1
T. Ə. ƏZĠZOV
AZƏRBAYCAN XX ƏSRĠN
ƏVVƏLLƏRĠNDƏ
ÜMUMĠ TARĠXĠ ĠCMAL
BAKI - “ZAMAN” - 1997
2
Elmi redaktoru
XƏLĠL KÖÇƏRLĠ
tarix elmləri doktoru, professor
Rəyçilər: QURBAN BAYRAMOV,
tarix elmləri doktoru, professor
SƏTTAR ALLAHVERDĠYEV,
tarix elmləri namizədi, dosent
Əzizov Türyan Əziz oğlu.
Azərbaycan XX əsrin əvvəllərində. Bakı, «Zaman», 1997. 256 səh.
Kitab 1901 - aprel 1920-ci illərdə Azərbaycanın iqtisadi-sosial və ictimai-siyasi
həyatından, mədəniyyətindən bəhs edir. Bu dövrün hadisə və məsələləri hazırkı
milli müstəqillik şəraitində təşəkkül tapmış elmi konsepsiyalara uyğun surətdə
gözdən keçirilir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Ə 0503020907 – 1 elansız
045-97
© «Zaman», 1997
3
ÖN SÖZ
XX əsrin əvvəllərində Şimali Azərbaycanda bir sıra çox mühüm hadisələr
baş vermişdir.
Çar Rusiyasının müstəmləkə ucqarlarından olan Azərbaycanda təsərrüfat
həyatının bütün sahələrində kapitalist istehsal münasibətləri inkişaf edirdi.
Azərbaycan milli burjuaziyasının iqtisadi gücü və siyasi fəallığı artırdı. Rusiyada
cərəyan edən ictimai-siyasi hadisələrin, ələlxüsus, birinci rus inqilabının təsiri
altında Azərbaycanda milli-demokratik hərəkat geniş vüsət almışdı. Oyanmaqda
olan milli şüur artıq formaya düşmüş, azadlıq və müstəqillik ideyaları milli ictimai
fikri əhatə etmişdi. Milli-azadlıq hərəkatının M. Ə. Rəsulzadə, Ə. M. Topçubaşov,
F. Xoyski, Y. Nəsibbəyli və digər görkəmli xadimləri meydana gəlmişdi.
Bu dövrün ən mühüm hadisəsi - Azərbaycan Demokratik Respublikasının
yaranması idi. Yüz ildən artıq rus müstəmləkəçilərinin əsarəti altında qalmış
Azərbaycan xalqı, nəhayət, milli istiqlaliyyət əldə etdi. Şərqdə ilk dəfə olaraq,
Azərbaycanda demokratik dövlət quruldu. Azərbaycan Demokratik Respublikası
cəmi 23 ay yaşadıqdan sonra, yenidən, lakin bu dəfə rus bolşevikləri tərəfindən
işğal edildi.
Fəqət xalqın milli azadlıq və müstəqillik uğrunda mübarizəsi hədər
getmədi. 70 ildən artıq Azərbaycanı öz əsarəti altında saxlayan Sovet imperiyası
dağıldı. 1991-ci ilin oktyabrında Azərbaycan yenidən müstəqillik qazandı. Vaxtilə
M. Ə. Rəsulzadənin çox uzaqgörənliklə dediyi sözlər təsdiq edildi: «Bir kərə
yüksələn bayraq bir daha enməz».
1997-ci il yanvarın 31-də Azərbaycan Prezidenti Heydər Əliyev
respublikanın tanınmış alimləri ilə görüşündə demişdir: «Azərbaycanın XX əsr
tarixi yazılmalıdır... XX əsr çox mürəkkəb bir əsrdir. Bu əsrdə dünyada və
respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələr məlumdur. Ancaq bu
XX əsrdə yaşadığımız ideologiyaya və konsepsiyaya görə bizim tariximiz təhrif
olunmuşdur».
Təqdim edilən kitabda tarixi reallıqlar öz əksini tapmışdır.
4
I FƏSĠL
XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ AZƏRBAYCANIN ĠQTĠSADĠYYATI
VƏ SOSĠAL HƏYATI
XX əsrin əvvəllərində Şimali Azərbaycanın
*
ərazisi 104 min kvadrat
kilometr idi. (Bu, Azərbaycan Respublikasının indiki ərazisindən 18 min kvadrat
kilometr çoxdur). Ölkə inzibati cəhətdən Bakı və Yelizavetpol quberniyalarına,
xüsusi Zaqatala dairəsinə bölünmüşdü. Quberniyaların tərkibində 14 qəza vardı.
Bakı, Cavad, Quba, Şamaxı, Göyçay və Lənkəran qəzaları Bakı quberniyasının;
Yelizavetpol, Qazax, Nuxa, Ərəş, Cavanşir, Şuşa, Cəbrayıl (1904-cü ildən
Qaryagin) və Zəngəzur qəzaları isə Yelizavetpol quberniyasının tərkibinə daxil idi.
Çarizm zamanı əhalisi əsasən azərbaycanlılardan ibarət olan Naxçıvan
ərazisi inzibati cəhətdən İrəvan quberniyasına daxil edilmişdi. İrəvan quberniyası
əhalisinin
1
/
3
hissəsindən çoxunu azərbaycanlılar təşkil edirdi.
Gürcüstanın və Dağıstanın Azərbaycanla qonşu rayonlarında yığcam
halda yüz minlərlə azərbaycanlı yaşayırdı.
1913-cü ildə Azərbaycan əhalisinin sayı 2453 min nəfər olmuşdur.
§ 1. SƏNAYE
XIX əsrin axırlarına doğru Rusiyada kapitalizm sürətlə inkişaf etməyə
başladı.
Rusiyanın iqtisadi inkişafında onun müstəmləkələri, o cümlədən
Azərbaycan mühüm rol oynayırdı. Çar hökuməti rus burjuaziyası və
mülkədarlarının mənafeyini güdərək, müstəmləkələrdə sənayenin inkişafına hər
vəchlə mane olur, milli ucqarları özünün ucuz xammal bazası kimi saxlamağa
çalışırdı.
Lakin çarizm Rusiya sənayesinin, ələlxüsus, neft, mis, xam ipək, pambıq
ipliyi və başqa bu kimi xammala olan tələbatını ödəmək üçün müstəmləkələrdə bir
sıra istehsal sahələrini inkişaf etdirməyə məcbur idi.
a) Neft sənayesi
Neft sənayesi 1900-1903-cü illərin ümumi böhranı və durğunluq
dövründə: Azərbaycanda neft Abşeron yarımadasında çıxarılırdı. Bakının
ətrafındakı Sabunçu, Balaxanı, Bibiheybət, Ramana neftin çıxarıldığı əsas rayonlar
idi.
*
Bundan sonra müxtəsər şəkildə ―Azərbaycan‖ işlənəcəkdir.
5
XIX əsrin axırlarına doğru neft hasilatı sürətlə artmağa başladı. 1901-ci
ildə dünyada çıxarılan neftin 51,6 faizi Rusiyanın payına düşürdü ki, bunun da 95
faizini Bakı verirdi.
Rusiya iqtisadiyyatına güclü zərbə vurmuş 1900-1903-cü illərin ümumi
böhranı az sonra Azərbaycanın neft sənayesini də bürüdü. Neft hasilatı xeyli
azaldı. 1901-ci ildə 671 milyon puddan
*
çox neft çıxarıldığı halda, 1903-cü ildə
hasilat 11 faiz azalaraq, 597 milyon puda endi. Neft quyuları qazılması təqribən iki
dəfə azaldı. Neft emal edən 86 zavoddan 31-i dayandı.
Böhran illərində xeyli kiçik və orta müəssisə müflisləşib aradan çıxdı.
1901-ci ildə 171 neft şirkətindən yalnız 146-sı, 1903-cü ildə isə 136-sı qaldı.
Bakıdan Rusiyaya və xarici ölkələrə hər il orta hesabla 500 milyon pud
neft göndərilməsinə baxmayaraq, anbarlarda 130 milyon puddan artıq neft yığılıb
qalmışdı. Neftin satış qiyməti iki dəfədən çox aşağı düşmüşdü.
Bu dövrdə Bakıda 5-6 yüz fəhləsi olan 15 kiçik kimyəvi zavod işləyirdi.
Zavodlar ağ və qara sulfat turşusu, surraqat, natrium hidroksid, sodalar, təkər yağı
və s. istehsal edirdi.
İstehsal səviyyəsi aşağı düşdüyünə görə, neft sənayesində çalışan fəhlə və
qulluqçuların sayı xeyli azaldı. 1901-ci ildə 36 minə yaxın neftçi fəhlə və qulluqçu
olduğu halda, 1903-cü ildə onların sayı heç 27 min nəfərə də çatmırdı.
Neft sənayesində böhranın ardı ilə on ildən artıq davam edən durğunluq
dövrü başladı. Bu dövrdə illik hasilat heç zaman 500 milyon pud, neft ixracatı isə
400 milyon pud səviyyəsinə qalxa bilmədi.
1905-ci ildə cəmi 410 milyon pud neft çıxarıldı. Birinci rus inqilabı
illərində 51 neft emalı zavodunun 19-u dayandı. Ağ neftin istehsalı daha çox
azaldı. 1904-cü ildə 145 milyon pud ağ neft istehsal edildiyi halda, sonrakı bütün
illərdə bu səviyyə həmişə 100 milyon puddan aşağı olmuşdur.
1907-ci ilin martında dünyada ən uzun Bakı-Batum neft kəməri çəkildi.
829 verst
*
uzunluğunda olan bu kəmər ildə 60 milyon pud neft nəql etməyə imkan
verirdi.
Rusiyada iqtisadiyyatın nisbi yüksəlişi illərində neftə tələbat xeyli artdı.
Neft hasilatı isə, əksinə, üç il ərzində 50 milyon pud azalaraq, 1913-cü ildə 450
milyon puda endi. Həmin dövrdə neft emal edən 64 zavoddan 54-ü qalmışdı ki,
onlardan da yalnız 30-u tam gücü ilə işləyirdi.
1913-cü ildə Azərbaycanda əsrin əvvəlində olduğundan 33 faiz az neft
çıxarılmışdı. İndi o, hasilatın səviyyəsinə görə ABŞ-dan dörd dəfə geri qalırdı.
Ölkədə əsl neft qıtlığı yarandı, onun qiyməti durmadan artdı. 1910—
1913-cü illər arasında neftin hər pudunun qiyməti 15 qəpikdən 42 qəpiyə qalxdı.
*
62,5 pudun 1 tondur.
*
1 verst-1.06 kilometrdir.
6
Neftin qiymətinin bu cür kəskin şəkildə artması, həmin illərdə hasilatın hələ 50
milyon pud azalmasına baxmayaraq, kapitalistlərə böyük mənfəət gətirdi. Üç il
ərzində onların neftdən götürdükləri xalis gəlir dörd dəfə artaraq, 1913-cü ildə 94
milyon manatı ötüb keçdi. Təkcə «Nobel qardaşları» şirkəti 30 milyon manat əsas
kapitalla 18 milyon manatdan çox xalis gəlir götürdü.
Neftin qiymətinin bahalaşması ilə əlaqədar olaraq bir sıra istehsal sahələri
daha ucuz başa gələn daş kömürə, hətta ağac kömürünə keçdilər.
Azərbaycanın qəzalarında neft axtarışı gücləndirildi. Lakin Neftçalada və
bəzi yerlərdə az miqdarda neft tapılıb çıxarıldıqdan sonra axtarış işləri, demək olar
ki, dayandırıldı.
1913-cü ildə Azərbaycan neft sənayesində fəhlə və qulluqçuların ümumi
sayı 45 min nəfərə çatırdı. Onlardan 29 min nəfər neft çıxarılmasında, 8,3 min
nəfər quyu qazılmasında, 4 min nəfər neft emalı zavodlarında, 3,7 min nəfər digər
köməkçi müəssisələrdə çalışırdı. Fəhlələrin 40 faizə qədərini azərbaycanlılar təşkil
edirdi. Neft sənayesində ixtisas tələb etməyən işlərdə Cənubi Azərbaycandan
gəlmiş mövsumi fəhlələrdən istifadə olunurdu.
Neft qıtlığının səbəbi nə idi?
Birinci səbəb neftin çıxarılması və emalı sahəsində yeni texnologiyalardan
çox zəif istifadə edilməsi idi.
Bu zaman artıq kompressor və burma-qazıma üsulları, dərinlik nasosları
və qazlift kəşf edildiyi halda, neftin 95 faizi yenə də dartac üsulu ilə çıxarılırdı.
1913-cü ildə istehsalın cəmi 6 faizi mexanikləşdirilmişdi. Neftin yalnız 30 faizi
elektrik enerjisinin, qalan 80 faizi isə yenə də buxar mühərriklərinin gücü ilə
çıxarılırdı.
Neftin emalı da köhnə metodlarla aparılırdı, halbuki bu zaman daha
səmərəli krekinq istehsal prosesi ixtira edilmişdi. Emal müəssisələri çıxarılan
neftin öhdəsindən gələ bilmirdi. Hər il 100-150 milyon pud xam neft emal
edilməmiş qalırdı. Odur ki, neftə olan yüksək tələbat daha aşağı keyfiyyətli neft
məhsulları ilə ödənilirdi; mazut neft hasilatının yarıdan çoxunu təşkil edirdi.
Bakı neftinin əsas istehsalçıları olan rus, erməni və əcnəbi kapitalistləri
daha asan yolla varlanmağa çalışaraq, nefti fontan vasitəsilə çıxarmağa can atır,
neftlə zəngin olan aşağı layları istismar etmək və yeni texnologiyaları geniş tətbiq
etmək üçün əlavə vəsait xərcləmək istəmirdilər.
İkinci səbəb o idi ki, ölkənin daxilində heç bir rəqibi olmayan və daha
ucuz Amerika neftinin Rusiya bazarına soxulmasının qarşısını almış yüksək
hökumət gömrüyü ilə qorunan Bakı neft maqnatları hasilatı süni sürətdə azaltmaq
yolu ilə nefti istədikləri qiymətə sata bilirdilər.
Neftin qiymətinin qalxmasından varlanan sənayeçilər mövcud vəziyyəti
saxlamağa çalışırdılar. Bu cəhətdən neft istehsalçılarını birləşdirən «Bakı neft
sənayeçiləri qurultayı Şurası» (BNSQŞ) daha fəallıq göstərirdi. Bu nüfuzlu
təşkilatın üzvləri yüksək səviyyəli müşavirələrdə, komissiyalarda iştirak edərək,
7
Bakı neft sənayeçilərinin mənafeyini qoruyur, hökumətin neft istehsalçılarına
sərfəli olmayan qərarlar çıxarmasına ciddi müqavimət göstərirdilər.
Neftin qiymətinin sənayeçilər tərəfindən süni sürətdə bahalaşdırılması ilə
əlaqədar olaraq, iri istehlakçılar hökumətə şikayət ərizələri yazıb göndərdilər.
1913-cü ildə neft məsələsi hətta Dövlət dumasında dəfələrlə müzakirə edildi. Neft
sənayesindən böyük qazanc götürən çar hökuməti neftli sahələrin tükəndiyini,
quyuların məhsuldarlığının aşağı düşdüyünü, neftə olan tələbatın durmadan
artdığını və başqa bəhanələr gətirərək, həmişə neft sənayeçilərinin tərəfini
saxlayırdı.
Azərbaycan neftindən xəzinənin orta illik gəliri 100 milyon manatdan çox
idi.
Birinci dünya müharibəsi illərində neft məhsullarına tələbat son dərəcə
artdı. Xaricdən daş kömür gətirməyin mümkün olmaması və Polşadakı kömür
mədənlərinin itirilməsi Rusiyanın yanacaq vəziyyətini daha da ağırlaşdırdı. Neft
məhsullarının xeyli hissəsinin hərbi sifarişlərin yerinə yetirilməsinə yönəldilməsi
qıtlığı xüsusilə kəskinləşdirdi. Yanacaq olmadığına görə ölkədə irili-xırdalı
yüzlərlə müəssisə bağlandı, minlərlə fəhlə küçəyə atıldı. Xaricə neft göndərilməsi
dayandırıldı.
Bununla belə, anbarlarda külli miqdarda neft məhsulu saxlanılırdı. 1916-cı
ildə Bakının anbarlarında 130 milyon puddan çox neft ehtiyatı vardı. Sənayeçilər
nefti satışa buraxmamaqla onun qiymətini daha da yüksəltməyə çalışırdılar.
Köhnə neftçıxarma rayonlarında hasilat azalmaqda davam edirdi. Yalnız
yeni istifadəyə verilən Suraxanı, Binəqədi, Svyatoy adası mədənlərinin hesabına
müharibəqabağı neft hasilatı səviyyəsi qismən saxlanılırdı.
Xam neftin təmizlənməsində başlıca maddə olan sulfat turşusu, kaustik
soda çatışmırdı. Bakı zavodlarında istehsal edilən sulfat turşusu partlayıcı maddələr
hazırlamaq üçün hərbi nazirliyin sərəncamına verilmişdi. Ona görə müharibə
illərində qiymətli neft məhsullarının - ağ neftin, yağların və sairin istehsal
səviyyəsi iki dəfəyə yaxın azalaraq ümumi məhsulun
1
/
4
hissəsini təşkil etmiş,
mazut başlıca hasilat növünə çevrilmişdi.
Müharibə illərində işləyən 15 kimyəvi zavod, əsasən, hərbi sifarişləri
yerinə yetirirdi.
Bu dövrdə Azərbaycan neft sənayesi çox borbad hala düşdü. Müharibənin
sonuna yaxın mədən-zavod avadanlığının yarısı sıradan çıxmışdı. Neft sənayesinə
900 milyon manata qədər zərər dəymişdi.
Neft sənayesində istehsalın təmərküzləĢməsinin qüvvətlənməsi.
Ġnhisarlar: 1901-ci ildə 146 neft şirkəti arasında təkcə üç ən iri şirkət (―Nobel
qardaşları‖, ―Xəzər-Qara dəniz birliyi‖ və ―A. İ. Mantaşov və K°‖) neftin 25
faizindən çoxunu, benzinin 40 faizini istehsal edirdi.
8
1903-cü ildə Tağıyev, Bünyadov, Aşurov və başqa gəmi sahiblərinin
təşkil etdikləri «Maye yanacaq daşıyan gəmilər ittifaqı» Xəzər dənizi vasitəsilə neft
məhsullarının xeyli hissəsini daşıyırdı.
1906-cı ildə 178 şirkətin hasil etdiyi neftin 44 faizi təkcə yeddi ən iri
şirkətin payına düşürdü. Müharibəqabağı illərdə 37 ən iri şirkət qalan 136 şirkətin
birlikdə çıxardıqları 69 milyon pud neftdən beş qat artıq - 350 milyon pud neft
hasil etmişdi.
Həmin dövrdə neftin emalı sahəsində də güclü təmərküzləşmə gedirdi.
Təqribən 50 neft emalı müəssisəsi içərisində 6 iri zavodun payına ümumi
məhsulun 65 faizi düşürdü.
İstehsalın
təmərküzləşməsi
ilə
yanaşı
fəhlə
qüvvəsinin
də
təmərküzləşməsi güclənirdi. 1915-ci ildə neft sənaye fəhlələrinin 64,5 faizi
işçilərinin sayı 500 nəfərdən çox olan iri və ən iri müəssisələrdə çalışırdı. Bu cür
müəssisələr isə bütün müəssisələrin yalnız 10,4 faizini təşkil edirdi.
Abşeron yarımadasında neftli torpaqlar da sürətlə təmərküzləşirdi. 1916-cı
ildə istismar olunan neftli torpaqların 480 desyatinə qədəri (43 faizi) təkcə 6 ən iri
şirkətin, yəni bütün şirkətlərin 4 faizinin payına düşürdü.
Neft sənayesinin səhmləşdirilməsi geniş miqyas aldı. Əgər 1901-ci ildə
əsas kapitalı 174 milyon manat olan 51 səhmdar cəmiyyəti (şirkət) vardısa, artıq
1916-cı ildə əsas kapitalı 380 milyon manata çatan 141 səhmdar cəmiyyəti
fəaliyyət göstərirdi.
Səhmdar cəmiyyətlərinin işində, ümumiyyətlə, kapitalist istehsalının
təşkilində banklar mühüm rol oynayırdılar.
XX əsrin əvvəllərində Azərbaycanın neft sənayesində Rusiya Dövlət
Bankının və 10-dan artıq rus səhmdar bankının şöbələri fəaliyyət göstərirdi.
1914-cü ilin aprelində H. Z. Tağıyev və Musa Nağıyev tərəfindən ilk milli
bank - Bakı tacir bankı təşkil edildi. Bu bank, ilk növbədə, neft sənayesinin
ehtiyaclarını ödəmək məqsədi güdürdü.
Banklar müəyyən faizlə sənaye müəssisələrinə borc pul verir, çox zaman
səhmdar şirkətlərin səhmlərinin bir hissəsini satın almaqla onların payçılarına
çevrilirdilər. Məsələn, 1914-cü ildə «Nobel qardaşları» şirkətinin 30 milyon manat
dəyərində səhmlərinin 68,5 faizi 23 banka məxsus idi.
Bəzən banklar ayrı-ayrı şirkətlərin səhmlərinin yarıdan çoxunu öz əlinə
keçirərək, əslində, onları nəzarət altına alırdılar. Təkcə Rusiya-Asiya səhmdar
bankı 18 iri neft şirkətinə nəzarət edirdi.
1917-ci ildə iri banklar 317,6 milyon manat (bütün səhmdar kapitalın 84
faizi qədər) səhmdar kapitalı olan 60 iri neft müəssisəsini öz nəzarəti altına
almışdı. İstismar edilən quyuların 76 faizə qədəri və ümumi neft hasilatının 94
faizdən çoxu səhmdar cəmiyyətlərin payına düşürdü.
Sənaye müəssisələrinin banklar tərəfindən maliyyələşdirilməsi onların
arasındakı əlaqələri daha da möhkəmləndirirdi.
9
1913-cü ildə 12 bankın 42 nəfər nümayəndəsi ayrı-ayrı neft şirkətlərinin
idarə heyətlərində 96 vəzifəni öz əlinə keçirmişdi. Məsələn, Peterburq uçot və
kredit bankı sovetinin üzvü T. V. Belozerski Rus «Neft» şirkəti idarə heyətinin
sədri, digər bir şirkətin direktoru, üçüncüsünün heyət üzvü, həmçinin 20-dən artıq
müəssisənin idarə heyəti tərkibinə daxil idi. Yaxud, Rusiya-Asiya bankı idarə
heyətinin sədri A. İ. Putilov bir neft şirkətinin direktoru, iki şirkətin idarə heyətinin
üzvü idi.
Bakı neft sənaye şirkətlərinin nümayəndələri də, öz növbələrində,
bankların idarə heyətlərinə daxil olurdular. Məsələn, nəhəng inhisar birliyinin
başçısı E. L. Nobel Volqa-Kama bankının sədri idi və s.
Beləliklə, Azərbaycan neft sənayesində iri baik və sənaye kapitallarının
qovuşması nəticəsində güclü maliyyə hegemonluğu yaranmışdı.
Neft sənayesində xarici kapital mühüm rol oynayırdı. Xarici kapital neft
sənayesinə, əsasən, səhmdar cəmiyyətlərinin səhmlərini ələ keçirmək, habelə kiçik
şirkətləri satın almaq yolu ilə soxulurdu.
Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanda əsrin əvvəlində
olduğundan 10 dəfə çox—112,6 milyon manat məbləğində xarici kapital vardı.
Bunun 54,3 milyon manatı ingilislərə, 48,3 milyon manatı fransızlara, 10 milyon
manatı almanlara məxsus idi. Bu zaman neft sənayesində xarici kapital 42 faiz
təşkil edirdi.
Neftin çıxarılması, emalı və satışı sahəsində üstünlük uğrunda şirkətlər
arasında güclənən rəqabət inhisar birliklərinin yaranmasına gətirib çıxartdı.
İstehsalın
təmərküzləşməsinin,
kapitalın
mərkəzləşməsinin,
istehsalın
ictimailəşməsinin çox yüksək səviyyəyə qalxması bu prosesə güclü təkan verdi.
Hələ 1900-cü ildə «Nobel qardaşları» şirkəti ilə Rotşildin «Mazut» şirkəti arasında
«Nobmazut» adlı kardel sazişi bağlanmışdı. Bu sazişə görə, neft satışı bazarları
həmin iki şirkət arasında bölünürdü. «Nobmazut», həmçinin, Xəzər vasitəsilə xeyli
neft daşıyırdı. O, 1914-cü ilə qədər fəaliyyət göstərmişdi.
1909-cu ilin əvvəlində Nobel və digər dörd kapitalist arasında sulfat
turşusu sindikatı yarandı. Sindikat öz məhsulunu ümumi kontor vasitəsilə yüksək
stabil qiymətə satırdı.
Birinci dünya müharibəsi ərəfəsində və müharibə illərində Azərbaycanın
neft sənayesində, əsasən, üç inhisar birliyi—«Nobel qardaşları», «Şell» və «Rusiya
baş neft korporasiyası» hakim mövqe tutdu.
«Nobel qardaşları» konsernin neft
mədənlərindən
və
emal
müəssisələrindən əlavə, maye yanacaq daşıyan 13 dəniz və 6 çay paroxodu, 147
barjı, 1923 sistern-vaqonu, çoxlu anbar və neft bazaları vardı. Onun təkcə Bakıdakı
müəssisələrində 8 minə yaxın fəhlə və qulluqçu işləyirdi.
1914-cü ildə konsern 44 milyon səhmdar kapitalla 9 şirkətə nəzarət edirdi.
O, təqribən 80 milyon pud neft çıxarmış və başqa şirkətlərin 110 milyon puddan
çox müxtəlif neft məhsullarını alıb, baha qiymətə satmışdı.
10
1917-ci ilin əvvəllərində «Nobel qardaşları» konsernin 74 milyon manat
dəyərində tərpənməz əmlakı və 45 milyon manat məbləğində səhmdar kapitalı
vardı. O, 25 iri neft sənaye və nəqliyyat müəssisəsinin 90 milyon manata yaxın
səhmdar kapitalını öz nəzarəti altına almışdı.
1912-ci ildə xarici bazarda Amerika və ingilis neft birlikləri tərəfindən
sıxışdırılan və daxili bazarda «Nobel qardaşları» konserni ilə mübarizə apara
bilməyən Paris bankiri Rotşild özünün neft səhmlərinin çox hissəsini dünya neft
inhisarçılarından biri olan ingilis-holland «Şell» trestinə satdı. Hələ əsrin
əvvəllərində Bakıda ingilis kapitalı ilə təşkil edilmiş bir sıra kiçik şirkətlərin də
«Şell»in tərkibinə daxil olması ilə trest daha da böyüdü. 1914-cü ildə 77 milyon
səhmdar kapitalla 11 şirkətə nəzarət edən trest 80 milyon puddan çox neft
çıxarmışdı.
1917-ci ilin əvvəllərində «Şell» 13 şirkətin ümumi məbləği 90 milyon
manatdan artıq olan səhmdar kapitalına nəzarət edirdi.
1912-ci ildə Londonda 7 rus bankı, habelə ingilis və fransız bankları
tərəfindən təşkil edilmiş «Rusiya baş neft korporasiyası» (qısaca olaraq «Oyl») çox
iri inhisar birliyi idi.
1914-cü ildə 143 milyon manatdan çox səhmdar kapitalı olan «Oyl»
korporasiyası artıq 20-yə yaxın şirkəti öz nəzarəti altına almış, bir sıra ticarət-
nəqliyyat şirkətləri ilə sindikat sazişi bağlayaraq, onların 79 neft stansiyası,
23 paroxodu, 229 barjı və 1800 sistern-vaqonunun sərəncamçısına çevrilmişdi.
Həmin dövrdə korporasiya hər hansı inhisar birliyindən xeyli çox—110 milyon
puda yaxın neft çıxarmışdı.
1916-cı ildə «Oyl»un tərkibində ən iri şirkət olan Rus «Neft» şirkəti
ayrılıb müstəqil konsern yaratdıqdan sonra korporasiya dağılmağa başladı.
1917-ci ilin əvvəllərində 75 milyon manat səhmdar kapitalı olan Rus
«Neft» konserni 40 milyon puda yaxın neft istehsal etdi. O, səhmdar kapitalının
ümumi məbləği 110 milyon manata çatan 22 şirkəti öz nəzarəti altına aldı.
Beləliklə, Azərbaycan neft sənayesi, demək olar ki, bütünlüklə səhmdar
cəmiyyətlərinin əlində olub, kapitalizmin ən yüksək inkişaf səviyyəsinə çatmışdı.
Dostları ilə paylaş: |