Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə2/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   50

 

1.  Adilov, M., Verdiyeva Z.N., Ağayeva F.M.– İzahlı dilçilik terminləri. B.1989. 

2.  Alpatov,V.M.,Arkadyev P.M.,Podlesskaya V.İ.- Teoretiçeskaya qrammatika 

yaponskogo yazıka M.2008. 

3.  İvanova, J.P, Burlakova V.V., Poçepsov Q.Q.. -Teoretiçeskaya qrammatika 

sovremennogo angliyskogo yazıka. M.1981. 

4.  Kieda M..- Qrammatika yaponskogo yazıka, c.I.M.2009. 

5.  Lavrentyev B.P. – Samouçitel yaponskoqo yazıka. M.1982. 

6.  Sevostyanova A.A.-Yaponskiy qlaqol M.2006. 

7.  Tekmen Ayşe Nur, Takano Akiko.-Japonca Dilbilgisi. Ankara. 2007.  

8.  Xolodoviç A.A.. –Problemı qramatiçeskoy teorii. Leninqrad. 1979. 

9.  Zeynalov F.. -Oguz qrupu türk dillərinin müqayisəli qrammatikası.  

      B.1986. 

 

О.Джалилбейли 

Особенности спряжения глагола в японском языке 

Резюме 


 

Статья посвящена спряжению глагола в современном письменном япон-

ском языке. При сравнении с азербайджанским языком было выявлено, что в 

японском языке из-за отсутствия личностных и количественных грамматичес-

ких  категорий  в  спряжении  глагола  имеются  специфические  особенности.  В 

статье рассмотрены эти специфические особенности. 



                                                                                                    

O.Jalilbayli 

The features of conjugation of the Japanese verb 

Abstract 

 

This article deals with the conjugation of the Japanese verb specific features 



in comparison with Azerbaijanian verb because of absens of the grammatic catego-

ries of person and quantity. These specific features are investigated in the article.  



 

 

Rəyçi:      Nəsrullah Məmmədov  



              filologiya elmləri doktoru 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



14

    SEVİNC CƏLİLOVA  



ADPU 

 filologiya_magist@mail.ru 

 

RUS MƏKTƏBLƏRİNDƏ AZƏRBAYCAN DİLİNİN TƏDRİSİNDƏ  



PROF. A.ABDULLAYEVİN ROLU 

 

Açar sözlər: tədris tarixi, Azərbaycan dili, dərsliklər, təşəbbüslər. 

Ключевые  слова:  истории  образования,  Азербайджанский  язык,  учебники, 

инициативы 



Key words: history of education, Azerbaijani language, tutorials, initiatives 

 

Azərbaycan dili tədrisinin tarixini elmi surətdə araşdırıb tədqiq etmək, pedo-



qoji elmimizin ən zəruri məsələlərindən biridir.  

Çox qədim bir tarixə malik olan Azərbaycan dilinin tədrisi uzun və mürəkkəb 

yollar keçmişdir. Bu fənn ədəbi dilimizin əmələ gəlməsi ilə birlikdə tədris olunmağa 

başlamışdır. 

Rus məktəblərində Azərbaycan dilinin tədrisi tarixinə gəldikdə isə qeyd etmə-

liyik ki, bu uzun bir tarixə malikdir. Belə ki, XIX əsrin əvvəllərində (1813-1828-ci 

illərdə) “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra Şimali Azərbaycan 

Rusiyaya birləşdirildi. Bu zaman çar hökuməti  əhalini idarə etmək işində bir sıra 

çətinliklərə rast gəlirdi. Bu çətinliklərdən  ən mühümü çar məmurlarının yerli dili 

(Azərbaycan dilini) bilməmələri idi. Elə buna görə  də çar hökuməti yerli əhali 

arasında İran nüfuzunu azaltmaq və fars dilində aparılan yazışmaların qarşısını al-

maq üçün yerli dilə və onun öyrədilməsinə xüsusi əhəmiyyət veriridi.  

Məhz buna görə  də, çar hökuməti ruslara Azərbaycan dilinin tədris etməyə 

başlayır.  

1827-ci il oktyabr ayının 10-da general-adyutant Sipyagin 359 nomrəli rəsmi 

məktubda admiral Şişkova müraciət edərək, Zaqafqaziyada qəza məktəblərinin açıl-

masını xahiş etmişdi. Peterburqda həmin xahişin yerinə yetirilməsinə razılıq verilir 

və  nəticədə “Zaqafqaziya məktəbləri haqqında  əsasnamə” təsdiq olunur. Həmin 

“Əsasnamə” 1830-cu ildən qismən həyata keçməyə başlayır. 1832-ci ildə artıq Qori, 

Axalsix,  Şuşa, Telav, Siqnax, Nuxa, Yerevan, Gəncə, Duşet və Kutayisdə  qəza 

məktəbləri açılır. 

Bu məktəblərin  əsas vəzifəsi,  şagirdlərə ibtidai məlumat vermək idi. Bu 

məktəblərə ikisinifli məktəblər deyilirdi. Burada rus dili və yerli dil (Azərbaycan 

dili) hesab və şəriət tədris olunurdu. 

O zamanlar rus məktəblərində Azərbaycan dilinin tədrisi məsələlərinə xüsusi 

diqqət verilir və bu dilin əhəmiyyəti Zaqafqaziyada yaşayan başqa xalqların dilin-

dən daha üstün tutulurdu.  

Rus məktəbləri üçün ilk Azərbaycan dili proqramları keçən əsrin 30-cu illə-

rində tərtib olunmuşdu. Bu proqramda əsas yer qrammatik qaydalara verildiyindən 

dərsdə qrammatik qayda və terminlərin  əzbərlədilməsinə geniş yer vermək tələb 

olunurdu. Halbuki proqramda şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olan Azər-

baycan sözləri, o cümlədən hansı nitq hissəsinə aid olduğu tədricən öyrədilməli və 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



15

onlara aid müntəzəm surətdə qiraət və yazı işləri aparılmalı, cümlə üzərində iş və 

sairə nəzərdə tutulmalıdır. 

Mirzə Şəfi Vazeh 1840-cı il sentyabr ayının 17-də qəza məktəbi müəllimi adı-

nı almaq üçün Tiflis gimanziyasının şurasında Azəaraycan dilindən müvəffəqiyyətlə 

imtahan verir, bir müddət keçdikdən sonra müəllim adını alan Mirzə Şəfi Vazeh hə-

min məktəbdə tam altı il ruslara Azərbaycan dili dərsi demişdir.  

Rus məktəblərində Azərbaycan dili tədrisinin metodikası məktəbdə başqa fən-

lərin metodikası kimi ümumi pedoqoji və didaktik tələblər  əsasında qurulmuş  və 

könüllü surətdə, şagirdlərin özlərinin razılığı ilə tədris olunmuşdur.  

Azərbaycan dili tədris planlarına daxil edildikdən və rus məktəblərində öyrə-

dilməyə başlandıqdan sonra, qarşıya həmin fənn üzrə  dərslik və ya dərs vəsaiti 

yaratmaq məsələsi çıxmışdı. O zamankı dövlət məktəblərində ruslara Azərbaycan 

dilini tədris etmək üçün münasib dərsliklər yox idi. Bu sahədə ilk təşəbbüsü böyük 

dilçi alim prof. Mirzə Kazımbəy göstərmiş və 1839-cu ildə Azərbaycan dilinə aid 

yazdığı  “Грамматика  турецко-татарского  языка” adlı mükəmməl dərsliyini nəşr 

etdirmişdir. Əsər rusca yazılmışdır. Burada Azərbaycan dilinin qayda və qanunları, 

qrammatik xüsusiyyətləri geniş surətdə, müxtəlif misallarla izah olunmuşdur.  

Professor Mirzə Kazimbəyin həmin dərsliyi 556 səhifəlik böyük bir əsərdir. 

Bu kitab giriş və üç böyük hissədən ibarətdir. 

Birinci hissədə 8 fəsil, ikinci də 11 fəsil, üçüncü hissədə isə 3 fəsil vardır. 

Dərslik vaxtı ilə Azərbaycan dilini öyrənmək istəyən ruslar üçün mükəmməl qram-

matika dərsliyi və faydalı metodik vəsait olmuşdur. 

1844-cü ildə Azərbaycan dilini öyrənməyə yeni başlayanlara kömək etmək 

məqsədi ilə P. M. Budaqov tərəfindən tərtib edilmiş “Турецко-татарский буквар” 

adlı dərslik nəşr olunur. 

Müəllif bu əsərdə Azərbaycan dilinin qrammatik qanunları və leksikası barə-

də, xüsusi ilə cümlə quruluşu və təhlil prinsipləri eləcə də cümlədə sözlərin yazılışı 

haqqında izahat verir.  

1852-ci ildə Mirzə Şəfi Vazeh və Tiflis gimnaziyasının şərq dilləri müəllimi 

Qriqoriyevlə birlikdə  qəza məktəblərində  təhsil alan ruslar üçün “Татарская 

хрестоматия адербейджанского наречия” adlı dərslik yazmışdır. Lakin bu dərsik 

Mirzə Şəfinin sağlığında nəşr edilməmiş, onun ölümündən sonra, yəni 1854-1855-ci 

illərdə Qriqoriyevin səyi nəticəsində nəşr edilmişdi.  

Mirzə Şəfi Vazeh və İ. Qriqoriyevin tərtib etdikləri bu dərslik əsasən üç fəslə 

bölünür. 

Birinci fəsildə “ Hikmətlər və  nəsihətlər “ adı altında ayrı-ayrı cümlələr 

şəklində  nəsihət və hikmətamiz sözlər verilmiş, hər cümlənin altında rus dilində 

onun tərcüməsi, sonra isə ayrı-ayrı sözlərin rusca lüğəti göstərilmişdir. 

Dərsliyin ikinci fəslində  şagirdlərə kitab (mətbuat) dilində nümunələr (“Qara-

bağnamə” və “Dərbəndnamə”dən parçalar) verilir və nəhayət, üçüncü fəsildə Füzuli-

nin qəzəllərində, “Leyli və Məcnun”dan müəyyən parçalarla şagirdlər tanış edilirdi. 

Müəlliflər dərsliyin ikinci hissəsində əlifba sırası ilə “Татарско-русский сло-

варь” vermişlər ki, bu da şagirdərin lüğət ehtiyyatını zənginləşdirmək üçün çox fay-

dalıdır. 

Mirzə Şəfi Vazeh və İ.Qriqoriyevin bu dərsliyi uzun müddət qəza məktəblə-

rində ruslara Azərbaycan dilini öyrətmək üçün gözəl vəsait olmuşdur. Bu istiqamət-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



16

də yazılmış digər dəsliklərə Budaqovun “Практическое руководство туречко-та-

тарского-адербиджанского  наречия”, Mirzə  Əbdülhəsən bəy Vəzirovun “Учеб-

ник  татарско-адербиджанского  наречия”, Lazarevin “Türk dilinin müqayisəli 

müntəxəbatı” və digər əsərləri göstərmək olar. 

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ruslara Azərbaycan dilni 

öyrətmək məqsədi ilə yenə də bir sıra tədbirlər görülmüşdür. Ruslarla azərbaycanlı-

lar arasındakı ünsiyyəti daha da möhkəmləndirməyə kömək etmək məqsədi ilə müx-

təlif vəsait və  dərsliklər nəşr olunmağa başlanır ki, bunlara Qulam Ələkbərlinin 

“Самоучителъ азербайджанского языка”, A. Abdullayev və S. Cəfərovun birlik-

də tərtib etdikləri “Азербайджанского язык для взрослых” dərsliklərini də misal 

göstərmək olar.  

1902-ci ildə Soltan Məcid Qənizadə iki hissədən ibarət olan “Самоучителъ 

татарского языка” adlı kitabını Bakıda çap etdirmişdir ki, bu əsər ruslara Azərbay-

can dilini müstəqil surətdə öyrənmək məqsədi ilə tərtib olunmuşdur. 

1933-1934-cü ildən başlayaraq, rus ibtidai və orta məktəbləri üçün müxtəlif 

müəlliflər tərəfindən yazılmış “Azərbaycan dili” dərslikləri müntəzəm surətdə  nəşr 

olunmağa başlayır və ənənə şəklini almış bu təşəbbüs sonrakı illərdə də uğurla davam 

etdirilmişdir. Rus məktəblərində oxuyan şagirdlər Azərbaycan dilinin köməyi ilə 

xalqımızın mədəniyyət tarixi, ədəbiyyat və incəsənəti ilə daha da yaxından tanış olurlar. 

Digər tərəfdən, onlar həmin dil vasitəsi ilə azərbaycanlılarla daha möhkəm ünsiyyət 

bağlayır, fikirlərini bir-birinə anladır, əlaqələrini daha da möhkəmləndirirlər. 

Rus məktəblərində oxuyan şagirdlərin müəyyən hissəsi Azərbaycan dili fən-

nindən əməli vərdişlərə malik olmadıqlarından, onların söz ehtiyyatı çox kasıb ol-

muş  nəticədə cümlədəki sözləri  əlaqələndirə bilməmiş, tələffüzlərində  və yazıda 

çoxlu səhvlərə yol vermişdilər və s. Bütün bunlar müəllimləri, metodistləri və dərs-

lik tərtib edən müəllifləri düşündürmüşdür. Bu sahədə A. Abdullayevin də rolunu 

qeyd etmək yerinə düşərdi. Belə ki, prof. A. Abdullayevin elmi-pedoqoji fəaliyyəti-

nin böyük bir hissəsini məhz ruslara Azərbaycan dilini tədris etmək üçün müxtəlif 

illərdə yazılmış dərsliklər təşkil edir. Bunlara aşağıdakıları göstərmək olar:  

1.  Azərbaycan dili. Rus natamam orta və orta məktəblərinin VII sinfi üçün, Bakı, 

“Azərnəşr”, 1938, 232 səh. 

2.  Azərbaycan dili. Rus tam olmayan orta və orta məktəblərinin VII sinfi üçün, 

Bakı, “Azərnəşr”, 1939, 238 səh. 

3.  Azərbaycan dili. Rus orta məktəbinin VII sinfi üçün, Bakı, “Azərnəşr”,  

1952, 192 səh. Və s.  

Prof. A.Abdullayev respublikamızda Azərbaycan dilinin tədrisi metodikasının 

inkişafı sahəsində böyük xidmət göstərmiş alimlərimizdən olmuşdur. Onun istər 

Azərbaycan istərsə də rus məktəblərində Azərbaycan dilnin tədrisi metodikasına aid 

yazmış olduğu bir çox elmi-metodik əsərlər bu fikri tamamilə təsdiq edir.  

A.Abdullayevin 1960-cı ildə çap etdirdiyi “Rus məktəblərində Azərbaycan 

dili tədrisi metodikası” adlı dərs vəsaiti ilə Azərbaycan dilinin tədrisi metodikası el-

minin bu istiqamətinin də bünövrəsini qoymuşdur. Bu əsər müəllifin həmin sahədə 

uzun illər apardığı gərgin tədqiqatın səmərəli nəticəsidir. 

“Rus məktəblərində Azərbaycan dilinin tədrisinin metodikası” kitabının  ən 

yaxşı cəhətlərindən biri odur ki, onun müəllifi, hər şeydən əvvəl, məktəblərdə Azər-



 

Filologiya  məsələləri – №10, 2013

 

 



17

baycan dili tədrisinin vəziyyətini dərindən öyrənmiş, qabaqcıl təcrübəni aşkara çı-

xararaq ümumiləşdirmiş, əsəri bunlar əsasında yazmışdır. 

Professor Abdullayev əsərin birinci fəslində ruslara Azərbaycan dilini öyrət-

mək məqsədi ilə yazılmış dərsliklərin təhlilini vermiş və tərtib prinsiplərini izah et-

mişdir. Mirzə Kazımbəyin, İ.M.Budaqovun, Mirzə Şəfinin, Ə.Vəzirovun, L.M.La-

zerevin, A.Tahirovun, N.Nərimanovun, C.M.Qənizadənin həmin məqsəd üçün 

yazılmış dərslikləri ətraflı təhlil olunmuşdur. 

“Rus məktəblərində Azərbaycan dili tədrisinin metodikası” kitabının ikinci 

fəslində Azərbaycan dili tədrisinin başlıca üsulları işıqlandırılmışdır. Müəllif burada 

Azərbaycan dili tədrisinin məqsəd və vəzifələrini izah edir, bu məqsədə nail olmaq 

üçün hansı yollardan istifadə etməyin  əhəmiyyətli oldugunu göstərmişdir. O yazir 

ki, bəzi müəllimlər  şagirdlərə ilk dəfə Azərbaycan sözlərini öyrədərkən,  əşyaları 

göstərmək üsulundan istifadə edirlər. Bu üsulun bir sıra müsbət cəhətləri olduğu 

kimi mənfi cəhətləri də vardır. Belə ki, bu üsuldan istifadə etdikdə dillə  təfəkkür 

arasındakı vəhdət pozulur. Müəllim əşyanı şagirdə göstərdikdə, o (şagird), istər-istə-

məz ana dili materialı əsasında düşünür, ikinci dil ön plana çəkilmir. Bəzi müəllim-

lər isə birbaşa tərcümə və müqayisə üsulundan istifadə etməyi üstün tuturdular. Bu-

nun da bəzi mənfi cəhətləri vardır. Çünki belə olduqda diqqət parçalanır və şagird 

Azərbaycan dilinə aid sözləyir pis mənimsəyirlər. Bunları  nəzərə alan prof. 

A.Abdullayev kombinə edilmiş üsuldan istifadə etməyi məsləhət bilir.  

Rus məktəblərində Azərbaycan dilinin tədrisi ilk şifahi məşğələlərlə başlanı-

lır. Əsərin üçüncü fəsli həmin məşğələlərin keçirilməsi metodikasına həsr olunmuş-

dur. Şifahi məşğələlərdə üç üsuldan istifadə olunur, lakin müəllif daha əhəmiyyətli 

olan üçüncü cəhət üzərində dayanır. 

A.Abdullayev rus məktəblərində Azərbaycan dili üzrə savad təlimində  səs 

təhlil-tərkib usuluna əsaslanmağı zəruri sayır. 

Bundan başqa kitabda qiraət metodikası, onun dil dərsləri ilə  əlaqəsi gös-

tərilir. Professor qiraətin düzgün , şüurlu, ifadəli aparılması yollarını izah edir və bu 

sahəyə dair müəllimlərə konkret göstərişlər verir. Rus məktəblərində yazılı və şifahi 

nitq vərdişlərinin inkişafına həsr olunmuş altıncı fəsil daha maraqlıdır. Burada əsas 

diqqət mənimsənilmiş sözlər  əsasında düzgün cümlələr qurmağa, fikri rabitəli 

şəkildə ifadə etməyə yönəldilmiş konkret metodik yollar göstərilmişdir. Qrammatik 

qaydaların praktik şəkildə, çalışmalar vasitəsi ilə  mənimsədilməsi, səsləri tələffüz 

xüsusiyyətlərinin, düzgün yazı qaydalarının öyrədilməsi və s. mühüm məsələlərə 

əsərdə geniş yer verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. 

A.Abdullayevi ana dilinin tədrisi tarixi, onun keçdiyi inkişaf yolu həmişə ma-

raqlandırmış, bu məsələ barədə o, pedoqoji mətbuatda xeyli məqalə nəşr etdirmişdir: 

1. Rus məktəblərində Azərbaycan dili tədrisinin tarixinə dair. “Azərbaycan 

məktəbi” jur. 1957, №8, səh. 41-49. 

2. Azərbaycanda ilk rus metodistləri. “Azərbaycan müəllimi” qəzeti, 9 iyun 

1958. 


3. Azərbaycanda ilk rus-tatar məktəblərinin baniləri. “Azərbaycan müəllimi” 

qəzeti, 16 oktyabr, 1957. 

4. Azərbaycan dili tədrisinin tarixinə  dair  (2  məqalə). “Azərbaycan dili və 

ədəbiyyat tədrisi” məc. 1957, III bur., səh. 72-115; həmin mənbə, 1958, I bur., səh. 

3-28. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



18

Bu məqalələr 1958-ci ildə “Azərbaycan dili tədrisinin tarixə dair” (204) və 

1966-cı ildə “Azərbaycan dili tədrisinin tarixindən” (332 səh.) adlı dərs vəsaitlərin-

də də bu və ya digər şəkildə əks olunmuş, ana dilinin tədrisi sonuncu dərs vəsaitində 

daha da dəqiqləşdirilmişdir.  

Azərbaycan dilinin tədrisinin tarixi prof. A.Abdullayevə qədər əsaslı bir tədqi-

qatın mövzusu olmamışdır. Azərbaycan dili tədrisinin tarixinin tədqiq etməyin 

əhəmiyyəti barədə A.Abdullayev yazır: “Respublikamızda bu vaxta qədər aparılmış 

tədqiqatlar, əsasən pedoqoji, məktəb və maarif tariximizin ayrı-ayrı sahələrini əhatə 

etmişdir. Lakin ana dilində məktəb açmaq, şagirdlərə əlifba və savad təlimi vermək, 

dərsliklər yazmaq və s. bu kimi mühüm məsələlərlə bilavasitə bağlı olan, Azərbay-

can dilinin tədrisi tarixinə dair hələlik ciddi, mükəmməl bir tədqiqat işi aparılma-

mışdır. Azərbaycan dilinin tədrisi tarixini tədqiq etmək, həm ana dilimizin bir fənn 

kimi keçdiyi yolları, bu məqsəd üçün aparılan mübarizələri, tətbiq olunan üsulları, 

həm də  məktəb və pedoqoji tariximizi daha dərindən öyrənmək üçün bol material 

verir” (1,3). 

Bütün bunları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Azərbaycan dili 

rus məktəblərində  əsas fənlərdən biri kimi tədris olunmuş  və rus məktəblərində 

Azərbaycan dilinin tədrisi metodikasının elmi əsaslarını pedoqoji elmlər doktoru, 

prof. A.Abdullayev müəyyənləşdirmişdir. 

 

Ədəbiyyat 



 

1.  A.Abdullayev. Azərbaycan dilinin tədrisi tarixindən, Bakı: Maarif, 1966, 322 

səh. 

2.   A. Abdullayev. Azərbaycanın Rusiyanın tərkibinə daxil olması  və xalq 



maarifinin inkişafı // Azərbaycan dili və ədəbiyyat tədrisi, 1964, №2, səh.3-11 

3.  A. Abdullayev. “Rus məktəblərində Azərbaycan dili tədrisinin metodikası” . 

Bakı, “Maarif”, 1971, 156 səh. 

4.  A. Abdullayev. Rus məktəblərində Azərbaycan dili tədrisinin tarixinə dair // 

Azərbaycan məktəbi, 1957, №8, səh.40-49 

 

 Севиндж Джалилова  



Роль проф. А.Абдуллаева в преподавания азербайджанского языка  

в русских школах 

Резюме 

 

Статья  об  истории  преродавания  Азербайджанского  языка  в  Русских 



школах  и  показывает  что  преподавания  Азербайджанского  языка  в  Русских 

школах начинается ХIX века. Здесь показываться в каких условиях родилось 

преподавания Азербайджанского языка в Русских школах. Также в статье упо-

минается  имена  учебников  которых  предназначенной  в  преродавание  Азер-

байджанского  языка  в  Русских  школах.  Отмечается  имена  первых  ученых 

проявивших  инициативу  подготовки  учебников.  В  подготовке  учебников  от-

мечая  особую  роль  проф.  А.Абдуллаева,  обращаем  внимания  на  его  учебни-

ков,  учебных  пособиях,  а  также  статей  опубликованных  в  разных  газетах  и 

журналах в разных годах в этом направление.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



19

 Sevinc Jalilova  

The role of prof. A.Abdullayev teaching azerbaijan language in russians school 

Summary 


 

The article deals with the history of teaching the Azerbaijani language at Rus-

sian schools and it is shown that the history of teaching Azerbaijani at Russian 

schools began in the XIX century. This Article deals with what gave rise to teaching 

the Azerbaijani language in Russian school.The names of several textbooks neces-

sary for teaching Azerbaijani at Russian schools are also shoxn in the article. Names 

of some authors who initiated to present textbooks are mentioned in the given artic-

le. The role of professor A.Abdullayev shouldn’t be underestimated in this field. 

His textbooks, manuals, his articles in various newspaper and journals are dealt with 

in the article.  

 

Rəyçi:                Nazilə Yusifova 



                pedoqogika üzrə fəlsəfə doktoru 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



20

GÜLÇİN ÖZMADEN 

“Çağ” Öyrətim İşlətmələri Azərbaycan –Türkiyə Özəl Liseyləri 

alashrafov@mail.ru 

 

TÜRKİYƏ TÜRKCƏSİ AĞIZLARI İLƏ AZƏRBAYCANIN QARABAĞ 

DİALEKTLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ 

 

Açar sözlər: Türkiyə ağızları, Azərbaycanın Qarabağ dialekti, müqayisəli tədqiqat, 

dialektoloji lüğət, Anadolu ağızları. 



Ключевые  слова:  Акценты  турецкого,  Карабахский  диалект  Азербайджана, 

сравнительное  исследование,  диалектологический  словарь,  Анатолийские 

акценты.  

Key words: Turkish accents, Garabagh dialect of Azerbaijan, comparative research, 

dialectologic dictionary, Anatolian accents.  



 

Tarixən oğuz boyundan çıxmış türklər və azərbaycanlılar özlərinə ədəbi dillə 

yanaşı, müxtəlif ağızlar, dialektlər də formalaşdırdılar. Həmin dialektlər danışıq dil-

ini  ədəbi dildən fərqləndirdi.  Ərazi faktoru kökcə bir olan türklərin dialektlərində 

müəyyən ayrıntılar yaratdı. 

İndiyə kimi yazılmış tədqiqatlarda bu iki türkcənin (Türkiyə türkcəsi və Azər-

baycan türkcəsi) ədəbi dili fonetik, leksik, qrammatik (morfoloji və sintaktik) səviy-

yələrdə qarşılaşdırılmış, müqayisələr aparılmış, müəyyən ümumi cəhətlər, eləcə də 

fərqli əlamətlər aşkar edilmişdir (1) Tədqiqatdan kənarda qalmış bir məsələ üzərin-

də dayanmağı vacib bilirik. Bu da türkcələrin dialektlərinin qarşılaşdırılması, müqa-

yisə edilməsi və ümumi və diferensial cəhətlərin göstərilməsi məsələsidir. Yəni 

Türkiyə və Azərbaycan dilçiləri özlərinə məxsus olan dialekt və şivələri kifayət qə-

dər öyrənə bilmişlər. Türkiyədə «ağız» termini ilə adlandırılan bu məsələlər buranın 

ərazilərinə uyğun olaraq da öyrənilməkdədir. Məsələn, Ahmet B. Ercilasun yazır ki, 

«Türkiyə türkologiyasının yönəldiyi digər bir dil alanı Anadolu ağızlarıdır. Bu alan-

dakı çalışmaların öncüsü heç şübhəsiz Ahmed Caferoğludur. Onun 1940-1951-ci il-

lər arasında topladığı mətnlər, Anadolu ağızlarına aid çox zəngin bir qaynaq olmuş-

dur. Bunlar artıq tarixi qaynaqlardır. Bu tarixi qaynaqları əks etdirən əsərlərin adını 

çəkmək istəyirik: (2) 

Bu ağızların təsnifatı  və bir sıra morfoloji özəllikləri də Türkiyə alimlərinin 

diqqətindən kənarda qalmamışdır (3) 

 Türkiyənin Trakya və Balkan ağızları haqqında da tədqiqatlar mövcuddur (4) 

Kıbrız ağızları üzərində də müəyyən incələmələr (araşdırmalar) aparılmışdır (5) 

Anadolunun digər bölgələri üzrə  də dialektoloji araşdırmalar aparandan sonra 

«Türkiyə Ağız Atlası»nın nəşri də planlaşdırılmışdır. 

Ancaq bu dialekt və şivələrin qohum türk dialektlərinin materiallı üzrə tədqiqi 

yox dərəcəsindədir. Bununla belə, Azərbaycan şivələri ilə Türkiyə ağızlarının mü-

qayisəsi istiqamətində  də müəyyən təşəbbüslər olmuşdur. Bu xüsusda Ahmet. 

B.Ercilasun yazır: «Mən Türk ləhcələri ilə 1969-1970-ci illərdə maraqlanmağa baş-

ladım. Kars İli Ağızları Ses Bilgisi adlı doktorluq işimin konusu olan, Karsda da-

nışılan beş  ağızdan ikisi Kars Azəriləri və Kars Tərəkəmələri ağızları doğrudan 

doğruya Azərbaycan Türkləri ağızlarıydı. Dolayısı ilə, Azərbaycan ağızları üzərində 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



21

yapılmış və Bakıda çap edilmiş dialektoloji işlərlə Kars ağızlarını müqayisə etmi-

şəm. Bundan əlavə, Selahattin Olcayın rəhbərliyi ilə Ensar Aslan tərəfindən Arpa-

çay Köylerinden Derlemeler mətnləri toplanmışdır ki, bu da Azəri köyləridir. Azər-

baycan türkoloqları F.Zeynalov və E.Əzizov 1977-ci ildə «Arpaçay kəndlərinin şi-

vələri» adlı məqalə də yazmışdılar (6) 

Qarabağ dialektinə  Ağdam, Füzuli, Ağçabədi, Cəbrayıl, Zəngilan, Qubadlı, 

Şuşa və s. rayonlar daxildir. Tarixən bu dialekt Azərbaycan şairi M.P.Vaqifin şeir 

dilində nisbətən ətraflı təmsil olunmuşdur. Qarabağ üçün daha tipik sayılan fonetik 

dialektizmlər: əv\öy «ev»_ Üz göstərdin, yıxdın öyün Vaqifin; 

Morfoloji dialektizmlər: Əqlin aldın, «yaram» deyin Vaqifin, Yanıltdın əlifin, 

beyin Vaqifin. Burada «deyə» feili bağlamasının «deyin» şəkli də Qarabağa xas 

morfoloji dialektizmdir. 

Genə «yenə»- Genə hər görəndə istər yaşına; 

Cöhrayı «cəhrayı»- cəhrayi rəngə Qarabağda çöhrayı\\şöhrayı\\şöhlayı 

deyirlər: Çöhrayı çarqat qəddə bərabər; Siması söhrayı, tərhi badami; 

Taza «təzə»- Üzün kimi, zülfün kimi tər-taza. 

Ləbiyin «sənin ləbinin»- Ləbiyin ləzzətin bənzətdi qəndə. 

Dadızmaq «daddırmaq»- Dadızmaz dəhanın, ləbi-şirinin. 

Görkəzmək «göstərmək»- Zülfun təxtəsini görkəz, bəri bax. 

Qarabağda sürüşər morfonologiyası  şurşar\\sürşər  şəklində  işlənir: Qıl 

körpüdən taki sürçər ayağın. 

Leksik dialektizmlər. 

Təzmək «qaçmaq»- Təzə-təzə gəlüb bizə çıxudur. 

Güləş «üzü gülər»- Güləş üzlü, şirin sözlü, xoş qılıq. 

Şəkilli «yaraşıqlı»- Biri buğlayıdır, amma şəkilli. 

Gəzmək «axtarmaq»- O qədər gəzərsiz əliçıraqlı. 

Əkmək «başından eləmək»- Ağqız oğlu Piri, sən məni əkmə. 

T.Hacıyev yazır ki, Vaqifin dilində ucu Türkiyə türkcəsinə gedən kiçik bir qat 

var: Əfəndi- Tökülür gözümdən qanlar, əfəndi; 

Doğubsan «doğulmusan»- Nə gözəl doğubsan anadan, Pəri. 

Dinləmək «dincəlmək»- Nitqü nəfəsindən canlar dinlənə; 

I şəxs cəmin əmr şəkilçisi- alım- İkimiz bir yerdə həmdəm olalım (yəqin bu 

forma alt, üst misralardakı  xəyalım, azalım qafiyələri ilə bağlıdır»  (7, s. 453-454 




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə