Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə


 Polkovnik L.Biçeraxovun qoĢunları



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə6/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   27

3.4. Polkovnik L.Biçeraxovun qoĢunları 
 
Dövrün  hadisələrində  müstəsna  rol  L.Biçeraxov  və  onun  silahlı  dəstəsinə  məxsus  idi.  Belə  ki,  hələ  I 
Dünya  müharibəsinin  gedişində  İran  ərazisinə  rus  ekspedisiya  korpusu  yeridilmişdi 
(komandir,  general-mayor  N.Baratov,  qərargah  rəisi:  general-mayor  Lastoçkin).  Korpus 
Türkiyə sərhədində fəaliyyət göstərməli və ingilislərin Mesopotamiya korpusunun arxadan 
müdafiəsini təşkil etməli idi.
98
 1915-1916-cı illərin əməliyyatları göstərdi ki, İranın yaşayış 
az  olan  ərazilərində  ənənəvi  müharibə  aparmaq  çətindir  və  istənilən  səmərəni  vermir.  Bu 
səbəbdən  korpusun  tərkibindən  kazaklardan  ibarət  iki  partizan  dəstəsi  seçilərək  düşmənin 
arxasında fəaliyyət göstərmək üçün reydə göndərilmişdi (o dövrdə partizan termini düşmən 
arxasına göndərilən nizami qoşunlara da şamil edilirdi). 1500- 2000 nəfər şəxsi heyəti olan 
kazak  reyd  dəstələri  geniş  əməliyyatlar  başladıqda  düşmənin  arxasında  vahimə  yaratmalı, 
qərargahları, anbarları və digər hərbi obyektləri dağıtmalı idilər. Baratovun korpusunda iki 
piyada taboru, iki drujina, 36 yüzlük kazak, 20 top var idi.
99
 Reyd dəstələrindən birinə polkovnik  L.Biçeraxov 
başçılıq edirdi. 
Mesopotamiya 
ərazilərinədək 
irəliləyən  polkovnik  L.Biçeraxovun  dəstəsi 
ingilis  qoşunları  ilə  əlaqə  yaratmış  və  elə 
buradaca  Rusiya  imperiyası  və  onun 
ordusunun  dağılması    xəbərini  almışdı. 
General-mayor baratovun Korpusu təxliyyə 
olunmağa  başladıqda  bolşevik  təbliğatına 
uymuş 
və 
tamamilə 
nizam-intizamı 
itirmişdi.  General  Denstervilin  yazıları 
göstərir  ki,  yalnız  İrandan  çıxıb  tezliklə 
vətənə  qayıtmaq  istəyi  rus hərbi  hissələrini 
tamamilə  dağılmaqdan  saxlayır,  onlar 
Baratov  və  onun  zabitlərinin  əmrlərini  həvəssiz  də  olsa,  yerinə  yetirirdilər.  Bara-tovdan  fərqli  olaraq 
L.Biçeraxov öz dəstəsi üzərində nəzarəti tam saxlamış, təxminən 1500 nəfər kazak döyüşçüsündən ibarət olan 
hissəsində inqilabi təbliğatın qarşısını ala bilmişdi. İngilislərlə əlaqə saxlamaq üçün podpolkovnik Kletterbek və 
Yeni Zelandiyalı heyətlə bir radiostansiya daim Biçeraxovun dəstəsində idi.
100
 
Baratovun korpusu ilə Kirmanşahda birləşən Biçeraxov inqilabi təblığatın qarşısını almaq üçün korpusdan 
ayrı  mövqe  tutmuş  və  ingilislərlə 
                                                           
96
 Денстервиль, с.124. 
97
 Денстервиль, с. 10. 
98
 Корсун Н.Г. Кавказский фронт первой мировой войны, Москва, 2004, с.387. 
99
 Корсун. Кавказский фронт, с.388-389.  
 
100
 Денстервиль, с.16. 

41 
 
əlaqələrini genişləndirmişdi. Müstəqil şəkildə hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər qüvvəsi olmayan 
ingilis komandanlığı məhz Biçeraxovun dəstəsindən istifadə etmək qərarına gəlmişdi. İngilis komandanlığının 
Baratovun korpusunun ayrı-ayrı hissələrini maraqlandırıb İranda saxlamaq cəhdləri boşa çıxdı və onlar nisbətən 
azsaylı, lakin intizamlı Biçeraxov dəstəsinə arxalanmağı qərarlaşdırdılar. General Denstervil yazırdı ki, "Bizim 
seçimimiz yoxdur. Biçeraxov qayda-qanunu ən dəhşətli üsullarla yaradır və onun sadiq poruçiki Sovlayev kefi 
istədiyi qədər günahsız insan həbs edib ki, onların arasında bəlkə bir nəfər günahkar tapıla-tapılmaya". 
Artıq 1918-ci ilin martında Biçeraxovla general Denstervil arasında müqavilə imzalanmışdı. Müqavilənin 
şərtlərini  general  Denstervil  öz  xatirələrində  tam  göstərir:  Denstervil  kifayət  qədər  qoşun  toplayana  qədər 
Biçeraxov  öz  dəstəsini  İrandan  çıxarmır;  əvəzində  ingilislər  ona  maddi  yardım  göstərir;  ingilislərin  razılığı 
olmadan Biçeraxov heç bir əməliyyat keçirmir, əks təqdirdə maliyyə yardımı kəsiləcək; Biçeraxovun ingilislər 
qarşısında  ilk  öhdəliyi  Xəzərə  doğru  yolları  Denstervilin  üzünə  bağlayan  inqilabçı  Kiçik  xanın  qoşunlarını 
məğlub  etməkdir;  İranda  fəaliyyəti  səmərəli  olarsa,  Biçeraxov  Qafqazda  da  ingilislərin  tam  dəstəyini  alacaq. 
Denstervil hətta seçim qarşında qaldığını yazırdı: "ya kazaklar, ya da biz sonrakı işlərdən imtina etməliyik".
101
 
Beləliklə,  ingilis  qoşunlarının  tərkib  hissəsi  və  ilk  dövrlərdə  hətta  əsas  zərbə  qüvvəsi  olan  Biçeraxovun 
dəstəsi iyunun əvvəllərində Kiçik xanın qoşunlarını məğlub etdi. Məhz Biçeraxov  martın 28-də Qəzvinə daxil 
olmaqla şəhərin Kiçik xan tərəfindən tutulmasının qarşısını aldı. 
Qafqaza girmək üçün fürsət axtaran L.Biçeraxov ingilislərin məsləhəti ilə Bakı Soveti ilə əlaqə saxladı və 
bolşeviklərə  öz  xidmətlərini  təklif  etdi.  Nəyin  bahasına  olursa-olsun  Bakını  türk-Azərbaycan  qoşunlarına 
vermək  istəməyən  S.Şaumyan  və  əlaltıları  əvvəllər  əksin-inqilabçı  saydıqları  şəxsin  təklifini  qəbul  etdilər.
102
 
Halbuki  bu  zaman  L.Biçeraxovun  qardaşı  Georqi  Biçeraxov  Mahaçqala-Dərbənd  arasında  bolşeviklərə  qarşı 
qiyam  qaldırıb  sovet  hakimiyyəti  ilə  vuruşurdu.
103
  Bakı  Soveti  doğrudan  da  sovet  hakimiyyəti  uğrunda  
mübarizə  aparsaydı,  qatı  əksinqilabçının,  özü  də  ingilislərlə  əlaqələrini  gizlətməyən  əksinqilabçının  köməyini 
qəbul  etməzdi.  Görünür,  Bakı  Sovetinin  erməni  liderləri  sovet  hakimiyyəti  və  onun  prinsipləri    ilə  az 
maraqlanırmışlar. Bakı Sovetinin göndərdiyi gəmilər Biçeraxovu öz dəstəsiylə Ənzəli limanından götürüb Ələt 
yaxınlığında  sahilə  çıxarmışdı.  Bu  zaman  Biçeraxovun  1500  kazak  döyüşçüsü,  məsləhətçi  qismində  5  ingilis 
zabiti və Kroufordun briqadasından zirehli avtomobillər qrupu (4 zirehli ingilis avtomobili) var idi. Sənədlərdə 
göstərilir ki, ingilislər ona 180 milyon rubl verərək 10 min nəfərlik qoşun toplamağı tapşırsalar da, Biçeraxov, 
çox  böyük  çətinliklə  öz  ətrafında  6  min  nəfər  cəmləşdirə  bilmişdi.  General  Denstervil  yazır  ki,  Biçeraxovun 
dəstəsini  gəmiyə  mindirməzdən  əvvəl  "mən  onu  Ənzəlidə  görməyə  getdim  və  biz 
gələcək  birgə  fəaliyyətimizlə  bağlı  razılığa  gəldik.  Bu  planlara  mən  böyük  ümid 
bəsləyirəm, ancaq onlar barəsində bu kitabda susacam". 
General  Denstervil  yazırdı  ki,  Biçeraxov  ilk  döyüşlərini  Kür  çayı  üzərindən 
salınmış  Yevlax  körpüsü  uğrunda  aparmış,  lakin  əməliyyatlar  uğursuz  olmuşdu". 
Qoşunların  komandanı  təyin  edilsə  də,  sol  cinaha  rəhbərlik  etməyə  göndərilən 
Biçeraxov  türk-Azərbaycan  qoşunlarına  güclü  müqavimət  göstərmiş,  lakin  Qafqaz 
İslam  Ordusunun  cənub  qoşun  qrupunun  (komandan  polkovnik  H.Səlimov)  səyləri 
ilə  məğlub  edilmişdi.  Döyüşlərdə  itkilər  verən  Biçeraxov  bir  zirehli  avtomobil  də 
itirmişdi. Bunun günahını isə onu dəstəkləməli olan sovet qoşunlarında görürdü. Öz 
uğursuzluqlarını  onun  ayağına  yazmağa  başlayan  Bakı  Soveti  Biçeraxovla 
münasibətləri  tam  pozmuş  və  о  öz  dəstəsi  ilə  (2000-2500  nəfər)  Biləcəri  stansiyasına,  oradan  isə  Dərbəndə 
getmişdi.  Ehtimal  ki,  о  bu  gedişi  Dərbəndi  öz  təsir  dairəsinin  şimal  xətti  kimi  görən  ingilislərlə 
məsləhətləşmələrdən sonra  etmişdi.  İngilis  qoşunları avqust  ayında  Bakıya  girəndə  Biçeraxov  da  bura  gəlmək 
istəmiş, lakin Xaçmaz-Quba-Qusar istiqamətində Azərbaycan könüllü dəstələləri ilə döyüşlərdə yubadılmış və 
geri qayıtmağa məcbur olmuşdu.
104
 Bakı uğrunda döyüşlərin ağır məqamlarında general Denstervil Biçeraxovu 
xatırlayırdı: "Biçeraxovun digərləri üçün nümunə biləcək etibarlı, intizamlı qüvvələri bizə çox gərəkli idi. Biz 
Biçeraxovsuz da fəaliyyət göstərə bilərdik, lakin belədə çox vaxt itirirdik".  
 1918-ci ilin sentyabrında Dərbənd və Petrovskun müdafiəsinin təşkili ilə məşğul olan Biçeraxov Bakıya 
gələ bilməsə də, 500 nəfərlik bir dəstəni şəhər müdafiəçilərinin köməyinə göndərmişdi.
105
 
 
 
3.5. Bakı Soveti və Sentrokaspi Diktaturası  
qoĢunlarının say tərkibi 
 
                                                           
101
 Денстервиль, с. 17. 
102
Кязымзаде Ф. Борьба за Закавказье (1917-1921) //Литературный Азербайджан, 1993, № 3-4, с.70. 
103
Гражданская война. Энциклопедия, с.67. 
104
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.272.  
105
 Денстервиль, с.118. 

42 
 
1917-ci  ilin  sonlarında  yaradılmağa  başlayan  Bakı  Sovetinin  qırmızı  qvardiyası  dekabr  ayında  400 
nəfərdən ibarət idi. İnqilabçı fəhlə və əsgərlər hesabına 1918-ci il yanvarın əvvəllərinə qırmızı qvardiyanın sayı 
3500  nəfərə  çatdırıldı.  Xəzər  dəniz  donanmasının  200-300  nəfərlik  matros  dəstəsi  Bakı  Sovetinin  əsas 
dayaqlarından biri sayılırdı.
106
 Şəhərdə olan Rus Milli Şurası da öz silahlı dəstəsini yaratmağa çalışırdı. Bakıda 
eyni zamanda erməni-daşnak qüvvələri cəmləşməkdə idi. Erməni Milli Şurası  və  "Daşnaksutyun" partiyasının  
yerli      rəhbərləri      silahlı  dəstələrin 
yaradılmasında  çox  fəal  idi.
107 
Belə  dəstələrin 
təşkili  və  formalaşması  uzun  vaxt  tələb 
etdiyindən Rusiyadan 36-cı Türküstan atıcı alayı 
göndərildi.  Əksəriyyəti  inqilabçı  əsgərlərdən 
ibarət  olan  alay  etibarlı  qüvvə  hesab  olunurdu, 
üstəlik,  onun  komandir  heyəti  digər  hərbi 
hissələrin  təlimatçısı  rolunu  oynaya  bilərdi. 
Hərbi hissələrin fəaliyyətini  təmin etmək   üçün  
xüsusi      mühəndis-tikinti    idarəsi  yaradıldı  ki, 
onun da tərkibində 5 tikinti dəstəsi, 4 fəhlə arteli 
var  idi.  Toplanmış  dəstələr  1-ci  beynəlmiləl 
alayın  tərkibində  cəmləşdirilirdi.  1918-ci  il  martın  əvvəllərində  S.Şaumyan  Moskvaya  göndərdiyi  teleqramda 
yazırdı  kı,  Bakı  Sovetinin  qoşunları  7  min  bolşevik  və  4  min  erməni  silahlısından  ibarətdir.  Tədqiqatçıların 
fikrincə, burda ilk növbədə ermənilərin sayı qəsdən kiçildilmişdir. Xəzər hərbi donanmasından 200-400 matros 
Bakıdakı  mart  hadisələrində  fəal  iştirak  etmişdi.  Müxtəlif  siyasi  partiya  və  hərəkatların,  qeyri-
azərbaycanlılardan ibarət milli şuraların silahlı dəstələrinin birləşdirilməsi nəticəsində Bakı Soveti qoşunlarının 
sayı  7500  nəfərə  çatdırıldı.  Ermənistan  Respublikası  Tarix  İnstitutunun  keçmiş  direktoru  akademik  Hrant 
Avetisyan yazırdı ki, Bakıda "Sovet hakimiyyəti uğrunda Qafqaz ordusunun dörd briqadası - 25 tabor və 18 min 
qırmızı  qvardiyaçı  vuruşurdu;  qırmızı  qvardiyaçıların  70  %-i  ermənilər  idi".  Ehtimal  ki,  o,  milli  Azərbaycan 
qüvvələrinə qarşı duran bütün qüvvələri qırmızı qvardiyaçılar kimi hesablamışdır: Erməni Milli Şurasına tabe 
olan  dəstələr,  "Daşnaksutyun"  partiyasının  dəstələri  və  s.  Ədəbiyyatda  qeyd  olunur  ki  1918-ci  ilin  əvvəlində 
Bakıda "erməni korpusunun 4 min döyüşçüsü var idi". 
Toplanmış qüvvələr 4 briqada və əlavə hissələrdən ibarət 1-ci korpus tərkibində fəaliyyət göstərməli idi. 
Aprelin  20-də  Erməni  Milli  Şurasına  tabe  olan  hissələrin  Qırmızı  Orduya  qatılması  barədə  qərar  qəbul  edildi. 
Bu  isə  yeni  hərbi  hissələr  yaratmağa  imkan  verdi.  Bununla  belə,  ermənilər  öz  əllərində  müəyyən  sayda  hərbi 
hissə  cəmləşdirməyə  çalışırdılar.  Aprelin  26-da  İnqilabi  Müdafiə  Komitəsi  ilə  Erməni  Milli  Şurasının  birgə 
iclasında belə qərar qəbul edildi ki, 2-ci erməni ehtiyat piyada alayı ləğv edilsin, onun şəxsi heyəti Amazaspın 
taboruna verilsin. Amazaspın taboru əsasında Qırmızı Ordunun 16-cı və 17-ci taborları təşkil edildi.
108
 Sonralar 
1918-ci  il  erməni  vəhşiliklərini  araşdırmaq  üçün  yaradılan  fövqəladə  istintaq  komissiyasının  sədri  A.Novaski 
yazırdı ki, Qubada qırğınlar törədən Amazaspın dəstəsində "iki minə yaxın adam var idi, onlara "Daşnaksutyun" 
partiyasından olan ermənilər rəhbərlik edirdi". 
May ayında geniş miqyaslı döyüşlərə hazırlaşan Bakı Sovetinin hərbi rəhbərliyi səfərbərliyin müddətini 
uzatdı ki, yeni hərbi hissələr yaradılsın. Mayın 
sonlarında  Bakıda  19-cu  və  20-ci  taborlar 
yaradıldı, Xüsusi  hücum  bölüyü   və   dəmir  
bölük    təşkil    edildi.    Nəticədə  döyüşçülərin 
ümumi  sayı  18  min  nəfərə  çatdı.  Bakı  XKS-
nin  hərbi-dəniz  işləri  üzrə  xalq  komissarı 
Q.N.Korqanovun  1918-ci  il  mayın  22-də 
RSFSR  Xalq  Komissarı  Sovetinə  göndərdiyi 
məruzədə  qeyd  edilirdi  ki,  yaradılmış  19 
batalyonun tərkibində 18 min döyüşçü var, 20-
ci  tabor  və  bəzi  hissələr  yaradılmaqdadır. 
1983-cü  ildə Moskvada  çap  edilmiş  "SSRİ-də 
vətəndaş müharibəsi və hərbi intervensiya" kitabında Bakı Sovetinin qüvvələri iyunun əvvəllərinə 18 min nəfər 
döyüşçü, 19 top, 3 zirehli qatar, bir neçə hidroplan, 4 kanoner gəmisi və 3 silahlı ticarət gəmisindən ibarət ordu 
kimi göstərilir (Sovet Rusiyasından göndərilmiş 4 zirehli avtomobil, 13 təyyarə və 6 top çıxılmaqla). 
                                                           
106
 Дарабади П.Г. Военные проблемы. с.92. 
107
 Дарабади П.Г. Военные проблемы, с.106-107. 
 
108
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.66. 

43 
 
Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti İcraiyyə Komitəsinin 1918-ci il 24 may qərarı ilə Bakı və 
ətraf rayonlarda "hərbi hazırlıq dərsləri icbari mütləq və ümumi" elan edildi. 
Qərbə doğru irəlilədikcə bolşevik-erməni qoşunları erməni kəndlərinin sakinlərindən hərbi hissələr təşkil 
edir,  onların  bir  qismini  ordu  tərkibinə  qatır,  digər  qismini  isə  yerli  dəstələr  kimi  saxlayırdılar.  Qaraməryərn 
döyüşündə ətraf erməni kəndlərinin silahlı sakinləri də iştirak edirdi. Şamaxı və Kürdəmirdə müsəlman əhalidən 
silahlar  yığılır,  erməni  kəndlərinin  əhalisi  isə  hərbi  dəstələr  şəklində  toplanıb  silahlandırılırdı.  Şamaxı 
ətrafındakı döyüşdə erməni kəndlərinin əhalisi 800 nəfərlik tabor təşkil etmişdi. 
Erməni Milli Şurası və "Daşnaksutyun" partiyasının fəalları döyüş getməyən bölgələrdə də hərbi hissələr 
yaratmağa çalışırdılar. Misal üçün, Gəncədə pulemyotlara malik 600 nəfərlik erməni taboru təşkil edilmişdi. 
Fransanın  Rusiyadakı  səfiri  Nulens  1918-ci  il  iyunun  10-da  Fransa  xarici  işlər  naziri  Stefan  Pişona 
məruzə edirdi ki, "regionda ermənilər müttəfiqlərə sadiq qalan yeganə xalqdırlar. Ermənilər Bakı, Dərbənd və 
Petrovskun sahibləridir. Onların burada qoşunları var: 10 mini təşkil olunub, 15 min nəfəri pərakəndədir. Digər 
erməni  qruplaşmasında  20  min  nəfər  var:  onlar  İrəvan  dağlarma  çəkilən  Qars  ordusunun  qalıqlarıdır".  Bu 
məruzədən  aydın  olur  ki,  Qırmızı  Ordudan  başqa  erməni  dəstələri  pərakəndə  halda  mövcud  olmuş,  üstəlik, 
keçmiş çar ordusunun Diyarbəkir bölgəsində fəaliyyət göstərmiş hərbi hissələrindən qalan 20 minə yaxın erməni 
Cənubi Qafqaza keçmişdir. 
B.Şeboldayev Sovet Rusiyası hərbi-dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubunda yazırdı ki, 
iyunun 10-da Bakı Sovetinin əsas zərbə qüvvəsi olan korpusda 4 atıcı briqada (12.000-13.000 süngü), 3 yüzlük 
süvari, topçu və çevik qüvvələr var. 
Rusiyadan  əlavə  qüvvələr  almağa  çalışan  S.Şaumyan  1918-ci  il  iyunun  14-də  V.Leninə  göndərdiyi 
teleqramda qeyd etmişdi ki, iyunun 10-da Hacıqabuldan yürüşə başlayan sovet qoşunlarının tərkibində on min 
döyüşçü var. Rəqəmləri kiçiltməklə əlavə qüvvə almağa çalışan S.Şaumyana Rusiyadan canlı qüvvə göndərmək 
qeyri-mümkün  idi:  vətəndaş  müharibəsi  cəbhələrində  bolşeviklərin  vəziyyəti  ağır  idi.  Şaumyan  isə  vəziyyəti 
düzəltmək üçün 2-3 nizami diviziya və 25 min dəst hərbi geyim istəmişdi. 
1918-ci  il  iyunun  26-da  Moskvada  Ümumrusiya  Hərbi  Komissarlıq  bürosunun  təlimatçılarından  birinin 
Trotskinin adına yazdığı məruzəsində qeyd edilirdi ki, Bakıya böyük hərbi qüvvə göndərilməlidir; gələcəkdə 23 
min nəfərlik ştatı olan diviziyanın 9  min nəfərdən ibarət əsas hissəsi Moskvada  təşkil edilməli və Bakıda tam 
formalaşdırılmalıdır.  Diviziya  iki  həftə  ərzində  yaradılmalı  idi.  Bu  təklif  Hərbi  Dəniz  İşləri  Xalq 
Komissarlığının əməliyyat bölməsinin rəisi S.İ.Aralov tərəfindən dəstəklənsə də, icrası mümkün deyildi. 
Rusiyadan canlı qüvvə sarıdan kömək gəlməyəcəyini görən S.Şaumyan yerli imkanları axtarıb-arayırdı. 
1918-ci il iyunun 21-də Bakıda "dəmir dəstə", iyunun 22-də sovet taboru adlı hərbi hissə yaradılmağa başladı. 
İyunun 30-da 1893-1897-ci il təvəllüdlü kişilərin hərbi mükəlləfiyyəti elan edildi. Bununla yanaşı 1900-1917-ci 
illərdə hərbi xidmətdə olmuş dənizçilərin səfərbərliyi də elan edildi və onun əsasında dənizçi taboru yaradıldı. 
Lakin yaradılan hərbi hissələr ştatdan aşağı say tərkibinə malik idi: siyahıya almanların cəmi 30 %-ni toplamaq 
mümkün oldu.
109
 S.Şaumyanın əmri ilə şəhərdə silahlı yoxlamalar keçirilir, erməni və ruslar tutularaq cəbhəyə 
göndərilirdi.  Başda  V.F.Poluxin  olmaqla  170  nəfərlik  dənizçi  dəstəsinin  Bakıya  gəlişi  də  vəziyyəti  dəyişə 
bilmədi. 
Bakı Sovetinə qoşulan L.Biçeraxovun dəstəsində 1500 nəfərdən çox döyüşçü var idi. 
İyulun  əvvəllərində  cəbhədə  vəziyyətin  kəskinləşməsi  nəticəsində  Bakı  qırmızı  təlimatçılar  məktəbinin 
şəxsi  heyəti  cəbhəyə  göndərildi.  Bu  dövrdə  Muğanda  toplanmış  5-6  minlik  silahlı  qüvvəni    Qafqaz  İslam 
Ordusuna qarşı vuruşmağa sövq etmək üçün 2 min nəfərlik qoşun göndərilmişdi. Onun tərkibi  200 nəfər rus, 
300  iranlı,  1500  ermənidən  ibarət  idi.  Lakin  Sura-Qarabulaq  kəndləri  arasında  Kür  çayı  üzərindəki  keçidlər 
uğrunda döyüşdə türk-Azərbaycan qoşunları tərəfindən məğlub edilən bu qüvvələr geri çəkildilər. İyulun 1-nə 
olan  vəziyyəti  təsvir  edən  general  Denstervilin  qeydlərinə  görə,  vuruşan  Qırmızı  Ordunun  sayı  azı  on  minə 
çatırdı. 
İyulun 19-da Petrovun 780 nəfərlik dəstəsi Bakıya gəldi. Artıq iyulun 20 və 23-də Şaumyan teleqramlar 
vuraraq Moskvadan yeni hərbi hissələr istədi. Bakının qeyri-türk millətlərındə millətçi-şovinist hisslər oyatmaq 
üçün  müxtəlif  çağırışlar  səsləndirilir,  vərəqələr  paylanır,  "vəhşi  Türkiyəyə  qarşı",  "nifrətamiz  türk 
zorakılıqlarına qarşı" birgə mübarizə aparmağı təbliğ edilirdi. İyulun 23-24-də Rusiyadan Bakıya silah və sursat 
çatdırıldı,  lakin  onları  paylamaq  üçün  qüvvə  yox  idi,  mövcud  qoşunlarda  isə  ruh  düşkünlüyü  açıq-aydın 
sezilirdi.  Bu  səbəbdən  iyulun  26-dan  başlayaraq  Şaumyan  Lenindən  təkidlə  nizami  hərbi  hissələrin 
göndərilməsini istəyirdi.
110
 
İyulun sonlarında Qırmızı Orduya əlavə mükəlləfiyyət elan olundu, bu dəfə 1883-1892-ci illər təvəllüdlü 
kişilər orduya çağırılırdılar. Нəmçinin sosialist inqilabçı partiyaların dəstələri, çar ordusunun istefada
 
ehtiyatda 
olan mühəndis və texniki hissələrinin zabit və əsgərləri Qırmızı Orduya cəlb olundu. 
                                                           
109
Кадишев А. Б. Интервенция, с.112. 
110
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.242-243. 

44 
 
İyulun 26-da Bakı Soveti İcraiyyə Komitəsinin qərarı çap edildi. L.Biçeraxovun dəstəsi Qırmızı Orduya 
tabe edilir, şəhərdə hərbi vəziyyət elan olunur. İyulun 28-də 1885-1892-ci illər təvəllüdlü kişilərin səfərbərliyi 
elan edildi, onlar üçün hərbi xidmət müddətinin 6 ay olacağı bildirildi. 
Bakı ətrafında kənd sovetləri əmək mükəlləfiyyəti tətbiq etməli idilər: əhali 50 nəfərlik dəstələr şəklində 
istehkamların inşasında iştirak etməli idi. 
Görülmüş  tədbirlərə  baxmayaraq  qoşunların  sayını  nəinki  artırmaq,  heç  əvvəlki  sayı  saxlamaq  da 
mümkün  olmurdu.  Döyüşlərdə  verilən  itkilər  və  fərarilik  halları  Qırmızı  Ordunun  sayını  əhəmiyyətli  şəkildə 
azaltmışdı.  Denikin  Ordusunun  generalı  Lyadov  yazırdı:  "Qırmızı  Ordu  daşnak  zabitlərin  rəhbərliyi  altında 
toplaşmış  vuruşmaq  bacarığı  olmayan  erməni  könüllülərindən  ibarət  idi.  Onlar  ətraf  kəndləri  talayır  və 
müsəlman  kəndlilərinin  nifrətini  oyadırdılar.  Onların  cəbhədən  qaçmamaqlarının  səbəbi  isə  evlərinin  uzaqda 
yerləşməsi  idi.  Xəzər  donanmasının  ən  yaxşı  matrosları  hələ  mart  hadisələrindən  əvvəl  səfərbər  edilmişdi. 
Donanma yalnız şəhər alverçilərindən ibarət idi, onlar da donanmaya alver və dələduzluq etmək fürsətinə görə 
gəlirdilər. Qırmızı qvardiyaçılar az idi, onların şücaəti vəziyyəti dəyişə bilmirdi".
111
 
Ən etibarlı hissə sayılan Q.Petrovun dəstəsi ağır zərbələr alaraq böyük itkilər vermiş, 780 nəfərlik dəstədə 
200 nəfərə yaxın döyüşçü qalmışdı. 
İyulun 30-31-də Biçeraxov öz dəstəsini götürərək cəbhəni tərk etdi. Bakıda olduğu müddətdə Biçeraxov 
Muğan və Bakının rus əhalisindən bir tabor təşkil etmiş, onu böyüdüb alaya, sonra isə briqadaya çevirmişdi. Bu 
briqada Biçeraxov tərəfindən Dərbənd istiqamətinə aparılmış, sentyabr ayında dəniz yolu ilə geri qaytarılaraq 
(general Denstervilin yazdığına görə, 10 pulemyotla silahlanmış təxminən 500 nəfər) Bakı uğrunda döyüşlərdə 
iştirak etmişdi. Generalın yazdığına görə, onlar Biçeraxovun avqustda özü ilə apardığı bakılılar taboru idi "və 
onlar  sadəcə  öz  evlərinə  qayıtdılar.  Lakin  onlar  bizim  (ingilislərin)  yerli  qoşunlardan  daha  yaxşı  təlim 
keçdiyindən və nizamlı olduqlarından onların yardımı bizim üçün arzu edilən idi". 
İyulun sonlarında Bakı Soveti qoşunlarında vahimə dəhşət həddinə çatmışdı Q.Korqanovun teleqramları 
göstərir ki, Ələtdən geri çəkilən 1600 nəfərlik dəstədə 200 nəfər qalmış, digərləri isə fərarilik etmişdilər. İyulun 
sonlarında V.Leninin əmri ilə Lenin adına 1-ci İnqilab alayı Bakıya göndərildi. Rusiya Qırmızı Ordusunun ilk 
hərbi dəstələrindən olan bu alay Belorusiyada fəaliyyət göstərmiş qırmızı qvardiyaçılar və partizanlardan ibarət 
idi. Avqustun 14-də alay Həştərxana çatdı, lakin səhəri gün burada əksinqilabi qiyam başlandığından və qiyamı 
yatırmaq üçün bu alayın istifadəsinə ehtiyac olduğundan onun Bakıya göndərilməsi yubadıldı. 
Bakıda  iyulun  30-dan  31-nə  keçən  gecə  daşnak  partiya  liderləri  və  bolşevik  dəstələrinin  rəhbərləri 
müşavirə  keçirərək  cəbhəyə  3000  erməni  göndərilməsi  barədə  qərar  qəbul  etmişdilər.  Lakin  daşnak  liderləri 
gözləniləndən az qüvvə toplaya bildilər. 
Bakı Sovetində bolşeviklərin istefası, Sentrokaspi Diktaturasının bolşeviklərdən fərqli siyasət yürüdəcəyi 
barədə vədləri, ingilislərin Bakıya desant çıxarmağa hazırlaşması xəbəri fərariliyi azaltdı. 
Avqustun  3-də  Biçeraxovun  qayıtmaq  barədə  Sentrokaspi  Diktaturasına  göndərdiyi  teleqram  erməni  və 
rus  dillərində  çap  edilərək  şəhərin  hər  yerinə  yapışdırılmışdı.  O,  uğursuzluqlarını  bolşevik  hökumətinin  ona 
inamsızlığı  ilə  izah  edir,  bu  qayıdışda  qələbə  qazanacağına  söz  verirdi.  Lakin  onun  dəstəsi  quru  yolla 
Dərbənddən Xaçmaza qədər gəlsə də, Bakıya yaxınlaşa bilmədi, çünki türk zabitlərinin Quba-Qusar bölgəsində 
azərbaycanlılardan yaratdıqları hərbi hissələr bu yürüşün qarşısmı aldı.
112
 
Avqustun  3-də  Bakı  və  rayonlarda  səfərbərlik  üzrə  komissar  R.Bekzadyan  və  komissarlığın  katibi 
Qukasyan əhaliyə müraciət edib kişilərin  siyahıya  alınmasını  istədilər.  Siyahıya  salınanlar  hərbi hissələrə 
cəlb  olunmalı  idi.  Avqustun  5-də  Bakı  Sovetinin  bolşevik  hissələri  və  Sentrokaspi  Diktaturasının  qoşunları 
Qafqaz İslam Ordusuna qarşı birlikdə vuruşurdu. İtkilərin yerini doldurmaq üçün 42 yaşınadək olanların yeni 
səfərbərliyi keçirildi və 1 alay formalaşdırıldı. 
Avqustun 4-də ilk ingilis hərbi hissələri Bakıya gəlməyə başladı. 
Sentrokaspi  Diktaturasına  göndərdiyi  məktubların  birində  general  Denstervil  qeyd  edirdi  ki,  Bakının 
15.000 fəal şəhər müdafiəçisi var. Onların döyüş səviyyəsi aşağı olsa da, yaxşı silahlanıblar. 
Lənkəranda  rus  əhalisindən  toplanmış  qüvvələr  general  Denstervillə  əlaqə  saxladı.  Onların  5  min 
döyüşçüsü, bir neçə topu var idi. Lənkəran ingilislərə ərzaq və 2 kiçik gəmi bağışladılar və onlardan təlimatçılar 
istəyərək türk-Azərbaycan qoşunlarına qarşı vuruşmağa hazır olduqlarını bildirdilər. Xəbəri razılıqla qarşılayan 
Denstervil  dərhal  Muğana  bir  neçə  ingilis  zabiti,  həmçinin  kapitan  Stepanov  və  kapitan
 
Qurlandı göndərdi.
113
 
Lakin Qafqaz İslam Ordusunun gördüyü tədbirlər nəticəsində Muğandakı hissələr Bakıda olan hissələrlə birləşə 
bilmədi. 
                                                           
111
 Ратгаузер Э. Революция и гражданская война, с. 194. 
112
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.271-272. 
113
Денстервиль, с.91. 

45 
 
Avqustun 15-də Polkovnik Keyvortdan aldığı raportu şərh edən general Denstervil qeyd edir ki, "adamlar 
hər  birində  150  nəfərdən  500  nəfərədək  hərbçi  olan  22  taborda  cəmləşdiriliblər."  Deməli,  raporta  əsasən, 
taborların heyətini 3300-11000 nəfər arasında hesab etmək olar. 
Avqustun  27-nə  hazırlanan  irimiqyaslı  əks-hücum  planından  aydın  olur  ki,  Sentrokaspi  Diktaturasının 
kifayət  qədər  qoşunu  var  idi.  Müdafiə  mövqelərində  dayanan  qoşunlardan  başqa  bu  qüvvələr  hücumda  iştirak 
etməli  idi:  bir  piyada  alayı  (8  bölük  tərkibində),  7  piyada  taboru  (14  bölük  tərkibində),  37  piyada  bölüyü,  bir 
süvari bölüyü, 3 zirehli avtomobil. Lakin Qafqaz İslam Ordusu komandan-lığının fəaliyyəti əks-hücumu təşkil 
etməyə imkan vermədi. 
Şahidlərdən  biri  yazır  ki,  Bakıda  zorla  səfərbərlik  keçirilsə  də,  toplanan  əsgərlər  rüşvətlə  evlərinə 
buraxılırdı.  Siyahıya  görə,  Sentrokaspi  Diktaturasının  72  min  əsgəri  var  idi  ki,  onlardan  da  40  mininə  silah 
paylanmışdı,  reallıqda  isə  3-4  min  nəfər  toplanmışdı.  Osmanlı  mənbələrinə  əsasən,  Bakıda  son  hücum 
ərəfəsində 12.500 döyüşçü var idi.
114 
Sentyabrın 14-də baş vermiş döyüşlərdə Sentrokaspi Diktaturasının 1647 
əsgəri, 30 zabiti əsir götürülmüşdü.
115
 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə