Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə35/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

 

1.  Hüseyin Cavid. Eserleri. Küsena yayınları: İstanbul, 2012. 

2.  Mirzə Ələkbər Sabir. Hophopnamə. Təhsil: Bakı, 2012. 

3.  Turan Cavid. Bir neçə söz // Hüseyn Cavid. Əsərləri. 5 cilddə. C. 1. “Lider 

nəşriyyat”: Bakı, 2005. 

4.  Əkrəm Cəfər.  Əruzun nəzəri  əsasları  və Azərbaycan  əruzu. Azərnəşr: Bakı, 

1976.  

 

 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



336

 

Ж.Алиева 



 Произведения Гусейн Джавида на турецком языке 

Резюме 


 

Великий азербайджанский поэт-мыслитель и драматург Гусейн Джавид 

–  один  из  тех  мастеров  слова,  чья  литературная  судьба  тесно  связана  с  Тур-

цией. Поэтому, тот факт, что его произведения до сих пор не были опублико-

ваны в Турции, вызывало удивление. Именно прэтому, адаптированное изда-

ние  произведений  Джавида  в 2013 году  в  издательстве  Кюсена  в  Станбуле, 

можно  рассматривать  как  один  из  примечательных  событий  в  истории  азер-

байджанской  литературы  и  культуры.  Эта  книга  является  одним  из  зна-

чительных  шагов  на  пути  популяризации  литературного  наследия  великого 

Джавида  в братской Турции. 

 

J.Aliyeva 



Huseyn Javid’s works in Turkish language 

Summary 


 

  Azerbaijan’s great thinker poet and dramaturgist Huseyn Javid is one of the 

masters, whose literary destiny is closely bounded with Turkey. Thus, it causes a 

big surprise that none of his works were published in Turkey until now. Based on 

this fact, publishment of the great writer’s works in adapted modern Turkish 

language and equipped with footnote explanations and dictionaries by Istanbul’s 

Kusena publishment house in 2013 can be considered as a remarkable event in 

Azerbaijan’s literature and cultural history. This book can be viewed as one of the 

important steps toward the promotion of Javid’s immortal literary legacy in brother 

Turkey.  

 

Rəyçi:                                      Teymur Kərimli 



             AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



337

GÜNEL EMİNOVA 

 

 



Əlyazmalar İnstitutu  

gunel-bdu@mail.ru 

 

MƏŞƏDİ MƏHƏMMƏD BÜLBÜL 

 

Açar sözlər: Təzkirə, qəzəl, ədəbi məclis, lirik. 

Key words: Tazkira, gazal, literary society, lyrick. 

Ключевые слова: Тазкире, газел, поетическое собрание, лирик. 

 

XIX əsr Azərbaycan ədəbiyyat tarixi üçün bir sıra əlamətdar ədəbi- bədii ha-



disələrin baş verdiyi və bir sıra maraqlı şair və yazarların yaşadığı dövr kimi yadda 

qalmışdır. Belə ki, maarifçiliyin geniş vüsət alması, dramaturgiyanın, milli teatr, 

dövri mətbuatın  əsasının qoyulması, eləcə  də bir sıra “Məclisi –üns”, “Məclisi – 

fəramuşan” və digər ədəbi məslislərin fəaliyyət göstərməsi dövrün ümumi mənzərə-

sənin göstəriciləridir. Bu dövrdə tanınmış söz ustalarından biri də Qarabağ  ədəbi 

mühitinin yetişdirdiyi “Məclisi – fəramuşan”  ədəbi məclisinin üzvü kimi tanınan 

xanəndə şair Məşədi Məhəmməd Qaryağdı oğlu Bülbül olmuşdur.  

Firuzə  Həsənovanın araşdırmasına  əsasən qeyd edə bilərik ki, “Məşədi 

Məhəmməd Bülbül 1858-ci və 1859-cu ildə Şuşada anadan olmuşdur. Təhsilini də 

Şuşada Molla İbrahimin məktəbində almış,  ərəb, fars dillərini öyrənmiş, Quranın 

təcvidlə oxunması və hüsn xət təlimi də almışdır. Məktəbdə oxuduğu vaxtlarda Şərq 

ədəbiyyatını  dərindən mənimsəmişdir. El ədəbiyyatı  və  aşıq qoşmalarına böyük 

maraq göstərmiş, xalq mahnıları ona qola qanad verib, bədii zövqünü daha da 

cilalamışdır. Gözəl səs və  təbə malik olduğuna görə  bəzi məclislərdə  iştirak edib, 

könüllü olaraq arabir öz qəzəllərini də oxuyurmuş” (2, s.7). 

Lakin müəyyən səbəblərdən Məşədi Məhəmməd Bülbül xanəndəlik sənətini 

buraxır və  ədəbi məclislərin fəal aktiv iştirkaçısına çevrilərək daha çox ədəbi 

yaradıclıqla məşğul olmağa başlayır. 

Belə ki, Məşədi Məhəmməd Bülbülü yaxından tanıyan dövrün tədqiqatçısı 

Salman Mümtaz Bülbülün xanəndəlik sənətini tərk etməsi haqqında öz fikrini yürüt-

müşdü: “Mən  şəxsən Bülbül ilə görüşmüşəm və gözəl səsindən, ləhnindən zövq 

almışam. O heç də mövhumatçı deyildi. Niyə oxumağı tərk etdin? – deyə verdiyim 

suala – nadan adamların təhəkkümünə mütəhəmmil ola bilmədim. – deyə cavab 

verdi”. (4, s.8). 

Məşədi Məhəmmədin “Bülbül” təxəllüsünü seçməsi haqqında mənbələrdə heç 

bir məlumat verilmir. O da məlumdur ki, təkcə “XIX əsrin II yarısında bir neçə şair 

“Bülbül” təxəllüsü ilə şeir yazmışdır. Məşədi Məhəmməd irsini tədqiq edən isteda-

dlı alim Firuzə  Həsənova bu sahədə apardığı ciddi araşdırmalardan sonra belə bir 

nəticəyə gəlmişdir ki, XIX əsrin ikinci yarısında “Bülbül” təxəllüsü ilə beş şair şeir 

yazmışdır. Bunlardan birincisi dərbəndli Molla Turab, ikincisi Mirzə Məhəmmədtə-

qi Təbrizi, üçüncüsü Mirzə Həsən, dördüncüsü Molla Saleh Zəngilani, beşincisi isə 

şuşalı Məşədi Məhəmməddir”. (2, s. 7). 

Sözsüz ki, Məşədi Məhəmməd Bülbül digər həmtəxəllüslərindən daha məşhur 

olmuşdur. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



338

Məşədi Məhəmməd Bülbül haqda ilk məlumata Mir Möhsün Nəvvabın “Təz-

kireyi-Nəvvab” əsərində də rast gəlinir. “Nəvvab Bülbül haqda qısa məlumat verir 

və onun yeddi şeirini təzkirəyə daxil etdiyini yazır. “Bu təzkirə yazılan vaxt Məşədi 

Məhəmmədin 28 yaşı var idi.. Aşağıdakı şeirlər onundur, öz dəsti-xətti ilə yazılıb”. 

(3, s.205). 

Nəsrəddin Qarayev də öz araşdırmasında Məşədi Məhəmməd Bülbülün Mir 

Möhsün Nəvvabın başçılıq etdiyi “Məclisi Fəramuşan” ədəbi məclisinin üzvü kimi 

qeyd edir. “XIX əsrdə Qarabağda Bülbül təxəllüsü ilə tanınmış üç şəxsiyyət olmuş-

dur ki, onlara bu ləqəbin verilməsi məhz məlahətli səsləri ilə əlaqədar idi. Gözəl sə-

si olan Məşədi Məhəmməd Bülbül əvvəllər xanəndəlik etmişdir. O qəzəllərin bir ne-

çəsini Nəvvabın təzkirəsinə avtoqraf olaraq özü yazmışdır. M.M.Bülbülün əldə etdi-

yimiz kiçik divanında, həmçinin bəzi cüng və fraqmentlərdə olan qəzəllərdən aydın 

olur ki, o klassik ədəbiyyata dərindən bələd olmuşdur. Onun şeirlərinin dili rəvan, 

sadə və obrazlıdır”. (3, s. 205). 

XIX əsrin II yarısında belə məclislər bir növ ədəbi müsabiqə xarakteri daşıyır-

dı. Şairlər həm öz aralarında, həm də digər məclislərin üzvləri ilə yarışırdılar. Belə 

bir münasibət həmin dövr şairlərinin bəzisini sadə nəzirəçiliyə, dəbdəbəli epiqonçu-

luğa sövq etsə də, əsasən, klassik Azərbaycan ədəbiyyatından öyrənmək yolu ilə ye-

ni məzmunlu, orijinal əsərlərin yazılmasına və şairlərin biri digərini yaxından tanı-

masına da ədəbi-ictimai zəmin yaratmışdır.  

Məclis üzvü olmaq Bülbülün dünyagörüşündə, eləcə də ədəbi taleyində xüsusi 

rolu olmuşdur. Belə ki, Nəvvab ictimai həyatda baş verən müxtəlif səpkili hadisələri 

məclis yığıncaqlarında müzakirə edərək həmkarlarına onların bədii təxəyyülünü 

qaynaqlandıracaq yeni-yeni mövzular verir və bununla da həmin söz ustalarının ya-

radıcılığına ciddi təsir göstərmiş olurdu.  

Aytən Hacıyeva Nəvvab haqqında tədqiqatında Bülbülün dünyagörüşünə 

onun təsir etdiyini qeyd edir. “Ədəbi bədii gecələrin ümumi axar və mövzularının, 

şairlərin yaradıcılıqlarının aparıcı tendensiyalarının birləşməsində, hətta onların bə-

zilərinin (bu mənada məclisin gənc üzvlərinin Məşədi Əyyub Baki, Sədi Sani Qara-

daği, Məhəmməd Bülbül Qaryağdının və digələrinin adlarını qeyd etmək olar) ədəbi 

zövqlərinin formalaşmasında məclis rəhbəri Nəvvabın nüfuzu kifayət qədər önəmli 

rol oynamışdır”. (1, s. 75). 

Şairin ədəbi irsinin cüzi bir hissəsi əlimizə gəlib çatmışdır. Əldə olunan əlyaz-

mada Bülbül ədəbi irsinin Azərbaycan və fars dillərində yazdığı şeirlərdən ibarət ol-

duğunu görürük. Məşədi Məhəmməd yaradıcılığı üçün janr rəngarəngliyi xarak-

terikdir. Klassik ədəbiyyatın şah şeiri qəzəl sayıldığına görə, Bülbülün daha çox qə-

zəl janrına üstünlük verdiyini görürük. Bu janra meyl etməsi həm də Bülbülün xa-

nəndəlik sənəti ilə məşğul olduğu ilə də bağlı olmuşdur. Lakin buna baxmayaraq, o, 

qəsidə, mənzum məktub, rübai, növhə janrlarında da qələmini ustalıqla sınamışdır. 

Bülbülün klassik Şərq ənənələrinə sadiq qaldığı aşkardır, xüsusilə onun XIX 

əsr şailərinin yaradıcılığı üçün xarakterik olan Füzuli ənənəsində yazmaq, Füzulidən 

təsirlənmək aydın görünür. Lakin bu, sadəcə olaraq, Füzuli üslubunu təkrarlamaq 

deyil, deyilməmişləri demək, dilə  gətirmək, yazmaq, eyni aşiqin hislərini Bülbül 

qələmiylə yazmaqdır.  

Bülbülün ədəbi irsi janr rəngarənliyi xarakterik olduğu kimi dil və üslub ba-

xımından da diqqətə layiqdir. Belə ki, bəzi şeirləri sadə, anlaşılan Azərbaycan söz-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



339

lərindən ibarətdirsə, digər bir qisim şeirləri isə ərəb fars sözlərindən ibarət olub ki, 

mürəkkəb üslubda yazmışdır. Məsələn:  

 

Gözlərün aldı qərarım, bəs baxar ahu kimi



Dərdi – hicranun əritdi canım, oldu mu kimi. (4, s. 21) 

Və ya: 


Miyani-zülfi-şəbrəngündə ruyun mahtabandur, 

Və ya zülümati-zülf içrə dəhanun abi-heyvandur.(4, s. 107) 

 

Göründüyü kimi birinci beyt sadə ana dilində yazıldığı halda, ikinci beyt ərəb-



fars sözlərindən izafətlərlə mürəkkəbləşdirilmişdir. 

Demək olmaz ki, Bülbül yaradıclığında ictimai motivlərə rast gəlinsə də, ta-

mamilə xarakterikdir. Bülbül qəlbi və qələmi ilə əsl məhhəbbət şairidir. Lakin bə-

zən şeirlərində ictimai mövzularda narahatlıqlara da rast gəlinir: 

 

Dövran və zəmanə mənimlə düz gəlmədi, 



Bu aləmdə üzüm bir gün belə gülmədi. 

Biçin vaxtı çatdı, toxum biçə bilmədim, 

Ömrümü dən kimi əcəl quşu dənlədi. (4, s. 198) 

 

Belə ki, yaşadığı zəmanədə gördüyü haqsızlıqlar, yaşadığı çətinliklər şair qəl-



bini dərindən yaralayarq onun poeziyasına da yol tapmışdır. 

Haqsızlıqlara qarşı şeirlərini Bülbül konkret insanlara və hadisələrə ünvanla-

mamış, əlacı və özünü təsəllini dövran və zəmanədən şikayətlə biruzə vermişdir. 

XIX əsr Azərbaycan ədəbiyyatında yazıb yaratmış şair və sənətkarların yara-

dıcılığında dini motivlərin də xüsusi yeri vardı ki, Bülbül də bu motivlərdən istifadə 

etmişdir. Fars dilində yazdığı minacatda Allahı poetik şəkildə vəsf edir: 

 

Pənah aparanların sığınacağı sənsən, ey Xudaya. 



Sənin lütfünün sayı-hesabı yoxdur. (4, s. 237) 

 

Kərbəla müsibəti XIX əsr şairləri və ümumilikdə Azərbaycan klıassik ədəbiy-



yatı üçün xaraketrik olduğundan Bülbül də bu tendensiyaya biganə qalmamış, İmam 

Hüseynə olan məhəbbətini və bu müsibətə olan münasibətini qəzəllərində  sərgilə-

mişdir: 

Məgər köməksiz qərib Hüseynin əzasıdır? 

O Kərbəlada dəfn olunmuş təşnə dodaqlı şəhiddir.  

Məhərrəmdir, Bülbül, sən fəqan və şivən et, 

Bu naləyə gələn hər bir kəsə əhsən olsun  

Aç, ya Hüseyn gözün, eylə övladüvə nəzər,  

Kəm etmə iltifat bu bəxtisiyahidən. (4, s. 150) 

 

Bülbülün yaradıcılığı üçün dini və ictimai mövzuları  səyyar mövzular saya-



raq, əsasən yaradıcılığının eşqdən bəhrələndiyini nəzərə alaraq, məhəbbət mövzusu 

üstünlük təşkil edir. Bülbül təpədən dırnağa lirik şairdir, və şeirlərinin də baş lirik 

qəhrəmanı özüdür. Bülbülün lirik qəhrəmanı çox sevən, duyğusuna qapılan, sevgi-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



340

sindən ötrü şam kimi yanan, əziyyətlərə qatlanan əzabkeş obrazdır. Klassik ədəbiy-

yata xas olan kədərli, dərdli, ələmli aşiq obrazı Bülbülün də lirik qəhərmanı üçün 

səciyyəvidir.  

Nə müddətdi kəsüb mehrin nigari-simbər məndən, 

Belə keçsə əgər dövran, dəxi qalmaz əsər məndən. (4, s. 38) 

 

Bülbül şeirlərinin poetik xüsusiyyətlərindən bəhs edərkən, bədii təsvir vasitə-



lərinin xüsusi yeri vardır. Bülbülün dili çox zəngin və ifadə formaları çox maraq-

lıdır. Bülbül öz yaradıclığında bədii təsvir vasitələrindən uğurla istifadə etmişdir. 

Bülbül yaradacılığında bütün Fizuli ənənəsinə sadiq klassik şairlər kimi 

onimlərdən qəzəllərində bəhrələnmişdir. Aşiq obrazı kimi klassik ədəbiyatda özünə 

yer eləmiş ərəb rəvayətlərinin Məcnun surəti Bülbül poeziyasında da öz xüsusi yeri-

ni tutmuşdur: 

Ola gər mənzilim Məcnun kimi, eşqində səhralər, 

Genə axır səri kuyindən özgə bir məkanım yox.( 4, s. 102) 

 

Bəzən Bülbül klassik aşiq obrazları Qeysi və Fərhadı bir yerdə adlarını çəkir: 



 

Fərhadü Qeys bəntək bilməz rümuzi-eşqi, 

Onlar hesab olur bir gümnam olub keçərdən. (4, s. 164) 

Və ya: 


Piri-Kənantək fəraqində gözümdən getdi nur, 

Çün salub gözdən gedüb ol Yusifi-Kənan məni. (4, s. 70) 

 

Piri – Kənan dedikdə Büllüb burda Yaqub peyğəmbərə işarə etmişdir.  



Şərq poeziyasında geniş vüsət almış və şeirin məna qüvvətini artıqmaq üçün 

bədii xitablardır ki, Bülbül də xitablardan yararlanmışdır: 

 

Əbruyi yar ilən ürəgim oldu çak-çak, 



Bülbül, gözün sənün genə əbruəmanədür. (4, s. 103) 

Təlmihdən istifadə etmişdir: 

Ey Yusifi-zəmanə, münəvvər cəmalüvi, 

Çıx pərdədən, bu bəzmdə göstər cəmalüvi. 

Məhbut olub cəmaluvə, kəssünlər əllərün, 

Divanəvar, cümlə görənlər cəmalüvi. (4, s. 97) 

 

Məlum olduğu kimi, təlmih “əsərdə hər hansı məşhur əsatirə, əfsanəyə və ya 



bir şeirə eyhamlı şəkildə işarə edilməsi, xatırlanmasıdır. Təlmih mümkün qədər gö-

zəl, ürəyə yatımlı bir tərzdə məlum hadisəyə işarədir. Yuxarıda təlmihlə bağlı gös-

tərdiyimiz nümunədə şair Yusif-Züleyxa əfsanəsinə işarə etmişdir. 

Bülbül epitet, təşbeh, mübaliğə, bədii sual və digər bədii ifadə vasitələrindən 

də geniş istifadə etmişdir. 

 

 Çıxar ahim gecələr sübhə kimi əflakə, 



 Gözümün yaşı fəraqində dönüb Ceyhunə. (4, s. 42) 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



341

Bülbül göz yaşlarının yar yolunda axıdaraq, Ceyhun çayına bənzətməsi ilə 

bədii mübaliğədən istifadə etmişdir. 

XIX  əsr Azərbaycan  ədəbiyyatında Qarabağ  ədəbi mühitinin və  şairlərinin 

mühüm rolu olmuşdur ki, onların da arasında Məşədi Məhəmməd Bülbülün də öz 

xüsusi, önəmli yeri olmuşdur.  



 

Ədəbiyyat  



 

1.  Hacıyeva Aytən “Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi”, Bakı, 2004. 

2.  Həsənova Firuzə “Əlyazmalar xəzinəsi” jurnalı, Bakı, 1976, IV cild, səh 7. 

3.  Qarayev Nəsrəddin “XIX əsr Azərbaycan ədəbi məclisləri”, Bakı, 2010. 

4.  Məşədi Məhəmməd Bülbül “Əsərləri” (tərtib edən Raqub Kərimov), Bakı, 2008. 

 

Г.Эминова 

Мешеди Мухаммед Бюльбюл 

Резюме 


 

 В этой статье говориться о жизни и творчестве Карабахского поета Меше-

ди  Мухаммеда  Бюльбюля,  о  тематике  его  стихотворений.  А  также  приводи-

ться примеры от его стихов. М.М.Бюльбюл жил и творил в XIX веку. Он пи-

сал на двух:на азербайджанском и на персидском языках. Хорошо знал клас-

сическую поезию. Наставником для себя в поезии считал Мухаммеда Фюзули. 

 

G.Eminova 



Meshedi Mohammed Byulbyul 

Summary 


 

 This article discusses about the life and work as well as the period of 

creativity Karabakh.s poet Meshedi Mohammed Byulbyul, about the themes of his 

poems. At this article are shown some examples from his poems. M.M.Byulbyul 

lived and worked in the XIX century. He wrote in two: Azeri and Persian 

languages. He knew well classic literature and he considered Mohammed Fizuli for 

himself in poetry as a mentor.  

 

 

Rəyçi:           Möhsün Nağısoylu 

                filologiya elmləri doktoru 

 

 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



342

  ÜLFƏT RƏHİMOVA 



Bakı Dövlət Universitetinin, 

Jurnalistika fakültəsinin dissertantı 

                                                                                  arzu.ahmadova@mail.ru 

 

MÜASİR DÖVÜRDƏ AZƏRBAYCAN TELEMƏKANINDA İSTİFADƏ 

OLUNAN ƏSAS FORMATLAR 

 

Açar sözlər: format, televiziya verlişləri, teleproqram, auditoriya 

Ключевые слова: формат, телепередача, программа, аудитория. 

     

Key words: format, telecast, the program , the audience 

 

Demokratik ənənələrə və beynəlxalq təcrübəyə malik olan ölkələrin təcrübə-



sindən dəyərlənən Azərbaycan teleməkanında daha çox Qərbin təcrübəsi özünü əks 

etdirir. Çünki bu gün jurnalistikanın Qərb standartları formalaşmışdır. Buna haqq 

qazandıran rus nəzəriyyəcisi S. Mixaylov qeyd edir: “Xarici kütləvi informasiya va-

sitələrinin təcrübəsi milli jurnalistikanın inkişafına çox kömək edə bilər. Zaman bu-

na diqqətlə yanaşmağı tələb edir” (5, s.7).  

Dünya televiziya təcrübəsi bir daha təsdiq edir ki, format almaq sərfəlidir. 

Format xərclərin xeyli azalmasına və kanalın yeni layihəsinin təqdimatı zamanı eti-

mal olunan riski minimuma endirir. Auditoriyada elə  təsəvvür yaranır ki, sanki 

uğurlu milli məhsula baxır. Bu  gün  ən çox satılan formatlar Sitkom (Situation 

Comedy) və əyləncəyə üstünlük verən (Big Brother, Pop İdol, Survivor

Who wants 



to be a millionaire?) (2, 50) proqramlarıdır. Amma onu qeyd edək kİ, sadaladığımız 

teleproqramlar formatları dünya teleməkanındakı formatların heç də tam siyahısı 

deyil. Hər il yeni formatlar yaranır, mövcud olanlar parametirlərini dəyişir, bəziləri 

isə gözdən itib yox olurlar. “Bu günün televiziya formatları teleprodüserlərin, dis-

trübütorların və kanal rəhbərlərinin daim alıb-satdıqları intelektual mülkiyyət 

deməkdir” (3, s.13). 

Telekanal formatlarını  nələr müəyyənləşdirir: kontentin ibarət olduğu yol 

verilən bütün mümkün formatlar; davamiyyət müddəti, verilişlərin rotasiyası  və 

ümumi yayım qrafiki (cədvəl); eyniləşdirmə loqotipi; kontentin blokları arasında 

arakəsmələr. Telekanal əksər hallarda müxtəlif qəbildən olan mediaməhsullarından 

(filmlər, yeniliklər bloku, müxtəlif verilişlər, reklamlar və s.) ibarət olduğu üçün 

onun formatının janr kimi müyənləşdirilməsinə nadir hallarda rast gəlinir. 

Yaranan yeni məzmun, yeni forma bu gün özünü daha çox teleyayımlarda əks 

etdirir. Ona görə  də onlara qarşı daha məsuliyyətli və diqqətcil olmaq lazımdır. 

Çünki, KİV arasında televiziya operativliyi, vizuallığı və cəlbediciliyi ilə daha çox 

əhəmiyyət kəsb edir. Deməli, hər hansı bir yaradıcı şəxsin gözlənilmədən yeni məz-

munlu format hazırlanması çox yaxşı hal olsa da, prinsipcə bunlar ayrı-ayrı məsə-

lələrdir. Peşəkar jurnalistika formata münasibətdə insandan dahi olmağı tələb etmir. 

Əgər o, format daxilində öz işini layiqincə yerinə yetirirsə, elə bunun özü kifayət 

edir. Deməli o, yaxşı jurnalistdir. Tədqiqatçıların fikrincə yeni mənaların yaranması 

yeni formatların törəməsinə meydan açır. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



343

Bu gün hər şeyin formatlaşdırılmasında olan kollektiv şövq, böyük həvəs ta-

mamilə təbidir. Öz “formatını” axtarmaq özünütəsdiq cəhdi, son nəticədə isə azad 

rəqabət şəraitində mübarizədən qalib çıxmaq məqsədi daşıyır. 

Azərbaycan televiziyası özünün tarixi ənənədən gələn maarifçilik funksiyasını 

və bu funksiyadan doğan sosial-pedaqoji, təşkilati fəaliyyətini bizim günlərimizdə 

yeni yaradıcılıq keyfiyyətləri ilə gerçəkləşdirməkdədir. “İdrak”, “Günün nəbzi”, 

“Səhər”, “Sərbəst söhbət”, “Təmas nöqtəsi”, “Həftə”, “Zamanın sorağında”, “Azər-

baycan tarixi”, “Təqvimin bir günü”, və s. bu kimi verilişlər diqqətimizi çəkir, hə-

yatımızın inkişafına, insanlarımızın kamilləşməsinə xidmət edir. “Həftə” analitik 

proqramının ölkə və dünya hadisələri ətrafında təhlillərindəki peşəkarlıq Azərbay-

can cəmiyyətinin qloballaşan dünyada öz yerini görməsini təmin etməkdədir. Bu 

proqramın tamamilə yeni formatı tamaşaçıların böyük inamını qazanmışdır. “Günün 

nəbzi” analitik proqramı, sözün həqiqi mənasında, öz adını doğruldan bir formatda 

fəaliyyət göstərir. Bu proqramın ekspert seçimi onun uğurunu təmin edən fakt kimi 

qiymətləndirilə bilər. 

Bu gün Azərbaycan televiziyasının auditoriyası çox genişdir. Hazırda Azər-

baycan teleməkanının yayımladığı verilişlərə tamaşaçılar nəinki ölkənin hər bir şə-

hər və kəndində, ən ucqar nöqtələrində, həmçinin dünyanın bir çox ölkələrində də 

baxa bilirlər. Azərbaycan televiziya məkanının Türkiyə, Rusiya, Ukrayna, İran, 

Kanada, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdə müxbir məntəqələri fəaliyyət 

göstərir. Ölkəmiz müstəqilliyini yenidən əldə etdikdən sonra ölkə teleməkanında bir 

çox yeniliklər yarandı. Bütün dünyada olduğu kimi, ölkəmizdə  də yayımçıların 

böyük bir qismini özəl yayımçılar təşkil edir.  

Bildiyimiz kimi, ANS telekanalının bir çox formatlarına, xüsusən xəbərlər-

informasiya proqramına tamaşaçılar həvəslə baxırlar. Operativlik bu proqramın 

əsas qayəsidir. 

1992-1993-cü illərdə televiziyada 6 il BBC radiostansiyasında, 8 il isə ABŞ 

səfirliyində fəaliyyət göstərmiş Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızı 

ANS telekanalında bir sıra müəllif proqramları ilə çıxış edir. Onun müəllif proqram-

ları, ictimai-siyasi formatlı verilişlərlə bağlı fikirləri maraqlıdır. S.Osmanqızı müsa-

hibələrindən birində demişdir: “Televiziyada əyləncə verilişlərinə  həddindən artıq 

yer ayrılır.  İntelektual aclığı doydura biləcək verilişlərin qıtlığı hiss olunur”.  

 İndi də Azərbaycan tamaşaçılarına təqdim olunan formatlardan bəzilərinə diqqət 

yetirək. “Bizim sinif”, “Bizimlə birgə”, “Dostun evi könüllərdir”, “Dünya bir pən-

cərədir”, “Etimad”, “Ədəbiyyat”, “Günün nəbzi”, “Qobustan”, “Həftə”, “Kənd sa-

atı”, “Muğan”, “Səhər”, “Parlament həftəsi”, “Kino xəbər”, “Zamanla üz-üzə” 

(AzTV), “Səda”, “Məqamlar”, “Dostum”, “Lider əsgər”, “Həyat tərzi”, “Dostum”, 

(Lider TV), “On-lar”, “106 haus”, “ATV maqazin”, “Son xəbər”, “El içində”, “Xalq 

parad”, “Ulduz oldun” (ATV), “Seans”, “Növbətçi”, “Xəbərçi”, “İç xəbər”, “Toy 

olsun”, “Qulp”, “De gəlsin”, “Hesabat”, Gecə yarı”, “Dahilərin divanı” (ANS), 

“Film media”, “Carçı”, “Ağıl dəryası”, “Ovqat” (İTV), “Eldən-elə”, Gündəmdəki-

lər”, “Xəzər-xəbər” (“Xəzər” TV) və s. kimi verilişlər Azərbaycan teleməkanındakı 

kanalların yaradıcılıq axtarışlarının bəhrəsidir. Biz verilişlərin adını bilərəkdən bir 

qədər çox çəkdik. Bunula formatlar barədə, mənzərəni daha aydın təsəvvürdə can-

landırmaq istədik. Verilişlərin adından göründüyü kimi formatlar ictimai-siyasi, 

ədəbi-mədəni, hərbi, iqtisadi, sosial həyatın bütün tərəflərini işıqlandırmaq 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



344

missiyasını yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Xəbərlərdən tutmuş bütün 

tok-şoulardan hər biri verilişin özünəməxsus formatı var. Doğrudur adını 

çəkdiyimiz formatların bəzisi qısa ömürlü olmuş, özünü doğrultmamış, yeniləri ya-

ranmışdır. Hər halda Azərbaycan teleməkanında mövcud olan formatlar onu demə-

yə əsas verir ki, bu gün dünya televiziyalarındakı formatların ölkəmizdə tətbiqi təq-

dirə layıqdir. 

“Birik biz” formatının Azərbaycan teleməkanında verilişlərin reytinqini müəy-

yənləşdirmək məqsədi ilə keçirdiyi sorğunun nəticəsi maraqlıdır. “Sizin fikrinizcə, 

televiziya verilişləri arasında insanların dünyagörüşünə, tərbiyəsinə ən mənfi yöndə təsr 

edən verilişlər hansılardır və fikrinizi əsaslandırmağınızı xahiş edirəm” müraciətinə 

verilən cavablar kəskin tənqidi olsa da, hər halda diqqətçəkəndir. 

Bir daha yenə müxtəlif telekanallarda yayımlanan verilişlərdən bir necəsinə 

diqqət yetirək. AzTV-nin “Səhər” musiqili-informasiya proqramı 1995-ci ildən 

efirdədir. Bu proqram səhərdən 10-kimi efirdə canlı yayımlanır və “Psixoloq məs-

ləhəti”, “Sənət söhbətləri, musiqi alətləri”, “Afişa”, “Faydalı  məsləhətlər”, “Sə-

hər”in təqvimi”, “Həyat bilgisi”, “Dəblə geyim”, “Sağlam böyüdək” kimi bir-birin-

dən maraqlı 31 rubrika ilə tamaşaçıların görüşünə  gəlir. Verilişdə hava haqqında 

eləcə də bağlantı vasitəsilə dövlət yol polisinin gündəlik məlumatı da təqdim olu-

nur. Teleməkanımızdakı digər səhər proqramlarının yaranmasına təkan verən bu 

verilişin yaradıcı qrupu öz fəaliyyəti ilə bütün tamaşaçı təbəqəsinin zövqünü nəzərə 

almağa çalışır.  

Unutmayaq ki, “Səhər” verilişi  əsasən informasiya verir. Burada operativlik 

ən başlıca amildir. Bu gün bazar münasibətlərinin kəskin rəqabəti  şəraitində  uğur 

qazanmaq üçün operativlik çox mühüm rol oynayır. Hansısa sensasiyalı infor-

masiyada gecikmək qəzetin, telekanalın reytinqinə dərhal təsir edir. Bu informasiya 

müxtəlif dillərdə tamaşaçıya catdırılanda daha efektli olur. Məsələn, “AzTV-nin 

“Xəbərlər”i həftə  ərzində  hər gün efrə  çıxır. 6 dəfə Azərbaycan, bir dəfə rus, bir 

dəfə ingilis dilində yayımlanır. 

Dünya təcrübəsinin təsiri ilə Azərbaycan teleməkanında formalaşan yeni format-

lar daha çox özəl və  İctimai TV-nin teleməkanında yayımlanır desək, yanılmarıq. 

Xüsusən də İctimai TV-i bu formatları milli-mənəvi dəyərlərimizə uyğun olaraq yayım-

lamağa can atır. Cəmiyyətin ölkədə gedən hadisələr haqqında dürüst məlumat alması, 

həqiqi mədəniyyət və maariflənmədən geridə qalmaması üçün belə bir bazar şəraitində 

onun qaydalarına boyun əyməyən, xalqın vəsaiti ilə maliyələşən və demokratik 

idarəetmə mexanizminə malik TV təbii ki, İctimai TV-dir. İctimai yayım hər hansı 

cəmiyyətin inkişafının müəyyən mərhələsində meydana çıxaraq, toplumun azadlıq 

ideyalarını, fikir plüralizmini, siyasi mədəniyyətin mövcud səviyyəsini  əks etdirir. 

Obyektiv, dolğun və qərəzsiz informasiya verən TV, həm də cəmiyyətdə gedən sosial-

siyasi prosesləri müxtəlif formalarda işıqlandırmaqla ekranda sosial konsensus yaradır. 

İctimai televiziya dövlət və özəl yayım kanallarından fərqli olaraq, milli və  bəşəri 

dəyərləri təbliğ etməklə,cəmiyyəti müasir mədəniyyətə qovuşdurmaq missiyasını 

yerinə yetirir. Çünki ictimai televiziya cəmiyyətindir, buna görə  də onun yayım 

fəlsəfəsinin əsasında cəmiyyətdə demokratiyanın və fikir plüralizmini inkişaf etdirmək 

yolu ilə xalqların tərəqqisinə yardımçı olmaq, cəmiyyətin bütün sosial təbəqələrinin 

maraqlarını ifadə etmək, eləcə də hər bir xalqın tarixən yaratdığı milli-mənəvi dəyərləri 

qorumaq və yaymaq missiyası dayanır. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



345

İctimai TV cəmiyyətə məxsus olduğu üçündür ki, onun yayımladığı verilişlə-

rin əsasında cəmiyyətin marağı durur. İctimai yayım qanununun 1-ci maddəsinə gö-

rə, ictimai televiziya və radio yayımının məqsədi ölkə əhalisinin bütövlükdə cəmiy-

yətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və 

digər sahələrindəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müx-

təlif baxış  və  əqidələri  əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış 

informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standart-

larına uyğun şəkildə yayımlamaqdır

 

(2, s.20). 



Hazırda ictimai televiziya tamaşaçıların görüşünə müxtəlif formatda hazırla-

nan verilişlərlə  gəlir. Bu verilişlərin sırasında analitik, musiqi, bədii və  əyləncəli 

verilişlər üstünlük təşkil edir. Həmin verilişlər müxtəlif ölkələrin telekanallarından 

götürülmüş formatlar əsasında milli-mənəvi ruhda hazırlanan verlişlərdi ki, əksəriy-

yəti bir necə ildir böyük tamaşaçı auditoriyasının marağına səbəb olub. Belə veriliş-

lər siyahısına “Yeni gün”, “Carçı” informasiya buraxılışı, “Gerçəyin özü”, “Salam 

əsgər”, “Vətən tarixi”, “Azərbaycan palitrası”, “Açıq dərs”, “Qadın dünyası”, “Ge-

cənin aydınlığı”, “Geniş formatda”, “Ozan məclisi”, “Şou nömrə 1” və s. kimi 40- 

dan çox müxtəlif verilişlər aiddir. Təəssüflə bildirməliyik ki, Azərbaycan tele-

məkanında formatlardan müasir tələblər səviyyəsində istifadə olunmadığı kimi bu 

problemlə əlaqədar tədqiqatlar da kifayət və qənaətbəxş deyildir. Fikrimizcə, hər bir 

kanalda verilən formatlar, onların qaldırdığı problemlər, mövzulara yanaşma tərzi, 

səhnələr, dəvət edilən qonaqlar, informasiya-əyləncə-şou səpgili formatlarda xəbər-

lərin verilməsi, reklamların yerləşdirilməsi kimi məsələlər müzakirə edilməli, proq-

ramın üstün və  zəif cəhətləri göstərilməli, aparıcının formatda yeri, rolu kimi çox 

ciddi problem müzakirə edilməlidir.  

Bütün bunlar bir tərəfdən geniş müzakirə olunmalı, müəyyən nəticələr çıxarı-

lmalı, tövsiyyələr edilməlidir. Bir tərəfdən tədqiqatçılar bu mövcud mənzərəni 

bizim üçün tamamilə yeni hadisə olan müasir format ətrafında baş verən prosesin 

təkzib hissəsi kimi elmi-nəzəri cəhətlərini müəyyənləşdirməli, formatın dünya təc-

rübəsindəki üstün cəhətlərini, onun təsir gücünü mənbələrini və Azərbaycanda daha 

effekli tətbiqi yollarını göstərməlidir. Yuxarıda yazılanları yekunlaşdırsaq 

gəldiyimiz əsas nəticələri aşağıdakı tezislərlə ifadə etmək olar: 

- texniki göstəriciləri ehtiva edən ifadə kimi poliqrafiya-qəzet sahəsində 

işlədilən “format” anlayışı bu gün KİV-də  və digər sahələrdə çox geniş  məna 

çalarları kəlb edən termin kimi işlədilməkdədir; 

- teleformat telejurnalistlərin eləcədə bu sahədə  fəaliyyət göstərən digər 

televiziya əməkdaşlarının yaradıcılıq axtarışlarının nəticəsi kimi meydana çıxmış və 

radioda işlədilən “format” sözündən daha geniş məna yükünü daşıyır;  

- dünya teleməkanında populyar olan formatlardan Azərbaycan 

telekanallarında tətbiqi təcrübəsi əsasən üzünü doğrultmaqdadır; 

- Azərbaycan teleməkanında reallaşdırılan formatlar əsasən Türkiyə, Rusiya 

kimi ölkələrin televiziya kanallarında nümayiş etdirilən formaların təsiri ilə ərsəyə 

gətirilir; 

-  İnfoteyment (xəbərplyus  əyləncə) formatı ilə verilən verilişlər Azərbaycan 

auditoriyası tərəfindən daha böyük maraqla qarşılanır; 

- “format”ın, daha dolğrusu “teleformatın” kanallarda artıq müəyyən tarixi və 

ənənəvi olsa da, təəssüf ki, xaricdən fərqli olaraq bu anlayışla bağlı ölkəmizdə elmi-



 

Filologiya  məsələləri – №10, 2013

 

 



346

nəzəri materiallar kifayət qədər dəyərlidir və bu problemin ən müxtəlif aspeklərdən 

araşdırılması, dəyərləndirilməsi aktualdır, əhəmiyyətlidir; 

- format müəyyən mənada cərçivə anlamında qəbul edilsə  də, bu çərçivənin 

sərhədləri ölçüyə gəlməzdir. Bununla belə, onun da müəyyən parametirləri, konkret 

mövzuları, məsələləri olmalıdır. 

Ədəbiyyat 

 

1.  Quliyev E. Televiziya: nəzəriyya, inkişaf meyilləri. Bakı, 2006 



2.  Məmmədli Z. A-dan Z-yə telexəbər. Bakı, 2009, s. 

3.  Məhərrəmli Q. İctimai televiziya: prinsiplər, reallıqlar, prespektivlər. Bakı, 2003 

4.  Голядкин Н.А. ТВ информация в США. Москва, 1999 

5.  Михайлов  С.А.  Современная  зарубежная  журналистика:  правила  и 

парадоксы. Москва, 2002 

6.  Нелюбина  А.С.  Реалити-шоу:  медиопродукт  индивидуальизированного 

общества. УГУ. № 45, 2006 

7.  Тертычный  А.А.  О  соотношении  понятий  «консепция», «профиль», 

«формат». Вестник МГУ, серия «Журналистика». № 6, 2010  

 

    Ульфат Рагимова 



Основные телевизионные форматы, используемые в современном 

телепространстве Азербайджана 

Резюме 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə