Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə39/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

BULUDXAN XƏLİLOV  

ADPU  

filologiya elmləri doktoru, professor 

buludxan@mail.ru 

 

İSMAYIL ŞIXLININ ƏDƏBİ-TƏNQİDİ YARADICILIĞINDA  

XARİCİ ÖLKƏLƏR ƏDƏBİYYATI 

 

Açar sözlər: Ismayıl Şıxlı, ədəbi tənqid, yaradıcılıq, xarici ölkələr ədəbiyyatı 



Ключевые  слова:  Исмаил  Шыхлы,  критика,  творчество,  зарубежная 

литература 



Keywords: Ismayil Shikhli, criticism, creativity, foreign literature 

 

 



İsmayıl  Şıxlı rus ədəbiyyatına biganə qalmamış, Mixail Şoloxovun yara-

dıcılığına, onun əsərlərindəki obrazlara sənətkar məharəti ilə yanaşmışdır.  İsmayıl 

Şıxlı hələ gənclik illərindən Mixail Şoloxovun əsərlərini oxumuşdur. Mixail Şolo-

xovun yaratdığı obrazların səciyyəvi cəhətləri və hadisələrin baş verdiyi yerlər İs-

mayıl Şıxlıya çox tanış gəlir. İsmayıl Şıxlı yazır: “Mən Don sahilində olmamışam. 

Stanitsalarda kazakların necə yaşadıqlarını da görməmişəm. Ancaq mənə elə  gəlir 

ki, bütün uşaqlıq illərim məhz bu yerlərdə keçib” (1, səh.353-354). Yaxud: “... 

Şoloxovun təsvir etdiyi insanların səciyyəsindəki cəhətlər: inadkarlıq, mübarizlik, 

çılğınlıq, ehtiraslarındakı  əzəmət, açıqqəlblilik, təmizlik, sədaqət bizim adamları 

xatırladırdı” (1, səh.354). 

Əlbəttə, söhbət Mixail Şoloxovun “Sakit Don” əsərindən gedir. İsmayıl Şıxlı 

bu  əsəri oxuculara sevdirən cəhətləri açıqlayır, burada hökm etmədən,  ədəbiyyata 

və ədəbi materiala inzibatçılıq mövqeyindən yanaşmadan, yazıçının məharətini təh-

lil edir, deyərdim ki, təqdim edir: “Mixail Şoloxovu mənə sevdirən cəhətlərdən biri 

onun təsvirlərindəki dahiyanə sadəlikdir. Bu böyük sənətkar istər təbiət lövhələrini 

cızarkən, istərsə də insan xarakterlərini, onların psixoloji aləmini şərh edərkən, artıq 

sözlərə, artıq mühakimələrə qətiyyən yer vermir. O çox sakit tərzdə, təhkiyə təm-

kinini pozmadan, ilk baxışda adi görünən, əslində isə təkraredilməz dərəcədə poetik 

ifadələrlə, mahiranə bir incəliklə zəngin lövhələr yaradır. Bunun nəticəsidir ki, Şo-

loxovu oxuyan hər bir oxucu onun təsvir etdiyi obyektlərlə bilavasitə təmasda olur. 

Donun sakit axarındakı şırıltını, balıqların  şappıltı ilə sudan atılmasını, qamışların 

xışıltısını eşidir, günəbaxanlıqları, sahil çəmənliklərində dalğalanan otları, kişnəşən 

atları öz gözləri ilə görür” (1, səh.354). 

İsmayıl  Şıxlı Mixail Şoloxovun yaradıcılıq sirrlərinin bəzi xüsusiyyətlərini 

açır və həmin xüsusiyyətlərdən bəhs etməklə onun yazıçı özəlliklərini göstərir. Mə-

sələn, o, Mixail Şoloxovun yaratdığı  qəhrəmanın tərcümeyi – halını bir xalqın 

tarixinə çevirməsini yüksək qiymətləndirir. İsmayıl Şıxlı yazır: “Mixail Şoloxovun 

yaradıcılıq sirrlərindən biri də öz qəhrəmanlarının tərcümeyi – halını bütöv bir 

xalqın, bəlkə də epoxanın tarixinə çevirə bilməsidir. Onun ən böyük epopeyası olan 

“Sakit Don” əsəri məhz bu cür yazılmışdır” (1, səh.354). 

İsmayıl  Şıxlı “Sakit Don” əsərində hadisələr və onların cərəyan etmə 

fonunda oxucunun keçirdiyi hissləri, az qala hadisələrin iştirakçısına çevrildiyini 

sənətkarın yaradıcılıq məharəti ilə  əlaqələndirir. Məsələn, “Hadisələr Don 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



375

sahilindəki xutorların birində cərəyan edir. Yazıçı bizi Panteley Melexovla, Qriqori 

və Petro ilə, Aksinya, Natalya, Stepanla tanış edir. Onlarla birlikdə  çəmənlikləri 

dolaşırıq, çiçəkləri qoxulayırıq, ot çalırıq, xırman döyürük, bəzən höçətləşir, yabala-

şırıq. Axşam isə qarmon çala – çala doqqazlarda toplaşırıq. Qriqorinin suvadaqda 

Aksinyaya söz atdığını görürük, sonra onlarla birlikdə küləkli, yağışlı havada balıq 

tutmağa gedirik, iliyimizə  qədər islanırıq, soyuqdan daldalanmaq üçün ot 

xotmasının altına girən Aksinyanın bədəninin hərarəti ilə Qrişanı isitdiyini və özü-

nün də isindiyini gördükdə onların təmasdan məst olan bədən süstlüyünü öz da-

marlarımızda hiss edirik” (1,səh.355). 

İsmayıl  Şıxlı qeyd edir ki, ailə, məişət məsələləri zəminində hadisələr 

zamanla çarpazlaşır. Bir insan bütöv bir xalqın taleyinə çevrilir, hadisələr bütöv bir 

xalqın taleyindən keçir və bunların fonunda tarixin inikası görünür. Həmin tarix 

birinci dünya müharibəsinin ziddiyyətlərini  əks etdirən tarixdir. Həmin tarix Okt-

yabr inqilabı və vətəndaş müharibəsi dövründəki çarpışmaları əks etdirən tarixdir. 

Həmin tarix bütöv bir əsərin, epoxanın tarixidir. 

İsmayıl  Şıxlı yazır: “Bir insan (Qriqori Melexov – B.X.) bütöv bir xalqın 

timsalına çevrilir. Onun həyatı əsrin tarixinin inikası olur. Bax, adamı heyran qoyan 

da sənətkarın bu məharətidir” (1, səh.355). 

Ümumiyyətlə, yazıçı hansı xalqın, millətin  ədəbiyyatına xidmət göstər-

məsindən asılı olmayaraq yazdıqlarının təbiətinə, ruhuna varmağı bacarmalıdır. Bu 

mənada İsmayıl Şıxlı bəhs etdiyi, haqqında yazdığı rus yazıçılarının sənətkarlığını 

dərindən təhlil edir, sənətkarlığın  əsas xüsusiyyətlərini müəyyənləşdirir, yazıçının 

və əsərin təbiətinə, ruhuna varır. Məsələn, o, Vladimir Alekseyeviç Solouxin barədə 

yazır: “Vladimir Alekseyeviç Solouxin rus təbiətinə, rus kəndinin təbii gözəllikləri-

nə məftun olan, onun hər bucağını, meşələrini, çəmənliklərini, göl və çaylarını, ot 

və çiçəklərini, göbələklərini poetik bir vüsətlə təsvir edən lirik bir sənətkardır” (2, 

səh.361). 

İsmayıl Şıxlı həm Mixail Şoloxov, həm də Vladimir Alekseyeviç Solouxinin 

yaradıcılığı barədə fikir söyləyərkən onun hər ikisinin rus torpağına məftunluğunu, 

sevgi və məhəbbətini, eyni zamanda təbiət aşiqi olduqlarını nəzərə alır. Ona görə də 

Mixail  Şoloxovun yaradıcılığında olduğu kimi Vladimir Alekseyeviç Solouxinin 

yaradıcılığında da bu xüsusiyyətləri nəzərə alaraq yazır: “O (Vladimir Solouxin – 

B.X.) istər şeir və poemalarında, istərsə də nəsr əsərlərində lirik qəhrəmanla birlikdə 

cığırlarla, kəndarası torpaq yolları ilə, enişli – yoxuşlu dərələrlə, ağcaqayın 

meşələrinin içindən keçən, bəzən də onun kölgəsində mürgüləyən çaylar və göllərin 

sahili ilə pay – piyada dolaşır, balıq tutur, gecələr ocaq qırağında oturub ovçularla 

birlikdə balıq  şorbası bişirir, söhbətlərə, nağıllara qulaq asır, dan qızaranda isə 

çantasını da götürüb yola düşür, üstünə  şeh çilənmiş otların, çiçəklərin  ətrini 

qoxulayır, meşənin dərinliklərinə gedib göbələk yığır” (2, səh.362). 

Vladimir Solouxinin təbiət aşiqi olduğunu “Səhra yağışları”, “Ölü daş əfsa-

nəsi”, “Ana şöhrəti” kimi lirik şeir və poemaları, “Vladimir yolları”, “Şeh damlala-

rı” kimi nəsr əsərləri təsdiq edir və bundan İsmayıl Şıxlı da söhbət açır (2, səh.362). 

Yazıçı bəzən özünü yazır, bəzən isə öz ürəyindən keçənləri obrazların dili ilə 

ifadə edir, yenə də yazır. Hər halda hər ikisində də düşüncəsi, mühakiməsi, yazdıq-

larının fəlsəfəsi çox şeydən xəbər verir. Məhz bu cəhət Vladimir Solouxinin 

yaradıcılığında özünəməxsus xarakter daşıyır.  İsmayıl  Şıxlı bu baxımdan da onun 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



376

yaradıcılığını  səciyyələndirir və yazır: “Vladimir Solouxinin yaradıcılıq xüsu-

siyyətlərindən biri də onun əsərlərinin avtobioqrafik xarakter daşımasıdır. Yazıçının 

povest, hekayə və yol qeydlərini oxuduqda başa düşürsən ki, hekayəçi Solouxinin 

özüdür. Sənə təbiəti göstərən, hadisələri nəql edən, bu və ya digər məsələ haqqında 

fəlsəfi mühakimələr yürüdən, Qırğızıstandan, başı dumanlı Tyan-Şan və Adıgey 

dağlarından, Gürcüstandan, Azərbaycanın Ceyrançölündən, Sevandan, rus 

meşələrindən, rus kəndinin keçmişi və indisindən, qədim kilsələrdən söhbət açan 

yazıçının özüdür” (2, səh.362). 

İsmayıl Şıxlı Vladimir Solouxinin təkcə öz xalqının deyil, başqa xalqların və 

millətlərin mədəniyyətini, ədəbiyyatını sevdiyini də onun ən gözəl xüsusiyyətlərin-

dən biri sayır. “V.Solouxinin bir insan və yazıçı kimi ən gözəl xüsusiyyətlərindən 

biri də odur ki, o öz torpağını, xalqını, adət - ənənələrini sevdiyi qədər də başqa 

xalqları, onların milli xüsusiyyətlərini sevir. Bir dəfə Kür sahilində milli mədəniy-

yət və ədəbiyyatdan onunla söhbət edərkən, azacıq fikrə getdi və mənə belə cavab 

verdi: 


– Əgər mən bir rus kimi öz balalaykamı sevirəmsə və başqalarından da bunu 

gözləyirəmsə, onda gərək özüm də başqalarının milli musiqi adətlərini dinləməyi və 

onların buna necə məhəbbət bəslədiklərini dərk etməyi bacaram. Belə olmasa qarş-

ılıqlı anlayış yaranmaz” (2, səh.362-363). 

Bununla da İsmayıl  Şıxlı yaxşı bir nümunəni yazıçının fikri və mövqeyi 

əsasında başqalarına da çatdırır. Başqalarının da bu cür olmasını istəyir və istək 

əsasında da milli adət - ənənələrə, milli ədəbiyyata, milli mədəniyyətə hörmətlə 

yanaşanları alqışlayır. 

 

İsmayıl Şıxlı dünya ədəbiyyatının görkəmli nümayəndəsi C.Q.Bayronun ya-



radıcılığına geniş  təhlil verir və onu “Azadlığın üsyankar carçısı” adlandırır(2, 

səh.236). O, Bayron və Şellini eyni ədəbi məktəbin nümayəndəsi, hər ikisinin XIX 

əsr ingilis mütərəqqi romantizmi ilə bağlı sənətkar olduqlarını qeyd edir. “Bayron 

və Şelli daha irəli gedərək, inqilabi romantizmin bayrağını göylərə qaldırmışlar” (2, 

səh.236). 

 

İsmayıl Şıxlı Bayronun tərcümeyi-halı barədə çox aydın və dürüst məlumat 



verir. Hiss olunur ki, onun xarici ölkələr  ədəbiyyatını  tədris etməsi tərcümeyi-hal 

materialının aydın şəkildə çatdırılmasında yardımçı rolunu oynayır. Bayron 1788-ci 

ilin yanvar ayının 22-də Londonda dünyaya gəlmişdir. Atası  İngiltərənin qədim 

lordlar nəslindən, anası isə şotlandiyalı kübar qadın olmuşdur. Onun atası və anası 

bir-birinə  bənzəməyən xasiyyət, xarakter sahibləri kimi fərqlənmişlər. Bayronun 

atası yüngülxasiyyət, anası isə  həssas, hər bir hadisədən təsirlənən, eyni zamanda 

çılğın qadın olmuşdur. Atası Bayronun anasının bütün cehizlərini satır və xərcləyir, 

sonra borclu olduğu adamların  əlindən qurtarmaq üçün qaçıb Fransaya gedir. O, 

Fransada ölür. Belə olduqdan sonra Bayronun anası onu da götürüb Şotlandiyaya 

qayıdır. Onun uşaqlığı anasının vətəni Şotlandiyada, kiçik Eberdin şəhərində keçir. 

Şotlandiya kiçik Bayronun xəyalında dərin iz buraxır.  

 Bayron 


hələ kiçik yaşlarından lordluq rütbəsi alır. Onun on yaşı tamam 

olarkən ata babası ölür, ata babasının varisi olmadığından bütün var-dövlət balaca 

Bayrona qalır. Balaca Bayron anası ilə birlikdə Nottingem qraflığına, ata-baba 

yurdu olan Nyusted qəsrinə köçür.  



 

Filologiya  məsələləri – №10, 2013

 

 



377

 

Balaca Corc Bayron olduqca yaraşıqlı, qıvrım saçlı uşaq olmaqla yanaşı, bir 



şikəstliyi də vardı. Belə ki, onun ayağının biri gödək idi. Bu şikəstlik onu həmişə 

məyus edir, kədərləndirir və düşündürürdü.  

 

Kiçik Bayronu anası 1801-ci ildə Londonun yaxınlığındakı Qarrou kollecinə 



oxumağa qoyur. O, 1805-ci ilə  qədər burada oxuyur. Bayron kolleci bitirdikdən 

sonra Kembric darülfünununa daxil olur, 1808-ci ilə  qədər orada oxuyur. Tarix, 

ədəbiyyat, fəlsəfə ilə maraqlanır, dilləri öyrənir, ingilis xalq yaradıcılığını və klassik 

ədəbiyyatını mükəmməl öyrənir. O, tələbə yoldaşlarına qoşulmur, bütün gününü 

mütaliə ilə keçirirdi. Getdikcə püxtələşir və təcrübə toplayırdı. Hələ kollecdə oxu-

duğu dövrdə şeirlər yazmağa başlayır və nəhayət, 1807-ci ildə “Asudə saatlar” adlı 

ilk şeir kitabı çap olunur. Bu kitab oxucuların və tənqidçilərin diqqətini cəlb edir.  

 

İsmayıl Şıxlı yazır: “Beləliklə, şairin ilk ədəbi çıxışları London kübarları ilə 



toqquşmaya səbəb oldu. Onlar hiss edirdilər ki, ədəbiyyata yeni və həm də üsyankar 

bir şair gəlir.  

 

Bayron 1808-ci ilin iyul ayında darülfünunu bitirdikdən sonra Nyusted 



qəsrinə çəkilir, heç kəslə görüşmək istəmir. Ətrafdakı mülkədarlar onunla dostlaş-

mağa çalışsalar da, Bayron onlardan uzaqlaşır, bəzi köhnə  məktəb yoldaşlarından 

başqa heç kəsi evinə buraxmır” (2, səh.240). 

 

İsmayıl Şıxlı Bayronun səyahətə çıxması, bu səyahətin onun yaradıcılığında, 



həm də ictimai-siyasi görüşlərində təbəddülatlar yaratması barədə yazır: “Nəhayət, 

Bayron 1809-cu il iyun ayının 26-da Portuqaliya sahilləri ilə səyahətə çıxdı. Onun 

məqsədi Aralıq dənizi hövzəsindəki ölkələri gəzmək idi. O, Portuqaliyadan sonra 

Pireneyi aşıb  İspaniyaya gəldi. Seviliyada, Kadiksdə  və başqa  şəhərlərdə oldu. 

Sonra Maltaya gəldi. Oradan da Yunanıstana keçdi. Daha sonra Albaniyanı  gəzdi 

Konstantinopola qədər getdi. Yenidən geri qayıdıb Afinada dayandı. Bayron Şərq 

ölkələri ilə  həm də romantik bir şair kimi maraqlanırdı. Bu səyahət  şairin həm 

ictimai-siyasi görüşlərində, həm də bədii yaradıcılığında böyük bir təbəddülatın baş 

verməsinə səbəb oldu. Ona görə ki, Bayron bu səyahəti zamanı yalnız yeni ölkələr 

görüb, onun təbii gözəlliklərinə məftun olan müşahidəçi kimi qalmadı. Bayron bu 

ölkələri gəzərkən o zaman bütün Avropanın diqqət mərkəzində dayanan ictimai 

hadisələrin burulğanına düşdü” (2, səh.241).  İsmayıl  Şıxlıya görə, Bayronun 

qəlbindəki üsyankarlıq ona görə gurladı  və çağladı ki, “Şair Albaniyanın təbii 

gözəlliklərini gördü, zümrüd sahillərini, qalın meşələrini, sinəsi yaşıl dağlarını seyr 

etdi, limonlu dərələrin rayihəsini duydu. Ancaq bu qəhrəman xalqın, təmiz və 

qonaqpərvər insanların əsarət altında inlədiyini də gördü. Qədim cəngavərlər yurdu, 

musiqi, nəğmə və rəqslər ölkəsi olan İspaniyanın halı da acınacaqlı idi... İspaniyada 

milli istiqlaliyyət müharibəsi gedirdi” (2, səh.241). 

 Bayron 

səyahətdə çox kamilləşir, həyatı öyrənir, düşüncələrini dərinləşdirir. 

Səyahətdən 1811-ci ildə iyul ayının 17-də  İngiltərəyə qayıdır. Onun anası  həmin 

ərəfədə vəfat edir, Bayron anasının sağlığına özünü yetirə bilmir. Bu itki onu çox 

məyus edir.  

 Bayronun 

səyahət zamanı yazdığı  mənzum qeydlər dostu Dallası  və naşir 

Merredi valeh edir. Ona görə də bu qeydlərin çap olunmasını qərara alırlar. İsmayıl 

Şıxlı yazır: “...məşhur “Çayld Haroldun səyahəti”  əsərinin iki nəğməsi meydana 

gəldi. Bayron sonralar bu əsərin daha iki nəğməsini də yazdı.  



 

Filologiya  məsələləri – №10, 2013

 

 



378

 “Çayld 


Harold” 

əsərinin birinci və ikinci nəğməsi 1812-ci ildə dərc edildi və 

böyük gurultuya səbəb oldu. Əsər bir ildə beş dəfə nəşr olundu ki, bu da o zaman 

üçün görünməmiş bir hadisə idi. Əsərin bu qədər sürətlə  və geniş yayılmasının 

səbəbi hər şeydən əvvəl şairin öz poemasında zəmanəsindəki ictimai bəlalara, xəstə 

məsələlərə toxunması idi” (2, səh.243). 

 

İsmayıl  Şıxlı  əsərin qəhrəmanı Çayld Haroldun simasında  şəxsiyyətlə 



cəmiyyətin qarşılıqlı münasibəti məsələsini açmağa çalışır. Cəmiyyətdən bezmiş 

gənc Çayld Haroldun narahatlığını, mənən düşkünləşdiyini əks etdirir, onun tezliklə 

vətənlə vidalaşdığını  və  Şərq ölkələrinə getməyə çalışdığını  nəzərə çatdırır. O, 

mənəvi dinclik axtarmaq üçün Şərq ölkələrinin qoynuna çəkilməyə çalışır.  

 

İsmayıl Şıxlı birinci nəğmədə Haroldun Portuqaliyanı, İspaniyanı gəzdiyini, 



lakin burada əmin-amanlığın olmadığını, Fransa və İngiltərə qoşunlarının bu torpaq-

ları zəbt etdiyini Bayronun təsvirləri əsasında təhlil edir. İkinci nəğmədə Türkiyənin 

əsarəti altında olan Yunanıstanın ağır vəziyyətini Haroldun mühakimələri ilə verir. 

İsmayıl Şıxlı qəhrəmanın (Haroldun) passiv müşahidəçi olduğuna tənqidi münasibət 

bəsləyir. Şairin (Bayronun) üçüncü və dördüncü nəğmələrdə qəhrəmanın halına tən-

qidi münasibət bəsləməsinə haqq qazandırır.  İsmayıl  Şıxlı yazır: “Poemanın 

Venetsiyada yazılan dördüncü nəğməsi isə İtaliyadakı hadisələrlə bağlıdır. Bayron 

duyurdu ki, tezliklə azadlıq küləyi əsəcəkdir.  

 Beləliklə, epik-lirik poema olan “Çayld Harold” əsərində Bayronun zəmanə-

si üçün səciyyəvi olan böyük məsələlərə toxunduğunu görürük. “Çayld Harold”un 

qələbəsindən sonra Bayron “Şərq poemaları” adlı məşhur əsərini yazdı. 1813-1816-

cı illər arasında yazılan həmin  əsərlər bunlardır: “Gavur”, “Abidos gəlini”, “Kor-

sar”, “Lara”, “Korinfin mühasirəsi”, “Parizina” (2, səh.245). 

 

İsmayıl Şıxlı “Şərq poemaları”nın qəhrəmanlarını birləşdirən oxşar cəhətlər 



barədə yazır: “Onlar hər  şeydən  əvvəl, cəmiyyətin bütün qanunlarını inkar edən, 

cəmiyyətdən qovulmuş adamlardır. Onlar üsyankardırlar. Fövqəladə taleyə, fövqə-

ladə ehtirasa, sarsılmaz iradəyə, nakam məhəbbətə malik olan adamlardır. Məsum 

tale onları  həmişə  təqib edir, onlar azdlıq axtarırlar. Lakin bu azadlığı dumanlı 

şəkildə təsəvvür edirlər. Bu qəhrəmanlar həyatda öz yerlərini tapa bilmirlər. Onlar 

böyük işlər üçün yaranmış adamlardır, ancaq cəmiyyət onları alçaltmış  və  təhqir 

etmişdir. Onlara fəaliyyət göstərmək üçün imkan verməmişdir” (2, səh.245). “Şərq 

poemaları” Bayronun şöhrətini bütün dünyaya yayır, o, London kübarlarının 

sevimlisinə çevrilir.  

 

İsmayıl  Şıxlı kübar mühitinin Bayrondan intiqam almasını incəliklərinə 



qədər izah edir. 1815-ci ilin yanvar ayında Bayronun Annabella adlı bir qızla 

evləndikdən onun tamamilə yanıldığını anladır. Annabellanın Bayronu təhlükəli bir 

adam kimi qələmə verdiyini, yenicə anadan olmuş qızı Adanı da götürüb atası evinə 

getdiyini təhlil edir. Bayronun 1816-cı ildə Cenevrəyə gəlməsi Şelli ilə tanışlığı, bu 

tanışlığın möhkəm ədəbi və məslək dostluğuna çevrilməsi İsmayıl Şıxlı tərəfindən 

analiz olunur. Xüsusilə, fəlsəfi-dramatik “Manfred” poeması, “Qabil” dramı, “Don 

Juan” mənzum romanı  təhlil olunur. Təhlillər elə  məqamları anlatmağa çalışır ki, 

həmin məqamlar hər bir kəsi düşündürür, hər bir kəsə təsir edir. Məsələn, “dünya 

kədəri”ni doğru şəkildə əks etdirən “Qabil” (1821) əsəri barədə İsmayıl Şıxlı yazır: 

“Bayron Qabilin simasında insanlar arasında ilk dəfə göylərə üsyan edən bir adamı 

təsvir etmişdir. Adəm, Həvva, Ada, Sella, Habil və Qabildən ibarət olan ilk bəşər 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



379

övladlarının ailəsində iki dünyabaxışı hökm sürür. Onun biri mütilik, Allaha kor-

koranə sitayiş edib qurban kəsmək və dua oxumaqdır. İkincisi isə şübhə və etirazdır. 

Qabildən başqa hamı mütidir, Allaha tabedir, ona dua oxuyur. Qabil isə Allahdan 

narazıdır. O, belə suallar verir: “Mən Allaha nə üçün dua etməliyəm? O mənə hansı 

yaxşılıqlar etmişdir? O bizi cənnətdən nə üçün qovdu? Nə üçün Allah insanları 

əbədi həyatdan məhrum etmişdir? Nə üçün insanlar ölümə  məhkumdurlar? Ölüm 

nədir? Nə üçün bəşər nəsli yalnız bir adamın günahına görə  məşəqqətlərə düçar 

olub yerlərdə sürünməli və axırda da ölməlidir? Bu qanunları kim ortaya atmışdır. 

Allahın yaratdığı bu kainatda ədalət varmı?” Qabili düşündürən və sarsıdan 

bunlardır. O təkcə özünü yox, gələcəkdə yer üzündə yaşayacaq milyonlarla insan 

övladının taleyini düşünür. Demək, Qabilin kədəri adi, şəxsi kədər deyil. Onun kə-

dəri daha böyükdür. Bəşəri kədərdir, dünya kədəridir” (2, səh.251-252). İsmayıl Şı-

xlı davam edərək Qabil barədə yazır: “İş elə olur ki, ölümdən qorxan Qabil yer üzü-

nə ilk ölümü gətirir. O, qardaşı Habili öldürür və buna görə də kainatın sonsuzluğu-

na sürgün edilir. Ada isə onu tək buraxmır. Ada Qabilin həm sevgilisi, həm də sir-

daşıdır” (2, səh.252). 

 

İsmayıl Şıxlı Bayronun ömrünün sonunda Yunanıstana gəlməsi, orada vəfat 



etməsi (1824-cü il aprel ayının 19-da) barədə  də  şərhlər verir. Məsələn, Bayron 

ölüm ayağında demişdir: “Mən hər  şeyimi – gözəl günlərimi, var-dövlətimi, 

səhhətimi belə Yunanıstana həsr etdim. Bundan artıq nə etmək olardı? İndi isə öz 

həyatımı da qurban verirəm” (2, səh.255). 

Yunan vətənpərvərlərinin tələbi ilə Bayronun ürəyini Yunanıstanda, cə-

nazəsini isə  İngiltərədə, Nyustedin yaxınlığındakı Hakk noll deyilən yerdə  dəfn 

etdilər (2, səh.256).    

 

İsmayıl Şıxlı xarici ölkələr ədəbiyyatının tədqiqatçısı və bu sahənin görkəm-



li pedaqoqu kimi Bayronun dünya ədəbiyyatında oynadığı rol və xidmətlər barədə 

ürəkdolusu təhlillər aparır və orijinal fikirlər söyləyirdi: “Bəşərin dərdini çəkən, 

dünya kədərini özünə yük edib, demokratiya və azadlıq uğrunda yorulmadan vuru-

şan, “üsyankar bir qayıq kimi fırtınalar qoynunda asudəlik axtaran”, “düşüncələr 

sultanı” Bayronun xatirəsini mütərəqqi bəşəriyyət heç zaman unutmamış və unuda 

bilməz. Ona görə ki, bütün ziddiyyətlərinə baxmayaraq, Bayron öz qəlbini xalqların 

yolunu işıqlandırmaq üçün bir məşəl kimi yandırmışdır!” (2, səh.256) 

 

Ədəbiyyat 



 

1.   Dahiyanə sadəlik. İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

Bakı, 1980.  

2.   Vladimir Alekyeviç Solouxin. İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. Bakı, 1980. 

3.   Mənim tərbiyəçilərim. İsmayıl Şıxlı. Bakı, 1988. 

4.   Nizaməddin Şəmsizadə. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 2012. 

5.   Buludxan Xəlilov. İsmayıl Şıxlının həyat və yaradıcılıq yolu. Dil, ədəbiyyat, 

mədəniyyət. Bakı, 2013. 

6.   Bəkir Nəbiyev. Görkəmli tənqidçi və ədəbiyyatşünas (F.Köçərlinin həyat və 

yaradıcılığı). Bakı, 1963. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



380

Б.Халилов 

Литература зарубежных стран в литературно-критическом  

творчестве Исмаила Шыхлы 

Резюме 

 

В  статье  исследуется  литература  зарубежных  стран.  Автор  исследует 

эту  литературу  на  основе  литературно-критического  наследия  народного  пи-

сателя Азербайджана Исмаила Шыхлы. Здесь говорится о раскрытии Исмаи-

лом  Шыхлы  особенностей  творчества  М.Шолохова  и  В.Солоухина.  Также 

анализируются  высказывания  и  оригинальные  мысли  И.Шыхлы  по  поводу 

заслуг  видного  представителя  мировой  литературы  Дж.Г.Байрона.  Автор 

анализирует жизнь и творчество Байрона, изучает его такие произведения как 

«Путешествие Чайл Гарольда», поэма «Манфред», «Дон Жуан» и т.д. Исмаил 

Шыхлы называет Байрона «Мятежный глашатай свободы».  



 

B.Khalilov 

The literature of foreign countries in the critical  

activity of Ismail Shikli 

Summary 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə