Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

                                           M. Mutallimova 

W. Shakespeare’s sonnets and their analysis 

Summary 

 

In this essay you can find great English poet W. Shakespeare’s sonnets and 

their analysis. The sonnets are traditionally divided into two major groups: the fair 

lord sonnets (1-126) and the dark lady sonnets (127-154). The narrator is tormented 

as he struggles to reconcile the uncontrollable urges of his heart with his mind's 

better judgment, all the while in a desperate race against time. Overall, Shakespeare 

wrote 154 sonnets and created the best samples in this genre. These sonnets were 

translated into Azerbaijani language adroitly with keeping its original impression. 

 

М.Муталлимова 



Сонеты великого поэта Шекспира и его содержание 

Резюме 


 

В  данной  статье  обсуждается  сонеты  великого  поэта  Шекспира  и  его 

содержание. Он описывал необычную красоту в  собственных  сонетах. Сона-

ты  в  основном  были  объединены  в  две  группы - верная  любимая (1- 126) и 

темная Леди(127 -154). В общем Шекспир написал 154 сонаты и создал самые 

лучшие образцы этого жанра. Эти произведения были переведены Азербайд-

жанскими поэтами с мастерством, максимально соответствия оригиналу. 

 

Rəyçi:  B/m  Zemfira Abbasova 



 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



154

ƏZİZƏ MƏMMƏDOVA  

ADU 


 

REKLAM  MƏTNİNİN  LEKSİK  ASPEKTİ 

 

Açar sözlər: Fransız brendi. Reklam sloqanı. Dizayner. Vivagel. Contrex. Breguet. 

Sisley. 

Key words: The French brand. The advertising slogan. Designer. Vivagel. Contrex. 

Breguet. Sisley.  



Ключевые  слова:  Французский  бренд.  Рекламный  слоган.  Дизайнер.  Вива-

гель. Контрекс. Брегет. Сислей.   

 

Müasir dövrdə reklam sözü və anlamı gündəlik həyatımızda dərindən kök sal-



mış və cəmiyyətin həyat tərzini əks etdirməklə bir növ  müasir həyatın “ dəyərləri, 

qadağaları, davranış normalarının inkişfı haqqında seysmoqrafa” çevrilmişdir [2: 

12]. “Reklam ” sözü latın mənşəli “reclamare” felindəndir, “qışqırıb çağırmaq, hay-

lamaq” deməkdir və  aşağıdakı  mənalara malikdir: 1) istehlakçılara, tamaşaçılara 

mallar, göstərilən xidmətlər haqqında məlumat vermək, və s. Məs.: ticarət reklamı

2) bu tipli informasiyanın yayımlanması. Məs.: telereklam. Məlum olduğu kimi rek-

lam yeni mallar və xidmətlər haqqında, həmçinin reklam edilən malı almaq, alıcını 

inandırmaq üçün alət olan informasiya vasitəsidir. 

Reklam müraciətinin ən vacib elementi, qısa və tutumlu tərzdə ticarət təklifi-

nin təkrarolunmaz  yazilmış  şüarıdır (sloqanıdır). Hesablamalar göstəərir ki, 

insanlar reklam mətnlərindən beş  dəfə çox yazilmış  şüarları (sloqanlaı) oxuyurlar. 

Buna görə  də istehlakçı onu şəxsən maraqlandıran hər  şeyi görməlidir. Reklam 

sloqanı, qısa  şüar və ya çağırış formasında olmalıdır. O, malın keyfiyyətini  əks 

etdirməli, xidmət sahələrini, firmanın fəaliyyət istiqamətini birbaşa və ya abstrakt 

formada göstərməlidir. Reklam sloqanı  aşağıdakı funksiyaları yerinə yetirir: a) 

istehlakçıların diqqətini cəlb etmək; b) firmannın nüfuzunu qaldırmaq; c) satışın 

həcmini artırmaq, və s. Alimlər belə hesab edirlər ki, reklamın qavranılmasını  və 

onun düzgün başa düşülməsini asanlaşdırmaq üçün onun komponentlərinin təhlilini 

aparmaq gərəkdir. T.V. Karamışova və A. İ. İvançenko hesab edirlər ki,  reklamın 

əsas komponentləri aşağıdakılardır: a)  mətn komponenti – söz (əksər hallarda xü-

susi isim); b) cümlə - (bir qayda olaraq reklam süarı); c) təsvir etdici mikromətn; ç) 

təsviretdici komponent (fotoşəkillər, kollajlar v.ə s. sonuncular əsas və köməkçi 

reklam məhsullarına bölünür); d) implisit sosiomədəni komponent. [1:103]. 

Reklam məhsullarının mətn komponenti üzərində dayanaq. Biz aşağıdakı 

fransız jurnallarının reklam mətnlərinin  əsasında bəzi təhlillər apardıq-“Exp-

ress”,“Label France”, “Le français dans le monde” və aşağıdakı  xüsusiyyətləri aş-

karladıq:  

* reklam mətnləri həmişə çox lakonikdir, asanlıqla yadda qalır və 4-10 sözdən 

ibarət olur. Məs. “Avec Carrefour, je positive” (supermarket Karfur), “Toute la 

légèreté d’une brume pour un volume naturel” (həcm verici Timotey suyu); 

* reklam mətni öz informativliyi ilə insanı daha tez inandırır: “Tout dire sans 

un mot” (Lankom, “Poem” adlı ətir), “Il suffit de changer peu de choses, pour se 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



155

sentir bien” (Nana, alt paltarı), “Rendre la pierre aussi dynamique que l’argent, ren-

dre l’argent aussi solide que la pierre” (Kənd təsərrüfatı Kredit Bankı); 

* reklam mətninin cəzbediciliyi və maraq doğurma qabiliyyəti: bu keyfiyyət  

istehlakçının diqqətini cəlb etmək üçün vacibdir ki, onu bu malı almağa meylli 

etsin: “Quelque chose en moi d’éternel” (Givenchy, Organza ətriyyatı), “Pour que 

demain ait toujours du goût” (Paysan Breton – kərə yağı); 

* üslubi vasitələrin işlədilməsi:  metafora - “Venez vitaminer votre 

français!”, təkrar - “ça fait bien ou ça fait mal” (Syntol, dərman), “De plus en plus 

forts, de plus en plus longs” (Garnier, şampun) ; müqayisə - “Conforama, le pays 

où la vie est moins chère”); retorik sual -  “En panne d’argent cash à Paris?” 

(Western Union, pul köçürmələri), və digərləri [5:54]. 

* reklam mətnlərinin hazırlamasında fonetik vasitələrin işlədilməsi: a) allite-

rasiya- “Chic, choc, chouette, dimanche”, “Coca-Cola”), b) elan -    “Michigan. 

Toujours devant” (bağ mebeli), c) qafiyə və ritm - “Mettez du fruit dans votre vie” 

(Andros, mürəbbə), “Le plus pratique des sacs plastiques” (zibil torbası), 

“Découvrez l’art du café. Entrez en amateur, dégustez en connaisseur” (“Jacques 

Vabre” kofesi), “Carapelli. Tout en elle chante l’Italie” (Carapelli, zeytun yağı), 

“La vie est confortible! (Convertible mebel evi ), və s.   

Fransız  reklamında bu xalqın xarakterik xüsusittətləri, o cümlədən də  onun 

yumor və zarafata meylliliyi öz əksini tapmışdır. Bu xüsusiyyət kalamburlarla (söz 

oyunları) bağlı olan reklamlarda öz əksini tapır.  “La couleur, c’est l’Avi” (L’Avi

rəsm əsərləri) reklam mətnini “La couleur, c’est lа viе” kimi oxumaq və başа düş-

mək lazımdır; “La forme, je la dors” reklam mətnini “La forme, je l’adore”  kimi 

oxumaq və başа düşmək lazımdır.  

Reklam verənlər daha çox motiv yaratmaq üçün frazeoloji vahidlərə, atalar 

sözləri və zərb məsəllərə müraciət edirlər [6: 115]. Bu məqalə çərçivəsində biz yal-

nız aşağıdakı atalar sözləri və zərb məsəli modelləri əsasında yaradımış dörd reklam 

sloqanından danışacağıq: 

1. « Qui vivra, verra » - « Yaşayarıq görərik » modeli əsasında “Qui goûtera, 

croira” (Suze, vin); Dadına baxan inanar (Suze, içkisi, şərabı - mədənin dostu) 

reklam sloqanı yaradılıb.  

Ehtimal olunur ki, Suze sözü bu içkini icad edənin baldızı Süzann Qasparın, 

və ya İsveçrədə axan çayın adı ilə bağlıdır. 

Sarı  rəngli, tərkibində 15° (İsveçrədə 20°) spirt olan, bir litrə 200 qr. şəkər 

qarışdrılmış fransız brendi. Bu brendin qammaları :  

1) Orijinal Suze : acıçiçək və  ətirli  otlar ; 2) Qırmızı giləmeyvəli Suze: 

çiyələk, qara tut və qaragilə ; 3) Sitruslu Suze : narıncı, mandarin, limon.  

2. « Le chien aboie, la caravane passe » -« İt hürüyər karvan keçər » modeli 

əsasında « Les chiens aboient, Lee Cooper passe » - « İtlər hürüyür, Li Kuper keçib 

gedir » reklam sloqanı yaradılıb. Bu firma əvvəlcə, 1908-ci ildə, Londonda paltar, 

əsasən bu dövrdə dəbdə olan kombinezonlar, Birinci Dünya müharibəsi başlayanda 

hərbi forma istehsal edir. 1946-cı ildə firmanın adı  dəyişdirilir və “Lee Cooper” 

adlanır. 50-ci illər və sonrakı demoqrafik partlayış cins parçadan “ev, bağ  və  iş” 

üçün olan paltarları dəbə gətirir və bu brend Avropada öz yerini tutur. Hal-hazırda 

cins kombinezon istehsalçıları Lu Duayen, Jan Şarl dö Kastelbajak Ora İto, Pako 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



156

Rabann, Cayls Dikon və  başqaları kimi məşhur dizayner, aktyor, musiqiçilərlə əm-

əkdaşlıq edirlər. 

3. « L’appétit vient en mangeant » - « İştah diş altındadır » modeli əsasında   

« L’appétit vient avec Vivagel

 

» (Vivagel, produits alimentaires); İştah Vivajellə 



gəlir (Vivajel, dondurulmuş qida məhsulları – xüsusilə bütün balıq növləri barədə 

deyilir) reklam sloqanı yaradılıb. 

4.  « Aide-toi, le ciel t'aidera » « Özün – özünə kömək et, Allah sənə kömək 

edər” modeli əsasında - « Aide-toi, contrex t’aidera » - « Özün – özünə kömək et, 

kontreks  (mineral su) sənə kömək edər” reklam sloqanı yaradılıb.  

Bədii əsərlərin adlarına və ya məşhur söyləmlərə vurulan eyhamlar da alıcı-

ların diqqətini cəlb edir : Məşhur fransız yazıçısi Stendalın “Le Rouge et Le Noir” 

(“Qırmızı və Qara”) əsərinin modeli əsasında “Le rouge et le soir”, (“Qırmızı-“do-

daq boyası”- və axşam”) reklam sloqanı yaradılıb ; Marsel Prustun “A la recherche 

du temps perdu” (“İtirilmiş vaxtın axtarışında”) əsərinin modeli əsasında “A la rec-

herche du teint perdu”(“İtirilmiş çöhrənin axtarışında”) reklam sloqanı yaradılıb və 

digərləri.  

Reklam verənlər istehakçının diqqətini cəlb etmək üçün həm də bədii  əsərlər-

dən parçalardan istifadə edirlər. Məs. Aleksandr Dümanın “ Qraf Monte Kristo ”, 

əsərindən -“La montre de Danglars, chef-d’oeuvre de Breguet, qu’il avait remontée 

avec soin la veille (...) sonna cinq heures et demie du matin” ( Məşhur Breqet qol 

saatları ”) reklam sloqanı. 

Əksər hallarda məhsulu təqdim edən firmanın adı reklam sloqanının  əsas 

hissəsinə çevrilir və alıcının diqqətini cəlb etmək üçün lap əvvəldə durur: “Eau de 

Cologne Hermès. Le plaisir après le plaisir”- “Hermes Odekolonu. Keyfdən sonra 

keyf ”, “Trussardi Skin. Le nouveau parfum féminin”- Trusardi Skin. Qadınlar üçün 

yeni ətir”, “San Pellegrino. Vivre en Italien” – İtalyan sayağı yaşamaq (San Pelle-

grino, mineral  su); “Quand c’est bon, c’est Bonduelle” – Dadlı hər bir şey, Bon-

dueldir (Bonduel – konservləri), və bir çoxları.  

Fransız reklam mətninin  əsas hissələrindən biri də onun başlığı ilə bağlıdır. 

Söhbət istehlakçını reklam sloqanına alışdırmaq və onu şirnikdirməkdən gedir: “La 

beauté a sa légende. Qui mieux qu’une femme pouvait révéler la beauté des fem-

mes” (Simona Perel, alt paltarı),  və s.   

Məşhur şəxsiyyətlərin adları da fransız rekkamında öz əksini tapır: “Création 

Hubert, Isabelle d’Ornano pour Sisley” (Sisley, ətir suyu “Axşam vurulan ətir 

suyu”), və s. 

Fransız reklamı da digər qərbi Avropa dövlətlərinin dili kimi ingilis dilinin tə-

sirinə  məruz qalmışdır: “Bye bye monotonie” (Luminarc) –“Əlvida yeknəsək hə-

yat” (Luminark çini qabları); “Home sweet home”, en français... ça se dit TV5”, 

fransızca TV5 televiziya kanalı barədə deyilir. Reklam mətnlərində ingilis sözləri 

reklama yenilik gətirir, onu daha da müasir və cəlbedici edir, bu da fransız dilində 

işlədilən ingilis alınmalarının intensivliyindən xəbər verir [4:16]. 

Sloqanlar reklamın əsas elementlərindən biridir [7-32]. Onlar deyiləndən daha 

çox məna ifadə edirlər, onlar nə  həqiqi deyil, nə  də yalan, lakin hamı  tərəfindən 

tanınan və  qəbul ediləndirlər. Məs. : "Mettez un tigre dans votre moteur"- Mühır-

rikinizə pələng əlavə edin (mühərrik yağları). 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



157

Bəzən daha çox inam və  dəyanət yaratmaq üçün reklam verənlər feilləri 

məsdər formasında işlətməkdən belə  çəkinmirlər : “Nourrir et revitaliser les 

cheveux secs et très secs”- Quru, çox quru saçları qidalandırmaq və  həyata qay-

tarmaq” (Karite şampunu).  

 

Biblioqrafiya 



 

1. Карамышева Т.В., Иванченко А.И. Реклама как компонент межкультурной 

коммуникации // Уроки  французского  языка. – СПб:  КАРО, 2001. – С. 105-

136. 


 2. Розенталь Д.Э., Кохтев Н.Н. Язык рекламных текстов. М.: Высшая школа, 

1989.-180с.  

3. Bally Ch. Traité de stylistique française. Paris: Klincksieck, 2003. - 331p. 

 

4. Berthelot- Guiet K. Publicité: une parole quotidienne ? // Communication et 



langages, № 117, 1998. p. 12-27.  

5. Djabbarov R. Dj. Lexicologie du français contemporain. Bakou 2013. 246 p. 

6. Gresillon A., Maingueneau D. Polyphonie, proverbe et détournement, ou: un 

proverbe peut en cacher un autre. Langages, 73, 1984, p. 112-125.  

7. Greven H. La langue des slogans publicitaires en anglais contemporain. —  

Publications des universités de Rouen et du Havre, 1982. — 388p.  

Nouveau Petit Robert. Dictionnaire alphabétique et analogique de la langue 

française/ Sous la direction de Rey - Debove J. et Rey A. — Paris: Dictionnaires le 

Robert, 2004. 2947 p.  

Azərbaycanca-Fransızca lüğət (R. C. Cabbarovun redaktorluğu ilə, 2-ci nəşr). Bakı, 

2011. 620 s. 

Fransızca-Azərbaycanca lüğət (ikinci nəşr, R. C. Cabbarovun redaktorluğu ilə), 

Bakı, 2006. 459 s. 

Reklamla bağlı xüsusi nəşrlər :  Guide Sherpa, Huit à Huit, Bière Magazine, 

Cuisine Actuelle; Cuisine Maison; Madame Figaro, Elle à table, Femme Actuelle. 



İnternet ünvanları: 

www.imdb.com/title/tt1087829/combined   

www.jstor.org/pss/286184   

www.leecooperjeans.com/ 

www.contrexinc.com   

 

Aziza Mammadova 



Lexical aspects of the advertising text 

Summary 


 

The article, called “Lexical aspects of the advertising text”, features an 

analysis of the lexical aspect of the French advertising text. One of the main parts of 

the French advertising text is the title where initiations are used to impress the 

consumer, as in the text “La beauté a sa légende. Qui mieux qu’une femme pouvait 

révéler la beauté des femmes”, etc. In addition, names of the famous people are 

used in the French advertising texts as “Création Hubert, Isabelle d’Ornano pour 

Sisley”, etc. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



158

The development of the modern French advertising text is greatly influenced 

by the English language. The article also studies several proverbs used in 

advertising texts to impress the consumer. 

 

Азиза Маммадова 



Лексический аспект рекламного текста 

Резюме 


 

В данной статье под названием «Лексический аспект рекламного текста» 

изучается вопрос лексического аспекта французского рекламного текста. Одна 

из основных частей французского рекламного текста связана с заглавиями, где 

речь  идёт  об  инициации  и  привлечение  потребителя    к  рекламным  объяв-

лениям, типа как: “La beauté a sa légende. Qui mieux qu’une femme pouvait révéler 

la beauté des femmes”,  и тд. Кроме этого имена знаменитостей также находят 

свое отражение во французском рекламном тексте, типа как: “Création Hubert, 

Isabelle d’Ornano pour Sisley” и тд. Сегодняшний французский рекламный текст 

развивается  под  влиянием  английского  языка.  В  этой  статье  изучаются  также 

некоторые  пословицы  и  поговорки,  использованные  в  рекламных  текстах, 

чтобы произвести  необходимые впечатления на потребителя. 

 

Rəyçi:                  Rəşid Cabbarov  



              filologiya elmləri namizədi, dosent 

 

 



 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



159

                                                                                                          NAZLI  ASLAN 



 

BİLİNQVİZMİN NÖVLƏRİ 

 

Açar sözlər: sosiolinqvistika, reproduktiv, bilinqv, uzus, üslub 



Ключевые слова: социолингвистика, репродуктивный, билингв, узус, стиль 

Key words: sociolinguistics, reproductive, bilingual, language usage, style 

 

“Bilinqvizm” anlayışı xarici formasından göründüyü kimi, bi “ikili” (latın) və 



lingua “dil” sözlərindən əmələ gəlmişdir. Başqa sözlə desək, bilinqvizm ikidillilik, 

yəni insanın iki dilə yiyələnməsi deməkdir. Müasir dövrdə bilinqvizm yeni proses 

deyildir, geniş yayılmış bir prosesdir. Məsələn, Ukraynada insanların  əksəriyyəti 

həm ukrayna dili, həmdə rus dilini mənimsəmişdir. İsveçrədə isə dörf rəsmi dil var-

dır: alman, fransız, italyan və retoroman dilləri. Bir ölkədə iki dildən çox dilin fun-

ksionallaşması polilinqvizm və ya çoxdillilik adlanır.  

İkidillilik hadisəsi həm qədimdə, həm də müasir dövrdə geniş yayılmışdır. 

“Bununla belə biz hələ də ikidillilik haqqında ümumi təlimə malik deyilik ki, onun 

bütün dünyada yayılmasını  və sonsuz müxtəlif formalarını  əhatə etsin” (8,13). 

Göründüyü kimi, bu barədə nə qədər də yazılsa da bu məsələ bağlı hələ də yazılar 

yazılmaqdadır.  

Psixoloqlar üçün bilinqv fərd böyük maraq doğurur. Onlar bilinqv fərdlərdə 

əqli bacarıqlar və ya əqli xəstəlikləri təsvir etməyə  cəhd göstərirlər. Linqvist və 

psixolinqvistlər bu məsələyə indi maraq göstərməyə başlamışlar. Onu da qeyd et-

mək lazımdır ki, bilinqv fərdlər üçün çoxkodlu uzus normal dil davranışıdır, belə ki, 

ayrı-ayrı dillər kod şəklində beyinə yerləşdirilir. O da maraqlı faktdır ki, bütün da-

nışanlar müxtəlif məqsədlərdə müxtəlif üslublardan istifadə edir (1,55). L.B.Şerba 

müqayisəyə böyük əhəmiyyət verir. Müqayisə vasitəsilə  şüurluluq artır, müxtəlif 

ifadə formaları müqayisə edərək insan işarəni fikirdən ayırır (9).  

Bilinqvizmi araşdıran tədqiqatçılar qarşısında belə bir sual doğur: ikidilli fərd 

bir və ya iki sistemə malikdirmi? Bu sualla əlaqədar olaraq U.Vaynrayx, S.Ervin və 

Ç.Osqud bilinqvizmi müəyyən şkala kimi nəzərdən keçirməyi irəli sürmüşlər. Bura-

da iki dilin bir sistemdə birləşməsi kimi özünü göstərən qarışıq bilinqvizm və iki dil 

sisteminin ayrı-ayrılıqda mövcud olan koordinativ bilinqvizm fərqləndirilməlidir. 

Transformasion qrammatikada qarışıq bilinqvizm bir-biri ilə bağlı olan vahid se-

mantik baza iki çıxış və iki giriş mexanizm kimi səciyyələnir. Koordinativ bilinq-

vizmdə isə iki semantik baza vardır ki, bunların hər biri giriş-çıxışlı konkret dil sis-

teminə malikdir.  

Dil: mənimsənilmə qaydası və işlənmə 

 

Zaman 



aspekti 

Dil  

Simvol 

 

Diaxron  



Birinci dil 

İkinci dil 

L1 

L2 


Sinxron 

 

Birinci dil 



İkinci dil 

P1 


SL 

  


 

Filologiya  məsələləri – №7, 2013

 

 



160

Fərd üçün birinci dil – doğma dildir, bu dil eyni zamanda da daha çox istifa-

də olunanıdır, ikinci dil istifadə baxımından ikinci, yəni köməkçi dildir. Lakin bəzi 

hallarda doğma dil ev və dostlar arasında ünsiyyət səviyyəsinə enir, digər sferlərdə 

isə ikinci dil yuxarı səviyyəyə qalxaraq yad kollektivdə ünsiyyət dili olur. Bu vəziy-

yət imiqrant və məcburi köçkünlər qrupu üçün səciyyəvidir. Bunun üçün dilin mə-

nimsənilmə qaydasını – diaxronik aspektini indiki işlənmə dərəcəsindən – sinxron 

aspektindən fərqləndirmək lazımdır. 

A.Mekelli bilinqvizmlə bağlı tədqiqatları göstərir ki, ikinci dilin erkən öyrənil-

məsi nitqə cavabdeh olan beynin hissəsinin inkişafına köməklik göstərir. Bu effekt 

ikinci dil beş yaşına qədər olan mərhələdə daha yaxşı görünür.    

Tədqiqatlar göstərir ki, ikidilli insanlarda beynin gicgah hissəsinin aşağı böl-

gəsində daha çox boz maddə əmələ gəlir. İkinci dil nə qədər gec öyrənilməyə başla-

nılsa, bir o qədər də bu xüsusiyyət özünü göstərir. Məhz boz maddə informasiyanın 

təhlilinə cavabdehdir. Beynin boz maddənin plastikliyi hamıya məlumdur, ancaq 

beyində bu maddənin dəyişmə prosesləri hələ  də öyrənilməmiş olaraq qalır. Yeni 

nəticələr göstərir ki, ikinci dilin əsasən, erkən yaşlarda öyrənilməsi beynin struktu-

runa təsir göstərir.    

A.Makellinin tədqiqatlarında ancaq bir dili (ingilis dilini) bilən 25 ingilis, er-

kən yaşlarda ikinci dili öyrənən 25 ikidilli ingilis iştirak etmişdir. Nəticədə məlum 

olmuşdur ki, erkən yaşlarda dil öyrənən iştirakçılarda boz maddə daha çoxdur, bu 

da beynin sol yarımkürəsində özünü büruzə verir.  

Bilinqvizmin formalaşması səbəbi kimi əsasən, siyasi və ya tarixi hadisələrin 

olmasını, eləcə  də müxtəlif ölkələr arasında iqtisadi, siyası  və  mədəni  əlaqələrin 

möhkəmlənməsini göstərirlər. 

Hər bir bilinqv gündə bir neçə  dəfə dilini “dəyişməli” olur, çünki şəraitdən 

asılı olaraq bilinqv bir dildən digərinə keçmək məcburiyyətində qalır. Məhz bu 

halda dil kodlarının dəyişməsi halı baş verir. Bəzi dilçilərə görə, bilinqv iki dildən 

birində daha çox danışarsa, bu onun ana dili hesab olunmalıdır.  Əslində hər hansı 

bir dildə çox danışmaq və ya onu yaxşı bilmək hələ də o dilin ana dil olduğuna dəla-

lət etmir. Məsələn,  əgər  şəxs imiqrandırsa və ya azsaylılara mənsubdursa, o mək-

təbdə və ya digər sosial-siyasi yerlərdə doğma ana dili ancaq məişət səviyyəsində 

öyrənərək bu dildə aydın danışa bilməyəcək. Beləliklə, onun üçün birinci dil onun 

üçün doğma olmayan dil olacaq (2,177). 

Bilinqvizm çox vaxr diqlossiya ilə qarışdırılır, lakin diqlossiyada fərqli olaraq, 

bu iki müxtəlif dili mənimsəmə deyil, bir dilin iki ərazi dialekti və ya iki tarixi 

variantına yiyələnmə deməkdir. Məsələn, diqlossiyaya misal olaraq ingilis dilinin 

şotland və uels variantına yiyələnməsini göstərmək olar.  

Uşaq bilinqvizminə çoxlu sayda tədqiqatlar həsr olunmuşdur. Belə güman 

edilir ki, iki dilə eyni dərəcədə yiyələnmənin ilk şərti ikidilli ərtaf mühitdə ya-

şamaqdan ibarətdir. Uşaq nə qədər erkən iki dili qavrayacaqsa, o qədər də tez o, hər 

iki eyni dərəcədə  mənimsəyəcək, biri digərini üstələməyəcək. Düzdür, bu zaman 

valideynlərin uşağın tərbiyəsində böyük rolu vardır. Valideynlər hər iki dildə ünsiy-

yəti balanslaşdırmalıdır.   

Qarışıq ailədə hər iki dildə ünsiyyəti balanslaşdırmaq uşağın hər iki dili öyrən-

məsində problem törətməməsi üçün uşaq hər iki dilə eyni vaxtı ayrımalıdır. Ən ge-

niş yayılmış variant “bir valideyn – bir dil” prinsipidir. Əgər ailə başqa dövlətə 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



161

köçübsə, valideynlər uşaqları ilə doğma dildə danışmalıdır, belə ki, xarici dildə o, 

cəmiyyətdə danışacaq. 

İndi isə bilinqvizmin növlərinə nəzər salaq. Hər şeydən əvvəl qeyd etmək la-

zımdır ki, təbii və süni bilinqvizmi fərqləndirmək lazımdır. Təbii bilinqvizmdə in-

san iki dili anadan olandan yiyələnir, bilinqv sferdə yaşayır, süni bilinqvizmdə 

birinci dildən sonra ikinci dili yiyələnmə prosesi gedir. “Təmiz” bilinqvə rast gəl-

mək çətindir, bir çox hallarda bir dil daha məqsədəuyğundur, danışan bu dili gündə-

lik danışıq üçün istifadə edir, ikinci dili isə situasiya tələb etdikdə işə yarayır.   

Bundan başqa, bilinqvizmi digər meyarlarla da təsnif edirlər. Məsələn, dilə 

yiyələnmə səviyyəsinə görə: subordinativ (bilinqv bir dili digər dilə nisbətən yaxşı 

bilir) və koordinativ (və ya “təmiz”, insan müxtəlif dilləri eyni dərəcədə bilir). Dil-

lərin işlədilməsinə əsasən bilinqvizm aktiv (hər iki dil müntəzəm olaraq işlədildik-

də) və passiv (bir dilin işlədilməsi digərini üstələdikdə) olur.  

Bundan əlavə, subordinativ bilinqvizmin ikinci dilə yiyələnmə dərəcəsinə görə 

reseptiv, reproduktiv və produktiv olaraq bölünür. Reseptiv bilinqvizmdə subyekt 

qeyri-doğma dili anlamağa qadirdir və onun tərkibini doğma dilə çevirə bilir. Rep-

roduktiv bilinqvizmdə danışan qeyri-doğma dildəki nitqi eşidib həmin dildə danışa 

bilmək bacarığını  nəzərdə tutur. Produktiv bilinqvizm müxtəlif dillərdə düşünmək 

və danışa bilmək bacarığıdır.  

Bəzən belə bir sual doğur – tərcüməçi bilinqvdirmi? Düzdür, bu anlayışlar ey-

ni dərəcədir, belə ki, tərcüməçi bilinqvdir, lakin sünidir. Hər hansı bir bilinqv tərcü-

məçi ola bilməz, belə ki, dili bilməkdən əlavə digər bacarıqlara da yiyələnmək la-

zımdır. Bu zaman tərcüməçini səciyyələndirən bilinqvizmin ayrıca bir növünü də 

qeyd edirlər. Bu kombinator bilinqvizmdir ki, insan hər iki dildə olan ifadəni müqa-

yisə edərək tərcümə zamanı optimal variantı seçməyi bacarmalıdır. 

İkidillilik müasir cəmiyyətdə aktualdır və geniş yayılmış bir hadisədir. Onun 

tədqiqinə bir çox əsərlər həsr olunmaqdadır.  

Bilinqvizm çoxaspektli problem olduğundan müxtəlif elmlərin öyrənmə 

predmetidir, hər biri də onu müxtəlif cəhətdən şərh edir. 

Bilinqvizm dilçilikdə  də öyrənilir. Dilçilik bu hadisəni mətnlə  əlaqəli nəzər-

dən keçirir. Bu hadisə sosiologiyanın tədqiqat predmetidir, burada davranışla bağlı 

və ya cəmiyyətdə bilinqv fərd və ya qrupların yeri kimi əhəmiyyətli məsələlər araş-

dırılır. Psixologiya bilinqv fərdi nitqi əmələ  gətirmə mexanizmləri baxımından və 

nəhayət, nitq mexanizmi və mətn mexanizmi arasında münasibət pozisiyasından nə-

zərdə keçirir. Psixoloji və sosioloji səciyyələrin məcmusu kimi olan bilinqvizm so-

sial psixologiyanın predmetidir. Hesab edilir ki, bu elmlər bilinqvizmin öyrənilməsi 

ilə birbaşa bağlıdır.            

Bəzən bu modellərin bilinqv fərdin şüur və ya beynində olması barədə psi-

xoloji şahidlik varmı sualı doğur. Diferensial semantik testlərin nəticələri bu fərziy-

yəni təsdiqləyən eksperimental şahidliyi ortaya çıxarır. Belə düşünmək olar ki, qarı-

şıq bilinqvizm vahid konseptual-semantik sistemlə səciyyələnir, yəni bir dildə olan 

sözdəki məna dəyişikliyinə digər dildə olan sözdəki məna dəyişikliyi uyğun olmalı-

dır. Lakin denotativ məna – konseptual və ya koqnitiv asanlıqla dəyişə bilməz, belə 

testlər sözdəki konnotativ – assosiativ və ya emosional məna dəyişikliklərinə əsas-

lanmalıdır. Koordinativ bilinqvizm üçün belə dəyişikliklər barədə danışmaq müm-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



162

kün deyil, belə ki, bu tip eksperimentlərin nəticəsi bilinqvizmin iki tipi arasında 

olan dixotomiyanı möhkəmləndirir. 

         İkidilliliyin təyin olunması da fikirlərə rast gəlinir. Məsələn, Y.D.Deşeriyev 

qeyd edir ki, ikidillilik və ya bilinqvizm sadəcə iki dilə yiyələnmə və ya bu dildə 

danışmaqdır (7, 23). Eyni fikrə V.A.Avrorin də də rast gəlinir: “İkidillilik iki dilə 

azad yiyələnməkdir. Başqa sözlə desək, ikidillilik ikinci dildəki biliklərin birinci 

dildəki biliklərə yaxınlaşmaqla başlayır” (

Аврорин В.А. Наука, 2000

). 


İkidillilik haqqında digər nöqteyi-nəzəri T.Vaynrayx və E.M.Vereşaqinanın 

əsərlərində görmək olar. Onlar belə hesab edirlər ki, iki dildən növbəli istifadəni 

ikidillilik adlandırmaq olar. Burada dili mənimsəmə səviyyəsi göstərilmidr, sadəcə 

olaraq, dildən növbəli isitfadə təcrübəsi artıq bu dillərin ünsiyyət üçün istifadəsini 

nəzərdə tutur. 

Loqopedin anlayış-terminoloji lüğətində bilinqvizmə belə tərif verilir: “ikdil-

lilik və ya bilinqvizm eyni dərəcədə iki dilə mükəmməl yiyələnmədir”.      

Bilinqvizmin hərtərəfli öyrənilməsinə baxmayaraq, bütün müddəalar ona gə-

tirib çıxarır ki, ünsiyyət üçün ilkin dil sistemi mövcuddur. Əgər insan ünsiyyətin bü-

tün sisuasiyalarında bu sistemdən istifadə edirsə, başqa sistemdən istifadə etmirsə, o 

monolinqvdir.  İki və ya daha artıq dil sisteminin daşıyıcısını bilinqv adlandırmaq 

olar.    

Biz ikidilli fərddən danışarkən belə bir fikir formalaşa bilər ki, guya bir dildən 

digər dilə keçid zamanı heç bir problemə rast gəlinmir və bu keçid mexanizmi çox 

asan bir proses olaraq ideal iş rejimində baş verir. Lakin biz görürük ki, bilinqv fərd 

də səhvlərə yol verir. Hələ 1957-ci ildə R.Lado yazırdı ki, dil kontaktları sahəsində 

aparılmış tədqiqatlar göstərmişdir ki, bilinqv fərd tərəfindən dil sapmaları L1 tərə-

findən “interferensiya” hadisəsi ilə izah olunur. Belə interferensiya L1-dən struktur 

modellərinin keçidindən L2-nin linqvistik və mədəni səviyyələrdə baş verir. Bunu 

fonoloji interferensiya misalında bariz görmək olar.  

E.M.Vereqaşin bilinqvizmin dörd təsnifatını verir: 1) reseptiv bilinqvizm, yəni 

bu zaman bilinqv ikinci dil sistemində olan nitqi başa düşür. Bilinqvizmin bu növü 

ölü dillərin öyrənilməsi zamanı mümkündür.  

2) reproduktiv bilinqvizm, yəni bilinqv oxuduğunu və eşitdiyini danışa bilir. 

Buna misal olaraq informasiyanın əldə edilməsi üçün vasitə kimi doğma olmayan 

dilin yörənilməsini göstərmək olar. Bu zaman mətn başa düşülür, nadir halda düz-

gün olmayan formada tələffüz edilir.  

3) produktiv bilinqvizm, yəni bilinqv ikinci dil sistemində olan nitqi anlayır, 

danışır və törədir. 

Bilinqvizmin təsnifatında ikinci meyar kimi iki sistemin bir-birindən ayrı ola-

raq funksiyalaşanda və ya nitq aktı zamanı bir-biri ilə  əlaqələnəndə bu sistem iki 

nitq mexanizmi nisbəti adlanır:  

Təmiz bilinqvizmə misal olaraq evdə bir dildən, cəmiyyətdə isə digər dildən 

istifadəni göstərmək olar.  Təmiz ikidillilik ilkin uşaqlıq çağlarında ana dilinin kö-

məyi ilə olmadan öyrənilən bilinqvizmdir. Qarışıq bilinqvizm zamanı dillər bir-biri-

ni dəyişir, müxtəlifdilli nitqi törətmək üçün iki nitq mexanizminin dəyişməsi nəticə-

sində əlaqə yaranır. Qarışıq ikidillilik ikinci dilin sonradan öyrənildiyi üçün aksent-

lə müşahidə olunur.  Son mərhələdə isə aksent tədricən itir.   



 

Filologiya  məsələləri – №7, 2013

 

 



163

Elmdə bilinqvizmi məhdudlaşdıran digər meyarlar vardır. Hər bir bilinqal bir 

tərəfdən, cəmiyyətdə müxtəlifdilli nitq və onun intensivliyin strukturlaşması səciy-

yəsi arasında, digər tərəfdən isə, müxtəlifdilli nitq hadisənin sistemliyini yaradan 

subyektlərin sosiodemoqrafik parametrləri arasında korrelyasiyanın spesifik sistemi 

mövcuddur. 

S.N.Vasilyeva “müxtəlifdillilik” terminini irəli sürür, söyləmin və ya söyləmin 

bir hissəsi bu iki dil sistemində qurulmasıdır.   

Spontan müxtəlifdillilikdə danışanın dili bilmədiyi halda ikinci dildə danış-

ması illuziyası yaratmasıdır. Bu şəxsiyyətin psixoloji cəhətdən özünü tənzimləməsi 

üsuludur.  

Məişət bilinqvizmш geniş yayılmış hadisədir, xalqların miqrasiya zamanı dil-

lərin qarışmasıdır. Məsələn, müasir dövrdə dilimizdə hot dog, hot line və s. kimi in-

gilis sözlərinə rast gəlinir. Hot line – qaynar xətt kimi tərcümə olunsa da, bu “təcili 

əlaqə”dir.   

Dillərin qarışması hadisəsi müşahidə olunan hadisədir, amma son dövrlərdə 

miqrasiya prosesi ilə  əlaqədar daha intensivləşmişdir. Bu faktorlar uşaqların nitq 

inkişafına da böyük təsir göstərir. Bununla bağlı nitq və dilin normal və qeyri-nor-

mal qanunauyğunluqlarını təhlil etmək lazımdır.  

Əgər uşaq eyni zamanda həm doğma dildə, həm də xarici dildə real dil sferin-

də kontakta girirsə, real bilinqvizm ancaq bu zaman baş verir. Bunun üçün uşağı 

başqa ölkəyə aparmaq lazım deyil, bunun üçün Azərbaycanda XIX əsrin əvvəllərin-

də məşhur olmuş xarici dayələrin olması kifayətdir. 

Belə hesab edilir ki, ikidillilik yaddaşın inkişafına müsbət təsir göstərir, dil 

hadisələrini başa düşmək, təhlil etmək bacarığını inkifaş etdirir, məntiq, riyazi baca-

rıq qabiliyyətini, reaksiyanın tezliyinə köməklik göstərir. Tam inkişaf etmiş bilinqv-

lər, bir qayda olaraq, yaxşı oxuyur, mücərrəd elmləri,  ədəbiyyatı  və digər xarici 

dilləri daha yaxşı mənimsəyirlər.  

İkidilli uşağın dil ünsiyyəti təcrübəsi geniş olduğundan, o, sözlərin etimologi-

yası ilə maraqlanır. O, çox tez anlayır ki, eyni anlayış müxtəlif dildə müxtəlif cür 

ifadə olunur. Bəzən uşaqlar iki dili müqayisə edərək, özləri sözlərin etimologiyasını 

fikirləşirlər.  

Əgər valideynlər uşağın nitq inkişafına diqqət ayırmırlarsa, hansı dildə danış-

mağı planlaşdırmırlarsa, dillər qarışdırılır, uşaq da hər iki dildə çoxlu səhvlər edir. 

Belə problemlər yaranmasın deyə, valideynlər uşaq anadan olduqdan sonra hər iki 

dildə danışmağı planlaşdırmalıdır. Sadəcə olaraq yuxarıda da qeyd etdiyimiz kimi, 

bir valideyn – bir dil prinsipi gözlənilməlidir, yəni valideyn heç vaxt başqa dil isləş-

məməlidir ki, qarışıqlıq yaranmasın.         

Belə hesab edilir ki, iki dilə tam yiyələnmə mümkün deyil. Tam bilinqvizm 

ünsiyyətin bütün situasiyalarında identik dillərə yiyələnməni nəzərdə tutur. Bu 

onunla bağlıdır ki, bir dilə yiyələnmə təcrübəsi digər dilə yiyələnmə təcrübəsindən 

fərqlidir. Çox vaxt uşaq müxtəlif situasiyalarda müxtəlif dillərdən istifadə edir. Mə-

sələn, təhsillə bağlı situasiyada bir dildən, emosional situasiyalarda isə digər dildən 

istifadə edir. Bir dillə bağlı emosiya digər dillə bağlı emosiyadan fərqlənir.   

Əgər uşaq ikinci dili məktəb yaşında mənimsəyirsə, biz suksessiv bilinqvizm-

dən danışırıq. O, dilə başqa cür yiyələnir. Bu halda uşaq hər zaman iki dili müqayi-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



164

sə edir: səslər birinci dilin səsləri ilə kontrasda qavranılır. Bu dilin qrammatik as-

pektinə münasibətdə öyrənilir.  

Mənimsənilmə vasitələrinə görə kontaktlı və kontaktsız ikidillilik fərqləndiri-

lir. Təmaslı ikidillilik iki xalqın uzun müddətli birgəyaşamı  şəraitində formalaşır. 

İkinci dil müxtəlif dilli xalqlar arasında vacib ünsiyyət vasitəsi kimi mənimsənilir. 

Təmassız ikidillilik  məktəbdə, ali təhsil müəssisələrində, kurslarda bu dilin daşıyı-

cılarınnın əsas kütləsindən kənarda yaranır.  

Yayılma dərəcəsinə görə individual və kütləvi ikidillilik fərqləndirilir. İndivi-

dual ikidillilik zamanı bilinqvlər kimi ayrı-ayrı şəxslər çıxış edirsə, kütləvi bilinq-

vizm zamanı bütün əhali və onun müəyyən bir hissəi ikidillidir. İkdilliliyin daşıyıcı-

ları tərcüməçilər, diplomatlar çıxış edir, onlar vasitəsilə xalqlar arasında diplomatik 

əlaqələr qurulur, müxtəlif dildə danışan insanlar arasında qarşılıqlı əlaqə yaranır.  

Hər bir insanda interferensiya (birinci dilin ikinci dilə mənfi təsiri) və transfer 

(bir dildəki müsbət bacarıqların ikinci dilə ötürülməsi) hadisəsi mövcuddur. Əgər 

insan ona məlum olan dillərin birindən istifadə etmirsə, o “yatan” bilinqvdir. Əgər 

danışan bir dildən digər dilə keçirsə, onda kodun dəyişməsindən danışa bilərik. 

Əgər dillər sözün və ya cümlənin daxilində qarışırsa, onda bu, kodun dəyişməsidir.   

Nəticədə onu qeyd etmək olar ki, bilinqv fərdin dilinin öyrənilməsi dilin tədri-

sində müsbət nəticələr verə bilər. 

Ədəbiyyat 

 

1. Əliyeva N.Ə. Bilinqv-fərd. “Filologiya məsələləri”, Bakı, 2008, №  6, səh. 55-65. 



2. Heydərov R. Dillərin inkişafında dil əlaqələrinin rolu. Bakı, 2013. 

3. 


Аврорин В.А. 

Грамматика маньчжурского письменного языка,

 

 Наука, 2000



4. Блягоз З.У. Двуязычие: сущность явления, формы его существования. 

Интерференция и ее разновидности. – Майкоп: РИО Адыг. ун-та, 2006. 

5. 


Вайнрайха 

У. Одноязычие и многоязычие. О совместимости 

генеалогического родства и конвергентного развития. – В кн.: Новое в 

лингвистике, вып. VI, 1972. 

6. Верещагин Е.М. Психологическая и методическая характеристика 

двуязычия (билингвизма). – М.: изд-во МГУ, 1973.

 

7. Дешериев Ю.Д. Социальная лингвистика, Москва, 1977. 



8. Журавлев В.К. Внешние внутренние факторы языковой эволюции. М., 

Наука, 1982. 

9. Щерба Л. В. К вопросу о двуязычии // Щерба Л. В. Языковая система и 

речевая деятельность. Л., 1974. с. 313—318. 

10. Lado R. Linguistics across Cultures: Applied Linguistics for Language 

Teachers, Ann Arbor: University of Michigan, 1964. 

        



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə