Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə3/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   50

(476 s.). 

XIX yüzilliyə aid edilən «Qarabağnamə»lərin dilində xeyli sayda bu ərazinin 

ağızlarını  əks etdirən dialektoloji faktlar vardır: aşlık\aşlıq, çığa, xırxa \hırxa 

(boğaz), tağrıl\tağrıl (izahat), sarma (qadın paltarına ziynət üçün taxılan muncuq), 

çepik\çəpik\çipik\çəpən\şepik (bir elin bitiştirilmiş parmaklarını, yatay duru-

mundaki diger ayasına vurarak yapılan alkıp),  əmlik\emlik (əmlik quzu), aşırma 

(şalvar) və s. 

Ceyhun bəy Hacıbəylinin «Qarabağın dialekti və folkloru» kitabı fransızca 

Paris  şəhərində çap edilmiş  və sonralar Azərbaycan dilinə çevrilərək Bakıda nəşr 

olunmuşdur. 

Bu gün «Qarabağ: folklor da bir tarixdir» çoxçildlik əsərdə Qaraba məxsus 

miflərdə,  əfsanə  və  rəvayətlərdə istənilən sayda dialekt nümunələri özünü göstər-

məkdədir (8). 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



22

Leksik dialektizmə aid bəzi nümunələrə nəzər salaq: düzqulusuna çıxmaq (ar-

xası pirə  tərəf çıxmaq), çərən (qarağan bitkisinin bir növü), ərsin (xəmir kəsmək 

üçün alət), vərən (sıra, cərgə), cəvərən (söyüd çubuqlarından düzəldilmiş  səbət), 

alınça (alça), kafarın (kafirin), hadıx (mamaça), qəjir (ət yeyən quş), kürər sözü 

(türkün sözü), şahaddıxdı (qənimətdi), yalav (alov), ayaqçı (qulluqçu), zılqa (çağa), 

xıxırğmaq (yerə çökürtmək, yerə oturtmaq), Həreylan (Xələfli kəndinin xalq arasın-

dakı adı), müstər (şikəst), şuğulzum (səbəb, bais), bikirrəşmiş (bərkimiş), qoca (nə-

nə), yığıntı çalxalaaqt (nehrə çalxalamaq) və s. 

Bunların əksəriyyəti etnoqrafik dialektizmlərdir. 

Türkiyənin Anadolu və Azərbaycanın Qarabağ bölgəsinin sözügedən sözlərin 

müqayisəli təhlili göstərir ki, bu ağızlarda həm fərqli, həm də oxşar dialekt leksikası 

vardır. Bunlardan bəzilərininin üzərində dayanaq: 

 Hər bir ümumxalq dilinin müəyyən ərazi sərhəddində yerli ağızlarla əlaqədar 

budağı da vardır. Sosial həyatın, varlığın müəyyən gerçək şəraitində əmələ gəlmiş 

ağızlar bir-birindən aralı düşərək fərqli əlamətlər də qazana bilmişdir. Bu gün Tür-

kiyə türkcəsinin Anadolu ağızları ilə Qarabağın ağızlarını qarşılaşdıranda həmin 

fərqli məqamlar ortaya çıxır. Onu da göstərək ki, türkcələrin ədəbi dilində bu ağız-

ların təsiri hər şeydən öncə lüğət tərkibinin zənginləşməsi faktoru ilə səciyyələnə bi-

lər. Bir qaynaq kimi hər iki türkcənin ədəbi dili leksikasının artıb-çoxalmasında mü-

qayisə edəilən kələmlərin rolu danılmazdır. Ağızlar həm Anadolu, Həm də Qarabağ 

bölgələrində müstəqil dil vahidi kimi qalmaqdadır. Fəqət məhdud çərçivədə hələ də 

öz ömürlərini davam etdirməkdədir. 

Adətən, dialekt leksikası  təbiət hadisələrinin, kənd təsərrüfatı alətlərinin, ev 

heyvan və quşlarının, məişətin müxtəlif sahələrinin, bitki və otların adlarını ifadə 

edən sözlərdir. Onların əsasını ümumişlək sözlər təşkil edir. Dialektizmlərin mənası 

müəyyən ərazidə yaşayanlara məlumdur, başqa ərazidə yaşayanlara isə aydın deyil 



(9, s. 172 ( 308 s.) 

Hər iki ağızlarda dialekt leksikasını leksik-tematik baxımdan belə qruplaşdıra 

bilərik: 

1)  məişətlə bağlı dialekt leksikası: daraba, 

Daraba-taraba-tarba- darraba-maraba. Azərbaycan ağızlarında  «daraba» 

kəlməsi iki fərqli mənada işlənir: a) taxıl saxlamaq üçün böyük yeşik. Darabani tə-

mizdə, indi buğda gətirəcəklər:- Daraba məxdədən qəyrilir; Daraba- kənd evlərin-

də çöldən qapının ağzına kimi qoyulmuş taxta, ayaqaltı. Bizim damda daraba var 



(10, s. 172). 

Prof. Dr. Hasan Eren yazır: «Taraba (-daraba) nın yerli ağızlarda «taxta pər-



də, taxta bölmə» olaraq istifadə edildiyi açıqlanmış, yalnız Samsunun Çarşamba il-

çesinden derlenen taraka biçiminin yanlış olduğu ortaya çıxmışdır. Çarşambada isti-

fadə olunan tarba biçiminin tanıklığına dayanarak tarakayı da taraba diye düzəltmər 

gerçəkliyini yazmışdım. Yerli ağızlarda tarabanın tarbayö dönməs çətindir. Isparta, 

Çanaqkale, Çorum ellərində taraba taraba «bahçe kıyıları ya da duvarları üstüne 

çakılan parmaklık» olaraq yayğınlıq qazanmışdır.  Ədinədə yaşayan Rumeli köç-

mənləri arasında da taraba bu anlamda istitfadə olunmaqdadır. Zonguldakta, Kilimli 

kəndində tarabı «bir növ taxta» anlamında işlənir. Taraba-tarabı biçiminin söz so-

nundakı dəyişiklik a-nın ı-ya keçməsidir. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



23

Hasan Eren fikrini davam etdirərək yazır ki, yerli ağızlarda taraba yerinə daha 

çox daraba forması da işlənməkdədir. Müəllif «Derleme Sözlüğü»nə istinadən gös-

tərir ki, Isparta, İzmir, Balıkesir, Kocaeli, Bolu, Zonguldak, Kastamonu, Çankırı, 

Sinop, Samsun, Amasya, Tokat, Ordu, Giresun, Trabzon, Bayburt, Rize, Artvin, 

Erzurum, Kars, Bitlis, Malatya, Konya, Adana, Antalya ellərində daraba «taxta 

pərdə, taxta bölmə» olaraq yayılmışdır. Ayrıca, Amasya, Van, Maraş, Malatya, 

Ğazi, Antep, Hatay, Siavas, Konya, Adana, İçel ellərində  «dükkan kepengi»; Ko-

caeli, Bolu, Çankırı, Malatya, Ankara ellərində isə «parmaklık» anlamında istifadə 

olunmaqdadır. 

Ərəb mənşəli sayılan taraba\\daraba Samsun ağızlarında qarşılıq kimi mara-

ba kəlməsinin də işlənmə ehtimalı var. Fəqət bu kəlmənin «taxta parmaklık» anla-

mında olması çaşdırıcı hesab edilir (11, s. 1, 2). 

2. Kənd təsərrüfatı ilə (əkinçilik, heyvandarlıq) bağlı dialekt leksikası: qays-



aq, 

Qarabağın Füzuli rayonunda «qaysaq» sözü «qavasax» biçimindədir. Qava-

sak.- suvarılandan sonra yerin üzərində əmələ gələn nazik qabıq.- Yer yaman qava-

sax bağlıyıf. Qavasaxlamax-qaysaqlamaq.-Yer gənə qavasaxladı (10, s. 104). 

Dialektoloji lüğətdə  qaysax (Füzuli, Oğuz). 3 anlamı da qeyd olunmuşdur:. 

1.yaranın üstünü örtən nazik təbəqə; 2. südün və s. üzü, qaymağı; 3. torpağın üz qa-

bığı (10, s. 108). 

Azərbaycan dilinin dialektoloji lüğətinə düşməsə də, Qarabağın Cəbrayıl ra-

yonunda «qaysaq» kəlməsi «südün qaysaq bağlaması», «yaranın qaysaq bağlaması» 

anlamlarında istifadə olunur. Göründüyü kimi, Füzuli və Cəbrayıl rayonları bir-biri-

nə yaxın olmalarına baxmayaraq, sözlər həm biçiminə, həm də anlamına görə fərq-

lənirlər. 

Hasan Eren yenə «Derleme Sözlügü»nə istinadən yazır ki, Ərzincanın Egin 

yerində mayasız xamurdan düzəldilmiş incə saç əkməyinə (çörəyinə)  kayasa  adı 

verilmişdir. Kayseri və Nevşehirdə gayasanın «açıkta qalan xəmirin bağladığı sərt 



qabıq»  mənasından istifadə olunur. Ayrıca, Denizli, Niğdə kimi bir neçə  ərazidə 

gaysa «yağışdan, yağmurdan, seldən sonra quruyan torpağın bağladığı sərt qabıq» 

olaraq istifadə olunmaqdadır. Ispartanın Senirkentində gaysa yerinə gayasa biçimi-

nin keçdiyini, Şarkı Karağaçda isə gayse olaraq işləndiyini görürük. İçeldə, Mersin 

kəndlərində gaysık biçisi işlənmişdir. Buna qarşılıq olaraq Amasya, Tokat, Kraman, 

İçel ellərində gaysak biçimi «yara üzərində meydana gələn qabıq» anlamında istifa-

də olunmaqdadır. Afyon, Amasya, Karaman ellərində isə gaysaklanmau «sıvılar ka-

buk, zar bağlamak» anlamını almışdır. Isparta, Tokat, Eskişehir, Zonguldak, Nigde 

kimi bir çox ərazilərdə gaysılanmak  «qabıq tutmaq» deməkedir. Ispartanın Senir-

kent ellərində bu anlamda gayasa tutmau ifapdəsti işlənməkdədir. Niğdenin Bor 

ərazisində gaysa basmak, Bor rayonun Bahçeli kəndində isə gaysı bağlamak «qabıq 

bağlamaq» anlamında işlənməkdədir. Bolunun Mudurnu, Sivasın Koyulhisar 

ərazilərində kayasalanmak feili «xəmirin acıdılaraq, açıqda qalaraq qabıq tutmaq» 

mənası  kəsb etməkdədir. Bilecikin Bozüyük ərazisində bu anlamda kayasalaşmak 

biçimi-forması  işlənməkdədir. Koyulhisarın Hacıilyas kəndindəki  əhali isə 



gayasalanmak feilinin «havayla təmas edən xəmirin üzünün sərtləşməsi» mənasını 

da qeyd edirlər. ( 11, s. 7,8)

3.Heyvan adları ilə bağlı dialekt leksikası: balax 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



24

Azərbaycan dilinin dialektoloji lüğətində «balax» sözünün üç mənası veril-

mişdir: Balax (Lənkəran)- camışın körpə balası, körpə kalça. Balax xəndəyə düşüb 

boğulub; Balax (Zaqağala)- su qıraqlarında bitən qamışa oxşar, heyvan yeyən ot.-

Əli inək üçün bir qucax balax gətirdi; balax (Gəncə, Qazax, Şəmkir), balağ (Bakı) .-

tumanın ayaq tərəfi.- Tumanın balağı dağılıb göz-göz olub (Bakı) (10, s. 54). 

Anadolu ağızlarında bu söz müxtəlif fonetik biçimlərdə müşahidə olunmaqda-

dır. Yenə Hasan xocamız bu xüsusda yazır: «Yerli ağızlarda ayı yavrusuna palak 

(Giresun, Gümüşhane, Sivas, Konya...) adının verildiyi bilirik. Ayrıca, palak yanın-

da balak (Ordu) biçimi də istifadə olunmaqdadır. Daha bir məqamda palak yerinə 

falak (Isparta) biçimi də keçməkdədir. 

Ayı yavrusu, balası» olaraq istifadə olunan palak (-balak) ağızlarda  «manda 



yavrusu», «donuz yavrusu», «dovşan yavrusu», «göyərçin yavrusu», «quş yavrusu» 

kimi müxtəlif mənalar ala bilmişdir. 

Türk dilində «bala» sözünə k, q şəkilçilərinin vasitəsi ilə düşəldilmiş ba-

lak\balaq (-palak\palaqın bu kimi anlamlar qazanması təbiidir. Türkcədə manda ba-

lasına, yavrusuna verilmiş malak adı da balakın bir növ biçimidir. 

Ağızlarda istifadə olunan palak (-balak), falak biçimləri yanında yalnız Gü-

müşhanedən əldə edilmiş polak biçimi də gözə çarpır. (11, s. 9,10)

 Bu da, fikrimizcə, sözügedən formaların bir fonetik variantıdır. 

4.Həşərat adları ilə bağlı dialekt leksikası: milçək-miçek, çibin. 

Milçək ağcaqanad mənasında Qarabağ bölgəsinin Cəbrayıl ağzında işlənmək-

dədir. 1964-cü ildə çap edilmiş dialektoloji lüğətə düşməmişdir. 

Türkiyə türkcəsinin yerli ağızlarında isə sivri sinəkə miçek adı verilmişdir. 

Derleme Sözlügündə miçek Samsun, Bayburt, Ərzincan və Kayseri ərazilərində 

işləndiyi qeyd olunur. Urfada istifadə edilən forma-biçim (milçek) (12, s. 23) Azər-

baycanın Cəbrayır rayonundakı biçimə tam uyğundur. 

Samsunda miçel\miçek formaları da istifadə olunmaqdadır. Mənbələr yerli 

ağızlarda «küçük sinek» (Maras, Kayseri, Niğde, Konya, Adana, İçel), «küçük sivri 



sinek» (Kütahya, Maras, Kayseri, Niğide), «tatarçık» (Hatay, Adana, İçel) olaraq 

istifadə olunan mucuk sözü dar, məhdud bir dairədə qalan miçeklə uyğun gələ bil-

məz (11, s. 15). 

Bəzi qaynaqlarda miçek adı verilməmiş, buna qarşılıq olaraq mucuk sözünü 

«halkın ötüvezi de dedigi yazları ortaya çıkan bir tür ufak sine, tarcık» (456 s.) ola-

raq göstərilmişdir (13) Samsunda miçek adının yanında mizik adının işləndiyi (mi-

çek mizik) bəlli olur. Bu bölgədə «sivri sinek» olaraq istifadə olunan mizik sözü-

nün, Samsunda «tatarcık kimi kiçik, siyah sinek» olaraq işləndiyi də məlum olur. 

Ağızlarda «sivri sinek» ilə «tatarcık» qavramları arasında bir fərqliliyin olma-

sı da təbiidir. Yuxarıda göstərilən mucukun da «sivri sinek» və «tatarcık» anlam-

larında işləkliyi qəbul edilmişdir. 

Samsunda istifadə edilən mizik adı da miçeklə bir tutulmaz. Buna qarşılıq ola-

raq mizikin yerli ağızlarda müşahidə olunan vizikdən ayrılmayacağı açıq-aydın gö-

rünür. Ərzurum və Ərzincanda «sivri sinek» olaraq işlədilən vizikin ağızlarda vızık 

(Bursa, Bolu, Sivas) və vızzık (Ərzurum, Gazi Antep_ formasında olduğunu da gör-

mək olur. 

Ağızlarda məhdud bir çərçivədə vizik (-mizik) adı da miçek lə bərabər tutul-

maz. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



25

Həmin adlarla sivri singə bənzər bir böcəyə verilən üvez adı arasında da bir 

əlaqə yoxdur. Bu adın ağızlarda ivez, övez, üyes, uvaz, uyaz kimi əlavə formaları 

yayğın olaraq istifadə olunmaqdadır. 



Çibin sözü də müqayisə edilən ağızların hər ikisində işlənməkdədir. Azərbay-

canın Masallı rayonunda «cibin» bal arası anlamında işlədilir. Üç yeşik çibin saxle-

ram (10, s. 443). 

Cibin kəlməsinin  İmişli  şivəsində milçək mənasında işləndiyi dialektoloji 

lüğətdə özünə yer etməmişdir. 

Türkiyə ağızlarında sivri sinəkə cibin, cimin (-cimil) adının verildiyi bəllidir. 

Bu adın ortaq kültür dilində-lik morfoloji göstəricisi ilə işlənən «cibinlik» düzəlmə 

sözü də istifadə olunmaqdadır. 

Türkcə cibinlik sözündəki cibin sözü bu dildə əskidən işlənməkdədir. Bu sö-

zün qarşılığı kimi miçek, mucuk, vizik (-mizik) biçimləri də mövcuddur. 



 Son olaraq göstərə bilərik ki, qohum dillər (Türkiyə türkcəsi və Azçərbaycan 

dili) müəyyən bir dövrdə mürəkkəb etnik-siyasi proseslərin nəticəsi olaraq müstəqil 

dillər kimi ayrılmağa başlamış, fonetik, leksik və qrammatik quruluşlarda  əsasən 

diferensiasiya da yaranmışdır. Araşdımalar da göstərir ki, normativ səviyyədə-ədəbi 

dil, yaxud yazı dili, həmçinin də həmin dillərin ağız sistemində xeyli fərqli xüsusiy-

yətlər də yaranmışdır. 

Ağızların, dialektlərin qarşılaşdırma-müqayisəli metodla tədqiqi çox önəm 

daşıyan məsələlərdəndir. Yerli ağızlar müqayisəyə  cəlb edilsə  də, qohum dillərin 

dialektləri, demək olar ki, müqayisədən kənarda qalmışdır. Halbuki oğuz dillərinə, 

yaxud digər qrup türk dillərinə məxsus dialekt və şivələri qarşılaşdırmaqla, müqayi-

sə etməklə ciddi elmi nəticələr əldə oluna bilər. Sözün, kəlmənin forma-biçim, se-

mantika-məna baxımından necə inkişaf prosesi keçirdiyi aydınlaşar. 

 

Ədəbiyyat 



 

1.Türk lehçeleri grameri. 2. Basım: Ankara 2002, Editör: Prof. Dr. Ahmet Vican 

Ercilasun. 

2.Zeynep Korkmaz. Güney-Batı Anadolu Ağızları. DTCF, 1956; Zeynep Korkmaz. 

Nevşehir  ve  Yöresi  Ağızları. DTCF, 1963; Zeynep Korkmaz. Bartın ve Yöresi 

Ağızları Üzerine. DTCF, 1963; Turgut Günay. Rize İli Ağızları (1977); Efrasiyap 

Gemalmaz. Erzurum İli Ağızları (AÜ, 1978); Ahmet B.Ercilasun. Kars İli 

Ağızları.- Ses Bilgisi (GÜ, 1983); Tuncer Gülensoy. Kütahya ve Yöresi Ağızları 

(TDK, 1988); Münir Erten. Diyarbakır Ağzı (TDK, 1994); Mukim Sağır. 

Erzincan ve Yöresi Ağızları. (TDK, 1995); Sadettin Özçelik. Urfa Merkez Ağzı 

(TDK, 1997); Emin Eren. Zonguldak, Bartın, Karabük İlleri Ağızları (TDK, 

1997); Ahmet Buran. Keban, Baskil ve Ağın Yöresi Ağızları (TDK,1997); Ahmet 

Günşen. Kırşehir  ve  Yöresi  Ağızları (TDK, 2000); Cemil Gülseren. Malatya İli 

Ağızları (TDK, 2000); Necati Demir. Ordu İli ve Yöresi Ağızları (TDK, 2001); 

Sadettin Özçelik-Erdoğan Boz. Diyarbakr İli Çüngüş  ve  Çermik  Yöresi  Ağızı 

(TDK, 2001); Erdoğan Boz. Afyon Merkez Ağzı (TDK, 2002); Gürer Gülsevin. 

Uşak  İli Ağızları (TDK, 2002), Mehmet Aydın. Aybastı  Ağzı (TDK, 2002); 

Necati Demir. Trabzon ve Yöresi Ağızları (Gazi yay., 2006); Ali Akar. Muğla 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



26

Ağızları (MÜ, 2006); Necati Demir- Ülker Şen. Sivas İli ve Yöresi Ağızları (Gazi 

yay., 2006). 

3.Ahmet Buran. Anadolu Ağızlarında İsim Çekim (Hal) Ekleri (TDK, 1996); Ahad 

Üstüner. Anadolu Ağızlarında Sıfat-Fiil Ekleri (TDK, 2000); Leyla Karahan. 

Anadolu Ağızlarının Sınıflandırılması (TDK, 1996). 

4.Selahattin Olcay. Doğu Trakya Yerli Ağzı (AÜ, 1996); Emin Kalay. Edirne İli 

Ağızları (TDK, 1998); Hüseyin Dallı. Kuzeydoğu Bulğaristan Türk Ağızları 

Üzerine Araştırmalar (TDK, 1991); Tuncer Gülensoy. Rumeli Ağızlarının Ses 

Bilgisi Üzerine Bir Deneme (1993). 

5.Erdoğan Saracoğlu. Kıbrısın Küçük Kaymaklı  Ağzı (1972); Yıltan Cantaş. 

Kıbrıs Lefkoşa, Ortaköy ve Gönyeli Ağzı (1979); Erdoğan Sracoğlu. Kıbrıs Ağzı 

(1980); Ali Nail. Kıbrıs Mesarya Ağzı (1980); Yıltan Taşçı. Kıbrıs Ağzı Dil 

Özellikleri (1986); Ahmet Rehlivan. Kıbrıs Ağzının Ölçünlüleşmesi (2000); 

Ahmet Pehlivan. Aya İriniden Akdenize Kıbrıs Ağzının Değişimi (2003). 

6. Zeynalov F. Əzizov E. Arpaçay kəndlərinin  şivələri. Elmi əsərlər. Dil və 

ədəbiyyat, 1977, № 6; 1978, № 1. 

7. Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, «Elm», 2012. 

8. Qarabağ: folklor da bir tarixdir. I kitab. Bakı, 2012; Qarabağ: folklor da bir     

tarixdir. II kitab. Bakı, 2012; Qarabağ: folklor da bir tarixdir. III kitab. Bakı, 

2012. 

9. Həsənəv H.Ə. Müasir Azərbaycan dilinin leksikası. Bakı, «Maarif», 1987. 



10. Azərbaycan dilinin dialektoloji lüğəti. Bircildlik, Azərbaycan Elmlər Akale-

miyası Nəşriyyatı, Bakı, 1964. 

11. Hasan Eren. Sırça köşkte... Türk dili. Aylık Dil Dergisi. 1993\II, Sayı:  499,    

Temmuz 1993. 

12. Urfalı Kamal Edip. Urfa Ağzı. İstsanbul, 1945. 

13. Kazım Yedekçioğlu .Kayseri Ağzı. II. Sözcükler. Kayseri, 1992. 

 

Gulchin Ozmaden 



Comparative analysis of Turkish accents of Turkey and Garabagh  

dialects of Azerbaijan 

Summary 

 

Dialects of Turkish language of Turkey (Anadolu manner of speaking) and 



dialects of Garabagh of Azerbaijan are compared and confronted mainly on lexical 

level. General, different structure-meaning and areal characteristics of several 

dialects are defined.  

Comparing analysis of Dialect vocabulary of Turkish language of Turkey 

(Anadolu manner of speaking) and Garabagh of Azerbaijan shows that several 

words of this manner of speaking have general properties from historical point of 

view.  

Words such as “daraba, qaysaq, balax, milçək, çibin ” of comparing, confro-



nting dialects are grouped from lexicological-thematic point of view in article, 

form-kind and semantic development process of these words are observed.  

Research shows that effect of these manners of speaking in literary style of 

Turkish languages, first off all, are characterized with factor of enrichment of 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



27

vocabulary composition. Literary style of two Turkish languages as the resource, 

role of our dialects, comparing on increase-multiplication of vocabulary are 

irrefutable.  

 

Гюльчин Озмаден 



Сравнительный анализ акцентов турецкого языка Турции и Карабахского 

диалекта Азербайджана  

Резюме 

 

В  статье  с  диалектами  турецкого  языка  (Анатолийский  диалект)  на 

лексическом уровне встречаются, сравниваются основы Карабахских диалек-

тов.  Обнаруживается  целый  ряд  общих,  различных  структурно-смысловых  и 

ареальных особенностей.  

Сравнительный  анализ  диалектной  лексики  регионов  Турецкой  Анато-

лии и Азербайджанского Карабаха показывает, что исторически эти диалекты, 

во многих словах, обладают общими особенностями.  

В статье в сравниваемых, встречающихся диалектах, слова: daraba, qay-

sad, balax, milçək, çibin группируются с лексико-тематической стороны, в этих 

словах  выслеживаются  сформированные  и  семантические  развивающиеся 

процессы. 

Исследования показывают, что в турецком литературном языке действие 

этих  диалектов,  прежде  всего,  может  выделяться  с  обогащённым  фактором 

словарного  состава.  Роль  сравниваемых  диалектизмов,  как  источника  увели-

чения лексики в каждом из двух турецких литературных языков, неоспорима.  

 

 

Rəyçi.                İsmayıl Kazımov  

               filologiya elmləri doktoru, professor  

 

 



 

 

 



 

 

 



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



28

                                                                                            SƏİDƏ ƏLƏSGƏROVA  

QÖNÇƏ KƏRİMOVA  

Azərbaycan Dövlət İqtisad Universiteti 

Xarici Dillər kafedrası  

 

ƏNƏNƏVİ TƏLİM METODLARINA YENİ BAXIŞ 



       

Açar sözlər təlim, metod, təfəkkür, təhsil, interaktiv, pedoqoji. 

Key words training, method, mentality, education, interactive, pedagogical.  

Ключавые  слова  обучение,  метод,  умственное  развитие,Образование, 

интерактивный, педагогический. 

   

Tarixin bütün mərhələlərində böyük zəka sahibləri insanlarin biliklərini 



təkmilləşdirməyə, həyat təcrübəsini zənginləşdirməyə, ustalıqlarını artırmalarına 

yüksək qiymət vermişlər. Bu barədə “Avesta” əsərində, “Quran” da Məhəmməd 

Peyğəmbərin kəlamlarından, Nizaminin “Xəmsə”sində  və başqa filosofların 

əsərlərində çox qiymətli fikirlər vardır. Məsələn, Məhəmməd Peyğəmbər müsəl-

manlara beşikdən qəbrə qədər elm öyrənməyi, hətta elm Çində də olsa gedib gətir-

məyi tövsiyə edirdi. 

Elm halalı  və haramı göstərən nişan və  Cənnət yolunu işıqlandıran çıraqdır. 

Insan özünə seçdiyi peşəni kamil bilməlidir. Müəllimlik də belədir, müəllim tədris 

etdiyi fənni onun elmi əsaslarını dərindən bilməlidir. Bunun üçün o hər gün mütaliə 

etməlidir. Özünü təhsil müəllimin əldə etdiyi bilikləri ,elmin nailiyyətlərindən, qa-

baqcıl təcrübədən istifadə etməlidir.  

Hazırki dövr yeni pedoqoji təfəkkürün inkişaf etdirilməsi müəllim-təfəkkü-

rün-şagird münasibətlərindəki humanizm, təlim məzmununun demokratikləşdiril-

məsi, deferensasiya və inteqrasiya deməkdir. Müəllimin çox işləməsini müasir 

uşaqlar tələb edir. O, tədris etdiyi fənnin elmi əsaslarını xalqımızın adət ənənələrini 

milli mentalitet zəminində qurmağı bacarmalıdır.  

Biz itirdiyimizi tapmaq üçün yeni metodları istifadə edir , uşaq –müəllim fər-

diyyətinə kölgə salan amillərin qarşısını vaxtında almaq üçün bütün pedaqoji məha-

rətimizi işə salır ən yeni metodlardan bəhrələnməyə can atmalıyıq.  

Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında qarşıya 

qoyulmuş mühüm vəzifələrdən biri də ali və orta ixtisas məktəblərində “Ənənəvi tə-

lim metodlarına yeni baxış “prinsiplərinə yiyələnməkdir.  

Bildiyimiz kimi,möhtərəm Prezidentimizin fərmanı ilə Azərbaycan Respubli-

kasının təhsil sahəsində islahat Proqramında orta ixtisas təhsilinin də əsaslı şəkildə 

inkişafı nəzərdə tutulub.Bununla əlaqədar təlimin məzmunu yeniləşdirilib, yeni təd-

ris planları və proqramlar işlənib hazırlanmışdır. 

Müstəqil Azərbaycanımızın dahada inkişafı naminə bütün sahələrdə mühüm 

addımlar atılır və islahat aparılır.Bu baxımından təhsil-sistemində adət-ənənələri, 

indiyənədək  əldə etdiyimiz göstəriciləri qoruyub saxlamaqda, dünyanın inkişaf 

etmiş ölkələrin təhsil sitemindəki qabaqçıl təcrübəni öyrənib,həm milli zəmində, 

həm də ümumbəşəri dəyərlə  əsaslanan öz təhsil sistemimizi qurmalıyıq.Lakin biz 

unutmamalıyıq ki, Azərbaycan Təhsilinin çox böyük təcrübəsi və dəyərli ənənələri 

var. Bunu saxlamaqla yanaşı dünya təcrübəsini də öyrənməliyik. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



29

Onu qeyd etmək olar ki, 60-90-cı illərdə Sovet pedaqoqikasında bir-birinin ar-

dınca intensiv işləyib, kütləvi tətbiq edilən metodoloji müddəalar, təşkilati – tex-

noloji proseslər normativlər qaydalar, fəaliyyəti-qiymətləndirmə  və eyni zamanda 

meyarları modelləri, ünsiyyət-münasibət sistemləri şərait vasitə atributları yeni pe-

doqoji təlimə yeni baxışlar kimi təqdim edilir. 

Həmçinin xarici ölkələrin bizə  təfsilatıyla bəlli olmayan klassik və müasir 

təcrübələrdən fraqmentlərdə yeni pedoqoji təlimə yeni baxışlar kimi təqdim edilir . 

Artıq bu təlim metodları üzərində yeni baxışlar aparılır. “yeni pedaqoji 

təfəkkür” termini ilə bağlı vəziyyət bu gün məhz belədir.  

“Yenilik “məfhumu təzə real yaxud ideal hasilatı – məhsulu bildirir. Real 

məhsul fiziki əməyin ideal məhsul ilə təfəkkürün fikri fəaliyyətin nəticəsidir. 

Hətta görkəmli Amerika psixoloqu Gilfordun müəyyənləşdirdiyi 20 intellek-

tual qabiliyyət içərisində “yeni”,”köhnə”,adlandırılan heç bir funksional psixi ele-

mentə rast gəlinmir. Sadəcə olaraq “Yeni” sözü konkret intellectual pedaqoji təfək-

kür deməkdir. 

“Yeni pedaqoji təfəkkür” yeni texnologiyaya malik idraki, zehni fəaliyyətdir. 

Azərbaycan Respublikasında müəllim tərbiyə və təhsilin , bunlardan ayrılmaz 

olan psixoloji inkişafın bütövlükdə pedaqoji posesin məqsədi aşağıdakılardır: 

-Şəxsin fiziki və zehni imkanlarının olması 

 -Milli və ümumbəşər dəyərlərə yiyiləndirilməsi  

-Sərhədlərin toxunulmazlığı  

-Ərazi bütövlüyünün qorunması  

-Demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan vətəndaşlar yetişdir-

mək. 

Müəllim, məktəb rəhbəri göstərilən fəaliyyət növləri üzrə və normativ sənəd-



lərin, klassik təcrübənin təklif etdiyi modellər  əsasında həyata keçirilərsə  və ona 

yaradıcı mövqeylə yanaşırsa bu fəaliyyət reproduktiv praktik fəaliyyətdir. 

Təhsilin humanistləşdirilməsi şəraitində müəllim şagird münasibətinin xarak-

terik xüsusuyyətlərinə yeni baxışı formalaşdırma üçün müəllim-şagird, müəllimlə-

valideyn arasında qarşılıqlı anlaşma olmalıdır. 

Hummanizm latın sözü olub insan,, bəşəriyyət deməkdir. O , pedaqoji təfək-

kürün ana xəttini təşkil edir.  

Eyni zamanda təlim -tərbiyə prosesini diferensiallaşdırılması və fərdiləşdiril-

məsi təhsilin keyfiyyətcə yeni mərhələyə qaldırılmasında mühüm vasitədir. Təlimin 

fərdiləşdirilməsi ilə fərdi təlimi eyniləşdirmək olmaz. Belə ki, fərdi təlim müəllim 

şagirdlə fərdi məşğul olmasıdır. Bu təlim üsulu qədim və orta əsr məktəblərində ge-

niş yayılmasıdır. Təlimin fərdiləşdirilməsi isə təlim tərbiyə prosesində heç bir şagir-

din meyl marağına  əsasən və onların qabiliyyətlərinə uyğun siniflərin yaradılması 

və kolleqial təlim üsuludur. 

Şagird şəxsiyyətinə hörmət ona qol -qanad verir,onu ruhlandırır. Bunun nəti-

cəsində o öz ləyaqətini dərk edir , gələcəkdə özünə münasib yer tutacağına inanır. 

Bunun üçün müəllimlə  şagirdin  əməkdaşlığı da vacibdir. Bu zaman təlimə 

həm müəllim, həmdə şagird yaradıcı münasibət bəsləyir. Beləliklə təlim prosesində 

şagirdlərin meyl maraq və potensial imkanlarının üzə  çıxarılması da zəruri hesab 

edilir.  



 

Filologiya  məsələləri – №10, 2013

 

 



30

Uşaqların mənəvi aləmini zənginləşdirmək , onların estetik tərbiyyəsi və hu-

manist ideyalar ruhunda böyüməsi qayğısına qalmaq biz müəllimlərin ən müqəddəs 

borcudur .  

Ibtidai sinif şagirdlərində şəxsiyyətin formalaşması üçün əlverişli şərait yarat-

maq müasir dövrdə  təlim – tərbiyə prosesinin ən öndə  məsələlərindən biri hesab 

olunur, uşaq inkişaf edəcək yeni psixoloji keyfiyyətlər və əxlaqi normaları mənim-

səyir. Bu uşağı şəxsiyyət adlandırmaq üçün ilkin əsas verir. Uşaq xarici mühüti dərk 

etməyə başlayır və orada yerini müəyyənləşdirir.  

Hər bir müəllimdə yenilikçilik və eksperimentaroloq xüsusiyyət olmalıdır. 

Eyni zamanda zəif şagirdlərin əlavə məşğələlər vədigər vasitələrlə minimum həcm-

də bilik almasına nail olmalıyıq. Çünki müəllim bütün peşələrin zirvəsində durur. 

Biz müəllimlər şagirdlərlə münasibətimizi Ümumdünya insan hüquqları Bəyamna-

məsinin və uşaq hüquqları konvensiyasının müddəaları əsasında durmalıyıq. Şagir-

din təhsil, istirahət, sağlamlığın qorunması  və onlarda azad fikirlilik, sərbəstlik 

vərdişlərini formalaşdırmalıyıq.  

Interaktiv təlim metodlarından Azərbaycan Respublikasının təhsil sahəsində 

də sürətlə inkişaf edir və formalaşır. Bu vəziyyətin başlıca məqsədini yetişməkdə 

olan nəsil hər-tərəfli inkişafa malik ola bilməsinə şərait yaradırıq. Artıq biz müəl-

limlər bu gün uşağı yalnız həyata hazırlamaqla kifayətlənməməli, onun bu günün 

uşağlıq, yeniyetməlik və gəncliklərinin maqarlı qurulmasına çalışmalıyıq. Uşaqlara 

münasibətdə ayrıseçkiliyə yol verməməli, onların öz rəylərini sərbəst və azad ifadə 

edilməsinə, ideyalar verməsinə şərait yaratmlıyıq.  

Biz Azərbaycan Respublikasının interaktiv təlim metod və üsullarının daima 

istifadə edirik.  

Bunlar aşağıdakılardan ibarətdir: 

1.Rollu oyunlar(kiçik pyeslərin oynanılması) 

2.Əqli hücum suala cavab axtararkən  

3.Cütlər və qruplar (fikir mübadiləsi aparmaq)  

Söz assosiyasiyaları (sinifə  təklif olunan söz şagirdlər tərəfindən assosiativ 

şəkildə yaxınlaşaraq xarakterizə edirlər .) 

Işgüzar səs küy (sinifdə fikir mübadiləsi aparılması) 

Saniyələrin yazılması . Bu metod və üsullardan istifadə  tədris prosessini 

intensivləşdirir, şagirdlərin fəallığının artmasına zəmin yaradır. Bu üsullardan ayrı-

ayrı dərslərdə mövzuya uyğun tərzdə istifadə edirik və mövzuda şagirdlərin sərbəst 

fikir yürütmələri də yüksək nəticə verir. Əlbətdə biz bütün dərslərimizdə şagirdlərin 

müstəqil işləməsinə, fikir yürütməsinə ,bilik və bacarıqlarının nümayiş etdirilməsinə 

imkan yaratsaq şagirdlərlə fərdi işi ön plana çəkməklə səmərəli nəticə əldə edə bilə-

rik. Bu isə şəxsiyyətinin formalaşması deməkdir.  

Ənənəvi təlim prosesində xarici dillərin tədrisinə müasir dövrdə xüsusi üstün-

lük verilir. Düz deyiblər ki, neçə dil bilirsənsə bir o qədər də insansan.Dil xalqın 

açarıdır.  Əgər hər hansı millətin mədəniyyətinə  ənənəsinə yaxından tanış olmaq 

istəyirsənsə onun dilini öyrən demişlər.  

Hər dili tədris etməyin də öz spesifik xüsusiyyətləri var. İngilis dili də həmçi-

nin ibtidai siniflərdə bu dili tədris edərkən daha çox dərsi oyunlarla aparıram. On-

larla musiqi oxuyur, tonal oyunlar aparır, rəssamlığa xüsusi diqqət yetirir, müxtəlif 

yazılı lentlərdən istifadə edir və eynilə uşağın səsini ayrılıqda və ümumilikdə tələf-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



31

füzündəki qüsuru aradan qaldırmağa çalışıram. Onları maraqlandıran cizgi film-

lərdən olan şəkillər üzərində danışıram və onları da bu işə cəlb etməyə şalışıram.  

Bu və digər  şeylər nəticəsində onlarda dilə qarşı müsbət keyfiyyətləri aşıla-

yıram və dili sevməyə maraq oyadıram. Xüsusən zəif  şagirdlərə  fərdi yanaşıram. 

Düzgün oxunuş qaydasına hərflərin transkripsiyası ilə başlayıram. Bu zaman şagird-

lər artıq səslərin xeyli hissəsini öyrənmiş olurlar. Eyni zamanda onlarda söz yığım 

bazasını yaradıram. Bunun üçün tez-tez spelinqlər və imlalar yazdırıram. 

Daha maraqlısı şagirdlərin əcnəbi şagirdlərlə dostluq münasibəti yaratmaqdır. 

Lakin yuxarı siniflərdə  tədris mərhələsinə görə  dəyişik müxtəliflik çətinləş-

məyə doğru gedir.  

Bütün bu çətinliyi aradan qaldırmağa daimi çalışırıq. Yeni sözləri öyrənərkən 

ilk  əvvəl söz daxili səslərə diqqəti yönəldir, onların tərcüməsini – sinonimlərin 

antonimlərin köməyi ilə müəyyən etməyə çalışırıq. 

Bu zaman çox vaxt şagirdlərin özləri onların tərcüməsini verirlər. Eyni 

zamanda  şagirdlər bəzən yeni sözün tərcüməsini də ingilis dilində yazirlar. Yeni 

sözlərin köməyi ilə situasiyaların qurulması da şagirdlərdə xüsusi maraq oyadır. Ey-

nilə kart sistemi də yeni sözlərin mənimsənilməsində xüsusi rol oynayır. Sözlərin 

vəya söz birləşmələrinin mənalarına görə dərindən fərqləndirilməsi şagirdlərdə xü-

susi maraq oyadır.  

Onu qeyd edim ki, bu metodla daha çox ənənəvi təlim metodlarına əsaslanmış 

oluruq.  

Yuxarı siniflərdə qrammatik qaydaları izah etməzdən  əvvəl eyni qaydanın 

azərbaycan dilində qarşılığını fərqini araşdırıram. 

Bu baxımdan felin zaman formalarını misal çəkmək . Zamanları izah edərkən 

daha çox misallara istinad edilir. Sonra uşaqlardan ayrılıqda həmin zamana dair tər-

cümə ilə bərabər misallarını verməsini tələb edirik. Bu zaman şagirdlərə aydın ol-

mayan qaranlıq qalan yerləri aydınlaşdırırıq. Kart sisteminin köməyi ilə də qramma-

tik qaydanı daha da möhkəmləndirmək olar. Bu sistemin köməyi daha çox təkrarlar-

da özünü göstərir. 

Yuxarı sinif şagirdləri ilə mövzunun işlənməsi daha maraqlı sahədir. Bu za-

man ilk əvvəl söz və söz birləşmələrini şagirdlərlə təkrarlayır və mətnə lentlərdə qu-

laq asırıq. Bu mövzu ilə olan ilk tanışlıqdır. Sonra yenidən onu təhlil edirik və yad-

da qalan ilk anlayışı şagirdlərin iştirakı ilə tərcümə edirik. 

Bununla yanaşı mövzunun şagirdlər üçün milli əhəmiyyətini vurğulayıram. 

Ən sonda şagirdlərdən ən azı onunun söyləməsinə üstünlük veririk. 

Onu qeyd edim ki, mövzunun tədrisi bir üsuldur və digər üsullardan da istifa-

də edirəm. Onu qeyd edim ki, hərfi tərcümə ilə original tərcüməyə  də çox diqqət 

yetirirəm .Bu şagirdlərdə dilimizə və öyrəndikləri dilə qarşı marağı daha da artırır. 

Yuxarıda qeyd etdiyim sahələri bir qayda olaraq interaktiv üsulların köməyi 

ilə edirəm. adətən mətinləri”rollu oyunlar” əqli hücum və s. metodların köməyi ilə 

şagirdlərə  mənimsədilir. Sözləri və söz birləşməsini “söz assosiasiyalar” cütlər və 

qruplar metodları ilə verilir. 

Lakin qrammatikada daha çox “işgüzar”səs-küy metoduna əsaslanıram. 

Onu da qeyd edim ki ,bu il təhsildə “keyfiyyət “ ili adlandırmışıq. Buna 

əsaslanaraq biz dərslərimizdə daha çox yeni metodlar axtarmaqla dərsin 

keyfiyyətini qaldırmalıyıq.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



32

Biz müəllimlər ümumtəhsil məktəblərində gənc nəslin təlim tərbiyə və təhsili-

ni həyata keçirən mütəxəssislərik. 

“Əsl müəllim  şəxsiyyətinin səciyyələndirən keyfiyyətlər – sistemləşdirilmiş 

müəyyən və ümumi və şərti dəyərlərə ,dərin elmi biliklərə əsaslanan əqidəyə ,elmi 

dünya görüşünə sahib olmasıdır. “Şagird – sistemləşdirilmiş milli və ümumbəşəri 

şəxsiyyəti bilikləri bacarıq və  vərdişləri, habelə  mənəvi keyfiyyətləri məktəbdə 

müəllimin məqsədəyönlü planı  və mütəşəkkil rəhbərliyi altında mənimsəməklə 

cəmiyyətin ,xalq təsərrüfatının sonrakı inkişafında fəal iştirak edəcək şəxsdir.  

 

Ədəbiyyat 



 

1.“Müasir təlim texnologiyaları.” Akif Nəzərov. 

2.“Yeni təlim texnologiyaları və müasir dərs.” A.H.Ddəmirov.  

3.“Ingilis dili fənninin tədrisi prosesində yeni müasir təlim metodları.”Abbasova  

Sevinc. 

 

 Saida Alaskarova  



 Qoncha Karimova  

A New View of Principles in Tradintional Training Methods 

Summary  

 

This article deals with fundamental development of secondary school teaching 



by the decree of our respectable president Ilham Aliyev on the reform programme 

in the field of education. In this respect the content of the education has been 

innovated, new teaching plans and programs have been prepared. One of the vital 

objectives put forward in the reform programme in the education field of Azerbaijan 

is mastering a new view of the principles in traditional training methods. 

 

 Саида Алескерова  



 Гонча Kаримова  

Новые Взгляды в Традиционных Методах Обучения 

Резюме 

 

Это  статья  говорит  о  фундаментальном  развитии  школьного  обучения 



программной  реформы  в  области  просвещения  данный  указом  уважаемого 

президента.В  связи  с  этим  обновилось  содержание  обучения,  изготовленный 

новые планы и программы. Одна из важных целей представленных в програм-

ме  реформы  в  области  просвещение  Азербайджана  является  владение  новых 

взглядов в традиционных методов обучения. 

 

Rəyçi:            Nəcəf Nəbiyev 



               filologiya elmləri doktoru 
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə