Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

 

Ədəbiyyat 



 

1.

 



Бабенко В.Г. Драматические жанры и их взаимодействия. Иркутск, 1988. 

2.

 



Бабенко  В.Г.  Драматургия  современной  Англии.  Москва,  Высшая  школа, 

1981. 


3.

 

История  зарубежной  литературы  ХХ  века; 1871-1917. Москва, 



«Просвещение», 1989. 

4.

 



Anderson Ch. G. James Joyce. London: Thames and Hudson LTD, 1967. 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



371

5.

 



Ellmann R. James Joyce. New York: Oxford University Press, 1959.  

6.

 



http://www.online-literature.com/dh_lawrence/touch-and-go 

  

Javida Mammadova 

The theme of social problems in the English drama in the early 20

th

 century 



Summary 

 

Drama did not achieve importance as a genre in the 19

th

 century until the end 



of the century in Great Britain. But in the early 20

th

 century British drama was de-



veloped by great playwrights as A.Pinero, H.G.Barker, B.Shaw, O.Wilde, J.Joyce, 

D.H.Lawrence and so on.  

 This article is devoted to the theme of social problems in the English 

drama in the early 20

th

 century. In this article were explained the charac-



teristic features of British drama and were analysed social themes in the 

creative works of   B.Shaw, J.Joyce, D.H.Lawrence.  



 

Джавида Мамедова 

Тема социолого-общественных проблем в английской драматургии 

в начале ХХ века 

Резюме 

 

Имевшая богатую историю английская драматургия в ХIХ веке серьезно 

не развивалась.  

Несмотря на это, в начале ХХ века, благодаря произведениям таких вы-

дающихся писателей, как А.Пинеро, Г.Баркер, Б.Шоу, О.Уайлд, Дж.Джойс  и 

Д.Г.Лоуренс,  английская  драматургия  начала  развиваться  в  новых  направ-

лениях. 

Это статья посвящена теме социолого-общественных проблем в англий-

ской драматургии в начале ХХ века. В ней раскрываются характерные особен-

ности, присущие английской драматургии этого времени и аннализируется те-

ма социолого-общественных проблем в драматических произведениях Б.Шоу, 

Дж.Джойса и Д.Г.Лоуренса. 



  

Rəyçi:            Bəsirə  Əzizəliyeva 

                filologiya üzrə fəlsəfə  doktoru 

    


 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



372

KÖNÜL NƏHMƏTOVA 

Filologiya üzrə fəlsəfə doktoru 



 

ABBASQULU AĞA BAKIXANOVUN “KİTABİ-ƏSGƏRİYYƏ” 

HEKAYƏSİNİN NƏSR TEXNİKASI 

 

Açar sözlər:  Könül Nehmətova, Abbasqulu ağa Bakıxanov, Kitabi-əsgəriyyə, 

xronotop, nəsr texnikası, təhkiyənin tipi 

Ключевые  слова:  Абаскулу  агa  Бакиханов,  Китаби-Аскерия,  Кенуль 

Нахметова, хронотоп, техника прозы, тип повествования 



Key words: A.Bakikhanov, Kitabi-asgariyya, Konul Nehmetova, 

chronotope

  

technique of prose 



 

Yazıçının həyati-estetik mövqeyi öz əksini bədii  əsərin obrazlar sistemində,  

insan həyatının konkret şəkillərinin təsvirində, tipik xarakterlərin, müsbət qəhrəma-

nın obrazında, təsvirlərdə, nəhayət, müəllif obrazında tapır. Bütün bu xüsusiyyətlər 

yazıçının həyati-estetik mövqeyi, onun yaradıcılıq metodu, fərdi üslubu və onunla 

yanaşı  həqiqətin onun əsərində  əksini tapan tərəfləri ilə  əsaslandırılır. Epik növün 

ən kiçik və  ən təsirli janrı olan hekayənin ideya ekspressiv təhlilini verərkən ilk 

növbədə onun nitq stukturunu nəzərdən keçirmək zərurəti duyulur. Epik növün bü-

tün janrları kimi, hekayədə də nitq sistemi,  bir tərəfdən , təhkiyəçi obrazı ilə müəy-

yənləşir, digər tərəfdən isə - qəhramanların daxili aləmindən, onların şüjetdəki və-

ziyyətləri ilə şərtləndirilmiş vəziyyətindən, onların fərdi psixoloji, mədəni, sosial si-

malarından asılıdır. Bütün bunlar əsərin leksikasını, frazeologiyasını, hər bir bitmiş 

epizodun intonasiya düzümünü, səhnələri və bütövlükdə onların strukturunu müəy-

yənləşdirir. A.Bakıxanovun “Kitabi-Əsgəriyyə” əsəri də ana dilimizdə yazılmış ilk 

maarifçi-realist əsər kimi lirik intonasiyanın müşaiyət etdiyi satirik üslubu ilə geniş 

təhlillərə imkan verən bir sənətkarlıq nümunəsi olaraq diqqətəlayiqdir. Hekayə dili, 

üslubu baxımından, həm də ədəbiyyatımızda təhkiyənin inkişafı nəzər nöqtəsindən 

yeni nəsrin gələcək inkişafı üçün ümidverici əsərdir. “Kitabi-Əsgəriyyə” yazılma 

dövrünə görə tarixin elə bir qovşağında meydana gəlmişdir ki,  klassik ənənələrlə 

müasir stereotiplərin qaynaqlanma prosesi başlanmışdır.  Mədəni-mənəvi fəaliyyət-

lərin bütün sahələrində olduğu kimi, ədəbiyyatımızda da mühafizəkar, novator və 

islahatçı tendensiyalar müşahidə edilməkdə idi. Abbasqulu Ağa Bakıxanovun 

bütövlükdə bədii yaradıcılığında bu mövqe axtarışlarını müşahidə edirik ki, “Kitabi-

Əsgəriyyə” hekayəsini bu yolda yazıçının bədii-estetik konsepsiyası kimi dəyərlən-

dirə bilərik.  

Əsərin giriş hissəsi dastan və klassik eposlara xas “Dibaçə” şəklində  proloq 

kimi səslənərək müəllifin qələmə aldığı hadisəyə subyektiv münasibətini ifadə edir. 

Bununla da əsər boyunca müəllif obrazı aydın görünür və müəllif təhkiyəsi subyek-

tivliyini əsərin sonuna qədər qoruyub saxlayır. Hekayədə təhkiyəçi kimi yazıçı özü 

çıxış edir və hadisənin  şahidi kimi əsərinin qəhramanlarına tərəfdarlıq göstərir ki, 

bununla da aydın müəllif obrazını da formalaşdırmış olur.  Müəllif əsərin əvvəli və 

sonunda bunu açıq tərzdə bəyan edir: 

 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



373

 “Bəsteyi-dami-ələm, pamali-ənduhi-məlal, 

Bülbüli-gülzari-möhnət Qüdsiyi-şuridəhal 

 

bu rəsmi-dilaviz ilə firqeyi-ülul-əlbabə bəyani-mafilbal etmiş” (Dərd həbsxa-



nasına bağlanmış, qəm-qüssədən üzülmüş, möhnət bağının bülbülü hali-pərişan 

Qüdsi bu gözəl üslubla ağıl sahibləri dəstəsinə gizli məqsədlərini bəyan etmiş). Gö-

ründüyü kimi, yazıçı öz halını da izhar etməklə qəhramanlarının  vəziyyətini daha 

yaxından hiss etməsini də nəzərə çatdırır. Hekayəni nəql edib bitirdikdə isə təhkiyə-

çi onların sonunun nə ilə bitəcəyini hələ bilmədiyini də izhar edir və bununla da ha-

disənin gerçək şahidi olduğunu bir daha təsdiq etmiş olur:  

“Ümidvaram ki, inşaallah-təala  ənqərib peyvəndi-müvasilət aralarında vaqe 

olub, ədayi-təhniyət qılıb, mübarəkbad edim ol məzmunə nüsxeyi-cədid inşa qılım: 

İlahi, bu duamı müstəcab et, 

Hüsuli- mətləbi-feyz intisab et”. 

Müəllif Allah təaladan qəhramanlarının xeyrinə duasının qəbul edilməsini və 

faydalı istəklərin hasilini nəsib etməsini arzulayır ki, bu məzmunda da yeni bir əsər 

daha qələmə alsın.   

Təhkiyəçinin nitqi yazıçının təhsil və savad dərəcəsinin göstəricisi olaraq 

klassik nəsr və  ədəbi dili üslubundadır və bunu da yuxarıda qeyd etdiyimiz kimi, 

“gözəl üslub” adlandırır.  

Əsərdə  təhkiyənin tipi kimi, müəllifin qələmə aldığı mövzuya münasibəti 

tamamilə subyektivdir. Təhkiyəçi mövqeyini müdafiə etdiyi qəhramanlarının öz 

mübarizələrində seçdikləri yolu sanki oxucusunun mühakiməsinə buraxır. Amma öz 

subyektiv münasibətini lirik ricətlərdə yenə  də oxucusuna xatırlatmaqdan qalmır.  

Əsgərin rastlaşdığı maneələri yeri gəldikcə hiylə yolu ilə  aşa bilmək cəhdini ilk 

baxışda öz təhkiyəsində tamamilə münasibətsiz buraxır:  

“Dedi: 

-

 



Ey yari-mehribanım! On şahi pul sənə verim, amma məni rədd etmə, hər 

vaxt gəlib ol məbləği mütalibə etsəm, bir bəhanə ilə təxir et. Bəlkə bu vəsilə ilə bir-

birimizi görmək müyəssər ola. 

Cümləsi bu rəyi dürüst qəbul edib bir müddət dəxi ovqat keçirdilər.” 

Bir beytlə isə verilmiş  qərara özü  bir müşahidəçi kimi yanaşaraq 

qəhrəmanlarının öz düşüncələri tərzində haqq qazandırır:  

                                “Aşiqdə gərək fünuni-hiylə, 

                                 Ta eyləyə vəsl üçün vəsilə”. 

Yazıçı burada yalnız öz fərdi münasibətini deyil, “fünuni-hiylə” ifadəsi 

altında daha dərin bir mənada münasibəti ifadə edir. Hekayənin əvvəlində də qeyd 

etdiyi kimi, “bəyani-mafilbal” deyə adlandırdığı bir çox mətləbləri kəlmələr içində 

gizlədərək “ərbabül-bəsairə” (gizlinləri görən dostlara) çatdırır. 

Böyük ehtimalla deyə bilərik ki, “fünuni-hiylə” ifadəsi din tarixində özünə 

mühüm bir yer qazanmış bir rəvayətə işarədir: 

“Malı və mülkü gedən, övladlarının hamısı vəfat edən Həzrət Əyyub sadəcə 

xanımı Rəhmə qalmaqda, xidmətində o durmaqdadır. Zaman gəlmiş, Rahmə başqa-

larının ev xidmətini görərək əldə etdiyi ücrətlə keçim sıxıntısını yumşaltma yolunu 

tutmuşdur və bir gün onun evdə olmadığı məqamda bir neçə dəfə səslənən Həzrəti-

Əyyub cavab almadıqda xəstəliyin və çarəsizliyin verdiyi sıxıntı içində “şayət Allah 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



374

şəfa verərsə, Rahməyə yüz zopa vurmaq üzərinə” yəmin edir. Halbuki bu vəziyyət-

də Rahmənin belə bir cəzaya layiq olacaq işlədiyi günah yox idi. 

Həzrəti-Əyyub şəfa tapdıqdan sonra ilk olaraq yəmini yerinə yetirməyi istədi. 

Fəqət ona illər boyu yorulmadan, şikayətlənmədən şəfqət, mərhəmət və səmimiyy-

ətlə Allah rizası üçün xidmət etmiş bir xanımın mükafatı bu olmamalıydı. ..Bu dəfə 

Allahü təala özü hakim oldu. Həzrəti-Əyyuba “əlinə bir dəmət al və onunla vur” 

əmrini verdi.  

Həzrəti-Əyyub yüz dənə əkin sapını bir yerə topladı, dəmət düzəltdi, bağladı, 

yəminini yerinə yetirmək üçün xamımı Rahməyə vurdu. Beləcə məsələ həlledilmiş 

oldu... Fiqh tarixinə bu höküm “Əyyub Ruhsatı” adıyla daxil olmuşdur”. Bu hökmə 

əsaslanaraq bəzən çıxılmaz məsələləri “hiyleyyi-şəriyyə” kimi həll etmək cəhdləri 

dində bu günə kimi görünməkdədir.  

Hekayənin razvyazkası  (Əsgərin yuxuda ustadını görüb onun razılığını 

alması) da məhz “fünuni-hiylə” yolu ilə həll edilmişdir ki, burada da müəllif olub 

bitənlərə zamin deyil, o, sadəcə, nağıl olunanları oxucusuna olduğu kimi 

söyləməkdə  məsuldur. Bütün bunları o, Əsgərin özündən eşitdiyini hadisənin 

davamında diqqətə çatdırmaqla gerçəkçiliyini sanki zəmanət altına almağa çalışır: 

“Nagah bir ğəmmazi-süxənçin bu surəti-macəranı əla macəra varıb ol məhəllə 

rəisinə    mə`lum etdi. Ol rəis dəxi müvəkkillər təyin etdi ki, hər yerdə ol aşiqi –

dilxuni görsələr tutub işgəncəyi-siyasətə yetirsinlər. Əsgəri-müztərdən nəqldir ki: 

-  Çün rahi-çarə hər tərəfdən məsdud oldu və rəis ilə saziş etməkdən başqa ça-

rə görmədim və dedim:  

 

                               Zülmü gör kim, ayrılıqdan canə yetdim aqibət, 



                               Çarəsiz qaldım varıb əğyarə könlüm bağladım. 

 

Axirül-əmr bir gün əlimə bir parə nan alıb üstündə rövğəni-kərə tışrə çıxdım. 



Rəisi-məzkur mənə düçar olduqda təarif ilə ona verib dedim: 

-

 



Əgər  həqqi-ne`məti fəramuş edib, mənə  təərrüz qılsan, bu nan gözlərini 

tutsun və səmumi-küfrani-ne`mət gülşəni-ömrünü xəzan etsin.”  

Nümunələrdən göründüyü kimi, əsərin təhkiyə dili ilə personajların dili ədəbi 

quruluşuna görə fərqlənir və həmçinin şəraitdən asılı olaraq həm  müəllif təhkiyəsi, 

həm də personajların  nitqi   dəyişir. Müəllif dili lirik-publisistik ricətlərdə ibarəli-

dir, amma hadisələrin təsvirində daha sadədir. Əsgər Ahəngərzadə bir ruhani nüma-

yəndəsi olduğu üçün onun nitqi pafosu ilə digər personajlardan fərqlidir və hər kəslə 

onun mənsub olduğu zümrənin dili ilə danışır. Əsərdəki qadın obrazı da xarakter və 

nitq etibarilə real və səmimidir. Öz narahatlığını və qəzəbini ifadə edəndə daha sadə 

və millidir: 

“ – Ya əkəllüləvat! Ey atacan! Bir baş  qəbirdən götür! Biz pərişanrüzgar, 

tirəbəxtlərə nəzər qıl! Bivəfa ərdəbillilər əlində necə zarü sərgərdan qalmışıq!” 

“ -  Ah ! Qardaş, kaş sənin kimi naxələf ölə idi, bu günləri görməyə idi” . 

Lakin daha mühüm məsələlər sevgilililər arasında da yüksək ədəbi dil səviy-

yəsində aydınlaşdırılır. Ayrılıq məqamından sonrakı görüşdə söhbətləri də lirik xa-

rakterə malik olduğu üçün patetikdir.  Abbasqulu Ağa Bakıxanov  daha çox kiçik 

səhnələr vasitəsilə qurduğu süjetdə obrazların danışıq psixologiyasının incəliklərinə 

vararaq  dolğun xarakterlər yaratmağa müvəffəq olmuşdur.    



 

Filologiya  məsələləri – №7, 2013

 

 



375

Bədii nəsrin janrını  şərtləndirən  əsas amillərdən biri kimi xronotop “Kitabi-

Əsgəriyyə” hekayəsinin həm də realizmini şərtləndirir. Hekayədə zaman ünsürü iki 

aspektdə görünür. Ümumi zaman aspekti yazıçının yaşadığı dövrdür, konkret zaman 

kəsiyi kimi bahar fəslini görürük: “Bir gecə kim, dünyanı bəzəyən gəlin mehri-ən-

vari—zülməti-şamdan zülfi-mişkin rüxsarinə hideyi-rübdə aram buldu və qəmər ay 

qonaqlıq məclisi tərtib edib ki, gecə qaranlığını günün qeyrəti və Leylinin çöhrəsi 

kimi bəzəkli edib fələklər səyyarında qızıl-gümüşdən təbəqlər doldurub dağıtmaq 

üçün hazır elədi: 

Mehr oldu büsati-çərxdən dur, 

Mah aldı əlinə şəmi-kafur. 

Bir türfə şəbü xücəstəfərcam 

Onun kimi görməmişdi əyyam. 

Novruz günündən ol füzun qədr, 

İzzətlə misali-leylətül-Qədr. 

Göründüyü kimi, hadisənin zamanı bir az daha konkretləşdirilərək onun Nov-

ruz bayramından  bir qədər keçmiş, yəni Ramazan ayında Qədr gecəsinə qədər olan 

bir müddətdən sonraya aid edilir. Məlum olduğu kimi, Qədr gecəsi Ramazan ayının 

son on gününün içində olan bir gecədir ki, bununla da Novruz bayramından təxmi-

nən on  gün sonra nəzərdə tutulmuşdur. Eyni zamanda, zamanın təsvirində Bakıxa-

novun astronomik bilikləri də öz əksini tapmışdır: Günəş yer kürəsindən uzaqlaşdı –

“Mehr oldu büsati-çərxdən dur”, ay ekvatora yaxınlaşdı -“Mah aldı əlinə şəmi-kafur 

“( kafur – ekvatordakı ölkələrdə bitən bir ağac, çox işıq verən şam).   

“Kitabi-Əsgəriyyə” hekayəsinin realizmini şərtləndirən amillərdən biri də 

konkret məkan ünsürüdür. Əsərdə təsvir olunan hadisə Quba şəhərində, daha kon-

kret olaraq isə, “ərdəbillilər” məhəlləsində baş verir. Əsgərin ustadı olan mərsiyə-

xan “ərdəbillilər” məhəlləsində yaşayır və bu məhəllənin məscidində mərsiyəxanlıq 

edir. Əsgər isə bu məhəllədən kənarda yaşayır. Əsərdə məhəllənin real təsvirini də 

görə bilirik: “Bilmərrə  səbr  ətəyindən  əlini üzüb ayrılığa tab etmədi və görüş 

xoşbəxtliyinə ərizəçi olub bir müddət sonra yenə müraciət edib cananın məhəlləsinə 

qonşu olmaq istədi. Şəhərin kənarına yetdikdə aşiqi-məhcur ah çəkməkdən gül üzü 

xəzan yarpaqlarıtək saralmışdı  və müsibət yükünün ağırlığından yaraşıqlı qaməti 

bükülmüşdü”. Tarixi faktlar da Quba şəhərində “ərdəbillilər” məhəlləsindən və bu 

məhəllənin məhz şəhərin girəcəyində yerləşməsindən xəbər verir: “Yadigar qalmış 

vərəqparələrdən və  təvarixdə görünən müxtəsər  əhvallardan belə  məlum olur ki

Quba şəhərini Nadir şah tarixi-hicriyyənin 1147-ci sənəsində - ki, miladın 1734-cü 

sənəsinə mütabiqdir, - bina etdirmişdir. Müşarileyh  Şabrandan (Quba uyezsdində 

Dəvəçi mahalıdır) gəlib keçdikdə Dərbənd ilə Şabranın arasında “Gülüstani-İrəm” 

adında basəfa bağlıqda istirahət üçün sakin olmuşdur. 

Buranın abü havası şaha xoş gəldiyindən Mirzə Mehdi xan Münşi  təvəssütü ilə 

əmr etmişdir ki, burada şəhər binası qoyulsun. Bu əmri icra etmək üçün bir neçə nəfər 

öz qoşunundan – ki, Ərdəbil  şəhərindən var imişlər, - o məkanda qoyur. O cəhətə 

şəhərin  əvvəlinci məhəlləsi indilikdə  də  “Ərdəbil məhəlləsi” adı ilə  məşhurdur”

1



Hekayədə adı çəkilən məscid və qəbirstanlıq məkan ünsürünün detallarıdır.  

                                                 

1

 Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı tarixi. I c., Bakı, 1978, səh. 287 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



376

Abbasqulu ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə”  əsərinin yuxarıda sadaladı-

ğımız ciddi sənətkarlıq məziyyətlərinə baxmayaraq,  ana dilimizdə ilk  müasir he-

kayə kimi nəsrimizin bədii inkişafına təsirindən danışmaq üçün hələ ki əlimizdə tu-

tarlı dəlillər yoxdur. Bunun üçün hekayənin öyrənilməsi istiqamətində işlər davam 

etdirilməli, əsərin əlyazma nüsxələri və dərc olunduğu məcmuələr üzə çıxarılmalıdır 

ki, bəlkə bu işlər sayəsində də təsir dairəsini müəyyənləşdirmək mümükün olsun. 

 

Ədəbiyyat 



 

1.Abbasqulu ağa Bakıxanov. Seçilmiş əsərləri. Bakı, 1987. 

2.Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı tarixi. I c., Bakı, 1978.  

 

Кенуль Нахметова 

Техника прозы рассказа «Китаби-Аскерия»Абаскулу аги Бакиханова 

Резюме 


 

В данной статье объектом исследование является прозаическая техника 

рассказа А.Бакиханова «Китаби-Аскерия».  Как и в других жанрах эпического 

вида, система речи в рассказе тоже определяется с образом повествователя, но 

и так же оно определяется с внутренними мирами персонажей, их обусловлен-

ными  обстоятельствами  внутри  сюжета,  их  индивидуально-психологичес-

кими, культурными и социальными лицами. «Китаби-Аскерия» А.Бакиханова 

как первая реалистично-просветительская литературная работа написанная на 

родном  языке,  в  сопровождении  лирической интонации  отличается со  своим 

сатирическим  стилем,  которое  позволяет  широким  расследованиям  как 

полноценное произведение искусства.                

 

Konul Nehmetova 



The prose technology of “Kitabi-Asgariyya” of Abbasgulu aga Bakikhanov 

Summary 


 

In her article Konul Nehmetova includes the research of the mastership 

characteristics of the story “Kitabi-Askeriyya” written by Abbasgulu aga 

Bakikhanov. As in common epic genres in narration the speech system is also forms 

with prose writer’s image on one hand, on the other hand by different aspects of 

characters such as: inner world; the situations bordered by the plot; individual-

physiologic, cultural and social masks. All of these features commensurate the 

story’s lexicon, its phraseology and intonation order of the concluded episodes, the 

scenes and the whole structure. “Kitabi-Askeriyya” of A.Bakikhanov as the first 

enlightenment realistic literature work written in Azerbaijani is noteworthy for its 

satiric style dictated by lyric intonation which is open to interpretations in detail.              

 

Rəyçi:               Güldəniz  Qocayeva 



                  filologiya  üzrə fəlsəfə  doktoru 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



377

HİLALƏ AXUNDOVA  

Azərbaycan Müəllimlər  

İnstitutunun Sumqayıt filialı  

 

AZƏRBAYCAN FOLKLORUNDA DAĞ KULTU 

 

Açar sözlər: Dağ kultu, Sarkal, Mif, Folklor, Kosmoqoniya, Göy tanrısı.  

Ключевые слова: культ гор, соркал, миф, фольклор, космогония, бог неба 

Key words: orolatiya, sorkal, mif, folklor, komoqoniya, the god of the sky. 

 

Türk xalqlarının qədim mifik inanclarında dağ kultu önəmli yer tutur. Bu xal-

qların mifik təsəvvürlərində müqəddəs üçlük-dağ-torpaq-günəş-ilkin başlanğıc, 

bütün canlıların anası və atası kimi interpretasiya olunur. Qədim mifik təsəvvürlərə 

aid ilk mənbələri araşdırarkən astral kosmoqonik komponentlər ata başıalnğıcı, dağ-

yer komponenti isə ana başlanğıcı anlamındadır. Təbiətlə  sıx təmasda olan ilk 

insanlar həyatlarının asanlaşdırmaq üçün özlərindən xaric olan qüvvələrə inanc 

gətirir, sitayiş edir, onların kultunu yaradırdılar. Belə kultlar çoxluğu qədim 

insanların təsəvvürlərinə görə onların yaşam uğurlarmı gücləndirir, onları ümumən 

təbiyyətlə, mövhumi qüvvələrlə qovuşdururdu. Qədim insanların  ən çox diqqəti 

çəkən kultlardan biri də dağ kultu idi. Türk xalqlarının inanc faktorunu, 

mərasimlərini araşdırarkən dağ kultunun müxtəlif növ forma təzahürlərinin ideya və 

materiallarının ilk görüntülərinin  şahidi oluruq. Dağ kultu müxtəlif zaman 

məkanlarda müxtəlif aspektlərdə çıxış edir. 

Bəzi məqamlar və təsəvvürlərdə, təbiət hadisəsi, dağ özünü qorxunc qüvvə ki-

mi özünü göstərir. Böyük sosial təqiblərdən qorunmaq üçün sığınacaq axtaran in-

san, heç də əvvəlkilərdən az olmayan çətinliklər və təhlükələrlə qarşılaşır. Ona görə 

də insanlarda qorxunc dağ ruhları haqqında mifik təsəvvürlər yaranır. 

Bir sıra ciddi tədqiqatlar göstərir ki, türk xalqlarının qədim mifik inanclarında 

dağ kultu çox önəmli anlamlardandır. Bu xalqların mifık təfəkküründə dağ həm də 

müqəddəs başlanğıc hesab olunur. Hətta müqəddəs üçlük şəklində - dağ-torpaq-

günəşlə birlikdə müqəddəs başlanğıc hesab olunur.  

Belə inteprpretasiyada kosmqonik komponent ata, dağ-yer komponenti isə ana 

hesab olunur. "Oğuz Xaqan” eposunda Oğuz xanın oğullarından biri Dağ xan 

adlanır. Dağ Xan oğuzların 24 oğullarından biridir. 

Şaman mərasimlərində dağ insanlarını pis ruhlardan qoruyan totemik möv-

cudluq, varlıq, mahiyyətidir. Belə dağlardan Altay, Boqa dağlarmı, Alatay və Qara-

tay və başqaları  türk inanclar ilə bağlıdır. 

Qədim oğuzlarm ən qədim dastlarından olan, "Kitabi Dədə Qorqud" dastanın-

da mövzu üçün əhəmiyyətli olan istiqamətlər diqqəti cəlb edir. Oradakı mövcud 

dağlar yalnız sıldırım qayalarla əhatə olunmur. Onun enişi-yoxuşu keçidləri, baharı 

günəşli günləri var. Bütün bunları müşahidə edən insan bu vəziyyətin sahibinə 

təşəkkür kultunu yaradır. 

Böyük ərazilərdə, müxtəlif təbii şəraitdə yaşayan türk xalqlarının mifik təsəv-

vürləri dağ ruhunun özlərinə məxsus obrazlarını yaratmışlar. Həmin obrazlar yaxşı 

insanlara kömək edir, pis insanlara isə  cəza verir. Illər ötdükcə, dağ kultu, zaman 

dəyişdikcə ilk görünüşü ilə yaranışını dəyişir. İnsanların inanclarından, təbiət hadi-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



378

sələrini təzahür formasından asılı olaraq pis və yaxşı dağ ruhu və onu mifləşmiş 

obrazı yaranır. Bəzən tarixən yaranmış dağ ruhuna sitayişin ilk forması elə dəyişir 

ki, müəyyən kateqoriya və  mənşəyi aydınlaşdırmaq çətin olur. Məsələn, bəzən 

məlum olmur ki, insanlar "dağ yüksəlkiyinə" nəyə görə sitayiş edirlər. Yalnız 

mərasim keçirdikləri yer kimi, yaxud müqəddəsJərə qurban gətirdikləri üçünmü, 

yaxud da ənənəvi olaraq, bəlkə də Allahların güman olunduğu məkan kimi (Sinay, 

Parfenon, Olimp, Tayşan, Qaf, Altay və b) 

Qədim inanclarda bəzi dağlar xalq təsəvvürlərində  şər qüvvələrin yığıncağı 

kimi pis şöhrət tapmışdır. Türk xalqları aralarında "xöşbəxt dağ" təsvirləri 

mövcuddur. 

Dağ kultuna, sitayiş edilən mifləşmiş dağlar aiddir. Bu dağlar mifaloji 

obrazlar kimi tərənnüm edilirlər. (Olimp, Ossa Pelion, Parnas, Kiferon, İda, sinay, 

Baqda-ola, Tibet, Fudzima, Altay, Qafqaz və b). 

Təmiz mifoloji dağların özəlliyi hələ öyrənilməyib, çünki o miflər xalq mifo-

loji fantaziyası deyil, müəyyən mənada, professional kahinlərin və fılosofların spe-

kuliyasiyasına bənzəyir. Ona görə də dağ kultundan danışarkən bəzən o, öz forma 

və mahiyyəti etibarı ilə bir etnik qurum, hər hansı bir inama görə hansısa bir dağa 

görə mərasim icra edir. Bu zamandağ kultu təbii ki,  ümumi idari-mifık ümumilik 

qazanmır. Konkret olaraq deyə bilərik ki, dağ kultu müxtəlif aspektlərindən biri də 

din-mifoloji təsəvvürlərindən, tarixi, ekoloji, həmçinin regiondakı  əhalinin 

təsərrüfat fəaliyyətindən asılıdır. Çünki o zaman dini mifoloji ideyaların memorial 

kökləri açılır. Tarixi-etnoqrafık və müqayisəli etnoqrafik metod vasitəsi ilə dinin 

tarixində dağ kultunun ayrıca konkret formasını dağ kultunu-orolatriyanın dərkinə 

kömək edir. Etno – genetik cəhətdən türk xalqları ilə kök bağlılığı olan monqollar 

da  dağlara sitayiş budda kultunun tərkib hissəsinə daxil olub. 

Dağa ehtiram qədim və geniş yayılmış hadisədir. Qədim müqəddəs dağlara 

ehtiram, dağ kultunun qədim dünya dinlərində rolu böyükdür. Dağ kultu-Yunanıs-

tanda Olimp, Yəhudilərdə Sinay, Hindlərdə Himalay, Türk xalqlarmda Altay-Bo-

dırn-inli, Burxan-xaldun. və s. Manqollarda  Oçir - vanı, Burxun-ola, Burxan – bu-

tay, ya Kuku-sepke,-dağlarını yada salmaq olar. o regionda yaşayan türk xalqları və 

monqollarda Baytak-Qirgizistanda, Burul -boqda-Urumçi Altay,Ten-Şan dağ 

kultuna aid edilən zirvə və keçidlərdə dağın və onun sahibinin şərəfinə daş yığımı 

düzəldilir. Bu daş yığınına "oba" deyilir və parça ilə bəzəyirlər.) 

Altay türkleri də Bobonqan ve Kızıl dere dağların zirvəsində illərlə düzəl-

dilmiş olan daş yığnağının ortasına dik ağac keçirir mərasim vaxtı və başqa vaxta 

zirvəyə qalxan ziyarətçilər tərəfindən həmi ağaca niyyət parçası bağlanır və 

yığnağın yanından keçərkən daş parçası atılır. C.A.Tokaryevin yazdığı kimi 

Altaylara görə "Hər bir soyun qəbilə Allahından başqa öz müqəddəs dağları da 

vardır" doğurdan da Altay, Sibir türklərin folklor və inanclarında dağ ruhu, dağ 

sahibi mühüm yer tutur, həmçinin dağ sibir türklərin təfəkkürlərinə görə canlı kimi 

xizəkdə gəzir, nəğmə oxuyur, rəqs edir, danışır və ov edir. Sibir türklərinin mühüm 

hadisələrdən  əvvəl (ov mövsümündən  əvvəl) müqəddəs dağ ruhunun şərəfinə 

mərasimlər təşkil edirlər. Onunla danışır, onu köməyə çağırırlar.  İbtidai mifik 

təsəvvürləri və dinlər haqqında danışan. L.Y.Şternberq yazırdı: “Dağların uca 

zirvəsi göylərə söykəndiyi üçün buludların toplaşdığı, ildırımların çaxnaşdığı yerdir. 

Ildırımların çaxnaşması yağışların yağması, məhsulun  əmələ  gəlməsi ilə insanın 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



379

əlverişli həyatı başlanır. Elə bu dövrdə  də dağ kultu meydana gəlir.” Sibir 

türklərinin qəbilə ərazisini, ov yerlrəini cavan kişi və qadın şəklində qəbilə dağ ruhu 

qoruyur. Ov mövsümü vaxtı cavan qızlar "dağın sahibəsi" kimi ov ərazisinə gedir, 

cavan oğlanlara uğur diləyir, onlarla sahibə və gəlin kimi münasibətdə olurdular. 

Altay və Sibir türklərinin qəbilə dağ kultunun çox qədim olduğunu, hələ təbiət 

və stixıyanın antroporfik obrazlarda təsəvvür etdiklərini hələ ruhların  əşyalaşdırıl-

mış mərhələsinin başlamadağını göstərir”. 

Biz yuxarıda sosial antropoloji cəhətdən qədim qəbilənin mifik, ibtidai dini 

təsəvvür və inanclarının bu günlərimizədə də yaşadıqığın qədim Altay və Sibir türk-

lərinin dağ ruhu, dağ kultu haqqında bilgilərini araşdırdıq. Bu mövzu ilə bağlı iki 

mərhələ araşdırılması daha böyük elmi əhəmiyyət daşıyır. 

Birinci mərhələ daha çox ümumi türk mənşəli mifik təsəvvürlərin və tarixi 

abidələrin yazıya alınmuş nümunələrini araşdırmaq ilk başlanğıc olaraq mühüm 

istiqamətdir. Ümumiyyətlə, dağ ruhu, dağ kultu nəinki türk xalqlarında bütün bəşər 

sivilizasiyanın insanların diqqətini   cəlb   edən   ilk   başlanğıc   kimi   mühüm   yer  

tutur.   Bütün bəşəriyyətin  ilk  mifık  görüşlərinin,  ibtidai  dinlərin,  hətta dini  

idelogi yaşının,   Peyğəmbərlik   statusunun   yaranmasında   dağ   kultu   əsas kom-

panentlərdən    biridir. Təsadüfi    deyil    ki,  müqəddəs peyğəmbərlər Tanrı ilə ilk 

təmasların dağ kultu məkanında etmişlər. Musa peyğəmbər Sinay dağında, İsa pey-

ğəmbər Qaliliya yüksəkliyində,  Məhəmməd peyğəmbər Həra, dağında. Tək 

tanrıçılıq dinlərin yaranmasına qədər insanlar dağlara güvənir, ona sığınır, eyni 

zamanda ondan qorxur, onun könlünü almaq üçün şəninə  nəğmələr qoşur, 

mərasimlər təşkil edir, qurbanlar, hədiyyələr verirdilər. 

Türk xalqlarının mifik təsəvvürləri, inancları və dini görüşləri haqqında araş-

dırma aparmış tədqiqatçılar başqa xalqlara nisbətdə dağ kultunun   türk  xalqlarının   

həyatında  daha  önəmli   yer  tutduqlarını deyirlərOnların yazdıqlarma görə sarkal, 

kosmoqomik komponentlər göy elementləri ata yer, onun ən uca zirvəsi olan dağ isə 

ana demiqurucusudur. Elə ona görədir ki, türk xalqlarının təsəvvürlərində dağlar ulu 

yaradacı, ilk başlanğıcdırlar - xan Tanrı, Buzdağ Ata, Bayın ulu və sair bu mifik 

təsəvvürlər real dağların coğrafi          leksik-semantik          mənalarından          çox-çox 

geniş anlam daşıyır.  Türk    xalqlarının böyük    qolu    olan    və    əsrlərin qaran-

lıqlarından öz mifik inanclarının müasir dünyamıza gətirmiş oğuz türklərinin "Oğuz 

Xaqan” və “Dədə Qorqud" dastanı bu cəhətdən çox xarakterikdir. Dağ və Yer kultu 

"Oğuz Xalqa”nın nəslinin ilk başlanğıc kimi yaranması, mövcudluğunun, davamının 

mifik  əsaslarıdır. “Dədə Oprqud" dastanı dağ kultu ilə,  ümumiyyətlə  oğuz tay-

falarının astral kosmoqomik görüşlərinin araşdırılması üçün böyük mənbədir. “Dədə 

Qorqud" dastanını araşdırarkən qədim türklərin mifik alqış və qarğış təsəvvürlərinin 

bütün dastan boyu özünü göstərdiyinin şahidi oluruq. “Dircə xan oğlu Buğac boyun-

da” Xainlər Buğacın guya qanunsuz ova çıxmasını, anası ilə birləşib Dirsə xanı öldü-

rəcəkləri ilə bağlı yalan uydururlar, köksügözəl ala dağa və Buağaca xəyanət edirlər. 

Dastanda oğuzların güvənc yeri olan dağ ruhuna, igidlik şərəfinə xəyanət edirlər. 

Buğac köksü  gözəl böyük dağa ova çıxır. O, igiddir, gəncdir, cəsarətlidir, 

mənəviyyatca təmizdir. "Köksü  gözəl böyük dağla” birlikdə saf və yenilməzdir. 

“Köksü  gözəl böyük dağlara gün düşəndə" qırx döyüşçüsü ilə doğma atası ona 

xəyanət edir. Oğlunun gəlmədiyini görən Burla xatun güvən qaynağı olan köksü 

gözəl böyük dağa inam gətirərək  Dirsə xandan oğlunu soruşur: 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



380

Köküsü gözəl böyük dağa çıxdın. 

İki getdin bir gəlirsən, balam hanı? 

Qarşıdakı Ala dağdan bir oğul uçurdunsa de mənə. 

 

Burla xatun Qazlıq dağında oğlunu yaralı gördüyündə isə  dağa qarğış edir. 



 

Niyə axır sənin suların, qazlıq dağı 

Belə axmaqdansa heç axmasın 

Niyə bitir sənin otların, 

Belə bitməkdənsə, heç bitməsin! 

Keyiklərin qaçır sənin, Qazlıq dağı, 

Qaçar ikən, qaçmaz olsun, daşa dönsün! 

 

Dağ ruhu, dağ kultu mifık təsəvvürlərinə  və günahsızlıq anlamına görə bu 



qarğış cavabını almalıdır. Dağ ruhuna haqsız olaraq qarğayan ananın cavabını Bu-

ğac verir: 

Bəri gəl, ağ südünü əmdiyim, xanım ana!  

Ağ birçəkli hörmətli, canım ana! 

Axar sular deyib qarğama,  

Qazlıq dağının sularının günahı yoxdur.  

Qaçan keyiklərini qarğama,  

Qazlıq dağının günahı yoxdur.  

Aslanını, qaplanını qarğama, 

Qazlıq dağının günahı yoxdur. 

Qarğayırsan atamı qarğa, 

Bu suç, bu günah atamındır-dedi. 

 

Buğacın cavabında qədim dövrlərdən, əsrlərdən gələn dağ kultu, qəbilə tayfa 



tabuları, harmoniyası pozulmuşdur. Buğac dağ ruhunun, axar suların, keyiklərin, as-

lanların, qaplanların bu məqamda mənafeyini qoruyur, ata başlanğıcına, ata kultunu 

günahlandırır. Dağ çiçəyi ilə ana südü başlanğıcnı müqəddəsləşdirilir. Iki yaradıcı 

başlanğıc - dağ  və Ana - günah işlətmiş, nahaqdan qan tökmüş Ata başlanğıcına 

qarşı qoyulur. Pozulmaz harmoniya bərpa olunur. "Yerli böyük dağların 

yıxılmasın!" alqışı dağ kultunun şərəfinə səsləndirilir. 

Dastanda ölkənin düşmənlər tərəfindən işğal olunması zamanı-dağ ruhu kö-

məyə çağırılır, ilk başlanğıcın  fəlakəti göstərilir:  

Qarşu yatan qarlı dağlar  

Qarıyıbdır otu bitməz  

Qanlı- qanlı irmaqlar  

Quruyubdur, suyu gəlməz 

Qədim Oğuz mifik təfəkkürünə görə çətin sual yaranardısa ilk öncə dağ ruhu-

na tapınar, sorğunu ondan sorardılar. "Qarşı dağdan sorar olsam yay yaylaq kimin?”  

Elə-obaya fəlakət gələndə yenə dağ kultunu yada salaraq – 

Qarşı yatan qara dağım yıxılıbdır - deyirlər. 

Bamsı  Beyrəyin yarışlarda qalıb  gələrək  Selcan xatuna qovuşduğu zamana 

qaynatasını bu sözlərlə qutlayır: 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



381

Sıra dağların yıxılmışdı, ucaldı axır"  

Sonda isə Dədəm  Qorqud "bu oğuznamə Beyrəyin olsun!  Deyərək sözlərini 

bu alqışla tamamlayır" "Uca dağların yıxılmasın"' 

Dastanda  oğuzlar  igidin  uca  şərəfini  bu  alqışlarla  mənalandırırlar: 

"Qarşı yatan qara dağım yüksəyi oğul!" ' 

"Basatın Təpəgözü öldürdüyü boyu”nda və   başqa  xalqlardada da dağ kul-

tunun yayılmış variantları var. 

Tədqiqatçılar bu boyu Homerin "Odiseya”sındakı Siklopla müqayisə 

edirlər. Təpəgözün də Siklon kimi tək gözü var, o dağlarda yaşayır, hanibal 

xarakterlidir. “Təpəgöz Oğuzdan çıxdı, bir uca dağa vardı, Yol kəsdi, adam aldı, bö-

yük hərami oldu.” Bu boyda dağ kultu insanla zərər verən Təpəgözün sığınacağıdır. 

Burada artıq insanlar dağa güvənmirlər,  əksinə ondan fəlakət gözləyirlər, lakin bu 

fəlakət keçəridir. Basat kimi igidin sayəsində dəf olunur. Artıq “Qara dağ” fəlakət yeri 

deyil Basat kimi igidlərə “keçid verən” uğur məkanıdır. Ona görə də   

 Dədəm Qorqud Basatın bu qələbəsini belə qutlama ilə alqışladı. 

-Qara Dağa yetəndə sənə keçid versin! 

Aşqın- daşqın sular sənə keçid versin! 

Uca dağlar Oğuz oğullarının, igidlərinin güvəndiyi məkan olmaqla yanaşı, 

həm də təbiətə qovuşmaq, təbiətlə, ucalıqla təmasda olmaq yeri idi. Bəkilin xanımı 

ərini incik görəndə deyir." Sən gedəli, xanım, arquru yatan ala dağların olvalnma-

mışdır. Ata bingil, könlüm açılsın” (203) 

"İç   Oğuzun   Daş      Oğuza  dönük çıxması    və Beyrəyin öldürülməsi bo-

yu"nda da belə məqam özünü göstərir. 

-Qazan xan yerindən durub gəldi. 

Ala dağda çadır-otaq tiklədi. Üç yüz altmış altı igid söhbətinə yığıldı. 

İgidlik göstərmənin əsas yeri də uca dağlardır. Qazan xan düşmənlərinə deyir:  

-"Hündür yerdə yumru başı top kimi kəsdim” 

Onda belə "ərəm, bəyəm" deyə öyünmədim (215) 

Yüksək-yüksək böyük dağdan daş yuvarlansa, öz dizimi – oynağımı qarşısına 

tutan mənəm.  

O başqa bir məqamda isə - uca dağda dolu yağsa, qara qatı duman dursa 

Qaracıq atın qulaqları çovqunluqda görünməsə, 

-Bələdçisiz qorxu çəkən igidlər də yol yanılsa, 

Bələdçisiz yol tanıyan, yol bacaran Qazan mənəm -deyir. 

(Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy)  

Mövzu ilə bağlı araşdırmalar göstəriri ki, bəşər tarixində bütün xalqların mifik 

görüşləri, inanclarında, dini, ruhu təxəyyüllərində  məişət və  həyat tərzlərində dağ 

kultu ilkin bağlanğıc kimi mühüm yer tutduğu üçün həmişə çağdaş elmi 

istiqamətlərdən biri kimi yeni münasibətlər, yeni axtarışlar tələb edir.  

 

Ədəbiyyat 



 

1)

 



Potapov L.P Kult qor na altaye Moskva "Sovetskaya etnoqrafıya 

№2 1946 


2)

 

Kozin S.A. "Sokrovennoye skazaniye Yuançuo -bı-şi»' "sbornik" 1 c 



M-l 1941 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



382

3)

 



Patonin Q.N. oçerki severo – zapadnoy Monqolii c. II. M. 1988 

4)

 



Tokayeyev S.A. Ranniyeye  formı reliqii  

5)

 



Tokaryev problema proisxojdenii reliqii 

6)

 



Kızlasov İ.L.  "Qora   proroditelnitsa   v    folklore    Xakasov" 

Sovetxkaya etnoqrafıya  № 2 1982  

7)

 

Unan Ke "Mifı drevnoqo Kitaya”  M. 1965 



8)

 

Rövşən Əlizadə "Azərbaycan folklorunda təbiət kultları" "Nurlan" 



208. Bakı 

9)

 



Toporov V.P. Qora mifi norodov mira M. 1989.  

10)


 

 “Kitabi Dədəqorqud” dastanı Bakı Yazıçı, 1988 

 

Х.Ахундов 



По «Культ гор в Азербайджанской фольклоре » 

Резюме 


 

Исследование  опирается  на  факты  верований  и  обрядов  тюркских 

народов  и  основном  Азербайджанских.  Ознакомлением  фактами  замечается 

каков  разнообразие  явлений  кроется  под  этим  терминами.  В  стати  старается 

показать, разнообразное не только виды, формы, и проявления культ горном 

его идейные и материальные корны. В фольклоре весьма разнообразных мате-

риальных аспектах и тем самым в разных социальной функциях.   

 

 



H.Akhundov 

 On "The Cult of the mountains in the Azerbaijan folklore" 

Summary 

 

The study is based on the facts of beliefs and practices of the Turkic peoples 



of Azerbaijan and mainly. Becoming familiar facts seen what lies variety of events 

this term. In the article tries to show not only the diverse types, forms and 

manifestations of the cult of the mountain its ideological and material roots. In the 

folklore of a wide variety of material aspects, and thus in different social functions 

 

Rəyçi:                Bədirxan Əhmədov 



                filologiya elmləri doktoru,  professor  

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə