Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə46/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   42   43   44   45   46   47   48   49   50

                                                        ÇİÇƏK  HÜSEYNOVA  

                                                                               Bakı  Avrasiya Universiteti 

cicekhuseynova@mail.ru 

  

Ə.HAQVERDİYEVİN FACİƏ ƏSƏRLƏRİNDƏ TRAGİK VƏZİYYƏTLƏR 

 

Açar sözlər: tragik qəhrəman, tragik vəziyyət, faciə, pyes 

Kлючавые слова: героя,  трагические положения, трагедия,  песа 

Key words: tragic hero, tragic situation, tragedy, play 

 

Dramaturgiyada tragik vəziyyətdən danışarkən sözsüz ki, tragik qəhrəmanın 

taleyi, müəyyən səbəblər üzündən düşmüş olan müəyyən faciəli vəziyyəti nəzərdə 

tutulur.  Əslində  bədii qəhrəmanı tragik qəhrəmana çevirən ilk növbədə onun 

düşdüyü vəziyyət olur. Yəni, bədii qəhrəmanın  fərdi və ictimai səbəblər üzündən 

düşdüyü ağır vəziyyət onun tragik taleyini də  həll etmiş olur. Bədii  əsərlərdəki 

tragik vəziyyətlər çox zaman tarixin hər hansı bir dövründəki ictimai proseslərlə və 

ya müəyyən hadisələrlə  əlaqədar olur. Əslində  hər hansı bir tragediya əsərindəki 

tragik vəziyyət, təbii, inadırıcı və əsalı olmalıdır. Çünki tragik qəhrəmanın xarakte-

rinin canlı çıxması, inadırıcı olması bilavasitə tragik vəziyyətlə çox bağlıdır. Ə.Haq-

verdiyev Azərbaycan dramaturgiyasında tragediya janrının  ən böyük ustasıdır. 

Onun “Dağılan tifaq”, “Bəxtsiz cavan” əsərlərindəki tragik vəziyyətlər ədibin böyük 

dramaturji məharətindən xəbər verir. Ə.Haqverdiyevin əsərlərindəki tragik vəziyyət, 

hər şeydən, əvvəl bəhs olunan dövrlərin tarixi xüsusiyyətləri ilə əlaqələndirilmişdir. 

Həmçinin  Ə.Haqverdiyevin  əsərlərindəki trаgik vəziyyətlərdə müəyyən ictimai 

zümrələrin müəyyən tarixlərdəki vəziyyəti, taleyi öz təzahürünü tapmışdır. 

Məsələn, “Dağılan tifaq”da süquta uğrayan mülkədarlığın ictimai vəziyyəti, taleyi, 

“Bəxtsiz cavan”da isə Azərbaycan maarifçilərinin yaşadığı ictimai mühit, şərait 

tragik vəziyyətlərin göstərilməsində mükəmməl nəzərə alınmalıdır. Azərbaycanda 

XIX  əsrin sonlarına yaxın  mövcud olan tarixi-ictimai  şərait ilk faciə  əsərlərini 

hazırlayan zəminə çevrildi. 1896-cı ildən Azərbaycan  ədəbiyyatında faciə janrının 

iki nümunəsi yaranır. Bunlar Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”, Əbdürr-

əhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsərləri idi. “İlk Azərbaycan faciənəvisləri 

müasir həyatın tipik ziddiyyətlərini eyni məqsədlə, lakin iki başqa-başqa qütbdən 

işıqlandırırlar (4,272).   

Ə. Haqverdiyevin yaradıcılığa başladığı illər Azərbaycanda ölümə  məhkum 

olan mülkədarlığın yeni siniflə burjuaziya ilə əvəz olunduğu bir vaxta təsadüf edir. 

Azərbaycan mülkədarlığı  hər vasitəilə burjuaziyaya qarşı müqavimət göstərirdi. 

Onlar tarixin inkişaf dialektikası ilə ölümə doğru getdiklərini bilmirdilər. 

Ə.Haqverdiyevin “Dağılan tifaq” pyesi məhz bu dövrdə yarandı. Həmin əsər üçün 

mövzu və materialı dövr, ictimai mühit özü verdi. XIX əsrin axırlarına aid olan bu 

əsərdə müəllif zəruri tarixi inkişafın nəticəsində Azərbaycan mülkədarlığının tarixi 

faciəsini real cizgilərlə göstərmişdir. Azərbaycan dramaturgiyasında da tragediyanın 

ilk mövzusu milli müstəmləkə, köləlik və fanatizm zəncirlərində iztirab çəkən Azər-

baycan xalqının tragik taleyi olur. Dünya ədəbiyyatında həmişə cəmiyyət miqyasın-

da böyük faciələrin mənbəyi ölməkdə olan əxlaq normaları, adətləri, dünyagörüşləri 

və bunları daşıyan ictimai-tarixi ziddiyyətlər olmuşdur. Azərbaycan  ədəbiyyatında 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



435

da ilk faciə  əsərlərin başlıca mövzusu süqut edən mülkədarlığın faciəvi taleyi 

olmuşdur. “Dağılan tifaq” pyesinin mövzusu mülkədar həyatından götürülmüşdür. 

Pyes gərgin dramatizmi, mürəkkəb konflikti və orijinal, canlı xarakterləri ilə diqqəti 

cəlb edir. Lakin əsərdə müəllifin demək istədiyi fikirlə alınan obyektiv nəticə 

arasında müəyyən fərq nəzərə çarpır. Bu fərq isə əsərin xeyrinədir. Çünki müəllifin 

subyektiv fikirlərindəki bəzi məhdudiyyətlər  əsərdən hasil olan ümumi nəticədə o 

qədər də  əks olunmur. Əsərdəki qüvvətli realizm bəhs olunan hadisələr haqqında 

daha ciddi, daha mühüm qənaətlər yaradır.  

Professor A. Zamanov yazır: “Müəllif Nəcəf bəyin faciəsini ictimai-tarixi 

inкişafın zəruri nəticəsi kimi deyil, şəxsi səbəblərlə izah edir. Guya Nəcəf bəy öz 

günahları  və  səhvləri üzündən bu günə düşmüşdür... Dramaturq o zaman tarixi- 

ictimai inkişaf qanunlarını  dərk edə bilmədiyi üçün Nəcəf bəyin tifaqının 

dağılmasını subyektiv bir hadisə kimi təsvir etmişdir. 

 Lakin bununla belə “Dağılan tifaq” faciəsində obyektiv ideya müəllifin 

niyyətinin əksinədir”(6,179).       

Pyesdə  Nəcəf bəyin tragik vəziyyəti ictimai amillərlə lazımınca 

əsaslandırılmamış  daha çox subyektiv səbəblərlə izah olunmuşdur. 

Ə.Haqverdiyevin ”Dağılan tifaq” faciəsində bütövlükdə mülkədarlıqdan 

söhbət gedir ki, əsərin qəhrəmanı Nəcəf bəy həmin mülkədarlığın tipik nümayəndə-

sidir. Onun timsalında dramaturq mülkədarların səfalətini, iyrənc həyat və məişətini 

realistcəsinə vermişdir. Nəcəf bəyin zülmkarlığını, şöhrətpərəstliyini və başqa mənfi 

sifətlərini də  məharətlə açıb göstərmişdir. Nəcəf bəy özünün şöhrətpərəstliyi üçün 

Mirzə Bayrama ona yazmış olduğu şeirə görə bir çuval buğda, bir çuval düyü və bir 

at verir. Nəcəf bəyin qumarbazlığı nəticəsində öz ailəsi faciəvi şəkildə dağılır. Əsə-

rin ikinci məclisində  ərinin uduzduğu pulları istəyən Nazlı xanımın Nəcəf bəylə 

təsirli və obrazın xarakterini açmaq baxımından səciyyəvi bir dialoqu verilmişdir. 

Bu  dialoqu klassik Azərbaycan dramaturgiyasında əzab və əziyyətə düçar olan ya-

zıq insanların vəziyyətini realistcəsinə əks etdirən ən səciyyəvi dialoqlardan biri he-

sab etmək olar: 

“Nəcəf bəy. Bacı, artıq söz lazım deyil. Bayaq sənə dedim, ərin pulu uduzma-

yaydı, indi ki uduzub, qurtarıb çıxıb gedib. Mən pul qaytara bilmərəm. Mən özüm 

də az uduzmuram. Necə ola bilər ki, gedim uduzduьum pulları istəyim. 

Nazlı xanım. Başını dönüm, sən dövlətli kimsənəsən, amma mənə bu saat  

fitrə vacibdi. Nəcəf bəy. Üstümdə Allah da var, peyğəmbərdə var, onu bilirəm. İstər 

sənin uşaqlarının gözlərindən yaş tökülməyə, qan tökülə, yenə məndən sənə pul ver-

di yoxdur...” (1,61). 

Göründüyü kimi Nəcəf bəy varlı olmaqdan başqa həm də  qəddardır. Onun 

Nazlı xanımın uşaqlarına  əsla yazığı  gəlmir. Rəhmsiz və zalım təbiətə malik olan 

Nəcəf bəy bəlkə də məhvini hiss etdiyinə görə daha da azğınlaşır. Hər halda  bunlar 

onun xarakterik xüsusiyyətləri idi. Professor K. Məmmədov haqlı olaraq yazırdı : 

“Gənc müəllif mülkədarlığın məhv olmasını  şərtləndirən tarixi-ictimai səbəbləri 

doğu görmürdü və ona  elə gəlirdi ki, mülkədarlığın  qumar və içkiyə qurşanması, 

tüfeyli həyat  keçirməsi onun iflasının əsas səbəbidir. Lakin qumar və içkiyə aludə 

olmaq mülkədar təsərrüfatının dağılmasının  səbəbi deyil, nəticəsi idi.” (3, 20). 

Əsərdə gənc yazıçının xalqa münasibəti də öz əksini tapmışdır. O, Nəcəf bəy 

və onun dostlarının xanimanlarının dağılmasının bir səbəbinin də onların xalqa 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



436

mənfi münasibət bəsləməsində görür. Müəllif kənd əhli ilə bəylər arasında ziddiyyət 

olduğunu göstərir. Nəcəf bəylərə elə  gəlir ki, namus, qeyrət kimi gözəl sifətlər 

kasıblarda ola bilməz. Buna görə də o, qız qaçırdan oğlu Süleyman bəyə üz tutaraq 

deyir: “Süleyman! Axırı bu iş qalmışdı ki, mənim başıma gətirdin? It- qurd gəlib 

mənim qapımda hürür. Məgər mən dəllək-məllək tayıyam? A bihəya, heç utanmır-

san?  A məlun, heç qızarmırsan? Budur sənə buyururam, gərək bu gün İmamverdi-

nin qızı qayıtsın atasının evinə, yoxsa sənin belində qamçını tikə-tikə elяrəm. 

Eşidirsən? Mənim  əslim və  nəcabətim heç vədə  qəbul etməz ki, mənim evimə it-

qurd qızı gəlsin.” (1,60-64). 

Bu fikir sadəcə olaraq Nəcəf bəyin öz oğluna nəsihəti deyil. Əslində 

Ə.Haqverdiyev baş qəhrəmanın mülahizəsi ilə cəmiyyətdə sürətlə gedən sinfi təbə-

qələşməni göstərmək istəmişdi. Yazıçı realizminin gücü də elə ondadır ki, ədib əzən 

və  əzilən zümrələri doğru və düzgün göstərə bilmişdir. Yazıçının başlıca qayəsi 

bundan ibarətdir ki, varlı  və yoxsul, bəyliklə “dəllək- məllək” həmişə  bır-birilə 

mübarizədədirlər. Hətta Nəcəf bəyə görə “dəllək-məllək” deyilən məxluqda qeyrət 

ola bilməz. 

Ə.Haqverdiyev bəylərin  sözlərinin puçluğunu sübut etmək üçün əsərdə 

“kasıb-kusubun” da “özünə görə namusu var” deyən və onlardan intiqam alan 

İmamverdiləri, Kərimləri xüsusi diqqətlə  qələmə almışdır. Professor Ə.Sultanlı 

doğru yazır ki, Qoca İmamverdi: “Bəy namus bir bəyzadələrdə deyil, kasıb-kusubun 

da özünə görə namusu var” -deyə öz etirazlarını  və qeyzini bildirirsə, cavan oğlu 

Kərim artıq bəyliyə meydan oxuyur. O, qəti qərarla deyir: “And olsun Allaha, o 

mənim bacımı  biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb bağırsaq-

larını ayaqlarına dolamasam, atamın oğlu deyiləm” (5,257). 

Beləliklə, Süleyman bəy heç atasının gözləmədiyi halda namus üstündə qətlə 

yetirilir. Başqa sözlə, Süleyman bəyin də faciəsi elə bütün bəyliyin faciəsidir. Digər 

tərəfdən onun ölümü həm hadisələrin sürətini artırır, həm də müəllifin  ictimai-

əxlaqi qayəsini aydınlaşdırır. 

Artıq elə bir dövr gəlmişdi ki, mülkədarlıq çürüməyə doğru gedirdi. Onların 

dəbdəbəli, təntənəli günlərindən heç bir əsər əlamət qalmamışdır. Sanki, Nəcəf bəy 

bunları hiss etdiyi üçün çox bədbinləşir. Mənəvi cəhətdən sarsılmağa başlayır. Buna 

görə də dərdini unutmaq üçün qumara və şəraba meyl göstərir. 

Nəcəf bəylərin tifaqının dağılmasında Məşədi Cəfərlər varlanır, bir sövdəgər 

kimi  qüvvətlənirlər. Əsərin son pərdəsində isə şəhər əhlindən  Əbdül və İsmayılın 

söhbətlərindən  məlum olur ki, Nəcəf bəyin  əlində qalmış olan son iki kəndi də 

sövdəgər Məşədi Cəfər satdırıb, borc əvəzinə götürmüşdür. Cavad da qaçaq mal 

alış-verişi eləyir, sövdəgərlər arasında “sahibi-etibardır”. 

Ədib istər Cavadların və  Məşədi Cəfərlərin burjualaşmasında, istərsə  də 

rəiyyətin öz ləyaqəti uğrunda ağalarına qarşı  cəsarətli etirazlarında, qisaslarında 

Nəcəf bəylərin cəmiyyətdəki hakim mövqelərinin möhkəmcə sarsıldığını və onların 

simasında mülkədarlığın ağır böhran keçirdiyini, tədricən süqut etdiyini 

göstərmişdi. XIX əsrin 80-ci illərində Azərbaycanda kapitalizmin nisbətən sürətlən-

məsi, mülkədar təsərrüfatının iflasını xeyli sürətləndirirdi. Mülkədarlar iflasa 

uğradıqca Məşədi Cəfər kimi tacirlər daha da varlanır, Cavad kimi yeni tacirlər 

meydana çıxırdı. Şəhər əhli kimi verilmiş İsmayıl və Əbdül hadisələrə fəal müdaxi-

lə etmirlər. Onların söhbətlərindən aydın olur ki, bu iki şəhər əhli nəsihətçi rolunda 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



437

çıxış edirlər.  Bunu  aşağıdakı dialoqda aydın görürük :“Əbdül. Bəli, Ağa İsmayıl, 

doğru buyurursunuz, o şey ki insan özü –özünə elər, aləm yığılsa onu eləyə bilməz. 

Budur, mən səkkiz ildən artıqdır ki, getmişəm İrana. İndi qayıdıb, nələr görürəm? 

Heç keçən ovzalar yoxdu. Mən burada necə adamlar tanıyırdım ki, pulu kürəklə 

yığırdılar, amma indi bir tümənə möhtacdılar. Və yenə adamalar tanıyıram ki, 

bəylər qapısında qab-qaşıq yalayırlar, indi sövdəgəri məşhur olublar. Çox 

namərdddir bu dünya, heç ona etibar eləmək olmaz. Cavadı ki, tanıyırsınız, mən 

buradan gedəndə onu nökər qoyub getmişəm , indi gəlib sövdəgər görürəm. 

 İsmayıl. Bir sağ tərəfinə bax, bu uçuq evi görürsən?  

 Əbdül. Görürəm, necə? 

 İsmayıl. Bu Nəcəf  bəyin evidi, haman kimsənənin evidir ki, Cavad onun 

qapısında qab- qaşıq yalayırdı. İndi  Nəcəf bəy ...”(1,72-73). 

Ə.Haqverdiyev  İsmayıl və  Əbdülün dialoqunda öz əsərinin  əxlaqi mənasını 

daha qabarıq  şəkildə vermişdir. Bu da tamaşaçılarada  mülkədarların həyat və 

məişətinə dərin bir nifrət hissi oyadır. 

Pyesdə nökər Cavadın və sövdəgər Məşədi Cəfərin qumar oynayan bəylərə 

pul verməsi göstərilir ki, onlar mülkədarlığın maddi iflasından istifadə edərək get-

gedə vəziyyətə hakim olurlar.  

Bu tarixi zərurət  Ə.Haqverdiyev tərəfindən bədiiliklə verilmişdir. Ölümə 

məhkum olmuş mülkədarlığın yeni siniflə, burjuaziya ilə  əvəz olunması ictimai 

həqiqətdir.“Dağılan tifaq”da sələmçi tacir Məşədi Cəfər surəti Nəcəf bəyə qarşı 

qoyulmuşdur. Nəcəf  bəydə müşahidə olununan mənfi sifətləri onda görmürük. Mə-

şədi Cəfər yaşadığı mühitə  Nəcəf bəy kimi deyil, gözüaçıq baxır. Nəcəf bəylərin 

adam saymadıqları Məşədi Cəfərlər onların gözü qarşısında gündən-günə varlı bir 

sinfə çevrilirlər, bəylər də onlardan asılı vəziyyətə düşülər. Əsərin sonunda facianə 

bir vəziyyətdə  Nəcəf bəy zülmkarlığını  və  rəhmsizliyini xatırlayaraq tamaşaçını 

özünün bəd əməlləri ilə tanış edir: “...Мənim axırım gərək belə olaydı. O adamlar ki, 

mənəm-mənəm dedilər, hamısının axırı belə oldu. Evlər yıxmışam, yetim uşaqların 

gözlərinin yaşlarını tökdürmüşəm...Bizim hamımız beləyik. Cəmi insan tayfası 

belədir” (1,75).  

Nəcəf bəyin faciəsi də taleyin hökmü ilə baş vermir. Bu faciə tarixi inkişafdan 

doğan bir zərurətdir. Realist yazıçı öz oxucusunu inandırır ki, mülkədarlıq süquta 

doğru gedir. Mülkədarlıq öz bütöv iqtisadi sistemi, ideya və  əxlaq sütunları ilə 

süquta üz qoyur və bu zaman “mövcud dünya qaydaları olan köhnə qaydalar şəxsi 

yox , tarixi bir çaşqınlıqla”  yenicə doğulan dünya ilə toqquşur (2,52). 

Dramaturq mülkədarlığın ictimai həyatındakı faciəsini ailə həyatındakı faciəsi 

ilə  əlaqəli  şəkildə verməklə,  əsərin bədii təsir gücünü artırmışdır.  İctimai həyatın 

güclü məngənəsində sıxılan Nəcəf bəydə ayrı-ayrı məqamlarda baş verən psixoloji 

dəyişikliklər də real cizgilərlə göstərilmişdir. 

Nəcəf bəy pyesin sonunda Allahdan “çoxlu əzab” və “çoxlu ömür” arzulayır. 

Onun evi isə güclü tufandan sonra dəhşətli xarabazarlığı xatırladır. Artıq Nəcəf bə-

yin tifaqı dağılmışdır. İldırım şığıyır və göy guruldayır. Sona xanımın teyfi yenə də 

Nəcəf bəyin gözünün qabağında durur və sonra qeyb olur. Tufanlı bir gecədə ildı-

rım Nəcəf bəyi vurub öldürür. Professor Y.Qarayev bu pərdə haqqinda doğru ya-

zır:” Beşinci pərdə dağılmış tifaqın təsviridir. Bu pərdə tragediyanın fəlsəfi yekunu-

dur” (2,79). 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



438

Ə.Haqverdiyev dramaturji yaradıcılığında əsas etibarilə tənqidi realizmi əsas 

yaradıcılıq metodu kimi qəbul etmişdir. Məhz bunun nəticəsində, yazıçı  Nəcəf 

bəyin timsalında mülkədar tifaqlarının dağılmasının labüdlüyünü, bu dağılmanın 

tarixi qanunauyğunluqla baş verdiyini realist qələmi ilə təsvir edə bimişdir. 

Azərbaycan mülkədarlığı tarixin inkişaf qanunları ilə  əlaqədar olaraq yeni 

siniflə burjuaziya ilə əvəz olunur. Nəcəf bəy kimi  “köhnələr” tarixin irəliyə doğru 

inkişafını heç bir vasitə ilə dayandıra bilmirlər.“Bəxtsiz cavan” faciəsində isə 

Fərhadın tragik vəziyyəti ilk növbədə onun düşdüyü ictimai mühit və konkret tarixi 

şəraitlə bağlıdır. Fərhadın yaşadığı cəmiyyətdə ictimai mühitin əsl ağası hələ Hacı 

Səməd ağalar idi. Əsası istismar və  bərabərsizlik üzərində qurulmuş feodal 

dünyasının ictimai-siyasi qanunlarına qarşı  çıxmaq, üsyankarlıq etmək hələ 

Azərbaycan maarifçiləri üçün çətin idi. Gənc maarifçilərin  elm və maarif yolu ilə 

xalqı qəflət yuxusundan oyatmaq, yaşadığı mühitin bütün eybəcər sifətlərini onlara 

dərk etdirmək üçün atdığı addımlar mülkədar sinfinin siyasi-iqtisadi dayaqlarına 

çox ağır və təsirli zərbələr idi. Lakin buna baxmayaraq, istismsr dünyasını, ictimai 

bərabərsizliyi təmsil edən  mülkədarlığın ağalığı hələ möhkəm idi.  

Fərhadın tragik vəziyyətini  şərtləndirən amillərdən biri də onun dünya-

görüşündəki dərin ziddiyyətdir. O, kəndlilərin ağır, hüquqsuz halına acıyır, cəmiy-

yətdəki ictimai bərabərsizliyə öz etirazını bildirirsə də, ancaq bunun əsl mahiyyətini 

dərk etmirdi. Ona görə  də o, əmisini rəiyyətlə  mərhəmətli olmağı, onlara atalıq 

etməyə çağırırdı: “Əmi, siz bilin ki, bəyi bəy, rəiyyəti rəiyyət eləyən bizim kimi bir 

adamdır. Vaxt ki, onları sizin ixtiyarınıza veriblər, gərək siz onlara atalıq eləyəsiniz. 

Yəni çalışasınız ki, rəiyyətin elmi artsın, güzəranı artsın” (1,91). 

Fərhad yaşadığı mühitdəki ziddiyyətlərin  əsl sinfi xarakterini görə bilmirdi. 

Buna görə də onun şikayət və etirazlarında qeyri-konkretlik nəzərə çarpırdı. Fərha-

dın tragik vəziyyətini şərtləndirən başqa bir səbəb isə ideallarının böyüklüyü və im-

kanlarının kiçikliyi arasında təzaddır. Onun faciəsi dəyişdirmək istədiyi ictimai mü-

hitin möhkəmliyi, sərtliyi qarşısında iradəsinin zəifliyindən irəli gəlirdi.                                              

Köhnəliyin nümayəndəsi olan Hacı  Səməd ağa isə tamamilə onun əksi olan 

bir adamdır. Hacı Səməd ağa zülmün, cəhalətin və hiyləgərliyin canlı mücəssəməsi-

dir. O, kəndliləri həm torpaqda işlətməklə, həm də sələmə pul verməklə soyur. O, 

azğın və  rəhmsizdir, istismar etdiyi kəndliləri insan hesab etmirdi: “Bunlar adam 

deyillər, rəiyyətdirlər, rəiyyət! Fərhad, sən uşaqsan, bu cəmaətə  bələd deyilsən, 

rəiyyət tayfası deyəndə, bir bihəya məxluqdur. Bu gün izin verərsən yanında otur-

sun, sabah görərsən özü səndən izinsiz gəlib kürsülərin üstündə əyləşib. Bir azdan 

sonra da gəlib boynuna minəcək. Bunlara nə qədər qapaz dəysə, bir elə tabe olarlar” 

(1,90).                                

Hacı Səməd ağa həm də riyakar, yalançı və ikiüzlü insandır. Onun bu sifətini 

müəllif  pyesin birinci pərdəsində bir neçə dialoqla çox məharətlə açmışdır. Bir 

nəfər kəndli Hacı Səməd ağadan aldığı iki yüz manat borcu və qırx manat müamilə 

pulunu gətirib onun “kələk yoldaşı” olan Mirzə Qoşunəliyə verir. Bu zaman Hacı 

Səməd ağa kəndlinin yanında Mirzə Qoşunəliyə deyir: “O iki yüz manatı ver buraya. 

Qırx manatı da saxla özündə. Sən bilirsən ki, o qırx manata mən əlimi də vurmaram, 

o da gərək füqəraya qismət olsun” (1,80). Lakin kəndli evdən çıxan kimi o, Mirzə 

Qoşunəlidən qırx manatı  tələb edir. Mirzə Qoşunəli Hacı  Səməd ağaya: “Bəs bu,  



 

Filologiya  məsələləri – №10, 2013

 

 



439

fəqir pulu deyil?”-dedikdə o, belə cavab verir: “İşini gör, rəhmətlik oğlu, fəqir 

nədir? Heç mənim özümdən böyük fəqir yoxdur” (1,80).  

Hacı  Səməd ağa  əsər boyu öz fikirlərinin həyata keçirilməsində çox fəal və 

işgüzar görünürdü. Fərhadın idealları isə nə qədər işıqlı, mütərəqqi olsada oradakı 

ziddiyyət və mücərrədlik bu idealların həyata keçməsinə imkan vermir. Fərhadın bu 

zəifliyi müəyyən dərəcədə tarixi xarakter daşıyırdı. Çünki ilkin Azərbaycan 

maarifçilərinin təbiəti üçün belə  əməl zəifliyi çox səciyyəvi olmuşdur.  İctimai 

mühitin xarakteri ilə bağlı olaraq,  oradakı mənfi qüvvələr daha güclü, işgüzar və 

tədbirli verilmişdir. Onun əksinə olaraq Fərhadın vəziyyəti çox çətin və  çıxılmaz 

görünürdü. Fərhadın vəziyyətinin  əsl tragizmi məhz qüvvələr nisbətinin qeyri-

bərabər olmasıdır.                                                                                                       

XIX əsrin sonu XX əsrin əvvəllərində Fərhad kimi gənclərə N. Vəzirovun,   

C.Məmmədquluzadənin  əsərlərində  də rast gəlirik. Bu gənclər xaricdə  təhsil 

alıb vətənlərinə dönürlər. Xalqı üçün xeyirli işlərlə məşğul olurdular. Lakin onların 

başladıqları  işlər yarımçıq qalırdı. Mürtəce qüvvələr bu maarifpərvər gəncləri 

təkləyib məhv edirdi. Fərhad da bu mübarizədə  təkdir. O da köhnə dünyanın  

qalıqlarında məhv olur. Onun nəcib, mütərəqqi fikirləri reallaşmır. Fərhadın 

yaşadığı ictimai mühit onun aydın, işıqlı fikirlərini qəbul etməyə hələ hazır deyildi. 

Onun bu arzu və idealları bu mühitin fövqündə dayanır, mövcud cəmiyyətin icti-

mai-əxlaqi normaları ilə təzad təşkil etdiyi üçün amansız müqavimətlərə rast gəlirdi 

Hacı  Səməd ağa onun anası ilə ona görə evlənmişdir ki, qardaşının mal-mülkünə 

yiyələnsin. O, qorxurdu ki, gələcəkdə Fərhad öz mülkünü tələb etsin. Bu fikir Hacı 

Səməd ağanı rahat buraxmırdı. Bu onun Mirzə Qoşunəli ilə söhbətində açıq şəkildə 

özünü göstərir: “Mən bunu indiyədək  əlimdə saxlamışam.  İndi qorxuram gedə 

oxuya, gələ, sonra öhdəsindən gələ bilməyim. Gərək mənə bir məsləhət tökəsən. 

Mən bir növ uşağı burada saxlayam. Əgər burada qalsa, mən onu elə əlimə dolaram 

ki, ömrü olanı qaynağımdan qurtara bilməz. Sən bilirsən ki, bunun atasının cəmi 

mülkü mənim  əlimdədir, nə  qədər mənfəət eləyirəm.  Əgər bunu əldən buraxsam, 

bütün nəflər əlimdən çıxar”(1,84).                                                                                  

Fərhadın oxumaq arzusu, xüsusilə  rəiyyətə münasibəti, demokratik fikirləri 

Hacı Səməd ağanı daha da qorxuya salır. O, nəyin bahasına olur-olsun bu arzuların 

qabağını almaq, bu fikirlərin camaat arasında yayılmasına imkan verməmək üçün 

ən amansız, hiyləgər vasitələrə əl atmaqdan çəkinmir Üçüncü məclisdə Hacı Səməd 

ağa sözdən işə keçmişdir. O, Mirzə Qoşunəli ilə birlikdə plan qurur və  Fərhadı 

gizlincə nişanlayır. Pyesin sonuna yaxın Fərhad əvvəllki ittihamçı mövqeyini itirir, 

xaraktercə zəif görünürdü. Fərhad bu vəziyyətdə çıxış yolunu tapa bilmir və acizanə 

fəryad edirdi. Dostu Musa da ona heç bir çıxış yolu göstərə bilməyərək dözməyi 

məsləhət görürdü. Əvvala o, gərgin çarpışmalara hazır deyildi, qarşıya çıxan hər cür 

maneələrə sinə gəlib dözə bilmirdi.                       

Dördüncü məclisdə    Fərhadın anası Mehri xanımla söhbəti başlayır. Fərhad 

yenilik uğrunda mübarizədə təkcə xəbis, riyakar Hacı Səməd ağa ilə üz-üzə gəlmir. 

Onu hətta ən yaxın adamları, doğma anası belə başa düşmürdü. Bu da Fərhadın tra-

gik vəziyyətini daha da şiddətləndirir: “Nə qayırım ki, mənim dilimim sən anlamır-

san və yüz il də bundan sonra danışım, yenə anlamayacaqsan. Mən deyirəm ki, 

camaat qaranlıqdadır, biz gərək gedib oxuyaq, gələk,  əlimizə  qələm alaq, onlara 

nicat yollarını göstərək. Nə çarə ki, başa düşmürsən...” (1,99).         


 

Filologiya  məsələləri – №10, 2013

 

 



440

Göründüyü kimi pyesdə əsas məfkurə xətti kimi verilən mübarizə sırf ictimai 

mübarizədir. Yəni bir-birinə zidd olan ictimai fikirlərin mübarizəsidir. Pyesin 

sonunda Fərhad ölür, lakin onun idealları yaşayır. Fərhad cismən ölsə  də  mənən 

qalib gəlir. Fərhad ölərkən, günəş, işıq deyərək ölür. “Onun arzuladığı günəşin 

doğması mütərəqqi idi. Çünki tarixi inkişaf ona doğru gedirdi” (5,263).  

 Ə.Haqverdiyevin hər iki faciə  əsərinin mövzusu çox ciddi və  əhəmiyyətli 

ictimai məsələlərə  həsr olunmuşdur. Onların mövzuları bu və ya digər dərəcədə 

tarixlə  əlaqədardır. Bu faciələrdəki qəhrəmanların tragik vəyiyyəti yaşadıqları 

tarixin ictimai xarakteri ilə bağlıdır. Tragik vəziyyət nə  qədər obyektiv çətinliklə 

bağlı olsa, tragik qəhrəmanın subyektiv varlığı o qədər dərindən açılar.  



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə