Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə28/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   50

 ى

-

 و 

-

ا ) 

və ya da həmzədən sonrakı hərf nəzərə alınmalıdır 

(məsələn,  əvvəlcə    ّﻰﻣﺎـﺷ , sonra

 

نﺄـﺷ

 

, daha sonra isə  ﺔﻄﻧﺎـﺷ 



 

 sözü yazılır). Söz 

tərkibindəki dayağı olan həmzədən sonrakı  hərf eyni olduqda, lüğətlərdə  əvvəlcə 

əlif (ا), sonra həmzə (ء), vav (و), nəhayət, yə (ى) əlifba sırasında olduğu kimi əsas 

götürülür. Belə ki, əvvəlcə ﺔـﻤﺌﺷ  sözü, sora isə ﺔـﻤﻴﺷ verilir. 

 

 Ədəbiyyat 



 

1.  Əl-Abbasi X. N. Ərəb dilinin imla qaydaları, Bakı-2010, “Elm və təhsil”, 139 s. 

2.  Məmmədəliyev V. M. Ərəb dilçiliyi, Bakı, 1985, 288 s. 

3.  Məmmədov Ə. C. Ərəb dili, Bakı, “Maarif”, 1988, 630 s. 

4.  Süleymanov Q. R. Ərəb fonetikasında, leksikoqrafiyasında və orfoqrafiyasında 

həmzə (filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş 

dissertasiya), Bakı, 2004, 141 s. 

5. 


، ﺺﺋﺎﺼﺨﻟا ، نﺎﻤﺜﻋ ﺢﺘﻔﻟا ﻮﺑأ ﻰّﻨﺟ ﻦﺑإ

 ﺟ 

١

-

 

٣

 ، ةﺮهﺎﻘﻟا ،

١٩۵٢

 ‘ 

ص

 

٨٦٧

 

 

6. 



 ، ةﺮهﺎﻘﻟا ، ﺮﻴﺒﻜﻟا حﺮﺸﻟا ﺐﻳﺮﻏ ﻰﻓ ﺮﻴﻨﻤﻟا حﺎﺒﺼﻤﻟا بﺎﺘآ ، ﺪﻤﺤﻣ ﻦﺑ ﺪﻤﺣا ﻰﻣﻮﻴﻔﻟا

١٩۴٧

 

Г.Гулиева 

Орфография подставки хамзы  

Резюме 


 

Объектом фонетики является звук. Исследование «хамзы» в орфографии 

арабского  языка  и  изучение  произношения  согласного  звука  «хамза»,  его 

место и писание в арабской орфографии - главная цель этой статьи. 

Согласный  звук  «хамза»  очень  интересная  и  важная  тема.  И  поэтому 

классические и современные арабские учёные и многие мировые востоковеды 

в  своих  лингвистических  произведениях  отобразили  ценные  мысли  по  этой 

теме. В настоящее время согласный звук «хамза» являеться одним из главных 

источников исследования. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



269

G.Quliyeva 

Orthograpy support of hamza 

Summary 


 

Object phonetics are sounds. The principal aim of this article is to investigate 

the place spelling of the “hamza” in arabic orthography.  

Consonant “hamza” which includes in arabic language system is very 

interesting and important subject. For this reason either classical and contemporary 

arabic scientists or many orientalists in the word express rather valuable opinions 

about this subject in their linguistic works and the throat consonant “hamza” 

became the important object of the research in arabic language.  



 

  

Rəyçi:                     Azadə Musayeva 



                 filologiya üzrə  elmlər  doktoru,  professor 

 

 

 



 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



270

RÖVŞƏN QURBANOV 

AMİ-Cəlilabad filialı 

rovsen.f@mail.ru 

 

MASALLI ŞİVƏLƏRİNİN LÜĞƏTİNƏ DAİR 

 

Açar sözləri: fel, şivə, dialektologiya, frazeoloji birləşmə, mürrəkkəb fel. 



Key words: verb, meaning, dialect, phrases, and compound verb. 

Ключевые  слова:  Глагол,  значение,  говор, диалектология, фразеологичес-

кое сочетание, сложный глагол. 

 

Azərbaycan dili dialekt və şivələrinin sistemli şəkildə toplanmasına keçən əs-



rin 20-ci illərindən başlanılsa da, bəzi bölgələrin  şivə xüsusiyyətləri hələ  də tam 

şəkildə öyrənilməmişdir. Masallı rayonu da belə bölgələrimizdən biridir. Şübhəsiz, 

bu bölgəyə məxsus şivə xüsusiyyətlərinin öyrənilməsi  Azərbaycan dilçiliyinin bü-

tün sahələrinin inkişafına öz müsbət təsirini göstərəcəkdir. 

Masallı rayonunda yaşayan əhalinin danışığnda özünü göstərən şivə xüsusiy-

yətləri zənginliyi və özünəməxsusluğu ilə seçilir. Xusisilə, şivə xarakterli fellər bu 

baxımdan diqqəti daha çox cəlb edir. Bu məqalədə, əsasən, Masallı şivələrində işlə-

nən və bu vaxta qədər dialektoloji lüğətlərdə qeydə alınmayan fellər haqqında məlu-

mat verməyə çalışacağıq: 

Bıyıxmağ – büzüşmək, kirimək.  A bala , niyə bıyıxıb durubsan? Bu felin Şa-

maxı  və Kürdəmir  şivələrində donmaq mənasını verməklə  işlənən bıymaq [2,54] 

felindən yarandığı  qənaətindəyik. Bunu hər iki felin ifadə etdiyi mənadan da gör-

mək olur. R. Rüstəmov şivələrdə işlənən sadə fellər və fel düzəldən şəkilçilər haq-

qında danışarkən bıymaq feli və -ix, -ik, -ux, -ük şəkilçiləri haqqında geniş məlumat 

vermişdir [12-26,108]. 



Bıcıtmağ // bıcıtdamağ – oğurlamaq. Qonşu oddunnarımızın yarsın bıcıdıb

Bu fel hər cür oğurluq hadisəsi zamanı yox, əsasən, bir-birlərini tanıyan iki şəxsdən 

birinin digərindən çox da qiymətli olmayan bir əşyanı oğurladığı zaman işlədilir. 

Bıçmağ - oğurluq etmək məqsədi ilə səssizcə axtarmaq, səssizcə oğurlamaq. 

Ay uşax, bı evdə nə bıçırsan? Fikirimizcə, yuxarıda haqqında məlumat verdiyimiz 

bıcıtmağ feli də  bıçmağ felindən yaranmışdır. Dilimizdə feldən fel düzəldən –it

4

 

şəkilçisinin olması, dilimizin çingiltiləşmə qanuna əsasən söz sonunda ç samitinin c 



samitinə keçə bilməsi və hər iki sözün bir-biri ilə məna bağlılığının olması bizə bu-

nu deməyə əsas  verir. 

Qeyd etməliyik ki, bıçmaq feli qədim türk yazılı abidələrinin dilində kəsmək, 

doğramaq mənasında işlədilmişdir [8,306]. Ola bilsin ki, hal-hazırda Masallı 

şivələrndə işlədilən bıçmaq feli həmin felin polosemantikləşərək yeni məna kəsb et-

məsindən yaranmışdır. Çünki tarixən dilimizdə  kəsib-doğramaq, talamaq,  yağla-

maq felləri  bir-birinə nisbi sinonim kimi yanaşı işlənmişdir. Biz bu polosemantik-

ləşmə hadisəsini dilimizdə kəsmək, doğramaq mənalarını verən çapmaq  və  yarmaq 

fellərində də görürük. Elə Masallı şivələrinin özündə çapmaq və yarmaq felləri kəs-

mək, doğramaq mənaları ilə yanaşı qarət etmək, oğurlamaq mənalarında da işlədilir. 

Məs: (oğrular axşam qonşımın evin çapıblar),  (oğrilar bı il iki dəfə dükanımızı 

yarıblar). Dilimizdə oğru mənasını verən çapıq // çapovul sözlərinin olması [1, I c., 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



271

445-446], dilimizin əksər şivələrində çapo:ul // çapo: ulçu //  çapo:çi sözlərinin oğ-

ru, qarətçi sözlərinə sinonim kimi işlədilməsi [2, 89] bunu bir daha sübut  edir. 

Cərçilix´ etməx´ – xəsislik etmək. Cərcilix´ eləmə uşağa pıl ver. Bu fel xırda-

vat alverçisi, xırdavatçılıq mənalarını verən köhnəlmiş  çərçi [1, Ic.,468 ] sözünün 

əsasında, həmin peşənin xüsusiyətlərinə əsaslanaraq yaranmışdır. 

Cıllıtmağ – deməmiş götürmək, oğurlamaq.  Uşağ noğılları  qəndqabınnan 

cıllıdıb. Bu fel əsasən yaxın adamlardan birinin digərinə məxsus bir şeyi deməmiş 

götürdüyü zaman işlədilir. 



Curraşmağ – dostlaşmaq.  Bizim uşağlar yenə  də curraşıblar. Bu felin 

kökündə Masallı şivələrində dost, Kürdəmir şivəsində şərik mənasını verən cur sözü 

durur [2, 82]. Bir sıra türk dillərində curraşmağ feli ilə məna bağlılığı olan cur // çur 

tərkibli sözlərə də rast gəlinir: Buryat dilində çurttaş həmyerli mənasında [4, 154],  

Orxan-Yenisey yazılı abidələrində mürəkkəb  şəxs adlarının tərkib hissəsi kimi 

(Küliçur, Karaçur, Tadıkançur [8, 308]), qədim türk dilində isə çur sözü xüsusi ad 

və rütbə mənasında işlədilmişdir [6, 157]. Fikrimizcə, Osmanlı türkcəsində üç simli, 

qopuza oxşar    musiqi  alətinin adı olan cura [9, 72] sözünün kökündə  də çur sözü 

durur. Türklərin simli musiqi alətlərinə münasibətini nəzərə alaraq bu fikri əsaslan-

dırmaq olar. 



Çınqımağ – vurmaq üçün atılmaq, üstünə cummaq. Adamların arasınnan 

çınqi: b oni vırdi. Ucar şivəsində bu fel cınqumax formasında, işlədilərək bərkdən  

qışqırmaq mənasını verir  [2, 77]. Dilimizin əksər şivələrində çınqı sözünə qığılcım, 

Gədəbəy şivəsində isə nadinc mənasında rasr gəlirik [2, 99]. 

Darmalamağ – acgözcəsinə yığıb-toplamaq. Gəlin evdə nə varsa  darmale:r 

aparır. Fikirimscə, darmalamağ feli dartmaq felindən düzəlmiş t samitinin düşməsi 

nəticəsində hazırki, formasını almışdır. Masallı şivələrində darmalamağ feli ilə ya-

naşı çəngə (bir ovucluq [1.Ic., 466]) mənasında darma sözü də işlədilir. Darma sö-

zünün ifadə etdiyi bu məna onun dartma, dartmaq sözlərindən yarandığını açıq-ay-

dın göstərir. 

Dikgəşməx´ – dalaşmaq, yola getməmək.  Ay uşağ, orda nə dikkəşirsüz? Biz 

bu felin Çəmbərəkənd şivəsində davakar mənasını verən tik [2, 497], Qax şivəsində 

höcət, tərs mənalarında işlədilən tikgan [2,497], qədim uygur dilində isə vuruşmaq, 

bir-birini itələmək mənalarını əks etdirən tikişmək [7, 150] sözləri ilə bağlı olduğu 

qanaətindəyik. Söz əvvəlində  t samitinin d samiti ilə  əvəzlənməsi hadisəsi, nəinki 

dilimizin şivələrində bütün türk dillərində geniş yayılmış fonetik hadisə hesab olu-

nur [10, 78]. 

Dilbəhəmlix´ etməx´ – Söz güləşdirmək, çox danışmaq.  Sən nə yaman 

dilbəhəmlik ele:rsən. 

Duruxmağ –təəccüblənmək, mat qalmaq. Ədə, nə duruxub baxırsan, köməx´ elə. 

Həşən etməx´ - ətrafa yaymaq, səliqəsiz  şəkildə ora-bura yaymaq. Uşaqlar 

hər şeyi həşən ele:blər evin ortasına. Bu felin əsasını təşkil edən həşən sözü döy-

mək üçün xırmana tökülən dərz mənasında dilimizin bir sıra  şivələrində 

işlənməkdədir [2, 204]. 

Hö:l eləməx´ // hö:lləmməx´ - ürəyi sıxılmaq, əsəbiləşmək. Əli bı hadisədən 

hö: l ele:b  getdi.                                                                               

 İgəşməx´- məsləhətləşmək, məsləhət etmək. Oğlım heç kimə igəşmədən bı işi 

görüb.  Bu fel Cəlilabad və Kürdəmir  şivələrində igəşməg  şəklində  işlənərək 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



272

mübahisə etmək mənasını verir. Yardımlı  şivəsində isə igəşmək felindən düzələn 

igəşüg sözü mübahisəli mənasında işlədilir [2,231]. 

Qanqıxdırmağ  – çaşdırmaq, gicəltmək.  Sən məni öyrətməydən  dayca 

qanqıxdırırsan. Bu sözün qanmaq feli əsasında yarandığı ifadə etdiyi mənadan açıq-

aydın görünür. 



Qaraxarman etməx´ // xarman etməx´ – bərk döymək, vurub-əzmək. 

Qonşım oğlın bəyax qaraxarman elədi. Bu fel xırmanda sünbülün, dərzin döyülərək 

emal edlməsı işi ilə əlaqədar olaraq çoxmənalılaşma əsasında yaranmışdır, 



Qayıllığ etməx´ – qane olmaq. Mənim verdiyimə qayıllığ eləmer  özi də 

götürür.  

Qoncuxmağ – narahat oturmaq, oturduğu yerdə  tərpəşmək.  Ay  uşağ  nə  

qoncuxursan, düz oti. Çox güman ki, bu fel oturmaq, məskunlaşmaq mənalarını 

verən arxaikləşmiş, türk mənşəli konmaq [7, 43] sözünün əsasında yaranmışdır. 



Leşqurd etməx´ // leşqord etməx´ – ala-yarımçıq yemək, çeynə-tüpür etmək. 

Qonaqlar yeməyin çoxun leşqurd elədilər. 

Ləcən eləməx´ – ora-bura dağıtmaq, yerlə bir etmək. Kisə cırıldi bığda ləcən 

oldi yerəDilimizin bir sıra şivələrində ləcən sözü  lejan // lejən//lecan formasında 

bol, çox mənalarını ifadə etməklə işlədilir [2, 325]. 



Nəkiməx´ – tərslik etmək.  Dostum elə  nəki:b sözə qulağ asmer. Dilimizin 

Qazax rayonu şivəsındə bu fellə bağlı olan nəkəz sözü tərs mənasında,  Şamaxı 

şivəsində isə nəksö:n sozü acgöz mənasında işlədilir [2,372]. 

Salayçılığ eləməx´ – qapı-qapı gəzmək, söz gəzdirmək.  salayçılıq elərsən 

oti evündə  dənə. Salayçılığ sözünün M. Kaşgarinin divanında evlərdəki sirr 

mənasında işlədilən sal sözü [5] və  əski türk dilində  xəbərçi, söz gəzdirən 

mənalarını verən sabçı [7, 47] sözü ilə bağlı olduğunu düşünürük. Sözlərdə  həm 

məna, həm də səs tərkibi baxımından yaxınlığın olması bunu deməyə əsas verir. 



Socumağ – ora-bura soxulmaq, ani yüyürmək. Az ora-bIra soci, bir az dincəl.  

Surunnaşmağ – halsızlaşmaq, xəstələnmək. Qara inəyim  surunnaşıb, heçnə 

yemer. Bu fel  yalnız mal-heyvanla bağlı işlədilir. Tovuz şivəsində bu sözlə bağlı 

olan  surunu sallamağ frazeloji birləşməsinə    qaşqabağını tökmək mənasında rast 

gəlirik[2, 448]. 

Süməx´ləşməx´ – ağarmaq.  Dostum qocalmamış başı süməkləşib. Qeyd 

etməliyik ki, bu fel yalnız saçın ağarması hadisəsinə aid edilərək işlədilir. 

Süməx´ləşməx´ feli əksər  şivələrdə daranmış yun, təmizlənməmiş yun mənalarını 

əks etdirən süməx´ [2, 450] sözündən yaranmışdır. Eyni mənada süməx´ sözü 

Osmanlı türkcəsində də işlədilir  [9, 379]. 

Toxumağ – tapdalıyıb-keçmək, əzmək. Yol tapammədi toxudu əkinin  içinnən 

keşdi. Qədim türk yazılı abidələrinin dilində bu fel eyni mənanı ifadə etməklə 

toxumak formasında işlədilmişdir [7, 152]. 



Ticəməx´ –Nəyisə dib-dibə, yaxın-yaxın yerləşdirmək,  əkmək.  Bı  ağajdari 

niyə  ticebsən  bir-birinin yanına?  

Tuallaşmğ – kifsimək, xarab olmaq. Çörəx´ çoxdan qalıb tuallaşıb. 

Utuxmağ  – nəfəsini utmaq, sakit durmaq. Dərsin oxumiyan  uşağlar  

utuxmışdi. 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



273

Üzükməx´ – aradan çıxmaq, qaçıb-getmək.  Uşağlar meyvələri dərib 

üzükdülər.  Cəbrayıl və  Zəngilan  şivələrində üzükməx´ feli görünmək, gəlmək 

mənalarında işlədilir  [2, 528]. 



Yelisgiməx´ – xarab olmaq. İncillərin hamısi ağajda  yelisgi:b. Çəmbərəkənd 

şivəsində bu fel yelix´səməx´, Qazax şivəsində isə yelinsəməx´ formasında 

işlənərək xarab olmaq mənasını verir [2,546]. 

Əndalağ olmağ  –  səliqəsiz  şəkil almaq, dağılamaq.  Uşağın paltarrari 

əynində əndalağ olub. 

Masallı  şivələrində  işlənən  bu tip fellərin sayını bir qədər də artırmaq olar. 

Qeyd etməliyik ki, Masallı şivələrində məqalədə bəhs etdiyimiz fellərlə yanaşı dili-

mizin müxtəlif şivələrində işlənən və dialektoloji lüğətlərdə öz əksini tapmış fellər 

də işlədilir,  məsələn: çəyləməx´ (qarışdırmaq), cəhl etməx´ (mübahisə etmək), dı-

zmırrığ etməx´ (qoluzorluluq etmək), gözəməx´ (toxumaq, tikmək), ho:lamağ (irin-

nəmək), hozılığ eləməx´ (kobudluq etmək), xırd etməx´ (sakitcə yemək), xıtılanmağ 

(yltaqlanmaq),  karıxmağ (gicəlmək), qızırğanmağ (xəsislik etmək), quzulamağ  

(ovulmaq, çoxalmaq),  öləziməx´ (solmaq),  pölüşgüməx´ (solmaq), pöjdəməx´ 

(yandırmaq),  sırtılmağ  (hayasızlaşmaq), soutqumağ  (narahat olmaq),  sülənməx´ 

(avaralanmaq), zikqıçlılığ etməx´ (uzunçuluq etmək), şiniməx´ (baxmaq) və s.  

Şivələrdə  işlənən, xüsusilə,  məqalədə haqqında məlumat verdiyimiz fellerlə 

bağlı maraqlı məqamlardan biri də, bu fellərin əksəriyyətinin ədəbi dilimizdə mənası-

nı tam şəkildə ifadə edən fellərin olmamasıdır. Bu fellərin bəziləri ədəbi dilimizdə ya 

alınma sözlərlə, ya birləşmələrlə, ya da ki nisbi  sonsnimləri ilə ifadə olunur. 

Şübhəsiz, dilin dərin laylarından süzülüb gələn və  tədricən işləkliyini itirərk 

arxaikləşən bu fellər dilimizin lüğət tərkibinin milli sözlərimiz hesabına zənginləş-

dirilməsində xüsusi rol oynaya bilər.  

 

Ədəbiyyat 



 

1.  Azərbaycn dilinin izahı lüğəti, 4 cilddə, Bakı -2006. 

2.  Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı-2007 

3.  Azərbaycan dilinin Dərbənd dialekti, Bakı-2009 

4.  B. N. Paссадин, Сойотско – BурЯТСКО-РУССКИЙ СЛОВАРЬ, Улан-Уде - 

2003. 


5.  Divan –i  luqat – i it-Türki dizini, Türk dil kurumu, 2003 

6.  Drevnetюрский СЛОВАРЬ,  Академия наук   Язкозnanия, Ленинград -1969. 

7.  Ə.Rəcəbli, Qədim türkcə azərbaycanca lüğət, Bakı-2001 

8.  Ə. Şükürlü,  Qədim türk yazılı abidəçilərinin dili, Bakı-1993 

9.    H.Eren, Türk dilinin etmolojik sözlügü, II bası, Ankara-1999 

10.  M. Şirəliyev, Azərbaycan dialektologiyasının əsasları, Bakı -2008 

11   N.Seyidəliyev, T.Qurbanova, Azərbaycan dilinin sinonimlər lüğəti, Bakı-2003. 

12 . R. Rüstəmov, Azərbaycan dili dialekt və şivələrində fel, Bakı -1965 

 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



274

R.Qurbanov 

About the vocabulary of Masalli dialect 

Summary 


 

The features of lexical-semantic verbs collected in Masalli are explained in 

this article, it is spoken about enriching literary language by using these verbs in our 

literary language. 

 The verbs which are not included into the vocabulary of our literary language 

are compared with the verbs used in relative languages and other dialects of our 

language. 

The similar and different features revealed during comparison are showed.  It 

is also spoken about the verbs noted in other dialect and vocabularies together with 

the verbs which are not noted in dialectic vocabularies in the article 

 

Р.Курбанов 



О словаре Масаллинских говоров 

Резюме 


 

В  статье  говорится  о  лексико-семантических  глаголов    употребляю-

щихся в Масаллиниском районе. А также в статье речь идет о глаголах  при-

веденные в литературный язык и обогащающих возможностях  этих глаголов. 

Глаголы, которые не входят в литературный язык сопоставляются с гла-

голами употребляющиеся в других говорах нашего языка. При сопоставлении 

указывается  похожие  и  отличительные  особенности  этих  глаголов.  В  статье 

также говорится о  глаголах, которые  не зарегистрированы в диалектических 

словарях и употребляющихся в других говорах нашего языка. 

 

Rəyçi:       Nəriman  Seyidəliyev 

               filologiya elmlər doktoru 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



275

  ELNARƏ MƏMMƏDOVA  

   

 

 



 

              ATU-nun Azərbaycan dili kafedrası 

elnara.mammadova@mail.ru 

 

M.KAŞQARLININ  “DİVANÜ LÜĞAT-İT-TÜRK” 



ƏSƏRİNDƏ FEİLİN ZAMANLARI 

 

Açar sözlər: Fellər, zamanları, indiki, keçmiş, gələcək zaman  

Ключевые слова: глаголы, времена глагола: настоящее, прошедшее, будущее 

Key words: verbs, tenses, present, past and future tens 

 

Türklər yalnız döyüş meydanlarında qələbədən-qələbəyə gedən, dünya axarı-

nın yönünü müəyyənləşdirən xalq olmamış, habelə dünya mədəniyyətinə  dəyərli 

töhfələr verən, bəşəri idealları  zənginləşdirən, maddi-mənəvi sərvətləri ilə öyün-

məyə layiq toplum olmuşdur. Qədim türklərin yaratdığı və əbədi yaşar abidələrdən 

biri və bəlkə də birincisi M.Kaşqarlının “Divanü lüğat it–türk” əsəridir. Dilçilik əsə-

ri kimi yaradılan bu abidə əslində qədim türklərin həyat tərzi, etnoqrafiyası, tarixi, 

milli-mənəvi dəyərləri haqqında möhtəşəm ensiklopedik məxəzdir. Bu abidə müxtə-

lif türk tayfalarının dilləri arasında leksik-semantik ümumiliyi və  fərqləri  ən incə 

çalarlarına qədər əks etdirir.  

Ərəblərə türk dilini öyrətmək, onun böyüklüyünü sübut etmək məqsədilə əsər 

yazmaq istəyən müəllif adi lüğət yox, fundamental bir abidə yaratdı. Min il əvvəlki 

türk dillərinin ümumi leksik sistemini özündə əks etdirən əsər bizim üçün çox də-

yərlidir. 

Əsəri Azərbaycan dilinə ilk dəfə tərcümə edən X.S.Xocayev yazır ki, kitab-

dakı məlumatlar yalnız XI əsrə yox, daha qədim dövrə aid türk tarixini özündə əks 

etdirir. Ona görə ki, türk həyatının bütün sahələrinə aid sözlər bu lüğətdə öz əksini 

tapmışdır. Sözsüz ki, müəllif çalışmışdır ki, lüğətə  ən zəruri və ümumişlək olan, 

gündəlik ünsiyyətdə işlədilən, hamının başa düşdüyü sözləri salsın.  

Müəllif qeyd edir: “Türk və ərəb dillərinin bərabər yürüdükləri bilinsin deyə 

Xəlilin “Kitab ül-əyn”də elədiyi kimi, mən də  işlək sözlərlə arxaik kəlmələri bu 

kitabda birlikdə vermək niyyətində idim. Əlbəttə, bu, daha mükəmməl iş olardı. La-

kin mənim tutduğum yol daha doğrudur. Çünki bu halda sözləri tapmaq daha 

asandır və hər kəs bu usula üstünlük verir. Buna görə də sözü qısa etmək məqsədilə 

işlədilməyən kəlmələri kitaba daxil etmədim” 

I, 57] . Həmin dövr üçün işlək olan 

bu sözlər əksərən uzunömürlü sözlər idi və ona görə də təsadüfi deyil ki, lüğətdə ve-

rilmiş sözlərin çoxu müasir türk dillərində, o cümlədən Azərbaycan dilində də işlə-

dilən sözlərdir. Buna baxmayaraq, əsər yarandığı dövrün dil mənzərəsini özündə 

əks etdirir və elə buna görə də burada arxaik sözlər də müəyyən yerə malikdir. Söz-

süz ki, bunların tədqiq edilib öyrənilməsi türk dillərinin, o cümlədən Azərbaycan 

dilinin tarixi inkişaf problemlərini aşkarlamağa kömək edər. 

“Divanü lüğat-it-türk” əsərindəki sözlər nitq hissələrinə mənsubluğu baxımın-

dan da rəngarəngdir. Bütün nitq hissələrinə aid sözləri özündə ehtiva edən bu lüğət-

də fellər xüsusi çəkiyə malikdir. Fel hərəkət, proses bildirməsi etibarilə leksik layın 

içərisində daha geniş sferanı  əks etdirir, qrammatik kateqoriyaların zənginliyi və 

rəngarəngliyi ilə seçilir, idarəetmə qabiliyyəti və cümlədə fikir özəyini bildirməsi 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



276

baxımından  əsas öncül yeri tutur. V.Humbolt feli “cümlənin canı”  adlandırır 

73:199] . V.Vinoqradov isə göstərir ki, fel predikat olaraq bütünlükdə cümləyə 

həyat və ruh verir, belə ki, fel konstruksiyaları cümləyə  həlledici təsir göstərir 

70:337] . 

Məqsədimiz qədim türk dilinin geniş  mənzərəsini özündə  əks  etdirən, dili-

mizin  tarixi  inkişafına  işıq  salan M.Kaşqarlı “Divan”ındakı felləri geniş təhlil et-

mək, qədim türk dilinin o vaxtkı sistemində fellərin bir nitq hissəsi kimi mövqeyini 

müəyyənləşdirməkdir.  

Düşündük ki, abidədəki felləri ayrıca olaraq öyrənmək, geniş təhlil aparmaq, 

fellərin tarixi inkişafına işıq salmaq bütünlükdə tarixi və müasir türkoloji araşdırma-

lar üçün çox dəyərli olar. 

“Divan”ın leksik potensialının mühüm bir qismini fellər təşkil edir. Fellər 

həm leksik-semantik, həm  morfoloji, həm də sintaksis söz yaradıcılıqlarında əsas 

material kimi iştirak edir.  

Felin ən əsas qrammatik xüsusiyyətlərindən biri zaman bildirməsidir. Zaman 

hərəkətin atributu  olduğu kimi , bu kateqoriya da ən qədim kateqoriyalardandır. 

“Divanü lüğat–it türk” əsərində müxtəlif zaman formalarında fellər mətn içərisində 

verildiyi kimi , ayrı-ayrı zamanlar haqqında nəzəri məlumatlar  da verilmişdir. Bu 

əsər ərəblər üçün yazıldığından burada müəllif zaman şəkilçilərinin sözə artırılmasi 

qanunauyğunluqlarından incəliklərinə qədər bəhs edir. 

Müasir dilimizdəki kimi “Divan”da  da üç zamanın varlığı göstərilir: keçmiş, 

indiki və gələcək. 

Əsərdə keçmiş zamana xüsusi diqqət vardır, hətta müəllif göstərir ki, burada 

“fellərin təməli keçmiş zaman və əmr şəkli üstündə qurulur” 

II c., s.57] . Müəllif 

keçmiş zamandan  bəhs edərkən onun –dı şəkilçisi ilə yarandığını göstərir: “Bunu 

da bilməlisən ki, bütün fellərdə keçmiş zaman şəkilçisi –dı vasitəsilə yaranır”. Bu 

qayda əsla pozulmur. Yalnız sərt hərflər gəldiyi zaman məxrəcin şiddətindən dolayı 

-d hərfi t-yə çevrilir və -dı –tı olur 

II c., s.59] . 

Aşkar görünür ki, burada şühudi keçmiş zamandan söhbət gedir. –dı -tı 

əvəzlənməsi isə müasir Azərbaycan dilinin dialektlərində mövcuddur 

51:194-



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə