Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


kocal) felində izini saxlamışdır. Bu qəlibləşmə prosesinin nəticəsində yeni düzəltmə  söz meydana gəlmişdir. Məsələn,  qoca~ər



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə14/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

kocal) felində izini saxlamışdır. Bu qəlibləşmə prosesinin nəticəsində yeni düzəltmə 

söz meydana gəlmişdir. Məsələn,  qoca~ər.  İndi isə Türkiyə türkcəsində  və Azər-

baycan dilində bu gün sadə sözlər kimi istifadə olunan, lakin tarixən düzəltmə söz 

olmuş bir neçə sözə nəzər yetirək. Məsələn, “kiçik // küçük”, “ gödək, gödəl, gödə-



rək” sözləri də çox maraqlı sözlərdəndir. Azərbaycan türkcəsində istifadə olunan “- 

kiçik, kiçilmək , kiçicik” sözləri bu gün sadə sözlərdir. Lakin burda - kicik - kökdü , 

-k , - l, - cik - isə şəkilçidir. 

“Gödək , gödəl , gödərək” sözlərində isə - gödə - kökdür , -k , l- , rək –isə 

şəkilçidir. “Yumşaq - q, alça - q, işı- q, uz - un, uz -aq , uz - an, uz - at, oya - q, oya 



- n, oya –t” sözlərini də bu gün kök və şəkilçiyə ayırmaq çox çətindir.Türkiyə türk-

çəsində  və Azərbaycan dilində bir çox leksik şəkilçi var ki , bu şəkilçilər bu gün 

canlılığını itirərək içərisində olduqları sözlərdə köklə qarışmış vəziyyətdədir (5,65). 

Y.Məmmədov  “kişi” sözünü nümunə kimi göstərir.“Alka ( alqış )” sözündə  -ş- 

şəkilçisi də artıq donmuş, qəlibləşmiş şəkildədir. Lakin M. Ergin bunula birlikdə bu 

şəkilçiylə işlənmiş bir sıra sözlər göstərmişdir ki, onlar Azərbaycan dilində olduğu 

kimi işlədilir. Məsələn: tanış, qarğış və s. “Qədim və Orta əsrlər Türkçəsiylə qədim 

Anadolu türkcəsində nisbətən daha çox nümunələr verən - (ı ) z -/ /- (u) z – şəkilçisi, 

Türkiyə türkcəsində və Azərbaycan dilində ancaq iki - üç sözdə öz varlığını qalıq 

halında mühafizə edib saxlamışdır. Məsələn,  əmzir - (< em - izir ), utuz – 



“qumarda yenilmək”(< ut- uz-), damazlıq(” (5,62).  

 - ( ı ) z / / - (u ) z şəkilçiləri Türkiyə türkcəsində bir qism saylara əlavə oluna-

raq topluluq bildirən sifətlər düzəldir. Məsələn,  əkiz (uşaq), üçüz (doğum), yediz 

(bala) kimi. Lakin Azərbaycan türkcəsində bu sözlərdən yalnız “əkiz” sözü çağdaş 

dövrdə işlədilir.  

Qədim Anadolu Türkcəsində “tamzır” (damlatmaq) (< tam -ı- zir ) fellərində 

bu şəkilçi vardır. -ka , -ge şəkilçisi də qədimdən bəri donmuş olaraq, iki sözdə hifz 

olunur. Məsələn, başqa, özgə“Oğlan ( < oğul - an ), ərən, isti, isinmək” sözlərində 

-oğul,  ər, is - kök mövqeyindədir,  - q, - t, -n-  şəkilçidir(9,165). Gecə  (<  gec-  e), 

qarşı(< qarışı), yenə (< yan -a “geri dönərək” ), ətraf (< çevir-e ) sözlərindəki -e , ı , 



a , -  şəkilçilərini Z. Korkmaz artıq qəlibləşmiş  şəkilçilər kimi təqdim etmişdir. 

 Azərbaycan dilində  də bir çox fellər var ki, onlar sadə sözlər kimi görünsələr də 

tarixi – müqayisəli araşdırma nəticəsində onların düzəltmə söz olduğu aşkar-

lanmıştır.  

Məsələn, darıl / darıh ; dağıl/dağıt, tərpən / / tərpəş / / tərpət “Darıl, darıh” 

fellərinin kökü “darı” felidir. “Dağıl, dağıt”– fellərindəki -l və -t şəkilçilərinin mə-

na növ şəkilçiləri olması heç bir şübhə doğrutmur (6,2). 

Türkiyə türkcəsində  və Azərbaycan dilində  “uzan , uzat” felləri işlənir. Bu 

fellərin kökü “uza” felidir. Həmin fel qədim türk dillərində  işlənilib. Müasir türk 

dillərindən bəzilərində Türkiyə türkcəsində, Azərbaycan dilində, türkmən dilində is-

tifadə edilir. M. Mirzəliyeva bildirir ki, Türkiyə türkcəsində və Azərbaycan dilində 

“uzan” sözünün kökü olan “uza” özü düzəltmə sözdür. “Uza” feli “uz” kökündən 

və “-a” şəkilçisindən meydana gəlmişdir.  

Azərbaycan nağıllarında bu söz tez-tez istifadə edilir. “Az getdi, üz getdi, 

dərə-təpə , düz getdi”. Bu sözlərdəki “Uz” sözü “az” sözünün sözünün antonimi ki-

mi “çox” “uzun” mənalarında istifadə edilmişdir. Bu mənanı  “Uzan, uzat, uza, 

uzal” fellərində görmək olar (7,82). “Qədim Türkcədə addan bir sıra sifətlər düzəl-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



124

dən bir vurğulu -in şəkilçisi vardır. Məsələn, uzun, yaxın, yoğun, üstün, qalın, 



sərin, çətin, qarın, boyun, oyun. Çox qədim düzəltmə söz olduqları anlaşılan bu 

sifətlərin köklərini ayırd etməkdə  çətinlik çəkirik. Bu sözlərə dialektlərdə 

şəkilçisiz halında rast gələ bilmirik. T. Banguoğlunun nümunə göstərdiyi bu 

sözlər eyni ilə Azərbaycan Türkcəsində istifadə olunur. Hər iki dildə bu sözləri 

müasir dövrdə kök və şəkilçilərə ayırmaq çox çətindir. Ona görə bu sözlərin hər 

iki dildə sadə söz kimi təqdim edilməsi daha doğrudur.Sonda demək istəyirik ki, 

Türkiyə türkcəsində  və Azərbaycan türkcəsində istifadə olunan sadə sözlər 

tarixən quruluşca düzəltmə olmuşlar. Düzəltmə söz adı ilə verilmiş sözün 

içərisindəki şəkilçi, əgər bu gün işlək deyilsə və digər sözlərin əmələ gəlməsində 

iştirak etmirsə, bu şəkilçilər artıq şəkilçi deyil, sözün bir hissəsi sayılmalıdır. 

 

Ədəbiyyat 



 

1.  Azərbaycan dilçiliyi müntəxəbatı. II cild. Bakı, 2013. 

2.  Aslanov.V. Azərbaycan dilinin tarixinə dair tədqiqlər. III.2012. 

3.  Banguoğlu.T. Türkçenin Grameri. Ankara, 2007 

4  . Ergin Muharrem. Türk Dil Bilgisi, Sofya, 1967 

5.  Məmmədov. Y. Azərbaycan dilində sözlərin leksik-semantik inkişafı.Bakı, 

1987.  


6.  Mirzəliyeva Məhəbbət “Məna növ şəkilçili bir neçə felin etimoloji izahi. 

Türk dillərinin tarixi- muqayisəli leksikologiya məsələləri. I C. Baki, 2004. 

7.  Mirzəliyeva. M “Məna növ şəkilçili bir neçə felin etimoloji izahı. (82-85). 

Azərb. EA. Xəbərləri Ədəbiyyat, Dil, və İncəsənt seriyaı.1986, 2. 

8.  Hacıyev.T. Türk dillerinde sözün morfoloji inkişafı. “Türk dillərinin leksik-

morfoloji quruluşu” (Elmi əsərlərin tematik məcmuəsi) Bakı-1981 

9.   Korkmaz Z. Türkıye Turkcesı grameri. Şekill bilgisi. Ankara 2008 

10. Korkmaz Z. Türkçede eklerin kullanılış şekilleri ve ek kalıplaşması olayları, 

Ankara1969. 

 

   


Gatibe Mahmudova 

The asemantical suffixes in turkish and azerbaijani languages 

Summary 

 

Both in turkish and azerbaijani languages there are a lot of words that are 



absolutely the same. The derivatives words inthe turkish language which are 

given like simple words.But these words have been simple words historically 

were derivatives words.  

In this article we will explore the root of these type words and investigate 

why these derivatives words have chanched to simple words. 

 

 

 

 

 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



125

   Гатиба Махмудова 

Асемантицеские суффиксы в турецком и азербайджанском языках 

Резюме 


 

Существует  множество  производных  слов,  одинаковых  в  турецком  и 

азербайджанском  языках.  Подходы  турецких  и  азербайджанских  ученых  к 

этим производным словам различаются. Если на современном этапе в турец-

ком языке данные слова представленье как производных, то в азербайджанс-

ком языке считаются непроизводными, хотя исторически, в древнем азербайд-

жанском языке были непроизводными.Статья нацелена на исследование при-

чин перехода производных слов в непроизводные.  

 

Rəyçi:           Məhəbbət Mirzəliyeva 



                    filologiya elmləri doktoru 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



126

 NURİYYƏ ŞİRINOVA 

Azərbaycan Dövlət Neft Akademiyası. 

  

nuriyye.shirinova@mail.ru 

SEVDA İMANOVA 

 

     

sevda_i@mail.ru 

 

SİFƏT DÜZƏLDƏN SUFFİKSLƏR 

 

Açar sözlər: Suffiks, grammatika, produktiv, sifət düzəldən, morfoloji, leksika, 

semantika, nitg hissələri, söz kökü. 



Ключевые слова: Суффиксы, грамматика, продуктивность, образование 

прилагательных, морфологический, лексика, сематика, части речи, корень 

слова. 

Key words: suffix, grammar, productive, creating adjectives, morphological, lexics, 

semantics, parts of speech ,root of the word.  



 

 

Tədqiqat məqsədindən asılı olaraq, suffikslərin müxtəlif təsnifatından istifadə 



olunub və  təkliflər olunub. Suffikslər öz mənşəyinə görə, yaratmalı olduqları nitq 

hissəsinə görə, işlənmə tezliyinə görə (nə  qədər tez-tez ona rast gəlinir), praktik 

olmağına görə, xarakteristikalarına görə təsnif olunurlar. Suffikslər sözün sonunda 

tam yeni söz əmələ gətirmək üçün yerləşən sözdüzəldici şəkilçilərdir. Suffiksin se-

mantik dəyəri vardır, amma ona müstəqil nitq hissəsi kimi rast gəlinmir. Morfoloji 

cəhətdən iki söz məsələn: “jewels”, “jewelry” sözləri ilkin olaraq eyni prinsipli kök-

dən yaranıb; konsepsual struktur hər iki sözdə: -s “jewels” sözündə  və “-ry” 

“jewelry” sözündə  cəm bildirir. Amma fərq isə onların qrammatik və leksik mə-

nasındadır. “–s” şəkilçisi qrammatik kateqoriyanı dəyişməyən formantdır. “Plural” 

(cəm), burada “– ry” “individuallar qrupu, topluluq” semantik əsaslı söz sinfini 

yaradır.  

Nitq hissələri içərisində suffikslər leksik-qrammatik qruplarına əsasən seman-

tik cəhətdən təsnif olunurlar və nəhayət amma ən azı olmadan onların əlavə olun-

duğu kök (stem)-lərin növündən asılı olaraq təsnif olunurlar. Sinxron yanaşma ilə 

uyğun olaraq biz müasir ingilis dilində tez-tez rast gəlinən nitq hissələrinə görə 

təsnif etməyə başlayaraq bu daha məqsədəuyğun olardı.  

Onların mümkün semantik gücünü işıqlandıran sözlər uyğun  şəkildə irəlidə 

göstəriləcək.  Əgər biz öz yanaşmamızı  dəyişsək, suffiksləri siqnalizə (signalize) 

etmək üçün xidmət etməli olduğu leksikoqrammatik mənası ilə maraqlansaq, biz 

hər bir nitq hissəsinin tərkibində daha çox açıqlanmış leksik qrammatik siniflər və 

qeyri-siniflər olduğunu bilməyə nail olarıq.  

Leksik qrammatik sinif eyni leksik-qrammatik məna daşıyan leksik element-

lər sinifi kimi və həmçinin bu vahidlərin içərisində ifadə olunan qrammatik kateqo-

riyalar daxil olan ümumi formalar sistemi kimi təyin edilə bilər. Bir sinifin element-

ləri eyni uyğun söz ilə əvəz oluna bilər və özünə xas morfoloji nümunə ilə və ümu-

mi sözdüzəldən affikslər ilə xarakterizə oluna bilərlər.  

 Sırf sifət əmələ gətirən suffikslərlə yaxından tanış olaq. Hər nitq hissəsinin öz 

sözdüzəldici suffiksləri olduğu kimi sifətində  də özünə  məxsus sözdüzəldici 

suffiksləri vardır. Bu suffikslər də müxtəlif qruplara bölünürlər.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



127

Sifət  əşyanın  əlamətini göstərir və “what”, “what kind of” (necə), “which” 

(hansı) suallarına cavab olur.  

Quruluşuna görə sifətlər: 

sadə (big, large, red, niece, etc); 

düzəltmə (historical, hopeless, wonderful); 

mürəkkəb ( dark-blue, good-looking, brand-new) olurlar.  

Sadə sifətlər bir kökdən ibarət olur və onlara heç bir suffiks artırılmır.  

Düzəltmə sifətləri əmələ gətirmək üçün isim, fel və sifətlərə sözdüzəldici suf-

fiks və ya prefikslər  əlavə edilir. Ingilis dilində  əsas sifətdüzəldici suffikslər 

aşağıdakılardır:  

-  ful - careful, doubtful (isim) 

-  less – hopeless, useless (isim  

-  ous – dangerous, famous (isim) 

-  able – countable, eatable (fel) 

 comfortable (isim) 

-  ible - responsible (isim) 

-  ish - childish ( isim) 

-  ent/-ant - different, important (fel)  

-  al – cultural (isim) 

-  some ( handsome)  

Suffikslər produktiv və qeyri-produktiv olurlar. Qeyri-produktiv suffikslərə - 

full, -ible, -able, -ant, -ent, -en, -ous, -some aiddir.  

Produktiv sifət düzəldən suffikslərə -less (friendless), -like, -ish, -ed, aiddir.  

Əksər sifətlərin müqayisə dərəcələri vardır: müqayisə və üstünlük dərəcələri.  

Müqayisə dərəcəsi keyfiyyətin nisbətən yüksək dərəcəsini göstərir.  

Üstünlük dərəcəsi keyfiyyətin ən üstün dərəcəsini göstərir.  

Qeyd etdiyimiz kimi sifətin adi dərəcə (the positive degree), müqayisə dərəcə-

si (the comparative degree), üstünlük dərəcəsi ( the superlative degree) vardır.  

Sifətlərə xas olan əlamət və keyfiyyətlərin dərəcələri iki yolla ifadə edilir.  

1)  sintetik yolla, yəni sifətlərin sonuna suffikslər əlavə etməklə; 

2)  analitik yolla, yəni sifətlərin əvvəlinı köməkçi söz əlavə etməklə.  

Bu üsullardan hansının seçilməsi ixtiyarı olmayıb, sifətin fonetik tərkibindən 

asılı olur: birhecalı və bəzi ikihecalı sifətlərin dərəcə formaları sintetik, iki və daha 

çox hecalı sifətlərin dərəcə formaları isə analitik yolla düzəldilir.  

Sifətin adi dərəcəsini düzəltmək üçün heç bir suffiksdən istifadə olunmur. 

Sifətlər adi dərəcədə as....as, not so.....as bağlayıcıları ilə işlənərkən müqayisə olu-

nan şəxs və əşyaların eyni dərəcəli keyfiyyətə, əlamətə malik olub olmadığını bil-

dirir.: 

1) as......as bağlayıcısı müqayisə olunan şəxs və  əşyaların eyni keyfiyyət, 

yaxud  əlamətə malik olduğunu, 2) not so....as və not as.....as bağlayıcıları ilə 

müqayisə olunan şəxs və  əşyaların qeyri-bərabər  əlamət yaxud keyfiyyətə malik 

olduğunu bildirir. Məsələn: 

 

1) My brother is as strong as yours – Mənim səninki kimi güclüdür. 



2) Their way is not so long as mine – Onların yolu mənimki kimi uzun deyil.  

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



128

Birhecalı sifətlərin müqayisə dərəcəsini düzəltmək üçün onların sonuna “–er”, 

üstünlük dərəcəsini düzəltmək üçün isə “-est” suffiksi artırılır, məsələn:  

adi dərəcə müqayisə dərəcəsi üstünlük dərəcəsi 

 long  longer   longest  

 short  shorter   shortest  

İkihecalı sifətlərin  əksəriyyətini və çoxhecalı sifətlərin hamısının müqayisə 

dərəcəsi analitik yolla, yəni müqayisə dərəcəsində sifətdən əvvələ “more”, üstünlük 

dərəcəsində isə “most” sözü artırmaqla düzəldilir. Məsələn: 

 adi dərəcə müqayisə dərəcəsi üstünlük dərəcəsi 

 famous  more famous  most famous  

 important  more important  most important 

Sifətin müqayisə dərəcəsində hər hansı bir şəxs və əşyanın başqa bir şəxs ya-

xud əşyadan keyfiyyətcə artıq olduğu bildirilir. Bu halda “than” sözündən istifadə 

olunur. Bu bağlayıcı dilimizə “-dan, -dən”  şəkilçisi, yaxud da “– dan... daha”, 

“dən... daha” tərkibi ilə tərcümə edilir. Məsələn,  

1)  My room is larger than yours - Mənim otağım sizinkindən (daha) genişdir. 

2)  This question is more important than that one – Bu məsələ ondan (daha) 

vacibdir.  

Azərbaycan dilində olduğu kimi, ingilis dilində də üstünlük dərəcəsi əşya və 

ya şəxsin onun daxil olduğu sinifdə ən yüksək keyfiyyətə malik olduğunu bildirir. 

Məsələn: 

1)  The Volga is the longest river in Europe – Volqa Avropada ən uzun 

çaydır. 

2)  The USA is the most democratic country in the world – ABŞ dünyada ən 

demokratik ölkədir. 

Müasir ingilis dilində bir neçə sifət vardır ki, onların dərəcə formaları 

superletiv yolla düzəldilir, yəni hər formada (adi, müqayisə  və üstünlük dərəcə 

formalarında) müxtəlif kökdən olan sifət işlənir. Bu sifətlər aşağıdakılardır: 



adi dərəcə müqayisə dərəcəsi üstünlük dərəcəsi 

good  better   best 

bad   worse   worst 

little  less   least  

Sifətin aşağıdakı sintaktik xüsusiyyətləri vardır: Cümlədə sifət həm təyin, 

həm də tamamlıq ola bilər. 

A little fat chap thrust out his underlip and the tall fellow frowned (Mansfield) 

(təyin).  

Laura was terribly nervous (Mansfield) (tamamlıq).  

Müasir mərhələdə sifətdüzəldən suffikslər arasında –able, -al (-ial), -an, -ed, -

ic, -y daha produktiv suffikslər hesab olunurlar. Ümumi məna nöqteyindən adektiv 

suffikslər iki böyük qruplar yaradır.  

1)  Birinci qrupda əsas “münasibət” mənasını kəsb etməsi hesab olunur: “aid 

olan, oxşarlığı olan, xarakterik xüsusiyyətlər və  əlamətlər, kökün ifadə etməli 

olduğu bir şeyi xatırladan” kimi mənanı ifadə edir. Məsələn, “Ornamental” – bəzək 

əşyası kimi istifadə olunan, “volcanic” – vulkanik, “neighbourly” – qonşu 

münasibəti, dost münasibəti və s. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



129

2)  İkinci qrup suffikslər üçün əsas mövcud olma/olmama hesab olunur: kö-

kün ifadə etməli olduğu bir şeyin miqdarını və yaxud olmayan bir şeyi təyin edir. 

Məsələn: 

 carbonic – tərkibində karbon olan,  

 fibrous – toxumalı, 

 moneyed – varlı, pullu  

 moneyless – pulsuz  

Bu bölmədə öyrənəyəcəyimiz digər mənaları  şərti olaraq sözdüzəldici hesab 

edə bilərik.  

-able (-ible) suffiksi ilə düzələn sifətlər: 

Modellər: v+able →Adjective  

N+ able (ible, ble) → Adjective 

Müasir ingilis dilində  dəyişə bilən –able suffiksi çox geniş yayılıb. Onun 

üstün cəhəti ondan ibarətdir ki, o felin kökünə əlavə olunur, amma həmçinin isimlə-

rin də kökünə əlavə oluna bilir. –able sufffiksinin ümumi mənası hər hansı bir xa-

rakterik xüsusiyyəti ifadə etməkdir.  

Isimə “-able” suffiksi əlavə edildikdə həm aktiv kateqoriyalı məna verə bilər 

(fashionable → pertaining to fashion), həm də passiv kateqoriyalı məna verə bilər 

(objectionable→ that may be objected to; carriageable – that can be carried). Felin 

sonuna “–able” suffiksini əlavə etsək  əsas sözdüzəldici olan “passiv imkan, tabe 

olma” mənalarını verir. Məsələn:  

readable→that can be read  

catchable → that can be caught  

seeable → that can be seen  

Sifətlərin sonuna “–able” suffiksi əlavə etsək aktiv xarakterik xüsusiyyət, uy-

ğunluq mənalarını verəcək. Məsələn: 

suitable – such as to suit  

durable – such as to last  

serviceable – capable of service 

perishable – subject to decay or destruction. 

Bəzən həm aktiv həm də passiv mənaların birgə  işlənməsi hallarına rast 

gəlmək olar: Məsələn:  

floatable – 1) that can float 2) be floated on  

changeable – 1) that is apt to change 2) that can be changed  

Müasir ingilis dilində “- able” suffiksi öz produktivliyi ilə çox fərqlənir, onun 

köməyi ilə istənilən təsirli fellərdən sifət düzəltmək olar, bu da kompakt sintaktik 

konstruksiya yaratmağa imkan verir. Məsələn: 

She was very paintable.  

“-able” suffiksi gələcəkdə sözdüzəltmə yaratmaq üçün bizə çoxlu imkanlar 

verir.  


-al suffiksi ilə düzələn sifətlər.  

Model: n+ -al → Adj. 

“-al” suffiksi müasir ingilis dilində yüksək produktivliyi ilə fərqlənir və kökün 

ifadə etdiyi bir şeylə əlaqəni (oxşarlığı, törəməni və s.) bildirir. Məsələn: 

accidental – təsadüf; 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



130

“ornamental” – bəzək  əşyası kimi işlənən gələcəkdə daha aktiv düzəltmə 

sözlər yaratması imkanları vardır: accidentally, normalize, ensociality ( something 

“completely or perfectly social”)  

Müasir ingilis dilində amonim “–al” suffiksi də vardır ki, isim yaratmaq üçün 

onlardan istifadə olunur.  



-an suffiksi ilə düzələn sifətlər (-ean, -ian) 

Model: n+ an→Adj. 

“-an” suffiksi və onun törəmələri olan “–ean, -ian” kökü isim olan sözlərə 

əlavə olunur və əlaqə və  mənsubiyyət kimi ümumi məna verir. Əlavə olunduqları 

köklərin xarakterindən asılı olaraq onun üç əsas mənalarını ayırd etmək olar:  

1)  Ölkə, şəhər və digər coğrafi adları bildirən isimlərə əlavə olunarkən “–an” 

suffiksi “bu ölkəyə və şəhərə aid” mənasını bildirir. Məsələn: African – afrikalı  

Bostonian- bastonlu  

Xüsusi adlar bildirən isimlərlə birləşdikdə “-an” suffiksi “nəyəsə aid olan, hər 

hansı  ərazinin, nəzər baxışların tərəfdarı olan və s. mənasını ifadə edir. “–an” 

suffiksinin üçüncü mənasının elmi çərçivə daxilində  tətbiqi qismən məhduddur: 

“müəyyən sinifə, növə (biologiyada) aid olma, (neyrobiologiyada) bioloji ritmə aid 

olma” və s. 

  Bu suffiksin gələcəkdə sözdüzəltmə imkanları mümkündür: kantianizm, İta-

lianizm.  

Sözdüzəltmənin orfoqrafik qaydaları. Əgər “–an (-ean, ian)” suffiksi “– ugh, -

u, -y” ilə qurtaran sözlərlə işlənərsə, bu şəkilçilər sifətlərdə “-v” hərfi ilə əvəz olu-

nacaq. Məsələn: Cracow – Cracovian  

ate suffiksi ilə düzələn sifətlər.  

Model: n+ ate → Adj.  

“- ate” suffiksi çoxmənalı hesab olunur, isim köklü sözlərdən sifət yaradır. 

Suffiks “– ate” aşağıdakı mənalara malikdir: 

1)  “Kökün ifadə etdiyi bir şeyin xarakterik xüsusiyyətini” bildirir. Məsələn: 

 

 graphicate – able to draw, engrave 



2)  “Kökün ifadə etdiyi bir şeyin mövcudluğu ilə xarakterizə olunan” 

mənasını verir. Məsələn:  

quorate – “containing or consisting of a quorum” 

-ful suffiksindən düzələn sifətlər. 

Model: n+ -ful →adj. 

 v+ -ful →adj 

Çoxmənalı “–ful” suffiksi həm isimlərin, həm də fellərin kökləri ilə birləşir.  

“-ful” suffiksi isimlərin kökünə  əlavə olunur. Bununla yanaşı “tam mənada 

göstərilən keyfiyyətə malik olan” mənasını verir. Məsələn:  

healthful – sağlam  

“-ful” suffiksi konkret isimlərin köklərinə birləşərək “nə üçünsə xarakterik , 

məxsus” mənasını verir: Məsələn: 

Bir sıra fel mənşəli köklərlə “- ful” suffiksi birləşdikdə “kökün ifadə etdiyi bir 

şeyə meyilli” mənasını verir. Forgetful – unitqan, resentful – kinli, wilful – tərs, 

qərarlı. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



131

“-ful” suffiksi ilə fel mənşəli kökdən sifəti düzəltmə ingilis dilinin sintetik 

ardıcıllığı öz yerini analitik ardıcıllığa verdikdən sonra, (yəni yaradan isimlərin 

kökləri əksər hallarda fellərin kökləri ilə uyğun gələn zaman) mümkün olmuşdur.  

Gələcəkdə - rightfulness, helpfully kimi sözdüzəltmələri yaratmaq 

mümkündür. 

-ful suffiksinin produktivliyi aşağıdır.  

-ic suffiksi ilə düzələ sifətlər.  

Model: n+-ic →adj.  

Çoxmənalı olan “–ic” suffiksi müasir ingilis dilində terminologiya və kitab 

leksikasında kifayət qədər produktiv hesab olunur. “–ic” suffiksi “ibarət olan, kökün 

strukturunun tərkibi və ya tərkib hissəsi” kimi mənaları ifadə edir. Məsələn:  

atomic – atom tərkibli, 

 “-ic” suffiksi həmçinin “münasibət” mənasını verir. Məsələn: volcanic – 

vulkanik, arabic - ərəb milliyyətli ola, quadrosonic – kvadrafonik, tachyonic – 

having to do with tachyons (hypothetical elementary particles that travel faster than 

the speed of light)”. 

“-ic” suffiksi “kiminləsə oxşarlığı, bənzərliyi olmaq, kiməsə oxşamağa çalışan 

“mənalarını da ifadə edir. Məsələn:  

Verilmiş bu halda –ic suffiksi xüsusi adlarla – məhşur insanların soyadları ilə 

işlənir. –ic suffiksi ilə düzələn sifətlər asanlıqla substantivləşir.  

Gələcəkdə empirical, classicize, classicist, electricity, toxicant, toxication 

kimi sözlərin düzəlməsində işlənə bilər.  




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə