Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə37/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

ADPU 

mehseti.yusifova87@box.az 

 

SABİR VƏ TATAR ƏDƏBİYYATI 

 

Açar sözlər: ədəbi əlaqə, cəhalətin tənqidi, Abdulla Tukay, Sabirin təsiri 



Ключевые слова: литературный связь, незнание критического, Габдулла 

Тукай, воздействие Сабира 



Key words: eternal connection, ignorance of critical, Abdulla Tukay, Sabir`s effect 

 

Türk xalqları arasında ədəbi əlaqələrin genişləndiyi bir dövrdə yaşayırıq. Tə-



bii ki, bu əlaqələr eyni kökdən, eyni qandan olan insanlar arsında həmişə olmuşdur. 

Xüsusi ilə 20 – ci əsrdə Türk xalqlarının demak olar ki, hamısı eyni taleyi yaşa-

dığından, bu əlaqələr lap da genişlənmiş və bu tale şair və yazıçıların əsərlərində öz 

əksini tapmışdır. Feodal əsarəti, cəhalət və avamlığın hökm sürdüyü dövrdə  həm 

Azərbaycanda, həm də Tatarıstanda millətin uçuruma doğru yuvarlandığını görən 

ziyalilar kifayət qədər vardı. Azərbaycanda belə  şər qüvvələrə qarşı mübarizədə 

Mirzə Ələkbər Sabir satiranı seçmişdisə, Tatarıstanda da xalqın halına yanan Tukay 

ilk dəfə bu üsuldan istifadə etmişdi. 

Tatar ədəbiyyatı nümayəndələri içərisində təkcə Tukayın yaradıcılığında yox, 

Məcid Qafurinin, Seyid Rəmiyevin, Dərdməndin şeirlərində də millətə olan sevgi, 

cani könüldən bağlılıq duyulur. 

Türk xalqlarının 20 – ci əsr  ədəbiyyat nümayəndələrinin bir çoxunda Sabir 

ədəbi məktəbinin izləri var.Sabirin forma və  məzmun cəhətdən mükəmməl olan 

poeziyasından təsirlənməmək mümkün deyildi. Abdulla Tukayın  şeirlərini 

oxuduqca orada Sabirin ruhunu açıq – aydın görmək olur. Tukay da Sabir kimi 

millətin hər yöndən inkişafına özünü həsr etmiş, bu dövrdəki dini istismarlardan 

şikayətlənmişdir. Cəhaləti, mövhumatı  tənqid etmiş  və cahil ailələrdə böyüyən 

uşaqların gələcəyini düşünərək tarix boyu unudulmayan, beyinlərə  həkk olunan 

şeirlər yazmışlar. Düzdü, Mirzə  Ələkbər Sabirin dili açıq – aşkar, döyüşkən və 

mübariz olduğundan,  şeirlərindəki tənqidi fikirlər daha təsirlidir. Məlumdur ki, 

Sabirin satiralarında elmin, məktəbin, oxuyub peşə sahibi olmağın vacibliyi və bu 

yolla da zülm və istismardan qurtulmağın mümkün olması vurğulanırdı. Mirzə 

Ələkbər Sabirin uşaq şeirləri silsiləsindən olan “Məktəbə təğrib” adlı şeiri daha çox 

məsləhət və  tərbiyə xarakteri daşıyırdı. Elmsizliyi bəla hesab edən Sabir, uşaqları 

məktəbə təlim və tərbiyə, nəsihət almağa çağırırdı. 

 

Nəsihət al, nəsihət, 



Qıl kəsbi elmə qeyrət! 

Elmsizlik bəlası 

Müşkül olur həqiqət. 

Ey gözüm,ey canım! 

Get məktəbə cavanım. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



359

Abdulla Tukayın Yaradıcılığına nəzər yetirdikcə, orada da atanın oğluna nəsi-

həti ilə  səciyyələnən  şeirini görmək mümkündür. Tukayın “Ata ilə oğul” adlı 

şeirinin məzmunu demək olar ki, Sabirin yuxarıda qeyd etdiyim şeiri ilə eynidir. 

Çünki bu şeirdə də Tukay da Sabir kimi atanın dilindən çıxış edərək, öz oğlunu ya-

zıb – oxumağa çağırmışdır. Fikir versək görərik ki, Tukay da elmsiz, biliksiz xalqı-

nın könlünü qaralmış hesab edir. Bu qaranlığın nurunu, çırağını elmdə görür. Tukay 

bela deyir: 

 

Yaz əziz oğlum qara taxcaya cız təbaçir ilə, 



Qaralmış könlünü nurlandır cızıb, ağ nur ilə. 

Üç cahillə dəyişilməz yazmağı bilən bir insan, 

Mərifət istər, üşənməz heç insan ola bir insan. 

 

 Mirzə  Ələkbər Sabir və Abdulla Tukay arasında apardığım müqaisədə 



diqqətimi cəlb edən mövzu, hər iki sənətkarın yaradıcılığında geniş yer alan 

yaltaqlıq və ikiüzlülüyün tənqidi məsələsidir. Dini – imanı yalnız pul olan insanları, 

üzdə özlərini yaxşı göstərən, lakin daxilində, yəni, beynində, ürəyində daim xalqın 

başına açacağı oyun barədə düşünən dindarları  hər iki şair özünəməxsus  şəkildə, 

həqiqətən də kəskin bir dillə tənqid etmişdir. 

 

Sabirdə: Ey Xacə, çalış surəti – zahirdə qəşəng ol 



İstərsən özün sürəti – mənada cəfəng ol 

 

Tukayda: İçdən dinsiz olub, dışdan din, din desən 



Kasıbları düşmən görmək dindən desən 

 

Bu nümunələr Abdulla Tukayin, böyük şairimiz Sabirin yaradıcılığından təsir-



lənməsinin əyani sübutudur. Sabir yaradıcılığının böyüklüyü sərhədləri aşmaya bil-

məzdi. Bu yaradıcılıq bir xalqı yox, bir milləti oyatmağa qadir idi. Bir milləti oya-

dacaq qədər böyük qüvvəyə malik idi. 

Bu mövzuda yena başqa bir nümunəyə diqqət yetirək. Abdulla Tukayin “ Ya-

şamağa Dəyərmi ? “şeirindəki bəzi fikirlər, Sabirin bir şeiri ilə tamamilə eynidir. 

İkiüzlü , hər işdə öz xeyrini gözləyən rütbə sahiblərinin əlindən cana gəlmiş xalqın 

çəkdiyi sıxıntı və acıları görən Sabir ürəyi susa bilməzdi və bilmədi də. Sabir yazır: 

 

Yüzlərcə ziyan xalqa vur, öz xeyrini gözlə, 



Aldanma özün bir kəsə hüşyari zirəng ol. 

Gər məsləhət olsa işini qıl ikiüzlü, 

Bir yanda qoyun, özgə tərəflərdə pələng ol. 

At məsləkini bircə gecə həbsdə qalsan, 

Şeytanlığa adət edərək, zorla nəhəng ol! 

 

A.Tukayın “ Yaşamağa Dəyərmi ? “ şeiri ilə Sabirin bu şeiri arasındakı mü-



qaisə ilk dəfə  tərəfimdən aparılmışdır. Bu şeir Sabirin Tatarıstan nümunəsidir de-

səm, bəlkə də səhf etmərəm. Tukay da yaşamağın mənasını ancaq aldatmaqda görən 

insanları tənqid etməkdən çəkinməmişdir. Tukay isə belə yazır: 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



360

“ Yaşamağa Dəyərmi ? “ 

Əlbət dəyər: dayanmadan desən yalan, 

Doğru sözlü insanlara yan almasan 

Vicdanından şeytan kimi uzaq qaçıb, 

Sən aldatsan, başqasına aldanmasan. 

 

Göründüyü kimi Tukay da Sabir kimi şeytanlığa adət edərək milləti aldadan, 



lakin özləri aldanmayan “ zirəngləri “ şeiri ilə, sözü ilə qamçılayırdı. 

Tatar realist ədəbiyyatının daha parlaq bir nümayəndəsi də Məcid Qafuri idi. 

Müasir dövrdə Azərbaycan  ədəbiyyatşünaslığında türkoloq Ramiz Əsgər Məcid 

Qafurinin irsini daha çox öyrənmişdir. Ramiz Əsgərin tərcümə etdiyi şeirlərə istina-

dən, Qafuri ilə Sabir arasındakı bağlılığı, Qafurinin hansı  şeirinin Sabirin şeiri ilə 

həmahəng olduğunu aydınlaşdırmağa çalışdım. Məcid Qafuri də xalqı üçün ürəyi 

yanan biri idi. Yaradıcılığı ilə yaxından tanış olandan sonra deya bilərik ki, Qafuri 

da sözdə yalnız vətənpərvər olanları, “ nə  işim var ? “ deyanlari, öz mənfəətləri 

naminə çalışanları tərbiyələndirməyə çalışırdı. 

 

Sabirdə: Millət necə tarəc olur olsun nə işim var? 



Düşmənlərə möhtac olur olsun, nə işim var? 

 

Deyərək yürüyənləri tərbiyələndirməyə, onların qəlbində vətən, millət sevgisi-



ni aşılamağa çalışdığı kimi , Məcid Qafurinin də şeirində bu fikirlərə, istəklərə rast 

gəlirik. O da vətəni sevən kəsin “ nə işim var ? “ deyərək gəzməsini mümkün hesab 

etmirdi. 

Qafuridə: Vətənsevər birində ola bilməz 

Nə işim var? Deyərəkdən yürümək 

 

Bu nümunələrə əsasən demak olar ki, Qafuri da Sabir ideyasının,Sabir istəyi-



nin və arzusunun davamçısı idi. Qafurinin “ Halımız “ şeirinin mövzusu da Sabir 

şeirlərinin mövzusu ilə həmahəngdir. “ Halımız “ şeirinda “ Ortaq dil yox artıq, hər 

yerdə qovğa “deyan şair təbii ki ,burada sadə xalqın sözünün heç yerdə keçmədiyi-

nə işarə edir. Zənginlərin kasıblara arxa çıxmamağından şikayətlənir. Mirzə Ələk-

bər Sabirin isə “ Əkinçi “, “ Fəhlə , özünü sən də bir insanmı sanırsan ? “ adlı şeir-

lərində haqqı tapdanan, vicdanını itirmişlər tərəfindən  əzilən insanların həyatı  əks 

olunub. 

Qafurinin “ Bir Tatar Şagirdinin Öz Əhvalından Şikayəti “ adlı başqa bir şeiri 

də var. Bu şeirdə  həyatının on beş ilini mədrəsədə keçirən və bu illərin boşa 

getdiyindən şikayətlənən bir gənc təsvir olunur. 

 

Dərs alıb on beş il bu yavuz mədrəsədə, 



Öyrənmədim bir nəsnə də. 

Mən ağlamayım da kim ağlasın ? 

Düşünmədim ömrümü, axırımı 

Boşa yatdım, yatdım... 

Nadanlığa girib batdım. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



361

Qafuri bu şeirdə mədrəsəni nadanlıq ocağı adlandırır. Burada hec bir dünyəvi 

elm öyrənməyən gənclərin günlərini yatmaqla, oyun oynamaqla keçirməsindən ürək 

yanğısı ilə söhbət açır. Sabir isə özünün “ Olmur olmasın “ bu münasibətlə şeirinda 

bela deyir: 

 

Ata 



Küçədə tullan, ey oğul, sənətin olmur, olmasın! 

Sənətə, dərsə, məktəbə rəğbətin olmur, olmasın! 

Və yaxud böyük şairin ; 

Tərpənmə amandır, bala, qəflətdən ayılma! 

Açma gözünü, xabi cəhalətdən ayılma 

Lay lay bala laylay ! 

Yat qal dala laylay ! 

 

Şeirindəki misralara diqqət yetirək. Qafuri şeirindəki fikirlər, Sabir şeirindəki 



fikirlər ilə üst – üstə düşdüyünü deya bilarik. Çünki Qafuri də öz mühitinda olan 

eybəcərlikləri, çatışmazlıqları eyni cür ifşa edib. Sabir , həyatlarını eyş – işrətə 

qurşanmaqla, gündə bir arvad almağı özlərinə adət etməklə yaşayan müasirlərinin 

əslində halına acıyırdı. 

Sabir 1890 – 1895 ci illərdə Şərqə səyahət etmiş,orda yaşayan xalqların ağır 

həyat  şəraiti ilə tanış olmuşdur.Bu səfərdən sonra Sabir yaradıcılığına olan maraq 

biraz da artmışdır. Akademik Həmid Araslı bu haqda bela yazir: “ Xalq şairi 

M.Ə.Sabirin yaradıcılığı geniş bir sahədə  təsir göstərmiş, Azərbaycan,  İran, Öz-

bəkistan, Türkmənistan və Tatarıstanda yeni satirik şeir üçün nümunə olmuşdur...” 

 

Ədəbiyyat 



 

1.  M.Ə.Sabir. Hophopnamə 

2.  R.Əsgər. Millətim 

3.  R.Əsgər. Əqidə şairi. Ədəbiyyat 2010 

4.  Mirzə İbrahimov. Böyük Şairimiz Sabir. Bakı - 1962 

 

Мехсети Юсифова 



Сабир и татарскоя литература 

Резюме 


 

В этой статье показано литературный связи братских тюркских народов. 

В этой статье так же показано положительное влияние показано положитель-

ное влияние Сабира на Татарскую поэзию. Наша чел показать незаменимость 

искусство нашего Сабира. В этот же момент мы хотим показать что большой 

искусство  оставила  след  не  только  в  Азербайджанской  поэзии,  но  во  всем 

Туркестане,  особенно  в  Татарской  поэзии.  Для  развития  Татарского  народа 

так же сыграли большую роль Габдулла Тукай и Меджит Гафури. Мы ознако-

мились  с  их  добродетельности.  Конечно  же, для  развития  и  освобождения 

тиранство  татарского  народа  сыграла  большую  роль,  Азербайджанских 

поэтов, одним словам великого творчество нашего Сабира очевидно. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



362

Mahsaty Yusifova 

Sabir and tatar literature 

Summary 


 

The eternal connection between twin people are presented in this article. The 

article is about a positive effect of a Azerbaijan great poet Sabir`s activities to Tatar 

literature. The mission is presentation of our peoples` of irreplaceable poet`s ama-

zing art. The same, mission is presentation the signs in all Turkish world, especially 

in Tatar literature. Now, lets have a look of Abdulla Tukay and Mecid Qafuri `s arts 

who have serviced for a progress of Tatar people. We are introduced the works 

which they have done for people. And also, in all this process Azerbaijani literature, 

Azerbaijani heroes, especially our great Sabir`s eternal arts has taken effect to the 

progress of Tatar nations, to escape from tyranny of this people. 

 

 

Rəyçi: Professor Tərlan Novruzov 



 

 

 



 

 

 



 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



363

  AYNUR DƏLLƏKOVA 



ADU 

aynur.osmanovna@mail.ru 

 

"ANAMIN KİTABI" ƏSƏRİNİN ORTA MƏKTƏBDƏ TƏDRİSİ 

ƏHƏMİYYƏTİ VƏ İNTERAKTİV DƏRS NÜMUNƏSİ 

 

Açar sözlər: vətən, ana dili, orta məktəb, şagirdlər 

Key words: Country, native language; secondary school, pupils 

Ключовые словы: родина, родной язык, ученик, школа 

 

Azərbaycan  ədəbiyyatında Mirzə  Cəlil kimi dahilər yalnız dövrünün deyil, 

millətinin, xalqının, vətəninin həmişə olmuş və olacaq problemlərini əks etdiriblər. 

"Anamın kitabı" Azərbaycan ədəbiyyatında dramaturgiyanın ən dəyərli nümu-

nələrindəndir. Bu gün bu məzmunlu  əsərlərin tədris prosesinə  gətirilməsi cox 

əhəmiyyətlidir. Məlum məsələdir ki, vətəni sevmək hamının hər bir vətəndaşın 

müqəddəs borcudur. Kim bu şərəfli qanunu pozursa, doğma vətənini, doğma dilini 

bəyənmirsə, ona xor baxıb xəyanət edirsə, onu yadlara satırsa belə bir adamı həyat 

özü cəzalandıracaq. "Anamın kitabı"nın bütün məzmunundan doğan bu böyük, 

işıqlı ideya heç vaxt ölməyən, əhəmiyyətini itirməyən bəşəri ideyadır, həmişə canlı, 

həmişə təsirlidir. Vətənini, xalqını sevənlər üçün əbədi nümunə, örnək məktəbidir! 

Orta məktəblərdə bu cür ideyaların tədrisi şagirdlərimizdə xalqımızın, vətənimizin 

gələcəyi üçün böyük qorxu törədən mürtəce təmayüllərə, ideyalara qarşı mübarizə 

ruhunu oyatmaqdır.  

Hər bir şagirdi vətənimizin,millətimizin birliyi, müstəqilliyi, azadlığı, milli 

şərəfi, ləyaqəti, vətən və onun vətəndaşlıq borcu kimi ictimai, əxlaqi, fəlsəfi məsələ-

lər, bir sözlə vətənpərvərlik ideyası ilə tərbiyə edib, gələcək həyata hazırlamalıyıq. 

Əsl ziyalının əslində necə olmasını təbliğ etməliyik.Ziyalı olmaq, vətənini ölkədən 

kənarda təmsil etmək üçün nələrin vacib olduğunu, hansı xüsusiyyətlərə sahib ol-

mağın mühüm əhəmiyyət daşıdığını öyrətməliyik. Çünki bugünün şagirdləri saba-

hın ziyalılarıdır, sabah həm vətəndə, həm də vətəndən kənarda bizi təmsil edəcək bu 

millət övladları orta məktəbdən başlayaraq maddi və mənəvi dəyərləri və onlara ne-

cə qiymət verib, başqa xalqlar arasında təmsil etməyi öyrənməlidirlər.  

"Anamın kitabı"  əsərinin  əsasını böyük bəşəri ideyalar təşkil edir. Əsərdə 

qoyulmuş dilimizə, milli varlığımıza qarşı yönəldilmiş yad təsirlər, dini sxolastik tə-

lim, təhsil, tərbiyə, qadın hüquqsuzluğu, xeyriyyə cəmiyyəti və s. kimi məsələlər in-

di də bu və ya başqa dərəcədə,  əhəmiyyətini, aktuallığını qoruyub saxlamaqdadır. 

Bu məsələlər barədə şagirdləri maarifləndirmək,düz yolu göstərmək hər bir müəlli-

min peşə borcudur. 

C.Məmmədquluzadənin  ədəbi-dramaturji uğuru onda idi ki, bir ailənin 

həyatında bütöv bir xalqın, bir xalqın tale və arzularında bəşəriyyətin harmoniya, 

qurtuluş, azadlıq ideallarını kamil poetik formada, uzunömürlü model səviyyəsində 

obrazlaşdırmışdır 

Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin  əvvəllərindəki Azərbay-

can cəmiyyəti, xüsusilə  də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası 

Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



364

olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu 

kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşmək-

dədir. 


Əsərin əsas surətləri bir atanın, bir ananın övladları olan üç qardaşdır: Rüstəm 

bəy, Mirzə  Məmmədəli və  Səməd Vahid. Bu qardaşlar ilk növbədə geyimləri ilə 

fərqlənirlər. Rusca ali təhsil almış Rüstəm bəy "intelligent" paltarındadır, yəni pid-

jak və jilet geyib, qalstuk taxır (O, xarici görkəmi ilə bərabər milli simasini itirmiş, 

özünün də xəbəri olmadan doğma vətəninə xalqina yad ögey bir adama çevrilmiş-

dir).  İranda oxumuş Mirzə  Məmmədəlinin başında uca İran börkü, əynində uzun 

İran geyimi(O,milli süurunu təfəkkürünü sxolastik dini anlayişlara,səriyyət ehkam-

larina qurban vermişdir).  İstanbulda oxumuş  Səməd Vahid isə başına qırmızı  fəs 

qoymuşdur(O, ana dilinə xor baxır, onu osmanlı ləhcəsi ilə əvəz etmişdir). Qardaş-

ların geyimləri kimi zövqləri, dünyagörüşləri də fərqlidir. Ataları mərhum Əbdülə-

zim vətənpərvər və qeyrətli bir kişi olduğu halda , oğlanları milli ənənələrdən ta-

mam uzaqdılar, demək olar ki, yaddırlar. Onlar təhsil aldıqları dillərə meyl göstərir-

lər. Onlar o qədər fərqlidilər ki, bir ailədə, bir otaqda belə qalıb işləyə bilmirlər. 

Əsərdəki hadisələr son nəticədə Vətəni təmsil edən Ananın, yəni Zəhrabəyim 

surətinin üzərində  mərkəzləşir. Oğullarının bir-biri ilə dil tapa bilməmələri ananı 

dərdə salır. Ananın sözlərinin təsirsiz qaldığını görən Gülbahar qardaşlarının bir-biri 

ilə yadlaşmasında onların kitablarını günahkar bilir. Buna görə də o həmin kitabları 

yandlıraraq, anasının qoynunda gəzdirdiyi vəsiyyəti oxuyur. Müəllifin "Anamın 

kitabı" rəmzi adını verdiyi bu kitab əslində  Vətənin kitabıdır. Kitabda ata öz 

övladlarına Ana ətrafında birləşməyi vəsiyyət edir. 

Bu ailə  çərçivəsi içərisində müəllif dil, din, məktəb, maarif, mədəniyyət, 

ədəbiyyat, qadin azadliği, xeyriyyə cəmiyyəti, xalqa münasibət, dövlət senzoru və s. 

kimi o zamanki ictimai fikri məşğul edən məsələləri müzakirəyə qoyub həll edə 

bilərdi.  İş bunula bitmirdi... Baş  məsələ müxtəlif mədəniyyət mərkəzlərində  təhsil 

almiş üç qardaşin bir-birinə zidd görüşləridir. Mirzə Cəlil öz qabaqcil, tərəqqipərvər 

fikirlərini Zəhra bəyimin və Gülbaharin dili ilə ifadə edir. Bu fikirlər nədən 

ibarətdir? Diqqət yetirsək görərik ki,bu fikirlər bütün qabaqcil mütəfəkkirlərin və 

yazicilarin, xususilə rus inqilabçi-demokratlarinin tərəqqipərvər görüşlərini ifadə 

edir.Onlar dəfələrlə göstərmişlər ki ,ümumbəşəri ideallar yuksəkliyinə yalniz o 

adamlar ucala bilərlər ki,öz xalqina ,doğma vətəninə namusla xidmət etməyi 

bacarsınlar,öz milli mədəniyyətinə,xalqinin yaratdigi maddi və  mənəvi sərvətlərə 

xor baxanlar nə öz vətənlərinə  nə  də  bəşəriyyətə heç bir fayda verə bilməzlər. 

“Anamin Kitabi” yüksək bədii səkildə məhz bu yollari ifadə edir.Dramaturqun bu 

gözəl  əsərində xalqa münasibət,vətənə  sədaqət,başqa millətlərin mədəniyyətindən 

istifadə etmək yollari və digər mühüm məsələlər irəli sürülmüşdür. 

90-cı illərin sonlarından etibarən Azərbaycan təhsil sisteminə  tətbiq olunan 

fəal/interakiv təlim metodu keçilən dərslərin həm formasını, həm məqsədini dəyiş-

mişdir. Artıq dərslərdə əsas məqsəd şagirdlərə materialı tam hazır vermək deyil, hə-

min material haqda motivasiya vermək və keçiləcək dərsi uşaqların özlərinə tapdır-

maqdır. Bu cür tədris müəllimlərdən böyük ustalıq tələb edir.  

XI siniflərdə ədəbi əsərlərin tədrisinə təxminən 4-5 saat vaxt nəzərdə tutulur, 

həmin vaxtı ümumi şəkildə aşağıdakı kimi planlaşdırmaq olar: 

1. Əsər haqqında ümumi məlumatın verilməsi. 1saat 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



365

2. Əsərdən verilən parçanın oxusu və məzmunu üzərində iş.1saat 

3.Əsərdən verilən parçaların oxusu və məzmunu üzərində iş. 1saat 

4. Əsərin təhlili. 1saat 



Fəal/interaktiv texnologiyası  əsasında  əsər haqqında ümumi məlumatın 

verilməsi (dərs nümunəsi ) 

     

 XI sinif 

 

Mövzu: C.Məmmədquluzadə " Anamın kitabı"  əsəri haqqında ümumi 

məlumatın verilməsi 



Məqsəd: a) vətən, millət, xalq, ziyalı anlayışlarının Mirzə  Cəlilin ömür 

yolunda 


b) əsər haqda ümumi məlumatın verilməsi,  

c) şagirdərin təfəkkür və nitqinin inkişaf etdirilməsi . 



Üsul: Beyin həmləsi, BİBÖ, müsahibə, müzakirə 

Dərsin tipi : induktiv(yeni bilik veren dərs) 

Təlim forması

Kollektiv, kiçik qruplarla iş



 

Təchizat: Mirzə  Cəlilin  şəkli, internetdən "Anamın kitabına"na aid Mirzə 

Cəlilin eyni adlı  əsərinə  çəkilmiş kinofilmdən bir epizodu əks etdirən internet 

resursları 

Dərsin mərhələlərinə görə təxmini vaxt bölgüsü: 

1) Sinfin təşkili və ev tağşırıqlarının yoxlanması.3 dəq 

2) Motivasiya.4 dəq 

3) Tədqiqatın aparılması. 7 dəq 

4) Məlumat mübadiləsi. 10 dəq 

5) Məlumatın müzakirəsi və təşkili. 7 dəq 

6) Nəticələrin çıxarılması. 4 dəq 

7) Yaradıcı tətbiqetmə.7 dəq 

8) Refleksiya və ev tapşırığının verilməsi. 3 dəq 

 

Cəmi: 45 dəq 



1.Sinfin təşkili və tapşırıqların yoxlanması. 

2. Motivasiya. Müəllim proyektorun köməyi ilə şəkillər göstərərək yönəldici 

suallar verir: Məsələn C.Məmmədquluzadənin şəklini göstərərək, bu kimdir?-sualı-

nı veririk. Cavab geldikdən sonra - "Anamın kitabı"na aid Mirzə Cəlilin eyni adlı 

əsərinə  çəkilmiş kinofilmdən bir epizodu proyektor vasitəsi ilə göstərib, "Uşaqlar, 

Mirzə Cəlilin “Anamin Kitabi” əsəri haqqında biz nə bilirik? " soruşub, (təbii ki, XI 

sinif  şagirdlərinin Mizə  Cəlil və onun yaradıcılığı haqda artıq kifayət qədər 

məlumatlıdırlar), BİBÖ-cədvəli qurub, əvvəlcə bildiyimiz məsələləri qeyd edirik, 

sonra nəyi bilmək istədiyimizi qeyd edirik. 

Bilirik 

İstəyirik bilək Öyrəndik 

... ...  ... 

 

Tədqiqat suali:  -Sizcə, bu əsərdə Mirzə  Cəlil dövrünün hansı aktual 

problemlərinə müraciət edib? Necə fikirləşirsiniz  " Anamın kitabı"  əsərində ana 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



366

dilinə nə kimi təsirdən söhbət açıla bilər? Nəyə görə o məhz bu mövzuya müraciət 

etmişdir? 



3.Tədqiqatın aparılması. 

Müəllim  şagirdləri qruplara bölür və onlara iş  vərəqləri paylayır. Hər qrupa 

işin aparılması üçün tapşırıqlar verir, icra vaxtı  və  iş qaydası elan edilir. Qrup 

üzvlərinin tədqiqat tapşırığının yerinə yetirilməsində necə  iştirak etdiyinə  nəzarət 

edilir. 

Qrup tapşırıqları: 

I qrup: Ana dili insan üçün nə  qədər önəmlidir və bunun səbəbini nədə 

görürsünüz, qardaşların yad dillərə olan marağını necə  dəyərləndirirsiniz? 

Cavablarınızı əsaslandıraraq qeyd edin 

II qrup: "Məsləkayrı qardaşlar"ı  bədiiləşdiməkdə C.Məmmədquluzadə hansı 

məqsədi güdmüşdür? 

III qrup: C.Məmmədquluzadə dramaturgiyası nə ilə fərqlənir? 

IV qrup: Əsəri tərbiyəvi  əhəmiyyətə malik olan "Vətən kitab"ı adlandırmaq 

olarmı? 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə