Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
#16789
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

(4; 5). Burada da əsas tənqid hədəfi müəllifin “İran işləri” məqaləsindən tanıdığımız 

Hacı  Məmmədtağıdır. Xalqın qanını sormaq, var-dövlətini mənimsəməklə özünə 

külli miqdarda sərvət toplayan  harınlamış insafsız məmurları  qəzəblə ifşa edən, 

“mülkədar və ruhanilərə meydan oxuyan  Səid Səlmasi” (1)  belələrini istehza ilə 

“padşah” adlandıraraq onların hərəsinin  bir bölgənin külli-ixtiyar sahibinə çevrildi-

yini diqqət mərkəzinə çəkmişdir:  “Əvət, Azərbaycanda “padşahlar” var ki, hər biri-

nin zənciri-əsarəti altında on minlərcə əkinçi var. Bu şahların ən böyüyü, ən müqtə-

diri Hacı Məmmədtağı Sərrafdır... İyirmi minə qədər kişinin  irzi-namusu bunun yə-

di-cabbaranəsindədir”. 

Müəllif Hacının köləsinə çevrilmiş biçarə həmvətənlərinin bir zamanlar rahat 

həyat sürdüyünü  həsrətlə təsvir etmişdir. Bu təsvirlər isə  adi publisistik düşüncələr 

olmayıb dərin bədiilik məziyyətləri ilə də seçilir. Oxucu belə məqamlarda kamil bir 

nasir qələmi ilə tanış olur. Xüsusən müəllifin kənd həyatına, məişətinə, adət-ənənə-

yə  yaxından bələdliyi, təsvirlərdəki təbiilik, dolğunluq aşkar duyulur. Təsəvvür 

tamlığı naminə nisbətən geniş bir parçanı missal gətiririk:  “İyirmi sənə bundan önə 

qədər ki, hənuz kəndlər Hacı Məmmədtağının əlinə kеçməmiş idi, əkinçilərimiz mə-

sud (xoşbəxt) idi. Hər ailənin yüzə, iki yüzəcən davarı, 5-6 baş qaramalı-sağını olur-

du. Çəmənlər yaşıllanmağa başlar-başlamaz ailələr qaz yavrusu kimi çölə dağılır, 

xırman üstünə qədər yеk vücud (birlikdə) işlərdilər. Xırman qurtardıqdan sonra hər 

kəs öz kaşanəsinə  (еvInə) çəkilib, məsudanə imrari-həyat  еdirdilər (dolanırdılar). 

Kəndlərinə bir qərib gəlirsə, onun hörmətini saxlar, hər gün birisi qonaq aparardı. 

Lakin özləri qürbət nədir, bilməzdilər. Çobanları olurdu. Aralarında hеç bir nökər-

lik-ağalıq sözü olmazdı. 

Ailənin ən gözəl günü çobanın şərqisini dinləməklə kеçirdi. Hər kənddə dü-

günləri (toyları) qış fəslincə saxlardılar. Çünki hər bir kəndin kəndinə məxsus bö-

yük bir otağı olar ki, kəndin əhli qışın tam gеcələri bir yеrə cəm olur, ziraətə (əkinə) 

dair söhbətlər еdirdilər. Dügünləri də bu qış otağında еdirdilər . 

Kənddə bir еyş  (şənlik) olursa, həpisi iştirak  еdir. Bir müsibət olursa, yеnə 

həpisi məyus olurdu. Hər kəndin məxsusi məscidi, azan oxuyanı və ruhanisi var idi. 

Ruhaniləri də bunlara mеhriban idi. Əksəriyyən qış gеcələri kəndçilərin məcməinə 

gəlir, bunlara adabi- şəriəti təlim еdirdi. Bunlar da bu xidmətin əvəzində kəndin ru-

hanisinin ziraət işlərinə köməklik еdirdilər”. 

Müəllifin təbirincə, bu yerlərin sakinləri qara günlərə o zaman düçar olur ki, 

Hacı  Məmmədtağı  həmin kəndləri almağa başlayır. Nəticədə  tərzi-həyat da 

dəyişir, Əhalinin güzəranı dözülməz həddə yuvarlandığı kimi, mənəvi-əxlaqi dəyər-

lər də təhlükə altına düşür:   “Əvət,  əkinçilərimizin namusu ləkələndi, ayaqlar al-

tında əzildi. O еvlər, o ailələr ki, qürəbayə (qəriblərə) məmən idi, xarab oldu. O kişi 

ki, 20 nəfər, 30 nəfərə kimin adam bəslər idi, şimdi divar diblərində sürünür. O qəh-

rəman cavanların gözü önündə kəndxudanın nökəri bacısının, əyalının saçını qoluna 

tutur, sürür, səsini çıxarmayır. 

Əvət, səsini çıxarmayır. Çünki cəsarətləri qırıldı, əsarətə öyrəndilər”.  

Çarəsiz kəndlilərin xilas üçün əl atmağa məcbur qaldığı vasitələr barədə 

aşağıdakı təsvirləri də həyəcansız oxumaq olmur: “Nə qədər əkin yеrləri varsa, hə-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



245

pisi  “Ərbab” əlinə kеçdi. Şimdi birisi əkin əkərsə, gərək getsin təpə başlarında, dağ 

ətəklərində əksin. O da yağmur yağmazsa, bitməyəcək. Bitsə də üçdən birisi ərbaba 

vеriləcək. Vеrgiləri də ağırlaşdı. Hər kəndçi “Divani”sini vеrdikdən sonra hər ay bir 

toyuğ, bir qran, qışda da borcudur ki, bir ulaq yükü odun. Odunu yoxsa, gеdib dağ-

lardan dağ odunu gətirsin. Ulağı yoxsa, iki dəfə dalında gətirərsə, bir ulaq yükü hе-

sab olunacaq. İldə on gün “Ərbab”ın bağında çörəksiz işləməlidir. “Çörəksiz” dе-

mək nədir? Bunu sual еdən olursa, cavabən dеyəriz ki, pulsuz həmişə  işləməyə 

həqqı var. Ona cəhətə çörəksiz dеyiriz. 

Hər kəsin mеyvə ağacı olursa, ağac yaşına ilə bir qran vеrməlidir”. 

Ərbab zülmünə dözməyən bir çox kişilərin də məmləkətdən baş götürüb qür-

bət ellərə getdiyini, kəndlərin köməksiz, kişisiz qaldığını, nəticədə qadınların, uşaq-

ların ən ağır işləri görməyə məcbur olduqlarını da S. Səlmasi amansız rejimin fəla-

kətləri sırasında təsirli bir tərzdə sadalayır:  

“Еrkəklər bu zülmlərə qarşı dayanmadılar. Vətənlərindən ayrılmağa məcbur 

oldular. Şimdisə Azərbaycan kəndlərində yüzdə bеş еrkək tapılmaz.  Əkin əkməyə, 

biçməyə övrətlər gеdirlər. Yazın  isti vaxtı Azərbaycana səyahət еdərsınız, çöldə va-

lidələrə rast gələrsiniz ki, bir parça ilə yavrusunu dallarına bağlayıb, orağ əlində bi-

çin biçir. Tarlalarda bеş yaşında çocuqlar görərsiniz ki, özündən iki dəfə böyük olan 

buğda bağlısını bir tərəfdən bir təfərə daşıyır”. 

Səid Səlmasi məzlum kəndlilərin belə ağır durumda yaşamaqda davam etmə-

sinin bir səbəbini də onların öz hüquqlarını anlamamasında, kölə vəziyyətdən qurtu-

luşa ciddi səy göstərməmələrində axtarır. Oxuculara üz tutub düşüncələrini onlarla 

bölüşür: “Möhtərəm qarеlər, İranda hürriyyət vеrildi. Lakin yеnə bunların halında 

bir təfavüt yox. Çünki bunlar azadlıq nədir, həyat nədir, bilməzlər. Bu yazıqlar, bu 

bədbəxtlər üçün kəndxudanın bir gülər üzü, bir hal sorması ən böyük bəxtiyarlıqlar-

dan hеsab olunur. Bunlar nə qədər hürr (azad) olursa, nə qədər hüquqa sahib olursa, 

yеnə kəndxudanı görərkən baş еndirməkdən kəndilərini alamaz”.  

(Bu yerdə Seyd Əzim Şirvaninin “Xan və Dehqan”ı  yada düşür). 

Müəllif ağaların zalımlığını, qəddarlığını, haqqını tələb etmək istəyənə aman-

sız divan tutduqlarını da nəzərdən qaçırmayıb konkret faktlar əsasında oxuculara 

çatdırır: “Şimdi 20 il kеçir ki, bu kəndçilər Hacı  Məmmədtağının nümayişkanə 

zülmlərinə düçar olub, bu müddətdə bunlardan yalnız bir еtiraz еdən oldu. O da Ca-

vad adlı bir kəndçi idi. Kəndə Təbrizdən Hacı Məmmədtağının nökərləri divanı cəm 

еtmək üçün gəlir. Həmin bu Cavadı tuturlar. Həbs еdirlər. Qırmanclayırlar. Dеyir: 

-   İstərsiniz, öldürünüz! Yoxumdu.  

Təbrizdən gəlmiş məmur dеyir: 

- Buraxın, gеtsin! Üç saata qədər on tüməni gətirməzsə, girin еvinə, əyalını ...  

Yazıq Cavad qaranlıq çökdüyündən  ətraf kəndlərə  gеdəməz oldu. O kənddə 

də həpisində on tümən tapılmadı ...Cavad, sübh açılır, namusundan daha öz kəndin-

də qalmayır. Tеzdən Təbrizə tərəf üzünü tutub gеdir. Üç gündən sonra Təbrizə varid 

olur. Birbaşa Hacı Məmmədtağının sarayına gеdir. Hacının özünü görəcəyəmmi, - 

dеyə bağırır. Bunu bağçaya aparırlar. Hacı o vaxt yalnız (tək) olaraq gəzirmiş. Bəd-

bəxt kəndçi irəli gеdir. Baş еndirir. Başlayır: 

- Bax, qurbanın olum! Bizim tayfamızı hamı tanıyırdı. Mən bu günə düşmü-

şəm. Gəlmişəm sənin qulluğuna. Əgər mənim ərzimə yеtişməsən (bеlindən bir bı-

çaq çıxarır),  bununla özümü öldürəcəyəm”. 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



246

Lakin Hacı onun dediklərinə heç bir əhəmiyyət vermir. Həyatda gördüyü haq-

sızlıqlardan bezmiş zavallı Cavad bıçağı öz qarnına soxur. Bu azmış kimi günahsız 

kəndlini həbsə atırlar, on beş gün sonra məhbəsdə dünyasını dəyişir.Belə ürək par-

çalayan  əhvalatın təsirli  şəkildə  təqdimi o dövrün mühiti, cəmiyyəti barədə bitkin 

təəssürat yaradır. 

Məqalənin axırında Səid Səlmasi Hacı Məmmədtağı kimi zalım istismarçılara 

üz tutaraq bildirir ki, sizin də sonunuz gələcək. gec-tez bütün müsəlmanlar azad ola-

caq. Heç olmazsa, zülmünüzü, işgəncələrinizi azaldın. Müəllifin inamı belədir ki, 

vaxtı ilə  Dəmirçi Gavə cana doymuş  məzlum  əhalini başına toplayıb haqsızlıqla 

mübarizəyə başladığı kimi, indi də  yeni  bir Dəmirçi ortaya çıxa bilər.Məqalənin 

sonluğunda oxuyuruq: 

“… Hacı Məmmədtağı cənablarına dеyiriz: 

- Əfəndim, İrana hürriyyət vеrildi. Bir nеçə sənələr (illər) sonra bütün islamla-

rın (müsəlmanların) hürr olacaqları ümid olunur. Sən də o yazıq, bədbəxt millətə, 

yəni rəiyyətlərinə vəlöv (azca olsa da), incitmə, azacıq olsun zülmün əskilt! Bəlkə, 

bir nəfəs ala bilsinlər. Qorx o gündən ki, İranda  Gavəyi-büzürgər  çıxsın.Əvət, 

bəsdir kəndçilərimizi, bu dünyanın pak və  məhbubül-qulubu olan bir firqəni 

incitmə! Kəndlərə insaflı  kəndxuda göndər! Özün də  bir  az  insafa  gəl! Qocaların 

saqqallarını  kəsməyi götür. Kənddə cavan qızlara öz nişanlılarına gеtməyə icazə 

vеr. Qulaq kəsmə! Boynuna ip kеçirmə!Hərgah bunlar sənin üçün çətin olursa, yal-

nız bunu kəndxudalarına tapşır ki, rəiyyətin namusuna nökərlərin, kəndxudaların tə-

rəfindən əl uzadılmasın. 

İndi də üzümü bədbəxt əkinçilərimizə çеvirib dеyirəm ki: 

Kilabi-zülmə qaldı gəzdiyin nazəndə səhralar,  

Oyan, еy yaralı şiri-jəyan, bu xabi-qəflətdən!” 

Yuxarıdakı beyt məşhur türk şairi Namiq Kamalın bir qəsidəsindəndir. Bu 

misraları S. Səlmasi mübarizəyə çağırış ruhuna görə öz əsərinə daxil etmişdir. Belə 

ki, N. Kamal həmin beytdə hüqusuz vəziyyətdə olan həmvətənlərini yaralı şirə bən-

zədərək onlara xitabən deyir ki, sənin gəzib-dolandığın nazəndə səhralar indi zülm 

itlərinə qalıb. Yetər, qəflət yuxusundan ayıl və belə dözülməz hala son qoy! Səid 

Səlmasi də məhz həmin beyti məqalənin sonunda verməklə əsər boyu izlədiyi mü-

barəzəyə çağırış qayəsini bir  daha qabarıqlaşdırmışdır. 

Göründüyü kimi, Səid Səlmasi “öz publisistik yazılarında,  əsasən, Cənubi 

Azərbaycanda gedən sinfi mübarizədən maraqlı səhnələr verir”  (2, s. 41).  

Səid Səlmasinin bir məktubundan da söz açmaq istəyirik. Bu məktubu o, 1909-cu 

ildə şəhid olmazdan bir müddət əvvəl yaxın dostu Əliqulu Qəmküsara göndərmişdır. Ə. 

Qəmküsar həmin məktubu “Yeni füyuzat” jurnalının 15 fevral 1911-ci il tarixli 6-cı 

sayında “Səid Səlmasi kimdir?” adlı qısa ön sözlə birlikdə dərc etdirmişdir (6, s. 326-

329). Haşiyə  çıxaraq deyək ki, S. Səlmasinin nakam ölümü Ə. Qəmküsarı çox 

sarsıtmış, o, 1909-cu ildə “Tərəqqi” qəzetində ilk dəfə olaraq şəhid şairin tərcümeyi-

halını dərc etdirmiş, “Yeni füyuzat”ın  1911-ci ildəki 2-ci sayında isə “Şəhidi-hürriyyət 

Səid Səlmasinin ruhuna ithaf” adlı  şeirini oxuculara çatdırmışdı. Mərhum dostunun 

məktubunu çap etdirməsi də onun xatirəsinə ehtiramın ifadəsi idi. 

Nakam şairi “məşrutə qurbanlarından biri və bəlkə, ən birincisi”  kimi dəyər-

ləndirən Ə. Qəmküsar onun 24 fevral 1909-cu ildə Maku ilə Xoy arasında Səidabad 

çölündə irtica qüvvələri ilə döyüşdə öldürüldüyünü xatırlatmış, dostunun  ona Xoy-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



247

dan yazdığı  məktubu oxuculara bu niyyətlə çatdırmışdır ki, “o vücudi-mübarəkin 

necə  səhih bir məslək və ali bir fikir sahibi olduğu açıqdan-açığa kəşf olunsun”. 

Doğrudan da, bu məktub Səid Səlmasinin dünyagörüşünün bir sıra məqamlarını ay-

dınlaşdırmağa imkan verir. 

Məktubun əvvəlindəki : “Mənim kimi fikrən və ruhən müztərib olanlara Sizin 

kimi sadiq bir rəfiqin məktubunu ziyarət böyük bir bəxtiyarlıqdır”,- cümləsi Səid 

Səlmasinin həmin vaxtdakı sarsıntılı, ağrı-acılı ovqatından soraq verir.  O da anlaşı-

lır ki, Ə. Qəmküsar dostuna yazdığı məktubda  farscadan tərcüməsi  “Mərd odur ki, 

nazı çəkilməyən nigarların nazını çəkə”  kimi anlaşılan misranı işlətmiş, S. Səlmasi 

isə ona cavab olaraq bu fikri davam etdirməklə yazmışdır: “Çünki nazı çəkilməyə 

layiq nigarlara çox nazkeş bulunur. Bu isə mənim fikirim deyil, bəlkə, bu həqiqət 

hər yerdə gözə çarpar...Bu gün İran hər yerdən və hər məmləkətdən artıq nazkeşə 

möhtacdır. Bunu buraxıb da milyonca nazkeşi olan nigarların  ətəyindən tutmaq 

mərhəmətsizliyə dəlildir”. S. Səlmasi dostunun “Dünyanı özümüzə vətən bilək. Gə-

rək ümum aləmi-islamı mülahizə eləyək. Bir İranı deyil“,- qənaətinə  də öz cavab 

məktubunda münasibət bildirərək məşrutəni, parlament idarə üsulunu vacib saymış-

dır: “Bu fikir insanların  əfkari-səmimanəsi, arzuyi-yeganəsi və  rəhbəri-səadətidir. 

Bunun üçün, yəni buna yetişmək üçün çarə məşrutiyyət və parlamentarizmadır. Hər 

millətin ibtidayi-məşrutiyyətində iqtisadi-siyasi və iqtisadi-ictimaiyə nisbətən bir az 

inhiraf duyulsa da, yenə ümumbəşəriyyətin birləşəcək və görüşəcək yeri həman 

sərmənzili-səadət olan sirati-müstəqim həqdir” 

Məktubdam o da anlaşılır ki, iki dost Osmanlı dövlətindəki gənc türklər hərə-

katı barədə də fikir mübadiləsi aparmışlar. Ə. Qəmküsar Osmanlı inqilabına müsbət 

münasibət ifadə etdiyi halda, S. Səlmasi gənc türklərin fəaliyyətini dəyərləndirmək-

lə yanaşı, o fikri də irəli sürmüşdür ki, əsl inqilab xalqın içərisində yetişməli, xalq 

öz azadlığını həqiqi mübarizə yolu ilə əldə etməlidir: “Əzizim, cavan türklər otuz 

sənədən bəri qəlbən müntəzəm və qeyri-müntəzəm bir surətdə çalışırlar. Bu, inkar 

olunmaz bir həqiqətdir. Lakin Osmanlı  məşrutəsi bunların səməreyi-səyi deyildir. 

Otuz sənə əvvəl millətin hürriyyətini qəsb edən, otuz sənə sonra millətə hürriyyət 

verən, bir gündə otuz beş milyon nüfuzu (əhalini) öldürən, bir gündə yenə ruh 

verən, iradeyi-səniyyə ilə qırx min məzlumu həbs edən, əfvi-şahənə ilə xilas edən, 

məmləkətə hürriyyət bəxş edən, istibdad gətirən, həp bu xariqələri yapan və bu 

sehrləri eyləyən zalım, xain, bir müstəbid nabekardır ki, adına Əbdülhəmid deyiriz. 

Millətlərə bəxş olunan hürriyyətdən fayda yoxdur. Məgər ki, sitvət və qüdrəti-milli 

sayəsində mühafizə oluna”.  

S. Səlmasi İranda da bu istiqamətdə gedən proseslərə münasibət bildirmişdir: 

”Bizə də ingilislər sədəqə növündən olaraq bir hürriyyət bəxş etdilər ki, “Yelqovan”  

kimi tündbad politik hər nə tərəfə meyl elədisə, o yönə düşdü”.  

Cənublu mücahidin  öz dostu Ə. Qəmküsara aşağıdakı müraciəti də diqqəti 

çəkir: “Yazırsınız ki, Təbrizdə Məcidiyyə xiyabanını başdan-başa qarət etmişlər. O 

cümlədən bizim Hacı ... mağazasını. Anladım. Demək istəyirsiniz ki, Hacı.... ki-

mi bir xuliqanın mağazası qarət olunan yerdə anla ki, sizin mətbəə və mağaza sağ-

lam qalırmı? Pək xoşuma getdi. Nazikanə bir surətdə yazmışsınız. Zərər yox. Əzi-

zim, yandırsınlar! Qarət etsinlər! Bununla mənə bir şey olmaz. Lakin öz cəhalətləri-

ni dünyaya isbat etmiş olurlar”. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



248

Doğrudan da, Səid Səlmasi öz vəsaiti ilə Avropadan ləvazimat gətirtmiş,  

Təbrizdə  mətbəə yaratmış, mətbuatın, maarifin tərəqqisi üçün ciddi səylət göstər-

mişdir. Ə. Qəmküsara məktubdakı qeydlər onun bu yolda üzləşdiyi təxribat və hü-

cumları bir daha yada  salır. 

Məktubun axırında isə S. Səlmasi Ə. Qəmküsardan son xəbərləri bundan son-

ra da yazmasını xahiş edir. Axırıncı cümlələr isə fədai şairin həyat eşqinin son ak-

kordları  təsiri bağışlayır: “Sərmayə azaldıqca qədri bilinir”  məsələsi doğru imiş.  

Bir neçə ay əvvəl ölüm nəzərimdə heç bir şey idi. Yaşamaqdan nifrət edirdim. Şim-

di isə köpək kimi yaşamağa həris və arzukeşəm”. 

Bütün bunlar göstərir ki, romantik şair Səid Səlmasinin poeziyasında ifadə 

olunan hürriyyət ideyaları onun publisistikasında da əsas yer tutur. O, dövrün, za-

manın, cəmiyyətin aktual məsələlərini həssas publisist qələmi ilə  işıqlandırmış, 

həmvətənlərini öz hüquqları  uğrunda mübarizəyə  səsləmişdir. Vətənpərvər  ədibin 

publisistikasında toxunulan problemlər həm dəqiq faktlar, həm də  əhatəli təhlillər 

əsasında oxuculara çatdırılır. Müəllifin publisistikasında təsirli bədii dil, müvafiq 

təsvir üsulları da razılıq doğurur. Bütövlükdə onun publisistik irsi hərtərəfli tədqiqa-

ta layiqdir. 

 

Ədəbiyyat 



 

1. Aslanov M. Vətənpərvər şair.  “Ədəbiyyat və incəsənət”  qəzeti, 1987, 3 aprel 

2. Əkbərov Z.  İnqilabçı şair, siyasi xadim  Səid Səlmasi. Azərbaycan  EA-nın  

    Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. 1989, № 2, s. 36-43 

3. Səlmasi  S.  İran işləri.  “Tazə həyat”  qəzeti,  Bakı, 1907, 7 may 

4. Səlmasi  S. İrana dair. Azərbaycan  “padşahları”.   “İrşad”  qəzeti , Bakı, 1907,   

    13 may  

5. Səlmasi  S.  İrana dair. Azərbaycan   “padşahları”.    “İrşad”  qəzeti,  Bakı,  1907, 

17 may 

6. “Yeni füyuzat”  jurnalı  (1910-1911-ci illər),  (çapa hazırlayan və ön  sözün 



müəllifi Hüseyn Həşimli).  Bakı:  Elm və təhsil, 2010, 448 s.   

               

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

                                  Huseyn Hashimli 

The publicistic  of  Said Salmasi 

 Summary        

                                                                                  

For the period of  long years Said Salmasi (1887-1909) literary activity rema-

ined beyond investigations.The article has been dedicated to the publicistics of 

Saida Salmasi. The article analyses  the publicistic articles written by the romantic 

poet Said Salmasi in the early past century. And some aeticles are drawn ihto 

affention for the first time.                                                                                                      

These stages are investigated on the basis of those examples, facing a poet 

and made appropriate conclusions. There have been analysed charakteristic works, 

their idealogial-literary features have been clarified. It becomes clear from this work 

that the author who gives importance to the sinkerity in all his thougths tries to 

adhere to this situation all his life and not to change  his point of wiev despite all the 

diffuculties he faces. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



249

Гусейн Гашимли 

Публицистика Саида Салмаси 

Резюме 


 

Долгое  время  литературная  деятельность  Саида  Салмаси (1887-1909) 

оставалась  вне  исследования.  Статья  посвящена  публицистике  Саида  Сал-

маси. В статье иссдедуются публицистические произведения  Саида Салмаси.  

Здесь на основе примеров исследуются темы, к которым обращался  автор и 

сделаны некоторые вводы. 

В  ней  анализириуются  характерные  публицистические  произведения  

Саида  Салмаси.  выявляются  их  идейно-художественные  особенности.  Из 

произведений становится ясно, что отдавая предпочтение искренности во всех 

своих размышлениях, автор всю жизнь старается быть верным своей жизнен-

ной позиции и, несмотря на все трудности, не отрекается  от своих убеждений. 

 

Rəyçi:              Seyfəddin Eyvazov 



     filologiya üzrə fəlsəfə doktoru, dosent 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



250

                                         ŞAKİR  CƏFƏROV 

АДПУ-нун диссертанты  

                                      «Азярбайъан мцяллими» гязетинин ямякдашы 



 

Щ.CАВИДИН ГАДЫН ГЯЩРЯМАНЛАРЫ 

 («ИБЛИС», «СЯЙАВУШ» ВЯ Б. ЯСЯРЛЯРИ ЯСАСЫНДА) 

       

Açar  sözlər: əlçatmaz zaman,  həmişə hesablaşır,  daşqəlbli cəlladlar. 

Ключевые слова: недосягамое время, всегда считается,  бессердечные палачи 

Key words: Unattainable time, always takes into consideration, heartless  killers    

(or cruel executioner).   



 

 

Böyük Alman şairi İ.V.Hötenin «Faust» dramatik  poeması ilə görkəmli Azər-

baycan dramaturqu H.Cavidin «İblis» pyesi arasında  mövzu və problem müxtəlifli-

yi göz qarşındadır. Hər iki  faciənin  «doğuluşu», «təvəllüdü» arasında  da əlçatmaz 

zaman fərqi var. Bütün  bunlara baxmayaraq, bu iki  faciə arasında  bəşərilik baxı-

mından qohumluq, doğmalıq təkzibedilməz  həqiqətdir.«Faust» və  «İblis» dünya 

demonizm poeziyasının  ən mühüm  səhifələrindəndir. «Fast»la yüksək bir mər-

hələyə qalxan dünya  demonizm poeziyası «İblis»də yeni mən və mövzu çaları ilə  

zənginləşir. Burada İ.V.Höte  və H.Cavid də  dövrün narahat və düşündürən prob-

lemlərinin fəlsəvi-estetik  həllini mifoloji  obrazların təcəssümündə verməyə  çalış-

mışdır. Elə Fast da, Arif də ilk cinayət addımını məhəbbətlə - Qretxenə (Marqarita-

ya) və Rənaya olan  məhəbbətlə  əlaqədar atırlar.   

Dramaturqu faciədə ayrı-ayrı  şəxsiyyətlərin taleyi  maraqlandırmır. Müəllif, 

ümumiyyətlə, insanların, bəşərin taleyini  düşünmüşdür. Dramда aturq belə qənaətə 

gəlir ki, insan mənəviyyatının formalaşmasında xarici mühit başlıca rol oynayır. O, 

insanlara üz  vermiş faciədə  çıxış yolunu onların mənəvi  təmizlənməsində, islah 

olunmasında, mədəniyyətə yiyələnmək  şərti ilə tədricən təkamül yolunda görür»  

«İblis» faciəsində iki qadın surəti vardır. Bunlar Xavər və Rənadır. Hər iki ob-

raz  əsərin baş  qəhrəmanı Arifin daxili aləminin açılmasında, onun dinamika və 

dramatizmində fəal rol oynayır. Təkcə Arif obrazının deyil, faciənin də əsas qayə-

sinin açılmasında bu iki qadının mühüm rolu vardır. 

Xavər Arifi səmimi qəlbdən sevən və  həyatın, yaşayışın qayəsini, mənasını 

ailə səadətində görən təmiz və pak vicdan sahibi olan  real düşəncəli bir qadındır. 

Xavər Rəna kimilərin  müəmmalı eşqinə uyan Arif kimi hərdəmxəyal ərlərin xəya-

nətinin qurbanı olan Şərq qadınlarının ümumiləşdirilmiş simvoludur. 

Rəna Arifin Xeyri atıb Şərə xidmət etməsində, yəni iblisləşməsində əsas sə-

bəb və amildir. Arif, Vasif və İbn Yəmin kimi üç kişinin həyat və darvanışlarında, 

тaleyönümündə mühüm rol oynayan Rəna faciədə İblisin ortaya atdığı əsl «nifaq al-

ması»dır. Məhz buna görə də onunla yaxın təmasda olan obrazların hamısının taleyi  

faciə ilə bitir. Xavər, İxtiyar Şeyx, Arif, Vasif, hətta İbn Yəmin də bu qəbildən he-

sab edilə bilər. 

Bəşəriyyəti həmişə    fəlakətlərə sürükləyən  şər və onun təzahürləri  əleyhinə 

yazılmış «İblis» faciəsi həm mövzu, həm də yüksək sənətkarlıq  məziyyətlərinə gö-

rə öz yeniliyi və aktuallığı ilə  H.Cavidin digər əsərlərindən fərqlənən  ədəbi bir ha-

disə idi. Xüsusilə , onun qələmə aldığı müharibə mövzusu, sonralar bu mövzuda  


 

Filologiya  məsələləri – №7, 2013

 

 



251

yazacağı «Topal Teymur», «Səyavuş» və «İblisin intiqamı» kimi  əsərlər üçün bir 

təməl daşı idi. 

İnsan məhəbbəti insana faciə gətirir - Mefistofelin sübuta yetirməyə çalışdığı 

ideyalardan biri  budur. Bu, Rənanın arxasınca  düşən Arifin  getdiyi tərəfə qəh-qəh  

çəkən İblisin sözlərində də deyilir: 

 

Get, lakin o hörmət və məhəbbət 



Bir gün doğurur qanlı  ədavət, 

Get. Bəllidir insandakı xislət. 

 

Faust-Marqarita epizoduna bənzər maraqlı tragik bir xəttə «İblis» faciəsində 



də rast gəlirik (Arif-Rəna xətti). Qəhrəmanların  taleyi ilə  bağlı  hadisə  boyu oxşar  

lövhələrin  təsvirində  hər iki mütəfəkkir  şair: «Qidası  şər olan  cəmiyyətdə  xoş-

bəxtlik qeyri – mümkündür»-nəticəsinə gəlir.  

«İblis» də H.Cavid bir-birindən fərqli iki qadın surəti yaratmışdır. Xavər sə-

mimi, ərini sədaqətlə sevən, fədakar  bir qadındır. O, Arifin hər hərəkətinə  həssas-

dır, onun dəyişməsinin səbəbini  anlamağa çalışır. Ərinin anlaşılmaz əzabları, kədər 

və iztirabları bu məsum qadını həyacanlandırır.Taleyə və qəzaya inanan sadə qəlbli 

qadının faciəsi  çox səmimi  və inandırıcıdır. Xavər həyatın  acılarını duyduqca, 

gördüyü hadisələrin təsiri altında getdikcə dəyişir. İnsanın törətdiyi  cinayətlər onun 

məhəbbəti dolu  saf  qəlbini  sarsıdır, nifrət hissi varlığına hakim olur. Mühitə  uyu-

şa bilməyən Xavər çılqınlıq dərəcəsinə Rəna  isə xarekteri  etibarilə Xavərdən seçil-

ir. Atasının qatilini axtaran Rəna eyni zamanda günahsız qadın  əleyhinədir. Arifin  

cinayəti onu dəhşətə  salır. İnsanlıq  üçün  ləkə saydığı  hərəkətini  pisləyərək onu  

vəhşi  adlandırır.  Əsərdə Xavər və  Rəna  bir insan kimi hümanist hisslərə malik 

olmaqla bərabər, bir qadın kimi də  nəcibdirlər. Onlar öhdələrinə    düşən  borcu 

namusla yerinə yetirirlər. Bu cur hissə  qapılma  yoxdur. Ağıl və hiss ilə iş görmək, 

şəxsi arzularının canlanmasına  aludəçilik üstünlük  təşkil etmişdir. Təbiətin bu 

məsum insanlarında ağıl və hiss birlikdə inkişaf etmiş, iradələrində sarsılmayan  

dəyanət çatır, vəhşiləşmiş, səfilləşmiş insanları    lənətləyir.yaranmışdır. Rəna  və 

Xavər  öz işləri ilə  içtimai həyatın  fəal iştirakçılarıdır.Hər iki qadın həyat səhnə-

lərində fədakarcasına çıxış edirlər. Onlara  qarşı rəğbət getdikcə çoxalır. Xavər əri-

nə sədaqətli bir qadındır. Onda olan bu sədaqət səmimiyyətdən  irəli gəlir. Xavər əri 

Arifin hər kiçik  hərəkəti ilə belə maraqlanır. Lakin bu heç də qısqanclıqdan yox, 

bəlkə Xavərdə  ailə  səmimiyyətini qiymətləndirməkdən irəli gəlir. O, Arifin həya-

can keçirdiyini bildiyindən, onun kədər və iztirabları ilə həmişə  hesablaşır. Məhz  

buna görə də Xavər: 

 

Söylə, Arif, aman, nə oldu yenə 



Yenə kimlər göründü gözlərinə? 

 

Xavərin bu səmimiyyəti, sədaqəti, iradə möhkəmliyi ailə çərçivəsini qırır və 



vətənə, xalqa xidmətdə özünü daha qabarıq göstərir. Xavərin yaralı rabitəçiyə  et-

diyi xidmət səmimiyyətdən əlavə, xalqına olan məhəbbətdən irəli gəlir ki, bu da onu 

nəzərimizdə xeyirxah insan  kimi  yüksəldir. Xavərin dünyabaxışında bilavasitə 

məhəbbət, mərhəmət fəlsəfəsinin  təsiri  vardır. Bu da aldığı tərbiyə  ilə əlaqədardır. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



252

Xavər özü etiraf  edir ki, o, Arifə  heç cəhətdən bağlı olmuşdur.  Xavər insanın insa-

na kömək etməsini bir borc, bir vəzifə, allah adamının  səciyyəvi xüsusiyyəti hesab 

edir. Məhz buna görə də Xavər allah adamı olmaq kimi şərəfli  vəzifəni qarşısına 

məqsəd qoyur və bu amal uğrunda çarpışmağı  hər şeydən üstün  tutur.O, insanın in-

sana  etdiyi yaxşılığı, bir sözlə,  əməli xidmətini yalnız allah ehtiramlarının, allah 

məhəbbətinin bir vasitəçisi hesab edir. Xavər yaralı zabitin alın və qolundakı yarala-

rın sağalmasını allah mərhəmətində görür və ilahiyə şükür  etməklə təsəlli tapır: 

 

Çox şükür, iştə hər sağaldı yaran, 



Bax, nasil mərhəmətlidir yaradan. 

 

Digər tərəfdən Xavərdə «tale»yə, «qəza»ya inam qüvvətlidir. O, hər bir 



fəlakəti, hadisəni, ayrılığı,  Arifdən ayrı  düşməsini öz taleyi,  «qəza» ilə bağlayır: 

 

Şu qəza doğdu bir təsadüfdən, 



Məni tale  ayırdı  Arifdən. 

 

Xavər qan tökməyin əleyhinədir. O, insanı yaxşılıq  və xeyirxahlıq edən  bir 



varlıq kimi  dərk edir. Xavər  içtimai hadisələri, insanların bir -birinə münasibətini 

izləyir. O, yaralı zabitin ərəb zabitini öldürməsinə  haqq qazandırır. Xavər çılğınca-

sına  bütün insanların «iblis»ə uyduğunu» və yer üzünün  qanla  dolu  oduğunu  

söyləyir. 

 Xavər: 

İblisə uyub da əhli-aləm, 

Həp yer üzü  qanlı, cümlə sərsəm... 

  -deyə kədərlənir.  

Xavərdə insanlar haqqında  bu təsəvvür bilavasitə  mühitdəki haqsızlıqdan, in-

sanların humanizm hisslərini itirməsindən irəli gəlir. Xavər mühitə uyuşa  bilmədiyi 

üçün içtimai quruluş onu öz pəncəsində aciz bir qul kimi məhv edir. Bu onu göstərir 

ki, dramaturq Xavəri hələ həyat mübarizəsi üçün  kamlləşməmiş hesab edir. 

    Bu əsərdə Rəna isə qorxmaz və çətinliklərə təslim olmayan  insanpərvər bir 

qızdır. Onda atasının qatilindən intiqam almaq  duyğusu çox qüvvətli olsa da, gü-

nahsız qan tökməyin  əleyhinədir. Rəna  İbn Yəminin hiyləgərliyini, atasının qatili 

olduğunu  bildikdən sonra qəti hərəkət edir. Onda insanlara  münasibət məsələsi  

dəyişir. Rəna artıq insanlara açıq gözlə baxır, həyat məsələlərini, içtimai hadisələri-

ni diqqətlə izləməyə  çalışır. Rəna  düşmənə  qarşı nə qədər amansızdırsa, bir insan 

kimi  sox mülayimdir. O, İbn Yəmin  kimi xainləri «tərk həyat» etməkdən  nə qədər  

həzz alırsa, dini, milli mənsubiyyəti  başqa olan  bir insana  sui - qəsld  edən Arifə  

qarşı amansız olur. Rənada  bu nəcib sifət  onun  vicdanının paklığını  bir daha gös-

tərir. Rəna vicdanını insan qanı  ilə ləkələyən aşiqin nəvazişini  rədd edir.  

H.Cavid Xavər və Rəna surətlərini Səlmadan, İsmətdən, Maraldan və Göyər-

çindən fərqli  olaraq cəsur, bacarıqlı və daha çox ictimai mübarizə  fonunda  ver-

mişdir.  

Əsərdə qadın tipləri olduqca incə  və  sənətli fırçalarla canlandırılmışdır. Xa-

vər, Rəna hər ikisi türk qadınlığını təmsil edən sevimli tiplərdir. Hər ikisinin naturu 

aydın  və müəyyəndir. Nöqteyi - nəzərlərində ziddiyyət yox, heç birinin ağıl ilə qəl-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



253

bi, hiss ilə düşüncəsi, idrak ilə arzusu arasında ayrılıq görünmür. Hər ikisi vəzifəsi-

nin qəhrəmanıdır, hər ikisi bəşəri və milli  qayə daşıyır. Xavər  Rənaya  nisbətən da-

ha səmimi, daha idealistdir. Büllur ruhu həyatın çirkabları ilə  bulanmamış, dağ çeş-

mələri qədər saf  və  şəffaf bir qəlbə  malikdir. 

H.Cavidin dramaturgiyasındakı qadın tipləri daha çox məhəbbətlə bağlı olan 

qadınlardır.  Şairin «Şeyx Sənan»la bağlı faciəsi haqqında çoxlu sayda fikirlər 

vardır. Bu fikirlərdən biri budur ki, niyə H. Cavid kimi mütəfəkkir şair Şeyx Sənan 

kimi bir mürşidi xristian qızı Xumara aşıq etmiş və bu yolda Şeyx Sənan, hətta iki il 

donuz otarmağa razı olmuşdur… 

Deməliyik ki, məhəbbətdə millilik olmur. «Əsli və  Kərəm» dastanında, 

N.Nərimanovun «Bahadur və Sona» əsərində olduğu kimi, H.Cavidin «Şeyx Sə-

nan» əsərində də bu belədir. Bu əsərlər quruluşların keçid dövründə yazılmış bədii 

nümunələridir.   

Dünya  ədəbiyyatı tarixinə diqqət yetirdikdə  bir həqiqət də meydana çıxır – 

müxtəlif dövrlərdə  yaşamış  sənət korifeyləri, yeri  gəldikcə, özlərindən  əvvəl iş-

lənmiş  süjetlərə  müraciət etmişdir. Hər sənətkar  hadisələrə  dövrün  möhrünü vur-

mağa  çalışmışdır. 

Bəzən də belə olur qəhrəmanların  milli mənsubiyyəti  müxtəlif olsa da, onlar 

yaxın qan qohumu kimi bir - birinə çox  bənzəyirlər. Bizcə, bu bənzəyişə, doğmalı-

ğa, ekizliyə  bir səbəb  qəhrəmanların eyni  ictimai  faciə  daşımalarıdırsa, başqa  bir 

səbəb də dünya ədəbiyyatının daxili - əlaqəli,  dialektik məntiqi  paralel  inkişafı, 

bəşəri  problemlərin  qoyuluşu və həlli  ilə bağlıdır. 

Bağlı, ehtiraslı  sənət ictimai  həyatın  inkisaf  vasitəsi olmaqla, nə sərhəd, nə 

milli  mənsubiyyət  tanıyır. Nəhəng sənətkarlar milliliyin mayasında bəşərililik, 

ümuminsanilik tərbiyə edir, dünya  ədəbiyyatı arenasına çıxarır. Elə bu nöqtədə baş-

qa-başqa  ünvandan  gəlmiş  qəhrəmanlar  öz bənzəyişlərini  tapıb çiyin - çiyinə da-

yanırlar. 

Bu cəhətdən V.Şekspirin «Hamlet» faciəsi ilə H.Cavidin «Səyavuş» əsəri diq-

qəti cəlb edir. Hər iki əsərdə ayrı - ayrı  tarixi hadsələrdən danışılsa da, görürük ki, 

qəhrəmanlarla bağlı  faciə xəttində  nə  qədər  oxşarlıq və  yaxınlıq var.  Məsələn, 

Hamletin, Səyavuşun  da taleyinin  faciəvi istiqamətini  qadın xəyanəti müəyyənləş-

dirir. 

Gertruda Hamletdən oğul məhəbbəti istəyir. Südabə isə  Səyvuşdan  aşna… 



Hər iki  qadının tələbi, istəyi  təbii qanunlara  ziddir. Onların məhəbbət istəyi riya 

və məkr cövhəri ilə yoğrulmuşdur.  

Gertruda Hamletin  şübhələrin  dağıdıb,  onun  məhəbbətini  qazanmağa  çalış-

ması ilə  özünü  və  yeni  əri  olan  kralı  fəlakətdən  xilas etmək  məqsədi  izləyir. 

Şərqin  müqəddəs qanunlarını  tapdalayan Südabə  oğulluq  məhəbbətini  aşna  

tələbinə  çevirməyə  çalışması  ilə  alovlanan  qadın  atəşini  söndürmək istəyir. Mə-

sələnin  əsil mahiyyəti  budur ki, hər iki qadın ərindən usanmışdır.Onlar qadınların 

çılğın  ehtirasına  cavab vermək iqtidarında  deyillər. 

Aşağıdakı  misralar  Südabənin  mənəvi  atəşini  nə qədər  də parlaq  şəkildə  

göstərir: 

...Könlümdəki  atəşləri 

Parlatmaz sönük yanğın. 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



254

Çəlik  qollar istərəm  ki, 

Məni didsin, parçalasın. 

 

Kompozisiyanın fəcil bütövlüyünə xidmət  edən  parçalardan  birisinin - yataq  



otağında Hamlet və Səyavuşun  ayaqlarına  düşüb onlardan «Məhəbbət tələb edilən  

səhnənin oxşarlığı, qohumluğu  maraqlıdır. 

Səyavuş  atəş içərisində  yanan Südabəni özündən  kənara  itələyərək qeyzlə  

deyir: 


Çəkil, ehtirasın qara  yelkəni 

Sən nəsin? Bir heç, bir şərəf xırsızı. 

Vəhşi Suriyənin uğursuz qızı… 

 

Hamlet  də qadın  və analıq şərəfini  itirmiş qatili,  ananı  beləcə rədd edir. Sü-



dabə  bu yerdə  Gertrudanın şərqli bacısıdır. 

Şekspirdə faciə xətti  əmisi  kralla Hamlet arasında, H.Caviddə Səyavuşla  Sü-

dabə  arasındadır. 

Hamletin ipə - sapa yatmadığını görən  əmisi  onun  keçdiyi  yollara  hiylə  to-

ru qurur, hətta  vəzirin  və onun  qızının ölümünə  səbəb olur. O, şahzadəni  zəhər-

lənmiş  qılıncla öldürməyə planlar  cızır. 

Südabə  də ona  tabe olmaq istəməyən Səyavuşa beləcə hiylə  və məkr  toru 

qurur. O, qara  əməlində  tənha, geniş tədbirlərə malik  iş bacaran, rəqibinə  qarşı 

mübarizədə  geri  durmaz bir qadın  kimi  özünü göstərir.Hətta, Südabə  Danimarka  

kralından bir addım irəli  gedərək tarixən düşmən olan  saraydan özünə arxa tapır. 

Səyavuşun Turana  qaçmaq  xəbərini  təsadüfən eşidən Südabənin dişləri 

arasından  ilan  fısıltısına  bənzər bir səs çıxır: 

 

Məndən qaçsa belə, əldə 



Gəlməlidir cənazəsi… 

 

Bu nöqtədə Südabənin  iblis təbiəti meydana çıxır. Nəhayət, qolu qırılmalı 



qəhrəman hiylə toruna düşür və məkrin  qurbanı olur. 

Yuxarıda gətirdiyimiz qarşılaşdırma  göstərdi ki, «klassik ənənə» deyilən kə-

lamlar  əsrlər arasında  salınmış    canlı    mənəvi  körpüdür. Bü körpüdən  dünya 

ədəbiyyatının  müxtəlif  formalı və çoxcəhətli  guşələrinə yollar keçib gedir.   

H.Cavidin ideal qadın axtarışları ədəbiyyatımıza, səhnəmizə təkrar olunmaz, 

bir-birindən maraqlı qadın obrazları  gətirmişdir. Onun  tapıntıları, qadına  yüksək  

poetik  zirvədən baxmaq  bacarığı bu gün də  oxucuların, tamaşaçıların qəlbini fəth 

edən əsas amillərdəndir.  

Bütünlükdə qadın  qəlbi H.Cavid sənətini hərəkətə gətirən, ona od və atəş  ve-

rən «İlk Prometey odu», təkan qüvvəsidir. Onun rəğbətlə  təsvir etdiyi qadınlar  əzə-

mətli  və dərindir, sevən-seviləndir, məhəbbətləri yolunda hər cür  risqə  gedəndir 

və işgənciyə dözəndirlər. Məqamı gələndə  intiqamçı və cəngavərdirlər. Adama elə 

gəlir ki, H.Cavidin  qadınları  şimşəkdən, oddan, atəşdən, buluddan yaranmışlar. Bu 

qadınlar onların  ləyaqətini  ləkələyənləri, namusuna təcavüz edənləri yandıra bilər, 

qarsa bilər, adamı külə döndərə bilər. Onlar ən yırtıcı cəlladların, əli qılınclı, başı 

zərli, toplu-tüfəngli dövlət başçılarının  birbaşa  sinəsinə  yeriyib eşq və məhəbbət-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



255

lərini, mənliklərini  onların  taxt-taclarından  uca tuturlar.  H.Cavid  sənəti  qadına 

əyləncə kimi  baxanlara  ən sərbəst zərbədir. Bu sənət  analıq, qadınlıq üçün allah-

lara, peyğəmbərlərə, krallara, padşahlara, din xadimlərinə qarşı üsyan edən od  nə-

fəsli üsyankar sənətdir. Bu qadınlar öz ağıl  və iradələri ilə hünər və gözəllikləri ilə 

qaranlıqdan hörülmüş kəfənlərini parçalayıb özlərinə  şəfəqdən  paltar biçən  məğ-

rur, qorxmaz, dəyanətli fədakarlardır!  

Poeziya, publisistika və  möhtəşəm  dramaturgiyasında  qadın  problemlərinə 

geniş yer ayıran H.Cavid ədəbiyyat və  incəsənətimizi, o cümlədən teatrımızı gözəl, 

ülvi, romanttik, mürəkkəb və təkrarolunmaz xarakterlərlə zənginləşdirərək, bu möv-

zunun gələcək  inkişafının düzgün  istiqamətləndirilməsində əhəmiyyətli rol oyna-

mışdır. 


Belə ki, H.Cavid əsərlərindəki bir-birinə bənzəməyən maraqlı  qadın surətləri-

nin ən gözəl ifaçılarından biri SSRİ xalq artsti Mərziyə Davudova  olmuşdur. Mər-

ziyə  xanım  «İblis» də    Rəna və Xavər rollarında çıxış edərək, iki müxtəlif, bir-

birindən fərqli surətlər yaratmışdır. Onun Xavərində sevən bir qəlbin həsrətli  çır-

pıntıları hiss  olunur. Rəna  surətində isə  aktyor qəhrəmanının cəsarət və  qətiyyəti-

ni ön plana çəkir. 

Xumar («Şeyx Sənan») rolununda M.Davudova təbiətinə  xas  emosionallıq 

və temperamentlə  oynayırdı. Aktrisa qəhrəmanının öz məhəbbəti uğrunda ölümdən 

belə qorxmayan, insanları bi-birindən ayıran dinə, məzhəbə, irqi fərqə qarşı barış-

maz, əyilməz olduğunu tamaşaçıya  inandırıcı  boyalarla çatdırırdı.  

Südabə («Səyavuş») rolunun əvəzsiz ifaçısı Mərziyə Davudova qəhrəmanının 

oynaq təbiətini, coşub-daşan ehtirasını, od-alov saçan kinini məharətlə təcəssüm et-

dirirdi. 

H.Cavid  şərq dünyasında çarşabı, bu qara səyyar pərdəni qadın azadlığının 

«ən böyük əngəllərindən biri»  sayırdı. Çünki bu qara pərdə qadının işıqlı aləmə ba-

xan gözlərini, ağlını qapayırdı. H. Cavid  hər bir anda, qadında günəşin, təbiətin  

müəyyən əlamətlərini görür və  buna görə  də analığa hər şeydən çox üstünlük verir-

di. Deyirdi ki,  övlad eşqi  ilə  çırpınan bir qadın, qadın qəlbi «sayğısız qızlarınkın-

dan daha bakir və  ləkəsizlir». Onlar  təmizlik, müqəddəslik kimi bəşəri bir məna  

kəsb etdiklərinə görə  xalqın sevimlisi, el anası,  vətənin rəmzi olurlar. Bu qadınlar  

öz  ağılları,  əməlləri, istək  və arzuları, hətta rəftarları, işvələri, rəqslərilə insanda 

gözəllik duyğusu yaradır və  daş qəlbli cəlladları belə  mərhəmətə gətirə  bilirlər.   

H.Cavid torpağa, Vətənə, elə qəlbən məftun bir şair, dramaturq idi. Cavid  ya-

radıcılığı ilə ədəbiyyat tariximizdə mənzum faciənin əsası qoyulur. Real  hadisələrlə 

ideallığın vəhdətindən yazan H.Cavid ədəbiyyat tarixində yenilikçi sənətkar kimi  

tanınır, dünya  xalqları tərəfindən sevilə - sevilə oxunur, insanların mənəviyyatını 

zənginləşdirən, onlara zövq verən əsərləri yüksək qiymətləndirilir.  

Məşhur Ukrayna alimi, astronom Nikalay Çernıx H.Cavid sənətinin böyüklü-

yünü dərk edib ona  hörmət və ehtiram göstərərək kəşf etdiyi ulduza «Cavid» pla-

neti adı vermişdir.  Deməli, H.Cavidin adı, ideyaları doğma vətənində  və türk  dün-

yasında deyil, ulduzlar aləmində də  əbədələşir, göylər səltənətində özünə layiqli bir 

yer  tutur. 

Burada ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin H.Cavid yaradı-

cılığına verdiyi böyük, müdrik bir fikri yada düşür: «Onun bütün yaradıcılığı Azər-

baycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır».  


 

Filologiya  məsələləri – №7, 2013

 

 



256

Şairin dramlarından bəlli olur ki, istər qərbli, istərsə də şərqli qadını olsun fər-

qi yoxdur.Qadın gözəllik, saflıq, paklıq, incəlik, təmizlik nümunəsidir. Azərbaycan 

xanımı isə  ədəb-ərkanı, abr-həyası, xanım-xatınlığı ilə bu nümunənin tacıdır. O tac 

nə qədər yüksəkdə qalsa, o qədər gözəldir, əlçatmazdır. 

Doğrudur, bu sahədə o dövrün azad fikirli bütün ziyalıları mübarizə aparmış-

dır. Lakin dövrü  mətbuat və  onun yazarları daha  çoxşaxəli və çoxsahəli bir tərzdə 

bu mübarizədə fərqlənmişlər.Dövrün mətbuatında qadın azadlığı mövzusu ön plana 

çəkildi. Amma, buna qarşı çıxanlar da  oldu. Böyük ehtirasla qarşılanan qadın azad-

lığı  məsələsinə müxtəlifmətbu orqanlarında müxtəlif münasibət var idi. Bir-birinə  

zidd olan fikirlər, mülahizələr, rəylər, odlu-alovlu çıxışlar…  Azərbaycan qadınları-

nın taleyi, ozamankı kölə  vəziyyətindən xilas yolu, dini və fanatik  baxışlardan, 

ziddiyyətlərdən qurtuluş yolu və  bu kimi bir çox aktual məsələlər mətbuatda böyük 

ictimai- siyasi problem şəklini aldı. Qadınlarımızın son dərəcə ağır  maddi - mənəvi 

vəziyyəti, onların bütün insani hüquqlardan mərhum olmaları ziyalılarımızı, xü-

susən də qələm əhlini daha  çox narahat edirdi. Odur ki, başda  «Mola Nəsrəddin» 

olmaqla  dövrün əksər milli ruhlu mətbuatı  bu məsələnin həllinə can atırdı. Çox çə-

tin də olsa, qadınlarımızı təhsilə, elmə yeniliyə cəlb etmək, cəhalətdən, nadanlıqdan, 

avamlıqdan qurtarmaq üçün onların maariflənməsi məsələsini daha  kəsərli şəkildə 

qoydular. 

Artıq XX əsrin ikinci on illiyində ölkəmizin hər bir sahəsində az da olsa, 

savadlı, ziyalı qadınlar  yetişərək ölkənin mədəni həyatında iştirak edirdilər, Bakıda 

1911-ci ildə qadınlar üçün  «İşıq» jurnalı nəşrə başlamış, qızlar məktəbi, qadın xey-

riyyə cəmiyyəti  fəaliyyətdə idi. Ölkənin məktəb, səhiyyə, mətbuat sahələrində Hə-

midə xanım Cavanşir, Hənifə xanım Məlikova, Səlimə xanım Yaqubova, Xədicə 

xanım Əlibəyova, Mədinə xanım Qiyasbəyli, Xədicə xanım Ağayeva, Cavahir xa-

nım Rəfibəyli, Nigar xanım Şıxlınskaya, Səkinə xanım Axundzadə, Sona xanım Və-

zirova, Şəfiqə xanım Əfəndizadə, Nabat Nərimanova və  Rəhilə xanım Hacıbababə-

yova kimi qadınlar çalışırdı. Onlar müxtəlif sahələrdə qadınları  məktəbə, elmə sövq 

edirdilər.  



                                                 

Ядябиййат 

  

1.  Щ.Cавид.  Сечилмиш  ясярляри.  Бакы,  Азярбайcан  Дювлят  Няшриййаты, 1958-cи  ил, 



сящ.11-  147                                  

2  Щ.Cавид « Сяйавуш» ясяри, Бакы, 1978,  сящ.400-487 

3 Щ.Cавид . Ясярляри     ЫВ cилддя, ЫЫ cилд. « «Иблис»». Бакы, Йазычы, 1982-cи ил 

4  Н.Язизова  Щ.Cавиd  драматурэийасында»  Инсан,  Иблис,  Танры»  Бакы.  Щафта 

Рресса, 2000, 131с. 

5 Я.Ибадоьлу. Щ.Cавидин « Иблис» фаcияси. Бакы,     Бакы, Азярбайcан ССР Елмляр 

Академийасы няшриййаты, 1969-cу ил,  сящ. 1-10 

                         



 

Filologiya  məsələləri – №7, 2013

 

 



257

Shakir Cafarov 

Women characters of H.Javid  

(based on "Iblis", "Sayavush", etc) 

Summary 

 

 H.Cavid has described the characters of Khavar and Rana different than 



Salma, Ismat, Maral and Goyarcin, being brave, capable and more involved in 

social struggle. (in Iblis) Gertruda is expecting from Hamlet the love of a son. 

But Sudaba” s expectation from Syavush is  him being a lover. The demand of 

the both  of the women is contradicting natural laws. Their need for love is 

covered with hypocrisy and craft.(in Siyavush)                             

 

 



                                               Шакир Джафаров 

«Героини в произведениях Гусейна Джавида»  

(на основе «Демона», «Сиявуша» и др. произведений) 

Резюме 


 

Г.  Джавид  представлял  образов  Хавер  и  Рена  в  отличии  от    Селма, 

Исмет, Марал и  Геярчин как храбрых, умелых женщин  и преимущественно  

на  фоне социальной борьбы.(«Демон») 

Гертруда хочет от  Гамлета любви сына. 

А Судабе от Саявуша любви любовницы. Любовь обеих женщин проти-

воречит естественным законам. Их любовь, желания пропитаны лицемерием и 

коварством. («Сяйавуш»). 

                                                                                                                               

Rəyçi:                   Himalay Qasımov                                                                                                      

                  filologiya elmlər  doktoru, professor 

 

 



 

 

 


1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə