Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


I  tərəfi   məsdərlə  ifadə    olunmuş  III növ təyini söz  birləşmələri



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə34/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

 I  tərəfi   məsdərlə  ifadə    olunmuş  III növ təyini söz  birləşmələri. Bu  

tipli  birləşmələrə  müasir  dillə  müqayisədə  abidələrimizdə nisbətən az  təsadüf  

olunur. Məsələn, İncə  beli tənümi qıl qıldı, Təni qıl qılmağın  kənarı qanı? (QB, 

84); Yenə  yada  düşdü  bizim  sənəmlər,  Getməyin  binası,  hayıf ki, yoxdur 

(MPV, 83). 

 II tərəfi   məsdərlə  ifadə  olunmuş  III növ təyini söz  birləşmələri.    Belə  

birləşmələr  əvvəlkilərlə  müqayisədə  daha çox  işlənmişdir. Məsələn,  Bu  təndə ik  

gözümün  baxmağına  döyəməz, Əcəblərəm  könlüni  ki,  səngi- xakə gəlür (QB, 

279);  Toğmağını – batmağını  günəşin,  Əhsənül- vəch  ilə  göstərdi  yüzi (QB, 

335); Bax   bulıda   gözlərüm  içün necə ağlar, Ləblərün  içün gülün gülüşməsini 

gör (QB, 200); Ol yüzügün keçürdi  parmağına, Razı oldı Vərqanun   varmağına 

(YMVG, 126); Ta ola ona dəlik-dəlik tən,  Can mürğin uçmağınə   rövzən  

(YMVG, 90); Buxağın altında, sinə üstündə, Zülfün  burulması, hayıf ki, yoxdur 

(MPV, 83). 

Göründüyü kimi, bu  tipli  birləşmələrdə  məsdərin –maq// -mək  forması  ilə  

yanaşı – ma// -mə  əlaməti də  işlənmişdir. Yeri  gəlmişkən qeyd  edək  ki, bəzən  II  

tərəfi – ma//-mə    şəkilçili  məsdər  birləşmələri  məsdərin son səsinin  (-q, -k)  

ixtisar  edilməsi  kimi   qiymətləndirilir. (1.87). Lakin  bu fikri yazılı  abidələrin  

materialları  təsdiq  etmir. Yazılı  abidələrdə  -maq//-mək – in son   samitinə (qaf) 

və (kaf)  sait  artırıldıqda  da   yazılır. 

Abidələrdə  az  da  olsa  mürəkkəb  ismi  söz  birləşmələrinə  təsadüf  etmək  

mümkündür. Məsələn, Həzrət Əli əmirəl – möminin səhabələri ilən oturmuş idilər, 

Çün oğlanlarun  ağlamaq  hayın  eşitdi, bildi kim,  anasının  getdiginə  ağlarlar 

(Şüh,115). 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



328

Məsdər feli söz birləşmələrinin tərkibində bütövlükdə feili birləşmələrə xas 

olan xüsusiyyətləri özündə əks etdirir. Lakin bununla belə həmin birləşmələr bir sıra 

spesifik cəhətlərə malikdir. 

Məlum olduğu üzrə, feili söz birləşmələrinin I tərəfi müxtəlif nitq hissələri, II 

tərəfi isə ancaq fellə ifadə olunur (5.59) Bu tipli birləşmələrdə “komponentlərin 

münasibəti, onlar arasındakı müxtəlif tipli əlaqələrin müəyyənləşdirilməsi ön planda 

dayanır. Feli birləşmələr üçün birləşmənin xarici forması, yəni  əsas sözünün kon-

kret qrammatik forması, bu formanın fərqləndirilməsi vacib əlamət deyildir” 

(6.196). Bu səbəbdən də feli söz birləşmələri daha geniş anlayış kimi, tərkibləri (feli 

sifət, feli bağlama, məsdər) özündə əhatə edir. 

İsmi söz birləşmələri genişləndikdə mürəkkəb söz birləşməsi, feli birləşmələr 

əlavə üzvlər hesabına genişləndikdə  tərkib  əmələ  gətirir. Feli söz birləşmələrinin 

yaranması bu və ya digər dərəcədə həmin birləşməyə daxil olan tərəflərin mənasın-

dan asılıdır. “Burada müəyyən qanunauyğunluq hiss olunur ki, bu da sözlərin mə-

nası ilə bağlıdır (4.126) 

Məsdərlər, o cümlədən də digər təsriflənməyən feil formaları iki nitq hissəsi-

nin mahiyyətini özündə  cəmləşdirdiyi kimi, feili tərkiblər də özündə iki sintaktik 

kateqoriyanın, söz birləşməsi və cümlənin əlamətlərini cəmləşdirir (1.72). Təsriflən-

məyən formaların hər birinin xüsusiyyətlərindən asılı olaraq onların tərkib 

daxilindəki funksiyalarında və digər sözlərlə əlaqələrində də müəyyən fərqlər nəzə-

rə çarpır. “Əgər feili bağlama və feili sifət tərkiblərində, onların iş görəni (subyekti) 

olursa, məsdər tərkibində  bəzi xüsusi hallar nəzərə alınmazsa, həmin məsdərlərin 

subyekti işlənə bilmir. Bu da ondan irəli gəlir ki, məsdər, zaman, şəxs, kəmiyyət 

kateqoriyalarından məhrumdur” (5.91) 

Məsdərin digər sözlərlə feili birləşmə  əmələ  gətirməsində idarə  və yanaşma 

əlaqələri mühüm rol oymayır. Lakin burada idarə  əlaqəsi aparıcı mövqeyə malik 

olub birləşmənin nüvəsini təşkil edir. Məsdər birləşmələrində I tərəfin müxtəlif 

hallarda işlənməsi, ikinci tərəfin, yəni məsdərin, feillərə məxsus idarə etmək xüsu-

siyyətini qoruması ilə bağlıdır. Yazılı abidələrimizdə məsdərin hal şəkilçisi müxtəlif 

sözləri idarə etməsində aşağıdakı cəhətlər müşahidə olunur. 

1. Məsdər yönlük halda olan söz və ya söz birləşməsi ilə birləşmə  əmələ 

gətirir. Məs.: Alp ərə qorqu vermək eyb olur (KDQ, 108); Dəstursuzca yağıya gir-

mək bizim eldə eyb olur (KDQ 92); Neylərəm  baqmaq hilalə,  bədrə ayruq ta 

əbəd, Çün yüzün bədrilə qaşun hilali bəndədür (N, 27b); Dilbərə, könüldə yoxdur 



aşiqə qılmaq vəfa, Xeyri qoymaz miskinə qılmağa şeytan sizlərə (N, 30); Rövşən 

budurur,  yanmax oldu yüzinə vacib, Şəm almağa hər cana pərvaneyi-eşqəm bən 

(QB, 26); Cəhan gözümə qararur pərişan olalı zülfün, həvaya tabe olmaxlıx bu 

könlümə  nə sevdadur (QB, 303); Əyərləmişəm atumı, bağlanmışam təmam, 



Yönəlmək ana  cəzbeyi – nagaha bağludur (QB, 391); Tutsağ olmax yüzünə

canumadur hər dü cəhan, Ənbərin silsiləvü simdə zindanimi var? (QB, 536); Ver-



mək ona qız degil ziyanım, Birinə yüz arta qədrü şanım (YMVG, 84); Günbəgün 

zindanə  gəlmək ar idi, Qamu yerdə dustü düşmən var idi (XTYZ, 56); Key şux! 

Nədir bu göftgülər? Qılmaq sənə tənə eybculər? (FLM, 43); Gözümdə məskən et, 

xari-müjəmdən etiraz etmə, Güli-xəndanə sordum, xarə yar olmaq  zərər verməz 

(FLM, 168). 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



329

Bu tipli məsdər birləşmələrində ikinci tərəf hərəkəti, birinci tərəf üzərinə  iş 

yönəlmiş obyekti, hərəkətin yönəlmə istiqamətini bildirir. 

2. Məsdərlər təsirlik halda olan söz və ya söz birləşməsi ilə birləşmə  əmələ 

gətirir. Məs.:  Dərvişin pirini sormaq, dedilər, adət deyil, Arifanə bir nəzər qıl, 

kisvətindən bəllidir (N, 65); Gər anda bulunsa ləli-nabın,  Görmək yüzünü olur 

zəvabın (YMVG, 94); Fəxrundə ki, üşşaq işidir yarı gözətmək, məşuq gərək isdəyə 

üşşaqi bu gecə (QB, 255); Gözəlləri könül sevmək, könül könüllər aparmax, Bu 

gün degil ki, dünyada bu işi məchul edinmişdür (QB, 397); Gözümə nəzər yüzində 

çü haram qıldı dilbər, Gözünə  qanumı içmək  əcəba halal olamı? (QB, 423); 

Zəmanə bəzmidə hər kim ki, içdi şərbəti-vəslin, Fəraqın zəhrini dadmak ana naçar 

imiş, bildim (K, 51); Başdan ayağə bəndə Xətayi xətaludur, Zahid, xaçan ki, xubları 

sevmək, günah ola (ŞİX, 36); Küfr zülfündən bəni mən eyləmək layiqmidir, Sufi, 

insaf eylə, imanın gərəkməzmi sana? (FD, 67); Razi-dəruni dışraya salmaq rəva 

degil, Budur günahı kim, asılır müttəsil cərəs (FD, 172); Eşqimə nöqsan gətirməz 

görməmək ol arizi, Cövhərə  təğyiri-asari-ərəz verməz xələl (F, 221); Didarını 

görmək iman tazələr, Qaşı qiblə, yüzi Kəbə  gərəkdir (MPV, 257); Salmaq 

nəzərindən məni cananə düşərmi? Tərk eyləmək öz qulunu sultanə düşərmi? 

(MPV, 252). 

Bu tipli feli birləşmələrdə qeyri-müəyyənlik təsirlik halla da idarə  əlaqəsi 

özünü göstərir. Məs.: Mərə qavat, muxannatlıq ilə ər öldürmək necə olur, mən sana 

göstərim! – dedi (KDQ, 126); Qanlı Qoca aydır: “Oğul, qız görmək səndən, mal-

rizq vermək bəndən” – dedi (KDQ, 85); Geymək tənə mərdlik libası, Asan degil, 

ey gözüm qərasi (YMVG, 70); Əlif boyını sevən kimi mimini görcək, Bilə ki, ölü 



diriltmək  yenə həm peyğəmbəridür (QB, 201); Aşiq öldürmək degilmidür qübh, 

Ey sözi mövzunü ey vəchi Həsən (QB, 312); Rüxsarə  nöqtə qoymaq  rəsmixət 

olmasaydı, Düşməzdi mənzil etmək rüxsarın üzrə xalə (F, 295). 

Təsirlik halla bağlı  cəhətlərdən biri birləşmə daxilində  mənsubiyyət  şəkilçili 

sözlərin bir sıra hallarda hal şəkilçisiz işlənməsidir. Məs.: Xaki-paylı, dilbəra, bir 

tacı-dövlətdir mana, Bəs  yüzün görmək  sənin  bəxtü səadətdir mana (ŞİX, 30); 

Degül çü yanımda kəşfin oldu, Vəslin diləmək bəs işin oldu (ŞİX, 283). 

Araşdırıcıların  bu cəhəti qədim arxaik xüsusiyyət kimi qiymətləndirirlər 

(3.83) Məsdər birləşmənin tərkibində  təsirlik halın işlənməsində müşahidə edilən 

digər bir qədim xüsusiyyət idarə olunan sözün təsirlik hal əlaməti kimi -n şəkilçisi 

qəbul etməsidir.  İlk baxışda -ni şəkilçisinin ixtisar forması  təsiri bağışlayan bu 

şəkilçi təsirlik halın Orxon-Yenisey abidələrində və bir sıra başqa abidələrdə qeydə 

alınmış ən qədim formalardan biridir. Məs.: Ərdən adın yaşırmaq eyb olur (KDQ, 

121); Görmək ağızın nöqtəsin nuri-bəşər degilmidür? Yanağını ay anlamaq hüsni-

nəzər degilmidür (QB, 27); Nə lazım zülfi çərisin yasamax Çu bir badi-səba bozar 

sipahin (QB, 488); Arizin görmək həyatım tazə eylər, vəh nə eyb, Fər gəda, vəchi-

məaşın qılsa sultandan təmə’ (F, 190); Füzuli, çəkmə yarın oxların hər ləhzə 

yarədan, Sənəmi qaldı çəkmək hər zaman bir yar hicranın (F, 268). 

Bu tipli məsdər birləşmələrində I tərəf başlıca olaraq icra edilən hərəkətə 

məruz qalmış obyekti bildirir.  

3. Məsdər yerlik halda olan sözlə birləşmə əmələ gətirir. Belə birləşmələrə çox 

az təsadüf edilir. Ş.İ.Xətaidən tapdığımız bir nümunədə yerlik halda işlənmiş I tərəf 

çıxışlıq hal məzmunu ifadə edir: 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



330

Yüzin üstə zülfini ta gördüm, ey ruhi-rəvan, Gecə-gündüz ağlamaq eşqində 

xoş xudur (ŞİX, 28). 

4. Məsdər çıxışlıq halda olan söz və söz birləşməsi ilə birləşmə əmələ gətirir. 

Məs.:  Usanmax səndən asan olmaya ki, Tapundan usanan candan usandı (QB, 

438); Tövbədən pəhriz qılmaq eşq ərinə peşədür, Yarı xoşnud eyləməklik könlünə 

əndişədür (QB, 320); Gəlün ki, ruzə tutalumü qılalum nəmaz Ki, diləyən ola yarı 

yardan ayırmağa (QB, 396); Caxlama nəqdi-qəmi-eşqini, ey can, zahir et Kim, 

verin  həbsi-bədəndən çıxmağa rüxsət sana (F, 26); Nəqli-can taraci-qəmdən 



saxlamaq düşvardır, Eşq ta səngi-məlamətdən həsar mana (F, 64); Ləlin ilə badə 

bəhs etmiş, zəhi gümrahlıq, Oldu vacib eyləmək ol biədəbdən ictinab (F, 83), 

Füzuli,  xali olmaq cami-eyşim saf  səhbadən, Nişani-bəxti-nafərcamü iqbali-

nigunumdur (F, 135). 

Belə birləşmələrdə I tərəf hərəkətin hansı obyektdən yönəldiyini ifadə redir. 

Məsdər vasitəsilə yaranan feli söz birləşmələri tərkibində bir sıra qoşmalarla 

işlənmiş sözlərə də təsadüf olunur. Məsdər birləşməsinin tərəfləri arasında daha çox 

işlənən qoşmalar aşağıdakılardır:  



ilə //ilən qoşması: Vəslün gecəsi tən canıma infial olur, Surət necəsi bağlaya 

yatmax qəba ilə (QB, 74); Badə içmək yar ilən xəlvətən, Kişvəri, Leyk əgər bolsa 

müyəssər gəşti-qülzar özgədür (K, 334); Yarı əğyar ilə görmək aşiqə düşvar irür, 

Böylə görməkdən əsiri-dərdi-hicran olsa yeg (F, 206). 

Tək  qoşması: Hər yanda baxsan sürahi tək sücud etmək işim, Qanda olsam, 

badə  tək düşmək ayağə adətim (F, 225); Xumar-xumar baxmaq göz qaydasıdır, 

Lalə tək qızarmaq yüz qaydasıdır (MPV, 259). 

Ötri qoşması: Qırq yiğit bir bəg oğlilə bir qızdan ötri ölmək nolur-dedilər 

(KDQ, 88). 

Yazılı abidələrimizdə  bəzən məsdər birləşməsinin I tərəfi -ıb  şəkilçisi feli 

bağlamadan ibarət olur. Bu tipli birləşmələrdə I tərəf məsdərlə ifadə oluan II 

tərəfdəki hərəkətin tərzini göstərir. Məs.:  Əgrək aydır: “Mərə  Tərs Uzamış,  baş 

kəsüb qan tökmək hünərmidir?” – dedi. (KDQ, 110); Yoluna canü dil vernək 

nigarına ibarətdir, Can alup eşq verməklik bu yolda xərqi alətdür (QB, 286); Uyma 

uyxudur səni yolda qoyan, Çoq yatub uymaq qavuz xudur oyan (XTYZ, 71); 

Gülüb açılmaq umulmuz dəhənindən, məgər odur, Cüz kim, ləyatəcəzza der ona 

əhli-dəqayiq (F, 193). 

Bəzi klassiklərimizin dilində məsdər birləşmələrinin işlənməsində nəzm əsər-

lərinin tələbi ilə bağlı fərdi-üslubi cəhətlər üzərində dayanmağı münasib hesab et-

mədik. Əhəmiyyətlisi odur ki, orta əsrlər ədəbi dilində məsdər vasitəsilə söz birləş-

mələrinin sabit mövqeyi bu kateqoriyanın sintaktik əlaqələr kompleksinə və deməli, 

dilin sintaktik quruluş mexanizminə ən qədim dövrlərdən nüfuz etdiyini göstərir.  

 

ixtisarlar və mənbələr 

 

1.  QB – Qazi  Bürhanəddin  Divan. Bakı, 1988. 



2.  DƏH – Dastani-Əhməd Hərami Azərbaycan  Klassik  Ədəbiyyatı kitabxanası. II 

c. Bakı, 1984. 

3.  Əm – Əmani. Əsərləri. Bakı, 1983. 

4.  Əsr-Əsrarnamə  (fotofaksimile). Bakı, 1964. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



331

5.  YMVG-Yusif  Məddah  Vərqa və Gülşah (tərtibçilər: C.V.Qəhrəmanov, 

Z.Q.Hacıyeva) Bakı, 1988. 

6.  KDQ-Kitabi-Dədə Qorqud  Bakı, 1988. 

7.  MPV – Molla Pənah Vaqif  Əsərləri, Azərbaycan Ədəbiyyatı, Bakı, 2004. 

8.  MVV – Molla Vəli Vidadi   Əsərləri, Azərbaycan Ədəbiyyatı, Bakı, 2004. 

9.  MZYZ – Mustafa Zərir Yusif və Züleyxa. Bakı, 2006. 

10. N – İmadəddin Nəsimi. Azərbaycan  Klassik  Ədəbiyyatı kitabxanası. V cild, 

Bakı, 1988. 

11. FD – Füzuli Divan, Əsərləri,  I cild, Bakı, 1958. 

12. FLM – Füzuli “Leyli və Məcnun”, Əsərləri, II cild, Bakı, 1958. 

 

 

İstifadə olunmuş ədəbiyyat 

 

1.  Əliyev V. Azərbaycan dilində felin təsriflənməyən formaları. Məsdər, Bakı, 



1986. 

2.  Kazımov Q. Müasir Azərbaycan dili Bakı, 2007. 

3.  Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı, 1991. 

4.  Müasir Azərbaycan dili. III c., Bakı, 1981. 

5.  Müasir Azərbaycan dili. Bakı, 2007. 

6.  Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı, 1966. 

 

Reikhan Madatova  



The place of the infinitive in word combinations 

Summary 


 

The use of the infinitive in word combinations is considered in the article. 

Unlike other finite forms the infinitive takes part in the formation of not only noun 

combination, but also of verbal word combinations.  The infinitive in noun word 

combinations is used as noun, but it can’t cover the feature use of nouns.  

 

Рейхан Мадатова  



Место инфинитива в словосочетаниях 

Резюме 


 

В статье рассматривается использование инфинитива в словосочетаний. 

В отличие от других финитных форм инфинитив принимает участие в форми-

ровании  не  только  именных  словосочетаниях,  но  и  вербальных  словосочета-

ниях.  Инфинитив  в  именных  словосочетаниях  используется  в  качестве  су-

ществительного,  но  она  не  может  покрыть  всю  особенность  использования 

существительных.  

 

 



Rəyçi:                 Vahidə Cəfərzadə 

                      filologiya elmləri namizədi 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



332

ßÄßÁÈÉÉÀÒØÖÍÀÑËÛà



 

 

JALƏ ƏLİYEVA 

Filologiya  üzrə elmlər doktoru 

 

HÜSEYN CAVİDİN ƏSƏRLƏRİ TÜRK DİLİNDƏ 

 

 

Açar sözlər: Hüseyn Cavid, çağdaş türkcə, poeziya, adaptasiya. 



Ключевые слова: Гусейн Джавид, современный турецкий, поэзия, адаптация. 

Key words: Hussein Javid, modern turkick, poetry, adaptation. 

 

 



Əslində, elmi tutum daşımaq baxımından bu məqalənin adını “Hüseyn Cavi-

din əsərləri müasir Türkiyə türkcəsində” qoymaq gərəkirdi. Çünki zatən Cavid türk 

dilindən başqa bir dildə əsər yazmayıb; yalnız ilk gəncliyində, hələ böyük maarifçi 

Məhəmməd Tağı Sidqinin məktəbində oxuyarkən poetik yaradıcılığın ilk təcrübələri 

kimi fars dilində bir neçə  şeir qələmə alıb. Ancaq müasir dünya filologiyasında 

“türk dili” deyilərkən elə çağdaş Türkiyə türkcəsinin nəzərdə tutulduğunu göz önü-

nə alsaq, yazını bu cür adlandırmağı da məqbul saymaq olar. 

Söhbət Hüseyn Cavidin 2013-cü ildə Türkiyədə çağdaş türkcədə nəşr edilmiş 

əsərlərindən gedir. Cavidlər irsi ilə uzun müddətdən bəri məşğul olan dosent Azər 

Turanın hazırladığı, daha doğrusu, çağdaş Türkiyə türkcəsinə uyğunlaşdıraraq, ətək 

yazılarında lüğət və  şərhlərlə  təchiz etdiyi, Azərbaycan Respublikası Prezident 

Administrasiyası  İctimai-Siyasi  Şöbəsinin müdiri Əli Həsənovun  şəxsi iştirakı ilə, 

“Kaspi” qəzetinin və “Kaspi” təhsil mərkəzinin layihəsi üzrə ərsəyə gələn bu kitab 

İstanbulun “Küsena” nəşriyyatında işıq üzü görmüşdür. (1) 

Minə yaxın səhifəni qapsayan kitabda Hüseyn Cavidin 40 illik yaradıcılıq 

fəaliyyətinin, demək olar ki, əksər örnəkləri özünə yer tapmışdır. Kitab, Azər 

Turanın “Yerə enməm də, səma şairiyəm” adlı ön sözü ilə açılır. Burada tədqiqatçı 

müasir Türkiyə oxucusuna Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında ümumi 

məlumat verir, Cavid yaradıcılığının məna və mahiyyətini, eləcə  də çağdaş dövr 

üçün  əhəmiyyətini açıqlamağa səy göstərir. Xüsusi halda diqqət Cavid-Türkiyə 

əlaqələrinə yönləndirilərək, Azərbaycanın bu dahi şəxsiyyətinin orijinal bir sənət-

kar, ali məfkurəli filosof kimi yetişməsində XX yüzilliyin əvvəlləri Türkiyə ədəbi-

mədəni mühitinin rolunu qiymətləndirir. Xüsusi halda müəllifin belə bir obrazlı 

fikri maraq doğurur ki: 

“Türkiye’ye Hüseyin Rasizade ismiyle gelen yirmidört yaşlı genç nahçıvanlı-

yı İstanbul çok uzaklara götürdü, onu irfan ve Turan düşüncesinin, türk milliyetçi 

zihniyetinin fedaisine dönüştürdü ve en önemlisi İstanbul Azerbaycan’dan Hüseyin 

Rasizade olarak aldığını Azerbaycan’a Hüseyin Cavid olarak uğurladı (geri verdi).” 

(1, 7.) 

Əlbəttə, bu məqamda ötəri də olsa qeyd etmək yerinə düşərdi ki, əslində 

İstanbula da türkçülüyü və turançılığı gətirən elə Azərbaycanın böyük şəxsiyyətləri 

olmuşdu və bu baxımdan Cavidin özünün də elə türklüyün mərkəzindən – 

Azərbaycandan İstanbula gəldiyini nəzərdən qaçırmaq olmaz. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



333

Ancaq  o da var ki, XX əsrin əvvəllərində Osmanlı Türkiyəsi və ğzəlliklə də 

onun paytaxtı İstanbul şəhəri Azərbaycanla birgə türkçülüyün ideoloji mərkəzlərin-

dən birinə çevrilmişdi və bu da çox təbii idi; əgər o dövrdə Azərbaycan geopolitik 

baxımdan çar Rusiyasının müstəmləkəsi kimi hələ o qədər də çox siyasi mübari-

zələr aparmağa imkanı olmadığı halda, Türkiyə müstəqil bir dövlət kimi bu imkan-

lara malik idi. Və son nəticədə etiraf etməliyik ki, o dövrdə türkçülüyün və 

turançılğın bütün türk dünyasında yayılmasında  İstanbulun müstəsna rolu vardı. 

Heç də təsadüfi deyil ki, sonralar Azərbaycan Qırmızı Rus imperiyasının tərkibinə 

qatıldıqdan sonra məhz vaxtilə Türkiyədə təhsil almış, bu ölkənin ziyalıları ilə sıx 

əlaqələrdə olmuş azərbaycanlılar və başqa türklər ilk öncə repressiyaya məruz 

qalanların sırasında olmuşlar. Heç şübhəsiz ki, Cavidin də repressiyaya məruz qal-

masının başlıca səbəblərindən birini məhz onun vaxtilə İstanbulda təhsil alması, bu 

ölkənin türkçü və milliyyətçi ziyalıları ilə  sıx  əlaqədə olması, onlarla məsləkdaş 

olması təşkil edirdi. 

Hüseyn Cavidin ədəbi dilinin və üslubunun formalaşmasında da İstanbul 

ədəbi-mədəni, fəlsəfi, linqvistik mühtinin müstəsna dərəcədə mühüm rol oynaması-

nı danmaq çətindir. Cavidin dilinin uzun müddət elə  İstanbul türkcəsi kimi qəbul 

edildiyindəndir ki, onun əsərlərinin çağdaş Türkiyə türkcəsinə uyğunlaşdırılması 

bəlkə də heç kimin ağlına gəlməyib. Axı vaxtilə böyük Mirzə Ələkbər Sabir də bu 

iki qardaş dilin bir-birinə tərcüməsini absurd sayaraq, məşhur taziyanələrinin birin-

də yazırdı: 

 

“Osmanlıcadan tərcümə türkə” – bunu bilməm, 



Gerçək yazıyor gəncəli, yainki hənəkdir; 

Mümkün iki dil bir-birinə tərcümə, amma 

“Osmanlıcadan tərcümə türkə” nə deməkdir? (2, 255.) 

 

Əlbəttə, Sabirin bu şeiri yazmasından 100 ildən artıq bir vaxt keçir və nəzərə 



alsaq ki, bu 100 il ərzində dil canlı bir irqanizm kimi bir çox dəyişikliklərə  və 

inkişafa məruz qalmışdır, onda doğrudan da təkcə Azərbaycan şairi Hüseyn Cavidin 

deyil, elə 100 il öncə əsərlərini “osmanlıca” qələmə almış türk ədiblərinin də ədəbi-

bədii irsinin çağdaş dilə  tərcümə edilməsinin və ya uyğunlaşdırılmasının onların 

təbliği üçün böyük əhəmiyyət kəsb etdiyini istər-istəməz etiraf etməli olarıq. 

Hüseyn Cavidin əsərlərinin çağdaş Türkiyə türkcəsinə uyğunlaşıdırılaraq nəşr 

edilməsi də  məhz belə bir ehtiyacın aradan qaldırılması  məqsədilə gerçəkləş-

dirilmişdir.  Əslinə qalsa, bu kitab Cavidin “ikinci uyğunlaşdırılması”dır; belə ki, 

bəraət aldıqdan sonrakı ilk illərdə  nəşr olunarkən, Cavidin əsərləri elə öz doğma 

Azərbaycan türkcəsinə “uyğunlaşdırılmışdı”. Sonralar cavidlər nəslinin sonun cu 

nümayəndəsi, Hüseyn Cavidin qızı Turan Cavid bu hadisəni ürək ağrısı ilə belə 

xatırlyacaqdı: 

“1958-ci ildən etibarən nəşr edilməkdə olan kitablarını (Hüseyn Cavidin 

kitabları nəzərdə tutulur – J.Ə.) istisnasız olaraq mən tərtib etsəm də, dilinin, imlası-

nın qorunması naminə göstərdiyim bütün cəhdlər uğursuzluqla nəticələnib. Bəzən 

Mərkəzi Komitə, bəzən Yazıçıar  İttifaqı, bəzən də  nəşriyyatlar səviyyəsində 

yaradılan əngəlləri ortadan qaldırmaq mümkün olmayıb. Cavid əsərlərinin indiyəqə-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



334

dərki bütün nəşrlərinin redaktələrini onun dilinə kobud müdaxilədən başqa nə 

adlandırmaq olar? 

İndi Hüseyn Cavidin orijinal mətnini oxucuya müəllifinin yazdığı şəkildə təq-

dim edərkən Əliağa Vahidi də rəhmətlə anmaq istəyirəm. 1958-ci ildə Cavidin bə-

raətdən sonrakı ilk kitabını “Azərnəşr”ə təqdim etdim. Mətni sadələşdirməyi, Cavi-

din dilini “islah” etməyi o zaman ehtiyac içərisində yaşayan Əliağa Vahidə təklif et-

dilər. Vahid isə: “Mən nə karəyəm ki, ustadın yazdığına əl gəzdirim?” deyə imtina 

etmişdi.” (3, 4.)    

Bəri başdan qeyd edək ki, kitabı nəşrə hazırlayan Azər Turan özünü həm Ca-

vid yaradıcılığının, həm də çağdaş türk dilinin bilicisi kimi göstərməyə müvəffəq 

olmuşdur. Bu da təsadüfi deyil; biz onu uzun illərdən bəri Hüseyn Cavid irsinin və 

ümumilikdə cavidlərin yorulmaz tədqiqatçısı və təbliğatçısı kimi tanıyırıq. Ürəyində 

Cavid sevgisi olan bir ziyalının isə türk dilini dərindən və incəliklərinə qədər bilmə-

məsi mümkün deyil. Elə buna görədir ki, çağdaş türk dilində Cavid əksərən tərcümə 

təsiri bağışlamır və təbii görünür. Hətta ilk baxışdan Cavidin dilinin çağdaş türkcə-

yə uyğunlaşıdırlmasını da ayırd etmək olmur; yalnız orijinalla tutuşdurduqda bunu 

üzə çıxarmaq mümkün olur. Örnək üçün Hüseyn Cavidin 2012-ci il İstanbul nəşri 

ilə orijinal arasında bəzi qarşılaşdırmalar apara bilərik. Bunu da nəzərə alaq ki, 

tərtibçi Cavidin dilini və üslubunu maksimum dərəcədə qorumaq üçün sözlərin 

tərcüməsindən daha çox, ətək yazılarındakı izahların və lüğətin köməyinə müraciət 

etmişdir.  

Kitabın tərtibi zamanı Cavid əsərlərinin ənənəvi düzülüşündən, yəni son beş-

cildlik külliyyatdakı düzülüşdən imtina edilmiş, ilk öncə  “Şeyx Sənan”, “İblis”, 

“Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” pyesləri verilmişdir. 

“Maral”, “Afət” və “Uçurum” pyesləri “İstanbul Darülfünununda öyrənci olduğu 

yıllarda (1906-1909) yazmaya başladığı əsərlər” başlığı altında verilmişdir. Bundan 

sonra Cavidin şeirləri, “Azər” poemasından parçalar və “Müharibə  və  ədəbiyyat” 

məqaləsi gəlir. Əlbəttə, Azər Turan kitaba yazdığı ön sözdə nəyə görə bu prinsipi 

seçdiyini əsaslandırsaydı, daha yaxşı olardı. Ancaq hər halda, buna görə onu suçla-

maq fikrimiz yoxdur. 

Cavid əsərlərinin çağdaş türkcəyə uyğunlaşdırılması zamanı daha çox fonetik 

prinsipin seçildiyini desək, yanılmarıq. Bu da təbiidir; belə ki, çağdaş Türkiyə türk-

cəsi və çağdaş Azərbaycan türkcəsi arasında başlıca fərqlər özünü məhz fonetik 

yöndən göstərir. Məsələn, çağdaş Türkiyə türkcəsində “x” səsi və hərfi olmadığın-

dan, həmin səsi ifadə etmək üçün əksəriyyətlə “h” hərfindən istifadə edilir ki, bu da 

özünü kitabda sıx-sıx göstərir. Beləcə, kitabın lap əvvəlində verilmiş “Şeyx Sənan” 

faciəsində  “şeyxlər” “şeyhə”, “məxsus” “mahsusa”, “hərəmxanə” “haremhane”ye, 

hətta baş qəhrəmanlardan biri olan “Xumar” da “Humar”a çevrilir. Bəzən “x” səsini 

“k” hərfi ilə də ifadə etmək olur. Məsələn, “bax” sözündə olduğu kimi. 

“Şeyh Sanan. Bak da gör, işte cennet, işte melek! 

Zehra. Nerde? 

Şeyh Sanan. Bak, dinle, şimdi söyleyecek.” (1, 23) 

Kitabda fonetik uyğunlaşıdırmanın böyük bir qismi də  “ə” hərfinin  əksər 

hallarda “e”, bəzən isə “a” hərfi ilə ifadə edilməsidir. Aydındır ki, bu “əməliyyat” 

daha çox orfoqrafiya baxımından həyata keçirilir; belə ki, istər klassik, istərsə  də 

çağdaş türkcədə  “ə” səsi çox geniş yayılmış, ancaq ərəb  əlifbasında qrafik əksini 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



335

tapmayan bu səsin, latın  əlifbasına keçid zamanı “e” və “a” hərfləri ilə ifadə 

edilməsi qrammatik cəhətdən məqbul sayılmışdır. Bu qaydaya görədir ki, məsələn, 

“Şeyx Sənan” faciəsinin adaptasiyası zamanı orijinaldakı “Zəhra” “Zehra” kimi, 

“Sənan” “Sanan” kimi və s. şəkildə verilir. Əlbəttə, bu bəzən poetik mətnə ciddi 

xələl gətirməsə  də, bir sıra hallarda qafiyə sisteminin pozulmasına səbəb olur ki, 

bunu nəzərə alan tərtibçi kitabın  əvvəlində  ətək yazısında belə bir izahedici qeyd 

verməyə məcbur olur: 

“Azerbaycan Türkcesinde gecələr ve qədər, fəqət ve əvət, əlbət ve fəqət, Rəbb 

ve səbəb, edəməz ve həzz, xilqət ve cənnət, təbiətini ve xislətini, diqqət ve heyrət, 

təbiətə, sənətə ve cənnətə... sözleri kafiye (uyak) olduğu halde, Türkiye Türkcesine 

uyarlarken geceler ve kadar, faka ve evet, dikkat ve evet, elbet ve fakat, Rab ve 

sebep,edemez ve hazz, hilkat ve cennet, tabiatını ve hisletini, dikkat ve hayret, 

tabiata, sanata ve cennete şeklini alarak uyak düzeninden çıkar. Kitabın okunuşu 

sırasında bunu dikkate almasını değerli okucudan rica ediyorum – A.T.” (1, 18.) 

Hüseyn Cavidin poeziyasında  əruz vəzni çox önəmli yer tutur və  hətta bəzi 

tədqiqatçılar bu böyük Azərbaycan şairinin əruz vəzninə gətirdiyi yeniliklərdən də 

söhbət açmış, “Cavid əruzu” deyə poetik bir termindən də istifadə etmişlər. (4) 

Buna görə də əruz vəzninin tələblərinə uyğun olaraq Hüseyn Cavid də ərəb və fars 

izafət tərkiblərindən geniş istifadə etmişdir. Kitabdakı  ətək yazılarında həm bu 

tərkiblərin çağdaş oxucuya aydın olmayan izahı  və ya tərcüməsi verilir, həm də, 

başlıcası odur ki, onların qrafik təqdimində çağdaş dünya şərqşünaslığında qəbul 

edilmiş  və Türkiyədə  də klassik mətnlərin transliterasiyası zamanı istifadə olunan 

qaydalar rəhbər tutulmuşdur. Məsələn,  əgər “taleyi-şum” (uğursuz tale) izafət 

tərkibi Azərbaycan dilinin orfoqrafiya qaydalarına uyğun olaraq göstərdiyimiz 

şəkildə yazılırsa, çağdaş Türkiyə türkcəsinin orfoqrafiya qaydalarında “talih-i şum” 

şəkilndə yazılır ki, bu da, zənnimzcə, daha doğrudur; belə ki, birinci halda sözün 

kökü ilə izafət  əlaməti biri-birinə qarışırsa, ikinci halda sözün kökü izafət 

əlamətindən defis işarəsi ilə ayrılır. 

Aydındır ki, Hüseyn Cavid irsi ilə çağdaş Türkiyə oxucusunu daha yaxından 

tanış etmək kimi xoş bir məramla ərsəyə gətirilmi. Kitab Azərbaycan ədəbiyyatının 

təbliği sahəsində mühüm əhəmiyyətə alikdir və onun yuxarıda sadaladıqlarımızla 

yanaşı, bir sıra başqa məziyyətləri də var ki, kiçik bir məqalə daxilində onların 

hamısı haqqında danışmaq imkan xaricindədir. Ümumilikdə isə Hüseyn Cavid 

əsərlərinin Türkiyə  nəşrini  ədəbiyyatımız və  mədəniyyətimiz üçün önəmli bir 

hadisə sayırıq. 

 

Ədəbiyyat 




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə