Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə25/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

 

Ədəbiyyat 



 

1.Берг  Е.Б.  Основные  инструменты  профессиональной  коммуникации  в 

правовой  сфере  (терминология,  оценочные  понятия,  дефиниция) // 

Языки  профессиональной  коммуникации:  Материалы  международной 

научной конференции Челябинск, 2003, с. 3-15. 

2.Атабекова  А.А.  Иноязычные  специальные  концепты  в  межкультурной 

профессионально ориентированной коммуникации. М., 2008 

3.Власенко Н. А. Язык права. Иркутск, 1997 

4.Комиссаров В.Н. Общая теория перевода. М., 1999 

5. Латышев Л.К. Технология перевода. М., 2001  

6. Abbasov A.  İngiliscə-аzərbaycanca hüquq terminləri lüğəti B., 2007 

7. İngilişcə-rusca-Azərbaycanca hüquq  lüğəti B., 2003 

8. Hüquq ensiklopedik lüğəti B.,1991  

9. Mirzəyev Hikmət Dic, duc, fac, feer” B., 2005 

10. Hüquq terminləri lüğəti B.,1961 

            

Виктория  Гасанова  

Перевод латинских юридических выражений и афоризмов в процессе 

межъязыковой профессиональной коммуникации 

Резюме 


 

В современном мире профессиональная коммуникация занимает особое 

место. В области правоведения важно делать точный перевод. В связи с этим 

в статье на уровне межъязыковой профессиональной коммуникации высказы-

вается  отношение  автора  к  переводу  латинских  юридических  выражений  и 

афоризмов на русский язык. Автор анализирует различные варианты перевода 

(транслитерацию, калькирование, экспликацию значения, и др.) и высказывает 

свое отношение к ним. Предпринятый в работе сравнительно-сопоставитель-

ный  метод  представляет  собой  современный  подход  к  исследуемым  клас-

сическим  единицам.  



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



246

 Viktoria Hasanova  

Professional of the expressions of latin right tongue in the intercourse and 

translation of aphorisms 

Summary 

 

Professional communication has the special place in the modern time. Exact is 



necessary carry out especially of the translation in the jurisprudence area. Attitude 

is informed to problem in the article from this cause. Professional communication 

has the special place in the modern time. Exact is necessary carry out especially of 

the translation in the jurisprudence area. Attitude is informed to problem in the 

article from this cause.Author investigates the methods of different (transliteration, 

tracing-paper, explication of the meaning and  etc.) of the translation. Comparative-

contrastive analysis carried out in the article is the indicator approach analysis 

classic. 

 

Rəyçi:                  Solmaz Süleymanova 



               filologiya  üzrə fəlsəfə  doktoru,  dosent                                                                          

        


 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



247

                                            GÜNEL PAŞAYEVA 

Sumqayıt Dövlət Universiteti 

e-mail: p.gunel@hotmail.com 

 

AZƏRBAYCAN DİLİNİN LEKSİK  TƏRKİBINİN ZƏNGİNLƏŞMƏSİNDƏ 

ALINMALARIN YARANMA  TARİXİ VƏ MƏNBƏLƏRİ 

 

Açar sözlər:dilçilik, Azərbaycan dilçiliyi ,söz yaradıcılığı,sözalma, alınma söz 



Key words: linguistics, Azerbaijani linguistcs, creative expression, borrowed word  

Ключевые  слова:  языкознания,  азербайджанское  языкознание,  творческое 

выражение, заимствованная 

 

Hər bir dil üçün mənsub olan sözlərin necə yarandığı, ilk dəfə hansı mənada 



işləndiyi, yaranma və inkişaf tarixi maraqlı, öyrənilməsi mühüm  olan məsələdir. 

Hər bir dilin leksikası keçdiyi inkişaf prosesini bütünlüklə özündə əks etdirir. Dildə 

mövcud olan sözlərin hamısı  dilin lüğət tərkibini yaradır. Bu tərkib nə qədər zəngin 

olarsa, dil bir o qədər zəngin hesab olunar. Dil və onun daxili inkişaf qanunlarına 

cəmiyyətdə baş verən siyasi, ictimai dəyişiklik, elmi texniki tərəqqi, iqtisadi mədəni 

həyatda baş verən yeniləşmələr ciddi təsir göstərir. Bu yeniliklər dünyada, o cüm-

lədən dilimizin lüğət tərkibində müxtəlif istiqamətlərdə    də  dəyişikliklər yaradır. 

“Dil ictimai bir hadisədir. o, cəmiyyətlə birlikdə yaşayır və inkişaf edir.İctimai – 

iqtisadi, siyasi əıaqələrin dəyişməsi, elm, texnika və  mədəniyyət sahəsində arası 

kəsilməyən yeniliklərin yaranması ilə əlaqədar olaraq dildə yeni – yeni sözlər mey-

dana gəlir. Dilin lüğətində daimi bir dəyişmə,artma və zənginləşmə prosesi gedir ” 

(1.63) 


Dilin lüğət tərkibinə daxil olan sözlərin hamısı heç də hamı tərəfindən mənim-

sənilib, istifadə olunmur. Peşəsindən, təhsilindən asılı olaraq hər bir şəxsin özünün 

də özünəməxsus lüğət fondu var. Lakin dilimizdə elə sözlər var ki,hamı tərəfindən 

başa düşülür və mütamadi işlənir.  məs. ana, ata, xala, bibi, çörək, at, it, məktəb, 

təhsil. uşaq, böyük, müəllim,fəhlə və s. Dilin  əsas lüğət fonduna  bir dildə danışan 

adamların hamısına məlum olan və hamı tərəfindən sistematik şəkildə işlədilən söz-

lər daxildir. Dildə istifadəsinə görə lüğət tərkibi aktiv və passiv sözlər olmaqla iki 

hissəyə ayrılır. Alimlərin fikrinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki,dilin lüğət 

tərkibinin özəyini dilin əsas lüğət fondu və ya lüğət tərkibinin  əsas hissəsi təşkil 

edir. Passiv sözlərə isə diqqət yetirsək görərik ki, bu fondda əsasən köhnəlmiş  və 

yeni sözlərə təsadüf edilir. Dilin  əsas lüğət fondu dilin lüğət tərkibinin əsasını təşkil 

etsə də ondan bir çox cəhətlərinə görə fərqlənir. 

Bu gün Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibindəki sözlərmənşəcə  iki 

qrupa bölünür; Azərbaycan sözləri və alınma sözlər.Azərbaycan sözləri Azərbaycan 

dilinin özünəməxsus sözləridir və bu sözlər xalis Azərbaycan sözləri adlanır. Azər-

baycan sözlərinin özü də dilçilər tərəfindən müəyyən qruplara bölünmüşdür.Belə ki, 

S.Cəfərov öz Leksikologiya əsərində xalis Azərbaycan sözlərini monqol dili ilə or-

taq sözlər,qıpçaq qrupu dilləri ilə ortaq sözlər,oğuz qrupu dilləri ilə ortaq sözlər, 

ümumtürk dilləri ilə ortaq olan Azərbaycan sözləri olmaqla 4 qrupa bölmüşdür. 

(1.s.41.42) B. Xəlilov isə  fərqli olaraq əsl Azərbaycan sözlərini belə bölmüşdür. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



248

1.türk dilləri ilə ortaqlı olan sözlər 2.həm türk, həm də monqol dilləri ilə ortaqlı olan 

sözlər 3.Şumer dili ilə ortaqlı olan sözlər 4. Xüsusi Azərbaycan sözləri (2.s.27-38) 

Dünya dillərinə nəzər yetirsək görərik ki,bu gün heç bir dil tamamilə öz söz-

lərindən ibarət deyil. Bütü dillər mütləq şəkildə bir birinə söz alıb,vermişdir. Dili-

mizin lüğət tərkibində də xeyli sayda alınma leksemlər mövcuddur. Bu gün Qərbə 

inteqrasiya, elmi texniki inkişaf, baş verən yeniliklər bir çox alınmaların 

yaranmasına səbəb olur. Dilin lüğət tərkibinin zənginləşməsində alınmaların rolu 

danılmazdır. Dillərarası  əlaqələrin kökünü araşdırsaq görərik ki, bu tarix çox qə-

dimdir. Belə ki, məntiqi təfəkkürün formalaşdığı, xalqlar arasında yaranan iqtisadi 

və hərbi əlaqələrin meydana gəldiyi dövrdən dillər arasında da müəyyən münasibət-

lər yaranmağa başlamışdır. 

İbtidai dövrlərdə sözalmanın özü də ibtidai səviyyədə idi. Müharibələr, dinin 

yayılması  hərəkatı baş verdikcə dilə zorakı yolla daxil olan sözlərin sayı artmağa 

başlayır. Misal olaraq İslam dininin yaranması ilə ərəb dilinin Müsəlman ölkələrinin 

dillərinə nüfuz etməsini göstərmək olar. 

İslamdan qabaqkı dövrlərə aid abidələrin məhvi, kitabələrin və  əlyazmaların 

baxımsızlığı ərəb xilafətinin məqsədli siyasəti idi ki, bunun sayəsində ərəb dilindən  

yeni leksik vahidlərin qəbulu zəruri hal almağa başladı. 

Alimlərin tədqiqinə nəzər yetirəndə məum olur ki, sözalmanın ən mühüm şərti 

ünsiyyətdə  olan dillərin rəsmi statusu və nüfuzluluğu sayılır, bu isə kommunikativ 

funksiyaların həcmi, ədəbi ənənələrin qədimliyi, dil daşıyıcılarının sosial mövqeyi 

ilə müəyyən edilir.  

Akad. M.Z.Cəfərov buna əks olaraq bildirir ki, dillərin ünsiyyəti azad əlaqə-

lərdə təzahür edir  və heç bir dil öz sözlərini başqasına zorla qəbul etdirmir. (3. s.6) 

Lakin tarixi keçmişə nəzər salsaq görərik ki, dilin zorla qəbul edilmə faktları 

var. Elə dilimizin lüğət tərkibinə  nəzər salsaq görərik ki, rus imperiyasının tərki-

bində olduğumuz dövrlərdə aparılan qərəzli dil siyasətinin nəticəsidir ki, bu gün di-

lin lüğət tərkibi kifayət qədər rusizmlərlə zəngindir. Lakin bununla yanaşı unutmaq 

da olmaz ki, ən qatı dil siyasətinə sinə gərən, ona kəskin müqavimət göstərə bilən 

dillər də mövcuddur. Məsələn; Malayziyada ingilislərin hökmranlığı dövründə ma-

lay dilinə çox cuzi miqdarda ingilis leksemləri daxil olub. İşğaldan sonrakı dövrlər-

də ingilis dilindən yerli dilə külli miqdarda söz alınıb.(4.s.79-80) Buradan belə nəti-

cəyə gəmək olar ki,dilə yeni sözlərin gəlməsi ticari və məişət məsələləriylə də bağlı 

ola bilər.  Fransız alimi V.Q.Qakın dili ilə desək “sözlərin alınmasında hər şeydən 

əvvəl,ticarət  əlaqəsi öz əksini tapır.Müharibələr də söz almanı stimullaşdırır”              

(5.s.92-93) 

Dilçilik ədəbiyyatında söz alma hadisəsi ilə bağlı bir sıra dolaşıq fikirlər möv-

cuddur. Abbasova B. iddia edir ki, alınmaların leksik alınmalar, fonetik alınmalar, 

orfoqrafik və qrafik  alınmalar, semantik alınmalar, morfololoji alınmalar, sintaktik 

alınmalar və s. bölgüsü əslində dildə baş verən hadisəni düzgün ifadə etmir və alın-

ma anlayışı  ilə dilə təsir hadisəsinin eyni tutulmasına xidmət edir.(6. s.14) 

 Qarayev A.H. isə yazır: "Alınma dildə xarici amilləri, yəni başqa dil ünsürlə-

rinin qrafik, fonetik, semantik, morfoloji və sintaktik sahələrində özünü göstərən 

başqa dil təsirlərinin məcmusu kimi başa düşülməlidir. (7.səh 4-5).  H.Həsənov isə 

daha konkretləşdirərək alınmalara sadə  tərif verir "Bir dildən digərinə müxtəlif 

ünsürlərin, söz, morfem, səs və mənanın keçməsi alınma adlanır".(8. səh.717) 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



249

Tədqiqlərə baxsaq aydın görə bilərik ki, "alınma" və "alınma söz"termini 

fərqli anlayışlardır. "Alınma söz" alınma termin adı altında ümumiləşdirilmə-

məlidir. Çünki dil  sözdən əlavə səs, morfem və  digər ünsürlər də alır ki, bunları 

sözlə qarışdırmaq olmaz. Hər ikisinin, alınma və alınma sözün dilə keçməsi ayrı-ay-

rı zərurətdən irəli gəlir.                                

N.Xudiyevin fikrincə "Alınma terminin özü  iki mənadadır. Birinci halda bu 

termin başqa dildən keçib daxil olduğu dili zənginləşdirən linqivistik vahid mənası-

nı bildirir. Geniş mənada "alınma " bir dildən başqa dilə söz keçmə prosesini göstə-

rir. Beləliklə , ikinci mənada bu proses, birinci mənada isə bu prosesin nəticəsini 

bildirir. "Alınma" termini mənaca "alınma söz" terminindən genişdir."Alınma söz" 

termini isə "əcnəbi söz" termini ilə eyni mənada işlədilə bilməz.(9. s.226-227) 

Sözsüz ki, alınma sözlərlə  əcnəbi sözlər eyniləşə bilməz. Çünki alınmalar 

assimilyasiya yolu ilə olsa belə dildə mənimsənilir, əcnəbi sözlər isə ədəbi dilə daxil 

ola bilmir, yalnız üslubi məqsədlə bədii nitqdə işlədilir. 

Ə.Dəmirçizadə alınma sözləri şərti və nisbi olmaqla 2 qrupa ayırır və onları 

belə izah edir;  Alınma söz anlayışı həm mürəkkəb həm də şərti bir anlayışdır. Müa-

sir Azərbaycan dilinin üslubiyyatında alınma sözlər dedikdə, əsasən, başqa dillərdən 

alındığı  dərin tarixi tədqiqat aparmadan məlum olan və üslubi məqsədə uyğunluq 

çalarlığı nöqteyi-nəzərindən mənşə mənsubiyyətinə görə xüsusiyyət təşkil edən söz-

lər nəzərdə tutulur.(10. s.91) 

Dil  əlaqələri sözalma proseslərindən danışarkən bilinqvizm və polilinqvizm 

haqqında danışmaq lazım gəlir. Alınmaların tədqiqini araşdırsaq görərik ki, bu barə-

də ilk tədqiqat aparmış dilçi H.Paul olmuşdur. Onun fikrincə alınma termini altında 

dillər çarpazlaşmış və ikidillilik yaranmışdır. 

Bu gün Azərbaycanda ancaq şərti olaraq ikidillikdən istifadə olunur. 

İmperiyanın müstəmləkəsində olduğumuz dövrdən bu günə kimi rus dilinin təsirini 

hiss etməkdəyik. Lakin əhalinin müəyyən qismi həm rus, həm azərbaycan dilində 

danışdığı üçün tam olaraq ikidillikdən söhbət gedə bilməz. Əgər hamılıqla iki dildə 

danışılardısa bu zaman ikidillilik olduğunu demək olardı. "Ədəbi dillər genetik 

cəhətdən şəhərlərlə bağlıdır" (11.s.125) fikri ilə razılaşmamaq olmur. Belə ki, günü-

müzdə də ikidillilik şəraitinin olduğu yer paytaxt Bakı olaraq qalır. ərəb istilası döv-

rünə nəzər yetirsək məlum olur ki, müəyyən müddət ərəb və fars sözləri avtoxton 

dilinin zənginləşməsində böyük rol oynasa da, əyalətlərə geniş müdaxilə edə bilmir-

di. Çünki ərəbizm və farssizmlər əsasən ziyalı dilində özünə yer edirdi. 

Alınma söz, alınma termin məsələləri rus dilçilyində daha dərin və çox əvvəl 

öyrənilməyə başlanmışdır. Rus dilçilərinin fikirlərinə diqqət etsək bəzi məqamlara 

dəqiqlik gətirmək olar. Dilçi A.P.Krısın alınma sözlərin dilə  gəlməsinin 6 şərtini 

göstərir: 

1)sözalan dildə alınma sözlərin fonetik və qrafik uyuşması 

2)sözalan dildə qrammatik kateqoriyalarla alınma sözlərin əlaqələndirilməsi 

3)alınma sözlərin fonetik mənimsənilməsi 

4)alınma sözlərin qrammatik mənimsənilməsi 

5)alınma sözün söz yaradıcılığındakı aktivliyi 

6)alınma sözlərin semantik mənimsənilməsi (12.s.35) 

 

 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



250

Ümumiyyətlə, bir dilin başqa dildən söz almasının səbəbləri vardır ki, bunu da 

dilçilər iki qrupa bölüblər; dildaxili və dilxarici səbəblər. Dilxarici səbəblərə hakim 

dövlətin dil siyasəti, hər hansısa dövlətin elm texnologiya iqtisadi, sosial, mə-

dəniyyət baxımından inkişafı nəticəsində yeni nailiyyətlərin əldə olunması və bunun 

başqa xalqlara yayılması aid ola bilər. Dildaxili səbəb kimi isə  aşağıdakı bölgünü 

göstərmək olar: 

1) ana dilində yeni predmet və hadisənin adlandırılması üçün ekvivalent 

sözün olmaması 

2) ifadə olunan anlayışın üzvlənməsinin ifadə edənin üzvlənməsinə 

müvafiqliyi tendensiyası 

3) lüğət vahidlərinin kommunikativ dəqiqliyinin artırılması və ya saxlanması 

tendensiyası 

4) Müvafiq mənanın müfəssəlləşdirilməsi, bəzi məna çalarlarının başqa 

sözlərə qoşaraq məhdudlaşdırılması tələbi 

5) Ekspressivlik tendensiyası; bu zaman üslubi sinonimlər nümunələrin 

sayının artırılmasına xidmət edə bilər 

6) Sözalan dildə alınma sözlərlə eyni tipli struktura malik sözlərin 

mövcudluğu 

7) Sözalan dildə  tərkib elementlərindən birinin üzvlənə bildiyi sözlərin 

topluluğu 

8) Əcnəbi sözdən derivatların yarana bildiyi onun implist söz yaradıcılığında 

iştirak etdiyi halda, ana dilindəki sözün bu cəhətdən zəif olması (6. s.24) 

Bu gün  dünyada yeni hadisələr, irəliləyişlər baş verməkdədir. Bütün  bunların 

adlandırılması isə bir dilin imkanları daxilində ola bilməz. Buna görə  də yeniliyi 

yaradan xalqın dilinə müraciət edilir, yeni anlayışla birlikdə sözün alınması baş ve-

rir.  məs: televizor, video, kompyuter, disk, fotoaparat. Lakin yeni innovasiya ya-

randığı ölkənin sərhədlərini aşa bilmirsə, söz dildən alınır və ekzotizm kimi  işlənir. 

məs: Rusiya imperiyasının kolxoz təsərrüfatının almanlara, ingilislərə heç bir dəxli 

olmadığından bu söz ekzotizm səviyyəsinə qalxa bilmir. Dilçilikdə məcburi sözal-

ma anlayışı da vardır ki, bu proses dilin lüğət tərkibinin zənginləşməsinə,  böyük 

köməklik göstərir. XIX əsrin sonu və XX ci əsr demək olar ki, yeni kəşflərin çoxal-

dığı günü gündən artdığı dövrdür. Sözsüz ki, yeni innovasiyaların belə sürətli inki-

şafı hər bir xalqın dilinin öz daxili imkanları şəraitində söz yarada bilməsinin qarşı-

sını alır. Belə ki, bu elmi texniki tərəqqi bir birinin adınca sürətli yox, müəyyən 

illər, yüz illər əzində baş versə idi bəlkə də onları hər bir xalq öz dilində adlandıra 

bilərdi. Lakin baş verənlər yeni sözlərin bütün dünya dillərinə yayılmasını 

zəruriləşdirir.məs: investisiya,  birja, faks, menecer, printer, fizioterapiya və s. 

Bu barədə rus dilçisi Y.D.Polivanov yazır: "Söz adətən o dildən götürülür ki,  

həmin dil özü anlayışın yayıcısı olmuş olsun". (12.s.137) Ümumiyyətlə ehtiyac və 

zənginləşmə naminə baş verən sözalma prosesinin dilə ziyanı olmur. Əlbəttə ki, 

alınmış söz assimilyasiyaya uğramır, işləklikdən qalır, dilə uyuşmursa onsuz da 

lüğət tərkibindən çıxmağa məruz qalır. 

Rus dilçiləri alınma və alınma söz problemini linqivistik, eyni zamanda sosial 

hadisə kimi qiymətləndirir və sözalma prosesi olmadan hansısa dilin inkişafını 

mümkünsüz hesab edirlər. B.A.Serebrennikovun fikrincə "Yad söz daha ekspressiv 

görünür və bu cəhətdən tanış və adi milli sözdən üstündür".(13.s.82) Alimin fikri ilə 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



251

tam razılaşmaq mümkün deyil, çünki "ekspressiv" görünən hər sözün dilə  qəbulu 

bəzən dili çirkinləşdirə bilər. Dilə daxil olan sözlər mütləq dil qanunlarına tabe 

olmalı, dilə uyuşmalıdır.Bəzən elə olur ki, dilə gələn alınma söz öz  səs tərkibini elə 

dəyişir ki,  onu alınma kimi qiymətləndirmək çox çətin olur. A.S.Çikobava doğru 

izah edərək yazır: "Çoxdan dilə keçmiş sözləri "yad" və "öz" sözləri kimi ayırmaq 

asan deyil. Bu həmin sözün dil sahəsində uzun bir yol keçdiyinin göstəricisidir və 

tarix üçün çox qiymətlidir".(14. səh14) 

Alınmaları tədqiq edən alimlərdən İ.M.Kreyn sözalma hadisəsini "bir dilin tə-

siri altında başqa bir dilin lüğət tərkibinin zənginləşməsi" adlandırır. (15. səh.11) 

Lakin Kreynin bu fikriylə razılaşmayan T.R.Yaqubova yazır: "Tədqiqatçıya  görə 

alınma bir dilin digər dilə təsiri nəticəsində meydana çıxır. Bu fikir doğru deyil.  Bu 

gün tibb terminlərinin 90 % latın dilinə məxsusdur və bu onu sübut etmir ki,  latın 

dili ingilis dilinə  təsir edir. Axı bu gün latın dili yoxdur". (16.səh.20) Dilçi T. 

Yaqubovanın bu fikri ilə razılaşmalı olsaq,belə bir fikir ortaya çıxar. Əgər bu gün 

hansısa bir dil və yaxud onun təsir qüvvəsi yoxdursa demək olmaz ki, nə vaxtsa 

həmin dilin axtoxton dilə  təsiri olmayıb.  Əslində alınma sözləri araşdırarkən, ölü 

dillərdən də alınmış kifayət qədər söz göstərmək olar. Və yaxud bu gün ərəb və fars 

sözlərinin dilə  qəbulu və yaxud təsiri yox səviyyəsindədir, lakin lüğət tərkibinə 

baxsaq xeyli ərəbizm, farssizmlərlə qarşılaşırıq. Deməli, bir dilin hansısa dilə təsir 

qüvvəsini tamamilə inkar etmək mümkün deyildir. 

Dilçi A.Huds alınmalara çox qısa və konkret tərif verərək bildirir  ki," bir 

dilin sözünün başqa dildə işlənməsi alınma adlanır".  Alimin bu tərifi çox lakonik 

və eyni zamanda məntiqə uyğun deyildir. Belə ki,  günümüzdə öz nitqində var-

varizmlərdən istifadə edən azərbaycanlılar az deyil. Sözsüz ki, onların işlətdikləri 

əcnəbi  sözlərinin hamısı alınma hesab oluna bilməz. Söz o zaman alınma hesab 

edilə bilər ki, sözalan dilə keçdiyi, zaman həmin dil tərəfindən tam mənimsənilsin. 

A.Hudsun  əksinə olaraq dilçi V.Y. Rozoneviç "əcnəbi elementlərin sözalan dil 

tərəfindən mənimsənilməsini və alınma sözün bu mənimsənilmənini nəticəsi oldu-

ğunu" yazır.(15.s.11) Göründüyü kimi, alınma sözlər yad sözlərdir. Lakin dil bu 

alınmanı aktiv şəkildə mənimsəyərək onu cəmiyyətin tələb etdiyi norma səviyyəsi-

nə qaldırır. Bu yad sözlərdən törəyən alınma sözləri tədricən dil tərəfindən özün-

küləşdirir.  

 Alınmalara müxtəlif aspektlərdən yanaşaraq sözalma hadisəsini tədqiq edən 

dilçilərin xeyli sayda müxtəlif, uyğun və eyni zamanda zidd fikirlərinə rast gəlirik. 

Alimlər alınmaları  mənşəyinə, mənbəyinə, işlənmə dairəsinə, alınma tarixinə  və 

başqa xüsusiyyətlərinə görə qruplaşdırır. 

Dilçi H.Həsənov sözlərin bir dildən başqa dilə keçmə yollarını 2 qrupa bölür: 

1) gəlmə sözlə 

2) alınma sözlər (8.s.20) 

Müəllifin fikrincə dilə zorakı  və  məcburetmə yolu ilə daxil olan sözlər 

gəlmə sözlər hesab edilir. Lakin  T.Yaqubova buna şərh verərək bildirmişdir ki, 

"gəlmə söz termininə etiraz edir, həmin sözlərin  əvəzinə ""gətirilmə" söz 

işlənməsini məqbul hesab edir.(16.s.28) Bu fikrə dilçi alim A.M.Qurbanovun da 

yanaşması qüvvət verir. Belə ki, alim dilimizə zorla gələn sözlərə ""gəlmə sözlər 

deyil", "məcburi alınmalar” adı vermişdir. (17.səh.194) A.M.Qurbanovun 

yanaşmasını daha doğru hesab etmək olr. Belə ki,”gəlmə” və “gətirilmə” ter-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



252

minindən fərqli olaraq “məcburi alınmalar” fikri daha dəqiq və dlğun ifadə edir. 

Alınmaları ümumişlək alınmlar, beynəlmiləl alınmalar, ekzotizmlər, var-

varizmlər olmaqla 4 qrupa bölünür.  A.Qarayev isə bu qruplaşmanı  bir az dəqiqləş-

dirərək belə qruplaşdırır: 

1)alınma sözlər 

2)gəlmə sözlər 

3)keçmə sözlər 

4)yad sözlər 

Belə ki, alimin fikrincə alınma sözlər dedikdə müəyyən tarixi zərurət nəticə-

sində, gəlmə sözlər dedikdə isə müəyyən zorakılıq və müdaxilə nəticəsində işlənən 

sözlər nəzərdə tutulmalıdır. Lakin bölgünün bu iki bölməsi çaşqınlıq yaradır. Alın-

ma sözlər terminin özü bölgü kimi deyil, başlıq kimi verilsəydi daha dəqiq ola bilər-

di. Əslində müəyyən zorakılıq və müdaxilənin hesabına yaranan sözləri də müəyyən 

tarixi zərurət nəticəsində yaranan sözlər siyahısında vermək mümkündür. Dilçi böl-

güsündə şifahi şəkildə alınan terminləri keçmə sözlər kimi nəzərdə tutur. Yad sözlər 

adı altında nəzərdə tutduğu sözlər isə tərcüməsiz başa düşülməyən alınmalar kimi 

qeyd olunur. 

B.Xəlilovun fikirlərinə diqqət yetirsək görərik ki,  o, alınmaları zəruri və məc-

buri alınma sözlər başlığı altında iki yerə ayırır. ”Başqa dillərdən müəyyən tələbatla 

bağlı olaraq alınan sözlər zəruri alınmalardır.Zorakılıq nəticəsində alınan yaxud ke-

çən sözlər isə  məcburi alınmalardır.” Alimin fikrincə xalqın mədəni yüksəlişi ilə 

əlaqədar olaraq dilə keçən sözlər zəruri alınmalar,istilalar dövründə dilə keçən söz-

lər isə məcburi alınmalar adlanır.Buna nəzərən qeyd etmək olar ki,ərəb,fars mənşəli 

sözlərin böyük qismi məcburi alınmalar hesab edilə bilər. 

"Alınma" deyəndə, bu məfhum altında artıq dilimizin təbiətinə tam mənada 

uyğunlaşmış doğma sözlər içərsində  əriyib qaynamış xəlqiləşmiş leksik vahidlər 

nəzərdə tutulur"(18.s.201) deyən T.Əfəndiyevanın bu fikrinə əsaslansaq klassik 

(ölüb getmiş) dillər arasında qədim yunan, latın, qədim yəhudi, misir, şumer, ba-

bil, sanskrit, pəhləvi və b. dillərin vaxtilə fəal olduğu məlumdur. Həmin alınma-

ların saysız hesabsız nümunələrinə bu gün də rast gəlirik. Lakin bu alınmalar 

tam mənasında assimilyasiya olduğundan onların məxəzlərinin izləri itmişdir və 

yalnız azsaylı kitabələri qalmış belə dillər haqqında nəsə söyləmək mümkün 

olur. Halbuki klassik dillərdən bir çoxunun yalnız adı  məlumdur. Belə bir 

vəziyyətdə tədqiqatçılar müxtəlif dillərdə hələ də işləkliyini saxlamış və klassik 

mənada "internasionalizmlər" adlanan beynəlxalq leksik-morfoloji fondun əsa-

sını  təşkil edən yunan-latın qrupuna diqqət yetirməyə  məcbur olmuşlar. Qədim 

yunan və latın dilləri artıq sıradan çıxmış olsa da, müasir Qərb dillərində və rus 

dillərində onların hələ də işlək ünsürləri qalmaqdadır. Bu dillərin tərkibinin mü-

hüm hissəsini ortaq klassizmlər təşkil edir. 

Ə.Dəmirçizadənin "Azərbaycan dilinin üslubiyyatı"  əsərində  də alınma 

sözlərin əcnəbi sözlərlə eyniləşdirildiyini görürük. Lakin alınmaları daha dərindən 

öyrənərkən onların əcnəbi sözlərdən fərqləndiyinin şahidi oluruq. Belə ki, yuxarıda 

qeyd etdiyim kimi, alınma söz etimon dildən sözalan dilə keçərək mənimsənilən , 

qaynayıb qarışan, uyğunlaşan sözə deyilir. Əcnəbi dilçilərindən A.V.Superanskaya 

və E.Hauqenin linqivistik baxımdan bölgüləri diqqət çəkir. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



253

Belə ki, E.Hauqen alınmaları 3 yerə bölür: 

1)morfem dəyişikliyi olmadan alınma  

2)qismən morfem dəyişikliyi ilə alınma 

3)tam morfem dəyişilməsi ilə alınma(7. s.8) 

E.Hauqendən fərqli olaraq A.V.Superanskaya bu bölgünü bir az da 

dəqiqləşdirərək aşağıdakı kimi qruplaşdırmışdır: 

1) yazıda dəyişiklik edilmədən bilavasitə alınma 

2) transliterisiya başqa yazı ilə verilməklə alınma 

3) elmi və tədris ədəbiyyatında elmi, fonetik və fonematik transkripsiya ilə 

alınma 

4) öz hərfləri ilə məhdudlaşmaqla praktik transkripsiya ilə alınma 



5) doğma dilin qrammatik vasitələri ilə morfoloji cəhətdən ifadə edilməklə 

alınma 


6) tam və ya qismən tərcümə olunmaqla leksik ifadə alınma 

Alınmaları "ədəbi və danışıq dili vasitəsilə alınma sözlər" deyə qruplaşdıran 

A.M.Qurbanov "ədəbi dilin yazılı forması  əsasında, yəni kitab vasitəsilə keçən 

sözlərin çoxu məhdud dairədə işlənir" (17.s.194) deyə fikir bildirir. 

Araşdırmalara baxsaq məlum olur ki, alınmaların böyük bir qismi şifahi 

yolla keçən sözlərdir. Belə ki, müəyyən tarixi şərait, ticarət  əlaqələrinin 

genişləndiyi dövrdən dilə şifahi şəkildə keçən, sonradan avtoxton dildə özünə yer 

tutan alınmalar  əksəriyyət təşkil edir. V.M.Belkinin fikrincə "Yazılı  -ədəbi dildə 

çıxarılmış alınmalar bir qayda olaraq, danışıq-dialekt nitqində saxlanılır". 

(19.s.62) 

Alınmaların taleyi də müəyyən tarixi şəraitə bağlıdır. Belə ki, hansısa bir 

dövrün məhsulu olan, vaxtilə hətta ümumişlək sözlərə belə çevrilən alınmalar elə 

tarixi zərurətdən irəli gələrək köhnəlməyə  məruz qalmış, arxaik sözlər fonduna 

keçməyə məcbur olmuşlar. Bu sözlərin əksəriyyətini ekzotizmlər təşkil edir  desək 

yanılmarıq. Dövrümüzdə bu sözlərə Sovet imperiyasının hökmranlıq etdiyi 

zamanların bədii əsərlərində rast gəlirik. məs:Şura höküməti bərpa olduqda Səməd 

dayı siyasi dəyişikliyi tədqiq etdi, yalnız kommunist firqəsinin hökümət 

sürdüyünü öyrəndi və "Hümmət" və "Ədalət"çilərin bu firqəyə mənsub olduğunu 

bildi.   (20. s.85) 

Şura höküməti kommunist, firqə sözləri bu gün dövrün tələbinə uyğun 

olaraq köhnəlmiş sözlər siyahısında yer almışdır. 

Alınmalardan, onların növlərindən danışarkən bu sözlərin mənimsənilməsi 

prosesindən danışmaq lazım gəlir. A.M.Qurbanov alınmaların mənimsənilməsini 

sözlərə fonetik, semantik, qammatik dəyişiklik mənimsənilməsini qeyd edir 

Alimin fikrinə görə fonetik dəyişmə zamanı sözdə ya bir söz başqası ilə əvəz 

olunur və ya sözə bir səs artırılır yaxud ixtisar edilir. Semantik dəyişikliyə alınma 

söz reseptor dildə öz mənasını müəyyən dərəcədə dəyişməklə, tam mənanı itirərək 

yeni mənada işlənməklə, bir neçə məna bildirməklə uğrayır. Qrammatik dəyişmə 

zamanı isə söz mənbə dildə bu və ya digər nitq hissəsi olduğu halda,  alınma 

nəticəsində başqa sözə çevrilir və yaxud mənbə dildə müstəqil məna kəsb edərkən 

başqa dilə keçən zaman şəkilçiləşir. (20. s.206-209) 

Ümumiyyətlə alınmaların mənimsənilməsində assimilyasiyanın rolunu inkar 

etmək olmaz. Əgər alınmalar dilə daxil olub vətəndaşlıq hüququ qazanırsa deməli 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



254

resepient tərəfindən assimilyasiya olunub.Bu gün dilimizdə kifayət qədər 

alınmalar vardır ki, assimilyasiyaya uğramışdır.Diqqət etsək görərik ki, 

assimilyasiya hadisəsi özünü əsasən  şifahi ünsiyyət nəticəsində keçmiş sözlərdə 

göstərir. 

Müasir Azərbaycan dilinin lüğət tərkibinə diqqət etsək saysız hesabsız alın-

malarla rastlaşırıq. Bu alınmalara da münasibət birmənalı deyil. Bəzi dilçilər 

hesab edirlər ki, alınmalar dilə  zənginlik gətirərək dilin söz bazasını artırır, 

bəziləri isə razılaşmayaraq bildirir ki, dilə daxil olan lazımsız alınmalar dili 

“çirkləndirir". 

"Dilə  hər cür əcnəbi sözü gətirmək, lüğət tərkibini zibilləndirməkdir". 

(10.s.98)  Ə.Dəmirçizadənin fikrinə qüvvət olaraq V.Q.Belinskinin qeydini yada 

salmaq olar. “Doğma dildə eyni qüvvədə olan söz əvəzinə xarici dilin sözünü 

işlətməklə sağlam mənanı və sağlam zövqü təhqir etmiş olarıq". 

Ehtiyac nəticəsində alınmaların özləri iki qrupa bölünür; mütləq alınmalar, 

məqsədsiz alınmalar. Burada məqsədsiz alınmalar termini şərti götürülür, çünki 

əslində hər bir alınma söz "dili çirkləndirməklə" yanaşı, ona nə isə bir yenilik gə-

tirir. (5. s.40) Abbasovanın bu fikrinə əsasən demək olar ki,  əsərin 1995-ci ildə 

yazılmasını  nəzərdə tutsaq keçmiş 18 il ərzində dilimizə  həqiqətən çoxlu sayda 

lazımsız və məqsədsiz şəkildə alınmalar daxil olmuşdur. Bu sözlər dilə hər hansı 

bir yenilik gətirsə də dili çox ciddi şəkildə korlayır və ən əsası dildə müəyyən si-

nonimlik yaradaraq bir müddət sonra milli sözlərimizin arxaik sözlər fonduna keç-

məsinə  zəmin yaradır. T.Yaqubovanın “Əgər alınmalar zərurət nəticəsində dilə 

gəlirsə,o zaman dilə müsbət təsir edir,lüğət tərkibinin zənginləşməsinə xidmət 

edir.  Əgər alınmalar məcburi yolla gətirilirsə, bu zaman onlar dağıdıcı funksiya 

daşıyır” fikriylə  razılaşmalı oluruq.(15.s.36) XXI əsrin elmi nailiyyətləri texniki 

tərəqqi, yeni kəşflər yeni sözlərin, yeni terminlərin yaranması deməkdir. İnsan onu 

əhatə edən bütün obyektlərə söz tapmışdır. Sözlər bütün hərəkət  və vəziyyətləri, 

elmi texniki inkişafın bütün cəhətlərini, hətta insan ideyalarınıda adlandırmağa 

qadirdir. 

Deməli, nə  qədər ki, insanlar, onların ideyaları, kəşfləri, elmi texniki 

sivilizasiya var, yeni terminlər və onların alınması prosesi davam edəcəkdir. Lakin 

dilçilərin yuxarıda qeyd etdiyim fikirlərini  əsas tutaraq demək olar ki, mümkün 

qədər dili daxil olan lazımsız və  məqsədsiz alınmalardan qorumaq, dili mənasız 

yükləməyə məruz qoymamaq daha doğru hesab olunardı. 

 

Ədəbiyyat 




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə