AZßrbaycan dèLÈ 8



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix07.07.2017
ölçüsü7,95 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15

 Çap üçün deyil

 Çap üçün deyil

AZßRBAYCAN 
DÈLÈ
8
“KÞVSßR” 
NßØRÈYYATI
BAKI – 2017
HƏVVA  ABDULLAYEVA, İRADƏ ƏFƏNDİYEVA,
MƏLAHƏT ƏLƏSGƏROVA  
Ömumtÿhsil mÿktÿblÿrinin 8-ci sinfi ö÷ön
Azÿrbaycan dili (dþvlÿt dili)
fÿnni özrÿ dÿrslik
Bu nÿørlÿ baülû irad vÿ tÿkliflÿrinizi 
kovserneshriyyat@gmail.com 
vÿ 
derslik@edu.gov.az
 
elektron önvanlarûna gþndÿrmÿyiniz xahiø olunur.  
ßmÿkdaølûüûnûz ö÷ön ÿvvÿlcÿdÿn tÿøÿkkör edirik!
 Çap üçün deyil

§1. Vətənim ........................................ 5 
§2. Milli ordu quruculuğunda ............. 6
§3. Səməd bəy Mehmandarov 
      Birinci Dünya müharibəsində ...... 9
§4. Əlvida, Lənkəran torpağı ............ 13 
§5. Yadigar qalan innab ağacı ........... 15
§6. Partizan Daşdəmirov  (I hissə) .... 19
§7. Partizan Daşdəmirov  (II hissə) ... 21
§8. Mübarizi olan millət .................... 24
§9. Arxadan güllə atmaq  
      kişilik sayılmır ............................ 27
§10. Şərq şeirinin gəncəli ilahəsi ...... 29
§11. “Kəlilə və Dimnə”nin 
        yaranması ................................. 32
§12. Qızıl it ....................................... 34
§13. Dahi mütəfəkkir ........................ 37
§14. Bərdənin tərifi  ........................... 39
§15. Çinar və taxta parçası ................ 41
§16. Üsyankar şair ............................ 44
§17. Nəsimi ....................................... 47
§18. Qurban bayramı ........................ 49
§19. Ağıllı sövdəgər .......................... 52
§20. Kim haqlıdır? ............................ 54
§21. Şah İsmayıl  (I hissə) ................. 57
§22. Şah İsmayıl  (II hissə) ............... 59
§23. Qızıldan qiymətli bitki .............. 61
§24. Ən varlı məmləkət (I hissə) ....... 64
§25. Ən varlı məmləkət (II hissə) ..... 66
§26. Məhəmməd Füzuli  ................... 69
§27. Dənizdə fırtına (I hissə) ............. 71
§28. Dənizdə fırtına (II hissə) ........... 73
§29. Dərsə gecikən uşaqlar (I hissə).. 75
§30. Dərsə gecikən uşaqlar (II hissə)..78
§31. Tariximizi yazan qadın .............. 81
§32. Ağabəyim ağa (I hissə) .............. 84
§33. Ağabəyim ağa (II hissə) ............ 86
§34. İstedadlı şairə, xeyriyyəçi qadın  
         (I hissə) ..................................... 88
§35. Xurşidbanu Natəvan (II hissə)... 91
§36. Atəşgah Aleksandr Dümanın 
         gözü ilə ..................................... 94
§37. Azərbaycan torpağı ................... 97
§38. Ərik ağacı ................................. 98
§39. Novruz beynəlxalq bayramdır.. 101
§40. Oğul qazancı ........................... 104
§41. Gülbəsləyən qız ...................... 107
§42. Mükafat ................................... 109
§43. Mən sənə qul olacağam, ana! .. 111
§44. Ölkəm ..................................... 115
§45. Dəmirçioğlunun Çənlibelə 
        gəlməsi  (I hissə) ..................... 116
§46. Dəmirçioğlunun Çənlibelə 
        gəlməsi  (II hissə) ................... 118
§47. Dəmirçioğlunun Çənlibelə 
        gəlməsi  (III hissə) .................. 121
§48. Təbriz sənətkarları .................. 124
§49. Qara Qarayevin ölməz irsi ...... 127
§50. Səxavət .................................... 129
§51. Rəngkarın son sərgisi .............. 131
§52. Balaca balıqçı .......................... 134
§53. Hələ bu harasıdır?! .................. 137
§54. Sonrakı peşmançılıq 
         fayda verməz ........................... 139
§55. Birliyin gücü  (I hissə) ............ 142
§56. Birliyin gücü  (II hissə) ........... 145 
§57. Azərbaycan oğluyam .............. 147
§58. Əsrin Heydər tarixi ................. 149
§59. Azərbaycan Xalq Cümhuriyyəti.. 151
§60. Baharın son ayı ........................ 153
MÜNDƏRİCAT
Dərslikdə istifadə olunmuş şərti işarələr:
*   – mətndə üzərində müəyyən işlər aparılması nəzərdə tutulmuş söz, ifadə və ya 
cümlələri fərqləndirir;
..   – çalışmaların mətnində buraxılmış hərf və ya şəkilçinin yerində işlədilir;
...  – cümlələrdə buraxılmış hissənin əvəzinə işlədilir;
–   – çalışmaların mətnində buraxılmış sözlərin yerində işlənir; 
Qara rəng (məs.: mehriban) – mətndə kontekstə uyğun mənalarının izahı nəzərdə 
tutulmuş  söz, ifadə və söz birləşmələrini  fərqləndirir;

  – çalışmalara aid əlavə tapşırıqları fərqləndirir;
  – mətn və çalışmalarda buraxılmış sözlərin yerində işlədilir.
 Çap üçün deyil

5
BEŞİKDƏN QƏBİR EVİNƏDƏK ELM ÖYRƏNİN
 
 
 
 
 
 
HZ. MƏHƏMMƏD (S.Ə.S)
§ 1. VƏTƏNİM
Mən sənin torpağından* 
Boy atmışam, Vətənim… 
Dirçəlmişəm, qalxmışam, 
Dənli sünbül olmuşam. 
Eşqini ürəyimdə 
Yaşatmışam, Vətənim. 
Min nəğməli, min sözlü 
Coşqun könül olmuşam. 
Mən səndən* öyrənmişəm 
Eşqi də, nifrəti də. 
İnsana, təbiətə 
Sonsuz məhəbbəti də… 
Bir gün sinəmdə əgər, 
Çırpınmasa bu ürək, 
Torpağın altda belə 
Sənin böyük eşqinlə 
Həmişə döyünəcək…
   
Nigar Rəfi bəyli
SÞZLÖK
dirçəlmək – оживать
çırpınmaq – биться, трепетать
dənli – зерновой
sonsuz – burada: бесконечный 
SЮZ EHTИYATI
boy atmaq – расти, поднимaться, подрастaть
❶ 
Şeirdəki əsas ideyanı müəyyənləşdirin və şairin fi kirlərinə münasibətinizi 
bildirin.
❷ 
Necə düşünürsünüz,
“Eşqini ürəyimdə 
 Yaşatmışam, Vətənim. 
 Min nəğməli, min sözlü 
 Coşqun könül olmuşam” – misraları ilə şair nə demək istəmişdir?
❸ 
Şairin Vətəninə sonsuz məhəbbəti hansı misralarda  daha qabarıq ifadə 
olunub? Həmin misraları seçib oxuyun və münasibətinizi bildirin. 
❹ 
Aşağıda verilmiş misraları şeirin məzmunu əsasında tamamlayın.
1)  Mən sənin torpağından ... . 2) Min nəğməli, min sözlü ... . 3) Dirçəlmi-
şəm,  qalxmışam ... .  4)  Bir  gün  sinəmdə  əgər ... .  5) Mən  səndən  öyrənmi-
şəm ... . 6) Eş qini ürəyimdə ... . 7) Torpağın altda belə ... .

  Necə  bilirsiniz,  tamamladığınız  misralar  şeirdəki  ardıcıllığa  uyğun 
gəlirmi? Fikrinizi əsaslandırın və müvafi q ardıcıllığı bərpa edin.
 Çap üçün deyil

6
❺ 
Şeirdə feillərdən biri xəbər şəklində işlənməmişdir. Həmin feili tapıb 
hansı formada işləndiyini müəyyənləşdirin. Sonra isə şeirdəki digər feillərin 
hansı zamanda və şəxsdə işləndiyini söyləyin.

 Şeirdə işlənmiş sifətləri tapıb səsləndirin və hər birini cümlədə işlədin.

 Necə bilirsiniz, şeirdə hansı köməkçi nitq hissələri işlənmişdir?  Onları 
tapıb səsləndirin və fi krinizi əsaslandırın. 
A) qoşma, bağlayıcı, modal söz             B) nida, qoşma, bağlayıcı   
C) modal söz, nida, bağlayıcı                D) qoşma, bağlayıcı , ədat
E) bütün köməkçi nitq hissələri 

 Şeirdə işlənmiş isimləri seçib  müvafi q sütunlarda yazın.
adlıq
yiyəlik
yönlük
təsirlik
yerlik
çıxışlıq

  Şeirdə  mənsubiyyət  şəkilçisi  ilə  işlənmiş  isimləri  tapıb  aid  olduğu 
sözlərlə  birlikdə  köçürün,  hansı  şəxsə  aid  mənsubluq  bildirdiyini  qarşısında 
qeyd edin.

 Vətən mövzusunda bildiyiniz atalar sözlərini dəftərinizə yazın.

 Vətən mövzusunda əzbər bildiyiniz şeirləri, bildiyiniz atalar sözlərini, 
oxuduğunuz hekayələri  yadınıza salıb  “Elim, günüm, obam sənsən”, yaxud 
“Od  ürəkli, od nəfəsli diyarım”  başlıqlı inşa  yazın.
Bizim keçmişdə başqa xalqların qibtə etmələrinə layiq 
böyüklərimiz  olub... həmin böyükləri müasirlərimizə, gəncləri-
mizə yaxşı tanıtmalıyıq. Keçmişə məhəbbət gələcəyə xidmətdir.         
         
 
 
 
    prof. Əkrəm Cəfər 
§ 2. MİLLİ ORDU QURUCULUĞUNDA
Əlli ildən çox nizami orduda 
qüsursuz
 xidmət edən Əliağa Şıxlinski həmişə 
birincilər sırasında olmuşdur. O, dörd müharibənin şahidi, üçünün iştirakçısı 
olub: 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il Cahan Müharibəsində, 1918-ci 
ildə isə torpaqlarımızın 
bütövlüyü
 uğrunda daşnak Ermənistanına qarşı 
döyüşüb

Böyük  Vətən  müharibəsinin  şahidi  olan  qoca  general  yenə  də  fəaliyyətini* 
dayandırmamışdı. O, «Xatirələrim» kimi qiymətli hərbi memuarını diktə edib 
yazdırmışdır. Bu, Azərbaycan 
hərb
 tarixində 
ilk
 və 
yeganə
 hərbi memuardır. 
Hərb elminin inqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan elə 
bir alimi yoxdur ki,  bir qiymətli mənbə kimi ondan istifadə etməsin.
1918-ci  ilin  oktyabrında  general  Əliağa  Şıxlinski  Gəncədə  yeni  yaratdığı 
Əlahiddə Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir: 
Görkəmli
 sərkərdə Əliağa Şıxlinskinin xalqımız üçün ən böyük xid mət-
lərindən biri də 1917-ci ilin noyabrında olmuşdur. Həmin ayın 15-də  Qafqaza 
qayıdan  Şıxlinski  ilk  dəfə  Tifl isdə  azərbaycanlılardan  ibarət  milli  korpus 
 Çap üçün deyil

7
yaratmışdı. Bununla da o, Milli Azərbaycan Ordusunun 
təməl daşını
 qoymuşdu. 
Bu 
barədə
 general «Xatirələrim» hərbi memuarında daha 
dəqiq
 məlumat ve-
rir:  “Tifl isə qayıtdıqda müvəqqəti olaraq mənə korpus komandanlığı 
həvalə 
olunduğu
 barədə əmri oxudum. Xalqımın baş verə biləcək xarici təzyiqlərdən 
və daxili qarışıqlıqlardan* özünü qorumasına xidmət etmək 
arzusu
 ilə korpus 
təşkil etməyi 
qət etdim
 və Tifl isdə öz qərargahımı düzəltməyə başladım...
Dekabrın  31-də  mən  öz  qərargahımın  ilk  heyətilə  Gəncəyə  getdim  ki, 
orada hissələrin təşkil edilməsilə məşğul olum. Korpus hissələrinin təşkilində 
böyük* 
əngəllərə
 rast gəlirdik”.     
“Azərbaycanlılar birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana 
deyil  və  onun  mövcudluğu*  hər  hansı  bir  azərbaycanlının  maddi 
rifahını
 
daha da yaxşılaşdırmaq* üçün yaranmayıb. Ordu xalqın istinadgahıdır – bura 
xalqın 
ləyaqətli
* oğulları gəlməlidir”.
General  Əliağa  Şıxlinski  bu  vətənpərvər  çıxışını  Gəncədə  praporşiklər 
məktəbinin birinci buraxılışı münasibətilə söyləmişdir. Bu şənlikdə* Qafqaz 
İslam Ordusunun baş komandanı Nuru Paşa, atası Hacı Əhməd, xalq təhsili 
naziri Nəsib bəy Usubbəyov, daxili işlər nazirinin vəkili Mehdi bəy Hacınski, 
sosial-təminat naziri Musa bəy Rəfi bəyov, Gəncə qubernatoru general İbrahim 
ağa Vəkilov və başqa dövlət xadimləri iştirak edirdilər.
1918-20-ci  illərdə  Azərbaycan  Silahli  Qüvvələrinin 
təşkilində
  Əliağa 
Şıxlinskının müstəsna rolu olmuşdur. Doğma xalqının nizami ordusunu yarat-
maq istəyan general uzun illik hərbi təcrübəsindan gecə-gündüz istifadə edirdi.      
Şəmistan Nəzirlinin “Cümhuriyyət  generalları” kitabından
SÞZLÖK
əngəl – препятствие
qərargah – штаб
təzyiq – давление
mənbə – источник
sərkərdə – полководец
diktə etmək – диктовать
qarışıqlıq – беспорядок
mövcudluq – существование
müstəsna– исключительный
qüsursuz – безукоризненный
memuar – воспоминания, мемуары
nizami – упорядочный, организованный
SЮZ EHTИYATI
istinadgah – опора
həvalə olunmaq – поручить
qət etmək – burada: решить
əlahiddə  korpus – отдeльный корпус
təməl daşını qoymaq – заложить основу
sosial-təminat – социальное обеспечение
maddi rifah – материальное благополучие

 Mətni oxuyun və suallara cavab verin.
1)  Əliağa Şıxlinski hansı müharibənin iştirakçısı olub?
2)  Görkəmli sərkərdə neçə müharibənin şahidi olmuşdu?
3)  “Xatirələrim” memuarını general nə zaman diktə edib yazdırmışdır?
 Çap üçün deyil

8
4)  “Xatirələrim” memuarının əhəmiyyəti nə ilə müəyyənləşir?
5)  Tifl isdə azərbaycanlılardan ibarət milli korpusu Əliağa Şıxlinski nə za-
man yaratmışdı?
6)  General Əliağa Şıxlinski nə üçün milli korpus yaratmağı qət etdi?
7)  Əlahiddə  Azərbaycan  Korpusunun  əsgərləri  qarşısındakı  çıxışında 
Şıxlinski nə demişdir?

  Oxuduğunuz  mətndə  məntiqi  ardıcıllığın  pozulması  faktı  ilə 
qarşılaşdınızmı? Fikrinizi konkret faktla əsaslandırın.

 Hissələr arasında əlaqələri gözləməklə oxuduğunuz  mətnin  məz mu-
nu  nu qısaca danışın.

  Mətndə  işlənmiş  miqdar  və  sıra  saylarını  seçib  ayrı-ayrı  sütunlarda 
yazın.

 Mətndə işlənmiş sıra saylarını seçib sözlə yazın.

 Mətnin sonuncu abzasında bir neçə sözdə ahəng qanunu pozulmuşdur. 
Həmin sözləri tapıb səsləndirin və fi krinizi əsaslandırın.

  Mətndə  vacib  şəklində  işlənmiş  feilləri  tapıb  səsləndirin  və  həmin 
feilləri şəxslər üzrə dəyişin. 

 Mətnin birinci abzasında bir-biri ilə əlaqələnən sözləri seçib birləşmə 
şəklində yazın.
Köməkçi: 
əlli il, nizami ordu, qüsursuz xidmət ...

 Mətndə qara şriftlə verilmiş sözləri dəftərinizə köçürün və hər birinin 
qarşısında antonimini yazın. Sonra sözlərdən bir neçəsini cümlələrdə işlədin.

  Mətndə  göy  rəngdə  verilmiş  sözləri  sinonimləri  ilə  əvəz  edərək 
cümlələri həmin sözlərlə yenidən oxuyun.
⓫ 
Mətndən  10  düzəltmə  söz  seçib  dəftərinizə  yazın  və  hər  birinin 
qarşısında sualını qeyd edin. 

  Seçdiyiniz  düzəltmə  sözlərin  hansı  nitq  hissələrindən  düzəldiyini 
müəyyənləşdirin.
⓬ 
Mətndə  altından  xətt  çəkilmiş  cümlələrdə  “o”,  “bu”  əvəzliklərindən 
sonra vergül işarəsinin işlədilməsinin zəruri olduğunu əsaslandırın. 
⓭ 
Sözlərdən  cümlələr  düzəldib  yazın  və  cümlələrin  sonunda  müvafi q 
durğu işarələrini qoyun.
1)  Şıxlinski, general, etmişdir, Port- Artur, müharibə, iştirak. 2) Şıxlinski, şa-
hidi olmuşdur, Böyük Vətən müharibəsi, general, Əliağa. 3) sərkərdə, xid mət  lər, 
göstərmişdir, görkəmli, Əliağa Şıxlinski, böyük, xalqımız, üçün. 4) Tifl  is də, mil-
li, ibarət, Şıxlinski, azərbaycanlılardan, yaratmışdı, ilk dəfə, korpus. 5) Şıxlinski, 
dekabrın 31-də, getdi, üçün, Gəncəyə, korpus, hissələrini, təşkil, etmək.
⓮ 
Ahəng  qanununa  uyğun  şəkilçi  variantları  seçməklə  aşağıdakı  mətni 
yazılı  şəkildə  Azərbaycan  dilinə  tərcümə  edin  və  fərqləndirilmiş  hissədəki 
fi kirlərə münasibətinizi bildirin.
 Çap üçün deyil

9
 Заслуги А. Шихлинского были высоко оценены. 2 апреля 1917 года за 
отличие по службе А. Шихлинский был произведен в генерал-лейтенанты.  
9  сентября  1917  года  приказом  Верховного  главнокомандующего 
генерал-лейтенант  Шихлинский  был  назначен  командующим  10-й 
армией.  Это  назначение  явилось  признанием  его  полководческого 
таланта  и  высокой  оценкой  ратного  труда.  В  своем  последнем  приказе 
Управлению 12 сентября он отмечал: “В течение 17 месяцев я занимал 
должность  инспектора  артиллерии  армий  Западного  фронта  и  на  этом 
посту завершилось моё 31-летнее служение Родине в рядах артиллерии. 
Назначенный на должность командующего 10-армией, я покидаю родное 
мне оружие, быть может навсегда.
Мне  особенно  грустно  расставаться  с  моими  помощниками  и 
ближайшими сотрудниками по направлению боевой работы артиллерии 
фронта…  От  души  благодарю  штаб  и  обер-офицеров  для  поручений 
при  мне,  начальников,  офицеров  и  чиновников  всех  подчиненных  мне 
управлений и учреждений…
Всем солдатам Управления… и всех частей, учреждений и команд – 
душевное моё спасибо”.
§ 3. SƏMƏD BƏY MEHMANDAROV BİRİNCİ DÜNYA 
MÜHARİBƏSİNDƏ
1910-cu ilin ilıq may günlərindən* birində uzun ayrılıqdan* 
sonra
 doğma 
Qafqaz Səməd bəyi qəhrəman bir oğlu 
kimi
 qəbul etdi. O, Tifl isdə yerləşən 
birinci Qafqaz ordusunun korpusunda artilleriya rəisi təyin edildi.
Səməd bəyi yaxından* tanıyan mayor Hacıağa İbrahimbəyli 1946-cı ildə 
çap  etdirdiyi  “Səməd  bəy  Mehmandarov”  adlı  kitabçasında  iftixarla  yazır: 
“Rəsmən  hərbi  akademik  təhsili  olmayan  bir  zabit 
yalnız
  böyük  bacarığı 
sayəsində, hərbi xidməti çox sevdiyinə, döyüşlərdə misilsiz qoçaqlıq* və hərbi 
məharət göstərdiyinə, işinə can yandırdığına və son dərəcə təmiz adam olduğuna 
görə
  bu  qədər  böyük  rütbə  sahibi  ola  bilərdi.  Səməd  bəy  Mehmandarov  da 
məhz
 belə bir zabit idi ...”
Birinci Dünya müharibəsi illərində general Mehmandarov almanları* bir 
neçə dəfə ciddi surətdə məğlub edən istedadlı sərkərdə 
kimi
 ad-san qazanmışdı.
1914-cü  il  sentyabrın  15-də  keçirilən  Lodz  əməliyyatında  general  Meh-
mandarov xüsusilə şöhrət qazandı. Alman generalı Makenzenin qoşunları güc-
lü  hücumla  İvanqorod  şəhərini  alıb  sürətlə  Lodz  şəhəri  uğrunda  əməliyyata 
başladı. Güclü təzyiqlə geri çəkilən rus qoşunları* çox ağır vəziyyətdə idi. Bütün 
mövqelərdə hücuma keçən almanlar* dayanmadan irəliləyərək geri çəkilən rus 
qoşunlarının* bir hissəsinin qarşısını kəsib mühasirəyə almağa çalışırdılar.
 Çap üçün deyil

10
Mehmandarovun  21-ci  piyada  diviziyası  81-ci Abşeron,  82-ci  Dağıstan, 
83-cü  Samur  və  84-cü  Şirvan  polklarından*  təşkil  olunmuşdu.  Bu  polkların 
hərəsinin özünəməxsus döyüş ənənəsi vardı.
İki  rus  diviziyasının  geri  çəkildiyi  belə  bir  ağır  vaxtda  Mehmandarovun 
di vi 
 
zi
   
yası böyük bir inamla irəliləyən düşmənə ağır zərbələr vurub onu geri 
oturtdu. Üç günlük* ağır döyüşlərdən 
sonra
 İvanqorod şəhərinin hüdudlarına 
çatıb onu mü  hasirəyə aldı. Birinci dünya müharibəsi tarixində Mehmandaro-
vun  bu  mü vəff  əqiyyətli  əməliyyatı  alman  generalı  Makenzenin  sürətli 
planlarını*  puça  çı xart dı.  Geri  çəkilən  iki  rus  diviziyasını 
isə
  mühasirəyə 
düşmək rüsvayçılığından xilas etdi.
Elə
 həmin əməliyyat zamanı general Əliağa Şıxlinski Ali Baş Komandan 
tərəfi ndən* səhra toplarının xüsusi tapşırıq* generalı vəzifəsini daşıyırdı. Son-
ralar o yazırdı: “O zaman rus ordusunda yeni bir silah olan ağır səhra toplarının 
vəziyyətini  yoxlamaq*  və  bu  sahədə  fəaliyyətə  istiqamət  vermək 
üçün
  qərb 
cəbhəsinə çağırıldım. Mən yeddi korpusu gəzdim və müəyyən etdim ki, 
ancaq
 
Səməd  bəy  Mehmandarovun  korpusunda  ağır  topların  vəzifəsi  düzgün  başa 
düşülmüş və bu toplar həmin vəzifələrə uyğun yerləşdirilmişdir. Bu iş 
məhz
 
mahir topçu olan Mehmandarovun şəxsi təşəbbüsünün nəticəsi idi”.
Bu  müharibədə  misilsiz  qələbələrə 
görə
  Mehmandarova  tam  artilleriya 
generalı rütbəsi verildi. 1915-ci ildə o, İkinci Qafqaz ordu korpusuna koman-
dan təyin edildi.       
Şəmistan Nəzirlinin “Cümhuriyyət generalları” kitabından
SÞZLÖK
məhz – именно
rüsvayçılıq – позор
mühasirə – окружение
əməliyyat – операция 
rəsmən – официально
misilsiz – беспримерный
hərbi məharət – военное умение
rütbə sahibi – burada: со званием
şəhərin hüdudlarına – в пределах города
Ali Baş Komandan 
– 
главно коман дующий
səhra topları – полевая артиллерия
SЮZ EHTИYATI
geri oturtmaq – отбрасывать
müqəddərat – судьба, учесть  
təşvişə düşmək – волноваться
puça çıxarmaq – сгубить, уничтожить
can yandırmaq – проявлять усердие

 Mətni oxuyun və suallara cavab verin.
 1) Uzun ayrılıqdan sonra 1910-cu ildə Səməd bəy Mehmandarov nə üçün 
Qafqaza qayıtdı?
2)  Səməd  bəy  Mehmandarov  hansı  keyfi yyətlərinə  görə  artilleriya  rəisi 
təyin edildi?
3) Mehmandarovun 21-ci piyada diviziyası hansı polklardan təşkil olun-
muşdu?
 Çap üçün deyil

11
4)  Bu  müharibədə  misilsiz  qələbələrə  görə  Mehmandarova  hansı  hərbi  
rütbə verildi?
5) 1915-ci ildə Mehmandarov hansı ordu korpusuna komandan təyin edildi?    
6)  General  Əliağa  Şıxlinski  Səməd  bəy  Mehmandarov  haqqında    nə 
yazmışdı?

  Necə  bilirsiniz,  cavab  verdiyiniz  suallar  mətndəki  ardıcıllığa  uyğun-
durmu? Fikrinizi əsaslandırın.

 Mətndə hansı faktlarla tanış oldunuz? Həmin faktları məntiqi ardıcıllıqla 
təqdim edin. 

  1914-cü  il  sentyabrın  15-də  keçirilən  Lodz  əməliyyatında  general 
Mehmandarovun  şöhrət  qazanmasının  səbəbi  nə  ilə  bağlı  idi?  Mətndəki  bu 
hissənin məzmununu öz sözlərinizlə danışın.

  Mayor  Hacıağa  İbrahimbəyli  və  general  Əliağa  Şıxlinskinin  Səməd 
bəy Mehmandarov haqqındakı fi kirlərində ortaq cəhət nədən ibarətdir? Fikir-
lərinizi ümumiləşdirərək təqdim edin. 

  Oxuduqlarınız  əsasında  siz  Səməd  bəy  Mehmandarovu  necə  təqdim 
edərdiniz?  Özünüzü  yoxlayın  və  fi kirlərinizi  əlaqələndirərək  oxuduğunuz 
mətnin qısa məzmununu danışın.

 Mətndən götürülmüş aşağıdakı  cümlələri oxuyun və onların mətndəki 
yerini müəyyənləşdirin. Sizcə, bu cümlələri  mətndəki  hansı abzasdan sonra  
yerləşdirmək  lazımdır? Fikrinizi əsaslandırın.
Korpus  komandanı  öz  bölmələrinin  müqəddəratı  üçün  təşvişə  düşərək 
Mehmandarovun diviziyasının nə vəziyyətdə olduğunu telefonla ondan xəbər 
aldı. Səməd bəyin telefonda komandirlərə məxsus, mərd, qısa cavabı belə oldu: 
“Vəziyyət ağırdır. Hücuma keçirəm!”.
❼ 
Mətndə göy rənglə fərqləndirilmiş sözlərin qrammatik mənasını müəy-
yənləşdirib, məna növləri üzrə qruplaşdırın.

  Mətndə  qırmızı  rənglə  fərqləndirilmiş  sözlərin  qrammatik  mənasını 
müəyyənləşdirib, məna növləri üzrə qruplaşdırın.

 Mətndə işlənmiş əvəzlikləri seçib məna növləri üzrə qruplaşdırın.

  Mətndə  işlənmiş  əlamət  bildirən  sözləri  aid  olduğu  sözlərlə  birlikdə 
seçib yazın və birləşmələrin tərəfl ərinin hansı nitq hissələri ilə ifadə olunduğunu 
müəyyənləşdirin.

 Cümlələri mətnin məzmunu əsasında tamamlayın.
    1)  İki  rus  diviziyasının  geri  çəkildiyi  belə  bir  ağır  vaxtda  ...  .  2)  Mən 
yeddi korpusu gəzdim və müəyyən etdim ki, ... . 3) Bu müharibədə misilsiz 
qələbələrə görə Mehmandarova ... . 4) Mehmandarovun 21-ci piyada diviziyası 
81-ci  Abşeron, ... .  5)  1914-cü  il  sentyabrın  15-də   keçirilən   Lodz   əməliy-
yatın da  ...  .  6)  Birinci    dünya    müharibəsi    tarixində    Mehmandarovun    bu  
müvəff  əqiy yət li əməliyyatı ... .
 Çap üçün deyil

12

  Mətndə  altından  xətt  çəkilmiş  cümlələrin  bəzilərində  “o”  və  “bu” 
əvəzliklə rin dən sonra vergül işarəsi qoyulmuş, bəzilərində isə qoyulmamışdır. 
Səbəbini izah edin və fi krinizi əsaslandırın. 

 Üzərində ulduz işarəsi qoyulmuş sözləri tələff üz xüsusiyyətləri baxı-
mından  qruplaşdıraraq  ayrı-ayrı  sütunlarda  yazın  və  qarşılarında  tələff üz 
şəklini göstərin.

  Mətnin  heç  bir  cümləsinin  sonunda  sual  işarəsindən  istifadə  edil-
məmişdir. Səbəbini izah edin və fi krinizi əsaslandırın.

  Mətndə  kursivlə  verilmiş  sözləri  əlaqədar  olduğu  sözlərlə  birlikdə 
seçib yazın və alınan söz birləşmələrinin hansı nitq hissələrindən düzəldiyini 
söyləyin.

 Səməd bəy Mehmandarov haqqındakı aşağıda verilmiş mətni təcümə 
edib  dəftərinizə  yazın.  Cümlədəki  sayların  yazılışına  diqqət  edin.  Onların 
növünü müəyyənləşdirin.
2 января 1915 года генерал Мехмандаров был награждён орденом Св. 
Владимира 2-й степени с мечами. Высочайшим приказом 14 февраля 1915 
года был удостоен Георгиевского оружия, украшенного бриллиантами. 

  Səməd  bəy  Mehmandarov  haqqında  verilmiş  aşağıdakı  məlumatı 
oxuyun  və  məzmununu  öz  sözlərinizlə  danışın.  Mehmandarovun  diviziyaya 
axırıncı əmrində deyilənlərə münasibətinizi bildirin.
11 декабря 1914 года генерал-лейтенант Мехмандаров был назначен 
командиром  2-го  Кавказского  армейского  корпуса.  В  своем  последнем 
приказе  21-й  пехотной  дивизии  10  декабря  1914  года  он  отмечал: 
“Доблестная 21-я дивизия.
По  указанию  Верховного  Главнокомандующего  …  я  назначен 
Командиром 2-го Кавказского армейского корпуса.
С  назначением  меня  на  высокий  ответственный  пост  я  должен 
покинуть ряды молодецкой дивизии. Расставаясь с Вами, доблестными 
героями, обращаюсь к Вам со своим прощальным словом.
11 месяцев я командую Вами, причем последние 5 месяцев в условиях 
боевых.  За  это  время,  в  особенности  в  боевой  обстановке,  я  близко 
познакомился с Вами …
Служба Ваша отмечена в ряде милостей, обращенных к Вам и известна 
всей России. Нет ни одного уголка нашего обширного Отечества, где бы 
не был известен наш корпус и в частности 21-я дивизия.
Командовать Вами, доблестными героями, считаю честью. С грустью 
покидаю Вас, друзья мои …  Расставаясь с Вами, от искреннего сердца 
благодарю доблестные части дивизии за самоотверженную работу”.
 Çap üçün deyil

13
§ 4. ƏLVİDA, LƏNKƏRAN TORPAĞI 
Nuşu ananın neçə gün idi ki, gözünün yaşı qurumurdu. Öz-özü ilə danışırdı:
– Bu uzaq yolda olan məktəbi uşağın başına kim saldı? Guya
burda
 başına 
sənət  qəhət  idi?  Elə  burda  oxusaydı,  pis  olardı?  Müəllim  olub  dərs  verərdi, 
gözümün  qabağındaca  olardı.  Bir  əlcə  uşaqdır,  anadan  ayrı  çöldə-bayırda 
nə edəcək, görəsən? Üstü açılanda kim örtəcək? Çay-çörəyini vaxtında kim 
verəcək? Soyuqda 
bərk
 üşüyəndi. Allah özü amanında saxlasın barı.
Ana bu günlər Həzini bircə an gözündən kənara qoymaq istəmirdi.
Həzi gəldi. Anası sevindi, onu bağrına basdı:
–  Heç  bilmirəm  sənsiz  neyləyəcəyəm,  ay  bala,  –  dedi.  Sonra  da 
səssiz-
səmirsiz
 göz yaşlarını sildi.
Həzi  kövrəldi, ancaq göz yaşlarını anasından gizlətdi. Onun könlünü 
alıb güldürmək üçün başını açıb göstərdi.
– , necədir?
– Bıy başıma xeyir, niyə qırxdırıb keçəl elədin özünü, a bala?
– Komissar tapşırıb.
– Nahaq yerə. Lap balacalaşmısan, elə bil. Saçın səni yaraşıqlı göstərirdi.
… Nuşu ana 
dördüncü gün 
idi ki, boranıplov bişirirdi. Bu, ancaq Həzinin 
xatirinə idi. Axı Həzi boranıplovu çox sevirdi. 
Bu dəfə
 boranıyla qozu daha 
bol
 töküb, dəmə qoydu. 
Axşam
 Həziyə ayrıca nimçədə  xörək çəkdi, yağını 
bol elədi. 
Ananın gözü Həzinin ağzındaydı. O yedikcə, elə bil, ananın canına yayılır, 
ağzı dada gəlirdi. Ana fi kirləşəndə ki, bu, sonuncu gecədir ki, Həzi onlarla bir 
süfrədə oturur, onu dəhşət bürüyürdü.
Səhər
 Həzi hamıdan tez oyanmışdı. Anasının axşamdan hazırladığı pal-
paltar, yeməli şeylər yığılmış torbanı görəndə onu heyrət bürüdü:
– Bu qədər şeyi mən apara bilmərəm, – dedi.  Almaları, qozu çıxarıb bala-
ca bacısı Teyyubənin ətəyinə tökdü. Başqa şeylərə əl atanda anası biləyindən 
yapışdı:
– A bala, dəymə, – dedi, – hamısı sənə lazım olacaq, uzaq yol gedəcəksən.
Həzi torbanın ağzını bağlayıb 
zorla
 qaldırdı.
–  Ağırlığından  qorxma,  qardaşın  aparacaq.  Gəmidə  yeməli  şeyləri 
yeyəndən sonra lap yüngülləşəcək.
Yol torbasını Abbasqulu dalına aldı. Anası, bacısı Asya, qardaşı Hacıbaba 
Həzini yola salmağa getdilər.
Qapıdan çıxanda balaca Teyyubə Həzinin arxasınca bir parç su atdı.
...  Lənkəran  limanında  bu  gün  adam  çox  idi.  Həzi  ilə  bərabər  yola 
düşənlərin ata-anaları da uşaqlarını yola salmağa gəlmişdilər. Hərbi komissar 
özü  burada idi. Komissar Həzini görən kimi saxladı:
– , balaca əsgər, necəsən? – dedi. Sonra da papağını götürüb başına baxdı.
– Ay sağ ol! Deməli, tapşırığa əməl eləmisən. İndi gəmiyə minə bilərsən.
 Çap üçün deyil

14
Həzi dönə-dönə anası, qardaşları  bacısı ilə qucaqlaşıb öpüşdü. Anasını 
bir də öpdü. Sonra dolu torbasını sürüyə-sürüyə, salı adlayıb gəmiyə mindi. 
Gəminin qırağındakı dəmir məhəccərdən yapışıb uşaqlarla bir sırada dayandı. 
O,  uşaqların  hamısından 
alçaqboylu
  və 
cılız
  görünürdü.  Bunu  ancaq  Nuşu 
ana görürdü. Onlar cərgədə dayanmamışdan anaya elə gəlirdi ki, Həzi bu beş-
altı günün içində tamam böyüyüb tanınmaz olub. Ammasən demə,  bu, anaya 
belə gəlirmiş. Əslində o, cərgədə dayanmış uşaqların hamısından balacaboy-
lusu, arığı və sısqasıymış. Bu da anaya bir dərd oldu. Ürəyində: ”Bir əlcə uşağa 
bax, – dedi, – çıxıb getdilər. Allah, pənahında saxla balamı!”
Gəmi fi t verdi və yavaş-yavaş ləngər vura-vura sahildən aralandı. Gəmi 
gözdən itənəcən Həzinin , Nuşu ananın da əlləri havada asılı qaldı.   
   
 
 
Əli Səmədli Generalın uşaqlığı” kitabından
SÞZLÖK
sal – плот
sısqa – худой
nimçə – тарелка
cılız – худощавый, худой, слабый
məhəccər – перила  
boranıplov – вид плова
barı – burada: хотя бы, хоть
SЮZ EHTИYATI
könlünü almaq – утешить                   canına yayılmaq – burada: понравиться
bir əlcə – burada: маленький              dəmə qoymaq – выпаривать на слабом огне 
əl atmaq – хватать, схватить что-л    Başına sənət qəhət idi? – burada: 
ağzı dada gəlmək – burada:  
         разве нет другой профессии?
почувстововать прелесть чего-либо, 
войти во вкус

  Mətnin  məzmunu  üzrə  suallar  tərtib  edib  yoldaşlarınıza  ünvanlayın. 
Sual ların  tərtibində  mətndəki  ardıcıllığı  izləməyi  unutmayın. Yoldaşlarınızla 
cavabları müzakirə edin.     

  Oxuduğunuz  mətn  üzrə  tərtib  edilmiş  planı  nəzərdən  keçirin.  Necə 
düşünürsünüz,  təqdim  edilmiş  planda  fi kirlərin  məntiqi  ardıcıllığı  göz lə nil-
mişdirmi? Fikirlərinizi əsaslandırın və müvafi q ardıcıllığı bərpa edin.
1) Həzinin yola salınması. 
2) Ananın narahatlığı. 
3) Gəminin sahildən  aralanması.
4) Lənkəran limanında. 
5) Həzinin  göz yaşlarını anasından gizlətməsi.
6) Həzinin ailə üzvləri ilə vidalaşması.
7) Ananı düşündürən fi kirlər.
8) Həzinin sevdiyi boranıplov. 

 Necə düşünürsünüz, niyə Nuşu ananın gözlərinin yaşı qurumurdu? O, 
nədən narahat  idi? Hadisəyə münasibətinizi öz sözlərinizlə ifadə edin.
 Çap üçün deyil

15

 Oxuduğunuz mətndə haqqında danışılan Həzi kimdir? Mətndəki hadisə 
və əhvalatlar onun kimliyi barədə hansı  fi kirləri söyləməyə əsas verir? 

  Mətndə  qara  şriftlə  verilmiş  köməkçi  nitq  hissələrini  qrammatik 
mənalarına görə qruplaşdırıb ayrı-ayrı sütunlarda yazın.

 Mətndə işlənmiş qoşmaları səsləndirin və onların  nitqdə rolunun nədən 
ibarət olduğunu, hər birinin yazılış xüsusiyyətini  izah edin.

  Mətndə  işlənmiş  bağlayıcıların  məna  növləri  barədə  bildiklərinizi  
konkret misallarla izah edin.

 Mətndə göy rəngdə verilmiş sözlərin qrammatik mənasını izah edin və 
onları məna növləri üzrə qruplaşdırıb təqdim edin.
Kÿlmÿlÿrin “dili”ni þyrÿnÿk!
Çıxmaq  –  1)  Bir  yerdən  (otaqdan,  məktəbdən  və  s.)  kənar  olmaq,  xaric  olmaq, 
içəridən  çölə  getmək;  2)  Bir  yerə  getməyə  başlamaq,    yola  düşmək  –  Avtobus 
saat 7-də çıxacaq; 3) Doğmaq, görünmək – Ay çıxdı; 4) Yuxarı qalxmaq – Yoxuşu 
çıxmaq;  5)  Bir  ədədi  başqa  bir  ədəd  qədər  azaltmaq  –  5-dən  3  çıxmaq;  6)  İşini, 
vəzifəsini buraxmaq, işlədiyi yerdən getmək – İşdən çıxmaq; 7) Öz işini görüb qur-
tararaq getmək – İşdən saat 6-da çıxırıq.

 Mətndəki sual və nida cümlələrini seçib qrammatik normalara uyğun 
düzgün intonasiya ilə tələff üz edin.

  Mətnin  hissələri  arasında  əlaqələri  gözləməklə  onun  məzmununu 
yığcam şəkildə danışın.

 Mətndə kursivlə verilmiş ifadələrin  kontekstə uyğun mənalarını izah 
edin və hər birinin qarşılığını söyləyin.

  Mətndə işlənmiş mürəkkəb sözləri seçib yazın və hər birinin  qarşısında 
hansı nitq hissəsinə aid olduğunu qeyd edin.

Mürəkkəb sözlərin yazılışı ilə əlaqədar öyrəndiyiniz qaydaları  yadınıza 
salıb seçdiyiniz mürəkkəb sözlərin bitişik və ya defi slə yazılmasının səbəbini 
izah edin. 

 Mətndə sarı fonda verilmiş cümlənin mənasını necə başa düşürsünüz? 
Fikrinizi izah edin və cümləni rus dilinə tərcümə edin.
⓮ 
Mətni siz necə adlandırardınız? Fikirlərinizi əsaslandırın.
 
§ 5. YADİGAR QALAN İNNAB AĞACI
Həzini yola salıb qayıdandan* sonra Nuşu ana darıxdığından* 

 ev-eşiyə 
sığışır, 
nə də
 gözünün yaşı quruyurdu. Elə hey öz-özünü danlayırdı.
– Balamı nahaq  qoydum getməyə. Həzim  indi, görən, neyləyir?
Ananın əli heç bir işə yatmırdı. Hara baxırdı, Həzini görürdü. Nəyə əlini 
vururdu, Həzini xatırlayırdı.
 Çap üçün deyil

16
Atası heç fi kirləşmədən innab ağacının adını çəkmişdi. Həzi hardansa bu 
innab  şitilini tapıb gətirmiş  və buradaca əkmişdi. Çalasını  zorla qazmışdı. 
Gücü beli götürməyə güclə çatırdı. ... Ağac indi iki Həzi boyda olmuşdu.
Həzinin köynəyi, Həzinin sapandı, Həzinin köhnə ayaqqabıları ... Ana indi 
az qalırdı onları əzizləyib bağrına bassın. Hər birindən*, elə bil, Həzinin iyini 
alırdı. Öz-özlüyündə Həziylə danışırdı. Həzinin yerinə də, öz yerinə də.
Nuşu ana özüylə danışa-danışa damın altında  heç bilmirdi nə iş görür.
Asya anasının səsinə gəldi:
– Ay ana, kiminlə danışırsan?
– Kiminlə danışacağam, ay qızım, özüm-özümlə. Həzi balam heç yadım-
dan* çıxmır, – deyib gözlərinin yaşını sildi.
Asya ona təskinlik vermək üçün:
– Eeeh, Həzi indi gəmidə kef edir, sən də burada ağlayırsan. Bir il keçməmiş 
bir də görəcəksən, Həzi budur ha, general paltarında girdi 
içəri
.
– Allah ağzından* eşitsin, ay bala!
Axşam oldu, əl-ayaq yığışdı, ocaq* qıra ğında süfrə açıldı. Həzinin boş qa-
lan yeri göründü. 
Dünən
  axşam  əziz  adam  kimi, lap yuxarı başda əyləşmişdi. 
Ana ondan* gözlərini çəkmirdi. Həzinin iştahla yeməsi ananın canına yayılırdı. 
Amma indi? İndi Həzi yox idi. Ana xörəkdən hamıya pay çəkdi. Hamısı iştaha 
ilə  yedi. Təkcə  Nuşu  ananın  boğazı  tikilmişdi,  heç  nə  boğazından*  keçmir-
di. Süfrə yığışdırıldı, çay içildi, heç kim dinib-danışmırdı. Ana yerləri saldı, 
hamısı axşamdanca yıxılıb yatdı. Təkcə Nuşu ananın gözlərinə yuxu getmədi. 
Yatağının içində çevrilə-çevrilə qaldı. İndi onun xəyalı Həzi ilə gəmidə idi.
Nuşu ana ayağa qalxdı, eşiyə çıxdı. Aydınlıq* idi: həyət-baca süd kimi 
görünürdü.  Hava ayaz olduğundan*  bir qədər soyuq* idi. Nuşu ana isə, elə bil, 
bu soyuğu hiss etmir, alışıb-yanırdı. Birdən gözü Həzinin 
inişil
 evin qabağında 
əkdiyi innab ağacına sataşdı. Onun yanına gəldi. Əlini ağacın  gövdəsinə sürtüb:
–  Balamın  yadigarı,  –  dedi.  –  Bircə  tez  böyüyəydi.  İnnabını  Həziyə 
göndərəydim.
Mal-qara sürtündüyündən* ağacın gövdəsi əyilmişdi. 
–  Gərək 
sabah
  uşaqlara  tapşıram,  yanlarına  çəpər  çəksinlər.  Balamın 
yadigarıdır.
Nuşu ana Həzinin innab əkməsini xatırladı.
O zaman Həzi lap balaca idi. Ondan* bir gün əvvəl atasından* soruşmuşdu 
ki, ən uzunömürlü ağac hansıdır?
Nuşu  ana  kiçik  innab  ağacının  yanında  nə  qədər  dayandığını  bilmədi. 
Bircə onu hiss etdi ki, kürəkləri soyuqdan* qovuşur. Ağacı bir də tumarladı*, 
oxşadı:”Balamın yadigarısan!”  – dedi.
Səhər ananın təkidi ilə qardaşlar innab ağacının yanını çəpərlədilər, ona 
su verdilər.
İnnab ağacı həmin gündən* əzizləndi, müqəddəsləşdi. Yaz gələndə çiçək 
aç dı, ilk nübarını gətirdi. Kimsə onun dadlı, qırmızı meyvələrinə toxunmadı. 
 Çap üçün deyil

17
Ye ti şəndə  ana  onu  ovuc-ovuc  yığıb  sərdi,  qurutdu  və  ilk  nübarını  Həziyə 
sovqat göndərdi.
Həmin innab ağacı indi də Həzinin ata yurdunda durur. Lənkəran şəhərinə 
yolu  düşən  əziz  qonaqları*,  ilk  növbədə,  ölməz  sərkərdənin  ev  muzeyinə 
gətirirlər. İçəri girən kimi, bələdçilər birinci növbədə qonaqlara innab ağacını 
göstərirlər.
Həzinin  uşaq*  vaxtı  əkdiyi  ağacdır,  –  deyirlər.  Hamı  da  ona  maraqla 
baxır. Sanki o, başqa innab ağaclarına bənzəmir. Bu ağac daha əzəmətli, daha 
vüqarlı görünür. Böyük sərkərdənin özü kimi!   
                                                 Əli Səmədli “Generalın uşaqlığı” kitabından
SÞZLÖK
eşik – преддверие
gövdə – ствол
çala– яма
tumarlamaq – гладить
SЮZ EHTИYATI
yolu düşmək – посещать
təskinlik vermək – утешать
əl-ayaq yığışdı – burada: тишина
əli işə yatmamaq – не мог ничем 
                                заниматься
boğazı tikilmək – burada: не может кушать 
boğazından keçməmək – burada: 
 
 
             не может кушать
kürəkləri soyuqdan qovuşur – burada:    
 
                   сморщиться от холода

 Oxuduğunuz mətndə  məntiqi ardıcıllığın pozulmasını müşahidə etdi-
nizmi? Fikrinizi faktlarla əsaslandırın.

  Mətndə  narıncı  fonla  fərqləndirilmiş  hissəni  oxuyun  və  oradakı 
hadisəyə münasibətinizi bildirin.

 Mətnin məzmunu üzrə  beş bənddən ibarət plan tərtib edib yazın.

  Hissələr  arasında  əlaqələri  gözləməklə  mətnin  məzmununu  plan 
əsasında danışın.

  Oxuduğunuz  mətndə  diqqətinizi  cəlb  edən  fakt  və  hadisələr  barədə 
danışın.

  Mətndə  altından  xətt  çəkilmiş  cümlələrdəki    sözlərin  vurğusunu 
müəyyənləşdirin.  Sonra  cümlələri  bir  daha  ucadan  oxuyun.  Oxuduğunuz  
cümlələrdəki  hansı sözlər digərlərindən  fərqli  intonasiya ilə tələff üz edilir? 

 Aşağıdakı cümlələri mətnin məzmunu əsasında tamamlayın. Necə bilir-
siniz, cümlələrin sırası mətndəki məntiqi ardıcıllığa uyğun gəlirmi? Fikrinizi 
əsaslandırın və  mətn üzrə məntiqi ardıcıllığı bərpa edin. 
1) İçəri girən kimi, bələdçilər birinci növbədə qonaqlara ... . 2) Birdən gözü 
Həzinin inişil evin qabağında əkdiyi... . 3) Bir il keçməmiş bir də görəcəksən 
Həzi budur ha, ... . 4) Təkcə Nuşu ananın boğazı tikilmişdi, … . 5) Nuşu ana 
kiçik  innab  ağacının  yanında  ...  .  6)  Səhər  ananın  təkidi  ilə  qardaşlar  innab 
ağacının ... . 7) Həmin innab ağacı indi də ... . 8)  Lənkəran şəhərinə yolu düşən 
əziz qonaqları, ilk növbədə, ...  
 Çap üçün deyil

18

 Ahəng  qanununa  uyğun  şəkilçi  variantları  seçməklə  aşağıdakı  mətni 
Azərbaycan dilinə tərcümə edin. 
Командир 55-го отдельного танкового полка подполковник Ази Ас ла-
нов особо отличился во время Сталинградской битвы. Полк противостоял 
передовым  частям  группы  армий  «Дон»  Э.Манштейна,  пытавшимся 
прорваться  к  окруженной  6-й  армии  Ф.Паулюса.  15-19  декабря  1942-го 
года  Асланов умело руководил подразделениями, отражавшими натиск 
противника. Танкисты полка подбили и сожгли 30 вражеских танков, 50 
автомашин и уничтожили до  2-х тысяч солдат и офицеров противника, 
преградив путь врагу в районе хутора Верхнее – Кумский.  
За  отвагу  в  боях  под  Сталинградом  22  декабря  1942-го  года 
подполковнику Ази Асланову было присвоено звание Героя Советского 
Союза с вручением ордена Ленина и медали “Золотая Звезда”.  

Tərcümə etdiyiniz mətndəki əsas faktları müəyyənləşdirməyə xid mət 
edən suallar tərtib edib yoldaşlarınıza ünvanlayın və verilən cavablara mü nasi-
bət bildirin.  
Kÿlmÿlÿrin “dili”ni þyrÿnÿk!
Çıxmaq – 8) Birdən-birə görünmək, qarşısına çıxmaq – Birdən yola bir uşaq çıxdı;
9) Bir şeyin üstünə qalxmaq, dırmaşaraq qalxmaq – Dama çıxmaq; Ağaca çıxmaq; 
10) Qurtarmaq, sonu çatmaq – Qış yenicə çıxmışdı; 11) Çap olunmaq, nəşr edilmək, 
buraxılmaq  –  Jurnalın  yeni  nömrəsi  hələ  çıxmamışdı;  12)  Yerin  altından  hasil 
edilmək, əldə edilmək – Buradan hələ də neft çıxır? 13) Doğulmaq, yetişmək, mey-
dana gəlmək – Bu kənddən elə bir məşhur adam çıxmayıb. 

 Ahəng qanununa uyğun şəkilçi variantı seçməklə aşağıdakı cümlələri 
oxuyun. 
Həzi.. köynə.., Həzinin sapand.., Həzinin köhnə ayaqqabılar.. .  Ana indi az 
qalırdı onlar.. əzizləyib bağrı.. bassın. 
İnnab ağacı həmin gün.. əzizlən.. , müqəddəsləş.. . Yaz gələndə çiçək aç.. , 
ilk nübarı.. gətir.. . Kimsə onun dad.. , qırmızı meyvələri.. toxunma.. . Yetişəndə 
ana onu ovuc-ovuc yığıb sər.. , qurut.. və ilk nübarı..  Həzi..  sovqat göndər.. .

 Aşağıdakı cümlələrdə bir-biri ilə əlaqəsi olan sözləri müəyyənləşdirin 
və onları seçib birləşmə şəklində yazın. 
Nuşu  ana  kiçik  innab  ağacının  yanında  nə  qədər  dayandığını  bilmədi. 
Bircə  onu  hiss  etdi  ki,  kürəkləri  soyuqdan*  qovuşur. Ağacı  bir  də  tumarladı, 
oxşadı:”Balamın yadigarısan!” – dedi.
Səhər ananın təkidi ilə qardaşlar innab ağacının yanını çəpərlədilər, ona su 
verdilər.
Həmin innab ağacı indi də Həzinin ata yurdunda durur. Lənkəran  şəhərinə 
yolu düşən əziz qonaqları, ilk növbədə, ölməz sərkərdənin ev muzeyinə gətirirlər.

Yazdığınız birləşmələrin hansı nitq hissələrindən düzəldiyini müəyyən-
ləşdirin.
 Çap üçün deyil

19

  Mətndə  göy  şriftlə  fərqləndirilmiş  sözlərin  qrammatik  vəzifəsini 
müəyyənləşdirin və onları məna növləri üzrə qruplaşdıraraq təqdim edin.

 Mətnin birinci abzasında qırmızı rəngdə verilmiş sözlərin qrammatik 
mənasını müəyyənləşdirin və onları başqa cümlələrdə də işlədin. 

 Mətndə ulduz işarəsi ilə fərqləndirilmiş sözləri tələff üz xüsusiyyətləri 
baxımından  qruplaşdırıb  köçürün  və  hər  birinin  qarşısında  düzgün  tələff üz 
şəklini qeyd edin. Həmin sözlərin tələff üzü ilə əlaqədar keçdiyiniz qaydaları 
yadınıza salıb konkret faktlarla izah edin. 
§ 6. PARTİZAN DAŞDƏMİROV 
I hissə
Hərbi əsirlər ətrafı tikanlı* məftillə əhatə edilmiş bir yerdə sıraya düzül-
müş dülər.  Zabitlərdən  biri  almanca 
nə  isə
  dedi.  Əlindəki  çubuqla*  dar 
ağaclarından sallanmış meyitlərə işarə etdi. Uzundraz, eynəkli tərcüməçi:
–Kim  qoyulmuş  qaydalara  əməl  etməsə,  onun  günü  bax  elə  olacaq*. 
Hamı
 dar ağaclarına nəzər salsın.
Nəsrəddin zabitlə qarşı-qarşıya dayanmışdı. O, qəzəbdən alışan baxışlarıını 
gizlədə  bilmirdi.  Qaralmış  meyitlərə  ani  olaraq  gözü sataşan    Nəsrəddin 
gözlərini yerə dikdi, dişlərini qıcadı. Zabitin gözünün ona sataşması ilə əlindəki 
çubuğu Nəsrəddinin kəlləsinə endirməsi bir oldu.
“Arxamca!”  deyən  adamla  o,  zabitin  nişan  verdiyi  iki yol  ayrıcının  sol 
tərəfi nə  buruldu.  Kolluğun  içində 
onu
  gözləyən  adamlara  qoşuldu.  Ertəsi 
günü onlar Alp dağının əlçatmaz bir yerində ”Militari” partizan dəstəsinin* 
qərargahında oldular.  
–Başını yuxarı, qanmazın biri qanmaz!
Çubuğun  ağrısı  sümüyünə  yeriyən  Nəsrəddin  alman  zabitinə  istehza  ilə 
baxdı:
–Mən artıq “təlimatlanmışam”,  cənab zabit, – dedi, –1942-ci ildən bəri 
düşərgələrinizdə asılan-kəsilən, incidilən, ağlayan-sızlayan, ac-susuz saxlanan 
əsirləri çox görmüşəm...
 
Əsirin halına və sözlərinə nəzər yetirən zabit onda faşizmə qarşı amansız 
kin və qəzəb duydu.
 Alman zabiti gülümsündü. Yəqin ki, o, sovet əsirindən* 
elə
 bunu gözləyirdi. O gündən Nəsrəddinin hərəkətlərinə* göz qoyan zabit bir 
axşamçağı qaranlıq* düşəndə onu təkləyib təmiz rus dilində dedi:
–Səndə xüsusi bir mətanət duyuram, 
əsl
 sovet adamının mətanətini.
Qulağının  dibində  bomba  kimi  partlayan*  bu  sözlərdən  heyrətə  gələn 
Nəsrəddin zabitdən uzaqlaşmaq* istədi. 
Alman zabiti əsirin qolundan möhkəm tutub, özünə tərəf çəkərək dedi:
–
Sizin
 sabah axşam qaranlıq düşəndə qaçmaq planınız baş tutmayacaq...
 Çap üçün deyil

20
  Nəsrəddini heyrət bürüdü. Sirr açılmışdır. Öz halını büruzə verməməyə 
çalışmasına baxmayaraq, 
qeyzlə
 zabitə dedi:
–
Sən
 xəfi yyəsən, məndən əl çək!                     
Zabit 
israrla
 davam etdi:
–Almaniya Kommunist Partiyası adından deyirəm, indicə qaçmalısınız. 
O  üstdən  gedən  şose  yol  Berqamo  şəhərinədir.  Şəhərə  çatmamış  iki  yol 
ayrıcında 
səni
  qarşılayan  olacaq.  Parol  “Militari”dir.  “Yubanmaq  olmaz”,  – 
deyən zabit cibindən* çıxarıb ona tapança və patron uzatdı.
–Al, – dedi, – hər ehtimala qarşı! – Zabit sonra onun qolundan tutub irəli 
itələdi və hökmlə:
–Haydı! Tezliklə! Haydı!
Gecə  qaranlığında  şosenin  kənarı  ilə  qorxu  və  həyəcan  içində  hərəkət 
eləyən Nəsrəddini bir nida diksindirdi:
–Parol!
– Militari... 
 
 
 
 
 
Yusif Hacıyev
SÞZLÖK
qanmaz – невежа
tikanlı – колючий
uzundraz – верзила
dar ağacı – виселица
mətanət – стойкость
israrla – настойчиво
qeyzlə – гнeвно, яростно
amansız – беспощадный
xəfi yyə – сыщик, шпион
təlimatlanmaq – инструктировать
SЮZ EHTИYATI
dişlərini qıcamaq – стиснуть зубы  
 
sümüyünə yeriyən – burada: 
büruzə verməmək – не подавать виду   
 
 
боль до костей

 Necə bilirsiniz, oxuduğunuz mətndə məntiqi ardıcıllığın pozulmasına 
yol  verilmişdirmi?  Mətndən  həmin  hissəni  tapıb  səsləndirin  və  fi krinizi 
əsaslandırın. Sonra  mətnin məntiqi ardıcıllığını bərpa edin.

 Mətndəki fakt və hadisələri  sualların köməyi ilə müəyyənləşdirin və 
tərtib etdiyiniz sualları yazın.

 Necə düşünürsünüz, mətndə haqqında danışılan  alman zabiti kimdir?  
Onun haqqındakı fi kirlərə münasibət  bildirməklə təqdim edin.

  Mətndə  yaşıl  rənglə  fərqləndirilmiş  cümlədə  ifadə  olunmuş  fi krə 
münasibət bildirin. Necə düşünürsünüz, Nəsrəddinin hansı sözləri və hərəkətləri 
onun faşizmə amansız kin, qəzəb duyduğunu büruzə verirdi?

 Mətndə kursivlə verilmiş ifadələrin  kontekstə uyğun qarşılığını tapıb 
səsləndirin.

  Mətnin  hissələri  arasında  əlaqələri  gözləməklə  onun  məzmununu 
qısaca danışın. 

 Mətndə göy şriftlə fərqləndirilmiş sözlər əvəzliyin hansı məna növlərinə 
aiddir? Düzgün variantı səsləndirin və fi krinizi əsaslandırın.
 Çap üçün deyil

21
A) işarə və sual                  
B) qeyri-müəyyən və şəxs   
C) təyini və qeyri-müəyyən        D) qeyri-müəyyən və işarə
❽ 
Mətndə  qırmızı  rənglə  fərqləndirilmiş  sözlərin  qrammatik  mənasını 
müəyyənləşdirin və hər birini  cümlələrdə işlədin.

 Mətndə narıncı rənglə fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid 
olduğunu  müəyyənləşdirin və hər birinin sinonimini tapıb səsləndirin. Sonra  
fi krinizi əsaslandırın.

 Mətndə altından xətt çəkilmiş cümlələrdəki sözlərin vurğusunu müəy-
yənləşdirin. Sonra həmin cümlələri bir daha ucadan oxuyun. Necə bilir siniz, 
bu cümlələrdə hansı sözlər digərlərindən fərqli intonasiya  ilə tələff üz olunur? 
Həmin sözləri seçib səsləndirin. 

 Aşağıdakı  cümlələrdə  altından    xətt    çəkilmiş  sözləri  mənaca  əlaqə-
lən  dikləri sözlərlə birlikdə seçib yazın. Sonra yazdığınız birləşmələrdə iştirak 
edən sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.
1) O, qəzəbdən alışan baxışlarını gizlədə bilmirdi. 2) Şəhərə çatmamış iki 
yol ayrıcında səni qarşılayan olacaq. 3) Alman zabiti əsirin qolundan möhkəm 
tutub, özünə tərəf çəkərək dedi. 4) Hərbi əsirlər ətrafı tikanlı məftillə əhatə 
edilmiş bir yerdə sıraya düzülmüşdülər. 5) Əlindəki çubuqla dar ağaclarından 
sallanmış  meyitlərə  işarə  etdi.  6)  Kolluğun  içində  onu  gözləyən  adamlara 
qoşuldu. 7) O üstdən gedən şosse yol Berqamo şəhərinədir.
 
Yazdığınız və qara şriftlə verilmiş söz birləşmələri üzərində müşahidə 
apa rın. Necə bilirsiniz, onlar arasındakı fərq nədədir? Müqayisə edin.  

 Necə bilirsiniz, yuxarıdakı cümlələrin sırası mətndəki ardıcıllığa uyğun-
durmu? Fikrinizi əsaslandırın. 

 Nəsrəddinin başına bundan sonra nələr gələcək? Əhvalatı siz necə da-
vam etdirərdiniz?  Öz variantınızı təqdim edin.

 Necə düşünürsünüz,  aşağıdakı başlıqlardan hansı mətnin məzmununa 
daha çox uyğun gəlir? Siz bu başlıqlardan hansını seçərdiniz? Münasibət bildi-
rin və fi krinizi əsaslandırın.
1) Parol “Militari”dir.
2) Mən artıq “təlimatlanmışam”,  cənab zabit.
3) Nəsrəddini heyrət bürüdü.
§ 7. PARTİZAN DAŞDƏMİROV
II hissə  
Təzə gələnlər* siyahıya alınırdı. Növbə Nəsrəddinə çatanda 
rota
 
koman-
diri
 Ələkbərli onu maraqla* süzdü. Nəsrəddin adını,  familiyasını söyləyəndə 
o,  qeyri-iradi  olaraq  yerindən*  qalxdı,  marağını  gizlədə  bilməyərək  ondan 
azərbaycanca soruşdu:
 Çap üçün deyil

22
–Haralısan, bacıoğlu?!
–Azərbaycandanam.
–Azərbaycan böyük respublikadır. Rayon, kənd?
–Qusar rayonunun 
Hil kəndi 
...
Ələkbərli onun boynuna sarıldı:
–Mən də Dərbənd şəhərindənəm, – dedi.
Nəsrəddin qəhərləndi*. Ələkbərli* onun halını duyub:
–Qəm yemə, yerli*, biz onsuz da dağ adamıyıq.  Nə fərqi var, 
Qafqaz 
dağları
nda deyilik, Alp dağlarındayıq. Görünür, 
bizim qismətimizə 
dağ havası 
nəsibmiş. Çox yaxşı oldu ki, sən ”Militari”yə düşmüsən. 
Mənim rotam
 da ola-
caqsan. “Militari” faşistlərə az divan tutmamışdır...
Qərargah məlumat aldı ki, Milandan* Verona şəhərinə almanların* hərbi 
qatarı  yola düşəcəkdir. Gecə saat birdə partizanlar* qatarı qarşılamalı idilər. Bu 
məsul iş 
Ələkbərlinin rotası
na tapşırıldı. Sıldırım dağları aşaraq, keçilməz 
meşələri adlayaraq dəmir yoluna yaxınlaşan* partizanlar öz mövqelərini hələ 
tutmamışdılar ki, qəfi ldən 
almanların şiddətli atəşi
nə məruz qaldılar. Atışma 
uzun  çəkdi.  Sayca  almanlardan  qat-qat  az  olan 

Kataloq: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün

Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə