Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə26/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

 

1.    Səlim Cəfərov Müasir Azərbaycan dili. Leksika bakı 2007 

2.    Buludxan Xəlilov Müasir Azərbaycan dilinin leksikologiyası Bakı 2008 

3.  M.Z.Cəfərov Dilimiz və terminologiyamız. Terminologiya məsələləri,  Bakı,   

1984, səh. 



4.  Т.В.Дорофесва. Ролъ (онглиский эашитствованный в лексике малайэийс-

кого  яэыка.  Лексического  эашитвавния  в  яэыках  эарубежного  Востока. 

М. 1991 .стр.79-80 

5.   Гак  В.Г.  Вопросы  французской  филологии.  Сборник  статей  М.1975       

ст.92-93 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



255

6.  Abbasova B.Sözalma hadisəsinin əsasları,  Bakı,  1995,  14 səh. 

7.  Qarayev A.H. Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar, 

Bakı, 1989, 95 səh. 



8.  Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikası,  Bakı,  Maarif,  1988, 306 

səh. 


9. N.Xudiyev. Müasir Azərbaycan  ədəbi dilinin sovet dövrü, Bakı, Maarif,  

1989, 404 səh. 



10. Dəmirçizadə.Ə.M. Azərbaycan dili üslubiyyatı,  Bakı,  1962,  207 səh. 

11.  Б.А.Ларин  О  лингвистической  характеристике  города.История 

советского яэыкоэнаниа Хретоматия . М.1988. стр.125 



12.  Е.Д.Роливанов  Револючия  и  литературные  яэыки  С.С.С.Р  История  

советского яэыкоэнания хрестоматия М. 1988 



13. Б.А.Серебренников Ролъ человеческого фактора и яэыке.  М. 1988 

14. Чикобава Арн. Чанско мергелъско  груэинский сравънителный словаръ. 

Тбилиси, 1938 



15.  Крейн  И.Франсуэкие  эаимствавания XIX века    в  англиском 

литературном яэыке.  АКД, М.1963 



16. Təhminə Rasim qızı Yaqubova Azərbaycan mətbuat dilində alınmalar (1990-

2000), Bakı,  2008, 152 səh. 



17.  A.M.Qurbanov Azərb. ədəbi dili , Bakı, 1985, 406. səh 

18.Əfəndiyeva.T.Ə. Azərb. dilinin leksik üslubiyyatı,  Bakı,  Elm, 1980, səh.250 

19.  .В.М.Велкин  Современная  арабская  терминонгия  и  проблема  эашитст-

вования  в  исловиях  диглосии-Лексические  эашиствования  в  яэыках 

эарубежного Востока М.1991 

20  Böyükağa Talıblı seçilmiş əsərləri, Bakı, 1960, 165 səh 

21. А.В.Суперанская . Что такое топонимика? М.Наука 1985. 

 

Гюнел Пашайева 



История и происхождение заимствованная обогащение лексический состав 

Азербайджанского языка 

Резюме 

 

Происхождение Азербайджанского языка с точки зрения слов словаря 



богата  и  разнообразна.  Это  разнообразие  связано  с  политическими  со-

бытиями,  которые  произошли  в  определенные  исторические  периоды. 

Известно,  что  лексика  богатые  арабского,  персидского,  русского  слова.В 

статье  говорит  нам  словам    происхождения,  и  история  об  источнике  их 

получения. Иностранные лингвисты сослаться на мнения местных и заимс-

твованных слов были снова учился, пытался дать подробную информацию 

о  них.  Лексические  заимствования  в  языке,  включенных  в  нынешней 

ситуации,  статья  отражает  мнения,  собранные  о  них.  В  данной  статье 

представлены  взгляды  и  мнения  материалов  можно  использовать  в 

качестве материала, пригодного для возродиться зрения истории языка 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



256

Gunel Pashayeva  

History and sources of borrowings  enriching lexical composition in 

Azerbaijani language 

Summary 

 

The origin of Azerbaijani language in terms of vocabulary words is rich and 

diverse. This diversity is due to the political events that occurred in certain histori-

cal periods. It is known that the vocabulary  is rich of Arabic, Persian , Russian 

words. In this article tells us about  words of origin, and history the source of their 

receipt. The foreign  linguists refer to the views of local and borrowed words were 

studied again, tried to give detailed information about them. Lexical borrowing in 

the language included in the current situation, the article reflects the opinions 

collected about them. Presents  the views and opinions  of the materials can be used 

as a material useful for the revive  of the history of language in this article  

 

Rəyçi: Professor Sayalı Sadıqova 



 

 

 



 

 

 



 

 

 

   



 

 

 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



257

SEVİNC BAĞIROVA 

ADİU 

sevinc@mail.ru 

 

QURANİ-KƏRİMDƏ ƏCNƏBİ  SÖZLƏRİN İŞLƏNMƏ XÜSUSİYYƏTLƏRİ 

VƏ MİRZƏ HƏSƏN YÜZBAŞOVUN  PEYĞƏMBƏR KƏLAMLARINI ƏKS  

ETDİRƏN  SÖZ XƏZİNƏSİ 

 

Açar sözlər: Quran, ərəb dili, qeyri-ərəb dili, ayə, surə 



Ключевые слова: Коран, арабский язык, слова неарабского, происхождения. 

Key words: Koran, Arabic language, non-Arabic origin words  

 

Quran islam dinin əsas müqəddəs kitabıdır. Həmçinin məlumdur ki, Quran 



konkret ictimai-siyasi hadisələrlə bağlı olub, müəyyən sosial münasibətlər zə-

minində meydana gəlmişdir. İslam dininin nümayəndələri və burjua islamşünasları 

Quranun Məhəmməd peyğəmbərin  əsəri olduğu göstərirlər. Digər tərəfdən, islam 

ruhaniləri Quranın göydən Allah tərəfindən Cəbrayıl vasitəsi ilə  Məhəmməd pey-

gəmbərə göndərildiyini sübut etməyə xüsusi səy göstərmişlər. Quranın ayrı-ayrı his-

sələri öz məzmununa və üslubuna görə o qədər müxtəlifdir ki, onu bir müəllifin əsə-

ri hesab etmək olduqca çətindir. Onu qeyd etmək lazımdır ki, Quran 1400 ildən çox 

islam dininin yayıldığı ölkələrdə xalqların savadlanmasında əvəzsiz rol oynamışdır. 

İslam din xadimləri və müsəlmanlar Quranı «kəlami-şəri», «Allahın kəlamı», 

yaxud «Allah sözü», «Allahın vəhyi», «Kitablar anası» və  nəhayət «bütün dünyaı 

və xalqları maarifləndirən kitabı» adlandırırlar. Ruhanilər Quranı bel ətəsvir etmək-

lə onun ilahiliyinə və müqəddəsdiyinə inamı möhkəmləndirməyə çalışırlar. 

Quranda Məhəmməd peyğəmbərin həyatının çox cüzi bir hissəsi əks olunmuş-

dur. Quran ərəblərin tarixində orta əsrlərin ilk dövrlərinin qiymətli və tarixi abidəsi-

dir. Quranın çox hissəsi qafiyəli nəsr şəklində yazılmışdır. Bütövlükdə Quran 114 

surədən və 6200 ayədən ibarətdir. Surələr bir-birindən bismillahla ayrılır. Hər bir 

surə ayələrə bölünür. Quranın surələrindən olan bölmələri danışıq dilinə uyğunlaş-

dırılmışdır. 

Quran elmləri tarixində mübahisə edilən mövzulardan biri də Qurani-Kərimdə 

qeyri-ərəb mənşəli sözlərin olub-olmaması  məsələsidir. Quran elmlərinə dair təlif 

edilən əsərlərdə «Ğəribu-l-Quran» başlığı altında tədqiq edilən bu mövzu ilə əlaqə-

dar fərqli mülahizələr mövcuddur. Bir qrup alim Quranda qeyri-ərəb mənşəli sözlə-

rin varlığını qəbul etdiyi halda, digər bir qrup isə buna qarşı çıxır. 

Quranda qeyri-ərəb sözlərin olmadığını iddia edənlər də vardır. Onular Qu-

randakı bəzi ayələrə əsaslarırlar. Bunların başında Məhəmməd b. İdris əş-Şafei gə-

lir. Şafeiyə görə, Quranda bir dənə də qeyri-ərəb mənşəli söz yoxdur. Məhz Quranın 

özü Allahın kitabında ərəb dilindən başqa heç bir dildəki sözlərin olmadığına işarə 

edir.  Şafeiyə görə, Quranda qeyri-ərəb mənşəli sözlərin olmadığının sübutu «Biz 

hər bir peygəmbəri yalnız öz millətinin dili ilə göndərdikk i, (Allahın əmrlərini) ona 

izah edə bilsin» (İbrahim surəsi, 4-cü ayə). 

Bundan başqa,  İbn Cərir,  Əbu Ubeydə, Kadi Əbu Bəkr və  İbn Faris kimi 

alimlər də bəzi ayələrə söykənərək, Quranda qeyri-ərəb mənşəli sözlərin olmadığını 

bildirərək Şafei ilə ilə eyni fikri paylaşmışlar. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



258

Qısaca Quranda qeyri-ərəb kəlmələrin varlığını inkar edənlə bu müqəddəs 

kitabın açıq bir ərəbcə nazil olduğunu bəyan edən ayələrinə istinad edirlər. 

Yuxarıa qeyd etdiyimiz kimi bir çox alim Quranda qeyri-ərəğ mənşəli sözlə-

rin varlığını qəbul edirlər. Bu alimlər Qurankı belə sözlərin sayını müəyyən etməyə 

çalışmış və 700-ə yaxın olduğunu qeyd etmişlər. 

Digər tərəfdən səhabə zamanından etibarən, Quranda qeyri-ərəb hesab edilən 

sözlərin mövcudluğu qəbul edilmişdir. Belə ki, Suyuti İbn Abbas, Mücahid, Dəhhaq 

kimi səhabə və tabiin alimlərindən, İnd Əbi Hatəm, İbn Cərir, Səaləbi və başqa dilçi 

alimlərin nümunə gətirərək Quranda çoxlu sayda qeyri-ərəb mənşəli sözlərin oldu-

ğunu bildirmişlər. 

Ğəribu-l-Qurana dair erkən dövrlərdən etibarən müstəqil əsərlər də təlif edil-

mişdir. bu mövzu ilə əlaqədar ilk əsərin sahibi Əban b. Təğlibdir. 

Əban  İnb Təğlibdən başqa  Əbu Osman əl-Mazimi,  Əbu-Cəfər  ər-Ruvvasi, 

Müərric ibn Amr ən-Nəhvi, Əli ibn Məhəmməd əs-Səmisati, Əbu Ubeydə Məmər 

əl-Müsənna, Əbu Ubeyd Qasım ibn Səllam, İbn Dureynd əl-Kufi ət Təbəri ən-Nəh-

vi və s. kimi çoxlu sayda ali Ğəribu-l-Quran sahəsində əsər təlif etmişlər. 

Bu nöqtədə bir məsələyə aydınlıq gətirmək lazımdır. Quranda qeyri-ərəb mə-

nşəli sözlər vadrı deyərkən nə nəzərdə tutulur? Bu iddianın sahibləri o günə qədər 

ərəblərin o günə  qədər istifadə etmədiyi bir sözün Allah tərəfindən Quranda nazil 

edilməklə  ərəb dilinə daxil edilməsini, yoxsa artıq  ərəblərin istifadə etdiiy 

ərəbcələşmiş qeyri-ərəb mənşəli sözlərin istifadə edilməsini nəzərdə tuturlar? Bu 

sualın aydınlaşdırılması problemi həllinə yaxından kömək edəcəkdir. 

Fikrimizcə, Quranda qeyri-ərəb mənşəli sözlərin valğının inkar edənlər sualı-

mızın birinci hissəsini, qəbul edənlər isə ikinci hissəsini nəzərdə tuturlar. Bizə görə 

də, sualın birinci hissəsi  əlbəttə ki, yuxarıda qeyd olunan Quran ayələrinə ziddir. 

Quranda o günə qədər ərəblərin istifadə etmədiyi heç bir kəlmə yoxdur. Çünki əgər 

Quranda ərəbcə olmayan sözlər olmuş olsaydı, ayədə buyrulduğu kimi Quranın tam 

mətni açıq-aydın ərəbcə olmuş olmazdı. 

Sualımızın ikinci hisəssinə gəldikdə isə, bunu qəbul etmək fikrimizcə Quranın 

açıq aydın ərəbcə nazil olduğunu bəyan edən ayələri ilə ziddiyyət təşkil etmir. Bəs 

ərəbcələşdirilmiş sözlər nə deməkdir? 

Məlum olduğu kimi, tarix boyunc dillər müxtəlif səbəblərdən bir-birlərindən 

təsirlənmiş və bir-birindən söz kəlmə alıb-vermişlər. Ərəb dili də təbii olaraq başqa 

dillərdən təsirlənmişdir. 

Əslində ərəbcələşmiş sözlərin başqa dillərdən alındığı kimi ərəb dilinə daxil 

edilməsi demək deyil. Ərəbcələşmişdirmə, hər hansı bir dildən alınan sözün ərəb 

dilinə məxsus olan qəliblərdən birinə salınması və bu vəznə daxil edildikdən sonra 

ərəbcə olmasıdır. Yəni ərəbcələşmiş sözlər, ərəblər tərəfindən qəbul edilmiş – tam 

mənasıyla  ərəbcə hesab edilir. Həmin sözlər islama qədər artıq  ərəblər tərəfindən 

geniş şəkildə istifadə edilirdi və bu sözlər cəhilliyə dövrü ərəb şairlərinin seirlərin-

dən də öz əksini tapmışdır.  İmruul Qeys, Ləbid kimi şairlər öz yaradıcılıqlarında 

alınma sözlərdən istifadə edir və bu cür ərəbcələşmiş sözlər sırf ərəb dilinə aid söz-

lər kimi qəbul edirdilər. Məsələn, İbn Abbasın «Şeir ərəbin divanıdır. Allahın en-

dirdiyi Quranın bir sözünü başa düşmədiyimiz vaxt ərəbin divanına müraciət edir, 

mənanı orda axtarırıq» dediyi rəvayət edilir. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



259

Elə isə bir çox alimin də qəbul etdiyi kimi, Uca Allahın Quranda qeyri-ərəb 

mənşəli, lakin Quranın nazil olduğu dövrdə artıq ərəbcələşmiş sözlərdən istifadə et-

mişdir. Quranda bir sıra xarici dillərdən alınma sözlərin varlığı isə Müqəddəs Kitab-

da qeyri-ərəb mənşəli sözlərin mövcud olması  mənasını daşımır. Belə ki, Quran 

özündə ərəbcə olmayan sözlər deyil, ərəbcələşmiş sözlər ehtiva edir. 

Məqaləmizin bu yerində Quranda ərəbcələşmiş qeyri-ərəb mənşəli sözlərin 

varlığını  qəbul edən erkən dövr təfsirçilərindən bir-iki nümunə göstərmək yerində 

olar. Məsələn, erkən dövr təfsirçilərindən Qummi, Taha surəsinin ilk ayəsi olan 

«Taha» kəlməsinin Təyy dilində «Ya Məhəmməd» olduğunu söyləyir. Yenə Qəsəs 

surəsi 82-ci ayədə zikr edilən «veykəənnə» sözünün Süryani dilində alınma oldu-

ğunu bildirir. u dövrün bir başqa təfsirçisi Əyyvşi belə nəql edir ki, İmam Baqir (ə) 

və İmam Sadiq (ə) Hud surəsi 42-ci ayədə keçən «ibnəhu» sözünün əsilinin Təyy 

dilindəki «əbnəhu» olduğunu və «arvadının oğlu» mənasında işləndiyini söyləyirlər.  

Təqdi olunan nümunələrdən aydın olur ki, həm  Əhli-beyt  İmamları, həm də 

alimlər Quranda qeyri-ərəb mənşəli sözlərin varlığını  qəbul edirlər. Quranda 

ərəbcələşmiş qeyri-ərəb mənşəli sözlər mövcuddur və bu Quran ayələrinə zidd 

deyildir. XIX əsr Qarabağ ədəbi mühitində lirik şeirləri ilə fərqlənən Mirzə Həsən 

Qarabağı Yüzbaşovun adına tədqiqatçı alimlərin əsərlərində az təsadüf edilir.  

M.Tərbiyət “Hədiqətüş-şüəra” adlə  təzkirəyə  əsaslanaraq “Danişməndani-

Azərbaycan”  əsərində Kaşif Qarabağı adlı bir şairin adını  çəkmiş, onu XIX əsrin 

“Söz ustalarından biri” kimi göstərmişdir. Bu şair Mirzə Həsən Qarabağıdır.(1;3) 

Mirzə Həsən müasirləri arasında gözəl məsnəvi yazan bir şair kimi tanınmış-

dır. “Rəsmi vilayəti Qarabağ və şəhri-Şişə” (Qrabağ vilayəti və Şüşa şəhərinin adət-

ləri), “Oğluma nəsihət əsərləri, Xurşudbanu Natəvana, Mir Möhsün Nəvvaba, Hacı 

Abbas Agəhə yazılmış məktubları və təmsilləri şairin rəvan dilinə, sənətkarlıq mə-

harətinə sübutdur. (1;5) 

Şairin “Oğluma nəsihət” əsəri başdan-başa peyğəmbər kəlamları ilə səsləşən, 

XIXI əsr Qarabağ mühitinə bir nur kimi yayılan sənət nümunəsidir. 

Bu  əsər  şairin islam dinindən, islam qanunlarından xəbərdar olmasını, pey-

ğəmbər kləamlarını dərindən bilməsini sübuta yetirir. Bu da ondan irəli gəlir ki, şair 

mədrəsə təhsili görmüş, ərəb dilini mükəmməl öyrənmişdir. 

İslam dinində əxlaqın çox böyük əhəmiyyətə malik olduğunu dərk edən şair 

bu  əsəri yazarkən islam qanunlarına  əsaslanmışdır.  İslamın  əsas qayəsi insanları 

gözəl əxlaq sahibi kimi təkmilləşdirməkdir. İslam Peyğəmbəri Həzrəti Məhəmməd 

əleyhüssəlam belə buyurmuşdur: “Mən gözəl  əxlaqı tamamlamaq üçün 

göndərildim”. Bir müsəlmanın dəyəri onun əxlaqının gözəlliyi ilə ölçülür. Bu 

mövzuda Həzrəti Peyğəmbər ona ən yaxın insanların gözəl əxlaq sahibi olduğunu 

bildirmişdir. O “Allah yanında ən sevimli qullar   

Peyğəmbərin hədislərindən ruhlanan şair öz mənəvi aləmin işığını “Oğluma 

nəsihət” əsərindən əks etdirmişdir. 

Əsər beş hissədən ibarətdir: 

I hissə “Kibr və lovğalıq haqqında” 

II hissə “Elm haqqında” 

III hissə “Yoldaşlıq haqqında” 

IV hissə “Qumarın zərəri”  

V hissə “İçkinin zərəri” adlanır. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



260

Əsərin I hissəsində şairin kibr və lovğalıq haqqındakı fikirləri, düçüncələri öz 

əksini tapır.  Şair oğluna yersiz məğrumluqdan

 

lovğalıqdan uzaq olmağı tövsiyə 



edir;  Şairin fikrincə  ağıllı insan heç vaxt lovğalanmamalı, içində özünü gözdən 

salmamalıdır: 

Kibr eyləmə xəlqə, olma mərur, 

Kibr ilə cahanda olma məşhur. 

Hər kimsə ki, oldu kibrə rağib, 

Divanəliyə olubdu talib (2;166) 

 

“Kibrə hörmət bəsləyənlərin axırı divanəlikdir” deyən  şairin fikri 



Peyğəmbərimizin “Ədəbi olmayanın ağlı da olanın kəlamından irəli gəlir. (3;23) 

Əsərin II hissəsində şair elm haqqında oğluna dəyərli məsləhətlər verir, elmin 

hər kəlamını bər- adlandırır. 

Elmə böyük hörmət bəsləyən şair “elmə, dilə hörmət eləməklə

 

haqqa getmiş 



olarsan” deyə oğluna belə söyləyir: 

Burada şair “xudaşünas olarsan” deməklə İslamın əsas qayəsi “Elmi” nəzərdə 

tutmuşdur. 

Elm Allah Taalanın sifəti və onun bəşəriyyəti ilk fərmanıdır. Qurani Kərim 

“Oxu! Buyruğu ilə başlamış, Allahın birliyinin dılması ilə davam etmiş, 

tənbəllikdən  əl çıkibişləməyi müsəlmanların qarşısına bir məqsəd qoymuşdur. 

Peyğəmbərimiz də üç məsələyə böyük əhəmiyyət vermişdir: (4;28) 

1.  Elm 


2.  İnam 

3.  Əməl 

Mirzə Həsən Yüzbaşov da bu qanunlara böyük hörmət miş, “Oğluma nəsihət” 

əsərində elmə üstünlük vermiş, elmi dövlətdən üstün tutmuşdur. 

Peyğəmbərimizin “Elm istifadə olunduqca artar, mal isə azalar.” (4;30) 

kəlamına əsaslanaraq şair oğluna belə deyir: 

Şair özümün var-dövlətinin  əldən getməsinə  təəssüflənmir, elminin onu 

havadar olmasına, yar olmasına sevinərək belə deyir: 

Oğluma nəsihət  əsərinin III hissəsi “Yoldaşlıq barədə adlanır.  Şairin oğluna 

nəsihəti budur ki, Əsli

 

olmayanla yoldaşlıq etmə, yoxsa bəlaya düçar olarsan. Şair 



oğlunu qəza bəladan uzaq olmağa səsləyir.  Şair dost seçərkən oğluna ehtiyatlı 

olmağı, hər bir özünə dost tutmağı arzulayır: Şairin fikrincə əsl dost rəftarı gözəl, 

ədəbdə, kamalda seçilən bir insan olmalıdır. Şairin bu fikirləri Peyğəmbərin “İnsan-

ların  ən fənası birinə bir üz, başqasına başqa üz göz ikiüzlü adamdır” (3;21) 

kəlamından irəli gəlir. Əsrin IV hissəsində qumarın ziyanından bəhs olunan oğluna 

qumarın ziyanını bildirir, insan üçün çoxtəhlükəli olduğunu göstərir: 

Şair oğluna insanın ləyaqətini,  şərəf və namusunu qumardan uzaq olmağı 

tövsiyə edir: Şair oğlunu hər iki dünyada ziyankarlıqdan uzaq olmağa səsləyir. Bu 

fikirlər Peyğəmbərimizin “Bu dünyada insanlara əzab verənlər qiyamət günü ən 

şiddətli  əzaba düçar olarlar” kəlamı ilə  səsləşir (3;16). Əsərin  V hissəsi “İçkinin 

zərəri” adlanır. Şair oğluna əlinə şərab almamağı, dinini itirməməyi məsləhət görür: 

Bu aydan görürük ki, şair islam dininə olan məhəbbətini dirmiş, oğlunu 

dinimizə zidd adətlərdən qorumağa çalışmışdır. 

Şair oğlunu şərabdan uzaq olmağa səsləyir. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



261

“Övladınızla xoş  rəftar edin və onlara gözəl tərbiyə verin” - (3;19) 

Peyğəmbərimizin bu hədisini  şair öz mənəvi aləminə bir işıq yaymış, elmə  dəyər 

verən,  əxlaqi gözəlləşdirən, mənəviyyatı ucaldan gözəl bir xəzinə - “Oğluma 

nəsihət”  əsərini yaratmışdır.  Şair  şerin hər bir hissəsini hədislərə uyğun olaraq 

seçmiş.  İslam dininin insana nak etiqad, yüksəkəxlaq bəxş etdiyini bildirmək 

istəmişdir. airin əxlaqlı insan olduğunu göstərən bu əsər gələcək nəsillərə bir tərbiyə 

vasitəsidir. Ümumiyyətlə Mirzə Həsən Yüzbaşov yaradıcılığı geniş hərtərəfli tədqiq 

olunmadığından öz tədqiqatçılarının gözləyir.

 

 



Ədəbiyyat  

 

1.  Əyyaşi, Muhəmməd ibn Məsud, Təfsir əl-Əyyaşi, Beyrut, 1991. 



2.  İbrahim, Zeyyan Əhməd  əl-Hac, Kurani-Kerimcə Arapça olduqları tartışmalı 

kelmelər (tərc. Dr. Ahmet Bostancı), Sakarya Universitesi İlahiyyat Fakültesi 

Dergisi. 

3.  Məhdəvi,  Əhməd ibn Əmmar,  ət-Təhsil li fəvaid  ət-təfsil, Süleymaniyyə 

kitabxanası, Murat Buhari №18 (əlyazma). 

4.  Sənna Xəlil, Nuzul əl-Quran əla Səbəti Əhrufin, Qahirə, t.y. 

5.  Rafil, Mustafa Sadiq, Tarixu ədəbi-l-arab, Beyrut, 2000. 

 

С.Багирова 



Слова не арабского происхождения в Коране 

Резюме 


 

В  настоящей  статье  рассматривается  вопрос  о  существовании  или  не 

существовании в Коране слов, не арабского происхождения. Здесь отмечается, 

некоторые  мусульманские  учёные  отрицают  присутствий  в  тексте  Корана 

неарабского  происхождения.  В  качестве  доказательства  приводятся  ис-

торические  аяты.  Другие  же  учёные,  утверждают,  что  в  Коране,  всё  же,  от-

сутствуют арабизированные слова неарабской этимологии. 

 

S.Bagirova 



Non-Arabic origin words in Koran 

Summary 


 

This article deals with the existence or absence of the non-arabic origin words 

in Koran. It is noted that some Islam scientists deny the existence of non-arabic 

origin words in Koran. As a fact the show the Koran ayets. But some scientists 

consider the existence o non-arabic origin words are possible in Koran. According 

to these opinion there are a lot of non-arabic origin words in Koran. 

 

Rəyçi:                 Rəfiq  Cəfərov  



              filologiya  üzrə fəlsəfə  doktoru, dosent  

 

Filologiya  məsələləri – №10, 2013

 

 



262

                                                                             GÜNAY QULİYEVA  

(AMEA Əlyazmalar İnstitutu) 

   Quliyevagunay@box.az

 

 



HƏMZƏ DAYAQLARININ ORFOQRAFIYASI 

 

Açar sözlər: həmzə, əlif (ا), vav (و), yə (ي), hərəkə, fəthə, kəsrə, dammə 

Ключевые слова: хамза, алиф (ا), вав (و), йа (ي), харака, фатха, касра, дамма    

Key words: hamza, alif (ا), vav (و), ya (ي), haraka, fatha, kasra, damma 

 

Hərfən “iynə”, “sancma”, “batırma” mənalarını bildirən həmzə (ٌةَﺰْﻤَه və yaxud 



ٌﺰْﻤَه) samiti haqqında hələ ən qədim ərəb dilçiləri və qrammatikləri qiymətli kitabça 

və elmi məqalələr, risalələr yazmışlar. Həmzənin orfoqrafik prinsipləri orta 

əsrlərdən başlayaraq ta müasir dövrümüzədək alimlər qarşısında bir problem olaraq 

qalmaqdadır (4, s.18). 

Həmzə müstəqil bir hərflə deyil, “ء” işarəsi ilə göstərilir, həmin işarə müxtəlif 

fonetik şəraitdə gah sərbəst bir fonem kimi çıxış edir, gah da zəif hərflərdən ibarət 

“həmzə dayaqları”ndan asılı  vəziyyətə düşür.  Ə. C. Məmmədovun “Ərəb dili” 

dərsliyində  həmzə dayaqlarının seçilməsi haqqında yazılır ki, başlanğıc 

həmzəsindən başqa, bütün qalan hallarda həmzə dayaqlarını düzgün yazmaq üçün 

xüsusi orfoqrafik qaydalar var. Həmzənin hərəkəsi ondan əvvəlki qonşu hərfin 

hərəkəsi ilə  aşağıdakı üstünlük sisteminə  əsasən müqayisə edilir və hansı 

üstündürsə dayaq da ona müvafiq şəkildə seçilir. Üstün hərəkə kəsrədirsə “yə” hərfi 




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə