Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə1/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   50

 

Filologiya  məsələləri – №10, 2013

 

 



1

 

АЗЯРБАЙЪАН МИЛЛИ ЕЛМЛЯР АКАДЕМИЙАСЫ 

М.ФЦЗУЛИ адына ЯЛЙАЗМАЛАР ИНСТИТУТУ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ÔÈËÎËÎÜÈÉÀ 

ÌßÑßËßËßÐÈ 

 

№ 10 

 

 

Топлу  Азярбайъан  Республикасы  Президенти  йанында  Али 

Аттестасийа  Комиссийасы  тяряфиндян  рясми  гейдиййата 

алынмышдыр (Filologiya elmləri bюлмяси, №13).

 

Азярбайъан  Республикасы  Ядлиййя  Назирлийи  Мятбу 



няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

«Елм вя тящсил» 

Бакы – 2013 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



2

 

 



Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы Ялйазмалар Институту вя  

                                  «Елм вя тящсил» няшриййаты  

 

 

 

 

 

 

 

 

 

РЕДАКСИЙА  ЩЕЙЯТИ:  академик  Аьамуса  Ахундов,  академик  Васим 

Мяммядялийев,  академик  Иса  Щябиббяйли,  АМЕА-нын  мцхбир  цзвц,  ф.е.д.,  проф. 

Тофиг Щаъыйев, АМЕА-нын мцхбир цзвц, ф.е.д., проф. Низами Ъяфяров, АМЕА-нын 

мцхбир  цзвц,  АМЕА-нын  мцхбир  цзвц,  ф.е.д.,  проф.  Ябцлфяз  Гулийев,  АМЕА-нын 

мцхбир цзвц, ф.е.д., проф. Теймур Кяримли, ф.е.д., проф.  Fəxrəddin Veysəlli,  ф.е.д., 

проф. Вилайят Ялийев, ф.е.д., проф. Гязянфяр Казымов, ф.е.д., проф. Рцфят Рцстямов, 

ф.е.д.,  проф.  Мясуд  Мащмудов,  ф.е.д., prof.    Мящяббят  Мирзялийева,  ф.е.д.,  проф. 

Мцбариз Йусифов, ф.е.д., проф. Гязянфяр Пашайев, ф.е.д., проф. Ябцлфяз Ряъябли, ф.е.д., 

проф. Nizami Xudiyev, ф.е.д.,  проф.  Ъялил  Наьыйев,  ф.е.д.,  проф.  Надир  Мяммядли, 

фil.ü.e.d. Paşa Kərimov, ф.е.д., prof.  Камиля Вялийева, ф.е.д. prof. Азадя Мусайева, 

ф.е.д. Мющсцн Наьысойлу, фil.ü.f.d. Нязакят Мяммядли. 

 

 

 

 

 

 

 

Бурахылыша мясул: filologiya üzrə elmlər doktoru Paşa Kərimov 

Ряйчи: filologiya elmləri doktoru, professor Надир Мяммядли 

 

Филолоэийа мясяляляри. Бакы, 2013, № 10 

 

 

 

 

ISSN 2224-9257 

 

 



© ”Elm və təhsil” nəşriyyatı, 201

 

 



www.filologiyameseleleri.com

 

Filologiya  məsələləri – №10, 2013

 

 



3

 

 

ÄÈË×ÈËÈÊ 



 

 

 

 

  Fil.e.dok. prof. BAHAR CƏFƏROVA 

   İZZƏT CABBAROVA 

   SAMİRƏ ORUCOVA 

 

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ KEÇMİŞ ZAMAN 



FORMALARININ PARADİQMATİK (KATEQORİAL) VƏ SINTAQMATİK 

(KONSEPTUAL) MƏNALARI 

 

Açar sözlər: sintetik və analitik formalar; birdəfəlik hərəkətlər, hərəkətin nəticəsi, 

təkrar hərəkətlər, leksik vasitələr, növ-zaman formaları, davam edən hərəkətlər, 

yaxın keçmiş, uzaq keçmiş, inkişaf prosesi, ilkin məna. 



Key words: synthetical and analytical forms, disposable actions, the conclusion 

of The action, repetitive movements, lexical means, type-tense forms,  continuous 

actions, recent time, remote past, the development process, the primary meaning. 

Ключевые  слова:  Синтаксические  и  аналитические  формы,  одновременные 

действия, результат действия, повторяющиеся действия, лексические  едини-

цы,  видовые  и  временные  формы,  продолжающиеся  действия,  недавнее 

прошлое, давнее прошлое, развивающийся процесс, первоначальное значение. 

 

Azərbaycan və İngilis dillərində keçmiş zaman formalarının müqayisəli təhli-



linin tipoloji cəhətdən öyrənilməsi çox əhəmiyyətlidir. Hər iki dildə keçmiş zaman 

çoxcəhətli kateqoriyadır. 

Burada hər iki dilə məxsus keçmiş zaman formalarındakı spesifik struktur-se-

mantik xüsusiyyətlər üzə çıxır, universal və diferensial cəhətlər ayırd edilir. Zaman 

formalarının semantikası müxtəlif dillərdə müxtəlif aspektlərdən təhlil olunur. Bun-

dan əlavə, keçmiş zamanın müxtəlif formaları mövcud olduğundan onun mənaları 

da istər-istəməz hər bir formaya uyğun olaraq çoxalmışdır. Mövcud formalar, de-

mək olar ki, çox zaman semantik cəhətdən bir nöqtədə birləşə bilir, lakin ayrılan 

fərqli cəhətlər də özünü göstərir. Biz mövcud bölgülər arasında iki dilin keçmiş za-

man formalarının semantikasını 3 qrup daxilində müqayisə etməyi məqsədəuyğun 

hesab etmişik: 

1. Paradiqmatik yaxud kateqorik mənalar; 

2. Sintaqmatik yaxud konseptual mənalar; 

3. Keçid mənalar. 

Bu qrup keçmiş zamanın sintetik və analitik formalarını əhatə edir. 

Həm germanistikada, həm də türkoloji dilçilikdə keçmiş zaman formalarının 

mənaları tədqiqat obyekti olmuşdur [1.42; 2.46]. 

İ.İvanova ingilis dilində digər zaman formaları kimi keçmiş zamanın sintetik 

və analitik formaların semantik cəhətdən 2 qrup daxilində izah edir. 

1) keçmiş zamanın əsas mənaları; 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



4

2) keçmiş zamanın ikinci dərəcəli mənaları [3.47]. 

Keçmiş zamanın paradiqmatik yaxud kateqorial mənası keçmişdə şahidlik yo-

lu ilə müəyyənləşən hərəkətləri, eləcə də (bir hadisəni öz gözü ilə görmüş), birdəfə-

lik, bütöv (tam) hərəkətləri ifadə edir. Bu məna Azərbaycan dilində – di

4

 forması ilə 



təzahür edir. Məsələn, O, uşaqla əlaqəsini kəsib mənə tərəf buruldu. – di

forması 



ilə ifadə olunan hərəkət ola bilsin ki, zaman və məkan münasibətlərini məhdudlaşdı-

rır. Məsələn, otaqda oturduğum zaman bir oğlan içəri girdi. 

– di



forması keçmişdəki işin (hərəkətin) başlanğıcını bildirir, hərəkətin nəti-



cəsini xarakterizə edir. Məsələn, Adil öz sözü ilə onun fikirlərini alt-üst etdi. 

Paradiqmatik hallardan biri də dəyişən hərəkətdir. – di

forması bu mənanı da 



özündə ehtiva edir. Məsələn, Əsgər yuxarı qalxdı və çiynindəki tüfəngi yerə qoydu. 

“Qalxmaq” və “qoymaq” hərəkətləri dəyişən hərəkətlərdir. 

Keçmiş zamanın sintaqmatik (konseptual) mənaları son həddə çatan və çatma-

yan fellərdən asılıdır və – di

həm bitmiş, qurtarmış və həm də bitməmiş hərəkətləri 



ifadə edir. Məsələn, Arifin yadına Yaxın dağının başında qoyulmuş qartal heykəli, 

ətəkdən qayaların arası ilə qaldırılmaqda olan daş pillələr düşdü (S.Əhmədov). 

Kontekstdə sürəkli-uzun sürən, təkrar, tərkib hissələrinə ayrılmış  hərəkətlər 

leksik vasitələrin köməyi ilə formalaşır. Leksik vasitə kimi “gec”, “çox gec”, “hə-

mən”, “hər gün” və s. sözlər – zaman zərfləri fəal rol oynayır. 



a) Sürəkli hərəkətlər. 

Azərbaycan dilində: Fərid gec oyandı və səhərə qədər yatmadı.  

İngilis dilində: At 08

30 

he picked up his case, went out of the house and slam-

med the door behind him (I.P. Krylova). 

Sürəkli keçmiş zamandan inkişaf edən hadisələr fonunda istifadə olunur. 

Nağıllarda da keçmiş zamanın bu növündən istifadə olunur. Məsələn: Biri vardı, bi-

ri yoxdu. Bir padşah vardı. 

b) Təkrar, dönə-dönə təkrar olunan hərəkətlər. 

Azərbaycan dilində: Fərid yenə də dayandı, səs gələn tərəfə baxdı, adəti üzrə 



fikrə getdi. 

İngilis dilində: He several times approached the door, listened to their talks 



and went on his reading (I.P. Krylova). 

c) Tərkib hissəsinə ayrılmış hərəkətlər. 

Azərbaycan dilində: Onlar qarşılaşdılar, oturub söhbətləşdilər, keçmiş cəbhə 



günlərini yada saldılar. 

İngilis dilində: We went to the park and I sat down on a chair and took the 



baby out of the pram and a big dog came along and put it`s head on my knees and 

she clutched it`s car, tugged it (H.James). 

Keçmiş zamanda paradigmatik məna yekun, son, tamamlanmış  hərəkətləri 

ifadə edir və bu məna danışıq vaxtı ilə əlaqədə olur. Məsələn, Ənvər orta məktəbi 

qurtardı, özəl universitetlərin birinə daxil oldu. 

Ingilis dilində: He finished his work, went to the post to send the letter. 



ç) Davam edən hərəkətlər. 

Azərbaycan dilində:  Kişi dayanıb nəfəsini dərdi. Bir xeyli Kürdə çimişən 



uşaqlara,  

yulğunluğa doluşan mal-qaraya baxdı. Öküzünün buralarda olub-olmadığını 

yoxladı. Sonra yenə də yoluna davam etdi (İ.Şıxlı). 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



5

İngilis dilində: So, I went the stairs. I bathed. I changed. I made myself up like 



the Queen of Sheba. Then I went downstairs, cooked and served dinner for three. 

d) Ardıcıl baş verən hərəkətlər. 

Azərbaycan dilində: Arif şotkanı və çubuğu götürüb, paltonun üstünə düşdü, 



çubuqla xeyli döydü, tozunu çıxardı, şotkaladı (S.Əhmədov). 

İngilis dilində: I found same matches, climbed on the table, lit the gas lamp, 



then settled down to read (I.P. Krylova). 

e) Ötüb keçmiş hərəkətlər. 

Azərbaycan dilində: Cavanlıq getmişdi, getməkdə idi (S.Əhmədov). 

İngilis dilində: It happened before you came. He had heard the news before 

he ran up my stairs (I.P. Krylova). 

Keçmiş zamana aid olan paradiqmatik və sintaqmatik mənalar müqayisə 

edilən dillərdə  zərflər hesabına konkretləşir. Aşağıdakı sözlər konkretləşdirici 

funksiyasını yerinə yetirir: 



1) Konkretləşdirici məna “gecə ikən”, “axşamüstü”, “ertəsi günü”, “indi” sözü ilə. 

Azərbaycan dilində: Bəlkə elə ona görə də gecə ikən atı çapıb kəndə qayıdıb 



(İ.Şıxlı). 

- Nə bilim, ay bala, axşamüstü səhəngi götürüb getdi (İ.Şıxlı). 

Allahyar ertəsi günü tezdən binələrə yola düşdü (İ.Şıxlı). 

İndi də uşaqlarla zarafatlaşandan sonra özünü yüngül hiss etdi (İ.Şıxlı). 

İngilis dilində: I woke up three times during the night (Swan). 

I saw him at his friend`s in the afternoon (Swan). 

They returned home in the morning the next day. 

He opened the door. Now the noise was very loud. 

2) Konkretləşdirici məna “iki gün” birləşməsi ilə. 

Azərbaycan dilində: Ancaq aradan iki gün keçdi. 

İngilis dilində: Two days had passed since they met at their house. I saw Tom 

two days ago. 

3) Konkretləşdirici məna “tez”, “bir müddət”, “əvvəlcə” sözləri ilə. 

Azərbaycan dilində: Gurultu ilə başlayan yağış tez də ötüb keçdi (İ.Şıxlı). 



Bir müddət heç biri dinmədi (İ.Şıxlı). 

Güləsər əvvəlcə səhəngini suya basdı (İ.Şıxlı). 

İngilis dilində: Soon the big house came into view-we had arrived (Language 



activator). 

They decided to postpone the decision for a while. 

For a time all went sell and then one day the trouble started (Language 

Activator). 

The treatment worked well at first, but then the patient began to get worse 

(Language Activator). 

4) Zaman qoşması hesabına konkretləşdirmə. 

Azərbaycan dilində: Güləsər Salatını yıxıldığı yerdən qaldırandan sonra beli-



ni düzəldib sahilə baxdı (İ.Şıxlı). Üç gündən sonra Kürün lap aşağısında, binələrin 

bərabərində, bir qadın meyidinin tapılması xəbəri kəndə yayıldı (İ.Şıxlı). Bu cümlə-

də keçmiş zamanın “eşitmə” semi üstünlük təşkil edir. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



6

İngilis dilində  də keçmiş zamanın zaman qoşmaları hesabına konkretləşən 

mənalarına çox rast gəlmək olur. Məsələn: After the war ended the long process of 

reconstruction began. My father died two days after I was born. 



5) Feli bağlama tərkibi hesabına konkretləşmə.  

Azərbaycan dilində:  Günün qulağı  əyilib axşama dönəndə Allahyar geri 



qayıtdı (İ.Şıxlı). 

Cahandar ağanın evinin bərabərinə çatanda Güləsər sükutu pozdu (İ.Şıxlı). 

İngilis dilində: All this happened when we were living abroad. 

When she was at collage she wrote for a student newspaper (Language 

Activator). 



6) Uzaq keçmiş mənası “iki il” sözü ilə konkretləşir. 

Azərbaycan dilində: Ancaq iki il idi ki, qarı rəhmətə getmişdi (İ.Şıxlı). 

İngilis dilində: It was true that we had known one another almost intimately 

for two ten years (S.Maughan). 

7) Uzaq keçmiş  mənası “inişil”, “keçən il” və “bu il” zərfləri vasitəsilə 

konkretləşir. 

İnişil arvadı öldü, keçən il də əlləri aşağı oldu. Bu il isə heç araba qoşmamış-

dı. Məna bu kontekstdə ardıcıl sistematik verilir. 

(inişil  keçən il  bu il  indi). 

Bu cümlələrin ardınca keçmiş zaman indiyə aid edilir, yaxın keçmiş mənası 

formalaşır. Məsələn, İndi oğlunun hərəkəti onu xeyli düşündürdü (İ.Şıxlı). 

İngilis dilində də uzaq keçmiş mənasından yaxın keçmişə doğru bir meyl var. 

Aşağıdakı kontekst bu baxımdan xarakterikdir. 

Now he sat down in an armchair opposite Charlie, salt bolt upright with his 

hands on his knees, and looked hard at Charlie (Priestby). 

Felin keçmiş zaman formasında hərəkətin bitkinliyi, davamlılığı, təkrarlığı və 

nəticəliyi kimi növ mənaları zaman formalarının özünə xas olan mənalardır. Onlar 

kontekstdən, leksik vasitələrdən və felin özünün leksik xarakterindən asılı olma-

yaraq aşkara çıxır, zaman formalarının özləri ilə  sırf morfoloji yolla ifadə olunur, 

belə ki ingilis dilində keçmiş zamanın bütün formaları  sırf zaman formalarıdır. 

Azərbaycan dilində isə felin keçmiş zamanı növ-zaman formalarıdır. 

Zaman mənası ilə yanaşı bu formalar felin leksik xarakterindən (hüdudlu, 

hüdudsuz) və konteksdən asılı olaraq istər Azərbaycan dilində istərsə  də ingilis 

dilində bitkinlik, davamlılıq, təkrarlıq və  nəticəlik mənalarını ifadə edə bilər, fərq 

yalnız bundan ibarətdir ki, İngilis dilində bu mənalar təmamilə felin leksik 

xarakterindən və kontekstindən asılıdır. Azərbaycan dilində isə felin leksik 

xarakterindən və kontekstdən asılı deyil. 

İnkişaf prosesində bu və ya digər qrammatik forma yeni məna kəsb edə bilər

onun ilkin semantikası ikinci dərəcəli mənaya çevrilə bilər. 

 

Ədəbiyyat 



 

1. Axundov A.A. Felin zamanları. Bakı, 1961, 139 s. 

2. Иванова И.П.Вид и время в современном английском языке. Л.,1961,200 s. 

3.  Зикриллаев  Г.Н.  Компонентивей  анализ  синтетических  форм  прошедшего    

времени в Узбекском языке. «СТ», 1980, № 5, s. 46-54. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



7

B.Jafarova 

İ.Jabbarova 

S.Orujova 

 

The paradigmatical (categorical) and syntagmatical (conceptual) meanings of 



the past tense forms in the Azerbaijan and English languages 

Summary 


 

In the article the paradigmatical and syntagmatical meanings of the past tense 

forms in the Azerbaijan and English languages are explained with the given examp-

les in both languages. 

In the article the completeness, durability, repitity and effectiveness meanings 

of the motion are also explaned depending on the lexical character and context of 

the verb in the English language. But in the Azerbaijan language they are determi-

ned not depending on the lexical character and context of the verb. 

 

Б. Джафарова  



И. Джабарова 

С. Оруджева  

Парадигматические категории и синтагматические значения глаголов 

прошедшего времени в азербайджанском и английском языках 

Резюме 

 

В статье даются пояснения парадигматических и синтагматических зна-



чений форм прошедшего времени на примере двух языков-aзербайджанского 

и английского.  

Помимо этого, в статье даются пояснения и того, что в английском язы-

ке  значения  законченности  действия,  его  продолжительность,  повторяемость 

и результативность зависят от контекста и лексического характера глагола. 

В  азербайджанском  языке,  напротив,  эти  же  лексические  значения 

действия не зависят ни от контекста, ни от лексического характера глагола. 

 

Rəyçi:                    Nadir Məmmədli 



                  filologiya elmləri doktoru, professor 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



8

O.B.CƏLİLBƏYLİ 

BDU 

ogtay_jalilbeyli@yahoo.com 

 

YAPON DİLİNDƏ FEİLİN TƏSRİFLƏNMƏ XÜSUSİYYƏTLƏRİ 

 

Açar sözlər: Feil, Təsriflənmə,  Şəxs kateqoriyası, Kəmiyyət kateqoriyası. 

Ключевые слова: Глагол, Спряжение, Категория лица, Категория числа 

Key words: Verb, Conjugation, Grammatic categories of person, Grammatic 

categories of quantity 



 

Dilçilik  ədəbiyyatında feil kategoriyası dildə  əhəmiyyəti, zəngin leksis-se-

mantik və qrammatik məna ifadə etməsi ilə digər nitq hissələrindən fərqlənir. Feil 

hər hansı bir dilin təşəkkül və inkişaf tarixini, onun qrammatik təbiətini, eləcə  də 

həmin dilin yalnız səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir (9,52). 

Y.S.Maslova görə feil hərəkətin qrammatik mənasını ifadə edən nitq hissəsi-

dir. Hərəkət dedikdə, burada dinamik zaman daxilində cərəyan edən, baş verən hə-

rəkət nəzərdə tutulur. Hərəkətin qrammatik mənasını sözün geniş  mənasında başa 

düşmək lazımdır. Bu sözün həqiqi mənasındakı hərəkətdən başqa həm də durum və 

yaxud predmetin mövcud olmasını da göstərə bilir (7,46-47). 

Yapon dilində feilin müstəqil cümlə üzvü kimi işlədilməsini M.Kieda bu dilin 

iltisaqiliyi ilə izah edir. Müəllifə görə məhz iltisaqi dil olduğu üçün cümlə bir tək 

mənalı sözlərdən ibarət ola bilir. Bu sozlərdən başqa müəllifə gorə köməkçi sözlərə 

ehtiyac duyulur ki, həmin sözlər cümlədə fikrə aydınlıq gətirmiş olsun. Başqa sözlə, 

söz öz rolunu – yəni cümlə üzvü rolunu yerinə yetirmək üçün başqa sözlərlə əlaqə-

yə girməlidir. Cümlədə sözlər arasında  əlaqəni ifadə edən  ən mükəmməl vasitə 

cümlədə sözlərin sırasıdır.Cümlədə sözlərin sıralanmasında isə feilin təsrifi böyük 

rol oynayır (feili cümlələrdə). Feilin təsrifi olmasa nəinki cümlə üzvlərinin sıralan-

masından, hətta cümlədən danışmaq olmaz (ismi cümlələr istisnadır).  

Məlumdur ki, Azərbaycan dilində feilin təsrifi dedikdə feilin şəxsə və kəmiy-

yətə  görə dəyişməsi nəzərdə tutulur. “İzahlı dilçilik terminləri“  lüğətində şəxsə və 

kəmiyyətə görə dəyişməkdən əlavə təsrif anlayışına “zaman, “şəkil” kateqoriyaları 

da əlavə edilmişdir. Orada qeyd edilir:  “təsriflənmə - zaman, şəxs, kəmiyyət və şə-

kil kateqoriyaları üzrə  dəyişmə. Feilin şəxslər üzrə  təsrifi. Zamanca təsrif de-

məkdir”(1,279). 

Qeyd etmək lazımdır ki, Azərbaycan, eləcədə türk dilində şəxsə və kəmiyyətə 

görə dəyişməyə feilin təsrifinin bütün hallarında təsadüf olunduğu halda zaman haq-

qında bunu demək olmur.Məlumdur ki, burada qrammatik zamanın morfoloji əla-

mətləri nəzərdə tutulur. Məs feilin arzu şəklinin zamanı yalnız məntiqə görə düşü-

nülərək müəyyən oluna bilər. Zamanı ifadə edən hər hansı bir morfoloji əlamət 

iştirak etmir. 

Feilin təsrifində qrammatik zaman kateqoriyasının önəmli rol oynamadığını 

göstərən məqamlar da vardır. Məs.: get, yaz, getsə, yazsa sözlərində olduğu kimi. 

Burada zaman mənası yalnız məntiqə görə anlaşılır. Lakin burada (bu 

feillərdə) zamanın morfoloji əlaməti yoxdur. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



9

Fikrimizcə, yapon dilçiliyində feilin təsrifi məsələsi bir qrammatik kateqoriya 

kimi, özünü daha bariz sürətdə göstərir. Bunun obyektiv səbəbi ondan ibarətdir ki, 

feil öz funksiyasını təsrif zamanı tam şəkildə reallaşdıra bilər. Feilin cümlədə reali-

zə olunma funksiyası dedikdə onun xəbər kimi çıxış etməsi nəzərdə tutulur. Bu ba-

xımdan Yapon dilində  təsrifə  ən doğru tərifi Hasimoto vermişdir : “Təsrif sözun 

sonluğunun dəyişməsi deməkdir. Bu ona görə baş verir ki, bu dəyişmə sözə əlavə 

mənalar qatır, yaxud da ona yeni söz əlavə etməklə yeni mənalar kəsb etmək olur” . 

Fikrimizcə, burada Hasimoto iki məsələyə diqqəti çəkmişdir: 1.Təsrifdə sözün 

(feilin) sonluğunun dəyişməsi; 2.Sözün aktivləşməsi yəni predikativlik kəsb etməsi. 

Yapon dilində bir qrammatik kateqoriya kimi feilə dilçilərin yanaşması eyni 

olmamışdır (Bu həm yapon dilçilərinə, həm də xarici yaponşünaslara aiddir.) Belə 

elmi yanaşıma meylinə “Teoretiçeskaya qrammatika yaponskoqo yazika”adlı kitab-

da da təsadüf olunur. Kitabda oxuyuruq: “Sposobnost qlaqola soçetatsa s tem ili 

inım qrammatiçeskim pokazatelem ili daje s tseloy qrammatiçeskoy kateqoriyey, 

vıbirat te ili inıyı znaçeniya konkretnoqo pokazatelya vo mnoqom obuslovlena 

prinadlejnostyu qlaqola k opredelyonnomu semantiçeskomu klassu”. Məhz buna 

gore kitabda bu fikir vurğulanır ki: “poetomu pered tem, kak obsujdat sobstvenno 

slovoizmenenie kateqorii yaponskix qlaqolov, no ostanovimsa na qrammatiçeski-

znaçimix parametrax qlaqolnoy leksiki (2,73). 

Feilin semantik xüsusiyyətlərinə daha çox verən müəlliflər feilin təsrifindən 

az da olsa, bəhs etməmiş, kitabda bu məsələyə yer verməmişlər. 

Yapon dilinin qrammatik quruluşu ilə bağlı yazılan  ədəbiyyatlarda təsrifin 

ikili xarakterini qeyd edirlər (4,168). Buraya müstəqil olaraq forma dəyişikliyinə 

uğrayaraq təsrif olunan və köməkçi söz vasitəsilə ilə təsrif olunan feillər daxildir. 

Elmi  ədəbiyyatlarda başlıca olaraq köməkçi sözlər vasitəsilə  təsrif olunan 

feillər mübahisə doğurur. Birinci halda feil sintaktik vahid kimi özünü göstərir, 

lakin ikinci halda bunu demək çətindir. 

Belə bir sual meydana çıxır.Nə üçün yapon dilində  təsrif formalarının çoxu 

müstəqil işlədilə bilmir. Bu sualı da cavablandırarkən alimlər bunu dilin iltisaqi 

təbiətilə  əlaqələndirirlər. Deməli, feil təsrifi mexanizmində  də yapon dilinin 

iltisaqilik xüsusiyyəti özünü göstərir. Bu onunla bağlıdır ki, iki tam mənalı söz 

arasındakı əlaqələri təmin etmək üçün müxtəlif formal xarakterli sözlər əlavə edilir 

və  məhz bu formal sözlər hesabına da feilin cümlədə sintaktik funksiyası 

müəyyənləşmiş olur. Digər tərəfdən də söz cümlədə öz rolunu – cümlə üzvü rolunu 

oynamaq üçün onun digər sözlərlə  əlaqəsini müəyyən etmək lazımdır.  Əlbəttə bu 

hər dilin xarakterik xüsusiyyəti ilə bağlıdır. Yapon dilində sözlər arasında  əlaqə 

vasitəsini müəyyən edən  ən önəmli cəhət cümlədə sözlərin sırasının müəyyən 

edilməsidir.  İkinci vasitə isə yuxarıda qeyd etdiyimiz köməkci sözlərdir. Nəzərə 

alsaq ki,feil cümlədə baş üzv rolunu oynayır onda onun cümlənin digər üzvlərindən 

fərqi aydın olmuş olar. 

Təsrif bir qrammatik kateqoriya kimi dilçilikdə önəm daşıdığına görə ədəbiy-

yatlarda qeyd olunur ki, “spryajeniye qlaqola po osnovam zaklyuçaetsa v obrazova-

nii isxodnix form (osnov), iz kotorıx v svoyu oçered, putyem prisoedineniya suffik-

sov obrazuetsa razliçiye formı qlaqola” (3,61). 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



10

Kitabda misal olaraq yomu və matsu (oxumaq və gözləmək) feillərinin beş 

təsrif forması üzrə  dəyişmə  cədvəli təqdim edilmişdır. Beş  təsrif formasına görə 

məs.:  yomu sözünün dəyişməsi bu şəkildə nəzərə çarpır. 

Feil yomu =yoma, yomi, yomu, yome, yome 

Feilin özündən başlayaraq bu dəyişmələri analiz etdikdə görünür ki, yoma feil 

olsa da ayrılıqda mənası aydın deyildir. 

Ayrılıqda yoma sözünün hansı  məna ifadə etdiyini müəyyən etmək çətindir. 

Lakin onun yomu forması “oxumaq”, yomaseru – oxumağa təhrik etmək mənasını 

verir. Deməli yomu-nun “oxumaq” dan başqa digər mənaları ola bilər. Buna baxma-

yaraq onun mənası həmin sözə birləşən köməkçi sözdən asılı olaraq dəyişəcəkdir. 

Məs. Ona cu, nay köməkçi sözünü birləşdirsək ( əlavə etsək – inkarlıq anlayışını, ru 

əlavə etsək passiv məna , ba əlavə etsək – güman mənasını ifadə edəcəkdir. Bura-

dan belə bir nəticəyə gələ bilirik ki, yoma – müstəqil məna daşımadığı halda cümlə 

üzvü də ola bilməz. 

Beləliklə, müstəqil işlədilməyən yalnız köməkçi vasitələrlə işlədilən sözlərdə 

ikinci əlavə edilən sözün xüsusi çəkisi meydana çıxmış olur. Deməli, həm də bu nə-

ticəyə gəlmək olur ki, formal sözlər (bunlar Yapon dilində kifayət qədər çoxdur –

O.C.) də müstəqil cümlə üzvü kimi özünü göstərmir. 

Yuxarıda qeyd edildiyi kimi, Yapon dili iltisaqi dildir və burada iltisaqilik an-

layışı sözün  kökündən asılıdır. Bu və ya digər sözün sonu elə dəyişir ki, hər sözün 

onun işlənməsinə imkan yaranmış olsun.Məhz buna görə də müstəqil mənaya malik 

olan sözlə formal sözün bir araya gəlməsi elə ciddi qanunuyğunluğa tabedir ki, sözə 

birləşən şəkilçilərdə bunları asanlıqla ayırmaq mümkün olur. 

Feillər təsrif olunduqda əsasən sözün (feilin) sonunda fonetik dəyişmələr baş 

verir və bu fonetik dəyişmələr bir tipli deyildir. Qeyd etmək lazımdır feil sonunda 

samitlər deyil saitlər dəyişir ki, bu dəyişmələr səkkiz növdə birləşmişdir. Əlavə et-

mək lazımdır ki, dördüncü, beşinci təsrif formasında bir növ istisna olaraq saitlər 

dəyişmir, lakin onun əvəzində sözə ru,re, yo əlavə edilir (yalnız 8-cidə yo əlavə 

edilmir – O.C.) 

Ru, re birləşən feillər u saiti ilə qurtarır. Qeyd etmək lazımdır ki, yapon danı-

şıq dilindəki feil təsriflərinin formaları və onların kəmiyyətləri yapon yazı dilindən 

fərqlidir. 

Yapon dilçiliyində belə bir fikir dominantlıq təşkil edir ki, sonunda saitlər də-

yişən feillər və saitləri dəyişməyib sonuna ru,re,yo,ro əlavə edilən feillər əsl düzgün 

təsriflənən feillərdir (4, 177). 

Yapon dilində feil təsrifinin tam mənzərəsi yaransın deyə yazı dilindəki təsrif 

feillərini əks etdirən cədvəli məqaləyə əlavə etməyi lazım bilirik.  

Təsrif zamanı feilin formasının dəyişməsi prosesi müəyyən çərçivədə baş ve-

rir. Feildəki fonetik dəyişmələr müəyyən kriteriyalara xidmət edir ki, məhz buna 

görə  də bütün feilləru bir neçə tipə ayırırlar. Buna elə yapon dilində feilin tipləri 

deyirlər. 

Təqdim etdiyimiz cədvəldə saitlərdə dəyişmələrin baş verdiyi göstərilmişdir. 

Yazı dilində feillərin təsrif tipləri danışıq dilindən fərqlənir. Bu məqalədə yazı 

dili ilə danışıq dilindəki bu fərqlilikdən bəhs etməyərək yalnız yazı dili təsrifinin 

cədvəlini veririk: 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



11

 2 


3

4

5



6



Təsrifin 

birinci 


forması 

e



i

e

o



Təsrifin 



ikinci 

forması 


i e

i

e



i i i 

Təsrifin 

üçüncü 

forması 


u u

i

+ru 



e

+ru 


u



Təsrifin 

dördüncü 

forması 

u

+ru 



u

+ru 


i

+ru 


e

+ru 


u

+ru 


u

+ru 


u

+ru 


Beşinci 

təsrif 


forması 

u

+re 



u

+re 


i

+re 


e

+re 


u

+re 


u

+re 


u

+re 


Altıncı 

təsrif 


forması 

i

+yo 



e

+yo 


i

+yo 


e

+yo 


o

+yo 


e

+yo 


 

Qeyd: cədvəl M.Kieda tərəfindən tərtib edilmişdir (4,171). 



A.Sevastyanov da səkkiz təsrif formasını qeydə almışdır ( 6,10). 

Təqdim etdiyimiz cədvəli nəzərdən keçirdikdə görünür ki, birinci sıra ilə 

doqquzuncu sıradakı təsrif dəyişmələri yalnız saitlərə aiddir. 

Dördüncu və beşinci təsrif sıralarında saitlər dəyişmir, lakin o saitlərə ru,re,yo 

artırılır. 

İkinci, üçüncü, altıncı,yeddinci, səkizinci təsriflərdə saitin dəyişməsi ilə 

yanaşı onlara ru,re,yo artırılır. 

Səkkizinci təsrifdə altıncı formaya yo artırıldıqda sonda e saiti meydana çıxır. 

Ömrünün böyük bir qismini Yapon dili feillərinin tədqiqinə  həsr etmiş 

A.A.Xolodoviç yazır ki, yapon dili feillərinin  ən ilkin və  ən elementar anlayışı 

təsrifdir. Bu hökmu alim M.Kiedadan iqtibas etmiş və davam edərək yazir: Sözlərin 

bu sinfinin morfoloji quruluşunu elə təsriflə başlayaraq izah edirlər. 

Daha sonra o yazır: feilin morfologiyasının bu fundamental anlayışı haqqında 

onun fundamentallığına baxmayaraq daha çox yanlış fikirlər irəli sürülmüşdür. 

Daha doğrusu inandırıcı fikirlərə az rast gəlinir (8, 19). 

A.A.Xolodoviç dilçilərin tez tez müraciət etdikləri yomu (oxuyur) feilinin 

təsrif cədvəlini ənənəvi sistemlə bu şəkildə vermişdir: 

1.yoma 


2.yomi 

3.yomu 


4. yome 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



12

5.yomo 


Və bu təsrif paradiqmasını verdikdən sonra A.A.Xolodoviç təsriflə  əlaqədar 

olaraq şübhələrini bu şəkildə ifadə etmişdir. O davam edərək yazır: “Bir anlığa tuta-

lım ki, təsrif elə həqiqətən yuxarıda qeyd olunan sıralardan ibarətdir ki, bunlar bir-

birilə son  saitləri ilə fərqlənirlər : a, i, u, e,o. 

Müəllifin şübhələri bundan sonra açıqlanır. Onun bu mövzunu konkretləşdir-

məsi ilə bağlı oxuyuruq: “Hətta az-maz yapon dilini bilənin belə diqqətini bu cədvə-

lin qəribəliyi özünə cəlb edir. Birinci sətirdəki söz (yoma –O.C.) heç bir zaman söz 

forma kimi işlədilmir. O yalnız bir neçə söz formasının tərkib hissəsi kimi çıxış edə 

bilər (yomanai -  oxumayın, yomaseru – oxumağa icazə verir), həm də burada a 

saitinin statusunu bu durumda müxtəlif mənalarda yozmaq olar. 

Dilçi alim bu göstəriciləri saitdən ibarət olan təsrifləri monomorf adlan-

dırımışdır (8,27). Məs.: naka – ağlamaq feilinin təsrifi polimorfdur: nak-a, nak-i, 

nak-e, nak-u. 

Polimorf təsrifləri birinci  i element +e təsrifi, ikinci – e elementi təsrifi isə 

üçüncü hesab etmişdir (8,28). 

Müştərək olaraq yapon dili kitabını yazmış Ayşe Nur Tekmen və Akiko Taka-

no da təsrif xüsusiyyətlərinə görə feilləri üç qrupa ayırmışlar: 

I Qrup Eylemler ( Qodan) 

II Qrup Eylemler (Zehiden) 

III Qrup Eylemler (Saleh/kahen). 

Müəlliflər qeyd edirlər ki, feilin təsrifi dedikdə u ilə yaxud da samit+u ilə bi-

tən şəkilləri feilin təsrifi hesab olunur. III qrupa daxil olan feilləri onlar düzgün ol-

mayan feillər adlandırmışlar (7,79). 

Adını qeyd etdiyimiz müəlliflər A.A.Xolodoviçdən fərqli olaraq təsrifi türk 

dili qrammatikasına əsaslanaraq izah etdikləri üçün istilahın elmi hüdudu pozulmuş-

dur. İnkarlıq formasında təsrif olunan feillərə inkarlıq təsrifi adı verilmiş, bəzən də 

əsas feilin adı ilə adlandırılmışdır.Beləliklə təsrif prinsipləri qarışdırılmışdır. Lakin 

bunlara baxmayaraq feil təsrifini ümumi olaraq üç qrupda birləşdirmişlər ki,bu daha 

məqsədəuyğundur. Digər çəkimlər (təsriflər) sözünün yapon dilinin türk tələbələri-

nə öyrədilməsi ilə bağlıdır. Bu təsriflərin içərisində hətta “kübar çəkim” (kübar təs-

rif) istilahına da rast gəlirik (7,81). Bununla yanaşı təsrifə kitabda geniş yer verilmiş 

və dilin qrammatik quruluşunu başa düşməyi asanlaşdırmışdır. Burada zaman bildi-

rən əlamətlər də təsrif altında təqdim olunur. Məs.: Ta çəkimi (Düz Qeçmiş Zaman) 

terminləri zamanlı təsrifi əhatə edir (7,87). 

Yapon dilində feilin təsrifi məsələsini yekunlaşdıraraq belə bir qənaətə 

gəlmək olur ki; 

1)  Hər dilin qrammatik təbiətini öyrənərkən o dilin spesifik xüsusiyyətlərini 

nəzərə almaq lazımdır. 

2)  Yapon dilində feilin təsrifiylə bağlı xeyli fikirlər söylənmiş olsa da məsə-

lənin tam elmi izahı hələlik verilməmişdir və bu məsələ yapon dilçiliyində problem 

olaraq qalmaqdadır. 

Nəhayət onu demək lazımdır ki, təsrif məsələsində bütün spesifik cəhətlərlə 

yanaşı ümumi dilçilikdən bizə məlum olan qəbul olunmuş bir həqiqət vardır ki, o da 

təsrif olunmuş feillərin predikativlik ifadə etməsidir. Belə görünür ki, predikativli-

yin ifadə formaları hər dildə özünəməxsus şəkildədir. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



13

Ədəbiyyat 




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə