Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə9/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

Hərbi donanma. 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə görə, Xəzər dənizində yalnız Rusiyanın 
hərbi  donanma  saxlamaq  hüququ  vardı.  Xəzərdə  Rusiya  imperiyasının  güclü  rəqibinin  olmaması  Xəzər  dəniz 
donanmasının texniki təchizatına da təsir göstərmişdi.
148 
Lakin ingilislərin Əfqanıstan və İranda möhkəmlənmək 
cəhdləri,  Bakının  iri  sənaye  mərkəzinə 
çevrilməsi, neft bazalarının dəniz yaxınlığında 
yerləşməsi  hərbi  donanmanı  gücləndirmək 
ehtiyacını  yaratdı.  1911-ci  ildə  Xəzər  dəniz 
donanması  dünyada  ilk  suüstü  dizel  hərbi 
gəmiləri  -  "Ərdahan"  və  "Qars"  kanoner 
(artilleriya)  gəmiləri  ilə  gücləndirildi.
149
 
Məxsusi  Xəzər  şəraiti  üçün  layihələndirilmiş 
bu  gəmilər  müxtəlif  təyinatlı  əməliyyatlar 
keçirmək  iqtidarında  olsa  da,  onların  əsas 
vəzifəsi  dənizyanı  ərazilərdə  döyüş  zamanı 
qoşunları top atəşi ilə dəstəkləmək idi. Bununla belə, Xəzərin imperiya mərkəzindən uzaq olması Baltik və Qara 
dəniz donanmalarında inqilabi fəaliyyətdə şübhəli bilinən matrosların Xəzər dəniz donanmasına göndərilməsinə 
səbəb  oldu.  Nəticədə  1917-ci  ildə  donanma  azsaylı  olsa  da,  Bakı  Sovetinin  ən  etibarlı  dayaqlarından  birinə 
çevrildi.
150
  General  Denstervil  Xəzərdə  inqilabdan  əvvəlki  ümumi  vəziyyəti  şərh  edərkən  yazırdı  ki,  "Qars", 
Ərdahan",  "Göytəpə"  silahlı  gəmilərindən  ibarət  olan  kiçik  donanma  bu  daxili suları  qoruyur  və  müqavimətə 
rast gəlməsə, sabitliyi bərpa edə bilər". Xəzər hərbi donanması 1917-ci ildə 2 kanoner gəmisi, 2 çapar gəmisi, 
bir neçə nəqliyyat gəmisi, dəniz aviasiyası mək-təbi və sahil idarələrindən ibarət idi.
151
 
General  Denstervilin  yazdığına  görə,  "donanma  inqilab  dövründə  böyük  siyasi  rol  oynayırdı.  Hökumət 
(ehtimal ki, ümumilikdə V.Leninin Petroqradda yerləşən bolşevik hökuməti, S.Şaumyanın başçılıq etdiyi Bakı 
Soveti  və  Sentrokaspi  Diktaturası  nəzərdə  tutulur  -A.Y.,  Ə.S.)  iqamətgahı  dəniz  sahilində  yerləşdiyindən 
gəmilərdəki silahlar ölkənin həyati əhəmiyyətli mərkəzlərini təhdid etdiyi zaman inqilabi hökumət donanmanın 
tələblərinə diqqətlə qulaq asırdı". 
İrimiqyaslı  dəniz  əməliyyatları  keçirmək  üçün  güclü  təminat  bazası,  hərtərəfli  hazırlıqlı,  bilikli  və 
təcrübəli  komanda  heyəti  lazım  idi,  bütün  bunlar  isə  bolşeviklərdə  yox  idi.  Donanma  infrastrukturu  fəaliyyət 
göstərmir,  hərtərəfli  hazırlıq  keçmək  üçün  vaxt  və  imkan  çatışmır,  komanda  heyəti  çar  zabitlərindən  ("qızıl 
paqonlu sinfi düşmənlər") ibarət olduğundan təqiblərə məruz qalırdı. Bütün bu səbəblərdən bolşeviklər quruda 
aparılan  döyüşlərdə  matroslardan piyada  kimi  istifadə  etməyə  məcbur  olmuşdular. Xəzər  dəniz  donanmasının 
matrosları  Azərbaycan  milli  qüvvələrinə  qarşı  vuruşan  bolşevik-erməni  qoşunlarının  əsas  zərbə  qüvvəsi  idi. 
Lakin  onların  ağır  döyüşlərə  göndərilməsi  itkilərlə  nəticələnmiş  və  1918-ci  ilin  yarısına  qədər  donanmada 
təsadüfi  adamların  tədricən  çoxluq  təşkil  etməsinə  səbəb  olmuşdu.  Vəziyyəti  dəyişmək  üçün  Bakı  Sovetinin 
rəhbərliyi ənənəvi üsula - Moskvadan yeni qüvvə istəməyə əl atmışdır. 
Bakı  Soveti  Xəzər  donanmasının  əsas  qüvvəsini  "Ərdahan"  və  "Qars"  kanoner  gəmiləri,  "Göytəpə" 
köməkçi  gəmisi  və  silahlı  "Astrabad"  çarxlı  paroxodu  təşkil  edirdi.  Bununla  bərabər,  müxtəlif  nəqliyyat 
gəmilərinə yüngül toplar və pulemyotlar da qoyulmuşdu ki, bu "hərbiləşdirilmiş" gəmilərlə birgə donanmada 14 
gəmi var idi.
152
 
"Ərdahan"  zirehli  kanoner  gəmisi  ("Qars"  gəmisi  ilə  layihələri  eyni  olduğundan  göstərici  də  eyni  idi) 
dünyada  ilk  dizel  energetik  qurğulu  suüstü  hərbi  gəmi  olmuşdur.  Gəmi  1908-ci  ildə  Rusiya  Dəniz  Texniki 
Komitəsində layihələndirilmiş, Sankt-Peterburqun Yeni Admiralteysk zavodunda istehsal edilmiş, 1911-ci ildə 
Marinsk kanallar sistemi ilə Xəzər dənizinə göndərilmişdir. Uzunluğu 61,8 m, eni 8,5 m olan gəminin su basımı 
623 ton idi. 117 nəfər heyəti olan gəminin 2 əsas dizeli, 2 köməkçi dizeli, 1 elektrik generatoru var idi. 29 ton 
yanacaq  götürən  gəminin  maksimal  sürəti  15  düyünə  (uzel)  bərabər  idi.  Каmbuz,  vanna  otağı,  hamamlar, 
camaşırxana,  qalyunlar,  lazaret,  əlüzyuyanlar,  elektrik  isitmə  sisteminə  malik  olan  gəmi  ən  müasir  tələblərə 
cavab  verirdi.  Gəminin  silahları  1  ədəd  120  mm-lik  top,  2  ədəd  75  mm-lik  top,  4  ədəd  "Maksim" 
pulemyotundan ibarət idi.
153
 
                                                           
148
Алиев Н.А. Военно- морская история Азербайджана. Баку, 2002, с.76-78. 
149
Əhmədov S.Ə. «Qars» və «Ərdahan» gəmiləri // Hərbi bilik, s.95. 
150
Маковски А.Р., Радченко Б.М. Каспийская краснознаменная. Москва, 1982,42-45; Евсеев ИМ.Бушует Каспий. Баку, 1970, с.35-38. 
151
 Гражданская война. Энциклопедия, с.253. 
 
 
152
Дарабади П.Г. Военные вопросы, с.115. 
153
Веселов П. Канонерская лодка «Ленин» // Моделист-конструктор, 1988, № 4, с.12-15; Боевые и революционные траиции моряков Каспийского флота. Баку, 
1960, с. 25. Каспийская Краснознаменная флотилия. Баку. 1990, с. 11 -14.
 

56 
 
"Göytəpə" köməkçi hərbi gəmisi 1882-1883-cü illərdə istehsal olunmuş, 1911-ci ildə isə yeni silahlarla 
təhciz edilmişdi. 720 at gücündə olan kömür mühərriki 10 düyün (uzel) sürəti ilə hərəkət etməyə imkan verirdi. 
70-83 nəfər heyəti olan gəminin silahlanması 4 ədəd 47 mm-lik top və 4 ədəd pulemyotdan ibarət idi. 
"Astrabad"  çarxlı  paroxodu  əvvəllər  mülki  paroxod  olmuş,  müharibə  dövründə  yüngül  toplarla 
silahlandırılmışdı. 
1918-ci  ilin  mart  hadisələrində  Xəzər  dəniz  donanması  gəmilərinin  Azərbaycan  milli  qüvvələrinə 
toplardan açdığı atəş onların müqavimətini qırmağa imkan vermişdi. Bu gəmilərlə Lənkərana bolşevik qoşunları 
göndərilmiş, Həştərxan-Bakı dəniz xəttinin təhlükəsizliyi təmin edilmişdi. 
Kür  çayının  bir  hissəsinin  xırda  gəmilərin 
hərəkəti  üçün  kifayət  qədər  dərin  olması  burada  hərbi 
gəmilərdən  istifadə  etmək  fikrinin  yaranmasına  gətirib 
çıxarmışdı. Belə ki, 1918-ci ilin yayında Şimali Qafqaz 
hərbi  dairəsi  təminat  bürosunun  Sovet  Rusiyası  dəniz 
kollegiyasına  göndərdiyi  gizli  məlumatda  sahilyanı 
sularda  və  Kür  çayında  döyüşlərdə  iştirak  etmək  üçün 
müxtəlif  tipli  gəmilərdən,  ilk  növbədə  37-47  mm-lik 
toplar  və  pulemyotlarla  silahlanan  "Nikson"  və 
"Stasionar"  katerlərindən  istifadənin  mümkünlüyü 
barəsində xəbər verilirdi. Lakin Xəzərdə bu tip katerlər yox idi. İyulun 13-də sənədlə tanış olan V.Lenin belə bir 
dərkənar qoymuşdu: "Dəniz işləri üzrə Xalq Komissarlığına Xəzər  dənizinə  uyğun  olan  bütün  hərbi  dəniz 
gəmilərinin göndərilməsini sürətləndirməyi çox xahiş edirəm.”
154 
Lakin təşkilatı məsələləri həll edilmədiyindən 
kater  göndərmək  mümkün  olmadı.  Əvəzində  iyunda  Rusiyadan  Bakıya  üç  keşikçi  gəmisi  və  üç  minadaşıyan 
gəmi  gətirildi,  lakin  gəmilər  Kür  çayında  hərəkət  edə  bilmədiyindən  Həştərxana  aparıldı.  Belə  olduğu  halda 
bolşeviklər Kür çayında üzən balıqçı gəmilərini silahlandırıb döyüşə göndərdilər. Onların əsas vəzifəsi Qafqaz 
İslam  Ordusu  hissələrinin  Kür  çayını  keçmək  cəhdlərini  pozmaq,  Kür  üzərindən  salınmış  körpü  və  bərələri 
qorumaq, çayı maneəyə çevirmək idi. 
İyunun 26-da bolşeviklərin ilk çay gəmiləri döyüşə göndərildi, lakin gözlənilən səmərəni vermədi. 
Hərbi  gəmilərin  Bakı  ətrafında  geniş  istifadəsi  Sentrokaspi  Diktaturası  vaxtına  təsadüf  edir.  Dənizçi 
zabitləri  gəmilərə  qaytaran  hərbi  rəhbərlik  onlardan  təyinatı  üzrə  (quru  qoşunlarının  dənizdən  atəşlə 
dəstəklənməsi  və  dəniz  desantlarının  atəş  təminatının  həyata  keçirilməsi)  istifadə  etməyə  çalışdı.  Xırdalan, 
Hacıqabul döyüşlərində hərbi gəmilər geniş tətbiq edilirdi. Mənbələrin məlumatı göstərir ki, əsasən 3 gəmidən 
istifadə edilirdi: "Ərdahan", "Qars" və "Göytəpə". Onların atəşi avqustun əvvəllərində Ələt istiqamətindən türk-
Azərbaycan qoşunlarına irəliləməyə imkan vermirdi. 
Xəzər  dənizinə  nəzarət  etmək  üçün  ingilislər  burada  güclü  donanma  yaratmağı  planlaşdırırdılar. 
Donanmanın  əsas  hərbi  gəmiləri  bolşevik  meyilli  olduğundan  kommodor  Norris  iri  ticarət  gəmilərini toplarla 
silahlandırıb  donanma  yaratmağı  təklif  edirdi.  Çox  böyük  çətinliklə  "Ventyur"  və  "İqnati"  gəmilərini 
Sentrokaspi  Diktaturasından  bu  məqsədlər  üçün  alan  ingilislər  Bakını  tərk  edənə  qədər  gəmiləri  silahlandıra 
bilmədilər.
155
 
Dənizdən  gələn  təhlükəni  nəzərə  alaraq  Qafqaz  İslam  Ordusunun  komandanlığı  sahil  müşahidə  postları 
yaratmışdı. Avqustun 11-də Ələt - Puta arasında gəmilərdən dəniz desantı çıxarmaq cəhdi həyata keçirildi, lakin 
50  nəfərlik  ilk  dəstə  sahilə  çıxan  kimi  irəli  yeridilən  Azərbaycan  zirehli  qatarı  desantı  atəşə  tutdu,  sonra  isə 
atəşlə gəmiləri sahildən uzaqlaşmağa məcbur elədi.
156
 
General  Denstervil  Sentrokaspi  Diktaturası  donanmasının  fəaliyyətini  istehza  ilə  təsvir  edir  və  döyüş 
qabiliyyətinin  aşağı  olmasını  ilk  növbədə  donanma  heyətinin  qorxaqlığı  ilə  izah  edir.  Yazır  ki,  kommodor 
Norris kanoner gəmilərinin birində Bakıdan cənubda Xəzər sahili boyunca uzanan dəmiryol xəttini atəşə tutub 
keçən qatarları məhv etmək məqsədi ilə dənizə çıxır. "Əlverişli mövqe seçiləndən sonra atəş açıldı, ancaq nəticə 
yox  dərəcəsində  idi,  odur ki,  Norris  kapitana daha  dəqiq  atəş  açmaq  üçün  sahilə  yaxınlaşıb hədəfə  qədər olan 
məsafəni  azaltmaq  təklifini  verdi.  Müvafiq  göstərişlər  verilən  kimi  matrosların  üzündə  təəccüb  və  narazılıq 
cizgiləri  görsəndi,  onların  nümayəndəsi  dərhal  kapitana  yaxınlaşdı".  Norrisin  sözlərindən  kapitanla  gəmi 
heyətinin seçdiyi komitəsinin uzun-uzadı danışıqlarını təsvir edən Denstervil sonda yazır: "Komitənin iclasında 
qərara  alındı:  düşmənin  hardasa  sahildə  artilleriyası  olduğundan  sahilə  yaxınlaşmaq  təhlükəlidir,  çünki  gəmi 
düşmən atəşinə tuş gələ bilərdi. Kapitanın əmri ləğv edildi, komitənin özü üçün daha təhlükəsiz qərarı verildi: 
Bakıya qayıtmaq. Bu əmr dərhal icra olundu".
157
 
                                                           
154
Военные моряки в боьрбе за власть Советов в Азербайджане и Прикаспии. 1918-1920 г. Сб. документов. Баку, 1971, с.42, 43,346. 
155
Денстервиль, с.96. 
156
 Süleymanov M.S. Qafqaz İslam Ordusu..., s.304.
 
157
 Денстервиль, с. 106.
 

57 
 
Təmir bazasının olmaması gəmilərin tətbiqini çətinləşdirirdi, buna baxmayaraq onlar hərbi əməliyyatlarda 
yenə  də  iştirak  edirdilər.  Avqustun  27-nə  planlaşdırılan  irimiqyaslı  əks  hücumda  "Göytəpə"  hərbi  gəmisi 
qoşunların hərəkətlərini öz atəşi ilə daim müşayiət etməli idi. Avqustun 30-da yenidən desant çıxarmağa cəhd 
oldu.  Nasosnuya  3  gəmidən  150-200  nəfərlik  desant dəstəsi çıxarıldı,  lakin  sahil  müşahidə  postlarından  xəbər 
alan Qafqaz İslam Ordusu komandanı desantı mühasirəyə almaq üçün süvari hissələr göndərdi. Desant dəstəsi 
döyüşü qəbul etməyib gəmilərə çəkildi.
158
 
Donanmanın  təhlükəli  olduğunu  nəzərə  alan  Qafqaz  İslam  Ordusu  Bakıya  həlledici  14  sentyabr 
hücumunu  Abşeron  yarımadasının  dərinliklərindən,  dənizdən  uzaq  ərazilərdən  həyata  keçirdi,  "Volçi  vorota" 
məntəqənin  adı  Osmanlı  sənədlərində  də  belə  göstərilir)  təpəlikləri  tutulandan  sonra  burada  toplar  quruldu  və 
limana bir neçə mərmi atılandan sonra hərbi gəmilərin hərəkəti dayandırıldı. 
Zirehli  texnika.  Bakı  Soveti  və  Sentrokaspi  Diktaturası  qoşunlarında  zirehli  texnika  zirehli  qatar  və 
avtomobillərlə təmsil olunmuşdu. 
Zirehli  qatar  I  Dünya  müharibəsinin  ağır  silahlarına  aid  edilir,  qoşunları  atəşlə  dəstəkləyən  manevrli 
silahlardan  hesab  olunurdu.  Müharibə  təcrübəsi  göstərdi  ki,  zirehli  qatarın  dəmiryolla  hərəkət  etməsi  onun 
fəaliyyət  radiusunu  daraldır,  üstəlik  belə  silahın 
tətbiqi  böyük  risklə  bağlı  olur:  dəmiryol 
xətlərinin  sıradan  çıxarılması  zirehli  qatarın  ən 
yaxşı 
halda  fəaliyyətsiz 
dayanması 
ilə 
nəticələnir.  Bununla  belə,  süvari  hissələrin 
müşayiəti  ilə  hərəkət  edən  zirehli  qatarlar 
şəhərlər və dəmiryol stansiyaları uğrunda gedən 
döyüşlərdə  əhəmiyyətli  rol  oynayırdı.  Zirehli 
qatar  hərbi  hissə  statusuna  malik  idi.  Döyüş 
vəziyyətində  qatarın  zirehli  parovozu  iki  zirehli 
vaqonun  arasına  qoyulurdu.  Zirehli  qatarın 
hərəkəti adətən baza qatarın (bir parovoz, 6-8 vaqon) hərəkəti ilə müşayiət olunurdu (baza qatar zirehli qatardan 
arxada, ondan aralı gedir, mərmi və patron ehtiyatı, təmir üçün lazım olan avadanlıq daşıyırdı).
159
 
Bakı Sovetinin dəstələri 1917-ci ilin sonunda cəbhədən tərxis olunan ordu hissələrindən bir zirehli qatar 
götürmüş, 1918-ci ilin mart ayının əvvəllərində onların iki, mayda isə üç ədəd zirehli qatarı vardı.
160
 
Bu qatarlar yüngül zirehli qatar növünə (Rusiya ordusunda qəbul edilmiş cədvələ görə - "B" tipli qatar) 
aid idilər. Belə qatarın 46 nəfərlik heyəti, zirehli parovozu, zirehli meydançası (iki ədəd 42 xətli topla), zirehli 
bazası  (4  ədəd  "Maksim"  pulemyotu,  mətbəx,  emalatxana,  seyxqauz)  olurdu.
161
  Orta  sürəti  8-10  km/s, 
maksimum sürəti 25-30 km/s olan zirehli qatar gün ərzində 100-120 km məsafə qət etmək imkanında idi. 10-15 
mm-lik zirehli lövhələrlə örtülmüş qatarın uzunluğu 50 m, eni 2 m, hündürlüyü 4,5 m idi. Нər top üçün 200-250 
mərmisi,  hər  pulemyot  üçün  10-14  patron  lenti  olan  zirehli  qatar  əhəmiyyətli  hərbi  texnika  növü  idi.  Qatarın 
qabaq  və  arxa  hissələrinə  yarımplatformalar  qoşulur,  burada  ehtiyat  detallar,  relslər,  şpallar  daşınırdı, 
platformalar eyni zamanda qatarın əsas hissələrini yolda ola biləcək təsadüf və təxribatlardan qoruyurdu.
162
 
Zirehli  qatarlar  bolşeviklərin  gücünü  əhəmiyyətli  dərəcədə  artırırdı.  1918-ci  ilin  aprelində  Hacıqabul 
döyüşlərində  bolşevik  zirehli  qatarı  Müsəlman  Korpusunun  zirehli  qatarı  ilə  üz-üzə  gəlmişdi,  ancaq  onlar 
arasında baş verən artilleriya dueli piyada qoşunlar tərəfindən dəstəklənmədiyindən lazımi effekt verməmişdi. 
QİO  irəlilədikcə  bolşeviklərin  zirehli  qatarlarının  fəaliyyət  sahəsi  daralır,  qatarlar  müxtəlif  səbəblərdən 
sıradan  çıxırdı.  Avqustun  1-də  Sentrokaspi  Diktaturası  döyüşlərdə  cəmi  bir  zirehli  qatardan  istifadə  edə 
bilmişdi.  Bu  qatarın  hərəkəti  də  türk-Azərbaycan  qoşunları  tərəfindən  Hacıhəsən  istiqamətində  yolların 
korlanması ilə məhdudlaşdırılmışdı. Xırdalan istiqamətinə göndərilən qatar avqustun 6-da burada hərbi hiylənin 
qurbanı olmuşdu: dəmir yolu sıradan çıxarılsa da, üstü örtülmüş, bu səbəbdən qatarın qabaq platforması qəzaya 
uğramışdı.  Platformadakı  top  və  pulemyotlar  qənimət  kimi  götürülsə  də,  qatar  özü  geriyə  çəkilmiş,  təmirə 
dayanmağa məcbur olmuşdu.
163
 
1918-ci  ilin  mart  hadisələrində  Bakının  Yasamal  hissəsində  milli  güclərin  müqaviməti  ilə  üzləşən 
bolşevik-erməni  qüvvələri  döyüşə  hidrotəyyarə  göndərməklə  bərabər  bir  zirehli  avtomobil  də  yeritmişdilər. 
1918-ci  ilin  aprelində  Hacıqabul  döyüşündə  zirehli  avtomobil  irəliləməyə  çalışmışdısa  da,  imam  Qosinskinin 
topçularının atəşi ilə üzləşərək döyüşdən çıxmışdı.
164
 
                                                           
158
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.315. 
159
Гражданская война. Энциклопедия, с.75. 
160
Дарабади П.Г. Военные вопросы, с.105. 
161
Поцелуев В.А. Броненосцы желехных дорог. Москва, 1982, с.37. 
162
Зун В.А. Броневые поезда и их боевая служба. Москва, 1930, с. 37; Ромадин С. Броневая гвардия революции // "Моделист- конструктор". 1989, 
№ 11-12. 
163
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.267-268. 
164
Yenə  orada, s.64.
 

58 
 
Zirehli avtomobillərin nisbətən yüngül çəkili və kiçik ölçülü (zirehli qatardan fərqli olaraq) olması onları 
dəniz  yolu  ilə  Rusiyadan  gətirməyə  imkan  verirdi.  İyulun  23-də  Bakıya  gələn  gəmilərlə  4  zirehli  avtomobil 
gətirilmişdi.
165
 
Bakı  Soveti  və  Sentrokaspi  Diktaturası 
qoşunlarının  hansı  növ  zirehli  avtomobillərlə 
silahlanması  barədə  ədəbiyyatda  məlumat 
yoxdur. 
Burası 
məlumdur 
ki, 
zirehli 
avtomobillərin  bir  neçəsi  qənimət  kimi  ələ 
keçirildikdən  sonra  bərpa olunmuş  və  1919-20-
ci  illərdə  Azərbaycan  ordusunda  istifadə 
edilmişdir.  Azərbaycan  ordusuna  aid  tarixi 
sənədlər  sübut  edir  ki,  orduda  pulemyotlarla 
silahlanmış"Ostin-Putiloves", 
top 
və 
pulemyotlarla  silahlanmış  "Qarford-Putiloves" 
və  "Perley"  adlandırılan  zirehli  avtomobillər 
olub.
166
  Birinci  və  ikinci  növ  avtomobillərin  taktiki-texniki  göstəricilərini  müəyyən  etmək  çətin  olmasa  da, 
"Perley" zirehli avtomobili haqda məlumat yoxdur, ümumiyyətlə, dünyada bu adda zirehli avtomobil olmayıb. 
Ehtimal  ki,  sənədlərdə  söhbət  adətən  "Pirles"  adı  ilə  göstərilən  zirehli  avtomobildən  gedir.  "Pirles"  zirehli 
avtomobili  Britaniya  istehsalı  olsa  da,  Rusiya  da  ondan  müxtəlif  cəbhələrdə  istifadə  edib.  2  pulemyotla 
silahlanan avtomobilin iki nəfərlik heyəti vardı. 
1915-ci ildən istehsalına başlanan "Ostin-Putiloves" zirehli avtomobili 8 mm-lik zireh lövhələrlə örtülmüş 
korpusdan  ibarət  olmaqla,  2  qüllədə  qurulmuş  iki  ədəd  "Maksim"  pulemyotu  ilə  silahlanmışdı.  Zirehli 
avtomobilin  göstəriciləri:  çəkisi-  5,2  t,  ölçüləri  -  4,9  x  1,75  x  2,4  m,  heyəti  -  5  nəfər,  mühərriki  -  benzin 
yanacaqlı,  4  silindrli,  50  at  gücündə,  təkər  formulu  4x2,  sürəti  -  50  km/  saat,  yanacaq  çəninin  bir  dəfə 
doldurulması ilə dəf edilən məsafə - 200 km.
167
 
1914-cü  ildən  istehsal  edilən  "Qarford-Putiloves"  zirehli  avtomobilinin  daha  ağır  silahları  vardı.  Bu 
avtomobil  xüsusi  qüllədə  qurulmuş  bir  ədəd  76,2  mm-lik  səhra  topu  və  üç  ədəd  "Maksim"  pulemyotu  ilə 
silahlanmışdı.  Zirehli  avtomobilin  göstəriciləri: 
çəkisi - 8,6 t, heyəti - 8 nəfər, mühərriki - benzin 
yanacaqlı,  4  silindrli,  35  at  gücündə  təkər 
formulu  4x4,  sürəti  -  20  km/  saat,  yanacaq 
çəninin  bir  dəfə  doldurulması  ilə  dəf  edilən 
məsafə - 120 km.
168
 
Tətbiqi  böyük  bilik  və  bacarıq  tələb 
etməyən  zirehli  avtomobillərdən  Bakı  Soveti 
qoşunları  geniş  istifadə  edirdi.  Bəzi  hallarda 
zirehli avtomobillərin fəaliyyətini zirehli qatarla 
uzlaşdırmaq müsbət nəticə verirdi. İyulun 10-14-
də  Müsüslü  və  Karrar  stansiyaları  uğrunda 
gedən  doyüşlərdə  2  zirehli  qatar,  5  zirehli  avtomobil  və  8  topdan  ibarət  qrup  çevik  qüvvə  kimi  bolşevik 
qoşunlarının  atəş  üstünlüyünü  təmin  etmişdi.  Göyçay  döyüşlərində  bolşeviklərin  6  zirehli  avtomobili  iştirak 
edirdi.  Şamaxı  şəhərinin  azad  edilməsi  zamanı  Qafqaz  İslam  Ordusu  bir  zirehli  avtomobil  qənimət  kimi 
götürülmüşdü.
169
 
 
 L.  Biçeraxovun  dəstəsində  4  zirehli  ingilis  avtomobili  var  idi.  Yevlax  yaxınlığında  gedən  döyüşlərdə 
onlardan biri saz vəziyyətdə türk-Azərbaycan qoşunlarının əlinə keçdi. Sentrokaspi Diktaturasının qoşunları da 
zirehli avtomobillərdən geniş istifadə edirdi. Avqustun 19-da Bakı ətrafında daralan mühasirə halqasını yarmağa 
çalışan  diktatura  qoşunları  Maştağa  kəndinə  3  zirehli  avtomobilin  müşayiəti  ilə  500  piyada,  700  süvari 
yeritmişdilər.  Türk-Azərbaycan  qoşunları  hərəkət  edən  hədəflərə  top  atəşi  açmaqda  müəyyən  təcrübə 
topladığından  onlara  qarşı  açıq  döyüşdə  zirehli  avtomobillərdən  istifadə  etmək  çətinləşirdi.  Bunu  özləri  ilə  3 
zirehli avtomobil gətirən ingilislər də görürdülər. 
                                                           
165
Дарабади П.Г. Военные вопросы, с.113. 
166
Suleymanov M. Azərbaycan Ordusu, s.241.
 
167
Гоголев Л.Д. Бронемашины. Москва, 1986, c.17.  
168
Yenə orada, c.20.
 
169
 Süleymanov M. AzərbaycanOrdusu (1918-1920). Bakı, 1998, s.111. 

59 
 
Avqustun  27-də  hazırlanan  irimiqyaslı  əkshücumda  diktaturanın  3  zirehli  avtomobili  iştirak  etməli  idi. 
Sentyabrın əvvəllərində Bakıda Sentrokaspi Diktaturasının və ingilslərin 6 zirehli avtomobili var idi ki, onlardan   
sentyabrın   14-də   baş   verən   döyüşdə   geniş   istifadə edilmişdi.
170
 
General  Denstervilin  qeydlərinə  görə,  "altı  zirehli  avtomobil  -  üç  ingilis  və  üç  rus  maşını  vardı,  zirehli 
avtomobillər markiz d Albissinin tabeliyidə idi; onların hamısı öz işini gözəl bilirdi". 14 sentyabr döyüşlərinin 
gedişinə toxunan general Denstervil yazır ki, "altı zirehli avtomobil düzən ərazidə uğurla çalışırdı". Daha sonra 
ingilis qoşunlarının Bakıdan təxliyyə olunduğuna toxunan general bu zirehli avtomobillərin və otuz ədəd "ford" 
yük maşınlarının sıradan çıxarılaraq şəhərdə qaldığını da etiraf edir.
171
 
Artilleriya.  Digər  silahlar  kimi,  toplar  da  Bakı  Soveti  qoşunlarına  tərxis  olunan  ordu  hissələrindən 
keçmiş  və  ya  hərbi  anbarlardan  götürülmüşdü.  Həmçinin  Rusiyadan  göndərilən  toplar  da  Qırmızı  Ordunun 
artilleriya parkınşı böyüdürdü.  1918-ci ilin mayına Qırmızı ordunun 1-ci korpusunda 12 səhra və 3 dağ topu, 4 
mortir  var  idi.  Onların  əsasında  3  səhra  batareyası,  1  dağ  və  1  mortir  batareyaları  tərtib  edilmişdi.  İyunda 
Rusiyadan  12  ədəd  dörddüymlük  top  göndərilmişdi.  İyulun  axırlarında  Bakının  müdafiəsinə  göndərilmiş 
Q.K.Petrovun yaxşı silahlanmış dəstəsində altıtopluq batareya var idi. Tələb olunandan artıq toplara malik olan 
Bakı  Sovetinin  qoşunlarına  əsasən  onların  ehtiyat  hissələri      və      mərmilər      gərəkli      idi.  Sentrokaspi 
Diktaturasının qoşunları da çoxsaylı artilleriyaya malik idi. General Denstervil gündəliyində yazır ki, anbarlarda 
olan toplar və onların ehtiyat hissələri hesabına Bakıda mühafizə olunan topların sayı otuza çatdırıldı (avqustun 
əvvəlləri). Onun qeydlərinə görə, "Bakı artilleriyası kifayət qədər yaxşı idi". 
Avqustun  27-nə  planlaşdırılan  irimiqyaslı  əkshücumda  2  qaubitsa,  28  səhra  topu  və  2  dağ  topu  iştirak 
etməli  idi  (mövqelərin  qorunması  üçün  ayrılan  topları  da  əlavə  etsək,  kifayət  qədər  böyük  rəqəm  alınır). 
Sentyabrın  əvvəllərində  baş  verən  döyüşlərdə  səhra  və  dağ  toplarından  başqa  4  qaubitsa  iştirak  edirdi.  Bakı 
uğrunda gedən döyüşlər zamanı mövqelərini itirən Sentrokaspi Diktaturasının qoşunları salamat qalmış topları 
Ermənikənddə  yerləşdirmiş  və  elə  buradaca  sentyabrın  14-də  türk-Azərbaycan  qoşunları  tərəfindən  2  ədəd 
qaubitsa, 8 səhra və 2 dağ topu tam işlək vəziyyətdə və mərmi ehtiyatı ilə ələ keçirildi. 
Bakı  Soveti  və  Sentrokaspi  Diktaturasının  qoşunları  tərəfindən  aşağıdakı  top  növləri  istifadə  edilirdi: 
1902-ci il nümunəli üçdüymlük səhra topu, 1909-cu il nümunəli üçdüymlük dağ topu, 1910-cu il nümunəli 48 
xətlik  (122  mm-lik)  qaubitsa  (bəzi  mənbələrdə  dörddüymlük  top  kimi  göstərilir),  1883-cü  il  nümunəli  6 
düymlük (152 mm-lik) səhra mortiri. 
                                                           
170
 Yenə orada,s.123. 
171
Денстервиль, c.126. 
 

60 
 
1902-ci  il  nümunəli  üçdüymlük  (76,2  mm-lik)  səhra  topu  dövrün  ən  yaxşı  səhra  topu  sayılır,  I  Dünya 
müharibəsində əla nəticələr göstərmişdir. Тор trotilli, melinitli, boğucu, zəhərli, şrapnel mərmiləri ilə atəş aça 
bilərdi.  1909-cu  il  nümunəli  üçdüymlük  dağ  topu  çətin 
keçilən  ərazilərdə  əvəzedilməz  idi,  tələb  olunanda 
sökülmüş vəziyyətdə at və ya qatır belində daşınırdı. Bu 
tip  toplar  özlərini  şəhər  döyüşlərində  də  yaxşı 
göstərmişdilər:  lülənin  enib-qalxma  bucağının  böyük 
olması  evlərin  damına  və  yuxarı  mərtəbələrə  atəş 
açmağa  imkan  verirdi.  Тор  dağ  şrapneli  və  dağ 
qumbarası ilə atəş açırdı. 
1910-cu il nümunəli 48 xətlik (122 mm-lik) qaubitsa 23,3 kq mərmilərlə atəş açaraq səhra istehkamlarının 
dağıdılması  zamanı  istifadə  edilirdi.  Eyni  məqsədlərlə  ona  nisbətən  az  çevik  olan  6  düymlük  (152  mm-lik 
)1883-cü il səhra mortirləri istifadə edilirdi. 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə