Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə36/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

 

В статье автор исследует возникновение телевизионных форматов. Сов-

ременный  мир  находится  все  время  в  динамике.  Формат  с  его  иллюзорной 

стабильностью  и  склонностью  к  гибридизации  упрощает  процесс  отражения 

мира телевидением. Автор указывает, что телевизионные жанры при этом не 

исчезают,  а  остаются  как  сохраняющийся  элемент  архаики,  принимающий 

вид клише. В этом смысле формат вырастает из жанра. Также автор проводит 

анализ форматов популярных на сегодняшний день телевизионных передач, и 

указывает их влияние на интеллектуальное развитие аудитории. 

 

       Ulfat Raghimova  



Major television formats used in television space of Azerbaijan 

Summary 


 

In the article the author examines the emergence of television formats . The 

modern world is all the time in the dynamics. Format with its illusory stability and 

propensity for hybridization simplifies the process of reflection of the world TV. 

The author points out that television genres while not disappearing , but remain as a 

continuing element of the archaic , taking the form cliché. In this sense, the format 

of genre grows. The author also analyzes the format of today's popular television 

programs and shows their influence on the intellectual development of the audience. 

 

Rəyçi: Professor Nəsir Əhmədli  



 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



347

     SEVİNC MUXTARLI   

                AMEA. Z.Bunyadov adına  Şərqşünaslıq İnstitutu  

muxtarli@gmail.com 

 

İSGƏNDƏR PALA YARADICILIĞINDA YUNUS ƏMRƏ OBRAZI 

 

Açar sözlər: İ. Pala, Yunis Əmrə, roman 

Key words: I. Pala, Yunus Emre, novel 

Ключевые слова: И.Пала, Юнус Эмре, роман. 

 

 Türkiyə ədəbiyyatı ilə yaxından tanış olan hər bir kəs Yunus Əmrəni tanıyır. 

Yunus Əmrə XIII əsr sufi şeirinin inkişafında mühüm rol oynamışdır. Şairin şeirləri 

sevilərək oxunmuş, təkcə Azərbaycanda, Türkiyədə deyil, bütün dünyada yaradıcılı-

ğı və həyatı ilə diqqət mərkəzində olmuşdur. Səksən ilə qədər həyat sürmüş Yunus 

Əmrə haqqında məlumat çox azdır. Onun həyatını yazdığı şeirləri təhlil etməklə öy-

rənə bilmişik. Ümumiyyətlə, Yunus Əmrənin ədəbi irsinin öyrənilməsində Türkiyə-

də və dünyanın bəzi kitabxanalarında olan əlyazma nüsxələri böyük əhəmiyyət kəsb 

edir. Şeirlərindən məlum olur ki, o, Miskin Yunus, Dərviş Yunus, Qoca Yunus, Yu-

nus Əmrəm adları ilə də tanınmışdır. Yunus Əmrənin həyat və yaradıcılığı haqqında 

dünya elmində bir çox tədqiqatlar aparılmış və bu tədqiqatların sayəsində maraqlı 

məlumatlar  əldə edilərək Yunus Əmrə yaradıcılığı haqqında Türkiyədə, həmçinin 

Avropada çoxlu əsərlər yazılmış, onun irsini dünya səviyyəsində tanıtmağa nail 

olmuşlar. Belə bir dahi insanın həyatını qələmə alaraq onun haqqında maraqlı əsər 

yazanlardan biri də müasir dövr Türkiyə  ədəbiyyatının tanınmış yazarı  İsgəndər 

Pala olmuşdur. Daim divan ədəbiyyatı ilə maraqlanan və tədqiq edən İsgəndər Pala 

tarixi romanlar müəllifi kimi də  səmərəli fəaliyyət göstərən yazıçıdır. O, 1958-ci 

ildə  Uşakda anadan olmuşdur. 1979-cu ildə  İstanbul Universitetinin ədəbiyyat 

fakültəsini bitirib Türk Silahlı Qüvvələrinin tədris qurumlarında və  Uşak 

Universitetində müəllimlik etmişdir. İstanbul Kültur Universitetində elmi-pedaqoji 

fəaliyyətini davam etdirməklə yanaşı, Mədəniyyət və turizm nazirinin, həm də 

İstanbul Böyükşəhər Bələdiyyə başçısının müşaviri, Türkiyə dil və Tarix Qurumu 

İdarə Heyətinin üzvudur. Bir cox mükafatlara layiq görülmüşdür. 

İskəndər Pala təxminən əlliyə yaxın kitab müəllifidir. Onun divan ədəbiyyatı-

na dair dəyərli ensiklopedik lüğətləri, müntəxabat və antalogiyaları, orta məktəb, li-

sey  şagirdləri üçün ədəbiyyat dərslikləri var. Yazıçı Azərbaycanın dahi şairi 

Məhəmməd Füzulinin “Leyli və  Məcnun” məsnəvisinin motivləri  əsasında olan 

“Babildə ölüm, İstanbulda eşq”, Osmanlı tarixinin Lalə dövrü hadisələrinin qələmə 

aldığı “Qətreyi-matəm”, Azarbaycan Səfəvilər dövlətinin hökmdarı Şah İsmayil Xə-

tai və Osmanlı imperiyasının hökmdarı Sultan Səlim haqqında “Şah və Sultan”, bü-

tün türk xalqının sevimlisi Yunus Əmrə haqqında “Od” və başqa romanların müəl-

lifidir. İsgəndər Pala əsərlərində müasirliyinin kəskin problemlərini, inkişafın qanu-

nauyğunluqlarıını tarixi zərurətin mütərəqqi meyllərilə vəhdətdə açmaqla inandırıcı 

nümunələr tapmışdır.. Tarix idrakın müraciət edib qidalandırdığı əsas mənbələrdən 

biridir.  İsgəndər Pala tarixi keçmişi müasir həyatla vəhdətdə götürmək bədii 

ümumiləşdirmələr aparması  nəticəsində maraqlı  sənət  əsərləri yaratmışdır. Bu 

romanlarda tarixilik və müasirlik problemləri ön plana çəkilmiş, tarix və bədii həqi-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



348

qətin vəhdəti, ağılın, qəhrəmanlığın, paklığın qüdrəti kimi məsələlər bədii həllini 

tapmışdır. “Od” romanı Yunus Əmrə haqqında yazılmış bir əsərdir. Başqa roman-

ları yazdığı kimi İsgəndər Pala bu romanda da ciddi hazırlıq işləri aparmış, Yunus 

Əmrə dövrünün tarixi hadisələrini diqqətlə nəzərdən keçirir, zəngin materiallar top-

layır və orijinal sənət abidəsi yaradır.  Əsərdə  təsəvvüf  ədəbiyyatı  və  ənələrindən, 

Yunus Əmrənin öz şeirlərindən istifadə etməklə nəticədə dəyərli bir roman ortaya 

çıxmışdır. “Od” romanın yazılması təsadüfü deyil, bu roman İskəndər Palanın Yu-

nus  Əmrə  şəxsiyyətinə  və yaradıcılığına olan dərin məhəbbətin ifadəsidir. Məlum 

oldugu kimi Yunis Əmrə 1241-ci ildə Əskişəhərin Sivrihisar qəzası yaxınlığındakı 

Sarıköydə anadan olmuşdur. Mədrəsə təhsili almış, ərəb və fars dillərini mükəmməl 

bilmiş, dövrünün bir sıra elmlərinə dərindən bələd olmuşdur. Onun haqqında yazı-

lan qaynaqlardan məlumatlanırıq ki, Yunis Əmrənin yüksək biliyə sahib olmasında 

zəmanəsinin görkəmli şəxsiyyərlərindən olan Mövlanə Cəlaləddin Ruminin də təsiri 

olmuşdur. Yunus Əmrə bir təriqətçi olmuşdur, bu səbəbdən də o, el-el, oba-oba gə-

zərək təriqətçılıl idayalarını yaymışdır. Yunisin ideyalarını yaymaq üçün gəzdiyi 

vilayətlər arasında Konya, İran ,Şam kimi adlarla yanaşı Azərbaycan adına da rast 

gəlirik. Yunus Əmrəyə aid olan qaynaqlardan onun müəllimlərindən Tapdıq Əmrə-

nin də adı çəkilir, ancaq bəzi tədqiqatçılar onun əfsanəvi şəxs olduğunu qeyd edə-

rək, gerçəkliklə əlaqənin olmadığı bildirilir. Tapdıq Əmrənin gercək şəxsiyyət oldu-

ğunu bildirən bəzi tədqiqatçıların fikrincə Yunus Əmrə onun şagirdi olmaqla yanaşı 

odunçuluqla da məşğul olmuşdur. Yunus Əmrə yaradıcılığına nəzər salanda onun 

şeirlərində Tapdıq Əmrənin adına rast gəlirik: 

 

 



Tapdığın tapısında qul olduq qapısında, 

Miskin Yunus çik idi, bişdik əlhəmdürüllah. (1.45) 

 

Yunus  Əmrə yaradıcılığından bizə bir “Divan” və “Risalət-ün-nushiyyə” 



(“Nəsihətnamə”) adlı bir məsnəvisi çatıb ki, o da 573 beytdən ibarətdir. Divanında 

toplanan əsərlərin demək olar ki, çox hissəsi heca vəznində yazılmışdısa da, məsnə-

visi  əruz vəznində yazılıb. Həmişə çox sevilən,  şeirləri qəlblərdə yaşayan, dildən-

dilə gəzən Yunus Əmrə bu dəfə “Od” romanının əsas qəhrəmanına çevrilib. O, təh-

lükələr qarşısında titrəmir, büdrəmir, haqq işi uğrunda mübarizələrə qalib gəlir. 

Müəllif Tapdıqla gənc Yunusun eyni məsələ barəsində fikirlərini qarşılaşdırmaqla 

daha obrazlı ifadə etmişdir. Yunus Əmrə tarixdə, real həyatda olduğu kimi ağıllı və 

istedadlıdır, o bir zəka sahibidir. O, Tapdıq kimi uzaqgörənlərdən məsləhətlər alırd-

ısa da, onu istiqamətləndirməyə çalışırlarsa da, Yunus Əmrə məsləhətlərin əsiri de-

yil, onun öz mühakimə, hadisələrdən nəticə  çıxarmaq qabiliyyəti vardır.  İsgəndər 

Pala Yunus Əmrənin həyatıının hər anını mənalandırmağa çalışırdı. Yunus Əmrənin 

bir sıra mənəvi keyfiyyətlərinin yüksək səviyyədə əks etdirməsi Palanın “Od” roma-

nında gözdən yayınmayan nüanslardan biridir. Oxucu romanda Yunus Əmrənin 

şeirləri ilə də rastlaşır ki, bu da şairin yaradıcılığı haqqında məlumatı olmayanlara 

Yunus şeirini, Yunus yaradıcılığını maraqlandırır və sevdirir. Ən başlıcası İsgəndər 

Pala “Od” romanını yazmaqla buna nail ola bilmiş, Yunusu bizə tanıtmaqda bir ad-

dım atmışdır: 

Gözüm seni görmək üçün, 

Əlim sənə yetmək üçün, 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



349

Bu gün canım yola qoyam, 

Sabah səni tapmaq üçün. (5.191). 

 

“Od” romanı kompazisiya baxımından aşağıdakı adlarla üç fəsilə bölünmüş-



dür: 

1.  Rəncbər, 2. Dərviş, 3. İşıq. 

Bu adları müəllif düşünərək vermişdir. Hər bir fəsildə Yunusin həyatı  əks 

olunubdur. Romanın birinci fəslinin adı olan “Rəncbər” - də Yunusun əziyyət çək-

diyinin, günlərlə dayanmadan işlədiyinin, uzaq məsafədən kürəyində odun daşıdı-

ğının şahidi oluruq. Bu fəsildə Yunus rəncbərlik etməkdədir. Ailəsi ilə birlikdə qı-

yıqgöz adı verilən monqollardan qaçıb Ucasardan Sarıcaköyə gəlib orada yeni həyat 

qururlar. “Rəncbər” adlanan fəsildə Yunus həm də bir xilaskar kimi verilmişdir.  

“Tapdıq yollarını tapmaq üçün Kayseridən keçdiyim vaxt Sivrihisardan gələn 

karvanla rastlaşdım. Karvanda hər cür, hər yaşdan, hər irq və inancdan adam vardı. 

Kimisi qaçır, kimisi gizlənir, kimisi tapmağa çalışırdı. Mən də axtarırdım, 

Sarıcaköydən xəbər verəcək adam axtarırdım...” (5.97) 

İkinci fəsil olan “Dərviş” - də Yunus Əmrənin dərviş olmasından danışılır. 

Hər bir sətrdə onun Tapdıq dərgahından yüksəlməsi göstərilir. O, üzvü olduğu təri-

qəti dünyada yaymaq üçün müxtəlif  şəhərləri gəzərək, Konyada, Şamda,  İranda, 

Azərbaycanın bir sıra şəhərlərində olmuşdur. Hətta Yunus Əmrənin qəbrinin Azər-

baycanın Qax rayonunda olduğu da güman edilir. Bu haqda məlumatı biz Məşədi-

xanım Nemətqızının “Azərbaycan pirləri” adlı kitabından, “Azərbaycanda Tapdıq 

Baba və Yunus Əmrə qəbirləri” adlı məqaləsindən alırıq. Orada Azərbaycanın Qax 

rayonunun Oğuzlar qəbirstanlığında Tapdıq Baba və Yunus Əmrə adlı pirlər 

haqqında məlumat verilərək, bu pirlərin hər iki türkə sonsuz məhəbbətin simvolu ki-

mi ucaldığı bildirərək, XIII əsrin əvvəllərində Azərbaycan və Anadolu türklərin ye-

ni mədəniyyət mərkəzinə çevrilib, oğuz türklərinin orda da əbədi bir surərdə yerləş-

məsindən yazır. Yuxarıda qeyd etmişdik ki, Yunus Əmrə sufi şairidir. Məlum ol-

duğu kimi sufizmdə dərvişlərin rolu mühümdür. Müxtəlif tədqiqarçıların əsərlərin-

dən öyrənirik ki, hətta bəzi müsəlman ölkələrində dərviş təşkilatları var ki, bunlar 

da Sufi təriqəti haqqında yazılmış ədəbiyyatları təbliğ etmişdilər. Sufilərə görə tək 

bir vücüd varsa, o Tanrıdır, Tanrının yaratdığı hər bir şey gözəldir və kim bu gözəl-

liyi hiss edirsə, görə bilirsə, o Tanrını da sevir. Sufiərin mənşəyi haqqında Z. Bün-

yadovun “Dinlər, təriqətlər, məzhəblər” kitabında qeyd edilir ki, başlanğıcında sufi-

lər iki məsələ üzərində qurulur:  

1.  Daxildən gələn qeyrətlə ibadət etmə, ruhlarda və  ağılda idrak edə bilən 

həqiqətlərdən ibarət olan lütflər (fəvail) doğur. 

2.  Qəlblər elmi (ilm əl-qulub), təcrübi bir hikməti və bəsirəti (mərifə) təmin 

edir. Sufilər “qəlblər elm”ində mütəhərrik bir xassənin olduğunu qəbul edirlər və bu 

elmin Allaha doğru səyahətlərindəki (səfər) yolunu cızdığını  və bu yolu sanki 

“müqəddəs nərdivan”dakı kimi bir qismi qazanılmış fəzilətlər, digər qismi özlüyün-

dən gəlmiş lütflərdən ibarət olan on iki dayanacaq (məqamat) və hal (Əhval) ilə işa-

rələyirlər.Onların məqamlar və hallara dair cüt siyahıları, müxtəlif müəlliflərdə 

dəyişirsə  də, demək olar ki, daim tövbə, səbir, təvəkkel, riza kimi məruf təbirləri 

ehtiva edir. Sufilər, təsəvvüfü yol rəhbərinin fərdi fərqlərini bir tərəfə qoyur və ruh, 

cismani bağlardan xilas edir.... Sufiliyin ümdələrinin təşəkkül etdiyi son dövr h.VII 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



350

(XIII)  əsrdə başlanır. Onun başlıca məktəbi, vəhdəti-vücüd  əqidəsini iqrar etdiyi 

üçün müxaliflər tərəfindən vəhdətiyyə (və ya vücudiyyə) adlandırmışlar... Sufilərin 

müştərək həyatlarının əsasında duran imtiyazlar və ruxsatlar (ruxaz) daha qədim za-

manlardan mövcuddur. Sufilər öz yığıncaqlarında xüsusi mənzumələr oxuyurlar. 

Islamiyyətə xas olan bu ədəbiyyat hər yerdə yeksək inkişaf etmiş və yeksənəklikdən 

çəkinməmişdir. (2.284) 

Yunus Əmrənin ilahilərin də bunlara dəfələrlə şahid oluruq. hər şey zərrədən, 

nurdan yaranmışdır.  İnsan da belədir. Deməli insan nurdan yaranmışsa, kamil 

olmalıdır. İsgəndər Pala romanda buna aid bir neçə nümunə göstərmişdir: 

 

   Şölə bizə aydan deyil



   Eşq əri bu soydan deyil, 

   Ruzimiz bu evdən deyil, 

   Dəryayi-ümmündən gəlir. (5..203). 

 

“Yoldaşlıq eləddiyimiz dərvişlərin sahibi kimsəsiz tarlaları sulayan dərvişlər 



yox, həqiqi  ərənlərdən olduqlarını  qət elədim. O gecəni “Neçə illərdi Tapdıq qa-

pısında vaxtımı keçirtməkdənsə, bu mağaraya gələydim” deyib heyfslənə-heyfslənə 

keçirdim. Sonrakı günə başlayanda, artıq həmin iki dərvişin elədiklərini yamsılayır, 

uzun namazlarına, hər saniyəsi zikr-təsbehlərləı keçən ömürlərinə uyğunlaşmağa 

çalışmaq üçün özümə təlqin eləyirdim. Ehtiyac məqamında axıb, sonra dayanan su-

yun, gecə başa çatanda öz-özünə itən işığın, birdən gğydən düşən kimi, örtüyün 

üstünə gələn azuqələrin, özbaşımızaişlədiyimiz tarlaların sirrini aça biləcəyimi başa 

düşdüm...” ( 5. 218) 

“İşıq” adlanan üçüncü fəsildə bütün əhvalatları oxucu Yunusin dilindən öyrə-

nir. Əvvəlcədən oğlu İsmayılı tapacağına dair işarələr görür. Oğlunu tapmaq ümidi-

lə yola düşür. “Görəsən, İsmayılım sağdımı? Sağdısa haralardaydı? Onun əhvalatı 

vardımı? Varsa, əhvalatını danışmağa bir qadın varmı? Niyə  hər getdiyim yerdə 

qarşıma babamla atam çıxırdı, oğlumsa heç çıxmırdı?  Əgər onu tapa bilsəydim, 

bəlkə də bu zəncirin qırılmasına mane ola bilərdim. Neçə illər qırılanı əlavə eləyə-

eləyə, qopanı bağlaya-bağlaya dolaşmağım, bəlkə  də  İsmayılı axtarmaq 

zərurətindəndi...”(5.343) 

 İsgəndər Palanın yazdığı “Od” tarixi romanı Molla Qasımla başlanır. Bəs 

Molla Qasım kimdir? Onun Yunus Əmrənin həyatında nə kimi rolu olmuşdur? 

Ədəbiyyat tarixindən məlum olmuşdur ki, Yunus Əmrə ilə bağlı çoxlu 

rəvayətlər və  əfsanələr yaratmışdır. Bu rəvayətlərdən birində qeyd olunur ki, bir 

divanda Yunusun üç min şeiri olmuşdur. Bir gün bu divan Molla Qasım adlı bir 

mollanın əlinə keçmiş və molla çay qırağına gələrək şeirləri oxumağa başlamışdır. 

Şeirlərin  şəriətə uyğun olmadığını görərək onların yarısını çaya atmış, yarısını 

ocağa ataraq yandrmışdır. Şeirlərindən birini oxuyanda sətrlərdə öz adına – Molla 

Qasıma rast gəlir və bundan sonra Yunusun kəramət sahibi, əməlisaleh bir insan 

olduğunu başa düşmüşdür. 

 

  Dərviş Yunus, bu sözü əyri-büyrü söyləmə, 



  Səni siyğəyə çəkər bir Molla Qasım gəlir (1.35) 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



351

Həmin rəvayətə görə Yunusun divanda olan şeirlərindən minini çaydakı 

balıqlar, minini göydəki mələklər, qalan minini isə insanlar oxuyur. 

Molla Qasım haqqında fikirlərə görkəmli  ədəbiyyatşünas alimimiz Salman 

Mümtazın tədqiqatlarında da rast gəlinir: “Molla Qasım Həsənoğlu və Yunus 

İmrənin müasiri, Azərbaycan  şairidir,  əskidənqalma bəyaz və cünglərdə “Min 

kəlami – Molla Qasım  Şirvani” ünvanı ilə 2-2 şeir gözə çarpmadadır. Molla 

Qasımdan  ədəbiyyatımıza yadigar olaraq iki təcnis ilə bir şeir qala bilmişdir ki, 

onların birisini “Azərbaycan  ədəbiyyatı”nın 12-ci sayında (“El şairləri”, 1-ci cild, 

səh.204), ikisini də 17-ci sayında (“El şairləri”, 2-ci cild, səh.118-119) təb və nəşr 

etmişik. Bu şeirlərinin birinə Yunus Əmrənin bir nəzirəsi də mövcuddur ki, 

iddiamızı tamamilə təsvib və təsdiq etməkdədir.” (3.360) 

Bu rəvayətlərə əsasən Banarlı N.S., Ə. Kabaklı, A. Gölpinarlı, E. Göydənin və 

başqaları da tədqiqat  əsərlərində Yunus Əmrə  və Molla Qasım məsələsinə toxun-

muşdurlar.  İsgəndər Pala Yunus Əmrəni daha çox real zəmində, yaşadığı tarixi 

mühitin fonunda təqdim etməyə çalışır. Bu baxımdan Yunus Əmrənin şəxsiyyəti ön 

plana çəkilir. Məlumdur ki, Yunus Əmrə 13-cü əsrdə yaşamışdır. Tarixi 

vərəqləyərkən həmin əsrdə Anadolu baş verən savaşların, səlibçilərin, monqolların 

üsyanlarının beşiyi olmuşdur.  Əlbəttə ki, belə bir məkanda yaşayan insanların 

özlərinə güvənləri, inamları azalmış, mübarizəyə qatılmağın yersiz olduğunu hiss 

edirdilər. Yunus Əmrə də həmin o cəmiyyətin bir üzvü olaraq romanın əvvəllərində 

miskin, aciz kimi təqdim olunmuşdur. Monqolların Anadoluya yürüşü zamanı 

canından çox sevdiyi, əmanət kimi qoruduğu həyat yoldaşını – Sitarəni, oğlu 

İbrahimi itirir. Elə o vaxtdan Yunusun nəinki evinə, hətta ürəyinin dərinliyinə od 

düşür. Sitarənin canını yandıran od Yunusun ürəyinə düşür. Yunusun sevgi dünyası, 

onun Sitarəyə olan məhəbbəti, ailə ocağı  İskəndər Pala tərəfindən yüksək 

sənətkarlıqla verilmışdır. “Sitarə yadıma düşəndə qeyri-ixtiyarı heybəmi iylədim. 

Sitarənin qoxusu gəlirdi. Barmaqlarım ulduz naxışlarının üzərinə  gəzdi... Elə bil, 

Sitarəyə toxundum. Yaşadığım həyatı, bu dünyadakı mövcudluq səbəbim, dünyanın 

ancaq dərd-bəlayla dolu olması barədə düşündüm. Könül ağlayır, gülmürdü: bu 

dünyada qərib idim. Dünyanın işi-gücü çövrü-cəfaydı, əlimdən bir tutanım yox idi. 

Erəyim dolmuşdu. Yanağımdakı yaşı silmək üçün əlimi qaldıranda bir şey gördüm. 

Sitarə bir neçə addım məndən irəlidə gedirdi...” (5.125) 

 Zülm və işgəncə ilə dolu olan bu torpaqlarda Yunus eşqə gedən yolun şeirdən 

keçdiyini başa düşərək bu yolla, şeirlə addımlamağa, irəliləməyə başlamışdır. 

 

Elə heyran eylə məni 



Eşqin oduna yanayım 

Hansı yana baxar isəm 

Gördüyüm səni sanayım (5.234) 

 

 İsgəndər Pala Yunus Əmrəni Hacı Bektaş, Tapdıq  Əmrə, Mövlanə  və 



başqaları ilə rastlaşdıraraq aciz Yunusu Bizim Yunusa çevirir. 

İsgəndər Pala “Od” romanı vasitəsilə ümumtürk ədəbiyyatın görkəmli 

nümayəndəsi olan Yunus Əmrənin həyatına işıq salaraq, müasir oxucuların onun 

həyat və yaradıcılığı haqqında məlumat əldə edə biləcəkləri bir roman yazmışdır. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



352

Ədəbiyyat 

 

1.  Banarlı N.S. Resimli Terk edebiyatı tarihi. Ankara. 1987. 



2.  Bünyadov Ziya. “Dinlər, təriqətlər, məzhəblər”.Bakı. 2007. 

3.   Mümtaz Salman. “Azərbaycan ədəbiyyatı qaynaqları”. Bakı. 2006 

4.   Nemətqızı Məşədi. “Azərbaycan Pirləri”. Bakı.1986. 

5.    Pala İskəndər. “Od”.Bakı. 2012 

 

Севиндж Мухтарлы 



"Образ Юнуса Эмре в творчестве Искендер Пала" 

Резюме 


 

В статье говорится о романе «Огонь» современного Турецкого писателя 

И.Пала. Этот роман посвящен жизни и творчеству Юнуса Эмре. Роман "Ого-

нь" состоит из трех частей: "Батрак", " Дервиш", " Свет". В первой части гово-

рится о переживаниях Юнуса: о завладении родной земли врагами, как он раз-

лучился с семьей, о том как он выполнял трудные работы. Во второй части го-

ворится как он стал дервишем и распространял суфийское течение. В третьей 

части о том как он нашел сына Исмаила. И написав этот роман И. Пала позна-

комил читателей еще ближе с Юнусом Эмре. Он представил Юнуса Эмре как 

человека семьянина, любящий свою семью, верующий и любящий Бога чело-

век. В романе встречаемся и с стихотворениями Юнуса Эмре. Также в статье 

имеются мысли различных исследователей о жизни Ю. Эмре и о суфийском 

течении. 

 

Sevinj Muxtarli  



The image of Yunus Emre in Isgandar Pala's works 

Summary 


 

The article refers to the novel "Fire" of modern Turkish writer, I.Pala. This novel 

is dedicated to life and works of Yunus Emre. The novel "Fire" consists of 3 parts 

under the headings "farm laborer", "dervish" and "light". İn the first part it is spoken 

about the region Yunus Emre lived was conquered by enemies, that he fell apart from 

his family and was engaged in hard labor, in the second part it is spoken about his 

dervish life and spreading Sufism, third part is about his finding his son Ismayil. 

Writing this novel I.Paul introduced readers even closer to Yunus Emre. He presented 

Yunus Emre as a family man who loves his family, as a man believing and loving God. 

In the novel we see poems of Yunus Emre, as well. Thoughts of different researchers 

about Yunus Emre's life and Sufism are also given in the article.  

 

Rəyçi:                   Aydın Abıyev 



               filologiya elmləri doktoru, professor 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



353

       GÜLLÜ SEYİDLİ  

     ADPU  

     nigar.turk@yandex.ru 

 

RƏSUL RZANIN "SON GECƏ" POEMASINDA NƏSİMİ OBRAZI 



 

Açar sözlər: Nəsimi, bədii obraz, son gecə 

Ключевые слова: Насими, художественный образ, последний ночь 

Key words: Nasimi, art image, last night 

 

Adını tarixə qızıl hərflərlə yazmış bir çox sənətkarlar vardır. Onlar miras qoy-



duqları nümunələri ilə  qəlblərdə yaşamağa müvəffəq olmuşlar. Sözsüz ki, əvəzsiz 

xidmətlərinə görə qiymətləndirilməsi  mütləq olan bu kimi sənətkarlar nəinki real, 

tarixi cizgiləri ilə, bəzən obrazlaşmış, bəzədilmiş  və bir qədər də  təsəvvürlərdə 

görünmək istənildiyi şəkildə təsvir edilir. Bu kimi sənətkarlar az deyildir. Nəsimi bu 

siyahıda ilk sıralarda adı çəkiləcək sənətkarlardandır. Belə ki, Nəsimi obraz olaraq 

bir çox əsərlərdə baş  qəhrəman kimi canlandırılmış  və  ədəbiyyat tariximizə  fərqli 

yönümlərdən də daxil ola bilmişdir. 

  Rəsul Rza ədəbiyyat tariximizdə özünəməxsus yer tutmuş sənətkarlardandır. 

Onun sərbəst şeirləri xüsusilə gözəl ədəbi nümunələr sırasındadır. Bu baxımdan Rə-

sul Rza poemaları da maraq doğurur. Nəsimi obrazının canlandırılması baxımından 

isə onun "Son gecə" poeması diqqətəlayiqdir. Belə ki, poemada Nəsiminin ölüm 

qabağı keçirdiyi gecədən müəyyən məqamlar təsvirə alınmışdır. Sənətkar uzun illər 

sonra Suriyaya-Hələbə  səfər edir. Sözsüz ki, məqsəd Nəsiminin qəbrini ziyarət 

etməklə  bərabər, onun həyatından olan bəzi tarixi faktları  dəqiqləşdirib insanlara 

çatdırmaq idi. Eyni zamanda tarixi şəxsiyyət olan Nəsimiyə qarşı münasibətin öy-

rənilməsi xüsusilə maraq doğururdu. Qəzənfər Paşayevin "Nəsimi haqqında araşdır-

malar" kitabında professor xüsusilə qeyd edir ki, tarixi faktlara arxalanaraq Nəsi-

minin diri-diri dərisinin soyulmadığı fikirini də Azərbaycanda ilk olaraq Rəsul Rza 

söyləmişdir. Belə ki, Rəsul Rza Nəsimi ilə bağlı bir çox maraqlı məqamları nəzərə 

çatdırmışdır. Poemada isə əsərin əvvəlində qeyd etdiyim kimi, Suriyaya səfəri za-

manı Hələb şəhərinin xeyli dəyişdiyini qeyd edən sənətkar,artıq Hələbin köhnə Hə-

ləb olmadığını qeyd edir və modern şəhərə çevrilməsi onda da müəyyən təsirlər bu-

raxmışdır.  

Yer üzünün 

neçə-neçə ölkəsindən biridir 

Suriya; 


Hələb onun qədim şəhəri. 

Gəldim Hələbə 

mülayim havalı 

bir payız səhəri. (1.132) 

 

  Poemadan olan bu parçadan da aydın olur ki, sənətkar Hələbin əvvəlki kimi 



olmadığına işarə edir. Əsas məkan kimi Qala təsvir edilir. Bütün hadisələr də bu 

məkan daxilində cərəyan etmiş olur. Nəsimi bu Qalada son anlarını yaşayır: 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



354

Beş yüz ildən artıqdır 

burda yatır Şirvanlı qərib, 

illərin qalağından 

uca dağ zirvəsi kimi yüksəlib. 

Ölümündən keçib 

əsr-əsr zaman karvanı 

Bu gün ölümsüzlüyü 

ölkə-ölkə dolaşır cahanı. (1. 133) 

 

Bu Qala Şirvan övladı, əqidəli Nəsiminin öz mübarizəsindən dönmədən, sona 



kimi ölümün gözünə dik baxmasının şahidi olmuşdur. Bu şahid son gecənin şahidi-

dir. Sanki dil açıb danışan bu şahid nəinki bir tək Nəsiminin, bir çoxlarının qanının 

tökülməsinin seyrkarı olmuşdur. 

 

Bu gecə son gecədir. 



Həm başlanğıc, 

həm nəticədir. (1.134) 

 

Nəsimi son gecənin sakit, təlatümdən tam uzaq şəkildə keçirir. Hətta poemada 



Nicat-keşikçi obrazı da onun xilası üçün canından belə keçməyə hazır olur. O, sək-

səni haqladığını  və artıq həyatda görməli olduğunu gördüyünü söyləyərək, qaçıb 

canını qurtarmağı xahiş edir. Sözsüz ki, bu təklif qəbul edilmir. Tövbə etməsini də 

ondan xahiş edərkən belə bir cavabla üzləşir: 

 

Qoca! 


Böyük həqiqətə, 

doğru sözümə tövbə deyimmi?(1.142) 

 

 Bu sözlər qocanı peşiman olmağa vadar edir və söylədiklərinə görə utanır. 



Beləcə  səhərə az qalır və  Nəsimi bu son gecəsində ömrünü vərəq-vərəq gözünün 

qabağından keçirərək bir ah çəkir. 

Poemada diqqəti çəkən məqamlardan biri də qalada ac qalan pələnglərin qor-

xusundan dəhşətli səslər çıxaran bir gəncin faciəsidir. Keşikçi gənc əsirin üç gün ac 

qalmış pələnglərə yem olduğunu qeyd edir. Bu Nəsimini dəhşətə gətirir, o insanlı-

ğın bu həddə çatmasının səbəblərini müəyyən edə bilmir. 

 

Nəsiminin quruyub dodaqları, 



Quruyub boğazın yolu. 

Düşünür: Nələr, nələr törətməyə 

qadirsən, insan oğlu! (1.138) 

 

Eyni zamanda Nəsimi o zamanlar insanların yasaqlarla dolu həyatının olduqca 



mənasız bir bütə çevrildiyini qeyd edir. Bütün bu kimi qadağalarla buxovlanmış 

insan həyatı Nəsimi çərçivəsində olan bir insan üçün dəhşətli bir faciə demək idi. 

 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



355

Azad düşüncə, 

azad kəlam yasaqdır... 

Düşünmək yasaq. 

görmək yasaqdır. 

Ehkamlar, təsvirlərlə 

zindanlanıb bu inam ölkəsi. (1.144) 

 

Nəsimi insanlığın nədən iztirablarla dolu olduğuna, əsrlər boyu gücün ədaləti 



susduraraq haqsızlıqların çoxalmasına səbəb olmasına təəssüflənir. O, saxta, mü-

barizəsiz, əqidəsiz insanlığı rədd edir. Lakin Nəsiminin işıqlı gələcəyə olan inamlı 

düşüncələri onu bir qədər ümidləndirir. 

 

 İşıqlı günlər gələcək 



 Bir-birindən mənalı, 

 bir-birindən göyçək. (1. 147) 

 

Poemada Nəsimin digər dahi Şirvan övladı Sabiri də xatırlaması təsadüfi de-



yildir. Belə ki, Sabir də ərslər sonra insanlığın bu həddə çatmasını satiralarında kəs-

kin tənqid edəcəkdir. Zaman fərqli olsa da insanlığın acı taleyi, göründüyü kimi də-

yişməz olaraq qalmaqdadır. 

  

Bir gün, 



Şirvan oğlu Sabir də 

haqsızlığın, xalq dərdinin 

acısını içəcək. (1.140) 

 

Rəsul Rzanın "Son gecə"poemasında Nəsimi obrazı  məzmun etibarilə dön-



məz, mübariz olaraq qalmaqdadır. Lakin qəlbinin dərinliyində bu obraz daxilində 

insanlığın gələcəyi ilə bağlı narahatlıqlar hiss olunur, lakin bu qaranlığın sonunda 

parlaq bir işıq görünməkdədir. Çünki həqiqət sonda həmişə qələbə çalıb, çalır və ça-

lacaqdır!!! 

İstər zindanda çürüt, 

İstər sürgündə qocalt, 

İstər dara çək 

həqiqət ölümə baş əyməyib, 

əyməyəcək! (1. 148) 

 

Rəsul Rza əsəri yazarkən poema janrını seçmişdir. Poema universal janr oldu-



ğuna görə, sənətkar həm lirik, həm epik, həm də publisist üslubi imkanlarının bir 

janr daxilində vəhdətini, sintezini ortaya çıxara bilmişdir. Epik səhnələrin təsvirin-

dəki orijinal poetik detallar əsərin bədii mahiyyətini və hadisələrin xarakterini dol-

ğun əks etdirə bilmişdir. Yüksək ideya xüsusiyyətlərinə, kolorit gözəlliyinə, daxili 

dinamika və dramatizminə görə diqqətəlayiq əsərdir. 

Belə ki, Nəsiminin ölüm qabağı gecəsinin təsvirindən ibarət "Son gecə" 

poemasında Rəsul Rza pafosu, poetik fəlsəfəsinə inamındadır ki, bu əsərdə insanın 

öz əqidəsi uğrunda ölümə getməsi kimi böyük, ümumbəşəri mövzular qoyulub həll 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



356

edilir. Rəsul Rza nəinki poemalarında, bütövlükdə poeziyasında insan obrazının 

əsas daxili, ənənəvi keyfiyyətini  ənənəvi olaraq meydana çıxarır. Belə ki, "Son 

gecə" poeması da bu baxımdan istisna deyildir.  

Nəsimi obrazının Rəsul Rza poemasında son gecəsini yaşayan bir insan kimi 

qələmə alınmasının ona həsr edilmiş əsərlər siyahısında müəyyən mənada fərqli yer 

tutduğunu qeyd etməliyik. Belə ki, əsər sadə, aydın, axıcı dili ilə də diqqəti cəlb et-

məkdədir. Bu isə  əsərin koloritliliyini daha da artıran səbəblərdəndir. Məzmuna 

keçmədən belə poemanın dilini müzakirə etməklə müsbət fikirlər qeyd etmək olar. 

Lakin bizə  məna etibarilə  Nəsimi obrazının sənətkar tərəfindən necə  qələmə alın-

ması məsələsi daha vacib olmalıdır. Məqaləmizin əvvəlində poemada Nəsimin son 

gecəsini necə yaşadığının təsvirinə yer verəcəyimizi qeyd etmişdik. Bir neçə sözlə 

onu qeyd edə bilərik ki, Nəsimi barəsində yazılmış olan əsərlərdən fərqli olaraq bu 

poemada Nəsimi obrazı qəlbinin dərinliyində həyatının sən dəqiqələrini yaşadığının 

fərqindədir, lakin həmişə olduğu kimi bu əsərdə də o mübariz olaraq sona kimi əqi-

dəsindən dönmür. Əqidə mübarizliyi onun daimi,dəyişməz mövqeyi olaraq qalır. 

Çünki o Nəsimidir və başqa cür bacarmır. Sadəcə  həyatının son anlarında belə 

insanlığın taleyinə biganə qalmaması insanı heyrətləndirir. Çünki biz bilirik ki, əsər 

hər hansı bir uydurulmuş obraz deyil, tariximizdə yaşanması bizlərə qismət olan bir 

sənətkarın qəmli, faciəli aqəbəti deyil, şərəfli, fəxr ediləsi bir həyat tarixçəsidir. Biz 

gənclər bəzi məqamlarda tənqidə səbəb olacaq məqamlar da axtarıb tapır və bəlkə 

də o dövrün hökmlərinə qismən bəraət verə bilərik. Bu dinimizə, Allahımıza olan 

inam və etiqadımızdan irəli gələ bilər. Lakin bu bir həqiqətdir ki, Nəsimi Allahın-

dan heç bir zaman imtina etməmiş, çünki o zaman Nəsimi kimi tarixi şəxsiyyət bu 

günki günümüzə  qədər yaddaşlara hakim kəsilməz və sevilməzdir. Bu baxımdan 

Rəsul Rzanın "Son gecə "poeması  Nəsimi obrazının son dəqiqəsinə kimi dönməz 

əqidə sahibi olduğunu sübut edən gözəl sənət əsəridir. 

 

Ölümə baş əyərmi 



idrak, həqiqət, 

ülvi eşq, təmiz məhəbbət?! 

Ölümsüzdür yaradan insan!!! 

    


 

Ədəbiyyat 

 

1.   Rəsul Rza "Seçilmiş əsərləri", IV cild, Bakı, "Öndər nəşriyyatı", 2005, 304 səh. 



2.  Qəzənfər Paşayev "Nəsimi haqqında araşdırmaları", Bakı, "Qarabağ", 2010, 95 

səh. 


3.   Sedovski Y. "Şairə həsr edilmiş poema", Sovet Gürcüstanı, 1973, 2 sentyabr 

4.  Orucəli H,"Nəsimiyə aid yeni əsərlər"(III məqalə), "Elm və həyat", 1970, N=10, 

səh24-27 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



357

 Гюллу Сеидли  

Образ насими в поэме "Сон геджа"("Последний ночь") Расула Рза 

Резюме 


 

Статье  мы  анализироваем  Насими  как  художественный  образ,  который 

Расул  Рза  посвяшает  в  поеме  "Сон  геджа"("Последний  ночь").  Мы  хорошо 

знаем Насими как поета. Но статье, мы обсуждаем Насими как образ с поемы 

"Сон геджа"("Последний ночь"). Он боец, даже при смерти верен принципам. 

Статье  его  чувство,  внутренный  мир  с  помошью  стихов  прекрасно  отобра-

жаеться.  Он  не  принимает  мир  таким,  для  него  свобода  человечиство  очень 

важно. Поэтому, Насими стал легендой мировой литературы. Статье мы пос-

тарались  показать  Насими  как  человек,  который  не  здаётся  даже  последний 

ночь жизни. 

 Gylly Saidli  

Nasimi as art image in the Rasul Rza's poem of "Son gedja"("Last night") 

Summary 

 

In this article we analyse Nasimi as art image, which Rasul Rza has dedicated 



the poem of "Son gedja"( "Last night") to Nasimi. We know Nasimi beautifully as 

poet. But in this article we discuss Nasimi as art image in the poem of "Son gedja" 

("Last night"). He is the fighter, also his last night. In this article, also Nasimi's 

feelings, inside world has been reflected with the poem. He doesn't accept such a 

world, freedom of the humanness is very important for him. Therefore Nasimi has 

been legend in the world literature. In this article, we analyse Nasimi as a person 

which doesn't surrender also his last night.  

 

Rəyçi: Professor Rafael Hüseynov  



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



358

 MƏHSƏTİ YUSİFOVA  




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə