Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   45

 

References 



 

1. Alatis J.E. Contrastive Linguistics.Washington, D.C., Georgetown University 

Press, 2008. 

2. Anttila. An Introduction to Historical and Comparative Linguistics, New York, 

2002. 

3. Applied Psycholinguistics, Cambridge, Cambridge University Press, 2009. 



4. Birkmaier E.M. Modern Languages, New York, Dell Publishing Co., 2001. 

5.Bloomfield L. Language as a Human Problem, New York, 2004. 

6. Cook V.J. Cognitive processes in modern languages, University of Essex, 2002. 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



11

7. Di Pietro R.J. Contrastive analysis and the notions of deep and surface grammar, 

Washington, D.C., Georgetown University Press, 2008.  

8.Gardiner A. The Theory of Speech and Language, Oxford, Clarendon Press, 2001. 

9. Lado R.  Linguistics across cultures. Syntacticstructures, AnnArbor, 2007. 

 

Nigar Vəliyeva  



Transmilli proseslərin tarixi və onların ingilis dilinin söz ehtiyatının 

zənginləşməsinə təsiri 

Xülasə 

 

Hamıya məlumdur ki, hər dilin özünəməxsus gözəlliyi var. Lakin, o da 



bəllidir ki, başqa dillərin təsiri altına hər bir dil məruz qalır. Hər bir xalqın sosial-

siyasi və iqtisadi-mədəni həyatında tarixi hadisələr və onların nəticəsində müxtəlif 

dəyişikliklər baş verir və bunlar hamısı dilin söz ehtiyatının zənginləşməsinə  və 

dilin daxili strukturunun dəyişməsinə təsir edir. Beləliklə, dünya dillərində qarşılıqlı 

təsir və alınma prosesləri tez-tez baş verir ki, bu da xüsusi tədqiqat obyektinə 

çevrilir. Sizin diqqətinizə  təqdim olunmuş  məqalə müxtəlif aspektli alınmaların 

motivasiyasına qısa tarixi ekskursa həsr olunur.  

 

Нигяр Велиева  



История транснациональных процессов и их влияние на обогащение 

словарного состава английского языка 

Резюме 

 

Общеизвестно, что каждый язык имеет свою красоту и своеобразность. 

Однако, вне каких-либо сомнений является тот факт, что иноязычному влияя-

нию  подвержен  любой  язык,  поскольку  исторические  события  и,  вследствие 

этого,  различные  изменения,  происходящие  в  социально-политической  и 

культурно-экономической жизни каждого народа имеют огромное влияние на 

развитие языка, на обогащение словарного запаса и на изменение его внутрен-

ней  структуры.  Соответственно,  процессы  взаимовлияния  и  заимствования  в 

языках  мира  происходят  настолько  часто,  что  вызывают  необходимость 

специального  исследования.  Предложенная  Вашему  вниманию  статья 

посвящена  краткому  историческому  обзору  многоаспектной  мотивации 

заимствований и их роль в обогащении словарного запаса английского языка 

как важнейшего языка современного межкультурного общения.                                                 

 

Rəyçi:         Nizami  Cəfərov 



             AMEA-nın müxbir üzvü, professor 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



12

MƏHƏBBƏT  ƏSƏDOVA 

AMEA  Nəsimi adına Dilçilik İnstitutu 

mehi-a-n@rambler.ru 

 

BƏZİ DİLLƏRDƏ MÜŞAHİDƏ EDİLƏN İŞARƏ VƏ ŞƏXS ƏVƏZLİKLƏRİ 

KONTOMİNASİYASI HALLARININ PSİXOLİNQVİSTİK ASPEKTDƏN 

TƏHLİLİNƏ DAİR 

 

Açar sözlər: şəxs əvəzlikləri, işarə əvəzlikləri, psixolinqvistik təhlil, korrelyasiya, 

referensiya. 



Key words: the personal pronouns, the demonstrative pronouns, psycholinguistic 

analysis, correlation, referention. 



Ключевые  слова:  личные  местоимения,  указательные  местоимения,  психо-

лингвистическое исследование, корреляция, референция. 



 

Əvəzliklərin psixoloinqvistik mahiyyətinə izah gətirməyə çalışarkən xüsusi 

diqqət yetirilməsini tələb edən məqamlardan biri fərqli genealogiyalı bir çox dünya 

dillərində III şəxsi göstərmək üçün istifadə edilən əvəzliklərlərlə işarə əvəzliklərin-

dən birinin üst – üstə düşməsi ilə bağlı olan məsələdir. “III şəxs faktoru” kimi səciy-

yələndirilə bilinən və sırf linqvistik müstəvidə izahı kifayət etməyən bu hadisənin 

mahiyyətinin dərk etmək  üçün filogenez – ontogenez paralelliyinə müraciət etmək 

zəruridir.  

İşarə  əvəliklərinin  şəxs  əvəzlikləri ilə  əlaqəsi məsələsi, işarə  və  şəxs 

əvəzliklərinin dil təkamülü xronologiyasında yeri və mövqeyi həm sırf dilçilik, həm 

də psixolinqvistik rakursdan kifayət qədər çox spektrli görünən  və təhlili vacib olan 

problemlərdir.  

Müxtəlif sistemli dillərdəki əvəzliklərin tədqiqinə həsr olunmuş bir çox tədqi-

qatlarda III şəxs  əvəzliklərinin digər  şəxsləri ifadə edən  əvəzliklərdən fərqləndiyi, 

demək olar ki, yekdilliklə etiraf edilir. Bu sahədəki araşdırmalarda mübahisə doğu-

ran problem III şəxsin referensiyasına xidmət edən şifterin aidiyyatı ilə bağlı olmur. 

Əsas polemikanın yaranması və ən fərqli fikirlərin səsləndirilməsinə rəvac verilmə-

si, məhz, III şəxs faktorundan qaynaqlanan situasiya ilə bağlı olur. Məsələn, 

K.Babayev və A.Dıbonun qiyabi polemikasının əsasını təşkil edən problematik mə-

sələlərdən biri də, məhz, tədqiq etməyə çalışdiğımız məsələ ilə, yəni, III şəxsi ifadə 

edən əvəzliklərin referensial mahiyyətinin ifadə imkanları ilə bağlıdır.  [1]; [2].  

Ən fərqli genealogiyalı dillərdə yer alan əvəzliklərin struktur – semantk təhli-

lini aparmış tədqiqatlarda I və II şəxsi işarələyən “əvəzləyici” sözlərin bir çox halda 

homogen olması ilə bərabər, təxminən eyni zamanda meydana gəldiyi qeyd edilir. 

III şəxsi ifadə edən “əvəzləyici sözlər”ə gəlincə, onların şəxs əvəzlikləri funksiya-

sında istifadə olunduğu faktının təsbiti, yəni, bu mövqedə qəbul edilməsi bir qədər 

sonra baş vermiş hadisə hesab edilir. Daha aydın desək, I və II şəxsi ifadə edən 

“boş” sözlərə alışdığımızı bildirərkən,  istər ana dilimizdə, məsələn: mən – sən və 

eləcə də qohum dillərdən Türkiyə türkcəsində: ben – sen, istərsə də  bələd olduğu-

muz digər dillərdə- məsələn: ingilis dilində: I – you; fransız dilində: je- tu; rus dilin-

də: я – ты və s. şəxs əvəzliklərinin müstəqil leksik mənadan məhrum olduğunu və 

tam olaraq, bir “şifter” (boş söz, əvəzləyici söz) rolunda çıxış etdiyini nəzərdə tutu-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



13

ruq. Halbuki, digər dünya dillərində leksik – qrammatik abstraktlaşmanın bu səviy-

yədə olmadığı  vəziyyətlərinin də müşahidə edildiyini görməmək mümkün deyil. 

Məsələn, K.Y.Maytinskaya, K.Babayev və bir çox başqaları  bəzi dillərdə  qəbul 

edilmiş anlamda leksik – qrammatik mücərrədləşmə  təzahürü sayılan  əvəzliklərin 

mövcudluğunun  təsbit edilməsinin mümkünsüzlüyünü dilə gətirmişlər [3], [1]. Yə-

ni, bu dillərdə həmin şəxslərə ünvanlanan referensial keçidlər müstəqil leksik vahid-

lərin iştirakı ilə mümkün olur. Məsələn, Maytinskaya Uzaq şərq xalqlarından birinin 

dilində “mən” əvəzliyinin funksiyasını “qul”, “nökər” mənasını ifadə edən sözün ic-

ra etdiyini, “sən” əvəzliyinin mövqeyində isə “ağa”, “sahib” anlamlarını ifadə edən 

sözün istifadə edildiyini bildirmişdir. [3]. Başqa sözlə desək, həmin dillərdəki ge-

nerelizasiya əsaslı mücərrədləşmə prosesinin “lazımi” həddə qədər gəlib çata bilmə-

diyini qeyd etmək olar. Qeyd etmək lazımdır ki, “lazımi hədd” anlayışının şərtliyini 

vurğulamağımızın səbəbi odur ki, hansı mücərrədləşmə həddinin bu və ya digər dil 

üçün kifayət olduğunu müəyyənləşdirmək mümkün deyil. Əks istiqamətli iddialar, 

müəyyən mənada irqçi ayrı – seçkilik kimi dəyərləndirilə bilər. Lakin bununla belə, 

sırf elmi təhlil müstəvisində  əlavə etmək lazımdır ki, bütün əvəzliklər, istisnasız 

olaraq, haqqında bəhs etdiyimiz, generalizasiya- ümumiləşdirmə  mərhələsini keç-

mişlər. Sadəcə olaraq, bəzi hallarda bu prosesin mücərrədləşmə ilə yekunlaşmayan 

vəziyyətləri də vardır. Bu səbəbdən, bütün əvəzlikləri eyni prizmadan nəzərdən 

keçirmək düzgün olmazdı. 

Problemin işarə əvəzlikləri ilə əlaqəli hisssəsinə qayıdaraq  qeyd edək ki, yu-

xarıda göstərilən məqam istənilən növ əvəzliklərin (hətta, onların müasir “şifter” 

vəziyyəti bunu “gizlətməyə” müvəffəq olsa da belə) vaxtilə müstəqil leksik vahid-

lərdən, yaxud  digər referentiv dil faktlarından törəməsi danılmazdır. Bəzi hallarda 

bu əlaqə olduğu kimi qaldığından onu qəbul etmək mümkündür, bəzi hallarda isə il-

kin leksik vahidlər elə dəyişkən hala düşürlər ki, onların etimonunun müəyyənləş-

dirilməsi qeyri – mümkün bir iş kimi dəyərləndirilir. Məsələn, türk dillərindəki şəxs 

əvəzliklərinin ilkin əsasını təşkil edən leksik vahid və ya digər dil faktları ilə bağlı 

polemika səngimək bilmir və hətta günümüzədək davam edir. Bizim üçün bu pole-

mikada maraq kəsb edən cəhət N.A.Baskakov tərəfindən ortaya atılmış [4, 132-143] 

və K.Babayevin də  dəstəklədiyi fikrə görə,  türk  şəxs  əvəzliklərinin işarə  əvəzlik-



lərində törəməsi ilə bağlıdır. (kursiv bizimdir. – M.Ə.) [1]. Ancaq bu ehtimal bəzi 

dilçilər tərəfindən speksislə qarşılansa da [2], onun ontogenestik faktlara söykənə 

bilən real məntiqi əsaslandırması vardır.  

C.Layonz bir çox dillərdə III şəxsi işarə edən şəxs əvəzliyinin işarə əvəzlikləri 

ilə üst-üstə düşməsinə diqqət yetirərək təhlillər aparmışdır. O bu dil hadisəsinin mü-

əyyən universallıq səciyyəsi daşıyan və tamamilə fərqli quruluşa malik və fərqli dil 

ailələrinə  mənsub olan dillərdə müşahidə edildiyini bildirmişdir (daha ətraflı 

bax:[5]).  

“Dünya dillərinin mütləq  əksəriyyətində tipoloji cəhətdən demonstrativlərin, 

yəni işarə  əvəzliklərinin III şəxs  əvəzliklərinin yaranma mənbəyi olduğunu” 

əminliklə söyləyən K.Babayev bu əsasda dravid, altay, ural, habelə sami – hami 

dillərinin təqim etdiyi materiala istinad edir. [1]. Doğrudan da Q. S. Starostin [6; 

102], Qrande [7; 203][ və başqalarının əsərlərinin təhlili adı çəkilən dillərdə III şəxs 

əvəzliklərinin işarə  əvəzliklərinə  əsasən yarandığına  şübhə yeri qoymur. Konkret 

olaraq, “Bir daha dravid dillərindəki şəxs əvəzlikləri məsələsi haqqında” məqaləsin-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



14

də bu dillərdəki personalizasiyaya xidmət edən “işarə əvəzləyiciləri”nin etimologi-

yası problemini nostradik təlim (nəzəriyyə) işığında araşdırmış müəyyən universal-

lığın mövcudluğunu etiraf etməklə yanaşı adı  çəkilən dillərin spesifikliyindən də 

bəhs etmişdir. Həmin spesifiklik cəhətlər sırasında ilk nəzərə çarpan məqam, heç 

şübhəsiz ki, “dravid dillərinin hamısında, istisnasız olaraq,  III  şəxs  əvəzliyinin 



etimoloji olaraq işarə  əvəzlikləri ilə (bir qayda olaraq, *a- “bu”, *j- “o” əsasları 

ilə) əlaqəli olması” faktıdır. [6; 102]. Məhz, bu səbəbdən, yəni, digər şəxs əvəzliyi-

nin oppozitivliyindən çıxış edərək, dilçi digər  əvəzliklərin ekslyuziv və inklyuziv 

formalarının köklərinin digər etimon sahəsində axtarmağı təklif edir.  

III şəxsin şifterinin digər şəxs göstəricilərindən fərqliliyi təkcə dravid, altay, 

sami – hami dil ailələrində müşahidə edilmədiyi, oxşar vəziyyətin Hind – Avropa 

dillərinin materialında da müşahidə olunduğu qeyd edilir [1]. Maraqlıdır ki, bu fərq-

lilik, daha dəqiq desək, III şəxs şifterinin etmoloji “muxtariyyət”i (этимологичес-

кая обособленность) təkcə bilavasitə bu problemi araşdırmış müvafiq sahəli mo-

noqrafik tədqiqatların araşdırma obyektinə daxil olmamışdır. Bu fərqin Hind – Av-

ropa dillərinin tarixi qrammatikası boyunca aşkar şəkildə təşəkkül tapmış proseslə-

rin nəticəsi kimi meydana gəlməsi ayrı – ayrı konkret dil materialına əsaslanan araş-

dırmalarda da qeyd olunmuşdur. Məsələn, V.N.Yartsevanın qədim ingilis dilində I 

və II şəxs əvəzliklərinin III şəxs əvəzliklərindən fərqləndiyini diqqət önünə çəkmiş 

və bu fərqin müxtəlif qrammatik paradiqmaların reallaşma formalarında təzahür 

tapdığını vurğulamışdır. Belə ki, “İngili dilinin tarixi morfologiyası” sahəsində mü-

hüm təhlil və araşdırmalar aparmışmış dilçi alim “I və II şəxs əvəzliklərinin bir sıra 

göstəricilərə görə III şəxs əvəzliyinə qarşı qoyula bildiyini” önə sürmüş və bu zid-

diyyətin kəmiyyət kateqoriyası və hal paradiqmasına müvafiq dəyişmələrdə xüsusi-

lə qabarıq tərzdə biruzə verildiyini qeyd etmişdir.  [8; 82-83].  

Özlərinin tədqiqatlarında K.Bruqman və B.Delbruk da III şəxs göstəricilərinin 

daha fərqli təbiətə malik olduqlarına diqqət yetirərək yazırdılar: “III şəxs əvəzliklə-

rini işarə əvəzliklərindən qəti şəkildə (aydın şəkildə) ayırmaq mümkün  deyil. Çox 

vaxt onlar mənaya görə üst – üstə düşürlər” [1; 44].  

Məlum olduğu kimi, müxtəlif introlinqvistik və ekstralinqvistik faktorların tə-

siri ilə ingilis dilinin tarixində gerçəkləşmiş analitikləşmə prosesləri nəticəsində baş 

vermiş total unkfikasiya əvəzliklərdən də yan ötməmişdir. Həmin proseslərin mənti-

qi davamı kimi, müasir ingilis dilində əvəzliklərin çoxşaxəli kəmiyyət və hal dəyiş-

mələri paradiqmi müşahidə edilməsə də, buna baxmayaraq, əvvəlki fərq və ziddiy-

yətin aradan qalxdığını söyləmək olmaz. Belə ki, məlum olduğu kimi, şəxs əvəzlik-

lərində canlı və ya cansız varlığın işarələnməsindən  asılı olaraq, eləcə də işarələnən 

obyektin gender aidiyyatından asılı olaraq əvəzliklərin fərqli təbiəti müşahidə olu-

nur. Bu əsasda I və II şəxslərin III şəxs göstəricilərindən əsaslı şəkildə fərqlənməsi 

faktı göz önündədir. Bu isə  təkcə, sırf etimoloji planda deyil, eləcə  də müvafiq 

qrammatik paradiqmaları  təşkil edə bilmək potensialı baxımından, I və II şəxs 

“işarələyici” sözlərinin III şəxs “əvəzləyicisi”ndən fərqləndiyini bir daha əyani 

şəkildə göz önünə qoyur.  

Qeyd edək ki, uşaqlar III şəxs  əvəzliklərini daha asanlıqla mənimsəyirlər. 

Eyni fikri həm III şəxs göstəricisi işarə əvəzlikləri ilə üst – üstə düşən dillərdə danı-

şan uşaqlara (məsələn, Azərbaycan dilində), həm də belə eyniyyət nümayiş etdirmə-

yən dillərdə danışan uşaqlara da şamil etmək olar. Lakin sözsüz ki, birincilərdə bu 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



15

qrup əvəzliklıərin adekvat mənimsənilməsi prosesi daha rəvan bir şəkildə, daha az 

“cəhd – səhv” sınaqları vasitəsilə gerçəkləşir. Belə ki, “mən” və “sən” əvəzlikləri-

nin referensiyasında dolaşıqlığa yol verən uşaqlar III şəxsin işarələnməsi zamanı da-

ha adekvat nəticələr nümayiş etdirə bilirlər. Bəs nə üçün bu baş verir? Nə üçün eyni 

referensial qrupa aid olan sözlərin mənimsənilməsində belə  fərqlilik ortaya çıxır? 

Bu qəliz situasiyanın çox bəsit və lakonik bir izahı var: uşaqlar “mən” və “qeyri – 

mən” situasiyasını  fəqləndirərkən ilk olaraq, “mən” və “biz”in qarşı aləmə qoyul-

masından çıxış edirlər. Həmin qarşı tərəf, digər aləm, III şəxs (və ya şəxslər) isə “o” 

və “onlar”dır. Və “o” və ya “onlar”, daha öncədən mənimsənilmış olan işarə əvəzli-

yi ilə üst – üstə düşürsə, bu ümumiyyətlə, istənilən çaşqınlığın, demək olar ki, qarşı-

sını almış olur. Onu da qeyd edək ki, işarə və şəxs əvəzlikləri eyni olan dillərlə bağ-

lı onu da xüsusi olaraq, vurğulamalıyıq ki, burada əslində kontominasiyanın əzəldən 

(yəni, işarənin öz təbiətindən) qaynaqlandığını  nəzərə alsaq, hansı semantikanın 

(işarə, yoxsa, şəxs göstəriciliyinin) qabardılması yanlış olardı. Çünki, bu kimi dillə-

rin daşıyıcıları üçün qeyri – kontaminasyon vəziyyət mövcud deyil. Onu da əlavə 

edək ki,  əslində bu kimi dillərin daşıyıcılarının şüurunda III şəxs əvəzliyinin şifteri, 

ilk olaraq, işarə əvəzliyi kimi qavranılır. 

Göründüyü kimi, şəxs əvəzliyinin referensial mahiyyətinin dərki “cəhd – səhv 

– cəhd” sıralanması nəticəsində gerçəkləşən və kifayət qədər zaman ərzində baş ve-

rən bir prosesdir.  

Belə ki,  qeyd edildiyi kimi, işarə əvəzliklərindən fərqli olaraq, şəxs əvəzliklə-

rinin “şifter”, yəni boş söz kimi funksianal mahiyyəti nisbi “qalıcılığı”, nisbi “aidiy-

yatı” ilə  fərqlənir. Bu o deməkdir ki, situasiya daxilində danışan “mən”, dinləyən 

isə “sən”dir. Həmin situasiya daxilində “mən” deyilən şəxs dinləyənə, yəni “sən”ə 

çevrilə bilər. İşarə əvəzliklərində isə vəziyyət bir qədər fərqlidir. Yəni, şəxs əvəzlik-

lərində situsiya və kontekstdən asılılıq işarə əvəzliklərində olduğu qədər deyil. Bu 

baxımdan, şəxs əvəzliklərinin adi nominasiya vahidləri ilə işarə əvəzlikləri arasında 

keçid mərhələni təcəssüm etdirdiyini sözləmək olar.  Belə ki, ontegenestik mü-

şahidələrdən bəlli olduğu və həm də bu müşahidələrin söyləməyə əsas verdiyi kimi, 

azyaşlının  şəxs  əvəzliklərinin bir şifter olaraq mənimsənilməsi  şəxs  əvəzliklərinin 

bir müstəqil leksik vahid adekvatlığında qavranılmasından sonra mümkün olur. 

Uşağın zehni əməliyyatlarını çətinləşdirən də məhz, bu dualizmdir: deyktik nisbilik, 

şəxsə aidlikdən qaynaqlanan nisbi sabitlik. Müqayisədə deyək ki,  sabit nominiasiya 

vahidlərini yəni, ümumi və xüsusi adları və ya tam situativ – kontekstual sərbəstlik 

nümayiş etdirən işarə  əvəzliklərini mənimsəmək daha asandır. Çünki onların “xa-

rakteri” nisbətən birmənalıdır və aşkardır, ortadadır və göz önündədir. Məhz, bu cə-

hətlər, daha əvvəl də söylədiyimiz kimi, ontogenezdə olduğu kimi, filogenezdə də 

işarə əvəzliklərinin şəxs əvəzliklərindən öncə yaranmasına şübhə yeri qoymur.  

Qısaca olaraq, söylədiklərimizi  nəzərdən keçirərək deyə bilərik  ki, “verbal – 

situativ nisbilik”dən çıxış etsək işarə əvəzliklərinin daha mobil, şəxs əvəzliklərinin 

daha qalıcı olması ortaya çıxar.  Məhz, situativlik məqamı və ya  “ani referensiya” 

cəhəti də onun ontogenezdə asan mənimsənilməsinə imkan yaradır. Eyni situasiya-

nın paylaşan “mən” və “sən” müəyyən obyektlərə “o”, “bu” referensiyasını  şamil 

edirlər. Situasiya dəyişdikdə, yəni, “ölçmə”, koordinasiya  fərqli olduqda, fiqurant-

lar isə əvvəkli kimi qaldıqda isə referensiya obyektlərinin dəyişməsi də labüd olur. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



16

Qalıcı olanın mənimsənilməsi isə daha qəliz əqli əməliyyatlar tələb etdiyindən onto-

genezin ilkin stadiyasında bir qədər çətin olur. 

 

Ədəbiyyat 



 

1.

 



Бабаев К.В. Происхождение индоевропейских показателей лица: 

исторический анализ и данные внешнего сравнения. – М.-Калуга: ИП 

Кошелев А.Б. (Издательство «Эйдос»), 2008. – 298 с. 

2.

 



Дыбо. А. Рецензия на книгу К. В. Бабаева «Происхождение 

индоевропейских показателей лица: Исторический анализ и данные внешнего 

сравнения» // Journal of Language Relationship ( Вопросы языкового родства ) 1 

(2009) с.143–154http://www.jolr.ru/files/(11)jlr2009-1(143-154).pdf 

3.

 

Майтинская К. Е. Местоимения в языках в разных систем. Москва- Наука-



1969. 

4.

 



Баскаков Н.А. О Соотношении значений личных и указательных 

местоимений в тюркских языках // Доклады и сообщения Института 

Языкознания А.Н.СССР, 1952, № 1, с.132-143 

5.

 



Лайонз Д. Введение в теоретическую лингвистику, М.: Прогресс, 1978. 

6.

 



Старостин Г.С. Еще раз к вопросу о личных местоимениях в дравидийских 

языках. // Orientalia et Classica. Труды Института восточных культур и 

античности. Аспекты компаративистики 2. М., 2006. (с.101-150) 

http://starling.rinet.ru/Texts/dravpron.pdf 

7.

 

Гранде  Б.  М.  Введение  сравнительное  изучение  семитских  языков. 



Москва-«Наука»-1972.-441 с. 

8.

 



Ярцева В. Н. Историческая морфология английского языка / АН СССР. 

Инcтитут Языкознания. - М.; Ленинград, 1960. - 194 с. 

 

                                                M.Asadova 



About the Psycholinguistic Study of the Contamination Cases  of the Personal and 

Demonstrative Pronouns Observed in Some Languages 

Summary 

 

This article deals with the psycholinguistic study of the contamination cases  

of the personal and demonstrative pronouns observed in some languages. Referring 

to the prominent linguists’  investigations the author comes to  the conclusion that  

the personal pronoun third person singular and one of the demonstrative pronouns 

coincides in the most Turkic languages. The personal pronouns of the first and 

second persons differ from the personal pronoun of the third person singular which 

was emerged from the demonstrative pronouns. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



17

М.Асадова  

О психолингвистическом исследовании случаев контаминация личных и 

указательных местоимений  наблюдаемых на некоторых языках

 

Резюме 


 

В  статье  рассказывается  о  психолингвистическим  исследованием  слу-

чаев контаминация личных и указательных местоимений, наблюдаемых на не-

которых языках. Ссылаясь с исследований видных лингвистов автор приходит 

к выводу, что личное местоимения третье лицо единственного число и одно из 

указательных местоимений совпадает на большинстве Тюркских языков. Лич-

ные местоимения первых и вторых лицах отличаются от личного местоимения 

третьего лица, который появился от указательных местоимений. 



 

Rəyçi:             Aytən Hacıyeva 

               filologiya üzrə fəlsəfə doktoru, dosent 

 

  



 

Filologiya  məsələləri – №7, 2013

 

 



18

 PƏRVANƏ MÖVSÜMOVA  

Ganja State University 

 

GAMES - MOTIVATION IN TEACHING ENGLISH 

 

Açar Sözlər: oyunlar, motivasiya, tədris etmə, həvəsləndirmək, əyləndirmək, axıcı-

lıq, müzakirə oyunları, tələffüz, düzgün yazma, söhbət, dinləmə, danışıq, təcrübə. 



Key words: games, motivation, teaching, vocabulary, to encourage, to entertain, 

fluency, discussing games, spelling, conversation, listening, speaking practice. 




Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə