Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə8/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 
 
3.7. Sentrokaspi Diktaturası qoĢunlarının  
komandanlığı 
 
Bolşeviklərin  hakimiyyəti  devrilib  Sentrokaspi  Diktaturası  qurulanda  qoşunların  etnik  tərkibində elə  də 
böyük  dəyişiklik  baş  vermədi.  Əvvəlki  kimi  qoşunlarda  erməni  hissələri  üstünlük  təşkil  edir,  qatı  bolşeviklər 
istisna  olunmaqla  komandirlər  öz  vəzifələrində  qalırdılar.  Sadəcə  onların  hər  birinə  çar  ordusunun  rütbələrinə 
uyğun  rütbə  verildi.  Misal  üçün,  "yoldaş  A.Baqratuni"  "general-mayor  A.Baqratuni",  "yoldaş  Avetisov" 
"polkovnik  Avetisov"  kimi  göstərilməyə  başlandı.  Qoşunların  texniki  hissələrinə  (zirehli  qatarlar,  zirehli 
avtomobillər, donanma, aviasiya, artilleriya) keçmiş çar ordusunun zabitləri cəlb edildi. 
Sentrokaspi  Diktaturası  qoşunlarının  komandanlığı  haqqında  ingilis  generalı  Denstervil  yazırdı:  "O 
dövrdə  Bakı  qoşunları  tərəfindən  buraxılmış  digər  kobud  səhv  bu  idi  ki,  hərbi  əməliyyatlar  döyüş  haqda 
təsəvvürü belə olmayan adamlara tapşırılmışdı".
131
 
Sentrokaspi  diktaturası  qoşunlarının  komandanı  general-mayor  Dokuçayev  qərargah  rəisi  Avetisov, 
Sentrokaspi Diktaturasının hərbi naziri general-mayor Baqratuni təyin edilmişdi. General Dokuçayevi “xoş və 
incə centlmen" kimi təsvir edən Denstervil yazırdı ki, o, "inqilabi qoşunlara komandanlıq etmək üçün lazım olan 
keyfiyyətlərə malik deyildi". Dolayısı ilə komandanın öz qoşunlarına komandanlıq  edə bilmədiyini vurğulayan 
Denstervil  "xəstə  Avetisovu"da  hərbçi  kimi  deyil,  boşboğaz  kimi  xatırlayır.  Denstervil  Avetisovun  yavəri 
polkovnik fon der Flessi, "öz işini bilən azsaylı Bakı hərbçilərindən olan peşəkar gənc rus zabiti" kimi təsvir 
edir.  General  Baqratunini  təsvir  edən  ingilis  generalı  belə  yazır:  "O,  xoş  təəssürat  bağışlayırdı".  Döyüşən 
ordunun hərbi nazirinə "xoş təəssürat bağışlayan" birisi kimi qiymət verilməsi onun hərbçi kimi özünü göstərə 
bilməməsinə  dəlalət  edir.  "Xoş  təəssürat  bağışlayan"  sərkərdələrin  və  onların  tabeçiliyində  olanların  avqust 
döyüşlərində necə iştirak etdiyini görən Denstervil tədricən münasibətini dəyişir: "mən Direktoriyaya bildirdim 
ki, onların hərbi hakimiyyətindən heç kimi (fon der Fless istisna olunmaqla) indiyədək cəbhədə görməmişəm. 
Onlar  öz  kabinetlərində  xəritələri  öyrənir  və  raportlara,  özü  də  çox  vaxt  yanlış  raportlara  əsaslanan  əmrlər 
verirlər; bir dəfə də olsun raportları cəbhədəki real vəziyyətlə tutuşdurmağa cəhd etməyiblər".
132
 
Sentrokaspi  Diktaturasının  5  üzvünü  təsvir  edən  General  Denstervil  onlardan  ikisinin  -  Lyamlin  və 
Yermakovun  dənizçi  zabit  olduqlarını  qeyd  edir.  Maraqlıdır  ki,  Denstervil  erməni  və  qismən  rus 
komandirlərinin gücsüzlüyünü görərək ingilis zabitlərinin rəhbərliyi ilə vahid hissələr yaratmaq təklifi vermişdi. 
Təklif  qəbul  edilsə  də,  "diktatorlar  təkid  edirdilər  ki,  briqada  komandirləri  rus  və  ya  erməni  zabitlərindən 
olmalıdır".  Buna  etiraz  etməyən  Denstervil  bildirmişdi  ki,  onun  istəyi  komandir  vəzifələrində  real  döyüş 
təcrübəsi  olan  şəxsləri  görməkdir.  Beləliklə,  Denstervilin  təklifi  həyata  keçirilmədi  və  o,  ümumi  rəbbər  kimi 
general Dokuçayevi qəbul etsə də, ingilis hissələrinin komandanlığını nə ona, nə də onun zabitlərinə həvalə etdi. 
Sentrokaspi  Diktaturasının  ordu  rəhbərliyinin  zəifliyini  dəfələrlə  vurğulayan  Denstervil  xüsusi  olaraq  göstərir 
ki, general Dokuçayev əmrlər verirdisə də, bu əmrlərə hərbi hissələr tam laqeyd münasibət bəsləyir, onları icra 
etmirdilər.  Bakı  uğrunda  son  döyüşləri  təsvir  edən  Denstervilin  yazdıqları  Diktaturanın  necə  hərbi  rəhbərliyi 
olduğunu göstərir:  "Mən  səhər saat  11-də  qərargaha gələndə  oradakıların hamısını  təlaş  içində gördüm.  
Buna görə mən son  ümidimi də itirdim".
133
 
 
3.8. Bakı Sovet və Sentrokaspi Diktaturası  
qoĢunlarının silahları 
                                                           
131
 Денстервиль, c.82. 
132
 Денстервиль, c.109. 
133
 Денстервиль, с. 121. 

51 
 
 
Bolşeviklərin əsas dayaqlarından biri keçmiş çar ordusunun inqilabi təbliğatın təsirinə düşmüş əsgər və 
matrosları idi. Dəfələrlə onları silahları təhvil vermədən sovet hissələrinə qoşulmağa çağıran bolşeviklər bir çox 
hallarda  öz  istəklərinə  nail  olurdular.  Rusiyaya  qayıtmaq 
istəyənlərə silahları Azərbaycanın milli hissələrinə deyil, məhz 
sovet qoşunlarına təhvil vermək çağırışları da öz işini görürdü. 
Hələ  müharibə  getdiyi  dövrdə  çar  hökuməti  tərəfindən 
yaradılan  erməni  hərbi  hissələri  Türkiyə  ordusuna  qarşı 
vuruşmaq üçün ən müasir silahlarla təmin olunmuşdur. 1917-ci 
ilin  sonlarında  Qafqazda  cəmləşdirilən  bu  hissələrin  zabit  və 
əsgərlərinə  müraciətlərində  "Daşnaksutyun"  partiyası  və 
Erməni Milli Şurası silahları təhvil verməməyi tələb edirdi. 
Nəticədə istər bolşevik hərbi hissələri, istərsə də onlarla əlbir olan er-məni-daşnak bölmələri kifayət qədər 
müasir  silah  və  sursatla  təmin  edilmişdilər.  Misal  üçün,  cəbhədən  tərxis  olunan  hissələrdən  bir  zirehli  qatar, 
xeyli zirehli avtomobil ya top götürülmüşdü. Üstəlik, Rusiyadan əhəmiyyətli kömək gəlirdi. RSFSR XKS Bakı 
Soveti ordusunun yaradılması üçün 30 milyon 800 min rubl pul və hərbi təlimatçılar göndərmişdi, şərait imkan 
verən kimi isə ağır silahlar, ilk növbədə zirehli texnika və top da yollayırdı. 
1917-ci  ilin  əvvəllərinə  bütün  hissələr  atıcı  silahlarla  təmin  edilmişdi. Toplanan süah  ehtiyatları  Bakıda 
erməni  və  rus  əhalini  silahlandırmağa  imkan  verirdi.  Dəniz  aviasiyası  məktəbi  və  Xəzər  dəniz  donanmasının 
dəstəyi,  iki  zirehli  qatarın  və  bir  zirehli  avtomobilin  olması  həlledici  üstünlüyü  ələ  keçirməyə  imkan  verirdi. 
Mənbələr təsdiq edir ki, Bakıda martın 30-da türk-müsəlman əhalini qırmağa başlayan bolşevik-erməni hissələri 
azsaylı  silahlı  azərbaycanlıların  müqaviməti  ilə  üzləşmişsə  də,  topların,  donanmanın  işə  salınması  və 
hidrotəyyarələr  vasitəsi  ilə
 
manevr  keçirilməsi  sayəsində  müqaviməti  qıra  bilmişdilər.  S.Şaumyan  ağır 
texnikanın  şəhərdə  tətbiqinə  bəraət  qazandırmağa  çalışaraq  Moskvadakı  havadarlarına  yazırdı:  "İnqilabi 
Müdafiə  Komitəsi  qarşısında  belə  bir  sual  dayanırdı  -  biz  ya  əlimizdə  bomba  hər  bir  ev  uğrunda  mübarizə 
aparmalı, ya da hərəkəti başqa vasitələrlə dayandırmalı idik".
134
 
Aprelin  əvvəllərində  Azərbaycan  milli  qüvvələri  və  imam  N.Qosinskinin  Bakı  istiqamətində  yürüşünün 
qarşısını  almaq  üçün  aviasiya  çatışmırdı,  çünki 
Bakıda  mövcud  olan  hidrotəyyarələr  yalnız 
sahilyanı  ərazidən  havaya  qalxa  bilir,  onların 
məhdud  fəaliyyət  radiusu  cəbhə  xəttinə  çatıb  geri 
qayıtmağa imkan vermirdi. Bu səbəbdən Rusiyaya 
müraciət  edən  Bakı  Soveti  dərhal  istədiklərini 
almışdı:  Saritsın  şəhərindən  göndərilən  döyüş 
aeroplanları  döyüşlərdə  iştirak  etmişdir.  Eyni 
zamanda  Həştərxandan  Bakıya  böyük    silah 
partiyası  çatdırılmışdı.
135
 
Lakin  Bakı  Soveti  tərəfindən  yeridilən 
siyasət  (zabit  və  mühəndis  kadrlarına  həqarətli  münasibət  və  hətta  repressiv  xarakterli  tədbirlər;  Azərbaycan 
milli  qüvvələrin  əlinə  keçməsin  deyə  anbarlarda  olan  sursatın  hərbi  hissələrə  paylanması  və  bu  hissələrdə 
mənasız  yerə  israf  edilməsi;  təmir  zavod  və  emalatxanalarının  normal  iş  rejimini  təmin  edə  bilməməsi),  hərbi 
hissələrdə  intizamın  zəifliyindən  silahların  itirilməsi  ya  vaxtından  əvvəl  sıradan  çıxması,  üstəlik,  təminat  - 
təhcizat məsələlərinin həll olunmaması (misal üçün, silahların sıradan çıxmış hissələrini əvəz edəcək qurumların 
yoxluğu) texnika və silahlardan səmərəli istifadəyə imkan vermirdi. 
1918-ci  ilin  mayında  Bakı  Sovetinin 
Moskvaya  ezam  edilən  nümayəndə  heyəti  (başda 
Bakı  XKS  Fövqəladə  Komissiyasının  sədri 
S.M.Ter-Qabrielyan  olmaqla)  şikayət  edirdi  ki, 
topçu və mühəndis vasitələri çatışmır, pulemyot və 
sursat  azdır.  Halbuki  bu  dövrdə  Qırmızı  Ordunun 
əsas qüvvəsi sayılan 1-ci korpusda 3 zirehli qatar, 
3  pulemyot  komandası,  10-dan  artıq  təyyarə,  12 
səhra  və  3  dağ  topu,  4  mortir  var  idi.  Texnikanı 
işlədə  bilən  kadrları  toplamaq  üçün  mayın  24-də 
                                                           
134
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.60. 
135
 Дарабади П.Г. Военная помощь Советской России, с. 111. 
 

52 
 
yaradılan  Ali  Hərbi  Şura  müxtəlif  tədbirlər  həyata  keçirsə  də  əhəmiyyətli  dönüş  yarada  bilmirdi.  Bakının 
itirilməsindən qorxan Sovet Rusiyası Bakı kommunasına əlindən gələn köməyi göstərirdi. Bakıya kömək Rusiya 
Kommunist  (bolşeviklər)  Partiyasının  Mərkəzi  Komitəsi,  RSFSR  Xalq  Komissarları  Soveti  və  şəxsən 
V.İ.Leninin nəzarətində idi. İyun-iyul aylarında Rusiyadan əlavə olaraq göndərilən böyük sayda silah və sursat 
tezliklə Bakıya çatdırıldı. 
İyunun əvvəllərində Tula zavodlarından pulemyot, tüfəng və patron alındı. B.Şeboldayev Sovet Rusiyası 
hərbi dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubda yazırdı ki, iyunun 10-da Bakı Sovetinin əsas zərbə 
qüvvəsi  olan  korpusda  3  səhra  batareyası,  1  dağ  və  1  mortir  batareyaları,  о  cümlədən  digər  silah  və  texnika 
vardı.  İyunda  Rusiyadan  12  ədəd  dörddüymlük  top,  üç  keşikçi  gəmisi  və  üç  minadaşıyan  gəmi  gətirildi. 
Həmçinin  Bakıya  yeni  "Nyupor"  təyyarələri  ilə  silahlanmış  aviadəstə  göndərildi.  Bu  təyyarələri  də  gətirən  üç 
eşelon  həmçinin Ter-Qabrielyanın  Saratovdan  aldığı zirehli  avtomobillər,  silah  -  sursat  Həştərxanda  gəmilərə 
yükləndi və iyunun 23-də Bakıya çatdı. Həmin gün Moskvaya teleqram vuran Şaumyan yazırdı: “Əziz Vladimir 
İliç! Bu gün, nəhayət, Ter-Qabrielyan gəldi və bizə 4 zirehli avtomobil, 13 aeroplan və tələb olunan çoxlu, çoxlu 
sayda  sursat  çatdırdı.  Bütün  bunlara  görə  böyük,  çox  böyük  minnətdarlığımızı  bildiririk.  Çatışmayan  nə  var 
idisə, aldıq, bütün bunlar bizə xeyir gətirəcək".  
Qafqaz İslam Ordusu ilə döyüşlərdə əhəmiyyətli itkilər verən Bakı Soveti qoşunları texniki vasitələrini də 
itirirdilər. Misal üçün, iyulun 3-də İvanovka kəndi (indiki İsmayıllı rayonu) yaxınlığında baş vermiş döyüşdə 1 
top,  iyulun  6-da  Gürcüvan  kəndi  (indiki  Ağsu  rayonu)  yaxınlığındakı  döyüşdə  1  top,  1  cəbbəxana  arabası,  5 
pulemyot,  30  tüfəng,  müsəlman  əhalinin  talanmış  əmlakı  ilə  doldurulmuş  10-15  araba  qənimət  kimi  türk-
azərbaycan döyüşçüləri tərəfindən ələ keçirilmişdi. 
İyulun  13-də  S.Şaumyan  V.Leninə  teleqram  göndərərək  yenə  kömək  və  silah  istədi.
136
  İyulun 
əvvəllərində  Həştərxandan  Bakı  Soveti  qoşunlarının  avtonəqliyyat  dəstəsi  üçün  100  pud  karbid,  həmçinin 
Saratovdan  böyük  silah  və  sursat  partiyası  göndərildi.  Başda  Sovet  Rusiyası  Dəniz  işləri  üzrə  Xalq 
Komissarlığının  tapşırıqlar  üzrə  komissarı  V.F.Poluxin  olmaqla  170  nəfərdən  ibarət  dənizçi  dəstəsi  gəmilərlə 
Bakıya gəldi. Dəstə Baltik donanmasından dəniz topları olan üç eşelon və onlar üçün sursat gətirmişdi. İyulun 
ortalarında Bakı Soveti aviasiyası üçün böyük məbləğdə sursat və silah göndərildi. İyulun 23- 24-də Rusiyadan 
Bakıya  yeni  silah  -  sursat  partiyası  çatdırıldı.  İyulun  24-də  Həştərxandan  dördtoplu  atlı  batareya,  daha  sonra 
silah - sursat dolu 8 gəmi Bakıya gəldi. İyulun 27-də Bakı Soveti üçün iki mobil səhra apteki, tibbi ləvazimat, 
dərman  və  sarğı  materiallarından  ibarət  böyük  karvan  göndərildi.  İyulun  axırlarında  Petrovun  başçılığı  ilə 
Bakının  müdafiəsi  üçün  göndərilmiş  yaxşı  silahlanmış  dəstə  şəhərə  bir  altıtoplu      batareya        gətirmişdi.
137
   
Rusiyadan   daim   silah   və   sursat göndərilməsinə baxmayaraq Qafqaz İslam Ordusu ilə döyüşlərdə məğlub 
olan  Bakı  Soveti  qoşunlarında  ruh  düşkünlüyü  elə  həddə  çatmışdı  ki,  texniki  vasitələrlə  vəziyyətdən  çıxmaq 
mümkün deyildi. 
Bakı Sovetinin hərbi cəhətdən varisi olan Sentrokaspi Diktaturası da əldə olan böyük silah və sursatdan 
yararlanmağa çalışırdı. Bolşeviklərdən fərqli 
olaraq  keçmiş  çar  ordusunun  zabitlərinə 
arxalanan bundan da çox ingilis qoşunlarının 
köməyinə 
bel 
bağlayan 
Sentrokaspi 
Diktaturasının  hərbi  liderləri  aviasiyadan, 
hərbi 
donanmadan, 
zirehli 
qatar 
və 
avtomobillərdən, 
eləcə 
də 
artilleriya 
sistemlərindən  daha  bacarıqla  istifadə  edir, 
texnikanın 
bütün 
imkanlarından 
yararlanmağa 
çalışırdılar. 
İngilis 
təlimatçılarının  köməyi,  bir  çox  hallarda  isə 
birbaşa rəhbərliyi də bu istiqamətdə aparılan 
işlərə  öz  təsirini  göstərirdı.  Bununla  belə, 
vəziyyətdə dönüş yaratmaq, hərbi təşəbbüsü ələ almaq yenə də mümkün olmadı. 
Aviasiya. Hələ 1915-ci il noyabrın 22-də təntənəli şəraitdə Bakı dəniz aviasiyası zabit məktəbinin açılışı 
oldu.  Belə  ki,  I  Dünya  müharibəsinin  erkən  mərhələsində  dənizçi  aviator  kadrlarına  ehtiyacı  ödəmək  üçün 
Petroqrad dəniz aviasiyası məktəbinin Bakı filialını yaratmaq planlaşdırılmışdı. Müasir avadanlığın gətirilməsi, 
yerli  icra  strukturlarının  köməyi  ilə  yaşayış  və  təlim  binalarının,  təsərrüfat  tikililərinin  inşası  nəticəsində  filial 
tədricən öz anqarları, apparelləri, emalatxanaları, qaraj və meteostansiyası olan müstəqil məktəbə çevrildi. 1916-
cı  ilin  aprelinədək  məktəbdə  40  zabit  və  20-dən  artıq  aşağı  çinli  təyyarəçi  hazırlanmışdı.  Müəllim  və 
təlimatçıların  yüksək  peşəkarlığı  sayəsində  məktəbin    yetirmələri  imperiyanın  bütün  donanmalarında  yaxşı 
                                                           
136
 Дарабади. П.Г. Военная помощь Советской России, с.110-113.  
137
 Yenə orada, с.112. 

53 
 
qarşılanırdılar,  təlim  prosesində  isə  cəmi  üç  qəza  hadisəsi  baş  vermişdi  (bir  ədəd  M-10  təyyarəsi  uçuş  üçün 
yararsız olmuş, iki M-5 təyyarəsi isa tam dağılmışdı).
138
 
Məktəbin 20-yədək hidrotəyyarəsi var idi. Əsas təyyarə parkı səkkiz ədəd M-5 tipli təyyarədən, iki M-9 
və  bir  ədəd  M-30  təyyarəsindən  təşkil  olunmuşdu.  Onlardan  başqa  burada  sınaq  təyyarələri  də  vardı.  Bakı 
məktəbində  yüksək  ixtisaslı  kadrların  olması  burada  təlimlərlə  bərabər  yeni  təyyarələrin  sınaq  uçuşlarını  da 
keçirməyə  imkan  verirdi.  Məktəbdə  D.Qriqoroviçin  M-9  hidrotəyyarəsi  sınaqdan  keçirilmiş  və  bu  təyyarə 
tədricən M-5-ləri əvəz etməyə başlamışdı. D.Qriqoroviçin M-12 qırıcı və M-15 kəşfiyyatçı hidrotəyyarələri də 
Bakıda  sınaqdan  keçirilmiş,  silahlı  qüvvələrə  qəbul  ediləndən  sonra  hər  təyyarədən  iki  ədədi  burada 
saxlanmışdı. Bakı aviasiya məktəbinin emalatxana müdiri E.K.Engels bir neçə yeni təyyarə növü icad edərək 
yığmış, lakin 1916-cı il dekabrın 5-də növbəti sınaq zamanı həlak olmuşdu. Bundan başqa A.Y.Villişin VM-2 
və  VM-4  hidrotəyyarələri  də  Bakıda  sınaqdan  keçirilmişdi.  İstər  Engelsin,  istərsə  də  Villişin  təyyarələrinin 
aqibəti, onların 1918-ci il döyüşlərində iştirak edib-etməməsi barədə məlumat yoxdur.
139
 
Məktəbin hidrotəyyarə parkını ixtiraçı mühəndis D.P.Qriqoroviçin M-5 hidrotəyyarələri təşkil edirdi (M-
5  təyyarələri  Petroqradda  S.  Şetininin  zavodunda  istehsal  edildiyindən  Azərbaycan  Mərkəzi  Dövlət  Tarix 
Arxivində qorunan bir çox sənədlərdə "Şetinin təyyarələri" adlandırılır). Bir mühərrikli, iki yerli bu təyyarələr 
havada olduqca dayanıqlı və təhlükəsiz idi, bu isə təlim uçuşlarının əsas şərti sayılırdı. "M-5" hidrotəyyarəsində 
mühərrikin gücü, təyyarənin ağırlığı, qanad-ların sahəsi elə münasib seçilmişdi ki, "uçan qayıq" həm havada, 
həm  də  dənizdə  çox  sadə  idarə  olunurdu.  Gövdənin  forması  təyyarəyə  hündürlüyü  0,5  m  olan  dalğalardan  da 
havaya qalxmağa imkan verirdi. 100 at gücündə olan mühərrik zəif olduğundan təyyarə bir pulemyot və bir neçə 
yüngül  bomba  götürür  və  kəşfiyyat  təyyarəsi  kimi  istifadə  edilirdi.  3300  m  hündürlüyə  qalxan,  3,5-  4  saat 
havada  qala  bilən  təyyarə  əsasən  dənizyanı  ərazilərdə  istifadə  edilirdi.  Bakı  Soveti  qoşunları,  sonra  isə 
Sentrokaspi  Diktaturası  tərəfindən  fəal  istifadə  edilən  M-5  təyyarələrindən  biri  hal-hazırda  İstanbulda  hava 
muzeyində nümayiş etdirilir.
140
 
D.P.Qriqoroviçin  M-9  hidrotəyyarəsi  M-5-in  növbəti  inkişaf  mərhələsi  idi.  3300  m  hündürlüyə  qalxa 
bilən,  5  saat  havada  qalan  təyyarə  etibarlılığı  ilə  seçilirdi.  150  at  gücündə  olan  mühərrik  3  nəfər  heyət,  bir 
pulemyot  və  bir  neçə  yüngül  bomba  (1610  kq  yük)  götürməyə  imkan  verirdi.  Bakıda  olan  iki  M-9-dan  biri 
Qafqaz  İslam  Ordusuna  qarşı  döyüşlərdə  istifadə  edilib.  Məhz  bu  təyyarə  ilə  hidroplanlar  sırasında  ilk  dəfə 
havada dairə cızma ("myortvaya petlya") əməliyyatı həyata keçirilmişdi. "M-5" və "M-9" hidroplanlarının zəif 
tərəfi az sürətə (100-110 km/s) malik olması idi.  M-12 və M-15 təyyarələrindən Qafqaz İslam Ordusuna qarşı 
döyüşlərdə  istifadə  edilməsi  barədə  məlumat  yoxdur,  ehtimal  ki,  müasir  tipli  bu  təyyarələr  1917-ci  ilin 
əvvəlində  Petroqrada aparılıb,  çünki  məktəbdə  1917-ci ilin aprel  ayından  hissə-hissə  Petroqrada  köçürülməyə 
başlandı.
141
  Martın  31-də  erməni-bolşevik  qüvvələrinin  1-ci  beynəlmiləl  alayı  və  36-cı  Türküstan  alayının 
hücumunu  dəstəkləmək  üçün  havaya  1  hidroplan  qaldırılmışdı.  Bununla  belə,  sənədlərdə  Qafqaz  İslam 
Ordusuna qarşı döyüşlərdə məktəbin texnikasından istifadə edilməsi barədə məlumatlar var. Bu qurum bolşevik 
sənədlərində  "təyyarəçilər  məktəbi",  Sentrokaspi  Diktaturasının  sənədlərində  isə  "hidroaviasiya  divizionu" 
adlandırılır. 
Hidroaviasiya  havaya  dənizdən  qalxdığı  üçün  əsasən  sahilyanı  əraziləri  nəzarət  altında  saxlaya  bilirdi. 
Aprelin 2-də imam Qosinskinin dəstələri Bakıya yaxınlaşdıqda S.Şaumyan Saritsından doyüş aeroplanları istədi. 
Döyüş başlayanadək aeroplanlar gəlib çatdı. Tezliklə 
Rusiyadan Bakı Sovetinin qırmızı ordusunun Gəncə 
üzərinə  yürüşünü  dəstəkləmək      üçün      adi   
aerodromdan      qalxa      bilən  aeroplanlar  göndərildi. 
1918-ci 
ilin  mayına  Qırmızı  Ordunun  1-ci 
korpusunda  10-dan  artıq  təyyarə  var  idi.  İyunda 
Bakıya  yeni  "Nyupor"  təyyarələri  ilə  silahlanan 
aviadəstə göndərildi. Bu təyyarələri gətirən üç eşelon 
Bakıya    iyunun    23-də    çatdı.    Həmin    gün  
S.Şaumyanın    V.Leninə  göndərdiyi  teleqramdan 
aydın  olur  ki,  eşelonla  13  aeroplan  gətirilibmiş. 
İyulun  ortalarında  Bakı  Soveti  aviasiyası  üçün  böyük  məbləğdə  sursat,  ehtiyat  hissələri  və  silah  göndərildi.  
"Nyupor-17"  qırıcı  təyyarələri  Antanta  ölkələri  silahlı  qüvvələrində  ən  çox  istifadə  olunan  təyyarə  olmaqla 
bərabər, I Dünya  müharibəsinin  ən uğurlu qırıcısı hesab olunurdu. Q.Delyaj tərəfindən yaradılan "Nyupor-17" 
biplanı  optimal  aerodinamik  forma,  az  çəki  hesabına  maksimal  çeviklik  və  böyük  sürətə  malik  idi.  Aşağı 
                                                           
138
 Маслов М. Русские самолеты. 1914-1917 г. Москва, 2006, с. 26. 
139
 Маслов М. Русские самолеты, s.79-81. 
140
Yenə orada, s.25-26.
 
141
 Маслов М. Русские самолеты., с.27-31. 

54 
 
qanadın  ensiz  olması  pilot  kabinəsindən  görünüşü  daha  aydın  edirdi.  "Nyupor-17"  pulemyotlardan  başqa  bir 
neçə yüngül bomba da götürmək iqtidarında idi.
142
 
Qafqaz  İslam  Ordusunun  sərəncamında  təyyarələrin  olmaması  bolşevik  aviasiyasını  təhlükəli  qüvvəyə 
çevirirdi, lakin Bakı Sovetinin hərbi rəhbərliyi bundan kifayət qədər yararlana bilmədi. Belə ki, hidrotəyyarə və 
aeroplanların sayı uçmağı bacaran təyyarəçilərin sayından çox idi (Bakı Sovetinin apardığı siyasət nəticəsində 
çar  ordusunun  zabitləri  kimi  pilotlar  da  "sinfi  düşmən"  qismində  təqib  olunmuş,  bu  isə  1918-ci  ilin  yay 
döyüşlərində  özünü  büruzə  vermişdi).  Üstəlik,  I  Dünya  müharibəsinin cəbhələrində  ingilis  təyyarələrinə  qarşı 
döyüş  aparmaq  təcrübəsi  olan  türk  hərbi  hissələri  havadan  hücum  zamanı  vahiməyə  düşmür,  əksinə,  atıcı 
silahlardan  açılan  atəşlə  düşməni  uzaqlaşdırırdılar.  Nəticədə  erməni-bolşevik  aviasiyası  qarşısına  qoyulan 
tapşırıqları yerinə yetirə bilmirdi. Təyyarələr ardıcıl olaraq təkcə iyulda uçuşlar etmişdi; bu zaman Hacıqabuldan 
qalxan  2  təyyarə,  demək  olar  ki,  hər  gün  Salyan  istiqamətində  vuruşan  türk-Azərbaycan  döyüşçülərini 
bombalayır vo ya kəşfiyyat aparırdı.
143
 
Sentrokaspi Diktaturasının hərbi rəhbərliyi aviasiyaya xüsusi önəm verirdi. Çar ordusunun aviasiyasında 
xidmət etmiş pilotlar orduya çağırılmış, ingilislərin köməyi ilə hidroaviasiya divizionu və Kuban təyyarə dəstəsi 
aviadivizionu təşkil edilmişdi. 
Artıq avqustun 1-də Sentrokaspi Diktaturası döyüşlərdə 3 təyyarə istifadə etmişdi. Getdikcə aviasiyanın 
tətbiqi  genişlənirdi.  Təyyarələr  kəşfiyyat  uçuşları  aparır,  bombalar  atır,  imkan  olduqda  pulemyot  atəşi  ilə 
qoşunların  əməliyyatlarını  dəstəkləməyə  çalışırdı.  Qafqaz  İslam  Ordusunun  1918-ci  il  avqustun  5-də  Bakıya 
hücumunun  qarşısını  almaq  üçün  hidroaviasiya  divizionu  və  Kuban  təyyarə  dəstəsinin,  demək  olar  ki,  bütün 
təyyarələri  havaya  qaldırılmışdı.  Avqustun  7-si  və  8-də  Gəncə  istiqamətindən  Bakı  ətrafına  yeridilən  türk-
Azərbaycan  qoşunlarının  cəmləşməsinin  qarşısını  almaq  üçün  təyyarələr  Ələt  stansiyası  və  dəmir  yollarını 
bombalayırdı.
144
  Hər  dəfə  atəşlə  qarşılanan  təyyarələr  istədiklərinə  nail  ola  bilmirdi.  Döyüşdə  zədələnmiş 
aeroplanlar tezliklə təmir edilirdi, çünki Kuban təyyarə dəstəsinin "Nyupor"ları ingilislərin özləri ilə gətirdikləri 
"Nyupor"lardan  az  fərqlənirdi.  Lakin  hidroaviasiya  divizionunun  təyyarələrini  bərpa  etmək  olmurdu,  çünki 
onların ehtiyat hissələri yalnız Petroqradda istehsal edilirdi. Döyüşə yararlı təyyarələrin sayı tədricən azalırdı. 
Uçuş meydançası Bakının Ermənikənd adlanan hissəsində salınmışdı. 
Avqustun  10-da  Ələt  -  Puta  arasında  türk-Azərbaycan  hissələrinin  sərrast atəşi ilə bir  təyyarə  vurularaq 
məhv edildi.
145
 
Sentrokaspi  Diktaturası  və  ingilis  komandanlığının  avqustun  27-nə  planlaşdırdığı,  lakin  həyata  keçirə 
bilmədiyi  birgə  irimiqyaslı  əks-hücum  əməliyyatında  hidroaviasiya  divizionu  və  Кuban  aviadivizionu  fəal 
iştirak etməli idi. 
  Avqustun  sonlarında  Sentrokaspi  Diktaturasının  cəmi  iki  hava  maşını,  ingilislərin  də  elə  bu  qədər 
təyyarəsi  döyüşdə  iştirak  edə  bilərdi.  Ordunun  digər  təyyarələri  təmirə  qoyulmuşdu.  General  Denstervilin 
qeydləri  göstərir  ki,  avqust-sentyabr  döyüşlərində  ingilis  və  Sentrokaspi  qoşunlarının  əməliyatlarını  "iki  rus 
hidroplanı  və  iki  bizim  (ingilis)  təyyarə"  dəstəkləyirdi.  ''Düşmənin  hava  qüvvələrinin  olmaması  bizim  böyük 
üstünlüyümüz  idi.  Lakin  sentyabr  ayında  Bakıda  güclü  isti  küləklər  və  şimal  küləyi  əsdiyindən  hava 
kəşfiyyatının istifadə edə biləcəyimiz üstünlükləri meteoroloji şəraitə görə heçə endirildi".
146
  
Sentyabrın  1-də  Balaxanı  yaxınlığında  türk-Azərbaycan  hissələrini  bombardman  etmək  istəyən  bir 
təyyarə vuruldu və Salyan qışlaları (kazarmaları) yaxınlığında yerə çırpıldı.
147
 Bu hadisədən sonra təyyarələrin 
tətbiqi  əhəmiyyətli  dərəcədə  azaldı,  onlardan  əsasən  kəşfiyyat  uçuşları  üçün  istifadə  edildi.  Yalnız  sentyabrın 
12-də bir ingilis təyyarəsi Binəqədi istiqamətində türk-Azərbaycan qoşunlarını bombalamağa cəhd göstərdi. 
Sentyabrın 14-də Bakıya həlledici hücum zamanı ingilislərin hərbi hissələrini iki aeroplan dəstəkləyirdi. 
14  sentyabr  döyüşlərinin  gedişinə  toxunan  general  Denstervil  yazır  ki,  "iki  aeroplan  hücum  edən  türkləri 
pulemyotlardan  atəşə  tutur  və  bombalar  atırdı".  Daha  sonra  ingilis  qoşunlarının  Bakıdan  təxliyyə  olunduğunu 
bildirən  general  etiraf  edir:  "türk  güllələrinin  deşik-deşik  elədiyi  iki  aeroplanı,  sıradan  çıxardıq".  Başqa  sözlə 
desək,  əvvəlki  uçuşlar  zamanı  türk-Azərbaycan  qoşunlarının  atəşləri  ilə  qarşılanan  ingilis  təyyarələri 
vurulmasalar  da,  elə  zədələr  almışdılar  ki,  ingilislərin  və  ya  onların  tərəfkeşlərinin  (misal  üçün,  Muğan 
qiyamçılarının) nəzarəti altında olan əraziyə uçub çata bilməzdilər. Bu səbəbdən ingilislər onları yararsız hala 
gətirib Bakıda qoymağa məcbur oldular. 
Nəhayət,  türk-Azərbaycan  qoşunları  tərəfindən  Ermənikənddəki  uçuş  meydançasının  ələ  keçirilməsi 
Sentrokaspi  Diktaturası  aviasiyasının  varlığına  son  qoydu.  Burada  uçuşa  yararsız  vəziyyətdə  olan  2  təyyarə 
qalmışdı. 
                                                           
142
Корсун. Кавказский фронт, с.561. 
143
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.250-251. 
144
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.303 
145
Yenə   orada, s.304. 
146
Денстервиль, с. 117. 
147
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.317-318. 
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə