Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə22/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

Mifoteonimlər (yunanca mythos – mif, deyim, theos – allah, onoma – ad) –

  

bu mifoloji qrupa daxil olan sözlər dini təfəkkürlə bağlı olub, müqəddəs  şəxs və 



peyğəmbər adlarını  əhatə edir. Məsələn,  Hər kimsən çıx, and olsun Süleyman 

peyğəmbərin başının cıqqasına, sənnən işim yoxdu (3, 28). 

Qeyd etmək lazımdır ki, mifonimlərin yuxarıda göstərilən semantik qrupları 

daxilində onların özlərini də  məna cəhətdən daha kiçik yarımqruplara ayırmaq və 

daha geniş şəkildə təsnif etmək olar. 

Beləliklə, aparılan tədqiqatları ümumiləşdirərək belə bir nəticəyə  gəlirik ki, 

mifonimlərin onomastik sistemdə yeri və rolunun düzgün müəyyənləşdirilməsində 

araşdırmaya ehtiyac duyan kifayət qədər məqamlar hələ  də qalmaqdadır. Elə bu 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



214

baxımdan da xalis mifonimlərin mifoloji ümumi isimlərdən fərqləndirilməsi, onla-

rın mənşəyinin və  mənbələrinin müəyyənləşdirilməsi, struktur-semantik cəhətdən 

təsnifi mifonimikanın öyrənilməsi sahəsində həlli vacib olan məsələlərdəndir.  

 

Ədəbiyyat 



 

1.  Abdullayeva S.Ə. Azərbaycan nağıl və dastanlarının dili. Bakı: Elm, 1998. 

2.  Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II cild, Bakı: 1960. 

3.  Azərbaycan nağılları. 5cilddə, I cild, Bakı, 2005. 

4.  Azərbaycan nağılları. 5cilddə, IV cild, Bakı, 2005. 

5.  Qurbanov A. Müasir Azərbaycan ədəbi dili, 2 cilddə, I cild, Bakı: Nurlan, 2003. 

6.  Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları, 2 cilddə, I cild, Bakı: 

Nurlan, 2004. 

7.  Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları, 2 cilddə, II cild, Bakı: 

Nurlan, 2004. 

8.  Səməndərov A. Mifoloji toponimlər / fil. üzrə fəl. Doktoru alimlik dərəcəsi 

almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı, Bakı, 2009. 

 

А.Кязимова  



Место мифонимов в ономастической системе  

Резюме


  

 

В статье говорится о положении мифонимов в ономастической системе 



и  о  структурно-семантических  особенностях  мифонимов  азербайджанского 

языка. Автор статьи предлагает выделять мифоапеллятивы – мифологические 

имена  нарицательные,  и  собственно  мифонимы – мифологические  имена 

собственные.  

Функционирование мифонимов в языке характеризуется тремя основны-

ми  процессами:  демифологизацией  мифонимов,  переходом    реалионимов  в 

мифонимы, мифотворчеством; вследствие этих процессов происходит измене-

ние словарного состава мифонимов. Автор также 

выделил группы мифонимов 

по сферам функционирования и по происхождению и выяснил, что под дейст-

вием  экстралингвистических  факторов  мифонимы  могут  мигрировать  из  од-

ной группы в другую.

 

В  статье  обосновывается  необходимость  дальнейшего  исследования 



проблемы.  

   


 

A.Kazimova  

The place of mythonims in the onomastic system 

Summary 


 

In this article is talked about the mythonims and their place in the onomastic 

sistem of the Azerbaijan language and it is also analysed the study of the structural 

and semantic features in the language. The author of the article suggests to 

distinguish mythoappelatives are the mythological names denominative, and 

actually mythonims –  the mythological names are own. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



215

Functioning of mythonims in a language is characterized with three basic 

processes: demythologization  mythonims, passing  of realonims to mythonims, 

mythocreation; because of these processes the dictionary composition of mythonims 

changes. An author also distinguished the groups of mythonims on the spheres of 

functioning and originally and found out that under the action of extralinguistic  

factors of mythonims can migrate from one group in other.  

It is also shown that this branch must be investigated.  

 

Rəyçi:         Zemfira Şahbazova 



                filologiya elmləri doktoru 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



216

 NƏCƏF NƏBİYEV  

SEVİNC HÜSEYNOVA  

AzDIU-nun “Xarici dillər-1” kafedrası 

 

DİLİN TƏDRİSINDƏ YARANAN ÇƏTİNLİKLƏR HAQQINDA 

 

Açar sözlər: fransız saitləri, artikulyasiyanın gərginliyi, saitlərin dəqiq və aydın 

tələffüzü, nitq aparatı, fransız saitlərinin tələffüzü.   



Ключевые  слова:  французские  гласные,  напряженность  артикуляции, 

четкость  и  яркость  звучания  гласных,  речевой  аппарат,  произнешение 

Французских гласных.  

Key words: french vowels, articulation tensity, exact pronounciaton of the vowels, 

voice machines, pronounciation of french vowels.  



 

Qeyri dil universitetlərində fransız dilinin tədrisi özünəməxsus xüsusiyyətləri 

ilə seçilir. Belə ki, tələbələrin əksəriyyəti orta ümumtəhsil məktəblərində ingilis dili 

öyrəndikləri üçün fransız dilinin tədrisi dilin fonetik sisteminin öyrənilməsindən 

başlayır. Buna görə  də  tədris prosesində bir sıra çətinliklər yaranır. Bu çətinliklər 

əsasən fransız dilinin fonetik sistemində mövcud olan bir sıra xarakterik əlamətlərin 

ana dilimizdə mövcud olmaması ilə əlaqədardır. Məsələn, azərbaycan dilində səslər 

bəzən sözlərin və ya cümlələrin sonunda ixtisar olunduğu halda, fransız dilində bu-

nun əksinə olaraq səslər bütün vəziyyətlərdə güclü və gərgin tələffüz edilir, heç bir 

ixtisar halları müşahidə olunmur. Ana dilimizdə heç bir burun səsi olmadığı halda, 

fransız dilində dörd burun səsi vardır ki, onların özünəməxsus təlləffüz qaydaları 

mövcuddur. Tələbələrin ilkin tələffüz vərdişlərinə lazımi səviyyədə yiyələnməsi 

məsələsi mühüm əhəmiyyət kəsb edir. İlk dərslərdən etibarən əldə edilən yanlış vər-

dişlər tələbəyə baha başa gələ bilər. Belə ki, əgər O, dilin fonetik sisteminə düzgün 

yiyələnməzsə, onun nitqi başqaları tərəfindən başa düşülməz. Bu isə ciddi problem-

lər yarada bilər. Məsələn, universitetimizdə fransız dilinin tədrisi zamanı birinci 

dərsdə bir sıra səslərin öyrənilməsi ön plana çəkilir: “th” hərfbirləşməsinin, “e” hər-

finin və “c” hərfinin tələffüz qaydaları  tələbələrin diqqətinə çatdırılır. Bu səslərin 

tədrisi zamanı müəllim diqqətli olmalı, onların səciyyəvi xüsusiyyətlərini hərtərəfli 

şəkildə izah etməlidir. Belə ki, “th” hərfbirləşməsinin oxunuşu zamanı müəllim 

qeyd edir ki, bu birləşmə “t” səsini verir. Lakin bu səs azərbaycan dilindəki qarışı-

ğından öz gərginliyi və güclü tələffüz olunması ilə  fərqlənir: Marthe, le the, le 

theatre. “C” hərfinin tələffüz qaydalarına gəlincə, müəllim bu səsin tələffüzünü  

izah edərkən yaxşı olar ki, azərbaycan dilinə deyil, ingilis dilinə müraciət etsin. 

Çünki ingilis dili ilə fransız dilində bu səslərin tələffüz qaydaları demək olar ki, 

eynidir. Belə ki, hər iki dildə bu hərf “e, i, y” qarşısında “s” səsini, qalan hallarda 

isə “k” səsini verir: ici, cycle, la place, la cravate, le cas, la commune. “E” hərfinin 

tələffüzünə gəldikdə isə, müəllim tələbələrin nəzərinə çatdırmalıdır ki, bu hərf söz-

lərin sonunda tələffüz olunmur. Qalan hallarda açıq hecada “ö”, qapalı hecada isə 

“e” səsini verir. Misallara müraciət edək: la fenetre, les eleves, madame, amie, gare, 

quatre pages etc. Bundan başqa ilk dərsdə ilkin qrammatik anlayışlar da tələbələrin 

diqqətinə çatdırılmalıdır. Tələbələr üçün vacib amillərdən biri sayılan fransız dilin-

də söz sırası  məsələsinin öyrənilməsidir.  İlk dərsdən etibarən tələbə bilməlidir ki, 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



217

fransız dilində söz sırası sabitdir. Belə ki, birinci yerdə mübtəda, ikinci yerdə xəbər, 

sonra isə ikinci dərəcəli üzvlər gəlir: Samir parle. Samir parle a son ami Vugar. Il va 

a la gare a six heures du matin. İlk dərsdə artikllərin tələbələrə izah edilməsi də ma-

raqlı məsələdir. Bu qrammatik qaydanın izahı zamanı müəllim bir daha tələbələrə 

ingilis dilini xatırlatsa, daha yaxşı olar. Yəni bu dillərin hər ikisində isimlər kömək-

çi söz olan artikllə işlənir. Artikllər iki cür olur: qeyri-müəyyən artikl və müəyyən 

artikl. İngilis dilindən fərqli olaraq fransız dilində artikllərin həm kişi (un, le), həm 

də qadın cinsi (une, la) vardır. Artikllər kəmiyyət etibarı ilə  də  dəyişir, belə ki, 

cəmdə: “des, les” formalarında işlənilir: un ami–des amis, le livre-les livres, une 

amie-des amies, la fabrique-les fabriques etc. Dilin leksikasına gəldikdə isə birinci 

dərsdə tədris prosesi, auditoriya ilə bağlı sözlər və salamlaşma formaları öyrədilir: 

Samir parle, sa, l’ami, la femme, Marthe va, la place, la gare, bonjour, le professeur, 

l’etudiant, je m’appelle Corine, merci, tu va bien, monsieur, madame, tres bien. Bu 

söz və ifadələrin tələbələrin yaddaşında möhkəmlənməsi üçün dialoqdan istifadə 

edilir: 


- Bonjour, monsieur. 

- Bonjour, madame. 

- Je m’appelle Jean Marie. Je suis professeur. 

- Je m’appelle Corine. Je suis etudiante. 

- Salut, Corine. Tu vas bien? 

- Tres bien et vous? 

- Merci, ca va bien.  

Beləliklə, elə birinci dərsdən etibarən tələbə cümlədə söz sırası, artikllər, da-

nışıq dili üçün ilkin material təşkil edən söz və ifadələri öyrənməyə nail olur. Növ-

bəti dərsdən etibarən bu proses daha da genişlənib inkişaf edir. Belə ki, şifahi nitq 

üçün vacib elementlərdən biri sayılan “etre” felinin indiki zamanda şəxslərə görə 

dəyişməsi, ondan dildə sərbəst şəkildə istifadə edilməsi, eyni zamanda mənsubiyyət 

əvəzlikləri, onun müxtəlif formaları, kişi və qadın cinsində, habelə təkdə və cəmdə 

işlənməsi məsələləri öyrənilir. Göstərilir ki, kişi cinsində: “mon, ton, son” işləndiyi 

halda, qadın cinsində: “ma, ta, sa” yiyəlik əvəzlikləri işlənilir: mon cahier, ton ami, 

son professeur, ma pomme, ta tasse, sa regle etc. Ingilis dilindən fərqli olaraq 

fransız dilində  cəmin də özünəməxsus forması vardır: mes cahiers, tes arbres, ses 

amis. Fonetikaya gəldikdə isə qoşa samitlərdən ancaq birinin tələffüz edilməsi, “s” 

hərfinin iki sait arasında “z” səsini verməsi, “g” hərfinin oxunuşunun ingilis dili ilə 

üst-üstə düşməsindən, yəni “e, i, y” qarşısında “j” səsini qalan hallarda “q” səsini 

verməsi məsələləri tələbələrin diqqətinə çatdırılır: belle, cadette, cette, une chemise, 

gai, gymnastique, page, image. Hərbirləşmələrinə  gəldikdə isə müəllim qeyd 

etməlidir ki, fransız və azərbaycan dillərinin fonetik sistemi bir-birindən kəskin 

şəkildə fərqlənir. Belə ki, azərbaycan dilində demək olar ki, hərbirləşmələri o qədər 

də diqqəti cəlb edən məsələ deyildir. Bunun tam əksinə olaraq fransız dilində bu 

məsələ daim müəllim və  tələbələrin diqqət mərkəzində olmalıdır. Çünki bu dildə 

hərbirləşmələrini kamil şəkildə öyrənmədən dilin fonetik sisteminə yiyələnmək 

qeyri mümkündür. Hesab edirik ki, dilin səs sisteminə lazımi səviyyədə yiyələnmə-

dən başqaları ilə ünsiyyət yaratmaq asan iş deyildir. Vaxtilə proletariatın rəhbəri 

V.İ.Lenin ingilis dilini öyrənmiş, lakin yanlış tələffüzə malik olduğu üçün London 

şəhərində onu heç kim başa düşə bilməmişdir.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



218

İkinci dərsdə tələbələr tədrislə bağlı bir sıra ümumişlək sözlərin öyrənilməsini 

davam etdirirlər: la salle, clair, la table, la chaise, comment allez-vous, je vais bien, 

professeur de francais, aussi etc. Dərsin sonunda tələbələrin şifahi nitqinin inkişafı 

üçün onlara öyrəndikləri söz və ifadələr çərçivəsində yeni dialoq təqdim edilir:  

- Bonjour, monsieur. 

- Bonjour, mademoiselle. Comment allez-vous? 

- Je vais bien. Et vous? 

- Merci, je vais bien aussi. Vous etes etudiante? 

- Oui, je suis etudiante. Et vous, monsieur? 

- Je suis professeur de russe. 

Növbəti dərsdə vacib məsələlərdən biri olan sözlərin sonunda bəzi hərflərin 

oxunmaması  nəzərdən keçirilir. Doğrudan da bu məsələ daim dilçilərin və 

öyrəncilərin diqqət mərkəzindədir. Fransız dilində bir sıra hərflər sözün sonunda 

yazılsa da, oxunmur. Əslində bu hal tədris prosesini xeyli çətinləşdirir. Dərs zamanı 

tez-tez tələbələr haqlı olaraq müəllimə belə bir sualla müraciət edirlər. Bu hərflər 

oxunmursa, onlar nə üçün yazılır və  nəyə xidmət edir? –Əslində bu suala cavab 

vermək xeyli çətindir. Çünki vaxtilə fransız dilində orfoqrafiya ilə ortoepiya üst-

üstə düşmüş, lakin sonralar təxminən on altıncı əsrdə yazılış özünü qoruyub saxlasa 

da, tələffüz qaydaları xeyli dəyişmişdir. Fikrimizcə,  əslində bu fransız dilinin 

dünyada öyrənilməsi prosesini müəyyən qədər ləngidir və dilin öyrənilməsinə 

əngəllər yaradır. Hesab edirik ki, tələffüzdə mövcud olan bu çətinliklər haqqında 

fransız dilçiləri ciddi şəkildə düşünməli və onların aradan qaldırılması haqqında 

düşünməlidirlər. Fransız dilində  səlist və düzgün danışmaq üçün vacib 

elementlərdən sayılan birinci qrup fellərinin təsrifi məhz bu dərsdə öyrənilir. Qeyd 

edilir ki, fransız dili felləri üç qrupa bölünür. Birinci qrupa sonu “er” ilə bitən fellər 

daxildir. Müasir fransız dilində sonu “er” ilə bitən cəmi iki fel: “aller” və “envoyer” 

bu qrupa yox, məhz üçüncü qrupa aiddir. Bu fellər indiki zamanda şəxslənərkən 

kökünü dəyişdiyi halda, bütün birinci qrup felləri eyni şəxs sonluqlarını qəbul edir. 

Misal üçün “travailler” felini şəxsləndirək: 

 

Je travaill                            Nous travaillons 



Tu travailles                          Vous travaillez  

Il (elle) travaille                    Ils (elles) travaillent 

 

Bundan başqa, qrammatikanın vacib elementlərindən sayılan isimlərin 



cəminin düzəldilməsi məsələsi tələbələrin diqqətinə çatdırılır. İngilis dilindən fərqli 

olaraq fransız dilində isimlərin cəm halının düzəldilməsi zamanı  təkcə onların 

sonuna “s” hərfi artırılmır, isimlə bərabər onun artikli də cəm halında işlənilir: un 

enfant–des enfants, la place-les places, le cahier-les cahiers. Beləliklə, fonetikanın 

və qrammatikanın vacib elementlərinə yiyələnən tələbə artıq fransız dilində 

danışmağa başlayır. Onlar artıq dialoqlar, situasiyalar düzəldərək bir-birinə müxtəlif 

suallarla müraciət etməyə başlayırlar. Artıq üçüncü dərsdən sonra tələbələr belə bir 

dialoq düzəltməyə nail olurlar. 

- Salut, je m’appelle Thierry. 

- Et moi Corine. 

- Tu es francaise, Corine? 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



219

- Oui, je suis francaise. Et toi Thierry tu es japonais. 

- Ah, non je suis francais aussi. 

- Corine, tu es etudiante? 

- Oui, je suis etudiante. Et toi Thierry, qui es-tu? 

- Je suis acteur. 

Növbəti dərslərdə fransız dili üçün çox vacib olan məsələlər: əlaqə anlayışı, 

inkar və sual cümlələrinin düzəldilməsi, üçüncü qrup fellərinin şəxslərə görə dəyiş-

məsi kimi məsələlər tədris edilir. “Liaison” hadisəsinin öyrənilməsi dilin fonetik 

sistemi üçün vacib bir məsələdir. Əgər birinci söz tələffüz olunmayan “s” və ya “t” 

hərfi ilə bitirsə, ikinci söz isə saitlə və ya lal “h” hərfi ilə başlayırsa, onda tələffüz 

olunmayan “s” hərfi növbəti sözün əvvəlində “z” kimi, “t” hərfi isə eyni qayda ilə 

sonrakı sözün əvvəlində “t” kimi oxunur. Liaison “enchainement” hadisəsinin xüsu-

si halıdır və ən çox məna və morfoloji cəhətdən bir-birinə bağlı olan dil vahidləri 

arasında təsadüf edilir. Bu fransız dilində geniş yayılmış bir haldır: mes amis, tes 

amis, ses amis, Ils sont alles a la maison. Fonetik xarakter daşıyan “liaison” hadisəsi 

dilin tarixi inkişafının müəyyən dövründə yaranmış və bu günə qədər işlənməkdə-

dir. Fonetistlər müasir fransız dilində “liason” hadisəsinin üç halını göstərirlər: a) 

məcburi liaison (liaison obligatoire), b) könüllü liaison (liaison facultatif), c) qada-

ğan edilmiş (liaison interdite). Fellərin inkar formasının düzəldilməsi zamanı feldən 

əvvəl “ne” sonra isə “pas” hissəciyi yazılır. Ils ne vont pas au musee, ils vont a la 

gare. Əgər fel saitlə və ya lal “h” hərfi ilə başlayırsa, onda “ne” inkar hissəciyinin 

saiti düşür: Ils n’habitent pas a Bakou, ils habitent a Moscou. Üçüncü qrup felləri-

nin şəxslərə görə dəyişməsinə gəlincə, dərsdə şifahi nitqin inkişafı üçün vacib olan 

fellər tələbələrin diqqətinə çatdırılır: aller, dire, ecrire, faire, lire, mettre, partir, ser-

vir, pouvoir. “Aller” felinin sonu “er” ilə bitməsinə baxmayaraq bu fel indiki 

zamanda şəxslənərkən kökünü tamamilə dəyişir. Belə ki, bu fel tək halda və ücüncü 

şəxsin cəmində kökünü tamamilə  dəyişsə  də, birinci və ikinci şəxsin cəmində öz 

kökünü bərpa etməyə nail olur. 

Je vais                                  Nous allons 

Tu vas                                  Vous allez 

Il (elle) va                             Ils (elles) vont 

“Pouvoir” felinin şəxslənməsinin də özünəməxsus xüsusiyyətləri vardır. Belə 

ki, cəm halda bu fel şəxslənərkən onun kökündə müəyyən dəyişikliklər müşahidə 

olunsa da, lakin şəxs sonluqları digər fellərdə olduğu kimidir. Tək halda isə bu fel 

təsrif edilərkən kökünü tamamilə dəyişir. 

Je peux                                  Nous pouvons 

Tu peux                                 Vous pouvez 

Il (elle) peut                          Ils (elles) peuvent 

Fransız dilinin tədrisi prosesində diqqəti cəlb edən materiallardan biri də on 

dördüncü dərsdir. Bu dərsdə əsasən burun saitləri tədris edilir. Onların azərbaycan 

dili üçün xarakterik olmayan cəhətləri nəzərdən keçirilir. Qeyd edilir ki, müasir 

fransız dilində dörd burun saiti vardır: ã, õ, έ və œ. à burun saiti öz işləkliyinə görə 

ən çox yayılmış fonemdir. Əksər fonetistlərin fikrincə, bu sait arxa sıra, dodaqlan-

mayan, açıq, burun saitidir. Ana dilimizin fonetik sistemində burun saiti yoxdur. 

Lakin bəzən n və m sonorları qarşısında a hərfi işləndikdə bu sait sonor səslərin 

təsiri altına düşərək burunda tələffüz edilir: pambıq, anmaq, sanmaq, Tanırverdi, 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



220

Salman və sair. Ã  burun saiti müxtəlif fonetik mövqelərdə  işlənə bilər: France, 

chante, enfantin, chanson, pendant, dansant. Õ burun saiti fizioloji cəhətdən belə 

səciyyələndirilir: arxa sıra, açıq, burun, dodaqlanan saitdir. Azərbaycan dilində bu 

sait mövcud olmasa da, qapalı vəziyyətdə n və m sonorları qarşısında işlənən o saiti 

bəzən həmin samitlərin təsiri altına düşərək burun səsi kimi tələffüz edilir. Məsələn: 

bomba, son, onluq, dondurma və sair. Lakin bu vəziyyət fonematik xarakter 

daşımır. Müasir fransız dilində bu səs müxtəlif fonetik vəziyyətlərdə işlənir: onze, 

oncle, Londres, longtemps,  maison, violon. Έ bu səs ön sıra burun saitlərindən ən 

açığıdır. Bu səs fizioloji cəhətdən açıq e saitinə oxşar bir mövqe tutur. Bu burun səsi 

fransız dilində ən irəlidə və dilucunun ön dişlərə toxunması, dilönünün isə azca sərt 

damağa doğru qalxması ilə əmələ gəlir. Bu səsin tələffüzü zamanı dodaqlar neytral 

vəziyyətdə qalır. Fransız dilində bu səs müxtəlif vəziyyətlərdə işlənə bilir: simple, 

peintre, craindre, examen, chien və sair. Œ burun səsi ön sıra, açıq, dodaqlanan 

fonemdir. Bu sait vurğulu vəziyyətdə bütün samitlər qarşısında uzun tələffüz edilir: 

humble, defunte. Bu səs sözlərin ortasında və sonunda geniş yayılsa da, sözlərin 

əvvəlində nadir hallarda işlənilir: un, lundi, defunte, parfum, chacun. 

Beləliklə, fransız dili saitlərinin Azərbaycan dilindəki saitlərlə müqayisəsi hər 

iki dildə bir sıra fərqli və oxşar cəhətlərin olduğunu göstərir. Bunlar aşağıdakılardan 

ibarətdir:  Müasir fransız dilində ön sıra saitləri ilə başlayan sözlərdən sonrakı 

hecalar həm ön, həm də arxa sıra saitinin iştirakı ilə yarana bilər: fidele, bilan, 

ranger, sanglant, content. Azərbaycan dilində isə sözün birinci hecasında gələn sait 

sonrakı saitləri müəyyən edir. Yəni birinci hecada arxa sıra sait gələrsə, sonrakı 

hecada da arxa sıra saiti işlənir və ya əvvəl ön sıra saiti işlənərsə, təbii ki, sonra da 

ön sıra sait işlənir: qardaş, qadın, palçıq, fəhlə, şəhərli, əkinçi və sair. Bundan başqa, 

müasir fransız dilində burun saitlərinin işlənməsi, “enchainement” və “liaison” 

hadisələrinin geniş  şəkildə istifadə edilməsi nəticəsində  bəzi dilçi alimlər fransız 

dilini sait dili (la langue vocalique) adlandırırlar (Kr. Nyrop, M.Peyrollaz). Fransız 

dili saitləri ana dilimizdəki saitlərdən daha gərgin, daha güclü tələffüz edilir. 

Fransız dili saitləri diftonqlaşmır, əvvəldən axıra qədər gərgin tələffüz edilir. Hər iki 

dildə saitlərin uzun və qısa tələffüz edilməsi müşahidə edilir. Bununla belə fransız 

dilində saitlər azərbaycan dilində olduğundan təxminən iki dəfə çoxdur. Qohum 

olmayan bu dillərin samit sistemində də fərqli və oxşar cəhətlər müşahidə edilir. Bu 

fərqlər əsasən əmələ gəlmə yerinə, əmələ gəlmə üsuluna, küyün iştirak dərəcəsinə, 

səs tellərinin iştirakına, yumşaq damağın vəziyyətinə görə özünü biruzə verir. 

 

Ədəbiyyat 



 

1. K.O.Dadaşov. Fransız dilinin fonetikası. Bakı, 1988. 

2. N.H.Nəbiyev, F.B.Həsənov. İşgüzar fransız dili. Bakı, 2011. 

3. Christine Tagliante. La classe de langue. CLE International, Paris, 2001. 

 

 

 

 

 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



221

Н.Набиев  

С.Гусейнова 

О затруднениях в процессе преподования языков 

Резюме 

 

        Характерной особенностью французских гласных является напряженнос-



ть артикуляции, чем объясняется четкость и яркость звучания гласных. Рече-

вой  аппарат  при  артикуляции французских гласных  напряжен  намного  силь-

нее, чем при артикуляции азербайджанских гласных, и французские неударен-

ные  гласные  напряженнее  даже  ударенных  азербайджанских  гласных. 

Напряженностью  артикуляции  объясняется  отсутствие  редукции  во 

французском языке-явления, свойственного азербайджанским гласным.  

 

N.Nabiyev,  



S.Huseynova 

About the difficulties in teaching of forein languages 

Summary 

 

        French  vowels  are  characterized  with the articulation tensity and this is 



reflected in the precise pronounciaton of the vowels. Voice machines are more 

tensif in the pronounciation of  french vowels than that its Azerbaijani reciprocal, 

even in unstressed position. The tensity articulation is explained by the absence of 

reduction in French, which is characteristic for Azerbaijan language. 

 

Rəyçi:                Dürdanə Vəkilova  



                  filologiya üzrə fəlsəfə  doktoru 

 

 



 
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə