Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə11/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

 

N.Səmədova 

Faza feli+bitməmiş tərz infinitivi konstruksiyalarının  

qeyri-korrelyativliyi problemi ‘nöqtəvilik’ anlayışının işığında 

Xülasə 

 

Müəllif  faza feli+bitməmiş  tərz infinitivi konstruksiyalarının qeyri-kor-



relyativliyi faktının izahlarından birini təhlil edilir və onun qəbul edilə bilməməz-

liyinin səbəblərini göstərir. ‘Nöqtəvilik’ anlayışı perfektiv və qeyri-perfektiv felləri 

ayırd etməyə imkan vermir, perfektiv fellərinin bütün semantik qruplarını  səciy-

yələndirirmir, mövcud dil faktları ilə uzlaşmır. Aparılan təhlil o nəticəyə gəlməyə 

imkan verir ki, perfektivliyin ‘nöqtəvilik’ kimi başa düşülməsi araşdırılan dil 

hadisələrinin qənaətbəxş izahı üçün yetərli deyil. 

 

N.Samedova 



The problem of non-correlatedness of the constructions phasal verb+imperfective 

infinitive in the light of the notion of ‘punctuality’ 

Summary 

 

The author analyses one of hypotheses suggested to explain the fact of non-



correlatedness of the constructions phasal verb+imperfective infinitive and shows 

why the hypothesis cannot be accepted. The notion of ‘punctuality’ does not allow 

differentiating perfective and imperfective verbs; it cannot be ascribed to verbs of 

all semantic groups; it does not agree with some other facts. The analysis performed 

enables to conclude that interpreting perfectivity as ‘punctuality’ does not have 

enough power to explain examined linguistic phenomena. 



 

Rəyçi: Professor Azad Məmmədov 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



99

SEVİNC BAĞIROVA 

Gəncə Dövlət Universitetinin dosenti 

Filologiya üzrə fəlsəfə doktoru 

mirzoyevasevinj@mail.ru 

 

ANTONİMLƏRİN SEMANTİK KORRELYASİYA NÖVÜNƏ  

GÖRƏ TƏSNİFİ 

 

Açar sözlər: antonimlər, təsnif, semantik korrelyasiya, hiponim, hiperonim 

Ключевые слова: антонимы, классификация, семантическая корреляция, 

гипоним, гипероним. 



Key words: antonyms, semantic correlation, hyponymy, hyperons 

 

Antonimlərin semantik korrelyasiya növünə görə  təsnifi məsələsində yekdil 



fikrin hakim kəsildiyini söyləmək qeyri mümkündür. Belə ki, istər say baxımından, 

istərsə  də antonim siniflərinin növ fərqliliyi baxımından bu təsnifatların yetərincə 

rəngarəngliyi gözdən yayına bilməz. Belə ki, əgər Azərbaycan dilçiliyində  əsasən 

iki növün fərqləndirildiyi (mütləq və nisbi) qeyd edilirsə (bax: [1; 112-114] ; [2; 

312]), rus dilçiliyində,  əksər hallarda üç və ya dörd növ antonimik korrelyasiya 

fərqləndirməsini təsbit etmək olar. Bəzi dilçilər (məsələn, L.A.Novikov [3], 

N.F.Alefirenko [4;222-223], V.A.Mixaylov [5; 6-17], N.V. Solovyova [6; 9-10], 

M.N.Çupanovskaya [7;8-9] və b.) həmin üç növ daxilində 1) kontradiktor (/kom-

plementar), 2) kontrar və 3) vektor xarakterli semantik əlaqəyə malik antonimləri 

fərqləndirirlər. Digərləri (məsələn, Q.İ.Odinokova [8], A.L.Tolstaya [9;11-12]) 

qrupların sayında dəyişikliyə yol vermədən, fərqli sinif bölgüsü aparırlar: onlara 

görə, 1) kontradiktor,2) komplementar,3) konversiv antonimlər bölgüsü daha 

məqbul hesab edilməlidir. 

Bəzən semantik korrelyasiyanın növünə görə sinifləndirmə zamanı bölgü 

meyarlarının məhdudlaşdırılması qrupların sayının kəskin azalmasına da yol aça 

bilir. Məsələn, T.B.Jerebilo “aralıq anlayışların mövcudluğu prinsipinə görə 1) 

qradual (oxu: kontrar – S.B.) və qeyri – qradual (oxu: kontradiktor – S.B.) anto-

nimləri” fərqləndirir [10]. Rus və ingilis dil materialı əsasında antonimiya hadisə-

sinin fərqli təzahür formalarını araşdırmış Y.A. Borovıx Britaniya dilçilərinin 

böyük əksəriyyətinin belə sadə bölgü ilə, yəni, qradual və qeyri – qradual antonim 

fərqləndirməsilə kifayətləndiyini qeyd etmişdir [11]. Bölgü prinsipinin bəsitləş-

dirilməsi bir çox antonimlərin təsnifat imkanlarını əlindən alır və ya yanlış xarak-

teristika ilə ortaya çıxmasına rəvac verir. Məsələn: hakim – məhkum, ər – arvad və 

s. kimi konversiv antonimləri, yandırmaq – söndürmək, tikmək – sökmək və s. ki-

mi vektor antonimləri bu təsnifat qruplaşdırmasına “yerləşdirmək” qeyri – mümkün 

görünür.  

Antonim komponentlər arasında semantik korrelyasiya növlərinin sayının 

dörd olduğunu önə sürən dilçilər arasında da yekdil fikir hökm sürmür. Belə ki, bir 

çox halda 1) kontradiktor (/komplementar), 2) kontrar,3) vektor və 4) konversiv 

antonimlər fərqləndirildiyi halda [12 ]; [13 ] başqa tərkibli bölgü təklif edən araş-

dırmalara da rast gəlmək olar. Məsələn, Q.Qvozdeviç 1) kontradiktor, 2) kom-

plementar, 3) kontrar,4) konversiv antonim növlərinin mövcudluğunu iddia edir 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



100

[14]. L.V.Şakiryanovun qeyd etdiyi kimi, N.Vebster tərəfindən təqdim olunan 

təsnifatda antonimik cütlüklər arasında dörd növ korrelyasiya münasibətləri fərqlən-

dirilir: 1) kontradiktor, 2) kontrar, 3) konversiv və 4) “uyğun gəlməyən antonimlər” 

[15]. Vebster bölgüsünü digər qruplaşdırmalardan fərqləndirən əsas cəhət – burada 

vektor antonimlərinin qeyd edilməməsi deyil. Cünki, yuxarıda qeyd edilənlərdən 

məlum olduğu kimi, kontradiktor, kontrar və vektor antonimlər bölgüsü ilə 

səciyyələnən klassikləşmiş qruplaşdırmanın  ən fərqli interpretasiyaları ortaya çıxa 

bilir.  Əsas fərqləndirici xüsusiyyət digər bölgülərdə, ümumiyyətlə, təsadüf 

edilməyən sinif antonimlərin, yəni, “uyğun gəlməyən”, “birgəmövcudluğu mümkün 

olmayan” və ya “uyuşmaz” (Şakiryanovun tərcüməsində “несовместимые антони-

мы” antonimlərin ayrıca qrup şəkilində təqdim edilməsidir.. N.Vebster “uyğun gəl-

məyən antonimlər” dedikdə, “hiponimiyanın əks tərəfi, “ikinci üzü”nü nəzərdə tu-

tur. Başqa sözlə desək, bu sinfə daxil olan antonimik korrelyasiya münasibətlərində 

“bir semantik vahidin daha geniş məna yükünə malik olan sözlər sinfinə aidiyyatı” 

nəzərdən keçirilir. Məsələn, “səhər” dedikdə, qeyri – iradi olaraq, “qeyri – axşam”, 

“qeyri – gecə”, “qeyri – günorta” nəzərdə tutulur. (tərcüməyə adekvatlığın saxlanıl-

ması üçün, digər hiponimlər “gecə olmayan”, “axşam olmayan” şəklində verilmə-

mişdir. – S.B.) (bax: [15 ). Bu yanaşma hiponim – hiperonim anlayışları haqqında 

daha müfəssəl məlumatı  və bu hadisənin antonimiya hadisəsinə münasibətinin 

adekvat təhlilini tələb edir. 

Hiperonim istilahı yunan dilindəki hiper “üstündə”, onim adsözlərinin bir-

ləşməsi əsasında yaranmışdır və “linqvistik anlayış kimi, daha geniş mənalı (daha 

böyük məna tutumlu) söz” mənasını bildirir. Və bu münasibət “daha dar mənalı 

sözə münasibətdə meydana çıxır”, Məsələn, “bitki” sözü “tərəvəz” sözünə mü-

nasibətdə hiperonimdir. “Tərəvəz” sözü də, öz növbəsində, “kələm” sözünə münasi-

bətdə hiperonim sayıla bilər ( [ 16]). Bu mənada “Linqvistik terminləri lüğətində” 

hiperonimləri “qohum anlayışları ifadə edən sözlər” kimi izah edən T.V.Jerebilonun 

yanaşması ilə razılaşmamaq olmaz [17]. Belə ki, bu semantik korrelyasiya növü hər 

hansı ixtiyari seçilmiş iki söz arasındakı münasibətləri deyil, məhz, qohum anlayış-

ları ehtiva edən və mühüm semantik bağlara malik olan leksik vahidlər arasında 

mümükün olan münasibətləri əks etdirir.  

Onu da qeyd edək ki, antonimiya hadisəsi ilə bağlı bir çox bölgü novatorluğu-

nun, habelə terminoloji yenilik təkliflərinin müəllifi olan C.Layonz hiponimiya və 

hiperonimiya hadisəsləri ilə bağlı da mühüm təhlillərə imza atmışdır. Belə ki, 

adıçəkilən termin fərqləndirməsi və nominasiyası, M.İ.Kronqauzun da qeyd etdi-

yinə görə, məhz, C.Layonz tərəfindən təklif edilmişdir [18; 177]. Halbuki C.Layon-

zun “Nəzəri dilçiliyə giriş” əsəri ilə tanışlıq bu fikirdə əminlik yaratmır. Heç şübhə-

siz ki, irəlidə daha təfsilatlı şəkildə izləyəcəyimiz kimi, görkəmli ingilis dilçisi və 

semantoloqu C.Layonz hiponimiya və uyğunsuzluq anlayışları sahəsində platform 

xarakterli müddəalar ortaya atmışdır. Lakin C.Layonzun özü hiperonim və hiponim 

yunan terminlərinin ingilis tələffüzündə akustik cəhətdən əsaslı fərqlilik nümayiş et-

dirməməsindən narahatlıq duyaraq, hiperonim istilahına fərqli terminoloji variant 

kimi superordinate terminini təklif etmişdir. [19]. Oxford lüğətinə istinad etsək bu 

antonimlərin “superordinate” sözü “daha yüksək ranqlı”, “daha yüksək statuslu” 

mənasını ifadə etməklə yanaşı, bir linqvistik anlayış kimi “daha geniş məna yükünü 

əhatə edən sözlər” anlamını da ehtiva edir. Məsələn, “bülbül” sözünün hiperonimi, 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



101

və ya superordinatı “quş” sözüdür. [20].

 C.Layonz tərəfindən təklif edilən 

subordinate “superordinat” terminin qarşılığı kimi, onun eyniköklü antonimi olan 

subordinate sözü deyil, məhz, hiponimiya termini istifadə edillir [21].

 

Hiponim və hiperonim münasibətləri elə geniş semantik korrelyasiya müna-



sibətlərini  əhatə edirlər ki, bir çox hallarda bu münasibətlər konkret semantik söz 

qrupu, yəni, antonim və ya sinonimlər çərçivəsində deyil, ayrıca sistem xarakterli 

məna implikasiyası kimi nəzərdən keçilir. Məsələn, C.Layonzun özü [19], L.A.No-

vikov [ 3], M.A. Kronqauz [18], İ.M.Kobzeva [22; 101-103], habelə Azərbaycan 

dilçilərindən F.Veysəlli [23; 242] hiponim – hiperonim münasibətlərini başqa bir 

müəyyən semantik qrup çərçivəsinə  sığdırlıla bilməyəcək geniş semantik korrel-

yasiya növü kimi təhlil edirlər. Digər tərəfdən, N.Vebsterin daha öncə iqtibas gəti-

rilən fikrindən məlum olduğu kimi, bu münasibətlər antonimlərin bir növü kimi 

səciyyələndirilə bilər. Hansı mövqenin daha doğru, hansı yanaşmanın isə reallığı 

tam adekvat əks etdirmədiyini müəyyənləşdirmək üçün hiponim-hiperonim müna-

sibətlərinin antonimiya hadisəsinə münasibətini müəyyənləşdirək.  

“Hiponimiya və “uyuşmazlığı” ən fundamental (! – S.B.) paradiqmatik mü-

nasibətlər” statusunda dəyərləndirən C.Layonz adıçəkilən terminin semantikanın 

ənənəvi terminləri sırasına daxil olmadığını  və yalnız son vaxtlar sinonimiya və 

antonimiya ilə analogiya əsasında meydana gəldiyini qeyd etmişdir [19]. Başqa 

sözlə desək, dilçi, dolayı şəkildə, hiponimiya hadisəsinin sinonimiya və antonimiya 

hadisəsi ilə az və ya çox dərəcədə ranq uyğunluğu nümayiş etdirdiyini qeyd edir. Bu 

da öz növbəsində, onu əyani  şəkildə sübut edir ki, C.Layonza görə, hiponimiya 

antonimiya hadisəsinin altnövü kimi səciyyələndirilə bilməz. 

Fel materialına istinadən rus dilində “Rus dilinin leksik sistemində hiponimiya” 

adlı araşdırmaslnda Y.Y.Kotsova hiponimiya hadisəsinin təsbiti və  tədqiqi işində 

koqnitiv semantikanın inikişafının mühüm rol oynadığına diqqət çəkərək yazır: 

Hiponimiya, ekstralinqvistik faktorlarala şərtləndiyinə görə, koqnitiv semantika ilə 

sıx bağlıdır. Biliklərin konseptlərin  növ – cins, sinif münasibətləri  əsasında ka-

teqoriyalar çərçivəsində qruplaşdırılması prosesi və bu proseslərin təbii dilin lek-

sikasında inikası  məsələsi  kifayət qədər araşdırlmamışdır. Halbuki, sözlərin  hipo-



nimik  əlaqələrinin modelləşdirilməsi  dünyanın dil mənzərəsinin formalaşmasının 

qanunauyğunluqlarının

 t dqiqinin ayr lmaz t rkib hiss sidir” (kursiv bizimdir. – 

S.B.) [25; 10]. Azərbaycan dilçiliyində hiponim və hiperonim məsələlərinin çox az 

sayda tədqiqatlarda (məs: [23; 242]) işıqlandırılması, bu münasibətlər formasının 

sinonimiya və antonimiya hadisələrinə münasibəti məsələsinin isə, demək olar ki, 

araşdırılmaması Y.Y.Kotsovanın hiponimiyanın yetərincə araşdırılmaması ilə bağlı 

söylədiyi fikirləri  əyani  şəkildə  təsdiqləmiş olur. Y.Y.Kotsova həmçinin onda da 

haqlıdır ki, hiponimiya hadisəsi bilavasitə koqnisiya prosesi ilə bağlıdır və hiperonim 

– hiponim münasibətlərinin adekvat dərki dünyanın dərki, ətraf aləmdəki reallıqların 

dərki ilə birbaşa ayaqlaşır.Məsələn, adıçəkilən münasibətlərin izahı üçün istifadə 

edilən klişe nümunələrdən birinə diqqət yetirək: heyvan – it – buldoq anlayışlarının 

[26] qarşılıqlı münasibətlərinin adekvat dərki həmin anlayışlara bələdlik səviyyəsi ilə 

ölçülür. Belə ki, buldoq  adlı  it cinsinin mövcudluğundan bixəbər  şəxs buradakı 

semantik korrelyasiya faktını sezə bilməz. Eynilə  manqo – bitki, panda – heyvan 

münasibətlərinin dərkidə insanın koqnisiya imkanları ilə, dünyanın dil mənzərəsinin 

formalaşdırma səviyyəsilə düz mütənasiblik nümayiş etdirir.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



102

Göründüyü kimi, hiperonim – hiponim münasibətləri fərqli və geniş semantik 

korrelyasiya əlaqəsini ehtiva edir ki, bu da hiponimiyanın antonimiyanın bir altnövü 

kimi təsbitinə imkan vermir.  

Maraqlıdır ki, eyni növ, cins, nəsil və s. çərçivəsində anlayış fərqliliyini ehtiva 

etdiyinə görə, bir çox hallarda hiperonim – hiponim münasibətləri antonimiya 

hadisəsi ilə deyil, sinonimiya hadisəsi ilə əlaqələndirilir. Belə ki, hiponimiya hadi-

səsini təhlil edən L.A.Novikov onun (hiponimiyanın) “kvazisinonimiya kimi inter-

pretasiya edilə bildiyini” önə sürmüşdür [ 24]. Doğrudan da, bir çox nümunələr 

mətn çərçivəsində hiponimik əsaslı kvazisinonimiyanın aktuallıq kəsb etdiyini orta 

qoyur. Bəzi hallarda isə, hiponimik kvazisinonimlərin kontekstual antonimiyasını 

müşahidə etmək mümkün olur. Məsələn, “Bir dəqiqə” dedin, bir saata gəldin”, 

Gün var, əsrə  bərabər” və s. bu kimi nümunələrdən də  aşkar  şəkildə göründüyü 

kimi, eyni anlayışa aid olan dəqiqə - saat, gün – ay fərqlilikləri müəyyən kontekst 

çərçivəsində antonimik mahiyyət kəsb edirlər. Doğrudur, hətta kontekstdən kənarda 

da onların eyni mənayüklü olduğunu söyləmək olmaz. Lakin hiponimiya xarakterik 

olan “qohum anlayış” ifadə edə bilməsi çərçivəsində müəyyən altnöv fərq-

ləndirilməsi burada kvazisinonimiya ilə yanaşı, kontekstual antonimiyanı da müm-

kün edir. Məsələn, müqayisə edək: “Ay var, gün var, hara tələsirsən” ifadəsində 

artıq  ay  və  gün  sözlərinin kvazisinonimliyinin kontekstual sinonimiya situasiyası 

yaratmasının şahidi oluruq. Başqa sözlə desək, hiponim – hiperonim münasibətlər 

fərqli, paralel münasibətlər növünü ehtiva edir və  həmin münasibətlər verilmiş 

konteksdən, verbal situaisyadan asılı olaraq antonimik və ya sinonimik mahiyyət 

kəsb edə bilər. 

 “– Qohumundur? – Hə, əmimoğludur.” Dialoqunda, heç bir antonimik müna-

sibət yoxdur. Burada bilavasitə “cins – növ münasibətlərində olan sözlər”in, yəni 

hiponimik bağlılıqda olan leksik vahidlərin kvazisonimliyi ortaya çıxır. Lakin “–

Qohumdur? Yox, qardaşımdır” mükaliməsində situasiyanın diqtəsi ilə formalaşan 

antonimik qarşılaşdırma diqqətdən yayına bilməz. Deməli, bu kimi faktlar bir daha 

sübut edir ki, bir çox halda kvazisinonimiyada olduğu kimi, hiponimik qarşılaşdır-

malarda da sırf kontekstual antonimiyadan söhbət gedə bilər. 



Gözləyirəm...  

Hər dəqiqəm il olur,  

Sən gəlirsən, hər ləpirin gül olur [28; 84]. 

 Bu  nümunədə hiponim – hiperonim münasibətlərində olan və zaman anla-

yışını ifadə edən sözlərin kontekstual antonim statusunda çıxış etdiyini əyani şəkil-

də görürük. Müqayisə üçün deyək ki, gecə - gündüz qarşılaşdırmasının kontekstdən 

kənarda reallaşa bilən antonimik münasibətərindən fərqli olaraq, buradakı hiponim 

– hiperonim əlaqəsi müvəqqəti, situasiyaya, kontekstə hesablanmış antonimlik 

nümayiş etdirirlər. Analoji vəziyyəti irəlidə izləyəcəyimiz nümunələrdə  də 

müşahidə etmək olar. 



Sənsiz dəqiqələr dönsə də ilə, 

Məni yaşadacaq bu məhəbbətin.[29 ;79] 

Və ya: 


Səsinə həsrətəm, üzülür canım, 

Sonsuzluğa dönüb dəqiqəm, anım. [29 ; 83] 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



103

Əgər birinci nümunədə dəqiqə - il hiponim – hiperonim cütlüyünün konteks-

tual antonimliyini təsbit etmək mükündürsə, ikinci nümunədə antonim qarşı-

laşdırması kvazisinonim hesabına genişlənmiş olur. Belə ki, bu nümunədə dəqiqə və 



an anlayışlarının  sonsuzluq anlayışı ilə qarşılaşdırmasına yol verilir. Halbuki, 

kontekstdən kənarda  an  və  dəqiqə  anlayışları sinonim mahiyyəti kəsb etmirlər və 

eyni məfhuma, anlayışa bağlılığa görə, kvazisinonim statusunda qərarlaşırlar. 

Digər tərəfdən hiponimik münasibətlərdə olan anlayışların bir çoxu müəyyən 

ortaq  əlamət, xüsusiyyət, keyfiyyət səciyyələndirməsi daxilində qradasiya və-

ziyyətlərini də təcəssüm etdirə bilərlər. Bu zaman artıq kontekstual antonimiyadan 

deyil, əsl mənada antonimlərdən və ya leksik antonimiya faktlarından söhbət gedə 

bilər. Və həmin leksik antonimlər əksər hallarda öz qradual fərqləndirmə xüsusiyyə-

tinə görə kontrar antonimlər sinfinə daxil edilə bilərlər. 

Məsələn, buryat dilinin antonimiyasının leksik – qrammatik aspektdən araş-

dırmış L.B.Molonovanın da oxşar mövqedən çıxış etdiyini söyləmək olar. Belə ki, 

dilçi dünən – bu gün, səhər – günorta – axşam – gecə kimi antonim qarşılaşdırmaları-

nın kontrar antonimlər sinfinə aid olan tipik örnəklər statusunda səciyyələndirmişdir. 

Daha bir maraqlı  məqam ondan ibarətdir ki, L.B.Molonova həmin antonimləri və 

eləcə  də,  həmişə - hərdən – heç vaxt, yuxarı – orta – alt  (mərtəbə) antonimlərini 

zaman – məkan aidiyyatlı qarşılaşdırmalar kimi xarakterizə etmişdir. [27; 9-10]. Baş-

qa sözlə desək, L.B.Molonova təqdim edilən cütlükləri (bəzi hallarda isə tam anto-

nimik silsilələri) məna – məzmun ortaqlığına görə fərqləndirsə də, bu ortaq əlaməti 

semantik korrelyasiya növünün fərqləndirməsinə  təsirsiz buraxmışdır. Yəni, dilçi 

haqlı olaraq, semantik korrelyasiyanı müəyyənləşdirilməsi zamanı münasibət zəmi-

nin məna ortaqlığından, məna birgəliyi və ya “uyumsuzluğu”ndan asılı olmadığını 

ortaya qoymuşdur. Biz də, zaman – məkan ortaqlığına görə  fərqlənən və bu fərq 

əsasında qarşılaşdırılan antonimlərin bölgü prinsiplərinin paralel mahiyyətli olduğu-

nu düşünürük. Hesab edirik ki, məna növlərinə görə fərqləndirməni semantik kor-

relyasiya xarakterinə görə  fərqləndirmə ilə qarışıq, ortaq zəmində aparmaq 

məqsədəmüvafiq deyil. Xatırladaq ki, Azərbaycan dilçiliyində antonimlərin məna 

növlərinə görə qruplaşdırmasında, demək olar ki, bir qayda olaraq, zaman (gecə - 

gündüz, axşam – səhər, yay – qış, gec – tez və s.) və məkan (uzaq – yaxın, dərə - 

təpə, yer – göy, şərq – qərb  və s.) anlayışı ifadə edən antonimlər ayrıca qrup 

şəkilində  təqdim edilir. (bax: [1 ;111]. Dilçiliyimizdə antonim komponentləri ara-

sındakı korrelyasiya növlərinin fərqli mahiyyəti tədqiq edilməsə  də, qeyd edilən 

cütlüklərin səciyyələndirməsində eyni bir prinsipin gözlənilməsini təqdirəlayiq hal 

hesab etmək olar.  

Deməli, yuxarıda qeyd edilənlərdən belə bəlli olur ki, şərti adı ilə, “hiponimik 

antonimlər” adlandırdığımız növə aidliyi iddia edilən antonimik cütlüklərin bir çoxu 

mahiyyət etibarilə kontrar xaraketrli semantik korrelyasiya münasibətlərinə malik-

dir və onların (zaman, məkan və s. ümumiliyə görə) məna ortaqlığı fərqli təsnifat 

bölgüsünün (yəni, mənaya görə qruplaşdırmanın) sistemləşdirmə prinsipidir. 

Onu da qeyd edək ki, semantika sahəsindəki müasir araşdırmalarda ən avtori-

tet, mötəbər istinad mənbələrindən biri sayılan və  hətta, bəzi hallarda hiponim – 

hiperonim terminlərinin müəllifi kimi nəzərdən keçirilən (bax: [ 18 ; ] ) C.Layonz 

da hiponimiya hadisəsi ilə “qarşılaşdırma” hadisəsini birbaşa əlaqələndirməmişdir. 

“Uyuşmazlığı (hiponimiyanı – S.B.) adi mənaca fərqləndirmədən ayrıca nəzərədn 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



104

keçirilməsinin” vacibliyini vurğulayan dilçi kontrar, kontradiktor və konversiv 

antonimiya faktlarını şərh edərkən “hiponimik antonimlər” barəsində söhbət açma-

mış, hiponimiyanın mənaca “uyuşmazlığı” problemlərinin tamamilə fərqli kontekst-

də araşdırmışdır [19]  

Yuxarıda qeyd olunanlardan çıxış edərək, antonim komponentlər arasında se-

mantik korrelyasiyanın növünə görə aşağıdakı sinif fərqləndirməsini məqbul hesab 

edirik: 1) kontradiktor (/komplementar) antonimlər, 2) kontrar antonimlər, 3) vektor 

antonimlər, 4) konversiv antonimlər. 

 

Ədəbiyyat 



 

1.  Həsənov H. Müasir Azərbaycan dilinin leksikası, B.: Bakı Universiteti 

nəşriyyatı, 2001, 399s. 

2.  Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili, B.: Maarif, 1985, 408 s. 

3.  Новиков Л. А. Антонимы // Лингвистический энциклопедический словарь, 

Главный редактор. В. Н. Ярцева.Москва «Советская энциклопедия» 1990 

http://tapemark.narod.ru/les/036a.html 

4.  Алефиренко Н.Ф. Теория языка. Вводный курс, 4-е издание, М.: 

Издательский центр «Академия», 2010, 384 с. 

5.  Михайлов В.А. Антонимия, бинарные и градуальные оппозиции, 

автореферат на соиск….канд.филол.наук., Лениниград, 1983, 20 стр. 

6.  Соловьева Н.В. Лексические и фразеологические неологизмы, вступающие 

в отношения противоположности. М., автореф….канд.филол.наук, 

М.,2007, 29 с. 

7.  Чупановская М.Н. Репрезентация противоположности в семантике 

производных антонимов (на материале словарей русского языка), 

автореферат …канд.филол.наук., Новосибирск, 2007, 21 с 

8.  Одинокова Г.И. К вопросу о типах антонимических противоположностей в 

терминологии // Международные Бодуэновские чтения: И.А.Бодуэн де 

Куртенэ и современные проблемы теоретического и прикладного 

языкознания (Казань, 23-25 мая 2006 г.), Труды и материалы в 2 т., Казань: 

Издательство Казанского университета, 2006, Е.2, с. 217 – 219. 

http://www.kls.ksu.ru/boduen/bodart_3.php?id=9&num=47000000 

9.  Толстая А.Л. Антонимия как механизм создания контраста в современной 

публицистической речи (на материале русского и немецкого языков), 

автореф….канд.филол.наук., М., 2010, 21 с. 

10. Антонимы // Словарь лингвистических терминов: Изд. 5-е, испр-е и 

дополн. — Назрань: Изд-во "Пилигрим". Т.В. Жеребило. 2010. 

http://lingvistics_dictionary.academic.ru/219/%D0%B0%D0%BD%D1%82%D

0%BE%D0%BD%D0%B8%D0%BC%D1%8B 

11. Боровых Е.А. Антонимическая парадигма в русских и английских 

парамиях: структурно – семантический и культурологический аспекты, 

автореф…канд.филол.наук., Челябинск, 2007, 2003. 

12. Новиков Л. А. Антонимия в русском языке (Семантический анализ проти-

воположности в лексике), М.: Изд-во Московского университета, 1973. - 

289 с. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



105

13. Вежбиньски Я. Теоретические проблемы антонимии (взгляд с рубежа 

веков): Лодзинский университет, Институт русистики. 

http://www.moydocs.ru/literatura/20889/index.html 

14. Гвоздевич Г. Антонимия в системе русской и белорусской 

лингвистической терминологии (239-240) // Журналістыка-2008: стан, 

праблемы і перспектывы : матэрыялы 10-й Міжнар. навук.-практ. канф., 

11–12 сн. 2008 г ., Мінск / рэдкал. : С.В. Дубовік (адк. рэд.) [і інш.]. – Вып. 

10. – Мінск : БДУ, 2008. – 560 с. 

http://www.elib.bsu.by/bitstream/123456789/28479/1/Gvazdovich.PDF 

15. Шакирьянов Л.М. Логические понятия «контраст», «полярность», 

«оппозиция», «различие» в свете классификации антонимов Н.Вебстера 

http://sibac.info/index.php/2009-07-01-10-21-16/1191-2012-02-10-08-41-48 

16. Гипероним // Словарь иностранных слов.- Комлев 

Н.Г., 2006.http://dic.academic.ru/dic.nsf/dic_fwords/14970/%D0%93%D0%98

%D0%9F%D0%95%D0%A0%D0%9E%D0%9D%D0%98%D0%9C 

17. Гипероним // Словарь лингвистических терминов: Изд. 5-е, испр-е и 

дополн. — Назрань: Изд-во "Пилигрим". Т.В. Жеребило. 2010. 

http://lingvistics_dictionary.academic.ru/644/%D0%B3%D0%B8%D0%BF%D

0%B5%D1%80%D0%BE%D0%BD%D0%B8%D0%BC 

18. Кронгауз М.А. Семантика, М.: Российский государственный 

гуманитарный университет, 2001, 399 с. 

19. Лайонз Дж. Введение в теоретическую лингвистику, М.: Прогресс, 1978, 

544 с. 


20. Superordinate // Oxford dictionaries 

http://oxforddictionaries.com/definition/english/superordinate 

21. Superordinate http://en.wiktionary.org/wiki/superordinate 

22. Кобзева И.М. Лингвистическая семантика, М.: Эдиториал УРСС, 2000, 352 

с. 

23. Veysəlli F.Y. Dilçiliyi əsasları, Bakı: Mütərcim, 2013, 420 s. 



24.  Новиков Л.А. Гипонимия // Лингвистический энциклопедический 

словарь, Главный редактор. В. Н. Ярцева.Москва «Советская 

энциклопедия» 1990 http://www.tapemark.narod.ru/les/104b.html 

25. Котцова Е.Е. Гипонимия в лексической системе русского языка (на 

материале глагола), автореферат … докт.филол.наук., Архангельск, 2010, 

44 с. 


26. Гипоним и гипероним http://ru.wikipedia.org/ 

27. Молонова Л.Б. Антонимы в бурятском языке: лексико-грамматический 

аспект, автореф….канд.филол.наук, Улан – Удэ, 2008, 24 с. 

28. Nüsrət Kəsəmənli. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004, 256 səh. 

29. Afaq Şıxlı.Məndən uzaqda... (Şeirlər).Bakı: Xəzər Universiteti Nəşriyyatı, 

2008.–108 s 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



106

С.Багирова 

Классификация антонимов по признаку семантической корреляции 

Резюме 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə