Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə5/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   27

 
 

28 
 
3. Bakı Soveti və Sentrokaspi Diktaturasının qoĢunları 
 
3.1. Bakı Soveti Qırmızı Ordusunun yaradılması 
 
1917-ci  il  noyabrın  21-də  Rusiya  ordusu  Qafqaz  cəbhəsinin  komandanı  general  Prijevalski  Osmanlı 
ordusu  Qafqaz  cəbhəsinin  komandanı  Feriq  Vehib  paşanın  sülh  bağlamaq  təklifi  haqqında  Zaqafqaziya 
Komissarlığının iclasında məlumat verdi və dekabrın 5-də sülh müqaviləsi bağlandı. Şərtlərə əsasən, döyüşlər 
dayandırılmalı,  operativ  və  strateji  qruplaşma 
və yerdəyişmə aparılmamalı, döyüş bölgəsi və 
ona yaxın 10 verstlik zonada təyyarə uçuşları 
qadağan edilməli idi. 
Müqavilənin    imzalanmasından  sonra  
rus    əsgərlərinin  kütləvi  surətdə  tərxis 
olunmasına  başlandı.    Onlar  vətənlərinə 
qayıtmaq tələbləri ilə çıxış edir, çarəsiz qalmış 
kornandanlıq  isə  tələbləri  yerinə  yetirməyə 
məcbur  olurdu.  Çar  ordusunun  parçalanması 
istiqamətində  böyük  iş  görmüş  bolşeviklərin 
məqsədi 
başqa  idi.  Onlar  müharibəni 
dayandırmaq 
təbliğatını 
aparanda 
düşünürdülər  ki,  əsgərlər  vuruşmaqdan  imtina  etsələr  də,  öz  mövqelərində  qalacaqlar.  Nəticədə  on-lardan 
hakimiyyət uğrunda mübarizədə istifadə etmək 
mümkün olacaq.   Əsgərlərin  tərxis  olunmaq   
tələbləri  bolşeviklərin  ümid bağladıqları əsas 
qüvvənin 
ləğv 
olunması 
demək 
idi. 
Bolşeviklərdən ibarət Qafqaz ordusunun diyar 
şurası müraciət qəbul edərək tərxis olunmanın 
qarşısını  almağa  çağırdı.  Dekabrın  10-da 
Tiflisdə  Qafqaz  ordusunun  II  diyar  qurultayı 
keçirildi,  bolşeviklər  tərəfindən  çağırılmış 
nümayəndələr  bolşeviklərin  xəttini  dəstəklədi, 
bolşevizmə  qarşı  bütün  hərəkətlərə  mübarizə 
elan etdilər. Diyar şurasının sədri Q.Korqanov 
seçildi.
42
 
Qafqaz  ordusu  diyar  şurasının  qeyri-
bolşevik  qüvvələri  isə  ayrıca  iclas  keçirərək 
özlərinin 
şurasını 
yaratdılar. 
Tiflisdə 
möhkəmlənə 
bilməyəcəklərini 
anlayan 
bolşeviklər bu səbəbdən öz qurumlarını Bakıya 
köçürməyə  başladılar.  Dekabrın  19-da  Tiflisdə 
Fəhlə,  Əsgər  və  Kəndli  sovetlərinin  II  Qafqaz 
diyar  qurultayı  da  bolşeviklər  üçün  uğursuz 
oldu və onlar da Bakıya köçdü.
43
  
Hələ  noyabrın  12-də  bolşeviklərə  sadiq 
hərbi  hissələr  yaratmaq  üçün  şar  ordusunun 
hərbi  hissələrinin  komandirləri  dəyişdirilməyə 
başladı.  Nəticədə  podporuçik  Yefremov  Bakı 
qarnizonu  rəisi,  Kleşov  Bakı  şəhər  komendantı  seçildilər.  1917-ci  il  dekabrın  12-də  Bakıda  Hərbi  İnqilab 
Komitəsi  (HİK)  yaradıldı.  Bəyan  edilmişdi  ki,  komitə  şəhərdə  qanun-qayda  yaradılmasına  cavabdeh  olacaq. 
Dekabrın 14-də HİK kütlə halında toplaşmağı, kütləvi tədbirlər keçirməyi qadağan etdi. Aydın idi ki, bu qərar 
Azərbaycan milli qüvvələrinin fəaliyyətinə qarşı yönəlmişdi. Dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti 
Bakı Sovetinin sədri S.Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etdi. Onun sərəncamına dərhal 500 min 
rubl pul göndərildi ki, Sovetə tabe olan silahlı qüvvələr yaradılsın. 
                                                           
42
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.16. 
43
 Дарабади П.Г. Военные вопросы, с. 95-96. 

29 
 
1917-ci  il  dekabrın  21-də  Bakıda  Qırmızı  Qvardiyanın  yaradılması  barədə  qərar  qəbul  edildi.
44
  Lakin 
fəhlələrdən döyüş qabiliyyəti olan qoşun yaratmaq olduqca çətin iş idi. Bu səbəbdən 
1918-ci  ilin  yanvar  ayının  əvvəllərində  Bakıdan  keçən  rus  hərbçiləri      ilə      əlaqə   
yaratmağa  çalışdılar.  Onlar  Bakıda  qalıb  "inqilabı  müdafiə  etmək"  istiqamətində 
təbliğat aparmalı idilər. Bolşeviklərin təklifi ilə razılaşanlar dərhal Qırmızı Qvardiya 
dəstələrinə  yazılır,  razılaşmayanlar  isə  tərksilah  edilərək  Rusiyaya  göndərilirdi. 
Yanvarın  ortalarında  Qırmızı  Qvardiya        döyüşçülərinin  sayı  3500  nəfərə  çatdı. 
Ancaq  bu,  nəinki  inqilabı  bütün  Qafqaza  yaymaq,  heç  Bakıda  hakimiyyəti  tam 
nəzarət altına almaq üçün kifayət deyildi. 
1917-ci il  yanvarın 15-də Bakıda Qırmızı Ordunun yaradılması barədə dekret 
imzalandı.   Dekretdə   Qırmızı Ordu beynəlmiləl adlandırılsa da, ora təkcə rus və 
ermənilər  yazılır,  azərbaycanlıların  yazılmasına  isə  maneçilik  törədilirdi.  Çağırış 
işləri  ilə  məşğul  olan  Avakyan,  qərargah  rəisi  A.Baqdasarov  idi.
45
  Yanvarın  29-da 
Bakıda fəaliyyət göstərən Rus Milli Şurası rus milli hissələrinin yaradılması barədə 
qərar verdi. Bolşeviklər tərəfindən çar ordusunun zabitləri təqib olunduğundan yeni 
yaradılan  hərbi  hissələrdə  komandirlərə  ehtiyac  böyük  idi.  Bakıda  bolşeviklər 
tərəfindən  xüsusi  komandirlər  məktəbi  yaradılaraq  onun  rəhbəri  praporşik  Solnsev  təyin  edilmişdi.   Cəbhədən 
tərxis  olunan hissələrdən bir zirehli qatar götürülmüş, RSFSR XKS ordu yaradılması üçün 30 milyon 800 min 
rubl göndərmişdi. Fevral ayında Azadlıq meydanında hərbi parad keçirildi. Xəzər donanmasının nəzarət altına 
alınması  işi  davam  etdi.  Martın  əvvəllərinə  artıq  6  min  döyüşçü,  2  zirehli  qatar,  1  zirehli  avtomobili  olan 
Qırmızı  Ordu  ciddi  qüvvə  idi.
46
  Bununla  bərabər  qüvvələri  artırmaq  üçün  Erməni  Milli  Şurası  ilə  əlaqələr 
yaradılmış,  faktiki  olaraq  daşnaklarla  birgə  fəaliyyət  istiqamətləri  müəyyənləşdirilmişdi.  Corctaun 
Universitetindən olan amerikalı tədqiqatçı Maykl Smit qeyd edirdi ki, "Bakıda bolşevik hakimiyyətini rus ordu 
hissələrindən təşkil edilmiş silahlı milis və daşnakların rəhbərliyi ilə çoxsaylı erməni dəstələri təmin edirdi". 
1918-ci ilin mart qırğınları bolşevik və erməni hissələrindən təşkil edilmiş Qafqaz Qırmızı Ordusunun əsl 
simasını  açdı.  Bu  ordu  Azərbaycanı  Rusiyanın  müstəmləkəsi  görmək  istəyən  bolşeviklərin  və  Azərbaycan 
torpaqlarından mümkün qədər pay qoparmağa hazır olan, azərbaycanlıların fiziki məhvinə can atan ermənilərin 
aləti idi. 
May  ayında  artıq  ordunun  1-ci  korpusu  təşkil  edilmişdi.  Mayın  16-da  mədən-zavod  komitələrinin 
konfransında  çıxış  edən  S.Şaumyan  göstərirdi:  "Özünün  çoxsaylı  düşmənlərindən  qorunmaq  üçün  sovet  real 
silahlı  qüvvə  yaratmalı  idi.  Bolşeviklərdən  başqa  heç 
bir  digər  partiya  sovet  hakimiyyətinin  dayağının 
yaradılması  barəsində  düşünmürdü."
47
  Bakı  XKS-nin 
hərbi-dəniz işləri üzrə xalq komissarı Q.N.Korqanovun 
1918-ci  il  mayın  22-də  RSFSR  Xalq  Komissarları 
Sovetinə  göndərdiyi  məruzədə  qeyd  edilirdi  ki, 
"Bakıda  yaradılan  Qırmızı  Ordu  hər  zaman 
döyüşlərdə,  hərəkətdə,  qarovul  xidmətinin  yerinə 
yetirilməsində olub. "
48
 
Bakı  Sovetinin  qoşunlarının  təşkilində  böyük 
köməyi Rusiya Kommunist Partiyasının (bolşeviklər) Mərkəzi Komitəsi, RSFSR Xalq Komissarları Soveti və 
şəxsən onun rəhbəri V.İ. Lenin göstərirdi. Bakıya silah və sursatın göndərilməsini Lenin Moskvada olan Şimali 
Qafqaz hərbi dairəsinin büro rəisi M.K.Ter-Arutyunyansa tapşırmışdı. Ter-Arutyunyan sonralar öz xatirələrində 
yazırdı: "Vladimir İliç tələb edirdi ki, müəyyən saatlarda mən Bakıya göndərilən kömək barədə məruzə edim, 
ehtiyac  olanda  isə  özüm  gəlim  onun  yanına  və  onun  göstərişlərini  həyata  keçirməsinə  mane  olanlar  barədə 
şəxsən məruzə edim".
49
 
 
 
3.2. Bakı Soveti və Sentrokaspi Diktaturası  
qoĢunlarının strukturu 
 
                                                           
44
 Дарабади П.Г. Военные вопросы, с. 99. 
45
 Токаржевский Е.А. Из истории, с. 28. 
46
 Дарабади П.Г. Военные вопросы, с.112. 
47
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.62.  
48
 Дарабади П.Г. Военные вопросы, с. 111. 
49
 Гражданская война и военная интервенция в СССР. Энциклопедия. Москва, 1983, с. 583; Дарабади П.Г. Военная помощь Советской России 
Бакинской Коммуне (1918)//Изв. АН АзССР, серия ИФП, 1982, №4, с. 110.  
 

30 
 
Hələ  hakimiyyətə  gəlməzdən  əvvəl  bolşeviklər  geniş  fəhlə  kütlələrinin  silahlandırılması  və  inqilabi 
Qırmızı Ordunun yaradılması haqqında tələblərlə çıxış edirdilər. Bakıda "Dəryal" şirkəti fəhlələrinin 1917-ci il 
sentyabrın 5-də keçirilmiş yığıncağının qətnaməsində "Şüurlu proletariatdan qırmızı qvardiya yaratmaq" tələbi 
irəli  sürülmüşdü.  Digər  müəssisə  fəhlələrinin  ümumi  yığıncaqlarının  qətnamələrində  də  eyni  tələb  öz  əksini 
tapmışdı.  RSDFP  (b)  Bakı  təşkilatının  sentyabrın  12-də  keçirilmiş  konfransında  Bakı  Fəhlə  və  Əsgər 
Deputatları  Sovetinə  namizədlərə  tövsiyə  kimi  bütün  vətəndaşların  silahlandırılması  və  "ilk  növbədə  yeni 
inqilabi qayda-qanunu qorumaq üçün şəhərlərdə qırmızı fəhlə qvardiyası” yaradılması göstərilmişdir.
50
 
Bakı  qarnizonu  əsgər  və  matrosları  arasında  məqsədyönlü  təbliğat  işi  aparan  bolşeviklər  18  minlik 
qarnizonun böyük hissəsini öz tərəflərinə çəkməyə nail olmuşdular. Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin 
hərbi  bölməsinin  noyabrın  13-də  keçirilən  geniş  iclasında  Qırmızı  qvardiyanın  yaradılması  barədə  qətnamə 
qəbul edildi. 
Hələ  noyabrın  12-də  bolşeviklərə  sadiq  hərbi  hissələr  yaratmaq  üçün  komandirlər  dəyişdirilməyə 
başlandı.  Dekabrın  12-də  Bakıda  Hərbi 
İnqilabi  Komitə  yaradıldı.  Komitə  şəhərdə 
qanun-qayda  yaradılmasına  cavabdeh  idi. 
Dekabrın  16-da  Bakı  Sovetinin  sədri 
S.Şaumyanın  Qafqazın  Fövqəladə  Komissarı 
təyin 
edilməsi 
barədə 
RSFSR 
Xalq 
Komissarları Soveti qərar qəbul etdi. 
Dekabrın  21-də  qırmızı  qvardiyanın 
yaradılması  haqqında  qərar  qəbul  edildi. 
1917-ci  ilin  sonunda  yaradılan  mərkəzi  büro 
1918-ci  il  yanvarın  əvvəllərində  qırmızı 
qvardiyanın  mərkəzi  qərargahına  çevrildi. 
Onun  tərkibinə  İ.P.Vasek,  S.N.Martikyan,  İ.Y.Qabışev,  H.H.Sultanov  və  digərləri  daxil  oldular.
51
  Qırmızı 
qvardiyanın  rayon  qərargahları  da  yaranmaqda  idi.  Mərkəzi  qərargah  rayon  qərargahlarının  işini 
istiqamətləndirir,  silahla  təminat  və  təlim  məsələləri  ilə  məşğul  olurdu.  Mərkəzi  qərargaha  tabe  olan  qırmızı 
qvardiyaçı  dəstələr  yerli  sovetlərin  sərəncamında  idi.  1918-ci  ilin  yanvarına  bir  çox  mədən  və  zavodlarda 
qırmızı  qvardiya  dəstələri  yaradılmışdı.  Qırmızı  qvardiya  köhnə  ordunun  ləğv  olunub  yenisi  ilə  əvəzlənmə 
prosesində ara mərhələ idi. Qvardiyanın strukturu belə idi: əsas döyüş vahidi olan onluqda 10 döyüşçü var idi. 
Dörd  onluq  1  taqım,  üç  taqım  1  drujina,  üç  drujina  1  tabor  təşkil  edirdi.  Taborun  tərkibində  əlavə  hissələr 
olmaqla şəxsi heyətin sayı 500-600 nəfərə çatırdı.
52
 
1918-ci 
ilin 
yanvar 
ayının 
əvvəllərində Bakıdan keçən rus hərbçilərinin 
tərksilah  edilməsinə  başlandı.  Əgər  əsgərlər 
sovet  hissələrində  xidmət  etməyə  razı 
deyildilərsə,  silah  alınmalı  idi.  Xüsusi 
komandirlər məktəbi yaradılmışdı.
53
 
RSFSR  Xalq  Komissarları  Sovetinin 
15  (28)  yanvar  1918-ci  il  Fəhlə-Kəndli 
Qırmızı  Ordusu  və  29  yanvar  (11  fevral) 
1918-ci 
il 
Fəhlə-Kəndli 
Qırmızı 
Donanmasının 
yaradılması 
haqqında 
dekretlərini  əsas  tutaraq  Qafqaz  ordusu 
Hərbi  İnqilabi  Komitəsi  ilk  Qırmızı  Ordu 
hissələrinin  yaradılmasına  başladı.  Yanvarın 
16-da  Komitənin  sədri  Q.N.Korqanov  Qafqaz  zəhmətkeşlərinə  müraciət  edərək  onları  Qırmızı  Ordu  sıralarına 
daxil  olmağa  çağırdı.  Çağırışda  deyilirdi  ki,  sovet  hakimiyyəti  hələ  hər  yerdə  qalib  gəlməyib,  əksinqilabi 
qüvvələr isə baş qaldırmaqdadırlar.  Ona  görə  də  tam  bərabərlik  və  seçmək hüququ  əsasında, hakimiyyətin 
demokratik  təşkili  ilə  yeni sosialist  ordusu  yaradılmalıdır.  Beynəlmiləlçi  qoşunlar  sosializmə  sadiq  olan  fəhlə, 
əsgər, matros və kəndlilərdən ibarət olmalı, qoşunlarda yeni inqilabi intizam yaradılmalıdır. Q.N.Korqanov və 
onun  müavini  B.P.Şeboldayev  "Sosialist  ordusunun  yaradılması  barəsində  Əsasnamə"  tərtib  etdilər.  Eyni 
zamanda  tərtib  edilən  "Qızıl  ordu  əsgərinin  yaddaş  kitabçası"  da  vacib  əhəmiyyətə  malik  idi.  Kitabçada  qeyd 
edilirdi ki, beynəlmiləlçi qüvvə olan qırmızı qvardiya milliyyəti və dinindən asılı olmayaraq bütün yoxsulların 
                                                           
50
 Дарабади П.Г. Военные вопросы, с.97-99 
51
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.22-23. 
52
 Дарабади П.Г. Военные вопросы, с. 100.  
53
 Токаржевский Е.А. Из истории, с.28-30. 

31 
 
müdafiəçisidir. Lakin əslində hissə komandirlərinin ermənilərdən təşkil edilməsi, toplanma və kadr məsələlərinə 
ermənilərin  baxması  hərbi  hissələrə  yalnız  erməni  və  rusların  yazılması  ilə  nəticələndi.  Hətta  bolşevik  olan 
azərbaycanlıların müxtəlif bəhanələrlə orduya yazılmasının qarşısı alınırdı. 
Martın əvvəllərinə qırmızı qvardiyanın hələ də mövcud olan bəzi hissələri ilə bərabər Bakı Soveti 7 min 
öz  döyüşçüsü  və  ən  azı  4  min  daşnak  döyüşçüsünə  arxalana  bilərdi.
54
  Bakı  Sovetinin  qırmızı  ordusunda 
əksəriyyəti erməni zabit və əsgərləri təşkil edirdi. 
1918-ci  ilin  aprelində  Qafqaz  Qırmızı  Ordusunun  könüllü  prinsiplər  əsasında  təşkili  barəsində  müraciət 
səsləndirildi.  Aprelin  20-də  Erməni  Milli  Şurasına  tabe  olan  hissələrin  Qırmızı  Ordunun  hissələrinə  qatılması 
barədə razılaşma əldə edildi. 
May ayında yeni hərbi hissələr yaratmaq məqsədi ilə hərbi səfərbərlik uzadıldı. May ayına ordunun 1-ci 
korpusu tam təşkil edilmişdi. Korpusun tərkibində 4 atıcı briqada, 6 topçu batareya, 3 pulemyot komandası və 
texniki hissələr var idi. Bu hissələrə "Bakı şəhərinin hava müdafiəsi aviadivizionu"na daxil olan 13 təyyarə də 
əlavə edilməlidir.
55
 
Mayın 16-da mədən-zavod komitələrinin konfransında çıxış edən S.Şaumyan deyirdi: "Özünün çoxsaylı 
düşmənlərindən  qorunmaq  üçün  sovetlər  real  silahlı  qüvvə  yaratmalı  idi.  Bolşeviklərdən  başqa  heç  bir  digər 
partiya  sovet  hakimiyyətinin  dayaqlarının 
yaradılması  barədə  düşünmürdü".  Bakı 
XKS-nin  hərbi  dəniz  işləri  üzrə  xalq 
komissarı  Q.N.Korqanov  RSFSR  XKS-nə 
göndərdiyi  məruzədə  qeyd  edirdi  ki, 
yaradılmış  19  batalyonun  tərkibində  18 
min 
döyüşçü 
var. 
Donanmanın 
gücləndirilməsi istiqamətində iş görülürdü. 
B.Şeboldayev  Sovet  Rusiyası  hərbi  dəniz 
işləri  üzrə  xalq  komissarına  göndərdiyi 
məktubda  yazırdı:  "Briqada  və  korpus 
qərargahlarının 
formalaşdırılması  başa 
çatandan 
sonra 
komandir 
Qazarov, 
qərargah rəisi Avetisov və digərləri (siyasi 
baxışlarına  görə  daşnaklar)  yürüşə  başladılar.  Dörd  briqadadan  (12-13  min  süngü)  ibarət  olan  korpus, 
batalyonda  4  pulemyot  olmaqla  3  səhra  batareyası,  1  dağ  və  1  mortir  batareyaları,  3  süvari  yüzlük  və  digər 
texniki  qoşunlarla  üç  gün  ərzində  (10-undan  12-sinədək)  Kürdəmir  istiqamətində  yürüşə  başladı".  Məktub 
müəllifi onu da əlavə edirdi ki, ordunun 60-70%-ni ermənilər təşkil edir.
56
 
Bakı Fəhlə, Əsgər və Matros deputatları Sovetinin icraiyyə komitəsinin 1918-ci il 24 may qərarı Bakı və 
ətraf rayonlarda "hərbi hazırlıq dərslərini mütləq və ümumi" elan etdi. İyun-iyulda elan edilən mükəlləfiyyətlər, 
çar ordusunun istefada və ehtiyatda olan mühəndis və texniki hissələrinin, zabit və əsgərlərin Qırmızı Orduya 
cəlb olunması kimi tədbirlər ordunun sayının artırılmasına yönəldilmişdi. 
Moskvaya  göndərilən  teleqram  və  nümayəndələr  cəbhədə  vəziyyəti  düzəltmək  üçün  Qafqaz  Qırmızı 
Ordusuna  2-3  diviziya  göndərilməsini  xahiş  edirdilər.  Riyakarcasına  qeyd  edilirdi  ki,  onların  gəlməsi  "böyük 
əhəmiyyətə  malik  olacaq,  çünki  yerli  əhali  arasında  rus  diviziyalarına  böyük  rəğbət  var".  1918-ci  ilin  may-
avqust aylarında V.Lenin Bakı Sovetinə əlavə qüvvələrin təşkil edilib göndərilməsi ilə şəxsən məşğul olurdu.
57
 
Bakıya silah və sursatın göndərilməsini o, Moskvada olan Şimali Qafqaz hərbi dairəsinin büro rəisi M.K.Ter-
Arutyunyansa tapşırmışdı. M.K.Ter-Arutyunyans 1918-ci ilin iyul-avqust aylarında Şimali Qafqaz Hərbi Dairəsi 
qoşunlarının  təminat  bürosunun  rəisi,  Fəhlə-Kəndli  Qırmızı  Ordusunun  döyüş  təminatı  üzrə  Mərkəzi 
komissiyasının  komissarı  olaraq  erməni-bolşevik  hissələrini  bütün  lazım  olanlarla  təmin  etmək  üçün  dəridən-
qabıqdan çıxırdı.
58
 
Sentrokaspi Diktaturası qoşunların strukturunda elə bir dəyişiklik etmədi. Bakı Sovetinin qırmızı ordusu 
avqustun 26-da "Bakı və onun rayonlarının ordusu və donanması" adlandırıldı. 
General  Denstervil  öz  qeydlərində  Qırmızı  Ordunun  "müdafiə  üzrə  1-ci  və  2-ci  nümunəvi  alayları"nın 
Bakı müdafiəçilərinə ünvanladığı müraciətlərin mətnlərini göstərir. Bu, kağız üzərində olsa da, taborların alaylar 
çərçivəsində birləşməsindən xəbər verir.
59
 
                                                           
54
 Дарабади П.Г. Военные вопросы, с.106; Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.66. 
55
 Директивы командования фронтов Красной армии. 1917-1922. Москва, 
1
971, т. 1, с.291; Дарабади П.Г. Военные вопросы, с.112.
 
56
Дарабади П.Г. Военно - организационная деятельность Бакинской Коммуны. // Изв. АН АзССР, серия ИФП, 1978, № 3, 11-20. 
57
 Большевики в борьбе за победу социалистической революции в Азербайджане. 1917-1918. Документы и материалы. Баку, 1957, с.83. 
58
 Гражданская война. Энциклопедия, с.583. 
59
 Денстервиль, с.97. 

32 
 
Polkovnik Keyvortdan avqustun 15-də aldığı raportu şərh edən general Denstervil qeyd edir ki, "adamlar 
hər birinin sayı 150 nəfərdən 500 nəfərədək olan 22 taborda cəmləşdiriliblər". Deməli, raporta əsasən, qoşunlar 
əsasən  taborlar  şəklində  təşkil  edilir  və  fəaliyyət  göstərirdi.  Həmin  polkovnikin  raportunda  qeyd  edilirdi  ki, 
qoşunların sanitar vəziyyəti bərbaddır. Doğrudur, Qırmızı Ordunun erməni hissələrini təsvir edən fotoşəkillərdə 
tibb  bacılarını  da  görmək  olar,  lakin  şəkillərin  birinin  arxasında  tibb  bacısının  tibb  işçisi  deyil,  "erməni 
gözəlçəsi" ("армянская красотка") kimi göstərilməsi bu "tibb bacıları"nın necə fəaliyyət göstərməsindən xəbər 
verir.
60
 
Sentrokaspi Diktaturasının çoxsaylı qoşunlarının az səmərə verdiyini görən general Denstervil keyfiyyət 
dəyişikliyinə  nail  olmaq  üçün  bir  neçə  struktur  dəyişikliyi  etməyə  çalışdı.  Denstervilin  yazdığına  görə, 
ingilislərin  gəlişindən  sonra  "hər  yerli  tabora  və  ya  batareyaya  bizim  (ingilis)  zabiti  təhkim  olunmuşdu  ki,  bu 
ordu vahidinin döyüş qabiliyyəti qaldırılsın". Avqustun sonlarında general yeni təşəbbüs irəli sürdü: hər birində 
bir ingilis və üç yerli tabor olan briqadalar təşkil etmək. İngilis rəhbərliyi altında olan bu briqadalar daha yaxşı 
vuruşmalı idi. Generalın yazdığına görə, diktaturanın hərbi naziri, qoşunların komandanı, beş diktator və Erməni 
Milli  Şurası  bu  təkliflə  razı  idilər,  lakin  "Bakıda  sözlə  iş  arasında  elə  böyük  məsafə  var  idi  ki",  təklif  icra 
olunmadı. 
General  Denstervil  öz  qeydlərində  təəssüflə  yazırdı:  "Bizə  ən  çox  lazım  olan  və  bizim  nail  ola 
bilmədiyimiz bir şey varsa, о da əsl nizami qoşunlardan ibarət dəstənin yaradılmasıdır".
61
 
Avqustun 27-nə planlaşdırılan irimiqyaslı əkshücumun planı göstərir ki, döyüşdə hərbi hissələr əlahiddə 
tabor və hətta bölüklər şəklində iştirak edirdi (alayların tərkibində olmasına baxmayaraq). Zirehli avtomobillər 
də  hansısa  bir  vahid  şəklində  (misal  üçün,  zirehli  avtomobillər  taqımı)  birləşdirilməmişdi.  Siyahıya  əsasən 
müəyyən olunur ki, müdafiə mövqelərində dayanan qoşunlardan başqa bu qüvvələr də hücumda iştirak etməli 
olublar: bir piyada alayı (8 bölük tərkibində), 7 piyada tabor (14 bölük tərkibində), 37 piyada bölüyü, bir süvari 
bölüyü, 3 zirehli avtomobil. 
Sentyabrın  14-də  Sentrokaspi  Diktaturasının  məğlub  olmasına  qədər  onun  qoşunlarında  struktur 
dəyişikliyi baş vermədi. 
 
 
 
3.3. Bakı Sovetinin Qırmızı Ordusu və Sentrokaspi  
Diktaturası ordusunda erməni hərbi hissələri 
 
Rusiya imperiyası Osmanlı dövlətinə 1914-cü il oktyabrın 20-də mü-haribə elan etmişdi. Hələ 1914-cü il 
sentyabrın 17-də imperator II Nikolay ermənilərə müraciət imzalamışdı: "Ermənilər, beş əsrlik zülmdən sonra... 
azadlıq  saatı  gəlmişdir.  Ermənilər!  Çarın  himayəsi  altında  öz  qan  qardaşlarmızla  birləşərək  siz  nəhayət  ki, 
azadlıq 
və 
ədalətin 
şirinliyini 
dadacaqsız".  1914-cü  ilin  noyabrında 
Tiflisdə 
olan 
II 
Nikolay 
erməni 
katolikosu  Gevorku  qəbul  edərək  xüsusi 
vurğulamışdı  ki,  "erməni  məsələsi 
müharibə bitəndən sonra, sülh danışıqları 
gedən  zaman  ermənilərin  gözlədikləri 
kimi həll olunacaq".
62
 
"Daşnaksutyun" 
partiyası 
imperatora 
müraciətində 
açıqca 
vurğulayırdı:  "Rus  bayrağı  Bosfor  və 
Dardaneldə qoy azad dalğalansın. Böyüк 
hökmdar,  qoy  Sizin  iradənizlə  Türkiyə  əsarətində  olan  xalqlar  azadlığa  qovuşsunlar".  Çap  edilən  vərəqələr 
aşağıdakı  sözlərlə  bitirdi:  “Yaşasın  böyük  Rusiya!  Yaşasın  əziz  Fransa!  Yaşasın  rus  Ermənistanı!
 
"Qnçak" 
partiyasının  1914-cü  ilin  payızında  dərc  edilmiş  müraciətində  deyilirdi:  "Qnçak"  sosial-demokratik  komitəsi 
müharibə  və  inqilab  şeypurlarını  çalır  ki,  osmanlıları  qan  içində  boğsun".
63
  Beləliklə,  hələ  Osmanlı  dövləti 
müharibəyə  qoşulmadığı  dövrdə  Rusiya  ermənilər  vasitəsi  ilə  ona  qarşı  mübarizə  aparacağını  açıq-aşkar 
vurğulayırdı.  Ermənilər  bunun  əvəzində  iddialı  olduqları  torpaqlara  yiyə  çıxacaqlarına  ümid  edirdilər. 
                                                           
60
 Файгл Эрих. Правда о терроре. Армянский терроризм - истоки и причины.Баку, 2000, с. 106. 
61
 Денстервиль, с.82. 
 
62
 Наджафов Б. Лицо врага, с.318. 
63
 Файгл Эрих, с.44. 

33 
 
"Daşnaksutyun"  partiyasının  liderlərindən  olan  Aram  Turabyan  yazırdı:  "Bizim  yerimiz  əvvəlcə  bizim 
dostlarımız Rusiya, Fransa və İngiltərə tərəfindən təsdiqlənməlidir". 
"Daşnaksutyun"  partiyasının  liderlərindən  biri,  1918-1920-ci  illərdə  Ermənistan  Respublikasının 
rəhbərliyində  olmuş  Ovanes  Kaçaznuni  XX  əsrin  20-ci  illərində  mühacirətdə  yazdığı  kitabında  xatırlayırdı: 
"1914-cü ilin payızında, Türkiyə hələ müharibəyə qatılmayanda Zaqafqaziyada böyük səs-küy və böyük enerji 
ilə könüllü drujinalar təşkil edilməyə başlanmışdı... 1914-cü ilin payızında erməni könüllü dəstələri təşkil edildi 
və  onlar  türklərə  qarşı  çıxdılar,  çünki  başqa  cür  mümkün  deyildi.  Bu,  erməni  xalqının  beyninə  yeridilən 
psixologiyanın təbii və qaçılmaz nəticəsi idi".
64
 
Osmanlı  dövləti  ermənilərin  törədə  biləcəyi  təhlükəni  əvvəlcədən  görmədi.  Ölkənin  digər  vətəndaşları 
kimi  onları  da  hərbi  xidmətə  çağırır,  silah  verir,  döyüş  mövqelərini  etibar  edirdi.  Çox  keçmədi  ki,  bunun  nə 
qədər  səhv  olduğu  üzə  çıxdı.  Ermənilər  türk  ordusu  sıralarından  fərarilik  edir,  düşmənə  kəşfiyyat  xarakterli 
məlumatlar  ötürürdülər.  Osmanlı  ordusunun  Sarıqamış  məğlubiyyəti  onların  əl-qolunu  açdı.  1915-ci  ilin 
aprelində Sivas qubernatoru teleqramda göstərirdi ki, türk ordusu sıralarında olan 80 min silahlı ermənidən 15 
mini  silahla  birlikdə  düşmən  tərəfinə  keçib.  Tədqiqatçı  Jorj  Malevil  qeyd  edirdi  ki,  "Türkiyə  parlamentinin 
Ərzurumdan  olan  deputatı  Qarro  Pasdermacyan  III  Osmanlı  Ordusunun  bütün  erməni  zabit  və  əsgərləri  ilə 
Rusiya  tərəfinə  keçdi.  Sonra  onlar  yenə  qayıtdılar,  kəndləri  yandırmağa  başladılar  əllərinə  keçən  bütün  dinc 
müsəlmanları qırdılar." İngilis tarixçisi К Prays göstərir ki, 
Türkiyə  hökuməti  yerdə  qalanları        cəbhə  hissələrindən 
çıxardaraq  mühəndis  qoşunlarına  yazdı,  lakin  tezliklə 
məlum  oldu  ki,  onlar  da  xəyanət  etmək  üçün  fürsəti  əldən 
buraxmırlar.
65
 
Bunun  ardınca  Rusiya  hökumətinin  himayəsi  ilə 
erməni  hərbi  hissələrinin  yaradılmasına  başlandı.  Bunun 
üçün  1905-1907-ci  illərdə  Azərbaycan  ərazisində 
müsəlmanların  soyqırımlarını  həyata  keçirən,  polis 
axtarışında  elan  edilən,  əslində  isə  elə  çar  polisinin 
mühafizəsi  ilə  Rusiyanın  müxtəlif  şəhərlərində  yaşayan 
terrorçu  dəstə  başçıları  kölgədən  çıxıb  hərbi  hissə  komandirlərinə  çevrildilər.  Hərbi  rütbə  və  vəzifələr  alaraq 
Rusiya  ordusunun ştatlarına  salınan  bu  quldurlardan bir şey  tələb  olunurdu:  erməni  başkəsənlərindən  dəstələr 
toplamaq  və  bu  dəstələr  vasitəsilə  Osmanlı  ordusu  arxasında  yaşayan  erməni  əhalisinin  qiyamlarını  və 
müsəlman əhalisinin əraziləri tərk etməsini təmin etmək. 
Beləliklə, müharibə ermənilərə nadir imkan yaratdı: çar hökuməti hesabına toparlanmaq, təşkilatlanmaq, 
silahlanmaq,  hərbçi  kadrlara  malik  olmaq.  Qısa  müddət  ərzində  yaradılan  1000-
1200 nəfərlik dəstələr (sənədlərdə erməni drujinaları adı ilə göstərilirdi) Osmanlı 
dövlətinin  ərazisinə  İrandan  keçirdi  (müharibə  başlanan  kimi  Rusiya  qoşunları 
şimali İrana yeridilmişdi). Sonralar Fransa ordusu tərkibində Erməni legionu adlı 
hərbi hissə yaradılmış və Kilikiyada istifadə edilmişdi. Lakin bu dəstənin törətdiyi 
vəhşiliklər fransızları onu ləğv et-məyə məcbur etdi. Müharibə genişləndikcə çar 
hökuməti  erməni  hərbi  hissələri  üçün  ehtiyat  qüvvə  hazırlamaq  məqsədiylə 
Cənubi  Qafqazda  ehtiyat  tabor  və  alaylar  yaradır,  onları  silahlandırır,  təlimlər 
keçirirdi.  N.Korsun  qeyd  edirdi  ki,  Sarıqamış  əməliyyatları  zamanı  Cənubi 
Qafqazın  “demək  olar  ki,  bütün  erməni  əhalisinə  silahlar  paylanmışdı, 
Zaqafqaziyaya  türk  qoşunlarının  soxulması  təhlükəsi  aradan  qaldırılanda  belə 
silahların  paylanması  davam  edirdi".
66
  Rusiya  Daxili  İşlər  Nazirliyinin 
raportlarında  qeyd  edilir  ki,  erməni  drujinaları  öz  qərar-gahlarını  yaratmışdılar, 
qərargaha  göndərilən  məktub  və  bağlamaların  ünvanı  belə  göstərilirdi:  "Tiflis, 
Baş  erməni  qərargahı,  Xatisova  (şəhər  başçısı)".  Yalnız  Rusiya  ordusunun  yeni 
yaradılan  hissələrində  silah  çatışmazlığı  problemi  özünü  büruzə  verəndə 
ermənilərə  müasir  Mosin  tüfənglərinin  paylanması  dayandırıldı,  lakin  Arisaka  və  Berdana  tüfəngləri  imkan 
yaranan kimi yenə paylanırdı.
67
 
                                                           
64
 Наджафов Б. Лицо врага, с.318. 
 
65
 Файгл Эрих, c.50. 
66
 Корсун Н.Г. Кавказский фронт Первой Мировой войны. Москва, 2004, с.406. 
67
 Корсун. Кавказский фронт, с.407. 
 

34 
 
Erməni  drujinaları  öz  "qəhrəmanlıqlarını"  dinc  əhali  ilə  "döyüşlərdə"  gös-tərir,  nizami  hissələrlə 
üzləşdikdə  isə  qaçmağa  başlayırdılar.  Rusiya  Qafqaz  ordusu  qərargahının  məlumatlarının  birində  göstərilir: 
hərbi  mükəlləfiyyətli  və  hərbi  xidmətə  çağırılmış  ermənilər  arasında  fərarilik,  xəstəliklərin  simulyasiya 
edilməsi,  özünə      xətər    yetirmə    və  hətta  türk  ordusu  tərəfinə  keçmə  halları  müşayiət  olunur".  Rusiya 
hökumətinin etimadını itirməkdən qorxan   erməni   liderləri yeni-yeni könüllüləri cəlb etməklə bunun qarşısını 
almağa  çalışırdılar.  Rus  hərbi  raportlarının  birində  qeyd  edilirdi:  "Bizim  hər  bir  nizami  zabitimiz  təkcə 
drujinniklərin deyil, onların rəhbərlərinin də arasında hərbi intizamın pozulması, aralarında ədavət, özünü öymə, 
qorxaqlıq,  oğurluq,  talançılıq  hallarının  və  nəhayət,  onların  tərəfimizdən  tutulmuş  türk  vilayətləri,  bəzən  isə 
Qafqazda da dinc müsəlman əhali üzərində zorakılıqlar törətməsinin şahidi olumuşdur". 
 
Qafqaz  ordusunun  arxa  cəbhə  idarələrində  əksər  intendant  (təminat)  məsələləri  ilə  ermənilər  məşğul 
olurdular.  Ordunun  Van  dəstəsinin  komandiri  general-mayor  Voronsov  qeyd  edirdi:    "Buradakı  təşkilatlar 
bütünlüklə  ermənilərin  əlindədir.  Yaradılmış  xeyriyyə  təşkilatlarında  da  ermənilər  çoxluq  təşkil  edir  və 
parazitlik, ikiüzlülük, yaltaqlıq, dövlət pullarını mənimsəməklə hətta rus zabitlərinin də nifrətini qazanıblar".
68
 
Bunu  xarici  müşahidəçilər  də  qeyd  edirdi.  Misal  üçün,  Amerika  Xeyriyyə  Komitəsinin  (ABŞ)  nümayədəsi 
doktor  Brot  yazır-dı:  "Qarakilsə  və  Dilican  rayonlarında  mən  beş  aydır  işləyirəm,  bu  dövrdə  cəmi  6  dürüst 
erməniyə  rast  gəlmişəm,  qalanları  уа  etibarsız,  ya  da 
dövlət  pullarını  mənimsəyəndirlər,  ümumiyyətlə, 
mənəvi 
baxımdan  çirkaba  batmış  insanlardır; 
Amerika-Xeyriyyə 
Komitəsindən 
pul 
alanlar, 
Komitədə işləyənlər də yalançıdırlar."
69
 
Rusiya  ordusu  irəlilədikcə  erməni  hərbi 
dəstələri  türk-müsəlman  kəndlərini  yandırır,  əhalini 
məhv  edirdilər.  Bir  yandan  da  osmanlı  ordusu 
arxasında  yerləşən  erməni  əhalisi  ordu  hissələrinin 
azlığını  görən  kimi  qiyamlar  qaldırır,  rus  ordusunun 
Türkiyə  torpaqlarına  yolunu  açırdılar.  1915-ci  ildə 
Van, Zeytun, Bitlis, Muş qırğınları törədən ermənilər 1916-cı ildə Ərzurum, Muş, Ərzincan, Trabzon, Oqnotda 
eyni qırğınları törətmişdilər. Nəticədə 1914-cü ildə bölgədə 2-3 mln. müsəlman yaşayırdısa, müharibədən sonra 
onların sayı 600 minə düşmüşdü. Ermənilərin törətdikləri vəhşiliklər hətta onları himayə edən Rusiya ordusunun 
zabitlərini  də  dəhşətə  gətirmişdi.
70
  Rus  ordusunun  polkovniki  Doluxanov  yazırdı  ki,  Ərzurumda  olanda  "rus 
zabitlərinin ermənilərə nifrəti" onu heyrətləndirdi. 
1915-ci  ilin  sonunda  ermənipərəst  siyasəti  ilə  seçilən  Qafqaz  canişini  qraf  Voronsov-Daşkov  vəzifədən 
kənarlaşdırılmış,  onun  yerinə  böyük  knyaz  Nikolay  Nikolayeviç  göndərilmişdi.  Lakin  Rusiyanın  erməniləri 
dəstəkləyən siyasəti dəyişmədi. 
1915-ci  il  fevralın  15-19-da  Tiflisdə  "Daşnaksutyun"  partiyasının  IX  qurultayı  keçirildi.  Bu  qurultayda 
"Erməni  drujinalarının  fəaliyyəti  və  onun  gələcək  istiqaməti"  mövzusunda  məruzə  ilə  general  Andranik  çıxış 
etdi. O, erməni drujinalarının saylarının artırılması, onların vahid mərkəzdə birləşdirilməsi, yeni silah və sursatla 
təmin edilməsi məsələsini qaldırdı. Rusiya Dövlət Dumasının deputatı Papacanov dərhal çıxış edərək bildirdi ki, 
rus hökuməti tərəfindən erməni drujinalarının sayının artırılması müsbət həll edilib və bu xəbər alqışlara səbəb 
oldu. 
1916-cı il mayın 10-da Petroqradda erməni komitələrinin "Ümummilli erməni qurultayı" adını almış birgə 
qurultayı keçirildi.
71
 Qurultayda əsas məqsəd xeyriyyə cəmiyyətlərinin yaradılması 
olsa da, "müharibə bitdikdən sonra ermənilərin taktika və fəaliyyətinə dair siyasi 
xarakterli  məsələlər"  müzakirə  edilirdi.  Rusiya  hökuməti  onları  dəstəkləyirdi. 
Qafqazda  erməni  qaçqınlarına  kömək  edən  komitə  yaradılmış  və  ona  mənşəcə 
erməni olan general-mayor Tamaşev rəhbər təyin edilmişdi. 
Ermənilərin törətdikləri Van qiyamından sonra türk ordusu həlledici hücuma 
keçdi.  Dinc  erməni  əhalisi  cəbhə  xəttindən  uzaq  ərazilərə  köçürülməyə  başlandı, 
özlərini "erməni xalqının müdafiəçiləri" adlandıran, təbliğat vərəqələrində "erməni 
xalqının  milli  qəhrəmanları"  kimi  göstərilən  erməni  drujinaları  geri  çəkilən  rus 
ordusu  ilə  bərabər  Qafqaz  sərhədlərinə  doğru  keçdilər.  Erməni  müəllifi 
Ovannesyan  yazırdı  ki,  "200  mindən  artıq  qaçqın  geri  çəkilən  rus  ordusu  ilə 
bərabər  Zaqafqaziyaya  gedirdi".  Rusiya  hökuməti  tərəfindən  Qars  vilayətində 
                                                           
68
 Наджафов Б. Лицо врага, с.328. 
69
  Yenə orada, c.329. 
70
 Наджафов Б. Лицо врага, c.335. 
71
 Гурко-Кряжин В. Армянский вопрос. Баку, 1990, с. 10-11. 

35 
 
(1877-1878-ci  illər  müharibəsindən  sonra  Qars  Rusiya  imperiyasının  tərkibinə  qatılmışdı)  yerləşdirilmiş 
ermənilər  yerli  müsəlman  əhalini,  о  cümlədən  burada  yaşayan  azərbaycanlıları  qırmağa  başladılar.  Rus 
rəsmilərinin  gözləri  qarşısında  törədilmiş  bu  cinayətlərə  görə  erməni  quldurları  cəzalandırılmadı.    Bundan  
narazı  olan Azərbaycan ziyalılarından Əlimərdan bəy Topçubaşov, Ağabala Quliyev, İrəvan  və Yelizavetpol 
quberniyalarının      müsəlman  ziyalıları  və  digərləri  Qafqaz  ordusunun  komandan  müavini  general 
Mışlayevskinin qəbulunda olmuş, "ermənilər tərəfindən törədilən qanlı qırğınlardan  müsəlmanları qorumağı və 
qətlə  yetirilən  tatar  (azərbaycanlı)  ailələrinin  xeyrinə  pul  yığmağa  icazə  verməyi"  xahiş  etmişdilər.  Qırğınlara 
son qoyulsa da, onların səbəbkarları və   icraçıları nəinki cəzalandırılmadı, heç Rusiya ordusu ştatlarından da 
kənarlaşdırılmadı.
72
 
Tarixi  mənbələr  müharibə dövründə  formalaşdırılmış  erməni  hərbi  hissələrinin  sayını  və  strukturunu  da 
müəyyən etməyə imkan verir. 
Erməni  Milli  Deleqasiyasının  prezidenti  Poqos  Nübar  1917-ci  il  dekabrın  1-də  Sena  deputatı  Alber 
Tomasa  məktubunda  yazırdı:  "Ermənilərə  öz  doğma  torpaqlarını  müdafiə  etmək  üçün  rus  ordusunun  müxtəlif 
cəbhələrdə  səpələnmiş  150  000  erməni  əsgərini  Qafqazda  toplamaq  lazımdır.  Kerenski  hökuməti  bizim 
müraciətə cavab olaraq toplanış üçün göstəriş verib, hal-hazırda burada 35 000 erməni əsgəri toplanıb. Tanınmış 
komandir  Andranikin  əmri  ilə  erməni  könüllüləri  onlara  birləşdirildi...  Bizə  məlumdur  ki,  rus  əsgərləri  öz 
silahlarını satırlar və bu silahları çoxlu sayda tatar (azərbaycanlılar - A.Y., Ə.S.) alır, bu isə böyük təhlükədir. 
Qafqazda 6-7  milyon tatar türklərin gəlişini gözləyir ki, erməniləri qırsınlar və Qafqazı Rusiyadan ayırsınlar". 
Sonra  о  izah  edirdi  ki,  toplanmış  35  min  nizami 
erməni  əsgərinə  30  mindən  50  minədək  könüllü 
birləşə bilər.
73
 
Erməni  Sosialist  Partiyasının  1918-ci  il 
sentyabr  memorandumunda  qeyd  edilirdi:  "Hələ 
inqilabdan  əvvəl  160  min  erməni  rus  ordusu 
tərkibində  Qalisiya,  Bukovina  və  Şərqi  Prussiyada 
vuruşub.  Bundan  başqa,  20  min  erməni  könüllüsü 
Qafqaz  Cəbhəsində  milli  qəhrəman  Andranik  və 
onun  qəhrəman  yoldaşları  Vartan,  Dro,  Amazasp, 
Sepu,  Murad,  Aşot,  Aram,  Ruben  və  digərlərinin 
rəhbərliyi  ilə  döyüşüb,  hamısı  ali  komandanlıq 
tərəfindən təltif edilib. 800-1000 erməni könüllüsü Rusiya ordusuna yazılıb və müxtəlif cəbhələrdə vuruşub. Bu 
gün Fransa hərbi xidmətində bir neçə batalyon erməni könüllüsü var ki, onlar Fələstin və Suriyada vuruşurlar".
74
 
30  noyabr  1918-ci  ildə  Erməni  Milli  Deleqasiyasının  adından  onun  prezidenti  Poqos  Nübar  yazırdı  ki, 
Fransa, Fələstin və Suriyada çoxlu sayda erməni vuruşmuş, onlardan başqa rus ordusu tərkibində 15 min erməni 
hərbçi  və  4000  könüllü  Andranik  və  Nazarbekovun  rəhbərliyi  ilə  "erməni  vilayətlərinin  bir  qisminin  azad 
edilməsinə nail olmuşdular". 
"1914-1918-ci  il  müharibəsi  zamanı  rus  qoşunları  Qafqaz  cəbhəsini  tərk  edəndən  sonra  Qafqaz 
ermənilərinin  rolu"  adlı  xatirələrin  müəllifi  kapitan  Yegizarov  göstərir  ki,  1917-ci  ilin  sonunda  Petroqradda 
Erməni  Milli  Komitəsi  yaradıldı.
75
  Ermənilər  Türkiyəyə  qarşı  müharibədə  fəal 
iştirak etmək qərarına gəldilər. "Hökumət (Rusiya hökuməti nəzərdə tutulur - A.Y., 
Ə.S) erməni milli qoşunlarının formalaşdırılmasına razılığını bildirdi. 1914-cü ilin 
sentyabrında  milli  qəhrəmanlar  Andranik,  Dro,  Amazasp  (Hamazasp)  və  Kenin 
(Keri)  başçılığı  ilə  4  dəstə  yaradıldı.  Hər  dəstədə  1000-1200  könüllü  var  idi. 
Erməni  Milli  İdarəsi  bu  qoşunların  təşkili  və  təminatını  həyata  keçirirdi.  Ehtiyat 
alay İrəvanda idi. Bundan başqa, ermənilər Qafqazdakı rus qoşunlarına yazılırdılar. 
1916-cı ilin yayında rus ordusunun nizami hissələri kimi qəbul olunan 6 dəstə atıcı 
batalyona çevrildi və bunlardan briqada təşkil edildi".
76
 
Beləliklə,  tam  əminliklə  söyləmək  olar  ki,  1917-ci  ilin  sonlarında  Cənubi 
Qafqazda  6  atıcı  tabordan  (batalyondan)  ibarət  erməni  atıcı  briqadası  mövcud 
olmuş,  ondan  başqa  ehtiyat  erməni  taborları  təşkil  edilmişdir.  Pərakəndə  halda 
erməni  partiyalarının  sərəncamında  olan  dəstələr  də  mövcud  idi  ki,  onların  sayca 
çoxluğu  və  yaxşı  silahlanması  tələb  olunan  halda  yeni  hərbi  hissələr  yaratmağa 
imkan verirdi. 
                                                           
72
 Файгл Эрих, c.47. 
73
 Файгл Эрих, с.48 
74
 Файгл Эрих, с.48, 93. 
75
 Файгл Эрих, с.49. 
76
Файгл Эрих, с.49. 

36 
 
Azərbaycan  tarixşünaslığında  XX  əsrin  inqilabi  hadisələri  zamanı  ermənilərin  antiazərbaycan  siyasəti 
işıqlandırılarkən Petroqradda erməni lobbisinin hərbi fəaliyyəti kölgədə qalır. Hesab edirik, aşağıdakı faktlar bu 
məqamın daha ətraflı öyrənilməsinin vacibliyini sübut edəcək. 
İmperiyanın  parçalanmasını  və  ordunun  dağılmasını  görən  Rusiyadakı  erməni  lobbisi  1917-ci  ilin 
əvvəllərində  geniş  miqyaslı  fəaliyyətə  keçir.  I  Dünya  müharibəsindəki  döyüşlərdə  elə  də  böyük  məharət 
göstərməmiş və 1916-cı ilin noyabr ayında 8-ci Türküstan atıcı alayının komandiri təyin edilən polkovnik Akop 
Baqratuni müxtəlif vasitələrlə irəli çəkilməyə başlayır.
77
  1917-ci     ilin     mayında Petroqradda        ümumrusiya 
zabitlər  qurultayının  üzvü seçilən Baqratuni iyunda Baş Qərargaha keçirilir, iyulda Petroqrad  hərbi  dairəsinin 
qərargah  rəisi  təyin  edilir,  avqustda  general-mayor  rütbəsi  alır  və  Baş  Qərargahın  tərkibinə  daxil  edilir. 
Akademik Qrant Avetisyan yazırdı ki, dövrün erməni liderləri Baqratunini "sadiq erməni, təcrübəli sərkərdə və 
Müvəqqəti hökumətin üzvləri ilə yaxşı münasibətlər yaratmış qabiliyyətli hərbi-siyasi xadim" hesab edirdilər.
78
 
Hələ  1917-ci  ilin        mayında  general-mayor    L.T.Tiqranyan,  podpolkovniklər  N.A.Məlik-  Parsacanyan, 
İ.T.Taqranyan Erməni komitəsi nəzdində erməni hərbi komossiyasını yaratdılar. Komitənin tapşırığına əsasən, 
Müvəqqəti  hökuməti  inandırmaq  lazım  idi  ki,  "cəbhənin  dağılmasından  ehtiyat  edən  ermənilər  öz  milli 
korpuslarını  yaratmağa  çalışırlar  ki,  türklərlə  son  mübarizəyə  qalxmaq  üçün  onun  ətrafında  birləşsinlər". 
Petroqrad  və  Tiflis  erməni  təşkilatlarının  çoxsaylı  xahişlərinə,  Baqratuninin  səylərinə  cavab  olaraq Müvəqqəti 
hökumətin  sədri  və  hərbi  nazir  A.F.Kerenski  belə  qətnamə  imzaladı:  "Erməni  atıcı  taborlarının  alaylara 
çevrilməsi  və  onlardan  diviziyaların  təşkil 
edilməsinin yubadılmamasını təsdiq edirəm".
79
 
Avqustun  4-də  L.Tiqranyan  və  A.Baqratuni 
hərbi  nazirin  köməkçisi  B.Savinkova  erməni 
korpusunun  yaradılması  layihəsini  təqdim 
etdilər.  Maraqlıdır  ki,  "Eserlərin  döyüş 
təşkilatı"  terrorist  qrupunun  lideri  B.Savinkov 
hər  zaman  "Daşnaksutyun"  partiyası  ilə  sıx 
əlaqədə olmuşdur. 
Daşnak  liderlərindən  olan  və  Türkiyə 
torpaqlarında  "Qərbi  Ermənistan"  yaratmağa 
çalışan  Y.X.Zavriyan  Tiflisdə  erməni  hərbi 
komissarı vəzifəsinin yaradılmasını təklif etdi. 
Müvvəqəti hökumət belə vəzifəni yaratdı və Erməni Milli Şurası A.Baqratunini bu vəzifəyə seçdi.
80
 A.Baqratuni 
L.Tiqranyan,  N.Məlik-Parsacanyan,  M.Ter-Poqosyan,  İ.Axverdyan,  Bozoyan  və  digər  erməni  zabitlərindən 
ibarət  Hərbi  Şura  təşkil  etdi  və  onun  sədri  oldu.  Erməni  hərbi  komissarı  cəbhələrə  səpələnmiş  erməniləri 
siyahıya alıb (hesablamalar nəticəsində 120 min erməni zabit və əsgəri qeydə alındı), onlardan ən azı 40 min 
nəfəri Qaf-qazda yerləşdirməyi planlaşdırdı. 
Sonralar  general-mayor  Kulebyakin  yazırdı  ki,  erməni  korpusunu  yaratmaq  üçün  Baqratuni  və  onu 
dəstəkləyənlər  Petroqradın  ən  yüksək  hərbi  dairələrinə  təsir  edirdilər.  1917-ci  il  oktyabrın  23-də  Baqratuni 
Petroqrad  hərbi  dairəsinin  komandanı  təyin  edildi.
81
  Rusiyada  inqilabın  qarşısını  almaqdan  çox  erməni 
məsələlərinin  həlli  barəsində  düşünən  Baqratuni  ona  tabe  edilmiş  qoşunları  idarə  edə  və  Müvəqqəti  hökuməti 
qoruya  bilmədi.  Bolşeviklər  Müvəqqəti 
hökuməti devirəndə Qış sarayından qaçmağa 
cəhd  göstərən  Baqratuni  həbs  edildi.  Çar 
ordusunun 
generallarına 
divan 
tutan 
bolşeviklər nədənsə erməni generalına rəhmli 
oldular. 
Petroqrad 
hərbi 
dairəsinin 
bolşeviklər  tərəfindən  təyin  edilmiş  yeni 
komandanı  Antonov  Baqratunini  həbsdən 
buraxdı,  vəzifəsindən  azad  etdi  və  "Baş 
qərargahın sərəncamına" göndərdi.
82
 
                                                           
77
Октябрьское вооруженное восстание в Петрограде. Документы и материалы, Л. 1957, с.405. 
78
Аветисян Г. Генерал Акоп Багратуни (1879-1943)// «Армянское воинство» İNTERNET səhifəsində bu və digər erməni hərbiçiləri barəsində verilən 
materiallarda  bəşəriyyətin  ən  möhtəşəm  sərkərdələrinin  erməni  olması  fikri  yeridilir.  Sən  demə,  nəinki  türk  dünyasının  Çingiz  xan,  Teymur  kimi 
sərkərdələri, heç Avropanın Makedoniyalı İskəndər, Sezar kimi sərkərdələri də erməni «sərkərdələri» qədər möhtəşəm olmamışdılar. 
 
79
Аветисян Г. Генерал Акоп Багратуни (1879 - 1943)// «Армянское воинство» İNTERNETsəhifəsi. 
80
Аветисян Г Генерал Акоп Багратуни (1879 - 1943)// «Армянское воинство» İNTERNET səhifəsi. 
81
Октябрьское вооруженное восстание в Петрограде. Документы и материалы. Ленинград, 1957, с.405. 
82
Рябинский К. Революция 1917 года. Москва, 1976. Хроника событий. Т. 5, с.151-152, 160, 175. 

37 
 
Əksinqilabçılara  qarşı  qüvvələrini  toplayan,  az  qala  hər  tüfəngi,  tapançanı  siyahıya  alan  bolşeviklərin 
gözü qarşısında Petroqradın hərbi anbarlarından erməni korpusu üçün silah və sursat seçilməyə başlandı. 
1917-ci  il  noyabrın  8-də  II  Ümumrusiya  Sovetlər  qurultayı  Sülh  haqqında  Dekret  qəbul  etdi  və  çar 
hökumətinin Antanta ölkələri ilə imzaladığı gizli müqavilələr dərc edildi. Sənədləri tamamlayan xəritələrin çapı 
sensasiyalara  səbəb  oldu,  ermənilər  çox  böyük  təəccüblə  gördülər  ki,  müharibədən  sonrakı  vəziyyəti  nəzərdə 
tutan  xəritələrdə  nə  "ermənilər",  nə  də  "Ermənistan"  sözü  yoxdur.  Çar  hökuməti  ermənilərdən  müharibədə 
istifadə edir, vədlər verir, lakin erməni dövləti yaratmağa tələsmirdi. Təbii ki, çar hökumətinin etdiyi yaxşılıqları 
unudan ermənilər siyasi istiqaməti dəyişərək bolşevik qüvvələri ilə birləşməyə meylli oldular. 
1917-ci  ilin  sonlarında  general  Donskoy  Rusiya-Osmanlı  sərhədinin  mühafizəsi  üçün  erməni  və  gürcü 
korpuslarından istifadə  etmək  planını tərtib edəndə, 30  min  erməni  və  12  min gürcü  döyüşçüsünün olduğunu 
nəzərə almışdı.
83
 
Baqratuni  və  onun  zabitlərinin  anbarlardan  seçdikləri  silahlar,  о  cümlədən  bir  neçə  zirehli  qatar,  bir 
sanitar  qatarı  və  avtomobillər  dekabrın  15-dən  başlayaraq  Qafqaza,  erməni  korpusunun  ünvanına  göndərildi. 
Əvvəllər  korpus  hissələrinin  Tiflisdə  yaradılması  planlaşdırılsa  da,  tədricən  dislokasiya  yeri  kimi  Bakıya 
üstünlük  verilməyə  başlandı.  Bakının  strateji  mövqeyi,  limanı,  dəmiryol  stansiyası,  neft  mədənləri  ələ 
keçirilərdisə,  bütün  regionda  hərbi-siyasi  vəziyyətə  nəzarət  imkanı  yaradılmış  olardı.  Fevralın  6-da  Bakıya 
general-mayor  T  S  Baqramyan,  martın  7-də  isə  general-mayor  A.Baqratuni  gəldilər.  Nədənsə  hər  yerdə 
əksinqilabla  mübarizə  aparacağını  bəyan  edən,  Bakıya  gəlmiş  azərbaycanlı  general-mayor  Talışinskini  çar 
generalı  adı  ilə  həbs  edən  Bakı  Sovetinin  rəhbərləri  erməni  generallarının  Bakıya  gəlişinə,  qoşun  hissələri 
toplamasına barmaqarası baxırdılar. Bu məsələyə sonralar general-mayor Denstervil cavab vermişdir: "Unutmaq 
lazım  deyil  ki,  Bakı  bolşeviklərinin  lideri  Şaumyan  özü  erməni  idi".
84 
Bakıda  azərbaycanlıların  soyqırımda 
iştirak  etmiş  erməni  korpusunun  rəhbərliyi  Bakı-Gəncə  (Yelizavetpol)  və  Gəncə-Tiflis  dəmir  yolunu 
təmizləmək və erməni korpusunu ehtiyat qüvvə ilə təmin etmək üçün bir neçə zirehli qatardan ibarət dəmiryol 
dəstəsi yaratdı. Lakin qərbə doğru yollar Müsəlman Korpusunun qüvvələri tərəfindən bağlanmışdı. Belə şəraitdə 
erməni  korpusunun  generalları  bolşeviklərin  hakimiyyətini  tanıdılar  və  öz  qüvvələrini  onların  sərəncamına 
verdilər. 
Erməni-bolşevik  "mənəbbətinin"  yuxarıda  göstərilən  səbəblərdən  başqa  bir  səbəbi  də  var  idi.  1918-ci  il 
yanvarın  13-də  Lenin  və  Stalinin  imzası  ilə 
gələcəkdə  Ermənistan  dövlətinin  yaradılması 
və  erməni  hökumətinin  formalaşdırılması 
barədə vədlər nə qədər uzaq olsa da, konkret 
vəd  idi  və  bolşeviklərə  ermənilərin  dəstəyini 
təmin  etdi.  1918-ci  ilin  yanvarında  RSFSR 
Millətlərlə  İş  üzrə  Xalq  Komissarlığında 
erməni komitəsi təşkil edildi (nə gürcü, nə də 
Azərbaycan komitəsi yaradılmamışdı). 
 
Klemanso  və  Fransanın  Londondakı 
səfiri  Pol  Kambona  ünvanladığı  31  yanvar 
1918-ci  il  tarixli  məktublarında  Fransanın 
xarici işlər naziri Stefan Pişon qeyd edirdi ki, ermənilər öz qoşunları üçün çoxlu pul yığıblar və "ermənilərin 
Rusiyadakı rəhbəri Andranik Tiflisdə onların korpusuna başçılıq edir".
85
 
Erməni  hərbi  hissələri  Qərbi  Azərbaycanda  cəmləşməklə  bərabər  Bakıda  da  təşkil  edilməyə  başlandı. 
1918-ci ilin yaz-yay aylarında erməni hərbi dəstələrinin Azərbaycan ərazisində törətdikləri qırğınlar göstərdi ki, 
onları  bolşeviklərlə  birləşməyə  sövq  edən  səbəb  azərbaycanlıları  fiziki  cəhətdən  məhv  etməkdir.  Onların 
rəhbərləri  də  bunu  inkar  etmirdilər.  Misal  üçün,  Qubaya  bolşevik  cəza  dəstəsinin  başında  gələn  Amazasp 
demişdi: "Mən erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisiyəm... Mən qayda-qanun yaratmaq, 
və  ya  sovet  hakimiyyətini  qurmaq  üçün  gəlməmişəm.  Mənə  əmr  ediblər  Xəzər  dənizi  sahillərindən  Şahdağa 
qədər  ərazidə  bütün  müsəlmanları  məhv  eləyim".
86
  Sonralar  erməni  vəhşiliklərini  araşdırmaq  üçün  yaradılan 
fövqəladə  istintaq  komissiyasının  sədri  A.Novaski  yazırdı:  "Müəyyən  edilib  ki,  Amazaspın  dəstəsi  Quba 
qəzasında 122 müsəlman kəndini yandırıb məhv edib... Amazaspın dəstəsi Quba şəhərinə komissar Şaumyanın 
istəyilə  cəza  məqsədi  ilə  göndərilib...,  bu  dəstədə  iki  minə  yaxın  adam  var  idi  ki,  onlar  da  "Daşnaksutyun" 
partiyasına aid olan ermənilər idi".
87
 
                                                           
83
 Qasımlı M.Bolşevik Rusiyasının Güney Qafqaz siyasəti// Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu, s.99. 
84
 Денстервиль, c.50. 
85
Файгл Эрих, с.51. 
86
Насиров Т. Борьба за власть, с. 28. 
87
Доклад Члена Чрезвычайной Следственной Комиссии Новацкого. ARMDTA,f.1061, siyahı 1, iş 95, v.5-8. 

38 
 
Bakı  Soveti  və  Sentrokaspi  Diktaturası  qoşunlarının  mənəvi  durumu  barəsində  ətraflı  qeydlər  general 
Denstervilin  xatirələrində  öz  əksini  tapmışdır".  Erməni  qoşunları  və  onların  liderlərinə  simpatiyasını  nümayiş 
etdirən  general  Denstervil  onların  nə  dərəcədə  qorxaq  olmasını  gizlədə  bilməmişdir.  Mart-aprel  aylarında 
Azərbaycan əhalisinə qarşı törətdikləri soyqırıma görə gec-tez cavab verəcəklərini başa düşən ermənilər vahimə 
içində  gah  Sovet  Rusiyasının,  gah  da  ingilislərin  ətəyindən  yapışır,  çoxlu  silah  və  texnikaları  olmasına 
baxmayaraq uduzurdular. 
Qeydlərinin əvvəlində general yazırdı ki, "ingilislərdən 200 nəfər zabit və elə о qədər də əsgər yeni təşkil 
edilmiş hissələrdə təlimatçı olmalı idi".
88
 Başqa sözlə desək, 10-15 minlik yerli qoşunun yenidən təşkil edilməsi 
və təcrübəli ingilis zabitləri ilə təlim keçib döyüşə göndərilməsi, generalın fikrincə, kifayət etməli idi. Lakin o, 
"yerli  qoşunların"  necə  qorxu  içində  olmasından  bixəbər  idi.  Avqustun  7-də  Erməni  Milli  Şurasının 
nümayəndəsi  doktor  Araratyansa  ünvanladığı  mək-tubunda  general  yazırdı:  "Ermənilər  müdafiəçilərin 
əksəriyyətini  təşkil  edirlər.  Müdafiədə  olanların  qoşunları  qüvvələrin  düzgün  təşkil  olunmamasından  əziyyət 
çəkirlər  və  onların  qəhrəmanlıqları  nahaq  yerə  sərf  edilir.  Bu  qüsuru  aradan  qaldırmaq  üçün  mənim  tezliklə 
kifayət  qədər  zabitim  olacaq".
89
  Göründüyü  kimi,  avqustun  əvvəllərində  Ənzəlidə  olan  və  Bakıdakı  mövcud 
vəziyyətdən xəbəri olmayan general zənn edirdi ki, erməni dəstələrini yenidən təşkil etməklə qələbə qazanmaq 
olar. 
Avqustun  15-də  polkovnik  Keyvortun  göndərdiyi  raportda  maraqlı  məqam  var:  "Ruslar  ermənilərlə 
işləmək istəmirlər. Deyirlər ki, rus zabitləri türklərin cərgələrində bizə qarşı vuruşurlar, ona görə də yerli rus 
zabitləri  cəbhəyə  getməkdən  imtina  edirlər.  Ermənilər  isə  ruslarla  bərabər  işləmək  istəyirlər,  əgər  ruslar  buna 
icazə  versələr".  Artıq  mart-aprel  qırğınlarından  sonra  Qırmızı  Ordu  tərkibində  olan  ruslar  (söhbət  qatı 
bolşeviklər və ya monarxistlərdən deyil, şovinist şüarlar ("azərbaycanlılar bütün xristianları qıracaqlar" və s.) ilə 
qoşunlara al-dadılaraq cəlb edilən ruslardan gedir) Qafqaz İslam Ordusun sıralarında xidmət etməyə razı idilər, 
nəinki erməni qoşunlarının tərkibində vuruşmağa. 
Keyvortun  raportunda  daha  bir  maraqlı  məqama  rast  gəlirik:  "Yerli  qoşunlar,  əksər  hallarda  ermənilər 
səngər qazmaqla az məşğul olurlar onları buna məcbur edəndə isə deyirlər: "Nəyə görə biz səngər qazmalıyıq? 
Biz  səngər  qazmaq  istəmirik:  bu,  qorxaqların  işidir,  biz  döyüşmək  istəyirik".  Onlar  qayalar  arxasında  uzanır, 
oradan  havaya
 
güllə  atırlar.  Onlar  bu  manevri  türklər  heç  hücuma  keçməyəndə  belə  edirlər..  ."
90
  Beləliklə, 
ermənilər  arasında  olan  ingilis  polkovniki  onların  əsl  mahiyyətini  anlamağa  başlayır:  döyüşmək  fikrində 
olmayan  ermənilər  özlərini  döyüş  həvəskarı  kimi  göstərir,  döyüş  xəttinə  gətiriləndə  isə  sursatı  havaya 
boşaldırdılar ki, sursat çatışmazlığından onları geri çağırsınlar. 
Öz zabitlərindən fərqli olaraq ermənilərə bel bağlayan general Denstervil müxtəlif xülyalarla yaşayırdı; 
gah  hesab  edirdi  ki,  erməni  dəstələrinə  yeni  struktur  vermək  lazımdır,  gah  da  düşünürdü  ki,  onları  ingilis 
hissələri arasında yerləşdirməklə vəziyyəti kökündən dəyişmək olar. 
Lakin  çox  keçmir  ki,  о  əsil  vəziyyəti  anlamağa  başlayır.  General  yazırdı:  "Hərbi  sursatın  qənaətlə 
istifadəsi  barədə  ciddi  əmrə  baxmayaraq  həm  top,  həm  də  tüfəng  sursatı  hədər  yerə  sərf  olunurdu.  Mən 
mövqelərin  sağ  cinahına  rəhbərlik  edən  bir  polkovnikin  diqqətini  onun  mənasız  yerə  atəş  açan  artilleriyasına 
cəlb etdim. Polkovnik cavab verdi: "Bəli, onlar düşmənə atəş açmırlar, lakin səngərdə olanlar bizim toplar atəş 
açanda  çox  xoşlanırlar  və  əgər  mən  ara-sıra  topdan  atəş  açmasam,  onlar  səngərlərdə  qalmazlar".
91
  Bu  fakt 
göstərir  ki,  erməni  silahlılarını  hətta  döyüş  olmayanda  belə  səngərdə  saxlamaq  müşkül  məsələdir,  о  ki  qaldı 
döyüş olanda. 
Öz qeydlərinin bir çox yerində general “ Bakı qoşunlarının ağciyərliyi", "əsil əsgərlər olmaması", "kağız 
üzərində qoşun" olması barəsində yazır. 
General-mayor  Denstervil  daha  sonra  yazırdı:  "Əgər  biz  yerli  qoşunlara  qəhrəmanlıq  ruhu  aşılaya 
bilsəydik,  kənardan  kömək  gəlmədən  vəziyyətdən  çıxmaq  olardı,  lakin  kütləvi  qorxaqlıq  və  əmrlərə  tabe 
olmamaq  məhvedici  təsir  göstərirdi.  Mən  bütün  erməniləri  qorxaqlıqda  günahlandırmaqdan  uzağam;  mənim 
qeydlərim  yalnız  Bakı  ermənilərinə  aiddir,  çünki  onlar  qəhrəmanlıqları  ilə  tanınan  İrəvan  və  Kiçik  Asiyanın 
dağlı  ermənilərinə  bənzəmirlər".  Generalın  bu  xatirələri  göstərir  ki,  o,  məğlubiyyətlərin  əsil  səbəbini  silah və 
sursat çatışmazlığı, struktur səhvləri ilə deyil, məhz əksəriyyətini ermənilər təşkil edən qoşunların qorxaqlığı ilə 
bağlı olmasını, nəhayət ki, dərk etmişdir. 
Bununla belə o, qorxaqlıqda yalnız Bakı ermənilərini günahlandırır, digər erməniləri isə qəhrəman kimi 
göstərməyə çalışır. Unudur ki, bu ermənilər öz "qəhrəmanlıqlarını" İrəvanın və Kiçik Asiyanın dinc müsəlman 
əhalisinə qarşı göstərmiş və qəddarlıqları ilə ad çıxarmışdılar. 
Bakı  ermənilərinin  qorxaqlığını  görən  ingilis  qoşunlarının  komandanı  nicatın  İrəvan  ermənilərindən 
gələcəyini gözləyirdi: "Erivan erməniləri tərəfindən çoxdan bəri hazırlanan türklərə arxadan zərbə, nəhayət, real 
                                                           
88
 Денстервиль, c.11. 
89
 Денстервиль, c.88. 
90
 Денстервиль, c.95. 
91
 Денстервиль, с. 104. 

39 
 
şəkil  alacaq.  Belə  təhlükə  barədə  sadəcə  bir  işarə  kifayət  idi  ki,  Qafqaz  İslam  Ordusunda  vahimə  başlasın". 
1915-1916-cı illərdə ermənilərin vuruşan türk ordusunun arxasında qiyamlar qaldırıb, dinc əhaliyə qarşı qətllər 
törətməsi,  Diyarbəkirdə  rus  və  Kilikiyada  fransız  ordusunun  hücumlarına  arxadan  kömək  etməsini  xatırlayan 
general  həmin  hadisənin  indi  də,  yəni  1918-ci  ilin  yayında  təkrarlanacağına  bel  bağlayırdı.  Tam  əminliklə 
söyləmək  olar  ki,  erməni  milli  komitə  və  şuraları  ingilislərə  bu  barədə  müxtəlif  vədlər  vermişdilər.  Lakin 
general  -  mayor  L.Denstervil  unudur  ki,  1915-1916-cı  illərdə  erməni  qiyamçıları  dinc  müsəlman  əhalini  qırır, 
nizami türk hissələri yaxınlaşanda isə rus və fransız ordularına qısılırdılar. General Denstervilin bu ümidlərinin 
də puça çıxması erməni xislətinə görə labüd idi. 
Qorxaqlığın  səbəbini  araşdırmağa  çalışan  general  Denstervil  yazırdı:  "Kişilərdə  döyüş  ruhunun 
olmamasını  qorxaqlıqla  deyil,  hərbi  xidmətin  əsaslarının  başa  düşülməzliyi  və  intizamın  olmaması  ilə  izah 
etmək    lazımdır".
92
    Çoxsaylı      ingilis      təlimatçıların    təsiri,    erməni  hissələrinin  ingilis  hissələri  arasında 
yerləşdirilməsi  və  s.  tədbirlərlə  general  erməni  qoşunlarında  intizamı  qaldırmışdı.  Qoşunlara  baxış  keçirən 
general yazırdı ki, "polkovnik Arutyunovla bizim mövqeləri gəzərkən mən yerli qoşunların intizam sahəsində 
qazandığı  uğurlara  təəccüblənmişdim".  Lakin  çox  keçmədi  ki,  döyüş  əməliyyatları  başlandı  və  "intizamlı" 
erməni  qoşunları  yenə  də  qaçmağa  üz  qoydular.  General  yazırdı:  "Yerli  erməni  zabitləri  bütün  gücləriylə 
çalışırdılar  ki,  onların  adamları  döyüşə  getsin.  Əgər  erməni  əsgərləri  döyüşməkdən  imtina  edirdilərsə,  bu, 
onların  rəhbərlərinin  günahı  deyil".  Beləliklə,  general  oxucuda  "qəhrəman  rəhbərlər,  qorxaq  qoşunlar" 
təəssüratını  yaratmağa  çalışır,  lakin  çox  keçmir  ki,  başqa  nəticəyə  gəlir.  "İki  dəfə  Bakı  qoşunları  əks-hücuma 
keçdi, lakin bacarıq olmadan qəhrəmanlıq az nəticə verir: rəhbərlik heç nəyə qadir deyildi və hər iki əks-hücum 
məğlubiyyətlə nəticələndi". 
Beləliklə,  general  nəhayət  ki,  ermənilərin  necə  döyüşçü  olduğunu  anlamağa  başlayır.  Onun  göstərdiyi 
növbəti  fakt  çox  şeydən  xəbər  verir:  "Bir  dəfə  türklər  öz  mövqelərindən  çıxdılar  və  günün  günortasında 
dəmiryol xətti olan açıq vahə ilə irəliləməyə başladılar ki, bizim cəbhənin bir hissəsinə hücum etsinlər. Mənim 
erməni  taboruna rəhbərlik edən  zabitlərimdən  biri öz  adamlarına  səngərlərdən  çıxıb  əks  hücuma  keçməyi  əmr 
etdi. Qoşunlar irəli getməkdən imtina etdilər, onların nümayəndəsi bağırdı: "Necə yəni ora getmək lazımdı? Axı 
orda türklər var!"
93
 
Bütün  bunlardan  sonra  ön  xətdə  ingilis  qoşunlarını  yerləşdirən  general  Denstervil  erməniləri  arxada 
ehtiyat  qüvvə  kimi  saxlayır,  lakin  yenə  də  istədiyinə  nail  ola  bilmir.  Təsadüfi  deyil  ki,  Bakı  uğrunda  son 
döyüşlərdən xəbər verən general erməni hissələrinin birdən-birə yoxa çıxması barədə danışır: "Biləcəridə olması 
əmr edilən yerli taborlar hücum başlayanda heç Bakıdan çıxmamışdılar... general Dokuçayev məni əmin edirdi 
ki,  bu,  son  belə  hadisədir,  belə  hal  bir  daha  təkrarlanmayacaq".  Həmişəki  həyasızlıqla  fəaliyyət  göstərən 
ermənilər  növbəti  döyüşlərdə  də  yoxa  çıxır, sonra isə  ingilislərə  and-aman  edib bildirirdilər  ki,  təsadüfən  belə 
olub:  "Erməni  ehtiyat  qüvvəsi  ona  tapşırılan  yerdə  yox  idi,  halbuki  cəbhənin  bu  hissəsinin  rəisi  polkovnik 
Qazarov  məni  əmin  edirdi  ki,  onun  bütün  adamları  yerindədir,  Təkcə  bir  gün,  onlara  ehtiyac  duyulduğu  gün 
yerlərində olmadılar".
94
 
Sentyabrın əvvəllərində baş vermiş döyüşlər generalın gözlərini tam açdı. O,  Sentrokaspi Diktaturasına 
yazdığı məktubunda qeyd edirdi ki, yaxşı silahlanmış və öz şəhərini xilas etmək əzmində olan 15000 döyüşçü 2-
3  min  nizami  qoşun  və  toplarla  gücləndirilsə,  müdafiə  üçün  çox  şey  edə  bilər.  Lakin  "bu  gün  səhər  türklər 
hücum  edəndə  mən  Binəqədi  təpələrində  idim.  Mövqe  xəttinə  yaxınlaşanda  şəhərə  tərəf  gedən  çoxlu  əsgər 
gördüm. Bu zaman 70 nəfərdən ibarət kiçik ingilis dəstəsi onlara tapşırılmış mövqeni fədakarcasına qoruyurdu. 
Onlar  Binəqədidə    yerləşmiş  Bakı  qoşunları  ehtiyat  hissəsinin  köməyə  göndərilməsini  istəmişdilər.  Bizim 
qoşunlar  səhrada  çığıran  adam  kimi  cavab  almadı  və  geri  çəkilib  öz  mövqelərini  düşmənə  təhvil  verməyə 
məcbur oldu". 
Növbəti məktubunda general Denstervil açıq-aydın yazırdı: "Biz hələ şəhər və limanı xilas edə bilərik, bir 
şərtlə ki, Bakı qoşunları onlarda olmayan bir hissə, qətiyyətlə vuruşmaq və təslim olmamaq hissinə sahib olsun. 
Bir  dəfə  də  görmədim  ki,  sizin  qoşunlara  hücum  əmri  veriləndə  arxalarını  çevirib  qaçmaqdan  başqa  bir  şey 
etsinlər və sizə açıq bildirirəm ki, belə publika ilə çiyin-çiyinə vuruşmaq mənasızdır".
95
 
Maraqlıdır ki, istər Erməni Milli Şurası, istərsə də Sentrokaspi Dik-taturası generalın bütün tələblərinə bir 
cavab verirdi: "Gərək biz Leninin təklifini qəbul edib, Bakıya daha çox bolşevik çağıraydıq" və ya "tələb edirik 
ki,  Bakıya  İrandan,  ya  Bağdaddan  kifayət  qədər  qoşun  gətirəsiniz.  Bu  kömək  gələnədək  biz  Petrovskdan 
Biçeraxovdan  kömək  gözləyəcəyik”.  Beləliklə,  erməni  liderləri  özləri  də  bilirdilər  ki,  qoşunlarının 
"qəhrəmanlıqları" nədən ibarətdir və dinc əhaliyə divan tutmaqdan başqa əllərindən bir şey gəlmir. 
                                                           
92
 Денстервиль, с. 105. 
93
 Денстервиль, с. 106. 
94
 Денстервиль, с.107.  
 
95
 Денстервиль, с.117. 

40 
 
Əgər  Bakıya  təzə  gəldiyində  Denstervil  ermənilərin  qəhrəmanlığından  yazır,  lakin  bir  dənə  də  olsun 
qəhrəmanlıq  nümunəsi  göstərə  bilmirdisə,  sonralar  o,  növbəti  döyüşləri  belə  təsvir  edirdi:  "Ön  mövqelərə 
göndərilən  qoşunlar  çox  vaxt  heç  ora  gedib  çatmırdı";  ''yerli  qoşunlar  tamamilə  etibarsızdır";  "bütün  əks  - 
hücumlar onunla nəticələnirdi ki, hücuma keçmək əmrini alan hissələr yavaş-yavaş toplaşır və möcüzəli şəkildə 
harasa yoxa çıxırdılar". 
Şəhərin erməni əhalisinin mənəvi keyfiyyətləri də elə erməni qoşunlarının keyfiyyətindən üstün deyildi. 
General  yazırdı:  "Güclü top  atəşinə  məruz  qalan, lakin  bundan  az  ziyan  görən Bakıda  əhali  deyirdi: "her şey 
məhv oldu". Türklər atəşi qoşunlara keçirəndə və doğrudan da hər şeyin məhv edilməsi təhlükəsi yarananda isə 
əhali deyirdi: "biz xilas olduq".
96
 
Və  nəhayət,  sentyabrm  14-də  baş  vermiş  döyüş  barəsində  general  acı-acı  yazırdı:  "Bütün  üstünlüklərə 
malik olan qoşunlar elə döyüş başlanan kimi darmadağın edildilər". 
Qoşunların  döyüş  ruhu  barədə  general  Denstervilin  son  nəticəsi  belə  olmuşdu:  "Yaxşı  döyüşçü  olmaq 
üçün  mətin  inam  və  dəyişməz  ideallar  olmalıdır.  Döyüş  stimullarından  ən  güclüsü  -  vətənə  məhəbbətdir". 
Xatirələrində  о  qeyd  edirdi:  "Uğursuzluqların  səbəbi  eynidir:  inqilabçı  öldürə  bilər,  lakin  vuruşa  bilməz". 
Generalın  sözləri  erməni  xislətini  aydın  göstərir:  "onlar  (zənnimizcə,  general  erməni  "inqilabçılarını"  onların 
əsil adı ilə - terrorçu adlandırsaydı, daha səmimi olardı - A.Y, Ə.S.) qətllər törədə bilərlər, lakin açıq döyüşdə 
üz-üzə vu-ruşa bilməzlər".
97
 
 
 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə