Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə44/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

 

 

Лейла Рафиева 



Контраст в стихах 

Кишвери на персидском языке 

Резюме 

 

Ниматуллах Kишвери как один из поэтов XV века сыграл большую роль 



формирования  поэзии  Азербайджана  этого  столетия.  Он  жил  раньше 

Мохаммада Фузули Багдади, и был слвременником великого узбекского поэта 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



419

Алишира  Навои.  Некоторые  исследователи  полагают,  что  он  подготовил 

хорошую  почву  для  литературного  творчества  Мохаммада  Фузули.  Он 

оставил богатое литературное наследие на азербайджанском тюркском языке, 

который был изучен различными исследователями. Одним исследователем из 

Германии был обнаружен диван на персидском языке. В этой статье отражены 

мои  попытки  показать  один  из  интересных  стилистических  приемов  из 

исследуемых  мной  персоязычных  стихов  Кишвери.  В  ней  также  кратко 

представлены  риторические,  стилистические  фигуры,  такие  как  антитеза, 

оксюморон, контраст с лингвистического и литературоведсекого аспекта. 

 

 Leyla Rafiyeva 



Contrast in Kishwary's persian poems 

Summary 


 

 Namatullah Kishwary as one the of the poets of XV century had a big part in 

formation of Azerbaijan poetry of that century (of that historical period). He lived 

earlier than Mohammad Fuzuli Bagdadi, and was contemporary of great uzbek poet 

Alishir Navai. Some researchers consider that he prepared good basis for 

Mohammad Fuzuli's poetical work. He has great literary heritage in Azerbaijani-

Turkish which has been studied by the different researchers. Recently a researcher 

from Germany has found his persian diwan. In this article there is a short 

presentation of rhetorical, stylistic figures, such as an antithesis, an oxymoron, 

contrast from linguistic and literary criticism aspect .

 

 

Rəyçi:              Rafael Hüseynov 



                filologiya elmləri doktoru, professor 

                     

 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



420

  AYBƏNİZ RƏHİMOVA 



   

 

 

 

 

  filologiya üzrə fəlsəfə doktoru 

  AMEA Əlyazmalar İnstitutu 

 

“BATTALNAMƏ” DASTAN NÜSXƏLƏRİ ARASINDA BƏZİ 



MÜQAYİSƏLƏR 

 

Açar sözlər: “Battal Qazi”, din, dastan, qəhrəmanlıq, arxaik 

Ключевые слова: « Баттал Гази», религия, эпос, героизм, архаичный 

Key words:  “Battal Gazi”, religion, epos, heroism, archaic 

 

Türk millətinin tarixində İslamiyyətin qəbulu ən önəmli dönüş nöqtəsi olmuş-

dur desək, yanılmarıq. Müsəlman mədəniyyətinin türk elminə və təhsilinə təsiri də 

danılmaz həqiqətdir. Prof. Əbdülqadir Karahanın dili ilə desək, “İslamiyyet Türk 

milleti için yeni ileriye götürücü, eski dinlerinden çok daha inandırıcı ve gerçek bir 

kuvvet kaynağı olmuştur

. Bu yeniliklərlərin, türk dili və  ədəbiyyatının inkişafına 



güclü təsiri də məlumdur. XII-XIII yüzilliklərdə Anadoluda təsəvvüf və qəhrəman-

lıq mövzusunda, xalq ədəbiyyatı üslubunda müqəddəs kitabımız Qurani-Kərimin 

əlifbası ilə  əsərlər yazan mütəfəkkir yazıçılarla yanaşı, müəllifsiz, xalq tərəfindən 

dini mövzular altında yaranan dastanlar yazılı  ədəbiyyata gətirilirdı. Bu dastanlar 

türk mədəniyyəti tarixində çox önəmli yer tutmuşlar. Şahlardan, sultanlardan, mü-

haribələrin gedişindən bəhs edən dastanlar, şifahi variantlarda gəzərək sinədəftər 

adamlar tərəfindən məclislərdə söylənmiş, ağızdan-ağıza keçərək təkmilləşmiş, ya-

zılı ədəbiyyat üçün xam mənbə rolunu oynamış və nəticədə müəllifi bəlli olmayan 

dini, tarixi, qəhrəmanlıq dastanları meydana gəlmişdir. Dastanların müdrük adamlar 

tərəfindən qorunub saxlanılması bunların toplanıb yazıya köçürülməsi yuxarıda gös-

tərdiyimiz kimi belə abidələrin özündən sonra yaranan yazılı ədəbiyyatın inkişafına 

da böyük təsiri olmuşdur. Yazılı abidələr tarixi həqiqətləri, baş vermiş hadisələri, 

coğrafi yer adlarını tarixi şəxsiyyətləri gələcək nəslə tanıtmış, həmçinin yazı dili və 

danışıq dili üçün bir qaynaq olmaqdadır. Bu abidələrdən biri, bəlkə də birincisi türk 

xalqının əsrlər boyunca sevərək oxuduğu, maraqla dinlədiyi “Battal Qazi” dastanı-

dır. Dini, tarixi qəhrəmanlıq dastanı olan “Battal Qazi”nin əsasında Əməvilərin Bi-

zansa yürüşlərində orduya başçılıq etmiş, ərəbcə “bahadır”, ”igid”, “qəhrəman” bəzi 

türk mənbələrində isə “vaz keçdi”, “çaydı” mənası daşıyan “Battal” ləqəbli bir şəx-

sin bu torpaqlarda İslamı yaymaq uğrunda  şücaətlə mübarizə aparmasından bəhs 

edilir. Mənbələrin məlumatına əsasən, Əməvi ordusunun komandanı olmuş bu müs-

təsna savaşçı tarixi şəxsiyyət olaraq Malatyada doğulmuş, Anadolu torpaqlarında 

“Əskişəhər” yaxınlığındakı “Seyyid Qazi” qəsəbəsində  əbədiyyətə qovuşmuşdur. 

Onun şəhadətindən yüz il keçdikdən sonra mənqəbələrini türk xalqı xəyalında for-

malaşdıraraq, XII-XIII yüzilliklərdən başlayaraq məclislərdə, meydanlarda oxumuş-

lar. Əsrlərdən bəri türk xalqı arasında geniş yayılan “Battal Qazi” dastanının istər 

əlyazma, istərsə  də  mətbu nüsxələri bu çağa qədər hər bir türk kəndlisinin evində 

qorunub saxlanılmaqdadır. Dünyanın bir çox ölkələrinin, o cümlədən  İngiltərə, 

Fransa, İtaliya, Almaniya, Sankt-Peterburq kimi şəhərlərin məhşur kitabxanalarında 

dastanın nüsxələrinin varlığı haqqında müasir şərq əlyazma kataloqları xəbər verir. 

“Battal Qazi” və ya “Battalnamə” nüsxələrinin istər həcm, istərsə  də  məzmun 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



421

cəhətdən fərqli olması və bir mənzum şəklinin də mövcudluğu barədə türk alimləri-

nin yazılarında tanış oluruq.  

Türkiyə  və Azərbaycan respublikaları arasında din və dil birliyindən başqa 

mədəni-ədəbi əlaqələr də uzun əsrlərdir ki, davam edir. Bunun bariz nümunələrin-

dən biri milli mənəvi dəyərlər ocağı olan Azərbaycan Milli Elmlər Akademiyası 

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində çoxsaylı türk əlyaz-

malarının qorunaraq saxlanılmasıdır. Bu zəngin abidələr arasında yuxarıda haqqın-

da danışdığımız “Battal Qazi” dastanının dörd nüsxəsi saxlanılmaqdadır. Nüsxələrin 

üçü V-86, XVI-165, X-1080 şifri altında mühafizə olunan və Türkiyə mətbəəsinin 

əski daşbasma çapı, biri isə B-7698 şifrəli  əlyazma nüsxəsidir. Uzun illər boyu 

Azərbaycan türkləri türk-İslam mədəniyyətinə doğru can atmış olsalar da, Sovet re-

jimi dövründə dini mövzu ilə bağlı çalışmalara qadağa qoyulduğundan insanların bu 

sahədə bilik dairəsi də məhdud idi. Lakin son illər müstəqillik əldə edən ölkəmizdə, 

türkçülük və  İslamla bağlı görülən bir çox işlərlə yanaşı,  əlyazma abidələrinin 

tədqiqi və  nəşri də sürətlə artmaqdadır. Çox təəssüf ki, XII-XIII əsrlərdə yazıya 

alınması təxmin edilən, Şərq və Qərb alimlərinin tədqiqat obyekti olan “Kitabi-Sey-

yid Battal Qazi” dastanının Bakı nüsxəsi uzun zamanlar diqqətdən kənarda qalmış, 

nəşr olunmamış və lazımi qədər tədqiq edilməmişdir. Xatırladaq ki, Battal Qazi das-

tanı ən çox Türkiyə ərazisində istər əlyazma, istərsə də çap nüsxələri şəklində təd-

qiq edilmiş, türk xalqının sevimli ədəbi mövzularından biri kimi, onunla bağlı film-

lər belə çəkilmişdir. Yeri gəlmişkən dastanın tədqiqi və nəşri tarixinin bəzi məqam-

larına nəzər yetirməyi lazım bilirik. “Battal Qazi” dastanının mətnşünaslıq baxımın-

dan tədqiqinə ilk dəfə 1871-ci ildə Alman alimləri H.Fleişer, H.Etye tərəfindən baş-

lanmışdır. Alimlər bir neçə əlyazmanın müqayisəsi əsasında hazırladıqları mətni al-

man dilinə  tərcümə edərək zəngin nəşrlərə nail olmuşlar. Türkiyədə isə ilk dəfə 

“Battal Qazi”ni tədqiq edən  şərqşünas alim, prof. M.F.Köprülüzadə, 1918-ci ildə 

nəşr etdirdiyi ”Türk ədəbiyyatında ilk mütəsəvvüflər” əsərində Battalın nəsil-nəca-

bətindən söhbət açmış, onu əfsanəvi türk qəhrəmanı kimi qiymətləndirmişdir. 

M.F.Köprülüzadə 1928-ci ildə  nəşr  edilən “Türk ədəbiyyatı tarixində” də (18, s. 

295-303); (19, s. 28)  adı kecən dastanın elm aləmində tədqiq olunan bütün nəticələ-

ri və Battal mənqəbələri haqqında geniş izahatlar vermişdir. Bu tədqiqatiardan sonra 

Seyyid Battal və onunla əlaqəli məsələlər üzərində çalışan, Bizans və İslam filologi-

yası ilə məşğul olan bir sıra alimlər tərəfindən araşdırmalar aparılmış və mükəmməl 

nəticələrə nail olmuşlar. Daha sonralar 1929-30-cu illərdə M.Henri Qreqoire tərə-

findən Bizanslıların məşhur “Akritas” dastanı ilə “Seyyid Battal” arasındakı əlaqə-

lər müəyyənləşdirilmişdir. M.Qanard, R.Qoossens, P.Kuruakides kimi alimlər tərə-

findən  ərəblərin məşhur “Dəlhimmə” (“Zatül-himmə”, “Zül-himmə”) dastanı ilə 

türk dastanı “Battalnamə“ arasındakı oxşar cəhətlərə aydınlıq gətirən tədqiqatların 

müəlliflərinin adlarını qeyd etməmək mümkün deyildir (13, s. 206). Türkiyədə 

“Seyyid Battal” dastanını  tədqiq edən  B.M. Qocatürk, P. Boratov, Ə.Kabaklı, 

H.Köksal,  N.Demir, İ.Məlikovanın, Azərbaycanda isə dastanın Bakı nüsxələri haq-

qında ilk məlumatı verən A. Musabəyli kimi alimlərin tədqiqatları ilkin bilgilər al-

maq üçün faydalı olmaqla bu sahədə çəkdikləri zəhmətlər təqdirə layiqdir.  

Qaynaqlara söykənərək  İslam ensiklopediyasındakı yazılarında P. Boratav  

“Battalnamə” haqqında  əhatəli təhlil vermişdir. Battalın tarixi-mənqəbəvi  şəxsiy-

yəti, ədəbiyyatda Battal adı, türkcə Battal romanı, mənzum Battal romanı, xalq şair-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



422

ləri və Battal kimi məsələlərdən bəhs etmişdir. Fransadakı Strasburq Universitetinin 

tanınmış türkoloq alimi İ. Məlikova 1988-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetin-

də “Babək Xürrəmi və Seyyid Battal” məqaləsi ilə çıxış edərək “Seyyid Battal” das-

tanlarında epizodik hadisələrdən birini, Babək üsyanını IX əsr Abbasi xəlifələrindən 

olan Mötəsim zamanında olduğunu nəzərə çatdırır. Alim dastandakı Battal obrazını 

gerçəkdən tarixi şəxsiyyət kimi, Babəklə Battal arasında müqayisələr aparır.  

Peterburq  Şərqşünaslıq  İnstitutunun elmi işçisi V.S. Qarbuzovanın 1959-cu 

ildə nəşr etdirdiyi “Məlik Əhməd Danişmənd” dastanının “tarixi filoloji tədqiqi” ad-

lı monoqrafiyasını yazarkən adı keçən dastandan bir əsr əvvəl yazılmış, eyni stilli    

“Battalnamə” dastanına da toxunmuş, onu tədqiq edən türk alimləri M.F. Köprülü-

nün, H.Ə. Yücelen, xüsusilə Rusiya alimi V.O. Smirnovun əsərlərinə müraciət edə-

rək bu qaynaqlardan bəhrələnmişdir (22, 85-92). 

2004-cü ildə Bakı şəhərində “Türk xalqlarının ədəbi keçmişi: türk dastanları” 

adı altında keçirilmiş simpoziumda Türkiyə Fatih Universitetinin müəllimi Dr. Əli 

Yıldız “Battal Qazi” dastanında “Tasavvuf və Sembolizm” məqaləsi ilə çıxış etmiş-

dir. Məqalədə müəllif “Türklerin İslami kabulünden sonra teşekkül etmege başlayan 

“Battal Qazi” dastanı, benzerlərini kölgədə  bırakarak niçin bu kadar tutulmuş, 

benimsenilmişdir?”. Qarşısına çıxan problemə  cavab tapmaq üçün müəllif tə-

səvvüfü əsas tutaraq dastanı təhlil etmiş və bunsuz “Battal Qazi” dastanına yaxın-

laşmanın mümkünsüzlüyünü izah etmişdir. “Battal Qazi Allahın yaratdığı bir nur-

dur” deyən müəllif onun Hz. Məhəmmədin (s) soyundan olmasını vurğulamış, Pey-

ğəmbərin vəfatından sonra Əhli-beytin (ə) Battal Qaziyə  qədərki nəslinin ardıcıl, 

sistemli  şəkildə vermiş  və birbaşa Peyğəmbərin varisi olması haqqındakı fikrini 

açıqlamışdır. Həcmcə iri olan bu məqalədə müəllif dastanın məzmununu əvvəldən 

sona qədər şərh etmiş və Şeyxül-əkbər Mühyiddin ibn Ərəbinin “Tədbirati-İlahiy-

yə” Yunus Əmrənin “Risalətün-Nushiyyə” adlı məsnəvisindən nümunələr gətirərək 

qarşılıqlı müqayisələr aparmışdır. (21, 159-166) “Battal Qazi” dastanının Bakı 

nüsxələrinin varlığı haqqında ilk məlumatı 1998-ci ildə ardıcıl iki məqalə  dərc 

etdirməklə  mətnşünas alim, f.e.d. Azadə Musabəyli vermişdir. Alim “Battal Qazi 

dastanının Bakı əlyazması” məqaləsində dastanın Əlyazmalar İnstitutunda qorunan 

daşbasma nüsxələri barədə məlumat vermiş, onların paleoqrafik təsviri zamanı V-86 

şifrli daşbasma kitabının  N. Nərimanova məxsus olduğunu müəyyən etmişdir (9). 

O, həmçinin həmin ildə  nəşr etdirmiş “Battal Qazi” dastanının sözügedən B-7698 

şifrəli əlyazmanın, tanınmış dilçi alim, prof. Əbdüləzəl Dəmirçizadənin Əlyazmalar 

İnstitunun arxivində saxlanılmasını  aşkarlamış  və elmi-paleoqrafik təsvirini 

vermişdir. Bu məqalələr təkcə abidənin  əlyazma və çap nüsxələri haqqında deyil, 

ümumiyyətlə dastan haqqında Azərbaycanda ilk və yeganə  tədqiqatlar sayıla bilər 

(8). “Battal Qazi” tədqiqi və  nəşri bununla bitmir. Bunları  nəzərdən keçirdikcə 

dastan ətrafındakı tədqiqatların əksəriyyətinin məqalə xarakterli olmasını müşahidə 

edirik. Əlbəttə ki, bu əsərlər türk elmində və Azərbaycanda ilk tədqiqatlar baxımın-

dan çox dəyərlidir. Dastanın tədqiqi üçün geniş  təsəvvür və  dəqiq faktlar verir. 

Lakin Türkiyədə yaranan ilk yazılı abidə kimi daha geniş  tədqiqatlara layiq olma 

prinsipi ilə apardığımız axtarışlar zamanı qarşımıza yard. doç. dr. Həsən Köksalın 

tərtibatı ilə “Battal Qazi” dastanının 2003-cü il nəşri çıxır. Kitabın giriş hissəsindən 

məlum olur ki, Həsən Köksal 1981-1983-cü illər “Battalnamələrdə tip və motiv 

yapısı” adlı doktorluq işini tamamlamış, alimlik dərəcəsi almışdır. Bu fikirdən 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



423

məlum olur ki, H.Köksal “Battalnamə”lər ətrafındakı tədqiqatlarından sonra ”Battal 

Qazi”nin  nəşrinə qərar vermişdir. Kitabın  “Sözbaşı” deyilən hissəsində isə dastan 

haqqında ümumi bilgilər verilmişdir. 327 səhifəlik bu əsərin sonunda, 1206 (h) 

tarixi qeyd olunmuşdur ki, bu da kitabın qədim əlyazma əsasında nəşr olunduğunu 

güman etməyə  əsas verir. Lakin nəşr olunmuş dastanı  nəzərdən keçirdikcə aydın 

olur ki, Hasan Köksalın tərtib etdiyi mətn çağdaş türk dilinə uyğunlaşdırılmış çətin 

anlaşılan  ərəb və fars sözləri alınma Avropa sözləri ilə  əvəz edilmişdir. Həmin 

mətndəki kontrol (yoxlama), banyo (hamam), panik (qül-qülə), risk (təhlükə) kimi 

yabançı sözlər qədim tarixə malik olan abidənin dilinə  xələl gətirəcək dərəcədə 

müasirlik vermiş  və onu orijinaldan uzaqlaşdırmışdır (20,1-14). Prof. dr. Nəcati 

Dəmir bu nəşri təqdirəlayiq bir iş kimi qiymətləndirərək yazır: “Türkiyede “Battal 

Qazi” dastanı konusunda yapılmış üç çalışma dikkati çekmektedir. Bunların ilki ve 

hiç şüphesiz en önemlisi Hasan Köksal tarafından hazırlanan “Battalnamelerde Tip 

ve Motif Yapısı” adlı çalışmadır. Diger çalışma da Köksala aitdir”  Son zamanlar 

isə “Battal Qazi” dastanı haqqında bilgilərimizi daha da genişləndirmək imkanı 

yaradan, diqqətə layiq iki yeni Türkiyə  nəşri ilə tanış olmuşuq. Bu kitabların 

müəllifi gənc yaşlarından yaradıcılığını Türk xalq ədəbiyyatına, xüsusilə dastanların 

tədqiqi və nəşrinə həsr etmiş və bu istiqamətdə yüksək elmi nailiyyətlər qazanmış 

məhsuldar alim, Prof. dr. Nəcati Dəmirdir. “Battal-name” və “Battal Qazi”  

başlıqları altında dastanı iki variantda Prof. dr. N.Dəmir, yrd. doç. dr. Mehmed 

Dursun  Ərdəm ilə birlikdə 2006-cı ildə “Hece” yayımları  mətbəəsində öz şəxsi 

vəsaitləri hesabına nəşr etdirmişlər. N.Dəmir “Battalnamə”dən qaynaqlanan digər 

türk dastanları “Danişmənd-namə” və “Saltıq-namə” abidələrinə də biganə qalma-

mış, elə həmin ildə hər iki dastanı nəşr etdirmişdir (16, 9-11). Alim “Battal-namə” 

dastanının tənqidi mətnini qurarkən bütün nüsxələrindən istifadə etmiş, əskik, naqis 

nüsxələri tutuşdurmuş, XIII yüzilliyin sonu və ya XIV əsrin birinci yarısı basılmış 

daşbasma çapına əsaslanaraq mətni nəşrə hazırlamışdır. Nüsxənin həqiqətən 1800-

cü ilə aid olmasını dil özəlliklərinin təhlili vasitəsilə sübuta yetirmişdir. Kitab “Ön 

söz”, ”Giriş”, 62 səhifədən ibarət tədqiqat işindən, “Battal-namə”nin  əski Türkiyə 

türkcəsi ilə  mətnindən və özəl adların izahatından ibarətdir. (15, 19-26) Yuxarıda 

qeyd etdiyimiz “Battal-namə” ilə eyni tarixdə  nəşr olunmuş digər kitab “Battal 

Qazi” dastanıdır. Bunları  fərqləndirən cəhət “Battal Qazi” dastanının müasir Tür-

kiyə türkcəsi ilə olmasıdır. Müəlliflər bu kitabı  ədəbiyyat dərsləri üçün 

hazırlamışlar. Bu kitaba qədərki nəşrlərin arasında tələbələrin tam aydınlığı ilə 

oxuya biləcəkləri və yararlanacaqları yetərli bir qaynağın olmamasını müəllif özü 

göstərmişdir (16, 9-11). 

Əsərin bizim tərəfimizdən çapa hazırlanan nüsxəsi AMEA Məhəmməd Füzuli 

adına Əlyazmalar İnsitutunda B-7698 şifri altında mühafizə olunan və “Kitabi-Seyyid 

Battal Qazi” adlanan əlyazmasına  əsaslanır. Ancaq mətni tərtib etdiyimiz zaman biz 

əsərin Əlyazmalar İnstitunda saxlanılan digər daşbasma nüsxələri ilə də tanış olmuşuq.  

Azərbaycan dastanlarında olduğu kimi, burada da əfsanəvi və mifoloji ob-

razlara, dünyəvi surətlərə, müqəddəs şəxsiyyətlərin adlarına, sehirkar tarixi obrazlara 

və ümumi sənətkarlıq  əlaqələrinə  təsadüf edilir. Bu və ya digər oxşar cəhətləri 

Azərbaycanda yaranan ilk yazılı abidə “Kitabi-Dədə Qorqud” boylarında da, onun 

təsiri ilə yaranmış “Koroğlu” dastanında da hadisələrin oxşar cəhətlərin olması pa-

ralellər və müqayisələr aparmaq üçün zəmin yaradır. Misal üçün, Battal Qazinin 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



424

ətrafındakı tərəfkeşlərinin olmasına baxmayaraq o, döyüş meydanlarında təkdir. Biz 

bunu “Dədə Qorqud” dastanında Qazan xanın, “Koroğlu”da isə Koroğlunun 

simasında görürük. Ən qorxulu döyüşə belə təkbətək atılırlar. Yaxud “Dədə Qorqud” 

dastanında Salur Qazan ildə bir dəfə öz varını yoxsullara paylayır. Ac qarınları 

doydurur, çılpaqları geyindirir. Battal da əldə etdiyi qəniməti xalqa paylayır, özü heç 

nə götürmür. Bir başqa oxşar cəhət Salur Qazanın “Qonur” atı, Battalın “Aşqarı”, 

Koroğlunun isə “Qırat və Dürat”ı  məsələsidir. Hər üç qəhrəmanın özünəməxsus 

qılıncları və döyüş alətlərinin oxşarlıqlarını hətta süjet xətlərini təşkil edən hadisələrin 

də biri-birinə  bənzərliyini görürük. Battalın döyüş meydanlarında düşmənin bağrını 

yaran nərəsi, Koroğlunun yeri-göyü titrədən nərəsini xatırladır və s. Onlarca belə 

oxşar cəhətləri göstərmək üçün nümunələr gətirmək mümkündür. Göründüyü kimi 

geniş müqayisəli təhlil aparmaq həcmcə kiçik olan yazıda mümkün deyildir. 

Düşünürük ki, əsərin əlimizdə olan bütün nüsxələri qarşılaşdırılmalı və bundan sonra 

Azərbaycan dastanları arasında müqayisəli şəkildə öyrənilməlidir. Ümumiyyətlə dini, 

tarixi və qəhrəmanlıq məzmununa malik olan “Seyyid Battal Qazi” dastanının bizim 

üçün tədqiqat  əhəmiyyəti Azərbaycan xalq dastanları ilə, xüsusən “Kitabi Dədə 

Qorqud” boyları ilə müqayisəsindən ibarətdir. Bunu da qeyd etmək lazımdır ki, 

”Kitabi Dədə Qorqud” dastanı özündən sonra yaranan Azərbaycan dastanların inkişa-

fında, formalaşmasında tükənməz mənbə olduğu kimi, “Battal Qazi”nin təsiri ilə ya-

ranan, tarixi hadisələri əks etdirən daha iki böyük əsərin “Danışmənd-namə” və “Sal-

tıq-namə” kimi Türk yazılı abidələrinin yaranmasına qaynaqlıq etmişdir. Türklərin 

mədəniyyət tarixində mühüm və həlledici rolu olan bu üç əsərin aralarındakı zaman 

fərqlərinə baxmayaraq eyni ideya və süjet xətti ilə biri-birinə  zəncirvari bağlıdırlar.  

Mənbələrdən məlum olur ki, ”Battal Qazi” dastanı XI-XIII yüzillər arasında təşək-

kül etmiş, XIII əsrdə qələmə alınmışdır. Yazılışı əsasən qısa, sadə, axıcı cümlələr-

dən ibarərdir. Əsərin qələmə alındığı dövr Anadolunun mərkəz şəhərlərində İslam 

mədəniyyətinin inkişaf edib gücləndiyi, hökmdarların sifarişləri ilə  ərəb və fars 

dillərində  əsərlər yazıldığı, hətta türkcə yazı nümunələrində  də  ərəb və fars 

kəlmələrinin doğmalaşaraq işlənməsi məlumdur. Elə bu səbəbdəndir ki, dastanın 

dilində ərəb və fars kəlmələri yer almaqdadır. Belə ki, Anadoluda qələmə alınan ilk 

oğuz türkcəsinin önəmli nümunəsi hesab olunur. Əsərin mətni əsrlərin süzgəcindən 

keçərək, nüsxədən-nüsxəyə köçürülmüş, zəmanəmizə çatana qədər  şübhəsiz ki, 

müəyyən təhriflərə məruz qalmışdır. Buna baxmayaraq “Dədə Dorqud” dastanı ilə 

müqayisəyə  gələ biləcək dərəcədə arxaikliyini, dil və üslub özəlliklərini xeyli 

dərəcədə saxlamaqdadır. Biz bunu dr. N.Dəmirin tərtib etdiyi XIII-XIV əsrə aid 

olan “Battal-namə” dastanı ilə əlimizdə olan “Seyyid Battal Qazi” dastanının müqa-

yisəsi zamanı daha çox müşahidə edirik. Düşünürük ki, Bakı əlyazma nüsxəsi Nəca-

ti nəşrinə nisbətən fərqlənir. Həcmi 232 səhifəni əhatə edən N.Dəmirin tərtib etdiyi 

“Battal-namədə” hekayələrin sayı daha artıq, rəvayətlər  ətraflı  və dolğun təsvir 

olunmuşdur. Əsərin girişində və müxtəlif bölümlərində ara-sıra şeir parçaları görün-

məkdədir. Bakı əlyazma nüsxəsində isə qeyd etdiyimiz kimi müəllif (katib) hekayə-

ləri yığcam, döyüş  səhnələrini qısa hətta mükalimələri konkret şəkildə ifadə 

etmişdir. Nüsxənin bu xüsusiyyətləri N.Dəmirin “Battal-namə” çapından həcmcə az 

(198 v.) olmasına gətirib çıxarmışdır. N.Dəmirin “Battal-namə” çapının mətni Əl-

yazmalar  İnstitutunda saxlanılan daş-basma nüsxələrinin mətninə daha yaxındır. 

Onlar həm də eyni quruluşda olub, hərəkəli nəstəliq xətti ilə yazılmışdır. Dr. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



425

N.Dəmir “Battal-namə”yə aid tədqiqatlarında yazır: “Battal-name” nesr olaraq kale-

me alınmıştır. Sonradan eserin girişine ve muhtelif bölmelerine çeşitli saylarda 

beytler yerleştirilmiştir”. Yuxarıda təsvir etdiyimiz kimi, Bakı əlyazma nüsxəsinin 

nə girişində  nə  də digər bölümlərində  şeir parçalarına rast gəlmirik. Deməli, Dr. 

N.Dəmirin söylədiyi bu fikirə əsasən əlimizdə olan əlyazmanın daha qədim nüsxə-

dən köçürüldüyünü güman edə bilərik. Xalq tərəfindən yaranan dastanın dili sadə, 

bəsit, qısa cümlələrdən ibarət olub şübhəsiz ki, oxunaqlı  və anlaşıqlıdır. Bununla 

yanaşı, sözü gedən nüsxədə ərəb və fars kəlmələrinə N.Dəmirin “Battal-namə” nəş-

rinə nisbətən daha çox təsadüf olunur. Aşağıdakı hər iki variantın nümunəsində bu-

nu görmək mümkündür. “Yezidi-ləin bu gəlmək ilə yetmiş dörd il xəlifəlik eylədi. 

Xütbədə Əli adını bəd uğur eylədi. (“Kitabi-Seyyid Battal” s. 2/33). Hilafeti qasb ilə 

Yezid tutdu. Yetmiş dört yıl ihanet eyledi. Hutbede Ali adını anmaz oldular. 

(N.Demir, M.Dursun “Battal-name” səh.71) və yaxud “Geyik qaçdı, geldi bir ma-

ğaraya girdi. Belürsiz oldı”.(N.Demir, M.Dursun “Battal-name” s.72) “Geyik qaçıb 

bir mağaraya girdi, nabud oldı”. (Seyyid-Battal Qazi əly. s.2a/34)  

“Şöyle maslahat gördüler ki, Cafer büyüyünce Abdüs-Selami ser-asker 

kıldılar”. On yıl bunun üzerine geçdi. (N.Demir, M.Dursun “Battal-name”) 

“Elə məsləhət olundu ki, Abdüs-Səlam Cəfər yetişincə bəd əzan on il bunun 

üzrə keçdi. (“Seyyid-Battal Qazi” əly. s.5/36)  Əsrlərin süzgəcindən keçən dastan 

zaman-zaman katib qələmlərinin təsiri ilə şübhəsiz ki, müəyyən dərəcədə dəyişərək 

bizə çatmışdır. Elə yuxarıda göstərdiyimiz misallar da buna canlı sübutdur. Əlimiz-

də olan Seyyid Battal Qazi dastanında olan fars və ərəbcə bəd uğur, nabud, bəd əzan 

kimi bir sıra sözlər, “Battal-namə”də türk mənşəli anmaz, belürsiz və s. ilə əvəz olu-

nmuşdur. N.Demirin “Battal-namə”sində cümlə quruluşu və cümlələrin sayı 

baxımından da bizim əlyazmadan fərqlənir. Mətnlər arasında gözəçarpan fərqlər 

dövrün tələbi ilə yaranan yazı ənənələrinə tabe olan katiblərin qələmi ilə bağlıdır. 

Bütün bu deyilənlərlə yanaşı abidə özünəməxsus dil özəlliklərini tam olmasa da, 

xeyli dərəcədə saxlamaqdadır. Dastanın mətninin imla şəklinə  və qrammatik xü-

susiyyətlərinə görə Azərbaycanda köçürüldüyü asanlıqla müəyyən olunur. “Kitabi-

Seyyid Battal Qazi” dastanının  əlimizdə olan nüsxəsinin qrafik və orfoqrafik 

əlamətləri dövrünə uyğun olaraq arxaikliyini saxlamışdır. Misal olaraq, müasir 

dilimizdə  işlənən “e” səsi mətndə “i” kimi (dedi

“sağır nunun” isə müxtəlif 

ڴ

  ,


گ

,



  şəkillərindən istifadə olunmuşdur. Klassik 

Azərbaycan mətnlərinə xas olan sağır nunun işlənməsi nüsxənin Azərbaycanda 

köçürülməsini bir daha yada salır.  Şəxs  əvəzliyi iki qrafik variantda mən-bən, 

bunda-munda  şəkilində    işlənməsi müşahidə olunur. Türk mənşəli arxaik sözlərin 

dəyişməsinə don-ton, bunu-munu, çıkub-çıxub 164

a

) və s. Mətndə söz dəyişmələri-



nə də sıx-sıx təsadüf olunur. Misal olaraq türk mənşəli arxaik söz olan ağu həm də 

zəhər  şəklində  işlənilir.(99) Bizim qədim yazılı abidələrimizdə geniş  təmsil olun-

muş qədimliyini saxlayan nüq-nuq, lum-lüm şəkilçilərlə bitən: bilmənüq, almanuq, 

qoyalum, edəlüm (87,88, 18

a

), arxaik fellərə mətn boyunca  qonmaq, ayıtmaq, qop-



maq, ilətmək, irişmək, dəgdirmək və sairəyə sıx-sıx rast gəlirik. Bundan əlavə lıq-

luq, nüq-nuq, lüm-lum şəkilçiləri ilə bitən dil xüsusiyyətlərilə bağlı faktlar 

mövcuddur. Mətnlərdə az-az təsadüf olunan türk mənşəli hegbə (heybə-kiçik qutu 

R.A) 3/s.34; buncələyin, muncələyin kimi arxaik sözlər də çox fəaldır. Dastanda 

dövrünün yazı qaydalarına  əsasən cümlənin  əvvəlində, ortasında çün, çünki, 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



426

çünkim, pəs, dəxi, nagah və s. ədatlardan istifadə olunmuşdur. Nümunə olaraq : 

“Çünki Seyyid bu xəbəri işitdi filə doğru dönüb çağırdı. (115/168) Pəs növbə 

Cəfərə yetüşdi. (13,45) Nagah Seyyid çıqub gəldi.(160

a

) nümunə olaraq göstərmək 



olar. Battal Qazi dastanının sadə, axıcı dili bədii ifadə vasitələrilə zəngindir. Bənzət-

mələr, deyimlər, atalar sözlərindən yerində çox məharətlə istifadə olunmuşdur. Mis: 

“Bir qarı div çıqub gəldi. Başı donuz başı kibi, qulaqları fil qulağı kibi, pəncələri 

aslan pəncəsi kibi, quyruğu  əjdaha quyruğu kibi”(112). Seyyid boğazından dutub 

saqqalın bir-bir yoldu. Burnun kəsüb  əlinə verdi. (74/117) Seyyid qoltuğunun 

altından tiği-səxxak ilə elə çaldı ki, təzə xiyar kibi iki parə eylədi. (112

a

/165). Canı 



başına qaçdı. (16/ 50) Canına titrətmə düşdü. (98

a

/147)  Qeysərin içinə od düş-



dü.(142/200). O, məlunun gözləri qana döndü. (141/199) Əski bez kibi iki parə 

eylədi. (91

a

/139) “Atın ayaqları yerə dəgməz, uca quş kibi yavuk gəlcək, yüzündən 



nüqabın götürdü”. (18) “Qulağının tüzünə bir yumruq vurdu, yeddi addım mayallaq 

aşdı” (112

a

) və s. Dastanın üslubunda bədii ifadə vasitələri əsərin bədii təsir gücünü, 



gözəlliyini və sözün məna incəliyini artırır. 

“Kitabi-Battal Qazi” dastanı dil, din və  qəhrəmanlıq tariximizin öyrənilməsi 

üçün çox əhəmiyyətli bir mənbədir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə