Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə47/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   42   43   44   45   46   47   48   49   50

 

Ədəbiyyat  



 

1.  Əbdürrəhimbəy Haqverdiyev. Seçilmiş əsərləri, iki cilddə, I cild, “Lider 

nəşriyyatı”, Bakı-2005, 504 səh.  

2.  Qarayev Y. Faciə və qəhrəman. Bakı, “Elm”, 1965.-192 səh.  

3.  Məmmədov K. Ə.Haqverdiyev. Bakı, “Gənclik”, 1970.-198 səh.  

4.  Məmmədov M. Azəri dramaturgiyasının estetik problemləri. Bakı: Azərnəşr, 

1968.-384 səh.   

5.   Sultanlı Ə. Azərbaycan dramaturgiyasının inkişafı tarixindən. Bakı, Azərnəşr, 

1964.-288 səh.  

6.   Zamanov A. Seçilmiş əsərləri, Bakı, “Çinar-çap” müəssisəsi, 2003.-316 səh.  

 

Чичек Гусейнова  



Трагические положения в  трагических произведениях  А.Ахвердиева  

Резюме 


 

Тема  овеих  трагедии  А.Ахвердиева  посвящена  очень  серёзным  и  важ-

ным общественным проблемам. Их тематика в той или иной степени связана с 

историей. Это связано с  общественным характером истории. Насколько прак-

тическое положение связано с объективными трудностями, насколько глубоко 

раскроется субъективное существование трагического героя. 

 

 Chichak Huseynova  

The tragedic situations Haqverdiyev”s tragedic works 

Summary 

 

Both of two works of Hagverdiyev have been devoted to very serious and 

important sosial problenms. Their themes are more or less related with history. The 

tragic situation of the heroes in these tragedies are due to the sosial character of the 

period thay've had lived. But however the tragic situtaion is linked with objective 

difficulty, the subjective existence of the tragic hero is revealed wider. 

 

Rəyçi:            İslam Sadıq  



              filologiya  üzrə  fəlsəfə  doktoru   

 

Filologiya  məsələləri – №10, 2013

 

 



441

                                                                             ÇİNARƏ MƏHƏRRƏMOVA 



                                                       NÖU 

                                                           cmeherremova@mail.ru 

 

YAŞAR QARAYEV: AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN 



DÖVRLƏŞDİRİLMƏSİ PROBLEMİ 

   

Açar sözlər: Azərbaycan, tarix, türk, mərhələ, təşəkkül 

Key words : Azerbaijan , history, turkish , stage , formation 

Ключевые слова: Азербайджан, история, турок, стадия, 

формирование 

 

 Yaşar Qarayev bədii düşüncənin nəzəri problemləriylə müntəzəm məşğul 



olan, XX əsr Azərbaycan  ədəbiyyatının görkəmli tənqidçisi, dramaturgiya 

mütəxəsisidir. Y.Qarayev ədəbiyyatşünaslığı  ədəbiyyatın  ətrafında dolanan passiv 

təsvirdən onu bədii  ədəbiyyat haqqında təfəkkürün mükəmməl formalarından biri 

olan, düşünən elmə çevirmək sahəsində böyük xidmət göstərmişdir.  Ədəbiyyatşü-

nasın “Faciə  və  qəhrəman”, “Səhnəmiz və müasirlərimiz”, “Tənqid: problemlər, 

portretlər”, “Poeziya və nəsr”, “Realizm: sənət və həqiqət”, “Ədəbi üfüqlər”, “Me-

yar şəxsiyyətdir”, “Tarix: Yaxından və uzaqdan”, “Mirzə Fətəli Axundov”, “Poezi-

yanın kamilliyi”, “Azərbaycan  ədəbiyyatının tarixi poetikası”, Bəkir Nəbiyevlə 

birlikdə “Xan bülbülün nağılı”, “Azərbaycan Xalq Cümhuriyyəti / ədəbiyyat, dil, 

mədəniyyət quruculuğu”, “Azərbaycan realizminin mərhələləri”, “Xalq mənəviy-

yatının güzgüsü / Kitabi Dədə Qorqud”, “XIX-XX yüzillər Azərbaycan ədəbiyyatı” 

kitabları, çoxsaylı  məqalələri  böyük yaradıcılıq təkamülü keçdiyini, ədəbiy-

yatşünasdan ədəbiyyat filosofuna çevrildiyini göstərməkdədir. Görkəmli nəzəriyyə-

çi Yaşar Qarayev dövrünün ədəbi prosesinin ən mürəkkəb məsələlərini klassik irslə 

vəhdətdə vəhdətdə araşdırmış, ədəbiyyatın “dünəni ilə bugününü” eyni bir analitik 

konteksdə birləşdirməyə çalışmış, keçmişin romantikası ilə yanaşı, bugünün geniş 

çeşidli, bəzən pərdələnmiş, bəzən açıq reallığını  gətirmişdir. Nəzəri 

ümumilləşdirmə Y.Qarayevin elmi fəlsəfi təfəkkürünün  əsasını müəyyən edən 

başlıca əlamətdir. 

 

  



 

 

 



Xalqın bütövlükdə tarixinin ayrılmaz üzvi hissələrindən birini həmin xalqın 

minilliklər boyunca yaratdığı ədəbiyyatın tarixi, bu ədəbiyyatın keçdiyi tarixi yol və 

mərhələlər təşkil edir.  

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinə dair nəzəri fikirlər çoxdur 

və ciddi fikir ayırılıqlarına səbəb olmuşdur.  İlk dəfə bu problem XX əsrin 20-ci 

illərində  Ə.Nazim, F.Köçərli, türk ədəbiyyatşünası F.Köprülüzadə,  İ.Hikmət 

tərəfindən, sonralar S.Mümtaz, H.Zeynallı, A.Şaiq, C.Əfəndizadə, A.Musaxanlı, 

B.Çobanzadə, M.Quliyev, Ə.Abid, M.Arif, M.Ələkbərli,  Ə.Səfərli, X.Yusifli, 

N.Şəmsizadə və Y.Qarayev tərəfindən araşdırılmışdır.  

XX  əsrin 20-ci illərində  əəbiyyatşünaslar  ədəbiyyat tarixçiliyi elminin 

qaldırdığı üç əsas problem ətrafında axtarış aparırdılar:  

1. Yazılı Azərbaycan ədəbiyyatının mənşəyi  

2. Ədəbi tarixi prosesin mərhələ təsnifi   

3. Klassik bədii irsə münasibət.  



 

Filologiya  məsələləri – №10, 2013

 

 



442

Nizaməddin Şəmsizadə XX əsrin 20-30 cu illərində bu problemlə məşğul olan 

ədəbiyyatşünasların mövqelərini belə ümumiləşdirir: “20-30 cu illər  ədəbiyyat-

şünaslığın ehtimal və  qənaətlərinə  əsasən  ədəbi-tarixi prosesin mərhələ  təsnifinin 

təqribi modelini- həm ictimai-tarixi, həm də ədəbi-bədii inkişaf məntiqi baxımından 

şərh etsək, “yazılı Azərbaycan  ədəbiyyatının birinci mövqeyə dövrünü folklordan 

ayrılma (sinkretizmin pozulması, fərdin  həlledici mövqeyə keçməsi) dövrü adlan-

dırmaq olar.  

İkinci; Orxon-Yenisey dövrü (VI-XII). üçüncü mərhələ, farsdilli ədəbiyyat 

dövrü (X-XII), dördüncüsü; ana dilli ədəbiyyatın təşəkkülü (XIII-XVI), beşincisi; 

xalq aşıq ədəbiyyatı və realizmin dirçəlişi dövrü (XVI-XVIII), altıncı; realizmin və 

romantizmin yeni təşəkkülü dövrü (XIX-XX əsrin  əvvəlləri) nəhayət, sonuncu 

yeddinci mərhələ, proletar (Sovet) ədəbiyyatı dövrü. Əlbəttə, belə təsnifat tam bit-

kin və sabit hesab oluna bilməz. Çünki, burada ədəbi tarixi prosesin təsnifinə vahid 

konsepsiya tətbiq olunmur, müxtəlif prinsiplər  əsas götürülürdü.” ( 2, s. 349).

 “Tarix: 

Yaxından-uzaqdan”  əsərində Y.Qarayev bir çox tədqiqatçılar kimi 

ədəbiyyat tariximizin dövrləşdirilməsi probleminə  münasibətini bildirmiş, ən əsas 

prinsip kimi milli ədəbiyyatın təbiətindən, özünəməxsus tarixi inkişafı üzrə 

dəyərləndirməyi əsas götürmüşdür.  

Y.Qarayev  ədəbiyyat tariximizi ortadoks “sosialist realimi” nəzəriyyəsininin 

səhvlərindən təmizləməyi vacib hesab edir. “Yeni dövr, XX əsrin sonlarına və XXI 

əsrə gedən müstəqillik yolunda, hər cürə, total-sosial, ideoloji təzyiqdən, çərçivədən 

azad olunmuş  şəkildə, buraxılan səhvlərə  təshihlər aparmaqla, vaxtilə aparılan 

təftişlərdən təmizləməklə ədəbiyyat tarixini olduğu kimi canlandırmaq konsepsiya-

sını müəllif üzə çıxarır.”(3, s. 64)   

Y.Qarayev ədəbiyyat tarixini xalqın dil, etnos, bədii təfəkkür,  din, milli əxlaq 

və mənəviyyat tarixinin inkişafı yolunda hərəkət edən karvan kimi səciyyələndirir, 

dövrləşdirmədə milli bədii tərəqqini mərhələləri tarixi və sosial iqtisadi inkişafın 

təsnif sxemi ilə üst-üstə düşməsə belə, məhz daxili qanunauyğunluğa,  ədəbi 

prosesin bədii mahiyyəti, obyektiv tərəqqinin məntiqi ilə  şərtlənən estetik meyara 

əsaslanaraq müəyyənləşdirilməsinin vacibliyi fikrini irəli sürür. 

 Azərbaycan  ədəbiyyatını  nəinki Azərbaycan tarixilə, həm də türk siviliza-

siyasının inkişafı ilə birlikdə  təhlil edən Y.Qarayev ədəbiyyat tarimizi aşağıdakı 

mərhələlərə ayırır:  

1. e.ə IX-VII əsrlərdən başlayan, b.e-ın VI-VII yüzilliklərə qədər.  

2.VII əsrdən XVII əsrin sonuna qədər (bu mərhələni VII-X, X-XII, XIII-XV, 

və XVI-XVIII  kimi daxili ədəbi mərhələlər kimi fərqləndirir).  

3. XIX-XX yüzilin əvvəlinə qədər. 

 4. XX yüzilin əvvəlindən bügünümüzə qədər.  

Alim birinci mərhələdə ortaq türk mədəniyyətinin mühüm rolunu tədqiq edir: 

Bu problemə aydınlıq gətirmək üçün: “Vahid etnik mehvərdə: ortaq türk söz abidə-

ləri”, “Erkən türk təsəvvüf kültürü-yəsəvilik” və s kimi oçekləri təqdim edir. Bu 

mərhələnin  əsasən mifik təfəkkür və  əsatirlərlə, rəvayət, din, folklor qaynaqları, 

magiya, əfsun, totemizm, xüsusən anemist görüşlərlə, zərdüştlüklə bağlı digər abi-

dələrlə təmsil edildiyini, eyni zamanda bu mərhələdə ədəbiyyatımızın türk xalqları, 

yaxın və uzaq şərq etnosları fars, ərəb, hind, çin və s xalqların  ədəbiyyatları ilə  

əlaqəli  əlamətlərini nəzərə çatdırır.  İkinci mərhələni islam tarixi ilə başlayan 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



443

tənqidçi islam ədəbiyyatı və mədəniyyəti daxilində türk sivilizasıyanın VII əsrdən 

başlayaraq  XVIII əsrə qədər davam etdiyini və VII-XVIII əsrlər arasında ədəbiyyat 

tarixinin böyük mərhələsini dörd kiçik mərhələdə (VII-X, XI-XII, XIII-XV, XVII-

XVIII) inkişaf etdiyini göstərir.  

İkinci mərhələnin VII-X əsrlər mərhələsi məvali şairləri İ.Yəssar, M.Şəhavat, 

Ə.Abbas, Ə.Abdulla, B.Zəncaninin simasında ərəbcə yazılmış yazı ədəbiyyatı kimi 

xarakterizə olunur.  

Y.Qarayev X-XII əsrlərdə Q.Təbrizi, M.Gəncəvi, F.Şirvani, X.Şirvani, 

N.Gəncəvinin və başqalarının yaradıcılığı ilə farsdilli poeziyanın üstünlük təşkil 

etdiyini, islam dini əsasında, islam dininin ən  əsas müddəalarına qarşı bir sıra 

təriqətlərin - hürufilik, əxilik, sufizm Azərbaycan intibahına böyük təsiri olduğunu 

xüsusilə qeyd edir. Hər mərhələni dəqiqliklə  səciyyələndirən Y.Qarayev XII-XV 

əsrləri  əhatə edən II mərhələ daxilində III mərhələni xarakterizə etmir, bu dövrü 

hansı şairlərin təmsil etdiyini göstərmir.  

 

IV Ədəbi mərhələyə (XVI-XVIII) gəldikdə isə ədəbiyyatımızda anadilli şeirin 



həm klassik yazılı, həm də folklorun ilk dəfə XVI əsrdə bir-birindən bəhrələndiyini, 

bu dövrdə baş qaldıran milli və dünyəvi baxışların əsasında Füzuli, Xətai, Sarı Aşıq, 

Aşıq Qurbani, Abbas Tufarqanlı yaradıcılığının durduğu və bir neçə  əsr sonra 

milliliyin saflaşmasının başlıca təzahürünü, ikinci böyük mərhələnin sonunun  

həyati faktlara istinad edərək insana yeni baxışlarla yanaşan Vaqif, Vidadinin 

yaradıcılığı ilə müşayiət olunduğu nəzərə çatdırılir. 

 Y.Qarayevə görə bir əsr sonra A.Bakıxanovun yaradıcılığındadakı müşahidə 

olunan ziddiyyətlər Vaqif yaradıcılığı ilə oxşarlıq təşkil edir. Şərqlə qərbin ənənələ-

rindən öz yaradıcılığında böyük ustalıqla bəhrələnən M.F.Axundovla Azərbaycan 

ədəbiyyatının tamamilə yeni bir dövrə başlamasına, Axundov da daxil olmaqla on-

dan sonrakı şair və yazıçılara “nihilist yanaşmaya” və Ə.Hüseynzadənin şərqlə qər-

bə münasibətinə, bu problemə yeni əsasda “islam xaricində nicat yolu tanımadan” 

elmi-texniki tərəqqidən faydalanmaq məqsədilə avropalılaşmaq ideyasını irəli sür-

məsinə aydınlıq gətirilir.  

Növbəti mərhələ isə, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasıyla 

başlayır. AXC-nin məhv edilməsiylə Azərbaycan  ədəbiyyatı Sovet ədəbiyyatı adı 

altında “sosialist realizmi daxilində”  yeni inkişafa qədəm qoyur.  

Y.Qarayev ən yeni dövr Azərbaycan ədəbiyyatını iki mərhələyə ayırır; “1920-

1950-ci illər- repressiya, ehkam, kult, qrafomanlıq ideologiyasının tam hakim oldu-

ğu klassik dövrün bədii ədəbiyyatı və 1960-1990 - cı illər- yeni ictimai əxlaqın və 

düşüncə tərzini təşəkkül tapmağa başladığı və yetişib bərqərar olduğu müasir epo-

xanın bədii ədəbiyyatı” kimi səciyyələndirir.  

Bədii idrakımızın, sosial əxlaqımızın dərsi kimi dərkinin vacib olduğu, XX 

əsrin otuzuncu illərindən genişlənən və zirvəsinə nail olan vulqar-sosiologiyanın 

ədəbiyyatda hakimliyi, müddəalarına uyğun olmayan  hər  şeyin “dini sxolastika”, 

“mistik şüur”, və “mürtəce romantizm” adlandırılması, məcburiyyətlə hazır mövzu, 

süjeti verilən əsərlərin “qlobal kollektivləşdirməyə” məruz qalmasını əsaslandırılır. 

Bu mərhələdə S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza, O.Sarıvəlli, daha sonralar 

M.Dilbazi,  Ə.Cəmil və b, poeziyada realist bədii nəsrin nümayəndələri olan 

M.S.Ordubadi, S.Hüseyn, S.Rəhimov,  Ə.Məmmədxanlı,  İ.  Əfəndiyev, M.Cəlal, 

Y.V.Çəmənzəminli, S.S.Axundov, Ə.Haqverdiyev, A.Şaiq, M.İbarahimov,  İ.Şıxlı, 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



444

H.Seyidbəyli, C.Məmmədquluzadə.  Ə.Vəliyev və b tərəfindən Sovet hakimiyyəti-

nin diktəsi ilə marksist ideologiyaya uyğun əsərlər yaradılmasından bəhs olunur.  

Altmışıncı illərdə hakim hərbi totalitar rejimdə baş verən siyasi dəyişikliklərlə 

əlaqədar “şəxsiyyətə  pərəstişin” aradan qalxması ilə  ədəbiyyatda müəyyən qədər 

azad düşüncəyə, təxəyyülə, təfəkkürə meylin yaranması, yeni ədəbi nəslin – 

altmışıncıların ədəbiyyata gəlişinə tənqidçi münasibəti dolğun və bitkin realizə edil-

diyi üçün xüsusi maraq doğurur.  

Bu illərdə   nəsrdə “zaman və “mən” haqqında həqiqəti axtaran” İ.Hüseynov, 

İ.Şıxlı,  Ə.Əylisli, Anar, S.Əhmədov,  İ.Məlikzadə, Ç.Hüseynov, M.İbrahimbəyov, 

R.İbrahimbəyov, M.Süleymanlı, S.Səxavət, İ.Əfəndiyevin və b, poeziyada F.Qoca, 

X.Rza, M.Araz, T.Bayram, N.Həsənzadə, C.Novruz, H.Kürdoğlu, F.Sadıq, 

V.Səmədoğlu. M.Əliyev, F.Mehdi, H.Hüsenzadə  və yetmişinci illərdə M.Yaqub, 

S.Rüstəmxanlı, M.İsmayıl, Ç.Əlioğlu. N.Kəsəmənli, V.Nəsib. və b yaradıcılığında 

insana yeni münasibətin, mənəvi-psixoloji aləminə marağın artması, ənənəvi sovet 

adamına ehkamına sığmaması dəlillərlə izah olunur.  

Ən son dövrün 1985-1992-ci illərin “ozan boşluğuna” siyasi ictimai həyatda 

mövcud olan mürəkkəbliklər baxımından təhlil edilərək  ədəbiyyat tariximizin 

dövrləşdirilməsi tamamlanır. Beləliklə, filosof tənqidçi obyektiv şəkildə 

Azərbaycan ədəbiyyatının  “bütöv bioqrafiyasını” yaratmağa müvəffəq olmuşdur. 

 

Ədəbiyyat 



 

1. 


Q.Yaşar. Tarix: yaxından və uzaqdan. Bakı: “Sabah”1995; 712 səh. 

2. 


Ş.Nizami. Seçilmiş əsərləri. Üç cilddə, birinci cild, Bakı: Elm 560 səh. 

3. 


B.Qurban.Yaşar Qarayev:  Milli yaddaş təlimi- “Azərbaycançılıq”. 

4. 


Q.Yaşar. Azərbaycan ədəbiyyatı; XIX-XX yüzillər ( iki il tamamlayan iki yüz 

il-XIX-XX yüzillər) Yaşar Qarayev: Bakı ; Elm. 2002. 

5. 

Nazim Əli. Seçilmiş əsərləri. Bakı; Yazıçı,1979. 



    

 

 



            

                                                                                         Чинара Магеррамова 

Яшар Гараев: проблемы периодизации 

истории литературы Азербайджана 

Резюме 

 

Яшар  Гараев – видный  критик  азербайджанской  литературы,  историк 



литературы, специалист по драматургии ХХ столетия.  

Я. Гараев, как и многие другие критики, выразив своё отношение к проб-

леме периодизации истории литературы, как основной принцип взял за основу 

оценку по конкретному историческому развитию национальной литературы 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



445

Chinara Maharramova 

Yashar Garayev :  periodization  problem of history of 

azerbhaijan literature 

Summary 

 

Yashar Garayev is the  dramaturgy  specialist, literary historian and prominent 



critic of  XX  century Azerbaijan literature.  

Y. Garayev  expressed his attitude to  the problem of periodization of the his-

tory of literature as many researchers and assumed as a basis to assess the  national 

literature  on the specific historical development. 

 

 

Rəyçi:  Dosent  Nüşabə  Məmmədova  



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



446

 

                                                                                 İLHAMƏ QƏSƏBOVA    



                                      AMİ-in Qazax filialı 

                                      AMEA Folklor institutunun doktorantı 

                                      ilhame92@mail.ru        

 

             

QAZAX AŞIQLARININ MƏXSUSİ SAZ HAVACATLARI 

 

Açar sözlər: saz havaları, ifa, xor lirikası, solo ifa, İncə Gülü aşıq havası 

Key words: saz , singing , lyrics of the chorus , solo , Delicate Rose minstrel music 

Ключевые слова: Саз , пение , текст песни хора , соло, Инче Гулу  менестре-

ль музыка 

 

  Məqalədə saz havalarının zamanla biçimlənməsi, ifa fərqliliyi, Qazax 

mahalında XX yüzilin 30-40-cı illərində xorla oxunan aşıq mahnılarının üstünlük 

təşkil etməsi araşdırılmışdır. Qazax aşıqlarının xor lirikasında yüksək peşəkarlıq 

göstərmələrində  Aşıq  Ədalət Nəsibovun və  Aşıq  Şəadət Gülməmmədovun  əvəzsiz 

xidmətlərindən izah edilmiş,  Qazax aşıqlarından Aşıq Avdının "Incə gülü" , Aşıq 

Cəlalın "Cəlaloğlu", Aşıq Ədalətin "Vurğunu"aşıq havacatları  öz əksini tapmışdır. 

Bununla yanaşı Aşıq Ədhəm Ərəbovun "Ərəbi" aşıq havası, "Süsənbəri" və "qazax 

səbzəsi" havacatları da təhlil edilmişdir.   

 

Aşıq məktəblərinin bir fərqləndirici cəhəti də saz havalarının zamanla biçimlən-

miş şəklinin yaranmasıdır. İfa, icra, repertuar kimi havacatların da mühim əhəmiyyəti 

vardır. Belə ki, bir-birinə yaxın olan mühitlərdə  də saz havaları  və onların icraları 

fərqlilik yaradır. Məsələn, Göyçə  və Borçalı havalarının ifasında fərq olduğu kimi, 

bunların hər ikisi də Qazax aşıqlarının icra etdikləri havacatlardan seçilir.   

Qazax mahalında XX yüzilin 30-40-cı illərində ifaçılıqda əsasən xorla oxunan 

aşıq mahnıları üstünlük təşkil edirdi. Məlumdur ki, bu dövrdə sovet rejimi Qazax 

mahalının aşıqlarına da öz təsirini göstərmişdir. Belə ki, aşıqlar tədbirlərdə, el 

şənliklərində, üzüm tarlalarında, mövsüm mərasimlərində  iştirak edirdilər. Xorla 

icra edilən havacatlar da elə bu səbəbdən yaranmışdır. Belə tədbirdə adətən  30-40 

aşıq birgə xorla oxuyarmışlar. Bu zamanın tələbinə müvafiq qaydada öz əksini 

taparmış. Xor lirikasını təşkil etmək təbii ki, olduqca çətindir, çünki, hər havacatı 

xor üzərində icra etməyin mümkün  olmadığını bilirik. Bu durumda söz ilə havacat 

bir-birini tamamlamalı, hətta aşıqların hamısı birgə ifa qaydalarını səliqə ilə yerinə 

yetirməlidirlər. Ancaq solo ifaçılığı bütün zamanlarda aparıcı olmuşdur [5].  

50-ci  illərdən sonra xor lirikası demək olar ki, daha peşəkar  şəkil almışdır. 

Qazax aşıqlarının xor lirikasında yüksək peşəkarlıq göstərmələrində  Aşıq  Ədalət 

Nəsibovun və  Aşıq  Şəadət Gülməmmədovun  əvəzsiz xidmətləri olmuşdur. Onlar 

dövlət tədbirlərində xor ansambılının daha mütəşəkkil  şəkil almasında yeniliklər 

edərək, özəlliklər yaratmışlar.  

Qeyd etdiyimiz kimi, hər havacatda xor lirikası  təşkil etmək mümkün 

olmadığı üçün bu həddi qoruyub saxlamaqda hər iki ustadın böyük rolu var. 

Aşıqlardan aldığımız məlumatlara  əsaslanıb deyə bilərik ki, “Şahsevəni”, “Paşa 

köçdü”, “Vaqif gözəlləməsi”, “Qəmərcanı”, “Gödək donu” və s. kimi havacatlardan 

xorda daha yaxşı istifadə edilir. Məlum olduğu kimi, aşıq yaradıcılığında aşıqlar və 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



447

tədqiqatçılar hələ də 72 saz havası olduğunu deyirlər. Ancaq bu bilgi XX yüzilin II 

yarısından demək olar ki, müxtəlif rəqəmlərlə səslənir.  

Əslində bir çox aşıqlar və söz biliciləri, tədqiqatçılar 92-93 havacatın 

olduğunu da istisna etmirlər. Məhəmməd Allahmanlı yazır ki, “XIX əsr aşıq 

yaradıcılığının inkişafında xüsusi mərhələdir. Bu dövr yeni-yeni ustad sənətkarların 

meydana çıxması və yeni saz havalarının yaranması ilə xarakterizə olunur. Bunun 

başlıca səbəbi odur ki, XIX əsrin başlanğıcından etibarən aşıq  şeiri və musiqisi 

böyük inkişaf yoluna düşür” [1,74]. 

Mahallarımızın coğrafi ərazilərini nəzərə alsaq əminliklə demək mümkün olar 

ki, hər mahalda havacatlar eyni ad altında yaddaşlara həkk olmayıb. Bölgələrdə 

havacatlar adlarla ifa olunur. Qazax aşıqlarının bir hissəsi Borçalı, bir hissəsi isə 

Göyçə  aşıq məktəbinin təsiri ilə formalaşdığı üçün havacatların adında və ifa 

tərzində dəyişikliklər var.  

Məsələn, Borçalıda “Hüseyni” havası  Gəncəbasarda xüsusən də, Qazaxda 

“Dastanı” adı ilə ifa olunur. Borçalıda “Minə gəraylısı”, Qazax mahalıda “Sallama 

gəraylı” kimi ifa olunur. Aşıqların və el şairlərinin fikrincə desək, bu adların bəzisi 

əsaslı, bəzisi isə  əsassızdır. Aşıq Məhəmmədəlı  Məşədiyevin haqlı fikirləri ilə 

razılaşsaq, “Sallama gəraylı”  şeir növüdür, həm də havacatdır. Borçalı  aşıq 

məktəbində bu havacatın doğru adı ilə  səslənməsi, yəni “Minə  gəraylı” daha 

məntiqə uyğundur. Çünki əvvəlki qeydlərdə  də deyildiyi kimi, “Sallama gəraylı” 

şeir növüdür və bu şeir növünə oxumaq üçün havacat yoxdur [6]. Bu şeir növü 

haqqında prof. Mürsəl Həkimov belə yazır:  

“Aşıq poeziyasında sallama gəraylı formasının yeganə nümunəsinə biz XIX 

əsrin sonu, XX əsrin əvvəllərində yaşayan görkəmli söz sənətkarı Molla Cümənin 

yaradıcılığında rast gəlirik. Folklorşünas P.Əfəndiyev Molla Cümənin 

yaradıcılığına həsr etdiyi elmi işində Qax rayonunun Zərnə kəndində yaşayan aşıq 

sənətinin həvəskarı  Əbdülməcid  Əfəndiyevdən yazıb götürdüyü çox maraqlı bir 

şeiri misal gətirir. Biz də  həmin misalı olduğu kimi verməyi məqsədə-müvafiq 

hesab edirik:  

   

 

 



Yarı yannan gedən görsə  

                 

 

 

    Bir ah çəkər, 



                 

 

 



    Yaşın tökər, 

            

 

 

    Qəddin bükər, 



                        

                Göz vay eylər. 

 

   


 

 

Vəfası olmaz maçının, 



   

 

 



Gərəndə quyrum saçının, 

   


 

 

Baxtı gəlsə bir ovçunun  



                

 

                Turuğu uçar, 



                     

         Ceyran qaçar, 

                     

         Dağı keçər, 

               

         Düz vay eylər. 

 

 

   Sonalar 



göllərə cuma, 

 

   Sözüm 



yetirdim 

tamama, 


   

 

 



Dost qoynuna Molla Cümə, 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



448

Qolun salar, 

Qurban olar, 

Busə alar, 

Üz vay eylər [2, 118; 3]. 

 

Digər bir havacata diqqət yetirək. İndiyə qədər hələ də aşıqlarımız ifa etdikləri 



“Gilanar” adı ilə tanınan havacatın əsl adı “Qazax səbzəsidir”. Belə deyirlər ki, bu 

havacat Qazax mahalının  ustad aşıqlarından birinin yaratmış olduğu havacatdır. 

Ancaq bu havacatın yaradıcısının adı bəlli deyil.  

M.Allahmanlı qeyd edir ki, Aşıq Zülfüqar “Qazax səbzəsi ”, “Qazax 

dubeytisi”ni yaradır. Hər iki hava əvvəlki dövrlərdən inkişaf edib gələn 

müvəffəqiyyətin məntiqi nəticəsidir. Hələ buna qədər M.P.Vaqif tərəfindən 

“Vaqifi”, M.V.Vidadi tərəfindən “Qazax yurd yeri” havaları yaranmışdır” [1, 25].

  

Burada bir məqama toxunmaq istərdik ki, Qazaxdan Aşıq Zülfüqarın hansı 



dövrdə yaşaması haqqında müəllif məlumat verməyib. O üzdən bizdə belə təəssürat 

yaranır ki, bu Aşıq Zülfüqar deyil, Aşıq Ayaz Zülfüqarov ola bilər. Aşıq Zülfüqarın 

isə bildiyimizə görə, yaratmış olduğu havacat yoxdur.

 

 



Qazax mahalı  aşıqlarının xüsusi ifa tərzi,  məclislərdə  ifa etdikləri xüsusi 

havacatları olub [8].  

Bu mahalda keçirilən məclislərdə insanların aşıqlardan öz tələbləri olub. 

Qazax mahalının özlərinə xas havacatlarının olduğunu el arasında aşıqlardan, söz 

bilicilərindən öyrənsək də yenə diqqətimizi prof. Mursəl Həkimovun 1987-cı ildə 

nəşr etdiyi “Aşıq şeirinin növləri” adlı kitabçası çəkir. Təbii ki, M.Həkimov Qazax 

aşıq havacatlarının doğru təsnifini vermək üçün ustad aşıqlardan məlumat toplamış, 

saz ifaçıları və bilicilərindən bilgi almışdır. Bu aşıqlardan məşhur olanlarından Aşıq 

Əkbər Cəfərovdan, Aşıq  İmrandan, Aşıq Kamandardan, Aşıq Avdıdan, Mikayıl 

Azaflıdan, Aşıq  Ədalət Nəsibovdan  və digərlərindən alınan məlumat nəticəsində 

saz havacatları cədvəlini tərtib edib. Doğrudur, tədqiqatçının özünün də dediyi kimi, 

bu cədvəl 1987-ci ilə görə qüsursuz olmaya bilməzdi.  

Zaman keçdikcə daha doğru variantlar, daha doğru havacatların adları  və 

yaradıcıları, havaların kimlər tərəfindən hansı  əsrdə yaradıldıqları bir az da olsa 

dəqiqləşdirilib. Ancaq nə  qədər də  dəqiqləşdirilsə belə  hələ  də tam dəqiqləşməyə 

ehtiyac var. Yuxarıda qeyd etdiyimiz havacatlar cədvəlinə istinad edərək qeyd edək 

ki, Qazax mahalının özünəməxsus saz havacatları zaman-zaman yaranıb.  

“Vaqif gözəlləməsi”, “Süsənbəri”, “Ərəbi”, “Səməndəri”, Aşıq Avdının “İncə 

gülü”, Aşıq Cəlal Qəhrəmanovun “Cəlal oğlu”,  Ədalət Nəsibovun “Vurğunu” 

havacatları müasir dövrdə də aşıqların dilində məclislərdə ifa edilir. Bu havacatların 

mahir ifaçılarından Aşıq Aslan Aslanov, Aşıq Hüseyn Xaloğlu, Aşıq Mahmud, Aşıq 

Kərəm, Aşıq Cəlal, Aşıq  Şəadət Gülməmmədov, Aşıq  Ədalət Nəsibov olmuşlar. 

Ümumiyyətlə, havacatların düzgün ifa tərzində bu ustadların  əməyini yüksək 

qiymətləndirmək lazımdır. Burada aşıq havacatlarının sayının 72, 80, 100 və s. 

göstərilməsi də maraqlıdır. Ağbaba, Şirvan, Naxçıvan, Borçalı, Qarabağ, Təbriz və 

s. aşıq mühitlərində  nə  qədər saz havasını olduğunu bilmirik. Hər halda bəzi 

aşıqların hətta yüzə yaxın saz havası bildiyi də qeyd edilir.  Bu mahalın ustad 

aşıqları həm havacat, həm də şeir baxımından yaradıcı olublar.  



 

Filologiya  məsələləri – №10, 2013

 

 



449

Bu yaradıcılıq içində təkcə şeir yazmaq, dastan qoşmaq, məclislərdə bədaha-

tən deyişmələr olmayıb, bununla yanaşı, həm də saz havaları yaradan aşıqlarımız 

olub ki, bunlardan biri də Aşıq Avdıdır. Hər bir havacatın yaranma səbəbi və tarixi 

olduğu kimi, Aşıq Avdının  şagirdlərinin dediyinə görə “İncə gülü” havası da 1948-

ci ildə belə yaranıb. Aşıq Avdının evinin arxa tərəfi kolxoz bağı olub. Aşıq həmişə 

bu bağa çəkilər təbiət qoynunda fikrə dalar, təbiətdən ilham alarmış. Deyilənə görə, 

cavanlığında sevgilisi Mehribanla da burada görüşərmiş. Bir gün yaxın dostu 

Kəmərli İdris oğlu Məmməd Aşıq Avdıgilə qonaq gəlir, görür ki, aşıq evdə yoxdur. 

Aşığın həyat yoldaşı Yasəmən xanım görür ki, yenə adəti üzrə aşıq kolxoz bağına 

çəkilib nəsə yazır. Elə bu vaxt Aşıq Cəlal və  Aşıq Yəhya da ustadın yanına 

şagirdliyə gəliblər. Bir az keçməmiş görürlər ki, aşıq qım-qıma deyə-deyə evə sarı 

gəlir. Soruşurlar ki, usta nə oxuyursan? Cavab verir ki, təzə hava yaratmışam, bu da 

sözləridir. Elə oradaca havanı şagirdlərinə öyrədir. O gün bu gün “İncə gülü” havası 

aşıqların dilində məclislərdə ifa olunur. Aşıq Avdının “İncə gülü”  havası oynaq şən 

havadır. Sözləri isə belədir:  

   

 

 



Bir gün durdum çıxdım gülşən seyrinə, 

 

   Gördüm 



ki, 

bülbüllər gülə yalvarır. 

   

 

 



Bənövşə boynunu büküb nərgizə, 

   


 

 

Nərgiz özü şirin dilə yalvarır. 



 

 

   Bir 



yanda 

dayanmış xumar gözlü yar, 

   

 

 



Bağda hər çiçəyin bir nəşəsi var. 

 

   Bir 



neçə addımda bulaqdan kənar, 

 

   Lilpar 



batıb dərin dilə yalvarır. 

 

   



 

 

Hər otun başında var bir piyalə, 



   

 

 



Yasəmən dalğındı batıf xiyalə. 

 

   Mehriban 



çıxanda sorğu-suvala, 

   


 

 

Avdı yaşın silə-silə yalvarır [7].  



 

  Daha bir havacat isə Aşıq Cəlal Qəhrəmanovun yaratmış olduğu “Cəlaloğlu” 

havasıdır  [10]. Bu hava da şən-şux havadır. Bu sözlər üstündə oxunur:  

 

 



   Bu 

dünyanın yaraşığı, 

   

 

 



Bir atalar, bir analar. 

   


 

 

Övladların gur işığı, 



   

 

 



Bir atalar, bir analar. 

 

   



 

 

Ağıl-kamal başda gərək, 



   

 

 



Çənə gücə dişdə gərək. 

 

   Daim 



xeyir 

işdə gərək, 

 

   Bir 


atalar,bir 

analar. 


  

 

   Dost 



dostundan 

sora 


əhval, 

   


 

 

Şirin dillər olmaya lal. 



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



450

   


 

 

Qoy var olsun, Aşıq Cəlal, 



   

 

 



Bir atalar, bir analar [4,178] 

 

Qazax aşıqlarının digər özünəməxsusluqlarından biri də solo ifaçılığıdır. 



[9]Azərbaycan aşıqlarından ilk olaraq solo-saz ifaçılığı  Aşıq  Ədalət Nəsibova 

məxsusdur. Bilirik ki, Aşıq Ə.Nəsibovun barmaq imkanları səs imkanlarından daha 

yüksəkdir. 

 Onun ifa tərzi ilk saz çalmasından, havalara yeni çalarlar qatmasından bilinir. 

Ondan sonra bir çox aşıqlar həmçinin Aşıq  Əmrah Gülməmmədov davam 

etdirmişdir. Müasir aşıqlardan Aşıq Məhəmmədəli Məşədiyevi, Aşıq Eldarı nümunə 

göstərmək olar. Qeyd edim ki, hər ikisi Aşıq Ədalət Nəsibovun şagirdləridir.             



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə