Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə4/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   27

5  aprel  -  Osmanlı  dövlətinin  hərbi 
naziri Ənvər paşa tərəfindən təs-diqlənmiş 
Qafqaz  İslam  Ordusunun  təşkili  və 
vəzifələrinə aid Təlimnamədə Azərbaycan 
milli 
hissələrinin 
təşkilinə 
kömək 
göstərmək  üçün  Nuru  paşanın  rəhbərliyi 
ilə 
hərbi 
təlimatçılar 
qrupunun 
göndərilməsi əksini tapdı. 
20  aprel  -  Bakıda  Erməni  Milli 
Şurasına  tabe  olan  hissələrin  Qırmızı 
ordunun  hissələrinə  qatılması  barədə 
razılaşma əldə edildi. 
22  aprel  -  Tiflisdə  Zaqafqaziya 
Demokratik  Federativ  Respublikasının 
yaradılması elan edildi. 
25  aprel  -  Qırmızı  Ordunun  gücləndirilmiş  hissələri  Yelizavetpol  is-tiqamətində  yürüşə  hazırlaşmağa 
başladı. 
Aprel - Bakıda Qırmızı Ordu üçün komanda heyətini hazırlamaq məqsədi ilə qırmızı təlimatçılar məktəbi 
və digər təlim hissələri təşkil edildi. 
Aprel  -  Nuru  paşanın  rəhbərlik  etdiyi  osmanlı  heyəti  Mosuldan  Təbrizə,  oradan  da  Naxçıvana  gəldi. 
Mayın 20-dən etibarən yerli hissələrin yaradılmasına başlamaq məqsədilə Naxçıvanda və Ordubadda bir neçə 
zabit saxlanıldı. 
24 may - Bakı Sovetinin İcraiyyə Komitəsi Bakı və ətraf rayonlarda "hərbi hazırlıq dərslərini mütləq və 
ümumi"  elan  etdi.  Bakı  Sovetinin  təşkil  etdiyi  Ali  Hərbi  Şura  təlimatçı  məktəbi  və  topçu  kursunda  təlim 

21 
 
prosesini  tənzimləməli,  texnikanı  işlədə  bilən  kadrları  toplamalı  idi.  Qırmızı  Ordunun  1-ci  korpusu  tam  təşkil 
edildi. Yeni hərbi hissələr yaratmaq məqsədi ilə Bakı və ətraf rayonlarda hərbi səfərbərlik müddəti uzadıldı. 
25 may - Nuru paşanın heyəti Gəncəyə çatdı. 
28 may - Tiflisdə Azərbaycan Cümhuriyyətinin yaradılması bəyan edildi. İstiqlal bəyannaməsinin qəbulu 
ilə Azərbaycanda yenidən dövlətçilik ənənələri bərpa olunmağa başladı. 
2  iyun  -  Batum-Cəlaloğlu  marşrutu  ilə  hərəkət  edən  Osmanlı  qoşunlarının  2-ci  mürəttəb  süvari  alayı 
Gürcüstan-Azərbaycan sərhədinə çıxdı. Gürcüstanda olan almanlar türk hissələrinin hərəkətlərini yubadır, dəmir 
yolu ilə hərəkət etməyə imkan vermirdilər. 
4  iyun  -  Azərbaycan  Cümhuriyyəti  ilə  Osmanlı  dövləti  arasında  imzalanan  müqavilənin  IV  maddəsi 
Azərbaycana  hərbi  kömək  göstərilməsi  üçün 
birbaşa  hərbi  qüvvələrin  göndərilməsinə  imkan 
yaratdı.  Müqavilə  imzalanandan  dərhal  sonra 
Azərbaycan  və  Osmanlı  hərbi  hissələrindən  ibarət 
Qafqaz  İslam  Ordusu  yaradılmağa  başladı.  Türk 
qoşunlarının  2-ci  süvari  alayının  bölmələri  və 
azərbaycanlı  könüllülərdən  ibarət  süvarilər  Qazax-
Gəncə dəmir yolunu mühafizəyə aldılar. 
6
 
iyun 

Qırmızı 
Ordu 
Hacıqabul 
istiqamətində hücuma başladı; 
8  iyun  -  türk  ordusunun  5-ci  Qafqaz  piyada 
firqəsinin  əsas  hissələri  iki  dəstə  şəklində  Batum-
Artvin-Ərdahan-Qarakilsə-Dilican-Ağstafa 
marşrutu ilə hərəkətə başladı. 
9 iyun - türk qoşunlarının 2-ci süvari alayı və 9-cu piyada alayı Gəncədə cəmləşdi. 
10  iyun  -  Bakı  Sovetinin  qoşunları  Gəncə  istiqamətində  həlledici  yürüşə  başladı.  Fransanın  Rusiyadakı 
səfiri  Nulens  Fransa  xarici  işlər  naziri  Stefan  Pişona  məruzə  edirdi  ki,  "regionda  ermanilər  müttəfiqlərə  sadiq 
qalan yeganə xalqdırlar. Ermənilər Bakı, Dərbənd və Petrovskun sahibləridir - onların burada qoşunları var. 
10 iyun - Yelenendorfa gələn 9-cu türk piyada 
alayı  danışıqlar  vasitəsi  ilə  yerli  sakinlərin  təşkil 
etdiyi  alman  taborunun  Qafqaz  İslam  Ordusu 
tərəfinə keçməsinə nail oldu. 
11  iyun  -  türk  ordusunun  5-ci  Qafqaz  piyada 
firqəsinin 1-ci dəstəsi Qazaxa çatdı və dəmir yolu ilə 
Gəncəyə  daşınmağa  başladı.  Gəncədə  toplaşmış 
erməni  taborunun  tərksilahı  zamanı  döyüş  baş 
vermiş,  düşmənin  müqaviməti  qırıldı.  12-14  iyun 
tarixlərində  Gəncə  ermənilərinin  tərksilahı  davam 
edirdi. 
11 
iyun 

Qırmızı  Ordu  Müsəlman 
Korpusunun  cüzi  qüvvəsini  (L.Maqalovun  rəhbərliyi  ilə  900  nəfərlik  dəstə  və  könüllülər)  geri  ataraq  Sığırlı 
dəmir yolu stansiyasını ələ keçirdi. 
11  iyun  -  Qırmızı  Ordu  Müsəlman  Korpusunun  cüzi  qüvvəsini  (L.Maqalovun  rəhbərliyi  ilə  dəstə  və 
könüllülər)  geri  ataraq  Kürdəmir  dəmir  yolu  stansiyasını  tutdu.  Qırmızı  Ordunun  hissələri  Gəncəyə  həlledici 
hücum təşkil etmək məqsədi ilə Müsüslü-Qaraməryəm xəttində mövqelər qurdular. 
12  iyun  -  türk  ordusunun  5-ci  Qafqaz  piyada  firqəsinin  2-ci  dəstəsi  Qazaxa  çatdı  və  dəmir  yolu  ilə 
Gəncəyə daşınmağa başladı. 
 Ġyunun  ortaları  -  komandir  çatışmazlığı  problemini  həll  etmək  üçün  Nuru  paşa  Gəncədə  miralay  Atif 
bəyin rəhbərliyi ilə milli hərbiyyə məktəbi təşkil etdi. 
15 iyun - türk ordusunun 5-ci Qafqaz piyada firqəsinin əsas hissələri Gəncə ətrafında cəmləşdi. 
15  iyun  -  10-cu  türk  piyada  alayı  Göyçay  ətrafında  toplaşmış  erməni  kəndlərinin  dəstələrini  qismən 
tərksilah etdi; 
16  iyun  -  Qırmızı  Ordu  Müsəlman  Korpusunun  cüzi  qüvvəsini  (L.Maqalovun  rəhbərliyi  ilə  dəstə  və 
könüllülər)  geri  ataraq  Qaraməryəm  kəndini  ələ  keçirdi.  Qırmızı  Ordunun  iri  hərbi  qüvvələri  və  Kür  çayında 
hərbiləşdirilmiş  gəmilərin  hərəkəti  ilə  bolşeviklər  Kür  üzərindəki  körpü  və  bərələri  nəzarət  altına  almağa 
çalışırdılar.  
Bunun qarşısını almaq üçün Cavad bölgəsində mayor N.Ramazanovun rəhbərliyi ilə qüvvə təşkil edildi 
və Qırmızı Ordu hissələrinin irəliləməsinin qarşısı alındı. 

22 
 
17 iyun - Qırmızı Ordunun Müsüslü istiqamətində başladığı hücum Müsəlman Korpusu və azərbaycanlı 
könüllülər tərəfindən dayandırıldı. 
18  iyun  -  vəziyyəti  dərhal  dəyişmək  məqsədi  ilə  10-cu  türk  piyada  alayı  Qaraməryəm  istiqamətində 
hücuma keçdi, lakin məğlub edilərək itkilər verdi. Qırmızı Ordunun Müsüslü istiqamətində növbəti hücumunu 
Müsəlman  Korpusu  və  Azərbaycan  könüllüləri  dayandırdı.  Göyçay  Kürdəmir,  Şamaxı  ətrafında  erməni 
kəndlərinə bolşeviklər tərəfindən silah paylandı, dəstələr təşkil edildi. 
18-22 iyun - QİO tərəfindən arxa cəbhədə erməni kəndlilərindən ibarət silahlı dəstələrin tərksilahı, sursat 
və qüvvələrin toplanması, çoxsaylı Azərbaycan könüllü bölüklərinin təşkili həyata keçirildi. 
21  iyun  -  5-ci  Qafqaz  piyada  firqəsinin  komandanlığı  döyüşən  hissələrdə  sursatın  tükənməsi  haqqında 
raport verdi. 
22  iyun  -  Bakıda  Salyan  qışlaları  (kazarmaları)  ərazisində  alman  təyyarəsi  yerə  endi.  Pilot  və  Bakıda 
saxlanılan alman əsirlərinin qiyamını hazırlamaq üçün göndərilən zabit əsir alındı. 
24  iyun  -  Azərbaycanı  ələ  keçirmək  üçün  Almaniya  Gürcüstanda  yerləşdirdiyi  qoşunları  Azərbaycanın 
Qazax  və  Zaqatala  bölgələrinə  yeritməyə  hazırlaşırdı.  Vehib  paşa  Azərbaycan  ərazisinə  yeridilən  istənilən 
qoşunun məhv edilməsi barəsində əmr verdi. Kiçik toqquşmalardan sonra almanlar öz planlarından əl çəkdilər. 
26  iyun  -  Azərbaycan  hökumətinin  qərarı  ilə  Müsəlman  Korpusunun  adı  dəyişdirilərək  Xüsusi 
Azərbaycan Korpusu qoyuldu. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü hesab edilir. 
27  iyun  -  5-ci  Qafqaz  piyada  firqəsi  Xüsusi  Azərbaycan  Korpusuna  tabe  edildi.  Müsüslü  ətrafında 
cəmləşdirilmiş  türk  və  Azərbaycan  hərbi  hissələri  Müsüslü  dəstəsi  adı  altında  birləşdirildi  və  komandanlıq 
Həbib bəy Səlimova tapşırıldı. 
27 iyun - Qırmızı Ordu hücuma başladı, 8 saatlıq döyüş nəticəsində hücumun qarşısı alındı. QİO hissələri 
əks-hücuma başladı; Salyan bölgəsində Qırmızı Ordu Surra-Qarabucaq kəndləri istiqamətində hücuma keçdi. 
28  iyun  -  Salyan  bölgəsində  N.Ramazanovun  dəstəsinin  səyləri  nəticəsində  Qırmızı  Ordu  hissələrinin 
Surra-Qarabucaq kəndləri istiqamətində hücumunun qarşısı alınaraq əks-hücum təşkil edildi. 
29 iyun - QİO hücuma keçərək Qaraməryəm kəndini azad etdi. 
30  iyun  -  Qırmızı  Ordu  Göyçay  istiqamətində  əks-hücuma  keçdi.  Bakıda  1893-1897-ci  il  təvəllüdlü 
kişilərin hərbi mükəlləfiyyəti və 1900-1917-ci illərdə hərbi xidmətdə olmuş dənizçilərin səfərbərliyi elan edildi 
və onun əsasında dənizçi taboru yaradıldı. 
1 iyul - Qırmızı Ordunun hücum cəhdlərinin qarşısı alındı. 
2  iyul  -  Salyan  bölgəsində  Qırmızı  Ordu  hissələri  məğlub  olub  geri  çəkilməyə  başladı.  L.Biçeraxov  öz 
dəstəsi ilə Göyçay ətrafına gələrək Qırmızı Orduya qoşuldu. 
Ġyulun  əvvəlləri  -  cəbhədə  vəziyyətin  kəskinləşməsi  nəticəsində  bolşeviklərin  əlavə  hissələri  və  Bakı 
qırmızı təlimatçılar məktəbinin şəxsi heyəti cəbhəyə göndərildi. 
1-4 iyul - Qəbələ istiqamətində erməni kəndlərinin dəstələri dağıdıldı, əhali tərksilah edildi. Hakimiyyətə 
gələn yeni Osmanlı sultanı IV Vahidəddin teleqram göndərərək Nuru paşa və onun tabeçiliyində olan qoşunların 
səylərini dəstəklədiyini bildirdi. 
5 iyul - Qafqaz İslam Ordusu Ağsu-Kürdəmir istiqamətində hücuma başladı. 
6  iyul  -  L.Biçeraxov  Bakı  Soveti  qoşunlarının  komandanı  təyin  edildi.  QİO  Müsüslü  istiqamətindən 
hücuma başladı. 
8 iyul - Kürdəmir uğrunda ağır döyüşlər başladı. Döyüşlər iyulun 13-də QİO-nun qələbəsi və Kürdəmirin 
azad edilməsi ilə nəticələndi. Salyan istiqamətində də uğurlar əldə edildi. 
14 iyul - QİO Kərrar d/yolu stansiyasını azad etdi. 
16  iyul  -  QİO-nun  qoşunları  iki  qrupa  ayrıldı.  Şimal  qrupu  Osman  bəyin,  Cənub  qrupu  H.Səlimovun 
rəhbərliyi  ilə  Bakı  istiqamətində  hücum  təşkil  etməli  idilər.  Salyan  istiqamətindəki  uğurlar  nəticəsində  Kür 
çayının mənsəbi tam azad edildi. 
19  iyul  -  Q.Petrovun  dəstəsi  Rusiyadan  Bakıya  gəldi  və  dərhal  cəbhəyə  göndərildi.  Q.Petrov  Bakı 
rayonunun  hərbi  komissarı  təyin  edildi.  QİO-nun  Şimal  qrupu  Şamaxı  istiqamətində  hücuma  keçdi,  Cənub 
qrupu isə yayındırıcı döyüşlər apardı. 
20
 
iyul - Şamaxı istiqamətində ağır döyüşlər baş verdi. 
21iyul - QİO-nun Cənub qrupu Sığırlı və Padar d/yolu stansiyalarını azad etdi. 
22  iyul  -  L.Biçeraxov  Həbib  bəy  Səlimovun  başçılıq  etdiyi  Cənub  qrupundan  ağır  zərbələr  alaraq  geri 
çəkilməyə başladı. O, Bakı Sovetinin ittihamları ilə üzləşdiyindən komandanlığı Avetisova təhvil verdi. QİO-
nun Şimal qrupu Mərəzəni azad etdi. 
24-27  iyul  -  Azərbaycan,  Gürcüstan  və  Osmanlı  dövlətləri  "Batum  arasında  petrol  (neft)  mübadiləsi 
haqqında itilafnamə"ni imzaladı. 
25 iyul - Sovet Rusiyası Almaniyaya nota verərək QİO-nun hücumunun qarşısını almağı tələb etdi. 
Ġyulun  sonları  -  Qırmızı  Orduya  əlavə  mükəlləfiyyət  elan  olundu,  bu  dəfə  1883-1892-ci  il  təvəllüdlü 
kişilər orduya çağırıldı. 

23 
 
26  iyul  -  QİO-nun  qoşunları  Hacıqabulu  azad  etdi.  Bakı  Soveti  İcraiyyə  Komitəsinin  qərarı  çap  edildi: 
L.Biçeraxovun dəstəsi Qırmızı Orduya tabe edilir, şəhərdə hərbi vəziyyət elan olunurdu. 
27 iyul - QİO-nun Cənub qrupu Qarasu kəndini azad etməklə hücumu genişləndirdi. Qırmızı Ordu Pirsaat 
d/yolu stansiyası ətrafında mövqelər tutmağa çalışırdı. 
28  iyul  -  Cəngi  yaxınlığındakı  mövqelər  uğrunda  tərəflər  hücuma  keçdi.  Qırmızı  Ordu  geri  çəkilməyə 
başladı. Döyüşlərdə böyük itkilər verən bolşevik-erməni qoşunlarına Bakı və ətraf rayonlarda 1885-1892-ci illər 
təvəllüdlü kişilərin səfərbərliyi elan edildi. Onlar üçün hərbi xidmətin 6 ay olacağı bildirildi. 
29 iyul - Almaniya nümayəndələri QİO-nun hücumunun qarşısının alınacağı barəsində Sovet Rusiyasına 
vəd verdilər. 
29-30  iyul  -  QİO-nun  qoşunları  Sumqayıt  və  Xırdalana  çatdılar;  Biçeraxov  öz  dəstəsi  ilə  cəbhəni  tərk 
etdi;  Bakıda  iyulun  30-dan  31-nə  keçən  gecə  daşnak  partiya  liderləri  və  bolşevik  dəstələrinin  rəhbərləri 
müşavirə keçirərək cəbhəyə 3000 erməni göndəriləcəyi barədə qərar qəbul etdilər. 
31 iyul - ağır döyüşlər nəticəsində QİO-nun Şimal qrupu Corat və ətraf təpələri tutdu, Cənub qrupu isə 
Nəvai və Ağbulaq d/yolu stansiyalarını azad etdi. QİO-nun komandanlığı Qırmızı Ordu komandanlığına yeni  

24 
 
 
 

25 
 
itkilərin  qarşısını  almaq  məqsədi  ilə  təslim  olmağı  təklif  etdi,  lakin  cavab  almadı.  Bakıda  Xalq 
Komissarları Soveti hakimiyyəti itirdi. Bolşeviklərin şəhəri tərk edib qaçmaq cəhdinin qarşısı alındı. 
1  avqust  -  Bakıda  Sentrokaspi  Diktaturası  hakimiyyətə  gəldi.  QİO-nun  Şimal  qrupu  Hacıhəsən  kəndini 
azad  edərək  Qurd  qapısına  yaxınlaşdı.  QİO-nun  Cənub  qrupu  isə  Ələti  azad  etdi.  Azərbaycan  milli  hissələri 
Qusarı azad etdilər. 
2  avqust  -  Güzdək  və  Sumqayıt  bolşevik-erməni  qoşunlarından  azad  edildi.  Nuru  paşa  Qafqaz  İslam 
Ordusu tərkibində Azərbaycan hissələrinin yenidən tərtib edilməsi barədə əmr verdi. Azərbaycan milli hissələri 
Qubanı  azad  etdilər.  Avqustun  2-dən  8-dək  Xaçmaz  uğrunda  gedən  döyüşlərdə  Azərbaycan  milli  hissələri 
erməni-bolşevik  qoşunlarını  məğlub  etdi.  Biçeraxovun  qoşunları  geri,  Şimali  Qafqaza  doğru  çəkildilər. 
Almaniyanın təzyiqi ilə üzləşən Ənvər paşa Nuru paşaya hücumu davam etdirmək barədə gizli əmrlər verməklə, 
alman nümayəndələrinə osmanlı hissələrinin hərəkətsiz dayanması, hücumun yalnız Azərbaycan milli qüvvələri 
tərəfindən həyata keçirildiyi barəsində məlumat verdl. 
3 avqust - Qafqaz İslam Ordusunun komandanlığı Qırmızı Ordu komandanlığına əlavə itkilərin qarşısını 
almaq  məqsədi  ilə  yenidən  təslim  olmağı  təklif  etdi,  lakin  cavab  almadı.  Biçeraxovun  qayıtması  barədə 
Sentrokaspi  Diktaturasına  göndərdiyi  teleqram  erməni  və  rus  dillərində  çap  edilərək  şəhərin  hər  yerində 
yapışdırılmışdı,  lakin  Biçeraxov  gəlmədi.  S.Şaumyan  və  Теr-Qabrielyan  Bakıdan  qaçmaq  istəyərkən 
yaxalandılar. 
4  avqust  -  polkovnik  Stoksun  rəhbərliyi ilə  ilk  ingilis  hərbi  hissələri  Bakıya  gəlməyə  başladı.  QİO-nun 
Şimal qrupunu gücləndirmək üçün Cənub qrupu tərkibindəki bütün süvari, topçu hissələri, əksər piyada hissələri 
ona  verildi.  Məqsəd  Bakıya  bir  istiqamətdən  (Qurd  qapısı)  həmlə  etmək  idi.  Sentrokaspi  Diktaturası  bütün 
qüvvələri Bayıl və Qurd qapısı istiqamətində topladı. Almaniya komandanlığının təzyiqi ilə üzləşən Ənvər paşa 
Nuru paşaya hücumu dayandırmaq əmri verdi, lakin əslində Bakının tezliklə azad edilməsini tələb edirdi. 
5  avqust  -  QİO-nun  Bakıya  bir  tərəfdən  zəif  hazırlanmış  hücumunun  qarşısı  alındı.  Bakı  Sovetinin 
bolşevik  hissələri  və  Sentrokaspi  Diktaturasının  qoşunları  QİO-ya  qarşı  birlikdə  vuruşurdular.  İtkiləri  bərpa 
etmək  üçün  Bakıda  42  yaşınadək  olan  qeyri-müsəlmanların  yeni  səfərbərliyi  keçirildi  və  yeni  bir  alay 
formalaşdırıldı. 
6-18  avqust  -  Qafqaz  İslam  Ordusu  Bakı  ətrafına  qoşunlar  toplayır,  bütün  tədbirlər  gizli  aparılır, 
Almaniya  və  Sovet  Rusiyasına  hücumun  dayandırıldığını  bildirilirdi.  Sentrokaspi  Diktaturası  və  ingilis 
qoşunları  Bakı  ətrafında  getdikcə  daralan  halqanı  yarmaq  üçün  mütəmadi  olaraq  müxtəlif  istiqamətlərdə  iri 
qüvvələrlə hücumlar həyata keçirir, lakin geri atılırdılar. 
12  avqust  -  Azərbaycan  hökumətinin  qərarı  ilə  19-34  yaşlı  hərbi  xidmətə  yararlı  kişilər  hərbi  xidmətə 
səfərbər olundu. 
13  avqust  -  Nuru  paşanın  əmri  ilə  Əlahiddə  Azərbaycan  Korpusu  ləğv  edildi,  lakin  Azərbaycan  hərbi 
hissələri  öz  mövcudluğunu  saxladı.  Azərbaycanlı  zabitlər  yeni  təyinatlar  aldı.  Bolşeviklərin  Bakıdan  silah  və 
sursatla gəmilər vasitəsi ilə qaçmaq cəhdinin qarşısı alınaraq tərk-silah olundu. 
Avqustun ortaları - QİO-da kiçik komandir kadrlarının çatışmazlığı problemini aradan qaldırmaq üçün 
Nuru paşanın əmri ilə Ehtiyat Zabit namizədləri təlimgahı açıldı. 
17 avqust - Bakıya general Denstervil və onun bütün dəstəsi ("Densterfors”) gəldi. 
18 avqust - Sovet Rusiyası türk qoşunlarının ciddi hücuma hazırlaşması barədə məlumat aldı, Moskvada 
Rusiya və Osmanlı nümayəndələrinin danışıqları qarşılıqlı ittihamlara çevrildi. 
19 avqust - Sovet Rusiyası Almaniyaya nota verərək QİO hücumunun qarşısını almağı tələb etdi. 
26 avqust - Bakı Sovetinin Qırmızı Ordusu "Bakı və ətraf rayonların ordusu və donanması" adlandırıldı. 
QİO hissələrinin həmlələri nəticəsində Bakı ətrafında bəzi hakim təpələr tutuldu. 
27  avqust  -  Sovet  Rusiyası  ilə  Almaniya  arasında  Bakı  və  Azərbaycan  neftinin  taleyi  ilə  bağlı  saziş 
imzalandı,  saziş  Osmanlı  dövləti  və  Azərbaycan  hökumətinin  narazılığı  ilə  qarşılandı.  İngilislər  Sentrokaspi 
Diktaturasının  qoşunları  ilə  birgə  irimiqyaslı  əks-hücum  planlaşdırdılar,  lakin  QİO-nun  cəbhənin  bütün 
mövqelərində fəallığı qüvvələri toplayıb əks-hücuma keçməyə irnkan vermədi. 
30 avqust - Bakıya hücum üçün türk-Azərbaycan hissələri üç qrupa bölündü: Şimal, Cənub, Qərb. 
31  avqust  -  Binəqədi,  Digah,  Məhəmmədi  kəndləri  tutulmaqla  Bakı  şəhəri  tam  mühasirəyə  alındı. 
Avqustun  31-dən  sentyabrın  1-nə  keçən  gecə  keçirilən  müşavirədə  general  Denstervil  demişdi:  "YER 
ÜZÜNDƏ  HEÇ  BĠR  QÜVVƏ  BAKINI  TÜRKLƏRDƏN  QORUYA  BĠLMƏZ".  Denstervil  ingilis 
qoşunlarının evakuasiyasını hazırlamağı əmr etdi. 
1  sentyabr  -  Osmanlı  ordusunun  15-ci  piyada  firqəsi  Batum-Qarakilsə-Dilican-Karvansara-Qazax-
Ağstafa yolu ilə Azərbaycana gəlmək əmri aldı; 
2 sentyabr - M.Ə.Rəsulzadə Almaniyanın Osmanlı dövlətindəki səfirinə etiraz notası (Rusiya-Almaniya 
sazişi  ilə  bağlı)  təqdim  etdi.  Zabrat  və  Hövsan  ətrafında  başlayan  döyüşlər  sentyabrın  4-də  kəndlərin  azad 
edilməsi ilə nəticələndi. 

26 
 
9  sentyabr  -  15-ci  piyada  firqəsinin  bütün  hissələri  Bakı  ətrafına  gətirildi.  9-dan  10-a  keçən  gecə  QİO 
qoşunları Bakı ətrafında hücum üçün müəyyən edilmiş mövqeləri tutmağa başladılar. 
10  sentyabr  –  QİO-nun  komandanlığı  başda  Nuru  paşa  və  Ə.Şıxlinski  olmaqla  bütün  cəbhə  xəttini 
dolaşmış,  düşmənin  müdafiə  mövqeləri  ilə  tanış  olmuş  və  şəhərin  tutulmasının  son  planını  tərtib  etməyə 
başlamışdılar. 
13  sentyabr  -  ingilis  zabiti  Raulinson  təxribat  qrupu  ilə  Lənkərana  yollanmalı,  daha  sonra  Muğandan 
QİO-nun arxasına keçməli və körpüləri dəmir yolları, anbarları partlatmalı idi. QİO-nun cəbhədəki fəallığı və 
son hücuma hazırlaşması buna imkan vermədi. Komandanlıq Bakıya hücum əmrini imzaladı. 
14  sentyabr  -  ayın  14-nə  keçən  gecə  QİO-nun  qoşunları  hücuma    başladı  saat  3-də  ilk  müdafiə  xətti 
tutuldu,  saat  3.30-da  Qurd  qapısı  mövqeləri  ələ  keçirildi.  Bütün  gün  ərzində  gedən  döyüşlərdə  ingilis  və 
Sentrokaspi  qoşunları  sıxışdırıldılar.  General  Denstervil  öz  qoşunları  haqqında  yazırdı:  "Bütün  üstünlüklərə 
malik  olan  qoşunlar  elə  döyüş  başlayan  kimi  darmadağın  edildilər".  Saat  22.00-da  ingilislər  gəmilərlə 
evakuasiya olundular. 
15  sentyabr  -  15-nə  keçən  gecə  QİO-nun  qoşunları  hücuma  başlayaraq  şəhərin  əksər  hissələrini  tutdu. 
Saat  10.30-da  Sentrokaspi  Diktaturası  kapitulyasiya  təklifi  ilə  çıxış  etdi.  Bakı  şəhəri  azad  edildi.  Azərbaycan 
hökumətinə qələbə barədə teleqram vuruldu. 
16  sentyabr  -  Bakıda  Qızıl  Qışla  adlanan  yerdə  QİO-nun  hərbi  paradı  keçirildi,  ondan  sonra  QİO 
komandanlığı və Azərbaycan hökumətinin üzvləri şəhərə daxil oldular. 
16-17 sentyabr - görülmüş tədbirlər nəticəsində şəhərdə talançılıq və özbaşınalığın qarşısı alındı. 
18 sentyabr - Nuru paşa Bakı əhalisinə "Əmrnamə" ilə müraciət etdi. Azərbaycan hökuməti Bakının azad 
edilməsi və onun cümhuriyyətin paytaxtı kimi fəaliyyət göstərəcəyi barədə bəyanat verdi. 
20 sentyabr - Bakıda möhkəmlənmək üçün hərbi qüvvədən istifadə etmək qərarına gələn almanlar dəmir 
yolu vasitəsi ilə Tiflisdən qoşun göndərdilər. 
21 sentyabr  -  Azərbaycana  gələn  alman  hərbi  hissələrinin  qarşısını  almaq  üçün  Ənvər  paşanın  əmri  ilə 
Azərbaycan-Gürcüstan  sərhədindəki  korpü  partladıldı,  sərhəd  boyunca  türk-Azərbaycan  hissələri  yerləşdirildi. 
Nəticədə alman qoşunları geri qayıtmağa məcbur oldular. 
Sentyabrın  sonları  -  Qarabağda  Azərbaycan  kəndləri  və  şəhərləri  özünümüdafiə  dəstələri  yaradıb 
düşmənin  qarşısını  aldılar,  lakin  onu  tam  məğlub  etmək  üçün  zəif  idilər;  QİO-nun  Azərbaycan  hissələri 
Qarabağda  qayda-qanunu  bərpa  etmək,  erməni  quldur  dəstələrinin  təcavüzünün  qarşısını  almaq  üçün  yürüşə 
hazırlaşmağa başladılar. QİO-nun türk hissələri Dərbənd və Port-Petrovsk (Mahaçqala) yürüşünə hazırlaşmağa 
başladılar. Qoşunların bir qismi Bakının dənizdən təhlükəsizliyini təmin etmək üçün (ingilis qoşunları Xəzərin 
cənubunda, Ənzəlidə möhkəmlənmişdi) şəhərdə qaldı. 
25  sentyabr  -  QİO-nun  1-ci  Azərbaycan  firqəsi  (türk  və  Azərbaycan  hissələri)  Qarabağa  daxil  oldu, 
erməni dəstələri ilə döyüşlər başlandı. 
8 oktyabr - əksər erməni dəstələri məğlub edildi, 1-ci Azərbaycan firqəsi Şuşaya daxil oldu. 
8  oktyabr  -  Biçeraxovun  rəhbərliyi  ilə  rus  qoşunları  məğlub  edildi,  Dərbənd  şəhəri  türk  hissələri 
tərəfindən tutuldu. 
23 oktyabr - Osmanlı Ordusunun Baş Komandanlığının Ərkani hərb rəisi Əhmed İzzət paşa Qarabağda 
əməliyyatları dayandırmağı əmr etdi. 
30  oktyabr  -  Mudros  müqaviləsinin  şərtlərinə  görə,  I  Dünya  müharibəsində  məğlub  olmuş  Osmanlı 
dövləti Azərbaycandan öz qüvvələrini çıxartmağa başladı. Qafqaz İslam Ordusu ləğv olundu; sırf Azərbaycan 
hissələrindən  təşkil  edilmiş  1-ci  Azərbaycan  firqəsi  (komandir  general-mayor  İ.Usubov)  Qarabağda 
əməliyyatları davam etdirdi. 
8  noyabr  -  Biçeraxovun  rəhbərliyi  ilə  rus  qoşunları  məğlub  edildi,  Port-Petrovsk  şəhəri  türk  hissələri 
tərəfindən tutuldu. 
10  noyabr  -  Azərbaycanı  tərk  etməyə  başlayan  Osmanlı  qoşunlarının  şərəfinə  Azərbaycan  hökuməti 
rəsmi vida ziyafəti təşkil etdi. 
15 yanvar 1919-cu il - sonuncu türk qoşun dəstəsi Azərbaycan ərazisini tərk etdi. 
 
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə