Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


  Ağayev İ. XX əsrin əvvəllərində Azərbaycan şeiri.B., Elm, 2002  2



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

 

1.

 



Ağayev İ. XX əsrin əvvəllərində Azərbaycan şeiri.B., Elm, 2002 

2.

 



 Bayramoğlu A. Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat. B., 

Elm, 2003 

3.

 

Bayramoğlu A. Qafqaz imdadına çatan türkün könül nəğmələri. B., İqtisad 



Universiteti, 2002 

4.

 



 Hərbi marşlar, döyüş nəğmələri, qəhrəmanlıq şeirləri (Tərtib edəni və ön sözün 

müəllifi B,Əhmədovdur). B., Hərbi nəşriyyat, 1998 

5.

 

Əsgər olmaq bir şərəfdir türk üçün, islam üçün (Toplayıb tərdtib edəni və ön 



sözün müəllifi A.Bayramoğlu). B., 1993 

6.

 



Əhməd Cavad. Seçilmiş əsəsrləri. B., 1992 

7.

 



Kəngərli A. “Azərbaycan” qəzetində ədəbiyyat məsələləri. B., 2002 

8.

 



Saraclı Ə. Azərbaycan yazıçıları Cümhuriyyət dönəmində. B., Elm, 2007 

9.

 



Səttaroğlu B. Ordu marşları. B., 1919 

10.


 

Qəhrəmanlı N. Vətən və istiqlal aşiqi Əli Yusif. B., Avropa, 2007 

11.

 

Qarayev Y. İstiqlal düşüncəsi xalq Cümhuriyyəti dövründə. Azərbaycan Xalq 



Cümhuriyyəti. B., Elm, 1998 

     12.Ordu marşları (Toplyıb tərtib edəni, ərəb qrafikasından transliterasiya edən və 

ön sözün müəllifi S.Məmmədovadır). B., 1993 

 

G.Aghabay 



Azerbaijanism ideals at the poetry of the Respublication period

 

Summary 



 

      Since  the  beginning  of  the  XX centure concepts Azerbaijaniery and 

national ideal are turned to be one of the  basic theme of the poetry. In the poetry of 

M.Hadi, A.Shaig, A.Sahhat poetical image of the national ideal was created. In the 

republic formation years this tendency is formed round the Azerbaijan image and 

ideals of  Azerbaijaniery  got intensive character. In the works by A.Cavad, 

J.Jabbarli, A.Yusif, Umgulsum, Davud and other poets ideals of  Azerbaijaniery 

becomes very popular and pass to a new stage of their development.  



 

 

 

 

 

 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



323

Г.Агабек 

Идеалы азербайджанство в поэзии эпохи Республика

 

Резюме 



 

       С начала  XX века понятия азербайджанство и национальный идеал 

стали  очень  актуальными  в  поэзии.  В  произведениях  М.Хади,  А.Шаига, 

А.Саххата  образуется  поэтический  образ  национального  идеала.  В  годы 

образования республики эта тенденция формируется вокруг образа АзерБайд-

жана и идеалы азербайджанства приобретают интенсивный характер. В твор-

честве А.Джавада, Дж.Джаббалы, А.Юсифа, Умгульсум, Давуда и других поэ-

тов идеи азербайджанства становятся очень популярными и переходят на но-

вую ступень своего развития. 

 

Rəyçi:              Bədirxan Əhmədov 



                filologiya elmləri doktoru, professor 

 

 



 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



324

 ƏL-ABBASI NƏVAL XEYRİ 

Filologiya elmləri namizədi 

BDU 

 Dünya Ədəbiyyatı Kafedrası 



                                                          

HENRİ HEYNE POZİYASININ XIX ƏSRDƏ RUS DİLİNƏ  

TƏRCÜMƏSİNƏ DAİR 

 

Açar sözlər: Alman ədəbiyyatı,ədəbi əlaqələr, poeziya, təsir, tərcümə. 

Ключувые  слова:  Немецкая литература, литературные связи, поэзия, влияя-

ния, перевод. 



Key words: german literature, literary relations, poetry, influence, translate 

 

XIX əsrin qırxıncı illərində böyük alman şairi Henri Heyne Şərqi Avropaa, o 



cümlədən Rusiya imperiyasında  ədəbi prosesin ən görkəmli fiqurlarından birinə 

çevrilir.Onun  şerləri görkəmli  şairlər və adi ədəbiyyatşünaslar tərəfindən tərcümə 

olunaraq qəzet və jurnallarda dərc olunur.Müəllifin “ Nəğmələr kitabı” bir sıra se-

çilmiş şerlər kitabının əsas özəyini təşkil edir.Henri Heynenin adı və əsərləri bir çox 

yazıçı, naşir, tərcüməçi və  tənqidçilərin məqalələrində  və  məktublarında özünə-

məxsus yer tutur.Bir sıra müəlliflərin alman şairinə həsr olunmuş xüsusi məqalələri 

işıq üzü görür. 

1840-cı illərdən başlayaraq “ Nəğmələr kitabı” müəllifinin  Şərqi Avropa və 

Rusiya imperiyasında geniş şöhrət tapmasının bir sıra səbəbləri var idi.Onu qeyd et-

mək lazımdır ki, 1839 və 1848-ci illər arasında onun yalnız bir şeri səkkiz müxtəlif 

Rus ədəbiyyatçıları, o cümlədən N.Oqaryev, A.Fet, M.Saltıkov-Şedrin, M.Mixayı-

lov tərəfindən Rus dilinə tərcümə olunmuşdur. 

Henri Heynenin bir çox tərcüməçilərinin fəaliyyətinin analizinə keçmə-miş-

dən əvvəl həmin dövrün poetik ab-havası haqda bir neçə söz deyək.Çünki o dövrdə 

Henri Heyne şerlərinin tərcüməsilə müxtəlif yaradıcılıq bioqrafiyasına , müxtəlif is-

tedada və siyasi orientasiyaya malik şairlər müraciət edirdilər.Tərcümə poeziyasının 

tarixini öyrənən E.U.Etkind haqlı olaraq qeyd edir ki, tərcümə prosesini xarici 

ədəbiyyatlarla əməkdaşlığı öyrənmədən onun haqqında təsəvvür etmək və başa düş-

mək qeyri-mümkündür. E.U.Etkind dünya tərcümə ənənələrinin nücə zənginləşməsi 

və inkişaf etməsini diqqətlə izləyir.Bu ənənələrin inkişafına bir çox məşhur tərcü-

məçilər, o cümlədən V.Y.Bryusov, M.P.Alekseyev öz töhfələrini vermişlər(3, s.7). 

Bu sahədə bir çox şairlərin, xüsusilə də alman şairlərinin şerlərini tərcümə edərək 

mahir tərcüməçiyə və original şairə çevrilən V.A Jukovski böyük xidmətləri olmuş-

dur. N.V.Qoqol əbəs yerə Jukovskinin parlaq istedadını qeyd etməmişdir:                 

“Bilmirsən onu necə adlandırasan- tərcüməçi,yoxsa original şair?Tərcüməçi  şəxsi 

mənliyini itirir, lakin Jukovski mənliyini bütün şairlərimizdən daha çox göstərmiş-

dir... Necə olmuşdur ki, bütün şairlərin şəxsiyyətləri içərisindən onun şəxsiyyəti da-

ha qabarıq olmuşdur?... Bu , bir tapmacadır, lakin bir çoxları bunu delə  də  qəbul 

edir...Tərcümə zamanı o özünü bənzərsiz bir şair kimi göstərmişdir... ərcümə zama-

nı elə yeni forma və ölçülər tətbiq etmişdir ki, sonradan digər şairlərimiz tərəfindən 

istifadə olunmuşdur...”(4,s. 376-377). 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



325

Bir çox tədqiqatçılar haqlı olaraq hesab edirlər ki, XIX əsrin ilk rübündə bö-

yük uğurlar qazanmış,Şərqi Avropa ədəbiyyatında öz sözünü demiş Rus poeziyası 

1840-cı illərdən etibarən ciddi böhranla üzləşir.Məsələ burasındadır ki, həmin dövr-

də böyük nəsr ön plana keçir və XIX əsr Rus poeziyasında bundan sonra A..Puşkin, 

M.J.Lermontov kimi dah şairlər meydana çıxmır. Baxmayaraq ki, həmin dövrdə və 

sonrakı dövrlərdə N.V.Qoqol, A.İ.Gersen, M.E.Saltıkov-Şedrin,  İ.S.Turgenev, 

L.N.Tolstoy, A.P.Çexov və sairələri kimi məşhur yazıçılar ordusu yaranır. 

Həmin dövrün Şərqi-Avropa, xüsusilə də Rus şairlərinin əsərlərində kəmiyyət 

və keyfiyyət nöqteyi-nəzərdən Henri Heyne poeziyasına onların israrla müracəti ol-

duqca mühüm yer tutur.Onun yaradıcılığına belə böyük maraq alman dili və ədəbiy-

yatınn parlaq bilicisi V.A.Jukovskinin təsiri altında baş verir. 

Qırxıncı illərin Rus şairləri adətən,H.Heynenin “ Nəğmələr kitabı”ndan tərcü-

mə üçün obyekt seçir, onun başqa  əsərlərinə nadir halda müraciət edirdilər. 

H.Heynenin “ Müasir şerlər”, “Almaniya” kimi əsərləri yazmasına və bütün Qərbi 

Avropanın siyasi hadisələrə cəlb olunmasəna, sinfi mübarizəyə qoşulmasına baxma-

yaraq, 40-cı illərin əksər Rus tərcüməçilərinin diqqətini cəlb etmir.Həmçinin nəsr və 

publisistikaya da o qədər diqqət yetirilmir, baxmayaraq ki, bunlar onların otuzuncu, 

xüsusilə də altmışıncı illərdə yaşamış sələflərinin diqqətini cəlb etmişdi.Təbii ki, hə-

min dövrün jurnalları üzərində sərt senzura, mütərəqqi ədəbiyyatçıların təqib olun-

ması, mürtəce qüvvələrin özbaşnalığı bu prosesə aydınlıq gətirir. 

Lakin “ Nəğmələr kitabı” tərcümə üçün material seçlməsi və onun şərhi 

nöqteyi-nəzərdən olduqca birmənalı şəkildə tərcümə olunurdu. Bu yanaşma əksəriy-

yəti mürtəce  ədəbiyyatla sıx bağlı olan tərcüməçilərin estetik mövqelərindən irəli 

gəlir və müxalif düşüncəli şəxsiyyətlərə aidiyyatı yox idi. 

H.Heyne poeziyası ətrafında sonrakı polemika və şairinvə onun tərcüməçiləri-

nin, tənqidşilərin yaradıcılığının iki bir birinə zidd qütbdən traktovkası müəyyən də-

rəcədə onunla izah olunur ki, H.Heynedə məhəbbət-lirizm, romantik üslub ünsürləri 

bir tərəfdən və müəllifin ona ironiyası digər tərəfdən bir-birilə uyğunlaşır. 

Həmin dövrün tənqidçiləri və tərcüməçiləri Henri Heynenin poetik sisteminin 

iki tərəfini yaxud iki təşkiledici elementini və onlar arasındakı qarşılıqlı  əlaqəni 

nəzərdən keçirərkən birinci elementə üstülük verməyə ikincisini isə nəzərə almama-

ğa çalışmışlar.Onlardan bəzi tədqiqtçılar ikinci elementin alman şairi üçün yad ele-

ment olmasını vurğulayırlar. Məsələn, Apollon Qriqoryev yazır: “ Heynə, hər şey-

dən öncə, yumorictdir, yəni öz xüsusi tragizminə inamı itirilmiş tragik naturadır.... 

Heyne almanlar arasında yeganə komikdir.....Lakin biz Heyneyə bu tərəfdən yanaş-

mağa, onu komik kimi üəbul etməyə adət etməmişik.Bizim  ədəbiyyatda onun 

əhəmiyyəti öz dövrünün ağrılı-acılı ab-havasını ifadə etmiş bir şairin əhəmiyyətin-

dən aşırı deyildir” (1.s.16).Əbəs yerə deyildir ki, Heyneni”sırf” lirik şair kimi təq-

dim edənlərin bu nöqteyi-nəzəri altmışıncı illərdə bir çox tənqidçilər, o cümlədən 

D.Pisarev, D.Minayev tərəfindən rədd olunmuşdur. 

1840-cı illərin şair-tərcüməçiləri altmışıncı illərdə də öz siyasi və estetik möv-

qelərini dəyişməyərək A.Fyodrovun təbirincə desək, “ lirik formaları” estetikləşdir-

məyə və yumşaltmağa səy göstərmişlər(2, s. 250-251).Lakin deyə bilmərik ki, 184-

cı illərin  şairləri tərəfindən tərcümə olunmuş Heyne poeziyasının traktovkasının 

metodları  həmişə oxşar və cansıxıcı olmuşdur.F.İ.Tyütçev, A.A.Fet, A.A.Qriqor-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



326

yev, M.L.Mixaylovun və sairələrin H.Heynedən etdikləri tərcümələr arasında 

prinsipial fərqlər vardır. 

1860-cı illərdə Rusiyada daha çıx populyarlıq qazanmış xarici yazıçılar ətra-

fındakı polemika bu döüvrün ədəbi-estetik və siyasi mübarizənin mühüm hissəsi 

olmuşdur. Həmin dövrdə daha çox populyarlıq qazanmış  şairlər arasında Henri 

Heyne, Barbye, Beranje, Tomas Qud, Lonqfellonu göstərmək olar. Rus inqilabçı 

demokratları onların timsalında özlərinin ideya həmfikirləri, rəssamlarını görmüşlər 

ki, onlarsız dünya ədəbiyyatının inkişafını  təsəvvür etmək mümkün deyildir. 

Həmin dövrdə Rusiyada xarici şairlər arasında birincilik məhz Henri Heyneyə 

məxsus olmuşdur. Lakin Rus ədəbiyyatının, jurnalistikasının, tənqidinin müxtəlif 

cərəyanlarının nümayəndələri ondan tərcümələr etmiş, onu şöhrətləndirmiş , əsərlə-

rini dərc etmişlər. 

D.Minayev yazırdı: “ Bizdə elə bir şair yoxdur ki, öz gücünü “ Reisebilder”, “ 

Nəğmələr kitabı” yaxud “ Duch der lieder”in tərcüməsində öz gücünü sına-

masın..Əgər jurnalda bir səhifə boş qalarsa, dərhal Heyne nəğmələrindən birinin tər-

cüməsini ora əlavə edərlər və iş bununla bitər”. 

Altməşəncı illər Rusiyasında elə bir” ciddi” yaxud satirik-yumorist jurnal yox 

idi ki, orada alman şairi haqqında məqalələr, rəylər, onun Rus dilinə tərcümə olun-

muş  əsərləri haqqında materiallar dərc olunmasınBundan başqa, Heyneyə, ondan 

çox onun tərcüməçilərinə , onu təqlid edənlərə  və  rəy verənlərə parodiyalar həsr 

olunardı. Müxtəlif jurnallarda Rus şairlərinin Heyne sətirlərilə başlayan  şerlərinə 

rast gəlmək olurdu.həmin dövrün mətbuatında alman şairinin və onun tərcüməçiləri-

nin karikaturaları nəşr olunardı. 

İyiriminci-altmışıncı illərin alman ədəbiyyatının inkişafına, Bernə, Gənc Al-

maniyaya, xüsusilə Heynenin həyat və yaradıcılığına  həsr olunmuş bir çox məqa-

lələr meydana çıxdı.Bir sözlə, alman şairi və onun yaradıcılığı Rus tənqidinin diqqət 

mərkəzində idi. 

Heyne  əsərlərinin traktovkasında, onun poeziyasının interpretasiyasında və 

ədəbi-tənqidi cəhətdən işıqlandırılmasında iki əsas istiqmət özünü büruzə vermişdi. 

Onlardan biri qırxıncı illərin ənənələrinin davam etdirilməsi ilə bağlı idi ki,  bu da  

yalnız A.Fet, F.Tyütçev, L.Mey, habelə A.Maykov, A.K.Tolstoy tərəfindən deyil, 

həm də mürtəce-zadəgan meyili tənqidçilər tərəfindən həyata keçirilirdi.Onlar bu 

şairlərin Heyneni yüksək romantik, “sırf” lirik kimi təsvir etmək, onu estetikləşdir-

mək, birtərəfli mövqedən təhlil etmək, satira və yumoru isə “ Şeytana “ məxsus bir 

şey kimi elan etmək cəhdlərini müdafiə edirdilər. 

İkinci istiqaməti isə  ədəbiyyatın inqilabi-demokratik cinahına mənsub olan 

yazıçılar təmsil edirdi. Onlar “Nəğmələr kitabı”, “ Yeni Bahar” və digər məhəbbət 

silsiləsinə aid şerlərdən yan keçmirdilər, lakin alman şairinin məhəbbət-romantik 

ruhlu lirik kimi təqdim olunmasının əleyhinə çıxırdılar.Bununla yanaşı bu istiqamə-

tin ədəbiyyatçıları öz tərcümələrində Heynenin 1840-1850-ci illərə aid şerlərinə, xü-

susilə də “ Müasir şerlər” və “ Romansero”ya geniş yer verirdilər. 

Hər iki istiqamətin nümayəndələri bir-birilə polemikaya girişərdilər və bu po-

lemika öz əksini yalnız tərcümədə Heynenin özünü müxtəlif və bir-birilə ziddiyyət 

təşkil edən traktovkalarda deyil, həm də parodiyalar, satirik şerlər, məqalələrdə 

tapırdı. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



327

Həmin dövrdə Heyne yaradıcılığının öyrənilməsində “ Sovremennik” jurnalı 

xüsusi rol oynamışdır, xüsusilə  də 1856 və 1861-ci illər  ərzində.Bu jurnal həmin 

dövrdən sonrada alman şairinin Rusiyada məşhurlaşmasına öz töhfələrini vermiş, 

onun yaradıcılığı  və  şəxsiyyətinin inqilabi-demokratik konsepsiyasını  dəstəkləmiş, 

mühafizəkar-estetik, zadəgan lirikaya, müxtəlif tipli mürtəce, liberal ideoloqlara 

qarşı mübarizə aparmışdır. Məhz bu mübarizə zamanı Heynenin müxtəlif növ təh-

riflərdən, yalnış şərhlərdən təmizlənməsi sahəsində mühüm işlər görülmüşdür. 

“Sovremennik”in Heynesi mürəkkəb, ziddiyyətli, tamamilə müasir şairdir ki, 

alman və Rus gerçəkliyinin ən aktual və müştərək məsələlərinə toxunmuşdur.O tri-

bun və incə qəkbli lirikdir. O müəyyən dərəcədə ideal şair-ictimaətçidir. O mürtəce 

alman romantiklərinin ifşa olunması üçün çoxlu işlər görmüş bir yazıçıdır. 

Heyne realizm və inqilabi romantizm uğrunda mübarizə aparan şairdir, onun 

yaradıcılığı yalnız təhkimçiliyin, geriliyin, bürokratizmin amansız və kəskin tənqidi, 

zadəganların və dini liderlərin ifşası ilə dolu olmamışdır.Əsərləri Rus inqilabi de-

mokratiyası  tərəfindən istifadəsi bir silah kimi vacib olan azadlıqsevər, nasir və 

publisist  şairdir.Bu elə bir satirikdir ki, Rus yazıçıları ondan nümunə götürməli, 

onun yaradıcılığından “ öz” despotluğunun, “ öz” –nün müxtəlif simalı irticasının, 

“öz” hakimiyyətinin ifşa olunmasında istifadə etməlidirlər. 

Altımışıncı illərdə Rus jurnallarının səhifələrində gedən kəskin siyasi və ədə-

bi-estetik mübarizələr bir sıra problem və mövzuların, yazıçı və əsərlərin, Heyne  və 

onun tərcüməçilərinin və  tənqidçilərinin  ətrafında baş verən çəkişmələrin geniş 

dairəsini əhatə edirdi. 

Bu jurnalda N. Çernışevski, N. Dobrolyubov, M. Mixaylov və sair tənqidçi və 

şairlər alman şairinin inqilabi- demokratik interpretasiyası, onu zadəgan liriklərinin 

“  əlindən almaq” , onu hərtərəfli, düzgün və olduğu kimi təqdim etmək uğrunda 

mübarizə aparmışlar.  

1860-cı illərdən etibarə gigər Rus jurnalı “ Russkoe slovo” Heyneyə böyük 

diqqət yetirməyə başlayır. Bu, onun faktiki redaktoru Q. Blaqosvetlovun və onunla 

əməkdaşlıq edən D.Pisarevin, P.Veynberqin, V.Zaytsevin, D.Minayevin və sairlərin 

fəaliyyətilə bağlı idi.Bu jurnal oz ideya ruhu cəhətdən “ Sovremennik”ə yaxın 

olmuş və 1863-cü ildən başlayaraq altmışıncı illərin demokratik dövri mətbuatında 

və  ədəbi prosesdə  əsas söz sahibinə çevrilmişdir. Q. Blaqosvetlov, D.Pisarev və 

onların həmfikirləri,  əməkdaşlar, müəlliflər jurnalda alman şairinin  şerlərini mün-

təzəm şəkildə dərc etməyə başlayırlar.Onlar daha çox şairin satirik-siyasi poeziyası-

na, nəsr və publisistik əsərlərinə diqqət yetirirlər.” Russkoe slovo”nun səhifələrində 

P.Veynberqin tərcüməsində Heynenin “Doktrina” və  şairin son silsilə  şerlərindən 

bəziləri işıq üzü görür.1861-ci ildə “ Russkoe slovo”da dərc olunmuş “ İdarəsiz 

gəmi” şerinin təhkimçiliyin ləğv olunmasına dair Çar fərmanı ilə eyni vaxta təsadüf 

etməsi olduqca aktual səslənir. Belə ki, Rusiyadakı  təhkimçilik, başqa ölkələrdəki 

quldarlıq oxşar təzahürlərdir. 

Bu jurnalda Heynenin M.Mixaylovun tərcüməsində bir çox şerləri çap olunur. 

Bu həmin Mixaylovdur ki, V.Kostomarovun donosu ilə altmışıncı illərin inqilabçı 

demoratlarına qarşı başlamış repressiyaların ilk qurbanı olmuş  və Sibirə sürgün 

olunmuşdur. Burada həmçinin Mixaylov tərəfindən yenidən tərcümə olunmuş “ Şi-

mal dənizi” və Heyne nəsrinin incisi olan “ İdeyalar. Le Qranın kitabı” çap olunur. 

Bundan başqa bu hurnalda D.Pisarevin Heynenin satirik poeması “ “tta Trol” dərc 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



328

olunur.” Russkoe slovo”nun səhifələrində D.Minayev, A.Pleşşeyev, P. Veynberq, 

V.Yakovlev və bir dəfə A.Fetin (“ Göldə “) Heynedən etdiyi tərcümələr çap olun-

muşdur. Heyne dərc olunmuş  əsərlərin sayına, tənqidçilərin və publisistlərin ona 

olan böyük marağına görə “ Russkoe slovo”nun ən çox şöhrət qazanmış  əcnəbi 

müəllifi olmuşdur.Əlbəttə ki, bu jurnalın səhifələrində Bayron, Mitskeviç Leopardi, 

Lonqfello, Barbye, Tomas Qud və başqa əcnəbi şairlərin də əsərləri çap olunurdu

lakin “ Nəğmələr kitabı” və “ Almaniya” nın müəllifi hər bir cəhətdən üstünlük əldə 

etmişdi. O hər şeydən öncə özünün inqilabi-demokratik baxışlarına, meşşanlığın, is-

tibdadın və təhkimçiliyin ifşasına görə “ Russkoe slovo”nun redaktoru, tənqidçisi, 

yazıçısı idi. Veynberqin “ Heynenin bioqrafiyası və xarakteristikası üçün yeni mate-

riallar”ı heç də  təsadüfi olaraq burada çap olnmamışdı( 1865,№ 10). Burada 

D.Pisarevin, D.Minayevin, V.Zaytsevin məqalələri, rəyləri, parodiyaları dərc olun-

muşdu. Onlardan bəziləri büsbütün Heyneyə, onun Rus tərcüməçilərinə  Qərbdə 

ədəbi-estetik döyüşlərdə kisilahdaşlarına və düşmənlərinə həsr olunmuşdu. Bəziləri 

isə qismən də olsa Rus Heyneçiliyinin bu və ya digər məsələlərinə toxunurdu. Bura-

da D.Pisarevin məqalələri, xüsusilə də onun “ Realistlər” və “ Henri Heyne məqalə-

ləri xüsusilə gur səslə  və  qətiyyətlə səslənirdi. “ Russkoe slovo” ardıcıl olaraq al-

man şairinin yaradıcılığını təhrif edənlərə, Heynenin istedadsız və zəif tərcüməçilə-

rinə, habelə öz tərcümə və məqalələrində Heyneçiliyin “ Estetik” xəttini təmsil edə-

rək, onun poeziyasını “ sırf” incəsənət ruhunda təqdim edənlərə qarşı çıxış etmişdir. 

“ Russkoe slovo”nun alman şairinin satirasına əsas diqqət yetirməsi bu jurna-

lın, onun redaktorlarının və müəlliflərinin ifşaedici xətti, realizm, inqilabi-satirik 

ədəbiyyatın yaranması uğrunda mübarizə ilə sıx bağlı idi. D.Pisarev, D. Minayev, 

Q. Blaqosvetlov, V, Zaytsev məhz bu amillərin dəstəyindən çıxış edərək Heyne ya-

radıcılığına müraciət etmişlər.Jurnal alman şairinin  Veynberqin tərcüməsində Rus 

dilindəki ilk nəşrini təbliğ edir,Heyne yaradıcılığilə məşğul olan əməkdaşlarını dəs-

təkləyir, onun yaradıcılığının tərcümələrdə  və  məqalələrdə irticaçı mövqedən  şərh 

olunmasına qarşı çıxırdı. 

Bu  ədəbi-siyasi jurnalın 1863-cü ildə çap olunmuş 11 və 12-ci nömrələrinə 

nəzər salmaq kifayət edər ki,  Heynenin “ Russkoe slovo”dakı şöhrəti, onun və yar-

dıcılığının bu jurnalda cöşqun təbliğinin şahidi olaq. Bunun əsasında Rus gerçəkli-

yinin problemlərinin, ədəbiyyat və estetika məsələlərinin necə işıqlandırılmasını və 

həll olunmasının, jurnalın həmin dövr Rusiyasının  ən mütərəqqi qüvvələrinin 

ruporuna carçısına çevrilməsinin şahidi oluruq .Bu, kəskin sinfi mübarizə dövründə 

dərc olunan qeyri-adi jurnalın adi iki nömrəsidir. 

Onları səhifələyərək bu jurnalda Heyne mövzusunun hansı yer tutduğu, Hey-

ne ətrafında mübarizənin hansı xətlə getdiyi, “ Russkoe slovo”nun əməkdaşlarının 

ideoloji, estetik,ədəbi düşmənləri ilə hansı  məsələlər üzrə toqqu.duqları haqda 

müəyyən təsəvvür əldə etmək olar. 

 

Ədəbiyyat 



 

1.

 



Аполлон  Григорьев.  Литературная  критика.  Москва, 1967, Генрих  Гейне- 

журнал « Русское слово», 1859,№ 5. 

2.

 

А.М.Федеров. Творчество Лермонтова и западные литературы 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



329

Литературное  наследство,  т. 43-44. Москва,  изд.  АН  СССР, 1941, Русский 

Гейне (40-60-ые годы) – в сборнике « Русская поэзия». Ленинград, Академия, 

1929. 


3.

 

Е.Г.Еткинд. Русские поэты – переводчики от Тредиаковского до Пушкина. 



Москва, 197, Поэтический  перевод  в  истории  русской  литературы – в 

сборнике  Мастера  художественного  перевода , книга 1. Москва,  Советский 

писатель, 1968. 

4.

 



Н.В.Гоголь.  Собрание  сочинений  в 8 томах,  т. 8. Москва,  Правда, 1984, 

Полное собрание сочинений, том 8. Москва, ГИХЛ, 1952. 

5.

 

« Русское слово «, журнал, 1863,№ 11-12. 



6.

 

Д. Минаев. Дневник темного человека – журнал « Русское слово «, 1861, 



№ 9. 

                                                                

                                                                           Аль – Аббаси Новаль Хейри 

О переводе поэзии Генриха Гейне на русский язык в XIX веке 

Резюме 


 

Поэзия видного немецкого революционного поэта Генриха Гейне сыгра-

ла  важную  роль  в  измeнении  мира,  В  статье  исследуется  распространения  и 

восприятия поэзии Генриха Гейне в царской России. Напомним, что в связи с 

тем,  что  Азербайджан  в  то  время  являлся  частью  царской  России    этот  про-

цесс также  имел отношеня к нашей поэзии. 

 

                                                                                               Al-Abbasi Noval Khairy 



About translation of poetry of Henry Heine’s in 19

th

 century in Russia 



Summary 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə