Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə42/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

İRADƏ ABDULLAYEVA 

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı 

irada.@mail.ru 

 

XX ƏSR ABŞ ƏDƏBİYYATINDA SİMVOLLARIN İŞLƏDİLMƏSİ 

 

Acar sozler: ədebiyyat, ifadı , simvolizm, təsvir , məna, ishledilme, əsər, avropali. 

Ключевые слова: литература, выражение, символизм, описание, значение, 

использование, европеец. 



Key words: literature, expression, symbolism, description, meaning, using, poem, 

European. 

 

ABŞ (Amerika) ədəbiyyatı maraqlı bir inkişaf yolu keçmişdir. İlk yazılı nümu-



nələri XVII əsrə aid olan bu ədəbiyyat XIX əsrin ortalarından etibarən böyük sıç-

rayışla yeni istedadlı yazıçılar və bir sıra maraqlı əsərlərlə tanınmağa başlamışdır. 

Bundan sonra “XIX əsrin sonu-XX əsrin əvvəllərində Amerika ədəbiyyatında 

naturalist meyllər yayılmışdı (S.Kreyn, F.Morris və b.). Cek London əsərlərində 

(“Həyat eşqi” hekayəsi “Martin İden”, “Dəmir daban” romanları) güclü iradə 

tərbiyəsini, təbiət və  cəmiyyətlə mübarizə romantikasını, Teodor Drayzer sadə 

amerikalıların faciəli taleyini (“Cenni Herhard”, “Amerika faciəsi”, “Kerri bacı” 

romanları) təsvir edirdi. Birinci Dünya Müharibəsi ərəfəsində K.Sendberq, R.Frost, 

V.Lindsey, E.A.Robinson və b. şairlər realist əsərlər yazdılar. Bu dövrdə moder-

nizm məktəbi yarandı (E.Paund, T.S.Eliot, G.Stayn). Amerika ədəbiyyatında psixo-

loji cərəyanın inkişafında Ş.Andersonun mühüm rolu olmuşdur” (1, 429). 

XX  əsrin ikinci yarısından başlayaraq, ABŞ-da böyük dəyişikliklər tədricən 

Amerika  ədəbiyyatında öz əks-sədasını tapmışdır. Yeni realist əhval-ruhiyyə  həm 

Amerika poeziyasında, həm də Amerika nəsrində də baş vermişdir. Nasirlər, şairlər 

ölkədə baş verən hadisələri öz süzgəclərindən keçirərək həmişə tənqid üçün çoxlu 

zəif sahələr tapır, onlara öz tənqidi münasibətlərini bildirirmişlər. Sərt özünütənqid 

ədəbiyyatı, hadisələrin  əksinə olan etiraz dalğası, amerikalıların orijinal ruhlu bir 

xalq olduğuna canlı sübutdur. Bu mənada tanınmış ictimaiyyətşünasın iki əsr dönə-

dönə soruşulan “Amerikalı kimdir? – sualına verdiyi cavab çox maraqlıdır. 

E.Fullerin bu suala cavabı belə olub: “Yeni Amerikalı adam kimdir? O ya avropalı, 

yada Sizin heç bir ölkədə tapa bilməyəcəyiniz qəribə qan qarışığına malik avropalı 

disidentdir. Mən Sizə elə bir  ailə göstərərəm ki, onun babası ingilis, xanımı (həyat 

yoldaşı) holland və onun oğlu fransız qadını ilə evlənib və hal-hazırda onun dörd 

oğlanı müxtəlif millətlərdən olan qadınlarla evlənirlər”.  Əslində müasir amerikalı 

vətəndaş yeni prinsiplərlə hərəkət edən, yeni ideyalarla əylənən, yeni fikir formalaş-

dıran adamdır, amerikalıdır”. 

Belə realist ruh tədricən ədəbiyyatda da özünü biruzə verməyə başladı və təd-

ricən amerika yazıçı və şairləri öz əsərlərində müxtəlif ədəbi-bədii üsullardan istifa-

də etməyə başladılar. Amerika ədəbiyyatında  ən çox rast gəlinən bədii üsullardan 

biri də simvolların işlədilməsidir.  

Simvolizm bir çox ideyaları özündə ehtiva edir. Ədəbiyyatda fərdilik, yara-

dıcılıqda azadlıq,  əzbərlənib çərçivəyə salınmış formalardan yan keçmək, hər növ 

yeniliyə, qeyri-adiliyə, hətta qəribəliyə can atmaq simvolizmin tərkib hissələrin-

dəndir. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



406

Simvol hər bir xalqın dilində və ədəbiyyatında müxtəlif mənalarda işlədilmiş 

və başa düşülmüşdür. 

Simvol hər hansı bir şeyin, əşyanın, mövzunun adlandırıldığı şərti işarə ilə ifa-

də olunmuş rəmz olmaqla yanaşı, həmin şeyin xüsusiyyətini və mahiyyətini açıb tə-

yin edir, onu simvol kimi təsvir edərək oxucuya çatdırır. Belə simvollar təsvir olu-

nan obyektin əsas xüsusiyyətini, mahiyyətini, keyfiyyətini təyin edir. Həmin obyek-

tin inqilabi, mühafizəkar, mürtəce, irticaçı dini xüsusiyyətlərini özünəməxsus üsul-

larla göstərir. Simvol həmçinin əşyaların məlum keyfiyyətlərini, əlamətini, nişanə-

lərini, hərəkətlərini özünəməxsus təsvir etməyə xidmət edir. 

Məsələn, şanagüllə (şanagüllə-göldə bitən çiçəkli bitki) hindularda səcdəgah, 

Allah və kainat simvoludur. Müxtəlif millətlərin dilində və ədəbiyyatında xəlqi, dini 

və tarixi mənalarda duz-çörək-qonaqpərvərlik, dostluq, ilan – müdriklik, səhər – 

gənclik, yaşıl rəng – ümid, şərti nəqşlər – geyim simvolları işlədilir və başa düşülür.  

Simvolun yaranma tarixi çox qədim olmasına baxmayaraq, hər hansı müəy-

yən bir tarixi şəraitdə və ya vəziyyətdə müxtəlif yeni mənalarda işlənir və bəzən on-

ların köhnə mənaları da dəyişilir.  

Tutaq ki, svastika – qədimdə dirilik ağacı simvolu mənasında işlənirdisə, hal-

hazırda faşizm simvolu kimi tanınır və yaxud, göyərçin – qədimdə  həlimlik, 

mülayimlik, yumşaqlıq simvolu kimi işlədilirdisə, hal-hazırda sülh simvolu kimi 

yeni məna kəsb edir və  həmin mənada  işlədilir.  

Simvolların kökündə  həmişə sözün məcazi mənası dayanır. Simvollarda hə-

mişə gizli (sətiraltı) məna durur və müxtəlif tarixi, ictimai, siyasi, dini şərait və 

situasiyalarda qapalı müqayisələr gizlənir. Simvollara bütün dinlərdə, müxtəlif 

xalqların folklorunda və poeziyasında daha çox təsadüf olunur. O, incəsənətdə bü-

tün zamanlarda həm qədimdə, həm də müasir zamanda xüsusi mənaya malikdir. Be-

lə hal həm də obrazın mahiyyətindən və incəsənətin növündən asılıdır, çünki bu və 

ya digər surət  şərti və simvolikdir, ona görə  də  fərdlər ümumilərin tərkib hissəsi 

olub, onları tamamlayır. Bədii ədəbiyyatda məlum simvolika hər işlənən müqayisə-

lərdə, metaforalarda və  hətta epitetləri ifadə edən sözlərin sətiraltı  mənalarında 

gizlənir. Təmsillər hadisələrin ifadə tərzlərini, nağıllar mücərrəd məfhumların konk-

ret obrazlarda ifadəsini, alleqoriya bütövlükdə simvolikanın çoxşaxəliyini və müx-

təlifliyini göstərən  ədəbi-bədii üsullardır. Simvolikanın bu xüsusiyyətləri dünya 

ədəbiyyatı nümunələrində – Hötenin «Faust»unda, Esxilin «Promotey»ində, Füzuli-

nin «Bəngü-badə»sində, N.Nekrasovun «Fırtına» obrazında, M.Qorkinin «Şahın 

nəğməsi»ndə özünü daha çox biruzə vermişdir. 

XX  əsr Amerika ədəbiyyatında simvolizm ədəbi cərəyan kimi özünü çox 

güclü şəkildə biruzə verir. 

Sonralar Amerika ədəbiyyatının görkəmli nümayəndələri Ralf Valdo Emerson, 

Henry Devid Toro, Uolt Vitmen, Uilliyam Kullen Brayant, Edqar Alan Po, Con 

Steynbek və başqaları Amerikada ədəbiyyat sahəsində müstəqillik uğrunda geniş mü-

barizə aparanlar bədii əsərlərin əsas qəhrəmanlarına çevrilmişlər (2, 97). Bu mövzu 

olduqca geniş və əhatəli bir probelmin hərtərəfli araşdırmasını göstərir. 

Biz burada konkret olaraq görkəmli  ədib, Nobel mükafatı laureatı Con 

Steynbekin yaradıcılığında, daha doğrusu, onun nəsr əsərlərində qısaca da olsa in-

san, məhəbbət və simvollar barədə bəzi məsələlər üzərində dayanmaq istərdik. 

Əvvəlcə vurğulamaq yerinə düşər ki, XX əsr Amerika ədəbiyyatında sosial eti-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



407

razın, Stefan Kreynin, Teodor Drayzerin naturalizmi və ifşaedici nasirlərin açıq-aydın 

xəbərləri ilə dolu olan sualtı axınlar keçir. Daha sonrakı dövrdə ictimai mövzularla 

məşğul olan yazıçılar sırasına aşağıdakılar daxildir: Sinkleyer Lyuis, Con Steynbek, 

Con Dos Passos, Riçard Rayt və Klifford Odets. Bu sənətkarları 1930-cu illərlə 

bağlayan cəhət, onların sadə  vətəndaşların rifahının yaxşılaşdırılması barədə fikirləri 

cəmləşdirmələri idi. Bu xüsusiyyətlər Sinkleyer Lyuisin Arrosmiti, Babbiti kimi; Con 

Steynbekin Hiddətin Salxımlarındakı ailələri kimi və ya Dom Passonun ABŞ trilogi-

yasındakı on bir baş qəhrəman vasitəsiylə təsvir olunan şəhər camaatı kimi.  

Con Steynbek də Sinkleyer Lyuis kimi bu gün ABŞ-dan kənarda onun 

daxilində olduğundan daha çox hörmətlə xatırlanır. Bu bəlkə  də  ən çox onunla 

əlaqədardır ki, o, 1963-cü ildə  ədəbiyyat sahəsində Nobel Mükafatına layiq 

görülməklə, beynəlxalq miqyasda böyük şöhrət qazandı. Hər iki halda, Nobel 

Komitəsi, liberal Amerika yazıçılarını onların sosial  tənqidçiliyinə görə seçirdi. 

Kaliforniyalı C.Steynbekin əsərlərində təsvir olunan hadisələrin çoxu Fransis-

konun yaxınlığındakı Salinas Vallidə baş verir. Onun ən çox tanınmış  əsəri olan 

Pulitser Mükafatına layiq görülmüş «Hiddətin salxımları» romanı (1939), dep-

ressiya zamanı fermasını itirib, Kaliforniyaya iş axtarmaq üçün gəlmiş kasıb bir 

Oklahomalı ailəyə  həsr olunub, onların çəkdikləri  əziyyətləri təsvir edir. Ailənin 

üzvləri, varlı torpaq sahiblərinin əlindən, feodal dövrünə xas olan şəraitdən zülm çə-

kirlər. Hadisələrin Kaliforniyada cərəyan etdiyi başqa  əsərlər sırasına aşağıdakılar 

daxildir: «Qarğıdalı Çörəyi» (1935), «Siçanlar və Kişilər Barədə» (1937), «Konserv 

zavodunda mübahisə»(1945) və «Edenin Şərqi» (1952) C.Steynbek, realizmi 

torpağa daha yaxın olan kasıb fermerlərdə əsas mənəvi dəyərləri tapan bəsit realiz-

mə birləşdirir. Onun əsərləri bu adamların acizliyini göstərir, belə ki, sərt quraq-

lıqlar bu cür adamları köklərindən çıxara bilər və onlar siyasi qarışıqlıqlar və 

depressiyalar vaxtı ilk zərər çəkən ola bilərlər. Belə maddi zərərçəkənlərlə yanaşı, 

onun «Payız gülləri» adlı hekayəsində yaratdığı üç qəhrəmanın – fermer Henri 

Alan, onun həyat yoldaşı Eliza və yoldan keçən bıçaq itiləyən adam – simasında 

yaratdığı realist və simvolik obrazlarda həyatın ziddiyyətlərini böyük ustalıqla açıb 

təsvir edə bilmişdir. Steynbek Allenlərin rançosunda baş verən adi həyat hadisə-

lərində həddən ziyadə çox olan ziddiyyətləri görə bilmişdir. 

C.Steynbek öz romanları ilə geniş oxucu  kütləsi arasında tanındı və bundan 

sonra Kaliforniyaya kütləvi miqrasiyadan bəhs edən bir neçə  əsər də yazdı. O, 

Ernest Hemenqueyn və Stefan Kreyn – Stefan Crane kimi jurnalistikada da özünü 

sınadı və II Dünya Müharibəsi haqqında İtaliya və Afrikada döyüş meydanlarından 

reportajlar hazırladı, 1966-cı ildə Cənubi Vyetnamdan böyük xəbərlər nəşr etdirdi. 

Keçmiş Sovetlər  İttifaqı ilə «dəmir pərdə»nin götürülməsində böyük xidmətlər 

göstərdi. Steynbek 1962-ci ildə  ədəbiyyat üzrə Nobel Mükafatı alan yeddinci 

Amerika yazıçısı oldu.  

C.Steynbek doğulduğu Salinas dərəsini özünün «Payız gülləri» adlı kiçik 

hekayəsində daha çox xatırlayır. Bu kiçik əsər başdan-başa simvollarla doludur. 

«Payız gülləri»  əsərində C.Steynbek payız güllərini həm realist, həm də simvolik 

mənada işlədir. Hekayənin süjeti, ilk baxışda, çox sadə olsa da, onu başa düşmək bir 

qədər çətindir. Hekayənin süjeti Allanlar ailəsindən bəhs edir: Ailə cavan olanda 

Henri Alan və Elisa xoşbəxt idilər. Onlar bir-birlərini ehtirasla sevirdilər. Kişi 

qadınına qarşı diqqətli, ləyaqətli idi. Yaş ötür, yavaş-yavaş gənclik yerini orta yaşa 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



408

verir, ehtiraslar sönür, həyati qayğılar baş qaldırır; qadın elə bilir ki,  o unudulub, əri 

onu daha sevmir, ona qarşı etinasızlıq edir, ona məhəl qoymur və s. 

Elisanın iztirablarına, ağır ailə qayğısına, tənhalığına Salinas çayının sahilindəki 

rançolarında onun yetişdirdiyi payız gülləri son qoyur. Bununla da, 37 yaşlı Elisanın 

simvolik məhəbbəti və yeni həyatı başlayır.  Əsərdə adları  çəkilməyən iş adamları, 

qalayçı obrazı da hekayənin məzmununun açılmasına, simvolların başa düşülməsinə 

köməklik göstərən vacib surətlərdir. Elisa məhəbbətini yetişdirdiyi güllərə salır, 

onlara ehtirasla qulluq etməyə başlayır. Payız gülləri süjeti qabaqlayaraq hekayənin 

əsas ziddiyyətini yaradır. Onlar həmçinin Elisanın daxili aləmini açır, hadisələrin 

aydınlaşmasına və hekayənin mövzusunun açılmasına yardım göstərirlər.  

Hekayə San Fransiskonun şimal tərəfində Kaliforniyanın Koust Reynez ra-

yonunda, Salinas dərəsinə  qışın gəlməsinin təsviri ilə başlayır. Müxtəlif rançolar 

Salinas çayı boyunca səpələnərək günəşin parıltısı altında nəfəs alırdı. Soyuq 

dekabr ayında ağacların yarpaqları saralıb yavaş-yavaş tökülürdü. Söyüdlərin bu-

daqları aşağı sallanaraq zəif günəş işığından qidalanırdı. Bütün bunlar Elisanın hə-

yatının simvollarla təsviridir.  

«Qışda Solan güllər» Elisanın xoşbəxt həyatının qısa olmasının simvoludur. 

Elisanın güllərə  həvəslə  qulluq etməsi onun ehtiraslı  və güclü qadın olduğuna 

sübutdur. Artıq o, bəslədiyi gülləri ehtirasla sevməyə başlayır. 

«Payız gülləri» hekayəsində hadisələr 1930-cu illərdə Montereydə baş verir. 

Elisa düşünür ki, belə gözəl çiçəkləri o heç zaman Nyu-Yorkda və ölkənin şimalın-

da yetişdirə bilməzdi. Bu hekayə ilə C.Steynbek Elisanın və güllərin real olduğunu 

göstərməyə çalışmış, onun keçmiş  həyatını  və  gələcəyinə ümidlərini isə  əsərdə 

verilmiş qış, duman, yağış kimi simvolizə etmiş, gələcəyə inamının payız güllərinə 

olan məhəbbəti ilə  simvolizə etmişdir. Elisanın payız güllərinə xidməti, onları yol 

kənarında yetişdirməsinə  gələcəyə ümidli olması oxucuya bu hekayənin iki əsas 

mənasını dərk etməyə kömək edir. 

II Dünya müharibəsi illərində C.Steynbek «Ay batdı» («The moon is down») 

povestini, eləcə də «Nə vaxtsa müharibə olub» («Once there was a war») kitabını 

yazmışdır.  

«Mirvari» («The pearl») müəllifin özünün dediyi kimi var-dövlətin məhvedici 

və təsirləndirici qüvvəyə çevrilməsi haqqında yazılmış əsərdir (3, 8).  

1952-ci ildə C.Steynbek «Edemdən Şərqə doğru» («East of Edem») romanını 

çap etdirir. Bu, ənənəvi ailəvi romandır. Bütün hadisələr iki aləmin – Samuel 

Hamiltonun və Adam Fraskın ailələri ətrafında cərəyan edir. Bu roman Amerika cə-

miyyətinin inkişafı və bərpası haqqında yazılmışdır. Burada, əsasən, ailələrin necə 

və hansı yollarla pul qazanması,  şəhərlərin kasıb camaatının yaşayış  tərzi, cəmiy-

yətin çox hörmət etdiyi şəxslərin əyləncələri və s. geniş surətdə əks olunmuşdur.  

1961-ci ildə C.Steynbek özünün üçüncü böyük romanı olan «Narahatlığımızın 

qışı» («The winter of our discontent») əsərini yazır. Bu romanda hadisələr yeni 

İngiltərənin köhnə  şəhərlərinin birində baş verir. Baş  qəhrəman  İten  əsərin 

əvvəlində ədalətli, düzgün, ağıllı və bir sıra digər insani xüsusiyyətlərə malik olan 

obrazdır. Lakin zəmanənin alçaq prinsipləri İteni dəyişdirir. O, yaxşı yaşamaq, varlı 

həyat sürmək və bu kimi digər arzularını həyata keçirmək üçün iyrənc əməllərə əl 

atır. Hətta pula görə dostunu içkiyə qurşandırır. Nəinki İten, onun yoldaşı da, hətta 

uşaqları da varlanmaq arzularını  həyata keçirmək üçün hər bir iyrənc hərəkətə 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



409

hazırdırlar.  Əsərdə yazıçının oxucuya çatdırmaq istədiyi budur ki, Amerika 

cəmiyyəti  ən saf, ən təmiz insanı belə, pis, alçaq adam səviyyəsinə  qədər çatdıra 

bilər. Cəmiyyət,  ətraf mühit İteni müsbət obrazdan mənfi obraza çevirir. Yazıçı 

burada İteni yox, zəmanəni, cəmiyyəti günahlandırır.  

1964-cü ilin yayında C.Steynbek ABŞ-ın «Azadlıq Medalı» ilə təltif edilir. Bu 

illərdə həmin medal ali ölkənin mükafat səviyyəsində idi.  

Həmin ilin qışında yazıçı Avropaya səyahətə  çıxır. Səyahət zamanı 

C.Steynbekin diqqətini cəlb edən detallardan biri bu oldu ki, Avropa ölkələrində ya-

zıçılar ölkənin siyasi həyatında aktiv iştirak edirlər. Bundan başqa, Avropa ölkələ-

rinin yazıçıları, şairləri, ümumiyyətlə sənət adamları sadə vətəndaşlardan qaçmırlar 

və gündəlik problemlərlə maraqlanır, gördüklərini də öz əsərlərində əks etdirirdilər.  

C.Steynbekin səyahəti kiçik bacısı Merinin ölüm xəbərinə görə yarımçıq 

qaldı. 


ABŞ-ın «Vikinq» nəşriyyatının prezidenti C.Steynbekə ölkənin 50 ştatın ha-

mısına uyğun bir mətn yazmağı təklif edir. Həmin kitab «Amerika və amerikalılar» 

adlanır. 

Yazıçı bu kitaba mətnlər yazandan sonra qeyd edirdi: «Bu kitab çap olunan-

dan sonra, mən gərək öz həyat təhlükəsizliyimi təmin etdirim. Mən bu kitabda 

«Amerika» anlayışını saata bənzətmişəm ki, açıq-aydın bu saatı işləməyə nə vadar 

etdiyini əks etdirə bilim. Bu halda çoxlu maraqlı faktlar meydana çıxır».  

«Amerika və amerikalılar» kitabının çapı  ləngiyirdi,  ən böyük səbəblərdən 

biri də Vyetnam müharibəsi idi.  Bu illər C.Steynbek üçün ən ağır illər olur. Yazıçı 

fikrini başqa bir şeyə yönəltmək istəyirdi və bunun mümkünlüyünü yalnız yeni bir 

işə başlamaqda görürdü. 

Coudların Oklahomadan Kaliforniyaya getdikləri yol nəinki iki min mil məsa-

fə ilə ölçülür, o həm də itkilər və çəkdikləri əziyyətlərlə də ölçülür. Yolda doğma 

torpaq həsrətinə dözə bilməyən baba dünyasını  dəyişir, ailənin birinci oğlu Nay 

böyük bir çayın sahilində qalmağı qərarlaşdırır. Moxave səhrasından keçərkən yo-

lun çətinliyinə dözə bilməyən qoca nənə ölür, Coudlar ailəsinin qızını    –    Roza 

Saronanı tək buraxaraq Kaliforniyaya çata-çatda Koni aradan çıxır. 

Dəfələrlə ailə dağılmaq problemi ilə üz-üzə gəlir. Çox güman ki, əgər Coudla-

rın anası olmasıydı, bu hal baş verərdi: «Bizim təkcə ailəmiz qalıb, nə qədər ki, biz 

birlikdəyik, mən heç nədən qorxmuram». Ailə get-gedə tükənirdi, amma buna bax-

mayaraq daha da mehribanlaşırdı və daha da güclənirdi. Bunu da qeyd etmək lazım-

dır ki, yolda itkilərlə yanaşı, qazanclar da olub. Coudlar tez-tez ətrafda nə baş verdi-

yini başa düşməyən, lakin çox yaxşı insan xüsusiyyətlərinə malik olan adamlarla 

rastlaşırdılar. 

Bu əsərdə oxucu çox incə bir məqamla – epizodla rastlaşır. Qoca Con ölü kör-

pəni qutuya qoyaraq axar çaya - suya atır və deyir: “Üz get, hər şeyi onlara danış. 

Küçələrlə ax get. Bəlkə onlar səndən öyrəndilər. Sən ancaq bu cür danışa bilərsən. 

Mən heç bilmirəm, sən oğlansan, ya qız. Və heç vaxt da bilməyəcəyəm. Ax get, 

hardasa küçələrin birində iliş qal. Bəlkə onlar başa düşdülər. – O, ehmalca qutunu 

suyun axarına yönəltdi və əllərini çəkdi” (4, 448). 

Maraqlıdır ki, C.Steynbekin “Qəzəb salxımı” romanı real həyat hadisələri ilə 

bağlı zəngin bir əsərdir. Deyilənlərə görə, hətta bu romandakı “Coudlar ailəsinin və 

Cim Keysinin real tarixi şəxsiyyətlər olduğu da sübut edilmişdir” (5, 151). 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



410

C.Steynbekin nəsr  əsərlərində parçalanma, dağılma, xaos, qəddarlıq, fiziki 

reallıq və çağdaş incəsənətə xas olan xüsusiyyətləri özündə daşımır. C.Steynbekin 

psix-oloji durumu, onun dünya duyumu yazıçıya məhvedici qüvvələrə qarşı qeyd 

göstərməyə imkan verir. Haqlı olaraq Sidney Finvlersteyn öz kitabında qeyd edirdi 

ki, onun üslubu – humanistlikdir, çünki bədii əsərdə həmişə insan varlığı, onun əyil-

məz ruhu bacarıqlı  əlləri hiss olunurdu. Bu romanda C.Steynbek  ümumiləşmiş, 

səciyyəvi, simvolik, universal və xüsusi, şəxsi prinsipləri vəhdətdə götürülüb. 

Romanın kompozisiyasına diqqət yetirərkən strukturunda iki tipli fəsillərin ol-

duğu üzə çıxır. Əgər bir fəsildə Coudlar haqqında danışılırsa, digər fəsildə onların 

adları belə çəkilmir. İlk fəsildə  Coudlar ailəsi müxtəlif üsullarla şərh edilir, onların 

hərəkətləri, danışıqları, başlarına gələn əhvalatlar açıq-aydın göstərilir. 

Romanın birinci hissəsində Amerika həyatının reallıqları açıq-aydın əks olun-

muşdur. Əsərdə insanların acınacaqlı vəziyyəti təsvir olunur. Bu bir parça  çörəkdən 

ötrü çəkilən əzab-əziyyətdir, öz mənafelərinə görə digərlərinin qürurunun tapdalan-

masıdır.  Ömrü boyu doğma torpaqda yaşayan, sonra isə ehtiyac üzündən həmin tor-

paqları tərk etmək məcburiyyəti və bu kimi bir çox acınacaqlı vəziyyətlər o illərdə 

Amerika həyatının real təsviridir. Lakin bütün bu hallara baxmayaraq, insanlarda 

humanizm ölmür. 

C.Steynbek bu romanda insanların humanistlik hissləri açıq-aydın göstərilir. 

O, bununla ABŞ-da ötən  əsrin 30-cu illərində  vəziyyətinin nə  dərəcədə  ağır 

olmasına baxmayaraq, insanların humanist insani xüsusiyyətlərinin itmədiyini real 

boyalarla təsvir edir (4, 454). 

Kalifoniya Coudları çox da yaxşı qarşılamadı. Hər tərəfdə sınıq daxmalar və 

çadır dəstələri, ac və iş tapmaq arzusunda olan gəlmələrlə doludur. Bundan başqa, 

insanların bu acınacaqlı  vəziyyətindən sui-istifadə edən icarədarların fırıldaqları. 

Onlar əmək haqqını hər bir vasitə ilə aşağı salmağa  çalışmaları, Şeyriflərin və on-

ların köməkçilərin özbaşınalıqları  və kobudluğu bütün Kaliforniyanı bürüyüb. 

Coudlar burada tez-tez toqquşmaların  şahidi olurlar. Tom haqsızlığa dözməyib öz 

narazılığını ucadan ifadə edən bir şəxsə qaçmağa kömək edir… 

Bir ay ərzində Coudlar hökumət düşərgəsində  qalırlar. Burada adamlar özləri 

bütün nizam-intizama nəzarət edir və müştərək olaraq yaranan problemləri aradan 

qaldırırlar. Lakin bu bir ay ərzində Tom  cəmi beş gün işləyir. İşsizlikdən  Coudlar  

yenidən yola çıxmağa məcbur olurlar.  Getdikcə gəlmələr arasında narazılıqlar artır. 

Beləliklə, C.Steynbekin nəzərdən keçirdiyimiz bəzi əsərləri, eləcə də Ameri-

kanın digər tanınmış nümayəndələri –  Uilliam Kullen Brayant, Edqar Alan Ponun 

yaradıcılığı üçün simvolika səciyyəvidir. Bu müəlliflərin müxtəlif  əsərlərində 

simvolların işlədilmə prinsipləri, onların məna çalarları, tarixiliyi, milliliyi və yeni 

dövrdəki mənaları bu ədiblərin hər birinin yaradıcılığında özünəməxsusluğu ilə 

seçilir. 

Qeyd etmək lazımdır ki, həmin  ədiblərin yaradıcılıq  ənənələri bu gün də 

Amerika ədəbiyyatında  yüksək qiymətləndirilir. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



411

Ədəbiyyat 



 

1.  Amerika Birləşmiş Ştatları (Ədəbiyyat). Azərbaycan Milli Ensiklopediyası. I c., 

Bakı, AME Elmi Mərkəzi. 2009 

2.  An Antology of English and American Verses... 1969 

3.  Steynbeck Y. The Winter of Our Discontent.  N.Y. Penguin, 1983 

4.  Steinbeck Y. The Grapes of Wrath. N.Y. Penguin, 2002  

5.  Yackson Y.B. To Tom Who Lived It: John Steinbek and the Man from 

Weedpatch. – Journal of Modern Literature. 5 (April 1976). pp.151-200 

 

Ирада Абдуллаева                          



Использование символов в литературе США 20 века 

Резюме 


 

В  данной  статье  прослеживается  использование  символов  в  прозе  и 

поэзии США.  

В  разделе  исследуются  символы  в  поэзии  У.К.Браянта.  А  также  ана-

лизируется  значение  символов  в  творчестве  Р.В.Эммерсона  и  поэтические 

принципы Э.По. 

В  центре  внимания  находятся  символические  образы  и  их  художес-

твенные особенности в поэзии известных американских поэтов и писателей.  

Символы  в  литературе  США  в  основном  воспользовались  в  поэзии  и 

прозе  таких  видных  поэтов  и  писателей,  как  Ральф  Эммерсон,  У.Уитмен, 

Э.По, Дж.Стеинбек. 

 

                                                                    Irada Abdullayeva                          



Usage of symbols of USA in American literature in 20 century 

Summary 


 

In the article the usage of symbols in prose and poetry of USA are 

investigated.  

Symbols in poems of U.K.Brayant are used also the meaning of symbols in 

the creative activity of P.B.Emmerson are analyzed and poetic principles of E.Poe is 

considered . 

Symbolic characters and the literary features of the poems of famous 

American poets and writers are in the focus of attention. 

Symbols in USA literature mainly were used in prose and poetry of well-

known writers and poets such as Rulf Emmerson, U.Witmen, Edgar Poe and 

J.Steinbeck.  

 

Rəyçi:                   Vaqif Arzumanlı 



                filologiya elmləri  doktoru,  professor 

 

 



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



412

                                                                         LEYLA RƏFİYEVA  




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə