Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə48/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   42   43   44   45   46   47   48   49   50

 

Ədəbiyyat 



 

1.  Allahmanlı M. Azərbaycanın qərb bölgəsinin mənəvi mədəniyyətindən. Bakı:  

Nurlan, 2011, 173 s. 

2.    Əfəndiyev P. Molla Cümənin yaradıcılığı. Bakı: 1962 

3.    Əfəndiyev O. Aşıq poeziyasının estetik problemləri. Bakı: Azərnəşr, 1983, 114 s. 

4.   Qəhrəmanov C. Sədəfli saz məni dindir / toplayıb tərtib edəni Ş.Cəlaloğlu. Bakı:  

Sabah, 1992, 159 s. 

5.    Aşıq İlham Hacıyev, Qazax Aslanbəyli kəndi, 1965 doğumlu  

6.    Aşıq Məhəmmədəli Məşədiyev, Qazax Çaylı kəndi, 1961 doğumlu 

1.  Aşıq Sadıq Avdıoğlu, Qazax kəndi, 1939 doğumlu 

2.  Aşıq Yaqub Yaqubov, Qazax II Şıxlı kəndi, 1949 doğumlu     

3.  Camoy Qurbanov, Qazax Çaylı kəndi, 1954 doğumlu 

4.  Şöhrət Qəhrəmanov, Qazax Kəmərli kəndi, 1954 doğumlu  

 

İ.Qəsəbova  

Saz intrinsic Ashugs Gazakh havacatlari 

Summary 


 

The article saz bicimlənməsi over time , the difference in performance of the 

Kazakh town of the twentieth century minstrel songs sung chorus for 30 - 40s to 

dominate investigated.  

Kazakh ashugs indication of the professionalism of the chorus lyrics Open 

Happiness Open Justice Nasibov and explained Gulmammadov invaluable services, 

Kazakh ashugs Ashiq Avdının " delicate flower " , Ashiq Jalal " Calaloglu" , Ashiq 

justice " Vurgun" minstrel havacatları reflected . In addition, Ashiq Adham Arabov 

" Arabi " minstrel music , " Susənbəri " and " Kazakh səbzəsi " havacatları was also 

analyzed . 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



451

И.Касабова 

Саз внутренние Ашугов Газах havacatları 

Резюме 


 

Разница  в  производительности  города  двадцатого  века  менестреля  пес-

ни, которые поют хором в течение 30 -40-х доминировать исследованных ка-

захской Статья саз bicimlənməsi с течением времени.  

Казахский ашугов показателем профессионализма хора текстах Открыть 

Счастье Открыть юстиции Насибов и объяснил Гюльмамедов неоценимые услу-

ги, Казахский ашугов Ashiq Avdının " хрупкий цветок ", Ashiq Джалал  "Джала-

логлу", Ashiq справедливость "Вургун" менестрель havacatları отражается . 

Кроме того, Ashiq Адхам Арабов " Араби " менестрель музыка, " Susən-

bəri " и " Казахский səbzəsi " havacatları была также проанализирована .               

 

Rəyçi:                Cəlal   Məmmədov 



        filologiya  üzrə elmlər doktoru

 

Filologiya  məsələləri – №10, 2013

 

 



452

                                                                                         XƏYALƏ ƏFƏNDİYEVA 



BDU 

elshenxeyale@box.az 

 

MİLLİLİKDƏN BƏŞƏRİLİYƏ… 

 

Açar sözlər: millilik, bəşərilik, realizm, roman,cəmiyyət  

Keywords: consciousness, humanity, realism, novel, community 

Ключевые слова: сознание, человечество, реализм, роман, сообщество 

 

Ədəbiyyat o zaman böyük və ciddi sənət səviyyəsinə yüksəlir ki, orada öz bə-

dii əksini tapan problemlər milliliyi, xəlqiliyi və ümumbəşəriliyi ilə seçilsin. Bədii 

əsərlərdə millilik, xəlqilik dedikdə, xalqın ictimai təfəkkürünün, tarixi varlığının, 

milli düşüncə tərzinin, dilinin, dininin, mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin 

dərki və bütün bunların bədii inikası nəzərdə tutulur. Böyük rus ədibi Lev Toltstoy 

yazırdı: yazıçı o zaman xalq sənətkarı səviyyəsinə yüksəlir ki, o, həqiqətən də xal-

qın ruhunu duyur, onunla birgə nəfəs alır və xalq həyatını bütün dolğunluğu ilə işıq-

landıra bilir.  

Böyük rus dramaturqu A.N.Ostrovskiyə görə, xalq yazıçısı olmaq üçün vətəni 

sevmək azdır. Vətən məhəbbəti sənətkara qüvvə, hiss versə də, mövzu vermir, bu-

nun üçün öz xalqını yaxşı tanımaq, xalqın ruhunu duymaq lazımdır (2, səh.172). 

N.A.Dobrolyubov isə  sənətdə  xəlqiliyi xalqın milli mənəviyyatının təzahürü 

kimi qiymətləndirirdi: “Biz xəlqiliyi məhəlli, təbiət gözəlliklərinin ifadəsi, xalq 

arasında işlənən sözlərdən istifadə etmək, adətləri, qaydaları  və s. düzgün göstər-

mək kimi başa düşmürük. Əsil xalq şairi, xalq yazıçısı olmaq üçün daha artıq şey 

tələb olunur: xalqın ruhunu başa düşmək, onun həyatı ilə yaşamaq, onun səviy-

yəsində dayana bilmək, xalqın sahib olduğu sadə hisslə həyatı duymağı bacarmaq 

lazımdır” (2, səh.173). 

Azərbaycanın Xalq Şairi Səməd Vurğun Sovet yazıçılarının II Ümumittifaq 

qurultayında etdiyi məruzədə  ədəbiyyatın milliliyi, xəlqiliyi, ümumbəşəriliyi ilə 

maraqlı bir məqama toxunmuşdu: “Bizim ədəbiyyatımızın canı onun milliyində, 

xəlqiliyində  və demokratizmindədir.  Ədəbiyyatımızın milliliyi hər  şeydən  əvvəl 

milyonlarla adamın həyat mənafeyi ilə  əlaqədar olan problemlərlə  məşğul olma-

ğıdır. P.Pavlenko öz “Qeyd dəftərçəsi”ndə belə yazmışdır:  Əlli və yüz min nəfəri 

maraqlandıran problem hələ incəsənət üçün yetişməmişdir. Yalnız milyonları 

düşündürən və həyəcanlandıran məsələ əsər yazmaq üçün əsas ola bilər”(, səh.321). 

Ədəbiyyatımızın milliliyi və  bəşəriliyi ondadır ki, o geniş xalq kütlələrinin 

bədii zövqünü və estetik baxışlarını inkişaf etdirir və  zənginləşdirir. Bizim 

poeziyanın üslubu, forması, dili – bütün bədii vasitələri seçilmiş adamların deyil, 

milyonların zövqünə xidmər edir” (3, səh. 322). Ümumbəşəriliyə gedən yol millik-

dən və  xəlqilikdən keçir. Bu cəhət müasir Azərbaycan  ədəbiyyatının  ən yaxşı nü-

munələrində özünü qabarıq göstərir.  Çağdaş Azərbaycan nəsrinin görkəmli 

nümayəndəsi olan Seyran Səxavətin yaradıcılığı da öz milliliyi, xəlqiliyi, toxunduğu 

problemlərin aktuallığı və ümumbəşəriliyi ilə diqqəti cəlb edir. Onun yaratdığı hər 

bir milli xarakter milli koloritlə yanaşı, həm də özündə  bəşəri dəyərləri ehtiva edir. 

Bu mənada, Seyran Səxavətin yaradıcılığında millilik həm də ümumiliyin, ümum-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



453

bəşəriliyin tərkib hissəsi kimi özünü göstərməklə yanaşı, həm də obrazların mənəvi-

psixoloji yaşantılarının əsas ifadə vasitələrindən biri kimi çıxış edir.  

Ümumiyyətlə, bədii ədəbiyyatda, yaradıcılıqda milliliyə və bəşəriliyə nail ol-

maq üçün sənətkardan bir sıra məqamlara diqqət etmək tələb olunur. İlk növbədə, 

sənətkarın qələmə aldığı mövzu özü-özlüyündə dərin milli və bəşəri məzmuna, icti-

mai-əxlaqi mündəricəyə, həyati  əhəmiyyətə malik olmalı, xalqın taleyi, tarixi 

müqəddəratı ilə bağlı işıqlı ideallara, ümumbəşəri problemlərə cavab verməlidir. Bu 

mövzunun əsasında dayanan obrazlar xalqın istək və arzularının həqiqi daşıyıcıları 

olmalı, onun milli-mənəvi xüsusiyyətlərini öz varlığında yaşatmalı, həm ideya-

məfkurə, həm də  fərdi cəhətlərinə görə seçilməli, dövrün, zamanın tələblərini və 

ümumxalq problemlərini həll etməyə qadir olan bütöv, kamil xarakter səviyyəsinə 

qalxmalıdır. Bu əsərlərdə qoyulan problemlər sosial-psixoloji və  mənəvi-etik 

məzmunca zəngin və aktual olmalı, yüksək səviyyədə öz həqiqi bədii həllini tapma-

lı, yaradılan obrazlar sənətkarlıqla işlənilməlidir. Qeyd edək ki, bu məsələlər Seyran 

Səxavətin yaradıcılığının ana xəttini, özəyini təşkil edir. Ümumbəşəri mövzular he-

sab olunan - həyat və ölüm, dünya və insan, xeyir və şər, əxlaq və mənəviyyatsızlıq 

problemi, fərdin və bütövlükdə  cəmiyyətin faciəsi yazıçının qələmində yüksək 

psixoloji səviyyədə, konkret hissi formalarda öz bədii təcəssümünü tapmışdır. Onun 

əsərləri problem ciddiliyi, tarixiliklə  səsləşən müasirliyi, həyati materialların zən-

ginliyi, müəllif mövqeyinin fəallığı ilə diqqəti cəlb edir. Azadlığı  əlindən alınan, 

torpağından didərgin salınan, öz vətənində köçkün həyatı sürən, mümkünsüz 

qayıdışın  əzabını yaşayan, məğlub edilən və  hələ  də  məğlubiyyətini dərk edə 

bilməyən, dərk edə bilmədiyi üçün də yeni bəlalara sürüklənən millətin faciəsini 

özündə  əks etdirən “Nekroloq”, “Yəhudi  əlifbası”, “Qızıl teşt” və s. əsərlərində 

yazıçı sanki ciddi bir xəbərdarlıq, çağırış intonasiyası ilə cəmiyyətə üz tutur, insan-

ları öz tarixi kimliyini, milli mahiyyətini dərk etməyə çağırır, düşündürür və düşdü-

yü bəlalardan xilas olmağın yollarını göstərir. Bu əsərlərdə insanların pula satılması, 

mənəviyyatın kirəcləşməsi, deformasiyaya uğraması, milli dəyərlərin aşınması kimi 

bütün dövrlərdə  və  cəmiyyətlərdə özünü göstərən insani naqisliklər fəal yazıçı 

mövqeyindən güclü tənqid edilmişdir.  

Seyran Səxavətin yaradıcılığında geniş  mənada totalitarizmin, despotizmin 

tənqidi, tirançılığa, avtoritar rejimə, sadizmə qarşı mübarizə mühüm yer tutur. Ya-

zıçının işıqlandırdığı bu məqamlar regional məsələ deyil, sözün tam mənasında, 

ümumbəşəri mahiyyət, planetar səciyyə daşıyır. Seyran Səxavətin sənətkarlıqla yaz-

dığı əsərlərdə zamanların və nəsillərin əlaqəsi ön planda verilir. Ədib həyat hadisə-

lərini, real gerçəklikləri elə işıqlandırır ki, zahirən adi görünən məsələlərin əslində, 

mahiyyət etibarilə, ümumbəşəri problem olduğu aydınlaşır. O, ümumbəşəri 

problemlərə və planetar mövzulara toxunduqca bu və digər dərəcədə şərti-metaforik 

üslubun ifadə imkanlarından bəhrələnir. Şərti-metaforizmdən istifadə yazıçıya mə-

kan və zaman hüdudlarını genişləndirmək, ifadə ediləcək mənanı ümumiləşdirmək, 

fəlsəfiləşdirmək və dərinləşdirmək imkanı verir. Bu barədə professor Tofiq Hüsey-

noğlu maraqlı bir fikir söyləyir: “O əsərdə ki, şərti-metaforik plan var, orda fəlsəfə 

var, orda əzəli və  əbədi məsələlərin mahiyyətini ifadə edən mənalar var, orda 

millilik və bəşərilik var”. Yazıçının “Qızıl teşt”, “Büst”, “Sanatoriya”, “Yəhudi əlif-

bası”, “Nekroloq” və s. əsərləri yüksək intellektual səviyyəsi, ictimai haqsızlıq və 

ədalətsizliklərə qarşı barışmaz ruhu, mübarizliyi ilə seçilir. Əsərlərindəki kəskin 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



454

satiradan, ironiyadan da aydın duyulur ki, Seyran Səxavət hər zaman – həm 

düşüncəsində, həm də  əməllərində haqqın və  ədalətin müdafiəçisi olmuşdur. 

Cəsarətli, aydın mövqeyi, yazıları yazıçının  şəxsiyyət və xarakter bütövlüyü ilə 

əlaqədardır. Yazıçının milli-mənəvi varlığında bu xüsusiyyətlər bütövlüyü və tamlı-

ğı ilə üzə çıxır. Elə buna görə də onun bədii personajları yaşadığımız dövrdə nadir 

rast gəlinən insan mənzərələridir. O, əsərlərində insanların azad, asılı olmadan yaşa-

maq haqqını o şəkildə ifadə etmiş və qabartmışdır ki,  bununla problemin sadəcə lo-

kal səciyyə daşıdığını deyil, planetar, ümumbəşəri mahiyyət kəsb etdiyini vur-

ğulamışdır.   

 “Yəhudi əlifbası” romanının əvvəlində yazıçı real həyat həqiqətlərinin, insan 

cəmiyyətindəki naqisliklərin, mənəvi çatışmazlıqların fonunda bəşəriyyəti uçuruma 

aparan bir sıra aktual, ümumbəşəri problemlərə toxunmuşdur. Romanı oxuduqca 

müəllifin toplumun köklü problemlərini bədii həqiqətə çevirmək və həmin əngəllərə 

qarşı ictimai mübarizə  əzmini gücləndirmək cəhdi diqqəti cəlb edir. Xalqın me-

ntalitetində əsrlər boyu qorunub-saxlanmış əxlaq, davranış, adət-ənənə və bu kimi 

digər mənəvi dəyərlər getdikcə sürətlə öz təməlindən qopur, ayrılır, insanlar şərin, 

nəfsin və ehtirasların  əsiri, qurbanı olur. Bu cür sosial ziddiyyətlərin kökündə 

ictimai  ədalətsizlik, vicdansızlıq, mənəvi cəhətdən kasadlıq və  s.  kimi  amillərin 

durduğunu vurğulayan yazıçı  əsərin  əvvəlində zamanın, dövrün təzadlarla dolu, 

acınacaqlı bir mənzərəsini yaradır. Hadisələrin təsvirində müəllif rəmzi-simvolik bir 

obraz yaradır: Gələn. Bu adam gələn kimi Yer kürəsi ölü sükuta bürünür və Gələn 

insanları əməllərinə görə imtahan edir.  

“Qalxın, Gələn gəlir!!! Bütün bəşəriyyət dik qalxdı. Qəbirlər də dikəldi, baş 

daşları ilə üzbəüz dayandı. Zaman da dikəlib dayanan kimi Gələn gəldi, Yer kürəsi 

sətəlcəm olmuş adam kimi ölü sükuta büründü, bu sükut ağappaq idi, kəfənə 

oxşayırdı. Bu ölü sükutu Gələndən başqa kimsə dirildə bilməzdi və O da diriltdi:  

-İnsan Adəm və  Həvva deyilən saatdan sizlərin dik qaxdığınız saata qədər 

çooox uzun bir yol keçib və Sizin qiymət almaq saatınız yetişib, qulaq asııın… 

 - Sülh – iki, müharibə – beş. Gözütoxluq – iki, nəfs – beş. Allah xofu – iki, 

Allahsızlıq – beş. Həqiqət – iki, yalan – beş. Könüllülük – iki, zor – beş. Hippokrata 

sədaqət – iki, terror – beş. Əl tutmaq – iki, əl kəsmək – beş. Vətənpərvərlik – iki, 

özünüsevərlik – beş. Halal – iki, haram – beş. Təbiətə sevgi –iki, təbiəti xaraba 

qoymaq – beş. Səmavi həzz – iki, narkohəzz – beş. Alnıaçıqlıq –iki, üzüqaralıq – 

beş. Sivilizasiya – iki, yerində saymaq – beş. Mərdlik – iki, yaltaqlıq – beş. 

Mərhəmət – iki, qaniçmə – beş. Mənəvi quraqlıq – iki, zina – beş. Söz – iki, 

boşboğazlıq – beş. Səs – iki, həvəs – beş (7, səh.5-6).   

Bütün bunları  əsas götürərək qərara alıram: Bütün Bəşəriyyət haqqında 

cinayət işi qaldırılsın. Bu hökmdən bir ay müddətində Allahdan yuxarı bir kimsə 

tapsanız,  quşların vasitəsilə ona şikayət  edə bilərsiniz… Gələn bu sözləri deyərək 

necə  gəlmişdisə, eləcə  də getdi. Bəşəriyyət ayaq üstə donmuşdu, heykələ 

dönmüşdü, axır ki, bəşəriyyətə də heykəl qoyan tapıldı…” (7, səh.5-6) 

Bu mənzərəni yaratmaqla Seyran Səxavət təkcə bizim cəmiyyətimizi deyil, 

bütövlükdə  bəşəriyyəti saran ictimai eyiblərə, naqisliklərə, qüsurlara ayna tutur, 

insanlığın mübtəla olduğu bu ümumbəşəri xəstəlikdən - mənəvi  şikəstlikdən xilas 

olmağın yollarını arayır. Bu sətirləri oxuduqca müəllifin, sözün həqiqi mənasında, 

təkcə özümüzü, öz xalqımızı, ümmətimizi deyil, bütün bəşəriyyəti narahat edən mə-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



455

sələlərə eyni həssalıqla yanaşdığının  şahidi oluruq.  “Yəhudi  əlifbası” romanının 

əvvəlində təsvir olunan bu epizodu nəzərdən keçirdikcə aydın olur ki, yazıçı insan 

xislətinin mürəkkəbliyini, onun təbiətindəki ziddiyyətləri və insanlığın getdikcə 

sürətlənən faciəsini dərindən duyur, bunun etik-psixoloji köklərini təhlil etməyə 

çalışır. Bu epizodların təsvirində yazıçı şərti-metaforik kolliziyadan istifadə etsə də, 

sərt və amansız müəllif mövqeyi ilə yadda qalır.  

 “Qızıl teşt” povestində ədib cəmiyyəti narahat edən bir çox siyasi, sosial və 

mənəvi problemlərə toxunmuşdur. Hər bir hadisəyə yanaşmada  şərti-metaforik və 

satirik üslubun imkanlarından məharətlə istifadə etmiş, obrazların təsvirində güclü 

psixoloji analizlərə yer vermişdir. Üslubun verdiyi imkanlar daxilində  zəngin 

obrazlar qalereyası yaradan Seyran Səxavət əsərdə bir çox məsələlərə zahirən sadə

ancaq batində məntiqi və dərin yanaşmışdır. Üslubuna, mövzu aktuallığına, süjeti-

nə, kompozisiyasına, tamlığına, məzmun-forma bütövlüyünə görə nəsrimizdə xüsu-

si yer tutan bu povest  həm milli, həm də bəşəri problemlərə ayna tutan və onların 

həllinə çalışan bir əsər kimi yadda qalır.  Povestdə mükəmməl ümumiləşdirmə ilə 

romana yerləşə biləcək insan xarakteri və taleyi var: İsmayıl Hüseynov, Dəmirov, 

Məmişov, nar ağacı və s. Bu surətlərdən bəziləri tiranlığı, avtoritarizmi ilə seçilən 

ümumiləşdirilmiş obrazlardır. Maraqlı burasıdır ki, bu qədər obraz və onların yaşan-

tıları, daxili əzab və sarsıntıları barədə söhbət açarkən yazıçı əsərin mürəkkəb süje-

tini elə sistemlə qurur ki, epizodlar bir-biri ilə tam məntiqi ardıcıllıqla əlaqələnir.   

Seyran Səxavətin “Nekroloq” romanı dərin milli və bəşəri məzmunu ilə seçi-

lir. Bu əsərdə yazıçı bədii ümumiləşdirmələrdən, şərti-metaforik üslubun ifadə im-

kanlarından, mif və folklor motivlərindən, rəmzi obraz və alleqoriyadan bədii 

ustalıqla istifadə edərək zamanın,  mühitin, insanlığın və insanın faciəsini daxili 

əzab və ürək ağrısı qələmə almışdır. Romanın hər sətrini oxuduqca müəllifin milli 

kədərdən doğan yanğısı aydın duyulur. Əslində, yazıçı bu əsəri yazmaqla təkcə bi-

zim cəmiyyətimizi narahat edən problemləri deyil, bütün bəşəriyyəti uçuruma 

sürükləyən, insanlığı  təhlükəyə aparan məsələləri işıqlandırmış  və oyanış üçün 

həyəcan siqnalı çalmışdır.  Seyran Səxavətin narahat ruhu, ürəyi, vicdanı sanki bu 

əsər vasitəsilə bəşəriyyətə ciddi bir xəbərdarlıqda, çağırışda bulunmuşdur. 

Sosial bərabərsizlik, insanların həyat şəraiti arasındakı kəskin fərqlər, insanın 

və insanlığın məhvinə yönələn müharibələr, savaşlar lokal səciyyə daşıyan bir 

məsələ deyil. Məhz Seyran Səxavətin qələminin  böyüklüyü ondadır ki, böyük 

cəsarətlə və fəal müəllif mövqeyi ilə qlobal mahiyyət daşıyan bu kimi problemləri  

“Nekroloq” romanında bədii sözün təhlil obyektinə çevirmişdir. Romanda təsvir 

olunur ki, müharibə qaziləri işsizlikdən, imkansızlıqdan yolların, səkilərin kənarına 

“muncuq kimi” düzülüb beş manat çörəkpulu qazanmaq üçün əməyini satır. 

Müharibədən qazi qayıtmış, amma müəyyən qədər sağlamlığını itirən veteranların 

bu cür toplaşaraq öz əməyini satması qul bazarını xatırladır və bu həssas yazıçını 

göynədir: “Camaat ən azı hiss eləməliydi ki, onların gözlərinin qabağında tarix 

geriyə - çox qədimlərə döndü və onlar da bu dönüşün canlı şahidi oldular”. 

 Müharibənin insanlara gətirdiyi bəlalar bununla bitmirdi. Məmləkət elə bir 

vəziyyətdə idi ki, bir başıpapaqlı qalmamışdı. Kənddə ayağı yer tutan bir başıpapqlı 

qalmışdı – bədən tərbiyə müəllimi, o da çolaq idi. Bu çolaq müəllim hər gün 

dərsdən sonra şagirdləri kəndin yollarında o baş-bu başa yeridirdi. Yeridirdi ki, kən-

din ot basmış yollarında cığır açılsın, yeridirdi ki, kəndə gələn yollar ot-ələf əlindən 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



456

itməsin, cığırlar açılsın yollarda. Yeridirdi ki, bu kənd yer üzünün xəritəsindən 

silinməsin... Amma kənddə ondan başqa bir başıpapaqlının olmaması ağrısı bədən 

tərbiyəsi müəllimini də elə yazıçını sarsıtdığı kimi mənən əzirdi, incidirdi: “Sabah 

elə bu bədən tərbiyəsi müəlliminin dünya görmüş atası yaxud bir qeyrisi Allahın 

əmri ilə ölüb getsəydi, cənazəyə ancaq qadınlar girəcəkdi. Dünyadan getmiş adamın 

məzarını da elə qadınlar qazacaqdı (6, səh.172). 

Yer üzündə bundan böyük əzab, ağrı, dərd yoxdu. Millətin faciəsi elə burdan 

başlayırdı.“Nekroloq” romanında Seyran Səxavətin bir kəndin, bir elin timsalında 

bədii ümumiləşdirmələrlə  qələmə aldığı bu hadisələr,  əslində, bütün dünyada baş 

verən, insanlığın, xeyirin, işığın təməlini kökündən sarsıdan sosial-siyasi və mənə-

vi-əxlaqi problemlərdir. Elə problemin bəşəriliyi də onun mahiyyətindədir. 

 Seyran Səxavətin bir çox əsərlərində olduğu kimi xanəndə Süleyman Abdul-

layevin həyat və yaradıcılığını özündə ehtiva edən “Bəhanə” romanı da dərin milli 

məzmunu ilə yanaşı ümumbəşəriliyi ilə seçilir. “Bəhanə” romanı, əsasən, müəllliflə 

Dədə Süleymanın müsahibələri  əsasında qurulmuşdur. Hər bir müsahibə  də öz 

maarqlı  məzmunu ilə yadda qalır.Yazıçı müsahibələrinin birində  Dədə Süleyman-

dan soruşur: Dədə, muğam milli musiqidir, yoxsa dünyəvi? Dədə cavab verir: - Mu-

ğam həm millidir, həm dünyəvidir, hələ üstəgəl həm də səmavidir, çünki göylərdən 

gəlib. Bax əgər biz muğamı bütün dünyaya çatdırsaq, dünya onu tanısa, bizdən son-

ra gələn muğam oxuyanlar bütün dünyanı fəth eləyib lərzəyə salacaq. Yüz il bundan 

qabaq dünya muğama bələd olsaydı, muğamı tanısaydılar, Cabbar Qaryağdıynan 

Seyid  Şuşinski dünyanı elə silkəliyərdilər ki, yalan olmasın, dünya elə silkələnə-

silkələnə qalardı. İndi bu şərəfli işi Alim Qasımov öz öhdəsinə götürüb və ləyaqətlə 

bu işi görməkdədir. Belə getsə,  əlli il ya uzağı yetmiş ildən sonra yorğun-arğın 

bəşəriyyət əlini çənəsinə dirəyib muğama qulaq asacaq, pak olacaq. İnandırım səni, 

onda ölüm-itim də azalacaq, adamlar bir-birinə qarşı dilini şirin eliyəcək. Gün gələ-

cək, eşidəcəyik ki, Londonda bir ingilis müğənni Alim Qasımov kimi cəh-cəh vu-

rur. Amerika prezidentinin qızının toyunda əslən Almaniyadan olan amerikalı “Mir-

zə Hüseyn Segahı”nı elə oxuyub ki, hamı heyran olub. Seyran, demə ki, Dədə qoca-

lıb, sarsaq-sarsaq danışır, amma mən buna bütün qəlbimlə inanıram. Dünya muğamı 

dinlədikcə, muğamı duyduqca günahlarından arınacaq, paklaşacaq, ruhu təmizlənə-

cək. Aləmdə Allahdan sonra güclü, qüdrətli bir möcüzə varsa, o da Muğamdı. Mu-

ğam insanlığı xilas edəcək” ( 8. səh 116). Muğam, həqiqətən də, irfani gözəlliyi, 

qüdrəti, sehri, sirri, ahəngdarlığı, bənzərsizliyi, təkrarsızlığı, ruhani yüksəkliyi, mə-

nəvi rahatlığı və kamilliyi özündə birləşdirən ilahi bir möcüzədir. Bu möcüzəni bü-

tün cəhətləri ilə  bədii sözün tədqiqat  obyektinə çevirmək, insana məhəbbət və 

insanlığa xidmət deməkdir,  əsl humanizmdir, millilikdən bəşəriliyə aparan huma-

nizm... Seyran Səxavətin yaradıcılığını izlədikcə bu qənaətə gəlirik ki, o, ən adi hə-

yat hadisələrini belə ümumbəşəri səviyyəyə qaldırmağı, insanın və insanlığın məna-

feyi miqyasında ümumiləşdirməyi bacaran sənətkardır.  Ədib aktuallığını,  əhəmiy-

yətini nəzərə almaqla hadisələrin özünü yox,  fəlsəfəsinə, mahiyyətinə daha çox 

diqqət yetirir. Bu baxımdan Seyran Səxavətin əsərləri milli mənaya və intonasiyaya 

malik olduğu kimi, həm də ümumbəşəri səciyyə daşıyır. Bu cəhət yazıçının bədii 

ümumiləşdirmə imkanlarını genişləndirir. Beləliklə, millilikdən ümumbəşəriliyə yol 

açılır.   



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



457

Ədəbiyyat 



 

1.  Abasov Abdulla. Həyat və bədii həqiqət. Bakı, Nurlan, 2006 

2.  Əlimirzəyev Xalid. Ədəbiyyatşünaslığın elmi-nəzəri  əsasları. Bakı, Nurlan, 

2008 


3.  Vurğun Səməd. Seçilmiş əsərləri. 6 cilddə, VI c. Bakı, Elm, 1972 

4.  Vurğun Səməd. Seçilmiş əsərləri, 5 cilddə, V cild. Bakı, Şərq-Qərb, 2005 

5.  Hüseynoğlu Tofiq. Söz – tarixin yuvası, Bakı, Azərnəşr, 2000 

6.  Səxavət Seyran. Nekroloq. Bakı, Mütərcim, 2002 

7.  Səxavət Seyran. Yəhudli əlifbası. Bakı, Qanun, 2009  

8.  Səxavət Seyran. Bəhanə. Bakı, Vektor, 2009 

 

Hayala Efendiyeva 



From nationalization to universality 

Summary 


 

Seyran Sehavat is outstanding representative of modern Azerbaijan prose. His 

creativity draw attention to the universality with its nationality and deep humanism. 

His works also combines the human and national values  Which is considered the 

universal themes - life and death , the world and man , good and evil, morality and 

immorality problem is analyzed in the works of the writer. Seyran Sehavat 

creativity has an important role in the fight against sadism, totalitarianism , 

despotism, authoritarian regime ,. The universal nature of these problems , analyze 

the writer's novels , is of the planetary nature .Writer " Stone houses" , "Bust " , " 

Sanatorium " , " Jewish alphabet" , " Obituary" , and so on. works are selected of 

high intellectual level, social injustice and uncompromising spirit against them. 

 

Хаялa Эфендиева 



От национализации к универсальности 

Резюме 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə