  teleqraf,  səhiyyə  bölükləri,  səyyar  xəstəxana,  1  iaşə  taqımı.  2-ci 
Azərbaycan firqəsi də eyni quruluşa malik idi. Qərb sərhədlərini qorumaq üçün 3 tabordan ibarət sərhəd alayının 
formalaşdırılmasına  başlanılmışdı.
731
  Oktyabrda  Gəncədəki  Milli 
Hərbiyyə  Məktəbinin  ilk  buraxılışı  oldu.  4  aylıq  kurs  keçmiş 
yunkerlər  imtahanlardan  sonra  qoşunlara  təyinat  aldılar,  6  ay 
xidmətdən  sonra  onlara  zabit  rütbəsi  verilməli  idi.
732
  H.Z.Tağıyev 
Bakı azad ediləndən sonra vəd etmişdi ki, türk zabitlərinə 20 min, 
əsgərlərinə  80  min  metr  parça  verəcək.  O,  vədi  yerinə  yetirdi  və 
Nuru  paşanın  raportundan  aydın  olur  ki,  verilən  parça  təkcə  türk 
hissələrinə deyil, Azərbaycan hissələrinə də geyim hazırlamaq üçün 
istifadə  edilmişdir.  Nuru  paşa  hərbi  sənayeni  və  hərbi  donanmanı 
bərpa  etmək  cəhdlərini  xüsusi  olaraq  vurğulayır.
733
  Qarsa 
göndərilən Əliağa Şıxlinski oranın hərbi anbarlarından tələb olunan 
sayda top seçmişdi.
734
 
30 oktyabr Mudros müqaviləsinin şərtlərinə görə I Dünya müharibəsində məğlub olmuş Osmanlı dövləti 
Azərbaycandan öz qüvvələrini çıxartmağa başladı; Qafqaz İslam Ordusu ləğv olundu. Azərbaycanı tərk etməyə 
başlayan Osmanlı qoşunlarının şərəfinə Azərbaycan hökuməti noyabrın 10-da rəsmi vida ziyafəti təşkil etdi. 
1918-ci  ilin  sentyabr-oktyabr  aylarında  Üçlər  ittifaqının  bütün  üzvləri  məğlub  edilərək  müharibədən 
çıxdılar. Belə şəraitdə təkbaşına bütün Antanta ölkələri ilə müharibə aparmağın mənasız olduğunu anlayan Tələt 
paşa hökuməti sülh danışıqlarına başlamaq və müharibədən çıxmağın qaçılmaz olduğunu bildirdi. Aydın idi ki, 
müharibədə  uduzan  tərəf  kimi  danışıqların  aparılması  zamanı  Türkiyə  öz  Qafqaz  siyasətindən  əl  çəkməli  və 
qoşunları buradan çıxarmalı olacaqdı. 
Dünya  arenasında  Azərbaycan  Cümhuriyyəti  təkbaşına  qalırdı.  Nuru  paşa  oktyabrın  21-də  imzaladığı 
müraciətində  demişdir:  "Allaha  pənah,  Azərbaycan  hər  cür  düĢmən  niyyətlərinə  duruĢ  gətirmək  üçün 
kifayət qədər güclüdür və gələcəkdə də bu cür olacaq".
735
 
 
 
 
8.2. MünaqiĢənin nəticələri 
 
Beləliklə,  1918-ci  ilin  aprel-sentyabr  aylarında  Bakı  uğrunda  aparılan  döyüşlərin  son  nəticəsi  Bakı 
şəhərinin  azad  edilməsi  oldu.  Qələbənin  siyasi  nəticələri  Azərbaycan  üçün  olduqca  böyük  idi:  Azərbaycan 
xalqının  fiziki  məhvinə  çalışan  və  bu  yolda  istənilən 
siyasi  maska  geyən,  istənilən  tərəflə  əlaqə  yaradan 
daşnak liderlərinin məqsədləri baş tutmadı. QİO vasitəsi 
ilə  əksəriyyətini  erməni  döyüşçüləri  təşkil  edən  Bakı 
Soveti,  sonra  isə  Sentrokaspi  Diktaturası  qoşunları 
darmadağın edildi. Bakını, sonra isə bütün Azərbaycanı 
Rusiyanın 
tərkib 
hissəsinə, 
daha 
doğrusu 
müstəmləkəsinə  çevirməyə  çalışan  qüvvələr  (istər 
bolşevik,  istərsə  də  "Vahid  və  bölünməz  Rusiya"  şüarı 
ilə çıxış edən Sentrokaspi Diktaturası və biçeraxovçular) 
məğlub  edildilər  və  bu  məğlubiyyət  onları  Azərbaycan 
hökuməti  ilə  hesablaşmağa  vadar  etdi;  bolşevizm 
ideyalarının  Azərbaycan  xalqına  yad  olması  və  xalqın 
onlara  qarşı  vuruşmağa  hazır  olması  sübut  edildi;  dünya  arenasında  Azərbaycanın  yeganə  müttəfiqi  Osmanlı 
                                                           
730
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.397. 
731
Süleymanov M. Qafqaz İslam Ordusunun digər fəaliyyətləri və missiyasının sona çatması, s. 374-375. 
732
Süleymanov M.S. Azərbaycan Ordusu, s.143. 
733
Budak M. Nuru paşanın raportu, s.456-458.
 
734
Yenə   orada, s.471.
 
735
Aşırlı A. Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu, s.526. 

166 
 
dövlətinin,  osmanlı  türklərinin  olması  fikri  öz  təsdiqini  tapdı.  Qələbənin  siyasi  əhəmiyyəti  barəsində 
"Azərbaycan"  qəzeti  özünün  15  sentyabr  1919-cu  il  tarixli  baş  məqaləsində  yazırdı:  "Əgər  mayın  28-ni  biz 
müstəqilliyimizin rəsmi elan edilməsi günü sayırıqsa, sentyabrın 15-də Azərbaycan qoşunlarının və Azərbaycan 
hökumətinin  Bakıya  daxil  olmasını  müstəqilliyin  həqiqətən  əldə  edilməsi,  dövlətçiliyin  başlıca  əsaslarının  və 
özülünün qoyulması günü hesab edə bilərik. Bu gün bolşevik-daşnak qüvvələri tərəfindən təkcə Azərbaycanın 
və digər Zaqafqaziya respublikalarının müstəqilliyi əleyhinə deyil, həm də Zaqafqaziyanın türk xaqlarının fiziki 
mövcudluğuna qarşı yönəldilmiş xətərnak təhlükənin ləğv edildiyi gündür".
736
 
Sonrakı  dövrlərdə,  əsasən  də  Sovet  dövrü  tarixi  ədəbiyyatında  türk  qoşunlarının  Azərbaycanda  olması 
işğal  kimi  qələmə  verilirdi.  Hələ  о  vaxt  Məhəmməd  Əmin  Rəsulzadə  bunun  yalan  olmasını  göstərirdi.  O, 
bildirirdi  ki,  Azərbaycana  gəlmiş  Osmanlı  ordu  hissələrini  heç  bir  formada  işğalçı  ordu  adlandırmaq  olmaz. 
Belə  ki,  Ənvər  paşa  bu  ordunun  təminatı  üçün  öz 
hökumətindən  50  000  lirə  istəmişdir,  halbuki  işğalçı 
belə  etmir,  əksinə  gəldiyi  ərazini  talayır;  Ənvər  paşa 
Azərbaycan  hökumətinə  müraciətlərində  təkidlə  xahiş 
edirdi  ki,  milli  silahlı  qüvvələr  yaradılsın.  Bu 
qüvvələrin  yaradılmasında  türklər  əlindən  gələn 
köməyi  göstərirdilər,  halbuki  işğalçı  ordu  belə  etmir; 
ən  nəhayət,  həlak  olmuş  türk  əsgərlərinin  xatirəsini 
əbədiləşdirmək  üçün  Azərbaycan  xalqı,  hökumətin 
qərarı  olmadan,  pul  yığmağa  başlamış  və  qısa 
müddətdə  tələb  olunan  məbləği  toplamışdır.
737
 
Sentyabrın  27-də  Azərbaycan  hökuməti  qalib  ordunun  sərkərdələri  üçün  ziyafət  verdi.  Ziyafətdən  sonra 
qonaqlar, hökumət və Milli Şuranın üzvləri Təzə Pir məscidinə gedərək cümə namazını qıldılar. Məscidin bir 
hissəsinin  mərmilərlə  dağılmasına  baxmayaraq  yüzlərlə  insan  burada  namaz  qı-lırdı.  Bakı  döyüşlərində  həlak 
olmuş əsgərlərin ruhu üçün mövlud oxundu.
738
 Xalqın türk sərkərdələrinə göstərdiyi hörmət bir daha sübut etdi 
ki, Azərbaycan Qafqaz İslam Ordusunu öz xilaskarı kimi qəbul edir. 
Münaqişənin hərbi nəticələri də əhəmiyyətli idi. Belə ki, 1918-ci ilin yazında Qafqazda ən böyük və ən 
təhlükəli  qüvvə  daşnak  və  bolşeviklərin  vəhdətindən  yaranmış  Qafqaz  Qırmızı  Ordusu  və  dolayısı  ilə  onun 
tərəfində çıxış edən Ermənistan Respublikasının Ordusu idi. Bu ordular təkcə Azərbaycanın deyil, Gürcüstanın 
da müstəqilliyi və ərazi bütövlüyünə təhlükə idi. Heç şübhəsiz ki, almanların Gürcüstanda olmasından ehtiyat 
edib  Gürcüstana  hücum  etməyə  cürət  etməyən  bu  ordular  öz  qüvvələrini  saxlasaydılar,  Azərbaycandan  sonra 
Gürcüstanı  işğal  etməyə  qalxacaqdılar.  Qafqaz  İslam  Ordusunun  əməliyyatları  nəticəsində  bolşevik  və 
daşnakların Qafqaz Qırmızı Ordusu darmadağın edilmiş, Ermənistan Respublikasının işğalçı ordusu isə Osmanlı 
dövlətinin  3-cü  Korpusu  tərəfindən  əhəmiyyətli  dərəcədə  zəiflədilmişdi.  Sentrokaspi  Diktaturası  qoşunlarının 
məğlub edilməsi digər bir qüvvəni - keçmiş Rusiya imperiyasının bərpasına can atan və bu yolda bütün xalqları 
əzməyə hazır olan şovinist rus partiyalarının formalaşdırdığı qüvvəni aradan qaldırdı və Cənubi Qafqazda baş 
verən  siyasi  hadisələrdən  kənara  atdı.  1918-ci  ilin  may  ayına  Azərbaycan  arxalandığı  yeganə  hərbi  qüvvəni  - 
Müsəlman Korpusunu, demək olar ki, itirmişdi. Qısa müddət ərzində formalaşmağa başlayan, zabit çatışmazlığı, 
silah  və  sursat  qıtlığından  zəif  vəziyyətə  düşən  Korpus  döyüşçülərin  fədakarlığına  baxmayaraq  düşmən  hücu-
munun  qarşısını  ala  bilmirdi.  Korpus  Qaraməryəmə  qədər  geri  çəkilmiş,  tərkibində  cəmi  900  nəfər  döyüşçü 
qalmışdı. Aydındır ki, 1918-ci il may ayının sonları- iyun ayının 
əvvəllərində  qərbdən  Ermənistan  Respublikası,  cənub-qərbdən 
gah bolşevik, gah da daşnak qiyafəsində çıxış edən Andranikin, 
şərqdən bolşevik və daşnakların Qafqaz Qırmızı Ordusu, cənub-
şərqdən Muğandakı antiazərbaycan qüvvələrinin məngənəsində 
sıxılan  Azərbaycan  Cümhuriyyəti  faktiki  olaraq  özünün  ilk  və 
son  anlarını  yaşayırdı.  Danılmaz  faktdır  ki,  1918-ci  ildə 
Azərbaycan  Cümhuriyyətinin  bütün  təhlükə  və  təzyiqlərə  qalib 
kimi  sinə  gərməsinin  bir  səbəbi  var  idi  ki,  bu  da  iyunun  4-də 
Osmanlı  dövləti  ilə  imzalanmış  müqavilə  və  bu  müqaviləyə 
əsasən türk və Azərbaycan hissələrindən təşkil olunmuş Qafqaz 
İslam  Ordusu  idi.  Onun  sayəsində  Cümhüriyyətə  şərqdən  olan  təhlükə  aradan  qaldırılmış,  özünün  qanuni 
paytaxtı  Bakı  şəhərinə  sahib  olmuş,  qərbdən,  cənub-qərbdən  və  cənub-şərqdən  olan  təhlükələr  əhəmiyyətli 
                                                           
736
Süleymanov M.S. Azərbaycan Ordusu, s.138. 
737
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.200. 
738
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.190. 

167 
 
dərəcədə zəiflədilmişdi. Osmanlı qoşunları Azərbaycanı tərk edəndə artıq burada təminat təşkilati cəhətdən tam 
formalaşmasa da, öz qüvvələrinə inanan, milli ideyalar uğrunda vuruşmağa hazır olan ordu var idi. 
Sovet hakimiyyətinin ən ağır illərində müstəqilliyini, dövlətçiliyini, torpaqların bir hissəsini, ordusunu, ən 
vətənpərvər  ziyalılarını,  əlifbasını  itirən,  tarixinə  və  mənəviyyatına  təcavüz  edilən  Azərbaycan  xalqı  onun 
uğrunda vuruşmuş və canlarını qurban vermiş qəhrəmanların xatirəsini əziz tutdu, onların qəbirlərini ziyarətgah 
bilib qorudu. Bu həmin qəbirlərdir ki, onlar barəsində Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Azərbaycanın hər 
cəhətində şairin təsvir etdiyi "sarmaşıqlı bir məzar" bulursunuz ki, "qızlar, gəlinlər" tərəfindən ziyarətgah halına 
qoyulan bu məzar qardaş imdadına qaçan "TÜRK" məzarıdır".
739 
O, həmin qəbirlərdir ki, 5-ci Qafqaz firqəsinin 
Ərkani-Hərb  rəisi  Rüşdü  bəy  onlar  haqqında  yazırdı:  "5-ci  Qafqaz  firqəsinin  dörd  buçuq  aydan  bəri 
Azərbaycanın istiqlalı uğrunda çarpışaraq verdiyi şəhid və məcruhların qanları ilə sulanan bu qardaş məmləkət 
torpaqları  üzərində  Gəncədə,  Göyçay-Ağsu-  Şamaxı-Bakı  şossesinin  hər  iki  tərəfində,  Müsüslü-Kürdəmir-
Karrar-Hacıqabul-Bakı  dəmir  yolu  boyunca,  Qarabağda  və  Kür  nəhri  sahillərində  xalqın  ziyarətgah  halına 
qoyduğu bir çox mütəvazi və həzin məzarlara təsadüf olunur ki, iştə bunlar irqinin imdadına səgirtlən Anadolu 
mehmetçiyinin mübarək məzarıdır. Əksər yerlərdə mehmetçiklə bərabər qoyun-qoyuna yatan Azəri türkləri də 
vardır.”
740
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə