Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə38/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

4.Məlumat mübadiləsi. 

Qruplarda iş başa çatdıqdan sonra hər qrupdan bir nəfər (lider və ya başqa bir 

şagird) qrupun iş  vərəqini lövhədən asır və öz təqdimatlarını edərək,  şagirdləri 

qrupun nəticələri ilə tanış edirlər. Digər qruplardan suallar olarsa ona cavab verilir. 

Şagirdlərin təqdimatları qiymətləndirilir. 

5. Məlumatın müzakirəsi və təşkili(təsnif olunmasi, qruplaşdirılması). 

Bu mərhələdə  təqdimatlara nəzər salınır. Onlarda əks olunan məlumatların 

ümumiləşdirilməsi və yekunlaşdırılması baxımından işlər görülür. Bunun üçün 

müəllim yardımçı suallardan istifadə edir. 

1. C.Məmmədquluzadənin ana dilinə  və  vətənə münasibətini necə 

dəyərləndirirsiniz ? 

 2. “Anamin Kitabi” əsərinin bu günümüz üçün əhəmiyyəti nədir? 

Məlumatların ümumiləşdirilməsi, ümumi qənaətin ortaya qoyulması ilə bu 

mərhələyə yekun vurulur. 

6.Nəticələrin çıxarılması.  

Müəllim tədqiqat sualına və  fərziyyələrə qayıdaraq nəticələri elan edir. 

Motivasiya mərhələsində istifadə etdiyimiz BİBÖ cədvəlinin "Öyrəndik" hissəsində 

hansı yeni məlumatları öyrəndiyimizi qeyd edirik. 



7. Yaradıcı tətbiqetmə. 

1. "Bu əsər məndə hansı düşüncələri oyatdı" adlı esse yazın. 

2. Əsərdə aldığınız təəssüratı ifadə edin. 

Əsərlərin tədrisində yeni texnologiyaların tətbiqi maraqlı nəticələrlə müşayiət 

olunur. Fəal/interaktiv metod dərsdə rəngarəng iş növlərinin, metod və priyomların 

tətbiqini tələb edir. Bu rəngarənglik, müxtəliflik o vaxt faydalı olur ki, yerində 

olsun, məqamına düşsün. Bu cür dərslərin təşkili orta məktəb şagirdlərinə azad fikir 

ifadə etməkdə, bədii  əsərlərə, onlarda qeyd olunan problemlərə obyektiv qiymət 

verməkdə yardımçı olur, şagirdlərə geniş imkanlar yaradır. 

 

 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



367

Ədəbiyyat 



 

1.   Yusifov F. Ədəbiyyatın tədrisi metodokası. B.2010. 

2.   Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni təlim texnologiyaları. B.2009. 

3.   Həsənli B. Ədəbiyyatın tədrisi metodikası. B.2011. 

4. Mikayılov  Ş, Bəkirova A. Ümumtəhsil məktəblərinin V-XI siniflərində 

ədəbiyyatın tədrisi metodikası. B.2008. 

5.   Cəlil Məmmədquluzadə ensiklopediyası. B.2008. 

6.   Əlimirzəyev X. Dahi sənətkar, böyük vətəndaş. B.2010. 

7.  İsmayılov T. C.Məmmədquluzadənin "Anamın kitabı  drami(Avtoreferat).  B.         

2005. 


8.   Ədəbiyyat (XI sinif). Dərslik. Bakı.2010 

9.  Həbibəyli  İ.Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, “Azərnəşr”, 

1997; 

A.Dallakova 



Types and forms of literature lessons 

Summary 


 

İn the article was described new teaching methods for the teaching C. 

Mammadguluzade's "My mother's book" work in secondary school. Theme of the 

work , problems, analyzing and evaluating the problem by the students were 

reflected İn the article. Use of new technologies in the teachings are accompanied 

by interesting results. Active/Interactive method requires the practice of various 

types of works, methods and approaches. These variety and diversity are helpful 

only when they are used in appropriate place and time. This type of teaching helps 

students to express their opinions, to objectively evaluate the problems of the 

writings and to broaden their horizons 

 

А.Даллакова 



Виды и формы уроков по литературе 

Резюме 


 

В  статье  описывается  новые  методы  обучения  в  средней  школе  произве-

дения Д.Маммедгулузаде "Книга Матери". В статье разъясняются тема произве-

дения,  поставленная  в  нем  проблема,  а  также  анализ  и  оценка  этой  проблемы 

учениками  на  уроке.  В  приложении  современних  технологий  в  изучении 

произведений  наблюдаются  интересные  резулътате  активный/интерактивный 

метод  требует  освания  различных  вивод,  методов  и  приемов  работы.  Это 

разнообразио  бывает  полезно  в  случае  уместности  во  время  проведения  урока. 

организация уроков такого тема обусловливает зарождение у учеников средней 

школы  выражение  свободного  мышления,  объек  тивной  азенки  появившихся 

проблем, создает широкие возможности в проявлении творческих сил 

 

 



Rəyçi:            Sofiya Mirzəyeva  

                  filologiya elmləri namizədi  

 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



368

 AQŞİN ƏLİYEV  

 Bakı Dövlət Universiteti 

 

  aqshin@mail.ru 



 

VALTER SKOTTUN “HƏMAİL” ƏSƏRINDƏ ŞƏRQLİ OBRAZI 

 

Açar sözlər: Avropa, Şərq, Qərb, Valter Skott, tarixi roman 

Ключевые слова: Европа, Восток, Запад, Вальтер Скотт, исторический роман 

Key words: Europe, East, West, Walter Scott, historical novel 

 

«Həmail” romanı tamamilə fərqli bir mövzuya, yəni Orta əsrlərin ən əhəmiy-

yətli hadisələrindən biri hesab edilən Səlib yürüşlərinə  həsr olunmuşdur. Skott bu 

əsərində yalnız  əsas diqqəti fərqli bir mövzuya yönəltməmiş, eyni zamanda Səlib 

yürüşlərinin ən məşhuru sayıla biləcək “Üçüncü Səlib yürüşü”ndən bəhs etmişdir. 

«Həmail” romanında  Şərqə aid motiv və mövzulara daha çox rast gəlinir və 

üstünlük Şərqə verilir. 

«Həmail” romanı  Səlahəddin  Əyyubinin  şəxsiyyətini  şərqlilərə  məxsus 

müsbət keyfiyyətləri ilə ortaya qoyan və beləliklə Şərqə fərqli bir baxış bucağı tə-

min edən bir romandır. Skottun əsl məqsədi də elə budur və roman boyu bunu oxu-

cuya bilərəkdən hiss etdirir. Kennet ilə Səlahəddinin ilk qarşılaşarkən bu iki qəhrə-

man bir-birinə qarşı qızğın döyüşə girir. Lakin hər ikisi bir-birini məğlub edə bilmə-

yərək, sonda dost olurlar. Yazıçı Qərbin məğlub olmasını istəmədiyi kimi, Səlahad-

dinin şəxsində Şərqin məğlub edilməsinə də razı deyil. Skott bu ilk qarşılaşma ilə 

birlikdə  Səlahəddinlə Kennet arasındakı  əlaqələr zəncirinin ilk halqasını meydana 

gətirmiş olur. Yazıçı, bu iki fərqli insanı romanın gedişatı boyu təkrar qarşı-qarşıya 

gətirərək və xüsusilə Kenneti Səlahəddin Əyyubinin, bir sözlə Qərbi Şərqin kömə-

yinə ehtiyac duyacaq bir mövqedə təqdim edir (4, səh. 126). 

Tarixi romanın tarix əsəri olmadığını çox yaxşı dərk edən Skott, əks etdirdiyi 

tarixi hadisəni əsərinə yalnız bir fon təmin edəcək şəkildə təsvir etmişdir. Bir sözlə, 

Skottun romanı bədii düşüncənin məhsulu olub gerçək hadisələrdən və insanlardan 

bəhs etdiyi qədər uydurma hadisə  və insanlardan da bəhs edir. Üstəlik, uydurma 

hadisə və insanların həqiqi hadisə və insanlardan daha çox ön plana çıxması bədii 

əsərlərdə tez-tez təsadüf olunan bir haldır. Bu romanda müəllif bütün bunların 

öhdəsindən çox gözəl gəlmişdir. Romanda yazıçı oxucuya “Üçüncü Səlib yürüşü” 

şəraitində olduğunu hiss etdirir, bu müharibə və müharibədə baş verən hadisələr isə 

arxa plana keçrilir. Müəllif romanda “Üçüncü Səlib yürüşü”ndə iştirak etmək üçün 

yurdu  Şotlandiyanın tərk edərək kilometrlərlə uzaqlardakı  Fələstinə gedən Kennet 

adlı bir templi cəngavərinin hekayəsini vermək istəmişdir. Skott baş qəhrəman kimi 

romandakı tarixi şəxsiyyətləri deyil, Kenneti ön planda vermişdir (6, səh 75). 

Kennetin xarici görünüşünü və olduğu bölgəni təsvir edən yazıçı ona doğru 

sürətlə yaxınlaşan təhlükənin - atlı bir müsəlman əsgərinin ortaya çıxmasını addım-

addım izah edərək yaratdığı  gərgin atmosferin həyəcanını da yavaş-yavaş artırır. 

Ədib bunu Kennet ilə müsəlman saraçinin toqquşması bir daha sübut edir. Lakin, 

Skott bu iki şəxsi əsla bir-birinə düşmən etmək niyyətində deyil. Skott bu mövqeyi-

nin səbəbini oxucuya dərhal bildirməyib romanın gedişatına buraxır. Kennetin üz-

üzə  gəldiyi adam islam ordusunun sərkərdəsi Səlahəddin  Əyyubi sıravi bir əsgər 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



369

görkəmindədir. Onun əsl şəxsiyyəti romanın əvvəllərində gizli saxlanılır. Müəllif bu 

iki  şəxsi roman boyunca bir-birlərinin dostu kimi görmək istəyir. Səlahəddin 

Əyyubi ilə  cəngavər Kennetin kimsəsiz səhrada ilk dəfə qarşı-qarşıya gəlməsini 

təsvir edən bu səhnə, əksər alimlərin diqqətini çəkmişdir. Onlar bu səhnəni Qərbin 

Şərqə baxışı nöqteyi nəzərindən yüksək qiymətləndirmişlər (7, səh 38).  

Skottun «Həmail” romanının qəhrəmanı Kennet, Fələstin çölləri kimi bir yer-

də, tək gəzən bir saraçinlə, heç birinin də qalib gəlmədiyi bir döyüşə girməli olur, 

daha sonra səlibçi olan Kennet ilə qiyafəsini dəyişdirən Səlahəddin bir-biri ilə söh-

bət edərkən o, müsəlman rəqibinin heç də pis bir adam olmadığını üzə çıxarır. 

Skottun bu əsəri irqi, dini və coğrafi baxımdan fərqli xüsusiyyətlərə malik 

olan Səlahəddin vasitəsilə başqalarını düşünməyin müsbət xüsusiyyətini göstərməyə 

çalışır. Səlahəddin  əsərin  əvvəlində necə  təqdim olunmasına baxmayaraq, əsərin 

sonunda artıq yalnız bir "şərqli" deyil, eyni zamanda hamı  tərəfindən yüksək qiy-

mətləndirilən və özünün müsbət xüsusiyyətləriylə şəxsiyyətini təsdiq edən bir lider 

kimi insanlara müsbət təsir göstərməsilə xüsusilə  fərqlənir. Səlahəddin  Əyyubi 

əslində rəqibini yüksək qiymətləndirir. Bu onun zəifliyini deyil, əksinə rəqibini ona 

qardaş edən müsbət cəhəti olduğunu bir daha sübut edir. 

Skott, qəsdən Səlahəddinin mənfi cəhətlərini göstərən səhnələrdən qaçır. Ro-

manın beşinci hissəsinin sonunda Səllahəddinin sirli bir şəkildə yox olur. Romanın 

bu ilk beş hissəsində yazıçı Səlahəddinin fərqli bir dünyanın nümayəndəsi olduğunu 

göstərir. Müsəlman, şərqli, saraçin və ya qiyafəsini dəyişdirmiş Səlahəddinin Qərb 

ya da avropalılardan fərqli olduğu dərhal diqqəti özünə cəlb edir. Bununla belə, o 

özünün əsla sıravi bir insan olmadığını, hətta qərblilərdən daha üstün xüsusiyyətlərə 

malik olduğunu sübut edir.  

Kennet ilə müqayisədə Səlahəddin ondan daha soyuqqanlı, eyni zamanda da-

ha sürətli qərar verən bir insan kimi göstərilir. Səlahəddin qətiyyən cahil deyil; əksi-

nə, Qərbi və onun mədəni keçmişinə dair bütün məlumatları yadında saxlayır və ye-

ri gəldikcə bütün müzakirələrdə və mübahisələrdə öz fikirlərini qorxmadan irəli sü-

rə bilir. O, düşüncəsiz addım atmır, həyata keçirmək istədiyi planlarının nəticələrini 

əvvəlcədən görməyi bacarır. Kennetin tərəddüdlü vəziyyəti ilə müqayisədə onun 

mövqeyi daha inamlı görünür. Bu cəhətləri onun yüksək ağıl və cəsarət sahibi oldu-

ğu görünür. Bir sözlə, ilk hissələrdəki Səlahəddin ya da şərqlinin şəxsiyyəti mənfi 

olmaqdan daha çox müsbət istiqamətdə inkişaf edir. Oxucunun Səlahəddin haq-

qında əldə etdiyi təəssürat, Kennet haqqında əldə etdiyi təəssüratla müqayisədə da-

ha böyükdür. Beşinci hissənin sonunda cəngavər Kennetin şəxsi keyfiyyətləri haq-

qında şübhələr davam etdiyi halda, Səlahəddinin şəxsiyyəti tam dəqiqləşir. 

Yazıçı altıncı hissədən etibarən romanda digər tarixi şəxsiyyət olan İngiltərə 

kralı Riçarddan söz açmağa başlayır. Riçard, eyni zamanda “Üçüncü Səlib 

yürüşü”nün başçısıdır. Səlahəddin  Əyyubi qısa bir müddətdə arada görünməsə  də 

onun adı tez-tez xatırlanır.  

Skott altıncı hissədə Kral Riçardın dilindən Səlahaddini tərifləyərək "Şərqin 

tarixində Səlahəddindən böyük bir şəxsiyyət görünməmişdir" ifadəsini işlədir. Ro-

manın  əsl maraqlı  cəhətlərindən biri də yazıçının Riçardı  təsvir edərkən  əslində 

Qərb dünyasının o zamanki vəziyyətini göstərməsidir. Kralın başı qarışıq, düşdüyü 

çətin vəziyyətdən özünü qurtarmağa çalışan görünüşü, təsirsiz və sanki funksiyasız 

vəziyyəti və heç cür müalicə edilə bilməyən xəstəliyi  əslində Orta əsrlər 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



370

Avropasının o dövrki vəziyyətini  əks etdirir. Skottun Şərq dünyası ilə Avropa 

arasında hər sahədə diqqətə çarpan bir ziddiyyət olduğunu burada da göstərməyə 

çalışaraq bu barədə öz şəxsi mövqeyini də biruzə verir (7, səh 53). 

Kral Riçard ordusunda nəsə bir uğursuzluq olduğuna inanır; bu da o dövrün 

Avropasının ağlın gücündən deyil. fövqəltəbii qüvvələrin gücündən istifadə etməyə 

daha çox üstünlük verdiyini göstərir. Riçardın görünüşü köhnə, gəncliyini itirmiş 

Avropa mədəniyyətini təmsil edir. Oxşar vəziyyət səlibçi ordusunun əsgərləri və 

cəngavərləri üçün də xarakterikdir. Onlar üzərlərinə düşən vəzifələri yerinə yetirmə-

yən və ideallarını itirmiş  məqsədsiz fərdlər kimi hərəkət edirlər. Orduda olanların 

çoxu bu yürüşün əsl səbəbini və özlərinin bu uzaq torpaqlarda hansı işlər görməli 

olduqlarını anlaya bilmirlər. Orduda söz sahibi olan insanların bir çoxu isə açıq 

şəkildə kralı devirib yerinə keçməyi planlaşdırırlar. Səfərə qatılan fərqli millətlərə 

mənsub əsgərlər bir-birlərinə qarşı qərəzli davranırlar. Buna görə də Riçard ordunun 

və ümumi mənada səlibçilərin gələcəyi haqqında pessimist fikirlərə malikdir. 

Skottun bu şəkildə təqdim etdiyi Qərb dünyası özünü bu çıxılmaz vəziyyətdən qur-

tarmaq üçün bir həll yolu axtarmaqdadır. Müəllif açıq şəkildə ifadə etməsə də, üs-

tüörtülü bir şəkildə bir həll yolu təklif edir. Skottun bu baxımdan istifadə etdiyi 

strategiya daha maraqlıdır. Belə ki, yazıçı ilk əvvəl Səlahəddin Əyyubini qısa müd-

dətdə hadisələrdən kənarda saxlayaraq daha sonra sanki bir gənclik peyvəndinə 

möhtac vəziyyətə düşmüş Qərbin artıq köhnəldiyini göstərir (1, səh. 14).  

Skottun həll yolunu göstərmək, hadisələrə yenidən sürət qazandırmaq və Qər-

bi çıxmaz şəraitdən xilas etmək üçün təqdim etdiyi Səlahəddin Əyyubi qısa müddə-

tə və sirrli şəkildə yox olsa da yenidən meydana çıxır. Belə ki, yeddinci hissədə -

qarşımıza çıxan adam zahirən Səlahəddin Əyyubi tərəfindən Kral Riçardın xəstəli-

yinin müalicə edilməsinə kömək etmək üçün təyin edilərək səlibçi ordusunun qə-

rargahına göndərilən əl-Hakim adlı bir həkim əslində Səlahəddin Əyyubinin özüdür. 

Əl-Hakim hər cəhətdən  şərqlidir. O öz geyimi, hərəkətləri, sözləri və  rəftarı 

ilə avropalılardan fərqlənir. Skottun yaratdığı əl-Hakim, yəni Səlahəddin obrazı üz-

də  həmişə eyni qalır.  Əl-Hakim həqiqətən də öz işində ustadır. Hərəkətlərindən 

onun asanlıqla təzyiq altına düşməyən, uduzmağı  qəbul etməyən bir şəxs olduğu 

aydın olur. Buna görə başlanğıcda həmişə davam edən alçaldıcı  və  təhqiredici 

sözlərlə həkimə hücum edən səlibçilər, bir müddət sonra bu rəftarlarından imtina et-

mək məcburiyyətində qalırlar. Onlar tezliklə dərk edirlər ki, əl-Hakim yalnız yaxşı 

bir həkim deyil, eyni zamanda müdrik bir adamdır. Sağlam və keyfiyyətli bir təhsi-

lin və yaxşı bir mədəni təcrübənin göstəricisi olan sözləri bunu açıqca sübut edir. 

Bu səbəbdən əl-Hakimin söylədikləri avropalılara əcaib və anlaşılmaz gəlir və bura-

da mədəniyyət ayrı-seçkiliyi bir daha özünü göstərir. Çüki, Şərq o dövrlərdə 

məlumatın da vətəni idi. 

Skottun romandakı  əsas avropalı obrazı Kennetdir, ancaq cəngavərin özünü 

yetişdirmə istəyi, daha doğrusu imkanı olmadığından, əl-Hakim bu vəzifəni könüllü 

olaraq boynuna götürür. əl-Hakim, yəni Səlahəddin Əyyubi romanın əvvəlindən bə-

ri Kennetə  rəğbət bəsləməklə onun digər səlibçilərlə eyni səviyyədə tutulmaması 

lazım olduğuna inanır; ona görə cəngavərin tək qüsuru heç vəchlə cəsarətini toplaya 

və müstəqil hərəkət edə bilməməsi, xüsusilə də etdiklərinin fərqində olmamasıdır. 

Başqa sözlə, Sultan Səlahəddin, Kennetin xaraktercə yaxşı niyyətli bir insan 

olduğunu bilir və buna görə  də onun hər cür köməyə layiq olduğunu düşünür. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



371

Səlahəddin  Əyyubinin bir şərqli kimi üstünlüyünü sübut edən xüsusiyyətlərindən 

biri də budur ki, Sultan Səlahəddin  Əyyubi düşmənlərinə müəyyən bir prizmadan 

yanaşaraq onları tamamilə yox etmək əvəzinə bəzi qruplara ayırır, ağıllı düşmən he-

sab etdiyi insanları müxtəlif yollarla öz tərəfinə çəkmək yolunu seçir. Beləliklə də, 

bir tərəfdən öz dövlətinin gələcəyinə təhlükə yarada biləcək ünsürləri aradan qaldı-

rır, digər tərəfdən isə dünya sülhünə nail olur. 

Kral Riçardın müalicəsinə başlayan əl-Hakim müalicə ilə birlikdə romana adı-

nı verən "Həmail"i, yəni, tilsimi da istifadə etməyə başlayır. "Həmail"dən  əl-

Hakimin xəstələri müalicə etmək üçün istifadə edir. Kiçik bir kisə içərisində olan 

"Həmail", məzmunu haqqında heç bir məlumat verilməyən əsrarəngiz bir maddə ki-

mi təqdim edilir. Romanda tilsimin məzmununu gizli saxlanılması bu maddənin 

möcüzəvi xüsusiyyətə malik olmasını göstərir.  Əl-Hakimin müalicəsinin get-gedə 

Riçarda müsbət təsir göstərməsi bunu sübut edir. Müalicənin müsbət nəticələri baş-

lanğıcda əl-Hakimə, yəni Şərqə mənfi münasibət göstərən qərblilərin bu bağışlan-

maz səhvini bir daha sübut edir. Səlibçi ordusu içərisində əl-Hakimə hələ şübhə ilə 

baxan insanlar olsa da kral Riçard əl-Hakimə çox güvənir. Müəllif  əsər boyunca 

kral Riçardın səlib ordusunda baş verənlərdən narahatlıq duyan, lakin bunların 

qarşını ala bilməyən bir şəxs kimi göstərir.  Ədib Riçardı digər səlibçilərdən ayır-

maq, onu fərqli bir mövqedə təsvir etsə də ona çox böyük ümid bəsləyir (3, səh 69).  

Səlahəddin  Əyyubinin məntiqi olaraq tələskənlik etməyib hərəkətə keçmək 

üçün ən uyğun zaman və şərtləri gözləyir. Səlibçilərin ordusunda həkim vəzifəsini 

icra etdiyi müddətdə  səlibçilərdə, xüsusilə  də kral Riçardda müəyyən bir müsbət 

təəssürat yaradan əl-Hakim, kompramissiz rəftarıyla hamının diqqətini cəlb etmiş 

və müəyyən qədər nüfuz sahibi də olmuşdur. O düşünür ki, bundan sonra öz düşün-

cə və məqsədlərini reallaşdıracaq, o cümlədən, “səlibçi yürüşləri”nin xristiyanların 

ziyanına nəticələnməsi üçün planlarını həyata keçirə biləcəkdir.  

Ancaq, bunun reallaşa bilməsi üçün Sultanın  əvvəlcə bir qığılcıma ehtiyacı 

vardır. O, səlibçilərin ordusunda uzun müddət gizli davam edən və onun da xəbər-

dar olduğu iğtişaşın bu və ya digər şəkildə baş verməsini gözləyir. Bununla o həm 

“Üçüncü Səlib yürüşü”nü zərərsizləşdirməyi, həm də Kennetə kömək etməyi dü-

şünürdü. Səlahəddinin işinə yarayacaq bir hadisə çox keçmədən meydana gəlir və 

səlibçi ordusunun qərargahındakı İngiltərə bayrağı naməlum şəxslər tərəfindən yer-

indən oğurlanıb cırılır. Kral Riçard tərəfindən açıq bir təhqir kimi xarakterizə edilən 

bu hadisə, ordudakı sui-qəsd və Kral Riçardı devirmək istəyən başqa  şəxslər 

tərəfindən reallaşdırılmış olsa da, cinayət həmişə irqçi təzyiqlərlə qarşılaşan Kenne-

tin üzərinə yıxılır. Kralın bir rəhbər kimi çatışmayan və ən zəif cəhəti isə bu hadisə-

nin əslini araşdırmaq əvəzinə böhtanlara inanıb cəngavər Kenneti edamla cəzalan-

dırmağa qərar verməsidir. Kennetin haqsız bir hiyləyə məruz qalmasını filosofcası-

na soyuqqanlı bir şəkildə qarşılayan Səlahəddin  Əyyubi, Kral Riçardı  qərarından 

döndərmək və günahsız cəngavəri ölüm cəzasından qurtararaq öz qərargahına 

gəlməyə razı salmaq üçün cəhd etmək qərarına gəlir. Belə ki, Kennetə verilən cəza 

Səlahəddin  Əyyubinin bir şərqli kimi daha bir müsbət xüsusiyyətinin aşkar 

olmasına səbəb olur. Səlibçilər arasında Kennetin ölüm cəzasına məhkum edilməsi-

nə heç kim reaksiya vermir, əksinə bu cəzanın verilməsinə xüsusilə  də irqi ayrı-

seçkilik baxımından sevinirlər. Skott burada da Qərblə Şərqi müqayisə etməklə Şər-

qin daha üstün olduğunu göstərir. əl-Hakimin nəticədə heç bir yaxşılıq gözləmədiyi, 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



372

üstəlik də düşmən mövqeyində olan bir adama yalnız onun yaxşı bir insan olduğuna 

inanması  və haqsız bir vəziyyətin qarşısını almaq istəməsi səbəbindən kömək et-

məsi, onun ümumbəşəri dəyərlərə hörmətinin olduğunu göstərir.  

Kennet bütün bunlara baxmayaraq nə  qədər  əl-Hakimə  şübhəli yanaşmağa 

davam etsə də, hadisələrin gedişatı oxucuya cəngavəri xilas edəcək tək adamın yenə 

əl-Hakim olduğunu göstərir.  

Şərqdə humanizm, Qərbdə şəxsi mənfəət və qısqanclıqlar ön plandadır. Skott 

əslində səlib yürüşlərinin müvəffəqiyyətsizliyə məhkum olmasını da bu səbəblərlə 

izah edirək  Şərqlə  Qərbi idealizm nöqtəsində da qarşılaşdırır.  Şərqlilər uğur üçün 

lazım olan şeyləri yerinə yetirmək baxımından qərblilərdən daha üstündür, bu 

səbəbdən də onların müvəffəqiyyət qazanmaları daha çox mümkündür. Romanın 

sonunda Səlahəddin Əyyubi bu tilsimli daşı Avropaya göndərir, lakin bu daş orada 

öz əvvəlki əsrarəngiz gücünü itirmiş olur.  

 

Ədəbiyyat  



 

1.  Гражданская  З.Т.  Исторический роман В.  Скотта:  дис.канд.  филол.  наук. 

М., 1945. - 308 с. 

2.  Каменская P.A.  Историческое  сознание:  автореф.  дис.  Канд.  Философ. 

Волгоград, 1999. - 26 с. 

3.  Коллингвуд  Р.Дж.  Идея  истории.  Автобиография.  Москва:  Наука. 1980. - 

485 с. 

4.  Lukacs G. The Historical Novel. Harmondsworth: Pinguin Books Ltd, 1969. - 



235 p. 

5.  Lukacs G. The Theory of the Novel. Cambridge, 1994. – 124 p. 

6.  Stevick Ph. The Theory of the Novel. New York, 1967. – 170 p. 

7.  Writing K. The Scottish Tradition in Literature. Ed., 1958. - 198 p. 



 

 

Aliyev Agshin  



The image of a man in oriental novel Talisman  

Summary 


 

In the article "The image of a man in oriental novel Talisman" explores the 

influence of the eastern, themes, ideas, motifs and images on tvorchenstvo zametel-

nogo English romance of Sir Walter Scott. "The Talisman" is a novel about the cru-

sade attacks. Kenneth is the hero of the novel. Sir Kenneth is of the western charac-

ter, and Saladin is the eastern character in this novel.  

The writer noted that the East is superior to the West in all respects. He has 

done it as a european writer. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



373

Алиев Aгшин  

Образ восточного человека в романе Талисман 

Резюме 


 

В статье «Образ восточного человека в романе Талисман» исследуются 

влияние  восточных,  тем,  идей,  мотивов  и  образов  на  творченство  заметель-

ного  английского  романтика  Вальтера  Скотта.  В  Роман  Вальтера  Скотта 

«Талисман» посвещен крестовым походам.  

В романе выведен наряду с главным героем романа англичанином Сэром 

Кеннетом, и образ восточного человека, Султана Саладина. Писатель отметил, 

что превосходит Запада на Восток во всех отношениях. Он делает эти как ев-

ропейский писатель. 

 

Rəyçi: Professor Cəlil Nağıyev 



 

 

 



   

 

   



  
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə