Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə24/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

SƏYYARƏ QƏHRƏMANOVA 

 

         ADU 

sayyara@mail.ru 

 

ALMAN DİLİNDƏ SÖZ BİRLƏŞMƏSİNİN KOMPONENTLƏRİNİ 

BİRLƏŞDİRƏN SİNTAKTİK ƏLAQƏ 

 

Açar sözlər: Alman dili, Omonim, Çoxmənalılıq, Morfoloji, Kök. 

Ключевые слова: Немецкие язык, Омоним, Многозначность, 

Морфологический, Корень 



Key words: German language, Omonym, Polysemy, Morphological, Root. 

 

İki və daha artıq sözün qrammatik və semantik cəhətdən birləşməsinə söz 

birləşməsi deyilir. Alman dilində söz birləşməsi xüsusi quruluşa malik sintaktik va-

hid kimi həm söz, həm də cümlə ilə qarşılaşdırılır və müqayisə edilir. Qərbi Avropa 

linqivistikasmda söz birləşməsi nəzəriyyəsinin banisi hesab edilən Y.Ris söz birləş-

məsinin həm sözdən, həm də cümlədən fərqləndiyini göstərir.  

O söz birləşməsinin söz kimi nominativ funksiya daşıdığını  və cümləyə xas 

olan  əlamətlərə  də malik olduğunu göstərir. Y.Ris söz birləşməsini alman dilində 

çox işlənən mürəkkəb sözlərə yaxınlaşdırır, eyni zamanda göstərir ki, söz birləşməsi 

müstəqil nitq parçası olmasa da, cümləyə aid olan bəzi xüsusiyyətlərə malikdir, 

beləki heca sözə aid olduğu kimi, söz birləşməsi də cümləyə aiddir (1.134).  

Qeyd etmək lazımdır ki, heca kimi söz birləşməsi də məhdud da olsa müstə-

qillikdən tam məhrum deyil, çünki o cümlənin hər hansı bir üzvü kimi cümlənin tər-

kibinə daxil olaraq, cümlənin tamlığını təmin edir. Hər hansı bir cümlə üzvü kimi 

söz birləşməsi cümləyə söz kimi daxil olur, onun nə strukturu, nə də mənası onun 

cümlədəki qrammatik fiınksiyasından asılı deyil.  

Məsələn, /eine junge Frau von 30 Jahren/ söz birləşməsi müxtəlif cümlələrdə 

işlənə bilər və müxtəlif qrammatik funksiya yerinə yetirə bilər, lakin onun sintaktik 

əlamətləri dəyişilməz qalacaq: 

1. 


Eine junge Mutter von 50 Jahren müsste das einmal im Leben erlebt haben   

2. 


İm Vorzimmer sahen wir eine junge  Mutter von 50 Jahren 

3. 


Sie war damals eine junge Mutter von 50 Jahren. 

Söz birləşməsi birinci cümlədə mübtəda, ikincidə vasitəsiz tamamlıq, 

üçüncüdə isə predikativdir. Hər üç halda bu söz birləşməsinin sintaktik əlamətləri 

dəyişilmir, o bir-biri ilə formal əlaqə ilə birləşən eyni komponentlərə parçalanır və 

eyni mənanı saxlayır. 

Lakin söz birləşmələrini hər cür başqa birləşmələrdən fərqləndirmək lazımdır. 

Alman germanisti V.Yunq yazır ki, artikel+isim (das Haus, der Mann, die Frau) 

həmçinin felin mürəkkəb formalanm (hat gegessen, ist gekommen) bir söz hesab 

etmək lazımdır. Lakin onun fikrincə söz birləşməsi aşağıdakı hallarda da yaranır: 

a) 


 ismin sözönü ilə birləşməsi (auf dem Markt) 

b) 


 tam mənalı fellə birləşdikdə (will schreiben) 

c) 


 ismin  müqayisə birləşdirən köməkçi sözlə birləşməsi (Vergleich- swort) 

Məsələn, Er arbeitet als Arzt cümləsində als Arzt (3, 243). 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



235

Lakin qeyd etmək lazımdır ki, əvvəla söz birləşməsinin komponentləri müstə-

qil nitq hissələridir, digər tərəfdən söz birləşmələri nitq prosesində müəyyən model 

əsasında yaranan sərbəst sintaktik vahidlərdir. Söz birləşməsinin sərbəstliyi özünü 

onda göstərir ki, onun komponentləri olan tam mənalı sözləri bu qəbildən olan hər 

bir sözlə əvəz etmək olar. 

 Məsələn, /ein altes Haus/ aşağıdakı kimi dəyişilə bilər: 

ein altes Dorf → ein neues Dorf → ein kleines Dorf →ein groβes Dorf → ein 

neugebautes Dorf və s.  

ein altes Haus → ein altes Buch → ein altes Werk → ein altes Dach → ein 

altes Gedicht → ein altes Kunstwerk və s. 

Lakin nəzərə almaq lazımdır ki, belə birləşmələrdə sözlərin qrammatik 

uyğunluğu, həm də leksik uyğunluqla şərtləndirilir, beləki yuxandakı misalda kom-

ponentlərin dəyişilməsi həm də məna baxımdan mümkün olmalıdır, beləki /ein lec-

keres Haus/ demək mümkün deyil, çünki /lecker/ və /Haus/ sözü məna baxımından 

uyuşmazdır (2,89). 

Söz və sərbəst söz birləşməsini müqayisə etdikdə, onlann hər ikisi üçün ümu-

mi cəhətin yəni nominativ (adlandıncı) funksiyasınm olması üzə çıxır. Cümlə üçün 

tikinti materialı rolunu oynayan, lakin cümlədən xaric nəzərdən keçirilən söz birləş-

məsi dilin nominativ vasitəsi kimi predmeti, təzahürü, prosesi hal-hərəkəti və s-ni 

adlandırmağa xidmət edir.  

Söz və söz birləşməsinin bu ümumi cəhətinə baxmayaraq, onlan bir-birindən 

fərqləndirən cəhətlər də vardır. Söz stabil və əvvəlcədən verilmiş nitq vahidi olduğu 

halda, söz birləşməsi sintaktik quruluşun, məsələn cümlənin hazır elementi olub, 

cümlə kimi məhz komunikasiya prosesində, nitq anında meydana gəlir. Deməli söz 

birləşməsi yalnız cümlə vasitəsi ilə  və onun tərkibində dil ünsiyyəti prosesində 

iştirak edir (5,346).  

Söz birləşməsi onu sözlə yaxınlaşdıran nominativ funksiyadan başqa, 

kommunikativ funksiya da daşıyır.  

Məsələn: 

/ein einfacher junger Lehrer/ soz birləşməsi cümlə tərkibində təkcə müəyyən 

bir şəxsi adlandırmır. həm də bu şəxsə xas olan xüsusiyyətləri göstərir: 

Ein einfacher junger Lehrer reiste im Hochsommer von Hamburg?  seiner  Va-

terstadt, nach Davos-Platz im Graubündischen. 

Burada söz birləşməsi verilmiş şəxsi həm də müəyyən keyfiyyətlərin daşyıcısı 

kimi xarakterizə edərək kommunikasiya prosesində  şəxs haqqmda məlum 

informasiya daşyıcısı kimi çıxış edir. /Ein Mann/ ismi bu məlumatda verilmiş, yəni 

/tema, einfacher, junger/ sifətləri isə oxucunun və ya dinləyənin məlumatdan 

öyrəndiyi yeni, yəni remadır.  

Söz birlşməsinin kommunikativliyi cümlə daxilində daha dolğun üzə çıxır və 

onu nisbi kommunikativlik adlandırırlar və bu əlamətlə də onu sözə qarşı qoymaq 

olar, beləki söz kommunikativlikdən məhrumdur. Elə  məhz bu əlamətlə  də söz 

birləşməsi mütləq kommunikativliyə malik olan cümləyə qarşı qoyulur (5,348).  

Söz birlşməsi cümlənin məna tutumunu genişləndirən  ən zəruri vasitələrdən 

biridir. Söz birləşməsinin komponentləri bir-biri ilə necə  gəldi birləşmir, burada 

komponetlər arasmda mövcud olan sintaktik əlaqənin üsul və vasitələri mühüm 

əhəmiyyətə malikdir.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



236

Əgər söz birləşməsinin xarici formasını sterjen sözün morfoloji əlamətləri ilə 

təyin etmək mümkündürsə, onun daxili strukturu üçün isə sterjen sözlə asılı söz 

arasmda sintaktik əlaqənin müxtəlif növləri vacib əhəmiyyətə malikdir.  

Alman dilində söz birləşməsinin bərkiməsində əsas rolu sintaktik uzlaşma oy-

nayır, burada təyinedici söz sterjen sözə xas olan qrammatik kateqoriyalara malik 

olur.  

Uzlaşma  əlaqəsi  əsasən ismi birləşmələrdə rast gəlinir, beləki bu 



biriəşmələrdə sterjen söz isim, təyinedici söz isə sifət, əvəzlik və ya feli sifət olur. 

Belə söz birləşmələrində asılı söz əsas sözlə cinsə, kəmiyyətə və hala görə uzlaşır 

(4,343):  

ein alte Mutter 

ein direkte Abfahrt  

das neu errichtetes Hotel 

Uzlaşmada sintaktik əlaqənin ifadə vasitəsi sözün formasıdır, yəni onun 

qrammatik forma və əlamətləridir. 

Alman dilində uzlaşma əlaqəsindən başqa söz birləşməsinin komponentlərini 

birləşdirən digər sintaktik əlaqə növü olan felin idarəsi də geniş  işlənir. Bu əlaqə 

növündə sterjen söz asılı sözün müəyyən halda olmasını  tələb edir. Məsələn, 

begegnen feli ismin dativ halını tələb edir, ismin başqa halları ilə birləşə bilmir, və 

ya stören feli ismin akkuzativ halını tələb edir:  

dem Vater begegnen 

 

den Redner stören 



Felin idarəsi zamanı sintaktik əlaqə sözün qrammatik forması və sözönləri ilə 

ifadə olunur:  

den Freund besuchen  

auf den Freund warten  

der Mutter gratulieren  

die Mutter lieben  

an die Mutter denken  

über die Mutter erzdhlen 

Söz birləşməsinin komponentlərini birləşdirən sintaktik əlaqənin bir növü də 

yanaşmadır. Bu sintaktik əlaqə forması o zaman işlənir ki, nə ster- jen söz, nə  də 

asılı söz sözdəyişdirmə qabiliyyətinə malik deyil. Burada sintaktik əlaqə birləşən 

sözlərin formasında deyil, onların yerləşmə kontaktında özünü göstərir:  

gut tanzen  

da oben  

hier links  

laut sprechen 

die Atmosphdre Kollektiv və s. 

Belə söz birləşmələrinin komponentlərinin hər cür dəyişilməsi mümkündürş 

Azərbaycan dili son illərdə söz birləşmələrini alman dilindən götürür.Siyasi 

iqtisadi,sosial sahələrə aid söz birləşmələrin dilimizə keçməsi artmışdır.Bunun əsas 

sahəsi ölkənin yeni demokrotik inkişaf yolunu seçməsi,yeni iqtisadi siyasəti qəbul 

etməsi ilə əlaqədardır. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



237

Lakin, Azərbaycan dilinə alman dilindən gələn söz birləşməri yalnız bu 

sahələrlə məhdudlaşmır. Müxtəlif elmi sahələrə aid termonoloji lügətlərin araşdırıl-

ması zamanıson dövrlərə alman dilindən alınmaların sürətlə artması özünü göstərir. 

Alman dilindən söz birləşmələrinin artmasının əsas sahələrindən biri  müasir 

dövrdə terminlərin unifikasiyasına xüsusi diqqıt yetirmısindın irəli gəlir. 

Unifikasiya sahə terminologiyalarının bütuün zəruri səviyyələrdə  məzmun, 

məntiq və linqvistik səviyyələrdə eyni prinsiplər  əsasında formalaşdırımasını 

nəzərdə tutan mürəkkəb və çoxsahəli işi özundə birləşdirir. 

Söz  və söz  birləşməsinin  ümumi  cəhətinə   baxmayaraq  onları biri-birindən  

fəqləndirən  cəhətlər də vardır. Söz  birləşməsi  sintaktik quruluşuna görə   nitq   

hissəsindən  fərqlənir.   

Beləliklə söz  birləşməsi      yalnız cümlə vasitəsilə  dil  ünsiyyət prosesində 

iştirak edir. Söz birləşməsinin kommunikativliyi cümlə daxilində  daha    aydın 

özünün  büruzə verir.  

Başqa dillərdən fərqli olaraq  Alman  dilində  söz birləşməsi məna  tutumunu 

daha böyük şəkildə gedişkəndirir. Söz birləşməsinin komponentləri  Alman dilində  

uzlaşma  əlaqəsi ilə  üz-üzə  düşür.  

 

Ədəbiyyat 



 

1.   Y.Ries Zur Wortgruppenlehre. Prag 1928. 

2.  Н.Филичева.  Ословосочетаниях  в  современном  немецком  языке.  Москва  

1967. 


3.    W.Jung. Grammatik der deutschen Sprache. Leipzig 1966 

4. О.И.Маскальекая.Устойчивые словосочетания с граммати ческой направле-

нностыю.Москва 1968. 

5.    W.Admoni. Der deutsche Sprachbau M., 1960. 

 

 S.Qəhrəmanova 



Grammatical peculiarties of the phrase in German language 

Summary 


 

The article covers free wond combination in modem German language.We 

tried to bring to light the specificityof the wond combination and establish its 

sepanating charac-tens by means of cmparison with othen words combinations 

which appeak in the sentences. 

The article deals with yhe principle of the publishing of the multilingual 

turmicl voca bularies, points of vieuos of Azerbaijan and foreign scientist-lingtuists, 

methods and styles of forming of multilingual vocabularies and general situation of 

use of two, three and multilingual vocabularies in Azerbaijan. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



238

Н.Гахраманова 

Грамматические особенности словосочетанный в немецком языке 

Резюме 


 

Статья  посвещена  свободным  словосочетаниям  в  современном  немец-

ком языке. 

Мы пытались выявитьспецифику  словосочетания и установить его диф-

ференциадьные  признаки  путем  сравнения  с  другими  сведенениями  слов 

выступающими в предложении. 

В статье рассматриваютсья принцип составление многоязычный терми-

нологические словарей, мнение и высказывание и зарубежных  учёных-линг-

вистов, методы и спосбы составление многоязычных словарей и общее поло-

жение употребление двухязычные, трехъязычные и многоязычные словарей в 

Азербайджана. 

   


 

 

 



Rəyçi: Professor  Ş.H.Şabanov 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



239

 VİKTORİYA  HƏSƏNOVA  



filologiya  üzrə fəlsəfə doktoru   

Gəncə Dövlət Universiteti 

turklologiya2010@mail.ru 

 

DİLLƏRARASI PEŞƏKAR ÜNSİYYƏTDƏ  LATIN HÜQUQ 

İFADƏLƏRİNİN VƏ AFORİZMLƏRİNİN TƏRCÜMƏSİ 

 

Acar sözlər: peşəkar kommunikasiya, aforizmlər, tərcümə, latın dili, Azərbaycan 

dili, rus dili 



Key words: Professional communication, aphorisms, translation, the Latin 

language, Azerbaijani, Russian  



Ключевые слова: профессиональная коммуникация, афоризмы перевод, 

латинский язык,  азербайджанский язык, русский язык. 

 

Məlumdur ki, müasir dövrdə peşəkar kommunikasiya xüsusi yerə malikdir. 



Elm və texnikanın inkişafı, elmi-texniki informasiyanın mübadiləsi, alimlərimizin 

dünya elminə inteqrasiyası – bütün bunlar peşəkarların effektiv ünsiyyət prosesində 

əhəmiyyətli rol oynayır. Hüquqşunaslıq elmləri də bu prosesdən kənarda qalmamış-

dı. Hüquqşünaslıq sahəsində tərcümənin dəqiq aparılması xüsusilə vacibdir. Belə ki, 

bəzən ayrı-ayrı ölkələrin, yaxud da bir adamın taleyi bu tərcümədən asılı olur. Bu 

mövzuya bir çox rus dilçilərin araşdırmaları mövcuddur (1-5) 

Məqalədə dillərarası peşəkar ünsiyyətdə  latın dilinin hüquq ifadələri və afo-

rizmlərinin rus dilinə tərcüməsi məsələlərinə münasibət bildiriləcək. Alimlərin fikir-

lərinə görə, latın dilinin hüquq ifadələri və aforizmləri lüğət tərcüməsində əhəmiy-

yətli yer tutur. Onlardan bəziləri atalar sözü və məsəl statusuna sahib olmuşlar. 

Latın hüquq terminləri və ifadələrinin tərcüməsinin  əsas çatışmamazlıqları 

transkripsiyanın olmamasıdır ki, bu da tərcümə  işində  və  şifahi səslənmədə  tərcü-

məçinin işini çətinləşdirir. Məlumdur ki, müasir Azərbaycan dili latın qrafikasına 

əsaslanır, lakin latın dilinin tələffüzü Azərbaycan dilinin tələffüzündən fərqlənir. 

Bildirmək lazımdır ki, hüquq teminlərin ilk lüğətinin müəllifləri lüğət 

tərcüməsinin bu vacib anını  nəzərə almamışlar. Son dövrdə Azərbaycanda hüquq 

terminləri lüğətləri nəşr olunmuşdur (6-7). Bu məqalədə bizi daha çox lüğət 

tərcüməsinin çatışmamazlıqları yox, latın hüquq ifadələri və aforizmlərinin ozləri-

nin tərcümədə verilməsi maraqlandırır. Göstərilən aspektin təhlilinə başlamamışdan 

əvvəl adı çəkilən ifadələrin konseptual məsələlərina xatırlamaq vacibdir. 

Aforizmlər ədəbiyyatın janrı hesab olunur, atalar sözləri isə həmişə “nitq dö-

nüşü” kimi nəzərdən keçirilir, və onların tərkibindəki mətn müstəqilliyi heç vaxt qə-

bul olunmur. Bununla yanaşı, aforizmlər də, atalar sözləri də, zərb məsələlər də 

məzmun və forma müstəqilliyinə sahib olub müstəqil kommunikativ funksiyaları 

yerinə yetirirlər. Bu məsələlərin mahiyyətini ətraf aləm haqqında həyat təcrübəsinə 

əsaslanan ümumi xarakterli məlumat vermək təşkil edir. Nəzərdən keçirilən mətnlər 

müəyyən koqnitiv, emosional və estetik məlumat kompleksinə sahib olub daxili 

qapalı struktura malikdirlər. 

Bunların içərisində aforizmin mətni daha geniş həcmə malik ola bilər. O, süje-

tli olub, bir neçə ifadədən ibarət ola, eyni ifadə daxilində mühakimə ifadə edə və ya-



 

Filologiya  məsələləri – №10, 2013

 

 



240

xud da cümlə halında məna bildirə bilər. Maraqlıdır ki, bədii nəsrin müxtəlif növləri 

kimi ifadə olunan, özünəməxsus fəlsəfi xarakter daşıyaraq dəbli sayılan aforizmlərlə 

yanaşı məşhar adamların dəyərli fikirləri və ibrətli sözlər də eyni dərəcədə nəzərdən 

keçirilir. Atalar sözləri həmişə ikitərkibli cümlə şəklində tərtib olunsa da, bəzi kom-

ponentlər dəyişdirilmiş şəkildə təqdim olunur. 

Kiçik mətnlərdən  əldə etdiyimiz məlumatın mənbəyi ya hər hansı müəllif 

(aforizmlər, ibrətli sözlər), ya da xalqdır (atalar sözləri). Bu mətnlərin hər biri ilə 

tanış olduqda bizə verilən məlumatın obyektivliyinin şahidi oluruq. Verilən 

məlumatın obyektivliyi ilk və sonrakı etaplarda mətnin mənbəyi ilə ifadə olunur. 

Vəziyyət konteksti isə  hər bir insanın həyatında olan, bizə  məlumatın dəqiqliyini 

təsdiq etməyə imkan verən həyat təcrübəsi ilə xarakterizə olunur. 

Mətnin məzmun tərəfinin həmişə öz ümumiliyi ilə  fərqlənməsini nəzərə 

alaraq demək olar ki,onlar demək olar ki, heç vaxt eynimənalı uyğunluğa malik 

sözləri ifadə etmirlər.istisna hallarda əgər aforizmlər,atalar sözləri və  məsəllərin 

mətnlərində  şəxsi adlar, toponomlər, terminlər varsa onlar onlar eynimənalı ekvi-

valentlərin köməyi ilə tərcümə olunurlar. 

Emosional məlumatların ötürücüləri olan vasitələr çox geniş həcmlidirlər. Bu-

rada eyni xarakterli emosional dəyərə malik leksikaya, yüksək üsluba malik sözlərə, 

sadə nitqə, ritorik suallara və nidalara, emosional inversiyaya təsadüf olunsa da, 

aforizmlər, ibrətli sözlər və atalar sözlərinin  ən spesifik xüsusiyyəti onların mətn 

tərkibində spesifik estetik məlumatın olmasıdır. Bu mətnlərdən bir çoxu bədii mi-

niaturalardır. Fonetik-ritorik xüsusiyyətlərdən başlayaq, bu kiçik mətnlərin sözləri 

çox vaxt ritmik şəkildə təşkil olunur: onlar eyni ritmi ifadə etməklə iki hissəyə bölü-

nə bilərlər ki, bu zaman ritm ya ənənəviliyin məntiqi formasını diqqətə çatdırır, ya 

da ritm bütünlükdə sillabo-tonik ölçülərdən birinə  həsr olunur. Ritmik ikihissəli 

strukturu və daxili rifmi qeyd edir. Bundan başqa, aforizmlər və ibrətli sözlərin sö-

zün əsil mənasında yanaşı işləndiyi üslubun leksik fiqurlarını qeyd etmək lazımdır: 

bu metafora, sinesteziya, müqayisə və s. 

Biz atalar sözləri, aforizmlər və məsəllərdə olan estetik məlumatın qeydiyyat 

üsullarının hamısını sayıb qurtarmadıq. Lakin onların mətndəki kiçik həcmli 

konsentrasiyası bu mətnlərin estetik cəhətdən vacibliyini göstərir və  tərcüməçini 

düzgün tərcümə verməyə məcbur edir. 

Aforizmlərin və atalar sözlərinin dominant tərcüməsi bu mətnlərin kommu-

nikativ funksiyanı yerinə yetirməsi ilə  təmin olunur. Bu sadələşdirilmış  bədii for-

manı,əümumi məlumatları vermək deməkdir. 

Aşağıda verilən nümunələr onu göstərir ki, haqqında danışılan mətnlərin 

qrammatik və leksik variant uyğunluqları ilə tərcüməsi zamanı mətnin özünün spe-

sifikası heç də həmişə ritmik mənanın qorunub saxlanmasına yardımcı olmur. Əlavə 

etmək lazımdır ki, tərcümə prosesində  mətnin mənasını    əhəmiyyətli dərəcədə 

genişləndirən aydınlaşdırıcı  tərcümə üsulları da tətbiq olunur. Məsələn: Ad ea de-

beat adaptari ius,quare frequen-ter eveniunt – «Право должно быть приспособле-

но к тем случаям, которые встречаются часто» – Hüquq ən çox təsadüf olunan 



hadisələrə uyğunlaşdırılmalıdır» (8, s.285); Aequum est neminem cum alterius detr-

imento et iniuria fieri locupletiorem – «Справедливость требует,  чтобы никто не 

обогащался в ущерб другому лицу и неправомерно» – Ədalət tələb edir ki, heç 



bir kəs başqasının zərərinə  və qeyri-hüquqi varlanmasın (8, s.285); Amicus 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



241

Plato,sed magis amica veritas –«Платон мне друг, но истина дороже» – Platon 

dostumdur, lakin həqiqət daha əzizdir (8, s.285); Casus a nullo praestantur  –  «За 

случай  никто  не  отвечает»  –Təsadüfə heç kəs cavabdeh deyildir (8, s.287); 



Cessante causa cessat effectus    «С  прекращением  причины  прекращается 

действие» –Səbəbin xitamı ilə hərəkət xitam verilir (8, s.287); Cui bono,cui prodest 



is fecit,qui prodest  – «Cделал тот, кому это выгодно»  kimə faydalıdırsa,o da 

etmişdir (8,s.289) "De facto  – «Де-факто,  фактически,  на  деле»  – Faktik, işdə 

(8,s.290); De iure – «Де-юре, юридически,по праву» – De-yure, hüquq, hüquqa 



görə, rəsmi  (8, s.290); De minimis non curat praetor    «Претор  не  занимается 

незначительными делами»  Pretor xırda işlərlə məşğul olmur (8, s.291); Divide 



impera – «Разделяй и властвуй»  Parçala və hökmranlıq et (8, s.292); Non rex 

est lex,sed lex est Не царь является  законом,а закон является царем Hökmdar 

qanun deyildir,qanun hökmdardır (8, s.302) və s. Daha  iki ifadə antonimik mənada 

işlənir  Persona grata  «персона  грата»  лицо  угодное  и  приемлемое  (о  дипло-

матическом  представителе) – Arzu edilməyən  şəxs (8,s.303) və  Persona non 

grata – «персона нон гранта» лицо неугодное и неприемлемое Arzu edilməyən 

şəxs (diplomatik nümayəndə haqqında) (8, s.303) Talio esto talion – «Возмездие 

по  принципу:  око  за  око» – Qisas alma prinsipinə görə: göz əvəzinə göz (8, 

s.308);  Ubi meam rem invenio,ibi vindikasi eam vindico – «Где  я  нахожу  свою 

вещь,там я ее виндицирую (т.е. предъявляю иск об ее истребовании)» – Şeyimi 

harada görsən,orada onu vindikasiya edərəm (onun geri tələbi üçün iddia edirəm) 

(8, s.309). 

Qətirilən nümunələr nitqdə ifadə olunan tərcümənin “mövqeyini” əyani şəkil-

də göstərir. Lakin lüğətin müəllifləri bu şifahi strukturların tərcüməsində sona qədər 

ardıcıllığa riayət etməmişlər; bir çox hallarda lüğət məqalələrinin tərtib olunma 

prinsipləri pozulur. 

Bir tərəfdən bəzi tərcümələrdə transliterasiya saxlanılır və Azərbaycan dilində 

tərcümə verilir, məsələn:  de facto, de iure. Digər tərəfdən isə  persona grata  



persona non grata kimi ifadələrdə  tərcümə nadir halda transliterasiyasız verilir. 

Bunanla yanaşı, müasir hüquqşünaslıq və publisistika transliterasiya formalarını da 

əsas götürür. 

Tərcüməyə  gəldikdə demək lazımdır ki, ifadənin hərfi tərcüməsi kimi onun 

müvafiq məna tərcüməsi də xüsusi olaraq diqqəti cəlb edir. Bəzən Azərbaycan 

dilinə olan tərcümələrdə  dırnaq arasında həmin sözün əlavə  mənası verilir: “İn 

flagranti delicto” – cinayət yerində (başında) (8, s.296). 

İfadələrdə olan bəzi transliterasiyalar uyğunluq və konkret tərcümə 

məsələlərinda natamamlıq yaranır. Beləcə,  Nec vi nec clam nec precario – «Не 

насильно,  не  тайно  и  не  временно,  впредь  до  востребования» (прекарно) –



Güclə, gizli və müvəqqəti deyil, tələb edilənədək (prekar) ifadəsində transliterasiya 

olunmuş söz “prekarno” (prekar) ya hərfi məna olan “müvəqqəti”, ya da “tələbə 

qədərki zaman (eyni şübhə Azərbaycan dilinə tərcümədə də qorunub saxlanır)” kimi 

mənanı ifadə edir. Etiraf edək ki, bu təkcə mövzuya aid olan fikir ayrılığı yox, 

konkret mənası məlum olmayan nitq vahidinin ifadəsidir. 

Qeyd etmək lazımdır ki, terminoloji lüğətlərdə yunan, fransız, ingilis, alman 

dillərindən sözlərin tərcüməsi latın dili sölərinin tərcüməsi prinsipinə uyğun gəlir. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



242

Tərcüməçilər üçün nəzrədə tutulan lüğətin funksional əhəmiyyəti haqqında 

danışarkən latın aforiməli, atalar sözləri və  məsəllərin Azərbaycan dilində 

tərcüməsinin verildiyi yeni nəşr olunmuş lüğəti diqqətdən kənarda saxlamaq yanlış 

olardı. Əvvəlki terminoloji lüğətlərdən fərqli olaraq bu lüğət, adından da göründüyü 

kimi, bütünlüklə latın ibrətli sözlərinin tərcüməsinə  həsr olunmuşdur. Yeri gəl-

mişkən, lüğətin tərtibatçısı Hikmət Mirzəyev qeyd edir ki, lüğət üzərindəki iş 

prosesində hüquqi terminoloji lüğətin materiallarından istifadə olunmuşdur. Burada 

da orijinalla yanaşı rus dili və Azərbaycan dillərində olan tərcümələr verisə  də 

tamamilə başqa ardıcıllıq göstərilmişdir: əvvəlcə Azərbaycan dilində tərcümə verilir, 

onun ardınca – orijinal, və sonda rus dilində olan tərcümə gəlir. Bizim fikrimizcə, 

lüğət məqalələrinin bu strukturu qeyri-bərabər görünür. Bu halda əsas dəlil rolunu 

əvvəlcə orijinal, sonra isə onun tərcümələri oynayır. Başqa sözlərlə desək, tərcümə 

ilk kimi verilir, vacib hissə  əsassız olaraq ikinci plana ötürülür ki, bu da məntiqi 

ardıcıllığın pozulmasna səbəb olur. Lakin, bununla yanaşı, bu lüğət latın dilində 

olan on min aforizm, atalar sözü və məsəllərdən 377-ni özündə əhatə edir ki, bu da 

hüquqşünaslıq işçilərinin Azərbaycan dilində bu ifadələrlə başa düşməyə  şərait 

yaradır. Bundan başqa, lüğətin sonunda latın və rus dillərində istifadə olunmuş 

aforizmlər, atalar sözləri və  məsəllərin siyahısı verilir. Lüğətin  əhatə dairəsi onun 

adında ifadə olunmuşdur: Dic, duc, fac, feer! – «Говори правду, веди дело честно, 

делай то, что положено, стойко переноси трудности!» (Таковы четыре запове-

ди юриста) – Həqiqəti söylə, işini düz apar, lazım olanı et, çətinliklərə gərdlikdə 



isə döz (Bu hüquqşünasıs dörd ehkamıdır) (9, s.32)   

Bu iki lüğətlərdə verilən latın ifadələrinin tərcümə uyğunluğu baxımından 

müqayisəsi diqqəti cəlb edir. Lüğət mətnlərinin təhlili tərcümə prosesindəki ziddiy-

yətləri təsdiqləyir. 

Bəzi hallarda,  qeyd etmək lazımdır ki, onlar sayca çox azdırlar.Tərcümə uy-

ğunluqları çox axt saxlanılır. Məsələn,  Causa proxima,non remota spectatur  –

«Принимается  во  внимание  ближайшая  причина,  а  не  отдаленная» – Uzaq 

deyil, yaxın səbəb nəzərə alınır (8, s.287), (10, s.67);  Non rex est lex,sed lex est – 

«Не  царь  является    законом,  а  закон  является  царем» – Hökmdar qanun 



deyildir,qanun hökmdardır (8, s.302), (9, s.34); Testis unus,testis nullus – «Один 

свидетель – не свидетель» – Bir şhid-şahid deyil  (8, s.308), (9, s.12). 

Bir çox hallarda biz dilin məzmunu saxlanmaqla tərcümənin müxtəlif 

variantları ilə rastlaşırıq.Aşağıda göstərilən,ilk növbədə hüquqi terminoloji 

lüğətlərdən gətirilən, onlardan sonra da yeni latın aforizmləri,atalar sözləri və 

məsəllərdən təşkil olunmuş lüğətlərdən   gətirilən nümunələrdə rus dili ilə 

yanaşı,azərbaycan dilində də tərcümə variantlarına rast gəlinir: Actore non probante 

reus absolviur – «При  недоказанности  иска  ответчик  освобождается» – İddia 

sübut edilmədikdə cavabdeh azad edilir (8, s.285)  «Если  истец  не  дает 

доказательств,  ответчик  освобождается» – İddiaçı sübut gətirmirsə cavabdeh 



azad edilir. Tərcümədən göründüyü kimi,ikinci lüğətdə komponentlər yerini 

dəişir,yəni tema və rema yerini dəyişir. Beləcə, birinci halda “иск” sözü tema, 

“истец” sözü isə – remadır ki, ikinci lüğətdə o temanı əvəzləyir. Burada semsntik-

struktur ziddiyyətlər yaranır. Oxşar ziddiyyətlər aşağıdakı nümunədə  də müşahidə 

olunur: Ex turpi causa actio non oritur – «Из противозаконного основания иск 

не возникает» – Qanuna zidd əsasdan iddia törəmir  (9, s.293). – «Иск не ожет 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



243

возникнуть  из  аморального  или  незаконного  основания  (договора)» – Iddia 



əxlaqsız və ya qanunsuz əsasdan (müqavilədən) əmələ gələ bilməz (9, s.38) Burada 

«пративозаконного оснавания» –  (“Qanuna zidd əsasdan”) aksenti ilə verilən ifa-

də  «иск» (“iddia”) sözünə yeni söz – «аморальный»  sözünün əlavəsi ilə varilir ki, 

bu da ilk lüğətdə müşahidə olunmur. 

Redaktor xarakterli transformasiyalar da müşahidə olunur: İgnorantia iuris 

nocet, ignorantia facti non nocet – «Незнание закона вредит, незнание факта не 

вредит» – Qanunu bilməmək ziyan törədir, faktı bilməmək ziyan törətmir (9,s.295); 

«Незнание  закона  не  является  оправданием,  незнание  факта  является 

оправданием»  – Qanunu bilməmək haqq qazandırmır, faktı bilməmək haqq 



qazandırır (10, s.47). Bu tansformasiya əvəzlənməsini “ziyan törədir – haqq 

qazandırır” – antonimik tərcüməyə aid edilir. 

Hüquqi terminologiya, o cümlədən onun tərkibinə daxil olan aforizmlər və 

ibrətli sözlər artıq deyiliyi kimi dəqiqlik və məntiqi ardıcıllıq tələb edir. Anlayışlar 

arasındakı  məntiqi  əlaqələrin pozulması onların ikimənalı anlaşılması  şəraitini 

yaradır ki, bu da ölkə  vətəndaşlarının hüquqlarından danışılarkən yolverilməzdir.  

Bu tipli obrazlaşma ilə biz aşağıdakı ifadənin tərcüməsi zamanı qarşlaşırıq: İn dubio 

melior est csusa possidentis – «В  случае  сомнения,преимущество  на  стороне 

фактического  владельца» – Sahib barəsində  şübhə olduğu halda üstünlük faktik 



sahibindir  (10, s.60). İlk tərcümə nitqinin ifadəsində semantik-stilistik struktur 

dəqiqliklə saxlanılaraq ikili izaha səbəb olmur. İkincidə isə, məhz azərbaycan 

variantında müəyyən dəyişikliklər müşahidə olunur. 

Bizim seçdiyimiz aforizmlər və ibrətli sözlər nümunəsi vahid və  təsadüfi 

deyillər. Bununla əlaqədar olaraq, biz onları eyni orijinalın lüğətlərin müəllifləri 

tərəfindən transkripsiyada verilən və müxtəlif tipli sözlər haqqında dolğun məlumat 

verən  bəzi başqa nümunələrlə tamamlamaq zəruri hesab edirik. 

İn dubio pro rea – «В  случае  сомнения  део  решается  в  пользу 

подсудимого  или  ответчика» – Şübhəli halda iş müqəssir və ya cavabdehin 



xeyrinə  həll olunur  (9, s.296); «В  случае  сомнения – в  пользу  обвиняемого – 

Şübhə olduğu halda-təqsirləndirilənin xeyrinə» (10, s.64). Birinci variantda ifadənin 

ətraflı izahı verilir,ikincidə isə məna əlaqəsi pozulur. 

İnter arma leges silent – «Когда гремит оружие (во время войны), законы 

молчат» –Toplar guruldadıqda (müharibə vaxtı) qanunlar susur” (9,s. 296); “Во 

время  войны  законы  безмолствуют,  т.е.  бездействуют – Müharibə zamanı 

qanunlar susur, yəni işləmir (9, s.54). 

“Müharibə zamanı” – sözü ilə izah olunan birinci tərcümə  mətninin 

metoforikliyi ikinci mətnə ötürülərək məna izahı ilə əvəzlənmişdir. 



Juva notit curia – «Суд (сам ) знает законы (стороны в процессе не обяза-

ны  доказывать  содержание  законов)» – Məhkəmə (özü) qanunu bilir (tərəflər 



prosesdə qanunların məzmununu sübut etməyə borclu deyillər) (9, s.296); «Суд 

(сам ) знает законы» – Məhkəmə qanunları bilir (10, s.50). 

Birinci mətnin izahlı  tərcüməsi ikinciyə nisbətən daha anlaşıqlıdır. Bundan 

başqa, növbəti nümunə ilə verilmiş tərcümə mətnlərinin müqayisəsi maraqlı faktları 

üzə  çıxarır, məsələn:  Juris preacepta sunt hacc: honeste vivere,alterum non lea-

dere,suum cuique tribuere – «Предписание  права  седующие:  честно  жить, 

другого не обижать,каждому воздавать должное» – Hüququn göstərişləri aşağı-



 

Filologiya  məsələləri – №10, 2013

 

 



244

dakılardır: vicdanla yaşamaq, başqasını incitməmək, hər kəsə öz haqqını vermək (9, 

s.296); Juris preacepta sunt hacc: honeste vivere,alterum non leadere,suum cuique 



tribuere – «Предписание  закона  сводятся    к  следующему:  честно  жить,  не 

делать  зла  другим,  каждому  воздавать  по  заслугам» – Qanunun  əmrləri bu-



nlardır: təmiz yaşa, başqalarına pislik etmə, hər kəsə  əməllərin  əvəzini ver (10, 

s.47). Rus dilindən tərcümə olunan, Azərbaycan variantında birinci halda –  

“hüququn göstərişləri”, ikinci halda – “qanunun əmrləri”  şəklində verilən 

nümunələrə diqqət yetirək. 

 Peşəkar tərcüməçi üçün qanunla hüquq arasındakı  fərqin izah olumasına 

ehtiyac yoxdur.  Qanun sözün geniş  mənasında normativ hüquq aktların, dövlət 

tərəfindən müəyyən edilmiş ümumi-məcburi qaydaların hamısı. Sırf hüquqi mənada 

“qanun” dövlət hakimiyyətinin ali nümayəndəli orqanı  tərəfindən, yaxud əhalinin 

bilavasitə iradə ifadəsi ilə (məsələn, referendum qaydasında) qəbul edilmiş  ən 

yüksək hüquqi qüvvəyə malik olan və ən mühüm ictimai münasibətləri nizamlayan 

normativ aktdır. Qanun dövlətin hüquq sisteminin əsasıdır (8, s.87). Hüquq isə 

dövlət tərəfindən qorunan ümumi-məcburi sosial normalar sistemidir (8, s.498). 

Bu  şəkildə  əsas söz  “hüquq” transformasiya olunaraq öz ilkin mənasını 

dəyişir.  İfadənin qalan bütün komponentləri isə  tərcümə variantı rolunu oynayır: 

другого  не  обижать/başqasını incitməmək – не  делать  зла  другим/başqalarına 

pislik etmə;  каждому  воздавать  должное/hər kəsə öz haqqını vermək/каждому 

воздавать  по  заслугам/hər kəsə  əməllərin  əvəzini ver. Cümlələrin sintaksisinə 

gəldikdə isə o da müəyyən dəyişikliklərə uğrayır. 



 Jus est ars boni et aequi – Право есть искусство добра и справедливости» 

–  Hüquq – xeyirxahlıq və  ədalət məharətidir (8, s.297); «Право  есть  искусство 

добра  и  справедливости» – Hüquq – xeyir və  ədalət sənətidir (10, s.34). 

Göründüyü kimi, ikinci lüğətin müəllifi  burada “Jus” sözünün mənasını düzgün 

ifadə etmişdir ki,bu da daha öncə verilən “Juris” sözünə tam uyğun gəlir.Buna görə 

də onun yol verdiyi dəyişiklik təəccüb doğurur. Deyilənlər başqa nümunələrlə  də 

təsdiq olunur: Legem brevem esse oportet – «Закон должен быть краток» – Qanun 

yığcam olmalıdır (9, s.298); «Закон  должен  быть  кратким» – Qanun qısa 

olmalıdır (10, s.44). Bu ifadədə həqiqətən də söhbət “hüquqdan” yox ”qanun”dan 

gedir.Lakin biz ikinci ifadədə verilən azərbaycan tərcüməsi ilə – “qısa” razılaşa 

bilmərik,çünki bu söz ümumiyyətlə qanun sözünə uyğun gəlmir. 

Lex posterior derogat prior – «Позднейшим  законом  отменяется  более 

ранний» – Sonrakı qanunla əvvəlki ləğv edilir (8,s.298); «Последующий  закон 

omменяет  предыдущий» – Sonrakı qanun əvvəlkini ləğv edir (8, s.62) və Lex 

specialis derogat generali – «Специальный  закон  отменяет  действие  (для 

данного дела) общего закона» – Xüsusi qanun, ümumi qanunun qüvvəsini (bu iş 



üçün) ləğv edir (8, s.298); «Специальный закон отменяет общий» – Xüsusi qanun 

ümumini ləğv edir (8, s.37) ifadələri bir daha “qanun” sözünun yerində işləndiyini 

təsdiq edir. Bu söz öz ifadə etdiyi anlayışdan başqa cümlə daxilində  də yerində 

işləndiyini sübuta yetirir. Başqa ifadə komponentlərinə  gəldikdə isə, birinci lüğət 

mətni eksplikasiya edir, ikinci isə mətni müəyyən dəyişikliklərə uğradır. 

Bu  şəkildə  iki latın hüquqi aforimzləri və ibrətli sözlər lüğələri  arasında 

aparılan müqayisəli-qarşılaşdırıcı  təhlil orijinala klassik yanaşmanın müasir 

prinsipini göstərmiş oldu. Bu prinsip təkcə hüquqşünaslar üçün yox, həm də geniş 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



245

cəmiyyət dairəsi üçün öz izahedici tərcümə üsulu və anlaşıqlığı ilə seçilir. Və 

məsələ latın hüquqi ifadələrinin hələ də hüquqi və bədii ədəbiyyatda geniş istifadə 

olunmasında yox,onların çoxprofilli münasibətlərin qloballaşma və inteqrallaşma  

prosesində  həm  şifahi, həm də yazılı  tərcümə zamanı özlərinə ehtiyatlı  və  dəqiq 

yanaşma tələb edirlər. Bu prosesdən müəyyən dərəcədə klassik irsə ehtiram 

mədəniyyəti və onun müasir, qeyri standart şəraitdə təzahürü asılı olur. Hər halda, 

bizim fikrimizcə, bütün ənənələr qorunmalıdırlar,  əsasən də ona görə ki, onlar bu 

sahədəki qarşılıqlı anlaşılmaya və inkişafa səbəb olurlar. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə