Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə43/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

AMEA Nizami Gəncəvi adına Milli  

Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı 

rafiyeva_l@hotmail.com 

 

KİŞVƏRİNİN FARSCA ŞEİRLƏRİNDƏ TƏZAD 

 

Açar sözlər: Təzad,  Kişvərinin farsca şeirlərində təzad, oksimoron, antitezis 

Key Words: Contast, contrast in Kishwary's persian poems, antitesis, oxymoron 

Ключевые  слова:  Контраст,  контраст  в  стихах  Кишвери  на  персидском 

языке, оксиморон, антитезис 

 

XV əsr Azərbaycan şairi Nemətullah Kişvəri Azərbaycan türkcəsində zəngin 



ədəbi irsə malik şairdir.Çox təəssüf ki, şairi nə sağlığında, nə də vəfatından sonra la-

yiqincə qiymətləndirilməmiş, diqqətdən kənarda qalmışdır. Onun yaradıcılığının 

həm dövrünün, həm də özündən sonra yaşamış  şairlərin yaradıcılığında təsirinin 

izləri görünməkdədir.Şairin Azərbaycan türkcəsində olan şeirləri həm Azərbaycan-

da, həm də Türkiyədə araşdırılmış, haqqında elmi-tədqiqat işləri, məqalələr yazıl-

mış, şeirləri kitabı çap edilmişdir.Buna baxmayaraq da hələ də onun həyatı, şəxsiy-

yəti haqqında  ətraflı  və  zəngin material yoxdur.(Yazılanları yenidən təkrar etmək 

istəməzdim.  Şair

 

haqqında yazılanları baxmaq istəsəniz  ədəbiyyat siyahısında 



2,3,4,5,6,7,8,9 nömrəli mənbələr nəzər sala bilərsiniz)

.

Bu yaxınlarda isə Almaniya-



da yaşayan cənubi azərbaycanlı  Məhəmmədəli Hüseyni Kişvərinin türkcə divanın 

İran Milli Məclisində bir avtoqraf nüsxəsini aşkarladığını qeyd etdiyi yazıda, farsca 

divanının mövcudluğu haqqında məlumat vermişdir.[ 4; səh.30] Rafael Hüseynovun 

vasitəsilə  əldə etdiyimi Kişvərinin farsca şeirləri onun azərbaycanca  şeirlərindən 

daha azdır. Bu məqalədə  məqsədimiz  şairin anadilli yaradıcılığında olduğu kimi 

farsdilli irsində də üslubi- poetik vasitələrdən məharətlə istifadə edə bildiyini gös-

tərməkdir. Belə ki, şair müxtəlif təzad yaradan üslubi vasitələrdən kifayət kədər 

bəhrələnə bilmişdir.Hər bir üslubi vasitənin  şairin yaradıcılığında necə  əks olun-

masını araşdırmazdan öncə,həm ədəbiyyatşünaslıqda, həm də dilçilikdə təzad haq-

qındakı mövcud fikirlərdən bəhs etmək istərdim.Çünki ziddiyyət, təzad həm dilşü-

naslıqda, həm də ədəbiyyatşünaslıqda maraq doğurmuş bir anlayışdır. Bu səbəbdən 

araşdırmalar zamanı  təzad anlayışının müəyyən terminlərlə - antiteza, oksimoron, 

kontast, aloqizm- həm ədəbiyyatşünaslığa dair lüğətlərdə, həm də dilşünaslığa dair 

şərhi verilmişdir. Nəzərə çatdırmaq lazımdır ki, Azərbaycan türk, fars, ərəb ədəbiy-

yatşünaslığında təzad, tibaq, müqabilə  və s. terminləri ilə izah edilən ziddiyyət 

anlayışlı nitq fiqurları rus və Avropa nəzəriyyəçiləri tərəfindən antiteza, kontrast və 

digər yuxarıda sadaladığımız terminlərlə araşdırılmışdır. Həmçinin qeyd olunan 

terminlər nitq fiqurları, poetik fiqurlar, ritorik fiqurlar sisteminə aid edilmişdir. 

Bakıda nəşr olunmuş ədəbiyyatşünaslıq terminləri lüğətində müəyyən bir fikir 

və  hissi oxucuya daha qabarıq, canlı və təsirli bir şəkildə çatdırmaq məqsədilə mə-

naca bir-birinin əksi olan həyat lövhələrinin birgə verilməsi təzad adlandırılmış, əks 

mənalı söz və ifadələrin (antonim və antiteza) yanaşı işlədilməsi təzada yaxın hesab 

edilmişdir  [8;səh.167-168].  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



413

"Ədəbi ensiklopedik lüğət"də müəllif antitezanın yunan dilindən  antithesis 

sözündən olub qarşı-qarşıya qoymaq mənası verildiyini qeyd edir.Antiteza Obrazla-

rın, anlayışların kəskin qarşı-qarşıya qoyulmasına əsaslanan stilistik fiqurdur. Müa-

sir  ədəbiyyatşünalıqda məzmun  əhəmiyyətli kontrasta əsaslanan hər bir anlayışa 

deyilir. Lakin kontrasdan fərqli olaraq antiteza aşkar - antonimlərlə- nümayiş etdiri-

lir, kontrast isə gizli, açıq şəkildə verilməyə bilər.Antik ritorikada intensiv istifadə 

olunmuşdur. İnsan təbiətinin ziddiyyətlərinin təsvirinin estetik və fəlsəfi prinsipi ki-

mi ifadəsi kimi işlədilir. [20;səh.49]. 

L.İ Timofeyev və S.V. Turayevin lüğətində isə  antitezanın qısa tərifi verilir 

və antiteza əsasında atalar sözlərinin, paradoksun, oksimoronun düzəldiyi fikiri əla-

və olunmuşdur. [22;səh.5]. 

N.D. Tamarçenko ritorik fiqurlardan bəhs edərkən sözlərin işlənməsindən, ifa-

dənin məqsədindən və qrammatik cəhətindən asılı olaraq üç qrupa bölür: 1. sözlü 

ritorik fiqurlar, 2.fikri ritorik firqurlar, 3. qrammatik ritorik fiqurlar. Müəllif 

antitezanı ikinci qrupa aid edir və fikrin hissi və inandırıcı qüvvəsini artırmaq üçün 

istifadə olunan ritorik vasitə adlandırır. [21;səh.281-282]. 

Professor Turan Karataş isə bir-birinin əksi olan duyğu, düşüncə, xəyal və 

vəziyyətləri bir əlaqə quraraq bir yerdə (eyni cümlədə,misrada, beyitdə) söyləmə 

sənətini təzad adlandırmışdır. Həmçinin köhnə türk ədəbiyyatında  təzada  tibaq, 



mütəbaqat, tətbiq, təkafü adlarının verildiyini bildirmişdir.[27;s. 590] 

Redaktorluğunu professor Tacəddin Uzun olan " Anlatımlı belağat" kitabında 

təzada  tibaq adı ilə  qısaca izahın verərək yazır ki, zidd kəlmələrin eyni cümlədə 

işlədilməsini tibaq adlandırırlar və onun iki növü - icab-i tibaq (olumlu tıbak) və 



səlb-i tibaq (olumsuz tıbak) vardır.[28; s.199-201] 

"Bəlağat terimleri ansiklopedisi"ndə isə tibaq termini ilə  təzada daha geniş 

izah verilmişdir. Belə ki, lüğətdə    ﻖﺒﻄﻟا  kəlməsinin  ﻖﺒﻟﺎﻃ feilinin ﻪﻠﻋﺎﻔﻣ babındakı 

məsdəri olduğunu və leksik mənasının "  əşyanı bir-biri ilə eyniləşdirmək, bir şeyi 

digərinə uyğunlaşdırmaq" və s. kimi qeyd edir.Müəllif bir çox alimlərdən sitat gə-

tirir, bəzi alimlərin iki zidd mənalı  məcazları  tekafü  

ﻮﻓﺎﮑﺘﻟا

 

ء



   adlandırdığını 

bildirərək və sonda bu qənaətə gəlir ki, bir-birinə zidd iki mənanın bir ifadadə cəm-

ləşdirmə tibaqdır. Bundan əlavə onun mütabəəqat, tətbiq, tətabük, təzad, təkafü ad-

ları da vardır.Tibaqlar eyni nitq hissəsinə aid olduğu kimi, müxtəlif nitq hissələrinə 

də aid ola bilər və dörd növü vardır: 

1) Açıq tibaq  ﺮهﺎﻈﻟا قﺎﺒﻄﻟا - Varlığı açıqca görülüb, dərk edilə bilən tibaqdır. 

2) Gizli tibaq  ﻔﺨﻟا قﺎﺒﻄﻟا 

 ﻲ

- Varlığı açıq görülməyən və hər kəs tərəfindən bir 



andaca dərk edilməyən tibaq növüdür. 

3) Uyğun tibaq بﺎﺠﻴﻟا قﺎﺒﻃ - Biri digərinin uyğun olmamaq şərti ilə bir-birinə 

zidd mənanı ifadə edən iki sözün bir yerdə işlədilməsidir.  

4) Uyğunsuz tibaq ﺐﻠﺴﻟا قﺎﺒﻃ - Eyni sözün bir dəfə müsbət, bir dəfə də inkar 

şəklində bir ibarədə bərabər işlədilməsdinə tibaq-i səlb deyilir. [27; s.376-380]  

Maraqlıdır ki, kitabda eyham-i təzad (Bir ibarədə olan sözlərin nəzərdə 

tutulmayan mənaları arasında ziddiyyətin olması[27; s.116]), tədbic  ( kinayə 

məqsədilə aralarında təzad və şibh-i təzad olan iki mənanı bir ifadədə cəmləşdirmək 

[27; s.330]) və müqabələnin də tibaqın növlərindən olduğu qeyd edilir. [27; s.380] 

Rəşidəddin Vətvat isə "Hədayəq əl-sərfi fi dəqayəq əl-şeir" əsərində isə poetik 

üslubi vasitələrdən bəhs edilərkən şeirdə ziddiyyətin verilməsi mütəzad termini ilə 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



414

şərh edilir.Belə ki, şairin və ya dəbirin şeirdə bir-birinin ziddi olan sözləri istifadə 

edilməsi bu cür adlandırılır.[18;s.111-112] 

Bağır Qurbani Zərrin öz məqaləsində digər müəlliflər kimi təzaddan bəhs 

edərkən  قﺎﺒﻃ,  ﻪﻘﺑﺎﻄﻣ,  ﻖﻴﺒﻄﺗ  və  ﺪﻴﻨﮐ  عﻮﺟﺮﻓﺎﮑﺗ terminlərindən istifadə edir və  Xəlil 

Əhmədin təzadı motabeqe adlandırdığını yazır.[ 25] 

Təzad, ziddiyyət anlayışı dilşünaslıqda da tədqiqatçıların,nəzəriyyəçilərin də 

diqqətindən kənarda qalmamışdır. Məncə, dilşünaslıqda təzada hansı baxışın 

olduğuna qısa nəzər salınmalıdır ki,onun haqqında daha dolğun qrammatik təsəvvü-

rün yaranması təzadı daha yaxşı dərk etməyə kömək edə bilər. Dilşünaslıqda məna 

və  məntiqi cəhətdən ziddiyyət  əsasən antiteza və oksimoron terminləri adı altında 

nəzərdən keçirilir. Bunların biri-birindən fərqinin nədən ibarət olduğunu isə onlar 

haqqında fikirləri nəzərdən keçirdikdən sonra anlaya bilərik. 

Oxymoron [yunanca oxymoron çevrilmiş] Semantik  nitq fiqurudur. İki  əks 

ifadənin bir sözdə və ya birləşmədə paradoksal birləşdirilməsidir, məs: quru rütubət, 

dəhşətli qəşəng (təmçinin antitezis) [ 11;səh. 84] 

Maruzoya görə oksimoron antik ritoriklər tərəfindən işlədilən üslubi metoddur. 

Mənaca əks olan sözləri müəyyən ibarələrdə birləşdirilməsidir. [ 19;s.186 ] 

Oksimoron  yunan dilində oxymoron, hərfi olaraq ağıllı  səfehlik deməkdir. 

Sıxılmış və bundan da paradoksal səslənən antiteza, adətən antonim isimlə sifət və 

zərflə feil: diri ölü, geyimin yoxsul təmtəraqı və s. [20;s. 463] 

Oksimoron - bir-birinə  mənaca zidd gələn, məntiqi cəhətdən bir-birini inkar 

edən iki (adətən antonim olan) sözün birləşməsindən ibarət üslubi ifadə  tərzi: 

Sevimli ilan, şirin zəhər, diri ölü- Gecə-gündüz düşürdü onu; Diri ölülərin dərdi

[1;səh. 205] 

Axmanova lüğətində oksimoronun ingilis dilində oxymoron, fransız dilində 

oxymore,  oxymoron, ispanca locution oximora olduğunu yazmış  və izahını nitq 

fiquru, iki antonim anlayışın, iki mənaca bir-birinə zidd sözün  birləşməsi kimi izah 

etmişdir. [ 17;s.275] 

Tamarçenko kitabında oxucunu oksimoron terminin izahı üçün alogizm termi-

ninə yönəldir. Alogizm isə yunan dilində  a ikar hissəciyi və  logismos- ağıl,idrak 

sözlərinin birləşməsindən yaranmışdır. Ədəbi əsərin poetikasında məntiqi əlaqənin 

pozulması  və ya məhv edilməsi: həm üslubi (təhkiyəçinin və ya personajın 

nitqində), həm də süjetli-kompozisiya şəkilində (motivləşdirilməmiş süjetin inkişafı 

və ya kompozisiya qırılmaları). [21;s.18 ] 

Oksimorona daha ətraflı və aydın şərhi verən İ.R. Qalperin yazır ki, oksimo-

ron məntiqi cəhətdən mənaca iki əks, zidd olan sözün kombinasiyasıdır (çox zaman 

sifət və isim  və ya sifətlə birgə zərf) Məs: alcaq göydələn, şirin kədər, xoşagələn 

yaramaz, cazibədar eybəcər üz  və s.Əgər təyin edən sözün ilkin mənası dəyişir və 

ya zəifləyirsə, oksimoronun üslubi effekti itir. Bu hadisə bir dəfə birləşmələrdə  

işlənmiş oksimoronlarda olur: dəhşətli qəşəng, dəhşətli yaxşı, dəhşətli peşman kimi 

ifadələrdə sözlərinin ilkin məntiqi mənalarını itirir və artıq imotiv, gücləndirici mə-

nada işlənir.  

Oksimoronun mahiyyəti birləşmədə (kombinasiyada) işlənmiş sözlərin bir 

müddətlik semantik dəyişikliyin rəfedilməz gücünə müqavimət göstərən sifətin və 

ya zərfin ilkin mənasının qüvvəsindən (keyfiyyət, bacarıq) ibarətdir. Kombinasiya 

edilə bilməyən sözlərin məcburi kombinasiyası aydınlaşmış görünür, hansı ki, 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



415

onları mərkəzdənqaçma qüvvəsi aktiv olan adi söz birləşmələrindən ayrı, zidd sax-

layan mərkəzdənqaçma qüvvəsinin növü adlandırıla bilər.   Oksimoronun   struktur 

modeli  sifət + isim, bəzən də zərf + sifət kimi təqdim edilir. [14, s.158-159] 

Antiteza isə yunanca antithesis ziddiyyət deməkdir.Zidd ideyaların birləşmə-

sidir. Siyasətdə  və reklam işində inandırıcı nitqin sevilən ritorik vasitəsidir. 

[11;s.68] 

Digər müəllifə görə isə antiezis birləşmədə cəmləşdirilmiş sözlərin antonim-

ləşdirilməsidir. [17;s.47] 

Antiteza sözlərin istisnasına  əsaslanan definasiya və ya zidd sözlərin paral-

lelizmidir. [15;s.600] 

Bir  əşya və ya fenomenin xüsusi nöqteyi-nəzərdən xaraterizə etmə edərkən 

onlar arasında oxşarlıq və ümumiliyin aşkarlanması əsas şərt deyil, lakin kəskin zid-

diyyət təşkil edən cəhət olmalıdır.Burada məntiqi və üslubi təzad, ziddiyyət ola 

bilər. Məntiqi təzad istənilən iki obyektin xüsusiyyətlərinin ziddiyyətinə əsaslanır. 

Bu antonim sözlərlə verilə bilər.Üslubi təzada isə xüsusi ad verilir. Bu antitezisdir. 

Antitezis üslubiyyat və məntiq arasında bir fiqurdur.Kontrastdan fərqi odur ki, kont-

rast sırf ədəbiyyatşünaslıq terminidir. Antitezis dörd əsas funksiyanı yerinə yetirir: 

1) qafiyə yaratma, 2) bağlayıcı, 3)ayırıcı, 4) müqayisə.[14;s.222-225] 

 Beləliklə, həm Azərbaycan, həm rus, həm də ingilis dilində olan müxtəlif 

həm  ədəbiyyaüşünaslıq, həm də dilşünaslıq aspektindən təzad anlayışına nəzər 

saldıqda bu qənaətə gəldim ki, 1) ziddiyyət anlayışını özündə daşıyan təzad hər iki 

sahə üçün ortaq mövzudur, 2) təzad həm birbaş iki sözün semantik mənalarının 

ziddiyyəti əsasında (açıq təzad və ya tibaq), həm də şair, yazıçının təxəyyülündən 

asılı olaraq iki söz şərti kontrast  kimi işlədilməsil ilə (gizli təzad və ya tibaq) 

yaradıla bilər.3) Təzadlar həm söz birləşməsi (oksimoron kimi bir-digərinin tə-

yinedici sözü olan söz birləşmələri, bəlağət termini ilə adlandırsaq), həm də 

cümlələr (antiteza kimi həm eynicinsli cümlə üzvləri və ya cümlələrin parallelizmi 

ilə) şəkilində verilə bilər. Bəhs etdiyimiz təzad növlərinin Kişvərinin yaradıcılığında 

necə əks olunduğuna nəzər salaq: 

 

 

    نارﺎﮐ ﻪﻨﮔ ﺖﺳد ﻮﺗ ﻮﻔﻋ دﺮﻴﮔ ﻪﮐ ﺲﻠﺠﻣ نﺁ رد



  

          

 

 ﯽﺑ عﺎﺘﻣ ناﺪﻨﭼ ﯽﺘﻤﻴﻗ ﺪﺷﺎﺒﻧ



  ار ﯽهﺎﻨ

           

     


  [24; s. 1] 

   Bir  məclisdə ki, sənin  əhv  əlin günahkarların  əlində tutur, orda gü-

nahsızların elə də qiyməti olmaz. Bu misalda نارﺎﮐ ﻪﻨﮔ  sözü ilə 

 ﯽﺑ عﺎﺘﻣ 

ار ﯽهﺎﻨ


 sözü 

beytdə  təzad yaratmışdır. Bunu tibaq-i səlb növünə aid etmək olar.Həmçinin bu 

antitezadır. 

ﺖﺴﻴﻧ


 

 درد 


 

ﯽﻘﺷﺎﻋ


  

 نﺎﻨﮐﺎﺳرد 

  

                 ﻪﻌﻣﻮﺻ



  

      


 

نﻮﭼ


    ار ﻖﺸﻋ ﺪﻳﺎﺑ دﺮﮐ اﺮﺤﺻ نﻮﻨﺠﻣ ﻦﻣ 

       


              

 [24; s. 3] 

Kilsə sakinlərinin aşiqliq dərdi yoxdur, eşqdə mənim kimi səhranın Məcnun 

gərəkdir. 

    

         



 دﺮﻣ

مﺪﻗ ﺖﺑﺎﺛ ﯼرﻮﺸﮐ نﻮﺟ ار ﻖﺸﻋ ﺪﻳﺎ



                  

 

 



دﺮﻣﺎﻧ ﺮه رﺎﮐ

 

 دﻮﺒﻧ 



 

دﺮﻣ


 

 ﺪﻳﺎﺑ 


 

ار ﻖﺸﻋ


 

                       

  [24; s. 3] 

Kişvəri kimi eşqdə mərd sabitqədəm olmalı, 

Hər namərdin işi deyil, eşqdə mərd olmalı.  

Göründüyü kimi دﺮﻣ sözü ilə  دﺮﻣﺎﻧ sözlərindən istifadə olunaraq tibaq-i səlb 

yaratdılmışdır. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



416

            ﺎﻣ ﮥﻨﻴﺳ دﻮﺑ ﻮﺗ ﯼﻮﺗﺮﭘ زا ﻦﺷور

    

    


                 

 

                                   ﺎﻣ ﮥﻨﻴﮐ زا دﻮﺑ ﺮﭘ ﻮﺗ ﮥﻨﻳﺁ اﺮﭼ ﺲﭘ [24; s. 3] 



Sənin şəfəqinlə(şərti olaraq sevginlə) bizim qəlbimiz  nurlandı, 

Bəs niyə sənin aynan (qəlbin) bizə qarşı kinlə doludur?! 

Bu beytdə  şair  ﻦﺷور sözü ilə    ﮥﻨﻴﮐ sözünü işlədərək üslubi təzad, antiteza 

yaratmışdır.Bu gizli tibaq növünə gözəl bir nümunədir. 

   ﻢهﺁ ﻪﺒﺗﺮﻣ ﮏﻠﻓ نﺎﻨﻴﺸﻧ ﮎﺎﺧ ترد ﺮﺑ

  

               



 

 ﺖﺴﻴﻬﻟا ﺞﻨﮐ ﯽﺴﺑ ﻪﮐ

رد

 ﺎﻣ ﮥﻨﻴﺳ ﻦﻳا 



                  

   


          [24; s. 5] 

Qapında oturmuş halda ahım fələk qatındadır 

Ki, bizim bu sinəmizdə Allah yeri çoxdur. 

Burada  şair öz vəziyyətini təsvir edərkən  نﺎﻨﻴﺸﻧ  ﮎﺎﺧ sözü ilə  ﻪﺒﺗﺮﻣ  ﮏﻠﻓ 

kəlməsini istifadə edərək açıq şəkildə təzad yaradır. 

 ﺮﻬﻣ زا بﺎﺘﻓﺁ ﻪﮐ ﻪﻣ ﯼا ما ﻪﻧ  ﺎﺠﻧا رد

                   

 

ﺧ ﺪﻧز ﻪﺳﻮﺑ راﺰه



 ﮎﺎ

اﺮﻣ نﺎﺘﺳ



                          

           [24; s. 5] 

Elə bir yerdəyəm ki, ey məh ki, günəş  məhəbbətindən astanamın torpağına 

min busə qoyur. Bu beytdə بﺎﺘﻓﺁ kəliməsi ilə 

 ﮎﺎﺧ



نﺎﺘﺳ



 kəlməsi arasında üslubi təzad 

(antiteza) yaradılmışdır. 

ﺳ ﯼد ﻞﺒﻠﺑ نﻮ



                  دﺮﺳ ﺲﻔﻧ زا ﻢﻟد ﺖﺧﻮ

 

                 روﺁ ﻦﻣ ﻪﺑ ﯼرﺎﻬﺑ ﯼﻮﺑ ﺎﺒﺻ دﺎﺑ ﯼا                 [24; s. 13] 



Dey bülbülü kimi soyuq nəfəsdən ürəyim yanğılıyam. Ey badi səba, mənə 

bahar ətri gətir.  

Şeirin tərcüməsindən də göründüyü kimi دﺮﺳ  ﺲﻔﻧ  زا birləşməsi ilə  ﻢﻟد  ﺖﺧﻮﺳ 

ifadəsi arasında gözəl bir kontrast yaradılmışdır.  

                  ﻮﺗ ﻪﮐ نﺎﺴﻨﻳز ﺎﺠﺑ ﺪﻧﺎﻣ ﯽﮐ رﺎﻴﺸه لد ﮏﻳ 

 ﺮﺗ ﻪﻣﺎﺘﺴﻣ ﻮﺗ ز ﯽﻤﺸﭼ و ﻪﻧﺎﺘﺴﻣ ﯼوﺮﻴﻣ

                 

 

 



[24; s. 13] 

Bir ürək necə ayıq qalsın ki, sən məst halda gəzirsən və göz səndən daha 

məstdir.  

ﻪﮔ ﭻﻴه ار ﯽﻟﺪﺷﻮﺧ ﺮﮔ ﻢﻟد شﻮﺧ ﻮﺗ ﻢﻏ ﺎﺑ

                   

 

 شﺎﺒﻣ ﺮﮔ ﺮهﻮﮔ ﺖﺴﻴﻧ ﯼرﺬﮔ لد ﯽﺑ ﻦﻣ ﺮﺑ



               

  

         [24; s. 16] 



Sənin qəminlə ürəyim ürəyim xoşdur heç bir ürəkxoşluğu ürəksiz gövhər olsa 

belə mənim yanımda keçərli deyil. 

                       مﺮﺳ ﯼرﺁ ﺮﻳز ﺎﻳ ﺮﺠﻨﺧ ﺮﮔ ﯽﻧز ﯽﭘ ﺪﺻ 

شﻮﺧ رازﺁ و شﻮﺧ ﻢهﺮﻣ مﺮﮐﺎﺷ ﻮﺗ زا ﺪﻳﺁ ﻪﭼﺮه

             

  

      [24; s. 17]  



Aramsız məni xəncərləsən də və ya başımı əysən də, səndən gələn həır şeyə 

razıyam. Mərhəm də xoşdur, əzab da. 

Yuxarıdakı misallarda رﺎﻴﺸه  və  ﻪﻧﺎﺘﺴﻣ,  ﻢﻏ  ﺎﺑ  və  ﻢﻟد  شﻮﺧ,  ﻢهﺮﻣ  və  رازﺁ   

kəlmələrindən birincisi və ikincisi ilə açıq tibaq, üçüncüsündə isə gizli təzad 

yaratmışdır.Üçüncünü gizli təzad adlandırmağımızın səbəbi ondadır ki, ﻢهﺮﻣ 

sözünün lüğəvi mənası  dərman olsa da,burada mərhəmət mənasında  رازﺁ sözü ilə 

təzad təşkil edir. 

ﯽهﺎﻣ شوﺪﻴﺷرﻮﺧ زا ﺪﻨﮑﻓا رود ﻢﻳ ﺪﻴﻣﻮﺒﻧ

                           

       


 

ار توﺮﻣ ﯽﺑ ﺮﻬﭙﺳ نادﺮﮐ نﻮﮕﻧﺮﺳ ﯽﻬﻟا

             

 

     [23; f. 4] 



Günəşə bənzər məhdən uzaqda yaşamarıq, İlahi, vicdansız asimanı çevir.  

Yuxarıdakı beytdə ﯽهﺎﻣ شوﺪﻴﺷرﻮﺧ birləşməsində ay və günəş sözləri vasitəsilə 

təzad yaradılmışdır. Dilçilik aspektindən isə bu oksimorondur. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



417

ادﺎﺑ ﻦﻴﺒﺟ ﺮﺑ ﯽﻟﺎﺧ ﺮﻬﻣ زا بﺎﺘﻓﺁ ﯼا اﺮﺗ

                              

          

ادﺎﺑ ﻦﻴﺸﻨﻤه ﯽﻧاﻮﺟ ﻮﻧ ار ﺖﺿرﺎﻋ رﺎﻬﺑ

  

                            



      [23; f. 5] 

Bu misalda da ﯽﻟﺎﺧ ﺮﻬﻣ زا بﺎﺘﻓﺁ ﯼا ifadəsində də mehrdən məhrum ey günəş 

deyərkən şair təzad yaratmışdır.Çünki günəş yüksək hərarətli bir ulduzdur, hərarət 

məhrum günəş qeyri-mümükdür. Bu həm də oksimorona aid bariz nümunədir. 

 ﺮه و مدرد لﺎﻬﻧ

...


 ﻦﺗ ﺮﻬﺑ ﯽﻠﮐ ﻢﻏاد 

 

اﺪﻴﭘ ما ﻩدﺮﮐ ﯼرﺎﻬﺑ ﻮﻧ ناﺰﻳر گﺮﺑ ﺖﻗﻮﺑ                     [23; f. 6]    



Təzada dair digər gözəl bir misal ikinci beytdəki ناﺰﻳر گﺮﺑ ﺖﻗﻮﺑ  və ﯼرﺎﻬﺑ ﻮﻧ  

birləşməsidir. Burada birincidə payız fəsli nəzərdə tutulmuşdur, payız fəsli ilə ilk 

bahar qarşılaşdırılmışdır.                     

 ار دﺎﻳﺮﻓ ﻩر ﺐﺷ ﮏﻳ ﺮﮕﺟ زا ﻢﻳﺎﺸﮔ  ﺮﺑ ﺮﮔ 

 ار دﺎﺑا ﮥﻧﺎﺧ ﺪﺻ لد ﻩﺁ زا ﻢﻨﮐ ناﺮﻳو             [23; f. 7]    

Əgər bir gecə ciyərimdən fəryadın yolunu açsam, ürəyimin ahı ilə yüz abad 

evi viran edərəm.   

              ﻦﮐ ﻪﺗﻮﮐ زور ﺮﺑ ﻦﻣ زا ﺖﺳد و  ﯽﺘﺴه  ﯼا وﺮﺑ 

                  ﺐﺸﻣا  ما ﻪﻧاد  ار ﯽﺘﺴﻴﻧ ﯼﻮﮐ نﺎﻏﺮﻣ ﻦﻣ ﻪﮐ  [23; f. 9]    

Get ey varlıq və məndən əlinizi üz, ömrü qısalt ki, bu gecə yoxluq küçəsinin 

quşlarının yemiyəm. 

و ﺖﺴﻧﺎﻳﺮﮔ ﻩﺪﻳد

اﺮﻣ نﺎﻳﺮﺑ لد 

 

                                                      ﻮﺗ ﯼور ﯽﺑ



 

                                                     قاﺮﻓ زا نﺎﻳﺮﺑ و نﺎﻳﺮﮔ  ﻦﻣ ﻮﭽﻤه ادﺎﺒﻣ ﺲﮐ [23; f.33] 

Sənsiz gözüm yaşlıdır və qəlbim yanıqlı, 

Mənim kimi heç kəs məbada fəraqdan ağlar və yanan ola. 

ﺎﻧ ﺪﺷ ار ﺎﻣ ﻖﺸﻋ ﻩار رد

لﺰﻨﻣ ﺪﻳﺪ



 

 دود ز و ﻩﺪﻳد بﺁ  جﻮﻣ زا

لد ﺶﺗ


 [23; f.35] 

Eşq yolunda göz yaşının dalğasından və ürəyin atəşinin tüstüsündən 

mənzilimiz görünməz oldu.  

 Verilən misallar içərisində ناﺮﻳو və دﺎﺑﺁ, ﯽﺘﺴه və ﯽﺘﺴﻴﻧ, نﺎﻳﺮﮔ və büryan, بﺁ və 

ﺶﺗ  beytlərdə qoşa işlədilərək gözəl təzad nümunələri yaradılmışdır. Bu kimi 



misalların sayını artırmaq olar, lakin verilən misallar, məncə,Kişvərinin məharətli 

bir şair olduğunu göstərməyə kifayət etmişdir. 

 

Ədəbiyyat 



 

1.  Adilov M.İ. Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri lüğəti: 

sorğu lüğəti.‒ Bakı.: "Maarif", 1989.‒ 364 s. 

2.  Azərbaycan  ədəbiyyatı tarixi: 3-cü cild / /AMEA Nizami Gəncəvi adına 

Ədəbiyyat İnstitutu.-Bakı: Elm, 2009. – 736 s. 

3.  Eyvazova R.: Kişvəri “Divan”ının dili. – Bakı: Elm, 2005.- 370 s. 

4.  Hüseyni Məhəmmədəli: Kişvəri divanının avtoqraf nüsxəsi. Azərbaycan xalqının 

milli özünütəsdiqində  ədəbiyyat və  mədəniyyətin yeri. Beynəlxalq konfransın 

materialları. -Bakı: Elm, 2010, 416 səh. 

5.  Kərimov P.: Kişvəri. Türk Divanı. ( Avtoqraf nüsxəsi). – Bakı: Nurlan, 2010. – 

104 s. 

6.  Kərimov P.: Kişvəri divanının yeni nüsxəsi// 525-ci qəzet,- 01.09.2012 



7.  Qəhrəmanov C.: Kişvəri. Əsərləri. – Bakı: Şərq-Qərb, 2004.- 175 s. 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



418

8.  Mirəhmədov Əziz.:Ədəbiyyatşünaslıq terminləri lüğəti. -Bakı: "Maarif", 1978.- 

200 s. 

9. Səfərli  Ə., Yusifov X.:  Qədim və Orta əsrlər Azərbaycan  ədəbiyyatı. – Bakı: 



Maarif, 1982.- 385 s. 

10. Abrams M.H. A glossary of literary terms.Heinle & Heinle. Thomson Learning, 

1999. - 366 p. 

11. Bussmann Hadumod ,Routledge Dictionary of Language and 

Linguistics.Translated and edited by Gregory Trauth and Kerstin Kazzazi,London 

and New York,Taylor & Francis e-Library, 2006.- 1060 p. 

12. Childs P., Fowler R., The Routledge Dictionary of Literary Terms. Routledge 

Abingdon. 2006, - 260 p. 

13.  Crystal D. A Dictionary of Linguistics and Phonetics. Blackwell Publishing 

Ltd. - 2008.529 p. 

14.Galperin İ.R. Stylistics. ‒ Moscow.: Higher School  Publishing House, 1971. ‒ 

344 p. 


15. Kirsten Malmkjaer , The linguistics encyclopedia . New York: The Taylor & 

Francis e-Library. - 2006. 795 p. 

16.  Richards J. C., Schmidt R., Longman Dictionary of language teaching and 

applied linguistics. Pearson Education Limited .Great Britain. -2010,645 p. 

17.

 

Ахманова  О.  С.,  Словарь    лингвистических    терминов.  Москва 



издательство  «Советская энциклопедия» —1966, 607 с. 

18.  Ватват Р., Сады  волшебства в тонкостях поэзии. Перевод и комментарии 

Н. Ю.Чалисовой. М., «Наука»-  1985, 323 стр. 

19.  Марузо  Ж.  Словарь  лингвистических  терминов.  Москва:  Издательство 

иностранной литературы. 1960.- 438 с. 

20.  Кожевникова  В.  М.,  Николаева  П.  А.  Литературный  энциклопедический 

словарь. Москва: Советская энциклопедия. 1987. —752 с 

21.  Тамарченко Н. Д. Поэтика: Словарь актуальных терминов и понятий / Гл. 

науч. ред. Москва: Издательство Кулагиной; Intrada, 2008. — 358 с. 

22.  Тимофеев  Л.  И.,  Тураев  С.  В.,  Краткий  словарь  литературоведческих 

терминов. Москва: «Просвещение» 1985.-141 с. 

23.  Kişvərinin farsca divanı. İran Milli Məclisi nüsxəsi, 9162.- Foto N 001- 0067 

24.  Kişvərinin farsca divanı.Məhəmmədəli Kərimzadə nüsxəsi. - 77 s. 

25. http://www.encyclopaediaislamica.com/madkhal2.php?sid=3593 

26.  Akdemir H. Belağat terimleri ansiklopedisi. İzmir Çağlayan A.Ş., 1999. -415 s. 

27.  Karataş T. Ansiklopedik edebiyat terimleri sözlüğü.  İstanbul.Sütun yayınları. 

2011.- 654 s. 

28.  Uzun T. Anlatımlı belağat. Konya,.Sebat ofset Matbaacılık. 2008.- 286 s 




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə