Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

BƏSİRƏ ƏZİZƏLİYEVA 

Filologiya üzrə fəlsəfə doktoru  

a_basira @mail.ru 

 

AMERİKA TRANSSENDENTALİSTLƏRİNİN YARADICILIĞINDA  



ŞƏRQ FƏLSƏFƏSİ 

 

Açar sözlər: fəlsəfə, transsendentalizm, Emerson, Uitmen 



Ключевые слова: философия, трансцендентализм,Эмерсон, Уитмен 

Keywords: philosophy, transcendentalism, Emerson, Whitman 

 

Amerika transsendentalizmi XIX əsrin 30-cu illərində formalaşmışdır. “Yeni in-



gilis intibahının” mahiyyəti ABŞ-da “transsendentalist-naturalist” interpretasiya qəbul 

edən romantizmin başlıca ideyaları ilə müəyyən olunurdu. Transsendentalizm termini 

görkəmli alman filosofu Kantdan iqtibas edilmişdir (1, 49). Bu ədəbi-fəlsəfi istiqamətin 

meydana gəlməsi milli ədəbiyyatda mühüm hadisə hesab olunurdu. “Amerika, yaxud 

yeni ingilis transsendentalizmi adlandırılan fikir axınına məşhur yazıçı və filosof Ralf 

Uolde Emerson başçılıq edirdi...” (2, 5). Transsendentalizmin görkəmli nümayəndələri 

arasında H.Toro və U.Uitmeni kimi mütəfəkkir ədiblər də var idi.  

Amerika transsendentalizmi dünya ədəbiyyatı və fəlsəfəsinin müxtəlif mənbələri-

nə istinad edən mürəkkəb və konseptual ədəbi-fəlsəfi sistem kimi humanizm ideyaları-

nın təbliğatçısı mövqeyində dayanırdı. 

Fəlsəfi dünyagörüşü baxımından idealizm transsendentalistlərin düşüncə sfera-

sında əsas yer tuturdu. Bu baxımdan da N.E.Pokrovski qeyd edir ki, transsendentalizmin 

eklektik təyinatı onun əsas istiqamətini görməyə mane olmur: “İdealizm - Ralf Emer-

son öz təlimini belə adlandırırdı” (2, 47). 

Amerika transsendentalizminin əsas ideya mənbələrindən biri Şərq dünyası, Şər-

qin qədim fəlsəfi irsi idi. R.U.Emersonun “Qəhrəmanlıq” əsərinin Məhəmməd peyğəm-

bərdən, “Sevgi”nin “Quran”dan gətirilmiş epiqrafla başlaması fikrimizi təsdiq edən 

faktlardandır. Qədim hind mədəniyyətinin bir sıra cəhətləri transsendentalistlər üçün 

xüsusi maraq kəsb edirdi. “Uolden, yaxud meşədə həyat” əsərində H.Toro “Bhaqavad-

qita”nı Şərqin əzəməti adlandırırdı (3, 69). Yazıçının Sədinin “Gülüstan” əsərindən nü-

munə  gətirməsi də H.Toronun Şərq mənbələrinə böyük rəğbət bəslədiyini göstərir. 

M.Babayev Amerika transsendentalistlərinin yaradıcılığında  Şərq motivlərindən bəhs 

edərkən sufizm təliminin təsiri xüsusiyyətlərinə xüsusi diqqət yetirmişdir: “Ralf Uoldo 

Emersonun ardıcılları və yaxın məsləkdaşları olmuş Vilyam Rounsvil Alger və Ceyms 

Frimən Klark kimi transsendentalistlər Şərq ədəbi mühitinə rəğbət bəsləmiş və ona ya-

xından bələd olmuş tarixi şəxsiyyətlərdir. Onlar dövrün, zamanın ümumi mənzərəsinə 

qiymət vermək üçün sufilikdən öz məqsədləri üçün bəhrələnmişdilər” (4, 12). Müəllif 

sufi  şeirlərlə tanış olan R.U.Emersonun bu fəlsəfi təlimin təsiri ilə  Kərmani, Hafiz, 

Ömər Xəyyam, Hilali, Ənvəri, F.Əttar və digər Şərq şairlərinin əsərlərindən yedii yüz-

dən çox şeir tərcümə etməsi haqqında da məlumat vermişdir. Qeyd etdiyimiz kimi, 

transsendentalistlər idealist alman fəlsəfəsindən bəhrələnmişdirlər ki, həmin fəlsəfi sis-

tem, eyni zamanda, bütövlükdə, Avropa idealistik düşüncəsinin əsasında zəngin tarixə 

malik  Şərq idealizmi, hind fəlsəfəsi, brahmanizm ideyaları dayanırdı. Bəzən birbaşa, 

əksər hallarda isə  qədim yunan filosofu Platon və neoplatonistlərin fikirlərindən 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



361

dolayısı yolla istinad olunan məsələlər Amerika transsendentalistlərinin fəlsəfəsinə 

özünəməxsus keyfiyyətlər gətirmişdir. N.E.Pokrovskinin haqlı olaraq, yazırdı: “Trans-

sendentalistlər əsla sistemli akademik fəlsəfədə yeni söz deməyə cəhd etmirdilər, buna 

görə  də onlar böyük günah görməyərək bu elmin qaydalarını asanlıqla  pozurdular”       

(2, 45).  

H.Toro, R.U.Emerson və U.Uitmen kimi Amerika transsendentalistlərinin gör-

kəmli nümayəndələrinin yaradıcılığında idealizmin ilk göstəricisi insana, həyata və 

dünyaya mənəvi və maddi tərəflərdən yanaşmaq, mənəviyyat problemlərinə üstünlük 

vermək, insan ruhu, təbiət və Allahın birliyi ideyasından çıxış etmək məqamlarında 

göstərirdi.  

Yaradıcılığında Hegel, Şellinq, Kantın idealist fəlsəfəsi, eyni zamanda, qədim 

hind kitablarının mistik ruhunun hiss olunduğunu söyləyən K.Çukovski U.Uitmenin 

idealist dünyagörüşünə diqqət yetirir: “Uitmenin bütün poeziyası - ilk sözlərindən so-

nuncuya qədər dünyanın ilahi harmoniyası qarşısındakı pərəstiş həyəcanını ifadə edir” 

(5, 14). 

U.Uitmenin “Otların yarpaqları“ əsəri bütün insanlara müraciətlə yazıl-

maqla dinlərin birliyi ideyasını əks etdirir: 

Mən sizi rədd etmirəm, bütün zaman və xalqların keşişləri, 

Böyük inam mənim və ən kiçik – mənim. 

Mən qədim dinləri və yeniləri və  qədim ilə yeni arasında nə varsa 

birləşdirirəm.  

Mən kəllədə vəhşi bal içirəm, mən Vedaya hörmət edirəm, mən Quranı 

uca tuturam 

Mən İncili qəbul edirəm (6,92). 

Qeyd olunduğu kimi, U.Uitmenin dünyagörüşünün ilkin mənbəyi Ame-

rika transsendentalizmidir. Məhz transsendentalistlərin Şərqin idealist görüş-

lərindən geniş  şəkildə  bəhrələnmələri xüsusiyyəti təqdim olunan nümunədə 

də özünü göstərir.  

Din birliyi ideyası Şərq mədəniyyəti tarixində mühüm rol oynamış sufizm təlimi 

üçün çox xarakterik olmuşdur. Görkəmli islam mütəfəkkiri və sufi ideoloqu İbn Ərəbi-

nin vəhdəti-vücud fəlsəfəsinin əsasında dinlərin birliyi ideyası dayanır. Filosofa görə, 

bütün yaradılanlar Allahın bir görüntüsü olduğu üçün bütün tapınanlarda təcəlli edən 

Allahdır. “İbn Ərəbi yalnız bir Allahın mövcudluğunu, onu hər yerdə və istisnasız bü-

tün əşyalarda görür. Başqa sözlə Allah həm yaradan, həm yaranan, həm mahiyyət, həm 

hadisə, həm tək, həm çoxdur” (7, 137). İbn Ərəbinin dünyagörüşünə əsasən, insanlar 

çeşidli surətdə görünən vahid Allaha ibadət edirlər. Rəbbə ibadətdə qayə qulun onunla 

birləşməsidir. Sufi ideoluqu bütün etiqadların doğru olacağı qənaitini izhar edirdi:  “Bir 

düşüncəyə bağlanıb qalmayın, o zaman çox şey itirərsiniz. Sən bütün inamların 

daşıyıcısı ol. Zira, Allah yalnız bir inamım çevrələyəcəyi bir varlıq olmaqdan daha ge-

niş və daha böyükdür. Çünki o, “hara dönərsiniz Allahın təcəllisi oradadır” deyir” (8, 

504). Bu fikirlərini mütəffəkkir digər formada da ifadə etmişdir: “Yaradılanlar Tanrı 

haqqında çeşidli inamlara bağlandılar. Mən isə onların bütün inandıqlarına inandım”   

(8, 504).  

Amerika transsendentalistlərinin dünyagürüşündə “Bhaqavad-qita”nın təsiri xü-

susiyyətləri də müşahidə olunur. Qeyd etdik ki, H.Toro  “Uolden, yaxud meşədə həyat” 

əsərində “Bhaqavad-qita”nı çox yüksək dəyərləndirmişdir. Əsərin ideyasında da möh-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



362

təşəm hind abidəsi ilə  səsləşən məqamlar vardır. Dünyanın maddi şərtləri və ilahilik 

arasındakı ziddiyyətli məsələlər H.Toronun əsərində hind dini-fəlsəfi təlimi prizmasın-

dan da dəyərləndirilmişdir. 

H.Toro “Uolden, yaxud meşədə həyat” əsərində cəmiyyətin maddi yaşantılarını 

mənəviyyat süzgəcindən keçirmək üçün meşəyə üz tutur: “Mən ətrafı düşünərək yaşa-

maq, həyatın əhəmiyyətli faktları ilə qarşılaşmaq üçün meşəyə getdim...” sözləri ilə də 

həmin məsələləri nəzərdə tutur. “Prinsipsiz həyat” məqaləsində də H.Toro mənəviyyat 

məsələlərinin üstünlüyü mövqeyindən çıxış edirdi: “Cəmiyyətdə elə bir zənginlik yox-

dur ki, müdrik insanı satın alsın” (9, 107). 

H.Toro insanın maddi həyatı üçün Yemək, Qan, Geyim və İstiliyin zəruriliyini 

qeyd edərək (3, 17) öz təcrübəsi zamanı həyat şərtlərinin məhdud çərçivəsini təsdiqlə-

yirdi: “Mən meşəyə ona görə getdim ki, ağıllı yaşayım, yalnız həyatın vacib faktları ilə 

iş görüm, nə isə öyrənməyi sınaqdan keçirim ki, ölümün qarşısında dayananda heç ya-

şamadığımı düşünməyim” (3, 108).  

“Bhaqavad-qita”nın birinci fəslinin 31-ci mətnində göstərilir ki, Arcuna həyatdan 

uzaqlaşmaq üçün “meşəyə getməyi, qəm-qüssə içində tənha yaşamağı qərara alır” (10, 

68).  İkinci fəslin 14-cü mətnində bu fikir ifadə olunur ki, “insan öz borcunu düzgün 

yerinə yetirmək üçün xoşbəxtliyin və  bədbəxtliyin müvəqqəti təzahürlərinə dözməyi 

öyrənməlidir” (10, 95). Qədim hind abidəsində yazılır: “Ey Kuntinin oğlu, xoşbəxtliyin 

və bədbəxtliyin müvəqqəti təzahürü, müəyyən vaxtdan sonra yox olması qışın və yayın 

gəlib-getməsinə bənzəyir. Onlar hissi qavrayışdan törəyir, ey Bharata övladı, insan hə-

yacanlanmadan onlara dözməyi öyrənməlidir” (10, 95). “Bhaqavad-qita”da da yalnız 

həyatın maddi tərəflərindən qurtulmaqla Tanrıya qovuşmağın mümkün olduğu göstə-

rilir. Altıncı fəslin ikinci mətnində deyilir: “Sən bilməlisən ki, tərki-dünyalıq və yoqa, 

yaxud Uca Tanrı ilə birləşmə, eyni şeydir, ey Pandunun oğlu, çünki hissi həz arzusun-

dan əl çəkmədən heç kəs yoqi ola bilməz” (10, 275). 

Üçüncü fəsldə qədim hind abidəsi, eyni zamanda, fəaliyyətsiz tərkidünyalığı da 

qəbul etmir: Dördüncü mətndə deyilir: “Sadəcə olaraq, fəaliyyətdən imtina etməklə 

əks-təsirlərdən azad olmaq, təkcə  tərki-dünyalıqla kamilliyə çatmaq mümkün deyil” 

(10, 156). 

H.Toronun “Uolden, yaxud meşədə  həyat”  əsərinin “Tənhalıq” hissəsi müəllifin 

tənha insan və təbiətin birliyini ifadə edən ideyalarının ən bariz təzahürüdür. H.Toroya 

görə, yalnız mənəvi saflığa və keyfiyyətlərə malik insanlar təbiətlə  vəhdətə daxil ola 

bilərlər. Deməli, transsendentalizmin ictimai fəallıq kimi iki əsas ideyasından biri burada 

müəllifin özünün şəxsi həyat təcrübəsinin materialları nümunəsində nə qədər mühüm rol 

oynayırsa, ikinci tərəf - mənəviyyat problemləri də arxa plana keçmir. Amerika transsen-

dentalistləri tənhalığa insanın dünyadərkinin spesifik forması kimi yanaşaraq onu “tədric 

olunma” anlamına gətirmirlər. R.U.Emersona görə, tənhalıq fiziki yox, mənəvi cəhətdən 

olmalı  və o, kamilliyə aparmalıdır (11, 150). R.U.Emersonun 1870-ci ildə yazdığı 

“Cəmiyyət və tənhalıq” əsəri də həmin mövqedən müəllif fikrini ifadə edirdi.  

“Bhaqavad-qita”nın birinci fəslinin 28-ci mətnində deyilir: “Allah-Ali-Şəxsə 

mətanətlə xidmət edən insan tanrıçaların bütün məziyyətlərinə malikdir. Lakin Allah 

fədaisi olmayan adamın keyfiyyətləri maddi olub, bir o qədər də dəyərli deyildir. Çünki 

o, maddi enerjinin parıltısına aludə olduğu üçün əqli səviyyədə hərəkət edir” (10, 65). 

Fəlsəfi nöqteyi-nəzərdən kainatın təbiət və ruhdan ibarət olduğunu söyləyən 

R.U.Emerson heç bir şübhə etmədən yaradılışın kamilliyinə inanmaq zəruriliyini qeyd 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



363

edir. R.U.Emersona görə, dünyanın mahiyyətini düşünən hər bir insan onun özü üçün 

faydasını görməyə bilməz. Yazıçı təbiəti Rahatlıq, Gözəllik, Dil və Nizam prizmaların-

dan dəyərləndirir: “İnsana bütün xidmətlərində təbiət təkcə material deyil, həm də pro-

ses və onun nəticəsidir” (11, 28) deyən R.U.Emerson rahatlığına görə insanın təbiətə 

borclu olduğunu əsaslandırır. Təbiət, R.U.Emersona görə, insanın daha ali istəyini – gö-

zəlliyə olan sevgisini təmin edir. “Göz rəssamların ən gözəlidir” deyən R.U.Emerson 

təbiətin - səma, dağ, ağaclar və heyvanların doğurduğu gözəl təəssüratlardan bəhs edir. 

Təbii elementlərdən duyulan gözəl hisslərlə yanaşı, Amerika yazıçısı gözəllikdə ilahil-

iyə xüsusi önəm verir: “Gözəlliyin daha kamil olması üçün ali elementlərin, başqa söz-

lə, ilahiliyin olması vacibdir... Gözəllik yaxşılıqlardakı Allah möhürüdür” (11, 32). Tə-

sadüfi deyil ki, “Bhaqavad-qita”da deyilir: “Maddi təbiət üzərində hökmranlıq etmək 

meylinizə baxmayaraq bilməliyik ki, biz Ali nəzarətçi deyilik” (10, 25). 

R.U.Emersona görə, gözəllik ən geniş, ən dərin mənasında kainatın yeganə təza-

hürüdür: “Allah böyükdür. Həqiqət, Xeyir, Gözəllik - bütün bunlar yalnız bir tamın 

müxtəlif təzahürləridir. Təbiət ruhun simvoludur” (11, 35). Təbiət bütün romantik şair-

lərin yaradıcılığında özünəməxsus formada müşahidə olunur. U.Uitmenə görə, “insan 

təbiətin qanuni və sevimli övladıdır...” (12, 31). M.Mendelson U.Uitmeni “peyzajın çox 

gözəl ustası, əzəmətli təbiətin nəhəng nəğməkarı” adlandırırdı (13, 159).  

Ümumiyyətlə, romantiklərin yaradıcılığında təbiət bəzən sivilizasiyalı 

cəmiyyətə qarşı qoyulur, insan cəmiyyəti tərk edib təbiətin qoynuna sığınır. 

Bu zaman təbiətin saflığı, şərdən uzaq olması, günahsız məkan simvolu daha 

qabarıq  şəkildə ön plana çıxarılır. V.V.Vanslov göstərir ki, romantiklər real 

həyatdan ruhi aləmə qaçmağa meyl edirlər və bu zaman təbiət əsas rol oyna-

yır: “Belə qaçışın ən məşhur və geniş yayılmış forması təbiətə çıxışdır ki, ro-

mantiklərin yaradıcılığında ideal məna kəsb edir“ (14, 121). 

Gördüyümüz kimi, Amerika romantik ədiblərinin əsərlərində təbiət qoy-

nuna çəkilmək, tərkidünyalıq mövzusu ideya baxımından romantik ənənələr-

dən gəlirsə, eyni zamanda, hind dini-fəlsəfi təlimi ilə də səsləşir. 

Amerika transsendentalistləri insanın ruhu, mənəvi dünyasına daha çox önəm 

verdikləri üçün həyatın maddi tərəfləri ilə az maraqlanır, “zahiri yaranma görünməz 

dünyanın sonuncu dayanacağıdır” prizmasından çıxış edirdilər. Ruhun materiyadan 

yüksək olduğunu qəbul edən idealist filosoflar kimi Amerika transsendentalistləri həya-

ta da həmin ikilikdən baxırdılar. R.U.Emerson “Təcrübələr” kitabına daxil olan “Sevgi” 

essesində həmin mövqedən yazırdı: “Bizim həyatın şərtləri kədərlidir, ideya isə gözəl 

və nəcibdir. Real həyatda - zaman və məkanın zülmət hökmranlığında həyəcan, dərd və 

qorxu sakindir. Yalnız düşüncələr, yalnız arzularda tapırıq əbədi şövqü, bu Muzaların 

oxuduğu ən ali sevincdir” (11, 184). Yazıcı ruh haqqında yazırdı: “Bu orqan deyil... la-

kin işıqdır... bizim vücudumuzun iç üzü... Daxildən üzərimizə işıq saçır və bizi agah edir ki, 

biz heç nəyik, yalnız işıq hər şeydir” (15, 57). H.Toroda da anoloji düşüncəni müşahidə 

edirik. “Uolden, yaxud meşədə həyat” əsərində H.Toro yazırdı: “Ruhun oyanması – de-

məli yaşamaqdır. Mən hələ də tamamilə ayılan insana təsadüf etməmişəm. Və əgər ras-

tlaşsaydım, onun gözlərinə necə baxardım” (3, 107).  

Yaradıcılığı  “İnsan kimdir?” “Mən kiməm?” sualları  əsasında qurulan 

Amerika şairi U.Uitmen Qərb ədəbiyyatında ənənəvi olaraq panteist kimi qə-

bul olunmuşdur. “Özüm haqqında nəğmə“də  şair yazır: “And içirəm, mən 

əminəm ki, hər bir əşya, istisnasız olaraq əbədi ruh ilə yaradılıb, Hər  şeydə 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



364

mən Allahı görürəm” (6, 41). Ruhun əbədiliyi “Bhaqavad-qita”nın  əsasında 

dayanır.  İkinci fəslin 16-cı  mətnində deyilir: “Həqiqəti bilənlər bu nəticəyə 

gəlmişlər ki, müvəqqəti olan (maddi bədən) fanidir, əbədi olan (can) isə  də-

yişməzdir” (10, 97). 17-ci mətində  də “bil və agah ol, bütün bədənə nüfuz 

edən dağılmazdır, ölməz canı heç kəs məhv edə bilməz” (10, 98). 24-cü 

mətndə deyilir: “O, əbədidir, hər yerdə mövcud olandır, dəyişməzdir, hə-

rəkətsizdir və  həmişə eynidir” (10, 107). Ruhun əbədiliyi ideyası Amerika 

transsendentalistlərinin digər fikir mənbəyi olan sufizm fəlsəfəsi və Şərq sufi 

ədəbiyyatı üçün də çox xarakterikdir. 

U.Uitmen insanı ilahi ruhun daşıyıcısı hesab etmiş  və bütün insanların 

bərabərliyi ideyasını irəli sürmüşdür.  Şair özünü “şəxsiyyətin nəğməkarı” 

adlandırmış, bütün yer üzünün insanlarına müraciət etmişdir:  

Və mən bilirəm ki, ilahi ruh var 

Və bütün insanlar, onlar nə vaxt anadan olsalar da 

Mənim qardaşlarımdır və qadınlar – mənim bacım və sevgililərimdir. 

Bizim hər birimiz özündə yer üzünün böyük məqsədini daşıyırıq, 

Bizim hər birimiz bərabər dərəcədə ilahiyik (6, 130). 

Amerika transsendentalistlərinin  əsərlərində  təbiət mövzusu daxilində 

dənizlə bağlı fikirlər xüsusi olaraq nəzəri cəlb edir. V.V.Vanslov 

romantiklərin azad mühit kimi “sonsuz genişliyi və gücü“ ilə dəniz obrazının 

yaradılmasına böyük diqqət yetirdiklərini qeyd edir (14, 125). “Təsadüfi 

deyil ki, Bayrondan Hüqoya qədər romantiklərin əksəriyyətində dəniz – poe-

tik peyzajın xarakterik hissəsidir“ (12, 31).  

Maraqlıdır ki iudaizmdən gələn dənizin insanları əhatə edən həyatın öl-

məzliyi simvolu olması ideyası U.Uitmenin dəniz haqqındakı fikirlərinə  də 

təsir göstərmişdi. 

U.Uitmen yazırdı: 

Dəniz, sən genişsən və nəfəs alırsan 

Dəniz, sən duzun həyatısan, lakin 

Sənin qəbirlərin əbədi açıqdır (12, 310). 

“Duzun həyatısan“ və “qəbirlərin açıqdır“ ifadələri dənizin mahiyyətini 

müəyyən edir, həyat və ölüm dənizdə birləşir. 

Şairin “Ot yarpaqları“ əsərində dəniz obrazı da ayrıca seçilir. “Onun ru-

hu sonsuz okeana, onun əbədi hərəkəti və dövranına analoqdur. Lakin şer özü 

də, onun ritmik quruluşu, səsləri dənizin təbii ritmini təkrar edir, onun hər bir 

misrası dalğalara bənzəyir. Axıcılıq, okeanın hərəkəti U.Uitmen tərəfindən 

işlənmiş  sərbəst  şer prinsipinə  bənzədilir“ (1, 26). Poemadan bir nümunə 

qeyd olunan fikirləri təsdiq edir: 

Lap uzağa üz və bütün dənizə oxu. 

Sonsuz mavilikdən 

Mənim nəğməmi apar 

Matroslara və onların gəmisinə (6, 33). 

Gördüyümüz kimi, Amerika transsendentalistlərinin yaradıcılığında Qərb ro-

mantizminin xüsusiyyətlərilə yanaşı,  Şərq elmi-fəlsəfi təlimlərindən qaynaqlanan 

ideyalar da mühüm yer tutur. Bu da Amerika romantiklərinin  ədəbi-fəlsəfi irsinə 

özünəməxsus çalar vermişdir. 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



365

Ədəbiyyat 

 

1.

 



Американская литература ХIХ в. М., «Высшая школа», 1964. 

2.

 



Покровский Н.Е. Генри Торо. М., Мысль, 1983. 

3.

 



Торо Г. Уолден или жизнь в лесу. М., Наука, 1979. 

4.

 



Babayev M. Con Steynbek Azərbaycan  ədəbiyyatı ilə müqayisəli kontekstdə. 

Bakı, Elm və Təhsil, 2009. 

5.

 

Чуковский К. Мой Уитмен. Его жизнь и творчество. М., Прогресс, 1969.  



6.

 

Уитмен  У.  Избранные  произведения.  Листья  травы.  Проза,  М., 



Художественная литература, 1970. 

7.

 



Раджабов М.А. Абдурахман Джами и таджикская философия ХVв, 

Душанбе, Ирфон, 1968. 

8.

 

Ateş S. İslam Tasavvüfi, İstanbul, Yeni ufuklar neşriyat, 1992. 



9.

 

Писатели США о литературе. Т. 1, М., Прогресс, 1982. 



10.

 

Bhaqavad-qita olduğu kimi, Bhaktivedanta Buk Trast, 1991. 



11.

 

Эмерсон  Р.  Эссе,  Торо  Г.  Уолден  или  жизнь  в  лесу.  М., 



Художественная литература, 1986. 

12.


 

Бенедиктова  Т.Д.  Поезия  Уитмена  У.,  М.,  Издательство  МГУ, 

1982. 

13.


 

Мендельсон М. Жизнь и творчество Уитмена, М., Наука, 1969. 

14.

 

Ванслов В.В. Эстетика романтизма, М., Искусство, 1966. 



15.

 

Dunnavent III W.E. Rihani, Emerson and Thoreau, Rihani Ameen. 



Bridging East and West. A pioneering Call for Arab-American 

Understanding (Edited by Nathan C.Funk, Betty J.Sitka). New York, 

University press of America, 2004. 

 

Basira Azizaliyeva 



Eastern philosophy in the American transcendentalists’ creative works 

Summary 


 

One of the major idea sources of the American transcendentalism emerging in 

the thirties of 19th century was Eastern philosophical or religious-philosophical 

teachings. In the literary-philosophical works of Ralph Waldo Emerson, Henry 

David Thoreau, and Walt Whitman, there are ideas which are in sync with the ideas 

talked about in the ancient Indian scripture Bhagavat-Gita and Sufi teachings, 

especially in the Eastern Sufi literature. The works of the American 

transcendentalists dedicated to the subjects such as religious unity, eternal soul, 

seclusion are in sync with the Eastern philosophy.  


 

Filologiya  məsələləri – №7, 2013

 

 



366

Басира Азизалиева 

Восточная философия в творчества американских  

трансценденталистов 

Резюме 

 

Один  из  идейных  истоков  американского  трансцендентализма, 



формированная в начале 30-х годов XIX века, является восточная фило-

софия  и  религиозно-философические  направления.  В  литературно-фи-

лософических  произведениях  Р.Эмерсона,  Г.Торо  и  У.Уитмена 

встречаются  мысли,  перекликающиеся  с  древнеиндийским  памятником 

«Бхагавад-гита»,  суфиским  направлением,  в  особеннами  восточной  су-

фийской  литературой.  Такие  темы,  как  религиозное  объединение,  веч-

ность  духа,  загробный  мир,  в  американских  трансценденталистических 

произведениях перекликаются с восточной философией. 

 

Rəyçi:           Şahbaz Musayev 



             filologiya üzrə fəlsəfə doktoru  

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



367

CAVİDƏ MƏMMƏDOVA 

Filologiya üzrə fəlsəfə doktoru 

cavi_e@yahoo.com 

 

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ  İNGİLİS DRAMATURGİYASINDA 

SOSİAL-İCTİMAİ PROBLEMLƏR MÖVZUSU 

 

Açar sözlər: fəlsəfə, dramaturq, Pinero, Şou 



Ключевые слова: философия, драматург, пинеро, шоу   

Keywords: philosophy, playwright, Pinero, Shaw 

 

Böyük tarixə, mürəkkəb məzmun və ideyaya malik ingilis dramaturgiyası 



XIX  əsrin  əvvəllərində bir qədər fərqli mahiyyət kəsb etməkdə idi. Bu dövrün 

dramaturgiyası üçün daha çox yüngül süjet xəttinə malik, ictimai problemlərdən 

uzaq   əsərlər  xarakterik idi. İngiltərədə daha çox əyləncə xarakterli dram əsərləri 

populyarlıq qazandığından, istər  şəhər, istərsə  də  əyalət teatrlarında  əyləncəli 

tamaşaların səhnələşdirilməsinə üstünlük verildiyindən yeni yaranan dram əsərləri 

süjet və ideya mahiyyəti baxımından o qədər də  ciddi məzmun daşımırdı. Demək 

olar ki, XIX əsrin sonlarına qədər böyük əhəmiyyət qazana bilməyən, zəif süjet və 

yüngül konfliktlərdən ibarət dram janrı mühüm problemlərin bədii həllinə maraq 

göstərməyərək, bir qədər real həyatdan uzaqlaşır. Həmin dövrdə B.Şou (George 

Bernard Shaw) (1856-1950), O.Uayld  (Oscar Wilde) (1854-1900) kimi çox iste-

dadlı dramaturqların imzalarına təsadüf edilməsinə baxmayaraq, bədii  ədəbiyyatın 

bu sahəsi hələ ki böyük uğur nümayiş etdirə bilmir.  Qeyd olunduğu kimi, I Dünya 

Müharibəsinə  qədər “İngiltərədə    əyləncəli dramaturgiyanın mövqeyi güclü idi.  

XIX-XX əsrin qovuşuğunda bir sıra uğurlu dramaturqlar yetişir ki, onların da önün-

də H.Cons və A.Pinero dayanırdı.  İbsenin yaradıcılığından bəhrələnərək H.Cons 

“ağıllı dramaturgiya”, “ədəbi dramaturgiya” uğrunda mübarizə aparır” (1, 39). 

Görkəmli yazar, aktyor və rejissor A.Pinero ciddi sosial dramlar yaradıcısı ki-

mi ingilis ədəbiyyatının əsas səhifələrindən birinə imza ata bilir. Əlli doqquz dram 

əsərinin müəllifi olan A.Pinero pyeslərinin bir qismində ictimai mühitdə insana, xü-

susən qadına qarşı riyakar münasibətləri ifşa edir, cəmiyyətdə humanist dəyərlərin 

tədricən məhv olmaq təhlükəsinə diqqəti cəlb edir. A.Pineronun yaradıcılığı XX əs-

rin  əvvəllərində ingilis dramaturgiyasının mövzu və  məzmun baxımından yeni 

istiqamət əldə etməsində təsirsiz qalmır. 

Məlumdur ki, XIX yüzilin sonları, XX yüzilin əvvəllərində Uilyam Batler 

Yits (1865-1939) (William Butler Yeats) başda olmaqla digər ünlü yazarlar tərəfin-

dən əsası qoyulan İrland Ədəbi Dirçəlişi təkcə İrland ədəbiyyatnın inkişafına təkan 

vermədi, eyni zamanda, milli ədəbiyyatın ənənəvi dəyərlərinin müasir yaradıcılığa 

tətbiqini təmin etmiş oldu. Həmin dövr İrland  ədəbiyyatı daha çox milli ruhu ilə 

Britaniya ədəbiyyatının fərqli səhifəsini təşkil edir. Beləliklə də XX əsrdə Britaniya 

teatrları, o cümlədən, teatrın özəyini  təşkil edən  dram yaradıcılığı yeni həyata İr-

landiyada U.B.Yits, L.Gregori (L. Gregory), C.M.Sinq (J.M.Synge) tərəfindən əsası 

qoyulan  İrland Teatrı sayəsində  qədəm qoyur.  Bu da digər tərəfdən dramaturgi-

yanın inkişafına təkan verir. Çünki bu zamandan başlayaraq artıq  İngiltərədə  də 

yüngül məzmunlu və konfliktli əsərlərdən imtina edilir, teatrlara yeni reformalar tət-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



368

biq edə, ciddi tamaşaçı kütləsi toplaya biləcək rejissor və aktyorlar cəlb edilir. 

B.Şou (George Bernard Shaw), H.G.Barker (Harley Granville Barker), U.S.Moem 

(William Somerset Maugham), C.Qolsuorsinin (John Galsworthy) pyeslərində siya-

si proseslərə münasibət yer alır, ictimai şüurun formalaşdırılmasına xidmət göstərən 

məqamlar dərinləşdirilir, dramaturgiyanın imkanlarının genişləndirilməsi, dramatik 

janrların təkmilləşdirilməsi üçün yeni yaradıcılıq yollarının müəyyənləşdirilməsinə 

cəhd edilir. 

Ümumiyyətlə, XX əsrin əvvəllərində ingilis dramaturgiyasında formalaşmaq-

da olan yeni istiqamət daha çox siyasi, üsyançı ruha malik etiraz motivləri ilə zən-

gin və eyni dərəcədə də satira ilə xarakterikdir. Həmin dövrdə sosial-ictimai prob-

lemlərlə  zəngin mövzular hansı üslubda yazılmasından asılı olmayaraq çox ciddi 

məsələləri ehtiva edir. Bu dövrün dramaturgiyası üçün “sosial drama” xarakterikdir. 

“Sosial” sözü burada terminoloji məna daşıyır. Çünki istənilən pyes bu və ya digər 

dərəcədə ictimai (sosial) münasibətləri əks etdirir... Əgər müasir ədəbiyyatşünaslıq-

da “sosial” dramdan xüsusi janr kimi bəhs edilirsə, demək, İbsen və Şoudan sonra 

aktual problemlərlə çıxış edən dramaturgiya nəzərdə tutulur” (2, 41).  

Dövrün tanınmış yazarlarından olan C.B.Şou (1856-1950) öz əsərlərində 

müasir ictimai mühitin mənzərəsini yaradır, oxucuların diqqətini narahatlığa əsas 

verən sosial-ictimai problemlərə  cəlb edir. Eyni zamanda, B.Şounu yeni 

məzmunlu  dramaturgiyanın yaradılması  uğrunda fəaliyyəti onun yaradıcılığının 

ən mürəkkəb və əhəmiyyətli məqamlarından birini təşkil edir. “Yeni dramaturgiya 

uğrunda mübarizəyə B.Şou ilk əvvəl bir nəzəriyyəçi olaraq başlayır və hər şeydən 

əvvəl, o, İbsenin yaradıcılığını nümunə gətirərək təbliğ edir. 1890-cı ildə Fabian 

cəmiyyəti müasir yazarlar barədə silsilə mühazirələr təşkil etmək qərarına gəlir. 

Zolya, İbsen, Turgenev və Tolstoyun yaradıcılığı barədə mühazirələrin oxunması 

nəzərdə tutulur. B.Şou  İbsenin yaradıcılığı barədə mühazirə oxuyur” (3, 260). 

B.Şou İbsenin yaradıcılıq ənənələrindən yeni tipli dramaturgiyanın yaradılmasında 

əsas dayaqlardan biri kimi istifadə edilməsini məqsədəuyğun hesab edir. İngilis 

dramaturqunun “İbsenizmin kvintessensiyası” adlı kitabı son dərəcə maraqlı elmi-

tənqidi mülahizələrlə zəngin olmaqla, dövrün dramatik növünün yaranma yolları 

barədə təsəvvür yaratmaqla yanaşı, həm də İbsen yaradıcılığı haqqında geniş mə-

lumat vermək baxımından da maraqlı  və  əhmiyyətlidir. Çox maraqlıdır ki, İbsen 

dramaturgiyasına yüksək dəyər verən B.Şou öz dram yaradıcılığında İbsenin bədii 

üslubundan, sosial-ictimai məsələlərə münasibətindən, müasir insan və  həyatla 

bağlı görüşlərindən faydalansa da tamamilə yeni səpkili, özünəməxsus bədii nü-

munələrlə dünya ədəbiyyatını zənginləşdirir.  

Həmin dövrdə ingilis dramaturgiyasında maraqlı  qadın obrazları da yaradıl-

maqda idi. Qadın obrazları artıq artıq  əzilən, hüququ tapdanan, cəmiyyətdə ikinci 

dərəcəli, zəif insan obrazları olaraq yox, hüquqlu, azad insan surətləri kimi bədii 

ədəbiyyata daxil olur. Bu qadın surətləri, hər  şeydən  əvvəl, bir sıra sosial-ictimai 

qaydalara qarşı etiraz ifadə etmək üçün müəllifin yaratdığı bədii obrazlar kimi xü-

susi maraq doğurur. Eyni zamanda, bu obrazlar müəllifin qadınlara, onların cəmiy-

yətdəki mövqe və roluna münasibətini əks etdirir. Yaradıcılığında qadın probleminə 

toxunan ilk ingilis yazarlarından biri də C.B.Şou olmuşdur. Tədqiqatçılar onun bu 

məsələdə  də  İbsenin yaradıcılığından bəhrələndiyini qeyd edirlər. C.B.Şounun qa-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



369

dın qəhrəmanları real həyatdan alınmış insan obrazlarıdır. Xanım Varren, Barbara 

və digərləri güclü xarakterə malik qadınlardır. 

Cəmiyyətin ümumi mənzərəsinə, pozulmaqda olan bir sıra mənəvi-əxlaqi də-

yərlərə satirik, daha çox yumoristik üslubda toxunan C.B.Şou ictimai mühitdə baş 

verən xoşagəlməz dəyişikliklərin mahiyyətini oxucularına anlatmağa çalışır, insan-

lar arasında sağlam münasibətləri qorumağa, adamların qəlbində yaranan inamsız-

lıq, ümidsizlik kimi hissləri islah etməyə səy göstərir. Məqsədinə nail olmaq üçün 

müəllifin seçdiyi mövzular cəmiyyətdəki qeyri-əxlaqi hallara kəskin tənqidi müna-

sibət ifadə etməkdədir. Eləcə də dinlə, daha doğrusu, dinin yanlış mənimsənilməsi 

və əsl mahiyyətini itirmiş dini inanclarla bağlı bir sıra məsələlər də dramaturqun ya-

radıcılığından kənar qalmır. 

H.Barkerin (1877-1946) aktyor, rejissor və yazar kimi fəaliyyəti XX əsrin əv-

vəllərində dramaturgiyanın yeni istiqamətdə inkişafına bir qədər təkan vermiş olur. 

Belə ki, H.Barker U.Şeksprin  əsərlərini yeni qurulşda təqdim etməklə  təkcə teatr 

aləminə deyil, dramaturgiyaya da yeni yaradıcılıq üsulları gətirir. 

O cümlədən, C.Qolsuorsinin və U.S.Moemin və bir çox yazarların əsərləri in-

gilis dramaturgiyasında sosial-ictimai problemlər mövzusunun ideya baxımından 

dərinləşməsinə, daha geniş məzmun əldə etməsinə imkan yaradır.  

Həmin dövrdə ciddi maraq doğuran dram əsərlərinin bir qismi də modernizm 

ədəbi cərəyanının nümayəndələrinin yaradıcılığına məxsusdur. Çox maraqlıdır ki, 

siyasi olayların doğurduğu dəyişikliklər nəticəsində cəmiyyətdə baş verən fəsadlar, 

bütün bunların insan ruhuna və  şüuruna təsiri məsələləri, cəmiyyətdə  və  fərdlərin 

mənəvi aləmində harmoniyanın pozulması kimi hallar bütün ziyalıları narahat etdiyi 

kimi, modernist yazarların da yaradıcılığının maraq çevrəsində idi. Baxmayaraq ki, 

modernist yazarların  əsərlərinə mövzu seçdikləri hadisələri təqdim etmə üslubu, 

ideyanı anlatma yolları fərqli tərzdəydi, lakin qoyulan problem və onun həll yolları-

nın axtarışı bütün yazarların eyni maraqlar ətrafında birləşdiyini sübut edirdi.    

Belə maraqlı müəlliflərdən biri böyük ingilis yazarı, modernizm ədəbi cərə-

yanının ən görkəmli nümayəndələrindən olan C.Coysdur. Dram yaradıcılığında da 

C.Coys hekayə  və romanları üçün xarakterik olan problemlərə toxunur. İnsanın 

mürəkkəb daxili dünyası, real aləmlə ruhi aləm arasındakı yaxınlıq və ziddiyyətlər, 

fərdin özünə sona qədər məlum olmayan psixoloji yaşantılar, düşüncə və hisslərdəki 

xaotik vəziyyət, ətrafda baş verən hadisənin obrazın biri digərini ardıcıl olaraq əvəz-

ləyən hissləri zəminində  təqdimatı müəllifin dram əsərlərinin də  əsas problem və 

xüsusiyyətinə çevrilir. Müəllifin maraq doğuran əsərlərindən biri də “Sürgün edil-

mişlər” dramıdır. C.Coys bu əsəri yazmazdan “bir il öncə qeydlər halında qələmə 

alır” (4, 80) və sonra üzərində çalışaraq tamamlayır.  İngilis tədqiqatçıları  əsərin 

C.Coysun şəxsi həyatından alındığını, əsərin qəhrəmanı Riçard Rovanın C.Coysun 

özü, Bertanın isə yazıçının həyat yoldaşı Noranın, digər obraz Robert Həndin isə 

C.Coysun eyni yaşda olan yaxın dostları Oliver və Vinçentin hər ikisinin obrazı ol-

duğunu qeyd edirlər. Əsərdə təsvir olunan olaylarla C.Coysun həyatında baş verən 

mühüm hadisələrin uyğunluğu da bunu təsdiq edir. Ümumiyyətlə, məlumdur ki, 

C.Coysun digər əsərlərində də avtobioqrafik məqamlar mövcuddur və yazıçı özü də 

bunu etiraf etmişdir. C.Coys haqqında monoqrafiyanın müəllifi Riçard Ellman “Sə-

nətkarın gənclik portreti” romanındakı qəhrəmanların prototipi haqqında bəhs edər-

kən yazır ki, əsərin baş qəhrəmanında  müəllif öz həyatından və xarakterindən ciz-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



370

gilər  əks etdirsə  də, bir neçə dublinli C.Coysa bu obrazı tamamlamağa yardım 

etmişdir (5, 385). Ona görə də C.Coysun əsərlərinin ideyasının ana xəttində və ob-

razlar aləmində bir yaxınlıq, daxili, həm də harmonik bir əlaqə var. Digər tərəfdən 

də yazarın əsərlərində əks olunan sosial-ictimai problemlərin, olayların  təqdimatın-

dakı təbiiliyi bu amil də şərtləndirir.  

C.Coysun “Sürgün edilmişlər” dramı insanların psixi və daxili yaşantılarını 

əks etdirməklə bərabər, həm də cəmiyyətdə fərdlər arasında zahirən davamedici gö-

runən, lakin, əslində, humanist mahiyyətini itirməkdə olan, məhvə sürüklənən mü-

nasibətlərə işıq salır.   

Həmin fikirləri modernizim ədəbi cərəyanının digər böyük nümayəndəsi 

D.H.Lorensin dram əsərlərinə  də aid etmək olar. Onun “Gəlin”, “Deyvid”, 

“Karusel” və digər dram əsərləri inglis dramaturgiyasının ən qiymətli səhifələrindən 

birini təşkil edir. 

D.H.Lorens də ciddi sosial problemlərə obrazların hissləri, coxcəhətli duyğu-

ları zəminidə izah verməyə çalışır. Dramaturqun “Cürətli iş” əsəri bu baxımdan xü-

susilə diqqəti cəlb edir. D.H.Lorensi bu dram əsərində insanlığın həm ictimai, həm 

də mənəvi azadlığı problemini qoyur. Məlumdur ki, yazarın yaradıcılığı üçün şaxta-

çıların həyatından alınan mövzular xarakterikdir. Bu da təbii ki, onun “şaxtalar şəh-

əri” adlandırdığı İstvudda dünyaya gəlməsindən, kiçik yaşlarından, həyat haqqında 

düşüncələrinin formalaşmağa başladığı ilkin dövrlərdən həmin mühitlə yaxından ta-

nış olmasından irəli gəlirdi. Həmin mühitdə D.H.Lorensin diqqətini cəlb edən, onu 

ağrıdan və bütün yaradıcılığı boyu əsərlərində  qələmə aldığı ciddi problemlərdən 

biri son dərəcə ağır, məşəqqətli zəhmətin, aramsız gərgin fiziki əməyin insan varlı-

ğında yaratdığı heyrətamiz dəyişiklik, insanı qabalaşdıraraq mənən məhv edə bilmə-

si məsələsi olmuşdur. Həmin dram əsərində  də müəllif bu və ya digər mətləblərə 

fərqli istiqamətdən toxunur və bu problemlərə  əsas məsələlərə nisbətən daha açıq 

münasibət ifadə edir. D.H.Lorens qəhrəmanının dilindən Şekspirin “Ah, bu insanlar 

necə də kölə olmağa cəhd edir!” (6) ifadəsini misal gətirərək, əslində, əsərin iç qat-

dakı mənasına işıq salır. Pyesin ruhuna müəllifin fiziki və mənəvi azadlığa çağırışı 

hakimdır. 

XX  əsrin  əvvəllərində ingilis dramaturgiyasında U.Arçer, U.Pol, B.Şou, 

H.Barker yaradıcılığı ilə təşəkkül tapan yeni səhifə təzahür edən yeni inkişaf istiqa-

məti azad cəmiyyət, sağlam ictimai münasibətlər, insanların mənəvi azadlığı, hər bir 

fərdin özünədəyər hissinə, düşüncə  sərbəstliyinə sahiblənməsi ideyalarını  təbliğ 

etməsi baxımından son dərəcə böyük əhəmiyyətini və aktuallığını bu gün də 

qoruyub saxlamaqdadır. 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə