Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə40/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

 

In article literature of foreign countries are investigated. The author 

investigates this literature on the basis of literary and critical heritage of the national 

writer of Azerbaijan Ismail Shikhli. Here is spoken about disclosure of features of 

creativity by Ismail Shikhli of M. Sholokhov and V.Soloukhin. Also statements and 

I.Shikhli's original thoughts concerning merits of the prominent representative of 

the world literature J.G.Byron are analyzed. The author analyzes life and creativity 

of Byron, studies his such works as "Chayl Harold's Travel", the poem "Manfred", 

"Don Juan", etc. Ismail Shikhli calls Byron "The rebellious herald of freedom". 

 

Rəyçi:                     Teymur Əhmədov 



                       filologiya elmləri doktoru, professor 

 

 



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



381

AFƏT XANBABAYEVA 

BDU 

afət@mail.ru 

 

ƏLİ ƏKBƏR DEHXODANIN “ƏMSAL O HEKƏM” ATALAR SÖZLƏRİ 

VƏ HİKMƏTLİ İFADƏLƏR TOPLUSU HAQQINDA BƏZİ QEYDLƏR 

 

 



Açar sözlər:  Lüğət, atalar sözləri, hikmətli ifadələr,müqayisə, tədqiqat, fars 

ədəbiyyatı, klassiklər. 



Ключевые слова: Словари, пословицы, поговорки, сравнение, исследование, 

персидская литература, классики. 



Key words: Dictionary, proverbs, sayings, comparison, researching, Persian 

literature, classics. 

  

 

Dehxodanın 1928-32-ci illərdə cap olunmuş dörd cildlik “Əmsal o hekəm” 



toplusu qədim dövrlərdən  şərq xalqlarının  şifahi nitqində geniş yayılmış atalar 

sözləri, hikmətli ifadələr toplusudur.Bu ifadələr hər bir xalqın dilində geniş 

yayılaraq bu günkü həyatımızda da aktual səslənir. İran filoloqlari bu əsərə yüksək 

qiymət vermiş onu”fars ədəbiyyatinin şedevri”, “İran folkloru sahəsində ən böyük 

əsər” adlandirmişlar. Şərq ölkələri arasında hər bir xalq bu sahəyə öz şifahi sərvətini 

bəxş etmişdir. Bu qanadlı ifadələr Avestanın qatalarında, orta fars ədəbi abidələrin-

də, “Kəlilə

 

və Dimnə”, “Min bir gecə” tərcümələrində qorunub saxlanılmışdır. Ru-



dəkidən tutmuş – müasir dövrümüzə qədər bütün klassik və müasir ədəbiyyatda ata-

lar sözləri və hikmətli sözlər bütün mənalarda işlənir. 

Hal-hazırda tədqiqatlarda klassik və müasir əsərlərdə  işlənən atalar sözləri və 

hikmətli ifadələrə geniş diqqət ayırmağa başlamışlar. Bəzi  İran tədqiqatçıları xalq 

yaradıcılığını, folklor materiallarının  ədəbiyyatda işlənməsini labüd saymışlar. 

M.M.Fatemi özünün “Əli  Əkbər Dehxoda” monoqrafik tədqiqat  əsərində  İran 

tədqiqatçılarının klassik və müasir əsərlərdə işlənən atalar sözləri və hikmətli ifadələrin-

dən istifadəyə geniş diqqət ayırmağa başlamasına dair misallar göstərir.  Əmir Qulu 

Əmininin Berlində çap olunmuş “Min və bir söz”, Tehranda çap olunmuş “Dastanlarda 

rast gəlinən atalar sözləri”, Məhəmməd Əli Camalzadənin “Sadə xalq leksik lüğəti” şi-

fahi xalq folklorundan istifadə ilə ərsəyə gələn əsərlər silsiləsidir. 

 Bu sahədə çap olunmuş əsərlər arasında görkəmli yeri Ə.Ə.Dehxodanin dörd 

cildlik “Əmsal o hekəm” toplusu tutur və seçilir. 

 X.Koroğlu özünün “fars atalar sözləri və hikmətli sözlər” əsərində “Əmsal o 

hekəm” toplusunun əhəmiyyətinin görkəmli  İran və xarici tədqiqatçılar tərəfindən 

qeyd olunduğunu yazır. 

Dehxoda özü materiallarını fars dilində çap olunmuş əvvəlki toplulardan, can-

lı danışıq dilindən seçdiyini göstərir. 

 Müəllif “Əmsal o hekəm” toplusunun mənbələrini aşağdaki qruplara bölür: 

1) Atalar sözləri və hikmətli ifadələr 

2) Tarix, fəlsəfi və dini mətnlər 

3) Folklor materialları, sadə xalq şifahi nitqi  

Birinci qrupa Hindistanda ilk dəfə tərtib və çap olunmuş atalar sözləri və hik-

mətli ifadələr, Xable Rudinin “Məcmə ol əmsal” və “Came ol təmsil”, “Şahede 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



382

Sadeq”, “Fars hind toplusu” və s. aiddir. Xable Rudinin ilk fars atalar sözləri və 

hikmətli ifadələr toplusu 1639-cu ildə tərtib olunub və onun sonralar çap olunmuş 

toplulara təsiri çox böyükdur. Onun əhəmiyyəti  əsas etibarı ilə  mənbənin danışıq 

dilindən alınmasıdır. Müəllif özü deyir: “harada, kimdən nə eşitmişəm, nə soruşmu-

şamsa hər şeyi yazmışam”. Bu da belə qənaətə gəlməyə imkan verir ki, Xable Rudi 

folklor materiallarının öyrənilib toplanmasında ilk tədqiqatçılardandır. Belə ki, 

“Məcmə ol əmsal ” toplusu da xalq dili və ədəbiyyatının öyrənilməsində müasir və 

qədim materialların müqaisəsinə imkan yaradan vasitədir. Bu toplunun da əsas 

əhəmiyyəti onun İranın,  İsfahan, Xorasan, Azərbaycan və sair kimi əyalətlərindən 

toplanmasıdır.  

Xable Rudi bu toplunu əsasən o dövrün qabaqcıl metodologiyası əsasında tər-

tib etmişdir. Topludaki material əlifba sırası ilə sistemləşdirilib, hissələrə 

bölünmüşdür, o dövrün tərtib olunmuş toplularından məzmununa görə seçilir, öz 

əhəmiyyətini hazırki dövrə qədər saxlamışdır. Toplu dəfələrlə Hindistanda və İrand-

a, son dəfə isə 1965-ci ildə Sadeq Kiya tərəfindən Tehranda çap olunmuşdur. Bu 

toplunun nəşrindən beş il sonra Xable Rudi “Came ol Təmsil” adlı ikinci kitabını 

yazır. Bu toplu dastanlardan tərtib olunduğundan çox məşhurlaşdı və 1868-1884 cu 

illərdə Tehranda dəfələrlə çap olundu. 

 “Əmsal o hekəm” həmçinin xalq dili və  ədəbiyyatının öyrənilməsində 

qiymətli mənbədir ki, bu da qədim və müasir mənbələrin müqaisəsinə kömək 

göstərir. 

O dövrün xalq dilinə yaxın başqa bir əsər tapmaq mümkün deyil. 

Atalar sözləri və hikmətli ifadələr məna cəhəddən o qədər zəngin çalarlı olur 

ki,onun hansı məna daşıyan qrupa aid etmək çətinlik törədir. 

 Bu ifadələr hər bir xalqın folklorunda geniş yayılmış janr olduğundan 

ədəbiyyatda da, geniş istifadə olunur. Elə bir xalq nümaindəsi tapmaq olmaz 

ki, atalar sözündən öz şifahi nitqində istifadə etməsin. 

Məs: ﻦﮐ زارد ﻢﻴﻠﮐ ﻩزاﺪﻧا ﻪﺑ اﺮﺘﻳﺎﭘAyağını yorğanına görə uzad. 

 نادﺎﻧ ﺖﺳودزا ﺖﺳا ﺮﺘﻬﺑ ﺎﻧاد ﻦﻤﺷد 

 Ağıllı düşmən nadan dostdan yaxşıdır 

 ﺖﺳا نﺎﮔﺪﻨﻳﻮﺟ نﺎﮔﺪﻨﺑﺎﻳ 

 Axtaran-tapar 

 Misalların hər biri xalqın işlətdiyi ifadələrdir. Bu ifadələr öz yaradıcısının 

həyatda müşahidəçi olduğuna da işarə edir. Klassiklər atalar sözlərinin işlətməklə 

öz əsərlərində şah, sultan, vəzir, xanın xalqa qarşı etdikləri zülmü pisləmiş, haqqın 

ədalətin qələbəsini tərənnüm etmişlər. Bu ifadələr ədalətli olmağa səsləmiş, məzlum 

xalqın xeyrinə iş görmələrini məsləhət görmüşdur. 

 

ﺷ ﻮﺗ لﺪﻋ زا ﺖﮑﻠﻤﻣ



راﺪﻳﺎﭘدﻮ

 

 راﺮﻗ دﺮﻴﮔ ﻮﺗ لﺪﻋزا ﻮﺗ رﺎﮐ 



  Ölkə ədalətlə möhkəmlənər 

  Sənin işin əməlinlə qərarlaşar 

   Atalar  sözləri janr etibarı ilə bir neçə qrupa bölünür. Atalar sözləri, atalar 

sözlərinin müqayisəsi, aforizmlər və zərbi məsələlər. 

Fatemi Dehxodənin mesl sözü ilə başlayan min iki yüz dən artıq müqaisəli 

atalar sözünün toplusuna daxil edilməsini göstərir. Onların bəziləri iki ya üç sözdən 

ibarətdir: رﻮﺒﻧز ﻪﻧﻻ ﻞﺜﻣ با ﻞﺜﻣ

 

və s. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



383

Topluda aforizmlərə  zərb məsəllərə geniş yer verilmişdir. Bu aforizmlər 

məlum olduğu kimi insanın maddi və mənəvi həyatı, məişəti ilə sıx bağlıdır, xalq 

kütləsinin maraqlarını qoruyur, xalqın dilindən yarandığından xalqa aid olur. 

Məsələn: ﺖﺳا ﺮهاﻮﺟ ﺖﺧرد ﺖﻴﻋر Kəndli cəvahir yetişdirən ağacdır.  

ﺖﺳا ﻢﻠﻇ ﻊﺑﺎﻃ ﺖﻴﻋر Kəndli zülmə tabedir və s. 

Klassik fars ədəbiyyatı xalq deyimləri ilə çox zəngindir. Nizami də 

əsərlərində  işlətdiyi atalar sözlərini xalqın deyimlərindən alır, bədii  şəklə salır 

oxucusuna təqdim edir. Böyük şair  şahlara hiylə ilə xalqı aldatmamağı  məsləhət 

görür. Fars atalar sözləri və  zərbi məsəllər başqa müəlliflər tərəfindən də 

işlənmişdir. Bunların arasında 1644-cü ildə tərtib edilmiş “Şahede Sadeq” toplusunu 

göstərmək olar ki, toplu bir neçə bolüm və hissədən ibarətdir. Atalar sözlərinə 

səkkizinci hissədə yer ayırılmışdır. Bu toplu xalq toplularından yaranır, folklor 

materiallarından tərtib olunmuşdur və “Fars hind atalar sözləri” toplusuun əsasında 

yaradılmışdır. 

 Fars atalar sözləri və hikmətli ifadələr toplularının yaradılmasının yeni dövrü 

artıq müasir dövrə düşür. Bu toplular Dehxodanın “Əmsal o hekəm”-dən sonra çap 

olunmuşlar və hamısıda bu topluya istinad etmişlər. 

 “Əmsal o hekəm”-in mənbələri içərisində  əsas yeri bədii  əsərlər tutur. 

Topluda məşhur klassik şairlərin yaratdıqları içərisindən qırx min beyt özünə yer 

tutmuşdur. Burada klassiklərlə bərabər İrəç Mirzə, Pərvin Etizami kimi müasirlərin 

də yaradıcılığından nümunələrə rast gəlmək olur. Topluda fars və ərəb dilində olan 

tarixi, fəlsəfi, dini və digər mənbələrdən geniş istifadə olunmuşdur. “Tarixe 

Beyxaki”, “Tarixe Sistan”, Kermanın, Gilanın, Nizam ol-Mülkün “Siyasətnamə”si, 

“Qabusnamə”dən nümunələr topluda özlərinə yer tutmuşlar. Burada müxtəlif 

öıkələrin məşhur filosoflarının, elm və  mədəniyyət xadimlərinin kəlamlarıda 

nümunə kimi verilmişdir. Burada Sokratın, Aristotelin, İbn-Sinanın kəlamları ilə 

bərabər S.Nəfisi, M.Bahar kimi müasir alimlərin kəlamlarından da istifadə olunub.  

 Topluda  qadına aid böyük bir bölüm də vardır. Məlum olduğu kimi islam 

qadınları içtimai həyatdaki iştirakindan məhrum etmişdir.  

Məsələn: 

ﺖﺳا ﻞﻘﻌﻟا ﺺﻗﺎﻧ نز

 Qadının ağlı qısa olur – 

   ﺖﺳا ودﺎﺟ نزرﺎﮐ – qadının işi cadudur və s.  

 Digər bir tərəfdən isə elə bu şairlər bir çox şeirlərində qadını ailə həyatında, 

uşaqların tərbiyəsində,içtimai həyatdaki rolunun əhəmiyyətinidə danmırlar bu da 

təbii olaraq öz əksini atalar sözlərində tapır. Məsələn: ﺖﻣﺎﺘﺳ بﻮﺧ نز ﺖﺳا ﻪﻧﺎﺧ ﺖﮐﺮﺑ نز

ﺖﺳا ﯽﮔﺪﻧز 

Qadın evin bərəkətidir, yaxşı qadın ailənin həyatdaki xoşbəxtliyidir və s. 

Bir çox atalar sözləri həm də ananın öz evladlarlna məhəbbətini, məhəbbətin 

ailə həyatındaki əhəmiyyətini tərənnüm edir. 

 Dehxodanın toplusunda mühüm yerlərdən birini də, məişət xarakterli atalar 

sözləri tutur, burada insanı içtimai həyatda, cəmiyyətin digər üzvləri ilə münasibət 

qurmasına dair fikirlər, məsləhətlər səsləndirilir. 

 ار ﯽﻣدا

ﻮﮑﻴﻧ مﺎﻧ زاﺰﺟﺪﻧﺎﻤﻧ

 

 

Məs: İnsandan yaxşı addan başqa bir şey qalmır 



 

ﺖﺳا رﻮﮐ داﻮﺳ ﯽﺑ نﺎﺴﻧا



 Savadsız insan kordur 

 

گﺮﻣ


 

ﺖﺳا


 

رداﺮﺑ سﺮﺗ



Qorxu ölümün qardaşıdır.  

 

Filologiya  məsələləri – №10, 2013

 

 



384

Əməksevərliyə, zəhmətə münasibətlə bağlı atalar sözləri də öz əhəmiyyətinə 

görə seçilir. 

Məs:


اد ﻪﻧاد

رﺎﺒﻧا رد ﻪﻠﻏ ﺖﺳا ﻪﻧ

 Anbarda dənə dənə qala yaranır və s. 

Bu topluya nəinki İran həmçinin Azərbaycan əhalisi arasında danışıq dilində 

tez-tez işlənən atalar sözləri də daxil edilmişdir. Dehxodanın tədqiqat üslubunun 

xüsusiyyətlərini nəzərdən keçirdikdə onun köhnə üsluba daha cox istinad etdiyi 

görünür. Bu xüsusi ilə orta əsr mənbələrindən, toplularından köçürülmuş mürəkkəb 

ərəb fars üslublu materiallara verilən  şərh zamanı üzə  çıxır. Bu mənbələrin təsiri 

altında, müəllif hərdən hətta danışıq dilindən götürülməyən atalar sözlərinin  şərhi 

zamanı da köhnə üsluba müraciət edir. Dehxoda öz toplusuna atalar sözləri və hik-

mətli sözlərə aid olmayan materiallar da daxil etmişdir. M.M.Fatemi qeyd edir ki, 

Dehxodanın fars dili və  ədəbiyyatının tarix və  fəlsəfəsini mahir bilicisi olması 

şəksizdir. Ona görə  də, onun müraciət etdiyi prozaik və poetik mənbələrin  əsas 

hissəsi klassik ədəbiyyatın inkşafının ilk dövrünə aiddir. Az hissəsi isə müasir 

işlərdən ibarətdir. O, dəfələrlə qeyd etmişdir ki, sadə xalq söz yaradıcısıdır və onun 

həm lüğətini və həm də “Əmsal o hekəm” toplusunun əsas mənbəsi şifahi nitqdir. 

O,  ərəb-fars  şeir lüğəti olan “Nesabe Sebyan”-dan astronomik bioloji terminlərlə 

bərabər Məhəmməd Peyğəmbərin doqquz qadınının adını çəkir, Quran hissələrinin 

adını  çəkən  şeirlərdən də sitatlar gətirir. Həmçinin müəllif  Ənvərinin  şeirlərindən 

dörd beyt, Qurandan bir hissə, altı  şairə  məxsus otuz bir beytlik fars şeiri və s. 

topluya daxil etmişdir. Burada göstərilən misalların ümumi sayı yüz otuz altı beyt 

fars, on iki beyt ərəb  şeirindən, Qurandan iki hissə  və  nəsr  əsərlərindən çoxsaylı 

misallardır. 

 “Əmasal o hekəm” toplusunun əhəmiyyəti hədsizdir, bu zəngin klassik irsin 

öyrənilməsi əsasında ərsəyə gəlmiş ilk topludur. Eyni zamanda qeyd etmək lazımdir 

ki, Dehxoda yaradıcılığının  İran  ədəbiyyatının inkişafı yolunda açdığı böyük bir 

mərhələdir.Bu əsəri ilə Dehxoda müasir fars ədəbiyyatinda yeni istiqamətin əsasını 

qoymasını sübuta yetirir. Bunun əhəmiyyəti  İran və xarici alimlər tərəfindən 

dəfələrlə qeyd olunmusdur . V.B.Klyaştorina özünün “1905-1911 ci illər fars siyasi 

satirası tarixindən” mövzusunda ki disertasiya işində qeyd edir ki, Dehxodanın sadə 

dilə yaxın olan üslubu müasir yazıçılar üçün gözəl nümunədir. Təsadüfü deyil ki, 

onun yaradıcılığının təsiri Məlik-oş  Şoara Bahar, Pərvin Etezami kimi şairlərin 

yaradıcılığında da hiss olunur.  

  

Ədəbiyyat 



 

1.M.M.Fatemi-Əli Əkbər Dehxodanın həyatı yaradıcılığı –Tbilisi 1975 

2.X.Koroğlu –Fars atalar sözləri və zərbi məsəllər. M. 1973 

3.M.Camalzadə “Sadə xalq sözləri”. Tehran 1962 

  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



385

А.Ханбабаева 

Сборник пословиц и поговорок «Амсал о хекам» Деххода и его место 

среди работ, изданных в этой области 

Резюме 

 

 В  данной  статье  рассматривается  научная  деятельность  известного 



Иранского  поэта,  писателя  и  ученого  Али  Акбер  Деххода.  Особенно 

рассматривается его сборник «Амсал о хекам» в котором собраны пословицы, 

поговорки,  крылатые  слова,  собранные  из  устного  народного  фольклора,  из 

творчества  великих  классиков.  Сравниваются  научные  исследования  в  этой 

области,  которые  проводились  на  основе  этого  сборника.  Указывается 

возможность изучения этой области в современном периоде литературы. 

 

 

A. Khanbabaeva 



Collection of proverbs and sayings "Amsal of hekam" Dehkhoda 

and its place among the works published in this area 

Summary 

 

 In this article examines the scientific activities of the famous Iranian poet, 



writer and scholar Ali Akbar Dehkhoda. Especially considered his book "Amsal of 

hekam" which collected proverbs, winged words, collected from oral folklore, from 

the work of the great classics. Comparing the research in this area, which were 

based on this collection. Of the possibility of exploring the area in the early modern 

period of literature. 

   

 

Rəyçi: Dosent Əsmətxanım Məmmədova 



 

 

 



 

 

 



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



386

      İLAHƏ HACIYEVA    

  Azərbaycan Dillər Universitetinin  



      doktorantı 

      ilahe_h@rambler.ru 

 

NİZAMİNİN “XOSROV VƏ ŞİRİN”İ İLƏ NAKAMIN “FƏRHAD VƏ 



ŞİRİN” MƏSNƏVİLƏRİNİN QARŞILIQLI MÜQAYİSƏSİ 

 

Açar sözlər: Nizami, Nakam, məsnəvi, nəzirə. 



Ключевые слова: Низами, Накам, куплет, подражательной стихотворение. 

Key words: Nizami, Nakam, couplet, imitative poem.  

 

 



Klassik  Şərq  ədəbiyyatına xas əsas cəhətlərdən biri onun ənənəviliyə riayət 

edərək eyni obraz və motivləri dönə-dönə cilalaması, deyilmiş sözə yeni çalarlar 

vurulmasıdır. Eyni bir mövzu ətrafında müxtəlif  şair və  ədiblərin qələm sınaması 

təqlidçilikdən daha çox poetik məharətin nümayişi sayılmışdır.  Ənənəviliyə bu 

qədər bağlılıq “nəzirə”  ədəbiyyatının yaranmasına səbəb olmuşdur. “Nəzirə” bir 

şairin özündən  əvvəl yazılmış olan hər hansı bir əsər və ya şeirlə eyni vəzndə  və 

mövzuda ona oxşar bir əsərin yazılmasına deyilir. Şairlər nəzirəçilikdə üstünlüyü 

məsnəvi janrına versələr də yalnız bununla kifayətlənməmiş, qələmlərinə geniş 

meydan verərək klassik janrın bütün növlərini nəzirəçilik yaradıcılığına cəlb 

etmişlər. Bu məqalənin əsasını isə məsnəvi şeirinə yazılan nəzirəçilik ənənəsi durur. 

Şairlər nəzirəçilik ənənələrini müxtəlif üsul və vasitələrlə həyata keçirmişdilər. Xü-

susilə, eşq, məhəbbət məsnəvilərində, şairlər hadisələrə ya əlavələr, ya da çıxarışlar 

etməklə, eyni mövzuda yazılmış məsnəvilərdən fərqli bir əsər ortaya çıxarmışlar. 

 Öz məsnəviləri ilə nəzirəçilik ənənələrini qoruyub saxlayan şairlərdən biri də 

XIX əsrdə yaşayıb-yaratmış ustad sənətkar İsmayıl bəy Nakam olmuşdur. İ.Nakam 

dahi  şairimiz Nizami “Xəmsə”sinə  nəzirə yazmaq fikrində olmuş, lakin şairin üç 

poemasına cavab yaza bilmişdir. Belə ki, “Sirlər xəzinəsi”nə cavab olaraq 

“Gəncineyi ədəb”, “Xosrov və Şirin”ə nəzirə kimi “Fərhad və Şirin”i və “Leyli və 

Məcnun” poemasına cavab “Məcnun və Leyli”ni yazmışdır. Bu məqalədə isə 

Nizaminin “Xosrov və  Şirin” məsnəvisi ilə ona nəzirə olaraq yazılan  İsmayıl bəy 

Nakamın “Fərhad və  Şirin” məsnəvisinin müqayisəsi, onların fərqli və ortaq 

cəhətlərinin ortaya çıxarılması dayanır. 

 Əsərlər arasında birinci fərq onların yazılma səbəbində özünü göstərir. 

“Xosrov və  Şirin”i Nizami 1180-1181-ci illərdə Atabəylər dövlətinin hökmdarı 

Məhəmməd Cahan Pəhləvanın xahişi ilə yazmışdır. Yəni Nizaminin bu əsəri nəzmə 

çəkməsini ondan hökmdar xahiş etmişdir. 

 “Fərhad və Şirin”i yazmaqda İ.Nakamın məqsədi isə özünün ustad müəllimi 

adlandırdığı Nizaminin “Xəmsə”sinə cavab olaraq beşlik yazmaq niyyəti idi. Ancaq 

o, bu niyyətini başa çatdıra bilmədi. Nizami “Xəmsə”sini üç məsnəvisi ilə 

cavablandırdı, vəfasız ömür şairin bu istəyini ürəyində qoydu. “Fərhad və Şirin”in 

yazılma səbəblərindən digərini isə biz əsərdə şairin öz dili ilə verdiyi parçada açıq-

aydın şəkildə görə bilərik. 

 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



387

  Edib filcümlə kəşfi-razi mübhəm, 

  Qılıb bir şəmmə halimdən bəyan həm. 

  Sizə Fərhad halın şərh edim mən, 

  Bu köhnə nəqşi tazə tər edim mən.(6,səh 21) 

 

Məsnəvilər arasında digər fərq onların həcmindədir.Nizaminin “Xosrov və 



Şirin”i həzəc bəhrində yazılaraq yeddi min beyt həcmindədir. İ.Nakamın “Fərhad və 

Şirin”i isə beş yüz doxsan beytdir. Nizaminin poeması ilə müqayisədə həcminə görə 

çox kiçik olsa da Nakam öz sələfini təqlid etməmişdir.  

Nizaminin “Xosrov və Şirin”ini ilə ortaq cəhətlərdən biri Nakamın “Fərhad və 

Şirin”inin  ənənəvi başlıqlarının bənzərliyindədir. “Nət”, “minacat”, “Meraciyeyi-

həzrəti-seyyid”, “İzhari pənah  Əlihə  əbrəkə  səlavatullah”, “Səbəbi-təlifi-kitab və 

ağazi dastani-Fərhad və Şirin” kimi başlıqlardan istifadə etməklə Nizaminin yolu ilə 

getmişdir. 

Nizaminin poemasında nəql olunan əhvalatlarla tarixi hadisələr çox üst-üstə 

düşür. Mövzusu tarixi gerçəkliyə  əsaslanan “Xosrov və  Şirin”in qəhrəmanları 

haqqında ilk məlumat verən mənbə “Təbəri Tarixi” adı ilə məşhur olan əsərdir. (5, 

səh 67) Nizami əsəri yazmazdan əvvəl özündən öncə  qələmə alınan bütün 

mənbələri araşdırmış,  Əbülqasım Firdovsi Tusi (935-1020), Əbdülməcid Mahmud 

Sənayi (1081-1141), Təbəri Tarixi və eləcə də onunla bağlı əfsanə və rəvayətlərdən 

də bəhrələnmişdir. Həmçinin, Nizami “Xosrov və Şirin”in Bərdədə də bir əlyazması 

olmasından bəhs etmişdir. 

 

  Gəlin evində dustaq qalıbdır, 



  Bəyazı dillərdə məruf deyildir. 

  Bərdədə bir kənara atılmış yazısı vardı, 

  O yerin köhnə yaşlılarının tarixindən 

  Mənə bu xəzinənamə məlum oldu.(9, səh 49) 

 

Nizami əsərində Fərhadı epizodik bir tip olaraq vermişdir. Məqsədi isə Xos-



rov və Şirin arasında eşqi, məhəbbəti daha da gücləndirmək idi. Ancaq Nizamidən 

sonra yaşayıb-yaratmış olan bir çox şairlər türk əsilli Fərhadı özlərinə  qəhrəman 

seçmiş,  əsərlərini o qəhrəmanın eşq macərası  əsasında qurmuşlar: Arif Ərdəbili 

(1310-?) (4, səh ), Əlişir Nəvai (1441-1506) (4, səh ), Lamii Çələbi (1472-1533) 

(2,səh ), Mustafa ağa Nasir (1824-1873) () və s. İ.Nakam bu şairlərin yolu ilə gedə-

rək Fərhadı əsərinin qəhrəmanı və əsas obraz kimi seçmişdir. Nakam özündən əvvəl 

yazılan məsnəvilərdən bəhrələnməklə, onlara ixtisar və əlavələr etməklə hadisələrin 

Fərhadın  ətrafında təsvirinə üstünlük vermişdir. Nakam Fərhadı Nizamidə olduğu 

kimi Çin diyarından gəlmiş mühəndis kimi göstərmişdir.Onun əsərə gəlişi də hər iki 

məsnəvidə eynidir. Şirinin sürüsünün otlaqları sarayından çox uzaqda idi və südün 

gətirilməsi çox zaman alırdı.  Şirin südü həddən artıq sevdiyindən bu işə bir əlac 

qılmağı tapşırır.  Ətrafındakılar ona Fərhad adında məharətli, qolu-qüvvəli bir 

mühəndisin bu işə çarə qılacağını məsləhət bilirlər. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



388

   Dedilər, vardır bir mərdi-ustad 

   Mühəndisdir, hünərvər, adı Fərhad. 

 

 Fərhad Şirinin əmrini yerinə yetirmək üçün onun hüzuruna gəlir. Onlar elə ilk 



görüşdən bir-birilərinə vurulurlar. Nizamidə  Fərhad, Nakamda isə Xosrov aşiqlər 

arasında əğyar obrazı kimi verilmişdir. Həmçinin, Şirinin yolunda Fərhada qovuş-

maqda onun qarşısını alan Məryəm,  Şəkər kimi rəqib məşuqə obrazlarına da rast 

gəlinmir. Bundan başqa Nakam Şapur, Nəkisa, Barbəd kimi aşiqlərin arasında 

vasitəçi olan surətlərdən də istifadə etməmişdir.  Şirinin atının adında da Nakam 

dəyişiklik etmiş, Gülgünü Rəxşlə əvəz etmişdir. Həm Nizamidə, həm də Nakamda 

Məhinbanu Ərmən şahı kimi təqdim edilir, ədalət və səxavət saçan hökmdar qadın 

obrazı kimi təsvir edilir. Ümumiyyətlə götürsək, məsnəvidə surətlərin sayının azlığı, 

hadisələrin, konfliktlərin sürətlə bir-birinə keçidi diqqəti daha çox cəlb edir. Belə ki, 

Nakam “Ağazi- dastani- Fərhad və  Şirin”dən sonra, yəni məsnəviyə giriş 

başlığından həmən sonrakı başlıqda artıq Məhinbanunun təxti-padişahı Şirinə vəsiy-

yəti və ölüm səhnəsinin təsvirinə başlayır. Elə həmin başlıqda da Fərhad və Şirinin 

tanışlığı, bir-birilə görüşü verilir. Məsnəvini diqqətlə  nəzərdən keçirdikdə Nakam 

Fərhad surətinin təsvirinə geniş yer vermiş,  əhvalatları onunla əlaqələndirmiş-

dir.Buna görə  Şirin obrazı arxa planda, kölgədə qalmışdır.  Əsərdə konflikt yalnız 

Xosrov obrazı vasitəsilə yaradılır. Halbuki Nakam özünəqədərki müxtəlif əhvalat və 

motivlərdən bəhrələnməklə daha çox şaxəli sujet xətti qura bilərdi. Əsərin nöqsanlı 

cəhətlərindən biri Xosrovun əsərdə birdən peyda olmasıdır. Xosrovun əsərə gəlişi, 

onun Keyxosrov nəslindən olan bir şah olması, Fərhadın rəqibi olması və Şirini sev-

məsi, yəni əğyar obrazı kimi təsviri, bütün bu hadisələrin hamısını Nakamın cəmi 

dörd misrada ifadə etməsi əsərin məzmununa xələl gətirir. 

 

  Dedilər Xosrov Pərvizə nagah, 



  Edib əhvaldan ol şahı agah. 

  Ki, Şirinə olub Fərhad məftun, 

  Biyabankərd olubdur didə purxun.(6,səh 37)  

 

 Həmçinin diqqət çəkən məqamladan biri şairin ərəb-fars sözlərindən istifadə-



yə geniş yer verməsi, hətta məsnəvisinin sonluğunu təşkil edən misraları farsca yaz-

masıdır. Bu baxımda şairin “Fərhad və Şirin”i dilinin qəlizliyinə görə Nakamın di-

gər məsnəvisi olan “Məcnun və Leyli”dən fərqlənir. 

Nakam “Fərhad və  Şirin” məsnəvisində Xosrovun Fərhadın  Şirinə  məhəb-

bətindən xəbərdar olması, onu yanına çağırtdırması, onu Bisütun dağını yarmağa 

göndərməsi və onu hiylə ilə öldürtməsi Nizaminin poeması ilə bənzərlik təşkil edən 

motivlərdir. Bu hissədə fərqli cəhətlər də gözə çarpır. Belə ki, Nizaminin əsərində 

Xosrov Fərhadın Şirinə aşiq olduğunu eşidib sarayın müdrik insanlarını yığıb məc-

lis qurur, məşvərət edərək buyurur ki, dağ çapanı onun yanına gətirsinlər. Ancaq 

Nakam bu hissəni daha geniş və müfəssəl çəkildə təsvir edir. “Fərhad və Şirin”də 

Xosrov məclisdəkilərin nəsihəti ilə bir pəhləvanı onun yanına göndərir. Pəhləvan 

yola rəvan olub səhraya Fərhadı axtarmağa gəlir. Dağı, səhranı çox gəzib dolaşır, 

ancaq Fərhaddan heç bir nişanə tapa bilmir. Nagahan torpağın üstünə yıxılmış bir 

əhli-dərdə rastlayır. Onun pəjmürdə halından, daim fəğan edib Şirinin adını 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



389

sayıqlamağından pəhləvan başa düşür ki, bu elə onun axtardığı  Fərhaddır. 

Fərqləndirici cəhətlərdən biri də Nakamın buraya Fərhadla pəhləvanın dialoqu 

səhnəsini əlavə etməsidir. 

 

  Ona qıldı təvəccah,etdi ikram,  



  Dedi: Ey aşiqi- Şirini- Xodkam! 

  Nədir bu nalə, bu fəğan, bu xunab? 

  Nəçün üftadədəsən, bisəbri bitab? 

  Edərsən müzməhəl tabü təvanın, 

  Gərəkməzmi sənə bir daxi canın?(6, səh 39) 

 

Fərhad pəhləvana cavabında onun eşqdən bixəbər olduğunu, qəlbində 



məhəbbət odunun alovlanmadığını söyləyərək  ətrafındakıların onu anlamaması, 

məzəmmət etməsindən acı-acı şikayətlənir. 

 

  Pərişanəm,siyahruzəm, bədiqbal, 



  Bəsan sayəyəm, xas üzrə pamal. 

  Həmin bir aşiqi-dildadəyəm mən

  Zəbuni-bidimü üftadədəyəm mən.(6, səh 40)  

 

 Nizamidə Xosrov Şirinin Fərhadın yanına, Bisütun dağına getməsindən xəbər 



tutub ağsaqqal qocalardan bu işə bir tədbir görmələrini  əmr edir.Onlar da Şirinin 

qəflətən ölməsi xəbərinin Fərhadın ölümünə səbəb olacağını söyləyirlər. Nizamidə 

bu xəbəri şahın qasidlərindən biri Fərhada çatdırır. Nakamda isə Xosrovun qocalar-

dan kömək istəməsi səhnəsi yoxdur. Bundan başqa “Fərhad və Şirin”də Xosrov Fər-

hadı öldürtmək üçün casus axtarır və əzazil surətli Xənnas adlı birini tapır. Şirinin 

ölməsi xəbərini Fərhada o çatdırır.  

İsmayıl bəy Nakamın  əlavə etdiyi epizodlardan biri də budur ki, guya Şirin 

Fərhad haqqında söylənilən dastanı eşitdikdə onu tanımır, dağ çapanın kimliyindən 

bixəbərdir.  

  Müsəlsəl söylərikən axəri-kar, 

  Hədisi-Bisütun oldu pədidar. 

  Olub xəndan dedi dedi ki, ol şahi-xuban, 

  Bu gün etsəm, gərək kuhi-gülüstan. 

  Görüm kim, Bisütunda tişəzəndir, 

  O Fərhad cavanmı kuhkəndir?(6, səh 49) 

 

Şirin Fərhadı Bisütun dağında ziyarət etdiyi zaman Nizamiyə görə Şirin ona 



süd verir, Nakamda isə bir cam şərbət içməyə dəvət edir. 

 

  Rəvan verdi ona bir cam şərbət, 



  Ki, Kövsərdə bulunmazdı o ləzzət. 

  Alıb Fərhad camı eylədi nuş, 

  Nə qəm çəkmiş isə qıldı fəramuş.(6, səh 51) 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



390

 Nakam Fərhadı görmək üçün Şirinin Bisütun dağına getməsi səhnəsinə əlavə 

etdiyi yeni epizodlardan biri də Fərhadın Şirini görcək ondan şikayətlənməsi, aşiqi-

ni yada salmayıb onu bu kuhsarda tək-tənha qoymasından gileylənməsi epizodudur. 

  

 O gün ki, hövzdən şir eylədin nuş, 



  Məni qıldın həmin gündən fəramuş.(6, səh 54) 

 

 Nizaminin  Şirini Xosrovun şəklini görüb ona vurulur, Şapur ona hər  şeyi 



danışdıqdan sonra Şirin ov bəhanəsilə  qızlarla evdən çıxır və Xosrovun dalınca 

Mədainə at belində tək-tənha yola düşür. Sonradan onu bibisi Məhinbanu bu hərə-

kətinə görə tənbeh edir. Nakamın “Fərhad və Şirin”ində isə Məhinbanunun Şirinə 

öyüd-nəsihət etməsi epizoduna rast gəlmirik. Burada Şirin eşqində daha əzmli, ira-

dəli, dəyanətli bir qız kimi təsvir olunur. O, Fərhada ilk görüşdən aşiq olsa da o, öz 

aşiqini sınağa çəkir, ona işvə, naz edərək ona eşqində  səbrli və  vəfalı olmağı 

söyləyir. Çünki bütün klassik dövr məsnəvilərində aşiq cəfakeş, məşuqə isə cilvə-

gərdir. Məsələn, Nizaminin “Yeddi gözəl” məsnəvisində “Qara geyimli şahzadə” 

adlı hekayədə məşuqə aşiqinə deyir ki, qırx gün səbr etsin. Səbrini otuz doqquzuncu 

gün pozan aşiqi məşuqə amansız cəzalandırır, onu özündən uzaq olan ayrı bir dün-

yaya qovur. Eləcə də Dəhnamədə də bu motivə rast gələ bilərik. Bütün bunlara görə 

Nakamın yaratmış olduğu  Şirin daha ağıllı, tədbirli, öz ismətini xəzinə üstündə 

yatmış ilan tək qoruyan saf, mükəmməl qadın obrazıdır.  

Nakam  Şiruyə obrazından da hadisələrin gedişində Xosrovu cəzalandırmaq 

məqsədilə belə istifadə etməmiş, o surəti ixtisar etmişdir. Bundan başqa Nizamidə 

Xosrovun peyğəmbəri yuxuda görməsi, Məhəmməd peyğəmbərin islama çağırış 

məqsədilə Xosrova məktub göndərməsi və Xosrovun onu cırması kimi bəhslər də 

Nakamın məsnəvisində yoxdur. 

Nizaminin “Xosrov və Şirin”ində rastlamadığımız maraqlı məqamlardan biri 

də Fərhadın Şirinin eşqinə düşdükdən sonra Nakamın “Fərhadın eşqi-Şirinə giriftar 

olduğu və  aşiqi-şeyda olduğu” adı ilə verdiyi fəsilin saqinamə formasında 

yazılmasıdır. Düzdür, Nizami də Fərhadı həmin fəsildə Şirinin eşqindən dəli-divanə 

olub çöllərə düşmüş aşiq obrazı kimi verir. Ancaq Nizaminin yazmış olduğu həmin 

fəsildə biz saqi obrazına rast gəlmirik. Deməli, ona nəzirə olaraq yazılan “Fərhad və 

Şirin”də biz təsəvvüfi ideyaların açıq-aşkar dilə  gətirilməsinin  şahidi oluruq. 

Nizami Fərhadın cünunluğu, onun haqq aşiqi olmasını daha ehtiyatla, sətiraltı 

mənalarla ifadə etmişdir. 

 

  Təhəmmül etmədi bu macəraya, 



  Rəvan oldu xərabatı-bəlaya. 

  Gəlib qarşıya bir çalaki-saqi, 

  Şəkibazusu afətnaki saqi. 

 

 Şeirdən göründüyü kimi Fərhad Şirinin eşqinə əsir olduqdan sonra sufilərin 



mənəvi daldalanacağı olan xərabata gəlir. Fərhadın Piri-Muğanın yanına gəlməsi 

onun haqqa yoluna yönəldiyini, batini kamilliyə doğru təkamülünü göstərir. Fərhad 

özündə baş qaldıran bütün nəfsi meyllərə üstün gəlir, onun üçün artıq nə dünya, nə 

onun cah-cəlalı bir önəm kəsb etmir, axirət və ölümün qorxusu ilə yaşamır, onun 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



391

qayğısını çəkmir. Buna görə də o, Saqinin əlindən mey içmək şərəfinə nail olur və 

xərabat  əhlinə çevrilir. Bu fani dünyanı “fəramuş edib” eşqin zirvəsinə yüksəlir, 

mərifət şərabını dadır.  

 

  Dedi Fərhadə: “Tut,bu camı nuş et! 



  Məmuniyyət xərmənin yax, tərki huş et!” 

  Həman ol sağəri Fərhad edib nuş, 

  Cahanı eylədi yeksər fəramuş.(6, səh 35)  

 

 Nakamın “Fərhad və  Şirin”də Saqinamədən istifadəsi onun Füzuli 



yaradıcılığından da bəhrələndiyini göstərir.  

 Nakamın “Fərhad və Şirin”ində Nizaminin “Leyli və Məcnun”u ilə də ortaq 

məqamlar var. Belə ki, Məcnun ahunun, maralın gözünü Leylinin gözünə bənzədir, 

Fərhad isə Saqinin gözündə  Şirini görür. Fərhad da Məcnun kimi Şirinə  aşiq 

olandan sonra “xanimanı nari-eşqə yaxılır”, onu bədəni, ürəyi, canı tərk edir. Ancaq 

Şirinin xəyalı, öz eşqinə qovuşmağın həsrətilə od tutub yanır. Məcnun kimi dilində 

Şirin səhraya üz tutur, vəhşilər arasında məskən salır. 

 

   Dəhanında haman Şirin namı, 



   Dəhanı içrə şirin təlx kami. 

   Vəhiş asa tutub rahi-biyaban 

   Vəhuş içrə gəzib heyranu nalan. (6, səh 36) 

 

 Nizaminin  məsnəvisi ilə bənzərlik təşkil edən cəhətlərdən biri hər iki şairin 



yazmış olduqları  əsərlərə  qəzəllərin daxil edilməməsidir. Nizaminin “Xosrov və 

Şirin” məsnəvisinə qəzəllər daxil etməsi barədə onun yaradıcılığını tədqiq edənlər 

arasında fikir ayrılığı mövcuddur. Robert Dankoff Nizaminin məsnəvilərdə  qəzəl 

formasına yer vermədiyini söyləyir.(3,səh 43) Ahmet Ateş onun bu fikrinə qarşı 

çıxaraq bildirir ki, Nizamidə qəhrəmanların ağzından söylənilən qəzəllər tamamilə 

məsnəvi  şəklindədir. Atəşin fikrinə görə Dankoff “məsnəvi  şəklindəki” qəzəlləri 

şəkil baxımından dəyərləndirmiş, ancaq bu qəzəlləri lirizm ünsürü olaraq 

verməmişdir.(1, səh 733) Belə ki, klassik ədəbiyyatda geniş yayılan bu ənənənin 

istifadəsində  məqsəd məsnəvi vasitəsilə  əhvalatları  nəql etmək, qəzəllər vasitəsilə 

isə qəhrəmanın daxili aləmini, iç dünyasını canlı və dolğun şəkildə əks etdirmək idi. 

Robert Dankoff bunu “lirik partlama” adlandırmışdır. Ancaq Nakam bu ənənədən 

istifadə etməmiş, Nizaminin yolunu davam etdirmişdir. 

 Nizami Məhəmməd peyğəmbərin meracı ilə bağlı ənənəvi başlığı “Xosrov və 

Şirin”in sonunda vermiş, sonluğa əlavə olaraq “Nəsihət və kitabın sonu” başlığı ilə 

məsnəvisini bitirmişdir.  İ.Nakam isə “Meraciyeyi-həzrəti-seyyidi-ainat” başlığı 

altında “Fərhad və Şirin”in əvvəlində nətdən sonra vermişdir. Peyğəmbərin meracı 

ilə bağlı hadisələrin təsvirinə  də geniş yer verməmiş, tam aydınlığı  və  təfsilatı ilə 

onu nəzmə  çəkməmişdir. Ancaq Nizaminin “Xosrov və  Şirin” məsnəvisində 

“Peyğəmbərin meracı” başlığı altında həmin müqəddəs hadisə incəliyi ilə  əks 

olunmuş, meracın nəticəsi, müsəlmanlara nə kimi yenilik gətirməsi göstərilmişdir. 

 “Fərhad və  Şirin”in sonunda Şirin Fərhadın ona etdiyi vəsiyyəti yerinə 

yetirir, sevgilisini göz yaşları içində sonuncu dəfə bağrına basaraq onu torpağa 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



392

tapşırır. Poema yarından ayrı düşən Şirinin durmadan ağlaması, ah-zarının təsviri ilə 

bitir. Burda da bir fərqli məqam gözə çarpır. Nizaminin Şirini Fərhadı el adətincə 

dəfn etdikdən sonra onun qəbri üzərində bir günbəz ucaldır və  həmin günbəzi 

ziyarətgaha çevirir. Həmçinin “Xosrov və  Şirin”də “Fərhad və  Şirin”dən fərqli 

olaraq Xosrov Fərhadı hiylə ilə öldürməsindən peşiman olur və  Şirinə  təəssüf 

məktubu yollayır.  Əsərlər arasındakı diqqət çəkən fərqlərdən biri də Nizaminin 

“Xosrov və Şirin”in “Fərhadın dastanı” adlı hissəyə verdiyi maraqlı sonluqdur ki, 

buna Nakamın poemasında rast gəlmirik.Nizami əsərin sonunda göstərir ki, Fərhad 

öldükdən sonra onun əlindən düşən külüngünün ağzı daşa, dəstəyi isə torpağa 

batır.Torpaq nəm olduğundan o dəstəyin yerində bir nar kolu göyərir. 

 

  O dəstədən bir nar kolu göyərdi, 



  Ağac olub, çoxlu bar gətirdi. 

  O nar ağacını Nizami görməsə də, 

  Nüsxədə bu sözü belə oxudu.(9, səh 203) 

 

 Nizaminin əsərini bu cür tamamlamasını müxtəlif cür şərh etmək olar. Birinci 



növbədə Nizami xalq ədəbiyyatına sıx bağlı bir sənətkar olduğundan onun bu 

xüsusiyyəti  əsərlərinə  də sirayət etmişdi. “Xəmsə”yə daxil olan poemaların 

əksəriyyətinin mövzusunu xalq əfsanə və rəvayətlərindən götürmüşdür. “Xosrov və 

Şirin” poemasının bu hissəsini dastan adlandırması və elə dastanlardakı kimi sonluq 

verməsi folklor motivlərinin həmişə Nizami yaradıcılığında ən yüksək yerdə qərar 

tutduğunu söyləməyə  əsas verir. Fərhadın külüngünün dəstəyinin yerində  nə üçün 

məhz nar ağacının bitməsi məsələsi xüsusi maraq doğurur. Belə ki, nara inam əski 

türk inanclarından biri kimi Orta Asiya ölkələrində geniş yayılmışdı. Türklər şahın 

qüdrətinin simvolu olan narın  şəklini köynəklərinin üstünə tikdirərək vaxtilə 

müharibə zamanı  əks tərəfi  əfsunlayırdılar ki, qələbə onlara nəsib olsun. Orta 

Asiyadan gəlmiş  Fərhadın külüngünün dəstəyinin yerində nar ağacının bitməsini 

Nizami təsadüfən deyil, elə  Fərhadın mənsub olduğu xalqın qədim adət-

ənənəsindən, dini inancından doğan bir iz, işarət anlamında işlətmişdir.  

 Bununla yanaşı nar bir çox mənalar kəsb edir. Xalq ədəbiyyatında nar bolluq, 

bərəkət, firavanlıq rəmzi hesab olunur. Həmçinin xristianlıqda nar “sonsuz həyat”, 

yəhudilikdə “müqəddəslik, bolluq” mənasında işlənir. Qurani-Kərimdə nardan 3 

ayədə bəhs edilir və cənnət meyvəsi kimi göstərilir. Təsəvvüfi ədəbiyyatda isə nar 

atəş, eşqdən yaranan alov mənasında işlənir. Eşqi yolunda xanimanı nari-eşqə qərq 

olub yaxılan Fərhadın külüngünün dəstəyinin də nar ağacı olub torpaqdan 

cücərməsi onun eşq yolunda canından keçən məhəbbət fədaisi olması anlamını 

verir. Dediklərimizlə  bərabər sufi ədəbiyyatda ağac sonsuz həyat, daim dövr edən 

aləm mənasında işlənir. Ağac dünya, meyvə isə insandır, bütün varlıqların Allahdan 

gəlib Allaha dönüşünü bildirir.(10, səh 203) Bununla yanaşı mütəsəvvif şairlərdən 

olan Yunus İmrənin fikri daha çox maraq doğurur: “Aşiq olmayan kimsə meyvəsiz 

ağaca bənzəyir.” (10, səh 205) Yunus İmrənin sözlərinin Nizaminin yaratdığı ilk 

Haqq aşiqi obrazı olan Fərhada tam uyğun gəlir. Onun külüngünün dəstəyinin 

yerində ağacın bitməsi və bar verməsini Fərhadın aşiq obrazı kimi təsvirində şairin 

istifadə etdiyi rəmzi mənalardan biri hesab etmək olar. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



393

 Nakam  İsfahani və Nizamidən  şeirlər  əlavə etməklə  çərx kimi dövr edən 

dünyanın amansızlığından, əzab-əziyyətindən haqq əhlinə çəkdirdiyi işgəncələrdən 

acı-acı şikayət edir, zəmanəyə biganə qalmayaraq ona öz münasibətini bildirmişdir. 

 

  Fəğan kim,dövr dövrani-kənəcdiş, 



  Qılır aşiqləri peyvəstə dilriş. 

  Nə yerdə aşiqi-dildadə görsə, 

  Nə yerdə bikəsü-üftadə görsə, 

  Anı bitab edib dilmürdə eylər, 

  Anı dərdə salıb pəjmurdə eylər. (6, səh 61) 

 

 



 Beləliklə, Nizaminin “Xosrov və  Şirin”i ilə Nakamın “Fərhad və  Şirin” 

məsnəvisinin komporativ şəkildə  təhlilinin nəticəsi olaraq deyə bilərik ki, Nakam 

ustad  şair Nizaminin yolu ilə getsə  də onu qətiyyən təkrarlamamış,özünəməxsus 

tərzdə,yaşadığı dövrün tələblərinə uyğun bir formada məsnəvi yazaraq ona yeni bir 

nəfəs vermişdir.  Şair “Xosrov və  Şirin”in tərcüməçisi və  təqlidçisi olmadığını 

bildirmək üçün əsərində adını  və  təxəllüsünü işlədərək ona öz möhürünü 

vurmuşdur. Hər iki əsərdə məzmun eyni olsa da bir-birindən uzaq zaman və fərqli 

məkan daxilində “Xosrov və  Şirin” yenidən canlanaraq Nakamın qələmi ilə daha 

özəl və orijinal bir məna kəsb etmişdir. 

 

Ədəbiyyat 



 

1.  A.Ateş, “Gazel” maddesi,İslam ansiklopedisi,C.4,Eskişehir,1997  

2.  A.S.Levend “Türk edebiyyatı tarihi”,Pulat Basımevi, 5-ci baskı, s 131. 

3.  Dankoff, “The Lyric in the Romance: the use of gazals in persian and turkish 

masnavis”, Journal of near easternstudies, 43, 1, 1984. 

4.  Ə.Səfərli, X.Yusifli “Azərbaycan ədəbiyyatı tarixi”, Arif Ərdəbili 

“Fərhadnamə”,Bakı 2008, s 266. 

5.  F.K.Timurtaş, “Türk edebiyyatında Husrev ü Şirin ve Ferhad ü Şirin hikayesi” 

6.  İsmayıl bəy Nakam “Fərhad və Şirin”, Bakı: Nurlan, 2008, 

7.  İsmayıl bəy Nakam “Məcnun və Leyli”, Bakı: Nurlan, 2007 

8.  N.Cümşüdoğlu, “Füzulinin sənət və mərifət dünyası”, Bakı-Tehran 1997. 

9.  Nizami Gəncəvi, “Xosrov və Şirin”, Bakı:Elm 1981,s 49.  

10. Turkish studies, “Tasavvuf şiirinde ağac ve meyve istiaresi, Gaybi örneyi” 

Volume 3/2spring, 2008.  




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə