Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə29/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   50

195

] . Bu variantlar Orxon-Yenisey abidələrindən işləkdir. Maraqlıdır ki, həm 

Orxon-Yenisey  abidələrində, həm Azərbaycan dili dialekt və  şivələrində  -tı

4

 

şəkilçinin  l, r, n, k samitlərindən sonra işləndiyi, M.Kaşqarlı isə  p, t, ç, k 



samitlərindən sonra gəldiyini göstərir. Abidənin dilində hər iki forma kifayət qədər 

məhsuldardır. Məsələn, məlumdur ki, keçmiş zaman iki cürdür: şühudi və  nəqli.  

“Divan”da nəqli keçmiş zaman haqqında da məlumat vardır. Müəllif  xüsusilə 

təsirsiz fellərə  -mış -muş keçmiş zaman şəkilçisi artırıldığını qeyd edir: barmış 

“gəlmiş”. Burada hətta -  və  -mış  şəkilçilərinin yaratdığı  fərqlər də izah olunur. 

II c., s.76-78] . Digər tərəfdən isə  -mış  şəkilçisinin zaman və ya feli sifət 

formalaşdırdığı da misallarla aydınlaşdırılır. Belə ki, kurmuş ya “qurulmuş yay”, 

kazmış arık “qazıılmış arx” birləşmələrində kurmuş,  kazmış sözləri feli sifət kimi 

təqdim olunur. əvqə varmış  “evə  gəlmiş”,  ol manqa gəlmiş “o, mənim yanıma 

gəlmişdir” ifadələrində isə gəlmiş  keçmiş zaman kimi izah olunur. 

  “Divan”da indiki zaman anlayışına da xüsusi diqqət yetirilmişdir. Düzdür, 

burada indiki zaman haqqında xüsusi məlumat verilməmişdir, lakin indiki zaman 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



277

şəkilçisi və indiki zamana aid çoxlu nümunələr vardır. Digər tərəfdən isə müzare 

zaman adlandırılan formanın tərcüməsindən belə anlaşılır ki, bu zaman forması 

daha çox ümumi zaman anlayışı bildirsə də, indiki zaman anlayışı onun içərisində 

xüsusi yer tutur. Sözsüz ki, “Divan”da da müasir türk dillərindəki kimi, indiki 

zaman –ır



4

, şəkilçisi ilə formalaşır. Məsələn: 

  Utğalımat ağraşur   “Bir-birini udmağa əlləşir” 

I:221] ; 

  Əmdi çərig çərgəşür  “indi qoşun səf tutur” 

II:218] . 

Burada bir məqam var ki, bəzən indiki zaman şəkilçisinin saiti ellipsisə 

uğrayır. Məsələn:  

   Bu oğul nə ter  “Bu oğul nə deyir” 

I:142]  

  İdhim nə ter   “Ağam nə deyir” 

I:152] . 

 Qeyd edək ki, bu forma müasir Azərbaycan dili üçün xarakterik deyil; bu 

forma xüsusilə qeyri-qəti gələcək zaman üçün xarakterikdir. Xüsusən də  -la



2 

şəkilçisi ilə bitən fellərdə:  başla-r,  gözlə-r  və s. saitlə bitən sözlərdə  bəzən fellə 

indiki zaman şəkilçisi arasına -y bitişdirici samiti daxil olur. Maraqlıdır ki, bütün 

variantlarda yox, yalnız -yur, -yür variantlarında bu hal müşahidə olunur və ahəng 

pozulmuş olur: 

  Tavar kiming öklisə

  Bəglik anqar kərgəyür 

 Tavarsızın kalıp bəg 

  Ərənsizin əmgəyür 

I., s.367]  

“Kimin malı çoxalsa, 

  Bəylik ona yaraşar. 

  Bəyin malı olmasa, 

  Ərənlər də uzaşır”. 

Bu halda R.Əskər tərəddüd etdiyini bildirir: “Buradakı  kərgəyür felinin 

müzaresi DLT-də ümumən göstərilməmişdir, əmgəyür felinin müzare, yoxsa indiki 

zaman ifadə etməsi isə  tərəddüd yaradır. Normal halda əmgə

−  kökü müzaredə 



əmgə+r olmalıdır. “Divan”da bu sözün maddəsi də var: əmgədi  “əziyyət çəkdi”.. 

əmgər- “əmgəmək”. 

I c., s.308] . Ancaq şərt bildirən ökli+sə feli növbəti fellərin 

inidki zamanda deyil, məhz müzaredə olmasını tələb edir. Yəni onlar kərgə+yur və 

əmgə+yür deyil,  kərgə+r və əmgə+r şəklində olmalıdır 

57:265] . 

Burada diqqəti çəkən odur ki, şeir parçalarından sonra onun tərcüməsi 

verildikdə həmin formalar qeyri-qəti gələcək zaman kimi təqdim edilir. Fikrimizcə, 

tərcümə düz verilməmişdir.  Əvvəla, “qeyri-qəti gələcək zamanın qəti gələcək 

zamandan mənaca bir fərqi ondan ibarətdir ki, o, qəti gələcək zamanla indiki zaman 

arasında orta bir yer tutur, yəni bəzən qəti gələcək zamanı, bəzən də indiki zamanı 

əvəz edə bilir”. Yazılı abidələrin dilindən bəhs edən H.Mirzəzadə isə  əks fikri  

söyləyir: “Yazılı abidələrin dili üzərində apardığımız müşahidələrdən məlum olur ki, 

bu yaxın keçmişə  qədər formal cəhətdən indiki zaman şəkilçiləri ilə ifadə edilən 

fellər məzmun etibarilə  gələcək müzare zamanı bildirmişlər” 

42: 155-156] .  

Müəllif bu ikili xüsusiyyəti  şəkilçilərin tarixən bir-birinə yaxın olması ilə 

əlaqələndirir və göstərir ki, onların differensiasiyası XVIII əsrdən başlamışdır. 

Ə.Rəcəbli bu əvəzlənmələrin heç birindən bəhs etmir. Göytürk dilinin mor-

fologiyasından bəhs edərkən –ır



4

 şəkilçisini indiki zamanın, -ar



2

 şəkilçisini isə qey-



 

Filologiya  məsələləri – №10, 2013

 

 



278

ri-qəti gələcək zamanın morfoloji əlaməti kimi təqdim edir. Lakin elə burada başqa 

qeydlə rastlaşırıq: “Göytürk dilində indiki zamanı düzəldən şəkilçi müasir türk ədə-

bi dilində qeyri-qəti gələcək zamanı  əmələ  gətirir” 

44:356] .  Ə.Dəmirçizadə  

“Kitabi-Dədə Qorqud”un dilindən bəhs edərkən yazır:  “indiki və gələcək zamanları 

ifadə edən  şəkilçilərin hələ  təşəkkül etmədiyi, hər iki zaman üçün eyni şəkilçinin 

işləndiyini “Kitabi-Dədə Qorqud” dilində də müşahidə edirik. Burada ...-r (-ar,-ər,-



ur,-ür) və -z şəkilçiləri fərqsiz  olaraq hər iki zamanı bildirmək üçün işlənmişdir” 

18:76] . İkinci  də odur ki, indiki zamanın funksiyaları başqa zaman formalarına 

nisbətən çox genişdir; daha doğrusu, indiki zaman istənilən digər zaman məzmunu-

na da malik ola bilər. 

Abidədə qəti gələcək zaman haqqında da məlumat vardır. Müasir türk dilləri-

nin, xüsusilə  oğuz türklərinin dilində  qəti gələcək zamanın morfoloji forması  –



acaq

2

-dır. Lakin tədqiqatçıların göstərdiyinə görə, qədim türk abidələrində  bu  for-

ma müşahidə olunmur. “Divan”da bu forma diqqəti cəlb etmir. Amma qəti gələcək 

zaman başqa forma ilə -ğuy, -kay, -gəy şəlilçiləri ilə ifadə olunur. Məsələn: 

  Mən barğay  “Mən gedəcəyəm” 

III, 221]  . 

  Ol süt sağkay  “O, süd sağacaq” 

II, 82] . 

  M.Kaşqarlı özü bu zaman formasını  “əmri-hazır” adlandırır və göstərir ki, 

ka-lı və qalın ahəngli sözlərdə  -ğay, -ke-li və incə ahəngli sözlərdə -gəy, -ğ-lı kəl-

mələrdə -kay artırılır” 

II c., s.81-82] . 

Qeyd edək ki, bu şəkilçi Azərbaycan dili üçün xarakterik deyil, amma 

N.Kişvərinin dilində az da olsa, buna rast gəlinir. R.Eyvazova bunu indiki zamanla 

əlaqələndirir və -a ,-ə,-yü,-ay morfemlərini indiki zaman şəkilçilərinin variantı he-

sab edir 

2:124] . 

“Divan”da müəllifin tez-tez adını çəkdiyi zamanlardan biri müzare zamandır. 

Digər adı qeyri qəti-gələcək zaman olan bu kateqoriya –ar

2

, -ır

4  

şəkilçiləri vasitə-

silə formalaşır. M.Kaşqarlı qeyri-qəti gələcək zamanın oğuzlarda iki şəkildə meyda-

na çıxdığını söyləyir: “Oğuzlar müzaridə barir sözündəki ikinci -r hərfini atıb, kök-

dəki bar -r hərfini saxlayaraq  mən baranmən turan deyirlər ki, “mən gedərəm”, 

“mən qalxaram” deməkdir.  Əgər sözün özündə  -r  hərfi yoxdursa, o zaman sözə 

müzaredə -əlavə edirlər: mən gəlirən “mən gələrəm”, mən külərə  “mən gülərəm” 

II c.,s.81] . Elə oradaca müəllif göstərir ki, o biri türklər kökündə -r olan sözlərə 

də qeyri-qəti gələcək zaman üçün -ır



-ar

2 

şəkilçisindən istifadə edir 

II c., s. 81] . 

M.Kaşqarlı qeyri-qəti gələcək zamanın inkar formasından da bəhs edir. Müa-

sir Azərbaycan dilində olduğu kimi, qədimdə  də fellər inkarda olarkən qeyri-qəti 

gələcək zamanın şəkilçisində olan -r səsi -ilə əvəz olunur: ol barmas “o getməz”. 

r -z əvəzlənməsi, bunların hansının ilkin və ya əsas olması barədə türkologiyada 

kifayət qədər fikirlər söylənmişdir 

1:107] . Müasir Azərbaycan dilindən fərqli iki 

cəhət özünü göstərir; birincisi, müasir dildə -z, qədimdə -samiti əsasdır, ikincisi, 

müasir dildə -r -z/s əvəzlənməsi ikinci və üçüncü şəxsdə meydana çıxırsa, qədimdə 

bu hal birinci və üçüncü şəxsdə özünü göstərir: biz barmasmız “biz getmərik”, olar 



barmaslar  “onlar getməzlər”. 

Qeyd edək ki, qədim türk dili tədqiqadçıları felin zamanından bəhs edərkən 

“yaxın gələcək zaman” terminindən də istifadə edirlər 

81:128; 44:269] .  



 

Filologiya  məsələləri – №10, 2013

 

 



279

“Divan”da “yaxın gələcək zaman” anlayışı da vardır ki, M.Kaşqarlı ad çək-

mədən  gələcək  zamanın  həmin  formasından  danışır  və ona aid misallar verir.  

Bu formanın  –ğalır, -gəlir, -kalır şəkilçiləri ilə yarandığını göstərir 

II c., s.82] . 

Məsələn:  



Mən barğalır mən “mən getmək üzrəyəm”, 

 Ol tağka ağkalır  “o, dağa çıxmaq üzrədir”, 

 Ol əvgə kirgəlir  “o, evə girmək üzrədir”. 

Göründüyü kimi, XI əsr türk dillərində olan zaman formaları, əsasən, müasir 

türk dilləri ilə uyğundursa, fərqli hallar da az deyil. 



 

Ədəbiyyat  



 

1.   Abdullayev Ə.  Azərbaycan dili məsələləri. Bakı: “Maarif” nəşriyyatı, 1992,     

     329 səh. 

2.  Dəmirçizadə Ə.M.  Azərbaycan ədəbi dili tarixi. Bakı: “Maarif” nəşriyyatı,  

    1979, 268 səh. 

3.   Divanü-lüğat-it-türk tərcüməsi (çevirəni Besim Atalay) I – IV cild. Ankara:  

     1939, 1943. 

4.  Eyvazova R. Gişvəri “Divan”ının dili, Bakı: “Elm” nəşriyyatı. 2005, 370 səh. 

5.  Əskər R. M.Kaşğari və onun “Divanü lüğat-it-türk” əsəri. Bakı, “MBM”  

     nəşriyyatı, 2008. 432 səh. 

6.  Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, Bakı Universiteti    

      nəşriyyatı, 1990, 376 səh. 

7.  Rəcəbli Ə. Göytürk dilinin morfologiyası. Bakı: Bakı universiteti nəşriyyatı,  

     2002, 475 səh. 

8.  Rüstəmov.R.   Azərbaycan dili dialekt və şivələrində fel. Bakı: Azərbaycan  

     SSR EA nəşriyyatı, 1965.  318 səh. 

9.  Gabain A. von. Eski Türkçenin Qrameri, Ankara: Türk Dil Kurumu Yayınları  

     1995, 313 səh. 

10. Виноградов В.В. Русский язык. Москва – «Высщая школа», 1972,  

      614 стр. 

11. Гумболт В. Язык и философия культуры. Москва: «Прогоесс», 1985,           

      452 стр. 

12. КононовА.Н.  Грамматика языка тюркских рунических памятников  

      (VII-XI вв.). Ленинград: 1980, 225 с. 

 

 

E.Mammadova 



   Work 

by 


M.Kashqar

′ s tenses of the verb 

Summary 

   

 

Verbs in M.Kashgarli

′ s “Divan”, are represent lexical-semantic and 

morphological forms of the basic material of speech.  

This category is the most ancient category by Tense which 

′ s treasure is 

action. Verbs in the play called “DLT” are in different tenses and it

′ s all give 

theoretical information about tenses. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



280

“Divan” is represent all 3 tenses: past, Future, present, tenses which are in a 

modern speech used.  

 

 

Е.Мамедова 

Время глагола в произведении М.Кашгари «Divani luğat-it türk» 

Резюме 


 

Глаголы в «Диван»е Кашгарлы участвуют как основной материал в об-

разовании слов с лексико-семантической, морфологической и синтактической 

стороны.  Глагол  означает  время.  Это  и  является  самым  основным  грам-

матическим  признаком  глагола.  Так  как  время  является  атрибутом  действия, 

эта  категория  считается  самой  древней  категорией  глагола.  В  произведении 

«Divani luğat-it türk» глаголы  указаны  в  родных  формах  времени.  Поэтому 

даны теоретические информации о разных временах глагола.  

  Как в современном языке, также и в «Дивани» показывается 3 времени 

глаголов: прошедшее, настоящее и будущее.    

 

Rəyçi: Professor Məmmədəli Novruzov ( Qıpçaq)



 

 

 

 

 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



281

İRADƏ SEYİDOVA  

XƏYALƏ MEHRALIYEVA  

                                                      AMİ-nin Sumqayıt filialı 

mzadeh99@mail.ru 

 

MÜASİR AZƏRBAYCAN DİLİNDƏ EVFEMİZMLƏR 

 

Açar sözlər: evfemizmlər, disfemizmlər, Azərbaycan dili 

Key words: euphemisms, dysphemisms, Azerbaijan  language 

Ключевые слова: эвфемизмы, дисфемизмы, Aзербайджанский язык 

 

Efemizm metonimiyanın növlərindən hesab olunur.Yunan mənşəli bu sözün 

lüğəvi mənası “yumşaltmaq “ mənasına gəlir. Hər hansı  məzmunu yumşaldılmış, 

nəcibləşdirilmiş şəkildə ifadə etməyə evfemizm deyilir. Yunan sözü olan evfemizm 

əslində “yaxşı” (ei) və “danışıram”( phemi) deməkdir və terminoloji mənası bir şəxs 

və ya əşya haqqında yaxşı, nəzakətli danışmaq deməkdir” [1, s. 48]. 

Metonimiya isə bildiyimiz kimi mənanın bir sözdən başqasına müəyyən məq-

sədli assosasiya ilə köçürülməsidir. Bu assosasiya isə zaman və məkan və s. faktor-

larla  əlaqədar olaraq meydana gələ bilər.  Əgər metaforalar müəyyən bənzərliyin 

mövcudluğu səbəbiylə meydana çıxırsa, metonimiyada eyni zamanda bir neçə hadi-

sə və ya əşya müəyyən əlaqə ilə bağlanaraq eyni bir söz ilə ifadə olunurlar. Bu qeyd 

etdiyimiz kimi həm məkan, həm zamanla əlaqədar ola bilər. Məkanla bağlı olaraq 

məna köçürülməsinin bir sıra növləri vardır. Məs: Z.N.Verdiyeva qeyd edir: 

“Salon” sözü həm salonun özünü, (“Təmiz salon”), həm də salondakı adamları 

(“bütün salon ayağa qalxdı”) ifadə edir. Eyni sözləri kənd, ev, məktəb, zavod, ölkə, 

auditoriya, və s. haqqında da söyləmək olar: Kənd yaşıllığa bürünmüşdü – Kənd 

(kənd əhalisi) meydana axışdı. Yeni məktəb – Məktəb iməcliyə qoşuldu (məktəbin 

kollektivi). Ölkəmizin əhalisi – Bütün ölkə xəbər tutdu (ölkənin əhalisi). Zamanla 

əlaqədar məna köçürülməsi həm prosesi, həm də prosesin nəticəsini bildirmək məq-

sədi izləyir. Gecə 1. Başlamaq; 2. Keçirmək. İl 1. Vaxt ölçüsü; 2. Mərasim – “ilini 

vermək”. Bəzən bir söz həm materialı, həm də bu materialdan düzələn  əşyanı, 

onunla əlaqədar hadisəni bildirir: ağac 1. Bitki; 2. əsa (Əfsus ki, qocaldım, ağacım 

düşdü əlimdən); [1, s. 165] 

Metonimiya haqqında qısa məlumat verməklə onu ədəbiyyatşünaslıq baxımın-

dan və semantik baxımdan nə ifadə etdiyini qeyd etməklə evfemizmlərin mənasını 

daha aydın və dolğun çəkildə açmaq imkanı  əldə edirik. Çünki evfemizmlər 

ədəbiyyatşünaslıqda məhz metonimiyanın növlərindən biri kimi qeyd edilir. 

Deməli, evfemizm dildə kobud şəkildə mövcud olan hər hansı leksik vahidi daha 

yumşaq  şəkildə ifadə edir. Evfemizm tabudan çox sonra meydana gəlmişdir və 

tamamilə başqa səciyyəlidir. Evfemizm sivilizasiyanın, mədəniyyətin inkişafı ilə 

əlaqədar olaraq meydana gəlmiş və bir növ yüksək və mədəni cəmiyyət normaları 

ilə əlaqədardır. “Evfemizm dilə məxsus tabunun nəticəsidir. Dar mənada evfemizm 

kobud, xoşagəlməz, ədəbsiz sözlər və ifadələr əvəzinə, nəzakətli, ədəbli vahidlərin 

işlənməsinə deyilir. Geniş  mənada evfemizm həm də qadağan edilmiş tabu hesab 

olunan vahidlərin başqa vahidlərlə əvəz olunmasına deyilir”. [1, s. 49]. Evfemizm 

dildə müxtəlif xarakterli funksiyaları yerinə yetirir. O ədəbi baxımdan daha zərərsiz 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



282

şəkildə fikri çatdırır və üslubi baxımdan pis təsir bağışlaya biləcək fikir və ifadələri 

nisbətən daha yüngül və  nəcib təsir oyadan sözlərlə  əvəz edir. Və bu xüsusiyyət 

daha münasib xaraxter daşıyaraq bir sıra neqativ halların meydana gəlməsinin qarşı-

sını alır. Belə ki, hər kəsin fikir və düşüncə və eyni zamanda leksik vahidlərin üslu-

bi imkanlarından istifadə etmə bacarığı eyni olmadığından evfemizmlərdən istifadə-

si də müxtəlif ola bilər.  Zərərsizləşdirilmiş bu ifadələr deyilməsi bəzən ağır olan və 

utanc hissi verəcək sözləri də yumşaq və daha ədəbli deyilməsinə yardımçı olur. 

Nəzakət və həssaslıq timsalı böyüklərimiz və onların çağdaş təmsilçiləri həyatın son 

anı mənasında “öldü” kəlməsini deyil, bir-birindən gözəl ifadələr işlədirlər. Belə so-

yuq ifadələrdən şüurlu şəkildə uzaq duranların dünyasında ölüm “gözoxşayan bahar 

diyarı”, ”sevgililər yurduna səyahət” idi. Onlar o əbədi diyara köçdü, o biri aləmə 

uçdu, məkanı dəyişdi, Haqqın rəhmətinə qovuşdu, əbədi aləmə köçdü, Haqqa yürü-

dü, ruhu uçdu, vəfat etdi, rəhmətə getdi, ömrünü bağışladı,  canını torpağa tapşırdı, 

gözlərini əbədi yumdu, həlak oldu .....və s. Bu verilmiş misallar içərisində hər biri 

subyektiv baxımdan fərqli fərdlər tərəfindən daxili və psixoloji baxımdan uyğun he-

sab etdiyi  formada söylənilə bilər. Lakin onlar içərisində hamı tərəfindən rəhmətə 

getdi və vəfat etdi sözləri daha çox istifadə edilir. Vəfa-haqqı qaytarmaq deməkdir. 

Haqq sahibinin haqqını nöqsansız və tam şəkildə qaytarmaq mənasına gəlir. ”Vəfat” 

kəlməsi də bundan törəmişdir. Allaha can borcumuz var onu da vəfatla ödəyirik. Bu 

kəlmələrdə bir incəlik,  əsrlərdən süzülüb gələn bir mirasın cizgiləri, güclü bir 

imanın izləri görünür. Eyni zamanda dini inanclarımız da həmin kəlmələrin yaran-

masına səbəb olub. Çünki dini inanclar birbaşa xalq məişətinə və adət-ənənəsinə də 

sirayət etdiyi üçün həm məişət üslubuna, həm də ədəbi dilə birbaşa təsir göstərir. Bu 

təsir bəzən zamanla əlaqədar olaraq, yəni həmin dini inancların yaşama müddəti ilə 

bağlı olaraq uzun müddət dildə mövcud olur, lakin dəyişmə prosesində onlar da öz 

leksik əhəmiyyətlərini itirməyə başlayır. Elə olur ki, bunun əksinə olaraq inancların 

dəyişməsinə baxmayaraq bir sıra vahidlər öz semantik tutumlarını qoruyub saxla-

yırlar. Bəzən deyilməsi xoş olmayan sözlərin əvvəlində “ayıb olmasın”, “ayıb da ol-

sa” kimi sözlərdən də istifadə olunur. Məs: C.Məmmədquluzadə “İranda hürriyyət” 

adlı hekayəsində anasına məktubunda belə yazdırır: “Məsələn, səndən də ayıb ol-

masın, allahın izni ilə, peyğəmbərin şəriəti ilə burada, səndən də ayıb olmasın, bir 

arvad siğə eləmişəm...  Əvəzimdən bizim oğlanın üzündən öp və ayıb olmasın, ev 

adamının kefi necədir? ” Burada ayıb olmasın, ev adamı sözləri evfemizm kimi 

işlənmişdir. Məs: arvadı əvəzinə həyat yoldaşı, ömür-gün dostu, ev əhli, uşaqların 

anası və s.  Z.N.Verdiyeva göstərir: ”Bəzən tabu hesab olunan sözlər əvəzinə yazıda 

nöqtə işarəsindən də istifadə edilməsi də evfemizmlə əlaqədardır...” [1, s. 50]. 

Ümumiyyətlə, evfemizmləri tədqiq edərkən təkcə evfemizmlərin özündən de-

yil, onların yaranmasına məcburiyyət duyan sosial-mədəni vəziyyət və dil materialı 

da tədqiqə cəlb edilməlidir. Evfemizmlərdən istifadə yüksək mədəniyyətin göstəri-

cisi olsa da bəzən müasir ədəbi nümunələrdə və şifahı nitqdə onlardan kənar qalma 

halları çox olur. Sözlərin daha kobud və bütün neqativliyi ilə deyilməsi halları çox-

dur. Bu dildənkənar baş verən neqativ proseslərin, təsiridir ki, dilə də təsir edir və 

mədəni tərəqqi ilə uyuşmur. Evfemizmlərin aşağıdakı məqamlarını qeyd etmək olar:   

1. Müxtəlif fiziki qüsurları olan insanları incitməmək üçün deyilən evfemizm-

lər. Məs: lal-dili qüsurlu, nitqi qüsurlu, danışma əngəlli, pəltək-dili şirin, əlil-fiziki 

qüsurlu, fiziki əngəlli, dəli olmaq-əsəbləri korlanmaq, ruhi pozğunluq, əsəbi gərgin-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



283

lik, ruhi xəstə, psixoloji pozulma, xəstələnmək-özünü pis hiss etmək, bir az nasaz-

lanmaq, naxoşlamaq, bir az halsız olmaq, kor-pis görən, zəif görən, kar- ağır eşidən, 

qulaqdan zəif  və s. 

2. Elə sözlər seçilir ki, onlar kobud görünən hər hansı bir sözün mənasını 

yumşaldır, hətta belə desək, cilalayır, ya da maskalayır. Bununla sözün əks tərəfə 

təsirini zəiflədir. Bunu biz müxtəlif tibbi terminlərin həkimlər tərəfindən xəstəyə 

çatdırılması zamanı istifadə etməsini görə bilirik. Məsələn,  şiş, xərçəng  əvəzinə 

“yad cisim” ifadəsi işlədilir. Ya da bəzi ağır xəstəliklərin adları bilərəkdən heç kimə 

bəlli olmayan tibbi terminlərlə deyilir. 

3. Evfemizmlərin istifadəsindən asılılıq müxtəlifdir. Sosial nəzarətin güclü ol-

duğu və eyni zamanda şəxsin öz nitqi üzərində özünüidarəsi yüksək olduğu hallarda 

evfemizmlərin yaranma ehtimalı daha yüksəkdir. Yaxud əksinə nitqə nəzarətin daha 

az olduğu (Məs: ailədə, dostlar arasında) ortamlarda isə leksik vahidlərin birbaşa 

məna ifadə edənlərindən istifadə olunur ki, bu da disfemizm adlanır. ”Dildəki, təh-

qiramiz və kobud mənalı sözlər disfemizm adlanır” [1, s.55]. Məsələn: göstərmək- 

gözünə soxmaq, gözünə dürtmək, yemək- tıxmaq, basmaq, zıqqımlanmaq, zəhri-

marlanmaq, ölmək- gəbərmək, gorbagor olmaq, cəhənnəmə vasil olmaq, qoca- qarı, 

kaftar, xəbərçi- araqatan, işverən, iblis tülkü və s. 

4. Evfemizmdən istifadə edənin əsas məqsədi sosial və şəxsi çevrəsində mü-

nasibətdə olduğu insanlarda komunikativ konfliktdən və gərginlikdən uzaq durmaq-

dır. Hansı söz evfemizm ola bilər onu düzgün dəyərləndirmək vacibdir. Çünki bir 

ortamda evfemizm olan söz  başqa ortamda olmaya da  bilər. Evfemizmin sosial xa-

rakterli olmasını  nəzərə almaq vacibdir. Məs: bu paltar səni böyük gostərdi- yaşlı 

əvəzinə, bu paltar yaraşmadı əvəzinə bu rəng sizin üzünüzü açmadı, rənginizə düş-

mədi, başa düşmürsən əvəzinə fikrimi anlamadın, daha aydın izah edim və s. 

5. Bir qədər spesifik olan evfemizmlər də vardır. Bu evfemizmlər daha dar 

dairədə işlənir. Məs: neytral həbsxana sözü əvəzinə məhkumlar evi, dəlixana əvəzi-

nə ruhi dispanser, xəbərçi əvəzinə informator, məhv etmək, yox etmək əvəzinə ney-

trallaşdırmaq, tərksilah etmək, təhlükəsizləşdirmək, zərərsizləşdirmək və  s. 

6. Ayrı-ayrı peşə adları da bəzən evfemizmlərlə ifadə olunur. Buna səbəb də 

bəzən o işin sahibi olan insanları incitməmək, utandırmamaq məqsədi daşıyırsa, 

bəzən də peşənin prestijini qaldırmaq məqsədini güdür. Məs: satıcı-satış təmsilçisi, 

baş nəzarətçi-administrator, süpürgəçi-təmizlik görəvlisi və s. 

7. Xalq dilindən gələn deyimlərlə bağlı yarananlar. Yazıq, fağır-Allah bəndə-

si, ölüm xəbəri-pis xəbər, qara xəbər, bəd xəbər 

Hər bir dilin özünəməxsus olan evfemizmləri vardır. Tərcümə vasitəsilə ev-

femizmləri bir dildən başqa bir dilə daşımaq mümkün olsa da onun xarakteri və bə-

zən təsir gücü eyni olmur. Çünki gəldiyi dildə  həmin sözdən istifadə edilmədiyi 

üçün o evfemizm də hesab olunmur. Məsələn, rus dilində изделие-о бомбе, ракете 

и  тому  подобной  продукции  военного  назначения,  физическое  устранение-в 

место убийство и.т.д 

Avropa tədqiqatçıları evfemizmləri 2 yerə bölür: 

1.Gizli evfemizmlər 

2.Açıq evfemizmlər 

Daha çox ticarət dairəsində görünən və aldatma məqsədi daşıyan və yalançı 

adlandırmaya xidmət edən evfemizmlər gizli evfemizmlər adlanır. H. Melengə görə 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



284

açıq evfemizmlər sadəcə insanlarla daha ədəbli, daha nəcib və mədəni rəftarı üçün 

istifadə olunur. İngilis dilində mövcud olan bəzi evfemizmləri ayrı –ayrı növlərinə 

əsasən  nəzərdən keçirək. Sosial və gündəlik  vəziyyətlə bağlı evfemizmlər- He is 

always late for work. (O, həmişə  işə gecikir). Cümləsi daha yumşaq formada 

deyilərsə, he has not a very good record of punctually. (O, işə vaxtında gəlməkdə o 

qədər də dəqiq deyil). Kimsə yalan danışırsa, “you lied to us” (sən bizə yalan dedin) 

əvəzinə “you was not entirely accurate in what you said” (sən dediyində o qədər də 

dəqiq deyildin) deyilir. Əgər aparılmış danışıqlar boşuna itirilmiş vaxt kimi 

görünürsə, o zamn  bir ingilis bunu “the talks were  waste of time” (bu danışıqlar 

boşuna itirilmiş vaxtdır)  kimi deyil, “the talks, were not very fruitful” (danışıqlar 

kifayət qədər əhəmiyyət vermədi) kimi deyilir. Əgər yemək bəyənilməyibsə, o za-

man “you cook is terrible” (sizin yemək cox pisdir) deyil , ”actually your cook is 

not the best in the world” (əlbəttə, sizin yeməyiniz dünyada ən dadlı yemək hesab 

edilə bilməz) formasında deyilməklə  vəziyyəti  əks tərəfə daha yaxşı  və  təsiredici 

formada çatdırmaq imkanı qazanır.  İngilis dilində “poor” kasıb sözü əvəzinə çox 

vaxt “the needy”-ehyiyacı olan, ”penniless”-qəpiksiz, “deprived”- sosial vəziyyəti 

aşağı, “low- in come family”- az təminatlı ailə kimi sözlərdən istifadə olunur ki, bu 

da həmin təbəqəyə məxsus olan insanların qəlbini qırmamaq və onları incitməmək 

məqsədi daşıyır. Yaxud, “old”- qoca sözü əvəzinə “mature”-yaşlı, “senior”-yaşlı cə-

nab, “advanced in years”-kifayət qədər yaşı olan, “over the hill”,”a bit long in the 

tooth” –yaşlı, yaşda bir qədər böyük sözləri ilə ifadə edilərək deyilir. Məs: A once 

famous ballerina, now over the hill. (Bir zamanlar məşhur olan balerina indi yaşlı-

dır). Do not you think she is a bit long in tooth to be a romantic heroine? (Sən onun 

romantik qəhraman üçün kifayət qədər yaşlı olduğunu düşünmürsənmi?) və s. bu ki-

mi bir çox misallar sadalamaq olar. Dilimizdə neytral olan “hamilə” sözü daha mə-

dəni deyilmək naminə boylu, ikicanlı, yüklü, uşaq gözləyir, ana olacaq və s. kimi 

sözlər ilə ifadə olunur. Bu ingilis dilində də özünü göstərir. Məs: “to be expecting a 

baby” (uşaq gözləmək), I am so happy that you are expecting a baby! (Sən uşaq 

gözlədiyinə görə  mən o qədər xoşbəxtəm ki! ), “to be in the family way” (hərfi 

tərcümə ilə-ailəyə gedən yolda olmaq). She was in the family way and they were 

very happy. (hərfi tərcümə-o, ailəyə gedən yolda idi və onlar xoşbəxt idilər). “To be 

in a delicate condition”  (vəziyyətdə olmaq, yüklü olmaq). My wife ise in the 

delicate condition. “To be eating for to”-ikinəfərlik yemək, ikicanlı olmaq. Peşə ilə 

bağlı evfemizmlər-bu evfemizmlər ya peşənin prestijini qaldırmaq ya da həmin peşə 

sahibinin özünü daha rahat hiss etməsi üçün deyilə bilər. Məs: gözətçi peşəsi ingilis 

dilində dəbdə olan “security” sözü ilə deyilir yaxud garbage collector (zibildaşıyan) 

-sanitation man, hairdresser (dəllək) – hairstylist buna dilimizdə  də rast gəlirik 

bərbər, dəllək  əvəzinə saç ustası yaxud saç stilisti deyilir. Katibə-ofis menecer, 

assistant, xadimə-cleaning menecer və s. Amerikada və bir sıra avropa ölkələrində 

qara dərili neqrlara “neqr” deyilməsi qadağan olunmuş    və onlar “black”- qara 

adlanırdılar lakin, sonra bu söz “afro-american “ sözü ilə əvəzləndi. Buna dair başqa 

misallar da çəkmək olar. Fiziki vəziyyətlə bağlı evfemizmlər- bu xaraxterli 

evfemizmlər ingilis dilində  də insanları incitməmək məqsədi güdür. Məs: blind 

(kor)- unseeing (gözü görməyən), invalid (şikəst)- disabled (fiziki məhdudiyyətli), 

fat (kök)- overweight (artıq çəkili), mad (dəli)- mentally sick (ruhi xəstə). 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



285

 Evfemizlərin  əsas xüsusiyyətlərindən biri onların tez -tez dəyişməsidir. Ev-

femizlər də dilin lüğət fonduna daxil olan digər leksik vahidlər kimi köhnələ bilir və 

öz işləkliyini, həm də leksik ağırlığını itirə bilər. Onların tez –tez dəyişməsi, yeni 

evfemizmlərlə  əvəzlənməsi baş verir. Məs:  şikəst adama əngəlli, zaman keçdikcə 

fiziki qüsurlu sözü ilə  əvəzlənmişdir. Beləliklə, evfemizm xarakterli söz zaman 

keçdikdən sonra yerinə işləndiyi sözün mənasını  kəsb edir və yeni bir evfemizmə 

ehtiyac duyulur. Dildə geniş  şəkildə istifadə edildikdən sonra bir növ öz 

funksiyalarını itirmiş olurlar və onları yeniləri  əvəz etmiş olur. Məs: neytral 

həbsxana, dustaq yerinə vaxtilə ağzıbır, həq yeri, indi isə dəmir barmaqlıqlar arxası, 

qapalı qapılar ardında evfemizm kimi işlənir. Disfemizm kimi qazamat, qoduqluq, 

dam. Evfemizmlərin dildə yaşama müddətindən bəhs edərkən  rus dilçisi B.A Larin 

yazır: ”Эвфемизмы  недолговечны.  Существенным  условием  действенности 

эвфемизма  является  наличие  «грубого» «недопустимого»  эквивалента.  Как 

только  это  подразумеваемое  неудобопроизносимое  выражение  выходит  из 

употребления, эвфемизм теряет свои  «облагораживающие»  свойства, так как 

переходит в разряд «прямых» наименований, и тогда требует новой подмены 

[2, s. 120]. O evfemizmlərin 3 tipini qeyd edir: 

1.  Ədəbi dilin hamı  tərəfindən istifadə edilən evfemizmfemizmləri-ağır 

eşidən, fiziki qüsurlu, zəif görən 

2. Sinfi və işgüzar evfemizmlər 

3. Ailə-məişət evfemizmləri [2, s. 119] 

Başqabir rus dilçisi L.P.Krısin isə göstərir: “чем жестче социальный конт-

роль речевой ситуации и самоконтроль говорящим собственной речи, тем бо-

лее вероятно появление эвфемизмов; и, напротив, в слабо контролируемых ре-

чевых  ситуациях и  при  высоком  автоматизме речи  (см. общение в  семье,  с 

друзьями  и  т.п.)  эвфемизмам  могут  предпочитаться  "прямые"  обозначения, 

или  дисфемизмы,  то  есть  более  грубые,  пренебрежительные  обозначения”         

[3, s.5]  

A.S.Kurkiyev isə evfemizmlərin 5 tipini göstərir. 

1.İnanclara əsasən yarananlar-ölmək-rəhmətə getmək,vəfat etmək 

2.Qorxu, çəkinmə  və gizli saxlama hissi ilə bağlı yarananlar-qiymətlərin 

qalxması-qiymətlərin liberallaşması 

3.Utancaqlıq,ədəblilik ilə bağlı yaranalar-arvadı-usaqların anası və s. 

4.Mərhəmət hissi ilə bağlı yarananlar-əlil-fiziki qüsurlu, dəlilik-psixoloji 

pozğunluq 

5.Nəzakət xətrinə deyilənlər-qoca-ağbirçək, ağsaqqal [3, s.5] 

Z.N.Verdiyeva sinfi jarqon evfemizmlərdən də  bəhs etmişdir. O gostərir: 

”Sinfi jarqon evfemizmləri  əsasən sinifli cəmiyyətdə sadə adamlardan “qa-

ra”camaatdan öz nitqi ilə fərqlənmək cəhdi ilə də əlaqədardır. Adətən xalqdan ayrı-

lan və xalqa nifrət edən təbəqələrin dilində bu hal geniş yayılmış olur....”  [1, s. 50]. 

“Ən sadə, adi, sözlərlə ifadə olunması mümkün olan fikirləri belə dəbdəbəli, təntə-

nəli şəkildə ifadə etmək jarqon evfemizminin başlıca xüsusiyyətidir” [1, s. 52]. De-

məli, belə  qənaətə  gəlmək olar ki, Z.N.Veydiyevanın da qeyd etdiyi kimi, əgər 

evfemizm sözü daha mədəni demək, nəciblik, nəzakət xətrinə, fiziki qüsurlu insan-

ların qəlbinə toxunmamaq məqsədi ilə deyilirsə, bu evfemizmin xüsusi növüdür. 

Bunu da bir çox tədqiqatçılar açıq evfemizm adlandırırlar. Əgər yuxarıda qeyd edi-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



286

lən əks bir hal üçün nəzərdə tutulubsa, onda bu tədqiqatçıların göstərdiyi kimi gizli 

evfemizm adlanır və bu da evfemizmdən çox onu jarqon evfemizminə yaxınlaşdır-

mış olur amma bu əlbəttə hələ tam şəkildə disfemizm demək deyildir. V.P. Moskvin 

isə evfemizmlərin aşağıda göstərilən funksiyaları yerinə yetirmək üçün mövcud ol-

duğunu göstərir. 

1. Qorxu hissi yaradacaq obyektlərin adını əvəz etmək məqsədilə 

2. Müxtəlif xoşagəlməz obyekt və hadisələrin yarada biləcəyi pis təəssüratı 

aradan qaldırmaq üçün 

3. Ədəbli və mədəni hesab olunmayan sözləri əvəz etmək üçün 

4. Ümumi etiket xarakterli evfemizmlər 

5. Həqiqətdə mövcud olanı maskalamq və gizli saxlamaq məqsədilə 

6.  Aşağı    dərəcəli peşələrin prestijini, səviyyəsini qaldırmaq məqsədilə          

[8, s. 228 ]. 

 Evfemizmlərə  və onların ayrı-ayrı xüsusiyyətlərinə dair XIX əsrin sonu XX əs-

rin əvvəllərində bir sıra tədqiqat əsərləri həsr olunmuşdur bununla belə bir sıra ali mək-

təb dərsliklərində də leksikologiyaya dair hissələrdə onlardan bəhs edilmışdir. XX əsrin 

əvvələrində evfemistikanın problemlərinə həsr olunmuş bir sıra əsərlərin adını çəkmək  

olar ki, onlar böyük əhəmiyyətə malikdir.  Məs: Пауль Г., 1960; Шор P.O., 1926; Ла-

рин Б.А., 1961; Крысин Л.П., 1996; Куркиев А.С., 1977, Сеничкина, 2006 və b. Da-

ha aydın şəkildə evfemizmin xüsusiyyətini göstərmək üçün aşağıdakı fakta diqqət et-

mək yetərli hesab oluna bilər. Biz “təmizləmək” sözünün bir çox mənalarını göstərə 

bilərik və bu mənalar izahlı lüğətdə öz əksini tapır.  

1.  Nəyisə silmək, təmizləmək 2. paltarı təmizləmək 3. xalçanı təmizləmək 4. 

otağı  təmizləmək 5. ayaqqabini təmizləmək 6. balığı  təmizləmək 7. bağı alaqdan 

təmizləmək vəs başqa mənaları vardır.  

Bu lüğəvi mənaların heç birində “təmizləmək” sözü öldürmək, yox etmək və 

məhv etmək mənalarında işlədilməmişdir. Ancaq bu sözü məsələn “etnik təmizlə-

mə” tərkibində işlənərək adı çəkilən mənanı verir.Və sanki bununla cəmiyyətə çat-

dırılan məlumatın təsir gücünü azaltmağa çalışılır. Evfemizmin bu funksiyasını V.P. 

Moskvinin göstərdiyi I və II bəndlərə aid etmək olar. Bütün dediklərimizdən belə 

nəticəyə  gələ bilərik ki, evfemizasiya prosesi insanın dildə olan əsas fundamental 

funksiyası ilə bağlıdır. Bunlardan biri komunikativlikdir və evfemizasiya hadisəsi 

bu  əsas olan komunikasiyanı daha da uyğun hala gətirməyə  və müsbətə doğru 

apararaq neqativ halların aradan qaldırılmasına xidmət edir. Kommunikasiya prose-

si zamanı əks tərəfdə neqativ hisslərin yaranmasının qarşısını almaqla yanaşı, onda 

özünə qarşı daha yüksək fikir formalaşdırmağa xidmət edir. Bununla belə daşıdığı 

funksiyadan asılı olaraq ona və yaxud bir qrup insanlara, ictimaiyyətə daha zərərsiz-

ləşdirilmış formada informasiyanı çatdırmağa kömək olur. Ona görə deyə bilərik ki, 

etik obyektlər, mədəni, psixoloji, bu və ya digər səbəblə bağlı olan peşə adları bir 

sıra hadısələrin çatdırılması  və ifadəsi evfemizmə ehtiyac duyur. Bu hadisə  hər 

zaman aktualdır çünki dil daima zənginləşir və insanların düşüncə tərzi də dəyişir 

məhz bu dəyişmə ilə  də  əlaqədar olaraq evfemizmlər də  dəyişir, yeniləşir və fikri 

daha münasib bir formada deməyə xidmət edir. 

 

 

 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



287

Ədəbiyyat 

 

1. Z.Verdiyeva, F.Ağayeva, M.Adilov”Azərbaycan dilinin semasiologiyası” Bakı,    



1979 

2.  Ларин Б.А  Об Эвфемизмах .Проблемы языкознания ( Учен. зап. Ленингр. 

ун-та ном:301:сер.фил.наук:вып:60-с124) 

3.  Крысин,  Л.  П.  Эвфемизмы  в  современной  русской  речи  [Электронный 

ресурс] // Русский  филологический  Интернет-портал  "Philology.ru".               

- Режим доступа: http://www.philology.ru/linguistics2/krysin-94.html 

4.  Hayriye Bilginer “Batı dillerinde ve Türkçede güzel adlandırmalar ”Türk dili, 

s.598, ekim 2001. 

5.   A.Qurbanov “Azərbaycan dilinin leksikologiyası”  Bakı, 1964 

6.   S.Cəfərov “Müasir Azərbaycan dilinin leksikası” Bakı, 1958 

7.   A.Qurbanov “Müasir azərbaycan dilinin lüğət tərkibi” Bakı, 1964 

8.  Москвин, В. П. Эвфемизмы в лексической системе современного русского 

языка [Текст] / Васили Павлович Москвин. - 2-е изд. - М. : Ленард, 2007. - 

264 c. 


 

 

Irada Seidova  



 Khayala  Mehraliyeva  

Euphemisms in modern azerbaijan language




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə