Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


Filologiya  məsələləri – №7, 2013



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

 

 

 



 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



69

                                                                                  ÜLKƏR MUSAYEVA 

Bakı Avrasiya Universitetinin müəllimi 

cicekhuseynova@mail.ru 

 

AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ KƏMİYYƏT BİLDİRƏN ƏLAMƏTLƏR 

 

Açar sözlər: İsim, əvəzlik, say, zərf, qoşma 

The key words: noun, pronoun, numeral words, adverb, postposition. 

Ключевые слова: существительное, местоимение, числительное, наречие, 

послелог (постпозиция). 



 

İnsanın  əşya haqqqındakı anlayışlarından biri də onun kəmiyyətidir.  Əşyanı 

hərtərəfli dərk etmək prosesi onun azlıq-çoxluğunu, ondakı əlamətin qədərini bilmə-

yi də tələb edirdi. Ona görə də insan əşyanı dərk etmək üçün onun mücərrəd kəmiy-

yətinə də nüfuz etməli olmuşdur. Hələ qədim insanlarda əşyanın konkret miqdarını 

hesablamaq, bunun üçün hansı ədədi etalon götürmək kimi biliklər olmadığı vaxt-

larda onun qeyri-dəqiq kəmiyyəti haqqında anlayışlar olmuşdur. Bu onu göstərir ki, 

konkret saylardan daha əvvəl kəmiyyət anlayışı yaranmış və o hər bir dilin özünə-

məxsus vaitələrilə ifadə edilmişdir. Kəmiyyət anlayışı aqqlütinativ dillərdə daha 

asan üsulla-konkret qrammatik forma ilə ifadə edilir.   (2, s.372)  

Qeyd edildiyi kimi kəmiyyət dedikdə  kəmiyyətin yalnız  şəkilçilərlə ifadəsi 

nəzərdə tutulmur. Kəmiyyət həm leksikologiyada, həm morfologiyada və  həm də 

sintaksisdə özünü müxtəlif şəkildə göstərir. Məsələn: zərflərdə, saylarda, əvəzliklər-

də, isimlərdə kəmiyyət bildirən sözlərin olması, isimlərdə, fellərdə kəmiyyət bildi-

rən şəkilçilərin olması, uzlaşma əlaqəsi, tabeli mürəkkəb cümlələrdə kəmiyyət bu-

daq cümləsi və s. kəmiyyətin  müxtəlif üsul və vasitələrlə ifadəsinin göstəriciləridir. 

Müasir dövrdə kəmiyyət kateqoriyasından danışarkən aşağıdakı şəkilçilər nə-

zərə alınır:-lar, (-lər), -lıq (-lik,-luq,-lük), -lı (-li,-lu,-lü), -q (-k), -iq (-ik, -uq,-ük), -ız 

(-iz, -uz,-üz).  

Lakin tarixən kəmiyyət, topluluq bildirib, indiki zamanda isə sözlərin tər-

kibində daşlaşmış  şəkildə mövcud olan formantlara aşağıdakıları nümunə göstərə 

bilərik. –an,-ın (Turan, aran, bodun-xalq,qoşun), -ar (xəzər,avar, suvar), -aq (toplu-

luq bildirir-dırnaq, barmaq, yığnaq; cütlük çaları bildirir- qulaq, dodaq, dirsək, ya-

naq, topuq), -iz (topluluq bildirir-oğuz,qırğız,qaqauz), -z (cəmlik bildirir- biz, siz, 

işiniz; cütlük bildirir- üz, göz, diz, əkiz, buynuz) və s. (14, s.187). Beləliklə müasir 

dövrdə topluluq, kəmiyyət bildirən sadə sözlərin tərkibində  tarixən kəmiyyət şəkil-

çilərinin olduğunu görə bilirik.  

Qeyd etdiyimiz kimi ədəbi dilimizdə kəmiyyət yalnız şəkilçilər vasitəsi ilə de-

yil həmçinin çoxluq bildirən sözlərlə də ifadə olunur. Qədim türk dilində sözün tək-

rarı çoxluq anlayışını bildirmişdir. Məsələn: ağca-ağca, qat-qat və s. Bu xüsusiyyət 

müasir dilimizdə də müşahidə olunur. Məsələn: kənd-kənd, çadır-çadır, ev-ev və s. 

(14, s.187)   

Kəmiyyət kateqoriyası yalnız isimlərə  məxsus deyildir. Bunu biz digər nitq 

hissələrində də müşahidə edə bilərik.  

Dilimizdəki isimlərin müəyyən qismi məzmunca həm tək, həm də cəm kimi 

dərk edilir. Belə isimləri mətndən xaricdə tək və cəmə ayırmaq qeyri-mümkün olur. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



70

Üzüm, tut, alma, gul, balıq, daş və bu kimi sözlər həm bütövü, həm də onu təmsil 

edən bütövün ayrı-ayrı vahidini bildirir. Məsələn: Üzüm faydalı meyvədir; Biz tut 

yedik;  Şərif bazardan alma aldı; Bağçada gül əkmişlər; Dənizdə balıq tuturdular; 

Uşaq çaydan daş yığırdı kimi cümlələrdə bütövün vahidi  olan tək bir üzüm, tut, al-

ma, gül, balıq  və daş dərk edilmir, eyni zamanda bütöv də dərk edilir. (5, s.42) 

Ə.Dəmirçizadə  cəm  şəkilçisinin üslubi məqamda işlədilməsi və bununla da 

üslubi norma yaradılmasında iştirakı ilə əlaqədar fikir və mülahizələrini aşağıdakı 

kimi ümumiləşdirir: “heç bir şəkilçi qəbul etmədən bir ismin həm çoxluq, həm də 

təklik bildirməsi ilə məna çalarlığı meydana çıxdığı kimi, cəm şəkilçisi qəbul etmiş 

isimlərlə cəm şəkilçisi qəbul etməmiş isimlərin kəmiyyət anlayışına görə sinonimli-

yi də yaranmış olur ki, bu da üslubi imkanı doğurur.  Məqsəddən asılı olaraq cəm 

əşkilçisinin işlədilməsi və ya işlədilməməsi ilə əlaqədar üslubi imkanlar bu şəkilçi-

nin, xüsusən, məna çalarlığı və hansı sözə bitişərək işlədilməsi ilə üzvi surətdə bağ-

lıdır. Çünki cəm şəkilçisi bütün isimlərə eyni dərəcədə bitişdirilmir və bitişdiyi hər 

isimdə də çoxluq anlayışını eyni rəngdə, eyni dərəcədə ifadə etmir. Bir sıra isimlər-

də isə cəm şəkilçisi, ümumiyyətlə, əşyanın  qeyri-müəyyən çoxluluğunu deyil, dola-

yı yollarla əlaqədar olan başqa bir anlayışın çoxluluğunu, bəzən də tamam başqa bir 

anlayış çalarlığını ifadə edir” (4,s.190) 

Ümumi isimlərin çoxu tək bir sözdən ibarət olub, ayrı-ayrı varlığın adını bil-

dirdiyi halda, bir qismi də cəmlik şəkilçisi qəbul etmədən tək bir sözlə varlığın top-

luluğunu-çoxluğunu bildirir: adam, quş, at (təklik bildidrir),  xalq, el, cəmiyyət, or-

du, sürü, naxır, ilxı (topluluq bildirir) 

Topluluq bildirən adlar şəkilcə başqa ümumi adlardan fərqlənmədiyi kimi, 

morfoloji  əlamət qəbul etdiyi zaman da onlardan fərqlənmir. Onlar da cəmlik  

şəkilçisi qəbul edib, xalqlar, ellər. cəmiyyətlər, ordular, sürülər, naxırlar, ilxılar 

şəklində işlənə bilir. Cəmlənmiş toplu isimlərdə topluluq məzmunu sözün kökündə 

özünü saxlayır və -lar,-lər cəmlik şəkilçisi bu məzmunun qeyri-müəyyən miqdarının 

artmasını bildirir. 

Toplu isimlərdə kütləvilik  anlayışı əks olunur Bu isimlərin qrammatik cəmlik 

əlaməti qəbul etdikdə topluluğa aid çoxluq təsəvvürü yaradır: el-ellər, dəstə-dəstə-

lər, qoşun-qoşunlar, 

Y.Seyidov topluluq bildirən isimlərin xarakter xüsusiyyətini izah edərkən on-

ları  təklik  bildirən sözlərlə qarşılaşdırır. “İsimlərin bir qismi öz leksik-semantik 

mənalarına görə eyni əşyaların yığımını bildirir: sürü, naxır, ilxı. Belə isimlər çox 

deyil, lakin onlar hər halda var və varsa, deməli, təklik bildirən isimlərlə qarşı-qarşı-

ya dayanır” (13s.227) 

Azərbaycan dilində cəmlik, əsasən, aşağıdakı morfoloji vasitələrlə ifadə olunur.  

1.-lar (-lər) morfemi Azərbaycan ədəbi dilində kəmiyyət kateqoriyasının əsas 

morfoloji göstəricisi hesab olunur. Orxon-Yenisey abidələri (oğlanlar, bəglər), 

M.Kaşğarinin “Divan”ı (urağutlar-qadınlar, kişilər-adamlar), Yusif Balasaqunlunun 

“Qutadqu Bilig” poeaması (yığaclar-ağaclar, işçilər) və digər qədim türk mənbələ-

rində  işlənən –lar

2

  şəkilçisi Azərbaycan dilinin bütün dövrləri üçün səciyyəvi ol-



muşdur (14,s.186): Souq-souq suları sorar olsan (11,s.59), Qatar-qatar dəvələri sorar 

olsan (11,s.59), Buynuzu burma qoçlarımız aldığı yox (8,s.61), hay demədən başlar 

kəsən cəlladı olur (8, s.72), Gümbür-gümbür nağaralar çalındı (8, s.73), Başlarda 

bəlani çox görüb əql (8, s.107), Sözlər dersən ki, bilməzəm mən (8, s.31), Arslanla-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



71

rın oldu pişvası, Qaplanların oldu müqtədası (8,s.159). Bu nümunələrin hər birində -

lar

2

 şəkilçisi çoxluğu bildirir. Dilimizdə -lar (lər) şəkilçisinin ümumilik, mücərrəd-



lik məzmunu ifadə etməsinə də rast gəlinir: Bir qədəm bas ki, toy öz toyundur, Toy-

lar yaraşığı sənin boyundur və s.(14, s.187) 

–lar (-lər)  cəmlik  şəkilçisi hansı bir nitq hissəsinə  əlavə olunursa, qeyri-

müəyyən çoxluq məzmunu yaranır. Məsələn: Onlar istədiklərini edirdilər (9, s.191), 

Onlara çörəyi cirə ilə vermirlər (9, s.184),  İlyas bəy dayananlara baxdı (9, s.159), 

Onlar  yolun kənarına çəkildilər, dərəyə sarı endilər. (9, s181), Qapıda kəndlilər 

gözləyirdilər (9,s.159),  Yasovullar onu qucaqlayıb qapıya atdılar (9, s.159) və s. 

Lakin bəzi hallarda  isim abstrakt məfhum ifadə etdikdə  –lar (-lər) şəkilçisi 

həmin abstraktlığı nisbətən konkretləşdirir. Məsələn: Daş bərk cisimdir dedikdə  daş 

sözü   müəyyən bir daşa deyil, dünyada olan bütün daşlara  aid olur. Daşlar yerin 

şumlanmasına  mane olur cümləsində isə daşlar sözü  dünyada olan bütün daşları 

deyil, yalnız müəyyən yerdə müəyyən miqdarda olan daşları əhatə edir. Deməli bu 

misallardakı daş sözü daşlar sözündən daha ümumidir.  

–lar (-lər)  şəkilçisi xəbərlik kateqoriyasında həm isimlərin, həm də fellərin 

üçüncü şəxsin çoxluğunu göstərə bilir. Məsələn: Onlar tələbədirlər, tələbələr hazır-

laşırlar. (5,s.43) 

2.–q,-k ünsürləri heç bir başqa samitlə (ünsürlə) birləşmədən müvafiq saitlər 

vasitəsilə -iq,-ik,-uq,-ük şəklində ismi cümlələrdə cümlənin  şəxs bildirən xəbərlik 

dərəcəsində birinci şəxsin kəmiyyətcə    çoxluğunu ifadə edir. Bu ünsürlər bütün 

şəxsləri deyil, yalnız birinci şəxsin cəmini bildirir.(5, s.43). Məsələn: Gecə ikən biz 

bu kənddən çıxmalıyıq. (9, s.147), Bir şey olmayıb, ana, heç nədən də qorxmuruq 

(9, s147),Sağlıq olsun görüşərik  (9, s149), Suren əmim qonaq gələndə biz də quş 

kəsək (9, s.155), Biz kasıbçılıqla məşğuluq (9, s.167 Bunu bilsək özümüz axtarar-

dıq (9, s.167) və s. 

Deməli, -lar (-lər) şəkilçisi əşyanın çoxluğunu göstərdiyi halda, -ıq, (-ik,-uq,-

ük) şəkilçisi ismi xəbərdə əksini tapan əlamətin şəxsə görə çoxluğunu bildirir. Bu 

şəkilçi fellərdə də birinci şəxsin cəmini ifadə edir. (5, s.44) Məsələn: Hələ o qədər 

ac qalmamışıq (9, s.366), Şirin və təmiz olan uşaqlıq günlərimizi xatırlayırdıq. (9, 

s.370), Biz stansiyaya yollandıq (9, s.378), Bir-birimizdən ayrı düşdük (9, s.381), 

Biz də ona səs verərik (9, s.396) 

3.-ız (-iz, -uz, -üz) şəkilçisi yalnız şəxsin çoxluğunu ifadə edir. Mənsubiyyət 

şəkilçisi olarkən birinci və ikinci şəxsin cəmini  (atamız, anamız), xəbərlik kateqori-

yası şəkilçisi olarkən ikinci şəxsin  cəmini (tələbəsiniz), fellərdə şəxs kateqoriyası 

şəkilçisi olarkən yenə də ikinci şəxsin cəmini (yazırsınız), feli sifət şəkilçisinin tər-

kibində olarkən mənsubiyyətcə  həm birinci, həm də ikinci şəxsin cəmini  (aldığı-

mız, aldığınız) ifadə edir. (5, s.44) Məsələn: Yaxşı olardı ki, siz Şərəbanı arvadı 

tanıyaydınız (9, s.397),  Burda səs  verəcəksiniz (9, s.397), Yaxşı olar ki, sonra 

özünüz gəlib görəsiniz (9, s.408), İstədiyinizbəyəndiyiniztanıdığınız təmiz, vic-

danlı adamları seçərsiniz (9, s.409), Yusif kimi qabil işçilərimiz (9, s.413), Bizim 

qaydamıza lap tuş gəlir (9, s.424), Sizin bugünkü səhvinizin üstündən keçmək olar 

(9, s.424), Ailəli olduğunuz üçün sizə təqaüd də verərlər (9, s.435) 

4.-lıq (-lik,-luq,-lük) şəkilçisi  əşyalılıq bildirən sözlərə qoşulub müxtəlif məna 

çalarlığı əmələ gətirir. S.Cəfərovun qeyd etdiyi  11 məna çalarlıqdan yalnız biri kəmiy-

yət, çoxluq anlayışına aidir. Məsələn: ağaclıq, dağlıq, bağlıq, odunluq, üzümlük, meşə-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



72

lik, çiçəklik və s. (3, s.183). Maşının gurhagur səsi dayananda qamışlıqda xışıltı eşidildi 

(9, s. 200) cümləsində də qamışlıq sözündə -lıq

4

 şəkilçisi çoxluq bildirir. 



5.-lı (-li,-lu,-lü) şəkilçisi isimlərə qoşulub sifət  əmələ  gətirir və  əmələ  gələn 

sifətlərdə çoxluq, kəmiyyət  anlayışı müşahidə edilir. Məsələn: yağlı, sulu, çirkli, 

pullu, daşlı və s. (3, s.185) 

Say bir qrup sözdən ibarət olub, öz daxili məzmununa görə əşyanın miqdar və 

ya sırasını bildirir. Miqdar bildirənlərin morfoloji əlaməti yoxdur. Miqdar sayları 

yaranış etibarı ilə sayıla bilən maddi varlığın bir əlaməti kimi yaranmışdır (5,s.124). 

Sayın növlərindən biri olan miqdar saylarının müəyyənlik bildirən miqdar sayları, 

qeyri müəyyənlik bildirən miqdar sayları və kəsr sayları kimi növləri əşyaların və 

hadisələrrin kəmiyyətini bildirir. Azərbaycan dilində normaya uyğun olaraq birinci 

tərəfdə çoxlıuq bildirən miqdar sayı  işlədildiyi zaman ikinci tərəfdə  cəm  şəkilçisi 

işlədilmir.  M.Hüseynzadə saylara məxsus bu normanın səciyyəvi cəhətini aşağıdakı 

kimi izah edir: “İsimlərin təklikdə kəmiyyətcə xüsusi şəkilçisi      (-lar

2

 şəkilçisi) va-



sitəsi dəyişməsinin saylarla birgə  işləndiyi zaman mümkün olmaması onların say-

lardan asılı olmasından başqa bir şey deyildir; çünki müəyyən kəmiyyət bildirən 

saydan sonra isimlərin qeyri-müəyyən kəmiyyət  şəkilçisini qəbul etməsinə Azər-

baycan dilinin məntiqi də imkan vermir. Beş kitab birləşməsində kitab sözünün cəm 

şəkilçisi qəbul etməməsi həmin sözün konkret miqdarını bildirən beç sözünün tələ-

bindən irəli gəlir ki, bu da bir tərəfdən, sayın sintaktik cəhətdən isimdən asılı olma-

masını, digər tərəfədən, sifətdən tamamilə fərqləndiyini göstərir.” (5, s.104-105) 

Azərbaycan dilində bəzi say vahidləri vardır ki, onlar müəyyən tarixi, ictimai 

hadisələrlə, inamlarla, adət  ənənlərlə bağlı olaraq seçilir, təsəvvürdə  fərdiləşir. 

Müəyyən hadisələrin motivi əsasında fərdiləşə bilən saylar motivləşmiş saylar sıra-

sına daxil edilir.  Belə saylar qrammatik cəhətdən cəm şəkilçisi ilə işlədilsə də, on-

lar məntiqə görə fərdilik bildirir, bu fərdiliklə də başqalarından seçilir. M.Hüseyn-

zadə motivləşmiş sayların xüsusiyyətlıri haqqında aşağıdakı fikri irəli sürmüşdür. 

“sayların təklikdə hal və  kəmiyyətcə  dəyişməsi onların cümlə daxilində müəyyən 

bir əşya kimi təsəvvür edilməsindən irəli gəlir. Üçlər yaxud iyirmi altılar dediyimiz 

zaman kəimyyət təsəvvüründən artıq əşya təsəvvürü  dərk edilir.           ”(5, s. 104) 

Zərflərin növlərindən biri olan kəmiyyət zərfi hal-hərəkətin və  əlamətin 

kəmiyyətini bildirir və neçə?, nə qədər?, neçə-neçə? suallarından birinə cavab verir. 

Məsələn: çox, az, xeyli, təkrarən, nisbətən, təxminən, təqribən, təxmini təqribi, az-

az, çox-çox, az-çox, bir-bir, qat-qat, təkrar-təkrar, az-maz, birə-iki, o qədər, yüz də-

fə və s.  Məsələn: Şübhəsiz ki, hələ lazımınca maariflə işıqlandırılmamış ailələr var 

(9, s.437), Rayonda tibbi təbliğatı  da çox genişləndirirdik (9, s. 437),  Bu müdhiş 

və ağır hadisənin təsirilə tamam sarsılmışdım (9,s.438) və s. 

Əvəzlik başqa nitq hissələrinin (isim, sifət, say və zərfin) yerində işlənən, mə-

naca onu əvəz edən və  həmin sözün funksiyasını yerinə yetirən nitq hissəsidir. 

Əvəzliyin növlərindən olan şəxs əvəzliyi, qeyri-müəyyən əvəzliyi və təyini əvəzliyi-

nin içərisində də kəmiyyət bildirən əlamətlərə rast gəlinir. Şəxs əvəzliyindən bəhs 

edərkən  I,II və III şəxsin cəmini bildirənlər. Məsələn; biz, siz və onlar. Qeyri-

müəyyən əvəzlikdən hamı, hamısı, hər kəs,  təyini əvəzlikdən isə bütün sözü məna-

ca, mahiyyətcə kəmiyyət bildirir.  

Qoşmaların lüğəvi mənası olmasa da, onlar qoşulduqları sözlərlə birlikdə, qo-

şulduqları sözlərin mənasından asılı olaraq kəmiyyət məzmunu da ifadə edə bilir. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



73

Məsələn: -ca,-cə qoşması isim və işarə əvəzliklərinin sonuna artırılır. Qədər qoşma-

sının tam sinonimi olur. Məsələn: Məcnunni-həzincə dərdi yoxdur (Füzuli), Təzvir 

ilə çəkmə bunca ahi (Nəsimi) (6, s.317) 

Uzlaşma əlaqəsi cümlənin mübtəda və xəbəri arasında olur. Bu əlaqədə əsas 

tərəf mübtədadır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəxsdə olur və həmin 

şəxsin  şəkilçisini qəbul edərək olunla uzlaşır. Mübtəda tək olduqda, xəbər də  tək, 

cəm olduqda, xəbər də cəm olur. Məsələn: Mən gözləyirdim (9, s.365), Biz istəmi-

rik (9, s388), Sən xoşbəxtsən (9, s.406), Siz gələcəyin günəşlərisiniz (9, s.385),  O

şəklini toxuyacağı adamı tanımaq istəyirdi (9, s.454), Onlar illərdən bəri qurtuluş 

yolunun Bakı fəhləsindən öyrənmişlər (9, s. 324),  

Y.Seyidov qeyd edir ki, uzlaşma əlaqəsində tabe edən tərəf (mübtəda) insan-

lara aiddirsə, tabe tərəf (xəbər) əksər hallarda onunla uzlaşır, bəzi halarda uzlaşmır. 

Tabe edən cansız varlıqlara aid olarsa, tabe söz əksər hallarda onunla uzlaşmır. Mə-

sələn: Soyuq dağ küləkləri  könlünün  mətləblərinə, arzularına süpürgə  çəkirdi (9, 

s.194), Quzular otdan  çəkildi (9,s.136), Canlılar cansızlara sığınırdı         (9, s.18) 

Xəbərin mübtəda ilə həm şəxsə, həm də kəmiyyətə görə uzlaşması tam uzlaş-

madır. Məsələn: Mən sizin birlik, səadət və qələbə bayramınızı ürəkdən təbrik edi-

rəm (9. s. 328),  Sən gərək oxumağı yaxşı biləsən (9, s.391), Onlar ayrılmalı idilər 

(9,s.32), Məhbuslar sement dözəməli dalana yığıldılar (9, s.17) və s. 

I və II şəxslərin tək  və cəmində uzlaşma həmişə tam olur, yəni mübtəda mən

sən, biz, siz sözləri ilə ifadə olunduqda xəbər onlarla hər iki cəhətdən uzlaşır və 

uzlaşma heç vaxt pozulmur. Mübtəda III şəxsin təkində olduqda da uzlaşma heç 

vaxt pozulmur. Kəmiyyətə görə uzlaşma yalnız III şəxsin cəmində pozula bilir. 

Kəmiyyətcə uzlaşma insan məfhumu ilə bağlı formalaşıb, ona görə  də I və II 

şəxslərdə pozulmur, III şəxsin cəmində isə insandan cansız varlığa doğru getdikcə 

zəifləyir. 

Kəmiyyət budaq cümləsi baş cümlədəki iş  və  hərəkətin icrasının kəmiyyət, 

miqdar və dərəcəsini göstərir və buna görə də baş cümlədə işlənən o qədər, o də-

rəcədə sözünün məzmununu izah edir və nə qədər sualına cavab olur.(1, s.368) 

Kəmiyyət  budaq cümləsi daha çox baş cümlənin feli xəbərinə, keyfiyyət, 

miqdar bildirən başqa üzvlərinə aid ola bilər. Məsələn: Nə qədər çox qazansan , o 

qədər sevinirsən, nə  qədər desən material da var, nə  qədər desən, istiotu da var, 

Kitablar Nəcəfi özünə o qədər cəlb etmişdi ki, o, dərsarası tənəffüslərdə də onlarla 

maraqlanırdı (1, 368) və s. 

Beləliklə Azərbaycan dilində kəmiyyətin ifadə formalarının özünəməxsus və 

zəngin olduğunu görə bilirik.  

 

Ədəbiyyat 



 

1. Azərbaycan dilinin qrammatikası, II hissə, Bakı, Azərbaycan Elmlər 

Akademiyası nəşriyyatı, 1959 

2.Babayev A. Dilçiliyə Giriş, Bakı, Nurlan, 2004 

3.Cəfərov S. Müasir Azərbaycan dilində söz yaradıcılığı, Bakı, BDU, 1960 

4.Ə.Dəmirçizadə. Azərbaycan dilinin  üslubiyyatı, Bakı,Yazıçı, 1962 

5..Hüseynzadə M. Müasir Azərbaycan dili, Bakı, Maarif, 1973  


 

Filologiya  məsələləri – №7, 2013

 

 



74

6..Mirzəzadə  H. Azərbaycan dilinin tarixi morfologiyası, Bakı, Azərbaycan Dövlət-

Pedaqoji ədəbiyyatı nəşriyyatı,1962 

7. M.Hüseynzadə. Müasir Azərbaycan dili. Bakı, 1983 

8.M.Füzuli. Seçilmiş əsərləri, Bakı, Azərbaycan dövlət nəşriyyatı, 1988  

9. M.Cəlal. Seçilmiş əsərləri, I cild, Bakı, Azərbaycan dövlət nəşriyyatı, 1986 

10. Kazımov Q.Ş. Müasir Azərbaycan dili, “Ünsiyyət”, 2000 

11. Kitabi Dədə Qorqud, Bakı, Azərbaycan dövlət nəşriyyatı, 1962 

12.  Seyidov Y. Sintaktik əlaqələr, Müasir Azəarbaycan dili, Bakı, Maarif, 1972. 

13. Seyidov Y. Sözün sirri, Bakı, Maarif, 1981 

14. Tanrıverdi Ə. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı, Elm və Təhsil, 

2010 


                                              

U.Musayeva 

Features expressing the quantity in the literature azerbaijani language 

Summary 


 

One of the concepts of person about the object is quantity. The quantity shows 

itself  both in the lexicology, morphology and syntax in various forms. While 

talking about the categories of the quantity in the modern period, the following 

suffixes are being taken into consideration: - lar, (lər), -lıq (-lik, -luq, -lük), -lı (-li, -

lu, -lü), -q (-k), -iq (-ik,-uq,-ük), -ız (-iz,-uz, -üz). The quantity is expressed not only 

by the suffixes but also by the words expressing the majority. 

 

У.Мусаева 

Признаки, обозначающие количество в литературном  

азербайджанском языке 

Резюме 

 

Одним из понятий человека о предмете является количество. Количество 



выражается  в  разных  формах  и  в  лексикологии,  и  в  морфологии  и,  в  том 

числе, в синтаксисе. В современный период, говоря о категориях количества, 

нижеследующие  окончания  принимаются  во  внимание: - lar, (lər), -lıq (-lik, -

luq, -lük), -lı (-li, -lu, -lü), -q (-k), -iq (-ik,-uq,-ük), -ız (-iz,-uz, -üz). Количество 

выражается не только с помощью окончаний, но и словами, обозначающими 

множество. 

 

 

Rəyçi:          Cəmil Babayev 



            filologiya  üzrə fəlsəfə  doktoru 

 

 



 

 

 

 

 

 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



75

ELDAR AĞAYEV    

AMEA  Nəsimi  adına Dilçilik  İnstitutunun dissertantı 

 

SLENQ – DİLÇİLİK  TERMİNİ KİMİ 

 

Açar  sözlər:  slenq, jarqon, ədəbi dil, termin, varvarizm. 

Ключевые слова: сленг, жаргон, литературный язык, термин, варваризм. 

Key  words: slang, jarqon, literary anguage, termn, barbarism. 

 

Dilçilik termini slenq-ingilis dilində “tullamaq” və ya “səpələmək” mənasını 



bildirir.“İzahlı tərcüməşünaslıq terminləri lüğəti”-ndə bu termin haqqında belə yazı-

lıb: ”Slenq-müəyən peşə, yaxud sosial təbəqə nümayəndələrinin tərəfindən istifadə 

edilən söz və ifadələrdir. Ümumi və xüsusi slenqlər olmaqla iki yerə bölünür”. 

(1.s101) 

Bəzən slenqləri varvarizmlərlə,jarqon və arqo sözlərlərlə eyniləşdirirlər. 

Əslində bunlar müxtəlif mənalar daşıyan dilçilik terminləridir. 

Rus dilçisi Raisa İosevna Rozina bu söz qrupları arasındakı fərqi göstərərək  

belə yazır:”Slenq jarqona nisbətən daha neytraldır və o,mənfi çalarlı olmur”(2.s93) 

Jarqonlar, adətən, məhdud çərçivədə müəyyən sosial qruplara daxil olan adam-

lara məxsus,maraqları,vərdişləri,məşğuliyyətləri,sosial şəraitləri yaxın və ya eyni olan 

insanlar tərəfindən işlədilir.Slenq isə çoxsaylı sosial təbəqənin işlətdiyi sözlər və ifa-

dələrdir. Slenqlər varvarizmlərdən,jarqon və arqo sözlərdən fərqli olaraq ədəbi dilin 

dairəsində fəaliyyət göstərir. Bəzən də ədəbi dilə keçə bilirlər. Məsələn, mənası “la-

zımsız əşya”, “tullantı” olan “şparqalka” ifadəsi bir vaxtlar slenq,sonralar ədəbi dilə 

keçmiş söz sayılır.Xaos,krizis,mitinq sözləri də ədəbi dilə slenqlərdən keçib.  

Slenqlərdən daha çox 15-25 yaşlarında olan gənclər istifadə edirlər.Lakin bu 

heç də o demək deyil ki,slenqləri digər yaş dövründə olan insanlar başa düşmür. 

Məhz bu xüsusiyyətinə görə slenqlər jarqon və arqo sözlərdən fərqlənir.Jarqon və 

arqo sözlər nisbətən məhdud çərçivədə olan qruplara aiddir. Məsələn, musiqiçilərin, 

oğruların işlətdiyi jarqonları buna nümunə göstərə bilərik. Musiqiçilər qıza 

“civi”,pula “kərvə”,arağa “məsi”,yoxdur “xasdır”, qurtar “buğur elə” və s.”Manısın 

kərvəsi xasdır, buğur elə.” Yəni ,“Bu adamın pulu yoxdur ,musiqini tamamla.” Oğ-

rular isə bıçaqlamaq əvəzinə “şoşqalamaq”, narkotikə “mal”,narkotikdən istifadə et-

məyə “mallanmaq”, mübahisəyə “sxodka”, həbsxanaya “zon”,narkotik alverçisinə 

“barıqa”, ləqəb “kliçka”,pay “qrev”, xərac “dolya”, polis “ment”  və s. bu kimi ja-

qonlardan istifadə edirlər. Jarqon-müəyən məqsədlə öz fikirlərini geniş kütlədən 

gizlətmək üçün bəzi adamların  yaratdıqları uydurma,süni dil. (3.s108) 

A.Qurbanov yazır:”Jarqon məhdud sosial işləmə dairəsinə malik söz qrupu-

dur.Jarqon latın və fransız dillərində quş civiltisi,qarğa dili mənalarında işlədilir. 

(4.s263) 

Gənclərdə bu vərdişləri tərgidmək üçün aşağıdakıları etmək olar: 

1)

 



Jarqonlardan istifadə edən gənclərə başa salanda ki,bu sözləri oğrular, 

canilər, kücə adamları işlədir,onların bir qismi bu ifadələrdən imtina edirlər. 

2)

 

Valideynlər özləri də    bu  sözləri zarafatyana işlədib,tədricən mahiyyətini  



başa salıb, bu ifadələrdən onları uzaqlaşdırmalıdırlar. 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



76

3)

 



Uşaqlarda bədii  ədəbiyyat oxumaq vərdişi aşılanmalıdır. Çox kitab 

oxuyanın nitqi rəvan  və zəngin olar. 

Jarqonları hamı başa düşməyə bilər,amma slenqlər əksəriyyət tərəfindən başa 

düşülür. Gənclər arasında işlədilən slenqlər həmyaşıdları  tərəfindən  şərhsiz başa 

düşülür. Məsələn,  əladır  əvəzinə “efirdi”,qız  xasiyyətli oğlanlara “şampunçik”, 

kənddən  şəhərə  gələnə “qıjı”,”kəntoş”,səhv etdi əvəzinə “quşdadı”, ”yandır-

dı”,”xoruz buraxdı”,onunla  əlaqəni kəs “qırıl ondan”,işi çətinə düşüb “təkərə dü-

şüb”, taleyinlə zarafat etmə “həyatınla klas-klas oynama”,kiminsə pis vəziyyətə 

düşməsi “filənkəs qaralıb”, aciz, maymaq adama “lox” imkanlı adama “bərk gedən” 

və s.ifadələr buna əyani misaldır. Tədricən bu slenq sözlər, slenq cümlələrlə əvəzlə-

nir. Məsələn: “Əzrayılla bilyard oynama”, “Ver qırağa saxla”, “Onun diski var 

məndə”, “Burnunu çək, lövhəni görüm” və  s.Bunlar müasir gənclərin  əksəriyyəti 

tərəfindən başa düşülüb işlədilən ifadələrdir.Bu ifadələr dəbdə olan slenqlər sayılır. 

Slenqləri dil və söz oyunu, söz yaradıcılığı hesab edənlər də var. Həyatımızın, 

demək olar ki,bütün sahələrində bu tip sözlərə təsadüf etmək olar. Slenqlər danışıq-

da emosionallığı,intensivliyi və ekspressivliyi artırır. Slenqləri canlı orqanizmə 

bənzətmək olar, daima dəyişir və yeniləşir.Məsələn ,50-60-cı illərdə kənddən şəhərə 

gələnlərə “fezo”, “fezoşnik”,”fezo uşağı”70-80-ci illərdə “çuşka”, 90-cı illərdə 

“kəntoş”, indi isə”qıjı” deyirlər. Deməli slenqlər də  əvvəl neologizm, sonra ümu-

mişlək söz və nəhayət arxaizmə çevrilirlər. Müasir gənclər “qıjı” slenqini başa düş-

dükləri halda ,”fezo” slenqindən xəbərləri yoxdur. 

Rus linqvist alimi  Qalperin İlya Romanoviç “Вопросы языказнания”-nın 6-

cı sayında “Slenq termini haqqında” (“О термине сленг”) məqaləsində  slenqin jar-

qon, arqo, loru sözlərdən fərqli müstəqil dilçilik termini olması haqqında qeydlər 

edir. O bildirir ki,hələ XIX əsrin  əvvəllərındə ingilis leksikoqrafları “slenq” ter-

minindən geniş istifadə edirdilər. Slenqin etmologiyası da çox mübahisə doğurmuş-

dur. C.B.Qrinou və C.L.Kittridj slenq haqqında deyirlər ki, bu avara dil ədəbi dilin 

ətrafında dolanır və daima ən yüksək ictimayətə can atir.  

Məşhur ingilis leksikoloqu və leksikoqrafı Q.V.Fauler və F.Q. Fauler  “The 

kings English” kitabında bu termn haqqında belə deyirdi ki,slenqin həyatda yeri var, 

ən azı yazılan əsərlərdə personaj və tiplərin xasiyyətlərini daha təbii canlandırmaq 

üçün onlar əvəzsizdir. Məsələn, yazıçı V.Səmədoğlunun senari müəllifi olduğu 

“Bəxt üzüyü” filmində   Moşu Göyəzənlinin Seda ilə diaıoqu buna əyani misaldır: 

“ Seda: - Bunun qadınnan danışmağına bax ey, qrubiyan, çuşka. 

Moşu:-Çoşka olanda  nolor  a  çılpaq gözəl. Az, Bakıdakı heykəllərin hamısı 

elə  çoşkalardı da.Nizami də,Füzuli də.Gün gələr mənim də heykəlimi ucaldarlar.” 

Vebster lüğətində slenqi yazı normalarına uyğun gəlməyən, ancaq nitqi canlı 

edən sözlər hesab edir. 

Rus linqvisti N.O.Orlov «Ярославский  педогогический  вестник» məc-

müasında qeyd edir ki, slenq anlayışı müasir filologiyanın daha çox maraq dairəsin-

dədir. İndi slenq haqqında müxtəlif, hətta bir-birinə zidd fikirlər də mövcuddur.O da 

slenqin jarqonla sinonim olmasının  əleyhinədir.Onları ayrı-ayrı dilçılik terminləri 

hesab edir. 

Şifahi ingilis dilində slenq ifadəsinin ilk dəfə nə vaxtdan işləndiyi məlum de-

yil, ancaq yazılı şəkildə o artıq XIX əsrdə mövcud idi. Təqribən 1850-ci ildən bu 

termin yazıda öz əksini tapıb. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



77

Olqa Serqeyevna Axmanovnanın slenq haqqindakı fikirləri çox maraqlıdır. O 

deyir ki, slenq avtomobilin ehtiyat təkərinə  və  şüşətəmizləyəninə  bənzəyir. Avto-

mobili bu hissələri hər an lazım olmasa da, onlarsız da keçinmək olmur. Slenq rəs-

mi danışıqlar üçün yararsız olduğu halda işgüzar adamların danışığında faydalı he-

sab olunur.   

V.A.Xomyakova  bu termn haqqında deyir ki, slenq müəyyən bir müddət 

üçün nisbətən davamlı , geniş istifadə olunan ,sadə danışıq dilinin ekspressiv kom-

ponenti, ədəbi dilə daxil olmağa cəhd edən söz qrupudur. Slenq danışıq dilinə xüsu-

si bir rəng,çalar,emosianalliq və ekspressivlik verir.Slenqlər zarafatyana, ironiyalı 

və gülməli də ola bilər.Məsələn, zəif, balaca boy bir adama “ maşallah qardaşımız 

lap fil kimidir” deyəndə zarafat; səsi olmayan müğənniyə “əjdaha sənətkarsan” de-

yəndə ironiya; məclisdə yersiz danişan adama “deyəsən bir balaca quşdadun” ifadə-

si gülməli sayılır. 

Slenq ədəbi dilə daxil olmayan canlı,hərəkətdə olan , zamanın nəbzi ilə üst-

üstə düşən,cəmiyyətdə baş verən bütün hadisələrə aid olan dildir.Amerika leksikoq-

rafları slenqlərin hərbi, idman, teatr,tələbə, parlament, dini və s. növləri olduqlarını 

qeyd edirlər. 

Azərbaycanda isə, əsasən, kompüter və gənclərin slenqləri daha çox fəaliyyət 

göstərir. Müşahidələr göstərir ki,yazılı dilin müasir forması olan “internet yazışma-

sı”  ədəbi dil normalarının kəskin pozulması  şəraitində inkişaf edir. İnternet yazış-

malarında sözlər təhrif olunmuş şəkildə,heç bir qayda-qanuna tabe olmayan forma-

da aparılır. Bunlar müasir dilçilikdə kompüter slenqləri adlanır. Məsələn, “SLM”-

salam, “TWK”-təşəkkür, “NCSN?”-necəsən?, “XG”-xoş  gəlmisən, “HMM”-razı-

yam, “BYE”-sağ ol,hələlik, “NCNC”-təəccüb ifadəsi, “VOV”-heyrətlənmək, 

“NHB”-nə xəbər, “SBH”-sabah, “LOL”-əla, “BRO”-qardaş, “Usss”-şirin bala, kör-

pə. İnternetdə hər hansı bir fikrə müsbət münasibət bildirməyə “layk etmək”, İnter-

net yazışmasına - “çat”, “çattaşmaq” deyirlər. “Xakker”, “aytişnik”, “perezaqrus-

ka”,”maus” və s.kompyüter slenqləri  dilimizə başqa dillərdən olduğu kimi keçıb. 

“Maus” slenqi bəzən “mışka” və ya özləşmiş “siçan”şəklində işlənsə də ədəbi dildə 

“maus” yazılır. Məsələn, bu söz M.Salmanova, M.Əlizadə, E.Seyidzadənin “İnfor-

matika mövzuları, suallar və testlər” kitabında “maus” kimi verilib.(8.s48) 

Kompüter slenqlərindən ən ziyalı təbəqə belə istifadə edir.Məsələn,”qeymer”-

kompüter oyunlarında istifadə edilən ingilis slenqi, “abort” - hər hansı bir əmrin 

yarıda kəsilməsi və s.Bəzi kompüter slenqləri tədricən özləşir. Məsələn, “xard dray-

ver”, “xard disk”  indi “sərt disk” kimi ifadə olunur. 

Kompüter slenqləri  əsasən fonetik və qrammatik cəhətdən transformasiyaya 

uğramış ingilis sözləridir.Məsələn, “yuzer”-istifadəçi, “smayıl”- şəkilli işarələr, “ad-

min”- adminstrator, “çat” - internet yazışması, “nikneym”- ləqəb və s. 

Slenqlər müxtəlif dövrlərdə gənclərin danışıq dilində fəaliyyət göstərib. 1917-

ci il inqilabından sonra ata - anasız qalmış uşaqların sayı çox idi.Bunların əksəriy-

yəti küçələrdə avara - avara dolanıb o dövrə  məxsus slenqlərdən istifadə ediblər. 

Məsələn, “frayer”- aciz,maymaq, “patsan”-yeniyetmə oğlan, “qəmin kəm”-   başın 

sağ olsun, “liqavı”- polis,milis və s. 

50-ci illərdə “stilyaqalar” peyda oldu və onların yaratdığı slenqlər öz dövrü 

üçün dəbdə idi.Məsələn, “xippi”, “cazmen”, “blatnoy” və s. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



78

Müasir dövrdə gənclərin slenqi 15-25 yaş həddini əhatə edir.Əsasən şəhər mü-

hitində yaşayan, fəaliyət göstərən gənclər tərəfindən yaranıb yayılır.Gənclərin 

slenqləri fonetik,leksik və qrammatik əsasda yaradılır. Əksər gənclər üçün “nə de-

mək” yox, “necə demək” aktualdır.Onlar  danışıqlarını  bir növ “dəbdə olan slenq-

lərlə” ifadə etdikdə özlərini daha müasir,daha işgüzar hesab edirlər.Gənclər əsasən 

slenqlərdən istifadə etməklə yaşlı nəsli özlərindən təcrid edirlər. Məsələn,”buralarda 

ol”, “uç burdan”, “sən xətdə qal”, “yeri var”, “İtə tökdür”, “bomba oğlandır”, “qırıl 

ondan”, “ filənkəs özünü lezvalıyır” və s. 

Ordu cəmiyyətin ayrılmaz bir hissəsidir. Burada da əsgər və zabitlərin işlət-

dikləri slenqlər mövcuddur.Onları hərbi slenqlərə aid etmək olar.Üç aya qədər xid-

mət edən əsgərə “maladoy”, altı aya qədər xidmət edənə “zelyonnıy”, xidmətinə üç 

ay qalan əsgərə “dembel”, əsgəri xidmətinin bitmə əmrini alanlar “ded” , nizamna-

mədən kənar münasibətlərə “dedovşina”,səliqə-səhmanına fikir verməyən, mə-

nəviyyatını itirən əsgərə “çmo”, briqada komandirinə “kombriq”   deyirlər. Bu nü-

munələrin sayını istənilən qədər artırmaq olar.Qeyd etmək lazımdır ki, hərbi slenq-

lərin əksəriyyəti sovet  dövründən qalmadır. 

Son zamanlar avtobus sürücülərinin özünəməxsus slenqlərdən istifadə etməsi-

nə də təsadüf  etmək mümkündür. Məsələn: “20 Yanvardan AZİ-yə pres gəldim” , 

“Filənkəs dartanşikdir”, “Bayaq maşın kubik idi” və s. 

Slenqlər müxtəlif yollarla yaranır: 

Başqa dillərdən söz ya olduğu,ya da qismən dəyişmiş şəkildə dilə gəlir (əsa-

sən ingilis və rus dillərindən). Məsələn,” happy birthday to you” (həppi böz dey tu 

yu), “thanks you very much” (senk yu veri maç), “thanks you” (senk yu), “пака” 

(paka) və s. 

Sözləri  qısaltma və ya ilkin mənasını dəyişmək yolu ilə. Məsələn, “ləzzət ve-

rir” əvəzinə “ləz verir”,xala əvəzinə “xalaşka”. 

Kobud ifadələrlə. Məsələn, “Bas bayıra”, “vızqırt  burdan” 

Metafora,metonimya yolu ilə.Məsələn,dollara “yaşıl”,kriminal aləmdə narko-

tikə “ot”; “yandırdı”, “quşdadı” və s. 

İronya ilə.Məsələn, kiçik boylu adama “fil”,zəif adama “əjdaha” və s. 

Gənclərin bəziləri bildirirlər ki, həmişə  ədəbi dildə danışmaq darıxdırıcıdır. 

Həm də onlar böyüklərin  başa düşməyəcəyi bir dildə danışmağı daha üstün sayırlar. 

A.Qurbanov yazır ki, ədəbi dil ilə danışıq dili arasında möhkəm əlaqə vardır. 

Danışıq dili ədəbi dil üçün əsas mənbədir. O, ədəbi dilin hərtərəfli inkişafına yardım 

edir. Eyni zamanda,ədəbi dil də, öz növbəsində, danışıq dilinə  təsir göstərir, onu 

inkişaf etdirir.Danışıq dili ədəbi dilin,əsasən, lüğət tərkibinin zənginləşməsində xü-

susi rol oynayır.Bu mənbədən sözlər bir növ süzgəcdən keçirilərək götürülür; belə 

ki, hər bir söz cilalanır və normalara uyğunlaşdırılıb  ədəbi formaya salınır.  Ədəbi 

dilə hər sözü gətirmək olmur. Onun xəzinəsinə başlıca olaraq hamıya məlum olan, 

hamının düzgün başa düşə biləcəyi dil vasitələri yol tapa bilir. Danışıq dili ədəbi 

dilin, əsasən, leksik cəhətdən zənginləşməsinə xidmət etdiyi halda,ədəbi dil danışıq 

dilinə hər cəhətdən, yəni fonetik, leksik və qrammatik cəhətdən təsir edir və onu in-

kişaf etdirir. Hazırki dövrdə ədəbi dil ilə danışıq dilinin səciyəvi cəhətlərini müəy-

yən etmək ,fərqləri aşkara çıxarmaq və bunların  əlaqələrini dəqiq aydınlaşdırmaq 

dilçiliyimizin qarşısında duran çox mühüm məsələlərdəndir.(4.s 45) 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



79

 Azərbaycan dilini öyrənən xarici vətəndaş yalnız ədəbi dili bilməklə kifayət-

lənə bilməz.O,mütləq danışıq dilini də öyrənilməlidir.Bu baxımdan slenqlərin tədqi-

qi, aşkara çıxarılması vacib məsələ sayılır. 

 

Ədəbiyyat 



 

1)

 



R.Manafoğlu,N.Tağısoy,R.Kamal “İzahlı  tərcüməşünaslıq terminləri lüğəti” 

B.,2009 


2)

 

Раиса Иосефна Розина «Семантическое развитие слова в русском языке и 



современном сленге» Москва,2005. 

3)

 



M.İ.Adilov,Z.N.Verdiyeva,F.M.Ağayeva “İzahlı dilçilik terminləri”- B.,1989. 

4)

 



A.Qurbanov “Müasir Azərbaycan ədəbi dili” I cild-B.,2003. 

5)

 



M.Salmanova, M.Əlizadə, E.Seyidzadənin “İnformatika mövzuları,suallar və 

testlər”-B.,2012. 

6)

 

J.B.Greenough and G.L.Kittridge,Words and Their Ways in English Specsh, 



Nev York,1929 

7)

 



Н.О.Орлов «Ярославский педогогический вестник» 2004№3 

8)

 



И.Р.Гальперин «Вопросы языказнания» 1956 №6. 

9)

 



О.С.Ахманова 

«Словарь 

лингвистических 

терминов-М.,Советская 

Энциклопедия,1968. 

 

                                                                   Эльдар Агаев  



Сленг – термин  языкаведине 

Резюме 


 

В  этой  статье  говарится  о  сленге.  Сленг  термин  языкаведине.  Можно 

сказать, что молодёжь пользуется такими сленгами, каторые искажают нормы 

языка.  Автор  подчеркивает,что  сленги  бывают:  компьютерные,  военные,  мо-

лодёжные  и.т.д. В последнее время эта тема становится еще боле актуальной.            

                         

Eldar Agayev  

Slang – is the term of lingwistics 

Summary 

 

This article is about slangs. Slang is the term of linguistics. We can say that 



the youth use such slangs, which distort the norm of language. Auther notices that, 

slangs eanbe for computers, for military, for youth and etc…  

  Recently this topic is besoming more topical.               

 

Rəyçi:                   İ. Kazımov 



               filologiya elmləri doktoru, professor 

 

 



 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



80

      LALƏ  RZAYEVA                          

ADU 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə