Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


Burabie Radjapova  Navoi and book of  Zend  Summary



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

 

Burabie Radjapova 

Navoi and book of  Zend 

Summary 


 

The article deals with the problem of the influence of the Zend books on 

classical Uzbek literature, in particular, on the poem of Navoi. On the example of 

historical images Gushtasp, Temur Abulkasym Babur, Hussein Baikara, Badiuz-

zamon, Navoi put forward the idea of enlightenment, didactics, and the problems of 

humanity. Author partially compares the human qualities that are given in the 

Avesto, with the poems of Nizami, Firdausi, Navoi and emphasizes the similarities. 

The researcher certifies that the calls that embody universal values, at different 

historical times, have been deservedly recognized nations of the world. Currently, 

motivation in a humane word, good idea, good deeds are relevant to humanity. 

 

Бурабие Реджебова 



Неваи и книга Зенд 

Резюме 


 

В  статье  рассматривается  проблема  влияния  книги  Зенд  на  клас-

сическую  узбекскую  литературу,  в  частности,  на  творчество  Навои.  На  при-

мере  исторических  образов  Гуштаспа,  Темура,  Абулкасыма  Бабура,  Хусейна 

Байкары,  Бадиузамон,  Навои  выдвигает  идеи  просветительства,  дидактики, 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



287

проблемы  гуманизма.  Автор  частично  сопоставляет  человеческие  качества, 

приведенные в Авесто, с творчеством Низами, Фирдавси, Навои и подчерки-

вает общие черты. Исследователь утверждает, что призывы, воплощающие в 

себе общечеловеческие  ценности, в различное историческое время, были дос-

тойно оценены народами мира.  Побуждение к гуманному слову, благим на-

мерениям, благим дела актуальны для человечества и сегодня.   

 

Rəyçi:                   Şakir Albalıyev 

               filologiya üzrə fəlsəfə doktoru, dosent 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



288

   


 

 

 



             NADİR  İSMAYILOV 

                       filologiya üzrə fəlsəfə doktoru  

(Naxçıvan  Dövlət  Universiteti) 

 

MƏMMƏD ARAZ  VƏ  UŞAQ  ƏDƏBİYYATI 

 

Açar sözlər:  Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, Məmməd Araz 

Key words:   Azerbaijan literature,  children’s literature,  Mammad Araz 

Ключевые слова:  Азербайджанская литература,  детская литература, Мамед 

Араз. 


  

İyirminci  əsr Azərbaycan  ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan 

xalq şairi Məmməd Arazın (1933-2004) yaradıcılığında uşaq ədəbiyyatı nümunələri 

də müəyyən yer tutur. Doğrudur, M. Araz bu sahədə ardıcıl fəaliyyət göstərməmiş, 

çoxsaylı əsərlər yazmamışdır. Lakin onun  uşaqlar üçün qələmə aldığı azsaylı poetik 

örnəklər özünün ideya-bədii mükəmməlliyi ilə diqqəti cəlb edir.  

Bu baxımdan şairin 1964-cü ildə yazdığı “Qızımın sualları”  adlı şeirlər sil-

siləsi maraq doğurur. Yeri gəlmişkən, xatırladaq ki, professor Qara Namazov  

“Azərbaycan uşaq  ədəbiyyatı” dərsliyində M. Arazın uşaqlar üçün qələmə aldığı 

əsərləri təhlilə cəlb etməsə də, şairin  adını 1960-cı illərdə uşaq poeziyası sahəsində 

bir sıra dəyərli nümunələr yaradan Əliağa  Kürçaylı, Fikrət Sadıq, Xəlil Rza, Tofiq 

Mütəllibov və başqaları ilə bir sırada çəkmişdir (bax: 4, s. 329). 

Məmməd Arazın “Qızımın sulları” şeirlər silsiləsi bir neçə cəhətdən əlamət-

dardır: Əvvəla, onu deyək ki, silsilədəki əksər şeirlərdə avtobioqrafik notlar özünü 

göstərir. Belə ki, şeirlərdən anlaşıldığı kimi, müəllif onları kiçik yaşlı qızının sualla-

rı əsasında qurmuşdur. İkincisi, şeirlərdə mövzu  təbiiliyi, ideya əlvanlığı, duyğula-

rın səmimiliyi razılıq oyadır. Nəhayət, şairin seçdiyi axıcı, rəvan heca ölçüləri, işlət-

diyi bədii təsvir və ifadə vasitələri də uşaqların yaş və  qavrama səviyyəsinə, psixo-

logiyasına çox yaxın olmaqla şeirlərin kiçik yaşlı oxucular tərəfindən asanlıqla əz-

bərlənməsinə, sevilməsinə şərait yaradır.  

İndi isə silsilədəki şeirlərin təhlilinə keçək. 

Silsilədəki ilk əsər “Buluda minmək olar?” adlanır. Bu  şeir mükalimə əsasın-

da qurulmaqla özünəməxsus didaktik əhəmiyyətə malikdir. Belə ki, uşağın sualına 

verilən cavab həm də onu daha yaxşı oxumağa çağırır: 

 

-Təyyarəyə minir adam, 



Uçur, gəzir, enir adam. 

Buludun da qanadı var? 

Buluda da  minmək olar? 

 

-Əlbəttə ki, minmək olar. 



Amma, qızım, deyil asan; 

Bunu üçün gərək çoxlu, 

Çoxlu kitab oxuyasan. 

 

 



 

 (1, s. 82-83) 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



289

Bəllidir ki,  uşaq üçün dünyada  ən dəyərli əşya oyuncaq, ən maraqlı məşğu-

liyyət  isə oyuncaqlarla oynamaqdır. M. Araz “Böyük olsam” adlı şeirində  hər bir 

uşağın qəlbindən soraq verən bu həqiqəti hər şeyi satıb oyuncaq almaq istəyən bala-

canın timsalında  yığcam şəkildə poetikləşdirmişdir: 

 

-



 

Böyük olsam mən 

   Neylərəm, bilsən? 

-

 



Neylərsən, balam? 

-

 



Hər şeyi satıb 

Oyuncaq  allam! 

                             (1, s. 83) 

 M. Arazın “Necə?”  adlı şeiri isə  uşaqların ətrafda gördükləri, müşahidə et-

dikləri əşya və hadisələrin mahiyyətinə varmaq istəyindən qaynaqlanan mənalı bir 

şeirdir. Bu əsərdə  təsvir olunur ki, televizorda dənizdə üzən  gəmiləri görən uşaq  

dəniz sahilinə gəlib gerçək gəmini, hüdudsuz suları gördükdə təəccüblənir, sual ve-

rir ki, belə böyük gəmi televizora necə yerləşir? Bu cür təbii, inandırıcı  motivlər 

üzərində qurulan şeir uşaq psixologiyasına tamamilə uyğundur: 

Dünən kinoda  gördüm: 

Dəniz, gəmi, balina. 

Bu gün isə gəlmişəm 

Lap dənizin yanına. 

 

Nə böyükdür gəmilər, 



Sudur, baxırsan  hara. 

Bunlar necə yerləşir 

Böyük televizora? 

                               (1, s. 83) 

Uşaq  ədəbiyyatında zaman-zaman əsas yeri tutan mövzulardan biri təbiəti 

sevdirmək və qorumaqla bağlı olub.  Çoxsaylı şair və yazıçılarımız bu istiqamətdə  

dəyərli  əsərlər yazmışlar. Məmməd Arazın poeziyasında da analoji nümunələrə 

təsadüf olunur. Bu cəhətdən  şairin “Quzum”  şeiri səciyyəvi nümunədir. Kiçik 

həcmli bu bədii parça balaca qızın quzuya xitabı üzərində qurulmuşdur. Bu qızcığaz 

quzuya çoxlu su və yonca verməyə, onu çəmənlərə, otlaqlara aparmağa hazırdır, an-

caq bir şərti var ki, balaca quzu təbiətin yaraşığı olan çiçəkləri tapdayıb əzməsin. Bu 

kimi fikirlər bütün məktəblilərin təbiətə məhəbbət, onu qorumaq ruhunda  tərbiyəsi-

nə yönəlmişdir: 

Mənim balaca quzum, 

Qarnı alaca quzum. 

Gəl, sənə yonca verim, 

Su da doyunca verim; 

 

Böyü, səni otarım, 



Dağa-daşa aparım. 

Bircə  şərtim var, amma 

Çiçəkləri tapdama. 

                                 (1, s. 83) 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



290

Şairin “Qızımın sualları” silsiləsindəki  “Niyə belə elədim?”  şeiri isə oyun-

caqlarını  qırıb-dağıdan, yeni oyuncaqlar istəyən dəcəl uşağa verilən yumoristik, 

həm də ibrətli cavab ilə əlamətdardır. Ata qızına bildirir ki, sən çoxlu kuklanı qırıb-

sındırmısan. Kuklalar isə bir-birinə xəbər eləyib bizim şəhərə gəlmirlər, ona görə də 

sənə almağa yeni oyuncaq yoxdur: 

Kuklamı sındırmışam, 

Paltarımı cırmışam. 

Deyirəm  ki, ay ata, 

Təzə kukla al mənə. 

Deyir;  daha şəhərdə 

Kukla tapılmır sənə. 

Deyəsən, bir-birinə 

Xəbər də yayıb onlar: 

Daha bizə gəlmirlər,  

Səni tanıyıb onlar. 

 

  (1, 


s. 

83-84) 


 Aydındır ki, bu cavab uşaqları lüzumsuz israfçılıqdan uzaq olmağa səsləmək-

lə özünəməxsus tərbiyəvi qayəyə malikdir. 

  Məmməd Arazın uşaqlar üçün qələmə aldığı maraqlı şeirlərdən biri də “Tə-

miz balalar”  adlanır. Dialoq əsasında qurulmuş bu şeirdə təsvir olunur ki, kiçik yaş-

lı qızcığaz atasına tez-tez sual verərək niyə balaca olduğunu soruşur. Deyir ki, mən 

də qısa müddətdə böyüyüb sənə çatmaq istəyirəm. Ata isə cavabında bildirir ki, bö-

yümək üçün vaxtında yemək, vaxtında yatmaq, təmizkar, səliqəli olmaq gərəkdir. 

Belə nəsihətlər fərdi xarakter daşımayıb, şeirdə şairin bütün uşaqlara tövsiyyəsi ki-

mi ümumiləşdirilmişdir: 

Qızım İradə 

Soruşur hərdən, 

Atacan, niyə  

Balacayam mən?.. 

 

Deyirəm:-Qızım, 



Ay mənim quzum. 

Mən də sənin tək 

Balaca idim. 

 

Anam nə zaman 



Ye,- dedi, - yedim. 

Yat,- dedi,- yatdım. 

Heç bilmədim ki,  

Haçan boy atdım. 

 

Səhər yuxudan 



Durdum vaxtında. 

Əl-üzümü də 

Yudum vaxtında. 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



291

Tərtəmiz oldu 

Dişim, dırnağım. 

Tərtəmiz oldu 

Saçım, darağım. 

 

Təmiz ol,- dedi,- 



Su da hər səhər. 

Təmiz balalar 

Tez böyüyürlər. 

 

  (1, 



s. 

84) 


Bütövlükdə  Məmməd Arazın “Qızımın sualları” adlı  şeirlər silsiləsi uşaq 

ədəbiyyatımızın diqqətəlayiq nümunələri sırasına daxildir. 

Ədəbiyyatşünaslıqda qeyd olunduğu kimi: “Məmməd Araz... yurdumuzun 

zəngin və füsunkar təbiətinə  həssaslıqla yanaşır, ilhamı da, qüvvəti də, qüdrəti də 

ondan alır.  Şairin  əzəl yaddaşı, bəhrələndiyi qaynaq xalq  bədii təfəkkürü, xalq 

deyimləri, aşıq poeziyasından süzülüb gələn forma və  məzmun vəhdətidir...  İstər 

xalq sənətkarlarının, istərsə xalqın özünün həyatını, milli-mənəvi dəyərlərini, məi-

şətini, psixologiyasını  Məmməd Arazın bədii düşüncəsindən ayrı  təsəvvür etmək 

çətindir” (3, s. 483). Bu baxımdan onun 1970-72-ci illərdə yazdığı “Atamın kitabı” 

adlı  məşhur poeması xüsusilə  dəyərlidir. Bizim üçün mövzumuzla bağlı maraqlı 

məsələ ondan ibarətdir ki, avtobioqrafik xarakterli bu  poemada da uşaqların müta-

liəsi üçün çox faydalı olan bir sıra məqamlar vardır. Xüsusən şairin uşaqlıq illəri, 

məktəbə getməsi, ilk hərfləri, ümumən yazı-pozunu öyrənməsi ilə bağlı səhifələr bu 

baxımdan diqqəti çəkir. “Atamın kitabı” poemasında  şair hələ  uşaq ikən zəhmətə 

allşmağından,  halal əməyin, saf təbiətin özünün də əslində bir müəllim olmasından 

söz açır: 

Səhər ayazında buz gavahını 

Çiynində  dartmağı oxutdu mənə. 

Dəli cöngələri qulaqlamağı, 

Kotana çatmağı oxutdu mənə... 

Təbiət özü də bir kitabxana, 

Hər dərə məktəbdir, hər dağ müəllim. 

O ilk ana dilim, o kitab - anam, 

Bir də əlinizə yetərmi əlim? 

   

 

 



 

        (2, s. 425) 

         İlk dəfə məktəbə getməsini həyatının unudulmaz anı kimi təsvir edən şair hər 

gün məktəbdən dönəndən sonra  atasının ona verdiyi sualları  və aldığı cavabdan 

conra dediyi sözləri də vəcdlə təsvir etmişdir. Dünyagörmüş müdrik atanın sözləri  

xalqın duyum və deyim tərzinin təzahürü olmaqla yanaşı, qazanılmış biliyi praktik 

tətbiq etməyə çağırması ilə də diqqəti cəlb edir. Məsələn, poemadan aşağıdakı par-

çaya nəzər salaq: 

- Bu gün nə öyrəndin dərsindən, bala? 

- Çöp saymaq,  ata! 

- Hə...onda bu külüng, 

 Bu da ki, balta... 

 Çırma qolunu, 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



292

 Boğazla döşdəki yemşan kolunu, 

 Sonra da on dənə düyünsüz çubux, 

 Beş cüt də samılıq 

 Üt , aradan çıx. 

   


 

     (2, s. 426) 

Aydındır ki, bu tapşırıqları yerinə yetirərkən məktəbli uşaq saymağı daha da 

dəqiq öyrənəcək. 

Məktəbli oğlunun yenicə öyrəndiyi hərflərə uyğun olaraq  dünyagörmüş ata-

nın  dediyi cümlələr uşaqların nitq və təfəkkürünün inkişafı üçün çox faydalı olan 

yanıltmac xarakteri daşımaqla alliterasiya və assonanslardan uğurla istifadə ilə  də 

səciyyələnir. Məsələn, “A” , “B”,  “D”, “O”, “C”  kimi səslərlə əlaqədar atanın öz 

məktəbli oğluna verdiyi tapşırıqları xatırlatmaq  bu baxımdan  yerinə düşər: 

 

- Bu gün nə oxuduz? 



-  “A”  hərfi, ata! 

-  Atanın atası... Ata  bax, ata! 

   Atıl, aftafanı apar, at arxa. 

- Niyə atım, ata? 

- Atma, apar doldur!.. 

- Bu gün nə oxudun dərsindən, bala? 

- “B”  hərfi, ata! 

- Ba...onda  balamın barmağı baldır... 

  Bulaqda baş-başdı  baldırğan, baldır... 

 Yüyür, dəstələ... 

- Bu  gün nə oxuduz? 

- “D” hərfi, ata! 

- Demək, dəryazı döy, deyiblər, dədə... 

Mənim çöl əlifbam macqal dilində; 

“O” keçdim -  deməli, orağı yağla, 

“C”  keçdim, deməli, cütü qulaqla... 

Nə yaxşı!  Əlifba  “A”-dan başlanır, 

 Atadan başlanır, Anadan başlanır. 

      

(2, 


s. 

427) 


Göründüyü kimi, atanın hər hərfə uyğun dediyi cümlələrdəki bütün sözlər 

məhz həmin hərflə başlayır, ahəngdarlığı, axıcılığı, ritmikliyi ilə  səciyyələnməklə 

uşaq psixologiyasına müsbət təsir etmək imkanlarını nümayiş etdirir. 

Bütün bunlar isə onu deməyə əsas verir ki, görkəmli şairimiz Məmməd Ara-

zın zəngin və çoxcəhətli yaradıcılığında uşaqlar üçün də müvafiq mütaliə material-

ları vardır. Həmin maraqlı nümunələr özünün tematik əlvanlığı, ideya aydınlığı, 

sənətkarlıq dolğunluğu ilə səciyyələnir. 

 

Ədəbiyyat 



 

1.

 



Araz M.  Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 s. 

2.

 



Araz M.  Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1986, 480 s. 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



293

3.

 



Müasir Azərbaycan  ədəbiyyatı, iki cilddə, 2-ci cild. Bakı: Bakı Universiteti 

nəşriyyatı, 2007, 564 s. 

4.

 

Namazov Q. Azərbaycan uşaq  ədəbiyyatı. Bakı: Bakı Universiteti nəşriyyatı, 



2007, 444 s. 

 

Nadir Ismaılov 



Mammad Araz and  children’s  literature 

Summary 


 

Mammad Araz is one of the most prominent represantatives of the Azer-

baijani literature of  XX century. His poetry is rich with deer humanistic sences and 

qualities. 

The article has been dedicated to the lyrics of  Mammad Araz. In this paper 

attention is directed to the various phase’s of literary activities Mammad Araz. 

These stages are investigated on the basis of those examples, facing a poet and 

made appropriate conclusions. 

 There have been analysed charakteristic works, their idealogial-literary fea-

tures have been clarified. There are have been telis opinions about his poetic style 

and on the examples of verse are exposed main features of his poetry. 

 

                                                                                               Надир Исмаилов 



Мамед Араз и  детская  литература 

Резюме 


 

Мамед  Араз  является  одним  из  выдающихся  представителей  азербайд-

жанской литературы двадцатого века. Его поэзия пронизана гуманизмом, глу-

бокими чувствами. 

Статья посвящена лирике известного поэта Мамеда АразаВ статье рас-

сматриваются разные этапы творчества   Мамеда Араза. Здесь на основе при-

меров исследуются темы, к которым обращался поэт на этих этапах, и сдела-

ны некоторые вводы. 

В статье анализириуются характерные произведения, связанные с темой, 

выявляются  их  идейно-художественные  особенности.  Здесь  высказываются 

мнения о поетическом стиле поэта, а также выявляются главные особенности 

его поэзии на стихотворных примерах.  

  

Rəyçi:                 Hüseyn Həşimli 



             filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi 

 

  



 

Filologiya  məsələləri – №7, 2013

 

 



294

TƏRANƏ RƏHİMLİ 

filologiya üzrə fəlsəfə doktoru, dosent 

ADPU 

E-mail: t_raqimli@mail.ru  



UOT: 821 (479. 24) 

 

İSMAYIL ŞIXLININ «DƏLİ KÜR» ROMANININ 



BƏDİİ QƏHRƏMAN KONSEPSİYASI ƏDƏBİ TƏNQİDDƏ 

 

Açar sözlər: roman, müasir nəsr, ədəbiyyat, milli.   

Ключевые слова: роман, современная проза, литература, национальное.  

Key words: novel, contemporary prose, literature, national. 

 

İsmayıl Şıxlının «Dəli Kür» romanının ilk hissəsisinin nəşrindən (1962) dər-



hal sonra əsəri dəyərləndirən tənqidi məqalələrdə onun bədii qəhrəman konsepsiya-

sına xüsusi diqqət yetirilmişdir.  İlk vaxtlar əsərin yanlış ideoloji meyarlar müstə-

visində  dəyərləndirən aparıcı  qəhrəmanı  – Cahandar ağa dönə-dönə  nəzəri fikrin 

təhlil mərkəzinə çəkilmiş, lakin uzun zaman ədəbiyyatımızın bu mükəmməl obrazı-

nın mahiyyəti açılmamışdır. Hələ əsər haqqında ilk məqalədə (1) İ.Şıxlının xarakter 

yaratmaq məharəti xüsusi vurğulansa da, Cahandar ağanın səciyyəsi yanlış qiymət-

ləndirilirdi. Əsərdə Cahandar ağanı daha dolğun obraz kimi görən Əhəd Hüseynov 

bu xarakterin «bütün zəif və güclü cəhətlərilə» birlikdə işləndiyini göstərir, onun bir 

tərəfdən qüvvətli, igid, insanların taleyinə laqeyd olmayan, övladlarını sevən qayğı-

keş ata, digər tərəfdən zabitəli, amansız, qəddar, «qəzəbli görkəmi ilə vahimə 

doğurmağa çalışan» təkəbbürlü bir ağa kimi ziddiyyətli təbiətini açmağa çalışırdı.  

İ.Şıxlının öz qəhrəmanına aludəçiliyini müşahidə edən tənqidçi belə münasi-

bətin qəhrəmanın xarakterinin təsvirində aydın nəzərə çarpdığını vurğulayır. Yazıçı-

nın Cahandar ağa haqqında «Onun üçün bu dünyada hər  şeydən  əziz təmiz adla 

yaşamaq idi» fikri Ə.Hüseynova görə «başqasının (Allahyarın  – T.R.) namusunu 

tapdamağa hazır olan, ailə üzvlərinə öz iradəsini qəbul etdirməyə çalışan, oğlunu di-

dərgin salmaqla ev-eşiyin dincliyini pozan Cahandar ağa» ya (1, s.443.) sonsuz ya-

zıçı aludəçiliyindən doğur. Tənqid əsər haqda ilk məqalədə Cahandar ağa obrazının 

«ail əvə məişətlə bağlı şəkildə» işləndiyini göstərməklə bu obrazı bütövlükdə əsərin 

sosial-siyasi və mili-mənəvi məcrasından ayırırdı.  

Ümumiyyətlə, 60-70-ci illər tənqidi dövrün ideologiyasının təsirilə romanda 

«ağalıq-tabelik münasibətlərindəki ziddiyyətli cəhətləri» görmək istəyir, yazıçı qar-

şısında «inqilablar astanasına gəlib çıxan Azərbaycan kəndlisinin necə oyandığını, 

ayağa qalxdığını və siyasi mübarizə meydanına atıldığını» (1, s.336) təsvir edən ha-

disə və  məqamlara diqqət yetirmək tələbini qoyurdu.  

Romanın ikinci hissəsinin nəşrindən sonra yazdığı  məqalədə  Ə.Hüseynov 

əsərdə bir ailə çərçivəsində baş verən hadisələrin tədricən şaxələndiyini, qol-budaq 

ataraq «zəmanənin tələblərini  əhatə edən ictimai hadisələrə» çevrildiyini göstərir, 

Cahandar ağanın da bu hadisələrə münasibətini onun daxili narahatlıqları fonunda 

aşkara çıxarır. (2, s. 342.) 

70-ci illərdə  tənqid «İsmayıl  Şıxlı istedadının  ən qüvvətli cəhəti xarakterlər 

yaratmaq bacarığıdır» (2, s. 344) qənaətinə  gəlir, «Dəli Kür» də «xarakterlər ro-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



295

manı» (Ə.Hüseynov) kimi qiymətləndirilir. Bu illərin təhlillərində Cahandar ağa 

mükəmməl və bitkin qəhrəman kimi yer alır; bütün ziddiyyətli cəhətləri ilə birlikdə 

dolğun xarakter kimi dəyərləndirilir. Ə.Hüseynovun «Dəli Kür»ün aparıcı qəhrəma-

nı haqqında son qənaəti həm də dövrün tənqidinin Cahandar ağa obrazına münasi-

bətini dürüst ifadə edir: «Doğrudan da o (Cahandar ağa – T.R.) əzəmətli bir surətdir. 

Bir tərəfdən özünün şəxsi istəklərini cilovlaya bilmir, Allahyarın qanuni arvadını 

götürüb qaçır və bununla da şərəfi tapdanmış  ərin qısqanclıq və qisas duyğularını 

alovlandırır. Nəticədə ailədə bir soyuqluq və ikitirəlik yaradır. O biri tərəfdən öz ba-

cısını müridlərə qoşulduğu üçün amansızcasına öldürür. Bir tərəfdən oğlu  Əşrəfin 

özünə oxşamadığını, anası tərəfə çəkdiyini ürək ağrısı ilə xatırlayır, öz oğlunun se-

minariya tələbəsi libasında gxrünməsini istəmir, o biri tərəfdən seminariya müəllimi 

Çernyayevskini və rus Əhmədi kənd cəhalətpərəstlərinin hücumundan qoruyur. Bir 

tərəfdən Cahandar ağa öz sinfi təbiətini biruzə verərək indiki zamanda hökümətə ar-

xalanmaq və öz ağalıq imtiyazlarını qorumaq istəyir, o biri tərfdən bir sövq təbii ilə 

hiss edir ki, bu pristavlar, bu kazaklar, bu rütbə sahibləri mahala xeyir iş üçün gəl-

mirlər. Buna görə  də güman və  tərəddüdlərdən sonra maarifə, nəcib insanlara öz 

ürəyində daha çox üstünlük verir.» (Ünvansız məktub. Bax: 2, s.350) Cahandar ağa-

nın bir surət kimi təkmilləşməsini psixoloji sarsıntılar zəminində izləyən tənqidçi 

təkcə bu obrazın deyil, ümumilikdə «Dəli Kür» qəhrəmanlarının bütün qüvvətli və 

zəif cəhətləri ilə birlikdə canlı və ibrətli olduğunu nəzərə çatdırır. 

Mehdi Hüseyn 1963-cü ildə əsərin birinci hissəsi ilə bağlı yüksək təəssüratla-

rını bölüşdüyü məqaləsində «Dəli Kür»də tarixi keçmişə münasibət yeniliyini əsərin 

qəhrəman konsepsiyası ilə  səciyyələndirirdi. Tənqidçi Cahandar ağa surətinin 

ədəbiyyatımızda indiyədək təsvir olunmuş bəylərdən fərqli olduğunu göstərir, onun 

«qəzəb oyadan hərəkətlərinin özündə də təbii məntiq və daxili bir ardıcıllıq» görür-

dü. (3, s.255) M.Hüseyn İsmayıl Şıxlının məftunluqla yaratdığı bu qəhrəmanın həm 

ictimai, həm də şəxsi ziddiyyətini üzvi bir vəhdətdə göstərdiyini vurğulayır, Cahan-

dar ağanın son dərəcə sərt təbiətinə rəğmən hər cür insani hissdən məhrum edilmə-

diyini yazıçının ciddi uğuru hesab edirdi.  

Göründüyü kimi, tənqid hələ 60-cı illərdə  ədəbiyyatda «bəxti gətirməmiş» 

zümrənin nümayəndəsinin  – Cahandar ağanın fərqli bəy obrazı olduğunu, «sinfi-

zümrəvi bəy obrazına qarşı bəy - insan surəti» (T.Əlişanoğlu) kimi meydana çıxdı-

ğını sezə bilirdi.  

Tənqid  ədəbiyyatımızın monumental surətləri sırasında özünəməxsus yeri 

olan Cahandar ağaya rəğbətini çox gec və çətin izhar etdi. 70-ci illərin sonlarında 

tənqid artıq Cahandar ağanın ziddiyyətli bir tarixi dövrün, mürəkkəb bir epoxanın 

həqiqətlərini ifadə etdiyini sezə bilir, bu obrazı zaman və mühit kontekstində dəyər-

ləndirməyə cəhd göstərir. Bu cəhətdən Məstan Əliyevin mülahizələri diqqəlayiqdir: 

«Bu maraqlı feodal əvvəlki romanların feodal surətlərinə  bənzəmirdi. Bu feodala 

rəğbətimizi birdən-birə unamaq çətin oldu: nəyə görədir bu? Mən sonralar anladım 

ki, Cahandar ağa qismən bizim on doqquzuncu əsrimizdir. Qaranlıq, həm də parıltı-

lı. Bu mürəkkəb mənəvi keyfiyyətlər qraniti sökülüb töküləcəkdir. Bunu sövq-təbii 

özü də başa düşür. Amma sanki nəslin müqəddəs qəbirləri önündə and içib, vəd ve-

rib. Canı cismindən ayrılanadək qandangəlmə, kökdəngəlmə qanunları yaşadacaq. 

Bunları namusu kimi qoruyacaq. Bu dünyada ondan güclülər törəyə bilər, amma 

Cahandar ağa heç kəsin əlində ölməyəcək.» ( 4, s.185)  


 

Filologiya  məsələləri – №7, 2013

 

 



296

M.Əliyev «Dəli Kür»də milli təfəkkürün, milli ruhun real bədii əksini yüksək 

qiymətləndirir, Cahandar ağanı öz millətinin milli-mənəvi, patriarxal-əxlaqi dəyər-

ləri çevrəsində  təhlil edir. Məhz bu cəhətdən M.Əliyevin təhlillərində Cahandar 

ağanın «yeri «Dəli Kür»də rahatdır». 

80-ci illərdə  ədəbi-nəzəri fikir romanda bütün təhkiyə-təsvir vasitələrinin 

məhz insan ətrafında təmərküzləşməsi, «Dəli Kür»də hadisələrin cərəyan etdiyi 

dövrün, mühitin səciyyəsinin əsərin qəhrəmanları, ilk növbədə Cahandar ağa vasi-

təsilə açılması haqqında konkret nəticəyə gəlir. Tənqid Cahandar ağanı yazıçının ən 

böyük nailiyyəti hesab edir, bizə hər an həyatı xatırladan bu güclü, reallığı və təbi-

iliyi ilə seçilən obrazın «konkretliyi, özünəməxsusluğu, mili koloriti, sosial-əxlaqi 

mahiyyəti ilə canlandırılmış bir mühiti» özündə ehtiva etdiyini vurğulayır. Akif Hü-

seynov yazır: «Biz Cahandar ağanın əzəmətli xarakterində, kəndlilərin obrazlarında, 

Əhmədin, Kipianinin əməllərində xalqımızın həyatını  və psixologiyasını duyuruq, 

milli mühitin sosial-əxlaqi mənzərəsinin mürəkkəbliyini görürük, tarixi irəliləyişin 

yenilməzliyini yəqin edirik. Nəticədə, yalnız yığcamlıq, bədii bütövlük təmin edil-

məmişdir, dövrlə, mühitlə insan arasındakı təmasın, əlaqələrin yeni keyfiyyətdə bə-

dii dərki, üzvi vəhdət halında inikası meydana çıxmışdır. Həmin vəhdət sayəsində 

də qəhrəmanların qayğılarında, arzu və əməllərində, ehtirasların toqquşmasında, ha-

disələrin təbii davamında ifadə edilən ictimai-tarixi hərəkət, zamanın irəliləyiş mey-

li mexaniki şəkildə  əsərin dinamikasının  əsasına çevrilməmişdir, məhz bədiiliyin 

şərtlərində  təcəssümünü tapmışdır. Bütün bu xüsusiyyətlərinə görə  də «Dəli Kür» 

romanı hadisələrin cərəyan etdiyi dövr haqqında, xalqımızın milli xarakteri, ictimai-

mənəvi varlığı barədə yeni və mənalı söhbət açmışdır.» (5, s.27-28) 

Əsərdə tarixi həqiqətə sədaqət, onun bütün mürəkkəbliyi ilə dərki, mühitin da-

xili mahiyyətinə nüfuzetmə kimi keyfiyyətlər ilk növbədə «Dəli Kür»ün qəhrəman 

konsepsiyası ilə izah edilir, romanın hər cür təfərrüatçılıqdan uzaq olması yazıçının 

obraz yaratma mükəmməlliyi, ümumiləşdirmə, tipikləşdirmə məharəti ilə əlaqələn-

dirilirdi. 

Romanın çoxşaxəli süjetinin, mürəkkəb bədii konfliktinin bütün istiqamətləri-

nin Cahandar ağa kimi uğurlu obrazla bağlı  təhlili son dərəcə  məntiqlidir. Tofiq 

Hüseynoğlu Cahandar ağanı «milli və sinfi xüsusiyyətlərin dialektik əlaqə və qar-

şılıqlı münasibətində canlandırılmış mürəkkəb bir obraz, «tarixiliklə yaradılmış mili 

xarakter» kimi səciyyələndirir, məhz yaşadığı əsrin, zamanın mürəkkəbliyindən irəli 

gələn maneələrin Cahandar ağanın həyat yolunu keçilməz etdiyini, onun ölümə 

doğru hərəkətini sürətləndirdiyini izləyir: «Cahandar ağanın həyat yolu Kürün axa-

rına mane olan çiləkənlərə  bənzər maneələrlə doludur. Bu maneələr mürəkkəbliyi 

və keçilməzliyi ilə əsrin tələbini, zamanın hökmünü xatırladır. Cahandar ağa bütün 

varlığı ilə istədiyi kimi yaşamağa can atır, lakin nəhayət özü də dərk edir ki, daha 

kişi kimi yaşamaq mümkün deyil; yeganə bir yol qalır ki, o da kişi kimi ölməkdir. 

Cahandar ağa bu yolu qəbul edir və beləliklə, fəci xarakter səviyyəsinə yüksəlir.» 

(6, s.35.) 

Cahandar ağa obrazını «milli və patriarxal dəyərlərin daşıyıcısı» kimi dəyər-

ləndirən tənqid «dünyası dağılan, ölməkdə olan» bu ağanın xarakter bütövlüyünü, 

bitkinliyini təmin edən milli keyfiyyətlərin ölməzliyini, yaşarılığını, örnək dəyərlər 

kimi keçmişdən gəlib bu günü yeniləşdirdiyini, onun mahiyyətini zənginləşdirdiyini 

diqqət önünə çəkir. Lakin Cahandar ağanın nəzəri fikirdə ciddi etirazla qarşılanan, 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



297

çox kəskin tənqid olunan xarakter xüsusiyyətləri də vardır. Bu cəhət daha çox 

Cahandar ağanın xarakterini «Mələyin qaçırılması», «Şahnigarın güllələnməsi» 

epizodları fonunda dəyərləndirən məqalələr, tədqiqatlar üçün səciyyəvidir. Əlbəttə,  

ilk hissəsinin nəşrindən üzübəri dərc olunan bütün yazılarda bu və ya digər şəkildə 

məsələyə münasibət vardır.  

Əsər haqqında ilk məqalədə Cahandar ağanın «heç bir şeylə məhdudlaşmayan 

özbaşınalığı»na münasibət bildirilir, «Mələyin qaçırılması» və  «Şahnigarın gül-

lələnməsi» hadisələrinə görə o «əzazil», «qəddar», «amansız», «zalım və qatil», 

«daşürəkli» bir ağa kimi təhlil olunurdu. 60-70-ci illərdə  tənqid Cahandar ağanı 

«patriarxal-feodal Azərbaycanın yetişdirdiyi ən tipik xarakter» (Qulu Xəlilov) kimi 

qiymətləndirir, bu qoçaq, cəsarətli, ağıllı  bəy haqqında məhz Mələyi qaçırmasına 

görə hər hərəkətini «ölçüb-biçən», «uzaqgörən» adam olmadığı qənaətinə gəlir, onu 

övladlarından belə «həya etməyən, onları zərrə qədər saya salmayan» qaba, qəddar 

ağa obrazı kimi təqdim edirdi. (7,  s.323.) 

Lakin 70-ci illər tənqidində Cahandar ağanın Mələyi qaçırmasına şərti olaraq 

haqq qazandıran fikirlər də  təhlillərdə yer almağa başladı. Bu baxımdan Məstan 

Əliyevin məsələyə: «İki arvad alır. Bilmirdi ki, bir əsr sonranın əxlaq normalarına 

sığmayacaq» - məntiqi ilə yanaşması maraq doğurur. (4, s.185). Bu həm də əsərin 

bədii məntiqi ilə uyğunluq təşkil edir. Burada qeyri-ixtiyari T.Salamoğlunun da 

müşahidə etdiyi kimi, Cahandar ağanın Mələyi qaçırandan sonrakı peşmançılığının 

təzahürü olaraq ikiarvadlılığı dədə-baba qaydası kimi dilə gətirib özünə ürək-dirək 

verdiyi məqam yada düşür. M.Əliyev bu hadisənin izahında Cahandar ağanın xarak-

ter cizgilərini də nəzərə aldığından obrazın təhlili daha bitkin təsir bağışlayır: «Bu 

Cahandar ağadır, evə arvad gətirib, onu heç kəsin ayağına verməyəcək. Bu Cahan-

dar ağadır, tüpürdüyünü yalamaz. Getdiyi yoldan yarıda geri dönməz. Nə  məhəb-

bətdə yarımçıqdır, nə nifrətdə. Başqa bir əsrin daha bir qadını da onun nəfəsini duy-

maq istərdi üzündə. Bu Cahandar ağadır. Bu bütövü parça-parça görməyi bacarma-

lısan. Bu bütövdə elə parçalar var ki, heç vaxt Cahandar ağanı gözdən düşməyə 

qoymayacaq.» ( 4, s.185.) 

Çağdaş nəzəri fikir Mələyin qaçırılmasını «qeyri-şüuri atılmış addım» və ya 

ani ehtirasın təsirilə şüuraltı hərəkət (T.Salamoğlu) kimi dəyərləndirməklə bu qəna-

əti bir daha təsdiq edərək qüvvətləndirir. Cahandar ağanın hərəkətindən peşmanlığı-

nı romanda müəllif təhkiyəsində müşahidə edən, bunun əsərdə psixoloji cəhətdən 

əsaslandırıldığını göstərən tədqiqatlarda bu obrazın yolundan geri dönməməsi (bu 

yol yanlış olsa belə) onun daxili qüruru, məğrurluğu, təkəbbürü və bundan doğan 

sərtliyi ilə  əlaqələndirilir. «Dəli Kür»ün baş  qəhrəmanına bu prizmadan baxanda 

onun sərtliyi də 60-cı illər tənqidinin yazdığı kimi, dəhşətli dərəcədə zalımlıqla bir-

ləşən qabalıq kimi görünmür. Təyyar Salamoğlunun «Cahandar ağa sərtdir, lakin 

zalım deyildir» (10, s.46) fikri də obrazın mahiyyətinə varmaqdan, onu bütün «par-

çaları» ilə görmək bacarığından irəli gəlir.  

Mələyin qaçırılması epizodu ağır “tənə, qınaq” kimi uzun illər Cahandar ağanı 

təqib etmiş, bu obrazın obyektiv dəyərləndirilməsinə mane olmuşdur. Xüsusən 60-

70-ci illər tənqidində Mələyin qaçırılmasının məhz Şahnigarın güllələnməsi ilə mü-

qayisədə təhlili Cahandar ağanın üzərinə «qatı kölgə» salır, tənqid bacısına müna-

sibətdə dövrün, mühitin qəbül edilmiş  əxlaq prinsiplərindən çıxış etdiyi halda, bir 

başqasının kəbinli arvadını qaçıranda bunu unutduğuna, «norma»lardan kənara çıx-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



298

dığına görə, «kişilik» barədə mənəvi kodeksin pozulmasına incə nöqtədən toxundu-

ğu» üçün (11, s.48) «Dəli Kür»ün aparıcı qəhrəmanına heç cür haqq qazandıra bil-

mirdi.  


İlk olaraq Mehdi Hüseyn məsələyə fərqli rakursdan yanaşır, burada «canlı bir 

insanın böyük faciəsi»ni müşahidə edərək Şahnigarın güllələnməsi hadisəsinin Ca-

handar ağanın iç dünyasını alt-üst etdiyini görə bilirdi: «Şahnigarı günahkar sayıb 

Kür qırağında öldürdüyü, onun simasında öz doğma anasının nişanəsini gördüyü za-

man üzu üstə qapanıb ağlayanda biz də sarsılırıq.» (3, s.255) 

«Dəli Kür»də  şux, oynaq təbiətli, son dərəcə  həqiqətpərəst, kin-küdurət bil-

məyən, saf, geniş ürəkli, elə bil dünyanın «gözəlliklərindən zövq almaq üçün yaran-

mış» Şahnigarın bir səhvi ucbatından həyatını itirməsi, «yazıçının hazır bir obrazı 

şüurlu surətdə  sıradan çıxarması» tənqidi fikirdə narazılıq doğurmuşdur.Tənqidçi 

Əhəd Hüseynov: «Mənə elə gəldi ki, bu surət əsərin sonrakı fəsillərində daha çox 

rol oynaya bilər və «Dəli Kür»ün psixoloji səhnələrini ancaq zənginləşdirə bilərdi» 

– deyə Şahnigarın əsəri «tərk etməsinə» təssüfünü İsmayıl Şıxlıya da bildirmişdir. 

(2, s.351) İsmayıl  Şıxlının tənqidçiyə: «Şahnigar yüzlərlə  cəhalət qurbanlarından 

biri di. Mən məhz cəhalət uçurumunun dərinliyini və qadınların hüquqsuzluğunun 

faciəli nəticəsini göstərmək istəmişəm» – cavabı Ə.Hüseynovda bu qənaəti yaradır: 

«Öz-özümü inandırmağa çalışdım ki, həyatın məntiqi bəzən yazıçının iradəsindən 

asılı olmur.» (2, s.351) 

İ.Şıxlı oxucularla görüşlərindən birində «İndiki zamanda Cahandar ağa kimi 

kişilər yetişə bilərmi?» sualını belə cavablandırmışdır: «Yox. Çünki qüdrətli şəxsiy-

yətlərin yetişməsi üçün müəyyən amillər lazımdır. Hər şeydən əvvəl insanı sındıran, 

insan qürurunu, insan mənliyini tapdalayan məhdudiyyətlər olmamalıdır»              

(6, s. 35-36) Tofiq Hüseynoğlu yazıçıının bu cavabına münasibət bildirərək yazır: 

«Cahandar ağanın faciəsi, bu və buna bənzər faciələrin səbəb və şərtlərinin gələcək-

də daha böyük fəlakətlər törədə biləcəyi haqqında İsmayıl Şıxlının ciddi xəbərdarlı-

ğı və böyük narahatlığı məhz mənəvi zənginliyi mənəvi müflisliyə çevirən, rəzaləti 

qüdrətə qarşı qoyan cəmiyyət qanunlarının mövcudluğu ilə bağlı idi.» (6, s. 36) 

Cahandar ağa obrazının  İsmayıl  Şıxlını  təkcə  sənətkar kimi deyil, şəxsiyyət 

kimi də mükəmməlləşdirməsi haqqında qənaətlər mövcuddur. Nizami Cəfərov 

yazır: «İsmayıl Şıxlı şəxsiyyətinin müdriklik mərhələsi «Dəli Kür» yazılandan (yəni 

müəllif öz içərisindəki cahandar ağanı  kəşf edəndən) sonra başlandı. Cahandar 

ağanı sadəcə bədii obraz sayanlar yanılırlar, çünki bu obrazda bir sıra ideya-estetik, 

mənəvi-epik, qneseoloji keyfiyyətlər bir vəhdət halında təzahür edir. Və  həmin 

keyfiyyətlər vəhdətini öz içərisində yetişdirib zühura çıxarmış bir şəxsiyyət, təbii ki, 

müdrik şəxsiyyət idi.» (8, s.179) 

Məhz Cahandar ağanın bu nüfuzedici təsir qüvvəsinə görə «Dəli Kür»də bü-

tün hadisələr və obrazlar bu aparıcı  qəhrəmanla  əlaqəli  şəkildə  dəyərləndirilmiş, 

nəzəri fikirdə əsəri «Cahandar ağanın romanı» kimi təqdim etmək səyinə qədər gə-

lib çıxmışdır. 

 

1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə