Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
E-mail: serqqapisi@nakhchivan.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 5 (20.659)
11 yanvar 2013-cü il, cümə
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar
Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş
kollegiya iclası keçirilmişdir. İclası giriş sözü ilə
fövqəladə hallar naziri, general-mayor Şamı Ab-
dullayev açaraq nazirliyin 2012-ci ildə gördüyü işlər
barədə geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki,
yola saldığımız 2012-ci il bir çox uğurları ilə Föv-
qəladə Hallar Nazirliyi üçün də yaddaqalan olmuşdur.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev Naxçıvana səfəri zamanı Föv-
qəladə Hallar Nazirliyinin yeni inzibati binasının
açılışında iştirak etmiş, Böhran Vəziyyətlərində İda-
rəetmə Mərkəzində yaradılan şəraitlə, böhran zalında
quraşdırılmış cihaz və avadanlıqlarla, “112” zəng
mərkəzi, mülki müdafiə kursunun sinfi ilə, alınan
texnikalarla yaxından tanış olmuşdur.
Bildirilmişdir ki, hesabat dövründə nazirliyin ayrı-
ayrı şöbələri qarşıya qoyulmuş vəzifələrin yerinə yeti-
rilməsində fəallıq göstərmişlər. Mülki müdafiə işinin
təşkili şöbəsi tərəfindən 17 nazirlikdə, 7 mədəniyyət
müəssisəsində, 12 sahibkarlıq subyektində, 4 səhiyyə
ocağında, 82 təsərrüfat obyektində, 6 Mənzil-İstismar
İdarəsində mülki müdafiə işinin təşkili vəziyyəti yoxla-
nılmış, aşkar olunan çatışmazlıqların aradan qaldırılması
üçün müvafiq aktlar tərtib edilərək aidiyyəti təşkilatlara
göndərilmişdir.
Aprel-may ayları ərzində Araz çayının subasma təh-
lükəsi olan yerlərində monitorinqlər keçirilərək sahil-
bərkitmə işlərinin aparılmasına nəzarət edilmiş, müvafiq
dövlət orqanlarının iştirakı ilə Heydər Əliyev, Arpaçay,
Uzunoba, Sirab, Bənəniyar, Nehrəm Su anbarlarının və
hidrotexniki qurğuların vəziyyəti yoxlanılmışdır.
Nazirliyin mülki müdafiə kursunun dinləyiciləri ilə
komplektləşdirilmə təqvim planına uyğun olaraq, şəhər
və rayonların təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin,
istehsal və sosial təyinatlı obyektlərin rəhbərləri, mülki
müdafiə qərargah rəisləri, hərbiləşdirilməmiş mülki mü-
dafiə qüvvələrinin komandir-rəis heyəti ilə kurslar təşkil
edilmiş, ümumilikdə, 38 tədris qrupunda 828 nəfər din-
ləyici mülki müdafiə və fövqəladə hallara hazırlanmışdır.
Kursun maddi tədris bazası təkmilləşdirilmiş, dinləyicilər
üçün 10 ədəd metodik vəsait hazırlanmışdır.
Hesabat dövründə muxtar respublika ərazisində
yeni tikilən, əsaslı təmir olunan 174 inzibati binanın
zirzəmisi yoxlanılaraq mühafizə qurğusu kimi qey-
diyyata alınmışdır.
Vurğulanmışdır ki, 2012-ci ilin əvvəllərində istismara
verilmiş 10 yeni təhlükə potensiallı obyekt, 134 avadanlıq
və qurğu dövlət reyestrində qeydiyyata alınmış, obyektlərə
qeydiyyat şəhadətnamələri verilmişdir. Hazırda bu işlər
davam etdirilir. Ümumilikdə, qeydiyyatdan keçmiş ob-
yektlərin sayı 79, avadanlıq və qurğuların sayı 769-dur.
Struktur qurumların bölmələri ilə 17 dəfə taktiki-
xüsusi təlimlər keçirilmişdir.
Oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Föv-
qəladə Hallar Nazirliyi “Fövqəladə halların nəticələrinin
aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı
əlaqədə fəaliyyəti, axtarış-xilasetmə işlərinin aparılması
zamanı idarəetmənin təşkili” mövzusunda kompleks
taktiki-xüsusi təlim keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə
mülki müdafiə işinin təşkili sinfi və “112” qaynar
telefon xətti barədə məlumat verilmiş və qeyd olunmuşdur
ki, mülki müdafiə kursları üçün yaradılmış sinif otağı
radiasiya-axtarış, ölçü, dozimetrik nəzarət və kimya
kəşfiyyat cihazları, fərdi və tibbi mühafizə vasitələri ilə
təchiz edilmişdir. Sonra Ali Məclisin Sədri Fövqəladə
Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzinə gələrək təlimin gedişini izləmişdir. Təlimlər
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat
zalından idarə olunmuş, nazirliyin tabeliyində olan qu-
rumlarla videoəlaqə yaradılmış, müvafiq xilasetmə qu-
rumlarının həyata keçirdikləri taktiki təlimlər birbaşa
nümayiş etdirilmişdir.
Fövqəladə hadisələr baş vermiş rayonlara rəhbər he-
yətin və xilasedicilərin daşınması, zədələnmə ocaqlarından
zərərçəkənlərin xilas edilməsi, çətin keçidli yerlərdə
insanların həyat və fəaliyyətinin təmin edilməsi üçün
onlara lazım olan əşya, ərzaq və tibbi əmlakların çatdı-
rılması məqsədilə nəzərdə tutulmuş 1 ədəd Mİ-17-1B
markalı vertolyot ilə 26 dəfə xüsusi təlim-məşq uçuşları
keçirilmişdir. Hesabat ili ərzində Naxçıvan Muxtar Res-
publikası ərazisində baş vermiş fövqəladə hadisələrin
nəticələri aradan qaldırılmış və baş vermiş fövqəladə
hadisələrin qeydiyyatı aparılmışdır.
Nazir bildirmişdir ki, Dövlət Tikintidə Təhlükəsizliyə
Nəzarət İdarəsi də bəhs olunan dövrdə öz işini günün tə-
ləbləri səviyyəsində qurmuş, idarə tərəfindən muxtar
respublika ərazisində tikintisi başa çatdırılmış və ya ti-
kilməkdə olan binalar müvafiq qaydada qeydiyyata
alınmış, 91 tikinti obyektində yoxlamalar keçirilmiş,
7 mühəndis-geoloji axtarış işi aparılmışdır. Tikinti mate-
riallarının dövlət standartlarının tələblərinə cavab ver-
məsinin yoxlanılması ilə bağlı mühəndis-geoloji, sement
və beton laboratoriyasında, ümumilikdə, 226 sınaq və
analiz keçirilmiş, müvafiq protokollar verilmişdir. Keçirilən
sınaqlar zamanı norma və standartların tələblərinə uyğun
olmadığından 2 tipdə beton səki daşları nümunələrinə və
fiziki şəxslər tərəfindən istehsal olunan beton divar daş-
larından 10 sınaq nümunəsinə mənfi rəylər verilmişdir.
Şamı Abdullayev qarşıda duran vəzifələrdən də da-
nışaraq bu vəzifələrin yerinə yetirilməsində nazirliyin
və onun tabeliyində olan strukturların əməkdaşlarına
uğurlar arzulamışdır.
Məruzə ətrafında nazirliyin Əməliyyat şöbəsinin
rəisi, polkovnik Hikmət Kərimovun, Mülki-Müdafiə
Alayının komandiri, polkovnik İspəndiyar Əhmədovun,
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinin
icraçısı, daxili xidmət mayoru Ehtiram Məmmədovun
və başqalarının çıxışları olmuşdur.
Sonda kollegiya iclasının qərar layihəsi oxunmuş və
qəbul edilmişdir.
-
Dilrubə NOVRUZOVA
Naxçıvan Neft və Qaz Məhsulları
Təminatı Müəssisəsində 2012-ci ildə
görülən işlərə və dördüncü çağırış
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin altıncı sessiyasında qar-
şıya qoyulan vəzifələrə həsr olunmuş
yığıncaq keçirilmişdir.
Yığıncağı müəssisənin direktoru
Behruz Əzimov açmış və məruzə
ilə çıxış etmişdir. Qeyd olunmuşdur
ki, 2012-ci ildə muxtar respublika
əhalisinin, təşkilat və müəssisələrin
neft və maye qaz məhsullarına olan
tələbatını təmin etmək məqsədilə
müəssisə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin təşkilatları
ilə güzəştli şərtlərlə, yəni şirkətdaxili
topdansatış qiymətlərindən təchizat
xərcləri çıxılmaqla bağlanmış mü-
qaviləyə əsasən, 15 min 54,3 ton
A-92 benzini, 999,9 ton A-95 ben-
zini, 1214,4 ton A-80 benzini, 74
min 993 ton dizel yanacağı, 23 min
174,2 ton bitum, 9992,4 ton mazut,
140,8 ton müxtəlif yağlar, 4301 ton
maye qaz almışdır.
Bildirilmişdir ki, ötən il müəssisə
tərəfindən 14 min 542,1 ton avto-
benzin, 74 min 540,2 ton dizel ya-
nacağı, 8765,9 ton mazut, 23 min
64,2 ton bitum, 4361,1 ton maye
qaz, 153,7 ton müxtəlif növ yağ ol-
maqla, ümumi dövriyyəsi 57 milyon
231 min 210 manat olan 125 min
427,2 ton müxtəlif neft məhsulları
satılmışdır.
2012-2013-cü ilin payız-qış möv-
sümündə Naxçıvan Muxtar Respub-
likası Təhsil Nazirliyi üzrə 406 min
682 litr dizel yanacağı, 24 min 192
kiloqram maye qaz, Naxçıvan Muxtar
Respublikası Səhiyyə Nazirliyi üzrə
76 min 215 litr dizel yanacağı, 2350
kiloqram maye qaz, Naxçıvan Muxtar
Respublikası Mədəniyyət və Turizm
Nazirliyi üzrə 73 min 50 litr dizel
yanacağı, 3 min 50 kiloqram maye
qaz ayrılaraq həmin nazirliklərin
müəssisələrinə çatdırılmışdır. Hazırda
müəssisənin ehtiyat anbarlarında
1571,5 ton dizel yanacağı, 2820,4
ton mazut, 56,6 ton maye qaz, 2769,7
ton A-92 benzini, 4,1 ton A-95 ben-
zini, 110 ton bitum ehtiyatı vardır.
Müəssisənin rəhbəri 2013-cü ildə
qarşıda duran vəzifələrdən, bu vəzi-
fələrin yerinə yetirilməsinin vacib-
liyindən danışmışdır.
Məruzə ətrafında müzakirələrdə
müəssisənin neft anbarının müdiri
Seyfəddin Rzayev, qaz anbarının
müdiri Kazım Rzayev çıxış etmişlər.
-
Muxtar MƏMMƏDOV
Komitə kollegiyasının 26 yanvar
2012-ci il tarixdə keçirilmiş iclasında
2011-ci ildə görülmüş işlərə yekun
vurulmuş, buraxılmış nöqsanlar
araşdırılmış, 2012-ci il üçün həyata
keçiriləcək tədbirlər müəyyənləş-
dirilmişdir. Naxçıvan Muxtar Res-
publikası Dövlət Statistika Komi-
təsinin 2011-ci il 27 dekabr tarixli
176 nömrəli əmri ilə təsdiq edilmiş
“2012-ci ildə Naxçıvan Muxtar
Respublikası Dövlət Statistika Ko-
mitəsi və yerli statistika orqanları
üçün statistik işlər haqqında pro -
qram”a əsasən, 2012-ci ildə yığı-
lacaq statistik hesabatların siyahısı,
onların yığılma və təqdimedilmə
reqlamenti müəyyənləşdirilmişdir.
2012-ci ildə dövlət statistika
sisteminin informasiya texnolo-
giyalarının texniki və proqram-
texnoloji təminatının təkmilləşdi-
rilməsi istiqamətində bir sıra təd-
birlər həyata keçirilmiş, komitənin
internet saytının hazırlanması işləri
başa çatdırılmışdır. Dövlət Statis-
tika Komitəsinin VEB səhifəsində
statistik məlumatlar, hesabat for-
maları, təlimatlar, metodoloji izah-
lar, elektron kitabxana, statistik
lüğət yerləşdirilmişdir. Bu internet
resursu üzrə müəssisə və təşkilatlar
tərəfindən hesabatların elektron
formada təqdim olunması üçün
“Elektron xidmətlər” bölməsində
“Rəsmi statistik hesabatların təq-
dim edilməsi” menüsü yaradıl-
mışdır ki, hesabat təqdim edən
müəssisə və təşkilatlar statistika
orqanlarına gəlmədən hesabatlarını
internet vasitəsilə elektron formada
təqdim edə bilirlər. Bundan əlavə,
“Elektron xidmətlər” bölməsində
“Statistik məlumatların buraxılış
təqviminin və mətbu məlumatların
yayım təqviminin təqdim edilməsi”
və “Statistik məlumatların (gös-
təricilərin) verilməsi” menüləri
yaradılmışdır ki, bu da, öz növ-
bəsində, istifadəçilərin daha geniş
informasiya əldə etməsinə şərait
yaratmışdır.
Bəxtiyar İsmayılov bildirmişdir
ki, komitənin internet saytında
1995-ci il tarixdən bu günədək
istifadəyə verilmiş obyektlərin ilk
dəfə olaraq elektron fotoqalereyası
və muxtar respublikada sosial-iq-
tisadi inkişafı əks etdirən “Video
arxiv” bölməsi yaradılmışdır. İn-
ternet saytının yaradılması məlu-
matların daha geniş istifadəçi au-
ditoriyasına çatdırılma imkanlarına
nail olunması ilə yanaşı, həmin
məlumatların istifadə müddətinin
artırılmasına imkan verir.
Vurğulanmışdır ki, ötən dövr
ərzində Naxçıvan Muxtar Res-
publikası Dövlət Statistika Komi-
təsinin müvafiq şöbələri tərəfindən
9 adda, o cümlədən “2011-ci ildə
Naxçıvan Muxtar Respublikasının
əsas demoqrafik göstəriciləri haq-
qında”, “2011-ci il ərzində Nax-
çıvan Muxtar Respublikasında
qeydə alınmış inzibati xətalar haq-
qında”, “2011-ci ildə Naxçıvan
Muxtar Respublikasında təhsil,
mədəniyyət, səhiyyə, pensiya tə-
minatı və idman haqqında”, “Mux-
tar respublikada sənayenin inkişafı
haqqında (2012-ci ilin yanvar-
mart, yanvar-iyun, yanvar-sentyabr
aylarında)”, “2011-ci ildə muxtar
respublikada əmək bazarının və-
ziyyəti haqqında”, “2012-ci ilin
yanvar-sentyabr aylarında muxtar
respublikada dövlət büdcəsindən
maliyyələşdirilən istehlakçıların
elektrik və istilik enerjisi, təbii
qaz və suyun istehlakı və rabitə
xidmətlərindən istifadəsi haqqında”
və “2012-ci ilin məhsulu üçün
əkilmiş sahələrə dair” birdəfəlik
təhlili məruzələr hazırlanmışdır.
İş planına uyğun olaraq, ötən
il ərzində uçot vahidlərinin dövlət
reyestrində qeydiyyatda olan tə-
sərrüfat subyektlərinin göstərici-
lərinin aktuallaşması prosesi gö-
rülmüş tədbirlər nəticəsində nə-
zərdə tutulmuş vaxtda başa çatdı-
rılmışdır. Uçot vahidlərinin dövlət
reyestrində qeydiyyatda olan bütün
müəssisələrlə əlaqə yaradılmış,
müvafiq göstəricilər dəqiqləşdi-
rilmişdir. Bu dövr ərzində hesabat
intizamına cəlb olunmayan hüquqi
şəxs qalmamışdır.
Komitə sədri bildirmişdir ki,
qeyd olunanlarla yanaşı, ötən dövr
ərzində işdə bir sıra nöqsanlar da
mövcud olmuşdur. Şöbələr tərə-
findən hazırlanan sənədlərdə səhv-
lərə yol verilir, son variantlar ye-
tərincə yoxlanılmır. Komitə apa-
ratında, şəhər və rayon statistika
idarələrində muxtar respublikadakı
dinamik inkişafla bağlı təhlil ma-
teriallarının, məqalələrin hazırlan-
ması işi çox zəifdir.
Sahələr üzrə qanunvericiliyin
dərindən öyrənilməsi işi ləng ye-
rinə yetirilməkdədir. Müvafiq işin
intensivləşdirilməsi və kadr hazır -
lığının müasir tələblər səviyyəsində
qurulması hazırda ən zəruri mə-
sələlərdən biridir.
Məruzə ətrafında çıxışlar
olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin
mətbuat xidməti
2012-ci il muxtar respublikamız üçün uğurlu olmuşdur
Ötən ilin yekunlarına həsr edilən iclaslarda bu bir daha təsdiqlənmişdir
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində
keçirilən kollegiya iclasını komitənin sədri Bəxtiyar İsmayılov
açaraq məruzə etmişdir. Bildirilmişdir ki, komitənin kollektivi
2012-ci ildəki fəaliyyətinə 29 dekabr 2011-ci il tarixdə keçirilmiş
dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
dördüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin məruzəsindən irəli gələn vəzifələri fəaliyyətində proqram
kimi qəbul etməklə başlamışdır.
* * *
2
Dünən “Naxçıvanqaz” İstehsalat
Birliyində 2012-ci ilin yekunlarına
dаir iclas kеçiril mişdir. İclasda bir-
liyin direktoru Səxavət Abbasov mə-
ruzə ilə çıxış edərək bildirmişdir ki,
əhalinin fasiləsiz və təhlükəsiz təbii
qazla təmin edilməsi, xətt təsərrü-
fatında baş verə biləcək hər hansı
bir nasazlığın vaxtında aradan qal-
dırılması üçün “Naxçıvanqaz” İs-
tehsalat Birliyi və onun tabeliyində
olan şəhər və rayon Qaz İstismar
idarələri tərəfindən kompleks təd-
birlər həyata keçirilir. Muxtar res-
publikada, ümumilikdə, 81 min 456
istehlakçı təbii qazdan istifadə edir.
Bunlardan 1004 əhali abonenti, 149
qeyri-əhali abonenti ötən il təbii
qazla təmin olunmuşdur.
Qaz təsərrüfatında istismarda olan
magistral, daşıyıcı və paylayıcı qaz
kəmərləri, eləcə də onlar üzərindəki
kranlara, siyirtmələrə və qaztənzim-
ləyici şkaflara müntəzəm olaraq texniki
baxış keçirilmiş, aşkar edilmiş nöq-
sanlar aradan qaldırılmışdır. Muxtar
respublikada istismarda olan qazpay-
layıcı stansiyalarda bütün qoruyucu
klapanlar, kran və siyirtmələr yoxla-
nılmış, separatorlar təmizlənmiş, təz-
yiqtənzimləyicilərə texniki baxış ke-
çirilmişdir. İstehlakçılara verilən təbii
qazın təzyiqinə hər ay texnoloji rejim
tətbiq edilmiş və müntəzəm olaraq
ölçü qovşaqlarında nəzarət işi həyata
keçirilmişdir. Qaz itkisi olan istiqa-
mətlərin müəyyən edilməsi və onları
doğuran səbəblərin aradan qaldırılması
üçün təxirəsalınmaz işlər görülmüş,
sızmaların aradan qaldırılması üçün
təmir-bərpa işləri aparılmışdır.
Qeyd olunmuşdur ki, daşıyıcı qaz
şəbəkəsinin mövcud 720 millimetrlik
yeraltı qaz kəməri uzun müddət is-
tismarda olduğu üçün fiziki cəhətdən
tam aşınmış, korroziyaya uğramışdır.
Qaz itkisini minimuma endirmək
məqsədilə Naxçıvan-Sədərək isti-
qaməti üzrə 81,6 kilometrlik yük-
səktəzyiqli yeraltı qaz kəmərinin in-
şası qrafikə uyğun aparılır. Naxçı-
van-Şahbuz istiqaməti üzrə 27 kilo-
metrlik ortatəzyiqli yeraltı qaz kə-
mərinin inşası isə başa çatdırılmışdır.
Şahbuz, Culfa və Ordubad rayonla-
rında sel və daşqın zamanı zərər
dəymiş müxtəlif diametrli qaz xətləri
təmir olunmuş, yaşayış məntəqələrinə
təbii qazın verilməsi qısa vaxtda tə-
min edilmişdir.
Muxtar respublikamızın yaşayış
məntəqələrində yeni tikilən yaşayış
evləri vətəndaşların müraciətinə əsa-
sən qazlaşdırılmış, yeni sayğaclar
quraşdırılmış və onlarla qaz təchizatı
haqqında müqavilə bağlandıqdan
sonra təbii qazın verilməsi təmin
edilmişdir. Əhali abunəçilərinin nor-
mal, sabit və təhlükəsiz qaz təchi-
zatını təmin etmək məqsədilə alınmış
qaztənzimləyici şkaflar və qaztən-
zimləyicilər tələb olunan yerlərdə
quraşdırılmışdır.
Səxavət Abbasov bildirmişdir ki,
muxtar respublikada təbii qazın qey-
diyyatının dəqiq aparılması məqsədilə
quraşdırılmış ROK-407 tipli qaz ölçü
qovşağına və “Elestr” tipli qaz say-
ğaclarına ciddi nəzarət olunur. Av-
tomat qazpaylayıcı stansiyalarda is-
tismar olunan 9 ədəd ROK-407 tipli
ölçü qovşağı yoxlamadan keçirilmiş
və kalibrləşdirilmişdir. Həmçinin
ROK-407 tipli elektron sərfölçmə
cihazları üzərində uzaq məsafədən
operativ nəzarət üçün 6 ədəd xaric -
edici və 1 ədəd qəbuledici modem
quraşdırılmışdır. Bu istiqamətdə işlər
davam etdirilir.
“Abonentlərin təhlükəsizliyi də
diqqət mərkəzində saxlanılmış, baş
verə biləcək hər hansı bir qəzanın
vaxtında aradan qaldırılması üçün
şəhər və rayon Qaz İstismar idarələ-
rində qəza dispetçer xidmətlərinin
24 saat fəaliyyəti təmin edilmişdir”, –
deyən birliyin direktoru bildirmişdir
ki, qəza dispetçer xidmətlərinə, ümu-
milikdə, 9 min 269 qəza məlumatı
daxil olmuş, nasazlıqlar vaxtında
aradan qaldırılmışdır.
Təbii qazın itkisiz olaraq yerlərə
çatdırılması, israfçılığın qarşısının
alınması və sərf olunan qazın dəyərinin
vaxtında ödənilməsi ilə əlaqədar təd-
birlər davam etdirilmiş, istismarda
olan qaz sayğaclarına mütəmadi olaraq
baxışlar keçirilmiş, cari təmirə ehtiyacı
olan sayğaclar təmir edilmiş, təmiri
mümkün olmayan 2 min 258 ədəd
sayğac isə yenisi ilə əvəzlənmişdir.
Muxtar respublikada 300 milyon
577 min 517 kubmetr qaz istehlak
olun muş, 22 milyon 418 min 291
manat vəsait toplanmışdır. O cüm-
lədən enerji istehsal edən müəssisələr
nəzərə alınmadan istehlak olunan
152 milyon 571 min 313 kubmetr
qazın satışından 15 milyon 317 min
717 manat vəsait əldə edilmiş, ödəmə
100 faiz olmuşdur. Əhali abunəçiləri
üzrə istehlak olunan 79 milyon 733
min 8 kubmetr qazın satışından top-
lanan vəsait 7 milyon 984 min 742
manata çatmışdır ki, bu da 100 faiz
ödəmə deməkdir.
İclasda əldə olunan nailiyyətlərlə
yanaşı, işdə buraxılan nöqsanlara da
toxunulmuş, qarşıda duran vəzifələr
müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında “Naxçı-
vanqaz” İstehsalat Birliyinin baş mü-
həndisi Samir Baxşəliyevin və Nax-
çıvan Şəhər Qaz İstismar İdarəsinin
rəisi Mahmud Əbilsoyun çıxışları
olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Aparatının İqtisadiyyat
şöbəsinin müdiri Rəfael Babayev ic-
lasda çıxış etmişdir.
-
Kərəm HƏSƏNOV
“Naxçıvanqaz” İstehsalat Birliyində 2012-ci ilin
yekunlarına dаir iclas kеçiril mişdir
Dünən Naxçıvan Muxtar Res-
publikası Yazıçılar Birliyinin və
Naxçıvan Dövlət Universitetinin
təşkilatçılığı ilə
“Naxçıvanda
ədəbi proses –
2012: əsas ye-
kunlar və vəzi-
fələr” mövzu-
sunda konfrans
keçirilib. Kon-
fransda Naxçı-
vanda yaşayıb-
yaradan şair və
yazıçılar, ədəbi
tənqidçilər, ədəbiyyatşünas alimlər,
mətbuat nümayəndələri iştirak
ediblər.
Konfransı giriş sözü ilə açan
Naxçıvan Muxtar Respublikası Ya-
zıçılar Birliyinin sədri Asim Yadigar
2012-ci il ərzində Naxçıvan Muxtar
Respublikası Yazıçılar Birliyinin
fəaliyyəti, görülən işlər, qarşıda
duran vəzifələr haqqında məruzə
edib. Bildirilib ki, 2012-ci il oktyabr
ayının 19-da Naxçıvan Muxtar
Respublikası Yazıçılar Birliyinin
konfransının yüksək səviyyədə ke-
çirilməsi Naxçıvanda ədəbiyyatın
inkişafına göstərilən qayğının bariz
nümunəsidir. Bu diqqət və qayğı
isə söz adamlarının qarşısında çox
vacib vəzifələr qoyur. 2012-ci ilin
yekunlarına toxunan birliyin sədri
qeyd edib ki, ötən il Naxçıvanda
yaşayıb-yaradan şair və yazıçıların
50-dən artıq kitabı işıq üzü görüb.
Əvvəlki illərlə müqayisədə çap
olunan nəsr əsərlərinin sayı artıb.
Belə ki, ötən il Naxçıvan Muxtar
Respublikası Yazıçılar Birliyi üzv-
lərinin 10-dan artıq nəsr əsəri çap
edilib. Nəsr əsərlərinin müəlliflə-
rinin sırasında gənc yazarların da
olması gələcəyə ümidləri artırır.
Nəsr əsərləri ilə yanaşı, ötən il
uşaq ədəbiyyatının və dramatur-
giyanın inkişafı istiqamətində də
müəyyən addımlar atılıb. Lakin
bu sahədə qələm sahibləri hələ də
ciddi qələm təcrübələri ortaya qoya
bilmirlər. Publisistika sahəsində
nəzərəçarpacaq irəliləyişlərin ol-
duğunun vurğulandığı konfransda
bədii tərcümə sahəsində görülmüş
və görüləcək işlərdən də danışılıb.
Sonra ədəbiyyatın müxtəlif sa-
hələri – nəsr, poeziya, ədəbi tənqid,
publisistika, dramaturgiya sahələri
üzrə məruzələr dinlənilib. AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil
və Ədəbiyyat İnstitutunun böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Ramiz Qasımov nəsr, Nax-
çıvan Dövlət Universitetinin “Qey-
rət” nəşriyyatının direktoru, tarix
üzrə fəlsəfə doktoru, şair Vaqif
Məmmədov poeziya, Naxçıvan
Özəl Universitetinin tədris hissə
müdiri Anar Abuzərli ədəbiyyat-
şünaslıq, Naxçıvan Dövlət Uni-
versitetinin Jurnalistika və dünya
ədəbiyyatı kafedrasının müəllimi
Məmməd Babayev publisistika,
Naxçıvan Dövlət Universitetinin
Teatr və mədəniyyətşünaslıq ka-
fedrasının müdiri Gülxarə Əhməd -
ova dramaturgiya sahələri üzrə
2012-ci ildə meydana çıxan əsərlər
haqqında danışaraq yeni əsərlər
barədə ədəbi tənqid nöqteyi-nə-
zərindən fikirlər səsləndiriblər. Çı-
xışlar ətrafında geniş müzakirələr
aparılıb.
Konfransa yekun vuran Nax-
çıvan Dövlət Universitetinin rek-
toru, akademik İsa Həbibbəyli ke-
çirilən tədbirin Naxçıvanda ədəbi
proseslərin inkişafı istiqamətində
atılan çox mühüm addımlardan
biri olduğunu qeyd edib. Akademik
vurğulayıb ki, “Naxçıvanda ədəbi
proses – 2012: əsas yekunlar və
vəzifələr” mövzusunda konfrans
ədəbi tənqid və ədəbiyyatşünaslıq
sahəsində də yeni meyillər ortaya
çıxarır. Bu tip konfransların da-
vamlı olaraq keçirilməsi isə ədə-
biyyatımızın daha da inkişafına
təkan verə bilər.
-