Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə13/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

 

Ədəbiyyat 



 

1.  Qurbanov A. Müasir Azərbaycan ədəbi dili, I cild. Bakı, “Nurlan”. 2003, 

2.  Qurbanov A. M. Azərbaycan dilinin onomalogiyasının əsasları, II cild, Bakı 

Nurlan, 2004, 

3.   Z.Yusifov. Adlar və onların mənası. Azərbaycan gəncləri qəzeti, 1 mart 1973-cü  

      il. 

4.   Vəliyev M.N \Baharlı\ Azərbaycan, Bakı, Azərbaycan, 1993 

5.   Əsədov. Ə. N. Toponimlərin coğrafi xəritələrdə. Bakı. APİ, 1985. 

6.   Əliyeva D. Toponimlərin üslubi-linqvistik xüsussiyyətləri. Bakı, Maarif. 2008. 

7.  Əhmədov T. Azərbaycan coğrafi nomenli hidronimlərin yaradılmasında sifət, 

feli sifət və saylarda istifadə. Azərbaycan dili monoqrafiyasının aktula 

problemləri. Bakı, 1987 

8.   Hüseynova H, Toponimlərin bəzi problemləri, Bakı, 2006 

9.   Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. B. II cild. 

10. Hüseynova Həcər Emin qızı. Səməd Vurğunun bədii əsərində onomastik 

vahidlərin linqvistik xüsusiyyətləri, Bakı, Elm, 2001 

11. Məmmədli Firuzə. Bədii dilin estetik mənbələri. Bakı, 1997, ADPU 

12. Tanrıverdi Əzizxan. Türk mənşəli Azərbaycan şəxs adlarının tarixi-linqvistik 

tədqiqi. Bakı, 2012, “Elm və təhsil” 

13. Hacıyeva N.M. H.Cavid pyeslərində şəxs adlarının vokativ funksiyası. AOP, III, 

Bakı, 1190 

14. Əhmədov T. Azərbaycan toponimlərinin yaranma və formalaşma yolları, 

AOPKM. Bakı I, 1987 

15. Əliyeva D. Toponimlərin üslubi-linqvistik xüsussiyyətləri. Bakı, Maarif. 2008 

 

Зенфира Аббасова 



Лексико-семантических особенностях различных 

топонимах в творчество Эльчина 

Резюме 

 

В статье говорится лексико-семантических особенностях различных то-



понимах  в  творчество  Эльчина.  В  этом  научном  расследование  анализир-

ованы  топонимы.  Наш  цель  искать  такие  топонима  и  анализировать  их 

значение. Этом путем мы можем изучать топонимы в творчество Эльчина. В 

данной  статье  исследуется  топонимы  которые  являются  в  творчество  Эльч-

ина. В этой статье сказано разных топонимах которые делятся на две группы: 

реальные и нереальные. В статье отличается использованием богатой научной 

литературы. 

 

 



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



117

Zemfira Abbasova 

The lexical-semantical features of different toponyms 

 in Elchin`s creation  

Summary 

 

This article deales with the lexical-semantical features of different toponyms 



in Elchin`s creation. The toponymical name has style opportunites. Elchin`s 

creation is also rich with toponyms . The author has used the toponyms in their 

places. The toponyms are devided into two groups: real and unreal. Real toponyms 

have their different colours. The article connected with the richness of write`s 

thought . In this article the toponyms are researched in Elchin`s creation. 

 

 

Rəyçi:                Buludxan Xəlilov 

               filologiya elmləri doktoru, professor  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



118

Doç.Dr.QƏTİBƏ MAHMUDOVA 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu 

 dr.gatibe@gmail.com 

 

TÜRK VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ASEMANTİKLƏŞMİŞ 

ŞƏKİLÇİLƏR 

 

Açar sözlər: Asemantikləşmə, düzəltmə söz, sadə söz, türk dili. 

Key words: Turkish language, common language, derivative word, simple word. 

Ключевые слове: Словообразовательные аффиксы, производных слов, 

древнем азербайджанском языке 

 

Bildiyimiz kimi, Türk dillərində söz yaradıcılığı əsasən morfoloji yolla realla-



şır. Türk dillərində leksik şəkilçilərlə yaranan düzəltmə sözlərin rolu çox böyükdür. 

Türkiyə türkçəsində və Azərbaycan dilində bir çox düzəltmə söz vardır ki, onlar hər 

iki dildə eynidir. Türk və Azərbaycan alimlərinin bu düzəltmə sözlərə yanaşmaları 

fərqlidir. Müasir dövrdə bu cür sözlər Türkiyə türkcəsində düzəltmə sözlər kimi təq-

dim edilsə də Azərbaycan dilində sadə sözlər adlanır. Lakin bu cür sözlər tarixən, 

qədim Azərbaycan dilində  də düzəltmə sözlər olmuşlar. Biz məqalədə hansı 

səbəblərdən düzəltmə sözlərin sadə sözlərə döndüyünü araşdıracağıq. 

İki dil arasındakı bu tip sözlərin müqayisəli tədqiqinə başlamamazdan əvvəl 

ilk öncə Azərbaycan dilindəki düzəltmə sözlərin tarixi inkişaf prosesinə nəzər yetir-

mək lazımdır.  

V. Aslanov Azərbaycan dilinin yazıya qədərki dövrünün materialları əsasında 

düzəltmə sözləri araşdırmışdır. V.Aslanov nümunələrini əsasən DLT-dən götürmüş-

dür ki, bu nümunələr içərisində bizim mövzumuz üçün çox maraqlı faktlar var. Elə 

şəkilçilər var ki, onlar bəzi sözlərdə ayrıca şəkilçi kimi götürülə bilir və bu sözlər 

kök və  şəkilçiyə ayrılır. Lakin bəzi sözlərdə isə bu şəkilçilər köklə  qəlibləşmiş 

vəziyyətdədir.  



ıt-/üt-  şəkilçisi qədim türk dilində bu gün müasir Azərbaycan dilində ol-

duğundan daha məhsuldar olmuşdur. Əgər bu gün bu şəkilçi dilimizdə yalnız feldən 

ad düzəltməyə xidmət edirsə, DLT-ün dilində bu şəkilçi həm də addan fel düzəltmə-

yə xidmət edir. Məsələn, DLT-də işlənən “öküt”(öyüt) sözünün kökü “öy” dür. Bu 

gün bu söz qədim dilimizdə olduğu kimi müasir dilimizdə  də düzəltmədir. Lakin 

sonra V. Aslanov DLT-dəki “bulıt” sözünü göstərir. Bu sözün kökü alimin fikricə 



“bul” sözüdür. “Bul” sözü də “bulanmaq, tutqunlaşdırmaq” mənasında işlənir (2, 

12). Bu gün Azərbaycan dilində bu söz sadə söz sayılır. 

 Digər bir söz olan “Ümüd” sözü də bu gün sadə olsa da qədim dildə düzəlt-

mə söz kimi təqdim olunub. Yəqin ki, bu sözün kökü “ummaq” felidir (2,93). 

DLT-dəki “qarğış və alqış” sözləri də ki, bu qədim türk dillərində düzəltmə 

sözlər kimi təqdim olunur. Maraqlıdır ki, bu gün müasir dilimizdə bu sözlərin biri 



“qarğış” sözü düzəltmə söz kimi işlənir və kök “qarğı(maq)” feli bu gün də dildə 

öz müstəqilliyini qoruyub saxlamışdır. “Alqış” sözü isə qədim dilimizdə düzəltmə 

söz olsa da bugünkü ana dilimizdə kök və şəkilçiyə parçalanmayan sadə söz kimi 

işlənir. Əslində bu sözün kökü “alqa” feli olmuşdur ki, qədim dildə “alqışlamaq” 

mənasında işlənsə də bu gün dilimizdə bu fel yoxdur. Ona görə də bu gün müasir 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



119

Azərbaycan dilində  “alqış” sadə söz kimi, “qarğış” isə düzəltmə söz kimi verilir 

(2,96). 

DLT-də işlənən “eniş” və “yoxuş” sözləri də maraqlı sözlərdəndir. Bu sözlər 

abidədə düzəltmə sözlər kimi qeydiyyata alınıb. Bu gün müasir Azərbaycan dilində 

“eniş” düzəltmə söz kimi işlənir:  en+iş. Lakin “yoxuşsözü bu gün kök və 

şəkilçiyə ayrılmır. Lakin DLT-də  “yoquş”  düzəltmə sözdür və sözün kökü 



“yoq”(yüksəltmək, ucaltmaq, qaldırmaq, artırmaq)  mənaları verir. V. Aslanov 

“yüksək, yüksəl, yuxarı” sözlərinin də kökündə, bünövrəsində  “yoq” sözünün 

dayandığını söyləyir. Bu sözlərdəki  “-sək,-səl,-ğ/arı” hissəccikləri  şəkilçilərdir 

(2,97). 

DLT-də düzəltmə söz kimi işlənən  “Ayıq” sözünün kökü olan “ay” sözü 

qədimdə “ayılmaq, özünə gəlmək” mənaları vermişdir. Bu gün “ayıq” sözü sadədir 

(2,98). 


S. Cəfərov da Azərbaycan dilində leksik yolla söz yaradıcılığından danışarkən 

dilimizdəki düzəltmə sözlərin köklərinin müstəqil məfhum ifadə edə bilmək gücünü 

itirərək sadə sözə çevrilmə prosesindən bəhs etmişdir (1,97). Alim bu sözləri misal 

kimi göstərərək, onların bu gün kök və şəkilçiyə ayrıla bilmədiyini qeyd etmişdir: 



qovğa, dalamaq, qapamaq, qızarmaq, gizləmək, qaymaq, parlamaq. dartmaq, 

qayış. və s. Bu sözlərin kökləri olan “qov, dal, qap, giz, qay, par, dar, qay” öz müs-

təqil mənalarını itiriblər. Bu gün onların kökünün hansı mənada işləndiyini yalnız 

diaxronik tədqiqatlar nəticəsində ayırd edə bilərik.  

Bu tip sözlər Türk və Azərbaycan dilində  də çoxdur. Bu gün Türkiyə 

türkcəsində və Azərbaycan dilində sadə sözlər kimi təqdim olunan bir çox söz var 

ki, onlar tarixən düzəltmə sözlər olmuşdur. Sonrakı dönəmlərdə isə köklərlə şəkilçi 

bir - birinə qarışmış, qəlibləşmiş, daşlaşmış, asemantikləşmişdir.  

Bu cür sözlərin hamısını bir məqalə içərisində araşdırmaq, təqdim etmək 

imkanımız məhdud olduğu üçün biz yalnız Türkiyə türkcəsində  və Azərbaycan 

dilində paralel işlənən bir neçə sözü araşdırmağa çalışacağıq. Türkiyə türkcəsində 

və Azərbaycan dilində bir çox sözlər vardır ki, bu sözlər Türkəyəli alimlər M. 

Ergin, T. Banguoğlu, Z.Korkmaz tərəfindən Türk dilinin qrammatikası kitablarında 

düzəltmə sözlər kimi təqdim edilmişdir, lakin müasir Azərbaycan dilçilərindən  S. 

Cəfərovun,M. Hüseynzadənin, B. Xəlilovun  əsərlərində sadə sözlər kimi 

verilmişdir. Bu gün Türkiyə türkcəsində düzəltmə söz kimi görünən  “  z-  əkiz , -- 

buynuz , sinə < gögüz , göz , diz ; -ka , -ge -dən başqa , özgə; ; -az , -ez- ayaz ; -l- 

yaşıl ; -a , -e- bənzə ; - qır , - kir, -kur , - kür - hayqır , fışqır, çəmkir , püskür ; -r- 

bağır, çağır , geğir , aksır , öksür ; - ak- bıçaq , konak , ürkək ; - gic , - giç, - güc; - 

güc- başlanğıc ; - cak , -cek - ; böcək < böğcek ; -n- tütün , uzun , bütün; - ş Alkan 

( alqış ); - sak , -sek sarımsaq , bağırsaq ; kursa < kurugsak ; dirsək < tirsgek ; 

bağırsaq < bağarsuk ; axsaq , kurumsak ; - bac , - bec “ dolanbaç”; - maça , - 

məcə “bilməcə”;  -ala , - ələ “kovala , ovala , silkələ;  -sa , se “görset”; sa , -se 

“qəribsəmədən”; - sa “susamak”; - an “oğlan” ; -lak – oğlaq ( keçi balası); - ım - 

xanım - , begüm ; -ın - yalın , qalın ; -das- karındaş > qardaş , yoldaş , addaş ; - əri 

-içəri , yuxarı , çölə , irəli;  -  ğa/ğə- onurğa,  qasırğa (4,184-238) kimi sözlər 

Azərbaycan türkcəsində sadə sözlər adlanır. Türk dilçilərinin əsərlərində düzəltmə 

sözlər adı altında verilən bu sözlərdəki  şəkilçilər qeyri-məhsuldar  şəkilçilər adı 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



120

altında qeyd olunubdur. Biz bu məqaləmizdə onlarda bir neçəsinin mənşəyini 

araşdıracağıq. 

Bildiyimiz kimi, türk dillərinin ilkin dövrlərində  təkhecalı sözlər mövcud 

olmuşdur. Türk dillərində sözün tərkibinin inkişafında bəzi istiqamətlər qeydə 

alınmıştır. Bunlardan birincisi və  ən  əhəmiyyətlisi təkhecalı sözlərin azalması, iki 

və üçhecalı sözlərin artmasıdır. Türk dillərinin ən qədim dövrlərindən başlayan və 

bu günə  qədər sürən bu proses indiyə  qədər davam etməkdədir. Yazılı abidələrin 

meydana gəldiyi ilk dövrlərdən (VII-VIII əsrlərdən) indiyə  qədər türk dillərində 

təkhecalı sözlərin qarşılığının çoxhecalı sözlərlə verilməsi daha geniş yayılmışdır. 

Müasir dövrdə ikihecali söz kimi qeyd olunan bəzi sözlər qədim dövrlərdə düzəltmə 

sözlər olmuşdur. 

“Türk dillərini araşdırarkən qarşınıza zaman zaman elə sözlər çıxır ki, bunları 

Türk dilində quruluşca hansı sözlərə aid etmək lazım gəldiyi bilinmir.Belə ki, 

qarşılaşdığımız sözlərdə şəkilçi, qrammatik şəkilçi olduğu halda, bu şəkilçi o sözün 

tərkibində vaxtı ilə leksik şəkilçi kimi istifadə edilmişdir”(10,1). 

Tarixən düzəltmə söz olub bu gün sadə söz kimi görünən bu cür sözlər ase-

mantikləşmə adlı bir prosesin məhsullarıdır. Asemantikləşmə - qədim sözlərin və 

digər dil vahidlərinin bir qisiminin dilin sonrakı inkişaf mərhələlərində 

suverenliyini itirməsi, qalıq  şəklində digər sözlərdə izini qoruyub hifz etməsi 

hadisəsidir. Bu hadisə nəticəsində qədim söz kökləri digər sözlərlə, xüsusilə, leksik 

və qrammatik şəkilçilərlə birləşərək, kök və şəkilçiyə parçalanmayan sözlərə dönur 

(10,12). Rus dilçiliyində geniş sahədə istifadə edilən bu termin Türkiye türkçesi 

üçün bir qədər yad termindir. Türk dilçilərindən bir çoxu, o cümlədən, məşhur alim 

Z. Korkmaz “asemantikləşmə” termininin qarşılığı kimi “qəlibləşmə” terminindən 

istifadə etmişdir. 

Z. Korkmaz sözlərdəki qəlibləşmə hadisəsini geniş sahədə araşdıran alimlər-

dən biri və bəlkə də birincisidir. Z. Korkmaz yazır: “Qəlibləşməni söz yaradıcılığın-

dan ayıran nöqtə, qəlibləşməyə düçar olmuş şəkilçinin, adından da göründüyü kimi 

morfoloji yolla əmələ gəlmiş sözlərdə olduğu kimi, hər hansı bir sözdüzəldici şəkil-

çi özəlliyi daşımamasıdır. Asemantikləşmə nəticəsində ardıcıl halında sözlər deyil, 

daha çox tək- tək sözlər meydana gəlir”(10,28). Sadə sözün düzəltmə sözə, düzəlt-

mə sözün isə  qəlibləşmə prosesindən keçərək yenidən sadə sözə dönüşünü belə 

göstərərdik: 



Sadə söz → düzəltmə söz → qəlibləşmiş söz → sadə söz. 

Asemantik sözlər o sözlərdir ki, dildə yalnız sözlərin tərkibində qalır, lakin 

müstəqil şəkildə istifadə edilmir, müstəqilliyini itirir. Bu kimi sözlər ilkin variantla-

rını düzəltmə  və mürəkkəb sözlərdə mühafizə edir. Məsələn: il(ireli), sı(sındır), 



alda(aldat), quc(qucaqla) və s.  

Tahsin Banguoğlu  “içəri, yuxarı, çölə, ileri” (10,29) sözlərini düzəltmə söz 

kimi vermişdir. Bu sözlərin -əri-  şəkilçisi ilə düzəldiyini söyləmişdir. Z. Korkmaz 

bu cür sözlərin -garu / /-gerü şəkilçisi ilə işləndiyini söyləyir. “... Şəkilçi, ilk şəkli 

ilə ya da səs dəyişməsinə məruz qalmış bəzi sözlərdə daha qədimdən qəlibləşməyə 

meyl göstərmiş  və bu yolla, kiçik bir məna dəyişikliyinə  uğrayaraq, istiqamət 

göstərmə xüsusiyyətini itirmiş və zərfləri meydana gətirmişdir” (3,29). 

Z.Korkmaz bu nümunələri göstərmişdir: Məsələn, taşkarı (< taşkar - ı < daş + 

ık -ar- ı),  yokarı  (< yox + ar - ı ) (10,29). Bu cür sözlər Azərbaycan dilinin 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



121

qrammatikası kitablarında sadə sözlər kimi təqdim olunur. Lakin bu gün Azər-

baycan dilində də istifadə edilən bu cür sözlər əslində düzəltmə sözlərdir. Bu kimi 

sözlərdə kök və şəkilçi qəlibləşmişdir və müasir dövrdə onlar sadə sözlər kimi gö-

rünür. “Ireli” sözünün kökü olan “il” adına “Əhmədi Harami” dastanında rast gə-

lirik. Əsərdə bu addan “ön, qabaq” mənalarında istifadə edilir. “İl” adının mənası-

nı isə indi “ön, qabaq” sözləri ilə yanaşı  həmin sözə  -  əri <- qa + ru / /- gerü 

şəkilçisinin artırılması ilə  “ireli < irəli < ilgerü” sözləri yaranır.“Il” sözünün 

qəlibləşməsi qədim türk yazılı abidələri dövründən başlamışdır. Belə ki, həmin 

abidələrdə bu ad artıq  “ilgerü” (ireli), ilik, ilki (ilk, birinci)  sözlərinin içərisində 

görünür. Qədim abidələrdən “ilgerü” sözündəki - gerü –şəkilçisi digər sözlərdə də 

məhsuldar şəkilçi kimi (istiqamət bildirən şəkilçisi kimi) əvvəl leksik şəkilçiyə dön-

müşdür, daha sonrakı dövrlərdə isə  qəlibləşərək yalnız bir neçə sözün içərisində 

qalmışdır. Buna görə bu sözdə qrammatik məna itmişdir. Nəticədə “ireli” sözündə 



“istiqamət”  mənası çox az sezilir. Daha çox “ön, qabaq”  mənalarında istifadə 

edilir. İndi “ireli” sözünün yönəlmə (və digər) hal şəkilçisi ilə istifadə edilməsi də 

fikrimizi təsdiqləyir. Məsələn, irəliyə, irəlidə.  “İrəli” sözünün “ön, qabaq” məna-

larında istifadə edilməsi ilk orta əsrlərdən başlamışdır. Abu Həyyan və  “Ət-töhfət 

üz Zəkiyyə” lüğətinin müəllifi da hələ XIV əsrdə  “ilgerü / / ireli” sözünün “ön, 

qabaq” mənası bildirdiyini göstərir. Qədim dövrlərdə düzəltmə söz kimi mövcut 

olmuş  bəzi sözlərdə  şəkilçi asemantikləşmiş, yəni qəlibləşmiş, köklə qarışaraq 

daşlaşmışdır. Buna nümunə kimi “irəli” sözünü göstərə bilərik. 

 Türkiyə Türkcəsindəki asemantikləşmə (qəlibləşmə) hadisəsi Z. Korkmaz 

tərəfindən araşdırılmış, onun bir çox əsərlərinin mövzusu olmuşdur. Z.Korkmaz 

yazır: “Sifət - fel şəkilçilərindəki qəlibləşmə hadisəsi, digər türk dillərində olduğu 

kimi, Türkiyə türkcəsində də düzəltmə adların ən gözəl nümunələrini verməkdədir. 

Yazı dilimizdə (və Anadolu dialektlərində)  ən çox asemantikləşməyə  uğrayan 

şəkilçilər bunlardır.: - dik / /- duk , - mış / /- muş , - qan , - an , - ar , - ( ı ) r / / - 



(u ) r , - maz , - ası , - acak. Z. Korkmaz bu nümunələri göstərmişdir : yastıq (< 

yat- tuk , yaqut) . Sıttık “yastıq” < sit- " yatmaq, yalan (< yal - qan ), yıldırgan “ildı-

rım” və s. (10,31). 

Şəkilçilər asemantikləşərkən ilk əvvəl qrammatik şəkilçilər leksik şəkilçilərə 

dönür. Sonra leksik şəkilçi kimi istifadə edilən bu şəkilçilər qrammatik şəkilçi kimi 

funksiyalarını itirərək qəlibləşmiş morfemə dönür. Məsələn:-garu,-gerü / /-arı,-əri- 

yönlük halın şəkilçisi, -ın,-in,-n yiyəlik halın şəkilçisi. Bu şəkilçilər bu gün -ireli / / 

irəli, içəri sözlərində qəlibləşmiş şəkildə yaşayırlar. -Garu//-gerü//,-qarun//-kerü 

şəkilçiləri Uyğur və xüsusilə Göytürk mətnlərində geniş istifadə edilərək yönlük 

halın şəkilçisi kimi qarşımıza çıxır. Bəzi leksik şəkilçilərdə qəlibləşmə prosesi çox 

qədimdən başlamışdır. Orxon-Yenisey yazılarından da əvvəl. Məsələn:-garu,-gerü,-



tu,-ru,-ra,-re-  şəkilçiləri abidələrdə  -geri, bura, ora, şura, bəri, hara, nərə, içre, 

üzrə, dışra / / daşra və s. kimi işlənir. 

Digər bir nümunəyə də diqqət edək. Z. Qorxmazın, T. Banguoğlunun, M. Er-

ginin əsərlərində “bıçaq” sözü düzəltmə söz kimi verilmişdir “Bic – ak” sözündəki 

- ağ hissəciyini yuxarıda adları çəkilən müəlliflər sözdüzəldici şəkilçisi kimi təqdim 

edirlər. 

Müasir Azərbaycan dilində bu söz sadə söz sayılır.  Əslində bu söz qədim 

dövrlərdə düzəltmə söz olmuşdur.“Bilə”  feli  (itile, bülövlə)  mənalarında yazılı 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



122

abidələrdən, türk, qaqauz, qumuq, noqay, Krım tatarlarının dilində istifadə edilmiş-

dir.“Bilə” feli daha qədim kökdən törəmişdir.Qədim türk yazılı abidələrində  “bi” 

(tiyə, bıçaq) - bir - biçək , bi - bıçğu kimi qoşa yazılan sözlərin tərkibində bu feli 

görürük. Bu sözün kökü türtkoloqlar tərəfindən -bi , -bı , -pi şəklində təqdim edilir. 

Dilçilərin çoxu -bi // -pi // -bı //- pı - sözünün “bıçaq, tiyə, ülgüc” mənalarında 

müxtəlif türk dillərində işləndiyini qeyd edirlər. 

Azərbaycan dilində sadə sözlər kimi görünən bu cür düzəltmə sözlər haqqında 

məşhur professor Tofiq Hacıyev yazır: “Kitabi- Dədə Qorqudun dilində  və XVII 

əsrə qədər “bulmaq və qonmaq” felləri kök və şəkilçiyə ayrılmışdır” (8,18). Lakin 

bu gün “bulmaq” feli Azərbaycan dili üçün arxaikdir. Bu gün Türkiyə türkçəsi 

“bulmaq” felini qoruyub saxlamışdır. Türkiyə türkcəsində “bulmaq” sözü kök və 

şəkilçiyə ayrılır”. Lakin bu dediklərimiz bizə əsas vermir deyək ki, mənasını itirən 

hər bir söz şəkilçiyə dönür. Məsələn: “ulduz” sözünün 2-ci “qisimini nə söz, nə də 

şəkilçi adlandırmaq olmaz. Əgər “ulduz / ulduz / yulduz” sözündə sözün ilk hecası-

nın semantik mənası olsaydı “diz / duz” hissəciyini şəkilçi adlandırmaq olardı. Düz-

dür etimolji istiqamətdən -yul/-yıl- sözləri qədim dövrlərdə müstəqil söz kimi işlən-

mişdir. Uyğur-Özbək abidəsi olan “Məhəbbətnamədə”, M. Kaşğarinin “Divan” ında 

bu sözə “məşəl, işıq, parıltı” mənalarında rast gəlinir.“Kökün mənası qalsa da, əgər 

sözdə leksik mənadan məhrum nə varsa hamısını  şəkilçi adlandırmaq olmaz. Söz 

mənasını itirir və ya səs dəyişməsinə uğrayır. Bir başqa vəziyyətə düşür. Lakin bu 

hal onun şəkilçiləşməsi anlamına gəlmir” (8,18). 

Daha sonra T. Hacıyev  “İşıq” sözünü nümunə kimi göstərir.  “İşıq” sözü 

Azərbaycan dili üçün sadə, Türkiyə türkçəsi üçün düzəltmədir.  İşık- qədim 

dövrlərdə “dəbilqə, işıq” mənalarında işlənmişdir.  İndi bu sözün yalnız sonuncu 

mənasından istifadə edilir. 

Türkiyə türkcəsində və Azərbaycan dilində qədim zamanlardan müasir dövrə 

qədər işlənən maraqlı sözlərdən biri də  “qonsu”  sözüdür.  “Qonmaq , qonaq , 



qonşu” sözləri etimoloji baxımdan eyni felin derivatlarıdır.Qonmaq” – qədim türk 

dilində “gecələmək” mənasında işlədilir. Lakin bu gün Türkiyə türkçəisndə “konak” 

isimdir və öz ilk mənasına daha çox bağlıdır (8,18). Z.Korkmaz bu söz haqqında ya-

zır: “Qonşu (< kon- u , kon- uş - u)” bir - birinə yaxın yerdə oturan adamlar mənası 

verən bir sözdür “ (8,44). “Qon” feli həm qədim türk yazılı abidələrdə, həm də 

müasir dilimizdə  işlək sözlərdən biridir. Lakin yazılı abidələrdə bu fel müasir 

dilimizdəki mənaları ilə yanaşı bir sıra əlavə  mənalara da malik olmuşdur:  “Gecə 

yerləşmək, məskunlaşmak” - və s. mənalara. Qədim türk yazılı abidələrində qon / / 

kon felinin törəmələrində də həmin mənalar özünü göstərir. Məsələn, konağ (istira-

hət yeri), konal (gecələmək, yerləşmək);  konat (yerləşdir);  konğu (yaşayış yeri); 



konım (qohum, əqraba); konut (sığınacaq),  konutçu (sığınacaq verən adam) və s. 

Çağdaş Azərbaycan türkcəsində isə  “- qon” feli “uçan canlıların yerə enməsi” 

mənasını verir. Qədim yazılı abidələrdəki mənalar isə qəlibləşmiş, yalnız “qonaq , 

qonşu , qonum –qonşu” sözlərində izini saxlamışdır (9,53). 

Digər bir nümunəmiz isə “qarı” sözüdür. Türk dillərində kar / / qar : ~ qar / / 



qar- (arvad) təkhecalı kökdür. Müasir Azərbaycan dilində bu söz sadə söz sayılır. 

Bu sözdə kökün hər iki tərəfi qəlibləşmişdir. Kar // qar feli ona ad düzəldən -ı- , 

şəkilçisi artırılmaqla meydana gəlmişdir və - qarı – ismində öz izini saxlamışdır. 

Kar // qar ismi isə  həmin ismə fel düzəldən  -ı-  şəkilçisinin artırılması ilə-  ər- ( 

1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə