Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   45

SEVİL  İSMAYILOVA  

Azərbaycan Müəllimlər İnstitunun  

Sumqayit filiali 

 

CONATAN SVİFT VƏ ONUN “QULLİVERİN SƏYAHƏTİ” ROMANI 

 

Açar sözlər: parodiy, sarkazm, fantastika, satira, ironiya  

Ключевые слова: Пародия, Сарказм, Фантастика, Сатира, Ирония 

Key words: parody, sarcasm, Science fiction, Satire, the irony 

 

Böyük ingilis yazıçısı Conatan Svift "Qulliverin səyahəti" satirik romamı ilə 



bütün dünyada şöhrət qazanmışdır.  

Yazıçı o zamankı İngiltərənin dövlət  quruluşunu, ictimai qaydalarını  və adətlə-

rini  amansız bir surətdə lağa qoyur və qamçılayır.  O hakim siniflərin parazitliyini və 

varlıların riyakarlığını, amansızlığını, öz mənfəətlərini güdəlırini, eqoizmini ifşa 

edirdi və bu Sviftin xəyal və icad qüdrətinin, doğrudan da, tükənməz olduğunu 

göstərirdi. Onun Qulliverinin başına nələr gəlmir. Qulliverin səyahətinin az qala 

hər səhifəsində müəllifin zamanındakı ictimai münasibət və hadisə lər ə aid 

e yh a m  və  işarələr vardır. Sviftin kitabının başlıca məna və  əhəmiyyəti və  hər 

rütbədən olan bütun parazitlərə və müftəxorlara qarşı nifrət, öz əllərilə dünyanın bu-

tun maddi nemətlərini yaradan namuslu zəhmətkeşlərə hörmət və  məhəbbətdən 

ibarətdir. 

S

atirik



 

fəlsəfı, - son dərəcə dərin mənalı ciddi roman olan bu əsər, eyni za-

manda ən şən, sevimli və geniş yayılmış bir uşaq kitabı olmuşdur. 

Conatan Svift əziyyətlər, həyəcanlar, məyusluq və əzablarla dolu uzun və ağır 

bir həyat keçirmişdir. Sviftin uşaqlığı  ağır keçmişdi. Uzun illər boyu ehtiyac içində 

yaşamış, varlı qohumlarının verdikleri cüzi yardım ilə dolanmışdır. Svift on dörd 

yaşında məktəbi qurtarıb, Dublin universitetinə daxil olmuşdu ki, həmin universitetdə 

hələ orta əsr qaydaları hökm sürürdü. 

Universitet yooldaşlaları sonradan xatırlayıb göstərirlər ki, hələ o illərdə Svift 

öz hazırcavablığı, tutarlı söz deməsi müstəqil və qəti bir səciyyəyə malik olması ilə 

hamıdan seçilirdi. Universitetdə keçilən 

Bütün fənlərdən ən çox şeir və tarixlə maraqlanır, əsas fənn olan din dərs-

lərindən isə "səliqəsiz" qiymətlər alırdı. 

1688-ci ildə Svift universiteti qurtarmağa imkanı olmadığından,  İngiltərəyə 

gedir. Məhrumiyyetlərlə və yaşamaq uğrunda mübarizə ilə dolu müstəqil həyata baş-

layır. Svift xeyli əlləşdikdən sonra axırda nüfuzlu bir əyan olan ser Vlyam Templin 

yanında katiblik vəzifəsinə qəbul olunur.  

Boş vaxtlarında O, yazıçılıqla məşğul olur və öz ədəbi əsərlərini çap etditirdi.   

Qürurlu və sözgötürməz bir gənc olan Sviftə katib ilə nökər arasında qalan bu 

vəziyyətiə öyrəşmək çətin idi və bu qulluqdan xoşu gəlmirdi. O, öz "havadarını" atıb, 

daha az həqarətli olan bir qulluq tapmaq ümidilə yenidən İrlandiyaya gedir. Bu təşəb-

büs də boşa çıxdıqda, Svift yenidən öz əvvəlki ağasının yanına qayıtmalı olur. Sonralar 

Templ onun qabiliyyətini qiymətləndirib, ona daha diqqətli münasibət göstərməyə 

başlayır, Sviftlə uzun-uzadı söhbətlər edir və  zəngin kitabxanasından ona kitablar 

tövsiyə edir, onu öz dostları ilə tanış edir və ona məsul tapşırıqlar etibar edir.  


 

Filologiya  məsələləri – №7, 2013

 

 



429

1692-ci ildə Svift magistr elmi dərəcəsinə dissertasiya müdafiə edir və bu, ona ki-

lsədə vəzifə sähibi olmaq hüququ verir. Ancaq o Mur-Parkda qalmağı üstün tutub, 1699-

cu ildə Templ ölənə  qədər, anacaq fasilələrlə burada yaşayır, sonra isə ehtiyac onu 

yoxsul bir İrlanidiya kəndi olan Larakörda ruhäni vəzifəsində işləməyə vadar edir. 

Taleyin Svifti yenidən aparıb çıxartdığı  İrlandiya o zamanlar geri qalmış, 

yoxsul və tamamilə İngiltərədən asılı olan bir ölkə idi. İngilislər orada zahirən mux-

tariyyət olduğunu göstərməyə çalışırdılar, lakin əslində İrlandiya qanunlarının təsirini 

heçə endirmişdilər. 

İrlandiyada yaşadığı müddət Svift üçün səmərəsiz keçmədi. O, ölkəni başdan-

başa gəzib, ehtiyacları və arzuları ilə tanış oldu, məzlum İrlandiya xalqına rəğbət his-

si duymağa başladı 

İngilterədə  sənaye və ticarət çiçəklənməkdə idi. Tacirlər və sahibkarlar 

xalq kütlələrini talamaq və müstəmləkələrdə aparılan qırğınlar sayəsində, misli 

görünməmiş  dərəcədə varlamrşdılar.  İti gedən ingilis gəmiləri Yer kürəsinin 

dənizlərini seyr etməkdə idi. Tacirlər və fırıldaqçılar az məlum olan torpaqlara 

soxulub yerliləri qırır,  əsarət altına alır, uzaq ölkələrin təbii sərvətlərini "mənim-

səyirdilər" və bu yerlər İngilis müstəmləkələrinə çevrilirdi.  

1704-cü ildə Svift imzasız olaraq "İnsan cinsinin ümumi təkmilləşməsi üçün 

yazılmış çəllək nağılı" adlı çox gözəl kitabını nəşr etdirdi. 

"Çəllək nağılı" - ingilis xalq ifadəsi olub, mənası boş-boşuna danışmaq, çərən-

çilik etmək deməkdir. Amma "Çəllək nağılı"nın başlıca mövzusu İngiltərədə ən çox 

yayılmış olan hər üç dini cərəyanın: anqlikan, katolik və protestant kilsələrinin kəskin 

satira atəşinə tutulmasından ibarətdir. Svift bu üç kilsənin rəqabətini üç qardaş: Mar-

tin (anqlikan kilsəsi), Pyotr (katolisizm) və Cek (protestantizm) surətində təsvir edir.  

Conatan Svift son dərəcə möhkəm sirr saxlayan bir adam idi. Öz daxili aləmi-

nin və yaradıcılığının sirlərini ən yaxşı dostlarına da açmazdı. Onun tərcümeyi-halın-

da indiyə qədər bir çox sirli və aydın olmayan cəhətlər qalmışdır. 

Üzərində altı ildən artıq işlədiyi və  həyatının  ən başlıca məhsulu olan "Bir 

neçə  gəminin  əvvəlcə  cərrahı, sonra kapitanı olmuş Lemyuel Qulliverin bəzi uzaq 

ölkələrə  səyahəti" romanının yaranmasını xüsusilə gizlin saxlamışdı. Sviftin bütün 

başqa  əsərləri kimi, bu kitab da imzasız nəşr edilmişdi. Hətta 1726-cı ildə romanın 

əlyazmasını "naməlum şəxsdən" almış olan naşir özü də bunun müəllifinin kim oldu-

ğunu  bilmirdi. 

"Qulliver" oxucuları  hər  şeydən  əvvəl öz qeyri-adi süjetilə, qəhrəmanın 

liliputlar və nəhənglər, laputalılar və quiqnqnmlar arasında olduğu zaman aldığı tə-

əssüratın heyrətverici dərəcədə dürüst düşünülmüş təsvirlərilə cəlb etmişdir. Bir çox-

ları "Qulliveri" əyləncəli, gülməli bir nağıl kimi başa düşüb, bu fantastik əhvalatda 

dərin bir məna olduğunu, İngiltərənin qayda-qanunlarının adət və siyasətinin amansız 

satira atəşinə tutulduğunu dərk etməmişlər. 

Sviftin yaşının keçmiş olduğu bir vaxtda yaratdığı "Qulliverin səyahəti" yazıçı-

nın həyat haqda uzun illər boyu düşüncələrinin məhsuludur. 

Çox qəribə fantastika hələ romanın birinci səhifələrindən, Qulliverin gəmi 

batdıqdan sonra, altı düymə boyda xırdaca adamlara əsir düşməsi ilə başlanır. 

Həqiqətə əsla bənzəri olmayan şeylər barədə Svift elə soyuqqanlı, sakit, elə 

doğruçu bir əda ilə danışır ki, guya söhbət həyatda hər bir addımda rast gələn ən 

adi hadisəbr barədə gedir. Bu zaman Qulliverin rəvayətləri o qədər əsaslandırılmış və 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



430

inandırıcı görünür ki, biz qeyri-ixtiyari olaraq bu xırdaca adamcığazlan və onlan əhatə 

edən şeyləri Qulliverin özü kimi gözümüzün önündə görməyə başlayırıq. 

Həqiqətə uyğunluq duyğusu tənasüb və ölçülərə  ən dəqiq surətdə riayət 

edilməsi, ən diqqətli hesablama və faktik məlumatın bolluğu sayəsində əldə edilir. 

Belə ki, məsələn, Svift Liliputstanı  təsvir etdikdə, belə bir təsəvvürə  əsaslanır ki, 

liliputların boyu Qulliverin boyundan on iki dəfə kiçikdir, buna görə də, onların bə-

dənlərinin səthi təxminən 150 dəfə (12X12), həcmi isə  təxminən 1700 dəfə 

(12X12X12) bizim bədənimizdən kiçikdir. Buradan da bir çox qəribə epizod və 

anlaşılmazlıqlar  əmələ  gəlir. Müəllif liliput dərzilərinə Qulliver üçün yeni kost-

yum hazırlamağın nə  dərəcədə böyük bir zəhmətlə başa gəldiyini, buna nə  qədər 

parça sərf edildiyini, Qulliverin saxlanılmasının baha oturduğunu onun üçün əlverişli 

bir ev tapılmasının və s. nə qədər çətin olduğunu ətraflı surətdə nəql edir. 

Eyni zamanda "Qulliverin səyahəti"ndə hər bir cizgi və ştrixdə bir çox eyham 

və işarələr vardır ki, bunlar əfsanəvi Liliputstan ilə Sviftin zamanındakı İngiltərə arasın-

da bir çox müştərək cəhətlərin olduğunu görməyə məcbur edir. Həqiqətdə insanlara mü-

hüm və hətta əzəmətli görünən ictimai hadisələr və qarşılıqlı insan münasibəti gözlənmə-

dən mikroskopik dərəcədə kiçilir, onun sayəsində xırdaca və gülünc görünür. 

Qulliver görür ki, liliputların arasında da, demək olar ki, onun öz vətənində 

olan eyni adət və ənənələr mövcuddur. Belə məlum olur ki, bu xırdaca cırtdanlar da 

böyüklük, şöhrətpərəstlik, xudbinlik iddiasına düşür, sərvəti, mənsəbi hər şeydən ar-

tıq qiymətləndirir, öz xırdaca krallarını dünyanın ən qadir hökmdarı sayır, bir-birilə 

mübahisə edir, dedi-qodu yayır, intriqa aparır və daxili müharibələrə girişirlər. Bən-

zəyiş daha irəli gedir, bir-birilə düşmənlik edən liliput siyasi partiyaları – hün-

dürdaban tərəfdarları və alçaqdaban tərəfdarları, ingilislərin tori və viqlər partiyalarına 

bənzəyir; yumurtanın iti ucu və küt ucu tərəfdarları məzhəbləri isə, yumurtanın hansı 

başından sındırmaq barədə qəti bir qərara gələ bilmirlər ki, bu da o zamanın dini mü-

bahisələrinin satirik bir təsviridir. Liliputstandan dar bir körfəzlə ayrılan düşmən 

Blefüsku dövləti,  əlbəttə,  İngiltərə ilə uzun müharibə aparan Fransadır. Dartılmış 

ipin üzərində başqa saray adamlarından daha məharətlə oynamağı yə padşahın tutduğu 

ağacın üstündən yaxşı hoppanmağı bacaran liliput maliyyə naziri bir çox cəhətdən 

İngiltərənin baş naziri Uolpola liliputların xəsis, hamıdan şübhələnən və qorxaq pad-

şahları isə, şübhəsiz ki, kral I Georqa bənzəyir. 

Bu misallardan aydındır ki, "Qulliverin səyahəti"ndəki hər bir epizodda Svift za-

manındakı ictimai və siyasi həyata işarələr vardır. 

Romanın ikinci hissəsində, Qulliverin nəhənglər ölkəsindəki macəraları təsvir 

edildikdə, Svift Ingiltərənin siyasi və ictimai həyatının daha ayrı-ayrı nöqsanlarını və 

hökmdarlarının deyil, bütünlüklə idarə sistemini və dövlət quruluşunu tənqid edir. 

Qulliver özü indi raiskin bir liliputa dönüb, bu nəhənglər aləmində bir çox əzab və əziy-

yətlər çəkir. 

"Səyahətin" ikinci hissəsində mərkəzi yeri, Qulliverin nəhənglər kralı ilə söh-

bəti tutur ki, burada Qulliver İngiltərənin qanun və adətlərindən ətraflı danışır. Liliput-

ların həyatı Qulliverə nə qədər miskin görünürdüsə, nəhənglər kralına da insanların hə-

yatı o qədər miskin görünür. 

Bu ağıllı, məlumatlı padşahın dililə Svift dövlət və siyasi xadimlərin 

satqınlığını, mənfəətpərəstliyini ifşa edir; seçicilərin rəyini satın almaq və hər cür 

sui-istifadələr üçün geniş imkan verən ingilis seçki qanunlarını pisləyir; onun fıkrin-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



431

cə, nöqsanlı olan İngiltərənin parlament quruluşunu tənqid edir ki, burada palata 

üzvləri azad seçki yolu ilə deyil, irsiyyət qaydasılə  təyin edilirlər; məhkəmə 

süründürüçülüyü və hoqqabazlıqlarınını, ölkə üçün ağır yük olan qanlı müharibələri, 

gənclərdə eqoist meyllər və pis adətlərin inkişafına geniş imkan verən tərbiyə, təlim 

üsullarını və sairəni qamçılayır. 

Romanın üçüncü hissəsində Qulliverin cürbəcür uydurma ölkələrə - Laputaya, 

Balnibarbiyə, Laqqneqqə, Qlabbdobdribə, eləcə  də Yaponiyaya səyahətini təsvir 

edən fəsillərdə də biz həmin fikirlərə daha kəskin bir şəkildə rast gəlirik. Qulliver 

Balnibarbidə olduğu zaman, yerli füosoflarla görüşür. Qulliver söyləyir. "Bəd-

bəxtlər elə üsullar axtarırlar ki, onların vasitəsilə padşahları inandırsınlar, onlar da 

öz nədimlərini ağıllı, qabiliyyətli və xeyirxah adamların içərisindən seçsinlər, nazir-

ləri ümumi rifahın qayğısına qalmağa öyrətsinlər, yalnız cəmiyyətə görkəmli xid-

mətlər göstərən adamları mükafatlandırsınlar; padşahları inandırsınlar ki, onların 

həqiqi mənfəətləri yaqətli adamlara tapşırılmalıdır". 

Svift bu xəyalpərəstlərin baş tuta bilməyəcək planlarını kinayəli bir surətdə saya-

saya, sətirlərarası özünün insan həyatının və dövlətin qurulması barədə müsbət 

görüşlərini söyləyir. O istəyir ki, vətəndaşlar cəmiyyət qarşısında borclarını qorxu və 

zorla deyil, yüksək şüurluluq və öz yaxın adamlarına qarşı duyduqları məsuliyyət hissilə 

yerinə yetirsinlər. 

O, arzu edir ki, insanın ləyaqəti onun sərvəti və rütbəsilə deyil, ağlı və mənə-

vi keyfıyyətlərilə, öz fəaliyyəti sayəsində insanlara verdiyi həqiqi fayda ilə ölçülsün. 

Svift bütün kitab boyu mütləqiyyət və zorakılığın cürbəcür təzahürlərini ifşa 

edə-edə  xəyalları növbə ilə Qulliverin qarşısından gəlib-keçən, Roma respublikası 

qəhrəmanları haqqında heyranlıqla danışır. "Mən hər  şeydən artıq zalım və  cəllad 

hökmdarları tələf etmiş, azadlığı və məzlum xalqların tapdanmış hüququnu bərpa et-

miş adamların simalarına baxmaqdan ləzzət alırdım". Sviftin rəyinə görə, zəhmətkeş 

xalq - netmətlər yaradan adamlar ən dərin hörmətə layiqdirlər: "Eyni tarlada bir sün-

bül və ya bir ot əvəzinə ikisini bitirməyi bacaran hər kəs insanlığa və öz vətəninə bü-

tün siyasətçilərin bir yerdə etdiklərindən daha artıq xidmət etmiş olur". 

Öz müasirlərindən yüksəkdə durmasına və onlardan uzağı görməsinə baxma-

yaraq, Svift dünyada hökm sürən şəri necə aradan qaldırmaq və ictimai adətləri necə 

yaxşılaşdırmaq sualına tam aydın bir cavab tapa bilməmişdir. 

Xalqın iztirab və  bədbəxtliklərində o öz mənfəətlərini güdən hökmdarları, 

saray adamlarını və acgöz varlıları taqsırlandırır. "Hər varlının müqabilində mindən 

artıq yoxsul var, Açıq-aşkar söyləmək olar ki, bizim xalqın çox böyük əksəriyyəti mis-

kin həyat keçirir". Svift Qulliverin dililə məsləhət görür ki: "padşahların və nazirlərin 

köməyi olmadan da keçinmək mümkün ikən, onlara etibar edilməməlidir". 

Svift istehzalı bir tövrlə Laqadodakı Böyük akademiyanın alimlərini, 

mənasız layihələrin hazırlanması ilə  məşğul olan boş  xəyalbazlan ustalıqla təsvir 

edir. Onlar hörümçək torundan qumaş hazırlamaq, buzu yandırıb barıt qayırmaq, xi-

yardan günəş enerjisi almaq, evi özüldən deyil, damından başlayaraq inşa etmək və s. 

ilə  məşğul olurlar. O zamanlar elmi işlər arasında, doğrudan da, orta əsr sxolastik 

qalıqlarının xeyli tör-töküntülərinə rast gəlmək olurdu. Öz zəmanəsinin  ən elmi 

adamlarından biri olan Svift, əlbəttə, ümumiyyətlə elmə qarşı deyil, heç bir əməli 

fayda verməyən, zamanın və həyatın tələbatından ayrılmış olan elmə qarşı çıxır, öz 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



432

biliklərilə  şəxsən varlanmaq və xalqı kobud bir surətdə aldatmaq məqsədilə möh-

təkirlik edən alimlərə nifrət bəsləyirdi. 

Conatan Svift yalnız orta əsr alimlərinə, dvoryanlıq və ruhaniliyin tüfeyliliyinə, 

saray adamlarının padşahlar qarşısında pərəstişkarlığına, sxolastik saxta elmə istehza 

etməklə kifayətlənməyib, xalq üçün yeni istismar növləri və yeni məhrumiyyətlər, 

iztirablar və fəlakətlər gətirən burjua münasibətinə də istehza edirdi. Svifti xüsusən 

mənfəətpərəst adamların  şərəfsizcəsinə qazanc güdmələri, müstəmləkə qarətlərinin

sənaye və ticarətin onlar üçün yaratdığı bütün imkanlardan pulçıxarmaq cəhdləri həd-

dən çox qəzəbləndirirdi. 

Svift Laqadodakı xəyalbazlar akademiyasını təsvir edərkən, göstərir ki, "akade-

miyalar" insanlığı "xoşbəxt etmək üçün" onlarca üsullar təklif edirlər. Müəllif əlavə 

edir: "ancaq təəssüf ki, hələ bu layihələrdən heç biri başa çatdmlmamışdır; hələlik 

isə ölkə  gələcək firavanlığı gözləyə-gözləyə xarabaya çevrilmişləri, evlər uçulur, 

əhali isə aclıq və cır-cındır içində gəzir". 

Romanın dördüncü hissəsində  qəhrəman xəyali quiqnqnmlar ölkəsinə düşür. 

Qulliverin atlar ölkəsində olmasını  təsvir edərək, məyus olmuş  və yorulmuş Svift 

öz hazırcavablığına tam sərbəstlik verir, həmvətənlərinə sübut etməyə çalışır ki, 

onların həyatı qeyri-insani, çox pis, çox haqsız və amansız qurulmuşdur. 

Çirkin, acgöz ikiayaqlı  vəhşilər olan yexular get-gedə daha artıq Qulliverin 

yadına onun "mədəni" həmvətənlərini salır; əksinə, sadəlövh atlar ona "insani" adam-

lardan daha mehriban görünürlər, onların dillərində hətta "yalan" anlayışı da yoxdur: 

Qulliver bu nəticəyə gəlir ki, insanlıq kökündən xarab olmuşdur və insanlar insanlıq 

simasını itirib, iyrənc yexulara çevrilirlər. 

Sviftin qəzəbli və acı satirasında insan həyatının  əsaslarını köklü danmaqdan 

başqa heç nə görməyən tənqidçilər Svifti bir səslə insan-sevməz adlandırıb bu qondar-

ma insansevməzliyi müəllifin xasiyyətinin pisliyilə izah etməyə çalışırlar. Lakin bü-

tün kəskinliyinə baxmayaraq, Svift satirası içərisində həyatı təsdiq edən bir əsas var-

dır. Zira o, ümidini itirmir ki, "nəhayət, ağıl kobud qüvvəyə qalib gələcəkdir". 

Svift öz zəmanəsini, bütün özbaşınalıqları və sərtliklərilə dünyanı dəyişdirəcək 

və islah edəcək olan daha yaxşı gələcək naminə inkar etmişdir. 

Sviftin satirası yayınmaadan qarşıdakı hədəfı düz vurur və bu hədəf müəllifm 

özünə olduğu kimi, oxucuya da açıq-aydın görünür. Svift öz mühakimə və nəticələ-

rində heyrətverici dərəcədə ardıcıl və  məntiqidir. Onun bütün eyham və  işarələri 

asanlıqla şərh edilir; XVIII əsr İngiltərəsinin ictimai-siyasi həyatının tamamilə müəy-

yən və konkret hadisələri şəklində göz önündə canlanır. "Qulliverin səyahəti" dünya 

ədəbiyyatında on gözəl satirik əsərlərdən biridir. 

Öz zamanındakı  İngiltərənin bütün nöqsanlarını qorxmadan açıb göstərən, 

"qüdrətli azadlığın coşqun mübarizi", ağlın,  ədalətin tərəfdarı  və parlaq satirik olan 

Conatan Svift qabaqcıl insanlıq üçün bu gün də  əzizdir. Onun qəzəbli və coşqun 

kitabı, indi də milyonlarla oxucuların qəlbində xalqa zülm edənlərə, zorakılığa və 

şərə qarşı qəzəb hissi oyadır. 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



433

С.Исмаилов 

 По роману великого Английского классика Джонатана Свифта о 

«путешествия Гуливера»   

Резюме  

 

Вершина  творчество  Свифта  «Путишествия  Гуливера» (1726) Паро-



дия  и  одновременно  совершенствуя  литературы  путешествий,  с  «откры-

вает»  фантастические  страны,  сатирические  комментария,  реальные  пе-

рерективы  и  идеалы  европейского  общественного  устройства.  Его  коми-

чные,  сближающим  отражением  предстает  мирок  лилипутов;  здравый  и 

свободный рассудок выносит приговор новейшим свершениям истории. В 

«Путишествия Луливера»  осмеяно безумие «чистого» научного прогресса,  

не  состоятельность  буржуазная  просветительная  гуманияма.  Демонстри-

руется, выдвинута ироническая диллема  «разум» социально извращенным 

человеческом существованием.  

 

S.Ismailov 



 on the novel by the great English classic Jonathan Swift on the  

"journey Guliver" 

Summary 

 

The top of Swift's work "Guliver Trips" (1726), a parody, and improving 



travel literature, with "opens" a fantastic country, satirical commentary, real and 

ideals of the European social order. His comedic, bringing together the reflection 

appears little world of Lilliput, robust and free mind adjudicates the latest 

achievements of history. In "Trips Gulivera" ridiculed the madness of "pure" scien-

tific progress, not solvency bourgeois educational gumaniyama. Demonstrates 

launched an ironic dilemma "mind" socially perverse human existence. 

 

Rəyçi:           Firuz Mustafa 



                 fəlsəfə elmləri doktoru 

 

 



 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



434

 

Mündəricat 



 

ÄÈË×ÈËÈÊ 

 

 

Nigar Veliyeva 



History of the transnational processes and their’s influence on the enrichment  

of word-stock of english  ............................................................................................ 3 



Məhəbbət  Əsədova 

Bəzi dillərdə müşahidə edilən işarə və şəxs əvəzlikləri kontominasiyası  

hallarının psixolinqvistik aspektdən təhlilinə dair  ..................................................... 12 

Pərvanə Mövsümova 

Games - motivation in teaching english ..................................................................... 18 



Hashimhudjayeva Mohirukh Muzaffarovna 

The ways of plant nomination in english, russian and uzbek languages..................... 23 



Jurayev Elbek Sadullayevich  

The types of dictionaries............................................................................................. 28 



Sənubər Zeynalova 

Bədii nitqin üslubiyyatında metaforanın rolu  ............................................................ 33 



Sevda  Kazımova 

Перевод юридических текстов ............................................................................... 38 



Мехти Рагимов 

Самира Касумова 

Проблемы перевода английских  пословиц и поговорок...................................... 43 



Yaşar Məmmədli 

Leksik yolla intensivliyin ifadə yolları ....................................................................... 49 



Şirməmməd Qulubəyli 

Təklik anlayışı müasir Azərbaycan dilində kəmiyyət funksional – semantik  

kateqoriyasının tərkib hissəsi kimi ............................................................................. 54 

Nuriyyə Rzayeva 

Azərbaycan dilində  ingilis dili mənşəli terminlərin leksik və semantik  

xüsusiyyətləri ............................................................................................. 60 

Dilarə Həmidova 

Müasir ingilis ədəbi dilində felin şəxssiz formaları sistemində məsdərin yeri  .......... 65 



Ülkər Musayeva 

Azərbaycan ədəbi dilində kəmiyyət bildirən əlamətlər .............................................. 69 



Eldar Ağayev 

Slenq – dilçilik  termini kimi  ..................................................................................... 75 



Lalə  Rzayeva 

Bədii mətndə personaj nitqinin leksik xüsusiyyətləri ................................................ 80 




Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə