Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin



Yüklə 61,51 Kb.
səhifə1/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
  1   2   3   4   5   6   7   8   9   ...   41
Sosial işin təşkili imtahan cavabları


Dövlət imtahanın cavabları sosial işin təşkili

  1. Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin.

Sosial iş cəmiyyətin problemli təbəqələrinin mənafeyi və sosial rifahı uğrunda vasitəçilik edən sferadır. Sosial iş peşəsi ilə sosial işçilər məşğul olur. Dünyada ilk dəfə “Sosial iş” proqramı Amsterdamda,sonralar isə Berlin və Londonda meydana gəlmişdir.Azərbaycanda isə Sosial iş peşəsinin tədrisinə 2005-ci ildən etibarən Bakı Dövlət Universitetində magistr pilləsi üzrə başlanılmışdır.

Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrin,insanların maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiəsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Sosial işçilər problemin effektlərini deyil, səblərini həll edən işlər görür, eləcə də problemin yaranmasının arşısını alan peventiv tədbirlər həyata keçirir. Sosial iş sahəsinin ilkin anlayışı və müdaxilə obyekti müraciətçidir (klient,benefisyar). Sosial işçilər müraciətçilərlə çalışır.Müraciətçi-problemli situasiyaya(çətin həyat şəraiti) düşmüş,həll yolunu tapa bilməyən şəxsdir və o,müəyyən bir mərhələdə yardım məqsədilə sosial işçiyə müraciət edir.Sosial işçi isə öz növbəsində müraciətçinin problemli vəziyyətini dəyərləndirir,problemin həlli üçün müraciətçinin də yanaşmalarına əsasən alternativ həll yolları axtarır.Problemin həlli yönündə sosial işçi müraciətçini sosial,psixoloji və ya hüquqi xidmətlərə yönəldir.Məhz bu nöqteyi-nəzərdən vurğulanır ki,sosial iş sahəsi insanlarla dövlət xidmətləri arasındakı münasibətləri əlçatan edir.Bu peşənin daşıyıcıları insanları öz potensiallarına arxalanmağa yönəldir,problemin kənar müşahidəçisi olmaqla qərarvericiliyi müraciətçinin öhdəsinə buraxır. Sosial işçilər işsizlik , evsizlik, ağır xəstəliklər, əlilik, alkoqol və narkotik asılılıq, ailədaxili münaqişələr, uşaqlara və qadınlara qarşı zorakılıq, müxtəlif icmaların rastlaşdıqları problemlərlə məşğul olurlar.




  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin