Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə32/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

 

 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



309

ÜLVİYYƏ ABDULLAYEVA 

 BDU, Jurnalistika fakültəsinin dissertantı  

u.abdullayeva@gmail.com 

 

  XƏBƏR  VERİLİŞLƏRİ VƏ ETİK NORMALAR 

(CNN və BBC-nin timsalında) 

 

Açar sözlər: televiziya, media, KİV, informasiya, etika, davranış, hüquq,normalar, 

məsuliyyət. 



Key words: television, media, mass-media, information, ethics, behavior, law, 

norms, responsibility.  



Ключевые слова:  телевидение, медиа, СМИ, информация, этика, поведение, 

право, нормы, ответственность.   



 

Müəllif məqalədə faktoloji materiallar əsasında CNN və BBC televiziya 

kanallarının timsalında xəbər proqramlarında etik normalar mövzusunu hərtərəfli 

təhlil edir. 

O, həmçinin etik normalara əməl edilməsi problemini nəzərdən keçirir və bu-

nun təkcə jurnalistin peşəkarlığı ilə deyil, eyni zamanda dünya görüşü və intellekti 

ilə əlaqədar olduğunu göstərir. 

Məqalədə təqdim edilən faktlar bunu əsaslı şəkildə təsdiq edir. 

 

         Televiziyanın xəbər proqramlarının dünya təcrübəsində formalaşmış etik 

prinsiplərdən bəhs edərkən bir çox araşdırmalarda «ekranda etik normalar», 

«televiziyanın Qərb standartları» kimi ifadələr işlədilir. Bu anlayışlar bütün post-

sovet ölkələrinin telekanalları, o cümlədən Azərbaycan televiziyz məkanı üçün 

yenidir. Ona görə ki, SSRİ dövründə mövcud olan telekanalların hamısı sovet 

ideologiyası  əsasında fəaliyyət göstərirdi. Çox ciddi  senzura nəzarəti olduğuna 

görə  həm mərkəzi, həm də yerli TV-lərdə konkret streotiplərə  əsaslanan  infor-

masiya  proqramları  fəaliyyət göstərmiş  və ümumiyyətlə bu sahədə xüsusi 

jurnalist axtarışlarına, eləcə  də etik məqamlar barədə danışmağa ehtiyac 

olmamışdır. Müasir dövrdə informasiyalı  cəmiyyətin  əsas atributlarından birinə 

çevrilmiş televiziyanın sürətli inkişaf meylləri onun siyasi, təşkilati, hüquqi, 

iqtisadi, elmi, ideoloji əsaslarına, o cümlədən elektron KİV və etik normalar 

probleminə diqqəti qat-qat artırmışdır. 

Bu məsələlərin  İngiltərə, ABŞ, Almaniya və s. inkişaf etmiş ölkələrdə 

çoxdan dövlət proqramı  səviyyəsində qarşıya qoyulması  və ardıcıl həlli elektron 

informasiya  vasitələrinin cəmiyyət həyatındakı roluna, texniki və yaradıcılıq 

imkanlarının yüksəlməsinə əsaslı təsir göstərmişdir.  

Müasir tələblər baxımından Qərb telekanallarının yaradıcılıq imkanlarının  

öyrənilməsi və  tətbiqi bütün postsovet ölkələri televiziyaları üçün qaçılmaz bir 

gerçəkliyə çevrilib. Müasir jurnalistika araşdırmaçılarından biri olan 

A.A.Qolyadkinin dediyi kimi, «televiziya verilişlərinin effektivliyini yüksəltmək 

işində xarici təcrübənin öyrənilməsi və yaradıcı  şəkildə istifadəsi çox vacib 

istiqamətlərdən biridir» (4, s.3). Bu tədqiqatçının belə bir fikri Azərbaycan tele-

məkanı üçün də yad deyil ki, «əvvəllər biz öz işimizi dünya inkişafı kontekstində 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



310

qiymətləndirməyə, Qərbin topladığı təcrübəni mənimsəməyə nəinki az əhəmiyyət 

verirdik, əksinə ondan imtina edərək həmin təcrübəni yalnız tənqid edirdik» (4, s. 

3). Bu gün isə, bütün postsovet ölkələrinin elektron informasiya vasitələri, o 

cümlədən Azərbaycan teleməkanı ehkamçılıqdan yaxa qurtarmaq məqsədilə 

dünya təcrübəsini öyrənməyə və tətbiq etməyə üstünlük verir. 

Qərb televiziyalarının təcrübəsi, bu mənada bizə çox fayda verə bilər. Qərb 

dünyasında, xüsusilə ABŞ-da elektron informasiya vasitələrinin informasiyalı 

cəmiyyətdə oynadığı rolu  yaxşı  dərk etmişlər.  Əslində, amerikalı professor 

D.Bellin dediyi kimi, «postindustrial cəmiyyətdə əsas rol intellektual texnologiya-

ya, ondan bacarıqlı istifadəyə verilir. Çünki bunların siyasi həyata, iqtisadiyyata 

və  mədəniyyətə  təsiri getdikcə artmaqdadır» (7, s. 327). İntellektual texnologiya 

«cəmiyyətdə insanların bir-biri ilə sıx, interaktiv əlaqədə olmasına şərait yaradır». 

Amerikalı kulturoloq O.Tofflerə görə aqrar və sənaye cəmiyyətindən sonra gələn 

“informasiya cəmiyyəti tamamilə yeni bir həyat tərzidir”. M.Kastelsə görə “belə 

cəmiyyətin mədəni həyat tərzi kommunikasiya proseslərinə söykənir” (7, s. 327). 

Deməli, elektron informasiya vasitələri müasir cəmiyyətin bilik  və  məlumat 

daşıyıcısı, ötürücüsü kimi, çox böyük önəm kəsb edir və  məhz bu keyfiyyəti onun 

texnoloji inkişafını təmin edir. 

İnformasiyalı cəmiyyət şəraitində media bazarı bütün digər “əmtəə” bazarla-

rını üstələməkdədir. İndi media sahəsində formalaşan transmilli korpoorasiyaların 

imkan və  qazancları heç nə ilə müqayisəyə gəlmir. 

Hazırda dünya teleinformasiya bazarında meqakompaniyalar yaranmışdır və 

bu səbəbdən müasir jurnalistika terminləri sırasında “meqamedia”, “meqakompa-

niya” kimi anlayışlar geniş yer tutur. Bu anlayışlar  KİV-in işıqlandırılmasına çox 

əhəmiyyət verən, dövrün mühüm hadisələrinin teletəqdiminə istiqamətlənən me-

dia qurumlarını nəzərdə tutur (6, s. 121). Onu da qeyd edək ki, bu gün ən ciddi və 

ən böyük teleşəbəkələrin hazırladığı ekran məhsulları sistemində xəbərlər birinci 

sırada durur. «Hazırda müstəqil dövlətdə, söz və mətbuat azadlığının, demokratik 

institutların mövcud olduğu siyasi plüralizmin elan olunduğu bir cəmiyyətdə yaşa-

yan, hüquqi, demokratik, dünyəvi dövlt quruculuğunda iştirak etmək istəyən Azər-

baycanın da  hər bir vətəndaşı ölkəmizin həyatında gedən proseslərdən, hadisələr-

dən daha çox televiziya vasitəsilə xəbərdar olur» (2, s. 9).  

Ona görə də cəmiyyətin hər bir üzvündə maraq oyadan , ölkədə və dünyada 

baş verən ən mühüm yenilikləri əks etdirən telexəbərlər sosial əhəmiyyətinə görə 

televiziyanın rəngarəng proqramları  sırasında  əsas yer tutur. Çoxsaylı elmi 

araşdırmalar və  ən müxtəlif ölkələrdə aparılan rəy sorğuları belə bir nəticəyə 

gəlməyə əsas verir ki, hər bir televiziya kanalının cəmiyyətdə nüfuz qazanması və 

rəqabətə davamlılığı ilk növbədə informasiya siyasətinin düzgün qurulması xəbər 

buraxılışlarının peşəkarlıq səviyyəsi ilə etik prinsiplərə ciddi əməl olunması ilə 

şərtlənir. “Televiziya rəqabəti xəbərlər üzərində qurur. İnformasiya proqramında 

uduzan televiziya başqa növ proqramlarla rəqabətə tab gətirə bilmir” (3, s.290). 

Xüsusilə kommersiya kanalları  xəbərləri birinci əhəmiyyətli teleməhsul hesab 

edir. 


Qərb dövlətlərində, xüsusilə ABŞ-da televiziya kanalları xəbərləri ön sıraya 

çəkməklə güclü auditoriya qazanır.  ABŞ-da orta amerikalı ailənin indi 40-a yaxın 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



311

telekanal seçimi var. Belə ailələr həftənin 45-50 saatını ekran qarşısında keçirir”    

(4, s. 3).  

 Bu  vaxtın böyük hissəsi xəbərlər proqramını izləməyə sərf olunur.  Təkcə 

ABŞ-dakı vəziyyəti izləməklə günü-gündən artan telekanalların xəbərin operativ-

liyi uğrunda rəqabətini müşahidə etmək olar. Hətta bu ölkədə “hər anın 

informasiyası” kimi xəbəri təqdimetmə konsepsiyası meydana gəlib. ABŞ-da 

informasiya proqramlarının  “maraqlılıq” konsepsiyasına xüsusi diqqət yetirilir. 

İnformasiya proqramları  şou-biznes qanunlarını da mənimsəməyə başlamışdır. 

Məhz bu məqam informasiya proqramlarında etik meyarların gözlənilməsi proble-

mini gündəmə  gətirir. Operativ informasiyanın görünməmiş seli televiziyanın bu 

sahəsində klassik və böyük həcmli uzun verilişləri  sıradan çıxarır.  İnformasiya 

proqramları 1990-cı illərin əvvələrindən canlı danışıq (tokşou) verilişlərinə, məh-

kəmə, tibbi, kriminal “rialiti şoulara” çevrilməyə başlamışdır. Xəbərlərdə  nəyisə 

gizləmək, nəyinsə  üstündən keçmək dərhal rəqabətdə olan digər kanalların onları 

təqdim etməsinə səbəb olur. 

        Televiziyaların inkişaf meyllərində xəbərin ilk sırada durmasının əsas səbəb-

ləri göstərdiyimiz məqamlarla bağlıdır. Məhz xəbərlər Qərbin bir sıra telekanalla-

rıa qlobal xarakter vermişdir. Bu telekanalların əksəriyyəti “informasiya agentlik-

ləri rejimində  işləməyə başlamışdır” (8, s. 33). Təzə informasiya ən  əhəmiyyətli 

bir  şey hesab olunur. Sayılan, seçilən  telekanallarda xəbərlər daim yeniləşir, 

fövqəladə hadisələr barədə operativ məlumatlar  yayımlanır. Bu telekanallar məhz 

xəbərlər vasitəsilə  dünyanın real mənzərəsini yaratmaq məqsədini qarşıya qoyur. 

Onların texniki və yaradıcılıq gücü dünyanın ən müxtəlif nöqtələrindən hər anın 

hadisəsini tamaşaçıya çatdırmaq imkanı verir və  bu işdə qloballaşmış televizi-

yaların fəaliyyəti bəzən möcüzəyə bənzəyir. Bu kanallarda təyyarə qəzası barədə 

xəbəri, haradasa baş verən kütləvi ixtişaşlar terror hadisəsi, terror xəbərini isə öz 

növbəsində təbii fəlakətlərə dair yeni informasiyalar əvəz edir. 

Qərb televiziyalarında, məsələn CNN, BBC, Euronewsda işin  ən başlıca  

prinsip  «əsas hadisələr qan tökülən yerdədir» - prinsipidir. Hətta bəzi teletənqid-

çilər «neqativ hadisələrin kvitessensasiyası» - yəni neqativ hadisələrə üstünlük 

verilməsi halını  qeyri-obyektiv yanaşma tərzi hesab edərək jurnalistləri dünyanı 

«qəzalar aləmi» kimi təqdim etməkdə günahlandırmağa başlamışlar (8, s. 34). 

Amerika  politoloqu və siyasətçisi D.P. Moynixanı  bu problemə  fərqli bir  

mövqedən yanaşır. Onun belə bir fikri mübahisəli olsa da  maraqlıdır: «Əgər 

media «bəd xəbərlərlə» doludursa – bu, demokratiyadan xəbər verir. Xoş 

xəbərlərin mətbuatda bolluq təşkil etdiyi ölkələrin həbsxanaları da yaxşı adamlarla 

dolu olur» (12, s. 139). Bu «postulatdan» çıxış etsək Qərbdə  demokratiyanın 

inkişaf səviyyəsini həm də mediaya yaradılan imkanın  səviyyəsi ilə də  ölçmək 

olar.  Əlbəttə, bu  «neqativlik» heç də    bəzi  ölkələrdə, xüsusən postsovet mə-

kanında özünü  göstərən yalan, iftira  və böhtanla qarışdırılmamalıdır (5, s. 120). 

Qərb telekanalları  mənbəyi məlum olmayan, şayiə  və  dedi-qodulara söykənən  

qeyri-dəqiq informasiyanı,  böhtan və  yalanı efirə  çıxarmır. Çünki belə «xəbər-

lər» televiziyanın reytinqinə və reklam bazarındakı mövqeyinə xələl gətirir. Digər 

tərəfdən, bu cür təqdimetmə etik normalara ziddir və tamaşaçını televiziyadan 

uzaqlaşdıra bilər. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



312

Qərb telekanallarında «bəd xəbər bolluğunu» şərtləndirən bir amili də nəzər-

dən qaçırmaq olmaz. Belə ki, digər informasiya qaynaqlarından fərqli olaraq, tele-

viziyada təsvirin, görüntünün səsə və sözə nisbətən daha böyük önəm kəsb etməsi 

danılmazdır. Bu mənada faciəli hadisələrdən bəhs edən xəbərlər təsvir baxımından 

daha canlı və təsirli olmaqla ekran qarşısına böyük tamaşaçı auditoriyası toplaya 

bilir. Qərb mütəxəssislərinin xəbər yaradıcılığında bu gerçəkdən yararlanması nə 

qədər məntiqlidirsə, bir çox teletənqidçilərin müharibə, ölüm və qan-qada səhnələ-

rinin ekranı «zəbt etməsinin» tamaşaçı psixologiyasına mənfi təsiri ilə bağlı nara-

hatlıqları da bir o qədər anlaşılandır. «Cəmiyyət həyatında televiziyanın rolu yük-

səldikcə…televiziya bir çox problemlərin müzakirə olunduğu mötəbər tribunaya  

çevrildikcə televiziya jurnalistikasında etik meyarlara əməl olunması məsələsi də 

xeyli aktuallaşır» (2, s.109). Televiziya xəbərlərinin mahiyyətində isə etik meyar-

lar daha böyük önəm kəsb etməkdədir. Təsadüfi deyil ki, ictimai televiziya kimi 

etik normalara daha çox əməl etməyə borclu olan İTV özünün 2006-cı il avqustun 

28-də efirə çıxan «Carçı» xəbərlər proqramında bu telekanal barədə rəylərin top-

landığı kitabın təqdimat mərasimində  iştirak edənlərin ünvanına təhqirlərlə mü-

şayiət olunan süjetinə görə cəmiyyətin və medianın ciddi qınağına tuş gəlmişdi.  

Xəbərin təqdimində qəbul olunmuş etik meyarların gözlənilməsi televiziya-

nın reytinqini qaldıran amillər sırasındadır. Qərb telekanalları  informasiyanın  

dəqiqlik prinsipini öz fəaliyyətlərində əsas tuturlar. Məsələn, ABŞ-da çox yetkin 

telekanallardan biri olan NBC-nyusun «Vətəndaş ixtişaşlarının  işıqlandırılması» 

ilə   bağlı   prinsiplərinə nəzər salaq: 

«En-Bi-Si nyus»un fikrincə, vətəndaş  ixtişaşlarının işıqlandırılması zamanı 

hər hansı bir komissiya və ya komitənin məsləhətlərinə deyil, təcrübəli, peşəkar 

jurnalistlərin yaxşı praktikasına söykənmək vacibdir. 

Bu tipli  fövqalədə  vəziyyət bəzən o qədər kəskin olur və  ehtirasları elə  

coşdurur  ki,  hadisələrin təqdimatında redaktorlar dəqiqlik,  vaciblik, mülahizə-

lərin düzgünlüyü, olayların inkişafını anlamaq, qərəzsizlik və informasiyanın  har-

moniyalılığı kimi məsələlərdə çox diqqətli və ehtiyatlı olmalıdırlar» (3, s. 323). 

Ona görə də etik meyarları öyrənmək və tətbiq etmək televiziyanın fəaliyyə-

tinə çox səmərə verərdi. 

Xəbərlərin dünya telekanallarında xüsusi təqdim forması var. Bu telekanal-

larda hər hansı bir xəbərin eyni məzmunda təkrarına – məsələn, postsovet 

teleməkanında olduğu kimi – qayıtmaq mümkün deyil. Lakin  xəbər standartların-

dan biri budur ki, Qərb telekanalları çox mühüm, prioritet hadisələrin üzərində 

çox dayanır, bəzən xəbərlər proqramının xeyli hissəsini bu hadisənin baş verməsi-

nə,  səbəblərinə, təhlillərinə həsr edirlər. Məsələn, götürək İndoneziyada baş verən 

sunami hadisəsini. CNN buradan canlı yayımı ilk növbədə  hadisə kimi təqdim 

edir. İlk bir neçə saat hadisələrin inkişafı, nəticələri verilir. Nisbi sakitlik anların-

da sunami haqqında elmi faktlar, hadisənin törətdiyi faciələr və s. kimi məqamlar 

ayrıca təhlil olunur. Həm də bütün məqamlarda faciəyə düçar olanlara etik 

meyarlarla yanaşılır: cəsədlər ümumi planda verilir, xof yaradan səhnələr az 

görünür və s. Bu standartlar, məsələn, Azərbaycan kimi dünya teleməkanına yeni-

cə qovuşmaqda olan bir ölkənin telejurnalistlərinə təcrübə  məktəbi rolunu oyna-

maqdadır. Əlbəttə, hər yerdə olduğu kimi, Azərbaycanda da təbii hadisələr, qəza-



 

Filologiya  məsələləri – №10, 2013

 

 



313

lar baş verir. Lakin təcrübəli dünya telekanallarından fərqli olaraq Azərbaycanın 

bəzi telekanallarında belə hadisələrin təqdimində etik meyarlar pozulur. 

Qərb  telekanallarının tamaşaçı auditoriyasını   daim öyrənən  xüsusi  sosio-

loji tədqiqat  mərkəzləri var. Bu mərkəzlər tərəfindən müasir dövrdə informasiya-

ya və xüsusən televiziya informasiyasına maraq son dərəcə artıb Televiziya araş-

dırıcısı A. A. Qolyadkin bu tendensiyanı şərtləndirən amillər sırasında yalnız ayrı-

ayrı  ölkləri və  xalqları deyil,  bütün bəşəriyyəti düşündürən və narahat edən 

qlobal problemlərin meydana çıxmasını  məsələn, immun çatışmazlığı sindromu, 

müharibələrə  və regional konfliktlərə, ümumiyyətlə, bəşər sivilizasiyasının gələ-

cəyi ilə bağlı  məsələlərə münasibətdə yanaşma və yaranmasını, formalaşmasını 

misal gətirir (4, s. 61-62). 

Lakin bütün bu  şərtləri  televiziyaların heç də hamısına aid etmək olmaz. 

Söhbət son  dərəcə inkişaf  etmiş  Qərb telesetlərindən gedir. Bu  telekanallar 

xəbər təqdim edərkən  ilk  növbədə ictimai marağı nəzərə alırlar auditoriyanı cəlb 

etmək üçün dramatizm, faciəvi  konfliktlər, maraqlar  toqquşması,  görümlülük 

əsas götürülür. 

«1. Qəzalar, müharibələr, terror aktları bu  telekanalların xəbər  proqramları-

nın ilk  süjetləridir. Məşhur  adamların dava-dalaşları, fırıldaqları da aparıcı yerdə 

olur… 


2.Gözlənilməz, birmənalı olmayan hadisələr, baş  verənlər barədə    yeni 

açıqlamalar,  təhqiqat elementləri və s. də xəbərlər sırasındadır. 

3. Hadisələrin davamı, həm də  gözlənilməz davamı  xəbərlərin  maraqlı 

məqamlarıdır» (8, s. 34). 

Göründüyü kimi, bu tipli sensasiyalı xəbərlər etik meyarlarla yanaşma tələb 

edir. Xırda bir etik pozuntu narahatlıq yarada bilər. 

Qərb telekanallarında xəbərlərin  əhəmiyyət dərəcəsinə  görə  reytinqi də 

müəyyənləşib.  İctimai-siyasi hadisələr burada çox böyük  önəm kəsb edir. Eyni 

zamanda Qərb telekanallarının jurnalistləri heç vaxt siyasətçi  rolunda çıxış etmir-

lər. Xüsusilə seçkilər kimi böyük ictimai əhəmiyyət daşıyan hadisələrin işıq-

landırılmasında bu etik meyara ciddi əməl olunur. NBC  telekonpaniyası özünün 

prinsiplərində dəqiq göstərir ki, «seçkilər  zamanı bizim təqdim etdiyimiz xəbərlər 

hər hansı bir siyasi partiyanın, siyasi kompaniya rəhbərlərinin və ya  namizədlərin 

marağını ifadə edə  bilməz» (4, s. 204). Bu telekanalların  prinsipləri jurnalisti 

siyasətdən aydın  şəkildə  çəkindirir: «İnformasiya  şöbəsinin bu  və ya digər  

problem  haqqında redaksiya rəyini  ifadə  etməyə  ixtiyarı  yoxdur» (4, s. 207). 

Qərb telekanallarında xəbərlərin etik konsepsiyası obyektivliyin və məsuliy-

yətin  birgə ifadəsində özünü göstərir. Bunlar media-kompaniyaların informasiya 

siyasətində  əsas prioritetlərdir. Konsepsiyadakı operativlik hadisəni dərhal xəbər-

ləşdirmək və situasiyanı  təhlil etmək bacarığını, obyektivlik, hadisə    və faktları 

balanslı şəkildə göstərmək, faktın dəqiq yoxlanılması kimi  prinsipləri nəzərdə tu-

tur. «Qərb telekanallarında «hard news» («çətin xəbərlər»)  kimi qiymətləndirilən 

belə informasiyalarda reportyorun heç bir mövqeyinə  yol verilmir və  jurnalistin 

dəqiq kanonlara əməl etməsi tələb olunur» (6, s. 121). 

Əlbəttə, bütün telekanallarda bir sıra hallarda böyük auditoriya  toplamaq 

üçün sensasiya xarakterli informasiyalara geniş yer verilir. İnfoteyment (infotain-

ment;  information+entertainment – informasiya+əyləncə, yaxud əyləncəli infor-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



314

masiya), politeynment (politainment; politics + entertainment, politika+əyləncə), 

biznesteynment (businesstainment; business+entertainment, biznes+əyləncə) kimi 

standartlaşmaqda olan hallar məhz bu məqsədə xidmət edir. 1998-1999-cu illərdə 

ABŞ prezidenti Bill Klintonun Monika ilə  məhəbbət məcaralarını  əks etdirən 

informasiyalar  məhz bu baxımdan misal çəkmək olar. 

 Belə faktlar onu göstərir ki, dünya telekanalları  bəzən baş verən hadisəni 

informasiya seriallarına da çevirir. Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsi 

Hacı Məmmədovun cinayətləri ilə bağlı  informasiyaların 2005-ci ilin martından 

2006-cı ilin sonuna qədər Azərbaycan teleməkanında məhz xəbər seriallarına 

çevrilməsi bu standartın bizə də ayaq açdığını deməyə əsas verir.   

Əslində tamaşaçını bundan daha vacib informasiyadan məhrum etmək etik 

meyara sığmır. Dünya telekanallarında çox maraqlı etik  normalardan biri xəbərin 

şərhdən ayrılmasıdır və  bu  standart  bütün dünyada qəbul edilməkdədir. Xəbərin 

bu tipinə  Qərbdə  hətta “sərlövhədə  xəbərlər” (news headlain) adı verilmişdir. 

«Xəbər anonsları» tamaşaçıda növbəti informasiyaya maraq oyatmaq məqsədi 

daşıyır. Jurnalist və şərh problemində CNN-in yeni təcrübəsi öz spesifikliyi ilə se-

çilir. CNN-in xəbərlər proqramı hər gün tamaşaçıların şərhlərini efirə çıxarır:  belə 

ki, ekranda hər hansı bir məsələ barədə tamaşaçının rəyi titrlərlə görünür, kadr 

arxasında isə onun telefonda səsi eşidilir. Adətən, tamaşaçılar onları narahat edən 

problemlər barədə öz fikirlərini ifadə edirlər.  Bu üslubu tamaşaçı ilə interaktiv 

əlaqə adlandırmaq olar. Belə  məqamda tamaşaçı fikrinə hörmətlə yanaşmaq etik 

meyarlar sırasındadır. 

BBC-də zərif üslub etik normaya çevrilib. Onun xəbər proqramında oynaq, 

bir az da həyəcanlı musiqi xəbərlərin təqdimat forması ilə çox uyğun gəlir. 

Həmçinin BBC xəbərlərindəki anonslar və  qısa videoxülasələr – ən vacib 

xəbərin bir sətirdə ifadəsi – qırmızı – narıncı fonda təqdim edilir.  

Beləliklə, ilk baxışdan elə görünür ki, bütün telekanalların xəbər proqramları 

oxşar formatlardadır. Lakin əslində heç də belə deyil. Auditoriya uğrunda müba-

rizədə dizayn elementlərindən tutmuş  xəbərin təqdimatında etik normalara qədər 

hər şeydə fərq mövcuddur. 

Qərb telekanallarının  xəbər proqramlarında yaranan və dərhal az qala bütün 

dünyada standartlaşan etik məqamlar məhz onların geniş  şəbəkədə yayılması ilə 

bağlıdır. CNN-də dünyada məşhur olan aparıcı Lari Kinqin və BBC-də Tim Se-

bastianın analitik informasiya proqramları adətən çox böyük auditoriya toplaya 

bilir. Onlar bu auditoriyanı  fərdi keyfiyyətləri və peşəkarlıqları ilə yanaşı, 

qərəzsizlik, dəqiqlik,  şərhi informasiyadan ayırmaq, balans və  s.  kimi  etik 

meyarlarla qazanırlar. Təsadüfi deyil ki, müasir İNTERNET səhifələrində bu tele-

kanalların iş rejimləri, fəaliyyətləri, yeni tapıntıları, aparıcıları, xəbər standartları 

və s. haqqında yazılarda və son dövr ədəbiyyatlarda, teleproqramlarda məhz etik 

normalara əməl etməyin vacibliyi xüsusi vurğulanır. Bu mənada CNN-də tamaşa-

çını öz kanalına cəlb etmək üçün  prodüser və redaktorların, reportyorların xəbər 

proqramlarının etik meyarları üzərində ciddi şəkildə çalışması və davranışın məhz 

bu cəhətini ictimaiyyət üçün qabardılması təcrübəsi olduqca diqqətəlayiqdir. 

CNN – in verilişləri əsasında xəbər ən vacib faktor kimi dayanır. “Yeniliklər 

bu kanalın  əsas məhsuludur.  Əslində CNN – yeniliklər deməkdir» (13, s.152). 

Xəbərlərin fövqəladə buraxılışı ilk dəfə CNN tərəfindən həyata  keçirilib. İndi bu 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



315

forma xəbər buraxılışının standartına çevrilərək çox yerdə  işlənməyə başlayıb. 

CNN öz tamaşaçılarına belə bir şüarla müraciət edir.  «Bilənlər içində birinci siz 

olun!» Bu ifadə daimi olaraq CNN-in transliyasiyalarını müşayiət edir. Onun 

xəbər strategiyası elə qurulub ki,  tamaşaçı ekrandan aralana bilmir. Bütün 

proqramlar – maliyyədən tutmuş tok-şoularadək –hamısı xəbərlərə  güzəşt edir. 

CNN həm də (Get it first, bat get it right), “xəbəri hamıdan öncə əldə etmək 

vacibdir, amma doğrusunu  əldə etmək daha vacibdir” –məzmunlu  şuarına görə 

fərqlənir.  Əslində telekompaniyanın  əxlaq prinsiplərini  ifadə edən bu fikir etik 

normanın mühüm  konponentidir. Təkcə siyasi xəbərləri deyil, məsələn 

iqtisadiyyat xəbərlərini yayarkən də telekompaniya bu prinsiplərə ciddi əməl edir. 

Yeri gəlmişkən qeyd edək ki, CNN ilk televiziyadır ki, maliyyə – iqtisadiyyat 

xəbərlərini populyarlaşdırmışdır. Bu tipli xəbərlərə Azərbaycan teleməkanında 

ANS indi diqqət yetirməkdədir. «Xəbərçi»nin sonunda, «Şirin çay» səhər 

proqramında ayrıca blokda  təqdim olunan iqtisadiyyat xəbərləri məhz CNN 

standartlarından doğub.  Bu telekanalın xəbər strategiyasında tamaşaçıları  təkcə 

informasiya ilə təmin etmək  kifayət deyil, həm də bu informasiyanı onlara lazım 

olan tərzdə vermək lazımdır»  prinsipi əsas götürülür. «Lazım olan tərz» isə 

üslubdan  daha çox etik meyarları nəzərdə tutur. 

Belə bir cəhəti də qeyd etməliyik ki, CNN – in xəbər strategiyasını pro-

düserlər deyil, tamaşaçılar və xüsusən ictimai maraq müəyyənləşdirir. Xəbər 

proqramlarında «bizim işimiz insanları öyrətmək deyil, onlar özləri informasiya-

dan nəticə  çıxarırlar» devizi etik meyarlar göstəricisidir. Ona görə  də CNN –də 

tətbiq olunan və    tədricən dünya telekanallarında özünə yer tapmağa başlayan 

tamaşaçı  rəyinin əsas götürülməsi prinsipi xüsusi maraq doğurur. 

Operativlik və etik normalara riayət baxımından CNN-in  populyarlığı mas-

media tədqiqatçılarını həmin  kanalı həmişə diqqətdə saxlamağa vadar edir. Bəzən 

tənqidçilər CNN-in xəbərlərini «saqqıza» bənzədirlər. Onun xəbərlərini ancaq 

Amerika telejurnalistikasına məxsus «fast fud» (tez başa gələn xörək) üslubunda  

olmasına görə  tənqid edənlər də var. Bu cəhətdən Böyük Britaniyalı jurnalist, 

«Daly Teleqraph» qəzetinin müxbiri Amand Mitçisonun fikri çox xarakterikdir. O 

CNN – in xəbərlərindən danışarkən belə bir həqiqəti söyləyir: «Bütün gün ərzində 

– sensasiya, yeniliklər, yeniliklər, reklam, yeniliklər, reklam… Axı bir nəfəs də al-

maq lazımdır». Artiq jurnalistlərin özlərinin və televiziya tənqidçilərininbir çoxu 

bu fikirdədir ki, CNN-in operativliyi «xəbərlərin redaktor nəzarətindən çıxmasına 

səbəb olur» (11). Düzdür belə yüksək operativlik isə bəzən yanlışlığa , hətta kütlə-

vi çaşqınlığa gətirib çıxarır. Məsələn 2000-ci ildə ABŞ-da prezident seçkilərində 

son nəticəni gözləməyən CNN əvvəlcə Albert Qorun, bir azdan Corc Buşun qələ-

bə çaldığını xəbər vermiş, bu böyük səhvdən sonra hələ səslərin tam hesaba alın-

madığını bildirməyə məcbur olmuşdu. 

Lakin hələlik  təıxminən 30 illik fəaliyyətində dünyanın informasiya pəncə-

rəsində çalışmış CNN yalnız xəbərlərin hesabına 1,5 milyon abonenti olan bir te-

lekanala çevrilib. Belə bir fakt maraqlıdır ki, 20 dəqiqədən sonra  CNN-də xəbər 

artıq boyat hesab olunur. Bu telekanal xəbər istehsal edən  nəhəng maşını xatırla-

dır. Günün 24 saatını, həftənin 7 gününü xəbərə həsr  edən bu kanalın informasiya  

standartlarına məxsus etik meyarlar bütün dünyada bir az artıq,  bir az əksik, 

bəzən də  olduğu kimi tətbiq edilməkdədir. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



316

CNN-dən fərqli olaraq BBC-nin öz xəbər standartları mövcuddur. Əgər ABŞ 

telekanalı vaxtı ilə heç kimə məlum olmayan kiçik bir reklam müəssisəsindən  nə-

həng bir telekompaniyaya çevrilmişdirsə, BBC ümumdünya xidməti büyük bir in-

kişaf yolu keçərək hazırda Britaniyanın milli qüruruna çevrilmişdir. Onun bünöv-

rəsini lord Con Reyt 1922-ci ildə qoyub.  Əvvəlcə radio verilişləri korpoorasiyası 

kimi fəaliyyətə başlayan bu şirkət 1936-cı ildə teleyayıma başlamışdır. 1992-ci 

ildən  beynəlxalq informasiya bazarında özünə layiqli yer tutmuşdur.  BBC World 

– BBC ümumdünya televiziya xidməti – indi dünyanın ən böyük telekanallarından 

biridir. Təkcə həmin ildə Asiyada BBC – nin 7,5 milyon abonenti vardı.   

1995-ci ildən BBC World-un yayımı Avropaya, Hindistana və Yaxın Şərqə 

ünvanlanmışdır.  Bu kanal artıq 1999-cu ilədək, demək olar ki, dünyanı fəth edib. 

2000-ci ildə 167 milyon abunəçisi olan bu televiziya dünyanın 200-dən çox ölkə-

sinə verilişlər yayımlayıb. Bütün bu uğurlar, təbii ki, xəbər xidmətinin hesabına 

başa gəlir. Telekompaniyanın 250 xüsusi müxbiri, xaricdə 2000 repotyoru var. 

BBC öz xəbərlərində  analitik süjetlərə daha çox yer verir. Onun xəbərlərinin 

keyfiyyət standartları o cümlədən etik meyarları çox yüksəkdir. Telekompaniya 

çox diqqətlə daim auditoriyanı öyrənir. Öyrəndikcə də xəbərləri daha keyfiyyətli 

təqdim edir. Xəbər proqramlarının hazırlanması  və  təqdimatı ilə bağlı BBC 

informasiya xidmətinin qarşısında aşağıdakı vəzifələri qoymuşdur: 

-İşıqlandırılan hadisələrin sayını artırmaq, lakin heç vaxt qeyri-dəqiq infor-

masiyaya yol verməmək; 

-  Xəbərlərdə hadisənin vacibliyini və  əhəmiyyətini tamaşaçıya  təqdim 

etmək; hadisəni onun həyatına necə təsir edə biləcəyini bildirmək; 

-  Hadisələri yüksək səviyyədə təqdim etmək; 

-  Gəncləri yeniliklərə baxmağa cəlb etmək; 

-  Dilin təmizliyi və aydınlığı uğrunda mübarizə aparmaq; 

-  Etik normalara həmişə sadiq qalmaq. 

Etik qaydaların tələbi kimi, faktın şərhdən ayrılması norması məhz BBC-yə 

məxsus  konsepsiyadır və bütün dünyada qəbul edilməkdədir. «Fakt müqəddəsdir, 

şərh sərbəstdir» (9, s. 15) tezisi BBC əməkdaşlarının əsas şüarıdır. 

Burada xəbər  reportajları  elə qurulur ki, tamaşaçı hadisədən özü  nəticə  

çıxarsın. Xəbər  proqramlarında zorakılığı, qəddarlığı açıq  nümayiş etdirmək qa-

dağandır.  Yeri  gəlmişkən, Azərbaycan telekanallarının  jurnalist E.Hüseynovun  

qətli  ilə  bağlı  bütün  reportajlarında  mərhumun qətlə yetirildiyi blokda  uzadıl-

mış  meyidinin hər   dəfə  təkrar-təkrar nümayiş etdirilməsi səhnəsini BBC-də  heç  

vaxt görmək  olmaz. 

Qərəzsizlik  və  dəqiqlik  kimi etik meyarlar BBC World kompaniyasının 

fəaliyyətində rəhbər tutulduğu əsas prinsiplərdir. Məhz qərəzsizlik və  dəqiqlik bu 

televiziyanın fəaliyyətinin əsas göstəricisi, onun etik normalarla bağlılığının əsas 

meyarıdır. Yayım siyasətində  məhz bu prinsipləri dəqiq gözlədiklərinə görə bu 

telekompaniya dünyanın ən nüfuzlu media qurumlarından birinə çevrilmişdir. 

Verilişlərində digər kriteriyalarla yanaşı, həm də etik prinsiplərə əməl etdik-

lərinə görə BBC-nin xəbər aparıcıları məşhur peşəkarlar sayılırlar. Televiziyanın 

xəbər  buraxılışlarının keyfiyyəti ilə dünyanın heç bir  telekompaniyası  rəqabət 

apara  bilmir. Faktların dəqiqliyi, operativlik, qərəzsizlik, məlumatın dolğunluğu, 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



317

həmçinin xəbər dilinin təmizliyi və aydınlığı  Britaniya  jurnalistlərinin  peşəkar-

lıq  ölçüsüdür. 

Qərb televiziya sistemində Euronews kanalının da etik meyarlarına diqqət 

yetirmək vacibdir. Euronews öz verilişlərini Avropaya, Aralıq dənizi bölgəsinə,  

Yaxın  Şərq, Afrika, Şimali və  Cənubi Amerikaya yayır. Bu televiziyanın qlobal 

teleşəbəkələr sayılan CNN və BBC-dən fərqi ondadır ki,  Euronews-un  xaricdə  

bürosu  yoxdur,  əsasən, hazır teleməhsuldan istifadə edir. Lakin bu hazır məhsul-

larda etik normalar gözlənilmirsə, o süjetlər  qəbul olunmur. Azərbaycanın yayım 

kanalları prodakşn studiyalarının məhsullarını  məhz bu üsulla qəbul etməlidir. 

Proqram seçimində Euronews etik meyarlar baxımından konkret prinsipləri  əsas 

götürür. Dünyanın  30-a qədər iri telekompaniyası onu informasiya materialı  ilə 

təmin  edir. Günün prioritet xəbərlərini təqdim etmək üçün bu kifayət edir. Onun 

xəbərlərində  belə bir  maraqlı məqam var: Hadisələrin baş verdiyi anda hansısa 

kanaldan transliyasiyasına Euronews-un jurnalistləri şərh verirlər. Yeri gəlmişkən, 

Azərbaycan telekanalları  futbol  çempionatları  zamanı  məhz  bu  üsuldan istifa-

də edirlər .  

Euronews-un xəbərləri dünya telekanallarından  alınan informasiya  daycest-

lərindən ibarət olduğuna görə beynəlxalq xarakter  daşıyır. Xəbərləri Avropanın 7 

dilində titrlər müşayiət edir. 

«Avropa birliyi ölkələrində eləcə  də bir birliyə daxil olmaq istəyən dövlət-

lərdə çoxsaylı tamaşaçıları vardır.  Əsasən gündəlik hadisələrə diqqət yetirən bu  

televiziyada mədəniyyət proqramları üstünlük təşkil edir. Hələlik dünyada bənzəri  

olmayan bir üsul  bu televiziyada özünü göstərir: bəzi hadisələr şərhsiz  nümayiş 

olunur. Lakin bu şərhsizliyin və  mətnsizliyin özündə  də jurnalistlər bütün 

məqamlarda etik normaları qoruya bilirlər. 

Beləliklə, haqqında  bəhs etdiyimiz üç böyük telekompaniyanın xəbər proq-

ramlarının etik meyarları bütün dünya teleməkanı üçün getdikcə  daha  çox   qəbul 

edilən fakta çevrilməkdədir. 

1960-1990-cı illər arasında televiziya xəbərlərinə  hər  ölkənin öz  auditoriya 

baxışı olmuşdur. Son on ildə bu baxış dəyişməkdədir. «1990-cı illərdən başlaya-

raq  yerli, regional xəbərlərə maraq  çoxalmaqdadır» (10, s. 280).  

Əvvəlcə ABŞ-da  özünü  göstərən  bu cəhət hazırda ümumdünya tendensiya-

sına  çevrilməkdədir. Yüksək texniki  inkişafı  nəticəsində  televiziyanın beynəl-

miləlləşməsi, demokratik  xarakterinin güclənməsi xəbərin  bir anda  dünyaya 

ötürülmə imkanlarının yaranması onun inkişaf tarixində yeni bir mərhələnin fo-

mAlaşmasından xəbər verir. Ümumiyyətlə, yarandığı ilkin çağlarda mədəniyyət 

ötürücülüyü  funksiyasını daşıyan televiziyanın  ictimai  institut xarakteri kəsb et-

məsi  prosesi  onun  qüdrətli informasiya  vasitəsinə  çevrilməsindən doğur. «Həm 

də, milli spesifikasına baxmayaraq dünyanın  az    qala    hər  yerində televiziyanın  

xəbər buraxılışlarının  əsasən eyni etik meyarlarla tərtibi texnoloji və yaradıcı 

baxımdan bu mürəkkəb prosesin ayrılmaz tərkib hissəsidir.  «Hər  hansı  bir  ölkə-

də  xəbər  buraxılışlarında özünü göstərən, texnoloji, hüquqi, etik  məqamlar tez-

liklə  ümumdünya miqyasında öz təsdiqini tapır. Xüsusilə, ABŞ, İngiltərə, Alma-

niya, Fransa, Yaponiya kimi  inkişaf etmiş    ölkələrin telexəbərlərindəki etik 

meyarlar daha  çox yayılmaqda və  qəbul olunmaqdadır» ( 10, s. 280).  



 

Filologiya  məsələləri – №10, 2013

 

 



318

Beləliklə, biz televiziya yaradıcılığının, xüsusilə xəbər proqramları yaratma-

ğın etik meyarları ilə bağlı beynəlxalq təcrübənin bəzi məqamlarını  nəzərdən 

keçirdik. Televiziyanın xəbər proqramları üzərində ona görə çox dayandıq ki, 

«xəbər demokratik cəmiyyətlərdə insanların informasiya azadlığına xidmət edən, 

xalqı demokratik proseslərdə  iştiraka təşviq edən faktordur» (1, s. 48). Cəmiy-

yətdə bu cür önəm kəsb edən xəbərlərin təqdimində etik prinsiplərin gözlənilməsi 

mühüm  şərtdir. Bu etik prinsiplər beynəlxalq təcrübədə xeyli dərəcədə formalaş 

mış və dünya telekanallarına yayılmışdır.  

 

Ədəbiyyat 



 

1.  Qənbərli R. Jurnalistin əl kitabı. Bakı, Qismət,  2005. 

2.  Məhərrəmli Q. Televiziya jurnalistikasının  əsasları. Metodik vəsait. Bakı., 

BDU nəşr., 2005. 

3.  Məmmədli C. Müasir  jurnalistika. Bakı,  BDU nəşr., 2003. 

4.  Голядкин А.А. ТВ  информация в США. Москва, Мир,  1996. 

5.  Засурский И. Масс—Медиа вторая  республика. Москва, Смысль, 1999. 

6.  Землянова  Л.М.  Зарубежная  коммуникативистика:  в  преддверии 

информационного общества. Москва, Мир, 1999. 

7.  Касмелье М. Информационная эпоха:  Экономика, общество и культура. 

М., Мир, 2000. 

8.  Орлова В.В. Глобальные телесети новостей  на информационном рынке. 

Москва,  РИП-холдинг,  2003. 

9.  Руководство для создателей передач  Би-Би-Си. М., 1997. 

10. Цвик  В.Л.  Телевизионная  журналистика.  История.  Теория.  Практика. 

Москва, 2004. 

11. Amand M. News on the Mach. The Daily Teleqrahp, 1999 june 4. 

12. Hachezen W. A. The World News Pirim. USA. Loma state University. 1997. 

13. Kunq Shankliman Lucy. Inside the BBC and CNN. Londoon. Routleqe, 2000. 

 

 



U.Abdullayeva 

“Information programs and ethic norms 

(СNN and BBC 's case)” 

Summary 


 

In this research article the author on the basis of empirical data provides a 

detailed analysis of the ethical standards in the information programs of the 

examples of CNN and BBC TV channels.  

The author also addresses the issue of compliance with these standards and 

gives the reasons for which are not only professional skills of journalists, as with 

his world view and intelligence. 

The issue is elucidated on the basis of facts. 



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



319

У.Абдуллаева 

«Информационные программы и этические нормы 

(на примере CNN и BBC)» 

Резюме 

 

В  настоящей  научной  статье  автор  на  основе  фактических  материалов 



дает  подробный  анализ  этических  норм  в  информационных  программах  на 

примере телевизионных каналов CNN и BBC.  

Автор  также  рассматривает  проблему  соблюдение  этих  норм  и  паказы-

вает причины которые связаны не только профессиональными навыками жур-

налиста, также с его мировозрением и интеллектом.   

         Освещенные в статье факты, обстоятельно подтверждают это.  

 

Rəyçi:           Vüqar  Əliyev 



              filologiya  üzrə fəlsəfə   doktoru 

 

1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə