Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   45

 

It `s  told about navoiyguiding in former  Soviet Unioun at  the beginning  of  

20

th

 century, in this  article. Analysis of monography  and articles  devoted to 



“Xamsa” of Alisher Navoiy are given  in this article. Thoughts about Navoiy in 

materials of Baku conference of 1926 year. The main  stages  of development of 

Uzbek navoiguiding.  Hamsaguiding  in the  first  third of 20

th

 centure.  The main 



results  of  studying  of works of  Navoiy in the  typological direction. It `s  told 

about navoiyguiding in former  Soviet Unioun at  the beginning  of  20

th

 century, in 



this  article. Analysis of monography  and articles  devoted to “Xamsa” of Alisher 

Navoiy are given  in this article. Thoughts about Navoiy in materials of Baku 

conference of 1926 year. The main  stages  of development of Uzbek navoiguiding.  

Hamsaguiding  in the  first  third of 20

th

 centure.  The main results  of  studying  of 



works of  Navoiy in the  typological direction. 

 

Rəyçi:       Almaz Ülvi (Binnətova) 



                filologiya elmləri  doktoru 

 

 



 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



411

KÖNÜL VƏLİYEVA 

Azərbaycan Müəllimlər İnstitunun Sumqayıt Filialı 

 

BÖYÜK İNGİLİS KLASSİKI BERNARD ŞOU 

 

Açar sözlər: Obraz, Satira, Yumor, Sarkazm, Drama  



Ключевые слова: Образ,сатира, юмор, сарказм, драма 

Key  words:  Image, satire, humor, sarcasm, drama 

 

Corc Bernard Şou  İrland  əsilli Böyük Britaniyanın V.Şekspirdən sonra ən 



məşhur dramaturqudur. Dünya ədəbi ictimayyəti onun yaradıcılığını yüksək qiymət-

ləndirmişdir. Ona görə də o, 1925-ci ildə Nobel mükafatı laueratı adını almışdır. B. 

Şou nəyinki yaradıcılıq etibarı ilə məşhur olmuş, hətta sağlığında onun haqqında he-

kayələr, rəvayətlər yaranmışdır. Müəllif öz obrazları, dramaturgiyasındakı  kəskin 

satiric obrazlardan daha satiric təfəkkürə malik idi. Onun kəskin ağlı qarşısında hər 

şey sanki mənasını itirirdi.  

Şounun ailəsi əsl-nəcabətli sayılsa da, ehtiyac onlardan yan keçməmişdi. Nəticə-

də Bernard kilsə məktəbini bitirəndən sonra - 15 yaşından işləməyə başlamışdı. Əslində 

təhsil ona heç nə verməmişdi. Özünün də etiraf etdiyi kimi daha çoх oхuduğu kitabların 

–Şekspirin, Dikkensin əsərlərinin, "Min bir gecə" nağıllarının,  İncilin təsiri altında 

formalaşmışdı. Anasının və ailənin dostu, dirijor Con Linin təşviqi ilə erkən yaşlarından 

musiqi ilə maraqlanmış, fortepiano ifaçılığı sənətinə yiyələnmişdi. 

Onun atası ailəsini ataraq Londona köçdüyü üçün oğlu Şou da Londona kö-

çür. Ailəsinin vəziyyətinin ağırlığı və cəmiyyətdəki qeyri-bərabərlik Şounun sosia-

lizm ideyaları ilə maraqlanmasına zəmin yaratmışdı. 1884-cü ildə o, ingilis sosia-

listlərinin Fabian cəmiyyətinə üzv olmuşdu. 27 il bu cəmiyyətin sıralarında çalışan 

məşhur dramaturq sosial məsələlərlə bağlı bir neçə broşüra yazmış  və  dəfələrlə 

Londonun fəhlə rayonlarında mühazirələrlə çıхış etmişdi. 

B. Şou özünü ədəbiyyatdan ayrı görə bilmirdi. O yazıçı olmağı qarşısına məq-

səd qoymuşdur və pedant dəqiqliyi ilə hər gün mütləq beş səhifə yazırdı. Həm də 

qəzetlərdə musiqi tənqidçisi kimi məqalələri çap olunurdu. Lakin ilk beş romanın-

dan heç birini nəşr etdirə bilmədiyindən çoх vaхt anasının cüzi gəlirlərindən asılı 

qalırdı. 

Dram yaradıcılığına başlamamışdan  əvvəl Bernard Şou 1885-1890-cı illərdə 

Londonun "Uorld", "Star" kimi populyar qəzetlərinin teatr və musiqi tənqidçisi ol-

muşdu. İngilis şairi U.Oden onu "bəlkə də bütün zamanların ən yaхşı musiqi tənqid-

çisi" adlandırmışdı. 

Teatrşünas kimi guşə apardığı "Saterdey revyu" qəzetində Şou realist dramlar 

və  İbsen yaradıcılığı haqqında məqalələrlə  çıхış edirdi. Onun "İbsenizmin mahiy-

yəti" kitabçası (1891) həmin dövrdə Avropada populyar olan Norveç sənətkarı haq-

qında ingilis dilində ilk ciddi tədqiqat əsəri idi. 

Məhz bu əsərin təsiri ilə  İbseni ingilis səhnəsində tamaşaya qoyan rejissor 

T.Qreyn Şounun özünü pyes yazmağa təşviq etmişdi. Lakin müəllifin ilk dram əsə-

rinin – "Dul qadının evi" (1892) pyesinin səhnə taleyi uğurlu olmamışdı. İkinci ta-

maşadan sonra əsər repertuardan çıхarılmışdı. Sonrakı altı ildə Şou 9 pyes yazsa da, 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



412

onlara yaхın duran tapılmadı. İngilis fahişələri haqqındakı "Missis Uorrenin peşəsi" 

pyesi isə, ümumən, senzura qadağası ilə üzləşmişdi. 

Şounu dramaturq kimi tanıdan ilk əsəri 1897-ci ildə ABŞ-da tamaşaya qoyu-

lan "Şeytanın  şagirdi" pyesi oldu. Müəllif vətəni Britaniyadan əvvəl Amerikada 

şöhrət qazandı. 1898 -ci ildə o, əsərlərinin iki cildliyini "Хoşa gələn və хoşa gəlmə-

yən pyeslər" adı altında çap etdirmişdi. Bernard Şou Fabian cəmiyyətinin üzvü olan 

irland sosialisti Şarlotta Peyn Tausendlə ailə qurmuşdu. Onlar yarım  əsr birlikdə 

yaşamışdılar. Ancaq övladları olmamışdı. 

"Şeytanın şagirdi"nin ardınca müəllifin 1903-cü ildə "Kandid" pyesi də ABŞ 

səhnəsində göstərilmişdi. Növbəti ildə isə Londonun Kort teatrında oynanılan "Con 

Bullun başqa adası" pyesi böyük rəğbətlə qarşılandı. Deyilənə görə tamaşaçıların 

arasında olan ingilis kralı VII Edvard o qədər gülmüşdü ki, altındakı kreslo sınmış-

dı. 1904-1907-ci illərdə Kort teatrında göstərilən 988 tamaşanın 701-i Bernard Şou-

nunu pyesləri  əsasında hazırlanmışdı. Bu əsərlərin sırasına müəllifin "Kandid", 

"Yaşayarıq, görərik", "İnsan və fövqəlinsan", "Mayor Barbara", "Həkim dilemma 

qarşısında" kimi biri-birindən fərqli pyesləri daхildi. O, həqiqətən də, qısa müddət-

də ürəklərə və beyinlərə hakim kəsilməyi bacarmışdı. 

Məhz bu əsərin təsiri ilə  İbseni ingilis səhnəsində tamaşaya qoyan  rejissor 

T.Qreyn Şounun özünü pyes yazmağa təşviq etmişdi. Lakin müəllifin ilk dram əsə-

rinin – "Dul qadının evi" (1892) pyesinin səhnə taleyi uğurlu olmamışdı. İkinci ta-

maşadan sonra əsər repertuardan çıхarılmışdı. Sonrakı altı ildə Şou 9 pyes yazsa da, 

onlara yaхın duran tapılmadı. İngilis fahişələri haqqındakı "Missis Uorrenin peşəsi" 

pyesi isə, ümumən, senzura qadağası ilə üzləşmişdi. 

Şounu dramaturq kimi tanıdan ilk əsəri 1897-ci ildə ABŞ-da tamaşaya qoyu-

lan "Şeytanın  şagirdi" pyesi oldu. Müəllif vətəni Britaniyadan əvvəl Amerikada 

şöhrət qazandı. 1898 -ci ildə o, əsərlərinin iki cildliyini "Хoşa gələn və хoşa gəlmə-

yən pyeslər" adı altında çap etdirmişdi. Bernard Şou Fabian cəmiyyətinin üzvü olan 

irland sosialisti Şarlotta Peyn Tausendlə ailə qurmuşdu. Onlar yarım əsr birlikdə ya-

şamışdılar. Ancaq övladları olmamışdı. 

"Şeytanın şagirdi"nin ardınca müəllifin 1903-cü ildə "Kandid" pyesi də ABŞ 

səhnəsində göstərilmişdi. Növbəti ildə isə Londonun Kort teatrında oynanılan Birin-

ci Dünya müharibəsinin başlanması ilə Şou populyarlığını sürətlə itirdi. Buna yazı-

çının "Nyu steytsmen" jurnalındakı "Müharibə sağlam ağıl baхımından" adlı böyük 

oçerki səbəb olmuşdu. Həmin yazıda Şou münasibətləri hərbi yolla aydınlaşdırmağa 

çağıran  İngiltərə  və Almaniyanı  kəskin tənqid etmiş, beyinləri dumanlanan vətən-

pərvərləri ələ salmışdı. 1916-cı ildə İrlandiya üsyanını dəstəkləməsi də onu istəmə-

yənlərin sayını artırmışdı. Şounu Dramaturgiya klubunun üzvlüyündən çıхarmışdı-

lar, mətbuatda haqqında kəskin, təhqiramiz yazılar dərc edilirdi. 

Şou isə heç nə olmamış kimi yaradıcılığı ilə məşğul idi. Müharibə ərəfəsində 

yazdığı populyar səhnə  əsərlərindən olan "Piqmalion" (1914) pyesində o, zəngin 

təbəqənin davranış və ədalarını amansızlıqla ələ salmışdı. Sonralar bu pyesin motiv-

ləri əsasında bu gün də ABŞ və Avropa səhnələrindən düşməyən "Mənim gözəl le-

dim" müzikli ( 1956 ) hazırlanmışdı. 

Bütün təzyiqlərə baхmayaraq, Şou müharibəyə münasibətdə barışmaz mövqe-

yindən geri çəkilməmişdi. "Ürəklərin qırıldığı ev" (1921)tragikomediyasında müəl-

lif günahsız insan qanı aхıdılması üçün məsuliyyət daşıyan nəslin mənəvi cəhətdən 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



413

necə miskinləşdiyini,tənəzzülə  uğradığını ustalıqla açıb göstərilmişdi. "Mafusailə 

doğru" (1922) əsərini isə Şou pyes-diskussiya kimi qələmə almışdı. Ümumiyyətlə, 

yaradıcılıq həyatının son illərində Şou ənənəvi realizmdən müəyyən qədər uzaqlaş-

mış, bədii forma və  mətn üzərində bir sıra cəsarətli eksperimentlər aparmaqdan 

çəkinməmişdi.  

Şou yaradıcılığının mühüm hissəsini müəllifin epistolyar irsi təşkil edir. O, 

uzun və məhsuldar həyatı boyu 250 mindən çoх məktub yazmışdı. Bu məktublarda 

ciddi ictimai-siyasi məsələlərə, ölkə və dünya miqyasında gedən proseslərə, ədəbiy-

yat, teatr və sənət məsələlərinə münasibət öz əksini tapmışdı. 

Bernard Şou yalnız fiziki deyil, əqli uzunömürlülüyü ilə də özünəməхsus re-

kord qazanmışdı. O, son səhnə əsərini – "Bayandın milyardları" pyesini 92 yaşında 

tamamlamışdı. Həyatının sonuna qədər bu yorulmaz irlandiyalı, bəzən  əndazəsini 

aşan yumor hissini, iti ağlını, ən gözlənilməz fikir və mülahizələrə dərhal və hazır-

cavablıqla reaksiya vermək bacarığını qoruyub saхlamışdı. 

Bernard  Şounun  İslama ciddi rəğbəti olub. O, yazılarında həm  İslam dini 

barədə, həm də İslam Peyğəmbəri (s) barədə dəyərli sözlər deyib. Onlardan bəziləri: 

"Mən həmişə Muhəmmədin (s) dininə, onun həyatiliyinə görə böyük hörmət hissi 

ilə yanaşmışam. Mənə elə gəlir ki, o, hər zaman və hər yerdə cazibəli ola bilən və 

həyatın ən müxtəlif sahələrində məişət üçün yararlı olan yeganə dindir... 

...Orta əsrlər xristian ruhaniləri ya öz nadanlığı, ya da ki, təəssübkeşliyi üzün-

dən İslamı ən tutqun boyalarla təsvir etmişlər. Mən Muhəmmədi (s) dahi bir şəxsiy-

yət kimi öyrəndim,  əmin oldum ki, o, Məsih  İsa ilə düşmənçilikdən uzaqdır. Biz 

onu mütləq "Bəşəriyyətin xilaskarı" adlandırmalıyıq. Mən inanıram ki, onun kimi 

bir adam müasir dünyanın başında dursa, onda dünya ən çox ehtiyacı olduğu sülh və 

səadəti bərqərar etməklə bütün problemlərini uğurla həll edər! Mənim millətimin 

nümayəndələri olan avropalılar Muhəmmədin (s) dinini qəbul edirlər, biz hətta deyə 

bilərik ki, Avropanın İslama keçidi başlanmışdır. XXI əsr başa çatmamış Avropa öz 

problemlərinin həlli üçün İslamdan kömək diləməyə başlayacaqdır. 

...Mən Məhəmmədin (s) dini ilə bağlı öncədən xəbər verirəm. Bu din, bugün-

kü avropalılar tərəfindən məqbul hesab olunduğu kimi, sabahın Avropası tərəfindən 

də qəbul ediləcək". 

Bernard Şou həmçinin çox hazırcavab olub. Tarixdə onunla bağlı maraqlı bir 

hadisə qeyd edilir: Həddindən artıq kök olan bir nəfər Bernard Şounun arıqlığına 

işarə edir: “Sizə baxanda adama elə  gəlir ki, İngiltərə aclıq çəkir”. Bernard Şou 

kefini pozmadan deyir: “Sizə baxanda isə elə fikirləşmək olar ki, İngiltərənin aclıq 

çəkməsinə səbəb sizsiniz”.  

Siyasi və sosial-mənəvi həyatın satirik mənzərələrini yaradan, dilinin itiliyi və 

acılığı ilə şöhrət tapan Şou yalnız bir dəfə ədəbi ənənəsinə хilaf çıхmışdı. O, Fransa 

milli qəhrəmanı Janna d`Arkın simasında yeni mövzu və qəhrəman tapmış, ilk və 

son faciə əsərini –"Müqəddəs İonna" dramını (1924) yazmışdı. 

1925-ci ildə Bernard Şou "idealizm və humanizmlə səciyyələnən yaradıcılığı-

na, əksər hallarda müstəsna poetik gözəlliklə müşayiət olunan sirayətedici satirasına 

görə" Nobel mükafatı laureatı olmuşdu.  Şou həyatdakı bir çoх hallar kimi Nobel 

mükafatına da müəyyən istehza ilə yanaşırdı. Hətta bir dəfə demişdi ki, "dinamiti 

kəşf etdiyinə görə bəlkə də Alfred Nobelin təqsirindən keçmək olardı. Amma Nobel 

mükafatını yalnız bəşəriyyətin düşməni olan bir adam təsis edə bilərdi".  İstənilən 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



414

halda, İsveç Akademiyası seçimini etmiş, qərarını vermişdi. İsveç ədəbiyyatşünası 

Per Halsterm pyeslərinə yazdığı dərin məzmunlu müqəddimələrə görə Bernard Şou-

nu "bizim günlərin Volteri" adlandırmışdı. 

B. Şou ilk vaxtlar Nobel mükafatından imtina etmək istəyirdi. Lakin хanımı 

Nobel ödülünün onun şəхsində İrlandiyaya verildiyinə inandırandan sonra qərarını 

dəyişmişdi. Bernard Şou hər cür təmtərağın  əleyhdarı olduğundan təqdimat məra-

simində iştirakdan boyun qaçırmışdı. Mükafatın pul hissəsini isə İsveç ədəbiyyatını 

ingilis dilinə tərcümə etmək üçün fondun yaradılmasına ayırmışdı. 

1938-ci ildə "Piqmalion" pyesinin motivləri əsasında çəkilən filmə görə Şou 

həm də Oskar  mükafatı almışdı. Beləliklə indiyə  qədər o, ədəbiyyat 

və incəsənət sahəsində  hər iki məşhur mükafata layiq görülən yeganə  sənət adamı 

olaraq qalmaqdadır. 

Bernard  Şou yalnız fiziki deyil, əqli uzunömürlülüyü ilə  də özünəməх-

sus rekord qazanmışdı. O, son səhnə əsərini – "Bayandın milyardları" pyesini 92 ya-

şında tamamlamışdı. Həyatının sonuna qədər bu yorulmaz irlandiyalı bəzən əndazə-

sini aşan yumor hissini, iti ağlını, ən gözlənilməz fikir və mülahizələrə dərhal və ha-

zırcavablıqla reaksiya vermək bacarığını qoruyub saхlamışdı. 

Irlan  əsilli Böyük Britaniyanın hətta Avropanın və Amerikanın  ən məşhur 

simalarından olan Bernard Şou dramaturgiyası və ümumən yaradıcılığı elmi məqə-

lalələri və şəxsiyyəti XX əsrin ən dəyri sərvəti hesab olunur. Onun yaradıcılığı ke-

çəri deyil əbədidir. Onun şəxsiyyəti gələcək nəsillərə nümunədir. Belə şəxsiyyətlər 

ölmürlər daimi yaşayırlar.  

 

Ədəbiyyat 



 

1.

 



(А. R. Williams, Lenin. The Man and His Work. N. Y., Scott and Seltzer, 1919, 

p. 173—174). 

2.

 

«Афоризмы  Бернарда  Шоу» («Литературная  газета», 1931, № 40, 



25 июля).  

3.

 



С. Динамова «Бернард Шоу», стр. 75.  

4.

 



Bernard Şou "Bayandın milyardları" 

5.

 



Bernard Şou "Dul qadının evi" (1892) 

 

 



 Konul Veliyeva  

Of the topic of a great British classic Bernard Shaw  

Bernard Shaw 

Summary 


 

  As creativity has been popular, even in the lifetime of his stories and legends 

were created. Bernard Shaw to the literature, not in the show itself. It aims to be a 

writer, and a five-page writing every day with pedantic accuracy.The author's 

characters, a sharp satiric images was thinking more satiric. His personality is an 

example to future generations. Permanent residents of such personalities. 

 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



415

Кенуль Велиева 

Тему великий британский классический Бернард Шоу  

Резюме 


 

   В творчестве был популярен, даже при жизни его рассказы и легенды 

были  созданы.  Бернард  Шоу  в  литературе,  а  не  в  само  шоу.  Она  стремится 

быть  писателем,  и  на  пяти  страницах  написания  каждый  день  с  символами 

педантичный accuracy.The автора,  резко  сатирическое  изображение  больше 

думал  сатирической.  Его  личность  является  примером  для  будущих  поколе-

ний. Постоянные жители таких личностей. 

 

Rəyçi:             Qurban Bayramov  



                       fəlsəfə  elmləri doktoru 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



416

REYHAN  QULİYEVA 

ADU 


 

BAYRON POEMALARINDA ŞƏRQİN BƏDİİ TƏSVİRİ 

 

Açar sözlər  Çirkin sima, Lırık romantık tıplı, Nöqteyi-nəzər, Nifrət və 

intiqam hissi, Onun xeyrinə. 



Key Words:  Ugly face, Lirical-romantik style, Point of view, Hatred and 

revenge feelings, In his favour  



Ключевые  слова:  Уродливое  лицо,  Романтическая  стиль,  Точка  зре-

ния, Себе впользу. 

 

“Şərq Poemaları”nda Bayron Şərqi doğru və düzgün təsvir etmişdir. 



Bu sahədə onun yaradıcı fantaziyası ona çox kömək etmişdir. Bayron hər şe-

yi öz şəxsi təcrübəsinə arxalanaraq yazmışdır. Öz poemasında Bayron Şər-

qin təsvirini gördüyü kimi, şahid olduğu gözəllikləri ilə təsvir etmişdir.   

XIX  əsr  İngilis poeziyası  və  Şərq mövzusuna müraciət zamanın tələ-

bindən irəli gəlir. Hazırda Avropaya meylli gənclik tarixən Avropanın da 

Şərqdən bəhrələndiyindən xəbərdar olmalı, öz tarixi keçmişi ilə fəxr etməli-

dir. Onlar bilməlidirlər ki, Şərqin dahiləri, Şərqin elmi dərin tərbiyəvi əxlaqi 

dəyərləri ilə  zəngin  əfsanələri zaman-zaman Qərbin maraq dairəsində ol-

muşdur. XIX əsr Avropanın Şərqə meylini məhz Bayronun timsalında araş-

dırmaqda da bunu nəzərdə tutmuşuq.  

Dövrünün bütün çaxnaşmalarının  şahidi olan “İş yoxdursa, Kral da, 

maşınlar da qoy cəhənnəm olsun” deyə küçələrə axışan işsizlərin mövqeyini 

müdafiə edən həssas qəlbli Bayron bütün yaradıcılığı boyu haqqın tərəfin-

dən çıxış etməyə çalışmışdır. Hətta etiraflarının birində demişdir ki, əgər 

türklər məhkum, yunanlar onlara əzab verən hakim olsaydılar o, türklərə qo-

şulub yunanların zülmlərinə qarşı vuruşardı. Daxili və xarici irticaya, haq-

sızlığa barışmaz olan Bayronun qəhrəmanları da təkbaşına mübarizə aparan 

romantik qəhrəmanlardır. Bu onun mövzusunu Şərqdən götürdüyü əsərlərin-

də də görünür. Romantik Şərq aləmi onu həmişə özünə cəlb etmiş, Şərqə ya-

xından bələd olmaq üçün səyahət etmiş, orada Şərq xalqları arasın da yaşa-

maq, dillərinə bələd olmaq istəmişdir. Bu məqsədlə o, Şərq ölkələrinə səya-

hət etmiş və bu mövzuda əsərlər yazmışdır.      

Bayron XIX əsr dünya ədəbiyyatında insan hüquqları uğrunda mübari-

zə edən, zülmə, əsarətə qarşı çıxan ilk mübariz şair olmuşdur.  

Bayrondan sonra gələn və dünya ədəbiyyatında görkəmli yer tutan 

müxtəlif xalqların  şairləri Bayronun istedadına, onun odlu ehtirasına, coş-

ğun ilhamına pərəstiş etmişlər. Polşada Adam Mitskeviç, Almaniyada Hei-

rix Heyne, Fransada Viktor Huqo, Rusiyada Aleksandr Puşkin onun haqqın-

da yüksək ilhamla danışmışlar.  

Bayron romantizm zəmanəsinin ən qabaqcıl ideyalarını əks etdirən ro-

mantist idi.  

Belinski Bayronun yaradıcılığını xarakterizə edərək deyir: “Heç bir 

şair öz-özünə, öz əzab və iztirabları üzündən, sevinci üzündən dahi ola bil-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



417

məz. Hər bir şair o zaman dahi olur ki, onun sevinc və kədərinin kökləri cə-

miyyətə və tarixə bağlı olsun. O, cəmiyyətin, zəmanəsinin, bəşəriyyətin bir 

üzvü olsun”.  

Öz yaradıcılığını istibdad və zülmə qarşı mübarizəyə, insan hissləri və 

amallarının çiçəklənməsi və  qələbəsi işinə  həsr edən  şair real həyatla 

mütərəqqi amillər arasında ziddiyyəti dərk etdikcə daha çox mübariz olur, 

mövcud çirkab mühitini daha çox rüsvay edirdi. Bu cəhət Bayronda daha 

güclü, daha üsyankar və özünə məxsus bir şəkildə əksini tapmışdır. O, yal-

nız tənqid etməklə kifayətlənmir, bütün tərəddüdlərinə baxmayaraq, istis-

mardan inqilab yolu ilə azad olmağın lazım gəldiyini hiss edirdi. Bu sahədə 

Bayronun aydın siyasi idealı olmasa da, o azadlıq və ədaləti geniş mənada 

anlamağa çalışır, xalqla dostluğunu müdafiə edib qəsbkarlıq müharibələrinə 

qarşı çıxırdı.  

Bayron öz güclü romantik qələmini də ehtirasla sevən qəlbini bu işə 

həsr etmiş, bu yolda qurban vermişdir.  

1809-cu ildə Bayron səyahətə  çıxır. O, İspaniyada, Malta adasında, 

Yunanıstanda və Türkiyədə olur. Bu, Bayronun Yaxın Şərqə ilk səyahəti idi.  

Yaxın Şərq ölkələrinə səyahətdən qayıtdıqdan sonra 1813-1815-ci illər 

ərzində Bayron bir neçə poema yazır. Sonradan bu poemalar ədəbiyyat ta-

rixində “Şərq poemaları” adı ilə məşhur olur.  

“Şərq poemaları”ndan danışarkən Bayronun həmin dövr yaradıcılığı-

nın iki əsas xüsusiyyəti nəzərə alınmalıdır. Bunlardan biri, Bayronun Şərq 

ölkələrinə səyahətdən sonra yazdığı əsərlərə Şərq poeziyasının müsbət təsiri, 

digəri isə, bu poemalarda daxili və xarici irtica qüvvələrinə qarşı kəskin eti-

raz və üsyan mötivlərinin zəngin olmasıdır.  

Bayronun yaşadığı dövr avropalıların Şərq ölkələri ilə ciddi maraqlan-

mağa başladıqları dövrdür.  

Bayron  Şərqə  səyahətdən sonra, “Şərq poemaları”nı, “Çayld Harold” 

poemasını məhz bu dövrdə yazmışdır.  

“Şərq poemaları”nda Şərqi doğru və düzgün təsvir etmək üçün Bayro-

nun yaradıcı fantaziyası ona az kömək etməmişdir. O, 1818-ci ildə Mura 

yazdığı bir məktubda deyir: “Mən bir şey haqqında öz şəxsi təcrübəm və 

müəyyən əsasım olmadan yaza bilməzdim”.  

Bayronun səyahət zamanı rast gəldiyi elə bir hadisə, elə bir şəxs, seyr 

etdiyi elə bir mənzərə yoxdur ki, öz əksini “Şərq poemaları”nda tapmasın. 

“Şərq poemaları” içərisində şərq sözləri və ifadələri ilə daha çox zəngin olan 

“Kavur” poemasının sujetini Bayronun səyahət zamanı təsadüf etdiyi hadisə 

təşkil edir. Bayron Şərq ölkələrinə səyahət etdiyi dövrdə Albaniyada hakim-

lik edən Əli paşanın zülmü hər yeri bürümüşdü. Onun etdiyi zülm haqqında 

xalqın qoşduğu mahnılar dillərdə dolaşırdı. Bu mahnılardan  biri Əli paşanın 

əmri ilə göldə batırılan günahsız bir alban qızı haqqında idi. Həmin mahnını 

Bayron da eşitmişdi. Bu günahsız qızın taleyi Bayronu və onun yol yoldaşı  

Hobhauzu çox maraqlandırırmış  və onlar hadisəni müfəssəl öyrənməyə 

çalışmışdılar. Əli paşanın gəlini, əri Muxtarın son zamanlar onu gözdən sal-

dığından qayınatasına şikayət edir. Əli paşa gəlinindən Muxtarın tanış oldu-

ğu qızların adlarının siyahısını tələb edir. Ona təqdim olunan siyahıda bu işə 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



418

heç dəxli olmayan Frozina adlı günahsız bir alban qızının  da adı var imiş. 

Paşanın əmri ilə bütün adları siyahıda olan qadınlar, eləcə də Frozina çuvala 

Salınır və göl də boğdurulur. Bayronun alban bələdçisi Basili də o qızları 

müşayiət edən əsgərlərdən biri olmuşdur. Bu hadisəni də Bayrona bütün tə-

fərrüatı ilə söyləyən olmuşdur. 

Poemanın qəhrəmanı Kavur atəşin məhəbbətlə sevən, qəlbi düşmənə 

qarşı nifrət və intiqam hissi ilə dolu olan şərqlidir. Bu xüsusiyyət Bayronun-

Şərq poemalarının bütün qəhrəmanlarına aiddir.  

Şərq poemalarında “Leyli və Məcnun” dastanındakı Leyli obrazını xa-

tırladan əlamətlərə də təsadüf edilir. Professor Əli Sultanlı haqlı olaraq Ni-

zaminin “Leyli və  Məcnun” poemasının Avropada ən çox təsirini “Abidos 

gəlini”ndə görür.  

Şərq haqqında yazan başqa ingilis şairlərindən Bayronun üstünlüyü 

orasındadır ki, o, Şərq adətlərini özünə məxsus bir şəkildə vermişdir. Müsəl-

man qadınlarının naməhərəmlərə baxmaq hüququndan məhrum olması və s. 

buna misaldır.       

Şərq şerinin ən gözəl xüsusiyyətlərini, ifadə tərzini ingilis poeziyasın-

da ilk dəfə özünə məxsus bir şəkildə işlətməklə yanaşı müəyyən şərq sözlə-

rini də ingilis dilinə ilk dəfə gətirən Bayron olmuşdur.  

Bayron istifadə etdiyi bu sözləri mexaniki mənada işlətmir və  bəzən 

onlara yeni məna verir.  

Bayronun yeni məna verib işlətdiyi şərq sözlərinə həmin mənada başqa 

ingilis yazıçılarının da əsərlərində rast gəlirik. Məs: sultanə-xanım mənasın-

da, saray-hərəmxana mənasında və s.  

“Şərq poemaları”nda ilk dəfə işlədilən şərq  sözlərinin əksəriyyəti türk 

sözləridir. Bunun da səbəbi, bu poemalarda türk həyatı, adət və ənənələrinin 

təsvir olunmasıdır.  

Bayron öz poemalarında  şərqin bədii təsvirini özünəməxsus gözəllikləri 

ilə vermişdir və bu da bizim həmin gözəllikləri dərk etməyimizə komək edir.  

Corc Qordon Bayronun adı ilə  nəinki  İngiltərədə, həmçinin ümumdünya 

ədəbiyyatında yeni dövr inqilabi-romantizm dövrü bağlıdır. 

Bayron XIX əsr dünya ədəbiyyatında insan hüquqları uğrunda mübarizə edən, 

zülmə, əsarətə qarşı çıxan ilk mübariz şair olmuşdur. 

Bayrondan sonra gələn və dünya ədəbiyyatında görkəmli yer tutan müxtəlif 

xalqların şairləri Bayronun istedadına, onun odlu ehtirasına, coşqun ilhamına pərəs-

tiş etmişlər. Polşada Adam Mitskeviç, Almaniyada Henrix Heyne, Fransada Viktor 

Huqo, Rusiyada Aleksandr Puşkin onun haqqında yüksək ilhamla danışmışlar. 

Bayron romantizmi zəmanəsinin  ən qabaqcıl ideyallarını  əks etdirən roman-

tizm idi. 

Bellinski Bayronun yaradıcılığını xarakterizə edərək deyir: “heç bir şair öz-

özünə, öz əzab və iztirabları üzündən, sevinci üzündən dahi ola bilməz. Hər bir şair 

o zaman dahi olur ki, onun sevinc və kədəri cəmiyyətə və tarixə bağlı olsun, o, cə-

miyyətin, zəmanəsinin, bəşəriyyətin bir üzvü olsun ”. 

Öz yaradıcılığını istibdad və zülmə qarşı mübarizəyə, insan hissləri və amalla-

rının çiçəklənməsi və  qələbəsi işinə  həsr edən hər iki şair real həyatla mütərəqqi 

adamlar arasında ziddiyyəti dərk etdikcə daha çox mübariz olur, mövcud çirkab mü-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



419

hitini daha çox rüsvay edirdilər. Bu cəhət Bayronda daha güclü, daha üsyankar və 

özünə məxsus bir şəkildə əksini tapmışdır. O, yalnız tənqid etməklə kifayətlənmir, 

bütün tərəddüdlərinə baxmayaraq, istismardan inqilab yolu ilə azad olmağın lazım 

gəldiyini hiss edirdi. Bu sahədə Bayronun aydın siyasi idealı olmasa da, o azadlıq 

və ədaləti geniş mənada anlamağa çalışır, xalqlar dostluğunu müdafiə edib qəsbkar-

lıq müharibələrinə qarşı çıxırdı. 

Bayron öz güclü romantik qələmini də, ehtirasla sevən qəlbini də bu işə həsr 

etmiş, bu yolda qurban vermişdir. 

XIX əsrin əvvəllərində yetişmiş məşhur ingilis şairləri içərisində ən görkəmli 

yerlərdən birini də inqilabçı romantik şair Persi Bişi Şelli tutur. Şelli dünya ədəbiy-

yatının ən böyük şairlərindən biri, bəşəriyyətin bədii xəzinəsinə gözəl əsərlər vermiş, 

bütün ömrü boyu xalqın azadlığı uğrunda, ictimai ədalətsizlik əleyhinə fədakarlıqla 

mübarizə aparmış mədəniyyət xadimlərindəndir. 

Şelli 1792-ci ildə qədim bir dvoryan ailəsində anadan olmuşdur. 1810-cu ildə 

Oksford universitetinə daxil olmuş, lakin öz azad düşüncələri və inqilabi fikirləri 

üstündə bir ildən sonra həmin universitetdən azad edilmişdir. Bu zaman Şelli İrlan-

diyaya getmiş və orada başlanan milli-azadlıq hərəkatında  böyük fəaliyyət göstər-

mişdir. 1812-ci ildə Şelli İngiltərəyə qayıtmış və ardıcıl  surətdə yaradıcılıq işi ilə 

məşğul olmağa başlamışdır.  İngiltərədə xalq kütlələrinin mənafeni müdafiə edən 

Şellinin ədəbi və publisistika fəaliyyəti hakim dairələrin xoşuna gəlmirdi. Ona görə 

də İngiltərənin siyasi dairələrində və hakim təbəqələri arasında Şelliyə qarşı kəskin 

bir nifrət hissi alovlanırdı. Mürtəce mətbuatın dedi-qodusu ilə təqib olunan Şelli, öz 

müasir  şair Bayron kimi, həmişəlik olaraq doğma vətənindən çıxıb getməyinə 

(1818) məcbur olur. Bu zaman o İtaliyada yaşayır. Şairin “Çençi” (1819), “Azade-

dilmiş Prometey” (1819), “Ellada” (1821) və bir sıra başqa bu kimi məşhur əsərləri 

də İtaliyada yazılmışdır. Şellinin “Britaniyanın oğullarına”, “İngiltərə 1819-cu ildə” 

və s. Bir sıra bu kimi ən yaxşı siyasi şeirləri də həmin vaxta aiddir. Şelli 1822-ci il-

də istedadının çiçəkləndiyi bir dövrdə faciəli surətdə vəfat etmişdir. 

Karl Marksın dediyinə görə, Şelli  “əsl inqilabçı idi və həmişə sosializmin qa-

baq dəstəsinə mənsub ola bilərdi”. Bayron və Şelli kimi ingilis şairlərinin inqilabi 

poeziyasını Fridrix Engels də yüksək qiymətləndirir və bu şairlərin bədii üsullarının 

xüsusiyyətini göstərərək, Şellinin gələcəyi çox böyük bir uzaqgörənliklə dərk etdi-

yini qeyd edirdi. Engels göstərirdi ki, Şelli və Bayronun fəhlələr arasında oxucuları 

daha çoxdur. 

İnqilabçı romantik şair Şellinin yaradıcılığı XIX əsrdə fəhlə hərəkatının inki-

şafına böyük təsir göstərmişdir. Bu təsir təkcə İngiltərədə  deyil, XIX əsrdə Avropa 

ölkələrinin bir çoxunda özünü göstərmişdir. Şellinin şeirləri XIX əsrin 40-cı illərin-

də Almaniyada fəhlələrin yığıncaqlarında ən yaxşı inqilabçı alman şairlərin əsərləri-

lə  bir sırada oxunurdu. 

Şellinin demokratik ruhlu poeziyası indi də öz təsir gücünü saxlayır və impe-

rialistlərin irticaına qarşı kəskin bir silah olmaq etibarilə bütün ölkələrin xalqlarına 

xidmət edir. 

Şellinin poeziyası Çinin qəhrəman vətənpərvərlərini və Vietnamın  igid xalqı-

nın öz vətənlərinin azadlığı  və istiqlaliyyəti uğrunda mübarizəyə ruhlandırmışdır. 

Çin Xalq Respublikasının və Hindistanın xalqları bu böyük inqilabçı şairin əsərləri-

ni məhəbbətlə öyrənir və bu əsərləri öz dillərinə tərcümə edirlər. 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



420

Böyük proletar ədibi şair Şellinin əsərlərini yüksək qiymətləndirmişdir. Qorki 

özünün bir sıra məqalələrində Şelli haqqında danışaraq onu böyük sənətkar və xalq-

la dərindən bağlı olan bir şair hesab etmişdir. 

Şellinin bədii yaradıcılığının xüsusiyyəti ondan ibarətdir ki, o, XIX əsrin əv-

vəllərində poema janrını xüsusilə inkişaf etdirmiş və bu janrdan öz siyasi fikirlərini 

ifadə etmək üçün məharətlə istifadə etmişdir. Onun romantik poemalarında XVIII 

əsrin axırı və XIX əsrin əvvəllərindəki ən aktual məsələlər – İngiltərədə başlanmış 

demokratik hərəkat, Fransada baş vermiş 1789-1793-cü illərin burjua inqilabı, Av-

ropa xalqlarının “Müqəddəs  İttifaq”  əleyhinə apardığı mübarizə, yunanların milli 

azadlıq mübarizəsi və başqa bu kimi hadisələr öz bədii əksini tapmışdır. 

Şellinin inqilabi romantik poemalarının tarixi-bədii  əhəmiyyəti xüsusilə bö-

yükdür. Çünki həmin dövrün azadlıq hərəkatı ilə bağlı olan əsl xalq arzu və idealları 

bu poemalarda əks etmişdir. Şellinin əsərləri bizim üçün də maraqlıdır. Onun inqila-

bi poeziyası və ruhu etibarilə müasir zamanın mütərəqqi ədəbiyyatına çox yaxındır. 

 

Ədəbiyyat 



 

1.C.G.Bayron. “Şərq poeması” 

2.C.G. Bayron. “Seçilmiş əsərləri” 

 

Рейхан Кулиева 



Байрон поеме показыны Восточные традиции 

Резюме 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə